I. Hissə: Quran Əxlaqında Fədakarlığın Əhəmiyyəti (1/3)

Bir kimsənin imanının, Allaha olan bağlılığının, sevgisinin və qorxusunun dərəcəsini ancaq Allah belə bilər. Quranda bu həqiqət "Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və möminlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir." (Hud Surəsi, 5) ayəsiylə bildirmişdir. İnsanlar isə bir adamın imanı və Allah qorxusu haqqında ancaq xaricdən gördükləri bəzi əlamətlərə görə bir qənaətə çata bilərlər. Bu əlamətlərin nələr olduğunu da Allah Quran ayələriylə bildirmişdir. Quranda bildirilən ibadətləri əskiksiz olaraq yerinə yetirmək, Allahın çəkilməsini bildirdiyi rəftarlardan çəkinib, Onun razı olacağı əxlaqı, gücünün çatdığının ən çoxuyla yaşamağa çalışmaq, adamın ixlasının və təqvasının əhəmiyyətli göstəricilərindəndir.

Allah Quranın bir çox ayəsində, iman etdikləri söylədikləri halda ürəklərində həqiqi imanı yaşamayan səmimiyyətsiz insanlar haqqında məlumat vermişdir. Bu kəslər, müəyyən mövzularda möminlərin rəftarlarına bənzər davranışlarda ola bilərlər. Quranda ifadə edilən bəzi ibadətləri edə bilər, Allahın çəkinilməsini bildirdiyi mövzuların bəzilərinə diqqət yetirərək möminlərə bənzər bir həyat tərzi sürə bilərlər. Ancaq bir də bəzi mömin xüsusiyyətləri vardır ki, bunlar bir insanın həqiqətən səmimi olaraq iman edib etmədiyini ortaya qoyar və bunların təqlidi olaraq yaşanması o qədər də mümkün deyil. Qəti bir dözümlə və heç bir şərt qoşmadan yaşanılan fədakarlıq bu əxlaq xüsusiyyətlərindən biridir. Bir çox mövzuda möminləri təqlid edəbilən, ancaq səmimi imanı gərəyi kimi yaşamayan bu insanlar, yalnız Allahın razılığını, sevgisini və axirəti hədəfləyərək fədakarlıqda olmaları lazım olduğunda buna güc çatdıra bilməzlər. Bəzən insanlara nümayiş edə bilmək, bəzən həqiqi əxlaq anlayışlarını gizləyə bilmək bəzən də müxtəlif mənfəətlər əldə edə bilmək üçün fədakarlıq görnüşündə müxtəlif cəhdlərdə ola bilərlər. Ancaq qarşılığında heç bir mənfəət əldə edə bilməyəcəklərindən əmin olduqlarında bu mövzudakı istəksizlikləri ciddi şəkildə diqqət çəkər. Xüsusilə də öz bucaqlarından bir mənfəət itkisi söz mövzusu olduğunda, maddi ya da mənəvi baxımdan bir zərərə çatacaqlarını düşündüklərində, yalnız imanın qazandıra bildiyi bu gücü özlərində tapa bilməməkdə və beləcə səmimiyyətsizlikləri ortaya çıxmaqdadır.

İman edənlər üçün isə, Allah üçün fədakarlıq göstərə biləcəkləri bir vəziyyətlə qarşılaşmaq, imanlarını və səmimiyyətlərini göstərə biləcəkləri çox qiymətli fürsətlərdir. Onlar, insanın nəfsiylə zidd düşən, çətinlik ya da çətinliyə girməsini, səbir göstərməsini, səy göstərib mənfəətlərindən güzəşt verməsini tələb edən mühitlərin, Allahın xüsusi olaraq yaratdığı hikmətli hadisələr olduğunu bilərlər. Dünya həyatının Allahın məmnuniyyətini qazana bilmələri üçün yaradılmış qısa və keçici bir imtahan mühiti olduğunun şüuruyla hərəkət edər, bu səbəblə əsl olaraq Allahın razılığını və axirət qazancını istəyərlər. Allah Quranda dünya həyatı ilə əlaqədar həqiqəti belə bildirməkdədir:

