NAMAZDA HUŞU

Namaz insanın Allah`a qulluq etdiyinin ən açıq ifadəsi olaraq böyük bir əhəmiyyət daşıyır. İnsanı Allah qarşısında səcdəyə ucaldan bu ibadət müsəlmanlıq əlamətidir.

Lakin bəzi insanların namazlarındakı məqsəd müxtəlifdir. Bu şəxslər ibadətlərini yerinə yetirərkən yalnız Allah`ın məmnunluğunu qazanmağı düşünmürlər. Ayələrdə belə insanların ruhi halı belə açıqlanır:

Vay halına namaz qılanların - o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)

Ayələrdə bildirildiyi kimi, bəzi insanlar namazı başqalarına "Müsəlman" olduqlarını göstərmək üçün icra edirlər və dolayısilə, savab qazanmaq bir tərəfə, böyük günah və azğınlıq içinə düşürlər.

Məşhur təfsirçilərdən olan Təbəri bu ayəti-kəriməni belə izah etmişdir:

"Vay halına o kəslərin ki, namazlarını qəflət içində qılırlar. Bəzən başqa şeylərlə məşğul olaraq namazı tərk edirlər, bəzən də vaxtını keçirirlər."

Təbəri bu ayəti-kəriməni "namazı tərk edənlər və vaxtını keçirənlər" kimi izah edərək iki cür fikrinin olduğunu bildirmişdir. O, bu ayəti-kərimənin izahı ilə əlaqədar olaraq iki dənə də hədis nəql etmişdir:

Sad bin Əbu Vəqqasdan rəvayət edilmişdir. Sad deyir ki: "Mən Rəsulullahdan (s.ə.v) namazlarını qəflət içində qılanlar barəsində soruşdum. Buyurdu ki: "Onlar namazlarının vaxtlarını keçirənlərdir."

Əbu Bərzə deyir ki, "Onlar o kəslərdir ki, namazlarını qəflət içində qılırlar" ayəti-kəriməsi nazil olanda Rəsulullah (s.ə.v) belə buyurdu: "Allah'u əkbər, bu namaz sizin üçün hərənizə bütün dünya qədər mal-mülk verilməsindən daha xeyirlidir. Namazlarını qəflət içində qılan kəs Allah'dan xeyir ümid etməyən və ya qılmadığına görə Rəbbindən qorxmayan kəsdir" (Əbu Cəfər Muhəmməd bin Cərir ət Təbəri, Təbəri təfsiri, Hisar nəşr, 9/238239)

Peyğəmbərimizin (s.ə.v) namazla əlaqədar hədislərindən bəziləri belədir:

Cündüb İbni Süfyandan (r.ə) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurdu: "Səhər namazını qılan şəxs Allah'ın himayəsi altındadır. Fərqinə var, ey Adəm oğlu! Allah səni bu mövzuda sorğu-suala çəkməsin." (Müslim, Məsacid 261-262. Əlavə bax. Tirmizi, Salat 51, Fitən 6; İbni Macə, Fitən 6)

Rəsulullahı (s.ə.v) : "Həqiqətən, insanlar arasında bir-birlərinə şirk qoşmaq və küfr olaraq da namazı tərk etmək vardır" deyərkən eşitdim. (Müslim, İman 134. Əlavə bax. Əbu Davud, Sünnə 15; Tirmizi, İman 9; İbni Macə, İqamət 17)

Cabirdən (r.ə) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurdu: "Beş vaxt namaz bir insanın qapısının qarşısından axan və hər gün onunla beş dəfə yuyunduğu bol sulu çay kimidir" (Müslim, Mesacid 284)

Namaz kimi əhəmiyyətli bir ibadəti Allah qatında məqbul hala gətirən isə onu icra edən adamın Allah qarşısında səcdə etdiyini, Ona boyun əydiyini bilməsi və yalnız bu məqsədi daşımasıdır. Bu səbəbdən, Allah möminlərə "... Allah qarşısında mütiliklə durun" (Bəqərə surəsi, 238) emrini verir.

