Kitabın əvvəlki səhifələrində ixlasın əhəmiyyətini və ixlaslı möminin xüsusiyyətlərini Quran ayələri işığında incələdik. Allah`ın razı olduğu qullarından olmaq və sonsuz cənnət nemətlərinə qovuşmaq istəyən mömin ixlası əldə etmək üçün həyatının hər anında Quran ayələrini tətbiq etməli, Quran əxlaqına uyğun yaşamalıdır. Ancaq bunun üçün səmimi şəkildə və saf niyyətlə Allah`a yönəlməli, sadəcə Allah`ı razı etmək üçün cəhd etməli və ixlasa mane olan bütün mənfi təsirlərə qarşı diqqətli olmalıdır. Çünki şeytan müxtəlif üsullarla insanı doğru yoldan ayırmağa çalışır.
İnsan vərdiş etdiyi bir çox hərəkətlə ixlasına zərər verə biləcəyini unutmamalıdır. Buna görə də hər zaman niyyətində səmimi olmalı, söylədiyi hər sözün, etdiyi hər əməlin Allah`ın razılığına uyğun olub-olmadığını düşünməlidir. Bu əxlaqa sahib olmaq çətin deyil, əksinə, çox asandır. Səmimiyyət, dürüstlük və saf niyyətlə Allah`a yönəlmək insanın asanlıqla əldə edə biləcəyi xüsusiyyətlərdir. Üstəlik, hər işdə asanlıq yaradan Rəbbimiz bizləri elçiləri ilə və saleh möminlərlə dəstəkləmiş, ixlası əldə etməyin yollarını da ayələri ilə göstərmişdir. İslam alimləri də əsərlərində iman edənləri saf niyyətlə Allah`a yönəlməyə və ixlası qorumağa dəvət etmişlər.
Bədiüzzaman Səid Nursinin əsərləri də ixlas mövzusunda müsəlmanlar üçün çox əhəmiyyətli rəhbərdir. Bədiüzzaman əsərlərində ixlasın əhəmiyyətini vurğulamış və bu mövzuda iman edənlərə çox əhəmiyyətli tövsiyələr vermişdir. Bədiüzzaman bir sözündə ixlası bu şəkildə təsvir edir:
“Ey axirət qardaşlarım və ey Qurana xidmət edən yoldaşlarım! Bilirsiniz və bilin: Bu dünyada, xüsusilə də axirət xidmətlərində ən mühüm əsas, ən böyük qüvvət, ən məqbul vasitə, ən əhəmiyyətli dayaq nöqtəsi, ən qısa həqiqət yolu, ən məqbul mənəvi dua, məqsədə çatmaqda ən kəramətli vasitə, ən yüksək xarakter, ən saf qulluq ixlasdır”.2
Bədiüzzamanın da vurğuladığı kimi, ixlas insanın qulluq vəzifəsini qüsursuz şəkildə yerinə yetirə bilməyi üçün lazım olan ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Çünki “Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allah`a məxsus olduğuna (iman gətirərək) Ona ibadət et! Doğrusu, əsl din ancaq Allah`a məxsusdur…” (Zumər surəsi 2-3) ayələrində də bildirildiyi kimi, əsl din ancaq ixlasla, dini yalnız Allah`a məxsus edərək yaşana bilər. Bədiüzzaman Səid Nursi insanın etdikləri ilə Allah qatında dəyər qazana bilməsi üçün ixlası əldə etməyin vacib olduğuna bu sözləri ilə diqqət çəkmişdir:
“… Madam ki, ixlasda haqqında danışılan xüsusiyyətlər kimi çox nurlar var və çox qüvvətlər var… Əlbəttə, hər kəsdən çox bütün qüvvətimizlə ixlası qazanmağa məcbur və vəzifəliyik, ixlasın sirrini qavramağa möhtacıq. Yoxsa həm indiyə qədər qazandığımız xeyirli xidmətlər qismən ziyan olar, davam etməz, həm də məsul olarıq”.3
Allah Quran ayələri ilə insanın imanı və ixlası necə qazana biləcəyini bildirmişdir. İnsan ixlası və səmimiyyəti qavraya biləcək və yaşaya biləcək şəkildə yaradılmışdır. Buna görə də ixlası qazanmaq və artırmaq çox asandır. İnsan heç bir məlumata sahib olmasa belə, sadəcə vicdanını dinləyərək ixlası qazana bilər. Sırf səmimi niyyətlə Allah`a yönəlməklə ixlasa zərərli bütün davranışlardan təmizlənmək mümkündür. Buna görə də insan vicdanın Rəhmani rəhbər olduğunu bilməli, heç vaxt “hansı davranışın ixlaslı olacağını bilmirdim”, “etdiyim hərəkətin ixlasa zərər verə biləcəyini təxmin edə bilmədim”, “mən səmimi və ixlaslı olduğumu zənn edirdim” kimi düşüncələrlə özünü aldatmamalıdır. Bütün bunların insanın vicdanını rahatlaşdırmaq üçün uydurduğu bəhanələr olduğunu unutmamalıdır. Çünki vicdanlı biri üçün ixlası əldə etmək və bunu axirətə qədər mühafizə etmək çox asandır.
Bu hissədə Quran ayələri ilə bizlərə bildirilən, eyni zamanda, vicdanın da insanlara müntəzəm olaraq xatırlatdığı ixlası əldə etməyin yollarından bəhs edəcək və insanların gündəlik həyatında bu mövzularla necə qarşılaşa biləcəklərinə dair nümunələr verəcəyik. Sonra isə insanların ixlasına zərər verən davranışlara diqqət çəkib, ixlası əldə etməyin necə asan olduğunu izah edəcəyik.
İnsan ixlası həqiqi mənada yaşamağı üçün, əvvəlcə, ixlaslı olmağın niyə bu qədər əhəmiyyətli olduğunu qavramalı və bu iman səviyyəsinə çatmağı qəlbən arzu etməlidir. Çünki ixlasın əhəmiyyətini qavramayan insanlar güc və qüdrəti dünyəvi dəyərlərdə axtarıb cəmiyyətdə mövqe əldə etməyə can atırlar. Şan-şöhrət, zənginlik, gözəllik, karyera və ya mövqe sahibi olmaq bu düşüncədə olan insanların əldə etməyə çalışdığı məfhumlardır. Halbuki, bunların heç biri insana dünya həyatında da, axirətdə də həqiqi mənada güc və ya etibar qazandıra bilməz.
Bədiüzzaman Səid Nursi: “Bütün qüvvətinizi ixlasdan və haqdan bilməlisiniz. Qüvvət haqdandır və ixlasdandır. Haqsızlar belə, haqsızlıqları içində göstərdikləri ixlas və səmimiyyətə görə qüvvət qazanırlar. Bəli, qüvvətin haqq və ixlasda olduğuna dəlil bu xidmətimizdir. Bu xidmətimizdəki ixlas bu iddianı isbat edir və öz-özünə dəlil olur”4 -sözləri ilə möminin həm dünyada, həm də axirətdə güc və qüvvəti sadəcə ixlasla qazana biləcəyini xatırlatmışdır. Bu düsturu unudub yuxarıda saydığımız maddi dəyərləri əldə etməyə çalışan insan isə Allah`ın razılığına uyğun davranmır.
Məsələn, müsəlmanlara fayda verən bir işdə dörd-beş insan arasında əmək bölgüsü aparıldığını fərz edək. Bu şəxslərdən birinə görüləcək işin pərdə arxasında qalan, passiv və səs gətirməyən, amma bir o qədər də çətin hissəsinin verildiyini düşünək. Digər şəxslərə də ön planda olan, insanların tərif və təqdirini ala biləcəyi daha aktiv bir vəzifə verilsin. Əgər bu şəxs özünə düşən vəzifəni sırf arxa planda qalacağı və təqdir görə bilməyəcəyi üçün rədd edib, insanların təqdirini qazana biləcəyi, ön plana çıxıb tərif ala biləcəyi digər bir vəzifə ilə dəyişdirmək istəsə, ixlasına zərər vermiş olar. Demək ki, “həm o qədər işləyəcəyəm, həm də ortaya çıxan işdə mənim adım heç çəkilməyəcək; üstəlik, digərləri daha az işləyib məndən daha çox təqdir qazanacaq” kimi düşüncəyə qapılmışdır. Məqbul olan isə təqdiri və tərifi sadəcə Allah`dan gözləmək, görülən işdə Allah`ın razılığını hədəf almaqdır. Əgər görülən iş fayda gətirəcəksə, bunu kimin etdiyi əhəmiyyətli deyil. İnsan gördüyü iş insanlar tərəfindən bilinməzsə, təqdir qazanmasa belə, sadəcə Allah`ın razılığını qazana bilmək və fayda gətirəcək bir işə vəsilə ola bilmək üçün bu işi şövqlə boynuna götürməlidir. Çünki ixlaslı olan davranış budur.
