Maddənin ardındakı sirr mövzusu, bəzi kəslərin etirazlarına səbəb olur. Həmin insanlar, bu mövzunun əsasını səhv anladıqları üçün, bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.
Əvvəlcə bunu ifadə edək ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına möhkəm bağlıdır və vəhdəti-vücud təlimini müdafiə etmir. Həmçinin unutmamaq lazımdır ki, vəhdəti-vücud təlimi Muhyiddin İbn Ərəbi kimi çox böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox əhəmiyyətli İslam aliminin keçmişdə bu kitablarda bəhs edilən mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil.
Məsələn, vəhdəti-vücud düşüncəsini müdafiə edənlərin bir qismi yanlış fikirlərə düşərək, Qurana və əhli-sünnə inancına zidd bəzi iddialar irəli sürmüşlər; məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Halbuki, maddənin arxasındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia yoxdur. Bu mövzu, Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini görə bildiklərini izah edir.
Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey, Allahın Quranda var olduğunu, yoxdan var etdiyini ifadə etdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq, insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz, hiss edə və ya eşidə bilməzlər.
Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu elmi bir həqiqətdir və bu gün başda tibb fakültələri olmaq üzrə bütün məktəblərdə öyrədilən elmi bir mövzudur. Məsələn, hal-hazırda bu yazını oxuyan bir insan, bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq, insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı, beyinin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edər. Və insanın beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz hal-hazırda gözünüzlə, gözünüzün önündəki bir yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı "yazının nüsxəsidir" dır. Bu yazının əslini isə Allah görür.
Nəticə olaraq, maddənin beynimizdə əmələ gələn bir xəyal olması onu "yox" olduğunu sübut etməz. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir.
Bu həqiqət idealizm, Matrix fəlsəfəsi və Maddənin əsli adlı kitabımızda bu şəkildə dilə gətirilmişdir:
Bir cisimden gözümüze ulaşan ışık demetleri elektrik sinyallerine dönüşerek beyinde bir etki oluştururlar. |
Xarici aləmdə maddə vardır, ancaq maddənin əsli əlçatmazdır!
Maddə xəyaldır demək, maddə yoxdur demək deyil. Əksinə biz görsək də, görməsək də maddi bir dünya var. Ancaq biz bu dünyanı beynimizin içində bir nüsxə -digər bir ifadəylə hisslərimizin şərhi olaraq- görərik. Bu səbəbdən maddə, bizim üçün xəyaldır.
Qaldı ki, çöldə maddənin varlığını, bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:
Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)
Hər şeydən əhəmiyyətlisi, ən əsas Allah hər şeyi görür. Bu dünyanı hər cür təfərrüatı ilə Allah yaratmışdır və Allah hər halıyla görür. Quran ayələrində belə xəbər verilir:
... Allahdan qorxun və bilin ki, Allah nə etdiklərinizi görəndir. (Bəqərə surəsi, 233)
De ki: "Mənimlə sizin aranızda şahid olaraq Allah yetər; şübhəsiz O, qullarından Xəbərdardır, Görəndir." (İsra surəsi, 96)
Həmçinin, unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda saxlayır. Biz görməsək də bunların hamısı Lövhi-Məhfuzda vardır. Hər şeyin Allahın Qatında, Lövhi-Məhfuz olaraq adlandırılan "Ana Kitab"da saxlandığı belə bildirilir:
Şübhəsiz ki, o, Bizim Yanımızda olan kitabda; çox ucadır, hikmət doludur.(Zuxruf surəsi, 4)
... Dərgahımızda (bütün bunları) saxlayıb-qoruyan bir Kitab vardır.(Qaf surəsi, 4)
Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Nəml surəsi, 75)