İbadətdə Qətiyyətli Olmaq

«O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?!» («Məryəm» surəsi, 65).

«Qətiyyətlilik» bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir maneə tanımamaq və əzmlə çalışaraq lazım olanları nəyin bahasına olursa yerinə yetirmək mənasına gəlir. Yuxarıdakı ayədə qeyd olunan qətiyyət sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını tələb edir.

Lakin insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədə dəyərləndirirlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edirlər. Halbuki ibadət xidmət mənasına gəlir. Yəni insanların qul kimi Allah üçün etdiyi hərəkətləri, danışıqları, hal və davranışları bir ibadətdir. Namaz insan üçün mühüm və fərz ibadət olduğu kimi əsəblərə hakim olmaq, gözəl danışmaq, insanlara xəbərdarlıq edib onları pis işlərdən çəkindirmək, zənnə qapılmamaq və ya mübahisə etməmək də bir ibadətdir. Bu səbəbdən də Allahın «ibadətdə qətiyyətli ol» əmri həm feli ibadətlərə, həm də əxlaqa aiddir.

Lakin ayələrdə müsəlmanlara dinlərində qətiyyətli olmaq əmri verilərkən diqqət yetirilməli olan başqa bir məqam da var. Bu da müsəlmanların qətiyyətdə imtahana çəkiləcəklərinə dair verilən izahlardır. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatından hadisələr təqdim edilərkən onların imanının və qətiyyətinin imtahana çəkilmələrinə aid nümunələr verilir. Çünki bu nümunələr müsəlmanların Allaha olan bağlılıq və sədaqətini isbat edəcəkləri dəyərli fürsətlərdir.

Allah müsəlmanların dinlərinə olan bağlılığının imtahana çəkilməsinə dair nümunə olaraq ən çox inkarçıların sözlü və ya əməli surətdə hücum faktını verir. Yaxud da müsəlmanlara iftira atıldığı, insanların toplu şəkildə üz çevirdiyi, xəstəlik baş verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli halla qarşılaşıldığı, xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə hallar müsəlmanların öz dinlərinə riayət etmək və onu təbliğ etməkdə əzmkar olacaqları hallardır.

Bundan əlavə, Allahın böyük bolluq, sağlamlıq, sakitlik, zənginlik və ya qüvvə verdiyi hallar da var ki, bu hallarda da insanın ruhdan düşməyəcəyi və din əxlaqına əməl etmək məsələsində qətiyyət nümayiş etdirəcəyi çox dəyərli hallardır. Yəni müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilirlər. Heç bir hal müsəlmanların davranışlarında mənfi dəyişikliklərə yol açmaz.

İnsanlara Xəbərdarlıq Etmək

Cahiliyyə toplumunun əsas həyat fəlsəfəsi insanın yalnız özü qarşısında məsuliyyət daşıması düşüncəsinə əsaslanır. Həmin düşüncəyə görə, insanların əsas vəzifəsi ən yaxşı şəraitdə yaşamaqdan, ən yaxşı şəraiti yaratmaqdan ibarətdir, lakin onlar digər insanların maddi və mənəvi həyatları ilə bağlı heç bir məsuliyyət daşımırlar. Buna görə də bir çox insanlar vəzifələrinin dinlərinə yalnız özbaşına əməl etməkdən ibarət olduğunu düşünür və başqa insanlara dini təbliğ etmək vəzifəsi daşımadıqlarını güman edirlər. Halbuki Qurana baxanda, bunun tam əksi olan bir anlayışla qarşılaşırıq.

Müsəlmanın ən böyük vəzifələrindən biri İslam əxlaqını ətrafında olan insanlara izah və təbliğ etmək və onları da Allaha iman gətirməyə təşviq etməkdir. Quranda müsəlmanların insanlara xəbərdarlıq etməsi ilə bağlı bir çox qəti və açıq hökmlər var. Bunlardan biri də «Müddəssir» surəsinin 1-ci və 2-ci ayələrində bildirilir:

«Ey örtünüb bürünmüş! Qalx qorxut!» («Müddəssir» surəsi, 1-2).

Müsəlmanlar özləri dinlərinə əməl etdikləri kimi ətraflarında olan insanları da buna təşviq etməyə məsuldurlar. Hətta Quranda müsəlmanların bütün həyatlarını təbliğlə, yəni dinlərini yaymaqla keçirmələrinin lazım olduğu bildirilir. Müsəlmanlar işlərini, məskunlaşdıqları əraziləri, əyləncələrini, həyat tərzlərini bu məsuliyyətlərinə görə tənzimləyirlər. Müsəlman üçün Allahın varlığının bütün insanlar tərəfindən bilinməsi, dərk edilməsi, bütün insanların cəhənnəmin necə yer olmasından və hesaba çəkilmələrindən xəbərdar olması onların ticarətindən, əyləncəsindən və ya rahatlıqlarından daha əhəmiyyətlidir. Cəhənnəmdəki əzabın şiddətini və Allahın qüdrətini yaxşı bilən müsəlmanlar insanların dini əxlaqa əməl etmədikləri təqdirdə, onları gözləyən aqibətin necə olacağını öyrənmələri üçün əllərindən gələni edirlər. Lazım olarsa, işlərindən, evlərindən və ya mülklərindən imtina edərək insanları xəbərdar edir və Allahın bu əmrlərini yerinə yetirməyə davam edirlər. Allahın möminlərə olan bu əmri başqa bir ayədə belə bildirilir:

«Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!» («Məryəm» surəsi, 39).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahı Xatırlamaqda Zəiflik Göstərmək
  • Elçiyə Qəlbən Hörmət Bəsləmək
  • Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət Və Ya Əyləncədən Üstün Tutmamaq
  • Üzrsüz Əyləşməmək
  • Etdiyi Əməllərə Görə Sevinib Etmədikləri Ilə Öyünməmək
  • Bir Işi Bitirdikdən Sonra Başqa Işə Başlamaq
  • Sevilən Şeyləri Allah Yolunda Sərf Etmək
  • Mal-Dövləti Özünü Göstərmək Xatirinə Xərcləməmək
  • Quran Oxunanda Susaraq Onu Dinləmək
  • Şükür Etmək
  • Başqalarına Nəsihət Verib Özünü Unutmamaq
  • Bir Topluluğa Bəslənən Kinin Ədalətsizliyə Sövq Etməməsi
  • Dində Zorakılığın Olmaması Və Din Əxlaqına Hikmətlə, Gözəl Öyüd-Nəsihətlə Dəvət Etmək
  • İbadətdə Qətiyyətli Olmaq