GÜNÜMÜZÜN ALLAHA İNANAN ALİMLƏRİ

XX yüzillikdə elmin böyük inkişafı qeydə alınıb. Əsrlərdən qalma əksər sirlər açılıb və xeyli irəliləyən elm yaradılış həqiqətinin aşkarlığını göstərib.

Hər yeni elmi kəşf mükəmməl layihənin, planın, hər canlı orqanizmdə, hətta cansız təbiətin hər obyektində nizamın mövcudluğunu daha çox sübut əsasında göstərir. Bu kəşflərin bilavasitə şahidi olmuş alimlərin bir çoxu kainatdakı bu layihənin qüdrətli Allahın - hədsiz bilik sahibinin yaratdığının bəhrəsi olduğunu görüb dərk etdilər. Buna görə də indi bu insanlar kainatın yaradılışı faktını etiraf edən mövqedədirlər.

Bu gün bir çox ölkələrdə Allaha inanan alimlərin təməlini qoyduğu bir neçə ciddi akademik təşkilat fəaliyyət göstərir. Bu elmi təşkilatlar kainatdakı mükəmməl layihənin mövcudluğunun gələcəkdə aşkar edilməsi üçün fəal işlər görürlər.

İndi isə öz elmi nailiyyətləri sayəsində tanınmış və Yaradana inamı təbliğ edən bəzi müasir alimlər haqda danışaq.

Doktor Henri Frits Şefer

Şefer Corciya ştatı Universitetinin kimya professoru və Kvant kimya mərkəzinin direktorudur. Nobel mükafatı almaq üçün namizədliyi beş dəfə irəli sürülən Şeferi onun elmi nailiyyətlərinin etirafı nöqteyi-nəzərindən dünyada üçüncü kimyaçı hesab edirlər. Alim və dindar Şefer öz elmi tədqiqatlarının məqsədinin Allahı dərk etmək olduğunu ifadə edərkən belə deyir:

"Elmin mənasını dərk edən hər kəs onun mənə bəxş etdiyi ləzzəti də anlayar. O, başa düşər ki, mən: "Bu, Allahın yaratdığıdır", - dedikdə nə hiss edirəm". 110

İsaak Başevis Zinger

saat, dizayn

“Hər saatın onları düzəldən saatsazı var”.

İsaak B.Zinger

Günümüzün görkəmli fiziki İsaak Başevis Zinger təkamülü inkar edən və Allaha inanan alimdir. O, öz mühazirələrinin birində darvinizmi tənqid edərək bu maraqlı hekayəni misal gətirmişdir:

"Alimlər indiyə qədər insan ayağı dəyməmiş kimsəsiz bir adanı kəşf etdilər. Bu adaya düşən ilk insanlar buranın təbiətindən və həyatından heyrətə gəldilər. Heyvanlarla dolu olan və heç zaman odun qıran, ağacları kəsən insanlar görməyən meşələr onlara sarsıdıcı təsir bağışlamışdı. Alimlər dağın dik döşünə qalxaraq ətrafa nəzər yetirdilər. Adada sivilizasiyanın izi belə yox idi. Onlar gəmiyə dönərkən qəflətən qumun üstündə son modeldən olan gözəl bir qol saatı tapdılar. Saat çox gözəl işləyirdi. Alimlər təşvişə düşdülər. Bu saat haradan çıxdı? Onlar dəqiq bilirdilər ki, onlardan əvvəl adaya insan ayağı dəyməyib. Belə halda, yeganə variant qalır: bahalı dəri qayışı, bahalı şüşəsi, saatı və dəqiqəni göstərən əqrəbləri, batareyası və başqa detalları olan bu saat adada öz-özünə, təsadüfən yaranıb və hansısa yolla bu qumda yerləşdirilib. Bu gümanın alternativi yox idi!"

Zinger hekayənin sonunda təkamülçülərin uydurmasına aydınlıq gətirmək üçün dedi: "Hər saatın onu düzəldən saatsazı var".111

Kainatdakı hər canlı və cansız varlıq özündə müəyyən yüksək mənanı daşıyır. Buna görə də kainat fenomenlərinin heç birini təsadüfə aid etmək olmaz. Həyatda hər şeyi uca və qüdrətli Yaradan xəlq edib. Zinger kimi müasir alimlərin əsərləri kainatda hökm sürən nizamın mükəmməlliyini dərk edərək insanlara kainatdakı hər şeyi Allahın yaratdığını göstərirlər.

Professor Malkolm Daneken Uintis

Hyuttin və Şimali-Qərb universitetlərinin tibb professoru olan Malkolm Daneken Uintis inanır ki, kainat da insan kimi qüdrətli Yaradan tərəfindən xəlq edilib. O, öz inamını bu sözlərlə şərh edir:

"Fiziki metodlara arxalanaraq deyə bilərik ki, yerin və göylərin bütün sirlərinin, bütün formaları ilə insan həyatının və nəhayət, bütün yüksək qabiliyyətləri ilə insanın öz-özünə, təsadüfən yaranması ideyasından təəccüblü və mənasız heç nə yoxdur. Belə halda, biz deməliyik ki, kainatı idarə edən var, bütün bunların arxasında Yaradan durur. İnsan ətrafdakı bütün yaradılanlarla müqayisədə daha ali quruluşa malik olduğu üçün Yaradanı dərk etməyə çalışmalıdır".112

Uilyam Fillips

Uilyam Fillips hələ 50 yaşına çatmamış lazer şüası ilə atomları sezmə üsulunu hazırladığı üçün Nobel mükafatına layiq görülmüşdür. Bu gün o, görkəmli fiziklərdən biri və eyni zamanda, dindar insandır. O, Nobel mükafatı ilə təltif edildikdən sonra mətbuat konfransındakı çıxışında belə deyib:

"Allah bizə yaşamaq və Onu dərk etmək üçün gözəl aləm bəxş edib".113

Professor Deil Svartzendruber

buğda, Uilyam Dreyper

Buğda səpilmiş sahəni görən insan onu səpən fermerin mövcudluğuna heç vaxt şübhə ilə yanaşmaz. Professor Uilyam Dreyper bildirir ki, kainatdakı mövcud plan və məqsədi, həmçinin bu plan və məqsədi həyata keçirən Yaradanı inkar etmək əkinçinin olduğunu inkar etməkdən çox böyük məntiqi təzaddır.

Ayova ştatı Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş professor Svartzendruber Kaliforniya Universitetində torpaqşünaslıqdan dərs deyir və eyni zamanda, Amerika Torpaqşünaslıq İnstitutunun əməkdaşıdır.O, kainatın təsadüfən deyil, Allah tərəfindən yaradıldığı fikrini bu sözlərlə ifadə edir:

"Şübhəsiz, başımızın üstündəki göylər və ayaqlarımızın altındakı yer özündə plan və məqsəd daşıyır. Bu planı və məqsədi həyata keçirən qüvvəni, yəni sonsuz Yaradanı inkar etməyə çalışmaq məntiq və ağıl normalarını qəbul etməmək deməkdir. Bu təzadlı vəziyyət yayda buğda dənizini xatırladan ağırlaşmış buğda sünbüllərini görən, ancaq haradasa bu yaxınlarda bu sahəni şumlayıb ora toxum səpən kəndlini inkar edən insanın düşdüyü təzadlı vəziyyətdən də yolverilməz bir vəziyyətdir".114

Uilyam Dembski

Uilyam Dembski, riyaziyyatçı

Uilyam Dembski

Müasir dövrün riyaziyyatçısı Uilyam Dembskinin tədqiqatları fəlsəfə və ilahiyyat problemlərini geniş əhatə edir. Uilyam Dembski təsbit edir ki, elm dünyanı anlamaq üçün mövcuddur, alimlər isə yalnız Yaradanın xəlq etdiklərinin tədqiqatçılarıdır. Uilyam Dembskinin fikirlərini xarakterizə edən bəzi misalları göstərək:

"Dünya Allahın yaratmasıdır. Alimlər isə onu anlamağa cəhd edərək Yaradanın fikirlərini təkrar edirlər. Alimlər yaradıcı deyil, yalnız İlahi ideyaların ilk kəşf edənləridir.

