İnsanlar, olduqca inandırıcı görünən görüntülərə aldana və bu görüntüləri "həqiqi maddə" zənn edə bilərlər.
Tarixdəki ilk "kino nümayişi", bunun maraqlı bir nümunəsidir. 1895-ci ildə Auguste və Louis Lumierez adlı iki fransız ixtiraçısının Parisdə etdikləri bu ilk nümayişdə, stansiyaya yaxınlaşan bir qatarın görüntüsü pərdəyə əks etdirilmiş, ancaq zaldakı tamaşaçıların çoxu, qatarın onları əzəcəyindən qorxaraq çaxnaşma halında çölə qaçmışlar.
1895 yılındaki ilk sinema gösterisinde izleyiciler, sinema perdesindeki treni gerçek zannedip panik halinde dışarı kaçmışlardır. |
Bu nümunədən də aydın olduğu kimi, bir görünüşü "həqiqət" zənn edə bilməyimiz, görünüşdəki texniki keyfiyyət ilə yaxından əlaqədardır. İlk dəfə kino pərdəsi görən insanlar, bu, o dövr üçün çox üstün bir texnologiya olduğu üçün, gördükləri qatarın "həqiqi" olduğunu sanmış və çaxnaşmaya qapılmışlar. Bu gün isə eyni təsir, holoqram (üçölçülü görüntü) meydana gətirən xüsusi eynəklər sayəsində əldə edilir. Bu eynəyi taxan insanlar, gözlərinin qarşısında yaradılan virtual dünyanın gerçək olduğu hissinə qapılır, bu hissə görə hərəkət edirlər. Halbuki bu əsnada, bunun tamamilə virtual bir görüntü olduğunu qəti olaraq bilirlər.
Günümüzde üç boyutlu görüntü oluşturan özel gözlükler sayesinde, izlenen görüntülerin gerçekten var olduğu hissi uyanmaktadır. |
Yaxşı "həqiqi dünya" dediyimiz görünüşlərin vəziyyəti nədir? Bunlar da texniki keyfiyyətləri səbəbiylə bizi yanıldan bir holoqram ola bilərmi?
Bu sualın cavabını tapmaq üçün, ilk növbədə, "görmə"nin nə olduğu haqqındakı məlumatlarımızı yenidən düşünməyimiz lazımdır.
Gözle göremediğimiz ışınlardan birisi de tıpta kullanılan X ışınlarıdır. |
Zəmanəmizdə elm adamlarının son elmi ixtiralar işığında tapdıqları maraqlı bir həqiqət vardır: Dünyamız həqiqətdə zülmət qaranlıqdır. Çünki bu gün artıq məlumdur ki, işıq tamamilə subyektiv bir anlayışdır; yəni insanların beynində bir hiss olaraq meydana gələr. Həqiqətdə xarici aləmdə işıq yoxdur. Nə lampalarımız, nə avtomobil faraları, nə də ən böyük işıq qaynağı olaraq bildiyimiz Günəş əslində işıq saçmaz.
Günəş və digər "işıq qaynaqları", sadəcə çox müxtəlif dalğa uzunluqlarında fərqli növdə elektromaqnit hissəciklər saçar. Bu hissəciklər, strukturlarının nəzərdə tutduğu şəkildə kainata yayılır. Bunlardan bir qismi dünyamıza çatır və yenə strukturlarının tələb ilə müxtəlif təsir meydana gətirir. Bu təsir, hissəciyin həcminə, ağırlığına, sürətinə, tezliyinə görə dəyişir.
