Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət və Ya Əyləncədən Üstün Tutmamaq

«Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!» («Cümə» surəsi, 11).

Bu ayədə dinlə öz dünyəvi mənfəətləri arasında seçim aparan insanlardan bəhs edilir. Əsasən cahil cəmiyyətlərin din əxlaqına uyğun şəkildə yaşamaqdan yayınmasının bir neçə ortaq səbəbləri var. Ayədə bu səbəblərdən iki ən önəmlisinə - ticarət və əyləncəyə diqqət çəkilir.

Ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəət məsələsinin insanların ən zəif cəhətlərindən biri olmasıdır. Belə ki, çox vaxt insanların bir qismi öz maddi mənfəətləri naminə dinin bir çox hökmlərinə məhəl vermirlər. Bu, özünü bəzən namaz kimi zahiri ibadətdə, bəzən əxlaqi davranışlarda, bəzən də dinin başqa bir hökmündə göstərir. İnsanların var-dövlətin artırılması ilə bağlı belə bir həris davranış nümayiş etdirməsinin səbəbi maddi zənginliyin bütün mövcud problemləri həll edəcək sehirli qüvvəyə malik olması inancıdır. İnsanlar əldə edə bilmədikləri və həsrətini çəkdikləri hər bir imkana bu zənginlik sayəsində qovuşa biləcəklərinə inanırlar. Bunların arasında səadət, daxili rahatlıq, əminlik, hətta ölümsüzlük vardır. Belə adamlar elə zənn edirlər ki, zənginlik onların hətta ölümlərini də gecikdirəcək və onları dünyada əbədi edəcəkdir. Bu səbəbdən də cahiliyyə dövründə yaşayan insanlar özlərinin bütün vaxt və imkanlarını səfərbər edərək, böyük ehtiras və həvəslə ticarətə qurşanırlar. Lakin onlar heç bir zaman həmin məqsədlərinə zənginliklə çata bilməzlər. Belə ki, bu günə qədər heç bir insanın mal-mülkü onun ölümünün və ya qocalmasının qarşısını ala bilməyib. Çünki bir insana fayda və ya xeyir vermə gücünə malik olan yeganə qüvvə mülkün həqiqi sahibi olan Allahdır. Bundan əlavə, zənginliklə əldə edilməsi arzulanan daxili rahatlığın, təhlükəsizliyin və xoşbəxtliyin yeganə şərti vicdanlı həyat sürməkdir. Vicdana uyğun olan yeganə həyat tərzi isə Quranda göstərilən modeldir.

Ayədə dinin hökmlərinə etinasız yanaşmanın səbəbi kimi diqqət çəkilən ikinci məqam isə əyləncədir. Əylənmək də insanlar üçün böyük bir ehtirasdır. Əyləncənin bu qədər böyük bir ehtiras olmasının səbəbi də insanların buna qurtuluş və bəzi həqiqətlərdən xilas olmaq vasitəsi kimi baxmalarıdır. Bu adamlar vicdan əzabının onların ruhuna verdiyi sıxıntı və əzabı ölkə-ölkə gəzərək və ya çoxlu insanlarla tanış olaraq öz üzərlərindən ata biləcəklərinə inanırlar.

Halbuki insanların dini hökmlərə etinasız yanaşaraq ticarət və əyləncə ilə çatmaq istədikləri hədəflər yalnız din əxlaqına uyğun şəkildə yaşayacaqları zaman əldə edə biləcəkləri hədəflərdir: «O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar» («Rəd» surəsi, 28).

Eyni zamanda ayədə xatırladılan çox mühüm bir mövzu da vardır: Allahın dərgahında əldə edilən hər şey əyləncə və ticarətdən daha xeyirlidir. Dünyanın ən gözəl evləri, avtomobilləri, mənzərələri, geyimləri, sənət əsərləri və ya ləl-cəvahiratları cənnətdə olan zənginliklə müqayisədə olduqca qiymətsiz və bəsitdir. Dünyanın əyləncəsi isə hər zaman az, yarımçıq və qüsurludur. Əyləncənin, coşqunun və səadətin həqiqi yeri isə Allahın ziyafət yeri kimi tərif etdiyi cənnətdir.

Bu səbəbdən də müsəlmanlar dinin hər hansı bir hökmünü ticarət və əyləncəyə görə heç vaxt qulaqardına vurmaz və onları təxirə salmazlar. Allah möminlərin bu xüsusiyyətlərini Quranda belə bildirir:

«O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar» («Nur» surəsi, 37).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahı Xatırlamaqda Zəiflik Göstərmək
  • Elçiyə Qəlbən Hörmət Bəsləmək
  • Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət Və Ya Əyləncədən Üstün Tutmamaq
  • Üzrsüz Əyləşməmək
  • Etdiyi Əməllərə Görə Sevinib Etmədikləri Ilə Öyünməmək
  • Bir Işi Bitirdikdən Sonra Başqa Işə Başlamaq
  • Sevilən Şeyləri Allah Yolunda Sərf Etmək
  • Mal-Dövləti Özünü Göstərmək Xatirinə Xərcləməmək
  • Quran Oxunanda Susaraq Onu Dinləmək
  • Şükür Etmək
  • Başqalarına Nəsihət Verib Özünü Unutmamaq
  • Bir Topluluğa Bəslənən Kinin Ədalətsizliyə Sövq Etməməsi
  • Dində Zorakılığın Olmaması Və Din Əxlaqına Hikmətlə, Gözəl Öyüd-Nəsihətlə Dəvət Etmək
  • İbadətdə Qətiyyətli Olmaq