Buludların çəkisini göstərən rəqəmlər çox heyrətamizdir. Məsələn, kümülonimbus növlü fırtına buludunda 300.000 ton çəkidə su olur. Göy üzündə 300 000 tonluq bir kütləni saxlaya bilən bir nizam, şübhəsiz ki, təəccüb doğuran bir vəziyyətdir.
Quranın başqa ayələrində də buludların çəkisinə bu cür diqqət yönəldilir:
“Küləkləri öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər ağır buludları hərəkətə gətirdiyi zaman biz onları (quraqlıqdan) ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk”. (“Əraf” surəsi, 7/57)
“Sizə qorxu və ümid məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları da yaradan Odur”. (“Rəd” surəsi, 13/12)
Əlbəttə, Quranın göndərildiyi dövrdə insanların buludların ağırlığı ilə bağlı bu məlumatları bilməsi mümkün deyildi. Quran ayələrində nəzəri dərhal cəlb edən və yalnız yaxın keçmişdə kəşf edilən bu məlumat Quranın Allah`ın sözü olduğunu göstərən dəlillərdən biridir.
Quranda yağış haqqında verilən başqa bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. “Zuxruf” surəsində belə buyurulur:
“O Allah ki, göydən müəyyən bir miqdar su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız”. (“Zuxruf” surəsi, 43/11)
Yağışın miqdarı ilə bağlı yuxarıdakı məlumat da XX əsrdəki tədqiqatlarla öz təsdiqini tapıb. Hesablamalara görə, Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda, bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıq daxilində “müəyyən bir miqdar”a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamlığı da bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan hətta tam istifadə etsə belə, bu dövriyyəni əsla süni şəkildə gerçəkləşdirə bilməz. Əgər bu suyun miqdarında hətta kiçicik dəyişiklik baş versə, qısa vaxt keçdikdən sonra böyük bir ekoloji natarazlıq yaranar ki, bu da həyatın sonuna səbəb olar. Lakin bu, heç vaxt ola bilməz. Çünki Quranda da bildirildiyi kimi, yağış Yer üzünə hər il eyni miqdarda düşməyə davam edir.
Yağışın yağması hadisəsindəki bu heyrətamiz dərəcədə dəqiq ölçü-biçi, bu ilahi nizam özünü yağışın təkcə miqdarında deyil, həm də yağış damcılarının düşməsindəki sürətin dəyişməz olmasında da göstərir.
Alman fiziki, Nobel mükafatı laureatı Filipp Lenart araşdırmaları nəticəsində müəyyənləşdirib ki, yağış damcılarının diametri genişləndikcə onların yerə düşmə sürəti də çoxalır. Amma düşmə sürətindəki bu çoxalma yağış damcısının diametri 4,5 mm olana kimi davam edir. Daha böyük yağış damcılarında isə düşmə sürəti saniyədə 8 mm-i keçmir.60
Bunun səbəbi damcıların düşərkən aldığı formadır. Yağış damcılarının bu xüsusi forması atmosferin sürtünmə təsirini çoxaldır və damcıların müəyyən bir sürət limitini keçməsinə mane olur.
Göründüyü kimi, yağışın yağması ilə bağlı əvvəllər heç kimin dərk edə bilmədiyi həqiqətlər öz əksini Quranda hələ 1400 il bundan öncə, özü də heyrətamiz bir dəqiqliklə tapıb.
Her yıl gökyüzüne buharlaşan ve tekrar yeryüzüne yağmur olarak düşen su miktarı "sabit"tir: saniyede 16 milyon ton. Bu sabit miktar Kuran'da "belli bir miktar suy”un gökten indirilmesi olarak haber verilmektedir. Ekolojik dengenin ve dolayısıyla hayatın devamlılığının sağlanmasında, bu miktarın sabit olmasının önemi son derece büyüktür. |
h. yükseklik (km) A. Ayrı ayrı küçük bulut parçaları (kümülonimbüs bulutları) B. Küçük bulutlar biraraya geldiğinde oluşan daha büyük bulutun içindeki yukarı çekilmeler artar, böylece bulutlar yukarıya doğru yığılır. |
Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi.
Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın “xammalı” külək vasitəsi ilə havaya qalxır, sonra buludlar meydana gəlir, nəhayət, sonda yağış damcıları ortaya çıxır.
Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar söylənənlər isə bütövlükdə bu proseslərin mahiyyətini açıqlayır. Bir ayədə yağışın yaranması prosesi haqqında belə məlumat verilir:
“Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allah`dır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”. (“Rum” surəsi, 30/48)
Yukarıdaki çizimde okyanuslardaki köpüklenme ile oluşan su zerreciklerinin gökyüzüne fırlaması görülmektedir. Bu, yağmurun oluşumundaki ilk aşamadır. Bundan sonra oluşan bulutlardaki su damlacıkları havada asılı kalacak ve bunlar yoğunlaşarak yağmuru oluşturacaktır. Bu aşamaların tümü ayetlerde eksiksiz olarak bildirilmektedir. |
İndi isə bu ayədə ifadə edilən üç mərhələni araşdıraq:
I mərhələ. “Allah küləkləri göndərir...”
Okeanlardakı suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava qabarcıqları davamlı şəkildə ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu su zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə doğru yol alır. Aerozol adlandırılan bu kiçik su zərrələri dənizlərdən qalxan su buxarını “su tələsi” adı verilən bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud topalarını əmələ gətirir.
II mərhələ. “...Buludları hərəkətə gətirər, onları göy üzündə istədiyi kimi yaradar və topa-topa edər...”
Duz kristallarının və yaxud da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla örtülür.
III mərhələ. “...Artıq buludların arasından yağış çıxdığını görürsən”.
1. Buz Kristalleri |
Yukarıya doğru genişleyerek üstüste yığılan bulutlar dikey olarak büyüdükleri için atmosferin daha serin yerlerine doğru ulaşırlar. Atmosferin serin bölgelerinde ise su ve dolu damlaları büyümeye başlar. Ağırlaşan su damlaları buluttan yağmur, dolu vs. şeklinde düşmeye başlar. İşte bu bilimsel gerçek Nur Suresi'nin 43. Ayetinde 14 asır önce:"…sonra da onları üstüste yığmaktadır; böylece, yağmurun bunların arasından akıp çıktığını görürsün…"ifadesi ile bildirilmiştir. |
Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər. Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.
Göründüyü kimi, yağışın əmələ gəlməsinin hər bir mərhələsi Quran ayələrində aydın şəkildə təsvir olunub. Həm də bu mərhələlər elmi mənbələrdəki mərhələlərə uyğun olaraq açıqlanıb. Dünyadakı əksər təbii hadisələrdə olduğu kimi, bu məsələdə də Allah ən doğru olanı açıqlamış, həm də bunu elmi kəşflərdən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara çatdırmışdır.
Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu məlumatlar verilir:
“Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar?! Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər”. (“Nur” surəsi, 30/43)
Buludların tiplərini öyrən
ən alimlər yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələr əldə ediblər. Yağış buludları müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağış buludlarından biri olan kümülonimbus növlü buludların əmələ gəlməsi prosesinin elmi izahı aşağıdakı kimidir:
I mərhələ. Qovulma: buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovulurlar.
II mərhələ. Toplanma: külək tərəfindən qovulan bu kiçik buludlar (kümülonimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.61
III mərhələ. Yaranma: kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır. Buludun mərkəzindəki yuxarı çəkmə gücü kənarlardakı analoji gücdən daha çoxdur. Bu yuxarı çəkmələr buludun gövdəsindən başlayaraq yuxarı istiqamətə doğru böyüməsinə səbəb olur. Bununla da buludlar yuxarı tərəfə genişlənərək üst-üstə yığılır. Bu da yuxarı tərəfə doğru böyüyən buludun gövdəsinin atmosferin daha sərin yerlərinə tərəf uzanmasına səbəb olur. Bu nöqtədə atmosferin sərin qatlarındakı buludda olan su və dolu damcıları böyüməyə başlayır. Bu mərhələlərin nəticəsində su və dolu damcıları yuxarı çəkilmə gücünün onları dəstəkləyə bilməyəcəyi qədər ağırlaşdığı vaxt buludlardan yağış, dolu və s. yağmağa başlayır.62
Unutmaq olmaz ki, meteoroloqlar buludun əmələ gəlməsi, strukturu və funksiyası ilə bağlı proseslərin bütün təfərrüatlarını yalnız son dövrlərdə, özü də son dövrün inkişaf etmiş elmi-texniki nailiyyətlərindən (təyyarə, süni peyklər, kompyuter və s.) istifadə etməklə öyrəniblər. Amma nəzərdən qaçırılmamalıdır ki, bütün bunlar barədə hələ 1400 il bundan əvvəl Allah`ın bu ayələrində məlumat verilmişdi.
“...Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl cütdən bar gətirər”. (“Həcc” surəsi, 22/5)
Bu ayədə “titrəyir” olaraq tərcümə edilən kəlmə ərəb dilində “ihtəzzət”dir və bu kəlmə “hərəkət edir”, “canlanır”, “titrəyir”, “bitkinin hərəkət etməsi və uzanması” mənalarına gəlir. “Qabarar” olaraq tərcümə edilən “rəbət” kəlməsi isə “artar”, “çoxalar”, “qabarar”, “inkişaf edər”, “bitkinin yüksəlməsi”, “ərzağın təmin edilməsi”, “şişmək”, “içinin hava ilə dolması” mənalarına gəlir. Ayədə qeyd edilən bu kəlmələr yağış zamanı torpağın molekulyar quruluşundakı dəyişiklikləri ən düzgün şəkildə ifadə edir.
