Əvvəlki hissələrdə ixlaslı olmaq üçün lazım olan xüsusiyyətlərdən bəhs etdik. İnsan bu məqsədə gedən yolda ixlasına zərər verən və ya ixlasını tamamilə qıran davranışlardan uzaqlaşmalıdır. Çünki Bədiüzzaman Səid Nursinin: “Ey qardaşlarım! Mühüm və böyük xeyirli işlərin çox zərərli maneələri vardır. Şeytanlar o xidmətin xidmətçiləri ilə çox məşğul olar. Bu maneələrə və bu şeytanlara qarşı ixlasın gücünə söykənmək lazımdır. İxlası zədələyən səbəblərdən ilandan, əqrəbdən çəkindiyiniz kimi çəkinin. Həzrəti Yusif əleyhissalamın: “Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir” (Yusif surəsi 53) -dediyi kimi, nəfsin əmrlərinə etimad etmək olmaz. Kibir və nəfsin əmrləri sizi aldatmasın”, -sözləri ilə diqqət çəkdiyi kimi, şeytan ixlaslı və səmimi olmağı hədəf alan şəxslərin düşmənidir.19 Onları doğru yoldan azdırmaq, nəfsindəki pisliklərə təşviq edərək ixlasdan uzaqlaşdırmaq istəyir. Şeytanın bu qərarlı cəhdinə qarşılıq olaraq mömin hz.Yusifin əxlaqını özünə nümunə götürərək nəfsi ilə mübarizə aparmalıdır. Növbəti hissələrdə ixlası zədələyən davranışlardan və bunlardan uzaq olmağın yollarından bəhs ediləcək.
Dünya həyatındakı imtahanın gərəyi olaraq nəfs -Allah`ın diləməsi xaricində- insanları pisliyə dəvət edəcək şəkildə yaradılmışdır. İnsanı təşviq etdiyi bu pisliklərdən biri də ixlassız davranışdır. Nəfs insanın ixlas və səmimiyyətinə zərər vermək üçün mənliyində olan hər cür pis fikir və düşüncəni dəstəkləyir. Çünki “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə!” (Şəms surəsi 7-8) ayəsində də diqqət çəkildiyi kimi, nəfs günahı təlqin edən varlıqdır. Lakin Allah insana bütün bu günahlardan çəkinməyin və nəfsi təmizləməyin yolunu da ilham etmişdir.
Nəfsini təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 9-10)
Ayələrdə ifadə edildiyi kimi, nəfsini günaha batıran ziyana uğrayacaq, təmizlənən isə uğur qazanacaq.
İxlası qazanmağı və Allah`ın saleh qullarından olmağı hədəf alan şəxsin seçimləri də mütləq bu istiqamətdə olmalıdır. Allah möminlərin bu mövzudakı səmimi cəhdlərinə “İnsanların eləsi də var ki, Allah`ın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı şəfqətlidir” (Bəqərə surəsi 207) ayəsi ilə diqqət çəkmişdir. İnsan nəfsinə qarşı dürüst və səmimi olmalıdır. Nəfsi bütün bu pisliklərdən təmizləyib tərbiyə etmək ancaq bu yolla mümkün ola bilər. Buna görə də, nəfsini heç vaxt müdafiə etməməlidir. Onun haqsız olduğunu, Qurana müxalif davrandığını, şeytana tabe olduğunu bilməli, ondan gələn sözləri bu düşüncələrə əsasən qiymətləndirməlidir.
İnsan başqasının nəfsini müdafiə etməyə ehtiyac duymadığı, onu haqlı çıxarmağa çalışmadığı kimi, öz nəfsinə də eyni şəkildə yanaşmalıdır. Nəfsi ilə üzləşməyi bacarmalıdır. Günaha təşviq etdiyi zaman ona nəsihət verməli, şeytani mərhəmətə qapılmadan vicdanının səsini dinləməlidir.
Nəfsinin işlətdiyi hiyləli üsulları ayıra bilməsi, Qurana uyğun olaraq mühakimə edə bilməsi ancaq bu yolla mümkün ola bilər. Ancaq bu şəkildə ixlası və Allah`ın razılığını qazana bilər. Allah ayələrdə belə hökm edir:
Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsini həvəs və istəklərindən qoruyarsa, həqiqətən, cənnət onun məskəni olacaq. (Naziat surəsi 40-41)
İxlası zədələyən davranışlardan biri də insanın nəfsindəki xəsislik və eqoistlik hissidir. Allah: “Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə xəsislik edir” (Məaric surəsi 19-21) -ayələri ilə insanın bu xüsusiyyətinə diqqət çəkmişdir. İxlaslı olmaq istəyən insan nəfsindəki bu mənfi xüsusiyyəti məğlub etməli və fədakar olmalıdır. Çünki Allah: “...Nəfsinin tamahından qorunanlar nicat tapanlardır” (Təğabun surəsi 16) -ayəsində nicat tapanların nəfslərinin istəklərindən qorunanlar olduğunu bildirmişdir.
