Dadbilmə Sistemindəki Möhtəşəm Dizayn

İnsan bədəninin zəruri funksiyalarının davam edə bilməsi üçün yeməyə və içməyə ehtiyacı vardır. Beləcə, trilyonlarca hüceyrəmizdə əməliyyatlar üçün lazımlı enerjini təmin edirik. Yemək yeyərkən, əslində sağlamlığımıza birbaşa təsir edəcək qərarları da alırıq. Nəyi yeyib-yeməməyimizin lazım olduğunu bilirik. Hansı qidaların bəsləyici və yeyilməli olduğunu, hansılarının qida dəyəri daşımadığını, hansılarının zərərli ola biləcəyini anlayarıq. Pis dadları dərhal hiss etdiyimiz üçün çürümüş və ya xarab olmuş qidaları zibilliyə atarıq. Turşuluq nisbətinə baxaraq, yetişmiş meyvəni kal olanından ayırd edirik. Turşulu birləşmələri turş dadlarından, zəhərli maddələri də çox acı dadlarından tanıyırıq. Bədənimizin içindəki şərtləri sabit tutmaq üçün lazımlı olan mineral duzları və mayeləri, hüceyrələrimizdəki zülal sintezində istifadə olunan amin turşuları, enerji ehtiyacımızı qarşılayacaq karbohidrat və lipid əldə edə biləcəyimiz qidaları asanlıqla seçə bilirik. Bundan əlavə, nəyi nə zaman yeməli olduğumuzu, nə zaman yeməməli olduğumuzu da bilirik. Özümüzü halsız hiss etdiyimiz dövrlərdə vitamin, mineral və şəkər nisbəti yüksək qidaları seçirik. Qan təzyiqimiz düşdüyündə duzlu qidalar qəbul edir, qalxanda isə duzlu yemək və içkilərdən uzaq olarıq.

Bunların hamısını edə bilməyimizi təmin edən möcüzəvi sistemə, dadbilmə duyğusuna sahibik. Dadbilmə sistemimiz, zülalları, ionları, mürəkkəb molekulları və bir çox kimyəvi birləşmələri analiz edir; bir ömür boyu durub dincəlmədən bizim yerimizə işləyir.

Üstəlik, gündəlik qida ehtiyaclarımızı qarşılayarkən, yeməklərin, içkilərin, meyvələrin, tortların, şirniyyatların bənzərsiz dadlarından böyük bir zövq alırıq. Bu günə qədər daddığınız hamısı bir-birindən ləziz yeməkləri və içkiləri gözünüzün önünə gətirməyə çalışın: susuzluğunuzu aradan qaldırmaq üçün içdiyiniz limonad və ya meyvə suları, yay istisində yediyiniz qovun və ya qarpız, manqalda bişirilən kotlet, meyvəli və ya şokoladlı dondurma, börək, südlü aş, mantı, aşurə, çiyələkli tort, plov, bal ...

Bu gözəllikləri, sonsuz lütf sahibi olan Rəbbimizin xidmətimizə verdiyi dadbilmə mexanizmi sayəsində dərk edirik. Kitabın bu hissəsində bu bənzərsiz sistemi daha yaxından araşdıracaq və nə qədər üstün bir yaradılış əsəri olduğuna şahid olacağıq.

Dildəki Qüsursuz Sistem

chocolate cake

... iman edip salih amellerde bulunanları müjdele. Gerçekten onlar için altlarından ırmaklar akan cennetler vardır. Kendilerine rızık olarak bu ürünlerden her yedirildiğinde: "Bu daha önce de rızıklandığımızdır" derler... (Bakara Suresi, 25)

Bir yemək kitabına göz gəzdirin; içində minlərlə resept olduğunu görərsiniz. Dünyada 20.000 yeyilə bilən bitki növü olduğu təxmin edilir.(118) Həqiqətən də bərk və maye qidaların müxtəlifliyi diqqət çəkicidir. Ancaq bütün bu müxtəlifliyə baxmayaraq, fərqli dadları bir-birindən ayırd etmək bizim üçün olduqca asandır. Nümunə olaraq, gözlərimiz bağlı belə olsa, qaynadılmış toyuq əti ilə qızardılmış toyuq əti arasındakı fərqi dərhal hiss edirik. Toyuq əti ilə hazırlanmış onlarla fərqli yeməyi hər hansı bir çətinlik çəkmədən hiss edirik. Məhz bu bacarığımızın sirri, dadbilmə orqanımız olan dilimizdəki sistemdə gizlidir.

Dil, mürəkkəb kimyəvi analizlər edən bir laboratoriyaya bənzədilə bilər. Çünki yediyimiz və ya içdiyimiz hər qida bir çox fərqli dad molekulundan ibarətdir. Hər hansı bir qab yeməkdə, yüzlərlə və ya minlərlə ayrı kimyəvi maddə olur.(119) Dad mütəxəssisi David Schaeppiyə görə, dad və qoxunu meydana gətirən kimyəvi maddələrin sayı bananda 225, çiyələkdə 350-dir.(120) Bəlkə də ilk dəfə eşitdiyiniz bu məlumatın mənası aydındır: Dil deyilən möcüzə laboratoriya, kimyəvi quruluşları fərqli saysız molekulu çaşmadan düzgünlüklə təhlil edir. Yaxşı, bu cür "bacarıqlı" olan dilimiz nə cür dizayna malikdir?

Dilimizdə çox sayda sinir lifi mövcuddur. Bu dizayn, onun hər istiqamətdə rahatlıqla hərəkət edə bilməsinə imkan verir. Belə ki, dilimiz barmaqlarımızdan dörd qat daha hərəkətlidir.(121) Danışarkən, qidaları çeynəyərkən və udarkən, dilimiz əhəmiyyətli vəzifələri boynuna götürər. Ağıza alınan qidalar, tüpürcək vəzilərinin ifrazlarıyla isladılır və yumşaldılır; daha sonra da udlağa doğru gedir. Məhz bu sırada dilimizdəki dad alıcı hüceyrələr də fəaliyyət halındadır. Bu fəaliyyəti anlaya bilmək üçün, əvvəlcə dilin dərinliklərindəki tənzimləməni tanımamız lazımdır.

