İybilmə Texnologiyası

Duyğu orqanlarınızın, ətrafınızda baş verən təhlükələrə qarşı hər an sizləri xəbərdar etdiyini heç düşündünüzmü? Məsələn, küçədə qarşıdan qarşıya keçərkən sizə doğru sürətlə yaxınlaşan bir avtomobilin siqnal səsini eşidirsiniz; baxışlarınızı dərhal səsin gəldiyi istiqamətə çevirir və hansı tərəfə getməli olduğunuza qərar verirsiniz; beləcə, bəlkə də ölümlə nəticələnən qəzadan xilas olarsınız. Ancaq bəzi təhlükələr vardır ki, bu iki duyğunun əhatəsindn kənar qalar. Məhz belə vəziyyətlərdə iybilmə duyğusu dövrəyə girər və xəbərdarlıq vəzifəsini müvəffəqiyyətlə boynuna götürər. Hər hansı bir işlə məşğul olarkən, evdə meydana gələ biləcək qəzaları düşünün. Məsələn, mətbəxdəki qaz sızmasını yalnız iybilmə hissiyyatı sayəsində hiss edə bilərik. Ya da görüş sahəmizin xaricindəki bir yanğını xəbər verən ilk işarə tüstünün qoxusudur. Qoxu duyğusu zəif, ya da tamamilə itmiş olan kəslər belə vəziyyətlərə qarşı qorumasızdırlar.

Haqqında danışdığımız təhlükələrə tədbir olaraq bəzi elektron cihazlar icad edilmişdir. Bunların dizaynında, insan burnunun iybilmə xüsusiyyəti nümunə alınmışdır. Məsələn, bu istiqamətdə istehsal olunan qaz və ya yanğın detektorları burunun çox kobud təqlidindən ibarətdir.

Yanğın Detektoru

Bilindiyi kimi, yanğın detektorları dumanı təsbit edər və çıxardıqları səslə insanları xəbərdar edər. İonlaşma qanununa görə işləyən modeli araşdıraq. Bu cihazlarda, ionlarla yəni elektrik yüklü zərrəciklərlə dolu xüsusi bir qəbul etmə hissəsi var. Cihaza təmiz hava girdiyi müddətcə bu hissələrin səbəb olduğu elektrik cərəyanı sabit qalır. Dumanın girməsi vəziyyətində isə ionlar təsirsiz hala gəlir və elektrik axını azalır; bunu təqib edən cihaz həyəcan səsi verməyə başlayar.(105)

detector of fire

1. Radyoaktif kaynak
2. Referans bölümü
3. Terminal vidası
4. Bağlantı
5. Kontrol üyesi veya işlemci
6. Alarm göstergesi

7. Algılama bölümü kılıfı
8. Algılama bölümü
9. Plastik kılıf
10. Algılama bölümündeki elektrik akımı
11. Temiz hava
12. Yüksek akım değeri

13. İyonlaşmış parçacıklar
14. Radyoaktif malzeme
15. Duman
16. Düşük akım değeri
17. Parçacıklara tutunan duman

(Şekil 20) Resimde yangın detektörünün oldukça karmaşık yapısı görülmektedir. Koku alıcı hücrelerdeki sistem ise, yangın detektöründen çok daha komplekstir.

Bəhs etdiyimiz elektron cihazın xüsusi hissəsi, insan burnundakı iybilmə hüceyrələrinə bənzədilə bilər. Mürəkkəb əməliyyatlar nəticəsində alıcı hüceyrədəki elektrik yükünün dəyişdiyindən və beləcə, müəyyən bir mesajın ortaya çıxdığından əvvəlki hissələrdə bəhs etmişdik. Məhz detektordakı qəbuletmə mexanizmi də qoxu qəbul edən hüceyrələrdəki sistemin olduqca primitiv bir modelidir. Bununla yanaşı, bu həqiqəti də xüsusilə vurğulamaq yerində olacaq. Bir yanğın detektor ilə insan burnu arasındakı ayrılıq, kosmos gəmisi ilə əllə düzələn araba arasındakı texnoloji fərqlilikdən daha böyükdür.

