Tek yumurta ikizleri de dahil olmak üzere, her insanın parmak izi kendine özeldir. Başka bir değişle, insanların parmak uçlarında kimlikleri şifrelenmiştir. Bu şifreleme sistemini, günümüzde kullanılmakta olan barkod sistemine benzetmek de mümkündür. |
Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir:
“Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik”. (“Qiyamət” surəsi, 75/4)
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.111
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.
Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.
Parmak izi ile kimlik saptama sistemi (AFS) teknolojisi, son 25 yıldır çeflitli polis teşkilatlarında geçerliliği ispatlanmış, yasal olarak onaylanmış bir yöntem olarak kullanılmaktadır. Günümüzde geniş kapsamlı kimlik tespiti çalışmalarında parmak izi kadar isabetli sonuç veren bir teknoloji bulunmamaktadır. Parmak iziyle kimlik tespiti 100 yıldan fazladır hukuki süreçlerde kullanılmaktadır ve uluslararası geçerliliğe sahiptir.2 A. A. Moenssens, Fingerprint Techniques (Parmak izi Teknikleri) adlı kitabında parmak izinin her insana özel oluşunu şu şekilde değerlendirmiştir: "Şimdiye dek farklı parmaklardaki iki parmak izinden hiçbirinin birbiriyle aynı olduğuna rastlanmamıştır…"3 |
“Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”” (“Nəhl” surəsi, 16/68-69)
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklərindəki yeganə istisna erkək arılarla bağlıdır. Erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə arını mayalandırmaqdan ibarətdir.114
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki, heç birinə sahib deyillər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.
Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olsalar da, onların yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələri tədarük etmək və onları ehtiyata (“anbara”) yığmaq kimi mühüm vəzifələri var.
Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur və feillərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Həmçinin yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.115
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir möcüzəsini də bizə göstərmişdir.
“Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”” (“Nəhl” surəsi, 16/68-69)
Yapılan klinik gözlemler ve deneysel araştırmalar sonucunda, balın antibakteriyel ve antienflamatuar özelliklere sahip olduğu ortaya çıkmıştır. Bal, yaralardaki enfeksiyonun ve bu bölgedeki ölü hücrelerin ağrısız olarak temizlenmesinde ve yeni dokuların gelişmesinde son derece etkilidir. Balın ilaç olarak kullanılışından en eski tarihi yazıtlarda dahi bahsedilmektedir. Günümüzde de bilim adamları ve doktorlar balın yaraların tedavisindeki etkisini yeniden keşfetmektedirler. 20 yıldır bal araştırmasının öncülüğünü yapan ve Yeni Zelanda’daki Waikato Üniversitesi’nde biyokimya profesörü olan Dr. Peter Molan, balın antimikrobik özellikleri konusunda bir uzman olarak şöyle dejmektedir: “Gelişigüzel yapılan denemeler balın yanık yaralarındaki enfeksiyonu kontrol etmede, hastanelerde çoğunlukla antibakteriyel merhem olarak kullanılan gümüş sülfadiazinden daha etkilidir ve yeni dokuların gelişimini harekete geçirmektedir.” 6 |
Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi olmuşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə almaqla onu belə sıralamaq olar:
Asanlıqla həzm edilir. İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.
Sürətlə qana qarışır, sürətli enerji mənbəyidir. Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə, beyinin asan işləməsini təmin edir. Bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun atletizmini və enerjisini artırır.
Qan yaranmasına kömək edir. Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də yardım edir. Qan dövranını nizamlamaq və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.
Balın antimikrob təsir xüsusiyyətləri də var. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olur. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti “inhibinə təsir” adlandırılır. Balın antimikrob olmasını təmin edən çoxlu səbəblər var. Bunlardan mikroorqanizmlərin böyüməsi zəruri olan su miqdarını nizamlayan yüksək şəkərə malik olması, yüksək turşu nisbəti (aşağı rN), bakteriyaların böyüməsi üçün əlverişli şərait yaradan azotdan məhrum edən daxili zənginliyini sadalamaq olar. Balda hidrogen-peroksidin olması və balın özündə ehtiva etdiyi antioksidanlar da bakteriyaların çoxalmasına mane olur.
Bal antioksidandır. Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidan istehlak etməsi xüsusilə vacibdir. Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəssislər antioksidan baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanırlar. Balın tərkibində də güclü antioksidanlar var: rinocembrin, rinobaxin, chrisin və galagin. Bunlardan rinocembrin ancaq balda mövcud olan antioksidandır.117
Bal vitamin və mineral “anbarı”dır. Balın tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium-xlor, kükürd, dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi üçün balda B1, B2, C, B6, B5 və B3 vitaminləri də var. Bundan başqa, balda az miqdarda mis, yod, dəmir və sink də olur.
Baldan yaraların müalicəsində istifadə edilir. Yaraların müalicəsində istifadə edilən balın tərkibində havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün sağalma prosesini sürətləndirərək yaranın izinin qalmasının qarşısını alır. Çünki bal yaranın üstünü örtən təzə dərini təşkil edəcək epitel hüceyrələrin böyüməsini sürətləndirir. Beləliklə, böyük yaraların müalicəsində istifadə edilən bal toxumaların köçürülməsinə ehtiyacı aradan qaldırır.
◉ Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapillyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroplastların böyüməsini təşviq edir və sağalmağın gücünü çoxaldan liflərin emalını sürətləndirir.
◉ Balın yaranın ətrafındakı şişi azaldan antienflamatuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır.
◉ Bal yaranın altındakı toxumalara yapışmır və buna görə də toxumaların cırılması və ağrı baş vermir.
◉ Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli xəstələrin bədənlərində meydana gələn yaranın və mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.118
◉ Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqavimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik və antibiotiklərin əksinə olaraq, bal yaradakı toxumaların üzərində mənfi təsirlər saxlamır.119
Bu məlumatlardan da aydın olduğu kimi, bal şəfaverici təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz ki, bu da sonsuz qüdrət sahibi olan Allah`ın göndərdiyi Quranın möcüzələrindən biridir.
Yandakı cədvəldə balın qidalılıq baxımından incələnməsi göstərilir.
Besin değerleri |
|
|
1 porsiyondaki ortalama miktar | 100 gr.'daki ortalama miktar | |
Su | 3,6 gr | 17,1 gr |
Besinsel İçerik |
|
|
Toplam kalori (kilokalori) | 64 | 304 |
Vitaminler |
|
|
B1 (Tiamin) | < 0,002 mg | < 0,01 mg |
Mineraller |
|
|
Kalsiyum | 1,0 mg | 4,8 mg |
Xurma Quranda haqqında bir çox ayədə bəhs olunan, cənnət nemətləri arasında «bənzərsiz xurma» («Rəhman» surəsi, 68) ifadəsi ilə qeyd edilən bir meyvədir. Allah`ın Quranda bildirdiyi bu meyvə tədqiq ediləndə onun bir çox əhəmiyyətli xüsusiyyətlərinin olduğu üzə çıxır. Məlumdur ki, xurma bilinən ən qədim bitki növlərindəndir. O, ləzzətli dadı ilə yanaşı, qidalandırıcı xüsusiyyətinə görə də əhəmiyyət verilən bir qidadır. Hər ötən gün kəşf edilən faydaları xurmaya həm qida, həm də dərman kimi istifadə edilən bir meyvə statusu verib. Xurmanın malik olduğu bu xüsusiyyətlərə «Məryəm» surəsində diqqət çəkilir:
«Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun...» («Məryəm» surəsi, 23-26)
"Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik..." |
Allah`ın hz. Məryəmə xurma yeməsini bildirməsinin bir çox hikməti var. Allah`ın hz. Məryəmin doğuşunu asanlaşdırmaq üçün təqdim etdiyi nemətlərdən biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar üçün xüsusi əhəmiyyət kəsb etməsi və faydaları elm tərəfindən bu günlərdə təsdiq edilib. Xurma tərkibindəki 60-65 faiz şəkərlə ən çox şirinliyə malik olan meyvələrdəndir. Həkimlər hamilə qadınlara doğduqları gün tərkibində meyvə şəkəri olan qidaların verilməsini tövsiyə edirlər. Burada məqsəd ananın zəifləyən bədəninə enerji və canlılıq vermək, həmçinin təzə doğulan körpəyə zəruri olan südün yaranması üçün süd hormonlarını hərəkətləndirmək və ana südünü çoxaltmaqdır. Həmçinin doğuş zamanı baş verən qan itkisi də bədənin şəkər miqdarının azalmasına səbəb olur. Xurma bədənin şəkər ehtiyacının təmin edilməsi baxımından vacibdir və təzyiqin düşməsinin qarşısını da alır. Xurmanın kalori dəyəri çox yüksək olduğu üçün, o, xəstəlikdən taqətsüz düşənlərə və yorğun olanlara xüsusilə faydalıdır.
Bu məlumatlar Allah`ın hz. Məryəmə həm onun özünə enerji və canlanma verəcək, həm də körpənin yeganə qidası olan südün yaranmasını təmin edəcək xurmadan yeməsini bildirməsində böyük bir hikməti ortaya qoyur. Məsələn, xurmada insan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət daşıyan 10-dan çox element var. Buna görə də müasir dövrdə alimlər insanın təkcə xurma və su ilə yaşaya biləcəyini bildirir.121 Bu sahənin tanınmış mütəxəssislərindən sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan südün bir insanın gündəlik qida ehtiyacını təmin etməyə kifayət edəcəyini deyir.122
Xurmadakı oksitosin maddəsindən də müasir təbabətdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edilir. Oksitosin doğuşu asanlaşdırma təsirinə görə bir çox mənbələrdə «rapid birth», yəni «sürətli doğuş» ifadəsi ilə qeyd edilir. O, doğuşdan sonra ana südünü artıran təsirə malik olması ilə məşhurdur.123 Oksitosin, əsasən, beyinin ifraz etdiyi doğuş sancılarını başladan bir hormondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu hormonun sayəsində başlayır. Hormonun təsiri özünü ana bətnini təşkil edən əzələlərdə və ana südünün ifrazını təmin edən əzələ quruluşundakı hüceyrələrdə göstərir. Doğuş zamanı ana bətninin əhəmiyyətli şəkildə büzülməsi doğuşun gerçəkləşə bilməsi baxımından çox vacibdir. Oksitosin də bətni təşkil edən əzələlərin çox güclü şəkildə büzülməsini təmin edir.
Oksitosin həm də yeni doğulan körpənin qidalanması üçün ana südünün ifrazına təkan verir. Xurmanın təkbaşına bu xüsusiyyəti - onun tərkibində oksitosinin olması - Quranın Allah`ın vəhyi olmasının daha bir mühüm dəlilidir. Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın vaxtlarda mümkün olub. Halbuki, Quranda təxminən 1400 il əvvəl Allah`ın hz. Məryəmə hamiləlik dövründə xurma ilə qidalanmağı vəhy etdiyi bildirilir.
Xurmada insan bədənində bol miqdarda hərəkət və hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan istifadə edilən bir şəkər növü də var. Özü də bu şəkər qan şəkərini sürətlə yüksəldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan şəkərinin sürətlə qalxması bir çox orqanlara mənfi təsir edir, amma bundan ən çox zərər görən orqan və sistemlər göz, böyrəklər, qan-damar və sinir sistemləridir. Gözün görmək qabiliyyətinin itirilməsinə kimi aparıb çıxaran narahatçılıqların, infarkt və böyrək çatışmazlığı kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblərindən biri qan şəkərinin yüksəkliyidir.