Dad alıcı hüceyrələr dadbilmə mövzusunda ixtisaslaşmış hüceyrələrdir; yalnız dildə və ağızın müəyyən bölgələrində yerləşir. Dildəki dad hüceyrələri, "dad tumurcuğu" adı verilən soğana bənzər quruluşlar şəklində bir yerə toplanmışlar. Dad tumurcuqları da "papilla" olaraq adlandırılan quruluşların içində olarlar. Papillalar dilə nahamar bir görünüş verən kiçik çıxıntılardır; dilin üst səthində və yanlarında yerləşirlər. Dörd növ papilla vardır və bunlar dilin müxtəlif bölgələrinə səpələnmiş vəziyyətdədir. Bunlar içərisində ən çox diqqət çəkənlər dilin ön hissələrində olan göbələkvari papillalarıdır; xüsusilə süd içdikdən sonra daha da görünən hala gəlirlər. Digərlərinə görə daha böyük və daha az sayda olanlar çanaqvari papillalardır; dilin arxasında tərs bir V hərfi formasında düzülmüşlər. Yarpaqvari papillalar isə dilin arxa yanlarındadır. Göbələkvari, çanaqvari və yarpaqvari papillalar dad tumurcuqlarını saxlayarlar. Dad tumurcuğu ehtiva etməyən və sayca ən çox olanlar isə sapşəkilli papillalardır; demək olar ki, dilin bütün səthini örtürlər. Sapşəkilli papillalar toxunma duyğusuyla əlaqədar olaraq vəzifəlidirlər.

Müasir mikroskop altında araşdırıldığında, dildə ilk gözə dəyən bəhs etdiyimiz struktur tənzimləmənin varlığı olacaq. Ən kiçikdən ən böyüyə doğru sıralama bu şəkildədir: dad hüceyrəsi, dad tumurcuğu və papilla. Dildə ümumi 10.000-ə yaxın dad tumurcuğu vardır.(122) Çanaqvari papillalar ümumi 700-3000, yarpaqvari papillalar ümumi 320-2950-yə qədər dad tumurcuğu ehtiva edər. Bir göbələkvari şəkilli papilladaysa 3 ilə 10 arasında dad tumurcuğu mövcuddur.(123) Hər dad tumurcuğundan sayı 50 ilə 100 arasında dəyişən dad hüceyrələri yerləşir.(124) Bu ədədlər, yaradılışdakı tarazlığı göstərməsi baxımından mənalıdır. Çünki dad hüceyrələri və tumurcuqlarının sayca normadan aşağı olması vəziyyətində dadbilmə qabiliyyəti azalır, hətta itirilir; normadan çox olması vəziyyətində isə alışılmış dadların həddindən artıq şirin və ya acı şəklində qəbul edilməsi baş verir. Aydındır ki, hər hüceyrə tamamilə lazım olan saydadır. Əks halda, yemək və içmək çətinlik və iztirab verici olacaq, insana narahatlıq verəcəkdi.

olfaction molecule

1. Sikloheksimi
2. 6-n-propil-2-tiyourasil
3. Kafein

4. Denatonium benzoat (Bitrex)
5. Kinin

(Şekil 23) Buradaki maddeler ağızda acı bir tat bırakırlar. Görüldüğü gibi, bu birkaç maddenin kimyasal yapıları dahi birbirlerinden oldukça farklıdır. Tat alma sisteminin mükemmel yapısı ve olağanüstü kapasitesi sayesinde, sayısız farklı tat molekülünü algılayabiliriz.

Bilindiyi kimi, bir elektron cihaz nə qədər kiçik olarsa, o qədər müvəffəqiyyətli bir dizayn olaraq qəbul edilir. Mühəndislər bu səbəblə, müəyyən bir həcmi ən məhsuldar şəkildə qiymətləndirməyə çalışırlar. Dad hüceyrələrinin tumurcuqlardakı sisteminəə baxdıqda, bəhs edilən dizayn qanununun nümunələri dərhal fərq edilir. 100-ə yaxın dad hüceyrəsi, dad tumurcuğunda ideal şəkildə bir yerə gəlmişdir. Üstəlik, tumurcuqda dad hüceyrələrinin istehsal yeri olan bazal hüceyrələr və ifrazat hüceyrələri də mövcuddur. Papillalardakı quruluşa baxdığımızda da bənzər bir vəziyyət qarşımıza çıxar. Papilla kənarlarına düzülən dad hüceyrələri ilə dad molekulları papilla ətrafındakı yarıqda ünsiyyət qurarlar. Bu quruluş sayəsində kiçik bir sahədə ola biləcək ən geniş ünsiyyət səthi əldə edilmiş olur.

The positions of the papillae on the human tongue Taste buds photographed under an electron microscope

1. Palatine
2. Palatine
3. Çanaksı papillalar

4. Yapraksı papillalar
5. Mantarsı papillalar
6. İpliksi papillalar

(Şekil 24) Papillaların insan dilindeki konumları.
(Şekil 25) Tat tomurcuklarının elektron mikroskobu altındaki görüntüleri.

Dadbilmə sistemimizdəki hüceyrələrin tam lazım olan sayda və ən ideal şəkillərdə olmaları çox üstün bir yaradılış dəlilini gözlər önünə sərir. Digər bir heyrətamizlik isə bunların tam olmaları lazım olan yerdə olmalarıdır.(125) Dadbilmə sistemindəki bir çox təfərrüatdan yalnız biri dəyişsəydi; məsələn, dad hüceyrələri dilin üzərində və yanlarında deyil də altında olsaydı, nə olardı? Cavab aydındır; dad qəbulu da böyük ölçüdə itər və insan çətin vəziyyətə düşərdi. Dad hüceyrələrindəki hər təfərrüatın yerli yerində olması, ağıl və sağlam düşüncə sahibi insanlara bunu xatırladır: Allahın hər şeyi mükəmməl bir nizam içində və qüsursuz yaratdığı həqiqətini.

The organization in a taste bud

1. Tat gözeneği
2. Epitel
3. Tat tüycükleri
4. Tat hücresi
5.Tat siniri lifleri
6. Bağ doku

7. Tepe bölüm
8. Gövde bölümü
9. Tat tomurcuğunu iki bölüme ayıran mekanizma
10. Epitel hücre
11. Tat hücresi ile tat siniri arasındaki iletişim
12. Sinir lifleri

(Şekil 26) Bir tat tomurcuğundaki organizasyon.

(Şekil 27) Bir tat tomurcuğunda, 100'e yakın tat alıcı hücre kusursuz bir düzen içinde biraraya gelir. Tat tomurcuğunun tepe bölümünü, gövdesinden ayıran özel bir sistem vardır. Bu sayede tat molekülleri, tomurcuğun tepesindeki tat tüycükleri ile iletişim kurar; tomurcuğun gövde bölümüne geçemezler.

Çanaksı bir papilladaki organizasyon

1. İpliksi papillalar
2. Çanaksı papillar
3. Tat tomurcukları
4. Bağ doku

5. Tükürük
6. Kas tabakası
7. Dil
8. Sinir lifleri

(Şekil 28) Çanaksı bir papilladaki organizasyon.

