İman edən bir insan həyatının hər anında vicdanlı, dürüst, səmimi və gözəl əxlaqlı olmaq üçün səy göstərərəkən ətrafındakı insanları da eyni əxlaqı yaşamaları istiqamətində təşviq edər. Çünki Allahın "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir." (Al-İmran Surəsi, 104) ayəsiylə bildirdiyi kimi insanları gözəl əxlaqa təşviq etmək möminlər üzərində bir məsuliyyətdir. Bunun yanında iman sahibləri, gözəl əxlaqlı olmalarının həyatlarına gətirdiyi bərəkəti və dincliyi digər insanların da yaşamalarını istəyərlər.
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. ... (Bəqərə Surəsi, 286) |
"O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!." (Rad Surəsi, 28) ayəsiylə bildirildiyi kimi, insan ancaq Rəbbimizə yönəlib, Onun razılığını qazana biləcəyi bir əxlaq göstərdiyi təqdirdə dünya həyatında gözəl bir həyat yaşaya bilər. Əksinə isə "Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha Surəsi, 124) ayəsiylə ifadə edildiyi kimi, dinc və xöşbəxt bir həyat yaşaya bilməsi mümkün deyil. Necə ki tarix boyunca cəmiyyətlərin yaşadığı çətinliklərin, döyüş, qarışıqlıq və zülm mühitlərinin, aclıq və səfalət çəkən, yurdlarından çıxarılan, əziyyət görən insanların, kimsəsiz uşaqların, köməyə möhtac vəziyyətdə olduqları halda lazım olan qayğı görə bilməyən yaşlı insanların yaşadıqları çətinliklərin ana səbəbi cəmiyyətdə din əxlaqının hakim olmamasıdır.
Bu həqiqətin fərqində olan möminlər, din əxlaqının insanlar arasında yayılması üçün bütün imkanlarıyla, şövq və həyacanla səy göstərərlər. Ancaq bu da fədakarlıq, səbir və dözümlülük kimi gözəl əxlaq xüsusiyyətləri tələb edən bir vəziyyətdir. Quranda təsvir edilən həqiqi fədakarlığın necə olması lazım olduğunu qavrayan möminlər, ətraflarındakı insanların yaşadıqları çətinliklərə, qarşılaşdıqları problemlərə şahid olduqlarında təbii olaraq bütün bunların məsuliyyətini öz üzərlərində hiss edərlər.
Belə bir şüur açıqlığında olan insanlar, "necə olsa bu mənim problemim deyil" ya da "bu vəziyyətə həll gətirə biləcək məndən daha ağıllı, daha qabiliyyətli, daha çox imkan sahibi insanlar var; onlar maraqlansınlar" kimi səhv düşüncələrlə hərəkət etməzlər. Ya da "mənim öz problemlərim mənə yetər", "öz problemlərini özləri həll etsinlər" kimi eqoistcə fikirlərə qapılmazlar. Allahın özlərinə yol göstərmiş, ağıl, anlayış və vicdan açıqlığı vermiş olmasını böyük bir nemət olaraq görər və bu şüurla davranarlar. Bəzilərinin gəlib özlərindən kömək tələb etməsini gözləmədən, hər məsuliyyətə özləri talib olarlar. Yalnız öz ətraflarındakı hadisələrə deyil, dünyanın dörd bir tərəfindəki insanların yaşadığı çətinliklərə həll tapmağa çalışarlar. Allahın "Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər." (Furqan Surəsi, 74) ayəsiylə bildirdiyi kimi gözəl əxlaqlarıyla bütün insanlara nümunə ola bilmək üçün səy göstərərlər.
Saleh möminlərin istəkli olduqları bu məsuliyyəti yerinə yetirmək , bir çox fədakarlıqda olmağı tələb edə bilər. Belə bir vəziyyətdə insanlar, öz problemləri ya da ehtiyaclarıyla deyil, prioritetli olaraq digər insanların ehtiyaclarıyla maraqlanacaq, onların problemlərinə həll tapmağa çalışacaqlar. Əllərindəki bütün imkanları bu məqsəd üçün səfərbər edəcəklər. Lazım olduğunda çətinlik içərisinə girməyi gözə alacaq, qarşılaşdıqları çətinliklərdən ötəri yorqunluğa qapılmadan səbir və iradə göstərəcəklər.