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər). (Ənkəbut Surəsi, 64)

Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir). (Rad Surəsi, 26)

Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər; (Şura Surəsi, 36)

Allah dünya həyatında insanları müxtəlif hadisələrlə sınamaqdadır. Beləcə Allahın razılığnı, rəhmətini və cənnətini üstün tutanlarla nəfislərinə yenilənlər ortaya çıxmaqdadır. Bunu üçün "Hər nəfs ölümü dadıcıdır. Biz sizi, şərlə də, xeyrlə də sınayırıq və siz Bizə çevriləcəksiniz." (Ənbiya Surəsi, 35) ayəsiylə bildirdiyi kimi, Allah insanı bəzən müxtəlif nemətlərlə, bəzən də müxtəlif çətinliklərlə sınamaqdadır. Allah Quranda dünya həyatının yaradılış məqsədini bu şəkildə xəbər verməkdədir:

Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: "Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!", kafir olanlar: "Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!" – deyə cavab verərlər. (Hud Surəsi, 7)

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk Surəsi, 2)

Allahın yaratdığı bu imtahan mühitində məqbul olan, insanın gücünün çatdığı ən son nöqtəyə qədər səmimiyyətlə səy göstərməsi və Allahın razı olacağı əxlaqı yaşaya bilmək üçün hər cür fədakarlığı gözə almalıdır. Quranda əsl böyük fəzlin (lütf, fədakarlıq) "xeyrlərdə yarışıb önə keçmək" olduğu belə bildirilmişdir:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür! (Fatır Surəsi, 32)

(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! (Maidə Surəsi, 48)

Allahın razılığını qazana bilmək üçün xeyrlərdə yarışan bir insan, imtahan verərək qarşısına çıxan bütün hadisələrdə böyük bir şövq, iradə və fədakarlıq ruhu içərisində hərəkət edər. Bu səmimi və ixlaslı rəftar, iman edən adamın, bərabərində daha bir çox gözəl əxlaq xüsusiyyəti qazanmasını təmin edər. Fədakar olan bir insan eyni zamanda təvəkküllü, təslimiyyətli, cəsarətli, səbirli, mərhəmətli, köməksevər, xoşgörülü, incə düşüncəli və şükr edici bir əxlaqa sahib olar. Bu adam, dünya həyatından ya da nəfsinin istəklərindən yana bir ehtiras və ehtiras içərisində olmadığını, yalnız Allahın razılığını, rəhmətini və cənnətini hədəflədiyini açıqca ortaya qoymuşdur. Allaha dərin bir sevgi və hörmət dolu bir qorxu ilə bağlı olduğunu, bu sevgisindən ötəri öz mənfəətlərindən heç düşünmədən imtina edə bildiyini göstərmişdir.

Böyük İslam alimlərindən İmam Qazali, Allahın razılığı, sevgisi və sonsuz cənnəti yanında dünya həyatının nə qədər dəyərsiz qaldığını və Allahın razılığını seçən bir adamın nə qədər böyük mükafatlara layiq görüləcəyini belə bir örnəklə izah etmişdir:

Bir kimsənin çox qiymətli bir ləl-cəvahiratı olduğunu düşünək. Bunu yüklü bir əvəz qarşılığında satması mümkün ikən aparıb bir neçə qəpiyə satsa; bu davranış o adam üçün böyük bir zərər və böyük bir aldanma olmazmı? Eyni zamanda bu davranış əməyinin aşağılığına, görüşünün zəifliyinə və ağlının qıt olduğuna dəlalət etməzmi?