Torpaq parçaları bir-birinin üstünə keçən təbəqələrdən yaranır və bu təbəqələrin arasına daxil olan su torpaq parçalarının həcminin böyüməsinə, onların qabarmasına səbəb olur. Ayədə bəhs edilən mərhələlər elmi şəkildə bu formadadır:
Torpaq yağış suyunu kifayət qədər özünə çəkəndə torpaq parçalarının səthində yaranan elektrostatik yük tarazın pozulmasına səbəb olur. Bu da torpaq parçalarının titrəməsinə gətirib çıxarır. Bu titrəmə torpaqda elektrik yükünün balanslaşmasına kimi davam edir. Torpaq parçalarının hərəkətlənib titrəməsi onların su zərrələri ilə çarpışmasından da meydana gəlir. Su zərrələrinin hərəkəti müəyyən bir istiqamətdə olmur. Hər tərəfdən çarpan su torpaq parçalarının yerdəyişməsinə səbəb olur. Bu, hazırda “Braun hərəkəti” (Brownian movement) kimi məşhur olan və 1827-ci ildə Robert Braun adlı şotland botanikin tərif verdiyi mikroskopik parçaların hərəkətidir.63 Braun yağış damcılarının torpağa düşərək torpaq molekullarında bir növ silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdi.
Yağış yağanda müxtəlif istiqamətlərdən gələn su damcıları torpaq parçalarının titrəməsinə, beləliklə, suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olur. Çünki suyun miqdarı bol olanda torpaq parçalarının arasındakı məsafə çoxalır. Bu məsamə və boşluqlar su zərrəciklərinin və ərimiş ionların torpağın içinə daxil olmasını təmin edir. Su və suyun içində ərimiş şəkildə mövcud olan başqa qidalandırıcı maddələr təbəqələr arasında yayılır. Bu da torpaq parçalarının həcminin böyüməsinə səbəb olur. Dolayısilə, bu parçalar torpağı canlandırmaq üçün zəruri olan su anbarı kimi fəaliyyət göstərirlər. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun heç yerə sızmadan torpaq parçaları təbəqələrinin arasına yığılması Allah`ın insanlara sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın dərinliklərinə sızar və bitkilər qısa vaxtda məhv olardı. Ancaq uca Rəbbimiz torpağı müxtəlif məhsullar çıxmasını təmin edəcək xüsusiyyətlərlə birlikdə yaradıb.
Torpaqdakı suyun miqdarı kifayət edəcək həddə çatanda toxumlar aktivləşir və bəsit qida maddələrini əmməyə başlayır. Getdikcə inkişaf edən bitkilər su ehtiyacını 2-3 ay boyunca bu depoların hesabına təmin edir. Quru torpağa yağış düşəndə baş verən proseslər yuxarıdakı ayədə üç mərhələli şəkildə bəhs edilir: torpağın titrəməsi, torpağın qabarması və torpağın məhsul verməsi. Aydın olduğu kimi, Quranda dövrümüzdən 14 əsr əvvəl bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Bir başqa ayədə isə bununla bağlı belə buyurulur:
«Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər». («Yasin» surəsi, 33)
Əkdiyinizi gördünüzmü? "Onu siz bitirirsiniz, yoxsa Biz?" "Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz," |
Yağışın ölü bir yerə “can vermək” xüsusiyyətinə Quranın əksər ayələrində diqqət çəkilir:
“...Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox insanları sulayaq!” (“Furqan” surəsi, 25/48-49)
Yağış suyunun canlılar üçün həyati əhəmiyyət kəsb etməsi ilə yanaşı, onun həm də gübrələmək xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara yüksələn yağış damcıları özündə ölü torpağa “can verə biləcək” bəzi maddələri ehtiva edir. Bu xüsusiyyətə malik olan yağış damcılarına “səthi daralma damcıları” deyilir. Belə damcılar bioloqların dəniz səthinin mikro təbəqəsi dediyi üst qatda meydana gəlir. Millimetrin onda birindən daha incə olan bu səthi pərdədə mikroskopik su yosunlarının (alqlerin) və zooplanktonların çürüməsindən yaranan çoxlu üzvi tullantı var. Həmin tullantıların bəzisi dəniz suyunda çox az mövcud olan fosfor, maqnezium, potasium kimi elementləri, bundan başqa, mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq özündə toplayır. Yer üzündəki toxum və bitkilər onların yetişməsi üçün zəruri olan çoxsaylı duzları və elementləri məhz bu yağış damcılarından alır.
Bu həqiqət Quranın başqa bir ayəsində belə ifadə edilir:
“Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik”. (“Qaf” surəsi, 50/9)
Yağışla torpağa düşən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrin bəzilərinin (kalsium, maqnezium, potasium və başqalarının) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin yetişməsi, inkişafı və daha yaxşı məhsul verməsi üçün lazım gələn elementləri yaradır.
Qısası, yağış həm də mühüm gübrədir. Torpaq yalnız yağış vasitəsilə gələn bu gübrələrlə əsrlik bir müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri əldə edə bilər. Meşələr də bu dəniz əsilli gübrələrin köməyi ilə qidalanıb inkişaf edir.
Bu yolla quru torpaq sahəsinə hər il 150 milyon ton gübrə düşür. Bu cür təbii gübrələnmə olmasaydı, Yerdə daha az bitki olar, həyatın nizamı pozulardı. Yağışın təbiəti canlandırmaq xüsusiyyətini bütün dəqiqliyi ilə açıb göstərən və ayədə yer alan bu məlumat Quranın saysız möcüzələrindən yalnız biridir.
“...Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər”. (“Nur” surəsi, 30/43)
Yuxarıdakı ayədə şimşəyin dolu ilə əlaqəsinə diqqət çəkilir. Dolunun şimşəyin əmələ gəlməsinə təsirinin olub-olmaması araşdırılsa, aydın görünər ki, ayədə mühüm bir meteorologiya hadisəsinə işarə edilib.
“Meterology Today” (“Meteorologiya bu gün”) adlı kitabda dolunun və şimşəyin meydana gəlməsi ilə bağlı belə bir izah verilir:
“Həddindən artıq çox soyumuş damcılardan və buz kristallarından meydana gələn bir bulud zonasından dolu düşəndə buludlar elektriklə yüklənir. Maye halındakı damcılar isə dolu dənələri ilə toqquşanda donur və öz potensial hərarətini itirirlər. Bu da dolunun səthinin buz kristallarının kənarından daha isti qalmasını təmin edir. Dolu buz kristalı ilə birlikdə hərəkət etməyə başlayanda isə əhəmiyyətli bir hadisə baş verir. Elektronlar daha soyuq olandan daha isti olana tərəf hərəkət edirlər. Bunun nəticəsində dolu neqativ yüklü olur.
Eyni hadisə çox soyumuş su damcıları bir dolu dənəsi ilə birgə hərəkətə keçəndə və pozitiv yüklü çox kiçik buz hissələri qırılanda da baş verir. Daha yüngül və pozitiv yüklü hissələr hava cərəyanı ilə buludların yuxarı tərəfinə doğru yığılır. Neqativ yüklə qalan dolu buludun aşağısına tərəf düşür, bununla da buludun aşağı tərəfi neqativ yüklənir. Bu neqativ yüklər ildırım şəklində Yer üzünə tərəf istiqamətlənməklə boşalır. Buna görə də dolu ildırımın əmələ gəlməsində əsas amildir”.64
1. Pozitif yük |
Su damlasının yukarıya doğru hareketinde, donma düzeyine gelmesiyle su damlası donar ve düşerken başka damlacıklarla çarpıştıkça üzerine buz yüzeyleri eklenir, bu şekilde buz oluşur. Fırtına bulutunda elektrik yükü, yağmur damlacıklarının sürekli çatlamasından oluşur. Damlacık çatladıkça, pozitif yük bulutun üst katına yükselir, negatif yük altta kalır. Bu durumda toprak yüzeyinde pozitif yük oluşacak ve yıldırım düşecektir. |
Aşağıdakı ayədə isə əsas diqqət yağış buludlarının şimşəklərlə əlaqəsinə və bunların meydana gəlməsi ardıcıllığının qeyd edilməsinə yönəldilib ki, bunlar da elmi kəşflərlə tam şəkildə üst-üstə düşür:
“Yaxud qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar...” (“Bəqərə” surəsi, 2/19)
Yağış buludları 25,6 km2-256 km2 ölçülərdə, 9000-12000 metr yüksəkliyində olan çox böyük kütlələr halındadır. Bu buludların tavanı onların belə fövqəltəbii dərəcədə qalın olması səbəbi ilə qaranlıqdır. Buludu təşkil edən su və buz hissəciklərinin miqdarı çox olduğu üçün günəş şüaları onu dəlib keçmək imkanı tapa bilmir. Bu qalınlıq səbəbi ilə də buludlar arasından Yer üzünə çox az miqdarda günəş şüası çatır və buna görə də Yerdən baxan adam buludun qaranlıq olduğunu zənn edir. Buludun üst hissələrində isə qaranlıq daha azdır və Yer üzünə yaxınlaşdıqca qaranlıq daha da çoxalır.65
Qaranlıq hadisəsindən sonra ayədə diqqət çəkilən göy gurultusu və şimşəyin meydana gəlməsi mərhələləri isə belədir. Yağış buludlarının içində elektrik yükü yığılır. Buludlardakı bu cür elektrik yüklənmə, donma, damcıların bölünməsi kimi proseslər təmas zamanı elektrik yüklənməsinin baş verməsi mərhələlər nəticəsində meydana gəlir. Bu cür elektrik yükünün yığılması araya girən havanın onları təcrid edə bilməyəcək səviyyəyə gəlməsi ilə böyük bir qığılcım şəklində pozitiv və neqativ sahələr arasında boşalır. Əks yüklərlə yüklənmiş iki zona arasındakı gərginlik bir milyard volta çata bilir. Qığılcım buludda da meydana gələ, pozitiv yüklü bir sahədən neqativ yüklü bir sahəyə tərəf iki bulud arasında axa və ya bir buluddan Yer üzünə doğru boşala bilər. Bu qığılcımlar gözqamaşdırıcı şimşək çaxmalarını doğurur. Şimşək xətti boyunca meydana gələn elektrik yükündəki bu qəfil çoxalma çox yüksək hərarətə (10 0000 C) səbəb olur. Bunun nəticəsində havada ani bir genişlənmə baş verir və çox böyük bir partlayış səsi şəklində üzə çıxan göy gurultusu yaranır.66
Göründüyü kimi, bir yağış buludunda ardıcıllıqla qaranlıq təbəqələr, şimşək kimi tanıdığımız elektrik yüklü qığılcımlar və göy gurultusu kimi qəbul etdiyimiz partlayış səsi meydana gəlir. Müasir elmin buludların meydana gəlməsi, göy gurultusunun və şimşəyin səbəbləri ilə bağlı söylədiklərinin hamısı Quranın müvafiq ayələrinin bütün mahiyyəti ilə tam uyğunluq təşkil edir.
"Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir." |
Quranın bir ayəsində küləklərin mayalandırma (tozlandırma) xüsusiyyətinə və bunun nəticəsində yağışın meydana gəlməsinə diqqət çəkilir:
“Biz yüklənmiş (tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik”. (“Hicr” surəsi, 15/22)
Ayədə diqqətimiz yağışın meydana gəlməsində ilk mərhələ rolunu oynayan küləklər olmasına cəlb edilir. Halbuki, XX əsrin ortalarına qədər belə təsəvvür olunurdu ki, yağışın yağması ilə külək arasında yeganə bir əlaqə varsa da, o da küləyin buludu qovmasıdır. Müasir dövrdə aparılan meteoroloji tədqiqatlar isə sübuta yetirdi ki, küləklər yağışın əmələ gəlməsində tozlandırıcı rol oynayır.
Yukarıdaki resimde bir dalganın oluşum aşamaları görülmektedir. Dalgalar suyun üzerinde esen rüzgarlar sayesinde oluşur. Rüzgarlarla birlikte su zerrecikleri dairesel olarak hareket etmeye başlar. Bu hareket kısa bir süre sonra arka arkaya eklenen dalgaları oluşturacak ve dalgalarla birlikte oluşan hava kabarcıkları havaya yayılacaktır. İşte bu yağmurun oluşmasındaki ilk aşamadır. Bu oluşum ayette de aşılayıcılar olarak rüzgarların gönderilmesi ve bu sayede gökten su indirildiği şeklinde haber verilmektedir. |
Küləklərin belə tozlandırma funksiyası isə bir qədər əvvəl də qeyd etdiyimiz kimi, aşağıdakı şəkildə gerçəkləşir. Okean və dənizlərin səthində baş verən fasiləsiz köpüklənmə səbəbi ilə hər an saysız hava qabarcığı meydana gəlir. Bu qabarcıqlar partlayanda isə millimetrin yüzdə bir mislinə uyğun diametrdə minlərlə hissəcik havaya atılır. “Aerosol” deyilən bu hissəciklər küləklərin quru torpaqdan gətirdiyi tozlara qarışaraq atmosferin üst qatlarına qalxır.
Küləklərin bu yolla yuxarıya apardığı həmin hissəciklər burada su buxarları ilə toqquşub onlara qarışır. Su buxarı da bu hissəciklərin ətrafına toplanaraq qalınlaşır və su damcılarına çevrilir. Bu su damcıları əvvəlcə bir yerə yığılaraq buludları əmələ gətirir, bir müddət sonra da yağış halında yerə düşürlər.
Göründüyü kimi, küləklər havada sərbəst halda mövcud olan su buxarını dənizlərdən daşıdıqları hissələrlə tozlandırır və bununla da yağış buludlarının meydana gəlməsini təmin edir. Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, yüksək atmosferdəki su damcıları da heç vaxt yaranmaz və yağış deyilən bir şey də olmazdı.
Burada mühüm olan bir məsələ isə küləklərin yağışın əmələ gəlməsindəki rolunun Quranda hələ əsrlərlə bundan əvvəl izah olunmasıdır. Həm də bunun insanların təbiət hadisələri haqqında demək olar ki, heç bir şey bilmədikləri bir dövrdə baş verməsidir...
Ayədə küləklərin tozlandırıcı xüsusiyyətə malik olmasına dair verilən xəbərdə həmçinin küləklərin bitkilərin mayalanmasındakı rolundan danışılır. Yer üzündəki əksər bitkilər tozcuqlarını külək vasitəsilə yayaraq öz növlərinin çoxalmasını təmin edirlər. Əksər açıq toxumlu bitkilər, şam ağacları, palmalar və buna oxşar digər ağaclar, çiçək verən bütün toxumlu bitkilər, habelə çəmənlik otlarının hamısı küləklərlə mayalanır. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirir.
Küləyin bitkilərin mayalanmasını hansı şəkildə həyata keçirməsi, ümumiyyətlə, bu prosesdəki rolu son dövrlərə qədər məlum deyildi. Yalnız bitkilərin də erkək və dişi olmaqla cins fərqinə malik olması faktı üzə çıxarılandan sonra küləklərin belə mayalandırıcı təsirinin mövcudluğu aşkarlandı. Halbuki, bu həqiqət Quranın “Biz göydən yağış yağdırdıq və yerdə hər cütdən bir bitki yetişdirdik” (“Loğman” surəsi, 31/10) ayəsi ilə təsbit olunmuşdur. Özü də hələ 14 əsr bundan öncə!
“...Küləkləri (müəyyən bir nizam içində) istiqamətləndirməsində ağılla düşünən qövmlər üçün dəlillər vardır”. (“Casiyə” surəsi, 45/5).
Üstte Dünya üzerindeki hava akımlarını ve rüzgarların oluşumunu gösteren şema görülmektedir. |
Külək müxtəlif istilik mərkəzləri arasında meydana gələn hava cərəyanıdır. Hava atmosferdə müxtəlif hərarət və təzyiqlər yaratdığı üçün o, fasiləsiz olaraq yüksək təzyiqdən aşağı təzyiqə tərəf axır. Təzyiq mərkəzləri, yəni atmosferdəki istiliklər arasındakı fərq böyük olanda hava cərəyanı, yəni külək də şiddətli olur. Böyük dağıntılara səbəb olan qasırğalar belə baş verir.
Burada ən təəccüblü məsələlərdən biri də aralarında ekvator və qütblər kimi çox böyük fərq olan istilik və təzyiq qurşaqlarının mövcudluğuna baxmayaraq, Yer kürəsinin çox sərt küləklərə məruz qalmamasıdır. Bu Allah`ın Yeri müəyyən bir nizam daxilində yaratması sayəsində mümkün olub. Əgər qütblərlə ekvator arasında yaranan nəhəng hava cərəyanı yumşaldılmasaydı, Yerin səthi fasiləsiz olaraq şiddətli qasırğaların meydan suladığı ölü bir planetə çevrilərdi.
Yuxarıda oxuduğumuz ayənin “tasrifir riyah” ifadəsindəki “tasrif” kəlməsi “bir şeyi çox çevirib döndərmək”, “yönləndirmək”, “bir işə istiqamət vermək”, “idarə etmək”, “yayılmasını təşkil etmək” mənalarına gəlir. Göründüyü kimi, külək üçün işlədilən bu kəlmə küləklərin nizam-intizam içindəki hərəkətini tam olaraq tərif edir. Bundan başqa, bu vəziyyət küləyin öz-özünə, necə gəldi əsmədiyini də bizə çox aydın şəkildə çatdırır. Küləkləri insanların həyatda yaşamasına imkan verəcək tərzdə idarə edən Allah`dır.
Üstteki grafikte fotosentez ve ışık miktarı arasındaki bağlantı görülmektedir. |
«Qaralmaqda olan gecəyə and olsun və nəfəs almağa başladığı vaxt dan yerinə...» («Təkvir» surəsi, 17-18)
Məlum olduğu kimi, bitkilər fotosintez edərkən havadakı karbondioksidi, yəni insanların istifadə etmədiyi zərərli qazı qəbul edir və atmosferə onun əvəzinə oksigen buraxır. Nəfəs alanda qəbul etdiyimiz və əsl həyat mənbəyimiz olan oksigen fotosintezin əsas məhsuludur. Atmosferdəki oksigenin təxminən 30 faizi torpaqdakı bitkilər tərəfindən istehsal edilərkən qalan 70 faiz də dənizlərdə və okeanlarda mövcud olan və fotosintez edə bilən bitkilər və təkhüceyrəli canlılar tərəfindən istehsal edilir.
Fotosintez alimlərin bu gün də hələ tam izah edə bilmədiyi bənzərsiz bir prosesdir. Bu əməliyyatı adi gözlə görə bilmirik, çünki bu mexanizm fəaliyyətə keçmək üçün atomlardan və molekullardan istifadə edir. Ancaq fotosintezin nəticələrini nəfəs almağımızı təmin edən oksigendə və sağ qalmağımızı təmin edən qidalarda görə bilərik. Fotosintez özündə öyrənilməsi çətin olan kimyəvi düsturları, gündəlik həyatda heç vaxt rastlaşmadığımız xırdalıqları və ağırlıq ölçülərini ehtiva edən, çox həssas şəkildə balanslaşdırılmış bir sistemdir. Ətrafımızdakı bütün yaşıl bitkilərdə bu əməliyyatın həyata keçirildiyi trilyonlarla kimya laboratoriyaları var. Həmçinin bitkilər bizim möhtac olduğumuz oksigeni, qidaları və enerjini milyonlarla ildir bir an da dayanmadan istehsal edirlər. Fotosintezin ən məhsuldar olduğu vaxt oksigenin ən çox istehsal edildiyi vaxtdır. Bu da Günəş şüasının ən çox olduğu səhər vaxtlarında gerçəkləşir. Günəşin çıxması ilə birlikdə yarpaqların üstündə tər (şeh) və bununla bağlı da fotosintez çoxalmağa başlayır. Günortadan sonra isə bu hadisə əksinə olur, yəni fotosintez yavaşıyır, tənəffüs artır, çünki hərarətin artması ilə yanaşı, tərləmə də sürətlənir. Gecə isə istiliyin azalması ilə tərləmə yavaşıyır və bitki rahatlanır.
