Quranda izah edilən dua anlayışı insanın həyatı boyu riayət etməsi lazım olan çox əhəmiyyətli bir mövzudur. Bir hədisdə duanın əhəmiyyəti belə bildirilmişdir:
Dua, möminin silahıdır və dinin dirəyidir. Göylərin və yerin nurudur. (Hz. Əli r.a.)(Ramuz əl-Hədis, s. 207)
Bu açıq həqiqətə baxmayaraq insanların böyük bir qismi Qurandan xəbərsiz olduqlarına görə və ya Quranı kifayət qədər bilmədiklərinə görə, bəlkə də həyatlarında bir dəfə də belə olsun Quranda bildirildiyi kimi Allaha üz tutub səmimi dua etməzlər.
Hazırda oxuduğumuz bu kitabda isə, əslində Qurana görə "ən böyük" olan (Ənkəbut Surəsi, 45) Allahı zikr etməyin əhəmiyyəti vurğulanmışdır. Burada bəhs edilənləri nəzərə alsaq, Allaha məhz Onun dilədiyi kimi dua etmək hamımızın vəzifəsidir. Bu həm böyük bir vəzifə həm də bizim əbədi həyatımızı qurtaracaq böyük bir vəsilədir. Çünki Quranda, Allaha dua etməyənlərin sonunun cəhənnəm əzabı olduğu xəbər verilir:
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.(Mömin Surəsi, 60)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)