Əlavə I Qüllədəki Adam Haqqında Şərhlər

Zəmanəmizin elm adamları və mütəfəkkirlərinin bu mövzudakı şərhləri

Əlinizdəki kitab nəşrə hazırlanarkən, burada açıqlanan həqiqətlər haqqında bəzi elm adamları və mütəfəkkirlərə suallar yönəldilmişdir. Qərbdəki tanınmış universitetlərin təhsil üzvlərinə internet üzərindən göndərilən mesajlarla, onlara maddənin əsli ilə təmasda ola bilmədiyimiz həqiqəti açıqlanmış və mövzudakı şərhləri soruşulmuşdur. Cavab verənlərin böyük hissəsi, bunun çox əhəmiyyətli bir mövzu olduğunu, materialist düşüncənin bu suala bir cavab gətirə bilmədiyini, özlərinin də bu mövzuda bir şərh edə bilmədiklərini ifadə etmişlər. Aşağıda, bu cavabların bir qismi verilmişdir. (Mesajlar, İngiliscə orijinallarından tərcümə edilmişdir.)

Xarici dünyanın, beyinin xəbərdarlıqları necə şərh etdiyi ilə heç bir əlaqəsi olmaması da mümkündür. Mənə görə hər baxımdan qarşılıq tapması üçün ən asan yol, eyni olmasıdır. Bu səbəblə, qavrayışımız xarici dünyanın tamamilə eynisi olmasa da buna çox yaxın olmalıdır. Beynimiz su dolu bir tənəkə içində üzərkən, bir kompyuter sinirlər boyunca elektrik impulsları göndərə bilər.

Yaxşı, bəs insanlar bu mövzudan niyə narahat olur sualına gəlincə. Hesab edirəm ki, insanlar xarici dünyada özlərinə bir yer tapmaqla çox məşğul olurlar və özləri bilmədikləri virtual bir xarici dünyada öz yerlərini axtarmaq istəmirlər.

Bu çox maraqlı fikirlər üçün təşəkkürlər.

Denis Cousineau
Montreal Universiteti, KANADA
Psixologiya bölməsində dosent

... Təşəkkürlər! Toxunduğunuz nöqtələr heyranlıq vericidir ... İnsanlar güvəndikləri şeyin, düşündükləri, bildikləri kimi olmadığını düşünmək istəməzlər və ya inanclı kəslərsə nəfslərinin hesaba çəkilməsini istəməzlər.

Lakin mənə görə inanc və elm bir-birinin əksi ola bilməz və elə də deyillər. Bunlar həqiqəti bilməyin fərqli yollarıdır. Lakin hər ikisi də tək bir Yaradıcıdan olduğu üçün nəticədə anlaşılmazlığa düşmələri mümkün deyil. Bu səbəblə, elm adamlarına yaradılış haqqındakı kəşfləri mövzusunda minnətdar olmalıyıq və Yaradıcının bizim məlumatımız xaricində, ifadəmiz xaricində olduğunu unutmamalıyıq. Çünki Yaradıcı sonsuzdur və yaradılanlar isə sonludur ... Bu maraqlı məlumat üçün təşəkkürlər.

Jill Raitt
Dini işlər bölməsi professoru
Missouri Universiteti, Kolumbiya

Bunlar yaxşı suallardır. Filosofların uzun müddətdir soruşduğu suallardır. Bu sualları Dekart fərqli bir şəkildə soruşmuşdu. Bunlar bəlkə də beyinin bütün hisslərimizin səbəbi olmadığını göstərir. Lakin bu başqa sualları da ağıla gətirəcək. İnsanlar qorxur. Nədən? Sürətli fərziyyədə olsaq, çünki bu onlara yeni olan bir mövzu və hisslərinin özlərinə söylədiklərinə, həyat formalarına və rəhbər aldıqları ilə uyğun gəlmir.