...Yaradılan həmişə öz Yaradanının sübutudur".115

Professor Stefani Meyer

Stefani Meyer, fəlsəfə professoru

Mömin alim professor Mayer təsdiq edir ki, hüceyrə təsadüfən yarana bilmədiyi qədər də mürəkkəbdir.

"Whitworth" Universitetində fəlsəfə professoru olan Meyer dövrümüzün yaradılışa inanan və bu mövzuda bir çox əsəri olan elm adamlarındandır. Kainatın şüurlu bir layihənin əsəri olduğu haqqındakı sözlərindən bir neçə belədir:

"İddia edirəm ki, nə təsadüflər, nə prebiyotik təbii seleksiya və nə də fiziki-kimyəvi gərəklilik ilk hüceyrədəki bilginin qaynağını açıqlaya bilər". 116

Professor Uolter F.Bredli

Uolter F.Bredli, Həyatın mənşəyinin sirriBredli Texas Universitetinin mexanika mühəndisliyi professoru və "Həyatın mənşəyinin sirri" kitabının müəlliflərindən biridir.

Canlı orqanizmlərin, cansız təbiət obyektlərinin və bütövlüklə kainatın müəyyən bir ideyanın həyata keçməsinin ifadəsi olduğunu təsbit edən Bredli addımbaşı rastlaşdığımız sübutları gətirir. O, Yaradana inamı haqda belə deyir:

Uolter F.Bredli

Uolter F.Bredli

"1987-ci ilin yazında Kornel Universitetində olanda mənim orada din və elm haqqında mühazirəm oldu. Bu mühazirədə mən Yaradanın mövcudluğunu elmi dəlillərlə təsdiqlədim".117

Bredlinin daha bir fikri belədir:

"Şüurlu Yaradanın olması ilə bağlı inkaredilməz və aşkar sübutlar var". 118

Professor İrl Çester Reks

Vaşinqton və Cənubi Kaliforniya universitetlərinin professoru olan Reks müəllimlik fəaliyyəti ilə məşğuldur və eyni zamanda, Amerika Fizika İnstitutunun əməkdaşıdır. Kainatın Allah tərəfindən yaradıldığına və Onun tərəfindən də idarə edildiyinə inanan Reks deyir:

"Bütün varlığın yaranmasını izah edən və kainatdakı mövcud qanunları müəyyən edən müasir nəzəriyyələr Allahı inkar etmək ideyasına malikdirsə, çox tezliklə qaranlıq və dolaşıq dalanlara düşür. Şəxsən mən Yaradana inanıram və etiraf edirəm ki, bütün varlıq Onun iradəsindədir".119

Doktor Allan Sendeyc

newsweek, jurnalBu günün tanınmış astronomlarından və dünyanı Allahın yaratdığı dini konsepsiyasının həqiqiliyini etiraf edənlərdən biridir. 1998-ci ildə "Newsweek" jurnalının üz qabığına çıxarılmış "Elm Allahnı tapır" başlıqlı müsahibəsində Sendeyc dini qəbul etməsini belə izah edir:

"Məni bu qənaətə dünyanın qeyri-adi və elm üçün, demək olar ki, əlçatmaz olan mürəkkəbliyi gətirdi. Mən varlığın sirlərini yalnız etiqadın köməyi ilə anlaya bilərəm".120

Professor Sesil Hamar

Sentluis Universitetinin biologiya professoru Sesil Hamar həmçinin Haysberri Universitetində biologiyanı tədris edir və zəmanəmizin əqidəli mömin alimlərindən biridir. Hamar öz etiqadı haqda belə danışır:

"Elmin hər hansı bir sahəsinə diqqət yetirirdimsə, hər yerdə uca Yaradanın mövcudluğunu göstərən bənzərsiz qanunları və qanunauyğunluqları görürdüm. Mən yaradılışın heyrətamiz nümunələrinin şahidi idim. Bəli, mən də Allaha inanıram və etiraf edirəm ki, O, bütün varlığa həyat bəxş edib və bu həyat Onun himayəsi altındadır. Allahın qüdrəti hər şeyə yetər. Yalnız bu qədər deyil. Mən təsdiq edirəm ki, insan adlanan canlının hər bir zərrəsi Onun nəzarəti, himayəsi və mühafizəsi altındadır".121

Professor Pol Ernest

Müqəddəs İohann Universitetinin professoru və Amerika Cərrahlar Cəmiyyətinin üzvü Pol Ernest uzun illər elmlə məşğul olduqdan sonra Yaradana etiqad etmişdir. Professor Ernest bu haqda belə deyir:

"Mən, şübhəsiz ki, Allaha inanıram. Məni bu etiqada məşğul olduğum elm sahəsi yönəltdi və etiqadımı möhkəmləndirdi..."

Budur, mən suala cavab verirəm: "Bəli, varlığın Yaradanı var"..122

Professor Lasterqon Simurden

Bordo Universitetində doktorluq dissertasiyasını müdafiə edən və Koşen Universitetində aqronomiya və riyaziyyatdan dərs deyən professor Simurden Allaha etiqadını bu sözlərlə bəyan edir:

"Heç bir şübhə yoxdur ki, hər şey uca Allahın iradəsi ilə yaranıb. O, hər şeyi əvvəlcədən müəyyən etdi və hər şeyə yol göstərdi. Mənim torpaq və bitkilərlə bağlı tədqiqatlarım dərinləşdikcə Allaha etiqadım da dərinləşir".123

Enriko Medi

Enriko Medi tanınmış italyan alimidir. O, 1971-ci ildə Romada beynəlxalq konfransda çıxış edərək alim kimi qarşılaşmağa məcbur olduğu möcüzələr haqda danışdı. Medi öz düşüncələrinə bu cür yekun vurur:

"Zaman və məkandan əlavə bütün varlığın bu cür, yəni olduğu kimi olması üçün daha bir səbəb var... Bu, yaradıcı Allahdır".124

Professor Ueyn Ould

Professor Ueyn Ould Kolumbiya Universitetində doktorluq dissertasiyasını müdafiə edib və Nyu-Yorkda geokimyəvi laboratoriyanın rəhbəri vəzifəsində çalışıb. Professor Ueyn Ould elmi tədqiqatların Allaha etiqadı möhkəmləndirməsi məsələsi ilə bağlı fikir yürüdərkən bir dəfə belə demişdi:

"Şübhəsiz ki, idrak pillələri ilə irəliləmək və şeylərin yaranmasının səbəblərini və şəraitini anlamaq arzusu insan şüurunun ən böyük və ən vacib keyfiyyətlərindəndir. Kainatın yaranma faktını etiraf edən və inamla öz tədqiqatlarına başlayan alim bu tədqiqatların gedişində onun inamını gücləndirən sübutlarla mütləq qarşılaşacaq".125

Professor Mişel P.Jerar

Cənubi Luizana Universitetinin biologiya professoru Mişel P.Jerar həyatın təsadüfən yaranmasının mümkün olmadığını təsdiq edən alimlərdən biridir. O, həmçinin hüceyrə və zülalın yüksək dərəcədə mürəkkəb və mükəmməl quruluşunun Allah tərəfindən yaradıldığını deyir:

konfrans, bav

Professor Mişel Jerar (sağdan sonuncu) Harun Yəhya Elmi Tədqiqatlar Fondunun İstanbulda təşkil etdiyi “Təkamül nəzəriyyəsinin süqutu: yaradılış həqiqəti” adlı beynəlxalq konfransda iştirak etdi.