(Şekil 29) Çanaksı papilladaki yapının detayları

Hər kəs bir təşkilatın təşkilatçı olmadan, bir tənzimləmənin tənzimləyici olmadan reallaşmadığını qəbul edər. Bir ətrafınıza baxın, gördüyünüz hər şey bir dizaynın məhsuludur: Masa, stul, lampa, pərdə, pəncərə şüşəsi, televizor, kompyuter ... Bunlardan qat-qat daha kompleks olan dadbilmə sistemi də üstün bir dizaynın məhsuludur. Bu üstün dizaynın sahibi də aləmlərin Rəbbi olan Allahdır.

duck, creation

Əsas Dadlar

taste map Error

1. Acı
2. Ekşi

3. Tuzlu
4. Tatlı

(Şekil 30) Son bilimsel araştırmalar "tat haritası"nın yanlışlığını ve tat hücrelerinin her birindeki son derece kompleks haberleşme sistemlerinin varlığını açıkça ortaya koymuştur.

Bu gün elm dünyasında beş əsas dad olduğu bilinir: Şirin, şor, acı, turş, umami.(126) Bunlardan ilk dördü hər kəsin tanıdığı, bildiyi dadlardır; lakin umami, bəzi oxucuların ilk dəfə qarşılaşdığı bir anlayış ola bilər. Umami, zülalların quruluşundakı 20 fərqli amin turşusundan biri olan qlutamattan qaynaqlanan bir daddır. (Qlutamat, ət, balıq və paxlalılar fəsiləsində olan bitkilərdə olur. Bundan başqa, hazır qidalarda dad artırıcı olaraq istifadə edilən monosodyum qlutamat da bu dadı verir.)

Bəzi elm adamları, yediyimiz, içdiyimiz qidaların bu beş dadın qarışığı olduğunu söyləyərkən bəziləri də bu fikrə qatılmır. Professor Andrew Spielman (Nyu York Universiteti stomatologiya fakültəsi), professor Cozef Brand (Monell Kimyəvi Duyğular Mərkəzi), Dr. Wentao Yan (Nyu York Universiteti stomatologiya fakültəsi) kimi bəzi tədqiqatçılar başqa dadların da təməl dad ola biləcəyini düşünürlər: Yağ, su, metal dadları kimi.(127)

Tədqiqatların gün işığına çıxardığı bir məlumat da "dad xəritəsi" nin səhv olduğudur.(128) Dad xəritəsi, şirinliyin dilin ucu, duzluluğu dilin kənarları, turşluğu dilin yanları, acılığı isə dilin arxası tərəfindən qəbul edildiyi qənaətinə əsaslanırdı. Bu xəritənin XlX əsrdə aparılan tədqiqatların səhv açıqlaması nəticəsində olduğu aydın oldu. Çünki son elmi işlər dad hüceyrələrinin birdən çox xəbəçiyə reaksiya verdiyini göstərmişdir.(129) Digər bir ifadəylə, hər bir dad hüceyrəsində düşünüldüyündən çox daha kompleks rabitə sistemlərinin olduğu ortaya çıxmışdır. Hər dad hüceyrəsi zənn edildiyi kimi yalnız müəyyən bir xəbərçiyə deyil, birdən çox xəbərçiylə ünsiyyət qurur. Alıcı hüceyrələrdəki xəbərləşmə üsulları, hüceyrələrin yaradılış əsəri olduğunu açıq şəkildə göstərən dəlillərdən biridir.

children, food

Tat alma sistemi, Allah'ın yaratışındaki üstünlüğü gösteren son derece kompleks bir yapıdır.

Kompleks Xəbərləşmə Sistemləri

chocolate cake

Biz gökten belli bir miktarda su indirdik ve onu yeryüzünde yerleştirdik; şüphesiz Biz onu (kurutup) giderme gücüne de sahibiz. Böylelikle, bununla size hurmalıklardan, üzümlüklerden bahçeler-bağlar geliştirdik, içlerinde çok sayıda yemişler vardır; sizler onlardan yemektesiniz. (Mü'minun Suresi: 18-19)

Professor Cozef Brand dad duyğusu üzərində apardığı təcrübələrlə tanınmış bir elm adamıdır. Branda görə, dilimizin üzərinə qoyulan bir şeyin dadını hiss etməyimiz yalnız 0.2-0.5 saniyə çəkir.(130) Gözümüzü qırpmamızdan daha qısa olan bu zaman kəsiyində nələrin baş verdiyi əsrlərdir araşdırılır. Zəmanəmizdə isə dadbilmə əməliyyatının əsas xətləri aydın olunmuş vəziyyətdədir.(131)

Dadbilmə, yediyimiz qidalara aid dad birləşmələrinin tüpürcək içində əriməsi ilə başlayır. Duzlu qidaların dadının daha sürətli alınmasının səbəbi, duzun tüpürcək içində digərlərinə görə daha tez əriməsidir. Hətta bəzən qidaların qoxusunun qəbul edilməsiylə tüpürcək vəziləri tüpürcək ifraz etməyə başlayır və dil dad almağa hazır hala gəlir. Dadbilmədəki hər incəlik kimi, bu mərhələ də əhəmiyyətlidir. Düşünün ki, bu ifrazat olmasaydı, quru qidaların dadını hiss edə bilməyəcəkdik. (Bu ifrazat, həzm və müdafiə sistemlərinə köməkçi olan zülal və fermentlər ehtiva edir. Tüpürcək sekresiyasının xüsusiyyətləri və boynuna götürdüyü vəzifələr haqqındakı tədqiqatlar davam edir. Aparılan tədqiqatlar ümumiyyətlə, əhəmiyyətsiz görülən bu mayenin quruluşunun olduqca kompleks olduğunu ortaya qoyur.)

Yeməklərdən gələn dad molekulları ilə dildəki dad hüceyrələri arasındakı rabitə, hüceyrənin təpəsindəki mikrovillus deyilən tükə bənzər quruluşlarda qurular. Mikrovilluslar (dad tükcükləri) dad məsaməsi olaraq adlandırılan kiçik çökəkliklərdə dilin üzərini örtən mukoza pərdəsinə çıxar. Dad hüceyrələrinin reseptorları, dad tükcüklərinin üzərində yerləşir. Diqqət edin, dad məsaməsinin diametri orta olaraq millimetrin mində dördü qədərdir.(132)

foodbasket

Tat hücreleri birden fazla haberleşme yöntemine sahiptir. Hücrelerin bu özelliği sayesinde tatlı, ekşi, acı, tuzlu gibi farklı tatları algılayabiliriz.