"Elektron Burun"

electronic nose

A. Standart elektronik burun
B. Kimyasal sensörler
C. Veri
D. Model
E. Bilgisayar sınıflandırmas

(Şekil 22) Elektronik burnun çalışma sistemi.

İnsandakı iybilmə sistemi, on mindən çox qoxunu rahatlıqla ayırd etməyi mümkün edir. Müəyyən kimya təhsili almış mütəxəssislər bir ətirdəki yüzə yaxın qoxunun qaynağını diaqnoz edə bilərlər.(106) Məhz insan burnundakı bu üstün yaradılış, bir çox elm adamını bənzər cihazlar hazırlamağa təşviq edir. Dünyanın müxtəlif tədqiqat-inkişaf mərkəzlərində, insandakı möcüzə iybilmə sisteminin surətini istehsal etməyə çalışırlar. Burun nümunə alınaraq inkişaf etdirilən bu modellərə "elektron burun" adı verilir.

İnsan burnundakı zülallardan ibarət reseptorların əvəzində, elektron bənzərlərində, bir sıra kimyəvi alıcı istifadə edilir. Bu alıcıların hər biri müxtəlif qoxuları hiss edəcək şəkildə dizayn edilir; seçicilik qabiliyyətləri artdıqca istehsalı çətinləşər və qiymətləri yüksəlir. Sensorların ətrafdan yığdıqları siqnallar, elektron sistemlər vasitəsilə ikili kodlara çevrilir və bir kompyuterə göndərilir. Elektron sistemlər, iybilmə hissiyyatında vəzifəli sinir hüceyrələrinin, kompyuter də insan beyninin bir təqlidi olaraq düşünülə bilər. Kompyuter, özünə gələn məlumatları qiymətləndirmək üçün proqramlanar və bunun sayəsində aldığı ikili kodlamadan ibarət siqnalları şərh edər.

Bu üsulla inkişaf etdirilən elektron burunlar, başda qida, ətir, tibb və kimya sənayesi olmaq üzrə müxtəlif sektorlarda istifadə edilir. Universitetlər və beynəlxalq təşkilatlar bəhsi keçən layihələrə böyük dəstək verir. Buna baxmayaraq, Warwick Universitetindən Julian Gardnerın ifadə etdiyi kimi, elektron burun texnologiyası hələ başlanğıc mərhələsindədir.(107).

İnsan Burnu İlə Elektron Burun Arasında Müqayisə

hyacinth

Əvvəlcə qeyd etmək lazımdır ki, elm adamları burundakı qoxuya həssas hüceyrələrin iybilmə qabiliyyətinin bir bənzəri olmadığını ifadə edirlər.(108) Bundan əlavə, insan burnunun tamamilə yerini alacaq elektron cihaz yaradılmasının qeyri-mümkünlüyü də bəzi tədqiqatçılar tərəfindən dilə gətirilir. Elektron sensor texnologiyası mütəxəssislərindən EJ Staples də bu həqiqəti açıq şəkildə söyləyən mütəxəssislərdən biridir.(109) Digər bir elm adamı, professor Ceyms Harper "Elektron burun insan burununu əvəz edəcək şey deyil, tamamlayıcıdır" deyərək, elektron burunun yalnız köməkçi ola biləcəyinə diqqət çəkir.(110) Bu vəziyyət belə də ifadə edilə bilər: Bir fotoaparat və ya kamera gözü əvəz edə bilməz; yalnız dəstək ola bilər. Elektron bənzərinin insan burnu ilə əlaqəsi də eynilə eyni bu şəkildədir.

NASA-da vəzifəli qoxu mütəxəssisi Corc Aldrich, “New Scientist” jurnalının 23 iyun 2001-ci il tarixli sayında, insan burnunun yerinə keçəcək heç bir şey olmadığını ifadə edir. Aldrich qoxu testlərində NASA-nın niyə elektron cihazları istifadə etmədiyi sualına da belə cavab verir:

"Qənaətimə görə onlar (elektron burunlar) insan burnunun sərhədlərinə belə yaxınlaşa bilmirlər. İnsan burnundan daha yaxşı heç bir şey yoxdur." (111)

Bu həqiqətləri qısa bir müddətə kənara qoyaraq, iki burun modeli arasında bir müqayisə aparaq. Belə bir müqayisə, insan burnunun nə dərəcə üstün bir dizayna sahib olduğunu bir daha gözlər önünə sərəcəkdir:

1) Elektron burunlar insandakı kimi minlərlə qoxunu deyil, yalnız məhdud sayda qoxunu qəbul edə bilir.