Məsələn, bir çox radioaktiv hissəcik bədənimizin içindən keçib gedər. Onları ancaq qurğuşun lövhələri dayandıra bilər. Bu hissəciklərin bəziləri elə ağır və enerji yüklüdür ki, çox vaxt toqquşduqları molekulu parçalayaraq yollarına azmadan davam edərlər. Bu, radiasiyanın xərçəngə yol açmasının arxasında duran səbəbdir. Daha zəif bir radiasiya olan rentgen şüalarından faydalanılaraq rentgen cihazları ixtira edilmişdir. Bu cihazların gördüyü iş, radio dalğalarının meydana gətirdiyi təsiri "görülə bilən işığa" çevirmək, yəni gözlərimiz tərəfindən qəbul edilə bilən hala gətirməkdir.
Radio dalğalarda hissəciklər olmadığı üçün toqquşma zamanı insana zərər verməzlər. Bu dalğalar heç bir duyğu orqanımız tərəfindən hiss olunmaz, ancaq evlərimizdəki radiolar bunları qulaqlarımız tərəfindən eşidilən səs dalğalarına çevirər. Radioda bir yayım olmadıqda eşidilən xışıltı, əslində Günəş və bütün ulduzlar tərəfindən kainatın başlanğıcından bu yana yayılan kosmik fon radiasiyasının "səsidir". Burada "səs" sözü ilə nəzərdə tutulan, bu dalğaların radiolarımız tərəfindən işlənərək qulaqlarımız tərəfindən eşidilə bilən hala gətirilməsindən sonra beynimizdə meydana gətirdikləri qavrayışdır.
"İşıq" dediyimiz qavrayış mənbəyini təşkil edən fotonlar isə daha çox yüngül hissəciklərdir və əksəriyyətlə ilk toqquşduqları atomdan sıçrayarlar. Üstəlik bunu edərkən dəydikləri yerə çox zərər də verməzlər. Tezlikləri, yəni titrəşmə sürətləri səbəbiylə daha çox enerji yüklü olan ultrabənövşəyi şüaları, dərimizə nüfuz edə bilər və bəzən genetik şifrəmizdə pozulmalara səbəb ola bilər. Müəyyən saatlarda günəş işığına həddindən artıq çox məruz qalmanın xərçəngə səbəb ola bilməsi də buna görədir.
Radyo dalgaları hiçbir duyumuz tarafından algılanamaz, ancak evlerimizdeki radyolar bunları kulaklarımız tarafından duyulabilir ses dalgalarına çevirir. |
Tezlikləri gərəyi infraqırmızı olaraq adlandırılan fotonlar isə toqquşduqları səthdə enerjilərinin bir qismini buraxarlar və buradakı atomların titrəmə sürətini, yəni istiliyini artırırlar. Bu istiqamətləriylə infraqırmızı şüalar, istilik şüaları olaraq da adlandırılır. Közərmiş bir kömür sobası və ya bir elektrik sobası bol miqdarda infraqırmızı şüa yayar. Bu şüalar dərimiz tərəfindən istilik hissi olaraq "görülər", yəni qəbul edilər.
1. kızıl ötesi ışınları, | Gözlerimiz sadece mor ötesi ile kızıl ötesi ışınlarının arasında kalan ışınları görebilir. |
Məhz fotonların bir qismi də vardır ki, tezlikləri ultrabənövşəyi və infraqırmızı şüaların arasında qalmışdır. Bunlar gözümüzün arxasındakı retina təbəqəsinə düşdüyündə buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilirlər. Biz də əslində bir hissəcik olan fotonları "işıq" olaraq qəbul edərik. Əgər gözümüzdəki hüceyrələr fotonları "istilik hissəcikləri" olaraq qavrayarlarsa, o zaman bizim üçün işıq, rəng və qaranlıq olaraq adlandırdığımız anlayışlar heç bir zaman olmayacaq, cisimlərə baxdığımızda onların yalnız "isti" və ya "soyuq" olduqlarını hiss edəcəkdik.