Başqa bir ayədə isə möminlər belə təsvir edilir: "O kəslər ki, namazlarında huşu içindədirlər" (Muminun surəsi, 2). Huşu "hörmət dolu bir qorxu, dərin ehtiram " mənasını verir. Mövzunun bu yerində ərəbcədə hər ikisi də "qorxu" mənasını verən "huşu" və "havf" sözlərinin arasındakı incə fərqə də diqqət yetirmək lazımdır. Havf sadə və instinktiv bir qorxudur. Bu qorxu Quranda inkar edənlər və heyvanlar üçün istifadə edilir. Möminlərin Allah`a qarşı duyduqları qorxu isə ağıl və vicdanın məhsulu olaraq ortaya çıxan və hörmət dolu, qəlbən, səmimi bir qorxunu ifadə edən "huşu" sözüdür. Namaz isə ancaq huşu içində qılındığı zaman məqbul olar.

Belə bir namaz insanın Allah`a olan yaxınlığını və təqvasını artırar. İnsana mənəvi güc verər. Bir ayədə belə buyurulur:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allah`ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.(Ənkəbut surəsi, 45)

ALLAH`I ÇOX ZİKR ETMƏK

İndiyə qədər toxunduğumuz bütün mömin xüsusiyyətləri və əsas imani mövzular insanın özünü Allah`a həsr etməsini, Allah üçün yaşayıb, Allah üçün mübarizə aparmasını tələb edir.

Allah`a həsr olunmuş həyat üçün Allah`la yaxın dialoq qurmaq vacibdir. Bu dialoqun yolu "zikr" yəni Allah`ı xatırlamaqdır. Mömin "Ey iman gətirənlər! Allah`ı tez-tez yada salın!" (Əhzab surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı şükür etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allah`ı təsbih edib ucaltmalıdır. Mömini Allah`la dost edən ibadət zikrdir. Bir ayədə zikrin icra forması belə bildirilir:

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)

Quranda, "... Allah`ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir ..." (Ənkəbut surəsi, 45) buyurulur. İbadətlər Allah`ı xatırlayaraq və Allah`ın razılığını düşünərək edilməzsə, qarşılıqsız əməl halına gələ bilər. Bu səbəbdən, Quranda peyğəmbərlərin xarakterləri izah edilərkən Allah`ı necə zikr etdiklərinə diqqət çəkilir. Sad surəsinin 30-cu ayəsində "Biz Davuda Süleymanı bəxş etdik. O, necə də gözəl qul idi! Daima (Allah`a) üz tutardı" buyurulur.

BİR DƏSTƏ İLƏ QARŞILAŞANDA
ALLAH`I ÇOX ZİKR ETMƏK

İman edən bir insanın həyatındakı əsas vəzifəsi Allah`a ibadətdir. Bu ibadətin ən əhəmiyyətli mahiyyəti isə Allah`ın seçib-bəyəndiyi dini təbliğ edərək Quranda bildirildiyi kimi şeytanın təriqəti ilə mübarizə aparmaqdır. Bu mübarizə isə həmişə son dərəcə çətin və şiddətlidir. Tarixdəki nümunələrə baxdığımızda müsəlmanların qarşısında duran güclərin həm say, həm də mal baxımından üstün olduqlarını görürük.

Ancaq iman edənlər buna fikir verməzlər. Çünki bilirlər ki, zəfər say və ya vasitə üstünlüyündə deyil, yalnız Allah`ın bəxş etməsi ilə olur və Allah onu istədiyinə verir. Belə ki, İslam tarixi də ayədəki "Neçə-neçə az saylı dəstələr Allah`ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir! Allah səbir edənlərlədir!" (Bəqərə surəsi, 249) hökmünün sirri ilə qazanılmış zəfərlərlə doludur. Zəfəri gətirən imandır. İnkarçıların bilmədiyi və heç bir zaman da qavraya bilməyəcəyi bu qəribə həqiqət Quranda belə açıqlanar:

Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allah`ı çox yad edin ki, bəlkə nicat tapasınız.(Ənfal surəsi, 45)

AYƏLƏRİ VƏ HİKMƏTİ YADDA SAXLAMAQ

Müzzəmmil surəsinin 7-ci ayəsində bildirildiyi kimi, gün ərzində möminlərin uzun-uzadı işləri var.