Fotosentezin gerçekleşmesi için gerekli olan unsurların en önemlilerinden biri kuşkusuz ışıktır. Fotosentez, ışığın şiddeti ve süresine bağlı olarak değişir. Sabah vakti güneş ışınlarının alınmasıyla birlikte fotosentez faaliyeti, diğer bir deyişle oksijen üretimi de başlamış olur. |
«Təkvir» surəsində səhər vaxtı ilə bağlı vurğulanan «izə tənəffəsə», yəni «nəfəs almağa başladığı vaxt» ifadəsi məcazi yolla tənəffüs etmək, nəfəs almaq mənalarına gəlir. Ayədə vurğulanan bu ifadə səhər vaxtı oksigen istehsalının başlaması, nəfəs almağın əsas şərti olan oksigenin ən çox bu vaxtda əldə edilməsi baxımından çox diqqət çəkicidir. Ayədə səhər vaxtı ilə bağlı olan bu vəziyyətə and içilməsi də mövzunun əhəmiyyətini xüsusi qabardır. XX əsrin mühüm kəşfləri arasında olan fotosintez fəaliyyəti Allah`ın yuxarıdakı ayə ilə işarə etdiyi Quranın elmi möcüzələrindən biridir.
Aşağıdakı qrafikdə fotosintez və işıq miqdarı arasındakı əlaqə görünür.
Bilindiği gibi fotosentez, bitkilerin, kimi zaman da bazı bakteri ve tek hücreli canlıların, karbondioksit ve sudan, şeker (karbonhidrat) üretmek için güneş ışınıyla gelen enerjiyi kullanmalarıdır. Bu reaksiyon sonucunda güneş ışınındaki enerji, üretilen şeker molekülünün içine depolanmış olur. Kullanılamayan güneş enerjisinin kullanılabilir kimyasal enerjiye dönüşme işlemi sırasında gerçekleşen reaksiyon aşağıdaki formülde özetlenir: 6H2O + 6CO2 ---FOTOSENTEZ---> C6H12O6+ 6O2 (6 su molekülü + 6 karbondioksit molekülü - FOTOSENTEZ sonucunda - 1 şeker molekülü + 6 oksijen molekülüne dönüşür.) |
Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın “Rəhman” surəsində belə açıqlanır:
“İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar”. (“Rəhman” surəsi, 55/19-20)
A. Derinlik (metre) | 3.Atlas Okyanusu Suyu ‰ 36.0 dan daha düşük tuzluluk oranı | 5. ‰ 36.5 dan daha yüksek tuzluluk oranı |
Akdeniz'de ve Atlas Okyanusu'nda büyük dalgalar, güçlü akıntılar ve gel-gitler vardır. Akdeniz'in suyu, Cebelitarık Boğazı'nda Atlas Okyanusu ile karşılaşır. Ama bu karşılaşma sonucu kendi sıcaklık, tuzluluk ve yoğunluk özellikleri değişmez. Çünkü iki deniz arasında görülmeyen bir sınır vardır. |
Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində 14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib. Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə “səth daralması” adı verilən fiziki bir qüvvə ucbatından qarışmır. Dəniz sularının fərqli sıxlıqlarından qaynaqlanan səth daralması hadisəsi suların bir-birinə qarışmasına, adətən, bir divar kimi mane olur.67
Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralması anlayışından, nə də okeanoqrafiya elmindən xəbərdar olmadığı bir dövrdə bu həqiqətin Quranda bildirilməsidir.
Cebelitarık Boğazı'nın uydudan çekilmiş fotoğrafı... |
“Yaxud (inkar edənlərin əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər. O, əlini çıxardıqda haradasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz”. (“Nur” surəsi, 24/40)
Dərin dənizlərdəki ümumi şərait “Oceans” (“Okeanlar”) adlı kitabda bu cür qeyd edilir:
1. Yüzey Dalgaları | 3. Az Yoğun Su |
Yandaki şekilde farklı yoğunluklardaki iki su tabakası arasındaki yüzeyde bulunan iç dalgalar temsil edilmiştir. Bu tabakalardan alttaki yoğun, üstteki ise daha az yoğundur. Kuran'da Nur Suresi'nin 40. Ayetinde 14 asır önce bildirilen bu bilimsel gerçek günümüz bilim adamları tarafından ancak yakın zamanda tespit edilebilmiştir. |
Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən 200 metr və daha dərin yerlərdə olur. Bu dərinlikdə demək olar ki, heç bir işıq yoxdur. 1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.68
Zamanımızda hər hansı bir dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların xüsusiyyətləri, dəniz suyunun duzluluq nisbəti kimi məsələlərlə yanaşı, onun ehtiva etdiyi suyun miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da araşdırıb öyrənmək mümkündür. Çağdaş dövrün texnologiyasından yararlanmaqla istehsal olunan və dənizaltı dünyanı öyrənməkdə böyük əhəmiyyət kəsb edən müxtəlif cihaz, qurğu və xüsusi alətlər bu bilgiləri mənimsəməyimizdə xüsusi rol oynayan mühüm vasitələrdir.
Bu alətlər olmasa, insanın dənizin 70 metrdən artıq dərininə getməsi demək olar ki, mümkün deyil. Bununla yanaşı, bir insanın heç bir köməyi olmadan okeanların 200 metrliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də alimlər dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə əldə ediblər. Halbuki, dərin dənizlərin qaranlıq olması Quranda hələ 1400 il əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, beləliklə də insanların dənizlərin dərinliklərinə gedəcək vasitələrin olmadığı bir dövrdə belə bir məlumatın verilməsi, əlbəttə ki, növbəti Quran möcüzələrindən biridir.
Bununla yanaşı, “Nur” surəsinin 40-cı ayəsində bildirilən “əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər” ifadəsi də Quranın başqa elmi bir möcüzəsinə işarə edir:
“Alimlər müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğaların olmasını bu yaxınlarda kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edir. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səthdəki dalğalar kimi hərəkət edir. Dənizlərin üstündəki dalğalar kimi daxili dalğalar da qırıla bilir. İnsan gözü daxili dalğaları görə bilməz, ancaq müəyyən bir zonada olan istilik və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər”.69
Günümüz teknolojisi ile yapılan ölçümlere göre güneş ışığının %3-30'u deniz yüzeyinde yansıtılır. İlk 200 metredeyse ışık spektrumunun mavi ışığı en son olmak üzere 7 rengin tümü ardı ardınca emilir (soldaki resim). 1.000 m'nin altındaki derinliklerde ise artık hiçbir şekilde ışığa rastlamak mümkün değildir (üstteki resim). Bu bilimsel gerçeğe 1400 yıl önce Nur Suresi'nin 40. ayetinde dikkat çekilmiştir. |
Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Dənizlə bağlı belə tədqiqatlar aparılmasaydı, insan dənizin təkcə səthindəki dalğaların varlığı haqqında məlumat almaqla kifayətlənə bilməz, onun dənizin daxilində meydana gələn dalğalardan xəbərdar olması əsla mümkün olmazdı. Lakin “Nur” surəsində Allah dənizlərin dərinliklərində ikinci bir dalğaya da diqqət çəkib. Əlbəttə, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət Quranın Allah`ın sözü olduğunu bir daha göz önünə gətirir.
“Yox, yox! Əgər son qoymasa, and olsun ki, biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən!” (“Ələq” surəsi, 96/15-16)
1. Prefrontal Bölge |
Yuxarıdakı ayələrdə qeyd edilən “yalançı, günahkar kəkilindən” ifadəsi çoxmənalıdır. Son dövrlərdə aparılan tədqiqatlar başın qabaq hissəsində beynin bəzi fəaliyyətini idarə edən hissənin olduğunu göstərir. 1400 il əvvəl Quranda bildirilən bu nahiyə və onun vəzifəsi haqqındakı məlumatlara dövrümüzün elm adamları ancaq son 60 il ərzində izah verə biliblər. Qafa tasının daxilinə, başın qabaq hissəsinə baxanda beynin qarşı tərəfi görünür. Fiziologiya sahəsində bu nahiyənin funksiyaları haqqında aparılan araşdırmalar nəticəsində əldə edilmiş məlumatlar “Essentials of Anatomy and Physiology” (“Anatomiya və fiziologiyanın əsasları”) adlı kitabda aşağıdakı şəkildə bildirilir:
“Hərəkətlərin motivasiyası, öncədən planlaşdırılması və başlanması alının ön hissəsi olan qabaq alın nahiyəsində (cerebrum) gerçəkləşir. Bu alın birləşməsinin (kortesinin) bir nahiyəsidir”.70
Kitabda bu hissə ilə bağlı aşağıdakı ifadələr də öz əksini tapır:
“Hərəkətlə olan əlaqəsi ilə yanaşı, ön alın nahiyəsi həm də aqressivliyin əsas funksional mərkəzi kimi də nəzərdə tutulur”.71
Bu açıqlamalardan da aydın olduğu kimi, beynin qabaq alın hissəsi planlaşdırmaq, hərəkətə gəlmək, yaxşı və pis hərəkətlərə başladılmaq, yalan və ya doğrunun söylənməsi ilə əlaqəli fəaliyyət növlərinin hamısını idarə edir.
