Allah: “Lakin tövbə edənlər, islah edənlər, Allah`dan möhkəm yapışanlar və dinlərini Allah`a məxsus edənlər istisnadır; onlar möminlərlə birgə olacaqlar. Allah möminlərə böyük mükafat verəcək” (Nisa surəsi, 146) -ayəsi ilə möminlərə Allah`a möhkəm sarılan və dinlərini şəriksiz Allah`a məxsus edən şəxslər olaraq yaşamaqlarını əmr etmişdir. Bir insanın Allah`a sarılması, Allah`dan başqa bir ilah olmadığını bilərək həyatını yalnız Onu razı salmağa həsr etməsi və hər nə olursa-olsun Allah`a olan sədaqətindən imtina etməməsi ixlasdır. Allah Quranda: “... Kim Allah’dan möhkəm yapışsa, həqiqətən də, doğru yola yönəlmiş olar” (Ali-İmran surəsi, 101)-buyurmuşdur.
Dini şirk qoşmadan Allah`a məxsus etmək insanın din əxlaqını yaşayarkən başqa heç bir gəlir və ya mənfəət güdmədən yalnız Allah`ın razılığını və məmnuniyyətini hədəf almasıdır. Allah bu mövzunun əhəmiyyətini başqa bir ayədə: “Halbuki onlar, dini məhz Ona məxsus edərək həniflər kimi yalnız Allah`a qulluq etmək, namazı düzgün qılmaq və zəkat verməklə əmr olunmuşlar. Doğru din də elə budur!” (Beyyinə surəsi, 5) -hökmü ilə vurğulamış və din əxlaqının ancaq bu şəkildə yaşanacağını bildirmişdir.
İnanan insan gördüyü işlərlə və ibadətləri ilə Allah`dan başqasının sevgisini, razılığını, təqdirini qazanmağa çalışmaz. Əgər belə niyyəti olsa, bu da ayələrdə bildirildiyinin əksinə, insanın Allah`a tam bir səmimiyyət və ixlasla yönəlmədiyini göstərər. Əslində, insanların ibadəti və ya saleh əməlləri Allah rizası xaricində başqa məqsədlərlə etməsi ətrafımızda tez-tez rast gəldiyimiz vəziyyətdir. Məsələn, bir kasıba kömək edərkən bunu digər insanlara nümayiş üçün edən, namaz qılarkən bu əhəmiyyətli ibadətlə etibar qazanmağı, ya da gəlir əldə etməyi istəyən insanlar vardır. Quranda bəzi insanların namazı nümayiş üçün qıldıqlarından, mallarını da nümayiş məqsədilə infaq etdiklərindən belə bəhs edilir:
Dini yalan sayan o kimsəni gördünmü? O, elə adamdır ki, yetimi qovar və kasıba əl tutmağa sövq etməz. Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi 1-6)
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin… (Bəqərə surəsi, 264)
Bir insanın nümayiş göstərməsi onun Allah`ın razılığı xaricində başqa insanların razılığını axtarması deməkdir. İman gətirən insan birinə kömək edərkən, gözəl rəftar göstərərkən, ibadət halında ikən, ya da bir fədakarlıq edərkən bunu digər şəxslərə göstərməyi düşünməkdən qorxub-çəkinər. Halbuki, dini şəriksiz Allah`a məxsus edərək iman gətirən insanın tək hədəfi Allah`ın razı olmasıdır. Quranda peyğəmbərlərin başqa heç bir qarşılıq və mənfəət güdmədən Allah rizası üçün ixlasla ibadət etdiklərinə hz. Hudun qövmünə söylədiyi bu sözlərlə diqqət çəkilmişdir:
İman gətirən insanın Allah`dan başqa heç kimi razı salmaq niyyəti olmaz. Çünki o, qəlblərin Allah`ın əlində olduğunu, Allah dilədiyi təqdirdə bütün insanların razı olacağını bilir. İnsan dünya həyatında nə qədər təqdir və tərif görsə də, bunlar sonsuz axirətdə ona heç bir şey qazandırmayacaq. O gün hər insan tək başına Rəbbimizin qarşısında hesaba çəkiləcək və bütün etdikləri önünə gətiriləcək. O gün, əslində, insanın imanı, təqvası, səmimiyyəti və təslimiyyəti əhəmiyyətli olacaq. Belə ki, Peyğəmbərimiz (səv): “Əməllərinizi Allah üçün xalis edin. Çünki Allah-Təala ancaq Özü üçün ixlasla edilən əməli qəbul edər” (Ramuz əl-Əhadis, Qönçə Nəşriyyat, 20-13) -sözləri ilə iman gətirənlərə ixlasın əhəmiyyətini xatırlatmışdır.