Professor Mişel P.Jerar 1998-ci il iyulun 5-də Harun Yəhya Elmi Tədqiqatlar Fondunun təşkil etdiyi "Təkamül nəzəriyyəsinin iflası: yaradılış həqiqəti" adlı II beynəlxalq konfransda iştirak etdi. Professor Mişel P.Jerar bu konfransda "Həyatın təsadüfən yaranması mümkündürmü?" mövzusunda məruzə ilə çıxış etdi. O, öz nöqteyi-nəzərini şərh edərək və onu elmi sübutlarla əsaslandıraraq nitqini belə bitirdi:

bav, konfrans kitabı, təkamül nəzəriyyəsinin iflası

"Canlı orqanizmlərin quruluşu laboratoriya sınaqları nəticəsində alınmış orqanizmlərdən güclü şəkildə fərqlənir və olduqca mürəkkəbdir. Biz fizika və kimya qanunlarını araşdırdıqda və bu suala dair öz şərhlərimizi verməyə cəhd etdikdə fizika və kimya qanunları bizə:

"Mütləq şüurlu məna olmalıdır, informasiyanı nizama salan yaradıcı Allah mütləq mövcuddur", - deyə bildirirlər. Bu izahat bu gün üçün ən elmi şərhdir. Fizikanın və kimyanın qanunları başqa bir şeyi də təsbit edirlər: həyatın cansız materiyadan təkamül yolu ilə yaranması mümkün deyil. Bu, təkcə mənim elmi cəhətdən əsaslandırılmış nitqimin sonu yox, eyni zamanda, təkamül nəzəriyyəsinin iflasıdır".

Professor Edvard Budro

Edvard Budro, konfrans

Professor Budro İstanbulda və Ankarada təşkil edilmiş “Təkamül nəzəriyyəsinin süqutu: yaradılış həqiqəti” konfransında “Kimyada layihə” adlı məruzə ilə çıxış etdi.

Nyu-Orlean Universitetinin kimya üzrə professoru Edvard Budro əmindir ki, Allah kimyəvi elementləri həyatı yaratmaq üçün nizama salıb.

Bu alim 1998-ci ildə İstanbulda "Təkamül nəzəriyyəsinin iflası: yaradılış həqiqəti" mövzusunda təşkil olunmuş konfransın ikinci hissəsində iştirak etdi. O, "Kimyada layihə" adlanan məruzəsində deyirdi:

"Bizim yaşadığımız dünya və onun qanunları insan həyatı üçün ən münasib formada Allah tərəfindən yaradılıb".

Professor Kennet Kamminq

Kennet Kamminq, bav konfrans

Dünyaca tanınmış professor Kamminq ABŞ-da Yerin yaradılmasını öyrənən institutun əməkdaşıdır.

ABŞ-da Yerin yaradılışının öyrənilməsi institutunun əməkdaşı, biologiya və paleontologiya sahələri üzrə dünya şöhrətli professor Kennet Kamminq təkamül nəzəriyyəsinə qarşı çıxır və Allahın mövcudluğuna inanır. O, deyir:

"Düşünürəm ki, bu məsələ ilə bağlı çoxsaylı sübutlar bu nəzəriyyənin gərəksizliyini aşkar etdi. Təkamülü müdafiə edən sübutları təkzib etmək və bu ideyanın iflasının açıq-aşkar olduğunu nəzərə çatdırmaq lazımdır. Ətrafımızda gördüyümüz hər şey, yaradılışın hər ən kiçik zərrəsi belə özlərinin bütün variasiyaları ilə birlikdə və bütövlükdə yüksək və mütləq bilik sahibi olan Allah tərəfindən yaradılıb".126

Professor Karl Flirmans

Karl Flirmans, konfrans

Karl Flirmans

Bu gün ABŞ-ın ən tanınmış alimlərindən biri olan Karl Flirmans İndiana Universitetinin mikrobiologiya professorudur. Professor Karl Flirmans ABŞ Müdafiə Nazirliyi tərəfindən də dəstəklənən və kimyəvi tullantıların bakteriyaların köməyi ilə neytrallaşdırılması imkanlarını araşdıran tədqiqatlara rəhbərlik edir.Karl Flirmans İstanbulda "Təkamül nəzəriyyəsinin iflası: yaradılış həqiqəti" mövzusu üzrə keçirilən konfransdakı çıxışında darvinizmi biokimya nöqteyi-nəzərindən təkzib edərək deyirdi:

"Müasir biokimya sübut etdi ki, canlı orqanizmlər təkamül nəticəsində yaranmamışdır, onlar özlüyündə İlahi yaradılış faktını sübut edirlər".

Professor Devid Menton

Devid Menton, bav konfrans

Tanınmış alim, professor Menton Türkiyədə keçirilən və təkamül nəzəriyyəsinin süqutuna həsr edilmiş konfransda iştirak etdi.

Vaşinqton Universitetində anatomiyanı tədris edən professor Devid Menton Allaha etiqadını bu sözlərlə ifadə edir: "Artıq 30 ildir ki, mən anatomiya ilə məşğulam. Mən hər tədqiqatımda bir həqiqətlə qarşılaşmışam: hər şey mükəmməl İlahi yaradılışın sayəsində mövcuddur".127

Professor Con Morris

Tanınmış geoloq, professor Con Morris kainatın İlahi yaradılış olması ideyasını müdafiə edən alimlərin yaratdığı ən fəal elmi təşkilatın – İCR-nin (İnstitute for Creation Research-Yaradılış Araşdırmaları İnstitutu) direktorudur.Çıxışlarının birində professor Con Morris Allaha etiqadını və elmin təkamül nəzəriyyəsini təkzib etdiyini belə bəyan etdi:

"Biz, doktorlar və professorlar dindar insanlarıq, Allaha inanırıq. Biz həqiqətən güman edirik ki, Allah var. Yaradıcı Allah həyatımızın asılı olduğu və bizim tabe olmalı olduğumuz varlıqdır. Bəşəriyyət öz mövcudluğuna görə Ona borcludur və buna görə yaşamalıdır ki, O, bizdən razı olsun".128

Artur Pikok

Tanınmış biokimyaçı və Yan Ramsey Mərkəzinin rəhbəri Artur Pikok Rəbbinə inamı haqda belə deyir:

"Allah hər şeyi yaradır və yaradılışın hər bir anında iştirak edir. O, əbədi və əzəlidir, çünki Onun yoxluğu heç vaxt olmayıb və gələcəkdə də olmayacaq".129

Professor Albert Makomp Vinçester

Albert Makomp Texas Universitetində doktorluq dissertasiyasını müdafiə edərək Peylor Universitetinin biologiya üzrə professoru və Florida Elmlər Akademiyasının sədri oldu.Elmi tədqiqatlarının onun Allaha etiqadını möhkəmləndirdiyi haqda danışan Uinstis deyirdi:

"Mən insan biliyinin müxtəlif sahələrində işləmişəm və xeyli illəri bu məşğuliyyətə vermişəm. Mən səmimiyyətlə bəyan edə bilərəm ki, elmdə mənim Allaha inamımı zəiflədən, onu tərəddüdə sövq edən heç nə ilə qarşılaşmadım. Biliyimiz nə qədər artırsa, Allahın yaratdıqlarını nə qədər yaxşı dərk ediriksə, Rəbbimizin mövcudluğuna inamımız da bir o qədər möhkəmlənir".130

Mehdi Gülşəni

Tehran Universitetinin fizika professoru Mehdi Gülşəni "Newsweek" jurnalına müsahibəsində etiqad və elmi tədqiqatların dinlə vəhdəti haqqında belə deyirdi:

"Təbiət hadisələri Allahın kainatdakı varlığının izləridir. Onları öyrənmək demək olar ki, dini borcdur. Quranda insanlara buyurulur: "Yer üzündə gəzin və görün ki, Biz sizi necə yaratmışıq". Tədqiqat ibadət işidir, çünki onun gedişində İlahi yaradılışın mükəmməlliyi daha da aydın olur".131

Professor Edvin Faust

Professor Faust Oklahoma Universitetində doktorluq dissertasiyasını müdafiə edib və orada fizikanı tədris edir. Bu alim güman edir ki, kainat və canlı orqanizmlər maddənin inşaat materialı olan atomların lazımi kombinasiyalarda öz-özünə birləşməsi nəticəsində yarana bilməzlər. O, deyir:

"Allah bütün varlığı xəlq edən Yaradandır. Bu sözlər sadədir, lakin özlərində böyük məna daşıyırlar, çünki onlar əsl Allahın böyüklüyünü və müqəddəsliyini əks etdirirlər". 132

Çarlz X.Taunz

Çarlz X.Taunz, yaradılışcı elm adamları

Çarlz X.Taunz

Lazeri kəşf etmiş Çarlz X.Taunz tədqiqatlarını Berkli Universitetində davam etdirir. O, Allaha etiqadı haqqında belə deyir:

"Mən dindar insan kimi Yaradanın varlığına və onun bütün kainata təsir etdiyinə dərindən inanıram".133

Con Polkinqorn

Kembric Universitetinin əməkdaşı, tanınmış fizik Con Polkinqorn fizika sahəsində zərrəciklər üzrə mütəxəssisdir. O, "Newsweek" jurnalına müsahibəsində deyirdi:

"Siz təbiət qanunlarının kainatın yaranması üçün nə dərəcədə dəqiq nizamlandığını dərk etdikdə bu dünyanın boş yerə yarandığını deyil, bunun arxasında müəyyən məqsədin olduğunu görürsünüz... Məncə, Allaha etiqadın əsas elementi kainatda ideya və məqsədin oldu-ğunu dərk etməkdir"134

Hyu Ross

Tanınmış Amerika astrofiziki, Toronto Universitetinin professoru Hyu Ross Yaradılış həqiqətini müdafiə edən "İnamın əsası" cəmiyyətinin sədridir. O, kosmologiya və yaradılış məsələlərinə toxunan əksər kitabların müəllifidir. Onlardan "Yaradan və kosmos", "Yaradılış və zaman", "Kosmosun o biri tərəfində" kitablarının adını çəkə bilərik. Rossun kainatın yaradılması haqda dediklərindən bəziləri bunlardır:

  • "Əgər zaman və məkan birlikdə partlayış nəticəsində yaranıblarsa, o zaman kainatı yaranmağa vadar edən səbəb zaman və məkandan qətiyyən asılı olmamalıdır. Bu, bizə Yaradanın kainatın bütün ölçülərinin o biri tərəfində olduğunu deyir"135

  • "Uca və müdrik Yaradan kainatı heç nədən yaradıb. Uca və müdrik Yaradan kainatı və Yer planetini layihələndirdi. Uca və müdrik Yaradan həmçinin həyatı yaratdı".136

Professor doktor Dueyn Giş

Dueyn Giş, yaradılışcı elm adamları

Dueyn Giş

Kaliforniya Universitetinin biokimya professoru Dueyn Giş öz dindarlığı və darvinizmə qarşı qətiyyətli mübarizəsinin sayəsində tanındı. Elmi aləmdə Gişdən tez-tez bəhs edirlər, çünki o, daima antitəkamül diskussiya və forumlarında bu nəzəriyyənin tərəfdarları ilə mübahisələrdə iştirak edir.

Professor Giş 1998-ci ildə Türkiyədə "Təkamül nəzəriyyəsinin iflası: yaradılış həqiqəti" konfransında üç dəfə çıxış edib. Gişin bu mövzuda yaradılışa möhkəm inamını əks etdirən fikirlərindən biri:

"Təkamül nəzəriyyəsi artıq can verir. Yaradılış ideyası aydın dəlillərlə şərh edilir. Minlərlə alim bu konsepsiyanı daha inandırıcı hesab edir. Onların sayı günbəgün artır".137
təkamül konfransı, bav

1998-ci ildə Elmi Tədqiqatlar Fondu “Təkamül nəzəriyyəsinin süqutu: yaradılış həqiqəti” adlı beynəlxalq konfrans təşkil etdi. Konfrans üç mərhələdə keçirildi: aprelin 4-də və iyulun 5-də İstanbulda, iyulun 12-də Ankarada. Bu konfransa, eyni zamanda, dinə dərindən inanan və mömin insanlar olan dünya şöhrətli alimlər dəvət almış və çıxış etmişdilər.

Doktor Pyer Qunnar Cerlstrom

Qriffit Universitetinin molekulyar biologiya professoru Cerlstrom öz sahəsində xeyli həcmdə iş görüb və bunlara görə, müxtəlif elmi mükafatlara layiq görülüb. Onun yazıları daim elmi jurnallarda dərc edilir. Cerlstrom kainatın yaradılması ideyasının tərəfdarıdır.138

Doktor Stefan Qrokott

Qərbi Avstraliya Universitetinin sənaye kimyası üzrə mütəxəssisi Qrokott analitik və sənaye kimyası sahələrində böyük həcmdə tədqiqatlar aparıb. Qrokott bir çox elmi məqalələrin müəllifidir. O, əvvəlcə, təkamülçü olub, ancaq yaradılış sübutları ilə qarşılaşdıqdan sonra bu baxışları qəbul edib və darvinizmlə əlaqəni kəsib. Qrokott kainatın yaranması məsələsi üzrə bir çox elmi konfransların iştirakçısı olub. 139

Dmitri Kuznetsov

Rus alimi Dmitri Kuznetsov bəyan edir ki, əksər alimlər tədqiqatlarının gedişatında danılmaz həqiqətlərlə qarşılaşaraq Allaha inanmağa başlayır və dinə üz tuturlar. Dmitri Kuznetsov təkamülçülərlə apardığı elmi mübahisələri ilə tanınıb.140

Doktor Emil Silvestru

Babes-Bolyai Universitetinin professoru, doktor Emil Silvestru mağara geologiyası sahəsində qəbul edilmiş nüfuz sahibidir. Öz məqalələrini beynəlxalq akademik jurnallarda dərc etdirən və bütün dünyada ilk Speleologiya İnstitutuna rəhbərlik edən doktor Emil Silvestru kainatın yaradılması mövqeyini müdafiə edir.141

Doktor Andre Eggen

Yaradılış ideyasının tərəfdarı doktor Andre Eggen heyvanların genetikası sahəsindəki irimiqyaslı tədqiqatların müəllifidir. O, hazırda, Fransa hökumətinin proqramı üzrə elmi işlər aparır.142