İman edən insan etdiyi iş nə olursa-olsun Allah`la olan əlaqəsini kəsməz. Quranda özünə nəsihət edilən əxlaqı nəzərdən qaçırmaz. Bir ayədə iman edənlərin bu xüsusiyyəti belə izah edilir:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.(Nur surəsi, 37)

BBu xüsusiyyətin əhəmiyyətli bir hissəsi isə Allah`ın ayələrini yadda saxlamaq, Quranın hikmətini əsla unutmamaqdır. Ayədə peyğəmbərin yoldaşlarına verilən "Evlərinizdə oxunan Allah`ın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah lütfkardır, xəbərdardır" (Əhzab surəsi, 34) əmri, şübhəsiz, bütün möminlər üçün yol göstəricidir. Mömin Allah`ın ayələrini düşündüyü müddət ərzində xarici dünyada bunların təcəllilərini görəcək və Allah`a daha çox yaxınlaşacaq.

BOŞ VƏ FAYDASIZ İŞLƏRDƏN ÜZ ÇEVİRMƏK

Mömin boş və faydasız işlərlə maraqlanmaz və bu cür işlərlə məşğul olmaz. İnkar edənlər üçün böyük əhəmiyyət kəsb edən dünya işləri möminlər üçün sadəcə dinin tələb etdiyi qədər maraq göstərilən, bundan əlavə heç bir əhəmiyyəti olmayan boş işlərdir. Buna görə də Quranda möminlər "lağlağıdan üz döndərərlər" (Muminun surəsi, 3) deyə təsvir edilirlər.

Ayədə möminin boş və faydasız bir söz və ya hadisə ilə qarşılaşdığı zaman bundan üz çevirib, özünü faydalı bir işə verməsinin lazım olduğu vurğulanmışdır. Bu, hər zaman Allah`ın rizasına ən uyğun rəftardır. Mömin bunu etmək üçün özünü heç vaxt boş buraxmamalı, daim diqqətli və nə etdiyini bilməlidir. Sadə insanlarla sadə müzakirələrə girmək, dinin mənfəətlərindən başqa hər hansı bir mövzunun mübarizəsini aparmaq möminə yaraşmaz. Quranda nümunə olaraq möminin rəftarı belə təsvir edilir:

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!" deyirlər.(Qəsəs surəsi, 55)

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə ləyaqətlə ötüb keçərlər.(Furqan surəsi, 72)

Mömin bir işi bitirdiyi zaman heç dayanmadan başqa bir işlə məşğul olmağa başlamalıdır:" (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (İnşirah surəsi, 7-8)

ETİDALLI OLMAQ

Möminin etidallı olması əvvəla, həddi aşmayaraq yalnız halal dairəsində hərəkət etməsini ifadə edir. Bu, ilk baxışda texniki qorunma kimi görünsə də, həqiqətdə stabil ruhi halı tələb edir. Çünki mömin bəzən cahiliyyə əxlaqını yaşayan insanlarla eyni mühitdə olacaq, onlarla söhbət edəcək. Cahiliyyənin hakim olduğu mühitlərdə lazım olan davranışları göstərməli, özünü cahiliyyə mədəniyyətinin təsirinə buraxmamalı, həddində və ağıllı davranmalıdır.

Əlbəttə, yalnız cahiliyyə mühitlərində deyil, möminlərin arasında da incə düşüncəni və etidalı tələb edən vəziyyətlər var.

İman edən insan hər an ağıllı davranaraq həddi aşmaqdan və sərt hərəkətlərdən uzaq dayanmalı olduğunu bilir. Hadisələr qarşısında həyəcanlanmayan, heç vaxt soyuqqanlılığını itirməyən bir xarakterə sahib olmaq üçün diqqətli olur. İmanın verdiyi etidal ilə ağıldan uzaqlaşmayan, ani kədər, ya da sevinclərə qapılmayan xarakterə sahib olmağa çalışır və bu mövzudakı qərarlılığı hər hərəkətində nümayiş etdirir. İman edənlərin bu müvazinətli və sabit ruhi halları bir çox ayədə təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir.(Hədid surəsi, 22-23)

İNSANIN MƏLƏK ŞAHİDLƏRİ

Bir çox insan başqaları tərəfindən görülmədiyi zamanlarda tamamilə tək olduğunu düşünür. Halbuki, Allah həmişə onun yanındadır və Allah`ın insanın etdiyi bütün işləri yazmaqla vəzifə verdiyi mələklər də insana şahiddirlər.Bu vəziyyət Quranın Qaf surəsində belə xəbər verilir:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.(Qaf surəsi, 16-18)