Allah: “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) -ayəsi ilə inananlara əsl imanın necə olduğunu bildirmişdir. Başqa bir ayədə keçən:“…Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm” (Loğman surəsi, 15) -sözləri ilə də Allah doğru yolun elçilərin və bu əxlaqı yaşayan insanların yolu olduğuna diqqət çəkmişdir.
Allah`a qəlbən bağlanmaq şərtlərdən asılı olmayaraq, Onu çox sevmək və Ona olan bağlılıq və sədaqətdən imtina etmədən qorxmaqdır. Allah`a Onun razı olmayacağı hərəkəti etməkdən içi titrəyərək qorxmaq və şiddətlə çəkinmək, hörmət ilə inanmaqdır. Allah`a bu şəkildə könüldən bağlanan insan ixlası qazanmışdır. Allah`a qarşı belə güclü inanc və bağlılığı olan insan həm ibadətlərində, həm də Allah`ın razılığı üçün etdiyi digər bütün işlərdə ixlas və səmimiyyətlə hərəkət edir. Möminlər ixlasın təməlini meydana gətirən bu xüsusiyyətlərinə görə Quranda ümidlərini Rəbbinə bağlayanlar (Hud surəsi, 23) olaraq tanıdılmış və cənnətlə müjdələnmişlər.
Allah inanan şəxslərin Quranda bildirilən əmr və ibadətləri ixlas və səmimiyyətlə yerinə yetirdiklərini bildirmişdir. Allah: “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) -ayəsi ilə iman edənləri bütün ibadətlərində ixlas və təslimiyyətə çağırmışdır.
Başqa ayədə isə Allah:“Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” (Ali-İmran surəsi, 43) -ayəsi ilə hz.Məryəmə Allah`a könüldən itaət etməyi xatırlatmışdır. Allah Özündən qorxub-çəkinən, Onun əmrlərini yerinə yetirən şəxslərə rəhmətindən iki qat verəcəyini belə müjdələmişdir:
Möminlərin “Onlar səbir edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlərdir” (Ali-İmran surəsi, 17) ayəsində ifadə edilən xüsusiyyətləri daha çox Allah`ın elçilərində təzahür edir. Quranda elçilərin könüldən Allah`a yönəldiyini və ixlaslı olduqlarını bildirən bir çox ayə vardır. Bunlardan bəziləri bunlardır:
Həqiqətən, İbrahim Allah`a müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)
Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yaqubu da yada sal! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. (Sad surəsi, 45-46)
Həqiqətən, İbrahim həlim, çox yalvaran və Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)
Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi. (Məryəm surəsi, 51)
Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də. Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və Onun kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.(Təhrim surəsi, 12)
Quranda təsvir edilən ixlası qazanan möminlər Allah`a dərin hörmət bəsləyərək iman edirlər. Bu, Allah`ın ucalığını, gücünü qavramaq və buna görə də Ona qarşı dərin sevgi, hörmət, qorxu duymaqdır. Rəbbimizə belə dərin hörmət və qorxu ilə bağlanan kəslər Allah`ın razılığını qazanmağı heç bir dünyəvi mənfəətlərə dəyişmirlər. Çünki ixlas dünya üzərindəki heç bir mənfəətin Allah`ın razılığını qazanmaqdan və Onun əmrlərini yerinə yetirməkdən əhəmiyyətli olmadığını bilməkdir. Quranda “...Allah`ın ayələrini ucuz qiymətə satmırlar...” (Ali-İmran surəsi, 199) ayəsi ilə ixlas sahiblərinin bu xüsusiyyəti vurğulanmışdır.