İnsanın nəfsini bu istiqamətdə tərbiyə etməyi isə çox asandır. Bunun üçün özünü kafi görməməli, nəfsinin səsinə hər zaman şübhə ilə yaxınlaşmalıdır. Lakin eqoizm və xəsislik anlayışlarını da səhv dəyərləndirmək olmaz. Cahiliyyədə bəzi insanlar Allah qorxusundan, axirət inancından məhrum olduqları üçün eqoistliyi və xəsisliyi həyat tərzi halına gətirmişlər. Bu kəslər hər zaman birinciliyi özlərində bilməyi, hər kəsdən çox öz mənfəətlərini qorumağı diribaşlıq hesab edir və bunun yaxşı xüsusiyyət olduğunu zənn edirlər. Buna görə də etdiklərinin hesabını Allah qatında verəcəklərini unudurlar. İnsanın Quran ayələrini düşünərkən xəsis və eqoist istəkləri yalnız bu tərz insanlara aid edib, mövzunu yalnız cahiliyyədəki insanlarla məhdudlaşdırması yanlışdır. Bu insanlar bu əxlaqı ən yüksək dərəcədə yaşayırlar, ancaq xəsisliyi, yaxud eqoistliyi ilə ön plana çıxmayan bəzi insanların da nəfslərində gizli və ya açıq şəkildə bu duyğular mövcuddur. Bu da onların hər şəraitdə ixlaslı olmasına mane olur. İnsanın nəfsini bu pisliklərdən təmizləməsi isə çox asandır; bunun üçün Quran əxlaqını qüsursuz şəkildə yaşamağı kifayətdir. Bədiüzzaman Səid Nursi Quran ayələrində bu mövzuya gətirilən çarəyə bir sözündə belə diqqət çəkmişdir:
“(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Həşr surəsi 9) sirri ilə tam ixlası qazanın.20
Allah ayəsində möminlərin özləri ehtiyac içində olsalar belə, digər mömin qardaşlarının nəfslərini özlərindən üstün tutduqlarını, seçim qarşısında qaldıqda da öz nəfslərini deyil, qardaşlarının nəfsini üstün tutduqlarını bildirmişdir. Mədinədə yaşayan müsəlmanlar Məkkədən hicrət edib, ehtiyac içində olan mömin qardaşlarına infaq etməkdən, özləri çətin vəziyyətdə qalsalar belə, onları yanlarında saxlamaqdan heç bir çətinlik duymazlar. Əksinə, Allah rizası üçün nəfslərinin istəklərini məğlub etdikləri və qardaşlarının nəfslərini üstün tutduqları üçün böyük sevinc və xoşbəxtlik hiss edirlər. Çünki müəyyən şərtlər altında Qurana ən uyğun, ən vicdanlı və ən ixlaslı davranışın fədakarlıq göstərmək olduğunu bilirlər. Allah bu fədakarlıqların qarşılığını dünyada da, axirətdə də qat-qat artıracaq. Quranda Allah`ın bu əxlaqı göstərənlərə verəcəyini vəd etdiyi qarşılıq belə bildirilmişdir:
Əgər insan bir daha səmimiyyətlə nəzərdən keçirsə, gün ərzində nəfsinin bu istiqamətdə təlqinləri ilə tez-tez qarşılaşdığını görər. Nəfsin bu istəkləri insanın bəzən maddi, bəzən də mənəvi mənfəətləri mövzusunda fədakarlıq etməməsini təşviq edir. Məsələn, Allah bir ayədə: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir” (Ali-İmran surəsi 92) -hökmü ilə məqbul olanın insanın sevdiyi şeylərdən infaq etməsi olduğuna və yaxşılığa nail olmağın da ancaq bu yolla mümkün ola biləcəyinə diqqət çəkmişdir.
İnsan bəlkə əlində olan hər şeyi infaq edə bilər, amma sevdiyi bir neçə şeyə həvəslə bağlandığı üçün bunlardan keçə bilməz. Yaxud əşyalarını mömin qardaşı ilə bölüşərkən öz nəfsini üstün tutaraq daha çox sevdiyi əşyanı özünə, sevmədiyini və ya daha az sevdiyini qardaşına verə bilər.
Vicdanı ona sevdiyini verməyin məqbul olduğunu mütləq xatırladar. Amma nəfsindəki bu həvəs onun bu əxlaqı göstərməsinə və ixlaslı davranmasına mane olar.
Halbuki, gözəl olan davranış insanın qarşısındakı insanda bir ehtiyac olduğunu gördüyü anda dərhal ən sevdiyi, ən bəyəndiyi şeyi ona verməsidir. Çünki əgər seviləcək, bəyəniləcək bir şeydirsə, deməli, qarşısındakı da bundan eyni dərəcədə zövq alıb eyni şəkildə məmnun olacaq. Bu halda, insanın bu gözəlliyi özünə saxlayıb, daha az gözəl olanı qarşısındakına verməsi nəfsində hələ də eqoistliyin mövcud olduğunu göstərir. Buna görə də Allah yaxşılığa nail olmaq üçün bu əxlaqa yiyələnməyin lazım olduğuna diqqət çəkmişdir.
Qarşısındakının nəfsini öz nəfsindən üstün tutmaq, hər zaman qarşısındakı möminin rahatlığını, sağlamlığını, xoşbəxtliyini istəmək insanın ixlasının göstəricisidir. Məsələn, çətin və yorucu bir iş görülməlidirsə, mömin bu işi boynuna götürməlidir. Çünki çətin işdən qaçıb bu işi başqasının etməyini istəmək ixlaslı davranış deyildir. Müsəlmana yaraşan heç kimə hiss etdirmədən və heç kimi minnət altında qoymadan belə işləri boynuna götürməkdir. İxlaslı davranış isə “… xeyir işlərdə yarışın…” ayəsi ilə bildirildiyi kimi, vaxt itirmədən hər kəsdən əvvəl bu işi boynuna götürüb, ən gözəl şəkildə nəticələndirməkdir. Bu, insanın mömin qardaşının nəfsini öz nəfsindən daha üstün tutduğunu göstərir. “Mömin qardaşım yorulacağına mən yorulum”, “bu işin çətinlikləri ilə o qarşılaşacağına, mən edim, o rahat olsun” və ya “onun vaxtı gedəcəyinə mənimki getsin” kimi fədakar düşüncələrlə çətinliyi asanlıqdan və rahatlıqdan üstün tutar və ixlaslı davranaraq Allah`ın razılığını qazanmağı ümid edə bilər.
Bədiüzzaman Səid Nursi: “Qardaşlarınızın nəfslərini nəfsinizdən şərəfdə, mövqedə, sevgidə, hətta maddi mənfəət kimi, nəfsin xoşuna gələn şeylərdə belə üstün tutun. Hətta ən lətif və gözəl iman həqiqətini bir möminə bildirmək ki, ən günahsız, zərərsiz mənfəətdir. Mümkündürsə, nəfsinizə eqoistlik gəlməsin deyə, istəməyən bir dostunuza bunu etdirmək xoşunuza gəlsin. Əgər: “Mən savab qazanım, bu gözəl məsələni mən söyləyim”, -kimi arzunuz varsa, hərçənd onda günah və zərər yoxdur, lakin sirri-ixlasa zərər gələ bilər”, -sözləri ilə nəfsin istəklərindən xilas olmaq üçün məqbul görünən mövzularda da digər möminlərə üstünlük verməyin gözəlliyinə diqqət çəkmişdir.21 Şan-şərəf, mövqe, maddi mənfəət, sevgi kimi nəfsin xoşuna gələn hər mövzuda fədakarlıq etməyin ixlasa vəsilə olacağını xatırlatmışdır. Belə ki, mömin qardaşına gözəl bir tövsiyə edərkən, gözəl söz söyləyərkən sözü başqasına verərək arxa planda qalıb, digər qardaşını ön plana çıxara bilər.