Akkor haline gelen soba kızıl ötesi ışın yayar. |
Bu ana qədər radiasiya növləri üzərində bu şəkildə texniki şərhlər etməyimizin səbəbi, bunların olduqları mühitdə "işıq" adlı bir təsir əmələ gətirmədiklərinin başa düşülməsi üçün idi. Bəhs etdiyimiz radioaktiv hissələr hərəkət edərlər, toqquşarlar, sıçrayarlar, bəzən qırar və pozarlar, fiziki və kimyəvi təsirlər meydana gətirərlər. Lakin meydana gətirdikləri təsirlərin heç biri işıq olaraq adlandırıla bilməz.
Bizim bu hissələrin bəzilərini "işıq şüaları" olaraq adlandırmağımızın tək səbəbi, bunların gözümüz tərəfindən qəbul edilməsidir. Gözümüzün arxasındakı retina təbəqəsinə düşən fotonlar, buradakı qavrama hüceyrələri tərəfindən elektrik cərəyanına çevrilirlər. Bu elektrik axını sinirlər tərəfindən beyindəki görmə mərkəzinə daşınar. Beyindəki görmə mərkəzi bu elektrik cərəyanlarını şərh edərək bir görünüş meydana gətirər.
Bu sistemə baxdığımızda maraqlı bir nəticəyə gəlirik: Əslində gözümüzün "görmə" kimi bir xüsusiyyəti yoxdur. Göz, sadəcə fotonları elektrik siqnalına çevirən ara bölmədir. İdrak etmə qabiliyyəti yoxdur. Ətrafımızı əhatə etdiyini düşündüyümüz tərtəmiz dünyanı seyr edən göz deyil. İşıq və ya rəng hissi gözdə meydana gəlməz.
Bu mövzunu daha yaxşı qavraya bilmək üçün görmənin texniki tərifini bir az daha ətraflı araşdıraq.
Biz hər bir tezlikdəki (titrəmədəki) fotonlara bir rəng adı veririk. Fotonun titrəmə uzunluğuna görə qırmızı, mavi və ya sarı deyərik. Bütün tezliklərin birləşməsi isə ağı meydana gətirər. Kağız ağdır, çünki hər tezliyi əks etdirər və bunların birləşməsi ağı meydana gətirər. Yarpaq yaşıldır, çünki yalnız yaşıl rəng hissi verən tezliklərdəki fotonları əks etdirir, geri qalanları əmər. Şüşə şəffafdır, çünki fotonlar demək olar ki, heç bir maneə ilə qarşılaşmadan şüşənin içindən keçərək bizə çata bilərlər. Qara bir parça, bütün fotonları udduqları üçün geriyə heç bir şey əks olunmaz. Yəni buradan gözümüzə fotonlar çatmaz, biz də onu qaranlıq, yəni qara olaraq qəbul edirik. Güzgü görünüşün surətini göstərər, çünki əks etdirmə səthi hamardır və gələn şüalar toqquşub sıçradıqları anda bir-birlərinə olan paralellikləri demək olar ki, heç pozulmaz.
Bu məlumatlar, işıq, qaranlıq, ağ, yaşıl, şəffaf kimi anlayışlar beyində yaranan qavrayışdan ibarətdir, tamamilə nisbi anlayışlar olduğunu göstərir. Həqiqətdə xarici dünyada nə işıq, nə də rəng vardır. Sadəcə bizim bu şəkildə şərh edəcəyimiz radiasiya növləri vardır. Şərhlər tamamilə bizə aiddir. Gözdə meydana gələcək bir səhv və ya quruluşca bir fərqlilik, gələn fotonları fərqli elektrik siqnallarına çevirəcək və beyindəki görmə mərkəzi eyni xüsusiyyətdə belə olsa, göz tərəfindən işlənən siqnallar, eyni cismin çox fərqli şəkillərdə qəbul edilməsinə səbəb olacaq. Rəng korları ilə normal görənlərin müəyyən rəngləri çox fərqli qəbul etmələri və şərh etmələri bu səbəbdəndir.