Bir qulun aləmlərin Rəbbindən alacağı razılıq, mükafat, tərif və savab ilə kifayətlənməyərək bunun yanında insanlardan əldə edəcəyi tərif və dünyalıqlar, milyonlarla hətta dünya və içindəkilərdən daha çoxuna nisbətlə bir qəpik qədər belə dəyər ifadə etməz. O halda, bu dəyərsiz dünyalıqlar qarşılığında Allah Təalanın Uca və qiymətli nemətlərini itirmək açıq-aşikar bir aldanış deyilmi?

Əgər bu dəyərsiz dünyalıqlar sənə mütləq lazımlı isə, sən yenə də axirətə yönəl; görəcəksən ki dünya da arxasından gələcəkdir. Sən yalnız Rəbbinin razılığını tələb et, o da iki dünyanın da sahibi olan Uca Şəxsdir.

Rəsulullah (s.ə.s.) də belə buyurur. "Şübhəsiz ki Allah Təala axirətə aid bir əməl qarşılığında dünyalıq verər; lakin dünyalıq bir əməl qarşılığında axirəti verməz!" (Suyuti, Münavi)

Elə isə əməlləri xalis niyyətlə sırf Allah rızası üçün edən və əməyini axirəti qazanamaq üçün sərf edən kimsə həm dünyasını və həm də axirətini xoş etmiş olar. Əgər dünyaya yönəlsə axirətini itirdiyi kimi, bəlkə də arzu etdiyi dünyalıqlara da nail ola bilməz. Nail olsa belə dünyalıqlar əlində baqi qalmaz. Sonunda həm dünyada həm də axirətdə hüsrana çatanlardan olar. 1

Möminlər Allahın Razılğını Qazanmağı Hər Şeyin Üzərində Tutarlar

Quran əxlaqını yaşamayan kəslər, nəfslərini sahiblənmələri və qoruyub gözləmələri lazım olan bir varlıq olaraq görərlər. Var gücləriylə onu dəstəkləməyə, onun istəklərini yerinə yetirməyə və müdafiəçiliyini etməyə səylərlər. Bütün həyatlarını; ideallarını, dostluqlarını, dünyagörüşlərini nəfslərinin tələbləri istiqamətində istiqamətləndirərlər. Nəfslərini, sanki itaət edib tabe olmaqla, nə istəsə yerinə yetirməklə öhdəçilikli olduqları bir güc kimi görərlər. Ona uyğun gəldikləri təqdirdə xoşbəxt ola biləcəklərinə inanarlar.

Halbuki bu düşüncələr çox səhv bir inanca dayanmaqdadır. Allah Quranda nəfsin həqiqi mövqeyini və insanları necə bir sona doğru gedecəyini bildirmişdir. "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!" (Yusif Surəsi, 53) ayəsiylə bildirdiyi kimi, nəfs Allahın diləməsi xaricində insanı daim pisliyə sövq edər. Bu səbəblə insan ona uyğun gələrək deyil, tam tərsinə ancaq ondan çəkinərək xöşbəxtliyə və hüzura qovuşa bilər. İnsanın nəfsini sahiblənib, sanki bir kölə kimi onun istəklərinə boyun əymək yerinə, nəfsini öz buyruğu altına alması və onu istədiyi kimi istiqamətləndirməsi lazımdır.

Nəfs bir çox pisliklə birlikdə yaradılmışdır, əsl olan vicdanın səsini dinləyib yaxşılıqdan yana hərəkət etməkdir. Əksində isə adama Allahın razı olmayacağı bir əxlaqı mənimsədəcək, dünyada və axirətdə onu böyük bir hüsrana aparacaq. Nəfsini öyrədə bilməsi üçün isə, Allah insanın vicdanına hər cür pislikdən çəkinmənin və yaxşılığı yaşamanın yollarını ilham etmişdir. Quranda insanın qurtuluş yolu belə xəbər verilməkdədir:

And olsun nəfsə və onu yaradana (ona biçim verənə);

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,

Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!

Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms Surəsi, 7-10)

İman edənlər Quranı özlərinə rəhbər etdikləri üçün bu əhəmiyyətli həqiqətin fərqindədirlər. Bu səbəblə daim vicdanlarının səsinə uyğunlaşdırar. Dərin iman sahibi olmayan insanlar isə, bu həqiqəti bilmələrinə baxmayaraq bəzən nəfislərinin istəklərinə məğlub düşə bilərlər. Bunun nəticəsində dünya həyatına bağlı bəzi mövzular onlar üçün Allahın razılığını qazanmaqdan daha əhəmiyyətli bir hala gələr. Yaxşı bir iş sahibi olmaq, yaxşı bir evlilik edə bilmək, yaxşı bir yoldaş ətrafı əldə edib etibar qazana bilmək, zəngin olub lüks bir həyat yaşamaq, dünya həyatının bütün nemətlərindən ola bildiyincə faydalana bilmək kimi mövzular bu insanların həyatda əsl məqsədləri ola bilər. Burada səhv olan, söz mövzusu insanların bu mövzuları Allahın razılığını qazanmaqdan daha əhəmiyyətli görmələri, bütün bunları Allahın məmnuniyyətinə seçmələridir. Yoxsa əlbəttə ki bütün bu sayılanlar insanların dünya həyatında qanuni olaraq sahib ola biləcəkləri şeylərdir.

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Al-İmran Surəsi, 134)

Bu dünyagörüşünə sahib olan insanlar ümumiyyətlə Allaha, axirətə və hesab gününə iman etməzlər. Yalnız dünya həyatından istifadə edərək nəfslərini məmnun edə bilmək üçün yaşayarlar. Kimi insanlar isə ürəklərində dünya həyatına və nəfislərinə qarşı ciddi bir bağlılıq olduğu halda, bunu insanlardan gizləmək istəyərlər. Allaha iman etdiklərini, dünya həyatındakı əsl məqsədlərinin Allahın razılığını qazanmaq olduğunu söylərlər, bütün səylərinin bunun üçün olduğunu qarşıya qoyarlar. Bəlkə bir çox mövzuda Quran əxlaqına bənzər rəftarlar sərgiləyə bilərlər amma, nəfislərinin istəkləriylə zidd düşdüklərində dərhal həqiqi üzlərini göstərərlər. Çünki həqiqətdə Quran əxlaqını, ancaq "mənfəətləriylə zidd düşmədiyi müddətcə və mənfəətlərinin icazə verdiyi ölçüdə" yaşamaqdadırlar.

Gündəlik həyatda bu vəziyyətin müxtəlif nümunələrinə rast gələ bilmək mümkündür. Məsələn gələcək narahatlığa qapılan bir kimsə, dünya həyatında özünün və ailəsinin maddi ya da mənəvi mənfəətlərini zəmanət altına almasının, Allahın razılığını qazanmaqdan daha əhəmiyyətli olduğunu düşünər.

Quran əxlaqına uyğun bir səy içərisində olması lazım olarkən, şəxsi mənfəətlərini daha əhəmiyyətli görə bilər. Həqiqi mənada iman etməyən və Allahın razılığı yerinə öz mənfəətlərini güdən bu kimi səmimiyyətsiz insanların ruh halına Quranda belə diqqət çəkilmişdir:

Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: "Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq", - deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar. (Maidə Surəsi, 52)

Bu əxlaqdakı bir adam hər işin Allahın idarəsində və ancaq Onun icazəsiylə reallaşdığını düşünməz. Halbuki bu anda olduğu kimi gələcəkdə də qarşısına çıxacaq olan hər hadisə, ancaq Allahın icazəsiylə yaşanacaq. İnsan nə tədbir görürsə görsün, nə qədər çox səy göstərirsə göstərsin, əgər bir çətinliklə qarşılaşacaqsa buna maneə törətməyə gücü çatmayacaq; Allah dilədisə bu hadisə yaşanacaq. Eyni şəkildə əgər bir yaxşılıqla qarşılaşacaqsa, buna da maneə törətməyə kimsənin gücü çatmayacaq və bu yaxşılıq Allahın diləməsiylə reallaşacaq.