Nəfsinin bütün bu istəklərindən çəkinib Allah`ın razılığını və ixlası qazanmaq üçün cəhd göstərən insana Allah bütün yolları açar və onu asan olana müvəffəq edər. Allah “Naziat” surəsində möminləri bu şəkildə müjdələyir:
Allah: “…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!” (Nisa surəsi 128) -ayəsində nəfsin qısqanclığa meyilli olaraq yaradıldığını bildirmişdir. İnsan, nəfsindəki bütün pisliklər kimi, qısqanclıq və rəqabət hissləri ilə də mübarizə aparmaq və bunlardan təmizlənməklə məsuldur. Əks halda, Quran əxlaqını yaşamağı və Allah`ın razılığını qazanmağı mümkün deyil. Quranın başqa ayəsində özlərinə doğru yolu göstərən haqq kitablar gəldiyi halda, insanların bir-birinə olan paxıllığı üzündən ixtilafa düşüb doğru yoldan sapdıqları belə bildirilmişdir:
Quranda verilən bu nümunə insanın qısqanclığın səbəb ola biləcəyi zərərlərin dərəcəsini anlamağı baxımından çox əhəmiyyətlidir. İnsan doğru yolu görüb-bildiyi halda, sırf qısqanclıq hissinə görə yanlış yola yönələ bilər. Çünki qısqanclıq və rəqabət duyğuları insanın ağıllı düşünməsinə, hadisələri məqsədəuyğun şəkildə mühakimə etməsinə mane olur. Bu duyğulara məğlub olan insan hadisələr qarşısında Qurana uyğun reaksiyalar verə bilməz, Rəhmani danışa bilməz, səmimi və ixlaslı davrana bilməz. Bu vəziyyətdə onu istiqamətləndirən ağlı və vicdanı deyil, şeytana tabe olan nəfsidir. Nəfsi onu şeytani əxlaqa dəvət edir.
İnsan rəqabət və qısqanclıq hisslərinin din əxlaqına uyğun olmadığını anlamaqla bu xüsusiyyətlərdən təmizlənə bilər. Bu duyğuların bünövrəsi tamamilə dünyəvi dəyərlərə əsaslanır. İnsanlar başqalarının sahib olduğu maddi, yaxud mənəvi dəyərlərə qarşı qısqanclıq hissi keçirir və onlarla rəqabətə girirlər. Halbuki, möminlər dünya həyatının mənfəətlərinə qapılmayıb axirətə yönələn insanlardır. Mömin dünya nemətlərini özünə verənin və bunları dilədiyi zaman alanın Rəbbimiz olduğunu bilir. Bunlardan Allah`ın razı olacağı şəkildə istifadə edir, ancaq heç bir zaman bu nemətlərə həvəslə bağlanmır. Daha çoxunu əldə etmək üçün həvəsə qapılmır. Allah`ın təqdir etdiyi qədərinə şükür edir və bunlarla kifayətlənir. Əgər Allah başqasına özündən daha çox nemət veribsə, “Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. O, hər şeyi biləndir” (Şura surəsi 12) ayəsi ilə də bildirildiyi kimi, bunda mütləq xeyir və hikmət olduğunu bilir.
Hər insan Allah`ın özünə verdiyi nemətlərlə və vermədikləri ilə sınaqdan keçirilir. Bu yolla onların Allah`a yönəlib şükür etmələri və ya Quran əxlaqından uzaqlaşıb nankorluq etmələri bilinir. Buna görə də dünya həyatının keçici imtahan məkanı olaraq yaradıldığını qavrayan insanın bu dünyanın bəzəklərinə qarşı qısqanclıq etməsi mümkün deyil. Məsələn, sırf zəngin, gözəl və ya mövqe sahibi olan bir insana qarşı qısqanclıq hiss etmək Quran əxlaqına uyğun deyildir. Belə ki, insan Quran əxlaqını ən gözəl şəkildə yaşadığı təqdirdə, Allah`ın axirətdə bütün gözəllikləri ən mükəmməl şəkildə özünə verəcəyini bilməklə rahat yaşayar. Lakin qədəri, təvəkkülü, dünya həyatının gerçəyini və hər şeyi yaradanın Allah olduğunu qavraya bilməyən insanlar isə qısqanclıq və rəqabət kimi duyğularla hərəkət edirlər. Bu həqiqəti bilmək mömini belə səhvə yol verməkdən qoruyur.
İman edən şəxs qısqanclıqdan uzaqdır. Qarşısındakı müsəlmanın gözəl əxlaqına qibtə edər. Qibtə isə onu heç vaxt rəqabətə aparmaz. Quranda bildirilən “xeyir işlərdə yarışın” əmrinə əsasən, əlbəttə ki, Allah`ın ən sevimli qulu olub Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq üçün Rəhmani cəhd sərf edər. Ancaq bu Rəhmani yarışın təməlində qısqanclıq və ya rəqabət hissləri yoxdur. Bu yarış sadəcə Allah`a yaxınlaşmağı hədəf alan yarışdır. Belə insan özü kimi, digər möminlərin də Allah`ın ən sevimli qulu olmasını istəyər. Bunun üçün həm səmimi olaraq dua edər, həm də ixlasla cəhd edər.
Möminlər bütün yaradılmışlar kimi özlərinin də aciz olduğunu bilirlər. Allah`dan çox qorxur və Rəbbimizə qarşı olan acizliyini dilə gətirməkdən çəkinmirlər. “Əraf” surəsində müsəlmanların bu gözəl əxlaqı belə ifadə edilir:
Dünyəvi dəyərlərə deyil, axirətə əhəmiyyət verən insan heç vaxt insanlara görə hərəkət etməz. Onlardan yaxşı olmaq, cəmiyyətdə mövqe əldə etmək, etibar qazanmaq və ya ön plana çıxmaq üçün yox, yalnız Allah rizası üçün cəhd edər. Bura qədər izah edilənlərdən də aydın olduğu kimi, insan əgər nəfsində belə bir çatışmazlıq, yaxud zəiflik olduğunu görsə, bilməlidir ki, bu, onun ixlasına zərər verən və Allah`ın razılığını qazanmasına mane olan əxlaqdır.
Bədiüzzaman Səid Nursi də əsərlərində bu mövzunu təfəkkür etmiş və möminlərə yol göstərən əhəmiyyətli nüanslara toxunmuşdur. İxlas mövzusunu ələ aldığı risaləsində iman edənlər arasındakı rəqabəti Bədiüzzaman bu şəkildə təsvir etmişdir:
“Din və axirət işlərində rəqabət, qibtə, həsəd və qısqanclıq olmamalıdır. Həqiqət dünyagörüşünə görə dəyişə bilməz. Çünki qısqanclıq və həsədin səbəbi bir şeyə çox əllərin uzanmasından və bir mövqeyə çox gözlərin dikilməsindən və bir çörəyi çox mədənin istəməsindəndir. İnsanlar bir-birinə əziyyət verər, dava olar, yarış ucbatından qibtəyə, sonra qısqanclığa düşərlər. Dünyada bir şeyə çoxları göz dikdiyində və dünyanın dar və keçici olması ucbatından insanlar sərhədsiz arzularını təmin edə bilmədiyi üçün rəqabətə düşürlər. Lakin… axirətdə rəqabət ola bilməz. Elə isə axirətə aid olan saleh əməllərdə də rəqabət ola bilməz. Qısqanclıq edən ya riyakardır, saleh əməllərdə dünyəvi mənfəətlər axtarır, ya da həqiqi cahildir ki, saleh əməlin nə olduğunu bilmir və saleh əməlin ruhunun ixlas olduğunu dərk edə bilmir. Rəqabət aparmaqla Allah`ın sevimli qullarına qarşı düşmənlik bəsləməklə, Allah`ın rəhməti imkanını günahlandırır...