Həyatının hər anında ixlaslı davranan şəxs həm dünyada ikən uğur qazanıb rahat olar, həm də axirətdə gözəl qarşılıq ümid edər. Çünki bu şəxs dünyəvi imkanlarına, cəmiyyətdəki mövqeyinə, mal-dövlətinə deyil, Allah`a, imanına, ağlına, vicdanına və ixlasına güvənərək hərəkət edir. Allah da saf niyyətlə Özünə yönələnə: “...Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (Həcc surəsi, 40) -ayəsində də bildirdiyi kimi, kömək edir. Buna görə də imanın və ixlasın qarşısında başqa bir gücün qalib gəlməsi mümkün deyil. Çünki ixlas ilə insan Allah`ın köməyini, dəstəyini və gücünü qazanır.
İnsanın ixlasını Allah qorxusu artırır. Allah`ın böyüklüyünü, Ondan başqa qüvvət olmadığını, kainatı yoxdan yaradan, bütün canlıları qoruyan və rəhmət edənin, yalnız Allah olduğunu qavrayan insan dərin sevgi ilə Allah`a bağlanır. Dünya və axirətdə həqiqi dostun yalnız Allah olduğunu, sadəcə Onun razılığını qazanmağın vacib olduğunu anlayır. Bununla yanaşı, Allah`dan şiddətlə qorxur. Allah: “... Allah`dan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız” (Bəqərə surəsi 203) -ayəsi ilə insanlara Özündən qorxub çəkinmələrini əmr etmişdir.
Allah qorxusu insanın Allah`ın böyüklüyünü qavramağından və Onun gücünü təqdir edə bilməyindən qaynaqlanır. Allah`ın ucalığını və sonsuz qüdrətini qavrayan insan Onun razılığına uyğun həyat yaşamasa, Allah`ın intiqam alan, əzab verən sifətlərinin təzahür edəcəyini bilir. Çünki Quran ayələrində Allah`ın inkar edənlər üçün dünya və axirətdə hazırladığı əzab ətraflı olaraq izah edilmiş, bütün insanlar xəbərdar olunub qorxudulmuşdur. İnanan şəxs həyatının hər anında bu şüurda olur. Allah qorxusuna sahib olan şəxs dünya həyatının sona çatıb bütün insanların Allah`ın hüzurunda hesaba çəkiləcəyi həqiqətini bir an belə unutmur. Həyatının hər anında bu həqiqətin şüurunda olur. Bu şüur açıqlığı da Allah`ın əzabına düçar olmaqdan qorxub çəkinməsinə səbəb olur.
Allah`dan qorxub çəkinmək Allah`ın haram etdiyi və razı olmadığı hərəkətlərdən uzaq durmaqdan, Onun əmrlərini yerinə yetirərkən zəif davranmamaqdan irəli gəlir. Allah`dan qorxub çəkinən ixlaslı insan hansı davranışdan Allah`ın razı olmayacağını bilir və dərhal bunu düzəltmək üçün hərəkətə keçir. Məsələn, nəfsində mal-dövlətə qarşı istək varsa, bunun fərqinə varır. Bu vəziyyətdə sırf mal-dövlətə olan düşkünlüyündən xilas olmaq üçün bütün imkanlarını Allah yolunda xeyirli işlərdə istifadə edilməsinə səfərbər edir. Bu, faydalı əxlaqdır. İxlaslı olmaq istəyən şəxs qəlbində mal-mülkə qarşı meyillənmə hiss etdikdə, dərhal Allah`ın “malınızı Allah yolunda infaq edin” şəklindəki əmrini xatırlamalı və Allah`ın bəyənməyəcəyi düşüncədə olmaqdan qorxmalıdır. Hər nə qədər nəfsi əksini əmr etsə də, Allah`ın ayəsində əmr etdiyi kimi, sevdiyi şeylərdən infaq edə bilməlidir. Ayədə belə buyurulmuşdur:
Allah: “Nə qədər bacarırsınızsa Allah`dan qorxun. Qulaq asıb itaət edin...” (Təğabun surəsi 16) -ayəsi ilə insanlara güclərinin çatdığı qədər Özündən qorxmalarını əmr etmişdir. İman edən insan Allah`a qarşı olan imanını, qorxusunu heç vaxt kafi görməz. Həyatının son anına qədər Allah qorxusunu artırmağa çalışır. Çünki Quran ayələrində “Allah`dan qorxub çəkinənlər” olduğu kimi, “Allah`dan içləri titrəyərək qorxub çəkinənlər” olduğundan da bəhs edilmişdir.
Ayələrdə belə buyurulmuşdur:
Allah qorxusu ilə ixlas paralel olaraq inkişaf edir. İman edən şəxs ayənin əmri olaraq Allah`dan lazımi qədər qorxa bilmək üçün cəhd edir. Bu cəhdin digər adı ixlasdır. İxlaslı olduğu üçün “Ey iman gətirənlər! Allah`dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran surəsi, 102) ayəsində bildirilən tərzdə Allah`dan qorxub çəkinməyi bacarır.
Allah qorxusundan qaynaqlanan dərinlik və həssaslıq insanın daha da ixlaslı davranmağına səbəb olur. “Ey iman gətirənlər! Allah`dan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın...” (Maidə surəsi 35) ayəsində ifadə edildiyi kimi, Allah`a yaxınlaşdıran vəsilələri görə bilən və bu fürsətləri qiymətləndirə bilən ixlaslı insan halına gəlir.
Belə insan Allah`dan içi titrəyərək qorxduğu üçün Quran əxlaqını yaşamaqda zəiflik göstərmir. Qarşısına çıxan bütün ibadət fürsətlərini dəyərləndirir. Hər an hər yerdə, həm cəmiyyətdə, həm də tək olanda Allah`ın özünü görüb eşitdiyini unutmur. Gücünün çatdığı ən gözəl davranışı göstərmədiyi təqdirdə, Allah`ın əzabı ilə qarşılaşa biləcəyini düşünərək hərəkət edir. Allah qorxusu artdıqca bu şüur açıqlığı güclənir və beləliklə, həyatının hər anında etdiyi hər işdə cəhənnəm əzabını xatırlayaraq ixlaslı davranır.
İman edən insan “Onlar Allah`ı layiqincə qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır” (Zumər surəsi, 67) ayəsində xatırladılan həqiqətin şüurundadır. Allah`ı layiqincə qiymətləndirmək, Onu bütün isimləri ilə tanıyıb, Onun bu isimlərinin təcəllilərini həyatın hər anında görüb qavramaq deməkdir. Çünki insan ancaq Allah`ın böyüklüyünü qavraya bildiyi təqdirdə Ondan qorxub çəkinər və ancaq bu şəkildə səmimi imana çata bilər.
Allah`ı layiqincə qiymətləndirmək üçün Allah`dan başqa güc və qüvvət olmadığını bilmək lazımdır. Bu həqiqəti dərk etməyənlər dünya həyatının zahiri görünüşünə aldanırlar. Pul, etibar və ya cəmiyyətdə tutulan mövqe kimi xüsusiyyətlərə sahib olan insanları gözlərində böyüdür, onları insanları istiqamətləndirə bilən güc və iqtidar sahibləri olaraq görürlər. Buna görə də onların təqdirini qazanmağa çalışırlar. Onların tənqidinə məruz qalmaqdan və onların verə biləcəyi zərərdən qorxub-çəkinirlər.
Bu insanların arasında Allah`a iman etdiklərini söyləyən kəslər də vardır. Allah`a inandığını deyən bu insanlar qorxduqları şəxslərin Allah`dan müstəqil hərəkət edə bilən varlıqlar olduğunu düşünürlər. Bu da onların ibadətindəki ixlasa zərər verir. Bir iş görərkən dəyər verdiyi bu insanların təqdirini hədəf alırlar.