Dad birləşmələri, eyni zamanda xəbərçi molekullardır; vəzifələri, daşıdıqları mesajı, dad hüceyrəsinin membranının üzərindəki reseptorlara və ya ion kanallarına çatdırmaqdır. Bu mərhələdə, hüceyrə və molekulyar səviyyədə inkişaf edən hadisələr, Miami Universitetindən Professor Stephen Roperin ifadə etdiyi kimi, hələ tədqiqat mərhələsindədir.(133) Bir çox fərqli dad birləşməsinə baxmayaraq, fərqli xəbərləşmə yolları mövcuddur. Yəni şirin, turş, acı, şor kimi müxtəlif dadlar üçün fərqli ünsiyyət şəbəkələri qurulur. Digər bir ifadəylə, dad hüceyrələri birdən çox sayda xəbərləşmə üsuluna malikdirlər və indiki vaxtda bunların yalnız bir qismi kobud xətləriylə başa düşülüb. Başqa bir təəccüblü xüsusiyyət də, dadbilmə mexanizmlərinin, növlər arasında əhəmiyyətli ölçüdə fərqli olmalarıdır.(134) Bunlar, üzərində dayanıb düşünülməli olan hadisələrdir. Əlbəttə ağıl və şüurdan məhrum molekullar və hüceyrələr, bir-birləriylə xəbərləşmək üçün fərqli-fərqli üsullar yarada bilməzlər; buradakı ünsiyyət sistemləri onları yaradan Rəbbimizin sonsuz ağlının və elminin göstəriciləridir.

Duzluluq və turşluğa dair xəbər daşıyan dad molekulları, birbaşa dad hüceyrəsinin membranındakı ion kanallarıyla əlaqə qurarlar. Şirin, acı və umami dad molekulları isə hüceyrə membranındakı reseptorlara bağlanarlar. Məşhur tədqiqatçılar David Smith (Maryland Universiteti Tibb Fakültəsindən) və Robert Margolskee (Mount Sinai Tibb Fakültəsindən) molekul ilə reseptor arasındakı əlaqəni, iybilmədə olduğu kimi açar ilə qıfıl əlaqəsinə bənzədirlər.(135) Yəni hər qıfılı müəyyən bir açarın açması kimi, hər reseptoru hərəkətə keçirən müəyyən bir molekul vardır. Millimetrin yüz mində biri qalınlığında, yağ və zülallardan ibarət hüceyrə membranının üzərində hüceyrəyə giriş-çıxışa nəzarət edən kanallar və rabitə stansiyası kimi işləyən reseptorlar var. Bunların milyonlarla fərqli dad molekulunu, hər dəfə xətasız olaraq tanımaları və lazım olan əməliyyatları əskiksiz yerinə yetirmələri isə insanı heyrətə salan möcüzələrdir.

Burada bunu da ifadə etmək yerinə düşəcək. İybilmədə minə yaxın fərqli reseptorun var olduğundan bəhs etmişdik. Dadbilmədə neçə fərqli reseptor olduğu isə hələ də məlum deyil. 2000-ci ildə, bəzi tədqiqatçılar ilk olaraq "T2R / TRB" reseptorlarını tapmışlar.(136) Professor Linda Buck bu kəşfin, dad duyğusuna bağlı yəqin ki, uzun bir tədqiqatın yalnız başlanğıcı olduğunu ifadə edir.(137) Tədqiqatçı Professor Charles Zukerda tədqiqat aparmadan, neçə fərqli dad resseptoru çıxacağını təxmin edilə bilməyəcəyini bildirir.(138) Bu həqiqətlər bu mənaya gəlir: XXl əsrin texnologiyası ilə belə dad hüceyrələrinin reseptorlarındakı quruluşların çox kiçik bir hissəsi həll edilmişdir. Bu vəziyyət də, bəhsi keçən quruluşların üstün bir dizayn məhsulu olduğunu bir daha göstərmişdir.

food table

Taneyi ve çekirdeği yaran şüphesiz Allah'tır. O, diriyi ölüden çıkarır, ölüyü de diriden çıkarır. İşte Allah budur. Öyleyse nasıl oluyor da çevriliyorsunuz?En'am Suresi: 95)

Reseptorların xəbərdar edilməsilə dad hüceyrəsi içində bir sıra kompleks əməliyyat başlayır. Bu mərhələlərdə bir çox zülal və ferment, vəzifəsini axsatmadan yerinə yetirər. Məsələn, şəkər və ya süni dadlandırıcı molekulunun reseptora bağlanmasıyla "gustducin" olaraq adlandırılan zülal kompleksi fəaliyyətə keçər. Bu zülal kompleksindən ayrılan hissəciklər xüsusi bir fermenti aktiv vəziyyətə keçirərlər. Haqqında danışdığımız ferment hüceyrə içindəki bəzi zülalları "ikinci xəbərçilərə" çevirər. Bu xəbərçilər də hüceyrə membranındakı kalium kanallarına bağlanma əmrini apararlar. Eyni zamanda natrium və kalsium kanalları açılar; müsbət yüklü ionlar hüceyrə içinə daxil olmağa başlayar. Beləcə, hüceyrənin başlanğıcdakı mənfi yüklü vəziyyəti ortadan qalxar, hüceyrə neytral vəziyyətə keçər. Yenə hələ tam olaraq aydın ola bilməyən bəzi kompleks əməliyyatlar nəticəsində hüceyrə, "nörotransmitter" deyilən kimyəvi xəbərçilər ifraz etməyə başlayar. Bu kimyəvi xəbərçilər də yaxınlarındakı neyronlara mesaj daşıyarlar. Hələ hansı neyrotransmitterin, dad hüceyrəsi ilə neyron arasında xəbər daşıdığı qəti olaraq bilinmir. Ancaq seratonin, GABA, asetilkolin, adrenalin kimi kimyəvi xəbərçilərin, dadbilmə sistemində rol oynadığı düşünülür.(139)

kiwi, acid taste molecule

Ekşi bir kivinin tadını alabilmemiz için, tat molekülleri tat hücrelerinin zarındaki iyon kanalları ile bağlantı kurarlar.

Şəkil 31-də, fərqli xəbərdarlıqlara görə dad hüceyrələrində meydana gələn hadisələr təsvir edilmişdir. Bunları araşdırarkən bu iki nöqtənin də unudulmaması lazımdır. Əvvəlcə, fərqli xəbərçilərə görə dad hüceyrəsində meydana gələn dəyişmələr, fərqli hüceyrə şəkilləriylə göstərilmişdir; bunun səbəbi, oxucunun daha rahat anlamasına köməkçi olmaqdır. Həqiqətdə dad hüceyrələri, daha əvvəl də bəhs etdiyimiz kimi, yalnız bir deyil, birdən çox xəbərçiylə qarşılıqlı təsir etmə içinə girərlər. Digər nöqtə də, dad hüceyrəsindəki xəbərləşmənin şəkildə yalnız əsas xətləriylə göstərilməsidir.