Ey əhli həqiqət və təriqət! Haqqa xidmət böyük və ağır bir xəzinəni daşımaq və mühafizə etməyə bənzəyir. O xəzinəni çiynində daşıyanlara nə qədər qüvvətli əllər kömək etsələr, daha çox sevinər, məmnun olarlar. Qısqanmaq bir yana, səmimiyyətlə o gələnlərin özlərindən daha çox təsirlərini və yardımlarını iftixarla alqışlamaq lazım ikən, nədəndir ki, o həqiqi qardaşlara və fədakar yardımçılara rəqabətlə baxır və o hal ilə ixlas qaçır”.22
Bədiüzzaman möminlərə cənnət əxlaqında qısqanclığın və rəqabətin yeri olmadığını xatırlatmışdır. Axirətdə rəqabət olmadığı kimi, axirəti qazanmaq üçün edilən saleh əməllərdə də rəqabət və ya qısqanclıq yoxdur. Möminlər dünyada da, axirətdə də bir-birinin dostu, qardaşıdırlar və hər biri eyni məqsədə xidmət edirlər. Bir-birinə nə qədər dəstək olsalar, nə qədər kömək etsələr, Allah`ın razılığını o qədər çox qazanarlar. Buna görə də möminə başqasının gözəl xüsusiyyətlərinə paxıllıq edib onunla rəqabətə girmək yaraşmaz, əksinə, onu dəstəkləyib daha da mükəmməl olmasına kömək etməlidir. İxlaslı davranış da budur. Peyğəmbərimiz (səv) iman edənlərin arasındakı mənəvi birliyi, sevgi və dostluğu bu sözləri ilə ifadə etmişdir:
“Müsəlmanlar tək bir insan kimidir. Onun bir üzvü xəstə olduğunda bədənin digər üzvləri də təsirlənir”.23
Bədiüzzaman Səid Nursi başqa bir sözündə möminlərin rəqabət və qısqanclığı bir-birinin üstün cəhətlərini tərifləməklə məğlub edə biləcəklərini xatırlatmışdır. Bu əxlaq vasitəsilə hər kəsin öz şəxsiyyətini bir kənara buraxıb mömin birliyin şəxsi-mənəvisində əriyəcəyini, bu vəziyyətdə hər gözəl xüsusiyyətin, əslində, tək-tək hər birinə aid olacağını ifadə etmişdir:
“Qardaşlarınızın qabiliyyətini şəxsinizdə və üstünlüyünü özünüzdə düşünüb onların şərəfi ilə şükür edərək fəxr etməkdir. Təsəvvüf və təriqət əhli arasında belə söz var: “yox fi’ş şeyx, yox fi’r rəsul”. Mən sufi deyiləm. Lakin onların bu düşüncəsi bizim peşədə “yox fi’l ixvan” surətində gözəl bir qaydadır. Qardaşlar arasında buna “təfani” deyilir. Yəni bir-birində itməkdir. Yəni öz nəfsinin hisslərini unudub qardaşlarının qabiliyyət və hissiyyatı ilə yaşamaqdır. Onsuz da peşəmizin əsası qardaşlıqdır. Ata ilə övlad, şeyx ilə mürid arasındakı vasitə deyil. Bəlkə həqiqi qardaşlıq vasitələridir. Çox olsa, bir ustadlıq ortaya girir. Peşəmiz səmimi dostluq və qardaşlıq olduğu üçün məşrəbimiz səmimi dostluq və qardaşlıqdır. Səmimi dostluq isə ən yaxın dost və ən fədakar yoldaş, ən gözəl təqdir edən yoldaş və ən xeyirxah qardaş olmağı tələb edir. Bu dostluğun ən əsas şərti səmimi ixlasdır. Səmimi ixlası zədələyən insan bu dostluğun çox yüksək qalasının başından aşağı düşər. Çox dərin bir çuxura düşmək ehtimalı vardır. Yapışacaq yer tapa bilməz”.24
Bədiüzzaman bu hisslərin möminlər arasında yaratdığı ixtilafa və bu ixtilafın zərərinə də toxunmuşdur. İxtilaf və rəqabət nə qədər zəiflədirsə, ittifaq etmək-birləşmək bir o qədər güc qazandırır:
“... Qəflətə və dəlalətə qapılanlar isə mənfəət qarşılığında bağlandıqları, sevdikləri rəislərini və yoldaşlarını küsdürməmək üçün alçaq və xain və zərərli olsalar belə, mənfəət naminə ittifaq edərlər. Səmimiyyət nəticəsi olaraq istifadə edərlər”.25
Səid Nursinin bu sözlərindən də aydın olduğu kimi, Allah`a və axirətə inanmayan insanlar sırf mənfəət əldə etmək üçün rəqabəti bir kənara buraxıb bir-biri ilə ittifaq edə bilirlər. Mənfəətləri uğrunda aralarındakı rəqabət və qısqanclığı bir anda yox edə bilir və səmimi dostluqlar qura bilirlər. Bu səmimi ittifaqdan öz mənfəəti yönündə istifadə edə bilirlər.
İnkar edənlər sırf mənfəət üçün bu cür ittifaq qura bildikləri halda, Allah`ın razılığını qazanmaq kimi yüksək bir ideala sahib olan möminlərin rəqabət, yaxud qısqanclıq duyğularından xilas ola bilməyib ittifaq edə bilməməsi, əlbəttə ki, mümkün deyil. Allah`ın razılığını qazanma şövqü nəfsin qısqanclığını, yaxud rəqabət hissini aradan qaldırır. İxtilafın zərərli olduğunu yaxşı qavrayırlar. Bir ayədə “Allah`a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir” (Ənfal surəsi 46) sözləri ilə ixtilafın zəifliyə səbəb olacağı bildirilmişdir.