Quranda tarix boyunca yaşamış olan bütün peyğəmbərlərin və saleh möminlərin din əxlaqını hakim etmək və gözəl əxlaqı yaya bilmək üçün ciddi bir səy göstərdiklərindən bəhs edilməkdədir. Onlar, bu uğurda bir çox çətinliklə qarşı-qarşıya qaldıqları halda, böyük bir şövq və fədakarlıqda gözəl əxlaqı təbliğ etməyə davam etmişlər. Burada vurğulanması lazım olan bir başqa əhəmiyyətli xüsus isə onların bu səmimi səylərini yalnız Allahın razılığını və yaxınlığını qazana bilmək üçün göstərmiş olmalarıdır. Müsəlman etdiyi fədakarlığın qarşılığını yalnız Allahdan gözləyər. Quranın bir çox ayəsində peyğəmbərlərin bütün insanlara nümunə olan ixlaslı rəftarları bildirilmişdir. Məsələn Hz. Nuhun, heç bir qarşılıq gözləmədən, yalnız Allahın razılığını gözləyərək gözəl əxlaqı təbliğ etməsi Quranda belə bildirilməkdədir:
O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz?
Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
Artıq Allahdan qorxun və mənə itaət edin!
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! (Şuəra Surəsi, 106-109)
Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm! (Hud Surəsi, 29)
Peyğəmbərlərin öyüdlərinə qulaq asan insanların sayı isə, "...Bunlar Kitabın ayələridir. Və sənə Rəbbindən endirilən haqqdır. Ancaq insanların çoxu iman etməzlər." (Rad Surəsi, 1) ayəsiylə bildirdiyi kimi ümumiyyətlə çox az olmuşdur. İnsanların bir çoxu isə özlərini həm dünyada həm də axirətdə qurtuluşa çatdıracaq, xoşbəxt və gözəl bir həyat yaşamalarını təmin edəcək bu dəvətə uyğun gəlməməkdə, özlərinə izah edilənləri anlamamaqda müqavimət göstərmişlər.
Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21) |
Peyğəmbərlər və gözəl əxlaqı təbliğ edən digər möminlər, bu çətinliyə qarşı səbir etmiş, "sözün ən gözəlini" söyləyərək üstün bir əxlaq göstərmişlər. Şübhəsiz bu çox böyük bir fədakarlıq nümunəsidir. Heç bir mənfəət gözləmədən, yalnız insanların axirətdə çətin bir əzabdan xilas ola bilmələri üçün əllərindən gələn hər cür səyi göstərmişlər. İzah edilənləri israrla anlamamaqda müqavimət göstərən insanlara qarşı heç bir hirsliyə qapılmadan, səbirlə təkrar təkrar doğrunu izah etmək, bu məqsədlə ağılı və vicdanı ən yaxşı şəkildə istifadə etmək, doğrunu görə bilmələri üçün ağılcı üsullar tapa bilmək, bunları səbir və səmimiyyətlə tətbiq edə bilmək ancaq vicdan sahibi insanların göstərə biləcəkləri bir əxlaqdır. Qövmünə etdiyi təbliği Nuh Peyğəmbərin bu mövzudakı səmimiyyətini, fədakarlığını və səbrini çox açıq bir şəkildə ortaya qoymaqdadır. Bunu xəbər verən ayələrdə belə buyrulmaqdadır:
O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim!
Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
Sonra mən onları uca səslə (açıq-açığına haqqa) dəvət etdim.
Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim". (Nuh Surəsi, 5-9)
Hz. Nuh, inkarda müqavimət göstərən və cahiliyyə əxlaqını mənimsəyən qövmünə doğru yolu göstərə bilmək üçün hər səfərində yeni bir üsul göstərmişdir. Ayələrdə bu qiymətli insanın, qövmünə "gecə gündüz" nəsihət verdiyi, onların isə "barmaqlarını qulaqlarına tıxayıb, örtüklərini başlarına çəkəcək" qədər böyük bir inadla etiraz etdikləri görülməkdədir. Ancaq buna baxmayaraq Hz. Nuh böyük bir səbir və səmimiyyətlə təbliğinə davam etmişdir. Ayələrin davamında isə Hz. Nuhun qövmünə, gözəl əxlaqı yaşadıqları təqdirdə Allahın özlərinə verəcəyi nemətləri xatırladaraq onlara təşviq etdiyi bildirilməkdədir:
Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
O sizə göydən bol yağış göndərər;
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!
Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,
Onun geniş yollarında gəzəsiniz!"
Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
(Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular. (Nuh Surəsi, 10-22)
Hz. Nuhun ixlasla etdiyi çağrışlar qarşılıqsız qalmış, qövmü Nuh Peyğəmbərin səmimiyyətinə, ayədə ifadə edildiyi üzrə "böyük hiyləli nizamlar" quraraq cavab vermişdir.
Hz. Nuh kimi bütün peyğəmbərlər və saleh möminlər də yaşadıqları cəmiyyətlərdə bənzəri hadisələrlə qarşılaşmışlar. Ancaq bunların heç birindən yorqunluğa düşməmiş, insanları, iman edib Allahın razılığına uyğun bir həyata dəvət etməkdən imtina etməmişlər. Allah, dünyəvi heç bir qarşılıq gözləmədən yalnız Öz razılığını gözləyərək belə fədakarlıqda olan qullarını dünyada və axirətdə belə müjdələməkdədir:
145. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq! (Al-İmran Surəsi, 145)
Əvvəlki hissələrdə izah edildiyi kimi, tarix boyunca peyğəmbərlərin və möminlərin təbliğləri hər vaxt müsbət qarşılıq tapmamışdır. Peyğəmbərlər və saleh möminlər bir çox çətinliklə qarşılaşmışlar. İnsanları dəvət etdikləri gözəl əxlaqın cəmiyyətdə yayılması, inkarcı, müşrik və bütpərəst cəmiyyətlərin mənfəətlərinə uyğun gəlməmişdir. Bu kimi insanlar, dürüstlüyün, yaxşı niyyətin, fədakarlığın, comərdliyin, heç bir qarşılıq gözləmədən yaxşılıq etmənin, insanlara gözəlliklə və ədalətlə davranmanın, zəngin kasıb ayrı-seçkiliyi etmədən bütün insanları bərabər qəbul etmənin öz qurduqları sistemi pozacağını düşünmüşlər. Çünki bu əxlaqı yaşayanların əksəriyyət olmasıyla birlikdə, o zamana qədər etibarlı olan ədalətdən uzaq tətbiqlərin və müxtəlif əxlaqsızlıqların çox daha diqqət çəkəcəyini anlamışlar. Bu narahatlıqları, söz mövzusu insanları iman edənlərə qarşı böyük bir düşmənlik bəsləməyə yönəltmişlər. Özlərinə edilən çağrışların vəsilə olacağı xeyrləri görə bilməyən və verilən nəsihət edərin hikmətlərini qavaraya bilməyən bu insanlar peyğəmbərlərin, heç bir qarşılıq gözləmədən, hər cür fədakarlığı gözə alaraq etdikləri çağrışlara düşməncə bir tutumla cavab vermişlər. Peyğəmbərləri və özlərini yaxşılığa çağıran digər insanları dayandıra bilmək üçün hər cür hiyləli üsula müraciət etmişlər. Onlara qarşı müxtəlif böhtan və günahlandırmalarda olmuş, bu yolla onları cəmiyyət qarşısında da təsirsiz hala gətirə biləcəklərini düşünmüşlər.
İnkar edənlərin, gözəl əxlaqı təbliğ edən möminlərə olan bu yanaşması, tarixin hər dövründə təkrarlanmışdır. Quranda, bu vəziyyətin iman edənlər üçün yaradılan xüsusi bir sınaq vəsiləsi olduğu belə bildirilməkdədir:
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Al-İmran Surəsi, 186)
Möminlər, özlərinə yönəldilən böhtanların, əziyyət məqsədli söz və xəbərlərin, Allahın dünya həyatında özləri üçün yaratdığı imtahanın bir parçası olduğunu bilərlər. Saleh möminlər qarşılaşdıqları çətinliklərdən təsirlənmədən, şövq və həyacanla gözəl əxlaqı insanlara təbliğ etməyə davam edərlər. Çünki bütün etdiklərinin qarşılığını axirətdə almağı ümid edər, Allahın hər vaxt üçün saleh möminlərin köməkçisi, vəlisi və dəstəkçisi olduğunu bilmənin etibar dolu dincliyini yaşayarlar.
