19. yüzyılda Mısır hiyeroglifleri çözülene dek "Haman" kavramı bilinmiyordu. Hiyeroglifler çözülünce, Haman'ın Firavun'un yakın bir yardımcısı ve "taş ocaklarının başı" olduğu anlaşıldı. (Üstte, Mısır'daki inşaat işçileri) Dikkat edilmesi gereken nokta, Kuran'da da Haman'ın Firavun'un emrinde inşaatları yöneten bir kişi olarak anılmasıdır. Yani Kuran'da, o dönemde hiçbir insan tarafından bilinemeyecek bir bilgi verilmiştir. |
Quranda qədim Misir haqqında verilən məlumatların bəziləri yaxın dövrə qədər məxfi qalmış bir çox tarixi faktları aşkara çıxarmışdır. Bu həqiqətlər bizə Quranda hər bir kəlmənin müəyyən bir hikmətə görə işlədildiyini də göstərir.
Quranda adı Fironla birlikdə çəkilən adamlardan biri də Hamandır. Haman Quranın 6 ayəsində Fironun ən yaxın adamlarından biri olaraq qeyd edilir.
Bunun müqabilində Tövratda hz. Musanın həyatından bəhs edilən hissədə Hamanın adı qeyd olunmur. Ancaq Hamanın adı Qədim Əhdin sonrakı hissələrində hz. Musadan təxminən 1100 il sonra yaşayan və yəhudilərə zülm edən bir Babil çarının köməkçisi olaraq qeyd edilib.
Quran haqqında məntiqə uyğun olmayan açıqlamalar verən qeyri-müsəlmanların iddialarının əsassızlığı bir Misir heroqlifinin bundan təxminən 200 il əvvəl oxunması və qədim Misir yazılı abidələrində “Haman” adının olmasının təsdiqi ilə meydana çıxdı. Qədim Misir dilində yazılmış kitabələr və yazılar XVIII əsrə qədər oxunmamış qalmışdı, çünki onları oxumaq mümkün deyildi.
Qədim Misir dili heroqliflərdən ibarət idi və bu dil öz mövcudluğunu əsrlər boyu qorumuşdu. Lakin bizim eranın II və III əsrlərində xristianlığın yayılması və onun mədəni təsiri ilə Misir dini kimi dilini də yaddan çıxardı, yazılarda heroqlifdən istifadə etmək praktikası azaldı və tamamilə aradan qalxdı. Heroqlif yazısının işlədildiyi ən axırıncı yazılı abidə bizim eranın 394-cü ilinə aid olan bir kitabədir. Bundan sonra bu dil yaddan çıxdı və bu dildə yazıları oxuya və başa düşə bilən heç kim qalmadı. Ta ki bundan təxminən iki yüz il əvvələ qədər...
1799-cu ildə Qədim Misir heroqlifi tapılaraq Rosetta Stone adı verilmiş və bizim eradan əvvəl 196-cı ilə aid bir kitabə olduğu aşkar edilmişdi. Bu lövhənin əsas xüsusiyyəti onun üç fərqli yazı ilə - heroqlif, demotik (heroqlifin əlyazma forması) və yunan dilində yazılmasında idi. Yunan dilində yazılmış mətnin köməyi ilə lövhədəki qədim Misir yazısını oxumağa çalışdılar. Lövhənin tam şəkildə oxunması Jan-Fransua Şampolyon (Yean-Fransoise Champollion) adlı bir fransız tədqiqatçı tərəfindən tamamlanıb başa çatdırıldı. Beləliklə, yaddan çıxarılan bir dil və bu dilin açıqladığı tarix də aydınlaşdı. Bunun sayəsində qədim Misir mədəniyyəti, qədim misirlilərin dini və sosial həyatı haqqında bir çox məlumatlar əldə edildi.
Heroqlifin oxunması ilə mövzumuza da bağlı olan çox mühüm bir məlumat da öyrənildi: “Haman” adı həqiqətən də Misir abidələrində qeyd edilirdi. Vyanadakı (Avstriya) Hof Muzeyində olan bir abidə üzərində bu addan bəhs edilir. Bu abidədə Hamanın firona olan yaxınlığı vurğulanır.219
Bütün abidələrə əsaslanaraq hazırlanan “Yeni çarlıqdakı şəxslər” lüğətində isə Hamandan daş mədənlərində işləyənlərin rəhbəri olaraq bəhs edilirdi.220
Ortaya çıxan nəticə önəmli bir həqiqəti ifadə edir. Eyni ilə Quranda qeyd edildiyi kimi, Haman hz. Musa dövründə Misirdə yaşayan bir şəxs idi. Quranda da bəhs edildiyi kimi, Haman firona çox yaxın idi və inşaat işləri ilə məşğul olurdu.
Quranda Fironun Hamandan qüllə inşa etməyi istəməsini xəbər verən ayə bu arxeoloji kəşflə tam bir uyğunluq təşkil edir:
“Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!”” (“Qəsəs” surəsi, 28/38)
Nəticə olaraq deyək ki, Hamanın adının qədim Misir abidələrində qeyd edilməsi Quranın qeybə hakim olan Allah qatından göndərildiyini bir daha təsdiq edir. Çünki Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdə oxunması mümkün olmayan bu tarixi məlumat Quranda möcüzəli bir şəkildə bizə çatdırılmışdır.
1. Mısır Kıyısı | 2. Arabistan Kıyısı |
Denizin dibi bu bölgede olağanüstü bir şekilde yükselti oluşturuyor. |
Firon kimi tanınan Misir hökmdarları qədim Misirin çox tanrılı batil dinində tanrı olaraq qəbul edilirdilər. Allah həm Misir xalqının haqq dinin yerinə batil bir sistemi mənimsədiyi, həm də İsrail oğullarını qul halına saldığı bir dövrdə hz. Musanı Öz elçisi olaraq Misir xalqına göndərmişdi. Ancaq başda firon və ətrafı olmaqla qədim misirlilər hz. Musanın haqq dinə dəvətinə baxmayaraq, bütpərəst inancından əl çəkmirdi. Hz. Musa firona və onun yaxın ətrafına nələrdən çəkinməli olduqlarını bildirmiş və onları Allah`ın əzabı haqda agah etmişdi. Bunun əvəzində onlar üsyan edib hz. Musanı dəlilik, sehrbazlıq və yalançılıqda günahlandırmışdılar. Firona və qövmünə çoxsaylı bəlalar verilsə də, onlar Allah`a təslim olmamış, Allah`ı tək olaraq tanrı qəbul etməmişdilər. Hətta başlarına gələnləri hz. Musanın ucbatından olduğunu iddia edərək, onu Misirdən çıxarmaq istəmişdilər. Allah Quranda hz. Musa və onunla birlikdə olan möminlərə belə buyurur:
«Musaya belə vəhy etdik: Bəndələrimlə birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!" Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) "Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! Onlar bizə qarşı qəzəblidirlər. Biz isə ayıq-sayıq bir camaatıq!" Nəhayət, Biz onları (fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq, xəzinələrdən və gözəl yerdən kənar etdik. Onları beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların arxasınca düşdülər». («Şüəra» surəsi, 52-60)
Quranda bildirildiyi kimi, bu təqib nəticəsində hər iki tərəf qarşılaşdıqları ərəfədə Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman gətirənləri xilas etmiş, firon və qövmünü isə həlak etmişdir. Allah`ın iman gətirənlərə bu yardımı Quranda belə bildirilir:
«Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" Dəniz dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu. O biriləri də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!» («Şüəra» surəsi, 63-68)
Bu məsələ haqqında yaxın keçmişdə tapılan fironun dövrünə aid olan papiruslarda belə bir məqama rast gəlirik:
«Sarayın ağ otağının mühafizəçisi, kitablarının rəisi Amenamonidən katib Petterhora:
Bu məktub əlinizə çatan kimi və nöqtəsinə kimi oxunanda ürəyinə təsir edəcək bir halda olan müəllim fəlakəti, girdaba qərq olmaq, fəlakətlərini öyrənərək ürəyini qasırğa qarşısında yarpaq kimi ən şiddətli iztiraba təslim et...
