Quranın indiyə qədər incələdiyimiz möcüzəli xüsusiyyətlərindən biri də “riyazi möcüzələri”dir. Bu möcüzəyə bir nümunə olaraq Quranda bəzi kəlmələrin eyni sayda təkrarlanmasını göstərmək mümkündür. Bir-biri ilə əlaqəli olan bəzi kəlmələr Quranda heyrətamiz dərəcədə eyni sayda təkrar edilmişdir. Aşağıda bu cür kəlmələr və onların Quranda təkrarlanmış sayları verilmişdir.
“Yeddi göy” ifadəsi 7 dəfə qeyd edilib. “Göylərin yaradılması” (“xəlqu səməvat”) ifadəsi də 7 dəfə təkrar edilir.
YEDİ GÖK (seb'a semavat) | 7 kere |
GÖKLERİN YARATILIŞI (halku's semavat) | 7 kere |
“Gün” (“yəum”) sözü ismin tək halında 365 dəfə işləndiyi halda, cəm halında, yəni “günlər” (“əyyam və yəuməyn”) kəlmələri 30 dəfə təkrar edilir. “Ay” kəlməsi isə 12 dəfə təkrarlanır.
GÜN | yevm | 365 kere |
GÜNLER | eyyam, yevmeyn | 30 kere |
AY | şehr | 12 kere |
“Bitki” və “ağac” kəlmələri də eyni sayda təkrar edilir: 26.
BİTKİ | 26 kere |
AĞAÇ | 26 kere |
“Cəza” kəlməsi Quranda 117 dəfə qeyd olunduğu halda, Quranın əsas əxlaqi xüsusiyyətlərindən sayılan “bağışlamaq” ifadəsi bu saydan 2 dəfə çox, yəni 234 dəfə təkrar edilir.
“De” kəlmələrini sayanda gəldiyimiz nəticə 332-dir. “Dedilər” kəlməsini sayanda da eyni rəqəmi əldə edirik: 332.
DE | 332 kere |
DEDİLER | 332 kere |
“Dünya” kəlməsi ilə “axirət” kəlməsinin təkrarları da eyni rəqəmi göstərir: 115.
DÜNYA | 115 kere |
AHİRET | 115 kere |
“Şeytan” kəlməsi Quranda 88 dəfə qeyd olunmuşdur. “Mələk” kəlməsi də elə bu qədər, yəni 88 dəfə təkrar edilmişdir.
ŞEYTAN | 88 kere |
MELEK | 88 kere |
“İman” (şəkilçisiz) və “küfr” kəlmələrinin hər biri Quranda 25 dəfə təkrar edilir.
İMAN | 25 kere |
KÜFÜR | 25 kere |
“Cənnət” və “cəhənnəm” kəlmələri də eyni saydadır: 77.
CENNET | 77 kere |
CEHENNEM | 77 kere |
“Zəkat” kəlməsi Quranda 32 dəfə işləndiyi halda, “bərəkət” kəlməsi də eyni sayda təkrar edilmişdir: 32.
ZEKAT | 32 kere |
BEREKET | 32 kere |
“Yaxşılar” (“əbrar”) 6 dəfə təkrar edilir, “pislər” (“fuccar”) kəlməsi isə bu rəqəmin yarısı qədər, yəni 3 dəfə.
İYİLER | ebrar | 6 kere |
KÖTÜLER | fuccar | 3 kere |
“Yay-isti” kəlmələri ilə “qış-soyuq” kəlmələrinin işlənmə sayları də eynidir: 5.
YAZ-SICAK | 1 + 4 = 5 kere |
KIŞ-SOĞUK | 1 + 4 = 5 kere |
“Şərab” (“xamr”) və “sərxoşluq” (“səkərə”) kəlmələrinə də Quranda eyni sayda rastlanır: hər birinə 6 dəfə.