İnkarcılar iman edənlərə müxtəlif tələlər qurar, onları böhtan və hücumlarla maneə törədə biləcəklərini zənn edərlər. Ancaq Allah Quran ayələrində iman sahiblərini mütləq zəfər verəcəyini və bütün böhtanlardan təmizə çıxaracağını bildirmişdir. Məsələn Hz. Musaya da qövmü böhtan və pis sözlərlə əziyyət etməyə çalışmış, ancaq Allah onu inkarcıların böhtanlarından təmizə çıxarmışdır. Quranda bu vəziyyət belə bildirilər:
Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi. (Əhzab Surəsi, 69)
Tarix boyunca peğəmbərlərə və möminlərə atılan böhtanlar isə, ümumiyyətlə həmişə bir-birinə bənzər olmuşdur. İnkarcı cəmiyyətlər, özlərini haqq dini və gözəl əxlaqı yaşamağa çağıran elçiləri cadugərlik, şairlik və dəlilik böhtanlarıyla ittiham etməyə cəhd etmişlər. Quranda peyğəmbərlərə və möminlərə bu mövzuda atıldığı bildirilən böhtanlardan bəziləri belədir:
İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər. (Yunus Surəsi, 2)
(Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! (Hicr Surəsi, 6)
Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: "Xeyr, (bu Quran) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!" (Ənbiya Surəsi, 5)
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!" (Qəmər Surəsi, 25)
Fironun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: "Bu sehrbazdır, yalançıdır!" - dedilər. (Möminin Surəsi, 24)
Kafir olanlar: "Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!" - deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar. (Furqan Surəsi, 4)
İnkarcılar, bu böhtanlarıyla iman edənlərin izah etdiklərinin təsirini azaltmaq istəyərlər. Halbuki möminlərin təbliğini əsl təsirli edən onların ixlasları, səmimiyyətləri, vicdanlı və dürüst rəftarları, doğru sözlü olmaları və insanları qəti həqiqi olana çağırmış olmalıdır. Onların çağrışlarını insanlar üzərində təsirli edəcək olan, ürəklərə təsir edəbilən isə yalnız Allahdır. Bu səbəblə, bu tərz cəhdlərin, insanlar üzərində inkar edənlərin ümid etdikləri kimi bir təsiri olmaz.
Bunun yanında digər möminlər də, inkar edənlərin bir-birləri haqqında ortaya atdıqları bu tərz böhtanlara heç bir şəkildə etibar etməzlər. "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (Hucurat Surəsi, 6) ayəsiylə bildirdiyi üzrə, möminlər məlumatları olmayan bir mövzuda kimsə haqqında zənndə olmazlar. Bu kimi böhtanlarla tarix boyunca bütün peyğəmbərlərin və saleh möminlərin qarşılaşdığını bilərlər. Mömin qardaşları haqqında gözəl zənndə olar, xeyirli düşüncələrlə hərəkət edərlər. Böhtanların əsassızlığının isbat edilməsi üçün bir-birlərinə dəstək olarlar. Quranda möminlər üçün bildirilən, "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (Maidə Surəsi, 54) xüsusiyyətinə uyğun olaraq, bu böhtanlara qulaq asmazlar.