2) Kompyuter dəstəkli elektron burunlar, insan burnu və beyni ilə müqayisədə olduqca böyükdür; diqqətli nəzarət və idarə altında çalışan həssas cihazlardır. Bundan əlavə, sensorların qısa ömürlü olması əhəmiyyətli bir problem yaradır.(112) Buna baxmayaraq, sahib olduğumuz iybilmə sistemi, həyat boyu davam etdirdiyi vəzifəsində hər hansı qayğıya belə ehtiyac duymaz.

3) Sadəcə tək bir elektron burunun xərci 100.000 ABŞ dollarına qədər yüksəlir.(113)

electronic nose

(Şekil 21) Elektronik burunda kullanılan bazı sensörler. Bu sensörler, koku alma sistemindeki reseptörlerden ilham alınarak tasarlanmıştır; bununla birlikte insan burnundaki reseptörlerle kıyaslanmayacak kadar ilkeldirler.

4) İnsanlardakı iybilmə əməliyyatı bir saniyədən çox daha qısa müddətdə olub bitər. Elektron bənzərində isə analiz müddəti saniyələr, hətta dəqiqələr alır.(114)

5) Sensorların nizamlanması və bağlı olduqları kompyuterin proqramlaşdırılması olduqca əhəmiyyətlidir. Aparılan tədqiqatlar göstərmişdir ki, yüksək nisbətlərdə su, spirt, karbondioksid və sirkə turşusu cihazın həssaslığını poza bilir.(115) Həmçinin elektron burunun, qoxu mütəxəssisləri tərəfindən son dərəcə həssas şəkildə proqramlaşdırılması da lazımdır. Əks təqdirdə, bəzi qoxular cihazın səhv və ya qeyri-sabit nəticələr verməsinə səbəb olur.

6) Unudmamalıdır ki; sensorlar və kompyuterdən ibarət olan sistem məntiqli mühakimə mexanizmindən də məhrumdur. Halbuki, bu, insanların daha kiçik yaşlardan etibarən edə bildiyi bir əməliyyatdır. Məsələn, bir körpə doğulan kimi iybilmə duyğusunu istifadə edərək anasını tanıya bilir; doğulduqdan iki gün sonra qoxuları ayırd edə bilir.(116)

7) Qısacası, dövrümüzün qabaqcıl texnoloji şərtlərinə baxmayaraq insan burnunun iybilmə bacarığına bərabər elektron cihaz icad olunmamışdır. Bu vəziyyət, sahib olduğumuz iybilmə sistemindəki dizaynın nə qədər heyran edici olduğunu göstərir. Elektron burunlar üzərində işləyən mütəxəssislər digər insanlardan daha çox bu həqiqətin fərqindədirlər.

electronic nose, nose

Kullanılan tüm teknolojiye rağmen, elektronik burun, insan burnundan çok daha ilkeldir.

İnsandakı iybilmə sistemi, ilk insanın yaradılışından bu yana mükəmməl olaraq işlək vəziyyətdədir. Bəhs etdiyimiz o dərəcə mürəkkəb bir quruluşdur ki, qoxu alıcıların iş mexanizminin təfərrüatları və beyindəki qəbul edən sistemi geniş həcmdə aydın ola bilməmişdir. Hətta iybilmə sistemi haqqında bildiklərimiz görmə, eşitmə və toxunma hissləri üzərinə bilinənlərdən daha azdır.(117) Belə bir vəziyyətdə, insan burnunu əvəz edəcək elektron sistemin xəyal olmaqdan kənara keçməyəcəyi açıqdır.