Qısacası, bizim işıq və ya rəng olaraq şərh etdiyimiz foton hərəkətləri, zülmət qaranlıq bir mühitdə reallaşan fiziki hadisələrdən başqa bir şey deyil. Göz də daxil olmaq üzrə bütün bədənimiz və 3 ölçülü, rəngarəng bir məkan olaraq gördüyümüz, bəzi insanların qəti olaraq var olduğunu iddia etdikləri bütün maddi aləm, bu qaranlığın içində yerləşir.
Aslında gözümüzün "görme" gibi bir özelliği yoktur. Göz, sadece fotonları elektrik sinyaline çeviren bir ara birimdir. |
Diqqət edilsə, elmin ortaya qoyduğu bu nəticələr bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Biz xarici aləmdə maddənin əsli ilə heç vaxt təmasda ola bilmərik.
Məsələn, qarşısına keçib seyr etdiyimiz televizorun özünü heç bir zaman görə bilmərik. Bizə yalnız bu televizordan çıxıb gələn və ya ona dəyib əks olunan fotonlar çatar. Bunlar işıq deyil, hissəciklərdir. Bir divara dəyən tennis topunun geri sıçraması və bizim də yalnız bu topu görməyimiz kimi bir vəziyyətdir bu. Yəni daha bu mərhələdə televizorun əslindən bir mərhələ qopmuş olarıq. Fotonlar gözümüzə gəlib retina hüceyrələrinə toqquşduqda isə, buradakı fermentlər tərəfindən elektrik enerjisinə çevrilirlər. Yəni televizorun əslindən ikinci bir mərhələ daha qoparıq. Bu elektrik enerjisi sinirlər tərəfindən beynimizdəki görünüş mərkəzinə çatdırıldığında, bir daha dəyişikliyə uğrayar və "görüntü" dediyimiz formaya bürünər. Bu, üçüncü mərhələdir. Tək bir mərhələ belə "həqiqi televizor" ilə bizim aramızdakı əlaqəni qoparmağa kifayət ikən, bu iş tam üç fərqli mərhələdə üç dəfə reallaşar.
Bir nümunə vermək lazım olsa, bu, bir-birinə qapılarla bağlanmış 3 ayrı otağın içindəki 3 adamla qulaqdan qulağa oynamaq kimidir. Sizin qulağınıza fısıldanan cümləni həqiqətən ilk adammı söyləmişdir; ikinci və ya üçüncü adam bunu dəyişdirərəkmi ötürmüşlər; üçüncü adam bunu tamamilə özümü ortaya atmışdır; bunların heç birindən əmin ola bilməzsiniz. İlk və ikinci kəslərin əslən nəyi söylədiklərindən belə əmin ola bilməzsiniz.
Mövzunu daha da yaxşı açıqlayacaq bir başqa nümunəni belə verə bilərik: Sizi bir təcrübə üçün 1 illiyinə xarici dünyaya tamamilə qapalı yeraltı otağa bağladıqlarını fərz edin. Xarici dünya ilə yeganə əlaqəmiz də qarşınızdakı qapalı dövrə televizor ekranı olsun. Otağa girərək ekranı ilk açdığınızda belə bir yazıyla qarşılaşırsınız: "Bu ekranda izləyəcəyiniz görüntülər, Afrika qitəsində canlı olaraq yayımlanan kameralardan çatdırılır. Bu kameraların təsbit etdiyi görünüşlər canlı olaraq peyklərə ötürülür, peyklərdən bu otağın yuxarısındakı ötürücülərə ötürülür, buradan da sizin ekranınıza daşınır".