Ayələrdə təsvir edilən ixlasa sahib olanlar Allah`ın əmr və qadağalarını, Quran ayələrinin əmrlərini çox diqqətlə yerinə yetirirlər. Çünki insanın qəlbindəki bu hörmətdən qaynaqlanan qorxu və dərin bağlılıq Allah`ın bəyənmədiyi əxlaqı göstərməyə mane olur. Eyni zamanda, Allah`ın razı olacağını bildirdiyi əxlaqı yaşamaq insana böyük şövq və əzm qazandırır. Quranda ixlaslı möminlərin Allah`a qarşı olan hörmət dolu qorxuları belə ifadə edilmişdir:
Başqa ayələrdə isə inananların Allah`ın ayələri oxunduğu zaman Allah`a qarşı olan hörmət dolu bağlılıqlarının daha da artdığı xəbər verilir:
Quranda keçən “...Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti idilər” (Ənbiya surəsi, 90) ayəsi ilə hz. Zəkəriyyanın və zövcəsinin Allah`a qarşı olan hörmət dolu bağlılıqları bütün möminlərə nümunə göstərilmişdir. Ayədə diqqət çəkilən başqa mövzu isə ixlas sahiblərinin Allah rizası üçün xeyirlərdə yarışmasıdır. Onlar Allah`ın razılığına, rəhmətinə, cənnətinə qovuşmaq üçün güc və imkanlarının yetdiyi qədər cəhd göstərirlər.
Allah Quranda: “Biz Allah`a, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) -ayəsi ilə müsəlmanların təslimiyyətinin əhəmiyyətinə diqqət çəkmişdir.
Həqiqi ixlas Allah`a qarşı tam təslim olmağı tələb edir. Ancaq bu təslimiyyət şərtsiz olmalıdır. Müəyyən şərtlər daxilində Allah`dan razı olan, şükür edən və təslim olan, ancaq bu şərtlər dəyişəndə dərhal üsyankar, itaətsiz ruh halına düşən insanların təslimiyyəti yaşamaları mümkün deyil. Məsələn, işləri yaxşı gedən və lazımi qədər pul qazanan şəxs ona bu nemətləri Allah`ın lütf etdiyini tez-tez dilə gətirir. Ancaq işləri tərs getməyə başlayanda Allah`a göstərdiyi təslimiyyəti dərhal unudur. Fərqli xarakter göstərməyə başlayır, nə qədər yaxşı insan olduğunu, başına gələnlərə layiq olmadığını, işlərinin niyə və necə pozulduğunu heç cür anlaya bilmədiyini söyləyir, gileylənir. Hətta daha da irəli gedib Allah haqqında müxtəlif zənlər edir. Qədərin ən mükəmməl və ən xeyirli şəkildə yazıldığını unudaraq: “Niyə belə oldu?”, “Nə üçün bunlar mənim başıma gəldi?” - kimi sözlərlə üsyan edir.
Halbuki, Allah qatında məqbul olan insanın yaxşı və yaxud pis, leyhdə və yaxud əleyhdə görünən hər cür hadisədə təvəkküllü davranmağıdır. İnsan bütün hadisələrin xeyir və hikmətlə yaradıldığını bilərək təslimiyyətli davranmalıdır. Çünki “Əgər siz yara almışsınızsa, o qövm də bu cür yara almışdı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir” (Ali-İmran surəsi 140) ayəsində də bildirildiyi kimi, çətinlik və sıxıntılar insanlar üçün sınaqdır. Bunlar insanlardan hansının ixlasda və Allah`a olan təslimiyyətdə davamlılıq göstərəcəyini sınamaq üçün xüsusi olaraq yaradılır.