...Müsibət, şiddətli zərurət birdən-birə onu zəbt etdi. Sular içində yuxu, canlını yazıq bir şey etdi... Rəislərin ölümünü, qövmlərin böyüyünün, nəğmələrin və qərblilərin hökmdarının məhv olmasını təsvir et. Sənə göndərdiyim xəbər hansı xəbərlə müqayisə edilə bilər?»221
1. Hükümdarlığı | 5. Noktası | 9. Yefam |
Quranda keçmişlə bağlı bildirilən hadisələrin günümüzdə tarixi sübutlarla aydınlaşdırılması, əlbəttə ki, Quranın çox mühüm möcüzəsidir (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Həzrəti Musa»).
Hz. Musa və İsrail oğullarının Qırmızı dənizdən keçərkən yaşadıqları bu möcüzə bir çox tədqiqatların mövzusu olub. Aparılan arxeoloji araşdırmalarda Misirdən çıxandan sonra Qırmızı dənizə kimi təqib edilən yolla yanaşı, fironla hz. Musa və qövmünün qarşı-qarşıya gəldiyi yerin coğrafi baxımdan dağlarla əhatəli bir məkanda olduğu da müəyyən edilib (ən doğrusunu Allah bilir).
Bu məlumatlara istinad edən alimlər bir çox araşdırma və incələmələrdən sonra dənizin iki yerə necə ayrılması məsələsində çox maraqlı nəticələrlə üzləşdilər. Tədqiqatların nəticələri Quranda xəbər verilən hadisə ilə tamamilə uyğun idi.
Cebel-il Musa olarak bilinen dağ, genel kabule göre Sina Yarımadası'ndadır. Ancak, yeni bulgular Kızıl denizin arabistan kıyısında olduğunu gösteriyor. | Hz. Musa ve İsrailoğulları için uzun ve zorlu bir yoldan sonra dağların arasında bir çıkış yolu gözüküyordu. |
Naum Volzinger və Aleksey Androsov adlı iki rus riyaziyyatçısı hz. Musanın Qırmızı dənizi ortadan iki yerə ayırmasının mümkün olduğunu riyazi yolla sübut etdilər. Rus riyaziyyatçıları bu möcüzənin ehtimal hesabı üzərində dayanan alimlərin əksinə olaraq, möcüzəni yarada biləcək şərtləri incələdi və bu araşdırma onlara möcüzəni təsdiq edən nəticələr verdi.
Rusiya Elmlər Akademiyasının bülletenində bu alimlərin açıqlamalarına görə, Qırmızı dənizdə həmin dövrlər dənizin səthinə yaxın nəhəng bir qayalıq var idi. Bunu əsas götürən alimlər qayalığın su səviyyəsinin üstündə qalmasını təmin edəcək fırtınanın gücünü və küləyin sürətini müəyyən etməyə çalışdılar. Araşdırmalar nəticəsində aydın oldu ki, sürəti saniyədə 30 metrə çatan bir külək dənizin çəkilərək qayalığı su səviyyəsinin üstündə tutmasını təmin edə bilər. Rusiyanın Okeanoqrafiya İnstitutunun əməkdaşı olan Naum Volzinger belə olan təqdirdə sayı 600 minə çatan yəhudilərin 7 km uzunluqdakı qayaları təqib edərək 4 saata qarşı sahilə çata biləcəyi qənaətinə gəldiklərini bildirdi. O, yəhudilərin keçməsindən yarım saat sonra isə qayaların təkrarən su altında qaldığını və onların arxasınca gələn misirlilərin də burada boğulduğunu söylədi.222 N.Volzinger A. Androsovla birlikdə İsaak Nyutonun bu sözünə istinad edərək bu araşdırmaya başladıqlarını ifadə etmişdi: «Allah`ın dünyanı fizika qanunları ilə idarə etdiyinə inandım».223
Firavun'a ait kraliyet arabası Mısır'da müzede sergileniyor, bu arabanın benzerinden denizin ikiye ayrıldığı yerde yapılan araştırmalarda bulundu. | Sina Yarımadası'nın körfeze açılan bölümü. |
Yaddan çıxarılmamalıdır ki, bu təbiət hadisəsinin həmişə olmaq ehtimalı var. Allah`ın istəyi ilə küləyin sürəti, yeri və zamanı kimi şərtlər lazım olduğu şəkildə həyata keçəndə bu möcüzə təkrarən baş verə bilər. Ancaq buradakı əsl möcüzəli məqam bu hadisələrin hz. Musanın və İsrail oğullarının tam məğlub olacaqları bir anda baş verməsidir. Hz. Musanın və onunla birgə olan qövmün keçəcəyi əsnada suların çəkilməsi, firon və ordusu keçərkən isə suların təkrar qalxması Allah`ın möminlərə yardımının aşkar bir nümunəsidir. Həmçinin hz. Musa bu çətin anda Allah`a güvənərək çox gözəl əxlaq nümunəsi nümayiş etdirmişdir:
«İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "Artıq yaxalandıq!" (Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"» («Şuəra» surəsi, 61-62)
Firon və onun yaxın ətrafı öz çox tanrılı sistemlərinə, bütpərəst inanclarına elə bağlı idilər ki, hz. Musanın möcüzələrlə gəlməsi də onları bu batil inanclarından döndərə bilməmişdi. Üstəlik, onlar bunu açıq-aşkar ifadə edirdilər:
“Onlar: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!” - dedilər”. (“Əraf” surəsi, 7/32)
Bu hərəkətlərinin əvəzində Allah onlara dünyada da bir əzab daddırmaq üçün ayənin ifadəsi ilə desək, ayrı-ayrı möcüzələr (“Əraf”, 7/133) olaraq fəlakətlər yolladı. Bunlardan birincisi, quraqlıq və yığılan məhsulların azalması idi. Mövzu ilə bağlı Quran ayəsində belə bildirilir:
“Biz firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar!” (“Əraf” surəsi, 7/130)
Misirlilər öz əkin sistemlərini Nil çayına nəzərən qurmuşdular və bunun sayəsində də təbii şərtlərin dəyişməsi onlara elə də təsir etmirdi. Ancaq fironun və onun yaxın ətrafının Allah`a qarşı təkəbbürlük etməsi və Allah`ın peyğəmbərini tanımaması səbəbi ilə onlara gözlənilmədən bir fəlakət gəlmişdi. Ancaq ayədə də bildirildiyi kimi, onlar bundan nəsihət alıb fikirləşmələri lazım ikən, baş verən bu fəlakətləri hz. Musanın və İsrail oğullarının gətirdiyi bir uğursuzluq kimi qəbul etdilər. Bundan sonra Allah onlara ardıcıl şəkildə fəlakətlər göndərdi. Bu fəlakətlər Quranda belə bildirilmişdir:
“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə sığışdırmayıb günahkar bir tayfa oldular”. (“Əraf” surəsi, 7/133)
Quranda Misir xalqının başına gələn bu müsibətlərlə bağlı bildirilənlər orta çarlıq dövründən qalma bir papirusun XIX əsrin əvvəllərində Misirdə tapılması ilə bir daha də təsdiq edildi. Bu papirus tapılandan az sonra - 1909-cu ildə Hollandiyanın Leyden muzeyinə aparılıb A.H.Qardiner tərəfindən oxundu. Papirusda Misirdəki qıtlıq, quraqlıq kimi fəlakətlərdən və qulların Misirdən qaçışından bəhs edilir. Bundan əlavə, qeyd etdiyimiz papirusun müəllifi İpuverin (İruwer) də bu hadisələrin şahidi olması üzə çıxır. Misir xalqının başına gələn fəlakətlər zənciri Quranda bəhs edilən qıtlığın və qanın göndərilməsi kimi müsibətlə çox uyğundur.224
Allah`ın Quranda bildirdiyi bu fəlakətlərdən İpuver papiruslarında belə bəhs edilir:
“Fəlakətlər bütün məmləkəti sarsıtmışdı. Hər yerdə qan var idi”.225
“Çay qan oldu”.226
“Dünən gördüyüm hər şey məhv olmuşdu. Torpaqlar biçilmiş kimi çılpaq idi...”227
“Misirin aşağısı məhv oldu... Bütün saray viranə qaldı. Sahibi olan hər şey: buğda və arpa, qazlar və balıqlar...”228
“Həqiqətən, əkin hər yerdə məhv oldu...”229
Torpaqlar - bütün iğtişaş və gurultuya baxmayaraq... Doqquz gün ərzində saraydan heç bir çıxış yox idi və heç kim o şəxsin üzünü görə bilmədi...