Bu mələklərin yazdıqları məhşər günü ortaya qoyulacaq və insanlar dünyada etdikləri əməllərinə görə sorğu-sual olunacaqlar. Quranda o gün yaşanacaqlar belə izah edilir:

Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.(İnşiqaq surəsi, 7-15)

VERİLƏN BORCUN YAZILMASI

İnsan yaradılışı etibarilə unutqandır. Buna görə də Allah möminlər bir-birlərinə borc verdikləri zaman şahidlər qarşısında borcun yazılmasını əmr etmişdir:

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allah`ın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy, o yazsın, borc alan da yazdırsın, Rəbbi olan Allah`dan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun yaxın adamı ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər (zərər) yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allah`dan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.(Bəqərə surəsi, 282)

Başqa bir ayədə də bu borcun bağışlanmasının daha xeyirli olacağı belə xəbər verilir:

Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.(Bəqərə surəsi, 280)

ETMƏYƏCƏYİ ŞEYİ SÖYLƏMƏMƏK

Allah`ın hökmünə əsasən, möminlər verdikləri sözləri tutmaqla məsuldurlar. Bir ayədə belə deyilir: "... Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır. " (İsra surəsi, 34)

Çünki etibarlı olmaq mömin xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərinə öz etibarlılıqlarını göstərmişlər, dürüst və əxlaqlı insanlar olaraq tanınmışlar. Bu vəziyyətdə, etibarlılığın əhəmiyyətli bir hissəsi olan əhdə vəfa böyük əhəmiyyət daşıyır.

Mömin verdiyi sözləri tutmalı, reallaşdıra bilməyəcəyini düşündüyü vədləri isə heç verməməlidir. Ayədə bu mövzu çox açıq bir şəkildə belə bildirilir:

Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır. (Səff surəsi, 2-3)

VİCDAN VƏ RUH

Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! (Fəcr surəsi, 27-28)

Quranda bildirildiyinə görə, nəfsin iki fərqli cəhəti olduğunu, bir qisminin həvadan, yəni Allah`ın yolundan saxlayan eqoist istəklərdən meydana gəldiyini bilirik. Nəfsin o biri qismi isə insanı Allah`a və Quran əxlaqına yönəldir, nəfsin içindəki "fücur"dan çəkinməsini təmin edir. Nəfsin bu qismi vicdandır. Səcdə surəsində Allah`ın insana Öz ruhundan "üfürdüyü" belə xəbər verilir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! ... (Səcdə surəsi, 7-9)

İnsanın sahib olduğu bütün xüsusiyyətlər Allah`ın ona üfürdüyü "ruhdan" qaynaqlanır. İnsan əgər nəfsin istəkləri ilə deyil, vicdanı ilə hərəkət edərsə, Allah`ın bəyəndiyi sifətlərə yiyələnər. Allah sonsuz mərhəmətlidir, bu səbəbdən, Ona təslim olan mömin də mərhəmət sahibidir. Allah sonsuz ağıl sahibidir, bunun üçün Ona qulluq edən mömin də üstün bir ağıla sahib olar. İnsan Allah`a nə qədər yaxınlaşar, Ona nə qədər təslim olarsa, Rəbbimizin əxlaqı ilə daha çox əxlaqlanar və " yaradılmışların ən yaxşısı " (Beyyinə surəsi, 7) olar.

Daha əvvəl də ifadə etdiyimiz kimi, nəfsin içində insanı daim pisliyə çağıran həvaya qarşı, onu daim yaxşılığa çağıran vicdan da var. Bu səbəbdən, insan içində özünü həmişə doğruya dəvət edən kompasa malikdir.

Şəms surəsində xəbər verildiyi kimi, Allah insana "nəfsinin fücurundan çəkinməyi " ilham edir. Bu ilham vicdandır. Bu səbəbdən, vicdan Allah`ın səsidir. İnsan bu səsə qulaq asdığı və Quranda göstərilən prinsipləri mənimsədiyi təqdirdə, doğru yolda irəliləyəcək. Quranın bütün hökmləri insanın vicdanına uyğun təyin olunmuşdur. Rum surəsindəki iki ayədə bu mövzuda belə buyurulur:

Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allah`ın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah`ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allah`ın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir. (Rum surəsi, 29-30)

Ayələrə görə, inkar edənlər nəfslərinin fücuruna, yəni həvalarına tabe olaraq azmışlar. Möminləri isə bunların əksinə, vicdanlarının səsini dinləyərək Allah`ın insanlara vəhy yolu ilə çatdırdığı Quran əxlaqına tabe olmuşlar.