Uğurlar.
Jean-Guy Nadeau
Teologiya bölməsi
Montreal Universiteti, Kanada

Göklerin ve yerin gaybı Allah'ındır, bütün işler O'na döndürülür...
(Hud Suresi, 123)

...Bizim "həqiqətlərimizin" beynimizin qavraya biləcəyi ilə rənglənmiş olduğu həqiqətində haqlısınız. Məsələn, fiziki dünyada rəng deyilən bir şey yoxdur. Rəng, beynimizin elektromaqnit radiasiyaya aid fərqli dalğa uzunluqları haqqında etdiyi şərhə əsaslanan psixoloji bir fenomendir. Buna baxmayaraq rəng bizim həqiqətimizin əhəmiyyətli bir hissəsi olaraq qalır və beynimizi, bütün dünyamızı bununla doldurur.

Eyni mövzu digər qavrama qabiliyyəti üçün də edilə bilər....

Uğurlar və təşəkkürlər.

Boehm, Gary
Psixologiya bölməsi
Texas Christian Universiteti, Texas

Təsiredicidir... Dürüst olaraq mənim iş sahəmin bu ovsunlayıcı problemin elmi mürəkkəbliyi anlamağıma çətinlik törətdiyini söyləyə bilərəm. Sualınıza görə insanlar niyə bundan qorxur, bəlkə də insanlar başa düşə bilmədikləri şeyləri araşdırmaq istəyirlər və başa düşmədikdə bu onları qorxudur ...

Jane Marie Law
Cornell Universiteti, Nyu York

... Mən şəxsən insanların ruh olduğuna inanıram; maddi olmayan şeylər vücudlarımıza elə bir şəkildə bağlanmışdır ki, hiss etməyimiz, düşünməyimiz və s. beynimizin və mərkəzi sinir sistemimizin fiziki vəziyyətinə bağlıdır. Amma bu tərs baxış bucağıdır. Bir çox adam insanların maddi şeylər olduğunu, böyük bir ət olduğunu fikirləşir. "Beyindəki mesajı görən adam kimdir" sualınıza belə cavab verirlər: "Siz, bu böyük ət olan beyninizdə müəyyən elektrik şəkilləri meydana gəldiyində görürsiniz". Bəziləri vizual təcrübənin yalnız elektrik şəkli olduğunu söyləyər. Bu fikirə görə yaşılı görmək üçün beyninizdə yalnız müəyyən bir elektrik modeli olması kifayətdir, başqa bir şeyə ehtiyac yoxdur. Digərləri, görmə hissinin maddədən ayrı olmasına baxmayaraq elektrik şəkillərindən çıxdığını düşünürlər.

Mən şəxsən beyinlərimizə inanma, ümid etmə, hiss etmə və s. hisslərin yaşadığına inanmıram. Mən "mən"im bunları etdiyinə inanıram və mən öz beynim deyiləm. Beynimə yaxından bağlıyam; o qədər yaxın bağlıyam ki, beynimdə yaranan bir zədə bütün hər şeyi etməyimi əngəlləyər. Amma beynimdən fərqliyəm. Mən nəyəm? Mən əşyaları görürəm, mən bir ruham.

Tom Crisp
Fəlsəfə bölməsi
Notre Dame Universiteti, İndiana

İnsanlar gündəlik həyatlarında narahat olmağı sevmirlər. Nizam istəyərlər, idarəli olmaq istəyərlər, əşyaların öz istədikləri kimi olmasını istəyərlər.

Etibarsızlıqla məşğul olmaq istəməzlər, cavab ala bilməməkdən qorxurlar. Maddi durumlarına, ictimai mövqelərinə bağlıdırlar. Əgər xarici gerçəklik olmazsa bütün bunları itirərlər. Və insanlar yalnız qalmaqdan qorxarlar, bütün problemlərlə öz başlarına məşğul olmaqdan qorxarlar. Öz düşüncə güclərinə güvənməzlər və azad deyillər. Və kim olduqlarını tam bilməzlər, özlərini xaricdəki şeylərlə tanıyarlar. (İnsanların bu mövzuları danışmaqdan qaçmalarının) Səbəbi budur.

Birt Schelling

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Əhəmiyyətli Açıqlama: Maddənin Arxasındakı Sirr Mövzusu, Vəhdəti-Vücud Deyil
  • Giriş
  • I Beyindəki Kiçik Dünya
  • II Qüllənin Zirvəsindəki Kiçik Adam
  • III Qülləyə İnanmağın Axmaqlığı
  • Nəticə
  • Əlavə I Qüllədəki Adam Haqqında Şərhlər
  • Əlavə II Təkamül Yalanı