Səmimi iman edənlər təslimiyyətlə Allah`a güvənir, başlarına gələn hadisələrin nəticəsində şübhəyə düşmürlər. Qəlbləri rahatdır. İmanları şərtli deyil. Əksinə, hər cür çətinliyə qarşı möhkəm və sarsılmaz imanlıdırlar. Allah`a qarşılıqsız olaraq təslim olurlar. Quranda möminlərin təslimiyyətindən belə bəhs edilir:
Allah başqa ayədə isə qeydsiz-şərtsiz təslimiyyətin əhəmiyyətinə belə diqqət çəkmişdir:
İnsanların bəziləri özlərini yoxdan yaradan, dünya həyatında saysız-hesabsız nemət verən uca Rəbbimizi heç düşünmür. Həyatlarında hər şey yaxşı olduğu üçün Allah`ın rəhmətinə möhtac olan aciz varlıqlar olduqlarını tamamilə unudurlar. Halbuki, onları nemət içində yaşadan və hər şeyi gözəl yaradan tək güc Allah`dır. Ancaq bu kəslərin qəflət içində olmalarının səbəbi doğruları bilmədikləri üçün deyil, Allah`a qarşı nankor və lovğa olduqları üçündür. Çünki sıxıntı və ya çətinliklə qarşılaşıb çarəsiz qaldıqlarını anladıqlarında dərhal Allah`a yönəlir, Ondan kömək istəyirlər. Allah`ı inkar etdikləri halda, bir anda Allah`a yönələrək Ona dua etməyə başlayırlar. Allah Quranda bu həqiqətə belə diqqət çəkir: İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur. (Bu ona görədir) ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz. (Rum surəsi, 33-34)
Ayələrdən də göründüyü kimi, bu insanlar Allah`ın gücünü, Allah`a qulluq etməklə məsul olduqlarını anlayırlar, lakin inkar edərək üz çevirirlər. Allah çətinlik və sıxıntını qaldırdıqda Allah`a sığınıb ixlasla kömək istəməyi unudaraq dərhal inkara geri dönürlər. Yəni çətinliklə qarşılaşdıqda ixlaslı davranıb, çətinlik qalxınca səmimiyyətsizlik edirlər. Quranda bu kəslərin davranışlarına belə bir nümunə verilmişdir:
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apar¬¬dığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allah`a - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. ”. (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22- 23)
İstədikdə ixlaslı davrana bilən bu insanlar Allah`ın onlara kömək etdiyi təqdirdə şükür edənlərdən olacaqlarını söyləyirlər. Allah kömək etdikdə isə dərhal Ondan üz çevirirlər. Allah bu azğınlığın əleyhlərinə olacağını bildirərək onları əzabla müjdələmişdir.
Səmimi olaraq Allah`a yönələn ixlas sahiblərində isə çətinlik və rahatlıq zamanı belə fərq olmur. Onlar Allah`ın mütləq gücünü bildikləri üçün hər an içləri titrəyərək Ondan qorxub çəkinirlər. Buna görə də, həyatın hər anında ixlaslı davranıb Allah`a qulluq edirlər. Sadəcə zərər çəkdiyi zaman ixlaslı olanlarla bütün həyatını ixlasla din əxlaqını yaşayanlar axirətdə eyni qarşılığı görməyəcək. Möminlər cənnətlə, digərləri isə odla qarşılıq görəcək. Ayələrdə belə buyurulur:
Allah: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allah`a və axirət gününə inanırıq”, -deyirlər. Onlar Allah`ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və anlamırlar” (Bəqərə surəsi, 8-9) -ayələri ilə həqiqi mənada iman etmədikləri halda, müsəlman olduqlarını söyləyən insanların varlığına diqqət çəkmişdir.
Bunlar iman edənlərlə birlikdə olan, onlarla birlikdə ibadət edən, onların söhbətlərində iştirak edən, amma qəlblərində inkar olan kəslərdir. Bu kəsləri iman edənlərdən ayıran xüsusiyyət onların Allah`a qul olmaq və Ona ibadət etməkdə qərarsız qalmalarıdır. Möminlər Allah`a qəlbən iman edən, Ona yönələn, eşq və şövqlə Allah`a ibadət edən, ixlaslı qullardır. Allah: “Nə Məsih Allah`ın qulu olmağı özünə ar bilər, nə də yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır” (Nisa surəsi, 172) -ayəsi ilə bu davranışın axirətdəki qarşılığına diqqət çəkmiş və mələklərin bu mövzuda göstərdiyi əxlaqı insanlara nümunə göstərmişdir.