(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!) (Tövbə Surəsi, 129) |
İnkar edənlərin Allahın razılığını qazanma məqsədiylə səy göstərən insanlara istiqamətli cəhdləri yalnız haqsız böhtanlar atmaqla məhdud qalmamışdır. Möminlər eyni zamanda, din əxlaqının insanlar arasında yayılmasını istəməyən inkarcıların, müşriklərin və bütpərəst cəmiyyətlərin təzyiq və hədələmələriylə də qarşı-qarşıya qalmışlar. Yaşadıqları cəmiyyətlərin qabaqda olanları tərəfindən ölüm, sürgün, həbs ya da işgəncə hədələmələriylə qarşılaşmış, bəzən hərəkəti hücumlara da məruz qalmışlar. Quranda inkar edənlərin tarix boyunca dəyişməyən bu tutumu və bu məqsədlə möminlərə tələ qurduqları belə xəbər verilməkdədir:
Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal Surəsi, 30)
Ayələrdən aydın olacağı kimi, inkarcıların hədəfi, möminləri həbs edə bilmək, öldürmək ya da sürgün etməkdədir. Ancaq açıqdan açığa müdaxilə etmək yerinə, iman edənlərin gözəl əxlaqı təbliğ etmələrini "tələ" quraraq dayandırmaq istəmişlər. Rəbbimiz Quranda qurulan bu tələlərlə əlaqədar bir çox xəbər vermişdir. Bunlardan biri, azğın qövmlərinin içində təmiz və iffətli yaşamaq istədikləri üçün yurdlarından çıxarılmaq istənən Hz. Lut və ailəsinə əlaqəlidir. Hz. Lut qövmünə Allahın bəyəndiyi əxlaqı yaşamalarını, əxlaqsızlığı və çirkin utanmazlıqları tərk etməyi nəsihət etmişdir. Hz. Lutun təbliği qarşısında qövmünün verdiyi cavab isə Quranda belə xəbər verilmişdir:
(Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu. (Nəml Surəsi, 56)
Lut qövmü, "təmiz qalmaq istədikləri" və Allahın razı olacağı kimi bir əxlaq göstərdikləri üçün Hz. Lutu ailəsiylə birlikdə şəhərlərindən çıxarmaq istəmişdir. Ancaq, Hz. Lutun yaşadığı şəhəri tərk etməsinin dərhal ardından Allah o şəhəri yerlə bir etmiş, möminlərə qurulan tələni bu kəslərin əleyhinə çevirmişdir.
Möminlərə yönəldilən həbs hədələmələrinə bağlı olaraq Quranda verilən nümunələrdən biri isə Fironun rəftarıdır. Firon Hz. Musanı, özünə tabe olmadığı təqdirdə həbs etməklə hədələmişdir. Fironun bu hədələməsi Quranda belə xəbər verilmişdir:
(Firon: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi. (Şuəra Surəsi, 29)
İnkar edənlərin dərhal hər dövrdə müraciət etdikləri bir başqa üsul isə iman etmiş kəsləri yollarından çevirmək üçün içlərindən bir qismini öldürməyə təşəbbüs göstərmək olmuşdur. Xüsusilə Rəsulları öldürərək, gözəl əxlaqın yayılmasını maneə törədə biləcəklərini, digər iman edənləri də bu şəkildə qorxaqlığa sövq edə biləcəklərini sanmışlar. Qövmünün, Hz Şuaybı daşa tutub öldürməklə hədələməsi də eyni zalim dünyagörüşünün bir nəticəsidir:
Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!" (Hud Surəsi, 91)
Firon və yaxın ətrafı da Hz. Musanı öldürmək üçün planlar qurmuşlar. Ancaq Hz. Musa, Allahın köməyiylə onların bu tələlərindən xəbərdar olmuşdur. Quranda inkacıların bu tələləri və Allahın Hz. Musaya olan bu köməyi belə bildirilməkdədir:
(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: "Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!" (Qəsəs Surəsi, 20)
Hz. İbrahimin qövmü isə, özlərini bütlərə ibadət etməkdən imtina etdirib Allaha iman etməyə çağıran peyğəmbərlərini alova ataraq öldürməyə cürət etmişlər. Ancaq Allah, elçisini bu çətin vəziyyətdən möcüzəvi bir şəkildə qurtarmışdır. Quranda bu hadisə belə xəbər verilməkdədir:
Tayfasının (İbrahimin sözlərinə) cavabı: "Onu öldürün, yaxud da yandırın!" - deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır! (Ənkəbut Surəsi, 24)
İnkar edənlər, peyğəmbərlərə olduğu kimi saleh möminlərə də düşməncə davranarlar. Ancaq onların hücumları nə qədər çətin olursa olsun, həm peyğəmbərlər həm də yanındakı möminlər səbir və dözümlə insanları din əxlaqına çağırmağa davam etmişlər. Yaşadıqları bütün çətinliklərə baxmayaraq, böyük bir cəsarət və fədakarlıq nümunəsi sərgiləmişlər. Bütün hadisələrin ancaq Allahın idarəsiylə reallaşacağını bilmənin təslimiyyətini və təvəkkülünü ən gözəl şəkildə yaşamışlar. İman edənlərin bu təslimiyyətli rəftarları ayələrdə bu şəkildə ifadə edilmişdir:
Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!
Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! (Araf Surəsi, 195-196)
O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" - deyə cavab verdilər. (Al-İmran Surəsi, 173)
Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər! (İbrahim Surəsi, 12)
De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!" (Tövbə Surəsi, 51)
Bu hücum və tələlər hər vaxt möminlərin lehinə nəticələr vermiş, ürəklərində xəstəlik olan, Müsəlmanlara dəstək olmaqdan və Allah yolunda fədakarlıqda olmaqdan qaçan insanların ortaya çıxmasına da vəsilə olmuşdur. Quranda, belə çətinliklərlə qarşılaşdıqlarında təbliğ şövqünü və həyacanını itirən, hətta geridə qaldığı üçün sevinən insanların rəftarlarından belə bəhs edilməkdədir.
Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: "Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım", - deyər. (Nisa Surəsi, 72)
Halbuki din əxlaqını izah etmə mövzusunda ağır davranmaq, geridə qalmaq, fədakarlıqdan qaçmaq və məsuliyyəti başqalarının üzərinə buraxmaq sevinc eşidiləcək davranışlar deyil. Ağılı və vicdanı ilə doğru olanı qavraya bildiyi halda, vicdanını örtərək haqqdan üz çevirən bir insan özünü qazanclı sanmamalıdır. Allahın razı olacağı əxlaqı yaşamaqda ağır davranmaq, geridə qalanlardan olmaq adama axirətdə böyük bir məsuliyyət yükləyə bilər. Dünya həyatında, rahatını qoruya bilmək, mənfəətlərinə zərər gəlməsini maneə törədə bilmək üçün passiv davranan bir insan, axirətdə dünyada qarşılaşacağı çətinliklərlə müqayisə edilməyəcək qədər böyük ağrılı və çətinliklərlə qarşılaşa bilər. Dünyada isə Allahın razı olmayacağını bildiyi səmimiyyətsiz bir əxlaq göstərmiş olmanın verdiyi vicdan əzabı, həyatının hər anında ona bir iç çətinliyi olacaq. Bunun yanında, Allah diləsə belə bir adama axirətdən əvvəl, dünya həyatında da əzab verə bilər. Quranda bu vəziyyət, "Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır. Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!" (Tur Surəsi, 45-47) ayəsiylə bildirilmişdir.
İnkar edənlərin gözəl əxlaqın təbliğini maneə törətmə məqəsdiylə tətbiq etdikləri təzyiq qarşısında möminlər Allaha təvəkkül etməlidirlər. Əllərindən gələn bütün səyi göstərərək Quran əxlaqını yaşamağa davam etməlidirlər. Allah Quranda bu kəsləri bu şəkildə müjdələməkdədir:
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Al-İmran Surəsi, 160)
Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər. (Ənfal Surəsi, 64)
(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!) (Tövbə Surəsi, 129)
Saleh möminlər, Quranda bildirildiyi kimi xeyrlərdə yarışıb önə keçənlərdən ola bilmək, Allahın razılığını ən çoxuyla qazana bilmək üçün, çətinliklər qarşısında şövqlə təbliğə davam edərlər. Quran əxlaqının tələb etdiyi fədakarlığın yalnız müəyyən mövzularla məhdud olmadığını, insanın həyatının hər anında, heç bir çətinlikdən qorxmadan bu əxlaqda dözümlülük göstərərək yaşana biləcəyini bilərlər. Quranda möminlərin bu əxlaqından təriflə danışılmış və buna qarşılıq Allahın onlara həm dünya həyatının həm də axirət savabının gözəlliyini verdiyi bildirmişdir:
Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!
Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!" – deməkdən başqa sözləri olmamışdır.
Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər! (Al-İmran Surəsi, 146-148)
Kitabın əvvəlki hissələrində çətinliklərin münafiq xarakterli insanlarla, səmimi möminləri ayırd edən əhəmiyyətli bir imtahan vəsiləsi olduğundan bəhs etdik. Quranın bir çox ayəsində, gözəl mühitdəykən möminlərlə birlikdə hərəkət edən, mömin əxlaqına bənzər bir əxlaq göstərən, çətinliklə qarşılaşdıqlarında isə fərqli bir rəftar sərgiləyən insanlar haqqında məlumat verilməkdədir. Bir çox adam rifah mühitində bəzi çətinliklərə güc çatdıra bilər; ancaq çətinlik anında bu əxlaqı göstərməyəbilərlər. Hər nə olursa olsun təvəkkül edə bilmək, Allaha bağlılıqda qərarlı davrana bilmək, qarşılaşdığı çətinlikləri aşa bilmək üçün səy göstərə bilmək yalnız güclü bir imana sahib olanların göstərə biləcəkləri rəftarlardır.
Kimi insanlar bu həqiqəti görməməzlikdən gələr, rifah içindəykən etdikləri bəzi yaxşılıqları kafi görərlər. Çətinliklə qarşılaşdıqlarında isə, zamanında etmiş olduqları yaxşılıqları qarşıya qoyaraq fədakarlıqda olmaqdan qaçarlar. Ayrıca bunları dəlil göstərərək Quranda bildirilən fədakar ruhu yaşadıqlarını iddia edərlər. Bu əxlaqa sahib insanlar, özləri çətinlik içərisindəykən başqalarının problemləriylə maraqlanmanın vicdanı məsuliyyətləri olmadığını müdafiə edər və "başqaları etsin" məntiqiylə məsuliyyət götürməkdən qaçarlar.
Halbuki bu dünyagörüşü Quran əxlaqıyla heç bir şəkildə uyğun gəlməməkdədir. Allah insanları, həyatlarının hər anında gözəl əxlaqı yaşamaqla öhdəçilikli etmişdir. Bu səbəblə hər insan, səbirdə, təvəkküldə, səmimiyyətdə, dürüstlükdə, vəfa və sədaqətdə olduğu qədər fədakarlıqda da bir ömür müddətincə dayanıqlıq göstərməklə məsuldur. Allah insanın bu məsuliyyətini "(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!" (Kəhf Surəsi, 46) ayəsiylə xəbər vermişdir. Quran ayələrində təsvir edilən fədakarlıq, öz mənfəətləriylə zidd düşən, hətta özünü riskə soxan, əmək verməsini, səbir göstərməsini tələb edən hadisələrdə də insanın sevə sevə fədakarlıqda olmasıdır.
Quran ayələrində, iman edənlərin çətinlik içərisində olduqları dövrlərdə etdikləri fədakarlıqlarla, rifah və təhlükəsizlik içərisindəykən göstərdikləri səyin bir olmayacağına diqqət çəkilməkdədir. Ehtiyac və çətinlik içərisindəykən, malından infak edən, səy göstərən bir kimsə Allah qatında dərəcə baxımından daha üstün tutulmuşdur. Quranda bu vəziyyət belə bildirilməkdədir:
(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Hədid Surəsi, 10)
Bir başqa ayədə isə Allah, "Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: "Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq", - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir." (Tövbə Surəsi, 42) sözləriylə ürəklərində imani bir zəiflik olan bu kəslərin çətinlik anlarında fədakarlıqdan qaçmalarının həqiqi səbəbini bildirmişdir. Asanlıq, rahatlıq və rifah içərisində olduqlarında, saleh möminlərlə birlikdə hərəkət edən bu insanlar, çətinliklərlə qarşılaşdıqlarında yorqunluğa qapılmaqdadırlar.