Xurmanın tərkibində çox çeşidli vitamin və minerallar var. O, lif, yağ və proteinlər baxımından da çox zəngindir. Xurmada natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor da var. Bundan başqa, xurmanın tərkibində A vitamini, betakaroten, B1, B2, B3 və B6 vitaminləri də bol miqdardadır. Xurmanın tərkibindəki vitamin və mineralların adi insan bədənində və hamiləlik dövründəki faydalarından bəzilərini isə bu ardıcıllıqla qeyd edə bilərik:
◉ Xurmanın qidalandırıcı gücü onun tərkibindəki münasib mineral balansından qaynaqlanır. Xurma hamilə qadınların qəbul etməli olduğu bir B vitamin qrupuna aid fol turşusu da olur. Fol turşusu (B9) bədəndə yeni qan hüceyrəsinin yaranmasında, bədənin əsasını təşkil edən amin turşularının təşəkkül tapmasında və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri yerinə yetirən bir vitamindir. Buna görə də hamiləlikdə fol turşusuna olan ehtiyac özünü qabarıq göstərəcək dərəcədə artır və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı isə aşağı olan eritrosit hüceyrələri (qırmızı qan hüceyrələri) meydana gəlir və qanazlığının əlamətləri özünü göstərməyə başlayır. Xüsusilə hüceyrələrin bölünməsində və hüceyrənin genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol turşusu hamiləlik zamanı iki dəfə artıq ehtiyac hiss edilən yeganə maddədir. Xurma da fol turşusu baxımından çox zəngin olan bir qida növüdür.
◉ Digər tərəfdən, hamiləlik zamanı yaranan uzunmüddətli ürək bulanması və fizioloji reaksiyalar nəticəsində kalium azlığı müşahidə olunur. Belə vəziyyətdə qadına əlavə kalium verilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium bu baxımdan çox böyük əhəmiyyət kəsb edir, bu maddə bədəndəki su balansının qorunması baxımından da çox faydalıdır. Kalium beyinə oksigenin getməsinə kömək edərək, dərindən fikirləşməyi təmin edir. Bununla yanaşı, bədənin mayeləri üçün əlverişli alkalik xüsusiyyətini yaradır. O, bədəndəki zəhərli tullantıları ifraz etmək üçün böyrəklərə xəbərdarlıq edir. Yüksələn qan təzyiqinin aşağı salınmasını və sağlam dərinin yaranmasını təmin edir.124
◉ Xurmanın tərkibindəki dəmir qırmızı qan hüceyrələrində mövcud olan hemoqlobinin sintezinə nəzarət edir. Bu da hamiləlikdə qan çatışmazlığının qarşısının alınmasını və körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı RBC eritrosit balansının uyğun hala gəlməsini təmin edir. Məlum olduğu kimi, eritrositlər qanda oksigen və karbondioksid daşıyaraq hüceyrələrin öz mövcudluğunu davam etdirməsində vacib rol oynayırlar. Tərkibində çoxlu dəmir olduğu üçün bir insan gündə 15 ədəd xurma yeməklə bədəninin dəmirə olan ehtiyacını təmin edə və dəmir çatışmazlığının yaratdığı narahatçılıqdan xilas ola bilər.
◉ Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb formalaşması və bədənin sümük quruluşunun balanslaşması üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor və kalsiumla sümük zəifliyindən qoruyur və bu xəstəliklərin azalmasına kömək edir.
◉ Alimlər xurmanın gərginliyi və həyəcanı aradan qaldırmaq qabiliyyətinə də diqqəti çəkir. Berkli Universiteti (ABŞ) mütəxəssislərinin apardığı tədqiqatlar sinirləri gücləndirən B6 vitamininin və əzələlərin fəaliyyətində mühüm rolu olan maqnezium mineralının xurmada yüksək miqdarda olduğunu göstəriblər. Xurmanın tərkibindəki maqnezium böyrəklər üçün də son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3 xurma yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər.125
◉ Xurmadakı B1 vitamini sinir sisteminin sağlamlığını asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevrilməsinə, protein və yağların bədənin başqa ehtiyacları üçün istifadə edilməsinə kömək edir. B2 vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün protein, karbohidrat və yağların yandırılmasına yardım edir.
◉ Hamiləlik zamanı A vitamininə ehtiyac artır. Xurma tərkibindəki A vitamini sayəsində görmək gücünü və bədənin müqavimətini artırır, sümükləri və dişləri gücləndirir. Xurma betakaroten maddəsi ilə də çox zəngindir.126 Betakaroten hüceyrələrə hücum edən molekulları nəzarətdə saxlayaraq, xərçəngin qarşısını alan xüsusiyyətə malikdir.
◉ Başqa meyvələr protein baxımından ümumiyyətlə zəngin deyil. Ancaq xurmanın tərkibində protein də var127 və bunun sayəsində bədənin xəstəlik və infeksiyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni balanslaşdırır. Məsələn, ət də faydalı qidadır, ancaq xüsusilə belə bir dövrdə təzə xurma qədər fayda verməyə bilər. Hətta belə bir dövrdə ətdən çox istifadə edilməsi zəhərlənməyə səbəb ola bilər. Həzmi asan olan yüngül meyvə-tərəvəz ərzaqlara üstünlük verilməsi daha münasib seçimdir.
Xurma haqqındakı bütün bu məlumatlar Allah`ın sonsuz elmini və insanlara olan mərhəmətini göstərir. Göründüyü kimi, müasir tibbin dövrümüzdə müəyyənləşdirdiyi xurmanın faydalarına, onun xüsusilə də hamiləlik dövründəki faydalarına Quranda 14 əsr əvvəl işarə edilmişdir.
«And olsun əncirə və zeytuna». («Tin» surəsi, 1)
«Tin» surəsinin 1-ci ayəsində Allah`ın əncirə: «And olsun», - deyə bildirməsi bu meyvənin faydaları baxımından çox hikmətlidir.
Əncir başqa meyvə və ya tərəvəzə nisbətən ən çox lifə malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 qram lif var. Bu da gündəlik ehtiyacın 20 faizini təşkil edir. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti baxımından çox vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və bəzi xərçəng növlərinin yaranma ehtimalını aşağı salmağa kömək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal yolu kimi lif baxımından zəngin olan əncir yeməyi tövsiyə edirlər.
Lifli qidalar həll olunan və həll olunmayan olmaqla iki yerə ayrılır. Həll olunmayan lif baxımından zəngin qidalar bədəndən atılan maddələrə su qazandıraraq bağırsaqlardan keçidi asanlaşdırır. Bununla da həzm prosesini sürətləndirərək onun sistemli fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll olunan lifli qidaların isə qandakı xolesterol səviyyəsini 20 faizdən çox aşağı saldığı təsbit olunub. Buna görə də onlar ürək xəstəlikləri riskini azaltmaq baxımından böyük əhəmiyyət daşıyırlar. Əgər qanda çox miqdarda xolesterol varsa, bu, qan damarlarında yığılır və damarların bərkiməsinə, daralmasına səbəb olur. Xolesterol hansı orqanın damarında yığılırsa, həmin orqana məxsus xəstəliklər meydana çıxır. Məsələn, ürəyi qidalandıran arteriyalarda xolesterol yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər yaranır. Böyrək damarlarında xolesterolun yığılması isə təzyiqin qalxması və böyrək çatışmazlığına səbəb ola bilər. Həll olunan liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin nizamlanması baxımından da əhəmiyyətlidir, çünki qan şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan problemlərlə nəticələnə bilər. Qidalanmaları lif baxımından zəngin olan cəmiyyətlərin xərçəng və infarkt problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib.128
Həll olunan və həll olunmayan liflərin hər ikisinin birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək olan liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər iki lif növünün - həm həll olunan, həm də həll olunmayan - birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir.129
Corc Vaşinqton Universitetinin Tibb Mərkəzindəki Xəstəliklərdən Qorunmaq İnstitutunun (ABŞ) rəhbəri dr. Oliver Alabaster əncirdən belə bəhs edir: «...Burada həqiqi mənada sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı var. Əncirləri və başqa çox lif balansına malik olan qidaları intensiv olaraq qəbul etmək... ömür boyu sağlamlığınız baxımından əhəmiyyət kəsb edir».130
Kaliforniya Əncir Danışma Qurumuna (California Fig Advisory Board) görə, meyvə-tərəvəzdəki antioksidanlar insanları bir çox xəstəliklərdən qoruyurlar. Antioksidanlar bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri (sərbəst radikalları) təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır.
Scranton Universiteti tərəfindən aparılan tədqiqatda müəyyən edilib ki, başqa meyvələrə nisbətən quru əncir antioksidan baxımından zəngin fenol tərkibinə daha çox malikdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir maddə kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur.131
Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan omeqa-3, omeqa-6 yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün zərərli yağlar) ilə fitosterol (bitkilərdə mövcud olan yağabənzər maddə) sayəsində xolesterolu aşağı salan xüsusiyyət öyrənilib.132 Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yarana bilməz, o, qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından xüsusilə böyük əhəmiyyətə malikdirlər. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təhlükəli olan xolesterolun yolunu tıxayaraq, onun qana qarışmamış bədəndən atılmasını təmin edir.
100 gram taze incirdeki besin değerini gösteren tablo |
Kaliforniya Əncir Danışma qurumu tərəfindən «sanki təbiətin ən mükəmməl meyvəsi»133 adlandırılan əncir bəşərin bildiyi ən qədim meyvələrdən biri olsa da, o, qida istehsalçıları tərəfindən yenidən kəşf edilir. Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır.
Əncir demək olar ki, hər xüsusi pəhrizin bir hissəsi ola bilər. Əncirin tərkibində təbii yağ, natrium və xolesterol olmadığı və çox lif nisbətinə malik olduğu üçün, o, artıq çəkidən xilas olmağa çalışan adamlar üçün də əlverişli qidadır. Həmçinin əncir məlum olan bütün meyvələrə nisbətən ən çox minerala malik meyvədir. 40 qram əncirdə 244 mq kalium (gündəlik ehtiyacın 7 faizi), 53 mq kalsium (gündəlik ehtiyacın 6 faizi) və 1,2 mq dəmir (gündəlik ehtiyacın 6 faizi) var.134 Əncirdə kalsium nisbəti çoxdur və bu baxımdan meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirilir. Fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-74 faizini təşkil edən şəkərdir. Əncir astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə qəbul edilməsi tövsiyə olunan meyvədir.
Burada haqqında qısaca danışdığımız əncirin faydaları Allah`ın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu meyvənin tərkibində insanın ehtiyac duyduğu maddələri onun sağlamlığına əlverişli olacaq bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allah`ın bu xüsusi nemətinin Quranda bildirilməsi də əncirin insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Əncirin qida dəyərinin insanın sağlamlığı baxımından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, Quranın hər şeyi bilən Allah`ın sözü olduğunun daha bir nümunəsidir.
«Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi...» («Maidə» surəsi, 96)
Ürək xəstəliyindən əziyyət çəkən və buna görə dünyadan köçən adamların orta yaş həddinin getdikcə aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müasir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələsində irəliləyiş və inkişaf olsa da, mütəxəssislərin, əsasən, tövsiyə etdiyi məsələ bu xəstəliyə məruz qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətini təmin edilməsində və xəstəliyin qarşısının alınmasında vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.
Balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan bədəni üçün zəruri olan maddələri ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri riski azalır və immunitet sistemi güclənir.
Elmi yolla təzəcə sübut edilən balığın faydaları və onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilir. Uca Allah Quranda dəniz məhsullarını «Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur...» («Nəhl» surəsi, 14), «Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi...» («Maidə» surəsi, 96) ayələri ilə xəbər verir. Bundan əlavə, «Kəhf» surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə hz. Musanın və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götürdüyü bildirilir:
«Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda balığı unutdular. Balıq isə dənizdə bir yarğana tərəf üz tutmuşdu. Onlar (çatmalı olduqları yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!" O isə: "Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum...» («Kəhf» surəsi, 61-63)
«Kəhf» surəsində uzun bir səfər zamanı yorulandan sonra yemək üçün xüsusilə balığın seçilməsi çox maraqlıdır. Dolayısilə, bu qissədəki hikmətlərdən biri kimi balığın faydalarına, onun qidalandırıcı xüsusiyyətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir).
