İnkar edənlər dünyadakı yaradılış dəlillərini görmədən həyat sürürlər. İman edən bir insanın bu şəxslərdən fərqi isə Allah`ın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allah`ın qüdrətini və sənətini görər, Onu təsbih edər və Allah`a yaxınlaşmaq üçün yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! " (Ali-İmran surəsi, 191) | ||
Allah Quranın bir çox yerində "düşünməzsinizmi", "düşünənlər üçün dəlillər vardır" ifadələri ilə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan əlavə, Allah üzərində düşünmək üçün saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allah`ın bir təcəllisi və dəlilidir. Bu səbəblə, göylərdə, yerdə və bunların aralarında olan hər şey bir təfəkkür vəsiləsidir. Bir ayədə belə buyurulur:
(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11) | ||
Ayədə"təfəkkür mövzusu" olaraq göstərilənlərdən biri, məsələn, xurma ağacı üzərində bir az düşünək. Məlumdur ki, ağac torpağa əkilən toxumdan əmələ gəlir. Toxum kiçik bir cisimdir, amma necə olur ki, o toxumun içindən qısa müddət ərzində 4-5 metr uzunluğunda və yüzlərlə kiloqram ağırlığında nəhəng bir taxta kütləsi meydana gəlir?! Toxumun bu nəhəng taxta parçasını hazırlayarkən istifadə edə biləcəyi yeganə vəsait isə torpaqdır.
Yaxşı, bəs toxum ağac çıxarmağı haradan bilir? Necə olur ki, torpağın içindən lazımlı vəsaitləri təhlil edərək bunları taxta toxuması meydana gətirmək üçün istifadə etməli olduğunu "bilir"? Əmələ gətirdiyi ağacın hansı forma və quruluşa sahib olacağını necə təxmin edə bilər? Sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxır. Toxum içində damarlar olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım olan köklərə sahib olan və üst qismi də budaqlara ayrılan son dərəcə yaxşı hazırlanmış canlı bir maddə çıxarır. İnsan yaxşı bir ağac şəkli çəkmək üçün çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək çətin işdir. Halbuki, toxum nəinki çəkmək, bu son dərəcə kompleks cismi torpaqdakı vəsaitləri istifadə edərək sıfırdan meydana gətirir.
Bu vəziyyətdə toxumun son dərəcə ağıllı bir varlıq olduğunun nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsiredici bir ağıl var. Yaxşı, bu ağıl toxuma haradan və necə gəlib? Necə olur ki, bir toxum bu cür bir ağıl və yaddaşa sahib ola bilir?
Şübhəsiz, bunun sadəcə bir cavabı var: Allah toxumu ağac meydana gətirə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün lazımlı məlumatlara sahib olacaq şəkildə proqramlaşdırmışdır. Torpağa əkilən hər toxum Allah`ın elmi ilə əhatə edilmişdir, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda (Lövhi-məhfuzda) olmasın. (Ənam surəsi, 59) | ||
Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yarıb içindən yeni bir bitkini çıxaran da Allah`dır. Bu həqiqət Ənam surəsində belə xəbər verilir:
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz! (Ənam surəsi, 95) | ||
Toxum Allah`ın kainatda yaratdığı sonsuz saydakı "təfəkkür vasitəsi"ndən , yəni "iman həqiqəti"ndən yalnız biridir. İnsan ağlını örtən qalın qəflət pərdəsini aralayıb "necə", "niyə" kimi suallar verərək düşünsə, bütün kainatın Allah`ın varlığının və gücünün dəlilləri ilə dolu olduğunu rahatlıqla görə bilər.
Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu həqiqəti qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq "görmə " qabiliyyətinə sahib deyillər. Quranda ifadə edildiyi kimi "… gözləri vardır, onunla görməzlər… ". (Əraf surəsi, 179). Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti dərk edəcək ağıl və qavrayışa sahib deyillər.
Mömin isə Allah`ın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və onunla bərabər ağıl inkişaf etdikcə mömin qəbul etdiyi bu böyük həqiqəti qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır.
İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: elm əl-yəqin, ayn əl-yəqin, haqq əl-yəqin.
Bu mərhələləri açıqlamaq üçün yağış nümunəsini misal çəkə bilərik. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə – yəni elm əl-yəqində bir insan pəncərələri bağlı olan evdə oturduğu halda, bayırdan gələn bir insan ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə - ayn əl-yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda, həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləri ilə görər. Haqq əl-yəqində isə qapını açar və evdən çıxar: artıq yağışın "içində"dir.