Görüntü üç aşamadan geçerek beynimize ulaşır. Bu tıpkı 'kulaktan kulağa' oyunundaki gibidir. Son kişinin kulağına fısıldanan sözcüklerin ilk kişinin fısıldadığı sözcüklerle aynı olduğundan hiçbir zaman emin olamayız. |
Bu mesajın doğru olub-olmadığından heç bir zaman əmin ola bilməzsiniz, çünki görüntünün ötürüldüyü hər mərhələdə, görünüşün süni bir qaynaqdan gəlməsi mümkündür. Afrika qitəsində çəkiliş aparıldığı iddia edilən kameralar, əslində illər əvvəl çəkilmiş bir video kaseti göstərir və peyk üzərindən bu kaset sizə ötürülmüş ola bilər. Bundan əlavə, ortada heç bir kamera və peyk olmayıb, sizə yalnız yan otaqdakı bir video cihazından kaset izlətdirilə bilər. Afrika qitəsinə şəxsən getmədikcə bunu bilməzsiniz. Amma otaqdan çıxa bilmədiyinizə görə, Afrikaya gedib hadisələrin "əslini" görməniz də əsla mümkün olmaz.
Buna baxmayaraq yenə də bu otağa girməmişdən əvvəl xarici dünya haqqında əldə etdiyiniz məlumatlar və bu otaqdan bir zaman sonra təkrar çıxacaq olduğunuzu bilməniz, sizə ekranda gördüklərinizin "əsl" olduğuna dair bir qənaət təmin edə bilər. Ancaq əgər bu otaq, sizin doğulduğunuz gündən bu yana həyatınızı keçirdiyiniz yerdirsə? Həyatınız boyunca bu otaqdan heç çıxmadınızsa? Həyatınız boyunca "xarici dünya" olaraq yalnız qarşınızdakı ekranı görürsünüzsə? O zaman, bu ekranda gördüyünüz şeylərin "əsilləri ilə təmasda olduğunuza" dair heç bir dəlil qalmaz. Çünki təmasda olduğunuz tək şey, ekrandakı görüntülərdir.
Görmə duyğusu üçün izah etdiyimiz bu kimi faktlar, eşitmə, toxunma, dad və qoxu hissləri üçün də keçərlidir. Bunların hər birini beynimizdəki bağlı otaqların (eşitmə, toxunma, dad və qoxu mərkəzlərinin) içində qavrayırıq. Bunların xarici dünyadakı həqiqi qarşılıqlarına əsla çata bilmərik. Dinlədiyimiz radionun səsi, beynimizdəki eşitmə mərkəzinin içindədir. Xaricdə hər hansı bir səs yoxdur, yalnız "səs dalğası" dediyimiz fiziki hərəkətlər var. Bu fiziki hərəkətlər müxtəlif mərhələlərdən keçdikdən sonra bizə elektrik siqnalı olaraq gəlir. Bir elektrik siqnalı olaraq qəbul etdiyimiz səsin çöldə həqiqi bir qarşılığı olub-olmadığını əsla bilmərik. Yuxarıdakı bağlı otaq nümunəsinin üzərində təkrar düşünsək, bizə "Afrika meşələrindəki aslanların kükrəməsi" olaraq dinlədilən səslər, həqiqətdə bağlı otağımızın yan tərəfindəki bir studiyada yaradılan süni səslər ola bilər.
Ekranda canlı olarak izlediğimizi zannettiğimiz görüntünün aslında yan odadaki bant yayını ile bize ulaştırıldığını bilemeyiz. |
Buraya qədər mövzunu daha asan qavramaq üçün həmişə digər cisimlərdən bəhs etdik. Bir televizorun əslini görə bilmərik, bir radionun əslini eşidə bilmərik. Bütün şəkillər, səslər, qoxular və dadlar beynimizdəki əlaqədar mərkəzlərin içində yaranan qavrayışlardır. Xaricimizdəki bir dünyanın içində deyil, içimizdəki bir dünyada yaşayırıq.