Şəhərlər qüvvətli axınlar tərəfindən yerlə-yeksan oldu... Yuxarı Misir viranə qalmışdı,... hər yerdə qan var idi. Ölkədə yoluxucu xəstəliklər baş qaldırdı... Bu gün, həqiqətən də, heç kəs şimala - Biblosa (Byblos) gedə bilmirdi. Mumiyalarımız üçün nə edəcəyik? ...Qızıl azalır.231
İnsanlar sudan qorxmağa başlamışdı. Hətta su içəndən sonra da susayırdılar.232
“Budur suyumuz! Xoşbəxtliyimiz! Edə biləcəyimiz nə var? Hər şey talan edilib!”233
“Şəhərlər dağıldı. Yuxarı Misir qurudu”.234
“Yaşayış məskənləri bir dəqiqə ərzində alt-üst oldu”.235
Yalnız XX əsrdə xəbər tutduğumuz bu papirusda firon və onun qövmünün başına gələn bəlalardan danışılan bilgilərin Qurandakı analoji məlumatlarla böyük paralellik təşkil etməsi Quranın ilahi bir mənbəyə malik olmasını bir daha göstərir.
Firon dövründən qalma papiruslarda hz. Musadan “sehrbaz” olaraq bəhs edilir. (Qeyd etdiyimiz papiruslar İngiltərədə Britaniya muzeyində (British Museum) saxlanmaqdadır). Firon və onun tərəfdarları bütün səylərinə baxmayaraq hz. Musaya heç vaxt üstün gələ bilməmişdilər.
“Bu ədalətin idarəçisi Günəşin oğlu Ammonun böyük qardaşı olan və atası Günəş kimi həmişə yaşayan Ramzesin çarlığı dövründə yeddinci paynı ayının ikinci günü yazıldı... Bu məktubu alanda qalx işə başla, tarlalara nəzarət işini öz üzərinə götür. Taxılın (dənli bitkilərin) hamısını məhv edən bir su daşqını kimi yeni bir bəlanın xəbərini alanda başını işlət (yəni düşün). Hemton onları acgözlüklə yeyərək məhv etdi, anbarlar deşildi, siçanlar tarlalarda sürü halındadır, birələr qasırğa şəklindədir, əqrəblər acgözlüklə yeyirlər, kiçik milçəklərin vurduğu yaralar sayılmayacaq qədər çoxdur. Və əhalini hüznlü edir... Scribe (Scribe ingilis dilində “yəhudi alimi” deməkdir. Burada nəzərdə tutulan çox güman ki, hz. Musadır) külli miqdarda taxılı məhv etmək məqsədinə nail oldu... Sehrlər onlar üçün çörəkləri kimidir. Scribe... yazı sənətində insanların birincisidir”.
Hz.Musadan sehrbaz olaraq bəhs edilməsi Quranda “Zuxruf” surəsində bu ayələrdə xəbər verilir:
“Onlar dedilər: “Ey sehrbaz! Səninlə olan əhdin hörmətinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik!”” (“Zuxruf” surəsi, 43/49)
“Onlar dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”” (“Əraf” surəsi, 7/132)
Əhdi-ətiqdə hz. İbrahimlə hz. Yusifin dövründə Misir hökmdarından firon olaraq bəhs edilir. Halbuki, firon hər iki peyğəmbərdən sonra işlədiləcəkdi.
"Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik."Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. |
Quranda hz. Yusifin dövründə Misir rəhbərindən bəhs edilərkən “hökmdar, çar, kral, sultan” mənalarına gələn ərəb dilində “əl-məlik” kəlməsi işlədilir:
“Hökmdar: “Onu mənim yanıma gətirin!” dedi...” (“Yusif” surəsi, 12/50)
Hz. Musanın dövründə olan Misir rəhbərindən isə “Firon” kəlməsi ilə bəhs edilir. Quranda bildirilən bu fərqə nə Qədim və Yeni Əhddə, nə də yəhudi tarixçilərinin əsərlərində rast gəlmək olar. Onlar ancaq “Firon” ifadəsi işlədirlər. Həqiqətdə də Misir tarixində “Firon” ifadəsinin işlədilməsi ancaq sonrakı dövrlərə aiddir. “Firon” xitabı ilk dəfə bizim eradan əvvəl XIV əsrdə IV Amenhotepin dövründən etibarən işlədilməyə başlanmışdır. Hz. Yusif isə bu tarixdən ən azı 200 il əvvəl yaşayıb.236
Britaniya Ensiklopediyasına görə, “Firon” kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539-1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945-730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitabdan heç vaxt işlədilməyib.
Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada “Firon” ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başlandığı bildirilir.
Göründüyü kimi, “Firon” kəlməsindən müəyyən bir tarixdən sonra istifadə olunmağa başlanıb. Dolayısilə, Quranda bu fərqin tam olaraq qeyd edilməsi - hz. Yusifin dövründə hökmdardan həmişə “kral, çar, hökmdar” olaraq bəhs edildiyi halda, hz. Musanın dövründə hökmdarın hər dəfə “Firon” adlandırılması - Quranın Allah`ın sözü olmasını sübut edən başqa bir dəlildir.
«Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı». («Ənkəbut» surəsi, 14)
Hz. Nuh Allah`ın ayələrindən uzaqlaşaraq Ona şərik qoşan tayfasını yalnız Allah`a qulluq etmələri və azğınlıqdan əl çəkmələri barədə xəbərdar etmək məqsədilə göndərilmişdi. Hz. Nuh qövmünə Allah`ın dininə tabe olmaları üçün dəfələrlə nəsihət verdiyi və onları Allah`ın qəzəbinə qarşı bir neçə dəfə xəbərdar etdiyi halda onlar hz. Nuhu yalançılıqda ittiham etmiş və şirk qoşmağı davam etdirmişdilər. Bundan sonra, Allah hz. Nuha inkar edərək zülm edənlərin suda boğularaq əzab veriləcəyini, iman gətirənlərinsə xilas ediləcəyini xəbər vermişdir. Nuh qövmünün həlakı və iman gətirənlərin xilası Quranın bir ayəsində belə bildirilir:
«Onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər». («Əraf» surəsi, 64)
Haqqında danışılan əzab anı yetişəndə yerdəki su mənbələri güclü yağışlarla birləşərək nəhəng bir daşqına səbəb olmuşdu (ən doğrusunu Allah bilir). Quranda Allah`ın hz. Nuha həlak olmamışdan əvvəl belə vəhy etdiyi bildirilir:
«Biz ona belə vəhy etdik: "Nəzarətimiz altında və vəhyimiz üzrə gəmi düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar». («Muminun» surəsi, 27)
Hz. Nuhun gəmisinə minənlərdən başqa, - hz. Nuhun yaxınlıqdakı bir dağa sığınaraq xilas olacağını güman edən oğlu da daxil olmaqla - bütün qövmü suda qərq oldu. Tufandan sonra sular çəkiləndə gəmi Quranda bildirildiyinə görə, Cudidə, yəni hündür bir yerdə dayanmışdı:
«"Ey yer! Suyunu ud! Ey göy! Sən də saxla!" - deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: "Zalımlara da məhv olsunlar!" -deyildi». («Hud» surəsi, 44)
Allah`ın göndərdiyi və təhrif olunmayan yeganə müqəddəs kitab olan Quranda tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə bəhs edilənlərdən çox fərqli şəkildə qeyd edilir. Təhrifə məruz qalan Tövratda bu tufanın ümumbəşəri olduğu və bütün dünyanı əhatə etdiyi bildirilir. Halbuki, Quranda tufanın dünyanın hər tərəfini əhatə etməsi ilə bağlı bir ifadə yoxdur. Əksinə, ayələrdən tufanın lokal olduğu və dünyanın hər tərəfini deyil, təkcə hz. Nuhu yalançılıqda ittiham edən qövmün cəzalandırıldığı aydın olur. Həlak olanlar hz. Nuhun təbliğini rədd edən və üsyan etməyə davam edən qövm idi. Bununla bağlı ayələr belədir:
«Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi açıq-aşkar çəkindirən bir peyğəmbərəm! Allah`dan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!"» («Hud» surəsi, 25-26)
«Onu yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər». («Əraf» surəsi, 64)
«Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik». («Əraf» surəsi, 72)
Aydın olduğu kimi, Quranda bütün dünyanın deyil, təkcə Nuh qövmünün həlak edildiyi bildirilir. Təhrif edilən Tövrat və İncildəki izahların düzəldilmiş həqiqi hallarının çatdırılması da Quranın tamamilə Allah`ın dərgahından göndərilən bir kitab olduğunu sübut edir.