İmanın elm əl-yəqindən ayn əl-yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır.
Allah'ın ayələrini dərk edə bilmək və inkarçılar kimi olmamaq üçün bu lazımdır. Ayələrdə belə buyurulur:
Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64) Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54) | ||
Allah`ın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu üzərində düşünmək və bunun üçün zehini öyrətmək lazımdır. Əks halda, özbaşına buraxılan zehin idarəsiz şəkildə fəaliyyətə başlayar. Bir neçə saniyə içində mövzudan-mövzuya keçib "boş işlər "lə,özünü məşğul edər. Bu, bir növ sərxoşluqdur. Belə olduğu təqdirdə, həm ətrafında baş verən hadisələrin incəliklərini qavraya bilməz (yəni təfəkkür edə bilməz), həm də bu hadisələrə müdaxilə etmək üçün iradəyə sahib ola bilməz.
Halbuki, möminlər Allah`ın izni ilə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını hər zaman Allah`ı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insanlardır. Bu səbəbdən, iman edən birinin ağlına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehnini bu boşluqdan xilas edər. "Ağılı təmiz saxlamaq" cəhdinin ən vacib hissəsi isə diqqətdir.
Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz.
Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzində möminlərə göstərər. Buna görə, möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.
Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaq ikən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır.
Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki, hz. Yusif bütün bu hadisələrin Allah`ın idarəsi altında reallaşdığını və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu “müsibət”lərin arxasındakı xeyiri ona göstərmiş və hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi.
Mindiyi gəmidə "kim dənizə atılacaq "deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan hz. Yunisin vəziyyəti də hz. Yusifə bənzəyir. Quranda hz. Yunisin Allah`ı "təsbih edənlərdən " olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:
Əgər o, Allah`a tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat surəsi, 143-148) | ||
Quran hekayələrində izah edilən bütün bu nümunələr insana əhəmiyyətli bir dərs verir: bir hadisənin müsibət kimi görünməsi, onun həqiqətdə elə olduğu mənasını verməz. Əgər mömin Allah`a güvənsə, Ondan kömək diləyib, Ona sığınsa, onun başına gələcək heç bir hadisə pis deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını möhkəmləndirmək üçün müxtəlif çətinliklər meydana gətirər, amma bunların hamısının xeyirli bir nəticəsi olar.
İnkarçılar üçün isə bu vəziyyət tamamilə əksinədir. Heç bir hadisə onlar üçün "xeyirli " deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. İnkar edənlərin haqsız əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:
Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah`a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran surəsi, 180) | ||
Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi, son dərəcə məlumatsız, ağılsız və şüursuz cəmiyyətdir. Bu cəmiyyətin üzvləri həyatlarını həqiqətlərə, ağıla və məntiqə yönəltməzlər. Əksinə, boş və batil inanclar, həqiqətdən uzaq zənlər, istəklər və nəticədə, aldanmalarla yaşayarlar. Bu aldanmaların biri də ölüm haqqındakı düşüncələridir. Ölümü mümkün olduğu qədər ağıldan çıxarıb düşünməmək qənaətindədirlər.
Bu hərəkətlə, yəni ölümü nəzərə almadan əldə etmək istədikləri şey isə öz ağıllarına görə ölümdən xilas olmaqdır. Ölümü düşünmədikdə ondan uzaqlaşdıqlarını zənn edirlər. Əlbəttə ki, bu məntiq bir təhlükədən xilas olmaq üçün başını quma basdıran dəvəquşunun məntiqindən fərqlənmir. Halbuki, bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox etməz. Əksinə, o təhlükəyə hazır olmamaq və dolayısilə, daha böyük zərər görmək mənasını verər.