İnsanların bu açıq həqiqəti qavramaqda çətinlik çəkmələrinə səbəb olan bir amil, öz bədənləri mövzusunda səhv düşüncələridir. Aşağıya baxdıqlarında gördükləri bədən və bu bədənin hər tərəfindən özlərinə çatan toxunma hissləri, onların dünyanı səhv qavramalarına səbəb olur. Bu bədənin verdiyi təəssürat səbəbiylə, sanki bir "xarici aləm"in içində yaşadıqları hissinə qapılarlar.
Halbuki bəhs etdiyimiz bədənin də, digər cisimlər kimi beynimizdəki qavrayışı ilə təmasda oluruq. Bədənimizə dair bütün məlumatlarımız, yəni bədənimizin görünüşü və beynimizə çatan toxunma hissləri, beynimizin əlaqədar qavrama mərkəzlərindədir.
Yuxularımızı düşünsək bu mövzunu daha asan qavraya bilərik. Yuxunuzda özünüzü tamamilə xəyali dünyalar içində görürsünüz. Ətrafınızda gördüyünüz cisimlərin və insanların heç bir həqiqiliyi yoxdur. Üzərində gəzdiyiniz torpaq, yuxarıdakı səma, gördüyünüz evlər, ağaclar, avtomobillər və digər hər şey tamamilə xəyaldır; maddi bir qarşılığı yoxdur. Və hamısının yeri, sizin beyninizin içidir. Beyninizdə, daha doğrusu zehninizdə vardırlar və bundan başqa bir yerdə də deyildirlər.
Rüyada kendimizi uçarken görebiliriz ama bu, bizim gerçekten uçabildiğimizi göstermez. Biz yine de rüyamız sırasında uçabildiğimize inanırız. |
Diqqət etsəniz, eyni vəziyyət yuxunuzda gördüyünüz öz bədəniniz üçün də keçərlidir. Yuxunuzda da, indi olduğu kimi, aşağıya doğru baxdığınızda əli-qolu olan, gəzən, nəfəs alan, toxunma hissləri olan bir bədən görərsiniz. Bu bədən yuxu xaricindəki həqiqi həyatda gördüyünüz bədəndən bir xeyli fərqli də ola bilər. Bəlkə özünüzü üç qollu, dörd ayaqlı qəribə bir canavar kimi də görə bilərsiniz. Bu üç ayrı qolun üçündə də toxunma duyğusu hiss edə bilərsiniz. Bir başqa yuxuda isə, özünüzü qanadları olub uça bilən bir canlı olaraq görə bilər, bu qanadları çox inandırıcı bir şəkildə hiss edə bilərsiniz. Bir yuxuda görülə biləcək olan bu virtual bədənlərin hamısı, yalnız sizin zehninizdə mövcud olan, amma sanki zehninizin xaricindəymiş kimi hiss etdiyiniz qavrayışlardan ibarətdir.
Yuxu nümunəsi bizə bunu göstərir: Bədənimizi çox həqiqi bir şəkildə hiss etməyimiz, həqiqətən fiziki mənada belə bir bədənə sahib olduğumuzu göstərməz. Ortada heç bir fiziki bədən yoxkən də, tamamilə zehnimizin içindəki bir bədən qavrayışını "vücudumuz" olaraq görüb hiss edə bilərik.
Yaxşı, yuxular ilə "həqiqi həyat" arasındakı fərq nədir? Yuxuların həqiqi həyat dediyimiz qavrayışlara görə daha davamsız, məntiqi cəhətdən əsassız və qeyri-müntəzəm olduğu doğrudur. Amma bunun xaricində, texniki olaraq, yuxu ilə "həqiqi həyat" arasında fərq yoxdur. Çünki hər ikisi də, beyinin içindəki qəbul mərkəzlərinin xəbərdar edilməsi yolu ilə baş verir.