ŞARAP | hımr | 6 kere |
SARHOŞLUK | sekere | 6 kere |
"Fikirləşmək" və "nur" saylarının təkrar sayı da eynidir: 49
AKLETMEK | 49 kere |
NUR | 49 kere |
“Dil” və “vəəz” kəlmələri eyni sayda - hər biri 25 dəfə təkrar edilir.
DİL | 25 kere |
VAAZ | 25 kere |
“Fayda” kəlməsi 50, “pozmaq” kəlməsi də 50 dəfə təkrar olunur.
YARAR | 50 kere |
BOZMA | 50 kere |
"Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar." |
“Əcir” və “fail” (“icraçı”) kəlmələrinin də işlənmə sayı eynidir: 108.
ECİR | 107 kere |
FAİL | 107 kere |
“Sevgi” və “itaət” kəlmələrinin təkrarlanma sayları da eynidir: hər biri 83 dəfə.
SEVGİ | 83 kere |
İTAAT | 83 kere |
Quranda "dönüş" ve "sonsuz" kəlmələri bərabər sayda yer alır: 28.
DÖNÜŞ | 28 kere |
SONSUZ | 28 kere |
“Müsibət” və “şükür” kəlmələri Quranda eyni sayda təkrar edilir: hər biri 75 dəfə.
MUSİBET | 75 kere |
ŞÜKÜR | 75 kere |
“Günəş” (“şəms”) və “işıq” (“nur”) kəlmələrinin hər biri Quranda 33 dəfə təkrar edilir.
GÜNEŞ | şems | 33 kere |
IŞIK | nur | 33 kere |
◉ Saymada «nur» kəlməsinin təkcə adlıq halları nəzərə alınmışdır.
◉ «Doğru yola aparan (əl-huda)» və «rəhmət» kəlmələrinin təkrar sayı bərabərdir - 79.
DOĞRU YOLA İLETEN | 79 kere |
RAHMET | 79 kere |
Quranda «sıxıntı» kəlməsi 13 dəfə işlənərkən «rahatlıq» sözü də 13 dəfə təkrar olunur.
SIKINTI | 13 kere |
HUZUR | 13 kere |
“Qadın” və “kişi” kəlmələri də eyni saydadır - hər biri 23 dəfə işlədilib. Qadın - kişi sözlərinin Quranda təkrar sayı olan 23, həmçinin insan embrionunun meydana gəlməsində yumurta və spermadan gələn xromosom sayıdır. İnsanın xromosom sayı da anadan və atadan gələn 23 – 23 xromosomun cəmi olaraq 46-dır.
KADIN | 23 kere |
ERKEK | 23 kere |
“Xəyanət” kəlməsi 16 dəfə qeyd olunduğu halda, “xəbis” kəlməsi də 16 dəfə təkrar edilmişdir.
HIYANET | 16 kere |
HABİS | 16 kere |
“İnsan” kəlməsinə Quranda 65 dəfə rast gəlinir. İnsanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir - 65.
İNSAN |
| 65 kere |
TOPRAK | turabun | 17 kere |
TOPLAM |
| 65 kere |
“Salavat” kəlməsi bütün Quranda 5 dəfə təkrar edilir. Allah insanların gündə məhz 5 dəfə namaz qılmasını vacib saymışdır.
“Torpaq” kəlməsi Quranda 13 dəfə işləndiyi halda, “dəniz” kəlməsi 32 dəfə təkrar edilir. Bu rəqəmləri cəmləsək, 45 alınır. Əgər quru torpaq səthinin Quranda təkrar edilən sayı olan 13 rəqəmini 45-ə bölsək, 28,88888889 faiz əldə edirik. Dənizlərin Quranda təkrar edildiyi rəqəmi - 32-ni 45-ə böləndə isə 71,11111111 rəqəmini əldə edirik. Bu nisbət isə planetimizin su və quru torpaq sahələrinin real nisbətidir.250
KARA | 13 kere | 13/45 = 28,888888888889 |
DENİZ | 32 kere | 32/45 = 71,111111111111 |
TOPLAM | 45 kere | %100 |
Ərəb əlifbasında hər hərfin bir dəyəri var. Yəni ərəb dilində hər hərf bir rəqəmə uyğun gəlir. Bundan istifadə edilərək müxtəlif hesablamalar aparılır. Bu hesaba “əbcəd hesabı” və ya “hisab-i cüməl” deyilir.251
Əbcəd əlifba sisteminin hər bir hərfinin müxtəlif rəqəmlərə uyğun gəlmə xüsusiyyətindən istifadə edən müsəlmanlar bundan müxtəlif sahələrdə yararlanıblar. Cifr (əbcəd) elmi də belə sahələrdən biridir.