Halbuki, Allah diləmədikcə heç bir güc insanlara xeyir və ya zərər verə bilməz. Bu mövzu ilə bağlı ayələrdə belədir:
Buna görə də, Allah: “... Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz” (Bəqərə surəsi, 150) -ayəsi ilə insanlara Özündən başqa heç kimdən qorxub-çəkinməməyi əmr etmişdir. Bu iman və ixlası peyğəmbərlərin əxlaqında da görmək mümkündür. Quranın “Onlar Allah`ın risalətini təbliğ edir, Ondan qorxur və Allah`dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir” (Əhzab surəsi, 39) ayəsində elçilərin Allah`dan başqa heç kimdən qorxmadığına diqqət çəkilmişdir.
Allah`ı layiqincə qiymətləndirən hər insan Allah`dan başqa güc olmadığını bilir və Ondan başqa heç kimdən qorxmur. Allah diləmədikcə heç bir hadisənin baş verməyəcəyini bilir. Bu da onun mütəmadi olaraq saf niyyətlə, sadəcə Allah`a yönələrək ibadət etməyini təmin edir. Yaxşılıq edəcəksə, bunu sırf Allah`ın razılığını qazanmaq üçün edir. Hər hansı bir işdən imtina edəcəksə, bunu insanların qəzəbinə uğrayacağını düşündüyü üçün deyil, Allah`ın rəhmətini qazanmaq və Onun əzabına düçar olmamaq üçün edir.
Hər hansı bir iş yerindəki işçilərdən bəziləri xeyriyyə cəmiyyətinə yardım etməyi Quran əxlaqının tələbi olaraq qiymətləndirirlər. Verdiklərini tamamilə Allah qorxularından verirlər. Bəziləri isə pul verməsələr, insanların “necə də xəsisdir”, “o heç nə vermədi”, yaxud “pulu yoxdur” kimi ittihamları ilə qarşılaşmamaq üçün yardım edirlər. Şübhəsiz ki, bu sədəqə ilə ixlas sahiblərinin verdiyi sədəqələrin Allah qatında qarşılığı çox fərqlidir. Çünki bu kəslərin ixlası zədələnmiş və Quran əxlaqından uzaqlaşmışlar. Gördüyü işi Allah qorxusundan edən isə ixlaslı davrandığı üçün Allah qatında gözəl qarşılıq ümid edə bilər.
İnsanlardan çəkinənlərlə Allah`dan qorxaraq hərəkət edənlər arasındakı fərqlərə əks halda da rast gəlinir. Məsələn, iş yerində haqsız qazanc əldə etməyi vərdiş halına gətirən bir nəfər olduğunu fərz edək. Əgər bu adama etdiyinin Allah qatında gözəl qarşılanmayacağı xatırladıldığında təsirlənmirsə, amma bunun işçilər tərəfindən bilinəcəyi deyildikdə bu hərəkətindən imtina edirsə, bu şəxsin səmimiyyətindən bəhs etmək mümkün deyil. Bu insan pis əməli tərk etmişdir, amma bunu Allah qorxusundan deyil, insanlardan çəkinərək etdiyi üçün ixlassız hərəkət etmiş olur. Ancaq etdiklərinə görə səmimi olaraq tövbə etsə, o andan etibarən edəcəyi əməllərində ixlaslı davrana bilər.
Beləliklə, ixlası qazanmaq istəyən insanın gündəlik həyatda tez-tez rast gəlinən bu nümunələrdən lazımi nəticələri çıxarıb ibrət almağı və nəfsini tərbiyə etməyi çox vacibdir. Əgər Allah`dan başqa qorxub-çəkindiyi başqa varlıqlar varsa, ixlaslı olmaq üçün bunlardan qəti şəkildə uzaqlaşmalıdır.
Qarşılaşdığı hər hadisədə ən ixlaslı davranışı göstərmək istəyən insan hər işində Allah`ın razılığını hədəf almalıdır. Allah bir ayədə: “… Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allah`adır...” (Maidə surəsi, 48) -buyurmuşdur. Digər ayədə isə Rəbbimiz belə buyurur:
Ayədə də bildirildiyi kimi, Allah`a iman etdikləri halda, orta yol tutan insanlar da vardır, yaxşı işlərdə öndə gedənlər də. İxlaslı müsəlman xeyirlərdə yarışır. Həyatının hər anında Allah`ı razı etmək üçün cəhd edir, əlindəki bütün imkanlardan istifadə edərək saleh qullardan olmağa çalışır.
Din əxlaqını yaşamaqda orta yolu tutanlar və xeyirlərdə yarışanların arasındakı fərqi bu şəkildə izah edə bilərik: insan həyatı boyu bir çox hadisə ilə qarşılaşır. Həyatına necə istiqamət verəcəyi, hadisələr qarşısında necə əxlaq göstərəcəyi barədə müxtəlif seçimlərlə üzləşir. Seçim isə tamamilə öz vicdanına qalır. İmanlı insan din əxlaqına uyğun olmayan variantlara qarşı çox diqqətcildir. Buna görə də imanlı şəxs bu ehtimalları qeydsiz-şərtsiz rədd edir və Allah`ın razılığına uyğun olduğunu düşündüyü, ən çox əcri qazanıb, Allah`a yaxınlaşacağını düşündüyü yolu seçir.
Bu insanın aldığı qərarlarda vicdanından istifadə etməyi ona ixlası qazandıran ən əhəmiyyətli yollardan biridir. Quranda iman edənlər arasında xeyirxah işlər görməyə tələsən ixlaslı şəxslər haqqında belə bəhs edilir:
İnsan seçim qarşısında qalsa belə, Allah`ın razı olacağı yolu görməsi çox asandır. Allah`a yaxınlaşmağa çalışan və hadisələrə iman gözü ilə baxan insan üçün bu yol çox dəqiqdir.
Məsələn, insan gününü necə keçirəcəyi barədə qarşısında bir neçə alternativ olduğunu görür. Bütün gününü evdə oturub idman edərək və televiziya izləyərək keçirə bilər. İdmanla məşğul olmağın sağlamlığı qorumaq üçün vacib olduğunu, televiziya izləməyin isə dünyagörüşünü artıracağını söyləyərək bunlarda Allah`ın razılığını gördüyünü deyə bilər. Əlbəttə ki, idman etmək də, televiziya izləmək də faydalı fəaliyyətlərdir. Amma dünyada dinsiz cərəyanlar bu qədər güc qazanmışkən, müsəlman ölkələrdə müdafiəsiz qadınlar, yaşlılar və uşaqlar: “Rəbbimiz Allah`dır” - dedikləri üçün öldürülərkən və müharibələr, qarşıdurmalar və əxlaqi pozuntu bu qədər artmışkən iman edən insanın bütün gününü idmana və televiziyaya ayırması vicdanlı seçim olmaz.
Şübhəsiz ki, Quran əxlaqının mükəmməlliyini digər insanlara izah edib onların da axirətlərinə vəsilə olmağa çalışmaq birinci seçimdən daha xeyirlidir. Çünki bu, “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır” (Ali-İmran surəsi, 104) ayəsində bildirilən bütün müsəlmanların üzərinə düşən məsuliyyətdir. İnsan bu yola yönəldiyi təqdirdə ibadət edir və saleh əməl işləyir. Bundan əlavə, ayənin hökmünü yerinə yetirib, din əxlaqını təbliğ etdiyi və başqalarının da hidayətinə vəsilə olduğu üçün əcr qazanmış olur.
Allah bu mövzu ilə bağlı Quranda belə bir nümunə vermişdir:
Ayələrdən aydın olduğu kimi, hacılara su vermək, yaxud Məscidulharamı təmir etmək Allah`ın razılığına uyğun xeyirli işlərdir. Ancaq imkanı olduğu halda, ibadətini bu hərəkətlərlə məhdudlaşdıranların özlərini aldatmamağı və etdiklərini kafi görməməyi çox vacibdir. Çünki müqayisə etdikdə bunların Allah yolunda malı və canı ilə cəhd edən bir insanın davranışı ilə eyni olmadığı görünür.