Peyğəmbərimiz (səv): “Bir kimsə din qardaşının ayıbını örtsə, Allah da onu dünya və axirətdə xoşbəxt edər”26 -sözü ilə müsəlmanların hər zaman bir-birinin səhvini düzəltməli olduqlarını ifadə etmişdir. Əks halda, aralarındakı mənəvi birlik ortadan qalxar və gücləri gedər. Möminlərin gücünün getməyi isə inkar edənlərin gücünə güc qatması mənasına gəlir. Heç bir mömin sırf nəfsinin istəyini təmin etmək üçün belə bir məsuliyyəti boynuna götürməz. Çünki möminlər Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq, bu əxlaqla başqalarına nümunə olmaq və onları da din əxlaqını yaşamağa təşviq etməklə məsuldur.
Qısqanclıq və rəqabət hisslərini məğlub edə bilməyən insan bu məsuliyyəti lazımi qaydada yerinə yetirə bilmir. Möminlərin gücünü aparan və inkar edənlərə güc qazandıran davranışlara yol verir. İnsan bu davranışları nəticəsində ətrafa pis nümunə olur. Buna görə də bu davranışlardan dərhal vaz keçməli və gözəl əxlaqa yönəlməlidir. Çünki sadəcə bu şəkildə ixlaslı ola bilər və Allah`ın razılığına uyğun bir əxlaqa yiyələnə bilər. Möminə yaraşan Bədiüzzamanın da ifadə etdiyi kimi, möminlərlə səmimi şəkildə ittifaq etmək və ixlaslı olmaqdır:
“Əhli-haqqın ixtilaf xəstəliyinin məlhəmi və dərmanı “Allah`a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz...” (Ənfal surəsi, 46) ayəsindəki Allah`ın qadağasıdır. “Yaxşılıq etməkdə və Allah`dan qorxmaqda bir-birinizə yardım edin” (Maidə surəsi 2) ayəsində bildirilən Allah`ın əmr və prinsipləri ilə hərəkət etmək və ixtilafın İslama nə qədər zərərli olduğunu və dəlalətdə olanların haqq yolda olanlara üstün gəlməsini nə dərəcədə asanlaşdırdığını düşünüb, tam bir zəiflik və acizlik ilə o haqq yolda olanların karvanına fədakarcasına və səmimi olaraq qoşulmaqdır. Şəxsiyyətini unutmaqla ikiüzlülük və süni hərəkətlərdən xilas olub ixlası əldə etməkdir”.27
Bu hissədə möminin ixlasını nələrin zədələyə biləcəyini incələdik. Rəqabət, qısqanclıq, möminlərin nəfsini öz nəfsindən üstün tutmaq kimi xüsusiyyətləri araşdırdıq. Nəfsin ixlası zədələyən bu xüsusiyyətlərinin hamısının ardında daha böyük və şeytani bir xüsusiyyət yatır: eqoizm. Eqoizm insanın Allah`ın qarşısındakı acizliyini unudaraq qürurlanmağı, digər insanları özündən aşağı görməyi və böyüklənməyidir. Halbuki, insan çox aciz varlıqdır. Var olmaq və varlığını davam etdirmək üçün Allah`ın gücünə möhtacdır. İnsanı yoxdan var edən, ona ruh verən, yedirən, içirən, nəfəs aldıran və saymaqla bitirə bilməyəcəyimiz qədər nemət bəxş edən güc aləmlərin Rəbbi olan Allah`dır. İnsanın özünü Allah`dan müstəqil varlıq olaraq görüb, sahib olduğu xüsusiyyətlərin, yaxud qabiliyyətlərin özündən qaynaqlandığını düşünməyi çox böyük yanlışdır.
İnsanın eqoizmə qapılacağı, qürurlana biləcəyi bir halı yoxdur. Allah`ın dilədiyi anda insana lütf edərək verdiyi bütün xüsusiyyətləri geri almağa qadir olması bunun ən açıq dəlilidir. Gözəlliyindən, bacarığından, zənginliyindən, yaxud cəmiyyətdə tutduğu mövqedən ötrü təkəbbürlənən insanların bu xüsusiyyətlərini itirdiklərində nə hala düşdüklərinə şahid olmuşuq. Əgər bütün bunlar kəslərin özlərindən qaynaqlanan mütləq xüsusiyyətlər olsaydı, bunları heç vaxt itirməzdilər. Allah insanların bu həqiqəti anlaya bilmələri üçün dünya həyatında bir çox çətinlik və sıxıntı yaradır, yaşlılıq, xəstəlik kimi bir çox acizliklərlə də insanı sınayır.
Sahib olduğu hər şeyi Allah`ın verdiyini, Onun köməyi və dəstəyi olmadan heç bir şeyə gücünün çatmayacağını anlayan insan isə Allah`ın yaratdıqlarında bu hikməti görə bilir və acizliyini dərk edərək təvazökar əxlaqa sahib olur. Bədiüzzaman eqoizmi tərk etməyin ixlası qazanmaqda ən əhəmiyyətli addım olduğunu bir sözündə bu şəkildə ifadə etmişdir:
“Və haqqı batilin hücumundan qurtarmaq üçün... nəfsini və eqoizmini və səhv düşündüyü izzətini və rəqabət hissini tərk etməklə ixlası qazanar, vəzifəsini haqqı ilə yerinə yetirər”.28
Bu əxlaqı yaşamaq ixlaslı olmaq üçün lazımdır. Çünki eqoist insan Allah`ın razılığına uyğun davranmaz, öz nəfsinin istəklərini təmin edər. Eqoizm insanın hər kəsdən çox özünü sevməsi, hər kəsdən çox öz mənliyinin sözünü dinləyib, hər kəsdən çox öz mənfəətlərini qorumasıdır. Bu vəziyyət Allah`ın razılığının, Quran ayələrinin xatırladılmasından, yaxud möminlərdən gələn tövsiyələrdən qaynaqlanır. Çünki təkəbbürlənən insan vicdanını xatırlatmalara qarşı da bağlayır. Vicdanının səsinə qulaq asmadığı üçün hadisələr qarşısında ixlaslı davrana bilmir.