Bilindiyi kimi, mühəndislər mexaniki və ya elektron cihazların iş sistemlərini göstərən ətraflı texniki şəkillər çəkərlər. Bu rəsmlər, alətin, mühəndislər, texniklər və ya mütəxəssislər tərəfindən hazırlandığının açıq bir dəlilidir. Ağlı yerində olan heç kimsə texniki şəkilini gördüyü cihazın özbaşına və ya təsadüfən meydana gəldiyini düşünməz. İndi bir də şəkil 31-dəki dad hüceyrələrinin ünsiyyət mexanizmlərinə baxın. Bunların planlanmadan ortaya çıxdığını düşünürsünüz? Əlbəttə, xeyr! Çünki ağıl və məntiq sahibi heç bir insanın belə bir düşüncəyə qapılması mümkün deyil.

Təkamül nəzəriyyəsinin irəli sürdüyü də məhz buna bənzər ağlasığmaz bir iddiadır. Açıq-aşkardır ki, dad hüceyrələrinin inkişaf etmiş rabitə üsulları şans və ya təsadüf əsəri ola bilməz. Bəhsi keçən sistemin hər mərhələsi son dərəcə həssas və incə hesablar, anlıq içində reallaşan tənzimləmələr ehtiva edir. Bu mərhələlərdən tək biri belə onu yaradan Allahın varlığını göstərməyə kifayətdir. Təkamülçülərin göz görə görə açıq-aşkar dəlilləri inkar etmələri isə yalnız ağıl və məntiq xarici azğınlıqlarından özlərini xilas edə bilməmələri ilə açıqlana bilər.

salty bitter sweet sour umami stimulants

A. Tuzlu uyarıcılar

1. Tuz (NaCl)
2. İyon kanalı
3. Tat tüycükleri
4. Sodyum, Na+
5. Potasyum iyonu, (K+)
6. Calsiyum iyonu, (Ca+2)
7. Tat nöronu
8. Kimyasal haberciler
9. Beyne giden sinyal
10. Hücre çekirdeği

B. Ekşi uyarıcılar
11. Potasyum iyon kanalı
12. Positif iyon
13. Hidrojen iyonu (H+)

C. Tatlı uarıcılar
14. Şeker veya tatlandırıcı
15. G Protein
16. G Protein kompleksi
17. Enzim
18. Öncü
19. İkinci haberci
20. K+ Channel

D. Acı uyarıcılar
21. Acı uyarıcılar
22. G Proteinli reseptör
23. G Protein kompleksi
24. Enzim
25. Öncü
26. İkinci haberci
27. Endoplazmik retikulum Ca+2 içerir

E. Umami uyarıcılar
28. Glutamate
29. Glutamate reseptörü
30. Glutamate kompleksi
31. Enzim
32. Öncü
33. İkinci haberci

(Şekil 31) Farklı uyarıcılara göre tat hücresindeki haberleşmenin ana hatları. Tuzlu ve ekşi uyarıcılar tat hücresinin zarındaki iyon kanallarıyla; tatlı, acı ve umami uyarıcılar ise hücre zarındaki özel reseptörlerle iletişim kurarlar.

Beyindəki Dadbilmə Duyğusu

Chorda tympani vagus

(Şekil 32) "Chorda tympani" (1), "glossopharyngeal" (2) ve "vagus" (3) sinirleri omurilik soğanında birleşerek (4), oradan beynin ilgili bölgelerine (5)-(6) mesaj taşırlar.

Orqanizminizdəki sinirlər inkişaf etmiş bir ölkənin poçt sistemindən çox daha mükəmməl işləyərlər. Doğulduğunuzdan indiyə qədər hər gün, hətta hər an böyük nisbətlərdə məlumatı fövqəladə müvəffəqiyyətlə doğru ünvanlara daşıyırlar; heç bir məlumatı itirməzlər. Beyninizdə təxminən yüz milyard sinir hüceyrəsi mövcuddur.(140) Siz bir şey yediyiniz və ya içdiyiniz zaman, üç dad siniriniz dad hüceyrələrinizdən aldıqları mesajları yüz milyard ünvandan yalnız aid olanlarına daşıyarlar. Üstəlik, bunu yaşadığınız müddət boyunca qüsursuz olaraq edərlər.

Əvvəlcə bunu ifadə edək ki, dad sinirlərinin diametri 0.004 millimetrdən daha azdır.(141) Dad mesajları beyinə, dilin öndəki üçdə ikilik hissəsindən "chorda tympani" siniri, arxadakı üçdə birlik hissəsindən isə "glossopharyngeal" siniri daşınar. "Vagus" siniri də ağızın arxa tərəflərindən aldığı dad siqnallarını beyinə çatdırar.(142) Məhz bu üç sinir, on minlərlə dad hüceyrəsindən aldıqları xəbərləri beyin sapı deyilən bölgəyə apararlar. Dad məlumatları buradan da beyinin korteks, hipotalamus və amiqdala bölgələrinə gedirlər. Bir şeylər yeyərkən, adları keçən üç sinir beyinin əlaqədar bölgələrinə davamlı olaraq xəbər çatdırmaqla məşğuldur. Bunlardan ayrı olaraq, istilik, toxunma, təzyiq və ağrıya bağlı məlumatları hüceyrələrdən beyinə daşıyan xüsusi bir sinir ("V. kraniyal sinir") də vardır.

Yaxşı, haqqında danışdığımız mesajlar necə olur ki, "ləziz şabalıdlı keks" və ya "ləziz göbələk şorbası" kimi şərhlərə çevrilərlər? Necə olur ki, yediyimizin, dadlı mı, yavan mı, ya da xarab mı olduğunu anlayırıq? Necə olur ki, qidaları dərhal tanıyırıq? Necə olur ki, qidaları təfərrüatlarıyla təsvir edəcək şəkildə analiz edərik?