Ayələrdə də bildirildiyi kimi, ixlas və səmimiyyətin göstəricilərindən biri də Allah`a qulluq etməkdə və ibadət etməkdə qərarsız qalmamaqdır. İman edənlər bütün vəziyyətlərdə ibadət şövqlərini qoruyurlar. Bu, canlarından, yaxud mallarından keçmələrini, sıxıntı və çətinliklərə sinə gərmələrini tələb etsə də, şövqlərini əsla itirmirlər.
Quranda möminlərin bu səmimi cəhdlərini ifadə edən gözəl əxlaqa bir çox nümunə verilmişdir. Məsələn, döyüşə getmək üçün Peyğəmbərimizdən (səv) dəfələrlə minik tələb edən, ancaq minik tapa bilməyib döyüşə gedə bilməyənlərin, yaxud infaq edəcək bir şey tapa bilmədiyi üçün geri dönən insanların vəziyyətindən bəhs edilmişdir. Bu kəslər döyüşə çıxdıqda ölüm, yaralanma, şikəst qalma kimi ciddi itkilərlə qarşılaşa biləcəklərini çox yaxşı bilirlər. Allah`a səmimi iman etdiklərinə və güclü ixlasa sahib olduqlarına görə, bu halı sevə-sevə qəbul edirlər. Quranda bu kəslərdən belə bəhs edilir:
Quranda eyni şərtlərdə Allah`a qul olub Ona ibadət etməkdə qərarsız qalan insanlardan da nümunə verilmiş və beləliklə, onların möminlərdən fərqi bildirilmişdir. Mövzu ilə bağlı ayələr belədir:
Dildə iman etdiklərini və Peyğəmbərə (səv) itaət etdiklərini deyən bu kəslər zəngin olduqları halda, ixlas sahiblərinin əksinə, döyüşə getməmək üçün Peyğəmbərdən icazə istəyirlər. Müsəlmanların çətinlik çəkdiyi dövrdə döyüşdən qaçan bu kəslər, əslində, Allah`a qarşı çox çirkin cəsarət göstərirlər. Eyni hal müasir dövrdə fərqli çətinlik, yaxud sıxıntılara da aiddir. Rəbbimiz ayələrdə müsəlmanların köməyə və dəstəyə ehtiyacı olduğu dövrdə Allah`ın razılığı olan işi görməkdənsə, dünya həyatına aid mənfəətlərini qorumağı güdən bu insanların ürəklərini möhürlədiyini bildirmişdir.
İxlaslı mömin Allah`ın bəyəndiyi əxlaqa sahib olmaq üçün Qurana uyğun olmayan bütün xüsusiyyətlərdən təmizlənməyi istəyir və bunun üçün səmimi cəhd edir. Çünki insan səhv etməyə meyillidir. Lakin Allah Quranda: “And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır” (Şəms surəsi, 7-10) -ayəsi ilə insanın nəfsinə həm sərhədsiz günah və pisliyi, həm də bütün bunlardan çəkinməyin yollarını ilham etdiyini bildirmişdir.
Allah qorxusunu qəlbinə yerləşdirən mömin həyatının sonuna qədər nəfsinin pisliklərindən təmizlənməyi hədəf alır. Vicdan və ağıl ilə Quranda təsvir edilən gözəl əxlaqa yiyələnməyə çalışır. Bir insanın təmizlənməyi səmimi olaraq istəyib, bunun üçün ciddi şəkildə cəhd etməyi onun imanının və ixlasının göstəricisidir. Çünki insan ancaq Allah`a və axirətə qəti şəkildə inandığı təqdirdə, nəfsində olan pisliklərdən xilas olmağa çalışır. Əks halda, bu pislikləri nəfsində saxlayır. Bundan da heç kimin xəbəri olmayacağını zənn edir. Halbuki, Allah insanın qəlbində olanı da, dilə gətirdiklərini də biləndir. Allah gizlinin gizlisini bilir. Axirətdə insanın bütün etdiklərini ortaya çıxaracaq. Bu həqiqətdən xəbərdar olan ixlas sahibləri nəfslərindəki pisliklərə qarşı mübarizə aparırlar. Quranda möminlərin bu xüsusiyyətlərindən belə bəhs edilir:
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir.