İnsanın daha gözəlini, daha xeyirlisini, təqvaya, Quran əxlaqına daha uyğun olduğunu düşündüyü davranışlar var ikən bundan daha azını seçməyi ixlaslı davranış deyil. Çünki bu vicdanından tam olaraq istifadə etmədiyini, bir az da olsa nəfsinə pay ayırdığını, öz rahatlığına və mənfəətinə uyğun hərəkət etdiyini göstərir. Halbuki, Qurana uyğun olan seçim nə qədər nəfsinə ağır gəlsə də, nə qədər çətin olsa da və nə qədər fədakarlıq tələb etsə də, Allah`ın razılığını qazana bilmək üçün nəfsindən keçməlidir. Bu düşüncə möminə Allah`ın razılığını, rəhmət və cənnətini və ixlası qazandırır.
İxlaslı olmaq istəyən insan dünya həyatında etdiklərinin qarşılığını sadəcə Allah`dan gözləməlidir. Görülən iş Allah`ın razılığı, rəhməti və cənnəti hədəf alınaraq edilmirsə, bu, ixlası zədələyib insanı səmimiyyətsizliyə aparır. Çünki insanlardan maddi və mənəvi mənfəətlər güdərək edilən yaxşılıq qazancdan çox itki gətirir. İnsan bu düşüncə ilə illərlə Allah yolunda xidmət etsə belə, bu etdiklərini sadəcə Allah`ı razı etmək üçün etmirsə, demək ki, həqiqi mənada ixlası qazanmayıb. Niyyətə Allah`ın razılığını qazanmaqdan başqa heç nə qatmadan edilən ibadətlər insana böyük əcr və savab qazandıra bilər.
Allah: “Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (İsra surəsi, 9)-ayəsi ilə saleh əməlin böyük mükafatla qarşılıq görəcəyini bildirmişdir.
Bədiüzzaman Səid Nursi də əsərlərində insanın qurtuluşunun ancaq ixlas ilə mümkün olacağını söyləmiş, ixlası sadəcə Allah`ın razılığını axtarmaqla əldə etməyin mümkün olduğunu belə ifadə etmişdir:
“...Qurtuluşa səbəb və qurtuluş ixlasdadır. İxlası qazanmaq çox vacibdir. Bir zərrə ixlaslı əməl digər bütün əməllərdən üstündür. İxlası qazandıran hərəkətlərin səbəbini sırf Allah`ın əmri və nəticəsini də Allah`ın razılığı olduğunu düşünmək və İlahi qanunlara qarışmamaq lazımdır”.5
Bədiüzzaman bir sözündə insanlara qarşı olan sevginin ixlaslı olmağı üçün qarşılıqsız və sadəcə Allah rizası üçün olmağını vurğulamışdır:
“Hər şeydə bir ixlas vardır. Hətta məhəbbətin də ixlaslı bir zərrəsi belə üstündür. Bir şəxs bu ixlaslı sevgini belə təsvir etmişdir:
“Mən sevgi qarşılığında rüşvət, mükafat istəmirəm. Çünki qarşılığında mükafat, savab istənilən sevgi zəifdir, davamsızdır””.6
İxlaslı olmaq istəyən şəxs bu həqiqəti qavramalıdır. Çünki etdiyi əməllər bu şəkildə saleh əməl ola bilər və ancaq bu yolla Allah`ın razılığına, rəhmətinə və cənnətinə qovuşmağı ümid edə bilər.
Ancaq şeytan insanı fərqli düşüncələrə salmaq və onu Allah`ın razılığından başqa mənfəətlər axtarmağa yönəltmək istəyir. “Onsuz da bu etdiklərimi Allah`ın razılığını qazanmaq üçün edirəm, bir az da fərdi mənfəətlərimi axtarmağın mənə nə zərəri ola bilər ki”, “həm Allah`ın razılığını qazanaram, həm də ətrafımda bir az etibar qazanmış olaram”, “mən yaxşılıq edəcəyəm, amma qarşılığında onlar da mənə yaxşılıq etsinlər”, yaxud “fədakarlıq edərəm, amma hər şeyin bir qarşılığı var” - bu düşüncələr şeytana məxsusdur. Ancaq bu düşüncələrin hər biri insanın ixlaslı olmağına və saleh əməllər işləməyinə mane olur.
Səid Nursi sözlərində insanın sadəcə Allah`ın özünə verdiklərinə qane olmaqla ixlası əldə edə biləcəyinə diqqət çəkmişdir. Bədiüzzamanın burada vurğuladığı nöqtə insanın dili ilə qənaət etdiyi kimi, ürəyində də Allah`ın verdikləri ilə kifayətlənməyin vacibliyidir. Çünki insan Allah qatında ürəyindəki niyyətindən məsul tutulacaq:
“… Səhabələrin Quranda təriflənən comərdlik (özü möhtac olduğu halda başqasına nemət vermək) xüsusiyyətini özünə rəhbər etmək! Yəni hədiyyə və sədəqənin qəbulunda başqasını özündən üstün tutmaq və dinə xidmətin qarşılığında gələn maddi mənfəətləri götürməməkdir. Çünki dinə xidmətin qarşılığında dünyada bir şey istənilməməli ki, ixlas zədələnməsin. Hərçənd haqları var ki, ümmət onların məişətlərini (yaşamaq üçün lazım olan ehtiyaclarını) təmin etsin. Həm zəkat almağa da haqları vardır. Lakin bu istənilməz, verilər. Verildiyi vaxt da: “Xidmətimin əvəzidir”, -deyilməz. “Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar” (Həşr surəsi, 9) ayəsinin sirrinə nail olaraq, bu təhlükədən xilas olub ixlası əldə edə bilər”.7
Yenə başqa bir sözündə Bədiüzzaman: “Bu dünya xidmət yurdudur, qarşılıq almaq yeri deyil. Saleh əməllərin qarşılığı, meyvələri, nurları bərzəxdə- axirətdədir. O baqi meyvələri bu dünyada istəmək, dünyanı axirətdən üstün tutmaq deməkdir. O saleh əməlin ixlası zədələnər, nuru gedər. Bəli, o meyvələr istənilməz, niyyət edilməz. Verilsə, təşviq üçün verildiyi düşünülüb şükür edilər”, -deyərək insanın bütün qarşılığı axirətə saxlamağının daha xeyirli olacağına diqqət çəkmişdir.8
Həqiqətən də insanın Allah`ın razılığından başqa gözlədiyi qarşılıqlar dünyaya aiddir. Bu da dünyanı axirətdən üstün tutmaq mənasını verir. Bəlkə də bu insan dünya nemətlərindən faydalanar, amma axirətdəki sonsuz gözəlliklərdən məhrum qalacaqdır. Halbuki, insan sadəcə Allah`ın razılığını və axirəti hədəf alıb saf niyyətlə saleh əməl işləsə, Allah ona həm dünya, həm də axirət nemətlərini verəcəkdir. Allah: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) -ayəsi ilə iman edənlərə bu gözəl müjdəni vermişdir.