Arap alfabesinin sıra ve sayısal değerleri | ||||||||||||||
Sıra değeri | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
Arapça harfler | ||||||||||||||
Türkçe okunuşu | elif | be | cim | dal | he | vav | ze | ha | tı | ye | kef | lam | mim | nun |
Sayısal değer | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 20 | 30 | 40 | 50 |
Sıra değeri | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
Arapça harfler | ||||||||||||||
Türkçe okunuşu | sin | ayn | fe | sad | kaf | re | şin | te | se | hı | zel | dad | zı | ğayn |
Sayısal değer | 60 | 70 | 80 | 90 | 100 | 200 | 300 | 400 | 500 | 600 | 700 | 800 | 900 | 1000 |
Cifr gələcəkdə baş verməsi ehtimal edilən işlərdən xəbər verən elmin adıdır. Buna görə, simvolik şəkillər və hərflərin əbcəd sayının gəldiyi rəqəmlərin üzərində aparılan izahlar bu sahə ilə məşğul olanların müraciət etdiyi yollardan biridir. Əbcədlə cifr üsulları arasındakı əsas fərq budur ki, əbcəd artıq baş verənlər, cifr isə baş verməsi güman edilənlər haqqında elmdir.252
Bu hesab üsulu kökləri çox qədimlərə qədər gedib çıxan və Quran göndərilməmişdən əvvəl də çox geniş istifadə edilən bir üsuldur. Ərəb tarixində baş verən bütün hadisələr hərflərə rəqəm dəyəri verilərək yazılır və bununla da hər hadisənin tarixi də qeyd edilmiş olurdu. Bu tarixlər istifadə edilən hər hərfin xüsusi rəqəm dəyərlərinin toplanması ilə əldə edilirdi.
Quranda qeyd edilən bəzi ayələr bu əbcəd üsulu ilə incələnəndə bu ayələrin öz mənalarına uyğun olaraq bəzi tarixlərlə üst-üstə düşdüyünü görürük. Bu ayələrdə haqqında danışılan hadisələrin əbcəd hesabları ilə əldə edilmiş tarixlərdə həyata keçdiyini görəndə isə bəhs edilən ayələrdə həmin hadisələrə gizli bir işarə olduğunu başa düşürük. (Doğrusunu Allah bilir).
1969-cu ildə Aya çıxılmasına Quranda işarə edilir
“Saat yaxınlaşdı, Ay parçalandı”. (“Qəmər” surəsi, 54/1)
“Şaqqa” kəlməsi ərəb dilində “iki yerə parçalanmaq, ayrılmaq” mənası ilə yanaşı, “cızıq qoymaq, qabartmaq, torpağı becərmək, torpağın qazılması” kimi mənalarda da işlədilir:
“Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaxşı yardıq. Beləcə, orada dən göyərtdik, üzüm və yonca, zeytun və xurma, bir-birinə sarmaşan bağçalar, meyvələr və ot yetişdirdik”. (“Əbəsə” surəsi, 80/25-31)
Göründüyü kimi, bu ayədə “şaqqa” kəlməsi “iki yerə yarılmaq, ayrılmaq” mənasında deyil, “torpağın yarılıb müxtəlif əkinlərin yetişməsi” mənasında işlədilmişdir. “Şaqqa” kəlməsi bu baxımdan dəyərləndiriləndə (“Qəmər” surəsinin 1-ci ayəsində qeyd edildiyi kimi) “Ayın yarılması” mənası ilə yanaşı, həm də 1969-cu ildə Aya çıxmaq hadisəsində Ayın torpağının üzərindəki fəaliyyətə işarə edilir (ən doğrusunu Allah bilir).