Quranda Allah eqoizmin bu təsirinə: “Ona: “Allah`dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” (Bəqərə surəsi, 206) -ayəsi ilə diqqət çəkmişdir. Möminə yaraşan isə “İnsanların eləsi də var ki, Allah`ın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı şəfqətlidir” (Bəqərə surəsi, 207) ayəsində bildirildiyi kimi, Allah`ın razılığını qazanmağa çalışmasıdır. Allah özlərinə göndərilən elçilərə qarşı lovğalanan qövmlərin uğradıqları sonu isə “Qəsəs” surəsində bu şəkildə bildirir:
Eqoizmin ixlası zədələdiyini həyatın hər mərhələsində görmək mümkündür. Digər insanlardan daha üstün olduğunu düşünən şəxs bütün tənqid, xəbərdarlıq və tövsiyələrə qapalıdır. Qarşı tərəf özünün düşünə bilmədiyi əhəmiyyətli bir mövzunu xatırlatsa belə, təkəbbürlü olduğu üçün səhv də olsa, öz dediyini müdafiə edir. Buna görə də ixlasdan uzaqlaşıb nəfsinin əmrinə girir. Halbuki, bu vəziyyətdə ixlaslı davranış haqlı olduğu mövzuda belə qarşı tərəfin sözünə tabe ola bilməsi, təkəbbürə qapılmadan təslimiyyət göstərə bilməsidir. Bunun üçün eqoizmə səbəb olan mənlik duyğusunu bir kənara buraxmaq, nəfsini müdafiə etməkdən imtina etmək lazımdır. Ancaq o zaman Qurana uyğun davrana bilər. Ön plana çıxmaq arzusu və eqoizmin hakim olduğu bu əxlaq ixlası tamamilə zədələyir.
Bədiüzzamanın: “Bu savabı mən qazanım, bu insanlara mən doğru yolu göstərim, mənim sözümü dinləsinlər”, -deyə düşünərək qardaşına qarşı rəqabət aparmış olar. “Tələbələrim nə üçün onun yanına gedirlər? Nə üçün onun qədər tələbəm yoxdur?” -deyərək eqoizm fürsət tapıb mövqe sevgisinə meyil etdirər, ixlası zədələyər, riya qapısını açar”31 -sözləri ilə ifadə etdiyi kimi, insan yanlış davranışla mömin qardaşına qarşı rəqabətə girə bilər. Gözəl bir məsuliyyəti başqasının boynuna götürməsini və bunu müvəffəqiyyətlə yerinə yetirməsini istəməmək, onun əcr qazanmasını, axirətinin gözəl olmasını istəməmək deməkdir. Halbuki, Qurana və ixlasa ən uyğun olan davranış digər inananların da axirətinə vəsilə olmaq, onları Allah`ın razı olacağı işləri icra etməyə təşviq etməkdir.
Müsəlman özü nə qədər saleh əməl işləmək istəyirsə, qardaşlarının da eyni şəkildə əcr qazanmasını və axirətləri üçün gözəl işlər görə bilməsini istəməlidir. “Bu işi edə biləcək ən uyğun adam mənəm”, “Bu işi nə qədər yaxşı edə biləcəyimi görsünlər, nə qədər üstün xüsusiyyətlərə sahib olduğumu daha yaxşı anlasınlar”, yaxud “Bu işi mən boynuma götürüm ki, möminlərin gözündə yüksəlim” -kimi düşüncələrlə xeyirli bir işi rəqabət halına gətirmək ixlaslı hərəkət olmaz. Müsəlman bu işdə başqa mömini önə çəkməklə və onun nə qədər üstün xüsusiyyətlərə sahib olduğunu ön plana çıxarmaqla gözəl əxlaq göstərib ixlaslı davranmalıdır. Bədiüzzaman Səid Nursi eqoizm və ön plana çıxma arzusu kimi doğru olmayan xüsusiyyətləri aradan qaldırmaq üçün belə bir tövsiyə vermişdir:
“Bu mühüm xəstəliyin məlhəmi və dərmanı olan Allah sevgisi ilə haqq yolunda gedənlərlə fəxr etməklə, arxalarından gedib imamlıq şərəfini onlara buraxmaqla, Haqq yolunda kim olursa-olsun, özündən daha yaxşı olduğunu düşünməklə, eqoistlikdən imtina edib ixlası qazanmaqla, ixlas ilə bir qram əməlin ixlassız kilolarla əməldən üstün olduğunu anlamaqla və dolayısilə, məsuliyyətini bilib zərərli olan başçılıq həvəsindən imtina etməklə o xəstəlikdən xilas olar və ixlası qazanar, vəzifəsini lazımi qaydada icra edə bilər”.32
Səid Nursi bu sözləri ilə ixlasın əhəmiyyətinə diqqət çəkir və axirət yurdunu hədəf alan insanların eqoizm, liderlik həvəsi və rəqabət kimi duyğulardan uzaqlaşmasının əhəmiyyətini xatırladır. Din adına ediləcək bir xidmət belə olsa, ixlaslı olduğu üçün başqa möminə üstünlük verib onu ön plana çıxara bilməsinin və onun müvəffəqiyyətləri ilə fəxr etməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Başqalarının özündən daha üstün ola biləcəyinə inanıb, onlara təslim olmasının ixlasa daha uyğun olacağını xatırlatmışdır.
Riyakarlıq Quran əxlaqına uyğun olmayan xüsusiyyətlərdəndir. Quran əxlaqı isə insana nəfsindəki bu zəifliklərdən xilas olmağı, dürüst və səmimi olmağı əmr edir. Çünki riyakar insanın qəlbindəki niyyəti ilə əməlləri fərqli olur. Bu da ixlası zədələyən əxlaqdır. İnsanın bu səmimiyyətsizliyi- daxildə və üzdə iki ayrı xarakter göstərməsi imanı tam olaraq qavraya bilmədiyini, Allah`ı haqqı ilə təqdir edə bilmədiyini göstərir.
Allah hər yeri əhatə edən, gizlinin gizlisini bilən, insanların ağıllarından keçirdikləri düşüncələrdən agah olan və hər an-hər yerdə onlara şahid olandır. İnsanın içindən keçirdiklərini gizlədib olduğundan fərqli görünməyə çalışması Allah`ın bu sifətlərini unutduğunu göstərir. Bu insan davranış və danışıqları ilə ətrafdakı insanları məmnun etsə də, Allah ürəyindəkini biləcək. Allah`dan qorxan insan Onun razı olmadığı hərəkətləri etməkdən çəkinər.
Riyakar insan dünya həyatında insanların razılığını qazana bilər, amma axirəti üçün heç nə əldə edə bilməz. Dünyada əldə edilən mənfəətlər axirətdəki mükafatlarla müqayisə edilə bilməyəcək qədər dəyərsiz və əhəmiyyətsizdir. Allah: “…Halbuki, dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir” (Tövbə surəsi 38) -ayəsi ilə insanlara bunu xatırlatmışdır.