Tufanın baş verdiyi güman edilən ərazidə aparılan arxeoloji qazıntılar da tufanın bütün dünyanı əhatə edən ümumbəşəri bir hadisə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına alan çox geniş bir bəla olduğunu göstərir. Bundan başqa, Quranda gəminin tufandan sonra Cudiyə oturduğu bildirilir. «Cudi» kəlməsi bəzən xüsusi bir dağ adı kimi işlədilir, halbuki ərəb dilində «hündür yer, təpə» mənasına gəlir. «Cudi» kəlməsinin bu mənasından suların ancaq müəyyən bir səviyyəyə qalxdığı, dünyanın bütün quru səthini əhatə etmədiyi aydın olur. Yəni tufanın təhrif olunan Tövratda və başqa əfsanələrdə bəhs edildiyi kimi, bütün Yer səthini və dünyadakı bütün dağları bürümədiyini, təkcə müəyyən bir bölgəni əhatə etdiyini Qurandan öyrənirik.
Bir sivilizasiyanın bir anda məhv olub yer üzündən silinməsi nəticəsində -istər təbii fəlakət, qəfil köç və ya bir müharibə olsun- bu mədəniyyətə aid izlər daha yaxşı qorunur. İnsanların evləri və gündəlik həyatda istifadə etdikləri əşyalar qısa vaxt ərzində torpağın altında qalır. Bununla da onlar uzun müddət insan əli dəymədən qorunur və gün üzünə çıxarılmaları ilə keçmişdəki həyat haqqında vacib ip ucu verirlər.
1. Bağdat | 4. Mezopotamya Ovası |
Arkeolojik bulgulara göre, Nuh Tufanı Mezopotamya Ovası'nda meydana gelmişti. Ovanın o zamanki şekli bugünkünden farklıydı. Üstteki grafikte, ovanın bugünkü sınırları kırmızı kesik çizgiyle belirtilmiştir. Kırmızı çizginin gerisinde kalan geniş bölgenin ise o zamanlar denize dahil olduğu bilinmektedir. |
Nuh tufanı ilə bağlı bir çox dəlilin günümüzdə ortaya çıxarılması da bunun sayəsində mümkün olub. B.e.ə. 3000-ci illər ərəfəsində baş verdiyi güman edilən tufan bütün sivilizasiyaları bir anda məhv edərək bunun yerinə tamamilə yeni bir sivilizasiya yaranmasını təmin etmişdir. Beləliklə, tufanın açıq dəlilləri bizim ondan ibrət almağımız üçün minilliklər boyunca qorunub. Mesopotamiya ovalığını əhatə edən tufanı tədqiq etmək üçün çoxlu qazıntı işləri aparılıb. Bölgədə aparılan qazıntılarda əsasən, 4 şəhərdə böyük bir tufan nəticəsində baş verə biləcək selin izlərinə rast gəlinir. Bu şəhərlər Mesopotamiya ovalığının əsas şəhərləri Ur, Uruk, Kiş və Şuruppakdır. Bu şəhərlərdə aparılan qazıntı işləri onların hamısının b.e.ə. 3000-ci illərdə güclü bir daşqına məruz qaldığını göstərir.
Hazırda Tel-Əl-Muhayər adlandırılan Ur şəhərində aparılmış qazıntılarda əldə edilən maddi mədəniyyət nümunələrinin ən qədiminin tarixi b.e.ə. 7000-ci illərə qədər gedib çıxır. İnsanların ilk mədəniyyət qurduğu yerlərdən biri hesab edilən Ur şəhəri tarix boyunca bir çox mədəniyyətlərin bir-birinin ardınca gəlib keçdiyi bir yaşayış məskəni olub. Ur şəhərində aparılmış qazıntılarda ortaya çıxarılan arxeoloji tapıntılar buradakı mədəniyyətin çox böyük daşqın nəticəsində məhv olduğunu, bundan bir müddət sonra təkrarən yeni sivilizasiyaların yaranmağa başladığını göstərir. Leonard Uoley «British Museum» və Pensilvaniya Universiteti (ABŞ) tərəfindən müştərək aparılan bir qazıntı işinə rəhbərlik etmişdi. Bu qazıntı Bağdadla Bəsrə körfəzi arasındakı səhranın ortasında aparılırdı. «Readers Digest» jurnalında L.Uoleyin qazıntılarından belə bəhs edilir:
«Qazıntı aparılan ərazidə getdikcə çox vacib bir tapıntı ortaya çıxarılmışdı. Bu, Ur şəhərinin krallar qəbiristanlığı idi. Tədqiqatçılar Şumer hökmdarlarının və əsilzadələrin basdırıldığı bu qəbiristanlıqda bir çox əfsanəvi sənət əsərlərinə rast gəldilər. Miğfərlər, qılınclar, musiqi alətləri, qızıldan və bahalı daşlardan hazırlanan sənət abidələri... İşçilər palçığa dönmüş kərpiclərin arasından bir metrə qədər dərinlikdən girdi və saxsı çömçələr çıxarmağa başladılar. Və sonra qəfildən hər şey dayandı».
Uoley belə yazırdı: «Daha nə saxsı, nə çömçə, nə də kül var idi. Təkcə suyun gətirdiyi təmiz palçıq vardı».
Uoley qazıntını davam etdirdi, iki metr yarım təmiz gil təbəqəsindən keçilərək dərinliyə gedildi və sonra birdən fəhlələr, ...bu dövrün insanları tərəfindən düzəldilən zımpara daşından alətlər və saxsı çömçə qırıntılarına rast gəldilər. Palçıq təmizlənəndən sonra altında qalmış bir mədəniyyət üzə çıxdı. Bu isə bölgədə böyük bir subasmanın, yəni daşqının baş verdiyini göstərirdi. Bundan başqa, mikroskopik analiz təmiz gildən qalın bir təbəqənin qədim Şumer mədəniyyətini məhv edəcək qədər güclü və böyük bir tufan tərəfindən bura atıldığını göstərirdi. «Gilqames» dastanı ilə Nuhun hekayəti Mesopotamiya səhrasında qazılan bir quyuda ortaq bir mənbədə birləşirdi.237
Maks Mallovan qazıntı işlərinə rəhbərlik edən L.Uoleyin fikirlərini belə qeyd edirdi: «Uoley bir zaman kəsiyində yaranmış bu qədər böyük bir gil kütləsinin böyük bir daşqının nəticəsi ola biləcəyini bildirmiş rəngli saxsı küp işlədən xalqı tərəfindən qurulmuş Şumer Uru ilə Əl-Ubaidin şəhərlərini ayıran sel təbəqəsinin əfsanəvi tufanın qalıqları olduğu qənaətinə gəlmişdi».238
Bu məlumatlar tufanın təsir etdiyi yerlərdən birinin Ur şəhəri olduğunu göstərir. Alman arxeoloqu Verner Keller isə haqqında danışılan qazıntının əhəmiyyətini bu cür ifadə edir: «Mesopotamiyada aparılan arxeoloji qazıntılarda palçıqlı bir təbəqənin altından şəhər qalıqlarının çıxması burada bir sel olduğunu sübut edir».239
1. Mezopotamya Ovası | 3. Çamur Tabakası |
Mezopotamya Ovası'nda yapılan kazılarda, toprağın derinliklerinde 2,5 metre kalınlığında bir çamurkil tabakasının varlığını ortaya kondu. Bu çamurkil tabakası, büyük olasılıkla Tufan anında suların taşıdığı kil kütleleriydi ve dünyada sadece Mezopotamya Ovası'nın altında vardı. |
Tufanın izləri olan Mesopotamiyanın başqa bir şəhəri isə bu gün Tel Əl-Uhaymer adlandırılan şumerlilərin Kiş şəhəridir. Qədim Şumer mənbələrində bu şəhər «Böyük tufandan sonra hakimiyyətə gələn ilk xanədanlığın paytaxtı» kimi qeyd edilir.240 Hazırda Tel Əl-fara adlandırılan Cənubi Mesopotamiyadakı Şuruppaq şəhəri də tufanın aşkar izlərini daşıyır. Bu şəhərdəki arxeoloji qazıntılar 1920-1930-cu illərdə Pensilvaniya Universitetindən Erix Şmidt tərəfindən aparılmışdı. Qazıntılarda b.e.ə. 3000-2000-ci illər arasında mövcud olan bir sivilizasiyanın yaranması və inkişafı müxtəlif təbəqələrdə asanlıqla görülür. Mixi yazılarından aydın olurdu ki, bu ərazidə b.e.ə. 3000-ci illərdə mədəni cəhətdən çox inkişaf etmiş bir xalq yaşayıb.241
Ən mühüm cəhət isə bu şəhərdə də b.e.ə. 3000-2900-cu illər ərəfəsində böyük bir daşqının baş verməsinin məlum olması idi. Şmidtin çalışmalarını anladan Mallovan belə deyir: «Şmidt 4-5 metr dərinlikdə gil və qum qarışığı olan sarı torpaqdan sonra bir təbəqəyə çatdı (bu təbəqə sellə birlikdə olmuşdu). Bu təbəqə böyük kəsiyinə görə ova səviyyəsinə yaxın bir səviyyədə yer alır və təpənin hər yerindən izlənə bilirdi...»