Sualları tutarlı bir şəkildə cavablandırmaq üçün, yeni tədqiqatların nəticələrini gözləməmiz lazımdır. Beyində, dad mesajlarının necə mənalı qəbullara çevrildiyi hələ bilinmir. Digər sözlə, dadbilmə sistemindəki kodlaşdırma sistemi və beyinin bu şifrələri həll etmə mexanizmi hələ də aydın ola bilməmişdir. Hal-hazırda bilinən, dad fərqləndirilməsinin müəyyən bir hüceyrə modelindən qaynaqlanmadığı və dad hüceyrələrindən gələn məlumatların beyində toplu olaraq dəyərləndirməsiylə dad qəbulunun əmələ gəlməsidir.(143)

foods, plates

Bir şey yediğimizde veya içtiğimizde tat sinirlerimiz, tat hücrelerinden aldıkları mesajları beyne iletir ve bu bilgiler çok kısa zaman dilimleri içinde "enfes bir kestaneli kek" veya "leziz bir mantar çorbası" gibi yorumlara dönüşürler.

Önümüzdəki illərdə dad duyğusunun iş mexanizminə dair ehtimal olunur ki, daha əhatəli məlumatımız ola bilər. Bununla birlikdə, əlinizdə tutduğunuz bu kitab qədər bu həqiqətdən də əmin ola bilərsiniz: Hər yeni elmi kəşf, dadbilmə sistemindəki yaradılış həqiqətini bir daha gözlər önünə sərəcəkdir. Çünki canlılara qatından bir nemət olaraq gözəl qoxuları və bənzərsiz dadlarıyla saysız bitkiləri, meyvələri, tərəvəzləri var edən, bunlarla onlara ruzi verən aləmlərin Rəbbi olan Allahdır. Bir çox ayədə bu həqiqət bildirilir və insanlara öyüd alıb düşünmələri tövsiyə edilir. Bəzi ayələr bu şəkildədir:

De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”. (Səba surəsi, 24)

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!(Fatir surəsi, 3)

Dad Hüceyrələrindəki Dövrün Təslimi

basal cells in the taste bud

1. Tat gözeneği
2. Tat tüycükleri
3. Tat alıcı hücre
4. Destek hücresi

5. Bazal hücre
6. Sinir
7. Sinapslar

(Şekil 33) Yeni tat hücrelerinin gelişim yeri olan bazal hücrelerin tat tomurcuğundaki konumları.

Bilindiyi kimi, hər cihazın müəyyən bir istifadə ömrü vardır. Cihaz nə qədər çətin və ağır şərtlər altında işləsə, istifadə müddəti də o nisbətdə qısa olacaq. Dildəki dad hüceyrələri üçün də bənzər bir vəziyyət vardır. Dad hüceyrələri, bədən istiliyindən olduqca yuxarı və ya aşağı olan qidalarla, turşulu qidalarla hər gün təmasda olurlar; bu cəhətdən çətin bir mühitdə işləyən alətlərə bənzəyərlər. Məsələn, isti çay, buzlu meyvə suyu, tünd qəhvə və ya turş qreyfrut şirəsi onları müəyyən bir ölçüdə zədələyər. Təbii olaraq, dad hüceyrələrinin zaman ərzində qəbul etmə qabiliyyətini itirmələri və dad duyğusunun yox olması gözlənilir. Amma belə olmaz. Yaxşı, bəs niyə dad duyğusu köhnəlməz və yox olmaz?

Bunun səbəbi dad hüceyrələrindəki yenilənmə mexanizmidir. Dad hüceyrələri orta hesabla hər 10 gündə bir dəyişərlər.(144) Yəni indiki dad hüceyrələriniz bundan 10 gün əvvəlkilərdən tamamilə fərqlidir. Dad tumurcuğundakı bazal hüceyrələr yetkinləşər və bir neçə saat içində köhnə dad hüceyrələrinizin yerinə keçərlər. Sizin fərqinə varmadığınız bu əməliyyatlar o qədər sürətlə baş verir ki, bəzən axşam yeməyində istifadə edilən dad hüceyrələri səhər yeməyinkindən fərqlidir.(145) Bu mükəmməl mexanizm sayəsində, dad hüceyrələriniz hər zaman etibarlı və sağlam bir quruluşda qalarlar. Siz də dadları öyrəşdiyiniz kimi qəbul etməyə, bədəniniz üçün zərərli ola biləcək maddələri təsbit etməyə davam edərsiniz.

Şübhəsiz ki, bu həqiqət, gərəyi kimi təfəkkür edilməli olan bir vəziyyətdir. Belə ətrafınıza baxın, ətrafınızdakı qabaqcıl texnologiya məhsulu cihazlar arasında öz-özünü yeniləyə bilən var mı? Təbii ki, xeyr! Məhz bu həqiqət göz qarşısında saxlanılsa, dadbilmə sistemindəki böyük yaradılış daha yaxşı qavranar. Eyni zamanda bu həqiqət, bizi yaradan Rəbbimizin sonsuz comərdliyini və lütufkarlığını bir daha xatırlamağımıza səbəb olur. Ancaq insanların böyük bir hissəsi bu həqiqətin fərqində olmalarına baxmayaraq görməzlikdən gələrək nankorluqda dirənir və şükür etmirlər. Öz orqanizmlərindəki bir-birindən xariqüladə yaradılış dəlillərinə hər an şahid olur, ancaq qəflət içində üz çevirirlər. Bu insanların vəziyyəti Nəml surəsində bu şəkildə bildirilir:

Həqiqətən, sənin Rəbbin insanlara qarşı böyük lütf (fəzl) sahibidir, ancaq insanların çoxu şükür etmir. (Nəml surəsi, 73)

Evrimcilerin İçine Düştükleri Durum

dinner table, chicken, goblets

Təkamül tərəfdarı tədqiqatçı və yazarların ortaq bir xüsusiyyəti vardır ki, bunun izlərini söhbətlərində, məqalələrində və kitablarında asanlıqla görmək mümkündür. Bu insanlar, təkamül nəzəriyyəsinə gözü bağlı şəkildə bağlıdırlar. Əllərində müdafiə etdikləri nəzəriyyəni dəstəkləyəcək hər hansı bir dəlil olmaması belə, onları sabit fikirlərindən döndərməzlər. Səhvlərini qəbul etmək yerinə, daha da qəzəblənir və fərziyyələr icad etməyə davam edərlər.

Mövzumuz olan dad duyğusunu müzakirə edək. Təkamülçü tədqiqatçılar dadbilmənin, yüksək kalorili və zəhərli qidaları diaqnoz etmək üçün təkamül keçirdiyini iddia edərlər.(146) İddiaya görə, yaşamaq üçün yemək məcburiyyətində olan ilk canlılar, ətraflarındakı mənbələrdən faydalanmaq üçün sınaq zamanı səhvlər etmişlər və zəhərli olanı faydalı olandan ayırd edənə qədər səy göstərmişlər. Bu cəhdin nəticəsində nəhayət dilləri, bunları bir-birindən ayıracaq xüsusiyyətlər əldə etmiş və dadları qəbul etməyə başlamışdır. Zamanla ehtiyacları ayırd edə bilən, dil, zövqləri də ayırd etməyə başlamış və dadbilmə duyğusu ehtiyaclarla yanaşı gözəl ləzzətlərin də qaynağı olmuşdur.