Bu həqiqətin şüurunda olan bir insan, dünya həyatından və gələcəyindən yana heç bir narahatlığa qapılmaz. Səmimi olduğu, daim Allahın razılığını güddüyü müddətcə, Allahın köməyi, rəhməti və dəstəyi Allahın icazəsiylə mütləq onunla birlikdə olacaq. Allah Quranda iman edənlərə bu rəhmətini "O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" bu ayəsiylə müjdələmişdir. Bütün nemətləri özünə çatdıracaq olanın yalnız Allah olduğunu unudan bir kimsə isə, bunları öz səyiylə əldə edə biləcəyini düşünüb dünyanın arxasında qaçmaqla böyük bir yanılmaya qapılar.

Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Al-İmran Surəsi, 114)

Səmimi iman edən kəslər üçün, həyatları boyunca qarşılaşacaqları heç bir hadisə, Allahın razılığını qazanmaqdan daha prioritetli ola bilməz. Nə dünya malı, nə gələcək qayğısı, nə zənginlik, nə də mövqe və etibar kimi mövzular onlar üçün Allahın bəyəndiyi əxlaqı yaşamaqdan daha əhəmiyyətli deyil. Bu məqsədləri uğrunda, çətinlik içərisinə girmələri gərəksə də əsla taviz veməzlər. Allahın razılığını qazana bilmək üçün hər cür fədakarlığı sevə sevə gözə alarlar. Allahın dostluğunun, sevgisinin və rəhmətinin, dünya həyatının heç bir nemətləriylə müqayisə edilə bilməyəcək və heç bir şeyə dəyişilməyəcək qədər böyük və qiymətli nemətlər olduğunun fərqindədirlər. Quranda möminlərin bu xüsusiyyətləri belə bildirməkdədir:

De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam Surəsi, 162)

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə Surəsi, 111)

Bir başqa ayədə isə, saleh möminlərin Rəbbimizin razılğını qazana bilməyi nəfslərinin istəklərindən üstün tutduqları bildirilməkdədir:

İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (Bəqərə Surəsi, 207)

Möminlər ayələrdə ifadə edildiyi kimi Allahın razılığını qazana bilmək üçün lazım olduğunda heç düşünmədən hər şeydən infaq edə bilərlər. Allahın axirətdə özlərini, hər şeyin daha gözəliylə mükafatlandıracağını bilər, dünya həyatlarını heç bir zaman üçün öz mənfəətləri, rahatları arxasında qaçaraq keçirməzlər. Etdikləri fədakarlıqlar qarşısında da insanlardan yana heç bir qarşılıq gözləməz, yalnız Allahın razılığını qazanmağı ümid edərlər. Quranda möminlərin bu əxlaqı belə bildirmişdir:

(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. (İnsan Surəsi, 9)

Dipnotlar

1- (İmam Gazali, Cennete Doğru (Yedi Geçit) Minhacü’l-Abidin s. 264-265)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • I. Hissə: Quran Əxlaqında Fədakarlığın Əhəmiyyəti (1/3)
  • I. Hissə: Quran Əxlaqında Fədakarlığın Əhəmiyyəti (2/3)
  • I. Hissə: Quran Əxlaqında Fədakarlığın Əhəmiyyəti (3/3)
  • II. Hissə: İndiki Vaxtda Müsəlmanların Fədakar Olmalarının Əhəmiyyəti
  • III. Hissə: Problemlərini Bəhanə Edərək Fədakarlıqdan Qaçanlar (1/2)
  • III. Hissə: Problemlərini Bəhanə Edərək Fədakarlıqdan Qaçanlar (2/2)
  • IV. Hissə: Müsəlmanlar Çətinlikləri Səbir və Fədakarliqla Məğlub Edərlər (1/2)
  • IV. Hissə: Müsəlmanlar Çətinlikləri Səbir və Fədakarliqla Məğlub Edərlər (2/2)
  • Nəticə