Quranda peyğəmbərlərin bu mövzuda göstərdiyi üstün əxlaqa aid bir çox nümunə verilmişdir. Ayələrdə bütün elçilərin etdiyi xidmətlərin qarşılığında Allah`ın razılığından başqa heç bir qarşılıq gözləmədiyindən belə bəhs edilir:
Bədiüzzaman Səid Nursi də insanın ancaq peyğəmbərlərdəki bu əxlaqı nümunə götürərək ixlası qazana biləcəyini xatırlatmışdır:
“… Bir mövqeyə çoxları namizəd ola bilər. Maddi və mənəvi bütün qarşılıqlara çox əllər uzana bilər. O nöqtədən zəhmət və rəqabət doğulub dostu düşmənə, razılığı narazıçılığa çevirə bilər. Bu müdhiş xəstəliyin məlhəmi, dərmanı ixlasdır. Yəni Allah`ın razılığını nəfsin razılığından üstün tutmaqla haqqın nəfsə və ənaniyyətə qalib gəlməsi ilə “Əgər üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allah`a aiddir. Mənə müsəlmanlardan olmaq əmr edil¬¬mişdir” (Yunis surəsi, 72) ayəsinin sirrinə vaqif olub, insanlardan gələn maddi və mənəvi qarşılıqdan imtina etməklə (Allah`dan başqa heç kimin minnəti altına girməməklə) Quranda “... Elçiyə düşən açıq-aşkar bir təbliğdən başqası deyil” (Nur surəsi, 54) ayəsini qavrayıb hüsni-qəbul (gözəl qəbul) və hüsni-təsir (gözəl təsir) və təvəccühi-nasi (insanların diqqətini) qazanmağın Cənabi-Haqqa aid olduğunu və özünün vəzifəsi olan təbliğə daxil olmadığını və lazım da olmadığını və bununla mükəlləf də olmadığını bilərək ixlasa qovuşar. Yoxsa ixlaslı ola bilməz”.9
Bədiüzzaman Səid Nursi “Risaleyi-Nur” külliyyatında ixlası qazanmağın şərtlərindən bəhs etdiyi yazılarından birində belə demişdir:
“Əməlinizdə Allah rizası olmalıdır. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yoxdur. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yoxdur. O, razı olduqdan və qəbul etdikdən sonra istəsə və hikmətli görsə, siz istəmək tələbində olmadığınız halda, xalqlara da qəbul etdirər, onları da razı edər. Bunun üçün bu xidmətdə sadəcə Cənabi-Haqqın razılığını əsas məqsəd etmək lazımdır”.10
Bədiüzzaman Səid Nursi bu sözləri ilə insanların razılığından uzaqlaşıb, sadəcə Allah`ın razılığını qazanmağın əhəmiyyətinə toxunmuşdur. Onun bu sözündə verdiyi nümunə ixlasın başa düşülməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Bundan əlavə, əgər Allah bir adamdan razı olmayacaqsa, bütün dünya ondan razı olsa da, ona minnətdarlıq etsə də, bunun heç bir əhəmiyyəti olmaz. İnanan şəxs bunun Allah qatında dəyərinin olmadığını və Allah razı olmasa, insanların razılığının axirətdə faydasının olmayacağını bilir. Razılığını qazanacağı insanlar maddi cəhətdən və sayca üstünlük təşkil edə bilər. Ancaq bu insanlar Allah`ın həyat bəxş etdiyi və bir gün torpağın altında çürüyüb bütün güc-qüdrətlərini itirən aciz varlıqlardır. Buna görə də axirətdə nə çoxluğun, nə maddi dəstəyin, nə də deyilən təriflərin faydası olacaq. Baqi olan və razılığı qazanılmağa layiq olan yeganə varlıq sadəcə Allah`dır. İnsan bu həqiqəti qavrayaraq insanların razılığına deyil, sadəcə Allah`ın razılığını qazanmağa yönəlməklə ixlaslı ola bilər. Quranda deyilir:
İnsanın Allah`dan başqasının razılığını düşünərək hərəkət etməsi Quranda “şirk”, yaxud “Allah`a ortaq qoşmaq” olaraq ifadə edilmişdir. Yuxarıdakı ayədə isə Allah insanın başqalarının razılığını axtarıb Allah`a ortaqlar qoşmağını bir çox sahibi olan köləyə bənzətmişdir. Allah`a saf imanla qulluq edəni isə yalnız bir adama təslim olmuş şəxsin vəziyyətinə bənzətmişdir. Allah Özündən başqa bütün varlıqların mütləq öləcəyini xatırladaraq insanları sadəcə Allah`ın razılığına yönəlmələri barədə düşünməyə dəvət etmişdir.
İnsan bu mövzuda nəfsinin təlqinlərinə qarşı çox diqqətli olmalıdır. Çünki nəfsin ən böyük arzularından biri də Quran əxlaqına zidd olaraq insanların məmnuniyyətini və təqdirini qazana bilməkdir. Bəzi insanlar etdiyi işi öz istək və seçimləri əsasında deyil, sırf ətrafdan təqdir almaq və bununla cəmiyyətdə mövqe qazanmaq üçün edir. Buna görə də bu insanların məqsədi insanların razılığını qazanmaq arzusudur.
Bəzi insanların “sonra kənardakılar nə deyərlər?”, “bunu insanlara necə izah edərik”, “camaatın yanında biabır olduq”, “insan içinə çıxa bilməyəcəyik” kimi sözlər dediyini tez-tez eşidirik. Bu insanlar üçün digərlərinin nə deyəcəyi, haqlarında nə düşünəcəyi, hadisələri necə qiymətləndirəcəyi çox əhəmiyyətlidir. Bəzən səhv etdikdə vicdanları bundan narahatlıq hissi keçirmir, amma bunu insanların öyrənməyindən çox narahat olurlar. Halbuki, bu səhv davranışı Allah`ın bilməsi çox vacibdir. İnsan etdiyi səhvləri düzəltmək üçün sadəcə Allah`ın dərgahına yönəlməlidir. Əgər insan səhvinə görə Allah`a qarşı məsuliyyət hiss etmirsə, amma insanlara qarşı özünü xəcalətli hiss edirsə və utanırsa, bu, o adamın insanların razılığını Allah`ın razılığından daha üstün gördüyünü göstərir. Bu insanlar dinin bir çox hökmü haqqında evlərində göstərdiyi həssaslığı cəmiyyətdə ikən göstərmirlər. İnsanların razılığını Allah`ın razılığından üstün tuturlar. İstirahət mərkəzlərinə və ya dəniz kənarında olan hər hansı bir bölgəyə getdikləri zaman bir cür, dindar şəxslərin olduğu yerə getdikləri zaman isə başqa cür davranırlar. Müsəlmanların yanında ikən fərqli, onlardan uzaqlaşıb başqa şəhərə, yaxud ölkəyə getdikdə fərqli əxlaq göstərirlər. Bəzən bu düşüncə ilə ibadətlərini görməzlikdən gələ bilirlər. Halbuki, ixlaslı şəxs bunların heç birini etməz.
İxlaslı insan hara gedirsə-getsin, yaxud kimin yanında olursa-olsun, Allah qorxusunda, təqvasında dəyişiklik olmaz. Quranın “O kəslər ki, ticarət də, alış-veriş də onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar” (Nur surəsi, 37) ayəsində müxtəlif şəraitlərin həqiqi müsəlmanların davranışlarına təsir edə bilmədiyinə diqqət çəkilmişdir.
İxlaslı olmaq istəyən mömin cahil cəmiyyətlərin nümayəndələrinə xas olan “insanlar nə deyər” məntiqindən tamamilə uzaqlaşmalıdır. Çünki başqalarının məmnuniyyətini axtaran insanın ixlaslı olmağı mümkün deyil.
İxlaslı olmaq istəyən şəxs hər zaman saf niyyətlə və səmimi olaraq Allah`ın razılığını axtarmalıdır. Allah diləməsə, razılığını qazandığı insanlar şəxsə heç bir fayda verməz, amma Allah`ın razılığını, dəstəyini, sevgisini və məmnuniyyətini qazanan insan başqa heç kimin dəstəyinə möhtac olmaz. İxlaslı olduğu üçün Allah onsuz da ona dünyada da, axirətdə də ən gözəl həyatı yaşadacaq, heç bir insanın təmin edə bilməyəcəyi dəstəyi təmin edəcəkdir. Bir sözündə Bədiüzzaman Səid Nursi bu həqiqətə belə toxunmuşdur:
“… Allah`ın razılığı kafidir. Əgər O yar isə, hər şey yardır. Əgər O, yar deyilsə, bütün dünya alqışlasa belə, beş qəpik etməz. İnsanların təqdiri, istehsanı (bəyənməyi, xoş qarşılamağı) əgər belə işdə, belə əməli-ührəvidə xəstəlik isə, o əməli ləğv edər. Əgər seçilirsə, o əməldəki ixlası qırar. Əgər müşəvviq (təşviq edici) isə saflığını aradan qaldırar. Əgər sırf əlaməti-məqbuliyyət olaraq, istəmədən Cənabi-Haqq ehsan etsə, o əməlin və elmin insanlarda hüsnü-təsiri naminə qəbul etmək gözəldir ki... buna işarədir”.11
“Ey nəfs, əgər təqva və saleh əməl ilə Xaliqini razı etdinsə, kifayətdir, xalqın razılığını qazanmağa ehtiyac yoxdur. Əgər xalq da Allah üçün razılıq və sevgi göstərsə, yaxşıdır. Əgər onlarınkı dünyəvi səbəblərdən olsa, qiyməti yoxdur. Çünki onlar da sənin kimi aciz qullardır. İkinci seçim şirkdir. Bəli, bir məsləhət üçün sultana müraciət edən adam sultanı razı etmiş isə, o iş görülər. Etməmişsə, insanların köməyi ilə çətin olar. Yenə də sultanın icazəsi lazımdır. İcazəsi də razılığına bağlıdır”.12
Vicdan Allah`ın insana doğru yolu göstərmək üçün vəzifə verdiyi gücdür. Həyatının sonuna qədər nəfsinin pisliklərinə, şeytanın vəsvəsələrinə və Qurana uyğun olmayan davranışlara qarşı insanı xəbərdar edib qorxudur. Ona Allah`ın razı olacağı əməlləri, Qurana uyğun olan davranışları ilham edir. Qarşılaşdığı hər hadisədə vicdanının səsinə tabe olan insan ixlası da qazanır. Çünki ixlas, onsuz da, insanın vicdanını ən son nöqtəsinə qədər istifadə edə bilməsidir. Nəfsinə zidd olsa, yaxud çətinliklə qarşılaşsa belə, vicdanlı davranmaqdan əl çəkməməsidir.