(Kəhf surəsi, 46)
Quranda bu ayə ilə Allah əbədi qalan yaxşı əməllərin məqbul olduğunu bildirmişdir. Bu, eyni zamanda, insanın ixlasının və səmimiyyətinin göstəricisidir.
Bəzi insanlar cəmiyyətin nəzərində etibar, yaxud təqdir qazanmaq üçün yaxşılıq edirlər. Bir insan zəlzələdən əziyyət çəkən və ehtiyac içində olanlara evindəki əşyalardan, yaxud geyimlərindən göndərə bilər. Qonşularına qarşı əliaçıq, nəzakətli və mehriban davrana bilər. İş yerindəki işçilərə qarşı şəfqətli və anlayışlı davrana bilər. Yaşlıların, böyüklərin hörmətini saxlaya bilər. Xeyriyyə tədbirlərində iştirak edə bilər. Əlbəttə ki, bu edilənlər gözəl davranışlardır. Lakin əsas olan gözəl əxlaqda davamlılıq göstərmək və səbirli davranmaqdır. İxlaslı müsəlman həyatının hər anında ehtiyac içində olan insanlara kömək etməli və bu etdiklərində cəmiyyətin razılığını güdməməlidir. Sadəcə Allah`ın razılığını qazanmaq üçün edilən bu cəhdlər insanın səmimiyyətinin dəlilidir. Əgər insan həyatının hər anında eyni gözəl əxlaqı göstərmirsə, digər davranışlarında nə dərəcə səmimi olduğu şübhəlidir.
Cahil cəmiyyətdə də Allah`a iman etmədiyi halda, belə yaxşılıqlar edən insanlar vardır. Bunları Allah qorxusundan, yaxud axirətə inandıqları üçün etmirlər. Məqsədləri dünyəvi hədəflərdir. Məsələn, yuxarıda verilən nümunədəki adam sırf evindəki sıxlıqdan xilas olmaq üçün zəlzələdən əziyyət çəkənlərə kömək edə bilər. Yaxud qonşularına, yaşlılara və böyüklərə qarşı göstərdiyi hörmətə bağlı olduğu üçün ola bilər. İş yerində işçilərini ruhlandıraraq onlardan daha çox iş və qazanc tələb etmək üçün onlara qarşı gözəl davrana bilər. Xeyriyyə tədbirlərində də cəmiyyətdə etibar qazanmaq üçün iştirak edə bilər. Bütün bunların Allah qorxusundan, Quran əxlaqından qaynaqlandığını söyləyən insanın həyatının hər anı Qurana uyğun olmalıdır. Çünki Quranın (Kəhf surəsi, 28) ayəsi səhər-axşam yəni, gün boyu Allah`ın razılığını axtarmağın vacibliyinə diqqət çəkmişdir.
Əgər bir insan Allah`ın və axirətin varlığına səmimiyyətlə inanırsa, əksini etməyi mümkün deyil. Axirətdə dünyada yaşadığı hər anın hesabını verəcəyini və sadəcə Allah`ın razılığına uyğun yaşadığı təqdirdə cənnətə qovuşacağını bilir. Buna görə də etdiyi hər hərəkətdə, söylədiyi hər sözdə Allah`ın razılığını qazana bilmək üçün xeyirlərdə yarışır. “Daha nə edə bilərəm?”, “Allah`ın razılığını və rəhmətini qazanmaq üçün necə gözəl əxlaq göstərə bilərəm?”, “Əxlaqımı gözəlləşdirmək üçün hansı xüsusiyyətlərimi dəyişdirməliyəm?” - deyə düşünərək ciddi şəkildə cəhd edir. Bu mövzu ilə bağlı Quran ayələri belədir:
Allah Quranın bir çox ayəsində bildirmişdir ki, Quran əxlaqı iman edənlərin bütün həyatına hakim olmalıdır. İnsan gün ərzində etdiyi bütün işlərdə İslama uyğun hərəkət etməklə məsuldur. Hər an ixlaslı davranmalı, Allah`a qarşı səmimi və dürüst olmağa niyyət etməli, bu mövzuda iradəli, vicdanlı hərəkət etməlidir.