Göründüyü kimi, “Ələq” surəsində qeyd edilən “yalançı, günahkar kəkilindən” ifadəsi ilə yuxarıdakı tərif arasında böyük bir paralellik var. Alimlərin son 60 ildə kəşf etdiyi bu elmi həqiqətləri Allah insanlara Quran ayələrində hələ əsrlərlə əvvəl xəbər vermişdir.
ABŞ-ın Beynəlxalq Səhiyyə Tədqiqatları Mərkəzində Devid B.Larson və onun qrupu tərəfindən dindar və dinə inanmayan amerikalılar arasında müqayisəli təhlil yolu ilə aparılmış araşdırmalar çox təəccübləndirici nəticələr verib. Məsələn, dinə meyilliliyi zəif olan və ya dinlə heç bir əlaqəsi olmayan insanlarla müqayisədə dindarların ürək xəstəliklərinə 60 faiz daha az tutulması, dindarlarda intihar hallarının 100 faiz aşağı olması, onların qan təzyiqinə daha az nisbətdə məruz qalması, siqaret çəkənlər arasında bunun 7-nin 1-ə nisbətdə olması kimi nəticələr ortaya çıxıb.72
Təbabət dünyasının vacib elmi mənbələrindən sayılan «Tibdə beynəlxalq psixiatriya» jurnalında nəşr edilən bir tədqiqatda özlərini inancsız kimi tanıdan şəxslərin həm xəstəliklərə daha çox tutulduğu, həm də ömürlərinin qısa olduğu bildirilir. Araşdırmanın nəticələrinə görə, inancsız insanların mədə-bağırsaq xəstəliklərinə yoluxma ehtimalı inanclı insanlara nisbətən iki dəfə, tənəffüs xəstəliklərindən ölməsi hallarının isə 66 faiz çox olduğu ortaya çıxıb.
Psixoloqlar buna oxşar faktları, əsasən, “psixoloji təsir” amili ilə izah edirlər. Bunun mənası isə belə açıqlanır ki, dini inanc insanların mənəviyyatını yüksəldir və mənəviyyat da əxlaqa təsir edir.
Bu açıqlamanın real və haqlı tərəflərinin olması mümkündür, ancaq məsələ dərindən tədqiq ediləndə daha diqqət çəkici bir nəticə hasil olur. Allah`a olan inanc hər hansı bir başqa əxlaqi vəziyyətdən, mənəviyyatdan daha güclüdür. Harvard Universiteti (ABŞ) Tibb Fakültəsinin doktoru Herbert Bensonun dini inancla fiziki sağlamlıq arasındakı əlaqəni tədqiq edən geniş araşdırmaları bu mövzu ilə bağlı diqqət çəkici nəticələr vermişdir. H.Benson özü inancsız bir insan olsa da, o, öz tədqiqatlarında belə qənaətə gəlmişdir ki, Allah`a olan inanc və ibadət insan səhhətinə başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə müsbət təsir göstərir. Benson “heç bir inamın zehnə Allah`a olan inam kimi rahatlıq vermədiyi” nəticəsinə gəldiyini açıqlamışdır.73
Niyə imanla insan ruhu və bədəni arasında belə bir xüsusi əlaqə var? Bensonun gəldiyi nəticə onun elə öz ifadəsi ilə desək, “insan bədəninin və zehninin Allah`a iman gətirməyə görə mütənasib” olması faktının təsdiqidir.74
Təbabətin yavaş-yavaş öyrənməyə başladığı bu həqiqət Quranda “Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapır!” (“Rəd” surəsi, 13/28) ayəsi ilə xəbər verilmiş bir sirdir. Allah`a inanan, Ona dua edən, Ona güvənən insanların başqalarından həm ruhən, həm də cismən daha sağlam olmasının əsas səbəbi onların yaradılışlarına uyğun davranmasıdır. İnsanın yaradılışına zidd olan fəlsəfə və sistemlər insanlara həmişə əzab, hüzn, sıxıntı və əziyyət gətirir.
Müasir təbabət yuxarıda haqqında qısa da olsa danışdığımız kəşflərin işığında bu həqiqətə çatmaq yolundadır. Patrik Qlinin ifadəsi ilə desək, müasir təbabət müalicənin maddi üsullardan başqa da yollarının olması həqiqətini qəbul etmək yolunda inkişaf edir.75
Quranda tövsiyə edilən gözəl əxlaqi xüsusiyyətlərdən biri də əfv etmək və bağışlamaqdır.
«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!» («Əraf» surəsi, 199)
Allah başqa bir ayədə isə belə buyurur: «Əfv edib, xoş qəbul etsinlər! Məgər siz Allah`ın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!» («Nur» surəsi, 22)
Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq da çox çətindir. Çünki buraxılan bir səhvə görə dərhal əsəbiləşirlər. Ancaq Allah möminlərə bağışlamağın daha gözəl bir davranış olduğunu bildirir:
«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allah`a aiddir...» («Şura» surəsi, 40)
«...Onları əvf etsəniz, təqsirlərindən keçsəniz və bağışlasanız, daha yaxşı olar. Çünki Allah bağışlayandır, rəhm edəndir!» («Təğabun» surəsi, 14)
Quranda «Əlbəttə, hər kəs səbir edib bağışlasa, onun bu hərəkəti çox bəyənilən əməllərdəndir!» («Şura» surəsi, 43) ayəsi ilə də bağışlamağın təqdirəlayiq bir əxlaqi xüsusiyyət olduğu xəbər verilir. Dolayısilə, möminlər bağışlayan, mərhəmətli, xoşrəftar davrananlardır və Quranda bildirildiyi kimi, onlar qəzəblərini udarlar və insanların günahlarından keçərlər. («Ali-İmran» surəsi, 134)Kuran'da "Kim sabreder ve bağışlarsa, şüphesiz bu, azme değer işlerdendir." (Şura Suresi, 43) ayetiyle de affetmenin üstün bir ahlak özelliği olduğu haber verilmektedir. Dolayısıyla müminler affedici, merhametli, hoşgörülü davrananlar ve Kuran'da bildirildiği gibi onlar, "öfkelerini yenenler ve insanlar(daki hakların)dan bağışlama ile (vaz)geçenlerdir." (Al-i İmran Suresi, 134)
Möminlərin bağışlamaq anlayışı Quran əxlaqı üzrə yaşamayan insanların bu anlayışından çox fərqlidir. Bəzi adamlar qarşılarındakı adamı bağışladıqlarını desələr də, həmin adamların ürəyinin kin-küdurətdən xilas olması uzun müddət davam edir. Onların davranışı, ümumiyyətlə, bu xislətlərini əks etdirəcək şəkildə olur. Möminlər isə səmimi şəkildə bağışlayar. Möminlər insanın dünyada imtahanda olan, səhv edərək öyrənən bir məxluq olduğunu bildiyi üçün mülayim və şəfqətlidir. Həmçinin möminlər tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə də tərəddüdsüz bağışlaya bilirlər. Bağışlamaq üçün hər hansı bir səhvin böyüklüyünə və ya kiçikliyinə görə fərq qoymazlar. Bir adam səhv edərək böyük itkiyə səbəb ola bilər. Ancaq baş verən hər hadisənin Allah`ın nəzarətində və bir tale daxilində cərəyan etdiyini bilən möminlər bu cür hadisə qarşısında təvəkküllə hərəkət edir və əsəbi hallara düşmürlər.
Amerikalı alimlərin bir müddət əvvəl apardığı tədqiqatların nəticələri bağışlamağı bacaran insanların başqalarına nisbətən həm ruhən, həm də fiziki cəhətdən daha sağlam olduğunu göstərdi. Stenford Universitetinin (ABŞ) alimi Frederik Luskin və onun əməkdaşları San-Fransisko (ABŞ) şəhərində yaşayan 259 nəfər üzərində tədqiqat aparıb. Alimlər təcrübədə iştirak üçün razılıq verən həmin adamları 6 dəfə 1,5 saatlıq görüşlərə dəvət edib. Onlar bu söhbətlər zamanı həmin adamlara bağışlamağı öyrətməyi qarşılarına məqsəd qoymuşdular. Təcrübədə iştirak edən şəxslər onlara xətəri toxunanları bağışlayandan sonra daha az əziyyət çəkdiyini bildiriblər. Aparılan tədqiqatlar göstərib ki, bağışlamağı öyrənənlər özlərini təkcə mənəvi cəhətdən yox, fiziki cəhətdən də daha rahat hiss edirlər. Məsələn, təcrübə nəticəsində stressdən yaranan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki əlamətlərin də həmin adamlarda əhəmiyyətli səviyyədə azaldığı müəyyən edilib.