Doktor Yan Mak-Ridi

Doktor Yan Mak-Ridi molekulyar biologiya və mikrobiologiya üzrə vacib əsərlərin müəllifidir. O, Avstraliya elmi-sənaye tədqiqatlar təşkilatı Bimolekulyar Tədqiqatlar İnstitutunun baş tədqiqatçı-mütəxəssisi olaraq 60-dan çox tədqiqat aparıb. Kainatın yaradılmasına inanan bu böyük alim Avstraliya Mikrobiologiya Cəmiyyətinin ən yüksək mükafatına layiq görülüb.43

Professor Andro Sinovaivi

Dünya şöhrətli fizioloq Andro Sinovaivi 1925-ci ildən 1946-cı ilə qədər Şimal Qərb Universitetinin fiziologiya və farmakologiya bölümlərinin rəhbəri olub. O, 1946-1953-cü illərdə professor ola-ola Cenevrə Universitetinin tibb fakültəsinin dekanı işləyib, sonra Çikaqo Universitetində fiziologiya professoru olub. Andro Sinovaivi "Bütün varlığın Yaradanı varmı" sualına belə cavab verib: "Bəli, mən Onun varlığına inanıram!" Bundan əlavə, Andro Sinovaivi deyir:

"Mən Allahın varlığına öz mövcudluğuma, əlimlə dəyəcəyim əşyanın reallığına inandığım kimi inanıram. Şübhəsiz ki, mənim Rəbbimizə etiqadım yaradılan dünya haqda düşünməyin və onda məna tapmağın yüksək və yeganə yoludur. Yaradanın varlığına əminlik insan adlanan canlıya "insan yalnız maddə və enerji laxtasıdır" ideyasından xeyli artıq məna verir. Allaha inam sevgi haqda ən yüksək və insani fikirlərin mənbəyidir".144

Doktor Raymond Couns

Raymond Couns Avstraliya dövlət tədqiqat təşkilatında uzun illər işləmiş tədqiqatçıdır. O, Leukena (leucaena) məsələsini həll etməklə tanındı və bununla Avstraliya kənd təsərrüfatına milyonlarla dollar qazandırdı. O, eyni zamanda, yaradılış ideyasının tərəfdarıdır.145

Culs H.Poyrir

Elektronika sahəsində layihəçi-mühəndis işləyən Poyrir ABŞ hökumətinin sifarişi ilə vacib müdafiə və kosmik layihələrdə iştirak edir. Poyririn Kaliforniya Universitetində fizika, riyaziyyat və elektronika mühəndisliyi sahəsində gördüyü işlər Amerika müdafiə və kosmik proqramlarında geniş şəkildə tətbiq edilmişdir. Canlı orqanizmlərdə uca Allahın gücünün təzahürləri ilə qarşılaşan Poyrir onların Allah tərəfindən yaradıldığı nöqteyi-nəzərini müdafiə edir. Alim bu məsələ ilə bağlı monarx kəpənəyinin quruluşunun əsasında dayanan heyrətamiz layihə barədə kitab yazıb. Bu kitab orijinalda belə adlanır: "From Darkness to Liqht to Fliqht: Monarch - The Miracle Butterfly".146

Maykl C.Behe

Maykl C.Behe, yaradılışcı elm adamları

Maykl Behe

Kainatda və canlı orqanizmlərdə şüurlu ideyanın olması nöqteyi-nəzərini dəstəkləyən digər alim Maykl C.Behedir. O, Pensilvaniyanın Lehi Universitetinin biologiya professorudur. Behe "New York Times" və "Boston review" kimi mötəbər qəzetlərdə bir sıra məqalələr dərc etdirib, həmçinin "Darvinin qara qutusu" kitabının müəl-lifidir.

Təkamül nəzəriyyəsinin biologiya nöqteyi-nəzərindən qeyri-məqbul olduğunu bildirən bu əsər XX əsrin 80-ci illərində bir neçə dəfə nəşr edildi.

Behe "Tərkibi pozulmaz komplekslilik" anlayışından istifadə edərək təkamül nəzəriyyəsinin uğursuzluğunu sübut edir. Onun ideyasına görə, canlılarda eyni zamanda bir-biri arasında tam harmoniya halında işləyən bir çox hissələr var. Əgər bir hissə pozulsa, bu, özünü bütün orqanizmdə büruzə verir və nəticədə, o, öz həyat funksiyasını itirir. Buna görə də onların təsadüfən və pillə-pillə yaranması mümkün deyil.

Behe "Darvinin qara qutusu" kitabında yazır:

"Onlar zərurət nəticəsində və ya təsadüfən təbiətin qanunları ilə formalaşmayıblar. Bütün bunlar əvvəlcədən planlaşdırılıb. Layihəni hazırlayan kəs isə hamıdan yaxşı bilir ki, sonda bu sistemlər bütövlükdə necə olacaqlar. Buna görə də sistemlərin formalaşmasında hər bir addım əvvəlcədən düşünülmüşdür.

Yer üzündə ən sadə formalardan mürəkkəb formalara qədər həyat bütün bizi əhatə edən şəraitin şüurlu layihələn-məsinin nəticəsidir. Canlı orqanizmlərin biokimyəvi sisteminin şüurlu səbəbini dərk etmək üçün yeni məntiq və ya elmi prinsiplər yaratmaq lazım deyil. Son 40 ildə biokimya sahəsində aparılmış tədqiqatlar bizi gündəlik həyatda əhatə edən bütün həqiqətləri mübahisəsiz göstərmək üçün kifayətdir".147

Filipp Conson

Filipp Conson, yaradılışcı elm adamları

Filipp Conson

Filipp Conson, darwin on trial

Filipp Conson Çikaqo Universitetinin hüquq professoru, təkamül nəzəriyyəsinin ideoloji tərəfləri ilə bağlı bir çox tədqiqatların müəllifidir. Onun "Darwin on Trial", "Reason in the Balance", "Obyection sustained", cinayət hüququna dair üç kitabı və bir çox məqalələri var.

Təkamül nəzəriyyəsi ilə öz barışmaz mübarizəsindən məşhur olan Conson, eyni zamanda, dindardır. Onun bu mövzu ilə bağlı fikirlərinin bəziləri belədir:

"Mən materialist təkamül nəzəriyyəsinə meydan oxumaq istəyirəm. Gəlin, Yaradanın ətrafında birləşək!"148

Çarlz Birç

Avstraliya Sidney Universitetinin professoru Birç yaradılış ideyasına bağlılığı ilə tanınıb. 1990-cı ildə ateizmlə elmi mübarizəsinə görə o, dinin yayılmasına verdiyi böyük töhfəyə görə Templton mükafatına layiq görülmüşdü. O, Allaha inamını bu sözlərlə ifadə edir:

"Bütün dəyərlərin başlanğıcı olan Allah insana onun əllərindən və nəfəsindən də yaxındır. Allahın varlığı həqiqidir".149

"Allah Yeri yaradıb və onu canlandırır".150

S.Coselin Bell Börnell

S.Coselin Bell Börnell, yaradılışcı elm adamları

S.Coselin Bell Börnell

Fizika professoru və İngiltərə Açıq Universitetində bu bölümün rəhbəri Börnell Atarca ulduzunu kəşf edən astronomların arasında idi. Allaha inanan Börnell bu haqda belə deyir:

"Mən hər şeyi bacaran, hər şeyi bilən, eyni zamanda, bizlərə qarşı rəhmli olan və bizi qoruyan Allaha inanıram". "...Mən tək Allahın varlığına əminəm". 151

Professor Ouen Ginqeriç

Astronomiya professoru və elm tarixçisi alim Ginqeriç uca Yaradanın varlığına əmindir. O, öz dini hisslərini bu şəkildə ifadə edir:

"...Mən böyük və gözəl bilgi sahibi olan Allaha inanıram. O, kainatın yaradılmasını planladı və həyata keçirdi... Mən insanların yaradılmasının kainatın əsas prinsipi olduğuna, həmçinin bəşəriyyətin öz şüuru, vicdanı, mənəviyyatı, düzü yalandan ayırmaq bacarığı ilə Allahın təcəllisi olaraq yaradıldığına inanıram"..152

Professor Karl Fridrix von Vaytszekker

Almaniyanın Maks Plank Cəmiyyəti Universitetinin fizika professoru Allaha inamı haqda belə deyir:

"...İsveçrənin Jura dağlarında ulduzlu gözəl bir gecədə iki şeydən əmin oldum: Allah burada idi və ulduzlar fizikanın bu gün bizə öyrətdiyi kimi, bir qaz topu idi".153

Professor David Berlinski

Prinston Universitetinin riyaziyyat professoru Berlinski canlı orqanizmlərin təkamülə məruz qalmadıqlarına, əksinə, onların şüurlu layihənin bəhrəsi olduğuna əmindir. David Berlinskinin bu haqda söylədiklərindən bəzi nümunələri təqdim edirik:

"...Həyat kompleks quruluşa malikdir, o isə dəqiq layihə ilə yaradılır. Hətta üskük hazırlamaq üçün də şüur lazımdır. Bəs onda nə üçün mənim həyatımdakı digər şeylər başqa cür yaranmalıdır?"154

"...Molekulyar biologiya bütün varlığın Allah tərəfindən yaradıldığını göstərir".155

Professor Uilyam Leyn Kreyq

Birminhem Universitetinin fəlsəfə professoru və Münhen Universitetinin ilahiyyat professoru olan Kreyq Allahın kainatı heç nədən müəyyən məqsəd üçün yaratdığına inanır. O, belə yazır:

"Kainatın mövcudluğunda müəyyən məqsəd və məna var. Mən inanıram ki, kainatın yaranmasının səbəbi tək Allah - Yaradandır. Müvəqqəti hərəkət sonsuz hərəkətdən başqa cür necə doğa bilər? Həm elm, həm də fəlsəfə kainatın başlanğıcının olduğu nəticəsinə gəlir. Hər əşyanın yaranması üçün heç nəyə ehtiyacı olmayan və azad iradəyə sahib olan sonsuz, dəyişməz, zamandan kənar və qeyri-maddi ideya var. Nəticədə, mən Allaha inanmağın məntiqli olduğunu etiraf edirəm".156

"Əslində, "heç nədən yalnız heç nə yarana bilər" qaydasına uyğun olaraq böyük partlayışın fövqəltəbii səbəbi olmalıdır. Bundan əvvəlki vəhdətdə zaman və məkan anlayışı olmadığı üçün böyük partlayışın heç bir fiziki səbəbi ola bilməz.

Əksinə, böyük partlayışa gətirib çıxaran səbəb ağlasığmaz dərəcədə güclü olmalı, kainatdan əsla asılı olmamalı və zaman və məkanın tam o biri tərəfində yerləşməlidir. Bundan əlavə, bu səbəb azad iradəyə sahib olan şüurlu qüvvə olmalıdır. Beləliklə, kainatın əsl ideyası hər şeyi ancaq öz istəyinə görə keçmişin müəyyən məqamında yaratmış Yaradandır".157

Doktor Kurt Vays

Bayen kollecinin riyaziyyat və təbii elmlər bölümünün müəllimi, paleontoloq Kurt Vays təkamül nəzəriyyəsinə qarşı çıxışları və möhkəm dini etiqadı ilə tanınır. O, bu haqda belə deyir: "Yaradılış nəzəriyyə deyil. Allahın kainatı yaratması elə həqiqətin özüdür..." 158

Ziqfrid Hartviq Şerer

Ziqfrid Hartviq Şerer, yaradılışcı elm adamları

C.P.Morland

Sürix Universitetinin antropologiya professoru Şerer "Ramapitek insanın əcdadıdırmı?" adlı kitabın müəllifidir. Şerer öz işlərində təsbit edir ki, paleontologiya faktları təkamül nəzəriyyəsini təkzib edirlər, həmçinin meymunlar insanların əcdadları deyillər. Alim tam əmindir ki, canlı orqanizmləri Allah yaradıb.159

C.P.Morland

Morland Cənubi Kaliforniya Universitetinin professoru, həmçinin "Yaradılış hipotezası" kitabının müəllifidir. Morland Allaha etiqadı olan bir alimdir.160

Pol Nelson

Pol A.Nelson

Pol A.Nelson

Çikaqo Universitetinin biologiya professoru Nelson canlı orqanizmlərin şüurlu layihənin bəhrəsi olması haqdakı ideyanın tərəfdarlarından biridir.161

Professor Conatan Uells

Conatan Uells, yaradılışcı elm adamları

Conatan Uells

Yel Universitetinin ilahiyyat professoru, həmçinin Berkli Universitetinin molekulyar və hüceyrəvi biologiya professoru Uells "Çarlz Hoc darvinizminin tənqidi" kitabının müəllifidir.

Uells güman edir ki, elmin yeni əsasları sübut edir ki, canlı orqanizmlər yaradılışın bəhrələridir.162

Doktor Don Batten

Doktor Batten bitkilərin fiziologiyası üzrə böyük tədqiqatlar aparıb və buna görə xeyli akademik mükafata layiq görülüb. Bitkilərin fiziologiyasını öyrənməklə yanaşı, Batten dindar insan kimi Yer üzündə yaradılış sübutlarını aşkar edən çoxlu kitab və məqalələr dərc etdirib. Batten müntəzəm olaraq "Yaradılış haqda suallara cavab" mövzusunda dünya turnesi keçirərək həmin mövzuda mühazirələr oxuyur. Burada o, elmi problemlərə həsr edilməyən və insanlara aydın olan dildən istifadə edərək kainatın və həyatın Allah tərəfindən yaradılmasının sübutları haqda danışır. Avstraliyalı alimin ilk analoji turnesi 1995-ci ildə İngiltərədə baş tutmuşdu. 163

Doktor Con Baumqardner

Doktor Baumqardner geofizika və kosmik fizika problemləri ilə, həmçinin Kaliforniya Universitetində müəllimlik fəaliyyəti ilə məşğuldur. Baumqardner təkamül nəzəriyyəsi ruhunda tərbiyə almasına baxmayaraq, onun bu konsepsiyanın mürəkkəb və həllolunmaz problemlərinə dair şəxsi tədqiqatları alimin təkamül nəzəriyyəsindən imtina etməsinə və kainatın yaradılması haqqındakı nöqteyi-nəzəri qəbul etməsinə səbəb oldu.164

Professor doktor Donald Çittik

Donald Çittik Oriqon Universitetinin kimya professorudur. O, öz işlərinə görə xeyli mükafata layiq görülmüşdür. Yaradılış həqiqətinə qəti şəkildə inanan Çittik "Yaradılışın sübutları", "Yaradılış və ibtidai aləm" kimi məsələlərə dair seminarlarda iştirak edir.165

Doktor Venner Gitt

Venner Gitt, elmi məqalə

Alman Federal Fizika İnstitutunun direktoru və professoru doktor Gitt riyaziyyat, informatika və nəzarət təchizatı mühəndisliyi sahəsində xeyli elmi məqalənin müəllifidir. Eyni zamanda, yaradılışa inanan Gittin qələminə bu mövzuya dair bir neçə kitab məxsusdur: "Allah təkamüldən istifadə edibmi?", "İlk əvvəl bilgi vardı", "Ulduzlar və onların taleyi: səma bələdçiləri", "Əgər heyvanlar danışa bilsəydi..." və s.166