Lakin dini yalnız müəyyən ibadətlərlə məhdudlaşdırmağa çalışan bəzi insanlar həyatı ibadət anları və digər anlar olaraq iki hissəyə ayırırlar. Allah`ı və axirəti, yalnız namaz qıldıqları, oruc tutduqları, sədəqə verdikləri, yaxud həccə getdikləri zaman xatırlayırlar. Digər zamanlarda isə dünya işlərinə qapılıb hər şeyi unudurlar. Allah`ı və axirətdə görəcəkləri qarşılığı unutduqları üçün Allah`ın razılığını qazanmaq şövqü hiss etmir və bu mövzuda cəhd də etmirlər.
Küçədə gedərkən, yemək yeyərkən, işdə çalışarkən, idman edərkən, söhbət edərkən, ticarətlə məşğul olarkən, televizora baxarkən, siyasi mövzulardan bəhs edərkən, musiqi dinləyərkən də din əxlaqını yaşamaqla məsul olduqlarını düşünmürlər. Bu mövzuların dünyəvi mövzular olduğunu düşünərək bunlarla məşğul olduqları zaman din əxlaqını yaşamağı ağıllarına belə gətirmirlər. Halbuki, insan bütün bu mövzularla maraqlanarkən də Quran əxlaqını ən mükəmməl şəkildə yaşaya bilər və ixlaslı davrana bilər. Bu işləri görərkən Allah`ın razı olacağı şəkildə hərəkət etməyə cəhd göstərə bilər.
Allah`ın razı olacağı davranışlar Quran ayələrində çox açıq və ətraflı şəkildə ifadə edilmişdir. Ticarət edərkən dürüst və ədalətli olmaq, haqsız mənfəət əldə etməməyə çalışmaq, çəkidə aldatmamaq və bunun kimi bir çox mövzu Quranda açıqlanmışdır. İnsanın Allah`dan qorxaraq və bu ayələri düşünərək etdiyi ticarət Allah`ın razılığına uyğundur. Söhbət edərkən boş sözlərdən uzaq olmaq, Qurana müxalif söhbətlərə müdaxilə etmək, faydalı və xeyirli şəkildə danışmaq Quran əxlaqından qaynaqlanır. Buna görə də insan heç vaxt dinin yalnız bəzi ibadətlərdən ibarət olduğunu, ixlasın da ancaq bu ibadətləri yerinə yetirərkən yaşandığını düşünməməlidir. İnsan dünya həyatında bir çox fərqli işlə məşğul olmaq məcburiyyətindədir. Əsas olan odur ki, insan qəlbən hər an Allah ilə birlikdə olsun, etdiyi hər işdə Allah`ın razılığını axtarsın, Quran əxlaqını yaşasın və ixlaslı davransın.
Həyatının hər anında ixlaslı davranan insan təbii və səmimi olur. Sadəcə Allah`ın razılığını axtaran, dünyəvi mənfəətləri hədəf almayan insan əsla səmimiyyətsiz və süni hərəkətlər etmir. Hərəkətləri, mimikaları, üslubu və danışığı çox təbiidir. Riyakar olmadığı üçün səmimi xarakterə sahibdir. Sadəcə Allah`ın razılığını hədəf aldığı üçün hər cür süni davranışın və riyakarlığın ixlaslı olmağa zərərli olduğunu bilir. Allah`ı dost və vəkil seçməyin rahatlığını yaşayır.
Bu insan ixlas və səmimiyyətində qərarlı olduğu təqdirdə, Allah`ın hər əməlini saleh əməl kimi qəbul edəcəyini və dünyada da, axirətdə də onu gözəl qarşılıqla mükafatlandıracağını uma bilər.