Həqiqətdə bu izahın heç bir açıqlayıcı cəhətinin olmadığı ortadadır. Dadbilmə duyğumuzun, qidaları bir-birindən ayırd etməyə qadir olduğu onsuz da bilinən bir vəziyyətdir. Bunu bir "təkamül prosesinə" bağlamaq, heç bir elmi əsası olmayan tamamilə yanlış bir şərhdir. Həmçinin, hər nə şəkildə inkişaf etmiş olursa olsun, təkamülçülər bəhsi keçən sistemin necə olub da "təkamül keçirdiyini" açıqlamaq məcburiyyətindədirlər. Əsil cavablanmalı olan sual budur. Bu xəyali ssenaridə zəhərli olanı ayırd edənə qədər növün nəslini necə davam etdirdiyi bəlli deyil. Əldə edilən təcrübələrin və ya reallaşan saxta dəyişikliklərin sonrakı nəsillərə necə köçürüldüyü açıqlanmır. Dilin sahib olduğu xüsusiyyətlər, qəbul etmə sistemləri və sahib olduğu mexanizmlərin formalaşması məsələsinə isə toxunmağa belə ehtiyac yoxdur. Çünki bunların təkamülünə dair şərhə heç bir yerdən rast gələ bilməzsiniz.

Yuxarıdakı hekayə, belə kompleks bir mexanizmi izah etmək üçün darvinistlərin necə bir üsuldan istifadə etdiklərini açıqlamaq baxımından əhəmiyyətlidir. Təkamülçülər açıqlamalarında ümumiyyətlə, iki taktikadan birinə müraciət edərlər. Bəziləri belə bir mövzuya heç toxunmamağa üstünlük verərkən, bəziləri də yuxarıdakı ifadələrə bənzər şablon şərhlərin arxasına sığınır, bu şərhləri də elmi kəşflərin aralarına əlavə etməyə səy göstərərlər. “Duyğuların təbii tarixi” kitabının müəllifi Diane Ackermanın dad duyğusunu okeanlara borclu olduğumuz istiqamətindəki ifadələri bu vəziyyətə bir nümunədir.(147) Bərabərində heç bir elmi şərhə yer verilməyən bu iddianın cəfəngiyatdan ibarət olduğu açıqdır. Təkamülçülər hər çətinliyə düşdüklərində "ibtidai dünyadakı okeanlar" nağılına xilasedici kimi sarılırlar. Əslində adı keçən yazar da yazdıqlarını sübut etməyiin çətinliyini yaşayır. Necə ki, mövzuya bağlı bu xəyalını dilə gətirir:

dinner table, chicken, goblets

Xarici bir sivilizasiya bizimlə əlaqə qurmuş olsaydı, bizə verə biləcəkləri ən böyük hədiyyə video film kolleksiyası olardı: Növlərimizin təkamülünün hər mərhələsinin filmləri.(148)

Diane Ackermanın bu gözləntisinə haqq vermək lazımdır. Necə ki, təkamülçülər, indiyə qədər "tək bir iddialarını" belə haqlı çıxaracaq bir elmi dəlillə qarşılaşmamışdırlar. Qarşılaşmaları da şübhəsiz, mümkün deyil.

dinner table, chicken, goblets

Bu səbəbdən darvinistlər, iybilmə sistemində qarşılaşdıqları çətinliklərlə, dadbilmə sistemində də qarşı-qarşıyadırlar. Çünki müasir texnologiya, imkanları və təhsili ilə hələ incəlikləri həll edilə bilməmiş olan dad duyğusuna "təsadüflərlə" şərh gətirmək, bu iddianın sahibini ancaq alçaldacaq. Dadbilmə sistemi, beyindəki dad kodlaşdırma mexanizmindən sahib olduğu reseptor növlərinə qədər o dərəcə böyük bir komplekslik ehtiva edir ki, hər hissəsinin xüsusi bir dizayn olduğu açıqdır. Bundan əlavə, dad sisteminin ideal quruluşu, mükəmməl və qüsursuz iş üsulu da açıq-aşkar ortadadır. Bu həqiqətlər göz önünə gətirildiyində bəhs etdiyimiz sistem içində özbaşına və nəzarətsiz heç bir müdaxilənin ola bilməyəcəyini anlamaq çətin deyil. Heç bir təsadüfi hadisə şüursuz molekullara yediklərini və ya qoxuladıqlarını "qəbul etmə" kimi bir qabiliyyət verə bilməz. Heç bir təsadüf, bir-birindən xəbərsiz molekulları bir-birinə qüsursuz uyğun bir həndəsi dizayn ilə yarada bilməz. Bunların uyğunlaşmalarını bir "tort" və ya "portağal" kimi mənalı hala gətirə bilməz. Heç bir təsadüf dilə çatan şüursuz molekulların "məlumatını" birbaşa beyinə çatdırması lazım olduğunu bilə bilməz. Təsadüflər, yenidən xatırlatmaq lazım olsa, mənalı bir məqalənin müxtəlif yerlərinə təsadüfi yerləşdirilmiş sözlər kimi, qurulmuş nizamda təsadüfi inkişaf edən hadisələrdir. Yerləşdirilən bu təsadüfi sözlər, şübhəsiz ki, mənalı məqaləni daha mənalı hala gətirməz və ya ona yeni bir məna qatmazlar. Tam tərsinə, məna bütövlüyünü pozan təsirləri vardır. Məhz təkamülçülərin təsadüf iddiaları da bundan fərqli bir məna daşımır. Və əslində özləri də bu həqiqətin fərqindədirlər.

Like all the other senses, the sense of taste is one of God’s miracles

Hiçbir tesadüf kusursuz özelliklere sahip dili, dilin yapısı ile uyumlu tad moleküllerini veya tad hücrelerini meydana getiremez. Tad alma duyusu, tüm diğer duyular gibi Allah'ın yaratış mucizelerinden biridir.

