Nəticə

Yaxşı təhsil almış və bir şirkətin müxtəlif hissələrində işləyərək təcrübə qazanmış bir rəhbər düşünək. Bu rəhbərin, şirkət sahibi tərəfindən müvəffəqiyyətli qəbul edildiyini və baş müdir vəzifəsinə gətirildiyini fərz edək. Bəhsi keçən baş müdir bir illiyinə şirkətdə tək səlahiyyətli olsun, dilədiyi kimi qərarlar alaraq şirkətə gedib-gəlsin, şirkətin işçilərinə və ticarət fəaliyyətlərinə əmr etsin. Ancaq ümumi müdirin iş müqaviləsi və hüquqları bir il üçün etibarlı olsun. Təbii olaraq, bu müddətin sonunda şirkətin əsil sahibi müdirdən hesab soruşacaq, ona verdiyi səlahiyyətləri necə istifadə etdiyini və şirkətə nə qədər mənfəət gətirdiyini öyrənmək istəyəcək. Belə bir vəziyyətdə ağıllı bir müdir, əlindəki imkanları ən yaxşı şəkildə qiymətləndirmək üçün səy göstərəcək; bunun sayəsində də etdiklərinin mükafatını alacaq. Qazancı altındakı imkanları necə gəldi istifadə edən, düşüncəsiz və ölçüb-biçmədən xərcləyib əlindəkiləri bitirən bir müdirin vəziyyəti isə böyük bir ağılsızlıq nümunəsidir; çünki bir il çox qısa bir zamanda bitəcək, o da səlahiyyətlərini sui-istifadə etməyin cəzasını çəkəcəkdir.

Əslində hər insanın dünyadakı həyatı, yuxarıda bəhsi keçən baş müdirin vəziyyətiylə bənzərdir. İnsanın rəhbərliyinə verilənlərdən bir qismi də orqanizmindəki üzvləri, orqanları, bir-birindən bənzərsiz şəkildə hazırlanmış sistemləri və hüceyrələridir. Bütün bunların həqiqi sahibi isə Allahdır. İnsan, müddəti müəyyən olunmuş ömründə özünə verilən bu imkanları ən yaxşı şəkildə qiymətləndirmək məcburiyyətindədir. Ölümünün ardından özünü yaradan və nemətlərlə təchiz edən Rəbbimizə hesab verəcək. Sahib olduğu bu böyük neməti ən qazanclı şəkildə qiymətləndirmənin yolu isə Quranda bu şəkildə bildirilmişdir:

Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. Bu təqdirdə, O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. (Saf surəsi, 10-12)

vase, flowers, yellow flowers

Bununla bitkiler ve taneler bitirip çıkaralım diye. Ve birbirine sarmaş dolaş bahçeleri de. (Nebe Suresi, 15-16)

İybilmə və dadbilmə duyğumuz da qarşılıqsız olaraq xidmətimizə verilmiş bənzərsiz nemətlərdir. Əlinizdəki kitabda bu həqiqəti tez-tez vurğuladıq: İybilmə və dadbilmə kimi bir çox incəliyi hələ tam açılmamış dərəcədə kompleks sistemlər, irili-xırdalı təsadüfi əlavələrlə, özbaşına təsadüflərlə, kor təsadüflərlə meydana gələ bilməz; heç bir şəkildə mərhələ-mərhələ və ya bir anda təkamülləşə bilməz. Belə ideal, mükəmməl və qüsursuz bir uyğunluq içində işləyən sistemlərin tək bir izahı vardır. Kainatdakı hər şey kimi, saysız qoxunu və dadı hiss edə bilməyimizi mümkün edən sistemləri yaradan Allahdır. Bu nemətlər, insanın Rəbbimizə şükür etməsi üçün əhəmiyyətli bir vəsilədir. Ancaq bəzi insanlar bu həqiqəti gözardı edib, Yaradıcımızı unudaraq eqoist ehtiraslarının arxasınca gedər və əmrlərinə verilən bütün nemətləri nəfslərinin istəkləri istiqamətində sərf edərlər.

İnsanın həyatı boyunca təsirli qoxuları və ləziz dadları qəbul edə bilməsi Allahın diləməsiylə reallaşır. Bu həqiqət, ağıl və vicdan sahibi insanların Allaha olan imanlarını və bağlılıqlarını artırar; Onu gərəyi kimi təqdir edə bilmələrinə köməkçi olar; Onun qeyri-məhdud qüdrətini, elmini və mərhəmətini layiqincə təfəkkür etmələrinə vəsilə olar. Bəhsi keçən həqiqətin fərqində olanlar yalnız Ona qulluq etmələri lazım olduğunun da şüurundadırlar. İman edənlərin bu təslimiyyətli ruh halları və Rəbbimizə olan güclü bağlılıqları Ali İmran surəsində bu şəkildə bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

breakfast

Bizlere koku ve tat alma duyusunu veren Allah, bu duyularımızla algılayabileceğimiz çeşit çeşit koku ve tadı da yaratmıştır. Bu, Allah'ın verdiği sayısız nimetten sadece biridir. Bu nimetleri düşünen her insan, Rabbimiz’e şükredenlerden olmalıdır.

İman edənlərin bu səmimi üslublarına qarşılıq insanların bir hissəsi ağızları Allaha inandıqlarını söylədikləri halda əslində haqq dinin yolundan azırlar. Bu cür kəslərin vəziyyəti isə Quranda belə təsvir edilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İybilmə Sistemindəki Dizayn
  • Sistemin İçindəki Mexanizmlər
  • Qoxu və İybilmə Duyğusunun Düşündürdükləri
  • Heyvanlardakı Qoxu Hissiyatları
  • Təkamülçülər İybilmənin Mənşəyini Açıqlaya Bilməzlər
  • İybilmə Texnologiyası
  • Dadbilmə Sistemindəki Möhtəşəm Dizayn
  • Nəticə
  • Təkamül Yalanı