Həmçinin balığın qida kimi xüsusiyyətlərini araşdıranda diqqətəlayiq məlumatlarla üzləşirik. Rəbbimizin bizə böyük bir neməti olan balığın əti xüsusilə protein, D vitamini və əksər elementlər (bədəndə çox az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib olan bəzi elementlər) baxımından mükəmməl qida mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyümə və toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki bu maddələr sağlam diş ətinin və diş quruluşunun yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir, saçların daha sağlam olmasını təmin edir, bakterioloji infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə, həmin maddələr qandakı xolesterol balansının tənzimləyici təsirləri ilə infarktın qarşısının alınmasında mühüm rol oynayırlar. Bu maddələr nişasta və piyin parçalanaraq onların orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, beləliklə, daha enerjili və daha güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq ətində olan maddələr zehni fəaliyyətin nizamlı olmasına müsbət təsir göstərir. Onun tərkibindəki D vitamini və başqa minerallar kifayət miqdarda qəbul edilməyəndə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlikləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.135
Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərkibində omeqa-3 yağ turşularının sağlamlıq baxımından çox əhəmiyyətli olduğunu sübut edib. Hətta bu yağlar zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi müəyyənləşdirilir.
Balıq yağında sağlamlığımız üçün xüsusilə çox əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü var: EPA (eicosapentaenoic asit) və DHA (docosahexaenoic asit). EPA və DHA doymamış yağlar kimi tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva edir. İnsan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul edilməlidir.
Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, o, sağlamlığı qorumaqda daha az təsirə malikdir. Bunun əksinə olaraq, dəniz planktonları omeqa-3 yağ turşusunun EPA və DHA-ya çevrilməsində çox böyük təsirə malikdir. Balıqlar bu planktonları yeyəndə EPA və DHA baxımından zənginləşirlər. Buna görə də balıq insan bədəni üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının olması baxımından ən zəngin qidalardan hesab edilir.136
Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bədənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ turşuları bədəndə oksigenə bağlanaraq elektron transferini həyata keçirir və bədəndəki bəzi kimyəvi reaksiyaları enerji ilə təmin edir. Buna görə də balıq yağı baxımından zəngin qidaların yorğunluğu aradan qaldırmasına, qavrayış gücünü və hərəkət qabiliyyətini artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət qabiliyyətini də onun enerji səviyyəsi qədər artırır. Balığın «zəka qidası» adlandırılmasının elmi əsası var, çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3 yağ turşularını ehtiva edən DHA-dır.137
Balığın tərkibində olan omeqa-3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi ilə məşhurdur.138 Triqliserid yağın bir növüdür, tərkibindəki bol yağ və az protein baxımından LDL-yə (pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin artması xüsusilə xolestrolun səviyyəsi yüksələndə ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən riskləri də azaldır.
ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma göstərib ki, həftədə 5 porsiya balıq yeyən qadınlarda infarkt keçirmə nisbəti 1/3 qədər azalır. Bunun balıq yağında olan omeqa-3 yağ turşularının qanın daha az laxtalanmasına səbəb olmasından qaynaqlandığı güman edilir. Qanın damarlarımızda adi sürəti saatda 60 km-dir və qanın kifayət qədər duruluğu, onun axınının, miqdarının, sürətinin normal səviyyədə olması həyati əhəmiyyət kəsb edir. Qanımız üçün ən böyük təhlükə - qanaxma kimi zəruri vəziyyətlər istisna olmaqla - laxtanaraq duruluğunun azalmasıdır. Balıq yağları qandakı trombositlərin (bədəndə qanaxma olanda qanı intensivləşdirən qan lövhəcikləri) bir-birinə yapışmasına mane olaraq qanın laxtalanmasını azaltmaqda da təsirlidir. Əks halda, qanın qatılaşması damarların daralmasına səbəb olur. Bu vəziyyət də başda ürək, beyin, göz və böyrək olmaqla, bədəndəki bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanmamasına, ləng çalışmasına və tədricən fəaliyyətini itirməsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının laxtalanması nəticəsində damarların tıxanması infarkt, iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Omeqa-3 yağ turşuları eritrositlərin (qırmızı qan hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin molekulunun istehsalında və hüceyrə zərindən keçən qidalara nəzarət edilməsində də mühüm rol oynayır və bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır. Araşdırmalar balıqdakı omeqa-3 yağ turşularının infarkt riskini azaltdığını sübut edib.139
Omeqa-3 yağ turşuları insan beyninin və retinasının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə doğulan uşaqların ehtiyacı ilə bağlı ötən 10 ildə mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlanğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxımından çox əhəmiyyətlidir. Ana südü də təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə, alimlər ana südünün vacibliyini xüsusi vurğulayırlar.140
Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı oynaq infeksiyası) ən əhəmiyyətli risk oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxribata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımından zəngin bir qidalanmanın artritin yaranmasına mane olduğu, şişən və həssas oynaqlarda narahatlığın da yüngülləşdiyi sübut olunmuşdur.141
Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin sağlam şəkildə çalışmasında təsirləri bir çox tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut edilib ki, balıq yağının qəbul edilməsi depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gündəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi) qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12 həftə ərzində 1 qram omeqa-3 yağ turşusu qəbul edən adamlarda gərginlik, narahatlıq, kədər və yuxu problemləri kimi əlamətlərin azaldığı sübut olunub.142
Omeqa-3 yağ turşuları həmçinin antienflamatuar (infeksiyanın qarşısının alınması) kimi fəaliyyət göstərir.143 Buna görə də o, revmatizmalı artrit (revmatizmaya bağlı oynaq infeksiyası), osteoartrit (vaxt ötdükcə oynaqların fəaliyyətini pozan xəstəlik), kolit (bağırsaq infeksiyası ilə bağlı xoralar) və lupus (dəridə yaranın meydana gəlməsinə səbəb olan dəri xəstəliyi) xəstələrinin hamısında istifadə edilə bilər. Bundan başqa, onun miyelini (sinir hüceyrələrini örtən zər) qorumaq xüsusiyyəti var. Buna görə də o, qloxoma (gözdaxili təzyiqin artması ilə korluğa səbəb olan xəstəlik), multipl skleroz (beyin və onurğa beyində toxuma bərkiməsi nəticəsində yaranan ölümcül xəstəlik), osteoporoz (sümük toxumasının strukturunun zəifləməsinə səbəb olan xəstəlik) və şəkər xəstələrinin müalicəsində istifadə edilir.
Bütün bunlarla yanaşı, onun miqren xəstələrində, aneroksiyada (ölümcül ola bilən yemək pozuntusu), yanığın müalicəsində və dəri sağlamlığı ilə bağlı problemlərin müalicəsində də kömək etdiyi bildirilir.
Yüksək səviyyədə omeqa-3 yağ turşusuna malik balıqla qidalanan Qrenlandiya eskimoslarının və yaponların ürək-damar, astma və psoriaz xəstəliklərinə daha az məruz qaldığını göstərən çox əhatəli məlumatlar vardır. Buna görə də balıq müalicəvi bir qida kimi də tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək xəstəliyi üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də qidalanma üzrə mütəxəssislərin tövsiyə etdiyi əsas maddələrdən biri kimi hesab edilir.
Balığın ümumi şəkildə göstərdiyimiz faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə mümkün olub. Bu cür dəyərli qida mənbəyinə Quranda işarə edilməsi və «Kəhf» surəsində yorğunluğu aradan qaldıran bir qida kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir. Balıqdan əldə edilən bütün faydalar Rəbbimizin bizə verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi, balıqdakı üstün quruluşu da bizim üçün yaradan aləmlərin Rəbbi olan Allah`dır.
«O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allah`dan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!» («Bəqərə» surəsi, 173)
Donuz əti yeməyin insan sağlamlığına zərər verən bir çox cəhətləri var. Keçmiş dövrlərdə olduğu kimi alınan müxtəlif tədbirlərə baxmayaraq, donuz ətinin zərəri günümüzdə də qalır. Donuz hər şeydən əvvəl hər nə qədər fermalarda, səliqə-sahmanlı şəraitdə yetişdirilsə də, öz pisliyini yeyən heyvandır. Donuz həm öz pisliyi ilə qidalanır, həm də bioloji quruluşu etibarilə başqa heyvanlara nisbətən çox miqdarda antitel istehsal edir. Donuzun bədənində başqa heyvanlara və insana nisbətən çox ifrat dozada böyümək hormonu istehsal olunur. Təbii ki, çox miqdarda olan bu antitel və böyümək hormonları dövran yolu ilə donuzun əzələ toxumasına da keçərək yığılıb qalır. Donuz ətində çox miqdarda xolesterol və lipid də var. Bütün bunların nəticəsində ifrat səviyyədə antitellər, hormonlar, xolesterol və lipidlərlə zəngin olan donuz ətinin insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması elmi yolla sübut edilmişdir. Bu gün donuz ətinin daha çox yeyildiyi ABŞ və Almaniya kimi ölkələrin əhalisinin əksər hissəsini təşkil edən normadan çox kök insanların mövcudluğu artıq adi qarşılanan bir haldır. Donuz ətinə əsaslanan bir qidalanma nəticəsində ifrat səviyyədə böyümək hormonuna məruz qalan insan bədəni əvvəlcə çox çəki yığır, sonra da bədən deformasiyaya - forma dəyişikliyinə - məruz qalır.
Resimde "trişin" paraziti görülmektedir. |
Bundan başqa, donuz ətində olan sağlamlığa zərərli maddələrdən biri də «trixin» parazitidir. İnsan bədəninə daxil olub birbaşa ürək əzələlərinə yerləşən və ölümcül təhlükə yaradan trixin parazitinə donuz ətində tez-tez rast gəlinir. Trixinli donuzları müəyyənləşdirmək müasir texnologiya sayəsində, asan olsa da, əvvəllər belə üsul məlum deyildi. Buna görə də donuz əti yeyən hər bir adamda trixin parazitinə yoluxma və ölümlə üzləşmək riski olurdu.
Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin hikmətlərindən bir qismidir. Bundan başqa, Rəbbimizin bu əmri bizi sağlamlığa zərərli təsirlərini hər şəraitdə davam etdirən, nəzarətsiz istehsalında isə ölümcül də ola bilən donuz ətini yeməkdən qoruyur.
Donuz ətinin insan sağlamlığını birbaşa təhdid edən zərərlərindən xəbərdar olmaq XX əsrə kimi mümkün deyildi. Müasir tibbi cihazlarla, bioloji testlərlə hələ indi konkret şəkildə ortaya qoyulan bu zərərə qarşı qəti tədbir görülməsi də mikrob, bakteriya, trixin, hormon, antitel kimi anlayışlardan heç kimin xəbərdar olmadığı VII əsrdə nazil edilən Quranın ali elm sahibi olan Rəbbimizin vəhyi olduğunu göstərən möcüzələrdəndir. Bu gün də donuz əti istehsalında görülən hər cür tədbirə və nəzarətə baxmayaraq, bu məhsulun insan bədəninə fizioloji baxımdan münasib olmadığı və insan sağlamlığına zərər verən bir ət növü olduğu həqiqəti dəyişməyib.
"Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır." |
Quranda diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytunun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib.
«Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Od ona toxunmasa da, sanki yağı işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!» («Nur» surəsi, 35)
Yuxarıdakı ayənin, əslində, «mubarəkətin zəytunətin» ifadəsi ilə zeytun «bərəkətli, müqəddəs, faydalı, saysız xeyir verən» mənalarına gələn mübarək sifəti ilə qeyd edilmişdir. «Zeytuha» ifadəsi ilə bildirilən zeytun yağı başqa qatı yağların əksinə olaraq, bütün mütəxəssislər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun yağının sağlamlıq baxımından faydalarını bu cür qeyd edə bilərik:
Zeytun və zeytun yağındakı yağ turşularının əksəriyyəti doymamış yağdır. Belə yağlarda xolesterol olmur. Buna görə də zeytun yağı qandakı xolesterol səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty asit) omeqa-6 yağ turşusu (linoleik turşu) var. Buna görə də səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı/WHO) damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə istifadə edilən yağlardakı yağ turşusunun ən az 30 faizinin omeqa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək səviyyədə artırır.144
Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər gün 25 millilitr - təxminən 2 xörək qaşığı - təbii zeytun yağı qəbul edən insanların daha az LDL (pis xolesterol) və daha yuxarı antioksidan səviyyələri göstərdiyini təsdiqləyib.145 Antioksidanlar bədənimizdəki «sərbəst radikallar» adlı zərərli maddələrin zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qarşısının alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin xolesterolun səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib.146
Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xolesterolun səviyyəsini aşağı saldığı, HDL adlı faydalı xolesterol səviyyəsini isə yüksəltdiyi147 üçün ürək və qan-damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən yüksək xolesterol səviyyəsinə malik doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-6 yağ turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən səviyyədə qəbul edilməsi çox vacibdir. Çünki bu nisbətin pozulması immunitet və ürək xəstəlikləri, o cümlədən xərçəng xəstəliyi kimi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır. Məhz buna görə də bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar.148 Amerika Ürək Cəmiyyəti ürək xəstəliyi riskini azaltmaq üçün doymamış yağ pəhrizinin 30 faiz az yağlı pəhrizə alternativ ola biləcəyini bildirir.149
«The Archives of İnternal Medicine» jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərmişdir.150 Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının B-sitosterolun prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələrin bölünməməsi əmrini verən hüceyrədaxili xəbərləşmə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyüməsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər.
Oksford Universitetinin həkimləri tərəfindən aparılan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçənginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford tədqiqatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (tiamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.151
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanlarda oynaqlarında onların xroniki infeksiya xəstəliyi olan revmatizmal artrit keçirmək riski azalır.
Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin sümük mineralizasiyasını (mineralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium itkisinə əngəl olur.152 Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mineral yığımı olmayanda sümük yumşalması kimi ciddi problem əmələ gəlir. Bu baxımdan zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.
Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan qocalığın qarşısının alınmasında da istifadə edilir, çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar bədənimizdə enerjiyə çevrilərkən oksidan adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva etdiyi çoxsaylı antioksidan maddələrlə bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələrimizi təzələyir, toxuma və orqanlarımızın yaşlanmasını ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E vitamini baxımından da zəngindir.
Zeytun və zeytun yağı tərkibində olan linoleik turşuya (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox faydalı bir qidadır. Linoleik turşunun az olması uşağın inkişafının ləngiməsinə və bəzi dəri problemlərinin yaranmasına səbəb ola bilər.153 Zeytun yağında bədənimizdə olan zərərli maddələrin təsirinin qarşısını alan antioksidan elementlər və insan üçün böyük əhəmiyyət kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək olur və hüceyrə zarının əmələ gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır, bununla bərabər, bir çox doymamış tərkiblərə də malikdir.
Zeytun yağı insan bədəni tərəfindən əldə edilə bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu əsas yağlı turşular baxımından kifayət edəcək bir mənbədir. Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər tərəfindən analara məsləhət görülən yeganə yağ yenə zeytun yağıdır. Bu yağ özündə ana südündəkinə yaxın miqdarda linoleik turşu ehtiva edir. Bununla yanaşı, yağsız inək südünə zeytun yağı əlavə ediləndə o, ana südü qədər təbii bir qida xüsusiyyəti qazanır.154
«The Archives of İnternal Medicine» jurnalının 2000-ci il 27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğulamışdır. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı salan dərmanlar hazırlanır.
İsti və ya soyuq halda qəbul edilməsindən asılı olmayaraq, zeytun yağı mədə turşusunu azaldaraq mədəni qastrit və xora kimi xəstəliklərdən qoruyur.155 Bununla yanaşı, öd ifrazatını sürətləndirərək onun ən mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin boşalma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır.156 Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına kömək edir. Bununla da bədənin tullantılardan xilas olmasını asanlaşdırır. Bunlardan başqa, beyin, aorta damarlarının da sağlamlığına müsbət təsir göstərir.157
Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son dövrlərdə mütəxəssislərin diqqətini cəlb edir.158 Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq.
Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxslərdən biri sayılan, «Qida əczaxanası» («The Food Pharmacy») və «Qidalar - möcüzəli dərmanlarınız» («Food-Your Miracle Medicine») kitablarının müəllifi, CNN telekanalının mükafatlı müxbiri, beynəlxalq köşə yazarı olan Cin Karper:
«İtaliyada aparılan yeni tədqiqatlar nəticəsində zeytun yağının özündə LDL xolesterolunun arteriya damarlarına tıxac yaratmaq xüsusiyyəti də daxil olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən... antioksidanlar ehtiva etdiyini aşkarlayıb».
Pəhriz və qidalanma mütəxəssisi Pat Baird:
«Zeytun yağının hərtərəfliliyi... onun bədənin sağlamlığına olan faydası haqqında öyrənəcəyimiz daha çox şey var».
Harvard Universitetinin xalq sağlamlığı məktəbi epidemiologiya bölümü başqanı dr. Dimitrios Trichopoulos:
«Amerikalı qadınlar doymuş yağların əvəzinə daha çox zeytun yağı istifadə etsəydilər, döş xərçəngi riskində 50 faiz qədər azalma baş verə bilərdi... Zeytun yağı bəzi bədxassəli şiş növlərinə - prostat, döş, onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı qoruyucu təsirə malikdir».
Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Peck:
«Zeytun yağının siçovullardakı immunitet sistemini gücləndirdiyi sübut olunmuşdur...»
Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra:
«Təbii yolla süzülmüş zeytun yağının tərkibində olan LDL oksidasiona olan müqavimətini aydın şəkildə artırır».
II Federiko Universitetinin daxili və metabolizma xəstəlikləri kafedrasından A.A.Rivells, G.Rikkardi, M.Mançini:
«Zeytun yağı insulin müqavimətinin qarşısını alır və qandakı qlükozanın daha yaxşı nəzarətini təmin edir».
Napoli Universiteti tibb və kimya fakültəsindən Patrisia Qalletti:
«Zeytun yağı polifenollarının qida kimi qəbul edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik riskini azalda bilər - mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damarların tıxanması kimi. Zeytun yağı hidroksitirosolu insan eritrositlərini oksidativ təhlükədən qoruyur».
Harvard Universitetinin xalq səhiyyəsi məktəbindən Frank Saks:
«Zeytun yağından ibarət olan zəngin qida rasionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və müalicə etməkdə az yağlı qida rasionundan ibarət pəhrizdən daha təsirlidir. O, uzunmüddətli artıq çəki itkisinə də səbəb olur, bu halda, çəkini qorumaq daha asandır...»
Göründüyü kimi, bu gün bir çox alimlər zeytun yağını əsas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu düşünür. Bu xüsusiyyətlərinə görə gündəlik qida rasionunda olması zəruri olan ən əsas qidaların zeytun və zeytun yağı olduğu bildirilir. Allah`ın bir çox ayədə diqqətimizə çatdırdığı zeytun bitkisinin faydası tibbi bilgilərin artması ilə paralel olaraq kəşf edilmişdir.
«Göydən sizin üçün su endirən Odur. Ondan siz də, içində heyvanlarınızı otardığınız, ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!» («Nəhl» surəsi, 10-11)
«Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Sənin belini bükürdü ağır yükünü səndən götürmədikmi?! Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr...» («İnşirah» surəsi, 1-6)
Məlum olduğu kimi, hər orqanın həyatını davam etdirməsi və vəzifəsini yerinə yetirməsi üçün onun qan dövranı yolu ilə qidalanması lazımdır. Qan ürək əzələmizə də «aorta-koronar» adlı aorta damarları yolu ilə gəlir. Damar kirəcləşməsi (ateroskleroz) vəziyyətində bu damarlarda daralma və tıxanmalar yarana bilər. Bu vəziyyət inkişaf etdikdə isə qan axının qarşısı alınır və ürək kifayət qədər qidalanmır. Bu da ürəyin vəzifəsini yerinə yetirə bilmədiyini göstərən sinə ağrısına və infarkta səbəb olur.
Yuxarıdakı ayələrdə «Biz sənin köksünü açıb genişlətmədikmi?» kimi tərcümə edilən «ə ləm nəşrah ləkə sadrəkə» ifadəsi bu cür ürək probleminə və hazırda həyata keçirilən aorta-koronar şuntlama əməliyyatlarına bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Çünki ayədə keçən «ləm nəşrah» ifadəsi ilk mənası etibarilə «ət və ət kimi şeyləri açmaq» feilini ifadə edir. Bu əməliyyatlar zamanı da sinə sümüyü boydan iki yerə ayrılır və sinənin içinə daxil olunur. Aparılan əməliyyat nəticəsində damarda qanın axını təkrar təmin edilir və sinə ağrısı aradan qaldırılır. Ayədə qeyd edilən «genişləmək» ifadəsi də damarlardakı daralmanın aradan qaldırılmasına işarə ola bilər.
Bu surənin ardınca Allah`ın ürəyin sağlamlığına faydalı olan zeytuna and içməsi də («Tin» surəsi, 1) çox hikmətlidir.
Quranda diqqət çəkilən davranışlardan biri hz. Əyyuba gələn bir vəhydən bəhs edən ayələrdə bildirilir:
«Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!" Ona belə buyurduq: "Ayağını tərpət! Bu, yuyunacaq və içiləcək sərin sudur!"» («Sad» surəsi, 41-42)
Hz. Əyyuba şeytanın verdiyi sıxıntı və narahatlığa qarşı Allah`ın bildirdiyi tövsiyələrdən biri ayağını tərpətməsidir. Ayədə qeyd edilən bu ifadə hərəkət etməyin, idmanla məşğul olmağın faydalarına bir işarə ola bilər (ən doğrusunu Allah bilir). «Ayağını tərpət, yerə vur» kimi tərcümə edilən «urkud» kəlməsi «Ənbiya» surəsinin 12-ci və 13-cü ayələrində «qaçmaq» mənasında da işlədilir. Bu da burada nəzərdə tutulan hərəkətin «qaçmaq» və ya «sürətli addımlamaq» şəklində ola biləcəyini göstərir.
İdman zamanı xüsusilə ayaq əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi (izometrik hərəkətlər) ilə qan dövranı sürətlənir, hüceyrələrə gedən oksigenin miqdarı artır. Nəticədə, insanın ətaləti aradan götürülür, toksik maddələrin bədəndən uzaqlaşdırılması ilə insan dincəlir.159 Mikroblara qarşı geniş və təmiz damarlara malik olur. Bu da damarların tıxanmasına, dolayısilə, ürək xəstəliklərinə mane olur.160 Nizamlı məşqlər qan şəkərinin balansını təmin edərək şəkər xəstəliyinin qarşısını alır. İdmanın qaraciyərə müsbət təsiri «yaxşı xolesterol» deyə biləcəyimiz xolesterol səviyyəsini yüksəldir.161 Çılpaq ayaqların yerə basılması bədəndə yığılıb qalan statik elektrikin boşalmasında çox təsirlidir. Bu üsul bədən üçün bir növ ötürücü rolunu oynayır.