Riyakar insanın davranışları səmimiyyətsiz və sünidir. Möminlər isə Allah`ın izni ilə bunun kimi xüsusiyyətləri aşkar edə bilirlər. Xüsusilə də Allah`ın elm verdiyi elçiləri ikiüzlü davranaraq gerçək şəxsiyyətini gizlədən, ətrafdakılara özünü olduğundan fərqli tanıdan insanları üz ifadələrindən və danışıqlarından tanıyırlar. Lakin bu insanlar möminlərin içində aşkar edilməsələr belə, Allah onların süni və səmimiyyətsiz xüsusiyyətlərini bilir, söylədikləri hər sözü eşidir, etdikləri hər hərəkəti görür. Allah Quranda belə buyurur:
Möminin özünü insanlara sevdirməsi üçün riyakar davranışlara ehtiyacı yoxdur. Çünki insanı ətrafdakılara sevdirən Allah`dır. Həyatının hər anında ixlasla Allah`ın razılığını qazanmağa çalışan mömini bütün inananlar ürəkdən sevib dəstəkləyərlər. Gözəl əxlaqlı, səmimi, dürüst və ixlaslı insanı sevmək möminlərin fitrətində vardır. Allah`ın razılığı ilə yanaşı, möminlərin də razılığını qazandırar. Amma sadəcə insanların razılığı üçün edilən bir işdə Allah`ın razılığını qazanmaq qeyri-mümkündür.
Buna görə də insan nəfsinin təlqinlərini dinləməməli və ixlaslı olmaq üçün hər cür səmimiyyətsiz düşüncə və davranışdan uzaq olmalıdır.
İnsanların Allah`ın razılığını hədəf alıb axirət yurdu üçün ixlasla cəhd etmələrinə mane olan başqa bir səbəb isə dünya həyatındakı mövqe, şöhrət kimi maddi dəyərlərə olan bağlılıqdır. Halbuki, maddi imkanlar, mal-dövlət, yaxud mövqe insana axirət həyatında heç bir şey qazandırmaz. Allah Quranın: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır” (Hucurat surəsi, 13) -ayəsi ilə insanlar arasında üstünlüyün sahib olunan mövqeyə görə deyil, təqvaya görə olduğunu bildirmişdir.
Belə insanların vəziyyətini Bədiüzzaman Səid Nursi bu şəkildə ifadə etmişdir:
“… Vəzifə sevgisindən gələn şöhrətpərəstlik atəşi ilə şan və şərəf pərdəsi altında insanların sevgisini qazanmaq diqqəti özünə cəlb etməklə eqoizmi bəsləmək və nəfsinə pay ayırmaqdır ki, ən mühüm mənəvi xəstəlik olan gizli şirk riyakarlığa, eqoizmə qapı açır, ixlası zədələyir”.33
Mövqe və yüksək vəzifənin üstünlük əlaməti olduğu inancı cahiliyyə cəmiyyətlərinə məxsus düşüncədir. İmanı qavrayan mömin nəfsinin bu istəklərinə əhəmiyyət verməməli, üstünlüyü ixlasda və səmimiyyətdə axtarmalıdır. Çünki bunun kimi arzulardan uzaqlaşan insan dünyadakı bütün mövqelərin üzərində duran bir mövqeyə çatdırılacaq, gerçək qürur və şərəfin sahibi olacaqdır. Bu vəziyyət Quranın “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq” (Nisa surəsi 31) ayəsi ilə insanlara bildirilmişdir.
Bu şərəfli və üstün mövqeyə layiq olmaq üçün iman edən şəxs “Hər kəs (dünyada) izzət-qüdrət istəsə, bütün izzət-qüdrət ancaq Allah`a məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir…” (Fatir surəsi 10) ayəsində xatırladılan həqiqətin şüurunda olmalıdır: izzətin gerçək sahibi Allah`dır və insana bunu qazandıran saleh əməllərdir, yəni ixlasla edilən əməllərdir.
Bədiüzzaman Səid Nursi də risalələrində bu mövzuya diqqət çəkmişdir. Səid Nursi “ayələrimi ucuz qiymətə satmayın” ayəsindəki əmrə toxunaraq axirətdəki şərəfli və üstün mövqenin yanında dünya həyatında əldə edilən mövqe, yaxud şöhrətin nə qədər dəyərsiz olduğunu belə vurğulamışdır:
“… Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun” (Bəqərə surəsi 41) ayəsindəki Allah`ın şiddətlə qadağan etdiyinə misal olarıq, öz sonsuz səadətimizə zərər verərik. Həm mənasız, gərəksiz, zərərli və səmimiyyətsiz hisslərlə və kiçik mənfəətlər üçün özünü bəyəndirməyə çalışaraq və ixlası pozaraq bütün qardaşlarımızın haqlarına təcavüz etmiş olarıq və həm də Qurana saldırmış və iman həqiqətlərinin böyüklüyünə hörmətsizlik etmiş olarıq”.34
Yüksək mövqe əldə etmək arzusu insanın əməllərində ixlaslı olmasına manedir və səmimiyyətsizliyə səbəb olur. Bu insan bir tərəfdən etdikləri ilə Allah`ın razılığını və cənnətini qazanmağı hədəf alarkən, digər tərəfdən də insanlar arasında etibar əldə edəcəyini düşünür. Bu da əməllərini etibarsız edir. İman edən şəxs Qurandakı bu xatırlatmaları diqqətə alaraq, nəfsinin dünya həyatının şan və şöhrətinə xas istəklərindən uzaqlaşıb Allah qatındakı izzət və qüruru qazanmağa çalışmalıdır.
Əks halda, “Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, qəbirləri ziyarət etdiniz” (Təkasur surəsi 1-2) ayələri ilə xatırladıldığı kimi, insanın başı nəfsinin bu istəklərinə qarışacaq və bunların heç bir fayda vermədiyini axirətdə başa düşəcək. Sırf nəfsinin istək və arzularını təmin etmək uğrunda boş yerə çalışıb yorulacaq və axirətdə də hüsrana uğrayacaq. Möminə yaraşan isə nəfsinin bu istəklərindən uzaqlaşıb ixlası qazanmaq və Allah`ın razı olacağı əxlaqa çatmaqdır.