Buna görə də, ixlaslı olmaq istəyən şəxs, əvvəlcə, vicdanından lazımi qaydada istifadə edib-etmədiyini nəzərdən keçirməlidir. Əgər bəzən vicdanını susdurursa, onu dinləmirsə və bilə-bilə nəfsinin istəklərinə tabe olursa, deməli, vicdanından Qurana uyğun şəkildə istifadə etmir.
Doğrusu, insan özü-özünə şahiddir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamət surəsi 14-15)
Ayələrdə bildirildiyi kimi, hər insan özünə pıçıldayan səsin vicdan olduğunu və bu səsi hansı bəhanələrlə susdurduğunu bilir.
Vicdan insan üçün böyük nemət və rəhmətdir. Bədiüzzaman Səid Nursinin də “Ağıl tətil etsə də, nəzərini ihmal etsə, vicdan Sanini unuda bilməz. Öz nəfsini inkar etsə də, Onu görür, Onu düşünür, Ona mütəvəccihdir”13 və ya “...Hər vicdanda iki pəncərə olan Saniye-Zülcəlal mərifətini insan qəlbinə daima təcəlli etdirir”14 sözləri ilə ifadə etdiyi kimi, insan qəflətdə olsa belə, vicdanı susmaz. Özü nəfsinə tabe olsa belə, vicdanı tabe olmaz, özü səmimiyyətsizliyə meyil etsə belə, vicdanı etməz, şeytana tabe olsa belə, vicdanı tabe olmaz. İnsan bilərək və ya bilməyərək səhv edə bilər, amma vicdanı əsla doğru yoldan ayrılmaz, əsla səhv etməz.
Lakin vicdan korlaşa bilər. İnsan vicdanı özünü doğru yola çağırdığı halda, bu səsə qarşı laqeyd davranırsa, vicdanının səsini susdurursa, vicdanının təsirini zəiflədir və onu korlaşdırır. Vicdan yenə də insanı xəbərdar edib doğru yola çağırır, amma o, artıq bu səsdən təsirlənmir, onu dinləmir və əhəmiyyət vermir. Buna görə də möminin vicdanının qəbul etməyəcəyi bir çox davranışı bu adamın vicdanı qəbul etməyə başlayır. Bu insan Allah`ın bəyənmədiyi, Qurana uyğun olmayan davranışlar edib şeytana təslim olduğu halda, vicdan əzabı çəkmir. Qurana uyğun olmayan davranışları çətinlik çəkmədən, asanlıqla edə biləcək hala gəlir.
Məsələn, bir ölkədə müharibənin başladığı ilk günlərdə hər insan ölən köməksiz qadınları, uşaqları, körpələri görüb vicdanən narahatlıq keçirir. Nə isə edib bu insanlara kömək etmək istəyir. Lakin sonrakı günlərdə hər gün qəzetlərdə eyni xəbərləri oxumaq, televiziyada eyni xəbərləri izləmək insanın vicdanını korlaşdırır. Artıq ölüm xəbərləri, yaxud edilən zülmlə bağlı məlumatlar onun vicdanına təsir etmir. Artıq heç bir sıxıntı keçirmir. Bu, vicdanın korlaşmasıdır. Vicdan korlaşanda isə ixlasdan bəhs etmək mümkün deyil.
İxlaslı olmaq üçün, əvvəlcə, Qurana uyğun vicdan həssaslığına sahib olmaq lazımdır. Bu isə Allah qorxusunun artması ilə mümkün olur. İnsan Allah`ın hər an hər yerdə özünü görüb-eşitdiyini, bütün etdiklərini qatında gizli saxladığını, özünü bunlardan hesaba çəkəcəyini düşünməlidir. Ölümün an məsələsi olduğunu, bir an sonra Allah`ın hüzurunda hesab verə biləcəyini və əgər Allah`ın istədiyi əxlaqa yiyələnməmiş, vicdanını lazımi qaydada istifadə etməmiş isə sonsuz cəhənnəm əzabı ilə qarşılaşa biləcəyini açıq şüurla qavramağa çalışmalıdır. Əgər Quranın bu mühüm gerçəklərini qavrasa, vicdanındakı bu korlaşma yerini güclü vicdan həssaslığına buraxar. Vicdandakı bu həssaslıq vasitəsilə qarşılaşdığı hər hadisədə vicdanının səsini dinləyərək ixlaslı davranar.
Bəlkə də istisnasız bütün insanların zehnində bir mövzu vardır; uzun ömürlü olmaq, hətta mümkündürsə, heç ölməmək… Alimlər əsrlərdir ki, bu mövzuda ciddi araşdırmalar aparır və daha çox yaşamağın yollarını tapmağa çalışırlar. Lakin heç bir nəticə əldə edə bilməmişlər. Çünki Allah: “Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Ənbiya surəsi 34-35) -ayələri ilə hər insanın ölümlü yaradıldığını və əcəli gəldiyində mütləq bu gerçəklə üzləşəcəyini bildirmişdir.
İnsanlar hər nə qədər düşünmək, yaxud qəbul etmək istəməsələr də, həqiqət budur: insan ölümlüdür. Dünya həyatı isə çox qısa və keçicidir. Hər insan sınanmaq üçün təxminən altmış-yetmiş il dünyada yaşayır. Buna görə də insanın planlarını sırf dünya həyatına uyğun qurması, sonsuza qədər əsl həyatını yaşayacağı axirətini unutması çox böyük səhvdir.
Bu həqiqət hər insanın asanlıqla anlaya biləcəyi qədər açıq və sadədir. Lakin “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır” (Mülk surəsi, 2) ayəsində bildirilən imtahan mühitinin meydana gəlməsi üçün Allah dünya həyatını bəzəkli yaratmışdır.
Bəzi insanlar dünya həyatının mənfəətlərindən daha çox faydalana bilmək üçün sanki yarışırlar. Bu, insanı aldatmamalıdır. Çünki qəflətdə olanların etdiklərinin ölçü olmadığı Quran ayələri ilə insanlara bildirilmişdir. Mal-dövlət yığmağa çalışan, mövqe sahibi ola bilmək üçün inanclarından uzaqlaşan insanlar yanlış ideallara xidmət edirlər. İnsanın teatr səhnəsində izlədiklərini həqiqət hesab edib ssenaristə sərt reaksiya verməsi nə qədər məntiqsiz və gülüncdürsə, dünya həyatını gerçək sanaraq böyük həvəslə mənfəətini güdən kəslərin vəziyyəti də bununla eynidir.
Özlərini sadəcə dünya həyatına həsr edən insanlar kimi, “həm axirəti, həm də dünya həyatını qazanım” düşüncəsində olan kəslər də səhv edirlər. Dünya həyatı insanlar üçün nemət olaraq yaradılmışdır. İnsan bu dünyadakı bütün gözəlliklərdən faydalana, nemətlərdən ən gözəl şəkildə istifadə edə bilər. Lakin bunları əldə etməyi məqsəd halına gətirmək, həvəslə bu nemətlərə yönəlmək doğru deyildir. Bütün bunları din əxlaqını ən gözəl şəkildə yaşamaq, Allah`ı təqdir etmək, Allah`ın özünə lütf etdiklərini görüb şükür etmək üçün istifadə edə bilər. İnsanın “həm Allah`ın razılığını qazanacaq şəkildə həyat yaşayım, həm də dünya həyatının mənfəətlərindən faydalanım” şəklində düşünməsi ixlasına zərərlidir.