Stenford Universitetində «Rəhbərlik və sağlamlıq psixologiyası» sahəsində doktorluq dissertasiyası müdafiə edən Frederik Luskin «Yaxşılıq üçün bağışlayın» («Forgive for Good») adlı kitabının təqdimatında bağışlamaq haqqında «Bu, sağlamlıq və xoşbəxtlik üçün sübut olunmuş bir reseptdir» ifadəsini işlətmişdi. Bu kitabda bağışlamağın əsəbiliyi, əziyyəti, stressi və depressiyanı azaldaraq ümid, səbir və özünəinam kimi müsbət ruh halətini yaşamağı təlqin etməsindən bəhs olunur. Dr. Luskinə görə, uzunmüddətli əsəbilik insanların fiziki sağlamlığına da gözlə görünə bilən mənfi təsir göstərir. Dr. Luskin bununla bağlı yazır:
«Uzunmüddətli və ya davam edən əsəbin zərəri bədən daxilindəki termostatı sıfırlamasıdır. Əgər özünüzü davamlı olaraq hətta aşağı səviyyəli əsəbə də öyrəşdirsəniz, nəyin normal olduğunu ayırd edə bilməyəcəksiniz. İnsanların vərdiş halına gətirəcəyi əsəbilik bir növ adrenalin hücumuna səbəb ola bilər. Bədəni yandırar və sağlam fikirləşməyi çətinləşdirər, bu da vəziyyəti daha da pisləşdirər».76
Dr. Luskin əsəb və stress zamanı bədən müəyyən fermentlər ifraz etdiyi üçün xolesterol və təzyiqin qalxdığını, bunların da bədənin uzunmüddətli məruz qalmaması zəruri olan bir vəziyyət yaratdığını bildirir.77
«Healing Currents Magazine» jurnalının 1996-cı ilin sentyabr-oktyabr sayında dərc olunan «Bağışlamaq» adlı məqalədə isə bir şəxslə, ya da bir hadisə ilə bağlı yaşanan əsəbi vəziyyətin insanlarda mənfi hisslərə səbəb olduğunu, onun ruhi tarazlığına, hətta fiziki sağlamlığına mənfi təsir göstərdiyi bildirilir.78 Adıçəkilən məqalədə insanların əsəbə görə yaşadığı mənfi hallardan, zaman ötdükcə fərqinə vardıqları və pozulan əlaqələrini bərpa etmək, problemləri çözmək üçün bağışlamağa qərar verməsindən də bəhs olunur. Bildirilir ki, insanlar yaşadıqları əsəbi haldan sonra dəyərli vaxtlarını və həyatlarını bundan sonra əsəb içində keçirmək istəmir, buna görə də özlərini və başqalarını bağışlamaq yolunu seçirlər.79
Digər tərəfdən, 1500 adamı əhatə edən bir araşdırmada dininə bağlı olan insanlarda stress, depressiya və əqli xəstəliklərin daha az olduğu müşahidə edilmişdir. Tədqiqatı aparan dr. Herbert Benson bunu dinlərin bağışlamaq hissini təşviq etməsi ilə əlaqələndirir:
«Dinlər insanlara başqalarını bağışlamağı tövsiyə edir. Buna görə də dini inancı olanlar çətinliklərini ürəyində saxlamır və həyata daha asan uyğunlaşırlar. Bu da onların depressiya və stress kimi narahatlıqla daha az üzləşməsini təmin edir».80
Harvard Gazetesi
«Harvard» qəzetində dərc olunan «Əsəb ürəyinizin düşmənidir» adlı məqalədə yer alan məlumatlara görə, əsəbiləşmək ürəyə son dərəcə ziyandır. Tibb sahəsində asisstent-professor İçiro Kavaçi və həmkarları bu həqiqəti müxtəlif test və hesablamalarla elmi cəhətdən sübut edib. Alimlər araşdırmalar nəticəsində xaraktercə əsəbi olan yaşlıların ürək xəstəlikləri riskinə daha sakit həmyaşıdları ilə müqayisədə üç dəfə çox məruz qaldıqlarını müəyyən ediblər. İ.Kavaçiyə görə, «Bərk əsəbilik və əşyaları qırmaq, ya da bir adamla dalaşarkən ona zərər vermək istəyi bu riski artırır».81 Çünki əsəbilik zamanı stress hormonları çoxalır ki, bu da ürək əzələləri hüceyrələrinin daha çox oksigenə ehtiyac duymasına və qandakı trombositlərin yapışqanlılığının artaraq laxtalanmağa yol açmasına səbəb olurlar. Bu da ürəyin sağlamlığına mənfi təsir göstərir.82 Həmçinin əsəbilik zamanı ürək döyüntüləri normanı aşır və damarlarda qan təzyiqinin yüksəlməsinə, dolayısilə, infarkt riskinin artmasına səbəb olur. Tədqiqatçılara görə, əsəb və düşmənçilik hissi qanda infeksiya ilə bağlı proteinlərin istehsalını da sürətləndirə bilər. «Psixosomik təbabət» («Psychosomatic Medicine») adlı jurnalda həddən artıq güclü əsəbin infeksiyaya səbəb olan proteinlərin istehsalını artırdığını, bunun da vena damarlarının sərtləşməsinə, dolayısilə, damar tıxacına və infarkta səbəb olduğu bildirilir.83 Şimali Karolina ştatındakı Dyuke Universitetindən (ABŞ) olan asisstent-professor Edvard Suaresə görə, interleukin 6 (İL-6) proteini çox əsəbi və kefsiz insanlarda normal səviyyədən daha yüksək olur. Qandakı yüksək İL-6 səviyyəsi isə venoza damarların divarlarında yağın yığılmasına, bu da damar tıxaclarının yaranmasına səbəb olur.84 Suaresə görə, nəticədə, ürək xəstəlikləri siqaretdən istifadə etmə, yüksək təzyiq, köklük və yüksək xolesterol kimi amillərlə yanaşı, stress, əsəb və düşmənçilik kimi psixoloji vəziyyətlərlə də sıx bağlı olur.85
«The Times»da dərc olunan «Əsəb infarkt riskini artırır» sərlövhəli məqalədə asan əsəbiləşməyin infarkta aparan qısa bir yol olduğu, hər şeyə əsəblə reaksiya verən adamların ürək xəstəliklərinə üç, erkən infarkta isə beş dəfə çox məruz qalmaq riski ilə yaşadığı bildirilir.86 Baltimor şəhərindəki (Merilend ştatı, ABŞ) Con Hopkins Universitetinin alimləri müəyyən edib ki, tez əsəbiləşən insanların ailə üzvləri də ürək xəstəlikləri keçirmək riski ilə üzləşirlər.87
Aparılan bütün tədqiqatlar göstərir ki, əsəbiləşmək insanın, əsasən, sağlamlığına ciddi zərər vuran bir ruh halıdır. Bağışlamaq isə insanın öhdəsindən çətin gələ bildiyi, lakin əsəbiləşməyin bütün mənfi nəticələrini aradan qaldıran, insanın həm fiziki, həm də ruhi cəhətdən sağlam həyat yaşamasına kömək edən gözəl bir davranış tərzi, üstün əxlaqi xüsusiyyətdir. Əlbəttə, bağışlamaq sağlam qalmağa səbəb olan davranışlardan biri və hamının yaşamalı olduğu müsbət bir xüsusiyyətdir. Ancaq bağışlamada əsl məqsəd - hər şeydə olduğu kimi - Allah`ın rizasını qazanmağa münasib olan bir əxlaqı yaşamaq olmalıdır. Müasir dövrümüzdə faydaları elmi cəhətdən müəyyən edilən bu əxlaqi xüsusiyyətin bir çox ayədə bildirilməsi Qurandakı hikmətlərdən yalnız biridir.
«Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!» («Mumin» surəsi, 60)
«Çağırmaq, istəmək, səslənmək, kömək tələb etmək» mənalarına gələn dua Qurana görə «insanın ürəkdən səmimi olaraq Allah`a üz tutması, Ona möhtac bir varlıq olmasını anlamağın şüuru ilə sonsuz güc sahibi, Rəhman və Rəhim olan Allah`dan kömək istəməsi»dir. İnsan xəstələndiyi vaxt bu acizliyini daha yaxşı hiss etdiyi, Allah`a yaxınlaşdığı anlardan biridir. Həmçinin xəstəliklər Allah`ın təqdiri ilə baş verən çox hikmətli bir imtahan, dünya həyatının fani və qüsurlu olduğunu xatırladan bir xəbərdarlıq, səbir və təvəkkül edənlər üçün axirətdə bir mükafat mənbəyidir.
İman gətirməyənlər isə bir xəstəliyə düçar olanda onları həkimlərin, dərman və ya xəstəxananın ən müasir texnoloji imkanlarının sağaltdığını fikirləşirlər. Belələri sağlam olarkən bədənlərindəki sistemi çalışdıran, xəstələnəndə isə şəfa verən gücün, zəruri olan dərmanı, həkimi yaradan gücün Allah olduğunu fikirləşməzlər. Əksər insanlar da həkimin və dərmanların kifayət etmədiyinə əmin olandan sonra Allah`a üz tuturlar. Belə vəziyyətə düşən insan onu üzləşdiyi çətinlikdən yalnız Allah`ın xilas edə biləcəyini başa düşərək ancaq Allah`dan kömək istəyir. Allah bu əxlaqı bir ayədə belə bildirir:
«İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər, lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara əməllər beləcə yaxşı göstərildi». («Yunis» surəsi, 12)
Halbuki, insan sağlam olarkən də, yaxud bir sıxıntı, çətinlik içində olmayanda da dua etməli, Allah`ın ona verdiyi rahatlıq, sağlamlıq və başqa bütün nemətlər üçün şükür etməlidir.
Dua ilə bağlı çox mühüm bir mövzu da budur. Şifahi dua ilə yanaşı, insanın feili dua kimi də səy göstərməsi çox vacibdir. Feili dua insanın hər hansı bir istəyinə nail olmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə bir adamın şifahi dua ilə yanaşı, mütləq həmin sahənin mütəxəssisi olan həkimə müraciət etməsi, ona faydası olan dərmanlardan istifadə etməsi, zəruri vəziyyət yaranarsa, xəstəxanada müalicə olunması, həkim nəzarətində olması da vacib ola bilər. Çünki Allah dünyada baş verən bütün hadisələri müəyyən səbəblərə bağlamışdır. Dünyadakı və kainatdakı hər bir şey Allah`ın qoyduğu qanun və qaydalar əsasında işləyir. Dolayısilə, hər bir insan bu səbəblərə uyğun olaraq zəruri tədbirlər görməli, amma bunları təsirli edəcək olan gücün yalnız Allah olduğunu bilməli, nəticəni təvəkkül, təslimiyyət və səbirlə Allah`dan gözləməlidir.