Burada həmçinin çox mühüm bir məsələyə də işarə var. “Qəmər” surəsində qeyd edilən bu ayənin bəzi kəlmələrinin əbcədi bizə 1969 rəqəmini verir. Bu hesablama üsulunda ayrıca vurğulanmalı olan mühüm bir məqam da aparılmış hesablamalarda çox böyük, yaxud da əlaqəsi olmayan rəqəmlərin çıxma ehtimalıdır. Əlaqəli rəqəmin əldə edilmə ehtimalı çox zəif olsa da, belə bir aydın rəqəmin hesablanması çox diqqət çəkici bir məsələdir.
“...Saat yaxınlaşdı və Ay parçalandı...”
HİCRİ: 1390 - MİLADİ: 1969
◉ “Yaxınlaşdı” kəlməsi ərəb dilində axırda olduğu üçün saya daxil edilmir.
Amerikalı astronavtlar 1969-cu ildə Ayın üstündə tədqiqatlar aparmış, Ayın torpağı müxtəlif alətlərlə qazılmış, yarılmış və nümunə olaraq Yerə gətirilmişdir.
Ancaq bunu da bildirməliyik: əlbəttə, Ayın yarılması hadisəsi Allah`ın Peyğəmbərimizə (s) verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir:
«...Səid ibn Əbi Ərubə Qətadədən, o da Ənəs ibn Malikdən (r) nəql etdi: «Məkkə əhalisi Rəsulullahdan onlara bir ayə (bir möcüzə) göstərməsini istədi. O da onlara Ayı iki yerə bölünmüş halda göstərdi, hətta məkkəlilər Hira dağını o iki hissənin arasında gördülər».253
Yuxarıda haqqında danışılan möcüzə ayədə xəbər verilən Ayın yarılması hadisəsidir. Ancaq Quran hər əsrə baxan bir kitab olduğu üçün bu ayə ilə günümüzdə Ayın kəşfi mövzusuna da diqqət çəkildiyi güman edilə bilər (ən doğrusunu Allah bilir).
TOPLAM : 1390 (MİLADİ 1969) |
Quranın riyazi möcüzələrinin başqa biri isə 19 rəqəminin ayələrin içinə şifrlənmiş bir şəkildə yerləşdirilməsidir. Quranda “Onun üstündə on doqquz vardır” (“Muddəssir”, 74/30) ayəsi ilə nəzərlərimizi cəlb edən bu rəqəm Quranın əksər yerində şifrlənmişdir. Bunun nümunələrindən bir hissəsini belə saya bilərik:
“Bismillah” kəlməsi 19 hərfdən ibarətdir.
Quranda 114 (19 x 6) surə var.
İlk vəhy olunan surə (96-cı surə) axırdan 19-cu surədir.
Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki kəlmələrin sayı cəmi 19-dur.
Göründüyü kimi, ilk 5 ayə cəmi 19 kəlmədən ibarətdir. Arada qeyd edilən “vav” kəlmə yox, hərfdir. “Bə” hərfləri də eyni şəkildə bu saya daxil edilməyib.
Vəhy edilən ilk surə (“Ələq” surəsi) 19 ayəyə malikdir və özündə 285 hərfi (19 x 15) ehtiva edir.
Axırıncı vəhy edilən surə olan “Nəsr” cəmi 19 kəlmədən ibarətdir.
Bundan başqa, “Nəsr” surəsinin Allah`ın köməyindən bəhs edən ilk ayəsi də 19 hərfdən ibarətdir.
Quranda 114 (19 x 6) “Bismillah” sözü var. Bu say da 19-dan 6 dəfə çoxdur.