Şmidt, Cəmdət Nasr dövrünü Qədim krallıq dövründən ayıran gil və qum qarışığı təbəqəni «tamamilə çay mənşəli bir qum» kimi qeyd edərək onu Nuh tufanı ilə əlaqələndirmişdi.242 Qısası, Şuruppaq şəhərində aparılan qazıntılarda da təxminən b.e.ə. 3000-2900-cu illərə uyğun gələn bir selin qalıqları ortaya çıxarılmışdır. Başqa şəhərlərlə yanaşı, Şuruppaq şəhəri də, ehtimal ki, tufanın təsirinə məruz qalmışdı.243
Tufana məruz qalan axırıncı yaşayış məskəni Şuruppaqın cənubunda yerləşən və hazırda Tel Əl-Varqa adlandırılan Uruq şəhəridir. Bu şəhərdə də digərləri kimi bir sel təbəqəsinə rast gəlinir. Bu sel təbəqəsi də b.e.ə. 3000-2900-cü illərə uyğun gəlir.244
Məlum olduğu kimi, Dəclə və Fərat çayları Mesopotamiyanı başdan ayağa kəsib keçir. Aydın olur ki, hadisə ərəfəsində bu iki çay və irili-xırdalı bütün su mənbələri daşmış, bunlar yağış suları ilə birləşərək böyük bir sel yaratmışdı. Bu hadisə Quranda belə xəbər verilir:
«Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb oradan bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik». («Qəmər» surəsi, 11-13)
Aparılan tədqiqatların nəticələri dəyərləndiriləndə tufanın bütün Mesopotamiya ovalığını əhatə etdiyi məlum olur. Tufanın izlərini daşıyan Ur, Uruq, Şuruppaq və Kiş şəhərlərinin mədəniyyətini ardıcıllıqla tədqiq edərkən bunların bir xətt üzərində yerləşdiyini görürük. Bundan başqa, b.e.ə. 3000-ci illərdə Mesopotamiya ovalığının coğrafi quruluşu indikindən daha fərqli idi. Həmin dövrdə Fərat çayının yatağı indikinə nisbətən şərqdə yerləşirdi. Bu axın istiqaməti də Ur, Uruq, Şuruppaq və Kişdən keçən bir xəttə uyğun gəlir. Dolayısilə, qeyd edilən ərazidə Fərat çayının daşdığı və bu 4 şəhəri yerlə-yeksan etdiyi aydın olur (ən doğrusunu Allah bilir).
Allah Nuh tufanını insanlara bir ibrət olması üçün müxtəlif xalqlara göndərdiyi peyğəmbərlər və kitablar vasitəsilə agah etmişdir. Ancaq bu məlumatlar hər dəfə təhrif edilmiş və tufan hadisəsinə mistik-mifoloji çalarlar əlavə edilmişdir. Arxeoloji tapıntılarla uyğun gələn və onları təsdiq edən yeganə mənbə isə Qurandır. Bunun səbəbi Allah`ın Quranı heç bir kiçik dəyişikliyə də məruz qoymadan qorumasıdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).
1990-cı illərin əvvəllərində dünyanın tanınmış qəzetləri çox mühüm bir arxeoloji qazıntıya “Möhtəşəm ərəb şəhəri tapıldı”, “Əfsanəvi ərəb şəhəri tapıldı”, “Qumluqların Atlantidası - Ubar” başlıqları ilə geniş yer ayırdılar. Bu maraqlı arxeoloji tapıntının əhəmiyyətini xeyli artıran məsələ isə həmin şəhərin adının Quranda çəkilməsi idi. O vaxta qədər isə Quranda haqqında bəhs edilən Ad qövmünün bir əfsanə olduğunu və ya heç vaxt tapılmayacağını fikirləşən bəzi adamlar bu yeni tapıntıdan sonra heyrətə gəldilər. Quranda bəhs edilən həmin şəhəri tapmış şəxs isə həvəskar arxeoloq Nikolas Klapp idi.
"Sizdən öncə də neçə-neçə əhvalatlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə olmuşdur." |
İxtisasca ərəbşünas və sənədli filmlər rejissoru olan Nikolas Klapp ərəb tarixi ilə bağlı apardığı tədqiqatlar zamanı ingilis tədqiqatçısı Bertram Tomas tərəfindən 1932-ci ildə yazılan “Arabia Felix” adlı bir kitaba rast gəlmişdi. “Arabia Felix” romalıların Ərəbistan yarımadasının cənubunda olan və dövrümüzdə Yəməni və Omanı əhatə edən bölgəyə verdiyi ad idi. Yunanlar bura “Eudaimon Arabia”, orta əsrlərdəki ərəb alimləri isə “əl-Yəmən əs-Səidə” deyirdilər. Bu adların hamısı “şanslı, bəxtli ərəblər” mənasına gəlirdi. Çünki qədim dövrlərdə bu yer Hindistanla Şimali Ərəbistan arasındakı ədviyyat ticarətinin mərkəzi sayılırdı. Bundan başqa, həmin yerdə yaşayan tayfalar nadir tapılan və həmin dövrlərdə qızıl dəyərində olan “kəhribar” adlı bir bitkini yığır və onun satışı ilə məşğul olurdular.
Yukarıdaki uydu fotoğraflarında Arap Yarımadası'nın güneyinde yer alan Umman'dan bir kesit görülmektedir. 1992 yılında NASA'nın uzaydan görüntülediği Ubar Şehri'ne ait fotoğraflarda, antik çöl yollarına ait izler tespit edilmiştir. Kuran'da 1400 yıl önce haber verilen Ad kavmi, günümüzün teknolojik imkanları ile bir Kuran mucizesi olarak ortaya çıkmıştır. |
Öz kitabında bu məlumatlara geniş yer ayıran ingilis tədqiqatçısı Bertram Tomas Ad qövmünün yaşadığı Ubar şəhərinin qalıqlarının olduğu bölgəyə bir elmi ekspedisiya təşkil etmişdi. Bu vaxt səhrada yaşayan bədəvilər B.Tomasa Omanın sahilə yaxın bir yerində həmin bölgədə qədim bir cığırın olduğunu göstərmiş və cığırın Ubar adlı çox qədim bir şəhərə aid olduğunu bildirmişdilər.