Görünən odur ki; qarşıdakı illərdə daha inkişaf etmiş elektron burunlar istehsal ediləcəkdir. Ancaq bu vəziyyət bu açıq-aşkar həqiqəti heç zaman dəyişdirməyəcək: Bir elektron burun təsadüfən ola bilməz; müəyyən bir plan, proqram və dizayn məhsuludur. Eyni şəkildə elektron bənzərlərindən çox daha üstün olan insan burnu və iybilmə sistemi də özbaşına və ya təsadüfən meydana gəlməmişdir; sonsuz şəfqət və mərhəmət sahibi olan Allahın üstün yaratmasının dəlillərindəndir və bütün canlıların xidmətinə verilməsi çox böyük bir nemətdir.

Nəticə olaraq bunu söyləyə bilərik: İnsan bədənini və iybilmə sistemini tanımağa istiqamətli ediləcək hər yeni elmi inkişaf, inadla təkamülü müdafiə etməyə davam edənləri bir daha ziyana uğradacaq; eyni zamanda da Allahın sərhədsiz elmini və ağlını təfəkkür etməyimizə köməkçi olacaq. Bu təfəkkür, ağıl sahibi olan iman gətirənlərin Allaha olan yaxınlıqlarını artırır, Allahın gücünü daha yaxşı təqdir etmələrini təmin edir və Allaha olan qorxularının artmasına vəsilə olur. İman sahiblərinin Allahın ayələri qarşısındakı rəftarları Quranda belə bildirilmişdir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün dəlillər vardır. Onlar, ayaqda ikən, oturarkən, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılışı haqqında düşünər. (Və deyərlər ki :) "Ey Rəbbimiz, sən bunu boşuna yaratmadın. Sən çox ucasan, bizi atəşin əzabından qoru."(Ali İmran surəsi, 190-191)

Qeydlər

105- M. Encarta Encyclopedia 2000, "Fire Fighting".

106- Elise Hancock, "A Primer on Smell", Johns Hopkins Magazine, Sentyabr 1996.

107- Mia Schmiedeskamp, "Plenty to Sniff At", Scientific American, Mart 2001, http://www.sciam.com/2001/0301issue/0301techbus1.html.

108- Philip Morrison, "The Silicon Gourmet", Scientific American, Aprel 1997, http://www.sciam.com/0497issue/0497wonders.html.

109- Mia Schmiedeskamp, "Plenty to Sniff At", Scientific American, Mart 2001, http://www.sciam.com/2001/0301issue/0301techbus1.html.

110- Pam Frost, "Electronic Nose inspects Cheese, Hints at Human Sense of Smell", The Ohio State University Research News, 30/9/1998, http://www.acs.ohio-state.edu/units/research/ archive / nosetron.htm.

111- New Scientist magazine, Nose Jop 23 İyun 2001, s. 44-47

112- W. James Harper, "strengths and Weakness of the Electronic Nose", http://www.fst.ohio-state.edu/FS/nose/sld024.htm

113- Pam Frost, "Electronic Nose inspects Cheese, Hints at Human Sense of Smell", The Ohio State University Research News, 30/9/1998, http://www.acs.ohio-state.edu/units/research/ archive / nosetron.htm.

114- Philip Morrison, "The Silicon Gourmet", Scientific American, Aprel 1997, http://www.sciam.com/0497issue/0497wonders.html.

115- W. James Harper, "strengths and Weakness of the Electronic Nose", http://www.fst.ohio-state.edu/FS/nose/sld026.htm.

116- M. Encarta Encyclopedia 2000, "Infancy".

117- Pam Frost, "Electronic Nose inspects Cheese, Hints at Human Sense of Smell", The Ohio State University Research News, 30/9/1998, http://www.acs.ohio-state.edu/units/research/ archive / nosetron.htm.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İybilmə Sistemindəki Dizayn
  • Sistemin İçindəki Mexanizmlər
  • Qoxu və İybilmə Duyğusunun Düşündürdükləri
  • Heyvanlardakı Qoxu Hissiyatları
  • Təkamülçülər İybilmənin Mənşəyini Açıqlaya Bilməzlər
  • İybilmə Texnologiyası
  • Dadbilmə Sistemindəki Möhtəşəm Dizayn
  • Nəticə
  • Təkamül Yalanı