Allah Quranın: “Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yaqubu da yada sal! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər” (Sad surəsi, 45-47) -ayələri ilə peyğəmbərlərdən nümunə çəkmiş və axirəti düşünərək davrananların hərəkətinin məqbul olduğunu bildirmişdir. Allah onsuz da ixlasla Özünə yönəlib axirəti istəyənlərə dünya həyatının ən gözəl nemətlərini verir. Buna görə də: “Həm dünya, həm də axirət mənim olsun”, -deyən insan hər ikisindən də məhrum olur, axirətə yönələn şəxs isə həm dünya, həm də axirət həyatının nemətlərini qazanar.
Bədiüzzaman Səid Nursi: “Əvvəla, səbəbi, sirri-ixlasdır. Çünki dünyada keçici zövqlər, kəramətlər tam nəfsini məğlub etməyən insanlara bir məqsəd olub, ührəvi (axirəti üçün etdiyi əməllərə) əməlinə səbəb təşkil edər, ixlası qırılar. Çünki əməli-ührəvi ilə dünyəvi məqsədlər, zövqlər axtarılmaz. Axtarılsa, sirri-ixlası pozar”, -sözləri ilə dünya nemətlərini əldə etməyi məqsəd halına gətirməyin ixlası qırdığına, saleh əməllərə mane olduğuna diqqət çəkmişdir.15
Başqa sözündə isə Səid Nursi dünya həyatını ən xoşbəxt və ən gözəl şəkildə yaşayanın dünyanı mehmanxana olaraq qəbul edən kimsə olduğunu ifadə etmişdir. Çünki bu düşüncə insanı Allah`ın razılığını qazanmağa və ixlaslı davranmağa yönəldir.
“Görürəm ki, bu dünya həyatında ən bəxtiyar odur ki, dünyanı mehmanxana olaraq dərk etsin, elə də qəbul etsin və buna əsasən hərəkət etsin. Və bu şüur ilə ən böyük mərtəbə olan razılıq mərtəbəsini tez əldə edə bilər. Qırılacaq şüşəyə almazın dəyərini verməz, istiqamət və ləzzətlə həyatını keçirər.
Bəli, dünyaya aid işlər qırılmağa məhkum şüşələr hökmündədir, sonsuz axirətə aid işlər isə çox möhkəm almazlar dəyərindədir. İnsanın fitrətindəki şiddətli maraq, hərarətli sevgi, şiddətli həvəs, inadlı tələb və beləliklə, iddətli hislər axirətə aid işləri görmək üçün verilmişdir. O hissiyyatı fani dünya işlərinə yönəltmək, fani və qırılacaq şüşələrə baqi almaz dəyərini vermək deməkdir”.16
Bədiüzzaman bu sözündə dünya həyatını şüşəyə, axirəti isə almaz parçasına bənzətmişdir. Dünya həyatına qapılaraq ixlasdan uzaqlaşan insan bu dəyərsiz şüşə üçün almazı fəda edən şəxs kimi axirətini itirir. Dünyanın bir mehmanxana olduğunu anlayan kimsə isə bu səhvə yol verməyərək dünyada da, axirətdə də ən gözəl həyatı yaşayır.
Bəzi insanlar ölümü yanlış dəyərləndirirlər. Ölümü hər cür gözəlliyin bitdiyi, həyatla vidalaşıb torpağa qarışaraq çürüyüb yox olunan bir son olaraq görürlər. Bu inancları Allah`ın varlığını, dünya həyatının və özlərinin yaradılış məqsədini qavraya bilmədiklərindən qaynaqlanır. Bu şəxslər dünyanın imtahandan ibarət olduğunun şüurunda deyildirlər. Yaşadıqları bu dünyanı həqiqət, axirəti isə reallıqdan uzaq görürlər. Buna görə də dünya həyatına son verib axirət həyatını başladan ölümü hər şeyin sonu olaraq xarakterizə edirlər.
Bu düşüncələrinə əsasən, onlar üçün ölüm nə qədər ürküdücüdürsə, ölümü düşünmək də bir o qədər qorxuncdur. Ölümü düşündükdə dünya həyatından zövq ala bilməyəcəklərinə, bu düşüncənin bütün həzlərinin mənasız hala gətirəcəyinə inanırlar. Ölümü düşünməyib unutmağa çalışdıqları təqdirdə də dünya həyatına daha çox bağlanıb, nemətlərdən daha çox zövq ala biləcəklərinə inanırlar.
Halbuki, insan ölümü düşünüb-düşünməsə də, unudub-unutmasa da nəticə dəyişməz:
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)
Ayədə deyildiyi kimi, insan ölümlə mütləq qarşılaşacaq. Ağıllı insan ölümü düşünməyərək və unutmağa çalışaraq qəti reallaşacaq hadisədən qaçmaz, bu həqiqətlə qarşılaşmağa hazırlıq görər. Əgər insan Allah`ın razı olacağı tərzdə yaşayırsa, ölüm ona itki, yaxud zərər gətirməz. Əksinə, sonsuz və qüsursuz həyata başlamağına vəsilə olar. Əgər bu insan Allah`a səmimi qəlbdən yönəlibsə, ölüm kənardan baxıldıqda hansı şərtlər altında reallaşırsa-reallaşsın acı verməz. Allah Quranda ölüm mələklərinin iman edənlərin canlarını əzab vermədən çəkib alacağını bildirmişdir. Ölümün ancaq inkar edənlər üçün əzablı hadisə olduğu Quran ayələri ilə xəbər verilmişdir (Naziat surəsi, 1-2). Buna görə də əgər insan imanlı və ixlaslıdırsa, ölüm onun üçün əzab çəkəcəyi bir son olmayacaq. Ölümü düşünmək insanı tərki-dünya etməz, əksinə, dünya nemətlərindən ən yüksək dərəcədə zövq almağı təmin edər. Çünki insan nemətlərə həvəslə bağlandığı zaman deyil, bütün bunların fani və keçici olduğunu qavradığı təqdirdə onlardan daha çox həzz ala bilər. Peyğəmbərimiz (səv) də ölümü düşünməyin əhəmiyyətini bu şəkildə ifadə etmişdir:
“Ölümü çox zikr edin. Çünki bu, insanı dünyadan çəkər və günahlardan uzaqlaşdırar”.17
Ölüm bəzi insanların qəbul etdiyi kimi nə həyatın, nə nemətlərin, nə də gözəlliklərin sonudur. Əksinə, ölüm gerçək həyatın başlanğıcıdır; sonsuza qədər ölümsüz olacağı gerçək həyata keçiddir. Əgər Allah`ın böyüklüyünü təqdir etmiş və həyatını buna əsasən yaşamışsa, sonsuz həyatını bir-birindən gözəl cənnətlərdə keçirəcək. Lakin dünyaya aldanıb ölümü, Allah`ın hüzurunda hesab verəcəyi günü və axirəti unutsa, əbədi məkanı cəhənnəm olacaq. Dünya həyatında ölümü düşünməmək bu gerçəklərlə qarşılaşmamaq demək deyildir.
Ölümü düşünmək və bu həqiqətin şüurunda olmaq insanı hər an ixlaslı və vicdanlı davranmağa sövq edən təfəkkürdür. Allah`ın və axirətin varlığına səmimi iman edən şəxs, həyat kimi ölümün də Allah`ın idarəsində olduğunu bilir. Heç kim əcəlini nə təxirə sala bilər, nə də tezləşdirə bilər. Ölüm Allah`ın təqdir etdiyi anda və Allah`ın təqdir etdiyi şəkildə reallaşır.
Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)
Ayədə bildirilən bu həqiqətin fərqində olan insan ölüm ilə nə vaxt qarşılaşacağını bilməməyin gətirdiyi açıq şüurla hərəkət edir.
Harada olursunuzsa-olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə… (Nisa surəsi, 78)
Ayədə keçdiyi kimi, Allah dilədikdən sonra ölüm mütləq reallaşır. Bunun nə insanın yaşı ilə, nə sağlamlığı, nə də tədbirli davranmağı ilə əlaqəsi var. Allah dilədikdən sonra ani qəza, gözlənilməz xəstəlik, hətta bəzən sadə bir səbəb belə ölümlə nəticələnə bilər.