Saleh möminlər isə, özləri çətinlik içərisində olsalar belə, Allah qorxuları və səmimi imanları səbəbiylə fədakarlıq mövzusunda böyük bir əzm, dayanıqlıq və cəsarət göstərə bilərlər. Möminin Allahın razılığını qazanma mövzusundakı şövq və əzmi, içərisində olduğu çətinliklərə olan dünyagörüşünü də təməldən dəyişdirər. Çətinlik olaraq görülən hər cür hadisə, iman gözüylə baxıldığında mömin üçün asan bir hal alar. Allahın səmimi möminlərə, Quran əxlaqını yaşamaqda dayanıqlıq göstərənlərə, Allahın razılığını hər cür dünya mənfəətindən daha əhəmiyyətli görənlərə mütləq kömək edəcəyini bilmənin təvəkkülünü yaşayarlar.
Bu həqiqətin şüurunda olan möminlərin çətinlik anlarında fədakarlıq göstərməli, məsuliyyətli olmaları lazımdır. Allah kimlərin bu məsuliyyətdən azad olduğunu isə Quranın "Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!" (Tövbə Surəsi, 91) ayəsiylə bildirmişdir. Allahdan qorxan vicdan sahibi bir insanın, bu həqiqətləri bilərək məsuliyyətdən qaçması, öz mənfəətlərinin arxasına düşməsi heç bir bəhanə ilə açıqlana bilməz. Çünki Allah bunu edən kəslərin üzr və bəhanələrinin etibarsızlığını Quranda Peyğəmbərimiz (s.ə.s.) dövründən bir örnəklə belə xəbər verilməkdədir:
Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər! (Tövbə Surəsi, 93)
(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: "(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də". Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir! (Tövbə Surəsi, 94)
Bu kəslər, ətraflarındakı insanları göstərdikləri rəftarın qəbuliyyəti mövzusunda razı salmağa çalışaraq vicdanlarını rahatlaşdırmaq istəyərlər. Bəzən ailəvi, bəzən də ticari məsuliyyətlərini qarşıya qoyaraq, fədakarlıqda olmalarının zəruri bir vəziyyət olduğu təəssüratını vermək istəyərlər. Halbuki bütün bunların etibarsızlığını özləri də bilməkdədirlər. Dünya həyatındakı hər şeyin gəlib keçici olduğunun, əzəldən əbədə qədər baqi olanın yalnız Allah olduğunun və hər şeyin sonunda Rəbbimizə çevriləcəyinin şüurundadırlar. "Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)" (Hicr Surəsi, 24) ayəsiylə bildirildiyi kimi, Rəbbimiz bu kəslərin həqiqi niyyətlərini bilməkdədir. Ancaq buna baxmayaraq, Allahın razılığını qazanmaq yerinə nəfslərini məmnun etməyi seçərlər. Bu kəslər öz mənfəətlərini qorumalarının lehlərində olduğunu düşünərkən çox böyük bir yanılmaya düşərlər. Çünki insanın əsl lehinə olacaq olan, Allahın razılığından yana hərəkət etməsidir. Onu qoruyub gözləyəcək, ona nemət verəcək, təhlükəsizliyini, rahatlığını, dincliyini təmin edəcək olan yalnız aləmlərin Rəbbi olan Allahdır.
Göstərilən eqoist bir əxlaqın, iman edən bir insanı axirətdə olduğu kimi dünya həyatında da hörmətdən salacağı unudulmamalıdır. Allah Peyğəmbərimiz (s.ə.s.)a, mallarıyla və canlarıyla fədakarlıqda olmaqdan qaçan insanlara belə söyləməsini vəhy etmişdir:
Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: "Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!" (Tövbə Surəsi, 83)
Ayrıca çətinliklə qarşılaşınca geri çəkilmənin, yorqunluğa qapılmanın, öz mənfəətlərini Allahın razılığına seçmənin, Müsəlmanam deyən bir adamı axirətdə necə böyük bir peşimanlığa apara biləcəyi də unudulmamalıdır. İman sahibi bir insanın bütün bu həqiqətləri düşünərək və Quran əxlaqını gücünün çatdığı ən mükəmməl şəkildə yaşaması sonsuza qədər gedəcək belə bir peşmanlıq eşitməsini önləyəcək.