Quranda 113 surə “Bismillah”la başlayır. Başında “Bismillah” olmayan yeganə surə 9-cu surə olan “Tövbə” surəsidir. Quranda ancaq “Nəml” surəsində iki “Bismillah” var. Bunlardan biri surənin əvvəlində, digəri isə 30-cu ayədə qeyd edilmişdir. “Bismillah”la başlamayan “Tövbə” surəsindən etibarən saymağa başlayanda “Nəml” surəsinin 19-cu sırada yerləşdiyini görmək olar.
19 surə sonra gələn 27-ci surə olan “Nəml” surəsinin həm əvvəlində, həm də 30-cu ayəsində “Bismillah” var. Beləliklə, 27-ci surədə iki “Bismillah” var. “Bismillah”ların sayını 114-ə çatdıran ayə 27-ci surənin 30-cu ayəsidir. Bundan başqa, surə və ayə nömrələrini, yəni 27 və 30-u toplayanda 57 (19 x 3) sayını əldə edirik.
“Tövbə” surəsindən (9) “Nəml” surəsinə (27) qədər olan surə nömrələrinin cəmi 9+10+11+12+13+14+15+16+17+18+19+20+21+22+23+24+25+26+27=342 edir. Bu da 19 rəqəminin 18 qatıdır.
19-la 19-un bir neçə qatı olan ayələrdə qeyd edilmiş “Allah” kəlmələrinin cəmi 133-dür (19 x 7).
“Bir” mənasına gələn “vahid” (“i” hərfi bu söz oxunarkən əlavə edilir) kəlməsinin əbcəd dəyəri 19-dur. Quranda bu kəlmə “bir çeşid yemək”, “bir qapı” və s. kimi müxtəlif kəlmələr üçün işlədilmişdir. “Tək Allah” olaraq işlədilməsi isə 19 dəfədir.
(Arapçası harekesiz olarak gösterilmiştir) | "Vahd" kelimesinin harfleri | Harflerin Sayısal Değerleri |
و | V | 6 |
ا | A | 1 |
ح | H | 8 |
د | D | 4 |
Kelimenin Toplam Ebced Değeri |
| 19 |
19 dəfə “vahd” kəlməsinin qeyd edildiyi ayələrin surə və ayə nömrələrinin cəmi 361 (19 x 19)-dur.
Başlanğıc hərflərinin olduğu birinci surə ilə başlanğıc hərflərinin olduğu axırıncı surə arasında başlanğıc hərflərinin olmadığı 38 (19 x 2) surə var.
“Rəhman” kəlməsi isə Quranda 57 (19 x 3) dəfə qeyd edilir.
Quranda 30 fərqli rəqəm qeyd edilib.
1 | 7 | 19 | 70 | 1000 |
2 | 8 | 20 | 80 | 2000 |
3 | 9 | 30 | 99 | 3000 |
4 | 10 | 40 | 100 | 5000 |
5 | 11 | 50 | 200 | 50000 |
6 | 12 | 60 | 300 | 100000 |
Quranda qeyd edilən bütün bu rəqəmləri (təkrarlarını nəzərə almadan) toplayanda əldə edilən say 162.146-dır. Bu da 19-la 8534-in hasilidir: 1+2+3+4+5+6+7+8+9+10+11+12+19+20+30+40+50+60+70+80+99+100+200+300+1000+2000+3000+5000+50.000+100.000=162.146 (19 x 8534).
Bu 30 fərqli rəqəmə əlavə olaraq Quranda 8 ədəd kəsirli saydan bəhs edilir. Bunlar 1/10, 1/8, 1/6, 1/5, 1/4, 1/3, 1/2, 2/3-dir. Beləliklə, Quran özündə 38 (19 x 2) fərqli sayı ehtiva edir.
Quranın əvvəlindən etibarən 19 ayəyə sahib olan ilk surəsi “İnfitar” surəsidir. Bu surənin başqa bir xüsusiyyəti də axırıncı kəlməsinin “Allah” kəlməsi olmasıdır. Bu həm də Qurandakı axırdan 19-cu “Allah” kəlməsidir.