Bununla yanaşı, ayədə diqqət çəkildiyi kimi, yuyunmağın da bədəndəki statik elektrikin atılmasında ən təsirli üsul olduğu bildirilib. Yuyunarkən insan bədənində yaranan fiziki təmizliklə yanaşı, insanın gərginlik və sıxıntısı da azalır. Buna görə də yuyunmaq həm stressin, həm də hərarətli xəstəliklər başda olmaqla, bir çox fiziki və psixoloji narahatlığın aradan qaldırılmasında müsbət təsirə malikdir.
Ayədə yuyunmaqdan başqa bir də su içilməsi tövsiyə edilir. Suyun bədənin hər bir orqanına faydası nəzərdən qaçırılmayacaq qədər çoxdur. Tər vəzləri, mədə-bağırsaq, böyrəklər, dəri və bunlar kimi daha bir çox orqanın sağlamlığı bədənin kifayət miqdarda su qəbul etməsinə bağlıdır. Bu məsələdə yarana biləcək bir narahatçılığın aradan qaldırılması da yenə su ilə edilən əlavələrlə mümkün olur. Yorğunluğun, gərginliyin və yuxulu olmağın həlli də yenə bədəndəki su miqdarının artırılması, beləliklə, toksik maddələrin kənarlaşdırılması təmin edilməklə baş verir.
Hər biri cismani və ruhi sağlamlığımız üçün həyati əhəmiyyət kəsb edən bu tövsiyələrin birlikdə yerinə yetirilməsi isə ən ideal nəticə verəcək. Bu tövsiyələrdən hər biri Allah`ın «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...» («İsra» surəsi, 82) ayəsinin bir təzahürüdür.
"Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür." |
“Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir!”
“...Sizin bilmədiyiniz daha neçə-neçə şeyləri də yaradır” (“Nəhl” surəsi, 16/8)
Yuxarıdakı ayələrdə Quranın göndərildiyi dövrdə insanların bilmədiyi həyatların olmasına işarə edilir. İnsan gözünün görə bilmədiyi xırdalıqda olan yeni canlılar mikroskopun kəşfi ilə üzə çıxarıldı. Beləliklə, Quranda diqqət edilən bu canlıların mövcudluğu haqqında insanlar məlumat əldə etməyə başladılar. Adi gözlə görünməyən və ümumiyyətlə, bir hüceyrədən ibarət mikroorqanizmlərin mövcudluğuna işarə edən başqa ayələr isə belədir:
“...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!” (“Səba” surəsi, 34/3)
“...Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!” (“Yunis” surəsi, 10/61)
Yer üzünün hər yanına yayılan bu gizli dünyanın mənsubları, yəni mikroorqanizmlər Yer üzündəki heyvanlardan 20 dəfə çoxdur. Gözlə görünməyəcək qədər kiçik olan bu mikroorqanizmlər aləmi bakteriyalardan, viruslardan, göbələklərdən, su yosunlarından və silklərdən ibarətdir. Bu mikrocanlılar Yer üzündəki həyat nizamının əhəmiyyətli bir ünsürüdür. Məsələn, Yerdə həyatın olmasını təmin edən əsas üzvlərdən biri olan azot dövranı bakteriyalar tərəfindən təşkil edilir. Bitkilərin torpaqdakı mineralları ala bilməsini təmin edən ən mühüm ünsür kök göbələkləridir. Özündə nitrat ehtiva edən tərəvəz və ya ət kimi qidalardan zəhərlənməyimizin qarşısını isə dilimizdə olan bakteriyalar alır. Həmçinin bəzi bakteriyalar dünyada həyatın davam etməsinin əsas şərti olan fotosintez etmək qabiliyyətinə malikdir və bu vəzifəni bitkilərlə bölüşürlər. Bəzi növ mikroorqanizmlər üzvi maddələri parçalayaraq qidaları bitkilərin istifadə edə biləcəyi hala gətirir. Aydın olduğu kimi, haqqında yalnız texniki vasitələrin köməyi ilə məlumat verə biləcəyimiz bu kiçik canlıların insan həyatının davam etməsində rolu danılmaz amillərdir. Əsrlərlə əvvəl gözlə gördüyümüz aləmlərdən başqa canlılar olacağına Quranda diqqət çəkilməsi, şübhəsiz ki, Quranın başqa bir möcüzəsidir (ətraflı məlumat almaq üçün bax: Harun Yəhya, «Mikrodünya möcüzəsi»).
“Yerdə gəzən elə bir heyvan, iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın...” (“Ənam” surəsi, 6/38)
Müasir dövrümüzdə heyvan və quş ekologiyalarında aparılan araşdırmalar nəticəsində bütün heyvanların və quşların ayrı cəmiyyətlər halında yaşadığı bəlli olub. Uzun müddət davam edən geniş tədqiqatlar nəticəsində heyvanlar haqqında öyrənilən bu məlumatlar heyvanlar arasında sistemli sosial nizam-intizamın olmasını ortaya çıxarıb. Məsələn, elm adamlarını öz sosial həyatı ilə heyrətə salan bal arıları özlərinə qruplar halında ağac oyuqlarında və ya buna oxşar qapalı yerlərdə yuva tikirlər. Bir arı pətəyi bir ana arı, bir neçə yüz erkək və 10-80 min işçi arıdan ibarətdir. Əvvəl də bildirdiyimiz kimi, arı pətəklərinin hər birində yalnız bir ana arı olur və onun da əsas vəzifəsi yumurta qoymaqdır. Bundan başqa, ana arı pətəyin bütövlüyünü və pətəkdəki sistemli işin davam etməsini təmin edən mühüm maddələr də ifraz edir. Erkəklərin isə bircə funksiyası var, o da ana arını mayalandırmaqdan ibarətdir. Pətək hörmək, qida toplamaq, arı südü əmələ gətirmək, pətəyin hərarətini tənzimləmək, təmizlik, müdafiə kimi bütün ağıla gələn işləri isə işçi arılar yerinə yetirirlər. Arı pətəyində cərəyan edən bir həyatın hər mərhələsində bir nizam var. Körpə arılara nəzarətdən tutmuş pətəyin ümumi ehtiyaclarının təmin edilməsinə qədər, hər bir vəzifə qüsursuz şəkildə yerinə yetirilir.
Qarışqalar da dünyanın ən izdihamlı sakinləri sayılırlar. Buna baxmayaraq, qarışqalar texnologiya, kollektiv çalışmaq, hərbi strategiya, inkişaf etmiş əlaqə qurmaq texnologiyası, iyerarxik nizama riayət, ciddi intizam, qüsursuz şəhər planlaması kimi bir çox sahədə insanlara nümunə olacaq bir nizam sərgiləyirlər. “Koloniyalar” deyilən cəmiyyətlər halında yaşayan qarışqalar inkişaf etmiş elə bir nizam içindədir ki, bu baxımdan, insanların mövcud sivilizasiyasına bənzər bir mədəniyyətə sahib olduqlarını da deyə bilərik.
Qarışqalar özlərinə ehtiyat ərzaq yığıb qışa tədarük görməklə yanaşı, balalarına da nəzarət edir, koloniyalarını qurur və döyüşürlər. Hətta “dərziliklə” məşğul olub, “əkinçilik” edən, “heyvan yetişdirən” koloniyaları da var. Aralarında çox güclü bir əlaqə şəbəkəsinə malik olan bu həşəratlara cəmiyyətdəki təşkilatlanma və ixtisaslaşma məsələsi nöqteyi-nəzərindən baxıldıqda onlar heç bir canlı ilə müqayisə edilməyəcək üstünlüyə malikdirlər.
Birlik halında yaşayanda heyvanlar öz intizamlı həyatları ilə yanaşı, təhlükələrə qarşı da birlikdə qarşı çıxırlar. Məsələn, kiçik quşlar qırğı və ya bayquş kimi yırtıcı quşlar onların bölgələrinə girəndə, bu quşları birlikdə əhatələyirlər. Bu zaman ətrafdakı digər quşları da bölgəyə cəlb etmək üçün xüsusi bir səs çıxarırlar. Kiçik quşların birlikdə gerçəkləşdirdikləri hücumları nəticəsində yırtıcı quşlar həmin yerlərdən uzaqlaşdırılırlar.162
Bir yerdə uçan bir quş dəstəsi də, eyni şəkildə, bütün dəstə üzvləri üçün bir müdafiə təşkil edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş bir məsafə saxlayaraq uçurlar. Ancaq bir qırğı görəndə aralarındakı məsafəni dərhal doldurur, bununla da qırğının dəstənin ortasına hücum etməsini çətinləşdirirlər. Qırğı bu vəziyyətdə onlara hücum edərsə, qanadları şikəst ola bilər və ovu puça çıxar.163
Məməli heyvanlar da onların sürülərinə qarşı bir hücum olanda, birlikdə hərəkət edirlər. Məsələn, yırtıcılardan qaçıb canlarını qurtarmağa çalışan zebrlər balalarını sürünün ortasına salırlar. Delfinlər də həmişə qrup halında üzür və ən böyük düşmənləri olan akulalara qarşı qrup şəklində mübarizə aparırlar.164
Heyvanların sosial həyatı ilə bağlı saysız nümunələr gətirmək, təfərrüatlara varmaq mümkündür. Heyvanlarla bağlı əldə edilən bu məlumatlar uzun illər aparılmış geniş araşdırmalar nəticəsində öyrənilmişdir. Buradan da aydın görünür ki, hər sahədə olduğu kimi, heyvanlarla bağlı Quranda verilən məlumatlar da onun Allah`ın sözü olduğunu göstərir.
«Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrətlər vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan içənlərin boğazından rahat keçən təmiz südü sizə içirdirik». («Nəhl» surəsi, 66)
«Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz! Həm onların, həm də gəmilərin üstündə daşınırsınız». («Muminun» surəsi, 21-22)
Bu gün bir çox alimlər və araşdırmaçı-bərpaçı (ARGE) mütəxəssislər öz layihələrinə başlamazdan əvvəl bunun canlılardakı nümunələrini, onlardakı sistem və planları tədqiq və təqlid edirlər. Başqa sözlə, alimlər Allah`ın təbiətdə yaratdığı planları görüb incələyir və bunlardan ilham alaraq yeni texnologiyalar hazırlayırlar. Bu amil yeni bir elm sahəsi yaradıb: biomimetika. «Təbiətdəki canlıların təqlidi» mənasına gələn bu elm sahəsi xüsusilə son dövrlərdə texnoloji dünyada geniş yayılan bir tətbiq sahəsi tapıb. Quranın «Muminun» surəsinin 21-ci və «Nəhl» surəsinin 66-cı ayələrində «dərs almaq, nəsihət, əhəmiyyət, vacib amil, nümunə» mənalarına gələn «ibrətən» kəlməsinin işlədilməsi çox hikmətlidir.