Ubarda aparılan arxeoloji qazıntılarda Quranda haqqında bildirilən çoxlu sənət abidələri və yüksək mədəniyyət əsərləri tapılmışdı. İngilis tədqiqatçısı Ubarın mövcudluğunu sübut etmək üçün iki ayrı üsuldan istifadə etdi. Əvvəlcə, mövcudluğu bədəvilər tərəfindən bildirilən cığırın izlərini tapdı. NASA-ya müraciət edərək bu bölgənin peyk vasitəsi ilə çəkilməsini xahiş etdi. Bundan sonra da Kaliforniyanın Hantinqton Kitabxanasında saxlanılan qədim kitabə və xəritələri tədqiq etməyə başladı. Qısa araşdırmadan sonra Misir-yunan coğrafiyaşünası Batlamius (Batlamyus) tərəfindən bizim eranın 200-cü ilində çəkilmiş bir xəritəni aşkara çıxardı. Xəritədə bölgədə olan qədim bir şəhərin yeri və bu şəhərə tərəf gedən yollar göstərilmişdi. Bu vaxt NASA-nın çəkdiyi şəkillərdə yerdən adi gözlə görünməsi mümkün olmayan, ancaq havadan bir bütöv şəkildə görünən bəzi yol izləri ortaya çıxmışdı. Həm qədim xəritədə təsvir olunan yollar, həm də peykdən çəkilmiş şəkillərdən görünən yollar bir-biri ilə üst-üstə düşüb kəsişirdi. Bu yolların qurtardığı yer isə qədimdə bir şəhər olduğu bilinən geniş bir sahə idi.
Beləliklə, bədəvilərin şifahi olaraq bəhs etdikləri hekayələrə mövzu olan əfsanə şəhərin yeri tapıldı. Qazıntılar nəticəsində qumların içindən bir şəhərin qalıqları çıxmağa başladı. Buna görə də bu itmiş şəhər “Qumluqların Atlantidası - Ubar” şəklində adlandırıldı.
Bu qədim şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olmasını sübut edən əsl dəlil isə şəhərin qalıqları idi. Bu dağılmış şəhərin Quranda haqqında bəhs edilən Ad qövmü və İrəmin sütunları olması faktı dağıntıların birinci olaraq aşkarlanmasından etibarən təsdiqlənmişdi. Çünki qazıntılarda ortaya çıxarılan abidələr arasında Quranda mövcudluğuna diqqət çəkilən uzun sütunlar da yer alırdı. Qazıntını aparan qrupdan dr. Zarins də bu şəhəri başqa arxeoloji tapıntılardan fərqləndirən cəhətin yüksək sütunlar amili ilə bağlı olmasını və dolayısilə, bu şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olan İrəm olduğunu bildirirdi.
Quranda İrəmdən belə bəhs edilir:
“Məgər görmürsənmi ki, Rəbbin nələr etdi Ada (Ad qövmünə)?! Sütunlar sahibi İrəmə?! Məmləkətlər arasında onun kimisi yaradılmamışdı”. (“Fəcr” surəsi, 89/6-8)
Göründüyü kimi, Quranda keçmişlə əlaqədar verilən məlumatların tarixi faktlarla bu cür uyğunluq təşkil etməsi və öz təsdiqini tapması Quranın Allah`ın kəlamı olduğunun başqa bir sübutudur.
Lut Peyğəmbər İbrahim Peyğəmbərlə eyni dövrdə yaşayıb. Hz. Lut hz. İbrahimə qonşu olan bir qövmə elçi kimi göndərilmişdi. Quranda bildirildiyinə görə, bu qövm o günə qədər dünyada tayı-bərabəri olmayan bir azğınlıqla, homoseksuallıqla məşğul olurdu. Hz. Lut həmin qövmə bu azğınlıqdan əl çəkməyi məsləhət görüb onlara Allah`ın ilahi təbliğini gətirəndə onu yalançı olmaqda ittiham etdilər. Onlar yenə də öz azğınlıqlarına davam etdilər. Bunun nəticəsində də həmin qövm dəhşətli bir müsibətə düçar olunaraq məhv edildi.
“Lut bir zaman öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!” ...Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!” (“Əraf” surəsi, 7/80-84)
“Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq”. (“Ənkəbut” surəsi, 29/34-35)
Hz. Lutun yaşadığı və sonra yerlə-yeksan edilmiş bu şəhərin Tövratda bildirilən adı Sodomdur. Qırmızı dənizin şimalında yaşayan bu qövmün Quranda yazılanlara uyğun bir şəkildə məhv edildiyi məlum olur. Aparılan arxeoloji qazıntılardan məlum olduğu kimi, şəhər bugünkü İsrail-İordaniya sərhədi boyunca uzanan Duz gölünün (Ölü dənizin) yaxınlığında yerləşib. Alimlərin tapıntılarına görə, bu sahə çoxlu sayda kükürdlə örtülmüşdür. Buna görə də bütün bölgədə heyvan və ya bitki olaraq heç bir həyat nişanəsinə rast gəlinmir və bu yer bir xarabalıq rəmzinə çevrilib.
Məlum olduğu kimi, kükürd vulkan partlayışları ilə ortaya çıxan bir elementdir. Həmçinin Quranda bildirilən məhv edilmə formasının zəlzələ və vulkan partlayışları olmasına dair açıq-aşkar dəlillər var. Alman arxeoloqu Verner Keller (Werner Keller) bu yer haqqında bunları bildirir:
“Bu yerdə bir gün özünü göstərən çox böyük partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla yanaşı, dəhşətli zəlzələ baş vermiş və Siddim vadisi ilə birlikdə Lut qövmünün şəhərləri yerin dərinliklərinə qərq edilmişdir...”
Ölü Deniz'e ait bir fotoğraf |
"Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir." "Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir." "Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir."Onu sadiq Ruh (Cəbrail) endirdi –"; sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan." |
Bu zəlzələ zamanı yer qabığının çatlayıb çökməsi həmin qabığın altında yatan vulkanlara asanlıqla yol açmışdır. Şəriənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir. Burada əhəng qatlarının üzərində geniş lava və bazalt təbəqələri yer alır.245
Bu lava və bazalt təbəqələri bir vaxtlar burada vulkan partlayışının və zəlzələnin olmasını göstərən ən böyük sübutlardır. Lut gölü və ya başqa adı ilə desək, Ölü dəniz, əslində, aktiv bir seysmik bölgənin, yəni bir zəlzələ qurşağının düz üstündə yerləşir:
Ölü dənizin altı Rift vadisi deyilən tektonik mənşəli bir çöküntünün içində yerləşir. Bu vadi şimalda Təbəriyyə gölündən cənubda Arabah vadisinin ortasına qədər uzanan 300 kilometrlik bir sahədə yerləşir.246
Lut qövmünün məruz qaldığı fəlakətin texniki tərəfləri geoloqların tədqiqatları nəticəsində üzə çıxıb. Həmin araşdırmalara əsasən, Lut qövmünü yer üzündən silən zəlzələ uzun bir Yer qabığı çatlaması (fay xətti) nəticəsində baş vermişdir: Şəriə çayının yatağını təşkil edən 190 kilometrlik məsafə boyu bu çay üst-üstə cəmi 180 metrlik bir enişə malikdir. Bu vəziyyət və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağıda olması burada bir vaxtlar böyük geoloji hadisənin baş verdiyini göstərən mühüm dəlillərdəndir.
Şəriə çayı ilə Lut gölünün belə bir qəribə quruluşu da Yer kürəsinin bu bölgəsindən keçən bir yarığın və ya çatın ancaq bir hissəsindən ibarətdir. Bu çat Toros dağlarının ətəklərindən başlayır, cənuba doğru Lut gölünün cənub sahillərindən və Ərəbistan səhrasının üzərindən Aqabə körfəzinə qədər uzanır, oradan da Qırmızı dənizi keçərək Afrikada qurtarır. Bu uzun çöküntünün uzanıb getdiyi yerlərdə güclü vulkan hərəkətlərinin olduğu üzə çıxır. Belə ki, İsraildəki Cəlilə dağlarında, İordaniyanın yüksək ovalıqlarında, Aqabə körfəzində və başqa yaxın yerlərdə qara bazalt və lavalar aşkar edilmişdir. Bütün bu qalıqlar və coğrafi xüsusiyyətlər Lut gölündə böyük geoloji hadisənin baş verdiyini göstərir.