Rüyada kendimizi kanatlı bir yaratık olarak gördüğümüzde, buna inanırız. |
Əvvəlki səhifələrdə "gerçək həyat" dediyimiz qavrayışların görmə mərkəzi, eşitmə mərkəzi kimi beyin hissələrində yaşandığını araşdırmışdıq. Bir ensiklopdiyada, yuxunun da eyni şəkildə yaşandığı belə izah edilir:
Yuxu görmək, digər bütün zehni əməliyyatlar kimi, beyinin və fəaliyyətlərinin məhsuludur. Bir insan istər oyaq, istərsə yuxuda olsun, beyin daimi olaraq elektrik dalğalar verir. Elm adamları bu dalğaları "elektroensephalograf" adı verilən bir cihazla ölçürlər. Yuxunun böyük hissəsində, beyin dalğaları geniş və yavaşdır. Amma bəzi müəyyən zamanlarda, daha kiçik və sürətli hala gəlirlər, gözlər sanki, yuxu görən adam ardıcıl hadisəni seyr edirmiş kimi olduqca sürətli hərəkət etməyə başlayır. Yuxunun REM (Rapid Eye Movement-Sürətli Göz Hərəkəti) deyilən bu qismi, yuxuların çoxunun meydana gəldiyi hissədir. Əgər adam REM əsnasında oyandırılırsa, gördüyü yuxunun təfərrüatlarını böyük ehtimalla xatırlayacaq ... REM yuxusu əsnasında, beyindən əzələlərə siqnal göndərən sinir yolları bağlanacaq. Bu səbəbdən, yuxu əsnasında bədən hərəkət etməz. Həmçinin serebral korteks (beyinin yüksək zehni funksiyalarla əlaqədar qismi) REM əsnasında, röya görülməyən yuxu hissələrinə görə daha çox aktivdir. Korteks, beyinin "beyin sistemi" adı verilən hissəsindən gələn neyronların (sinir hüceyrələrinin) daşıdığı impulslar (xəbərdarlıqlar) tərəfindən hərəkətə keçirilir. (World Book Multimedia Encyclopedia, "Dream", World Book Inc., 1998)
Yəni yuxu beynimizin əlaqədar mərkəzlərinə gələn impulsların (xəbərdarlıqların) şərhindən ibarət qavrayışlar toplusudur.
Diqqət etsəniz, "həqiqi həyat" dediyimiz həyat da tamamilə eyni şəkildə meydana gələr: Beynimizin əlaqədar mərkəzlərinə gələn xəbərdarlıqlar, bu mərkəzlərdə şərh olunar və biz bu qavrayışlar toplusunu "xarici dünya" olaraq qəbul edərik.
Buradakı kritik sual, bu qavrayışların qaynağının nə olduğu sualıdır. Vərdişlərimiz, bizi həmişə əsli ilə təmasda olduğumuza inandırmışdır. Halbuki, xaricdə maddə vardır, ancaq biz o maddənin əslini heç bir zaman bilə bilmərik.
Mövzunu daha yaxşı başa düşmək üçün yuxu üzərində düşünməyə davam edək. Yuxu görən bir insandan bunu soruşaq: "Gördüyün qavrayışların qaynağı nədir?" Bu suala böyük ehtimalla "xarici aləmdəki cisimlər və bunları qəbul edən bədənim" deyəcək. Amma ortada nə xarici aləm, nə də bu dünyanı qavrayan bir bədən vardır. Gördüyü hər şey, beynindəki əlaqədar mərkəzlər tərəfindən qəbul edilən siqnallardan ibarətdir.
Bizim də gördüyümüz, eşitdiyimiz, toxunduğumuz, dadını və qoxusunu aldığımız hər şey, beynimizdəki əlaqədar mərkəzlər tərəfindən qəbul edilən siqnallardan ibarət olduğuna görə, o zaman xarici aləmin əsli ilə təmasda olduğumuzdan necə əmin ola bilərik?
Əmin olacağını iddia edən kəs, eyni zamanda özünün "qüllənin təpəsindəki kiçik adam" olduğunu da iddia etmiş olur.
Səbəbini bir sonrakı hissədə araşdıraq.