Ölümü düşünə bilən insan hər an-hər yerdə ölümlə qarşılaşa biləcəyini, həyatının hər an sona çatma ehtimalı olduğunu bilir. Bu da onu hər an ixlaslı davranmağa, ağlından, vicdanından və imkanlarından son həddə qədər istifadə etməyə yönəldir. Bir an içində özünü Rəbbimizin hüzurunda hesab verərkən görə biləcəyinin, hər an cənnətə, yaxud cəhənnəmə getmə ehtimalının verdiyi açıq şüur ilə hərəkət edir. Cənnət və cəhənnəmi gedib görmüş kimi və bütün bunların həqiqət olduğuna, yaxınlığına qəti olaraq iman etmiş şəkildə ixlasla yaşayır.
Həyatının hər anını canını almağa gələn ölüm mələkləri ilə qarşılaşdığı, əməl dəftərinin ortaya qoyulduğu, cənnət və ya cəhənnəmə gedəcəyinin qərarını gözlədiyi anı yaşayırmış kimi, dərin Allah qorxusu ilə keçirir. Cəhənnəm əzabının yaxınlığını və dəhşətini hər an ağlında tutaraq və sonsuza qədər bu əzabı yaşamağın qorxusunu hər an hiss edərək hərəkət edir. Eyni zamanda, cəhənnəmdən xilas olub, sonsuza qədər cənnətdə yaşamağın şövqü ilə yaşayır. Hesab günündə Allah`ın hüzuruna çıxarıldığı zaman: “Bilmirdim, anlamamışdım, unutmuşdum, qəflətdə idim, zəiflik göstərmişdim, şeytana tabe olmuşdum, yaxud Allah`ın bağışlayacağını düşünmüşdüm, ibadətləri yerinə yetirirdim və bunların kifayət edəcəyini zənn etmişdim” kimi bəhanələr uydurmağın fayda verməyəcəyinin şüurunda olaraq hərəkət edir.
Bu şüur güclü vicdan, iti qavrayış gücü, üstün ağıl və ixlas anlayışı ilə özünü göstərir. Bu şüurda olan insan ölümün an məsələsi olduğunu bildiyi üçün xeyirli heç bir işi təxirə salmır, heç bir mövzuda tənbəllik etmir, şövqsüz davranmır. “Bir azdan, bir saat sonra və ya sabah edərəm”, -dediyi işi reallaşdırmağa ömrünün çatmaya biləcəyini düşünür. Axirətdə də təxirə saldığı və yarımçıq qoyduğu bunun kimi işlərə görə peşman ola biləcəyini bilir.
“Kaş ki, daha çox saleh əməl işləyərdim, daha çox infaq edərdim, xeyirlərdə yarışardım, ixlas sahiblərinə, möminlərə rəhbər olacaq qədər üstün əxlaqlı olardım, kaş ki, Allah`ın dinindən daha möhkəm yapışardım, kaş ki, din əxlaqını təbliğ etmək üçün daha çox cəhd göstərərdim, kaş ki, insanlara yaxşılığı əmr edib pislikdən çəkinməyi tövsiyə etmək üçün nə isə edərdim, kaş ki, dünyaya aldanıb axirətim üçün hazırlıq görməyi təxirə salmayaydım, kaş ki, çoxlu xeyir işlər görüb bu gün qurtulanlardan olardım”, -deyənlərdən olmamaq və axirətdə bu peşmanlığı yaşamamaq üçün peyğəmbərlər kimi ixlaslı davranmağa çalışır.
Hər an ölümlə qarşılaşa biləcəyinə görə nə qədər tələssə, nə qədər ixlaslı davransa və nə qədər saleh əməl işləsə, bir o qədər qazanclı çıxar. Cəhənnəm kimi çətin sonla qarşılaşmamaq üçün səmimi və ixlaslı olmağa məcbur olduğunu bilir. Zəiflik göstərməyin, təxirə salmağın, daha gözəli, daha yaxşısı və daha mükəmməli var ikən bir az daha azını seçməyin axirətdə peşmanlığa səbəb olacağının şüurundadır. Bu şüur açıqlığı və ixlas hər mövzuda özünü göstərir; Allah`a olan yaxınlığında, möminlərə göstərdiyi hörmət, sevgi və səmimiyyətdə, gözəl əxlaqda, fədakarlıqda, işgüzarlıqda, ibadətində, duasında, malı və canı ilə etdiyi cəhdində, Allah yolunda etdiyi infaqında, müsəlmana xas danışıqlarında, şövqündə, canlılığında həmişə ixlaslı davranır.
Bu yüksək ixlas anlayışı dünya həyatını ölümü düşünərək yaşamaqdan qaynaqlanır. Bədiüzzaman Səid Nursi “İxlas” risaləsində ölümü düşünməyin faydalarına belə diqqət çəkmişdir:
“Ey Qurana xidmət edən yoldaşlarım! İxlası qazanmağın və mühafizə etməyin ən təsirli səbəbi ölümü düşünməkdir. Bəli, ixlası zədələyən və riyaya və dünyaya sövq edən bitməyən istək olduğu kimi, riyadan nifrət etdirən və ixlası qazandıran ölümü düşünməkdir. Yəni ölümünü düşünüb, dünyanın fani olduğunun şüurunda olub, nəfsin istəklərindən xilas olmaqdır. Bəli, əhli-təriqət və əhli-həqiqət, Quranın “Hər bir kəs ölümü dadacaqdır” (Ali-İmran surəsi 185) ayələrindən aldığı dərslə ölümü düşünmə yolunu əsas tutmuşdur, bitməyən bir istək olan təvəhhümü-ədəbiyyəti (əbədi yaşayacağını zənn edib, Allah`ın əmrlərindən və axirətə hazırlanmaqdan qəflətdə olmaq) o düşüncə ilə ortadan qaldırmışdır. Onlar xəyali bir surətlə özlərini ölmüş düşünür və xəyal edir və yuyunur, qəbirə qoyulduqlarını düşünür, o xəyal və düşüncədən təsirlənib uzun əməllərindən bir qədər imtina edir. Bu düşüncənin faydaları çoxdur. Hədisdə: “Ləzzətləri korlayıb əzab verən ölümü zikr edin!” - deyə dərs verilir.
Lakin peşəmiz təriqət olmadığı, bəlkə həqiqət olduğu üçün bu düşüncəni əhli-təriqət kimi xəyali surətdə etməyə məcbur deyilik. Həm həqiqətə uyğun gəlmir. Bəlkə, aqibəti- sonu düşünmək surətində gələcəyi indiki zamana gətirmək deyil, bəlkə həqiqət nöqtəsində indiki zamandan gələcəyə fikirlə getmək, nəzərən baxmaqdır. Bəli, heç xəyala ehtiyac duymadan, bu qısa ömür ağacının başındakı tək meyvəsi olan öz cənazəsinə baxa bilər. Onunla tək öz şəxsinin ölümünü gördüyü kimi, bir qədər o biri tərəfə getsə, əsrinin ölümünü də görər; daha bir qədər də o biri tərəfə getsə, dünyanın ölümünü də müşahidə edər, mükəmməl ixlasa aparar”.18
Bədiüzzaman bu sözləri ilə insanlara ölümü sanki qəbirə girmiş, öz ölümünü, öz cənazəsini görmüş, axirətə gedib dünyanın ölümünü də müşahidə etmiş bir insanın şüur açıqlığı və kamilliyi ilə dəyərləndirməyi tövsiyə etmişdir. Ölümü düşünməyin insanı dünya həyatındakı hər cür davranış və əxlaq əskikliyindən xilas etdiyinə diqqət çəkmişdir.
2. Risale-i Nur Külliyatı, 21. Lema, s.668
3. Risale-i Nur Külliyatı, 21. Lema, s.668
4. Risale-i Nur Külliyatı, 21. Lema, s.669
5. Risale-i Nur Kulliyatı, Lemalar, s.133
6. Risale-i Nur Kulliyatı, Lemalar, s.133
7. Risale-i Nur Kulliyatı, Lemalar, s.150
8. Risale-i Nur Kulliyatı, Lemalar, s.150
9. Risale-i Nur Kulliyatı, Kastamonu Lâhikası, s. 134
10. Risale-i Nur Külliyatı, 20. Lema, s.662-663
11. Risale-i Nur Külliyatı, 21. Lema, s.668
12. Risale-i Nur Kulliyatı, Barla Lâhikası, s. 78
13. Risale-i Nur Kulliyatı, Hizmet rehberi, s. 169
16. Risale-i Nur Kulliyatı, Emirdağ Lâhikası, Cilt 1, s.86
17. Risale-i Nur Kulliyatı, Hizmet Rehberi, 81-83
18. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 80-16