Biomimetika insanların təbiətdə mövcud olan sistemləri təqlid edərək hazırladığı bütün maddələri, alətləri, mexanizm və sistemləri ifadə edən bir termindir. Təbiətdəki planların nümunə götürülməsi yolu ilə hazırlanan alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni zəka (AI), tibb sənayesi və hərbi təchizat kimi sahələrdə istifadə edilmək üçün ehtiyac hiss edilir. Biomimetika (biomimikriya) ilk dəfə Montana ştatından (ABŞ) olan bir yazıçı və elmi müşahidəçi Ceyn M.Benyus tərəfindən ortaya atılmış bir termindir. Dilimizdə «biotəqlid» mənasına gələn bu məfhum sonralar bir çox insanlar tərəfindən şərh və tətbiq edilmişdir. Biomimetika haqqındakı fikirlərdən biri belədir:
«Biomimikriyanın əsas mövzusu təbiətdən model, ölçü və ağıl kimi öyrənəcəyimiz çox şeyin olmasıdır. Bu tədqiqatçıların müştərək cəhəti təbiətdəki plana hörmətlə yanaşması və insanların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında onlardan istifadə edərək ilham almasıdır».165
Məhsulun keyfiyyətini və məhsuldarlığını artırmaq üçün təbiətdən faydalanan şirkətlərdən biri «İnterface»in məhsul strateqi Devid Eyki biomimetika haqda bunları deyir:
«Təbiət mənim iş və strategiya mövzularında baş məsləhətçim, həyat tərzim üçün bir modeldir. Təbiətin sistemi milyonlarla ildir fəaliyyətdədir... Biotəqlid təbiətdən öyrənməyin bir yoludur».166
Alimlər son vaxtlar sürətlə yayılan bu fikri mənimsədi, qarşılarındakı bənzərsiz və qüsursuz modelləri misal götürərək fəaliyyətlərini sürətləndirdilər. Təbiətdəki planlar ən az avadanlıq və enerji ilə ən çox məhsuldarlıq əldə etmək, özünübərpa xüsusiyyətləri, təkrar istehsal və təbiət dostu olmaq, səssiz çalışmaq, estetik, dözümlü və uzunömürlü olmaq baxımından texnoloji çalışmalara bir nümunə deməkdir. «High Country News» adlı bir qəzetdə biomimetika elmi bir hərəkat olaraq tərif edilir və bu cür izah olunur:
«Təbiət sistemlərini model kimi qəbul edərək bu gün istifadə etdiyimizdən daha uzunömürlü texnologiyalar əldə edə bilərik».167
Təbiətdə müşahidə etdiyi mükəmməl strukturların üzərində baş sındıraraq təbiətdəki modellərin təqlid edilməli olduğuna inanan C.M.Benyusun «Biomimikriya» («Biomimicry») adlı kitabında verdiyi misallardan bəziləri bunlardır:
◉ Arıquşularının 10 qramdan daha az yanacaqla Meksika körfəzini keçə bilməsi;
◉ Cırcıramaların ən yaxşı vertolyotlardan daha yaxşı manevr edə bilməsi;
◉ Termit qalalarında iqlim şəraitinin və havalandırma sisteminin təchizat və enerji sərfiyyatı baxımından insanların yaratdığından daha üstün olması;
◉ Yarasanın çoxtezlikli ötürücüsünün insanların düzəltdiyi radarlardan daha məhsuldar və həssas işləməsi;
◉ İşıqsaçan alqlerin (dəniz yosunu) bədən fanarlarını işıqlandırmaq üçün müxtəlif kimyəvi maddələri bir yerə cəmləməsi;
◉ Qütb balıqları və qurbağaların donandan sonra təkrar həyata qayıtması və orqanlarının donma nəticəsində zərər görməməsi;
◉ Buqələmun və mürəkkəb balığının olduqları şəraitə tamamilə uyğun tərzdə dərilərinin rəngini, naxışlarını bir anda dəyişdirməsi;
◉ Arı, tısbağa və quşların xəritələri olmadığı halda uzun məsafələri düzgün qət etməsi;
◉ Balina və pinqvinlərin oksigen balonu olmadığı halda suya dalması...
Burada bir neçə nümunəsini qeyd etdiyimiz təbiətdəki bu cür heyrətamiz mexanizm və planlar texnologiyanın bir çox sahəsini zənginləşdirmək potensialına malikdir. İnformasiyamızın çoxalması və texnoloji imkanların inkişafı ilə yanaşı, bu potensial hər ötən gün daha qabarıq şəkildə ortaya çıxır.
Heyvanların hər biri insanı heyrətləndirən bir çox yaradılış xüsusiyyətlərinə malikdir. Bəziləri suda hərəkəti təmin edən ən ideal formaya (hidrodinamika) malik olduğu halda, digərləri də bizə yad olan hissiyyatlardan istifadə edirlər. Bunların əksəriyyəti insanların ilk dəfə rast gəldiyi, daha doğrusu, yeni dərk etdiyi xüsusiyyətlərdir. Bəzən bir canlının təkcə bir xüsusiyyətini təqlid etmək üçün kompyuter, mexanika, elektronika, riyaziyyat, fizika, kimya və biologiya kimi elm sahələrinin məşhur simalarının bir yerə yığışması zərurəti yaranır. Alimlər hər ötən gün təbiətdə kəşf etdikləri bənzərsiz quruluş və sistemlərdən heyrətlənir və təəccüblərini bəşəriyyətə fayda verəcək yeni texnologiyalar hazırlamaqla göstərirlər.
Təbiətdəki mükəmməl sistemlərin, istifadə edilən fövqəladə texniki imkanların öz şüur və biliklərinin fövqündə dayandığını, onların mövcud problemlərə bənzərsiz həll yolları verdiyini dərk edən alimlər artıq illərlə məşğul olaraq həll yolunu tapa bilmədikləri bir çox məsələlərdə təbiətdəki mükəmməl planların köməyinə müraciət edirlər. Bunun nəticəsi olaraq da, qısa vaxt kəsiyində müsbət nəticələr əldə edə bilirlər. Alimlər təbiətin təqlidi ilə yanaşı, vaxt və əmək, eləcə də maddi mənbələrin düzgün sərf edilməsi baxımından çox mühüm qazanclar əldə edirlər. Bu gün görürük ki, inkişaf edən texnologiya yaradılış möcüzələrini bir-bir kəşf edir və biomimetika elmində olduğu kimi, canlılardakı fövqəladə planları nümunə götürərək bəşəriyyətə xidmət edir. C.M.Benyus da təbiəti təqlid edəcəyimiz təqdirdə qida və enerji istehsalı, məlumat yığmaq, sağlamlıq kimi bir çox sahələrdə özümüzü rahatlıqla inkişaf etdirə biləcəyimizi müəyyənləşdirib. Bu mövzulardan bəhs edən bir çox elmi məqalədən bir neçəsinin sərlövhəsini belə qeyd edə bilərik:
«Elm təbiəti təqlid edir»,168
«Həyatın plandakı dərsləri»,169
«Biomimikriya: gözümüzün qarşısında gizlənən sirlər»,170
«Biomimikriya: təbiətin ilham verdiyi kəşflər»,171
«Biomimikriya: bizi əhatələyən üstün qabiliyyət»,172
«Biomimikriya: təbiətdən yaxşı dizaynlar əldə etmək»,173
«Biomimikriya: təbiətdəki planlardan materiallar əmələ gətirmək»,174
«Mühəndislər plan üçün təbiətdən nümunə götürürlər».175
XIX əsrdə təbiətin təqlidi təkcə estetika baxımından tətbiq sahəsinə malik idi. Dövrün rəssam və memarları təbiətdəki gözəlliklərdən təsirlənir, yaratdıqları əsərlərdə bu quruluşların zahiri görüntülərini nümunə götürürdülər. Amma təbiətdəki planların fövqəladəliyinin və bunların təqlidinin insanlara fayda verəcəyinin başa düşülməsi yalnız XX əsrdə təbii mexanizmlərin molekulyar səviyyədə tədqiqi ilə başlamışdır. Bu gün alim və tədqiqatçılar Quranda təxminən 1400 il əvvəl bildirildiyi kimi, canlılardan «dərs» alırlar (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «Biomimetika: texnologiya təbiəti təqlid edir»).
«Onlar gözlərini zəlilanə aşağı dikib sanki səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar». («Qəmər» surəsi, 7)
Yuxarıdakı ayədə iman gətirməyənlərin axirətdəki vəziyyəti xəbər verilir. Gəlib-getmiş milyardlarla insanın kütləvi şəkildə dirilməsi səpələnən çəyirtkələrə oxşadılır. Şübhəsiz ki, Allah`ın bu misalı çəkməsinin bir çox hikməti var. XX əsrdə çəyirtkələrin üstünə yerləşdirilən mikrokameralarla aparılan əhatəli tədqiqatlar zamanı bir çox məlumatlar əldə edilib. Çəyirtkə sürüləri çox izdihamlı olur, sanki tək bir bədən kimi hərəkət edirlər. Milyardlarla çəyirtkə bir yerə yığışanda eni-uzunu kilometrlərlə ölçülən qapqara bir yağış buludunu xatırladır. Bu sürülərin bəzilərinin 3-5 km enində və metrlərlə dərinlikdə olduğu müəyyən edilib. Çəyirtkə sürüləri bu cür sıxlaşanda elə sanırsan ki, hava qaralıb.176
Bu canlılarla bağlı əldə edilən başqa bir məlumat onların öz yumurtalarını torpağın içinə toxum kimi yerləşdirməsi və çəyirtkə sürfələrinin uzun müddət torpağın altında qalandan sonra torpağın səthinə bir yerdə çıxmasıdır. Dişi çəyirtkələr torpağın altına doğru 10-15 sm-lik tunel qazandan sonra bir dəfəyə 95-158 sürfə buraxır. Bir çəyirtkə bu əməliyyatı təxminən üç dəfə təkrarlayır. Sürfələr yetişəndə -havanın temperaturuna bağlı olaraq 10-65 gün arasında- kütləvi şəkildə torpağın altından çıxırlar. 1 kvadratmetrlik ərazidə 1000 yumurta çuxuru olur. Çəyirtkə sürüləri bir neçə yüz kvadratmetrlik sahəni əhatə edə biləcək çoxluqdadırlar. Kvadratmetrə düşən çəyirtkə miqdarı isə 40-80 milyon arasında dəyişir.177 Çəyirtkələrin torpağın altında olması, uzun müddət qalandan sonra kütləvi şəkildə yer səthinə çıxması qiyamət günü insanların dirilməsinə oxşar bir görüntü ola bilər (ən doğrusunu Allah bilir).
Hazırda çəyirtkələri araşdırmaq üçün xüsusi qruplar yaradılıb və bu tədqiqatların bir hissəsində görüntü əldə etmək üçün uzaqdan idarəetmə sistemlərindən istifadə edilir. Hətta NASA-nın (Amerika Aerokosmik Tədqiqatlar Agentliyi) peyk məlumatlarından da Afrikada səhra çəyirtkə koloniyalarının geniş yayılıb inkişaf etdiyi sahələri müəyyənləşdirmək üçün istifadə olunur. Hətta peyk məlumatları sayəsində 18 milyon kvadratmetrlik sahələrdə yerdən və havadan əhatəli araşdırmalar aparmaq mümkün olur. Göründüyü kimi, çəyirtkələrlə bağlı bu məqamları müəyyənləşdirmək üçün bu texnologiyaların mövcud olmadığı bir dövrdə belə bir təşbehin ifadə edilməsi Quranın hər şeyi bilən Allah`ın vəhyi olmasının daha bir dəlilidir.
Quranda hz. Süleymanın ordularından bəhs edilərkən qarışqaların arasında bir xəbərləşmə sistemi olduğuna işarə edilir:
«Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"» («Nəml» surəsi, 18)
XX əsrdə qarışqalarla bağlı aparılan elmi tədqiqatlar bu xırda həşəratların çox mütəşəkkil bir sosial həyat tərzinə malik olduqlarını və bu təşkilatçılığın tələb etdiyi kimi, onların arasında çox kompleks bir əlaqə şəbəkəsinin mövcud olduğunu ortaya qoyub. «National Geographic» jurnalında dərc olunan bir məqalədə bu mövzudan belə bəhs edilir:
“Böyük və ya kiçik olmasından asılı olmayaraq, hər hansı bir qarışqa başında olan mürəkkəb hiss orqanları ilə milyonlarla, hətta daha çox kimyəvi və əyani siqnallar alır. Onun beynində 500000 sinir hüceyrəsi var, gözlər bitişikdir, antenaları insandakı burun və barmaq ucu kimi hərəkət edir. Ağızın altında olan proyeksiyalar dadı hiss edir, tüklər toxunmağa reaksiya verir”.178
Biz qavramasaq da, qarışqalar həssas hiss orqanları sayəsində çox fərqli əlaqə üsullarından istifadə edir. Ovlarını tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan döyüşməyə qədər həyatlarının hər anında bu hiss orqanlarından faydalanırlar. 2-3 millimetrlik bədənlərinin daxilinə sığdırılmış 500 min sinir hüceyrəsi ilə insanları təəccübləndirəcək bir rabitə sisteminə malikdirlər.