Quranda bildirilən vicdanın gündəlik həyatda tətbiq olunması, ümumiyyətlə, tətbiq olunan "vicdan" anlayışından olduqca fərqlidir. Bəzi cəmiyyətlərdə vicdan anlayışı yolda rast gəldikləri kasıba sədəqə vermək, ya da heyvanlara sevgi göstərmək kimi son dərəcə səthi nümunələrlə məhdudlaşır. Halbuki, möminin vicdanı Quranın bütün əmrlərinin və tövsiyələrinin yerinə yetirilməsini tələb edir. Hətta Quranda ümumi xəbər verilən bir çox rəftar ağılla tapılır və vicdanla tətbiq olunur.

Məsələn, Allah Quranda möminlərə təvazökar olmalarını əmr edir. Ancaq bu təvazökarlığın necə tətbiq olunacağını, hərəkətlərə necə əks etdiriləcəyini mömin ağlı ilə tapır. Ağlı ilə tapdığı bu rəftarların tətbiqini təmin edən güc isə vicdandır.

Mömin gündəlik həyatda bir neçə variant arasında qərar verməli olur. Qarşılaşdığı variantların içində Allah`ın rizasına uyğun olanını seçməklə məsuldur. Bu qərarı verərkən Quranın hökmlərinə uyğun hərəkət etməli və vicdanının səsini dinləməlidir. Qarşı-qarşıya qaldığı variantlar qarşısında vicdanı ilk olaraq dövrəyə girir və hansı variantın Allah`ın rizasına daha uyğun olacağını ona söyləyir. Ancaq ikinci mərhələdə nəfsi də dövrəyə girir və onu digər alternativlərə yönəltməyə çalışır. Nəfs insana bəhanələr pıçıldayır. Quranda nəfsin qarşıya qoyduğu bu "bəhanə"lərə tez-tez diqqət çəkilir.

Mömin nəfsinin pıçıldadığı bəhanələrə qulaq asmamalı və vicdanının göstərdiyi ilk doğrunu tətbiq etməlidir. Quranda möminlərin vicdanına dair verilən nümunələr insanı bu mövzuda düşünməyə yönəltməlidir. Bir ayədə Peyğəmbərimiz (s.ə.v.) dövründə döyüşə çıxa bilmədikləri üçün gözlərindən yaşlar süzülən möminlərdən belə bəhs edilir:

Allah`a və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və vuruşmağa vəsait tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah bağışlayandır, rəhmlidir. Miniklə təmin edəsən deyə, sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm” – dediyin zaman xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur).(Tövbə surəsi, 91-92)

Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrü düşündüyümüz zaman döyüşə çıxmağın zahirən son dərəcə təhlükəli olduğu məlum olur. Ancaq buna baxmayaraq, möminlər Allah yolunda cihad etmək üçün cəhd edirdilər. Əshabələr ölümə, ya da yaralanmağa getdiklərini bilə-bilə cihad etmək istəyidirlər. Bu ayələrdə xəbər verilən davranışlar Quranda nəzərdə tutulan vicdanın nümunələrindəndir.

QARDAŞLIQ VƏ BİRLİK

Mömin xüsusiyyətlərindən biri də Quranda təsanüd olaraq keçən qardaşlıq, həmrəylik, birlikdir. Quranda bildirildiyi kimi, bütün möminlər bir-birlərinin qardaşlarıdır. Eyni yola çıxmış, eyni kitaba tabe olmuş, eyni hədəfə və eyni duyğulara sahib olan insanlardır. Bu səbəbdən də aralarında böyük bir sevgi və həmrəylik olur. Allah bunu belə təsvir edir:

Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.(Səff surəsi, 4)

Yuxarıdakı ayədə təsvir edilən təsanüd ruhu içində Allah yolunda olmaq qəti əmrdir. Başqa bir ayədə belə buyurulur:

Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah`ın sizə olan nemətini xatırlayın ki, siz düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.(Ali-İmran surəsi, 103)

Möminlər gözəl əxlaqlı, təvazökar, sevgi və hörmət dolu insanlardır. Buna görə də təsanüd möminlər arasında təbii şəkildə meydana gəlir. Ancaq bu mövzuda diqqət yetirilməli olan başqa məsələlər var. Çünki möminlərin edə biləcəyi bəzi səhvlər bu təsanüdün zədələnməsinə və möminlər arasında bir anlıq da olsa soyuqluğun yaşanmasına səbəb ola bilər.

