Sərt bir yerin üzərində uzanan, içində insanların, ağacların, dənizlərin və ya binaların olduğu, üzərində buludların gəzişdiyi, daha yuxarıda nəhəng bir kosmos boşluğunun uzandığı bir dünyadırmı bura?
Siz də bu dünyanın içindəki milyardlarla insandan birisinizmi?
Əgər bu suallara "bəli" deyə cavabı versəniz yanılmış olarsınız.
Əgər bu suallara "bəli" cavabı verirsinizsə, sizin üçün çox əhəmiyyətli olan bir həqiqəti bəlkə həyatınız boyunca görməzlikdən gəlmisiniz deməkdir.
Çünki siz yuxarıda təsvir edildiyi kimi bir dünyada yaşamırsınız. Əslində dünyanız çox daha kiçikdir. Bu dünyanın içində, nəinki milyardlarla kilometrlik məsafələr, ya da işıq ili uzaqlığındakı qalaktikalar, həmçinin bir neçə metrlik məsafə belə yoxdur. Siz əslində çox kiçik və qapalı bir məkanda yaşayırsınız: nəhəng bir qüllənin təpəsindəki kiçik, qapısı möhürlənmiş bir otaqda. Bu otaqdan həyatınız boyunca heç çıxmadınız. Bu otağı tərk edib heç bir yerə gedə bilmədiniz. Sadəcə, otağın divarlarına əks etdirilən müxtəlif formalı, insanlar, məkanlar gördünüz. Otağının içindəki gizli spikerlərdən çıxan səsləri eşitdiniz. Əslində qüllənin təpəsindəki bu kiçik otaqda sizdən başqa heç kim yoxdur. Tək-tənhasınız!
Bəhs etdiyimiz qüllə sizin bədəniniz, bu qüllənin təpəsindəki kiçik otaq (yəni sizin dünyanız) isə beyninizdir.
Beyniniz, sizin üçün heç bir zaman çıxa bilmədiyiniz bağlı bir otaqdır; çünki sizin əslini gördüyünüzü zənn etdiyiniz hər şey, əslində beyninizin görmə, eşitmə və ya toxunma mərkəzlərində hiss etdiyiniz qavrayışlardan ibarətdir. Heç bir zaman qavrayışlarınızı aşıb "həqiqi maddə"yə, çöldə var olan maddənin əsli ilə təmasda bilməzsiniz. Beyninizin görmə mərkəzinə gələn elektrik siqnallarını seyr edər, heç bir zaman bu siqnalların həqiqi qaynağını görə bilməzsiniz. Sanki, bağlı otağınızın divarındakı kino pərdəsini seyr edərsiniz, amma heç bir zaman pərdə üzərindəki şəkillərin əsli ilə təmasda ola bilməzsiniz.
Bu kitabda sizə bu həqiqəti izah edəcəyik. Burada izah edilənlər, indiyə qədər alışmış olduğunuz bir çox düşüncə və anlayışla böyük ehtimalla tərs gələcək. Ancaq burada izah edilənlər, fəlsəfi bir fikir, ya da fərqli şərh forması deyil, elmin ortaya qoyduğu dəlillərə əsaslanan konkret bir həqiqətdir. Bu səbəblə, vərdişlərə əsaslanmadan, ağıl və məntiqlə düşünüldüyündə bu həqiqətin rədd edilməsi mümkün deyil.
Və unutmayın ki, həqiqəti görməzlikdən gəlmək, düşünməmək insanlara heç bir şey qazandırmaz. Əgər insan, "xeyr mən bağlı bir otaqda deyil, nəhəng bir kainatın içindəki planetin üzərində yaşayıram" deyirsə, bunu isbat etməsi lazımdır. İsbat edə bilmədiyi halda belə bir düşüncəyə kor-koranə inanmaq, insanı ancaq səhv düşüncələrə sürüyər.