Bu həşəratların münasibətində reaksiyalar müəyyən kateqoriyalara ayrılır: siqnal ötürmək, yığışmaq, qida yerini xəbər vermək, təmizlənmək, maye qida dəyişikliyi, qruplaşma, tanımaq, kasta müəyyənləşdirmək...»179
Bu reaksiyalarla nizamlı bir cəmiyyət forması yaradan qarışqaların qarşılıqlı informasiya mübadiləsinə əsaslanan bir həyatı var. Qarışqalar məlumat ötürməklə bəzən insanların danışaraq həll edə bilmədiyi mövzularda (yığışmaq, bölüşmək, təmizlənmək, müdafiə olunmaq və s. kimi) daha qüsursuz əlaqə nümayiş etdirirlər. Qarışqalar daha çox kimyəvi səviyyədə bir təmas yarada bilirlər. Onların əlaqə qurmaq məqsədilə istifadə etdiyi kimyəvi maddə yarı kimyəvi (semiochemicals) maddə kimi tanınan feromenlərdir. İy kimi qavranılan və daxili ifrazat vəzilərində ifraz olunan bir maye olan feromenlər qarışqa kütlələrinin təşkilatlanmasında mühüm rol oynayır. Bir qarışqa siqnal olaraq bu mayeni ifraz edəndə digərləri qoxu və ya dad almaq yolu ilə bu mesajı alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar bütün siqnalların koloniyanın ehtiyaclarına görə ifraz olunduğunu müəyyənləşdirib. Bundan başqa, qarışqaların ifraz etdiyi feromenin qatılığı vəziyyətin nə dərəcədə fövqəladə olmasına görə də dəyişir.180
Aydın olduğu kimi, qarışqaların apardığı əməliyyatları yerinə yetirə bilmək üçün əhatəli kimya elminə ehtiyac var. 14 əsr bundan əvvəl qarışqalar haqqında bu cür müfəssəl informasiyanın olmadığı bir dövrdə qarışqaların əlaqə yaratmasına diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Qarışqa möcüzəsi»).
“Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxaran Allah`dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?” (“Ənam” surəsi, 6/95)
Yuxarıdakı ayədə Quranın göndərildiyi dövrdə bilinməsi mümkün olmayan bir qidanın cücərdilməsinə diqqət çəkilmişdir.
Bir canlı öləndə mikroorqanizmlər onu sürətlə parçalayır, beləliklə də ölü bədən üzvi molekullara ayrılmış olur. Bu molekullar torpağa qarışaraq bitki və heyvanların, dolayısilə də insanların əsas qida mənbəyinə çevrilir. Əgər bu çevrilmə olmasaydı, həyat da mümkün olmazdı.
Bakteriyaların da üzərinə canlıların kəskin ehtiyac duyduğu mineralları və qidaları hazırlamaq vəzifəsi düşür. Qış boyu haradasa ölü vəziyyətdə olan bitki və heyvanların yazda təkrarən ehtiyac duyacağı bütün qida və minerallar bakteriyaların qışdakı fəaliyyəti ilə təmin edilir. Qış ərzində bakteriyalar üzvi maddə ifraz edən canlıları, yəni heyvan və bitki ölülərini ayıraraq onları minerallara çevirirlər.181 Beləliklə, canlılar yazda oyananda qidalarını da hazır olaraq tapırlar. Bakteriyaların fəaliyyəti sayəsində həm olduqları şəraitdə bir “yaz təmizliyi” edilmiş, həm də yayda təkrar canlanan təbiət üçün kifayət qədər qida hazırlanmış olur.
Göründüyü kimi, ölən canlılar yeni canlıların yaşaması üçün ilk növbədə həyat rolunu oynayırlar. Beləliklə, Allah`ın ayədə “ölüdən diri, diridən də ölü çıxardan” ifadəsi ilə diqqət yetirdiyi bu təkrar çevrilmələr və ya təkrar qida istehsalı ən mükəmməl səviyyədə həyata keçirilir. Quranda belə müfəssəl bir məlumata əsrlərdən əvvəl diqqət çəkilməsi Quranın Allah`ın sözü olduğunun dəlillərindən biridir.
1. Ölen bitki ve hayvanlar |
3. Şemada canlandırıldığı gibi ölen bitki ve hayvanlar bakteriler tarafından ayrıştırılarak minerallere dönüştürülürler. Toprağa karışan bu organik artıklar da bitkilerin temel besin kaynağını oluştururlar. Dolayısıyla bu besin döngüsü tüm canlılar için hayati önem taşımaktadır. |
“Biz onları mağarada illərlə qulaqlarına vurduq (yuxuya verdik)”. (Kəhf surəsi, 18/11)
Yuxarıdakı ayədə qeyd edilən “qulaqlarına vurduq” ifadəsinin ərəb dilindəki əsli “darabə” feilidir. Ərəb dilində bu feil məcazi mənada “onları yuxuya verdik” mənasına gəlir. Bundan əlavə “darabə” kəlməsi qulaqla birlikdə işlədiləndə “qulağın eşitməsinin əngəllənməsi” mənasına da gəlir. Ayədə yuxu ilə əlaqəli ancaq eşitmə hissinə diqqət edilməsi isə özündə, əslində, çox mühüm bir məlumatı ehtiva edir.
Alimlərin kəşflərinə görə, qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Oyanmaq üçün saatın zənginə ehtiyac hiss etməyimizin səbəbi də budur.182 Allah`ın “Kəhf əhli” ilə əlaqəli olaraq işlətdiyi “qulaqlarına vurduq” ifadəsinin hikmətinin də bəhs edilən gənclərin eşitmə orqanlarının bağlı olmasına və buna görə də uzun illər yuxudan ayılmadan yatdıqlarına işarə olması ehtimal edilir.
“Onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, yəqin ki, dönüb qaçar, dəhşət səni bürüyərdi”. (“Kəhf” surəsi, 18/18)
Yuxarıdakı ayədə yüz illərlə yuxuda qaldıqları bildirilən “Kəhf əhli”ndən bəhs edilir. Bununla yanaşı, Allah bu ayədə həmin insanların bədənlərini sağa-sola çevirdiyini bildirir. Bunun hikməti isə çox yaxın bir tarixdə kəşf edilmişdir. Belə ki, uzun müddət eyni vəziyyətdə yatan insanlar qan dövranında tarazlığın pozulması, dəridə yaraların olması, yataq tərəfə dəyən nahiyələrdə qanın laxtalanması kimi ciddi bir səhhət problemi ilə qarşılaşırlar.183
Uzun müddət eyni vəziyyətdə yatanda meydana gələn yataq yaralarına “təzyiq yaraları” da deyilir. Çünki çox uzun müddət eyni vəziyyətdə yatanda bədənin müəyyən bir hissəsinə davamlı olaraq düşən təzyiq qan damarlarının sıxılıb qapanmasına səbəb ola bilir. Bunun nəticəsində isə qan yolu ilə daşınan oksigen və başqa qidalar dəriyə çatmır və dəri ölməyə başlayır. Bu vəziyyət bədəndə yaraların əmələ gəlməsinə səbəb olur. Əgər bu yaralar müalicə edilməsə, dərinin qatları, yağ və əzələ toxumaları da ölə bilər.184
Dərinin, ya da toxumanın altında əmələ gələn bu yaralar müalicə edilməzsə və ya infeksiyaya yoluxarsa, o, təhlükəli vəziyyətlərə gətirib çıxara bilər, hətta həyati təhlükələrə də səbəb ola bilər. Buna görə də dərinin üzərindəki təzyiqi azaltmaq üçün hər 15 dəqiqədən bir vəziyyəti dəyişdirmək sağlamlıq baxımından vacibdir. Öz-özünə hərəkət edə bilməyən iflic xəstələr də buna görə xüsusi nəzarətə götürülür və hər iki saatdan bir başqasının köməyi ilə hərəkət etdirilirlər. Yuxarıdakı ayədə məhz əsrimizdə kəşf edilən bu tibbi məlumatlara diqqət çəkilməsi, şübhəsiz ki, Quranın ayrı bir möcüzəsidir.
“...Gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur...” (“Ənam” surəsi, 6/96)
Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “səkənən” kəlməsi “sakitlik, istirahət, istirahətə çəkilmək vaxtı” mənalarına gəlir. Allah`ın Quranda bildirdiyi kimi, gecə insanlar üçün istirahət vaxtıdır. Gecələr bədəndə ifraz edilən melatonin hormonu insanı yuxuya hazırlayır. Bu hormon insanın fiziki hərəkətlərini azaldan, onu yuxulu və yorğun edən, ruhi halını dincəldən təbii bir sakitləşdiricidir.186 Yuxu boyu ürək döyüntüsünün və tənəffüsün ritmi yavaşıyır, qan təzyiqi aşağı düşür. Səhər olanda isə bu hormonun emalı dayanır və bədənə ayağa durmaq üçün xəbərdarlıq edilir.187
Yuxu həm də bədəndəki əzələlərin və başqa toxumaların bərpasına, qocalan və ya ölən hüceyrələrin təzələnməsinə imkan verir. Yuxu zamanı enerji tələbatı azaldığı üçün bütün gecə boyunca bədəndəki enerji ehtiyata yığılır. Bundan əlavə, immunitet sistemi üçün xüsusi əhəmiyyət kəsb edən bəzi mühüm kimyəvi və inkişaf hormonları da yuxu vaxtı ifraz edilir.188 Buna görə, adam kifayət qədər yatmayanda immunitet sistemi bu vəziyyətdən dərhal təsirlənir və bədən xəstəliklər qarşısında tam müdafiəsiz qalır. Bir adam iki gün yatmazsa, onun diqqətini cəmləşdirməsi çətinləşər, o, başqa vaxtlara nisbətən daha çox səhv edər. Bir adam üç gün yatmazsa, onda hallüsinasiyalar (qarabasmalar) başlayır və o, məntiqlə fikirləşə bilmək qabiliyyətini itirir.189
Gecə vaxtı insanlar kimi başqa canlılar üçün də istirahət vaxtıdır. Allah`ın gecəni bir istirahət vaxtı etməsi haqqındakı ayəsi ilə xəbər verdiyi bu vəziyyət adi gözlə müəyyən edilməsi mümkün olmayan mühüm bir həqiqətə işarət edir. Yer üzündə gündüz vaxtı həyata keçən fəaliyyətlər gecə yavaşıyır, istirahətə keçir. Məsələn, bitkilərdə günəşin çıxması ilə birlikdə yarpaqda tərləmək və buna bağlı olaraq fotosintez çoxalmağa başlayır. Günortadan sonra isə bu hadisə tərsinə çevrilir, yəni fotosintez yavaşıyır, nəfəs alıb-vermə çoxalır, çünki istiliyin çoxalması ilə birlikdə tərləmək də sürətlənir. Gecə isə istiliyin azalması ilə birlikdə tərləmə prosesi yavaşıyır və bitki rahatlanır. Əgər hətta bir gün gecə olmasa, bitkilərin çoxu ölərdi. Bu baxımdan, gecə insanlar üçün olduğu kimi, bitkilər üçün də istirahət etmək və dincəlmək vaxtı mənasına gəlir.