“Qaf” hərfi ilə başlayan 50-ci surədə 57 (19 x 3) “qaf” hərfi var. Əvvəlində “qaf” hərfi olan 42-ci surədə yenə 57 (19 x 3) ədəd “qaf” hərfi var. 50-ci surənin 45 ayəsi var. Bunları toplasaq, (42+53) yenə 95 (19 x 5) edir.
50. sure | 57 (19 x 3) kaf harfi |
42. sure | 57 (19 x 3) kaf harfi |
50. surede | 45 ayet | 50+45=95 (19 x 5) |
42. surede | 53 ayet | 42+53=95 (19 x 5) |
“Qaf” surəsinin ilk ayəsində Quran üçün işlədilən “məcid” kəlməsinin əbcəd dəyəri 57 (19 x 3)-dir. Yuxarıda da qeyd etdiyimiz kimi, surə içindəki “qaf” surələrinin cəmi də 57-dir.
“Qaf” surəsindəki “qaf” hərflərinin qeyd edildiyi ayələrin nömrələrini toplayanda 19-un 42 qatı olan 798 sayını əldə edirik. 42 isə başlanğıc hərfləri arasında “qaf” olan başqa bir surənin nömrəsidir.
“Nun” hərfi yalnız 68-ci surənin əvvəlində qeyd edilir. Bu surədəki “nun” hərflərinin cəmi 133 (19 x 7)-dür.
| SURE NO | AYET SAYISI |
19 x 1 | 19. sure | 99 |
19 x 2 | 38. sure | 89 |
19 x 3 | 57. sure | 30 |
19 x 4 | 76. sure | 32 |
19 x 5 | 95. sure | 9 |
19 x 6 | 114. sure | 7 |
TOPLAM |
| 266 (19 x 14) |
Surə nömrələri 19-un qatı olan surələrin ayə saylarını (“Bismillah” da daxil olmaqla) toplayanda 266 (19 x 4) alınır.
“Ya” və “sin” hərfləri “Yasin” surəsinin əvvəlində mövcuddur. “Sin” hərfi “Yasin” surəsində 48 dəfə qeyd edildiyi halda, “ya” hərfi 237 dəfə qeyd olunub. Bu iki hərfin cəmi 285 (19 x 15)-dir.
Yalnız bir surə - 7-ci surə “əlif”, “lam”, “mim”, “sad” başlanğıc hərfləri ilə başlayır. “Əlif” hərfi bu surədə 2529 dəfə, “lam” hərfi 1530 dəfə, “mim” hərfi 1164 dəfə və “sad” hərfi 97 dəfə qeyd edilmişdir. Bu qayda ilə 4 hərf bu surədə birlikdə 5320 dəfə qeyd edilir: 2529 + 1530 + 1164 + 97 = 5320 (19 x 280).
“Əlif”, “lam”, “mim” hərfləri ərəb dilində ən çox istifadə edilən hərflərdir. Bu hərflər bir yerdə 6 surənin - 2, 3, 29, 30, 31 və 32-ci surələrin əvvəlində yer almışlar. Bu 3 hərf 6 surənin hər birində cəmi 19-un qatı olaraq qeyd edilmişdir. Cərgə ilə [9899 (19 x 521), 5662 (19 x 298), 1672 (19 x 88), 1254 (19 x 66), 817 (19 x 43)]. Bu üç hərfin 6 surədə birlikdə qeyd edildiyi yerin sayı 19874 (19 x 1046)-dür.
“Əlif”, “ləm”, “ra” başlanğıc hərflərinin 10, 11, 12, 14 və 15-ci surələrdə birlikdə qeyd edildikləri yerlərin sayı 2489 (19 x 131), 2489 (19 x 131), 2375 (19 x 125), 1197 (19 x 63) və 912 (19 x 48)-dir.