Bu səhv hərəkətlərin səbəbi möminlərin davranışlarını qəflət anlarında idarəsi altına alan nəfsdir. Mömin fədakar, xoş münasibətli və mülayimdir, amma hamıda nəfs var və insan diqqət yetirməzsə, bəzən idarəsi nəfsin əlinə keçər. Qısqanc və eqoist olan nəfsin təsirinə düşmək isə bu pis hisslərin möminə təsir etməsi deməkdir. Məhz buna görə Allah Quranda möminləri təsanüd mövzusunda son dərəcə diqqətli olmaları üçün xəbərdar edir. Madam ki, şeytanın insandakı təzahürü olan nəfs insanı aldada bilər, elə isə mömin nəfsini hərəkətə keçirəcək bir üslubdan istifadə etməməlidir. Allah bir ayədə belə əmr edir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Ayədə bildirilən həqiqət son dərəcə əhəmiyyətlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı ən gözəl xitab şəklini (yalnız gözəl deyil, "ən gözəl") istifadə etmələri əmr edilir. İkincisi, şeytanın bir xüsusiyyəti aşkar olur: şeytan insanların və xüsusilə də möminlərin arasındakı münasibəti pozmaq üçün çalışır.

Şeytanın və nəfsin möminlərin arasındakı təsanüdü pozmaq üçün ən çox istifadə etdiyi yol rəqabət duyğusudur. Əgər mömin qəflət halında olsa, mövqe, vəzifə kimi məsələlərdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan önə çıxarmağa çalışa bilər. Eyni şəkildə, özündən daha ön mövqedəki bir qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində, qəflət halında edilən bu hərəkət Allah`a üsyan deməkdir. Çünki "Yoxsa onlar Allah`ın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?..." (Nisa surəsi, 54) ayəsinə görə insanlara verilmiş nemətlər Allah`dandır və bunları qısqanmaq Allah`ın təqdirinə qarşı gəlmək mənasını verir. Bu səbəbdən, möminlər qısqanclıq kimi bir xislətdən tamamilə uzaq dayanmalıdırlar. Bu, həm Allah`ın rizasına müxalif bir hərəkətdir, həm də ayənin hökmünə görə möminlərin gücünün azalmasına səbəb olar:

Allah`a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)

Bu səbəbdən, mömin qətiyyən qardaşları ilə çəkişmə, rəqabət mühiti meydana gəlməsinə mane olmalıdır. Həm özü qısqanclıq kimi çirkin bir duyğuya qapılmamalı, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxardaraq qardaşlarının nəfsindəki qısqanclıq damarını oynatmamalıdır. Təvazökar olmaq rəqabət təhlükəsini yox edər. Quranda bu mövzuda verilən bir başqa meyar isə qardaşlarının nəfsini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu meyar belə təsvir edilir:

(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.(Həşr surəsi, 9)

Qısqanclıq, rəqabət, incimə inananlar arasında birliyin və qardaşlığın qarşısı alan ən sərt maneələrdəndir. Həvəsin nəticəsi olaraq möminlər arasında yarana biləcək hər hansı rəqabət möminlərin bir-birinə olan sevgisini azaldır. Quran əxlaqına zidd olan bu cür hərəkət onların ruhlarına böyük zərər verər və mənəvi yorğunluğa gətirib çıxarar.

Halbuki, inananlar üçün sonsuz bir savab qaynağı var ikən bir-birlərinin qarşısını kəsib haqsız rəqabət və qısqanclıqla vaxt keçirməyin heç bir mənası yoxdur. Hədəf Allah`ın rizasıdırsa, burada hər hansı rəqabət ola bilməz. Çünki insanlar başqasının qarşısını kəsmədən də Allah rizası üçün xidmət edə bilər, savab yığa bilər. Bu səbəbdən, möminlər bir-birlərinin yardımçısı olduqlarını unutmamalı və qardaşlarının müvəffəqiyyətlərini özününkü kimi görə bilməlidir. Bu, son dərəcə əhəmiyyətli amildir.