Hərəkət gecələr molekulyar səviyyədə də azalır.190 Gündüzlər Günəşin yaydığı radiasiya Yerin atmosferindəki atom və molekulları hərəkətə gətirərək onların daha yüksək enerji səviyyəsinə çatmalarına səbəb olur. Qaranlıq çökəndə atom və molekullar daha aşağı enerji səviyyəsinə düşür və radiasiya yaymağa başlayırlar.191
Quranın “Ənam” surəsinin 96-cı ayəsinin yuxarıda bəhs etdiyimiz bu elmi məlumatlara işarə olması ehtimalı var və bu da Quranın saysız möcüzələrindən biridir (ən doğrusunu Allah bilir).
İnsan yaşaya bilmək üçün oksigenə və hava təzyiqinə ehtiyac hiss edir. Nəfəs almağımız isə havadakı oksigenin ağciyərlərimizdəki hava kisəciklərinə daxil olması ilə mümkün olur. Ancaq yüksəklərə qalxdıqca Yerin atmosferi incəldiyi, yəni hava qatı seyrəldiyi üçün atmosfer təzyiqi, beləliklə də qan dövranına daxil olan oksigenin miqdarı azalır. Bunun nəticəsində, nəfəs almaq çətinləşir. Ağciyərin hava kisəcikləri daralıb büzülür, bu halda, sinə boğulan kimi olur, nəfəs alıb-vermək çətinləşir.
Əgər qandakı oksigen orqanizmin tələb etdiyindən daha az olarsa, orqanizmdə narahatçılıq yaranır. Bu zaman adamda həddindən artıq yorğunluq, baş ağrısı, başın hərlənməsi, mədə bulanması, düşünmək və mühakimə yürütmək qabiliyyətinin pozulması kimi əlamətlər özünü göstərməyə başlayır. Müəyyən bir yüksəkliyə çatanda isə insanın nəfəs alıb-verməsi, ümumiyyətlə, mümkün olmur.192 Beləliklə də insanın belə bir yüksəklikdə yaşaması üçün oksigenin köməyinə və xüsusi geyimlərə ehtiyacı olur.
Dəniz səviyyəsindən 5000-7500 metr hündürlükdə olan bir adam nəfəs almağın çətinliyi ucbatından ürəyi gedərək koma vəziyyətinə düşə bilər. Buna görə də təyyarədə uçarkən sərnişinləri nəfəs almaq üçün oksigenlə təmin edirlər. Təyyarələr dəniz səviyyəsindən 9000-10000 metr hündürlükdə uçarkən salonda hava təzyiqini nizamlayan xüsusi sistemlər olur.
“Anoksiya” (“hava çatışmazlığı”) kimi tanınan narahatçılıq da oksigenin bədən toxumalarına daxil ola bilməməyindən meydana gəlir. Bu cür oksigen çatışmazlığı 3000-4500 metr yüksəklikdə baş verir. Bəzi adamlar belə bir şəraitdə ağlını da itirə bilər. Belə olan halda, dərhal oksigen verməklə onları həyata qaytarmaq mümkündür.
Aşağıdakı ayədə yer alan bənzətmədə bu fiziki həqiqətə - hündürlüyün artması ilə döş qəfəsində meydana gələn dəyişikliyə - belə işarə edilir:
“Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun sinəsini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!” (“Ənam” surəsi, 6/125)
111. http://www.ridgesandfurrows.homestead.com/fingerprint.html
112. http://www.ridgesandfurrows.homestead.com/fingerprint.html
113. http://www.optel.com.pl/article/english/article2.htm; A. A. Moenssnens, “Fingerprint Techniques”, Chilton Company, 1971.
114. Hayvanlar Ansiklopedisi-Bücekler, Phoesbus Publishing Company, İstanbul, 1979, s. 97.
115. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur’an, Crescent Publishing House, New York, ABŞ, 1998, ss. 68-69.
116. http://www.newswise.com/articles/2000/8/HEALER. NHB.html; National Honey Board, 1 avqust 2000.
117. http://www.nutritionfarm.com/health_news/1998/antioxidants4.htm; Journal of Apicultural Research, 1998, c. 37, ss. 221-225; http://www.sciencenews.org/sn_arc98/9_12_98/Bob1.htm
118. http://news.bbc.co.uk/2/hi/health/3787867.stm; Angie Knox, “Harnessing honey’s healing power”, 8 iyun 2004
119. http://www.sdearthtimes.com/et0100/et0100s17.html
120. http://www.draperbee.com/info/honey_news.htm
121. http://www.geocities.com/SoHo/Easel/3809/hurma.htm
122. http://www.sgp-dates.com/date.htm
123. http://198.65.147.194/English/Science/2000/7/article5.shtml; http://www.people.virginia.edu/~rjh9u/oxytocin.html; http://eilat.sci.brooklyn.cuny.edu/newnyc/DRUGS/OXYTOCIN.HTM#supplied
124. The Independent Newspaper, 9 iyul 1995.
125. http://www.sgp-dates.com/date.htm
126. http://www.telmedpak.com/agricultures.asp?a=agriculture& b=date_palm
127. http://www.telmedpak.com/agricultures.asp?a=agricul ture&b=date_palm
128. http://www.californiafigs.com/nutrition/
129. http://www.californiafigs.com/nutrition/
130. http://www.californiafigs.com/nutrition/
131. Dr. Joe A. Vinson, “The Functional Food Properties of Figs”, Cereal Foods World, Şubat 1999, c. 44, no. 2.
132. Dr. Joe A. Vinson, “The Functional Food Properties of Figs”, Cereal Foods World, Şubat 1999, c. 44, no. 2.
133. http://www.californiafigs.com/industry/page2.html
134. http://www.californiafigs.com/industry/page2.html
135. Bilim ve Teknik Dergisi, sentyabr 1998, s. 86.
136. http://www.ventris.org.uk/health_supplements_biocare_s-e52760.htm
137. http://www.homeschoolmath.net/other_topics/fats-intelligence.php
138. B. J. Holub, “Fish oils and cardiovascular disease”, CMAJ, 1989, c. 141, no. 1063; W.E. Connor, “The importance of n-3 fatty acids in health and disease”, Am J. Clin. Nutr., 2000, c. 71, (1 Suppl):171S-5S; P. Angerer, C. von Schacky, “n-3 Polyunsaturated fatty acids and the cardiovascular system”, Curr. Opin. Lipidol, 2000, c. 11, no. 1, ss. 57-63.
139. http://news.bbc.co.uk/1/hi/health/3837329.stm; BBC News, “‘Fish’ test for heart attack risk”, 26 iyun 2004
140. http://news.bbc.co.uk/1/hi/health/3835657.stm; BBC News, “Mother’s fish diet boost to baby”, 24 iyun 2004
141.http://www.umm.edu/altmed/ConsSupplements/Omega3FattyAcidscs.html?cfA3F3B2C5=bmVuNjE4Mzpnb29keWVhcl9lbWVhX2ludGVybmV0Ok9S3oVvl46l1fxb71Iaai4=
142. Archives of General Psychiatry, Ekim 2002, c. 59, ss. 913-919
143. http://www.omega-3info.com/arthritis.htm
144. Scientific Encyclopedia, s. 207.
145. European Journal of Clinical Nutrition, aprel 2002, c. 56, ss. 114-120.
146. Archives of Internal Medicine, 1998, c. 158, ss. 1181-1187.
147. A. Keys, A. Menotti, M.J. Karvonen, et al., “The diet and 15-year death rate in the Seven Countries Study”, Am. J. Epidemiol, 1986, c. 124, ss. 903-915; W.C. Willett, “Diet and coronary heart disease”, Monographs in Epidemiology and Biostatistics, 1990, c. 15, ss. 341-379; World Health Organization: Diet, nutrition, and the prevention of chronic diseases, Report of a WHO Study Group, WHO Technical Report Series, Geneva, 1990, c. 797.
148. http://www.ncbi.nlm.nih.gov/entrez/query.fcgi?cmd=Retrieve& db=PubMed&list_uids=12442909&dopt=Abstract
149. Journal of the American Heart Association, sentyabr 1999.
150. Archives of Internal Medicine, 1998, c. 158, ss. 41-45.
151. American Journal of Clinical Nutrition, 1999, c. 70, ss. 1077-1082.
152. American Journal of Clinical Nutrition, 1999, c. 70, ss. 1077-1082.
153. Diane H. Morris, PhD., RD., A Health and Nutrition Primer, “Importance of Omega-3 Fatty Acids for Adults and Infants”, ss. 28-34
154. http://www.mercola.com/2000/oct/22/infant_formula. htm
155. Muammer Kayahan, “Sağlıklı Yaşam ve Zeytinyağı”, Bilim Teknik Dergisi, aprel 1995, s. 48.
156. Muammer Kayahan, “Sağlıklı Yaşam ve Zeytinyağı”, Bilim Teknik Dergisi, aprel 1995, s. 48.
157. Muammer Kayahan, “Sağlıklı Yaşam ve Zeytinyağı”, Bilim Teknik Dergisi, aprel 1995, s. 48.
158. Hğrriyet, 14 may 1997, Ayşegğl Kartal, Zeytinyağı Kongresi.
159. Prof. Dr. Fehmi Tuncel, Bilim Teknik Dergisi, yanvar 1993.
160. Barbara A. Brehm, Your Health and Fitness, Fitness Management Magazine, 1990.
161. Kathleen Mullen, Some Benefits of Exercise, Medical Times, C.Brown Publishers, 1986.
162. Edward O. Wilson, Sociobiology: The New Synthesis, The Belknap Press of Harvard University Press, İngiltere, 1975, s. 123.
163. Russell Freedman, How Animals Defend Their Young, E. P. Dutton, New York, 1978, s. 69.
164. Russell Freedman, How Animals Defend Their Young, E. P. Dutton, New York, 1978, ss. 66-67.
165. http://www. biomimicry. org/reviews_text.html
166. http://www.bfi.org/Trimtab/spring01/biomimicry.htm
167. http://www. biomimicry.org/reviews_text.html; Michelle Nijhuis, High Country News, 6 iyul 1998, c. 30, no.13.
168. Bilim ve Teknik Dergisi, avqust 1994, s. 43.
169. http://www. nature. com/cgi-taf/DynaPage. taf?file=/nature/journal/v409/n6818/full/409413a0_fs. html&_UserReference=C0A804EF46B465AFF2C953AE40623B641423
170. http://www. natlogic. com/resorces/nbl/v06/n22. html
171. http://www. biomimicry. org/reviews_text.html
172. http://www. biomimicry. org/reviews_text.html
173. http://www. rdg. ac. uk/AcaDepts/cb/96vincent.html
174. http://www. the-scientist.com/yr1991/july/research_910708.html
175. New York Times, 11 lekabr 2001.
176. http://73.1911encyclopedia.org/E/EC/ECONOMICS.htm
177. www.fao.org/NEWS/GLOBAL/LOCUSTS/LOCFAQ. htm#q5
178. National Geographic, c. 165, no. 6, s. 777.
179. Bert Hülldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 227.
180. Bert Hülldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 244.
181. Bilim ve Teknik, may 1987, no. 234, s. 17.
182. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur’an, Crescent Publishing House, New York, ABŞ, 1998, s. 108.
183. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur’an, Crescent Publishing House, New York, ABŞ, 1998, s. 108.
184. http://www.geocities.com/abusedelders/page9.html
185. http://www.biomedcentral.com/1364-8535/5/81/abstract
186. http://www.bodyandfitness.com/Beauty/Anti-Aging/melatonin1.htm
187. www.stenlake.com.au/ShowDocument.asp?DocumentId =53
188. http://wildcat.arizona.edu//papers/90/ 22/05_1_m.html
189. http://fitness.howstuffworks.com/sleep.htm?printable=1
190. http://aggiehorticulture.tamu.edu/greenhouse/ornamentals/light.html
191. http://beta.physicsweb.org/article/news/5/1/10