İmanın və duanın xəstələrə müsbət təsiri, onların müalicə mərhələsini sürətləndirməsi həkimlərin də diqqətini cəlb edən və onların da tövsiyə etdiyi bir məsələdir. ABŞ-da dərc olunan məşhur informasiya jurnallarından biri olan «Newsweek» özünün 2003-cü il 10 noyabr tarixli sayında «Allah və sağlamlıq: din yaxşı bir dərmandırmı? Elm nəyə görə inanmağa başlayır?» («God & Health: Is Religion Good Medicine? Why Science is Starting to Believe?») sərlövhəli araşdırmada dinin şəfaverici və sağaldıcı təsir göstərməsi xəbərini sərlövhədən yaymışdır. Allah inancının insanın əhval-ruhiyyəsini yüksəldib onun xəstəlikdən daha asan xilas olmasına yol açması həqiqətinə toxunan məqalə müəllifi elmin də inanclı insanların xəstəliklərdən daha asan və tez yaxa qurtardığına inanmağa başladığını bildirirdi. «Newsweek» jurnalının apardığı sorğunun nəticələrinə görə, insanların 72 faizi dua edərək xəstəlikdən daha asan xilas olduqlarına, duanın sağalma prosesini asanlaşdırdığına inanır. ABŞ və Böyük Britaniyada aparılan tədqiqatlarda da xəstələrin dua etməsinin onların narahatlığını azaltdığı və yaxşılaşma mərhələsini sürətləndirdiyi nəticəsi əldə edilmişdir.
Miçiqan Universitetinin (ABŞ) araşdırmasına görə, dindarlarda stress və depressiya halları daha az müşahidə edilir. Çikaqodakı Raş Universitetinin (ABŞ) tədqiqatına görə, müntəzəm olaraq ibadət və dua edənlər arasında erkən ölüm hallarının dinə bağlı olmayanlarla müqayisədə 25 faiz az olduğu müəyyən edilmişdir. Dyuk Universitetinin (ABŞ) analoji əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir tədqiqatda da «duanın müalicəvi gücü» elmi şəkildə sübut edilmişdir. Dua oxuyan ürək xəstələrinin əməliyyatdan sonrakı bir neçə il ərzində ölməsi hallarının digərlərinə nisbətən 30 faiz az olduğu müəyyən edilmişdir.
Uca Allah`ın Quranda bildirdiyi dualardan bəziləri belədir:
«Bir vaxt Əyyub Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan ona bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik, bir o qədər də əlavə etdik». («Ənbiya» surəsi, 83-84)
«Balıq sahibi Yunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında): "Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan oldum!" - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!» («Ənbiya» surəsi, 87-88)
«Zəkəriyyanı da yada sal! Bir vaxt o: "Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!" - deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz onun duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə dua edərdilər. Onlar Bizə dərin hörmət göstərirdilər». («Ənbiya» surəsi, 89-90)
«Həqiqətən, Nuh Bizə dua etmiş, onun duasını necə də gözəl qəbul etmişdik!» («Saffat» surəsi, 75)
Əvvəl də qeyd etdiyimiz kimi, dua təkcə xəstəlikdən və ya dünyəvi sıxıntı və çətinliklərdən xilas olmaq üçün olmamalıdır. Səmimi olaraq iman gətirən bir şəxs Allah`a həmişə dua etməli və Allah`dan gələcək hər bir cavaba razı olmalıdır. Quranda bir çox ayə ilə bildirilən dua ibadətinin faydalarının bizim dövrümüzdə elmi cəhətdən də sübut olunması Quranın möcüzəvi xüsusiyyətini bir daha göstərir:
«Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasına cavab verərəm. Elə isə onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər». («Bəqərə» surəsi, 186)
«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...» («Taha» surəsi, 124)
«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini sanki göyə çıxan kimi daraldıb sıxıntıya salar. Allah iman gətirməyənlərə pisliyi belə edər!» («Ənam» surəsi, 125)
Din əxlaqı yaşamayan insanların Allah`a etibar edib təslim olmamaqları onların öz həyatını həmişə qəm-kədər, sıxıntı və stress içində keçirməsinə səbəb olur. Buna görə də onlar kökü, əsasən, psixoloji amillərlə bağlı olan xəstəliklərə düçar olurlar. Bədənləri çox sürətlə qocalır, qısa müddətdə yaşlanıb çökürlər. Yaşadıqları ruh düşkünlüyünün təsiri özünü bədənlərinin hər yerində büruzə verir.
Mömin adamlar isə psixoloji cəhətdən sağlam olduqları, stressə, depressiyaya, ümidsizliyə, bədbinliyə düşmədikləri üçün cismən də daha sağlam və gümrah qalırlar. Belə şəxslərin Allah`a təvəkkül və etibar etməsinin, hər şeyə xeyir nəzəri ilə baxmasının, Allah`ın onlara olan gözəl vəd və müjdələrinin sevincini davamlı olaraq öz daxillərində yaşamağın müsbət təsiri özünü onların fiziki xüsusiyyətlərində də göstərir. Təbii ki, bu söylənənlər dini həqiqi mənası ilə qavrayan və vicdanını tam gücü ilə işlədərək Quran əxlaqını haqqı ilə yaşayanlara aiddir. Əlbəttə, onlar da xəstəliklərə düçar olur və təbii olaraq qocalırlar, ancaq bu vəziyyət başqaları kimi psixoloji səbəblər üzündən çökmək deyil.
Müasir dövrdə əsrin xəstəlikləri adlandırılan stress və depressiya insana yalnız psixoloji baxımdan zərər verməklə kifayətlənməyib özünü onun bədənində də müxtəlif fiziki təsirlərlə göstərir. Stress və depressiya üzündən yaranan narahatlıqlar, əsasən, bəzi əqli xəstəliklər, narkotik maddə aludəçiliyi, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, zökəm, miqren, sümük xəstəlikləri, böyrək çatışmazlığı, tənəffüs sistemindəki pozulmalar, allergiyalar, infarkt, beyində böyümə yaranması kimi xəstəliklərdir. Təbii ki, bu xəstəliklərin səbəbləri həmişə stress və ya depressiya olmaya da bilər. Lakin elmi cəhətdən də sübut olunduğu kimi, bunların kökü əksərən psixoloji amillərlə bağlı olur.
A. Glükokortikoidler (kortizol) | a. Korteks |
Fiziksel veya psikolojik stres sırasında, kişinin adrenal bezi (böbrek üstü bezi) glukokortikoid hormonlardan bol miktarda salgılar. Bu hormonlar kaslara ekstra enerji sağlarken, büyüme gibi o an için gereksiz etkinlikleri geçici olarak durdurur. fiiddetli fiziksel stres durumlarında yaşamsal öneme sahip olan bu hormonlar, kronik psikolojik stres durumlarında yüksek tansiyon, obezite, kemik erimesi, mide ülseri gibi strese bağlı bozukluklara yol açabilir. |
İnsanlar arasında çox geniş yayılan stress, qorxu, inamsızlıq, ümidsizlik, ifrat həyəcan, nigarançılıq, təzyiq kimi hisslərin bədəndəki müvazinəti pozaraq ümumi bir gərginlik yaradır. İnsanlar stressə məruz qalanda bədənləri buna müqavimət göstərir və xəbərdarlıq siqnalı ötürür. Bədəndə dərhal biokimyəvi reaksiyalar başlayır: qandakı adrenalinin səviyyəsi yüksəlir, enerji istehlakı və bədəndəki reaksiyalar maksimum səviyyəyə yüksəlir, şəkər, xolesterol və yağ turşuları qana ötürülür, qan təzyiqi artır və ürəyin döyüntüləri sürətlənir. Qlükoza (şəkər) beyinə istiqamətləndiriləndə xolesterolun miqdarı artır, bu da bədən üçün təhlükə mənasına gəlir. Xüsusilə xroniki stress bədən funksiyalarını dəyişdirdiyi üçün çox böyük zərərə səbəb ola bilər. Stress üzündən bədəndəki adrenalin və kortizolun miqdarı anormal səviyyəyə yüksəlir. Uzun müddət davam edən stressdə kortizol hormonunun yüksəlməsi bəzi xəstəliklərin, məsələn, şəkər xəstəliyi, ürək xəstəlikləri, yuxarı təzyiq, xərçəng, xora, tənəffüs sistemi xəstəlikləri, dəri xəstəlikləri, immunitet sistemi ilə bağlı olan narahatlıqların erkən yaşda ortaya çıxmasına səbəb olur. Kortizol yüksəkliyinin beyin hüceyrələrinə öldürücü təsir göstərə bilər. Stressin səbəb olduğu narahatlıqlar bir mənbədə belə ifadə edilir:
«Stress və stressin səbəb olduğu gərginlik və ağrı arasında əhəmiyyətli bir əlaqə var. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən nahiyələrinə gedən qanın xeyli azalmasına səbəb olur. Digər tərəfdən, bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur. Çünki ehtimal olunur ki, bir tərəfdən, gərgin toxumanın daha çox oksigenə ehtiyac hiss etməsi, digər tərəfdənsə toxumanın onsuz da kifayət qədər olmayan qanla qidalanması xüsusi ağrı sensorlarını xəbərdar edir. Bu ərəfədə stress zamanı sinir sisteminə təsir edən adrenalin və noradrenalin kimi maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya dolayısilə, əzələlərin gərginliyini artırıb sürətləndirir. Beləliklə, ağrı gərginliyə, gərginlik narahatçılığa, narahatçılıq da ağrının möhkəmlənməsinə səbəb olur».88
Ancaq stressin doğurduğu ən ciddi xəstəliklərdən biri infarktdır. Tədqiqatlar aqressiv, təlaşlı, narahat, səbirsiz, kinli, əsəbi insanların infarkt keçirməsi ehtimalının bu davranışı az olan insanlardan daha çox olduğunu göstərir.89 Bunun səbəbi isə belədir.