“National Geograrhic” jurnalının 1957-ci ilin dekabr ayında dərc edilən sayında mövzu ilə bağlı bu ifadələr öz əksini tapmışdır:
“Sodom təpəsi Ölü dənizə tərəf yüksəlir. Heç kim indiyə qədər yox olan şəhərləri - Sodomu və Qomorronu tapa bilmədi, lakin alimlərin fikrincə, bu şəhərlər qayalıqların qarşısındakı Siddim vadisində yerləşirlər. Onlar böyük ehtimalla Ölü dənizin daşqın sularının və zəlzələnin altında qalmışdılar”.247
Viranə qalmış bu şəhərlə əlaqədar işarə edilən məlumatlardan biri də “Hicr” surəsinin 76-cı ayəsində yer alır. Həmin ayədə də bildirildiyi kimi, bu şəhərlər hələ də əsas yolun üzərində yerləşirlər. Coğrafiyaçılar bu yerin Ərəbistan yarımadasından Suriya və Misirə qədər uzanan, Ölü dənizin cənub-şərqində bir əsas yol üzərində yerləşdiyini müəyyən ediblər (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).
«Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (şəhər) yolun üstündə hələ də durmaqdadır! Bunda iman gətirənlər üçün də sözsüz ki, bir ibrət dərsi vardır!» («Hicr» surəsi, 74-77)
Səba xalqı Cənubi Ərəbistanda yaşamış dörd böyük sivilizasiyadan biridir. Səba qövmündən bəhs edən mənbələrdə onların finikiyalılar kimi ticarətlə məşğul olan bir dövlət olduğu bildirilir. Səbalılar tarixdə mədəni bir xalq olaraq tanınmışdır. Səba hökmdarlarının kitabələrində “təmir etmək”, “vəqf etmək”, “inşa etmək” kimi kəlmələr daha çoxdur. Bu xalqın ən mühüm əsərlərindən olan Marib bəndi də onların əldə etdiyi texniki səviyyənin əyani sübutlarından biridir.
Səba dövləti bölgənin ən güclü ordularından birinə sahib idi. Ordu sayəsində genişlənmək siyasəti əsas götürülmüşdü. Səba dövləti özünün inkişaf etmiş mədəniyyəti və ordusu ilə öz dövründə həmin bölgənin sözün tam mənasında bir fövqəl gücü idi. Səba dövlətinin bu güclü ordusundan Quranda da bəhs edilir. Quranda qeyd edilən bir ifadə Səba ordusunun sərkərdələrinin özünə necə güvəndiyini göstərir. Sərkərdələr Səbanın qadın hökmdarına belə deyirlər:
“...Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün müəyyən et”. (“Nəml” surəsi, 27/33)
Səba xalqı həmin dövrə uyğun şəkildə inkişaf etmiş texnologiya əsasında qurduğu Marib bəndi ilə böyük bir suvarma (irriqasiya) sisteminə də sahib olmuşdu. Bu üsulla əldə etdikləri bol məhsullu torpaqlar və ticarət yollarına nəzarət etmələri onların möhtəşəm və rifahlı bir həyat sürmələrinə səbəb olmuşdu.
Ancaq bütün bunlara görə şükür etmələri lazım ikən onlar Allah`dan, Quranın ifadəsi ilə desək, üz döndərdilər. Bundan sonra onların su bəndləri dağıldı və Arim seli bütün torpaqlarını yerlə-yeksan etdi.
Səba ölkəsinin paytaxtı yerləşdiyi üstün coğrafi məkan baxımından çox zəngin olan Marib şəhəri idi. Paytaxt həmin yerdən axan Adhana çayının çox yaxınlığında yerləşirdi. Bu çayın Cəbəl Balaka girdiyi yer bənd tikintisinə çox əlverişli şərait yaradırdı. Mədəniyyətlərini qurmaq mərhələsində olan səbalılar bundan məharətlə istifadə edib burada bir bənd inşa etmiş və çox asanlıqla suvarma işinə başlamışdılar. Bu bənd sayəsində çox yüksək rifah səviyyəsinə yüksəlmişdilər. Paytaxt Marib o dövrün ən inkişaf etmiş şəhərlərindən biri idi. Bölgəni gəzən və bu diyarı çox tərifləyən yunan tarixçisi Plini buranın necə yaşıl və bağ-bağatlı bir yer olduğundan bəhs etmişdi.
Marib Tapınağı'nın kalıntıları |
Maribdəki bu bəndin hündürlüyü 16 metr, eni 60 metr, uzunluğu isə 620 metr idi. Hesablamalara görə, bənd vasitəsilə suvarılan sahə cəmi 9600 hektar idi ki, bunun da 5300 hektarı cənub, qalanı isə şimal düzənliyinə aid idi. Səba kitabələrində bu iki düzənlik haqda bəzən “Marib və iki düzənlik” deyə bəhs edilirdi. Qurandakı “sağdan və soldan iki bağ” ifadəsi də çox güman ki, bu iki düzənlikdəki möhtəşəm bağ-bağata və bostanlara işarə edir. Bu bənd və suvarma sistemləri sayəsində bölgə Yəmənin ən yaxşı suvarılan və ən məhsuldar olan hissəsi kimi ad qazanmışdı. Fransız J.Holevi (J.Holevy) və avstriyalı Qlaser (Glaser) Marib bəndinin çox qədim dövrlərdən bəri mövcud olduğunu sübut etdilər. Himer ləhcəsi ilə yazılan sənədlərdə bu bəndin ölkənin torpaqlarını məhsuldar etdiyi qeyd olunmuşdu.
Eramızın 542-ci ilində dağılan bu bənd Quranda haqqında bəhs edilən Arim selinə səbəb olmuş və böyük dağıntılara gətirib çıxarmışdı. Səba xalqının yüz illərdən bəri becərdiyi bağları, bostanları və əkin sahələri tamamilə yox olmuşdu. Bəndin dağılmasından sonra Səba xalqının da sürətlə tənəzzül etməyə başladığı görünür. Bəndin dağılması ilə başlayan bu mərhələnin sonunda Səba dövlətinin özü də süquta uğramışdı.
Yuxarıda bildirdiyimiz bu tarixi həqiqətlər işığında Quran ayələrinə nəzər salanda ortada böyük bir uyğunluğun olduğunu görürük. Arxeoloji tapıntılar və tarixi həqiqətlər Quranda yazılanlara işarə edir. Ayədə bildirildiyi kimi, onlara göndərilən peyğəmbərin xəbərdarlıqlarını qulaqardına vuran və Rəbbimizin nemətinə nankorluq edən xalq nəticədə bir sel fəlakəti ilə cəzalandırılmışdır.