Mal-dövlətə və cana həvəslə bağlanmaq nəfsin xüsusiyyətlərindən biridir. Buna görə də nəfs bu mövzuda davamlı hərisliyi təşviq edir. Lakin “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz...” (Ali-İmran surəsi, 186) ayəsində də bildirildiyi kimi, mal və can həvəslə bağlanmaq üçün deyil, insanların imtahanı üçün yaradılmışdır. Allah bu dünyəvi dəyərlərə bağlanmayıb bunları Allah`ın razılığını qazanmaq üçün sərf edənləri cənnətlə müjdələmiş, böyük qurtuluş və xoşbəxtliyə də ancaq bu yolla çatmağın mümkün olduğunu belə bildirmişdir:
İnananlar bu ayəyə uyğun olaraq mal və canlarına həvəslə bağlanmamalıdır. Şübhəsiz ki, nəfsin bu yöndə təlqin və təşviqləri olacaqdır. Lakin Allah`ın bu vədinin şüurunda olan müsəlmanın nəfsinə uyması mümkün deyildir. Çünki dünya həyatında qazanılan heç bir mənfəət sonsuz axirət nemətləri ilə müqayisə edilə bilməz. Buna görə də Allah ayədə belə buyurur: “sövdələşdiyiniz alış-verişə görə sevinin”.
İnsan dünya həyatında qazandığı maddi dəyərlərdən çox qısa müddət faydalana bilər. Sonra da həm bədənini, həm də yığıb-saxladığı malını ölümlə birlikdə tərk etmək məcburiyyətində qalacaq. Allah`ın axirətdə verəcəyi nemətlər isə sonsuza qədər insanın qurtuluşuna və xoşbəxtliyinə vəsilə olacaq.
Bədiüzzaman Səid Nursi insanların mala və cana qarşı bəslədiyi sevginin nə qədər bihudə olduğuna belə diqqət çəkmişdir:
“Mala və cana qarşı şiddətli həvəs göstərər… görər ki, müvəqqəti onun nəzarətinə verilmiş o fani mal və riyakarlığa vəsilə olan o can o şiddətli həvəsə dəymir. Ondan həqiqi məqam olan mənəvi mərtəbələrə və (Allah`a) yaxınlıq dərəcələrinə və axirət azuqəsi olan saleh əməllərə yönələr. Pis bir xüsusiyyət olan məcazi şeylərə həvəs isə yüksək bir xüsusiyyət olan həqiqətə olan həvəsə çevrilər...”35
Başqa sözündə isə mal və can dərdinə düşənlərin bunun insana faydası olmayacağını qavradıqlarında düşdükləri vəziyyəti bu şəkildə ifadə edir:
“… Şiddətli bir surətdə narahatlıq keçirdiyi zaman baxar ki, o narahatlıq keçirdiyi gələcəyə çatmaq üçün əlində sənəd yoxdur. Həm ruzi baxımından (Allah tərəfindən) qarantiya altında olan və həm də qısa sürən insanın gələcəyi şiddətli əndişəyə dəymir. Bu səbəblə, gələcək qorxusundan üz çevirib qəbirdən sonra həqiqi və uzun sürəcək olan və qafillərin qarantiyaya alınmadığı bir gələcəyə yönəlir”.36
Əks halda, yəni can və malının qayğısını çəkdikdə insanın saf niyyətlə Allah`a yönəlməsi, Allah`a təslim olub ixlasla hərəkət etməsi mümkün deyil. Nəfsində gizlətdiyi bu həvəslər onu Allah`ın razılığına deyil, həmişə öz mənfəətinə doğru meyilləndirəcək. Məsələn, ehtiyac içərisində olan birini gördükdə ona dəstək olub infaq etmək əvəzinə öz mənfəətlərini qoruyacaq. Halbuki, ixlaslı davranış “(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Həşr surəsi, 9) ayəsində də bildirildiyi kimi, insan ehtiyac içərisində olsa belə, malını başqasına sevə-sevə verə bilməsidir.
Öz nəfsinin istəkləri ona Allah`ın razılığından daha əhəmiyyətli olacaq. Quranın “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah`dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz” (Tövbə surəsi 24) ayəsi ilə belə bir seçimin Allah qatındakı qarşılığının hüsran olacağına da diqqət çəkilmişdir.
Rəbbimizin: “(Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz” (Leyl surəsi 11) ayəsi ilə bildirdiyi kimi, mal-dövlət insanı axirətdə əzabdan qoruya bilməyəcək. Lakin “(Allah`dan) ən çox qorxan isə o (oddan) uzaqlaşdırılar. O kimsə ki, malını verir, təmizlənir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. (O bunu) ancaq ən uca Rəbbinin üzünü dilədiyindən (edər). O, mütləq razı qalacaqdır!” (Leyl surəsi 17-21) -ayələrində də bildirildiyi kimi, ixlaslı davranan sonsuz nemətlərlə mükafatlandırılacaq.
Quranda mal-dövlət kimi, can qayğısına düşüb ixlasını itirən və Allah`ın razılığından uzaqlaşan insanların vəziyyətinə aid bir çox nümunə verilmişdir. Peyğəmbər Allah yolunda döyüşə çağırdığında bəziləri güclərinin çatmadığını (Tövbə surəsi 42), bəziləri də istidə döyüşün çətin olduğunu (Tövbə surəsi 81) iddia edərək nəfslərinə uymuşdular. Bəzi insanlar bu bəhanələri bildirərkən güclərinin çatmadığına dair and da içmişdilər. Ancaq Allah onların yalan danışdığını və bu davranışları ilə öz nəfslərini həlaka apardıqlarını bildirərək səmimiyyətsizliyini ifadə etmişdir.
İxlaslı davranış isə “Lakin (Allah`ın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır” (Tövbə surəsi 88) ayəsində diqqət çəkilən saleh möminlərin əxlaqıdır.
Allah başqa bir ayədə möminlərdən mallarını və canlarını ortaya qoyub Allah`ın razılığını bütün bunların qazandıracağı mənfəətlərdən üstün tutan kəslərin dərəcə baxımından Allah qatında daha üstün tutulacağını bildirərək ixlaslı möminləri müjdələmişdir. Ayədə belə buyurulur:
19. Risale-i Nur Külliyatı, 21. Lema. s.670
20. Risale-i Nur Külliyatı, 21. Lema, s.160
21. Risale-i Nur Külilyatı, 20. Lema, s.662
22. Risale-i Nur Külliyatı 21. Lema, s.669
23. Risale-i Nur Külliyatı, Lemalar, s.157-158
24. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 236-3
25. Risale-i Nur Külliyatı, Lemalar, s.162
26. Tecri'di Sarih:7/360; Riyazüs-Salihin: 1/284
27. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 423-7
28. Risale-i Nur Külliyatı, 20. Lema, s.154
29. Risale-i Nur Külliyatı, Lemalar, s.151
30. Risale-i Nur Külliyatı, 20. Lema, s.158
31. Risale-i Nur Külliyatı, 20. Lema, s.152
32. Risale-i Nur Külliyatı, 20. Lema, s.153
33. Risale-i Nur Külliyatı, İhlas Risaleleri, s. 45
34. Risale-i Nur Külliyatı, Lemalar, s.160