Mömin hər mövzuda olduğu kimi, bu mövzuda da cahiliyyə cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi açıq və qəti həqiqəti yox sayaraq xəyali bir dünyada yaşamaz. Əksinə, indiyə qədər dünyada yaşayan bütün insanların sona çatmış həyatı ilə isbat edilmiş ölümü ciddi düşünər. İnkarçılara isə Allah`ın Quranda bildirdiyi bir əmrinə uyğun olaraq belə səslənər:
De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". (Cumuə surəsi, 8) | ||
Ölüm unudulub düşünülməməli bir "müsibət" deyil, əksinə, insana həyatın həqiqi mənasını öyrədən və dolayısilə, üzərində düşünülməsi vacib olan böyük bir dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı və səmimi şəkildə düşünər. Allah`ın insanı bir müddət yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə yaradılmış hər varlıq, qısacası hər şey ölümlüdür. Bu, onların aciz və zəif bir "qul" olduqlarını göstərir. Həyatın sahibi Allah`dır, yaradılmışlar ancaq Allah`ın diləməsi ilə həyatda yaşayırlar və yenə Allah`ın diləməsi ilə həyatlarını itirirlər. Allah ayələrində belə hökm edir:
(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. (Rəhman surəsi, 26-27) | ||
Hamı öləcək və vacib olan da odur ki, heç kim nə vaxt və harada öləcəyini bilməz. Heç kimin bir dəqiqə sonra həyatda qalacağına dair zəmanəti yoxdur. Buna görə də mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə şüurlu hərəkət etməsini təmin edər, Allah qorxusunu artırar, nəfsini tərbiyə etməsinə kömək edər.
Quranda hər insanın bir gün öləcəyinə belə diqqət çəkilmişdir:
Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 34-35) | ||
“İNSANIN ACİZ OLMASINA BAXMAYARAQ, ALLAH`I UNUTMASI VƏ
DİNƏ QARŞI OLMASI HEYRƏTLƏNDİRİCİDİR”
ADNAN OKTAR: Bir də qardaşım dünyada nə var yəni? Yemək var, yəni o da yeyilsə, bir qab, bir-neçə qab yeyilir. O da insanın çəkisini artırır, narahatlıq verir. Elə bir şey yoxdur. Yuxudan oyanırsan, baxın, onsuzda insanların bir çoxu 8 saat yatmaq məcburiyyətindədir, 90%-i. 6 saat, 7 saat deyək. Adətən, belədir. Bu insanın acizliyi baxımından çox böyük hadisədir. Çünki ən mühüm, ən gözəl saatlar yuxu ilə keçmiş olur. Məsələn, gecə saatları yatmağa məcburdur. Yeməyi yemək də yəni o qədər də asan bir şey deyildir. İnsan zəruri olduğu üçün yemək yeyir elə deyilmi? Məsələn, dişini fırçalayır və s. Məsələn televiziya reklamlarına baxıram; filan krem sizin ağrınızı aradan qaldırar. Baş ağrınızı, diş ağrınızı, kürək ağrınızı aradan qaldırar, ağrı ilə əlaqədar krem. Deyir saçınız tökülürsə, bu dərman var satışda . Deyir gözünüz görmürsə, filan xəstəxana sizin üçün çox idealdır, göz xəstəlikləri üçün deyir. Məsələn, deyir qulağınız eşitmirsə, bizdə alət var, baxın, deyir eşitmə aləti. Bunu bu qədər endirimlə satdıqlarını deyir. Deyir təzyiqiniz yüksəkdirsə, həkimlər yığışırlar bu qidalara diqqət edin, daima ölçün. Baxın, sizə avtomatik təzyiq aləti satdıqlarını deyir. Yanında da hədiyyəsi olduğunu deyir. Baxın, daim insanların acizliyini, çətinlikləri aradan qaldırmaq üçün Allah`ın yaratdığı ləvazimatlarla insanlar birgə yaşayır. Onları da Allah yaradır. Sırf acizliklərini görsünlər deyə, məsələn, təzyiq aləti. Deyir şəkəriniz artmışsa, şəkərin müəyyən edilməsi üçün qan alıb dərhal müəyyən edən, baxın, alət çıxmış deyir. Onu da Allah yaradır acizlik üçün. Məsələn, o qədər çox insan şəkər xəstəsidir ki. Yəni nəfəs almağa imkan verməyən bir sistemdir şəkər xəstəliyi, böyük acizlikdir. Təzyiq, məsələn, böyük acizlikdir. Amma, məsələn, özündən razı insanlar olur bəzən, televiziyada da