“Əlif”, “ləm”, “mim”, “ra” başlanğıc hərflərinin birlikdə qeyd edildiyi yer 1482 (19 x 78)-dir. “Əlif” hərfi 605 dəfə, “ləm” hərfi 480 dəfə, “mim” hərfi 260 dəfə və “ra” hərfi 137 dəfə qeyd edilmişdir.
“Kaf”, “ha”, “ya”, “ayn”, “sad” başlanğıc hərfləri ancaq bir surədə - 19-cu surədə qeyd edilmişdir. “Kaf” hərfi bu surədə 137 dəfə, “ha” hərfi 175 dəfə, “ya” 343 dəfə, “ayn” 117 dəfə və “sad” hərfi 26 dəfə qeyd edilmişdir. 5 hərfin cəm olaraq qeyd edildiyi yerlərin sayı 137 + 175 + 343 + 117 + 26 = 798 (19 x 42)-dir.
Bu mövzudakı başqa qeydlər isə belədir.
Bütün Quranda:
◉ “ətiu” (itaət edin) kəlməsi 19 dəfə;
◉ “abd” (qul, bəndə), “abid” (qulluq edən) və “ibadət” kəlmələri isə cəmi 152 (8 x 19) dəfə qeyd edilir.
Allah`ın adlarından aşağıda nümunə kimi verilən bəzilərinin sayının əbcəd dəyəri də 19-un qatlarıdır.
◉ “Vahid” (tək) 19 (19 x 1)
◉ “Cami” (toplayan) 114 (19 x 6)
On doqquz 9 və 10 rəqəmlərinin ilk qüvvətlərinin cəmidir. 9 və 10 rəqəmlərinin ikinci qüvvətləri arasındakı fərq də 19 edir.
101 | 10 + 9 | 19 |
102 | 100 - 81 | 19 |
Günəş, Ay və Yer hər 19 ildə bir eyni nöqtədə cərgə ilə düzülürlər.254
Halley quyruqlu ulduzu hər 76 (19 x 4) ildə bir Günəş sisteminin içindən keçir.255
İnsan bədənində 209 (19 x 11) sümük var. Əldəki sümüklərin sayı da 19-dur.
Nəticə:
İlk 19 rəqəmin cəmi 19-un qatıdır.
İlk 19 rəqəmin cəmi 19-un qatıdır.
Şekil 1: İlk 19 rakam Paskal üçgeni matematiğin cebir ve olasılık hesaplarında kullanılan aritmetik bir üçgendir. | Şekil 2: İlk 19 sayı |
İlk xanada yerləşən 1-lərin sayı 19-dur.
Paskal üçbucağını əsas olaraq alanda 3 bölünə bilən bütün sayların cəmi 96 edir. 96 da ilk vəhy edilən surənin nömrəsidir.
Paskal üçbucağındakı rəqəmlərin başlarında 19 ədəd 1 rəqəmi var.
İlk vəhy olan 96-cı surə axırdan 19-cu surədir. Bu surə 19 ayədən ibarətdir və burada cəmi 285 (19 x 15) hərf var. Vəhyin ilk 5 ayəsində isə 76 (19 x 4) kəlmə var.
İkinci olaraq vəhy edilən 68-ci surədə vəhy olunmuş ilk ayələr də 38 (19 x 2) kəlmədən ibarətdir.
Üçüncü vəhy olan 73-cü surə isə 57 (19 x 3) kəlmədən əmələ gəlir.
Bu Quran aləmlərə ancaq xatırlatmadır. |
250. http://monak2.tripod.com/Peaceonline/id1.html
251. İsmail Yakıt, Tğrk-İslam Kğltğrğnde Ebced Hesabı ve Tarih Dğşğrme, s. 36.
252. İsmail Yakıt, Tğrk-İslam Kğltğrğnde Ebced Hesabı ve Tarih Dğşğrme, s. 56.
253. Sahih-i Buhari ve Tercemesi, c. 8, no. 88.
254. http://www.iol.ie/~plugin/stonecal.htm
255. http://antwrp.gsfc.nasa.gov/apod/halley.html