Quranda möminlərin arasındakı təsanüdlə əlaqədar çoxlu sayda ayə vardır. Möminlərin digər möminlərlə təsanüdlərinin artması üçün etdikləri dualardan biri belədir:

Sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən şəfqətlisən, rəhmlisən!"(Həşr surəsi, 10)

Möminlərin arasında münaqişənin və ya incikliyin yaşanması, bütün mübarizəyə zərər verir. Belə bir hərəkət möminlərin gücünü azaldır, inkarçıları isə gücləndirir. Belə ki, bir Quran ayəsində möminlərin bir-birlərinin vəliləri (dost və qoruyucuları) olmadıqları təqdirdə fitnə çıxacağı belə xəbər verilir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər.(Ənfal surəsi, 73)

Təsanüdlə əlaqədar açıq hökmlərdən bəziləri belədir:

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran surəsi, 105)

Səndən qənimətlər haqqında soruşurlar. De: "Qənimətlər Allah`a və Peyğəmbərə aiddir”. Elə isə Allah`dan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allah`a və Onun Elçisinə itaət edin. (Ənfal surəsi, 1)

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allah`a aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)

Möminlər digər möminlərə qarşı son dərəcə mərhəmətli və təvazökar olmaqla məsuldurlar. Bunun əleyhinə hər hansı bir rəftar qətiyyən mömin rəftarı deyil. Qürur, qısqanclıq möminlərin deyil, inkarçıların xüsusiyyətidir. Bu səbəbdən də hər hansı mömin nəfsinə görə belə bir alçaqlığa düşübsə, dərhal özünü yığışdırmalı, Allah`a sığınmalı və əsl mömin rəftarını göstərməlidir. Əksinə bir davranış göstərdiyində aşağıdakı ayənin hökmünə girməkdən çəkinməlidir:

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah əhatə edəndir, biləndir.(Maidə surəsi, 54)

“MÜSƏLMANLAR BİRLİK OLMALI VƏ
ŞEYTANIN TƏLƏSİNƏ DÜŞMƏMƏLİDİRLƏR”

ADNAN OKTAR: Şeytani ünsürlər müsəlmanları birbirlərinə düşmən etmək üçün şübhə, vəsvəsə verirlər. Xarakterli, şəxsiyyətli müsəlman əsla aldanmaz...“Mən müsəlman qardaşımın əleyhinə söz söylətmərəm”, -deyəcək. Kim olursa olsun. “Mən gözümlə gördüyümə inanıram, qulağımla eşitdiyimə inanıram, sən öz işinlə məşğul ol”, -deyəcək. Çünki təməlində paxıllıq, qısqanclıq ola bilər, psixopatlıq ola bilər. Şəxsiyyətli insan xaraktersiz bir insanın, Allah`dan qorxmayan insanın idarəsi ilə hərəkət edə bilməz. Şəxsiyyətli olmalıdır deyirəm, inşaAllah. Bax, “Bu vəziyyətdə siz onu, böhtanı dillərinizlə çatdırdınız”. Məsələn, dilinlə çatdırmaq, bu da günahdır. Böhtan çatdırılmaz. “Haqqında məlumatınız olmayan şeyi...” İnsanın haqqında məlumatı necə olur?

