Bəzi adamlar dinə inandıqları, Qur'an oxuduqları halda Qur'anın bəzi ayələrini qulaqardına vurur, onlara diqqətsizlik göstərirlər. Bu kitabda cəmiyyətdə qulaqardına vurulan Qur'an hökmlərindən bir hissəsi nəzərdən keçirilir və iman gətirən insanları Qur'ana onun bütün ayələri ilə birlikdə əməl etməyə və ayələrdə bəhs edilən çətin əzabdan uzaq olmağa dəvət edilir.