Doktor Harri E.Parker

Hazırda Ball Dövlət Universitetinin biologiya, geologiya və fiziologiya professoru olan Parker öz karyerasının əvvəlində təkamülçü idi. Yaradılış həqiqətinin inandırıcı sübutları ilə qarşılaşan Parker bu nöqteyi-nəzəri qəbul etdi və təkamül nəzəriyyəsindən imtina etdi. Parker biologiya və yaradılış problemlərinə aid xeyli kitabın müəllifidir. Son illərdə o, öz nöqteyi-nəzərini müdafiə etdiyi elmi seminarlarda tez-tez iştirak edir.167

Doktor Marqaret Helder

Albert Kreasionist Elmlər Cəmiyyətinin sədri doktor Helder botanika üzrə böyük mütəxəssis və yaradılış həqiqətinin ən fəal tərəfdarıdır. Doktor Helder bizi hər yerdə əhatə edən yaradılış həqiqətinin mübahisəsiz sübutları haqda xeyli məqalənin müəllifidir.168

Professor doktor Conaton D.Sarfati

Sarfati Vellinqton Viktorian Universitetinin kimya professorudur, o, öz işlərinə görə xeyli akademik mükafata layiq görülmüşdür. Sarfati təkamül nəzəriyyəsini rədd etdi və yaradılış ideyasının tərəfdarı oldu.169

Professor Robert Mettyuz

Oksford Universitetinin fizika professoru Robert Mettyuz 1992-ci ildə yazdığı kitabda İlahi yaradılışın möcüzələri haqda belə danışır:

"Hüceyrədən canlı körpəyə, sonra körpədən uşağa və nəhayət, böyük insana qədər bütün proseslər mükəmməl harmoniyada baş verir. Biologiyanın bütün sahələrində müşahidə edilən bu hadisələr yalnız möcüzə ilə izah edilə bilər. Bu cür mükəmməl və kompleks orqanizmin belə sadə və balaca hüceyrədən əmələ gəlməsi necə baş verir? "İ" hərfinin üzərindəki nöqtədən də kiçik olan bir hüceyrədən insan yaranır. Bu, möcüzədən başqa bir şey deyil!"170

Doktor Klod Tresmontan

Doktor Klod Tresmontan öz elmi fəaliyyətini Paris Universitetində aparır. O, həyatın təsadüfən yaranmasına yox, məhz yaradıldığına əminliyini "Realities" jurnalında bu cür ifadə edirdi:

"Heç bir təsadüfilik nəzəriyyəsi bizim dünyanın yaradılışını izah etmək qabiliyyətində deyil. Canlı orqanizmlərin təsadüfən yaranmasını iddia etmək mənasızdır".171

Doktor Don Peyc

Don Peyc görkəmli müasir alimlərlə çiyin-çiyinə işləyərək 1976-cı ildə Kaliforniya Universitetində fizika və astronomiya üzrə doktorluq dissertasiyasını müdafiə etdi. Peyc inanır ki, kainatın qanunlarını anlamaq Yaradanın müdrikliyini və qüdrətini dərk etməyə kömək edər. Bununla, o, belə güman edir ki, İlahi əzəmət və bilgi kainatla kifayətlənmir.172

Doktor Endryu Snellinq

Geologiya professoru, doktor Snellinq CSİRO və ANSTO kimi elmi qrupların, həmçinin Amerika, Britaniya, İsveçrə, Yaponiya elmi proqramının iştirakçısıdır. O, bu tədqiqatların nəticələrinə dair xeyli məqalə dərc etdirib.

Elmə verdiyi töhfələrə görə bir çox mükafatlara layiq görülmüş Snellinq canlı orqanizmlərin daşıdığı yaradılış sübutları haqda bir sıra məqalələrin müəllifidir.173

Doktor Karl Viland

Doktor Viland yaradılış həqiqəti sübutlarının görkəmli təbliğatçısıdır. O, müxtəlif beynəlxalq jurnallarda bu məsələ ilə bağlı xeyli məqalə dərc etdirib.174

GÜNÜMÜZÜN İNANAN DİGƏR ELM ADAMLARI

Bütün dünyada Allaha iman edən bir çox elm adamı vardır. Onlar canlı orqanizmlərin təsadüfən əmələ gəlməsi haqqındakı nəzəriyyəni inkar edir və kainatın Allah tərəfindən ali məqsədlə yaradıldığını güman edirlər.r.