Gözü görür, qulağı ilə eşidir, elə deyil mi? Bu, məlumatdır. “Məlumatınız olmayan şeyi, ağzınızla söylədiniz.” Olmadığı halda: “Belə imiş”, -deyir. Nəyə görə? “Elə eşitdim”, -deyir. O da deyir ki: “Mən də səninlə bağlı, mən də belə eşitdim”, -deyəcək. Bu, nə olur? Qarşılıqlıdır yəni bu. İnsan istəyərsə, deyə bilər, o da ondan şübhələnə bilər. “Bunu asan zənn etdiniz.” deyir Allah. Bax, Allah izah edir, asan deyil. “Halbuki, Allah qatında bu, çox böyük günahdır” deyir Allah. Çox böyük bir günah. Baxın, şeytandan Allah`a sığınıram, Allah indi deyir ki: “Onu eşitdiyiniz zaman...” şeytandan Allah`a sığınıram, “... bu barədə söz söyləmək bizə yaraşmaz.” Belə böhtanlar, belə çirkin sözlər bizə yaraşmaz. “Allah`ım, Sən ucasan, bu, böyük bir böhtandır” Əxlaqsızlıqdır; “...Deməyiniz gərəkməzmiydi?” deyir Allah. Quranın əmri budur. “Əgər iman etmişsinizsə” deyir təbii. İmanı yoxdursa, istədiyini deyə bilər, o başqa. “Bunun kimisinə, bir daha dönməməyiniz üçün Allah sizə nəsihət verir.” Bir daha dönməyin belə bir şeyə, deyir Allah. “Allah sizə ayələri açıqlayır. Allah biləndir, hökm və hikmət sahibidir” (Nur surəsi, 18) İslamın, müsəlmanların gücsüzlüyünün səbəbi nə masonlardır, nə ateist sionistlərdir, nə satanistlərdir, nə kommunistlərdir, nə o, nə də budur. Şəxsən müsəlmanların içinə soxulan bu fitnədir. Müsəlmanları bir-birinə qırdırırlar. Sevgilərinə mane olurlar. Bir-birilərinə düşmən kimi tanıdırlar bir-birilərini və buna da müsəlmanların çoxu inanır. Burada anormallıq var. Allah deyir: “ Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Saff surəsi, 4). “Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın!” deyir Allah (Ali-İmran surəsi, 103) “Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın” deyir Allah, əmr edir (Hucurat surəsi, 10). Bunu etmədikləri üçün bu an, məsələn, bir çox insandan soruşursan: “İslam əxlaqının dünya hakimiyyəti üçün cəhd göstərəkmi?” -deyirsən. “Qardaşım”, -deyir: “21-ci əsrdə mümkün olan iş deyil, sən nə danışırsan”, -deyir. “Əl çəkin belə şeylərdən”, -deyir, “Bunlar keçmişdir”, -deyir. “1400 il əvvəl olmuşdur bunlar”, -deyir. “Yaxşı”, -deyirsən, o biri insandan soruşursan: “Mümkündürmü?” -deyirsən, “Yəni Mehdi (ə.s), İsa (ə.s) çıxacaqmı?” “Nə deyirsən sən, qardaşım”, -deyir. “Xəyal qurursan sən”, -deyir. “Yaxşı, kommunizm olarmı?” -deyirsən. “Olar, niyə olmasın”, -deyir. “Avropa Birliyi?” “O da olar”, -deyir, elə deyilmi? “Masonlar dünyaya hakim ola bilərmi?” -deyirsən. “Olub artıq”, -deyir: “Niyə olmasın?” -cavab verir.

Yaxşı, onda İslam əxlaqı niyə hakim ola bilmir? Elə deyilmi? Madam mason hakimiyyəti ilə bir ovuc mason dünyaya hakim olursa, bir ovuc müsəlman niyə dünyaya hakim ola bilmir? Yəni bunun önündə olan maneə nədir? Masonlar bir-birlərini çox yaxşı qoruyurlar. Bir-birinə böhtan atmaz, mübarizə aparmaz, maddi, mənəvi dəstək verərlər. Müsəlmanlarda bu olmadığı üçün bax, Səid Nursi deyir: “Çox az bir qüvvə ilə dəccal müsəlmanların şikaq və nifaqından istifadə edərək böyük İslam aləmini əsir alar”. “Rəvayətlərdən də aydın olur”, -deyir, bax: “Şikaq və nifaqından, fitnəsindən, yəni bir-birləri ilə çəkişməsindən, bir-birləri ilə dedi-qodu etməsindən qüvvət alaraq, birini o birinə qırdıraraq böyük İslam aləmini az bir qüvvə ilə əsir alar dəccal”, -deyir, axırzamanda... Elm ilə, fənn ilə, sevgi ilə və məhəbbət ilə inşaAllah. Bu şikaq və nifaqı aradan qaldıracaqdır. (Cənab Adnan Oktarın 17 fevral 2010 tarixli Kocaeli TV reportajından)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah`ı haqqı ilə təqdir etmək
  • Təfəkkür
  • Şeytanın fəaliyyəti
  • Bağışlanma və tövbə
  • Mülkün əsl sahibi
  • Allah heç kimə qaldıra bilmədiyi yükü yükləməz
  • Namazda huşu
  • Mübahisə etməmək
  • Möminləri xoşagəlməz ləqəblə çağırmamaq
  • Təkamül yalanı
  • Yaradılış həqiqəti-1
  • Yaradılış həqiqəti-2