göstərir, təkəbbürlü insanlar. Məsələn, 50 nəfər filan özündən razı; oksid sarı başları, laklar, dörd qat lakdan artıq üstü qırmızı, altı yaşıl, qat qat... Mebel köhnəldikdə altından astarı çıxdığı kimi. Taxma dişlər qarmaqarışıq, gözündə linza. Əfəndim, orasında burasında silikonlar, üzündə silikonlar, sifətini hamar etmək üçün min bir cür əməliyyat, dərman. Getmədən əvvəl təzyiq dərmanını içir, əvvəlcə, şəkərinə nəzarət edir. Revmatizm də var, onun üçün də dərman içir, yeriyə bilsin deyə. Sonra gedir iclasa sanki heç bir şey olmamış kimi. Millət bir-birinin sanki dəmirdən olduğunu zənn edir. Halbuki, hər kəs ora yığışanların hamısı sürünür, pərişan haldadırlar. Kiminin böyrək daşı var, böyrəyi ağrıyır, kiminin təzyiqi var, təzyiq dərmanı içmiş, çətinliklə ayaqda durur. Kimi xərçəng müalicəsi alır. Amma orada saxta xoşbəxtlik içindədirlər. Əllərində viski bardaqları ilə; dini, imanı, İslamı ələ salaraq, əylənərək, haşa, saxta xoşbəxtlik tablosu qururlar. Başlarında parik, pariki sürüşür, onu düzəldir. Elə deyilmi? Sifəti silikondan şişmiş, ağzı, burnu silikon, ağzı silikondan keyimiş. İçdiyinin fərqinə varmır. Və ya botoks etdirmiş, ağzı tamamilə keyimiş, ağzını idarə edə bilmir. Artıq gülə də bilmir. Üzdə mənasız bir ifadə. Xoşbəxtlik fotoşəkilləri çəkdirirlər hamı birlikdə, jurnalistləri yığırlar filan. Deyir: “Filanzadələr filan günündə çox xoşbəxt idilər”, - deyir. Amma iki ayağı birdən məzardadır məsələn. Artıq pərişan halda, ölümə çox yaxın. Bir dəfə olsun Allah`ın adını dilinə gətirmir, tək bir dəfə belə. Müsəlmanlara qarşı nifrətini coşqunluqla danışır, azğıncasına danışır. Elə bu da bir möcüzədir. İnsanın bu qədər acizliyinə, bu qədər yazıqlığına baxmayaraq, bəzi insanların bu pərişan şərtlər altındakı yaşamaq əzmi və Allah`ı unutmaq əzmi və dinə qarşı olmaq əzmi bir möcüzədir. Çox heyrətləndiricidir. Halbuki, orada insan acizliyini görər, Allah`a tam təslim olar. “Ya Rəbbim, mən qısa bir müddətdən sonra sənin hüzuruna gələcəm. Məndən dərdləri, əzabları uzaq tut, mən sənə ram oldum, sənə özümü təslim etdim”, -deyərək, ruhunu cənnətə döndərməlidir. Yəni belə bir vəziyyətdə insan ağrısını belə hiss etməz. Xəstəliyin narahatlığını belə hiss etməz. Məsələn, təzyiq də, adətən, əsəbdən əmələ gəlir. Şəkər yenə də əsəbdən əmələ gəlir. Məsələn, bir çox gəncin boyunlarında yırtıq var, boyun yırtığı. Bir çox insanların kürəyində yırtıq var. Məsələn, ondan da kimsənin xəbəri olmur. Belini korsetlə bağlayıb gəlir; “Filan həkim bir kürək şeyi düzəltdi”, -deyir, “Bununla nərdivanları 15 yaşındakı kimi qaçaraq çıxmağa başladım”, - deyir. Bax, o da insanın acizliyidir. “Maqnitlə bir şey düzəltdi”,- deyir, “Arxalıq kimi bir şey”. Əyninə geyinir qat-qat. Altda revmatizm sarğıları. Baxın, burada da revmatizm bilərziyinin altda olduğunu deyir. “Qoluma misdən revmatizm bilərziyimi taxdım”, -deyir. “Şəkər dərmanımı içdim”, -deyir, “İnsulin iynəsi də vurdurdum”, -deyir, “Bomba kimiyəm”, -deyir. “Təzyiq dərmanını da içdik”, -deyir. Parik də başa tam yerləşmiş. “Bu dəfə yapışqanlı parikdir, bu, daha da keyfiyyətlidir”, -deyir. “Yapışqanla yapışdırdıq, qopmur”, -deyir. Yəni bu pərişan vəziyyətdə hələ də dinə, Qurana, Allah`a, haşa, hücum etməyə çalışır. Və bu qədər yerdə yaşayır, baxın. Bu qədər yerdə və görüntü olaraq yaşayır. Görürsən insanın yazıqlığını, acizliyini? Və buna baxmayaraq, haşa, Allah`a meydan oxumaq istəyir. Ancaq onu yaradan da yenə Allah`dır. (Cənab Adnan Oktarın 4 mart 2010 tarixli www.harunyahya.tv reportajından)