Yekun

Din insanlara kainat və onları əhatə edən həyat haqda ən dəqiq məlumatları verən mənbədir. Ancaq "inam" dedikdə biz, əslində, yeganə etibar edəcəyimizi nəzərdə tuturuq. Bu, Qurandır. Çünki başqa müqəddəs kitablar insanlar tərəfindən təhrif edilmişlər və onlar hazırkı şəkillərində İlahi vəhyin müstəsnalığını və toxunulmazlığını itiriblər.

Yalnız Quran Allahın dəyişilməz sözüdür. Onda ziddiyyətlər yoxdur. Bu kitab Allah-təalanın bəndələri üçün yolgöstərəndir:

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" ("Hicr" surəsi, 15/9).

Bu ayədə Allah bizə Quran ayələrinin həqiqiliyi və Özünün onların dəyişilməzliyini qoruduğu haqda xəbər verir. Buna görə də əgər elm Quranın göstərdiyi, Yaradanın əvvəlcədən müəyyən etdiyi yolla getsə, o, daha böyük sürətlə inkişaf etməyə başlayacaq. Əgər alimlər dinə zidd olan yola üstünlük verəcəklərsə, bu, onlar üçün yalnız zaman və mənasız material itkisi demək olacaq. Bu halda isə insan biliyinin inkişafı ləngiyəcək. Elmin digər sahələrdə olduğu kimi, ardınca getməli olduğu yeganə düzgün yol Allahın Quranda qeyd etdiyi yoldur. Əmr edildiyi kimi:

"Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!" ("İsra" surəsi, 17/9)

“Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik“. (“Bəqərə” surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Din elmə ilham verir
  • Din elmi istiqamətləndirir
  • Dinlə elm həmişə harmoniyadadır
  • Quranın elmi möcüzələri
  • Allah`a iman gətirən elm adamları
  • Günümüzün Allah`a inanan alimləri
  • Müsəlman elm adamları
  • Yekun