Səba dövlətinə göndərilən sel fəlakəti Quranda belə xəbər verilir:
“Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!” Lakin onlar üz döndərdilər, biz də üstünə Arim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz nankordan başqasına heç cəzamı verərik?” (“Səba” surəsi, 34/15-17)
Yukarıda yıkıntılarına ait resimleri görülen Marib Barajı, Sebe halkının en önemli eserlerinden birisiydi. Kuran'da bahsedilen Arim seli ile beraber bu baraj yıkıldı ve Sebe Devleti ekonomik yönden zayıflayarak bir süre sonra yıkıldı. |
Quranda Səba xalqına göndərilən əzabdan “seylul-arim”, yəni “Arim seli” şəklində bəhs edilir. Quranda bildirilən bu ifadə həm də bu selin meydana gəlmə formasını göstərir. Çünki “Arim” kəlməsinin mənası “bənd” deməkdir. “Seylul-arim” kəlməsi də bəndin dağılması nəticəsində meydana gələn bir seldən bəhs edir. Bu məsələni araşdıran İslam təfsirçiləri də Quranda Arim seli ilə əlaqədar işlədilən ifadələri əsas tutaraq, mövzu ilə bağlı əsaslı zaman və məkan müəyyən etmişlər. Məvdudi öz təfsirində belə yazır:
Mətndəki “seylul-arim” ifadəsində işlədildiyi kimi, “arim” kəlməsi “bənd” mənasına gələn və cənub ərəbcəsində işlədilən “arimən” kəlməsindən törəmişdir. Yəməndə aparılan qazıntı işlərində ortaya çıxarılmış xəbərlərdə bu kəlmə tez-tez bu mənalarda işlədilmişdir. Məsələn, Yəmənin həbəş hökmdarı Əbrəhənin böyük Marib bəndinin təmirindən sonra yazdırdığı və bizim eranın 542-ci və 543-cü illərinə aid olan bir kitabədə bu söz “yenidən bənd” mənasında istifadə edilmişdir. Elə isə “seylul-arim” “bir bənd dağılanda meydana gələn sel fəlakəti” mənasına gəlir. “...Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik” (“Səba” surəsi, 34/16). Yəni bəndin dağılmasından sonra meydana gələn sel nəticəsində bütün ölkə viranə qaldı. Səbalıların dağların arasında inşa etdikləri bəndlər, qazdıqları kanallar dağıldı və bütün suvarma sistemi pozuldu. Bunun nəticəsində əvvəllər bir bağ kimi olan ölkə yabanı otların yetişdiyi daş-kəsəkli, çınqıllı bir yerə çevrildi və balaca kobud ağacların əriyə oxşayan meyvəsindən başqa yeyilməsi mümkün olan heç nə qalmadı.248
Sütunların üstündə Səba dilində yazılmış yazılar var. “Müqəddəs Kitab həqiqəti söylədi” (Und Die Bibel Nat Doch Recht) kitabının müəllifi, xristian arxeoloq Verner Keller də Arim selinin Qurana uyğun olaraq baş verdiyini qəbul edərək belə yazır:
“Belə bir bəndin olması və dağılaraq şəhəri tamamilə xaraba qoyması Qurandakı bağça sahibləri ilə əlaqədar verilən misalın, həqiqətən də, baş verdiyini sübut edir”.249
Arim seli ilə birlikdə gələn fəlakətdən sonra bölgə səhraya çevrilməyə başlamış və əkin sahələrinin yox olması ilə Səba xalqı əsas qazanc mənbəyindən də məhrum olmuşdu. Allah`ın iman gətirməyə və şükür etməyə dəvət edən çağırışını qulaqardına vuran xalq, nəticədə, belə bir fəlakətlə cəzalandırıldı. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).
Quranda haqqında bəhs edilən xalqlar barəsində ən çox məlumata malik olduğumuz qövmlərdən biri Səmud qövmüdür. Tarixi mənbələr Səmud adlı bir qövmün, həqiqətən, yaşadığına eyham edir. Quranda haqqında bəhs edilən Hicr xalqı ilə Səmud qövmünün, əslində, eyni xalq olduğu zənn edilir. Çünki Səmud qövmünün başqa adı da “Əshabi-Hicr”dir. Elə isə “Səmud” kəlməsi bir xalqın adı, Hicr şəhəri isə bu xalqın qurduğu şəhərlərdən biri ola bilər. Həmçinin yunan coğrafiyaçısı Plininin əsərlərində də bu məlumatlar eyni cür əks olunub. Plini Səmud qövmünün məskən saldığı yerlərin Domatha və Heqra olduğunu qeyd etmişdir ki, bu ərazilər də günümüzdəki Hicr şəhəridir.
Ürdün'deki ünlü Petra kalıntıları |
Andolsun, Hicr halkı da gönderilen(elçi)leri yalanlamışlardı. Onlara ayetlerimizi vermiştik de ondan yüz çevirmişlerdi. Dağlardan güvenli evler yontuyorlardı. Derken, sabah vaktine girdiklerinde, onları o dayanılmaz-çığlık yakalayıverdi. Buna rağmen kazandıkları şeyler, (uğrayacakları sondan kurtulmak için) onlara yetmedi. |
Səmud qövmündən söz açan ən qədim tarixi mənbə Babil şahı II Sarqonun bu qövmə qarşı müharibədə qazandığı qələbələrdən bəhs edən Babilin dövlət qeydləridir. B.e.ə. VIII əsrdə Sarqon Şimali Ərəbistana təşkil etdiyi hücumdan sonra onlara qalib gəlmişdi. Yunanlar da bu qövmdən bəhs edir. Bu qövmün adı Aristotel, Batlamyus və Plininin yazılarında “Thamudaei”, yəni “Səmudlar” olaraq qeyd edilir. Səmudların izi isə Peyğəmbərimizdən (s.ə.v.) əvvəl - eramızın təxminən 400-600-cü illəri arasında tamamilə silinmişdir.
Günümüzdə İordaniyanın Rum vadisində (başqa adı ilə desək, Petrada) bu qövmün daş sənətinin ən gözəl nümunələrini görmək mümkündür.
Həmçinin Quranda Səmud qövmünün daş sənətində malik olduğu ustalığından belə bəhs edilir:
“(Saleh tayfasına dedi: “Allah`ın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allah`ın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”” (“Əraf” surəsi, 7/74)
219. Walter Wreszinski, Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien, 1906, J. C. Hinrichs’ sche Buchhandlung.
220. Hermann Ranke, Die Dgyptischen Personennamen, Verzeichnis der Namen, Verlag Von J. J. Augustin in Glğckstadt, Band I, 1935, Band II, 1952.
221. British Museum, 6 saylı Misir papirusu.
222. Galina Stolyarova, 20 yanvar 2004, “City Scientists Say Red-Sea Miracle Can Be Explained”, The St. Petersburg Times, www.sptimes.ru/archive/times/936/top/t_11445.htm; Galina Stolyarova, 21 yanvar 2004, “Mathematicians Dissect a Miracle”, The Moscow Times, http://www.themoscowtimes.com/stories/2004/01/21/003.html
223. Galina Stolyarova, 20 yanvar 2004, “City Scientists Say Red-Sea Miracle Can Be Explained”, The St. Petersburg Times, www.sptimes.ru/archive/times/936/top/t_11445.htm; Galina Stolyarova, 21 yanvar 2004, “Mathematicians Dissect a Miracle”, The Moscow Times, www.themoscowtimes.com/stories/2004/01/21/003.html
224. www.ohr.org.il/special/pesach/ipuwer.htm
225. www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer 2:5-6.
226.http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer 2:10.
227. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 5:12.
228. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 10:3-6.
229. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 6:3.
230. http://www.ohr.org.il/special/pesach/ipuwer.htm
231. http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer.
232. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 2:10.
233. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 3:10-13.
234. http://www.geocities.com/regkeith/linkipuwer.htm; Admonitions of Ipuwer 2:11.
235. http://www.geocities.com/regkeith/linkipuwer.htm; Admonitions of Ipuwer 7:4.
236. http://www.islamic-awareness.org/Quran/Contrad/External/josephdetail.html; http://www.islaam.com/Article.asp?id=40.
237. Fred Warshofsky, “Ur of the Chaldees”, Readers Digest, dekabr 1977.
238. Max Mallowan, Noah’s Flood Reconsidered, Iraq, c. XXVI-2, 1964, s. 70.
239. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Confirmation of the Book of Books), William Morrow, New York, 1956, s. 40.
240. “Kiş”, Ana Britannica, c. 13, s. 361.
241.”Şuruppah”, Ana Britannica, c. 20, s. 311.
242. Max Mallowan, Early Dynastic Period in Mesapotamia, Cambridge Ancient History 1-2, Cambridge, 1971, s. 238.
243. Joseph Campbell, Doğu Mitolojisi, Ankara, 1993, s. 129.
244. Bilim ve Ğtopya, iyul 1996, s. 176.
245. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Conformation of the Book of Books), William Morrow, New York, 1956.
246. “Le Monde de la Bible”, Archeologie et Histoire, iyul-avqust 1993.
247. G. Ernest Wright, “Bringing Old Testament Times to Life”, National Geographic, c. 112, dekabr 1957, s. 883.
248. Mevdudi, Tefhimğl Kuran, c. 4, İnsan Yayınları, İstanbul, s. 517.
249. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Conformation of the Book of Books), William Morrow, New York, 1956, s. 230.