“Hipotalamusun başlatdığı sempatik sinir sisteminin həddən artıq xəbərdar edilməsi daha artıq insulin ifrazına və dolayısilə, bu insulinin qanda yığılmasına səbəb olur. Bu vəziyyət sağlamlıq baxımından həyati əhəmiyyət kəsb edir. Çünki tac damar xəstəliyinə səbəb olan şərtlərin heç biri qandakı artıq miqdarda olan insulin qədər qəti və dağıdıcı rol oynamır”.90
Alimlər stress dərəcəsi nə qədər yüksək olarsa, qandakı leykositlərin əks-reaksiyasının da bir o qədər zəiflədiyini bildirir. Oksford Universitetinin (Britaniya) texnologiya transferi bölümündə çalışan Linda Neylorun rəhbərlik etdiyi qrupun hazırladığı test sayəsində stress dərəcəsinin immunitet sisteminə bu mənfi təsiri ölçülüb.
Stresslə immunitet sistemi arasında da yaxın əlaqə var. Fizioloji stress immunitet sisteminə ciddi təsir edir və immunitet sistemini sıradan çıxarmağa çalışır. Stress altında olan beyin bədənə kortizol hormonun ifrazını artırır və immunitet sistemini zəiflədir. Başqa sözlə, beyin, immunitet sistemi və hormonlar bir-biri ilə bağlıdır. Mütəxəssislər bu haqda belə deyir:
“Psixoloji və ya fiziki stress mövzusundakı çalışmalar uzun müddət davam edən intensiv bir stressin timsalında aparılarkən hormonal balansa bağlı olan immunitetin bu stressə cavabında tənəzzülə məruz qaldığını üzə çıxarmışdır. Xərçəng də daxil olmaqla, bir çox xəstəliklərin yaranmasının və şiddətinin həyati streslərlə bağlı olduğu bilinir”.91
Qısası, stress insanın təbii müvazinətini pozan bir vəziyyətdir. Bu fövqəladə vəziyyətin intensivləşməsi bədənin sağlamlığını pozaraq çox müxtəlif narahatlıqlara səbəb olur. Mütəxəssislər stressin insan bədəninə mənfi təsirlərini bu əsas müddəalar şəklində qruplaşdırır:
◉ narahatçılıq və panika, işlərin nəzarətdən çıxdığı hissinə qapılma;
◉ davamlı artan tərləmə;
◉ səsin dəyişməsi, kəkələmək, titrəyə-titrəyə danışmaq;
◉ hiperaktivlik, ani enerji partlayışları, zəif diabet nəzarəti;
◉ yatmaqda çətinlik çəkmək, kabus görmək;
◉ dəri xəstəlikləri - sızanaq, hərarət, sədəf xəstəliyi və ekzema;
◉ qastrointestinal əlamətlər - həzm pozuntusu, mədə bulanması, mədə xorası;
◉ əzələ təzyiqləri - qıcırdayan və ya bərkiyən dişlər, çənədə, bel, boyun və çiyinlərdə ağrı;
◉ aşağı dərəcəli infeksiyalar, zökəm və sairə;
◉ miqren;
◉ sürətli ürək döyüntüləri, sinə ağrısı, təzyiqin qalxması;
◉ böyrək çatışmazlığı, su tutma;
◉ tənəffüs pozuntusu, qısa nəfəs alıb-vermələr;
◉ allergiyalar;
◉ oynaq ağrısı;
◉ ağız və boğaz quruluğu;
◉ infarkt;
◉ immunitet sisteminin zəifləməsi;
◉ beyin bölgəsində kiçilmə;
◉ özünü günahkar hiss etmək, özünəinamsızlıq;
◉ beyin qarışıqlığı, düzgün izahlar verə bilməmək, yaxşı fikirləşə bilməmək, yaddaşın zəifləməsi;
◉ həddən artıq bədbinlik, hər şeyin mənfiliyə gedəcəyinə inanmaq;
◉ tərpənmədən bir yerdə dayanmaqda çətinlik çəkmək, mütləq ritm tutmaq;
◉ diqqəti cəmləyə, fikirlərini toplaya bilməmək;
◉ əsəbilik, inciklik;
◉ məntiqsizlik;
◉ özünü köməksiz, ümidsiz hiss etmək;
◉ artan və ya azalan iştaha.
Din əxlaqından uzaq adamların stress adlandırılan sıxıntı ilə yaşaması Allah`ın Quranda bildirdiyi bir vəziyyətdir:
«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...» («Taha» surəsi, 124)
Başqa bir ayədə isə Allah «...bütün genişliyinə baxmayaraq, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allah`dan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər...» («Tövbə» surəsi, 118) şəklində buyurur.
Bu sıxıntılı, müasir terminlə desək, stressli həyat iman gətirməyən şəxslərin imanın qazandırdığı gözəl əxlaqdan uzaq yaşamasının nəticəsidir. Bu gün həkimlər özünü stressin təsirlərindən gözləmək üçün rahat və sakit bir həyat tərzinə, gərginlikdən uzaq sakit bir psixologiyaya malik olmağın vacibliyini bildirir. Rahat və əmin-amanlıq verən bir psixologiya isə ancaq həyatımızda Quranı yaşamaqla mümkündür. Həmçinin Allah Quranda bir çox ayədə iman gətirənlərin üzərinə güvən hissi və əmin-amanlıq göndərdiyini bildirir («Bəqərə» surəsi, 248; «Tövbə» surəsi, 26, 40; «Fəth» surəsi, 4, 18). Rəbbimizin iman gətirən bəndələri üçün vədi isə bir ayədə belə bildirilir:
«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik». («Nəhl» surəsi, 97)
60. http://en.wikipedia.org/wiki/Water_cycle
61. http://www.islandnet.com/~see/weather/history/lenard.htm
62. Richard A. Anthes, John J. Cahir, Alistair B. Fraser, Hans A. Panofsky, The Atmosphere, 3. baskı, Columbus, Charles E. Merrill Publishing Company, 1981, ss. 268-269; Albert Millers, Jack C. Thompson, Elements of Meteorology, 2. baskı, Columbus, Charles E. Merrill Publishing Company, 1975, s. 141.
64. C. Donald Ahrens, Meterology Today: An introduction to weather, climate and environment, 3-cğ nəşr, West Publishing Company, 1988, St. Paul, s. 437.
65. http://webhome.idirect.com/~alila/Writings/Physics.htm; The Quran and Modern Physics.
66. http://webhome.idirect.com/~alila/Writings/Physics.htm; The Quran and Modern Physics.
67. Richard A. Davis, Principles of Oceanography, Addison-Wesley Publishing Company, Don Mills, Ontario, ss. 92-93.
68. Danny Elder, John Pernetta, Oceans, Mitchell Beazley Publishers, London, 1991, s. 27.
69. M. Grant Gross, Oceanography, A View of Earth, 6-cı nəşr, Englewood Cliffs, Prentice-Hall Inc., 1993, s. 205.
70. Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2. baskı, Mosby-Year Book Inc., St. Louis, 1996, s. 211; Charles R. Noback, N. L. Strominger, R. J. Demarest, The Human Nervous System, Introduction and Review, 4-cğ nəşr, Lea & Febiger, Philadelphia, 1991, ss. 410-411.
71. Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2. baskı, Mosby-Year Book Inc., St. Louis, 1996, s. 211.
72. Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World, Prima Publishing, California, 1997, ss. 80-81.
73. Herbert Benson, Mark Stark, Timeless Healing, Simon & Schuster, New York, 1996, s. 203.
74. Herbert Benson, Mark Stark, Timeless Healing, Simon & Schuster, New York, 1996, s. 193.
75. Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World, Prima Publishing, California, 1997, s. 94.
76. http://www.almanacnews.com/morgue/1999/1999_06_09.forgive.html; Jennifer Desai, Almanac, 9 iyun 1999.
77. http://www.almanacnews.com/morgue/1999/ 1999_06_09.forgive.html; Jennifer Desai, Almanac, 9 iyun 1999.
78. Frederic Luskin, “Forgiveness “, Healing Currents Magazine, sentyabr-oktyabr 1996 ; www.stanford.edu/~alexsox/4_steps_to_forgiveness.htm
79. Frederic Luskin, “Forgiveness “, Healing Currents Magazine, sentyabr-oktyabr 1996 ; www.stanford.edu/~alexsox/4_steps_to_forgiveness.htm
80. “Hastalar izin en iyi ilaz din mi?”, Vatan Gazetesi, 4 noyabr 2003; Dr. Herbert Benson, “God&Health”, Newsweek.
81. William J. Cromie, “Anger is Hostile To Your Heart”, Harvard Gazette Archieves; http://www.news.harvard.edu/gazette/1996/11.07/AngerisHostileT.html
82. William J. Cromie, “Anger is Hostile To Your Heart”, Harvard Gazette Archieves; www.news.harvard.edu/gazette/1996/11.07/AngerisHostileT.html
83. Peter Lavelle, “Anger trigger to heart disease found?”, ABC Science Online, 5 avqust 2003; www.abc.net.au/science/news/stories/s915243.htm
84. Peter Lavelle, “Anger trigger to heart disease found?”, ABC Science Online, 5 avqust 2003; www.abc.net.au/science/news/stories/s915243.htm
85. Peter Lavelle, “Anger trigger to heart disease found?”, ABC Science Online, 5 avqust 2003; www.abc.net.au/science/news/stories/s915243.htm
86. Mark Henderson, “Anger Raises Risk Of Heart Attack”, The Times, London, 24 aprel 2002; http://www.rense.com/general24/anger.htm
87. Mark Henderson, “Anger Raises Risk Of Heart Attack”, The Times, London, 24 aprel 2002; http://www.rense.com/general24/anger.htm
88. Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Zıkma Yolları, Remzi Kitabevi, 15-ci nəşr, s. 162.
89. Jane E. Brody, “Tool of survival is deadly for heart”, The New York Times, 23 may 2002; http://www.iht.com/articles/58687.html
90. Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Zıkma Yolları, Remzi Kitabevi, 15-ci nəşr, s. 159.
91. Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Zıkma Yolları, Remzi Kitabevi, 15-ci nəşr, s. 169.