Professor Robert Horton Kameron
Riyaziyyat

Doktor Cerri Berqmann
Psixologiya

Doktor Kimberli Berrin
Mikrobiologiya və immunologiya

Professor V.Betina
Biokimya və biologiya

Doktor Endryu Bosanket
Biologiya və mikrobiologiya

Doktor Devid R.Boylan
Kimya

Doktor Klifford Bardik
Geologiya

Robert Kayta
Nüvə fizikası

Professor Don A.Berkovits
Fizika və kimya

Professor doktor Stiv Ostin
Geologiya

Professor Robert Nyuman
Astrofizika

Professor Ziqfrid Şerer
Biologiya

Doktor Rassel Hemfris
Fizika

Doktor Ceff Dauns
Bitkilərin fiziologiyası

Doktor Larri Batler
Biokimya

Professor Linn E.Karoters
Statistika

Professor Sunq Do Ça
Fizika

Professor doktor Yucin F.Çaffin
Fizika

Doktor Çunq Kuk Çanq
Genetika

Professor Çunq A Ço
Biologiya

Doktor Harold Koffin
Paleontologiya

Doktor Con V.Quottso
Təbabət

Doktor Malkolm Katçins
Kosmik mühəndislik

Doktor Lionel Damer
Üzvi kimya

Doktor Raymond V.Damadyan
Fizika

Doktor Kris Darnbruf
Biokimya

Doktor S.E.Ou
Biokimya

Doktor Tomas Barns
Fizika

Doktor Pol Akkerman
Psixologiya

Dr.David Dewitt
Nöroloji

Doktor Duqlas Din
Biokimya

Doktor Don De Yanq
Astronomiya, atmosfer fizikası

Professor Danni R.Folkner
Astronomiya

Professor Dennis L.Enqlin
Geofizika

Professor Robert H.Franks
Biologiya

Doktor Donald Hamann
Dietologiya

Doktor Barri Harker
Fəlsəfə

Doktor Çarlz V.Harison
Fizika

Doktor Harold R.Henri
Mühəndislik

Doktor Cozef Henson
Entomologiya

Robert A.Hermann
Riyaziyyat

Doktor Conatan V.Couns
Təbabət

Doktor Valeri Karpunin
Riyaziyyat

Doktor Din Kenyon
Biologiya

Doktor Con V.Klots
Biologiya

Doktor Vladimir F.Kondalenko
Sitologiya, hüceyrə patologiyası

Professor Leonid Koroçkin
Molekulyar biologiya, genetika, neyrobiologiya

Professor Yin Hyuk Kvon
Fizika

Doktor Myunq Sanq Kvon
Immunologiya

Professor Con Lennoks
Riyaziyyat

Doktor Con Lesli:
Biokimya

Professor Leyn P.Lester
Biologiya, genetika

Professor Corc D.Lindsey
Kimya

Doktor Alan Lav
Kimya

Professor Marvin L.Lubenov
Antropologiya

Doktor Endryu Makintoş
Aerodinamika

Doktor Con Mann
Entomologiya

Doktor Frank Marş
Biologiya

Doktor Ralf Mettyuz
Radiasiya kimyası

Doktor Con Mayer
Fiziologiya

Doktor Henri M.Morris
Hidrologiya

Doktor Len Morris
Fiziologiya

Doktor Qrim Mortimer
Geologiya

Professor Hi Çun No
Nüvə mühəndisliyi

Doktor Devid Oderberq
Fəlsəfə

Professor Con Oller
Dilçilik

Professor Kris D.Osborn
Biologiya

Doktor Con Osqud
Təbabət

Doktor Çarlz Pallaqi
Botanika

Professor C.Rendl Şort
Pediatriya

Doktor Yunq Qu Ro
Biologiya

Doktor Devid Rozvir
Kimya

Doktor Yanq Gi Şim
Kimya

Doktor Mixail Şulgin
Fizika

Professor Ceyms Stark
Mühəndislik

Professor Brayan Stoun
Mühəndislik

Doktor Lüdmila Tonkonoq
Kimya, biologiya

Doktor Larri Vardimann
Meteorologiya

Doktor Toaçim Vetter
Biologiya

Doktor Noel Uik
Tarix

Doktor A.F.Monti-Uayt
Kimya, neft kinetikası

Professor A.E.Uilder-Smit
Üzvi kimya və farmakologiya

Doktor Klifford Uilson
Arxeologiya

Professor Verna Rayt
Təbabət

Professor Seunq Xun Yanq
Fizika

Doktor Ik Donq Yu
Biologiya

QEYDLƏR

110. Jeffrey L. Sheler and Joannie M. Schrof, The Creation, US News & World Report, 23 Aralık 1991.

111. Taşkın Tuna, Sonsuz Uzaylar, s.31111

112.John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 182-183

113. www.leaderu.com/offices/schaefer/docs/scientists.html

114.John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 191

115. William Dembski, The Act of Creation, Bridging Transcendence and Immanence, sunum: Millstatt Forum, Strasbourg, France, 10 Ağustos 1998

116.Stephen C. Meyer, Tasarım ve Köken konulu "Mere Creation:Reclaiming the Book of Nature-Conference" adlı konferansta "The Explanatory Power of Design: DNA and the Origin of Information" başlıklı konuşmasından alınma, Biola University, 14-17 Kasım 1996.

117.http://www.leaderu.com/real/ri9403/evidence.html

118. http://www.leaderu.com/real/ri9403/evidence.html

119.John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 181

120.Newsweek, 27 Temmuz 1998, s.46

121.John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 219

122.A.g.e,s. 212

123. A.g.e, s. 196

124.Internatıonal Cathechetıcal Congress Of Rome, 20-25/09/1971, Roma, Stadium, (Bu kongre ile ilgili tutanakların 449-450. sayfaları.) http://www.its.caltech.edu/~newman/sci-cp/sci85073.html

125.John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 211

126. 4 Nisan 1998 tarihinde Istanbul'da Bilim Araştırma Vakfı tarafından düzenlenen "Evrim Teorisinin Çöküşü: Yaratılış Gerçeği" isimli I. Uluslararası Konferansta, Prof. Kenneth Cumming'in konuşması

127. 5 Temmuz 1998 tarihinde Istanbul'da Bilim Araştırma Vakfı tarafından düzenlenen "Evrim Teorisinin Çöküşü: Yaratılış Gerçeği" adlı II. Uluslararası Konferansta Prof. David Menton'ın konuşması.

128.5 Temmuz 1998 tarihinde Istanbul'da Bilim Araştırma Vakfı tarafından düzenlenen "Evrim Teorisinin Çöküşü: Yaratılış Gerçeği" adlı II. Uluslararası Konferansta Prof. John Morris'in konuşması.

129.Sir John Templeton, Evidence of Purpose - Scientists Discover the Creator, Continuum, New York 1994, s.103

130. John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 165

131. Newsweek, 27 Temmuz 1998, s. 49

132.John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 155

133.Newsweek, 27 Temmuz 1998, s.49

134. Newsweek, 27 Temmuz 1998, s.48-49

135.Hugh Ross, Creator and the Cosmos, s.112

136.Hugh Ross, Design and the Anthropic Principle, Reasons to Believe, CA1988

137.4 Nisan 1998 tarihinde Istanbul'da Bilim Araştırma Vakfı tarafından düzenlenen "Evrim Teorisinin Çöküşü: Yaratılış Gerçeği" adlı I. Uluslararası Konferansta Prof. Duan Gish'in konuşması.

138.http://www.answersingenesis.org/Docs/1354.asp

139. http://www.answersingenesis.org/docs/560.asp

140. http://earth.ics.uci.edu/faqs/kouznetsov.html

141. http://www.answersingenesis.org/docs/4030.asp

142. http://www.answersingenesis.org/docs/3726.asp

143. http://www.publish.csiro.au/cyberscience/helix/TH50/TH50C.htm

144. John Clover Monsma, The Evidence Of God In Expanding Universe, s. 225

145.http://www.answersingenesis.org/docs/3945.asp

146.http://www.icr.org/pubs/imp/ imp-267.htm

147. Michael J.Behe, Darwin's Black Box, s.196

148. Tim Stafford, The Making of a Revolution, Christianity Today, Cilt 41, No. 14, 8 Aralık 1997.

149.John Marks Templeton, Kenneth Seeman Giniger, Spiritual Evolution - Scientists Discuss Their Beliefs, s.3

150.John Marks Templeton, Kenneth Seeman Giniger, Spiritual Evolution - Scientists Discuss Their Beliefs, s.14

151.John Marks Templeton, Kenneth Seeman Giniger, Spiritual Evolution - Scientists Discuss Their Beliefs, Templeton Foundation Press, Philedelphia &, Londo,n s.22-23

152. John Marks Templeton, Kenneth Seeman Giniger, Spiritual Evolution - Scientists Discuss Their Beliefs, ss. 50-51

153. John Marks Templeton, Kenneth Seeman Giniger, Spiritual Evolution - Scientists Discuss Their Beliefs, s.131

154.http://www.rae.org/dendar.html

155.http://www.rae.org/matersci.html

156.http://www.leaderu.com/truth/3truth11.html

157.William Lane Craig, Cosmos and Creator, Origins & Design, cilt.17, s.18

158.http://www.answersingenesis.org/Docs/3119.htm

159.William A. Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, InterVarsity Press 1998, s.461

160. William A. Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, s. 462

161.William A. Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, s. 462

162. William A. Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, s. 464

163. http://www.users.globalnet.co.uk/~aflint/crichbaptist.htm

164. http://www.rae.org/believe.html

165. http://www.answersingenesis.org/docs/1157.asp

166.http://www.answersingenesis.org/docs/3967.asp

167. http://www.answersingenesis.org/docs/359.asp

168. http://www.answersingenesis.org/docs/1336.asp

169. http://www.answersingenesis.org/docs/473.asp

170.Robert Matthews, Unravelling The Mind of God, s.8

171.Claude Tresmontant, "It is Easier to Prove the Existence of God Than It Used to Be", Réalités, Paris, Nisan 1967, s.46

172.Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Yayıncılık 1993, s. 112

173. http://www.answersingenesis.org/docs/362.asp

174.http://www.answersingenesis.org/docs/340.asp

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Din elmə ilham verir
  • Din elmi istiqamətləndirir
  • Dinlə elm həmişə harmoniyadadır
  • Quranın elmi möcüzələri
  • Allah`a iman gətirən elm adamları
  • Günümüzün Allah`a inanan alimləri
  • Müsəlman elm adamları
  • Yekun