Bundan əlavə, daha əvvəlki hissələrdə ifadə etdiyimiz kimi, dadbilmədə, iybilmə duyğusunun əhəmiyyətli bir funksiyası vardır. Tək cümləylə yekunlaşdırmaq lazım olsa, iybilmə və dadbilmə sistemləri bir-birləriylə iç-içə keçmiş əlaqə içindədirlər. Bu səbəbdən, dad duyğusu, iybilmə duyğusu olmadan bir məna ifadə etməz. Bu birlik də şübhəsiz təkamülçülər üçün narahatlıq səbəbidir. Daha əvvəl ifadə etdiyimiz "sadələşdirilməz komplekslik" xüsusiyyəti göstərən quruluşlar, yəni bir-birindən asılı olan sistemlər, mərhələli bir təkamül prosesinin qeyri-mümkünlüyünü ortaya qoyur. Dadın, iybilmə duyğusu ilə varlığını davam etdirə bilməsi həqiqəti də, təkamül nəzəriyyəsinə görə bunların bir-birlərindən müstəqil təkamülləşmələrini qeyri-mümkün edər. Halbuki, təkamülə görə hər orqanın, hətta bu orqanların sahib olduğu hər xüsusiyyətin milyonlarla illik inkişaf ehtiva edən bir sırası olmalıdır. Bu vəziyyətdə dadbilmənin, iybilmə hissiyatının inkişafına qədər funksiyasız gözləmiş olması lazımdır ki, şübhəsiz, bunu da yenə təkamül nəzəriyyəsinin öz mexanizmləri qeyri-mümkün hala gətirir. Təkamülə görə bir quruluş funksiyasız gözləyə bilməz, korlanıb yox olar.

Bütün bunlar bunu ifadə edər: Təkamülçülər fövqəladə kompleks olan dadbilmə sisteminin necə təkamül keçirdiyini açıqlaya bilməzkən, bir də bunun iybilmə ilə iş birliyi içində təkamülləşməsini izah etmək kimi böyük bir problemlə qarşı-qarşıyadır. Kimyəvi maddələri aşkar etmək üçün nə səbəbə dad və iybilmə kimi iki fərqli sistemin təkamül keçirməsi sualına isə verə biləcəkləri heç bir cavab yoxdur.

cake pasta

Bu vəziyyətdə vicdanı və şüuru açıq olan hər kəs bu həqiqətin asanlıqla fərqinə varacaq. Beyin, dil, dad sinirləri, papillalar, dad tumurcuqları, dad hüceyrələri, dad reseptorları, bir çox fərqli zülal və fermentin qüsursuz uyğunluq içində bir yerə gəlmələrinin tək bir izahı vardır: Dadbilmə duyğusunu yaradan və xidmətimizə verən aləmlərin Rəbbi olan Allahdır. Allahın qüsursuz yaratmasını görməzlikdən gələrək, batil yollara yönələn insanların vəziyyəti isə Quranda belə təsvir edilir:

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? Müşriklər Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayan bütlərə ibadət edirlər. Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz.(Nəhl surəsi, 72-74)

sense of taste

Tad alma duyusu, Allah'ın insanlara verdiği bir nimet ve O'nun rahmetinin bir tecellisidir.

Elektron Dil

Dilimizdəki göz qamaşdırıcı quruluşlar bəzi elm adamları üçün ilham qaynağı olmuşdur. İnsan dilinin funksiyalarını təqlid edən və elektron dil olaraq adlandırılan cihazlar inkişaf etdirilmə mərhələsindədir. Bu cihaz, bayat qidaları təzələrindən ayırd etmək və qidalarda bakteriyaların səbəb olduğu çürüməni təsbit etmək kimi məqsədlər istiqamətində inkişaf etdirilir. Elektron dil 100-ə qədər kiçik dəliyi olan elektron dövrədir. Bu dəliklərin hər biri süni dad tumurcuğu şəklində dizayn edilmişdir. Dövrə üzərinə damladılan hər hansı bir maye, dəliklər tərəfindən süngər kimi udulur. Bunun ardından, süni dad tumurcuqları mayenin kimyəvi birləşməsinə görə rəng dəyişdirir, nəticələr da bir ekran üzərində görünür. Məsələn, çəhrayı rəng test edilən mayenin şirin, açıq sarı isə bir az turş olduğunu göstərir.

İndi iki dil modeli arasında müqayisə aparaq. Elektron dili inkişaf etdirən tədqiqatçılardan biri olan Eric Anslyn, layihələrinin təxminən yüz fərqli dadı təsbit etdiyini ifadə edir.(149) İllərdir bir çox elm adamı və mühəndisin böyük büdcəli araşdırma-inkişaf layihələri üzərində işləməklə gəlinən nöqtə bundan ibarətdir. İnsan diliylə müqayisə edildiyində, süni dilin dadbilmə bacarığı və keyfiyyətinin xeyli primitiv olduğu ortadadır. Həmçinin dad duyğusu, insanın yaradılışından bu yana mükəmməl olaraq funksiyasını yerinə yetirir.

receptor, sensor, taste

Elektronik dilde kullanılan sensörler. Sensörler her ne kadar küçük görünseler de tat hücrelerindeki reseptörlere kıyasla oldukça büyüktürler.

Əlbəttə ki, aradakı fərq aydındır. Elektron dil bir dizayn, plan və mühəndislik məhsuludur. Bu cihazı meydana gətirən hissələrin hamısı bir masanın üzərinə düzülsələr və milyonlarla, hətta milyardlarla il gözlənilsə, elektron dilin təsadüfən meydana gəlməsi mümkün deyil. Bunlar istər dənizə, istər vulkanların kənarına, istərsə kosmosa buraxılsın, yenə də nəticə dəyişməyəcək; hissələrin aqibəti istifadə edilə bilməz hala gəlib dağılmaq olacaq. Bu həqiqət, elektron dillə müqayisə edilməyəcək qədər üstün olan insan dili və dadbilmə sisteminin təsadüflərin ard-arda sıralanmasıyla reallaşmayacağını anlamaq baxımından əhəmiyyətlidir. Bu üstün dizayna yaradılış xaricində şərh axtarmaq boş bir arayış olacaq. Hər təkamülçü də bu həqiqətləri və ya təkamül nəzəriyyəsinə olan fanatik bağlılığını qəbul etmək vəziyyətindədir.

Dadlar və Dadbilmənin Düşündürdükləri

Hələ ananızın bətnində rüşeym halında ikən dadlarla tanış olmağa başladınız; doğumunuzun dərhal sonrasında da dadbilmə duyğunuz işə başladı.(150) İlk daddığımız qida, hər cür ehtiyacınızın içində olduğu ananızın südü oldu. Sahib olduğunuz sistem sayəsində, böyümək üçün lazımlı qidaları yediniz, sizə zərər verə biləcək maddələri isə yemədiniz. Körpəliyinizdəki dad duyğunuzun yetkinlik dövrünüzdə müqayisədə daha güclü olması, sizin üçün əhəmiyyətli bir təhlükəsizlik mexanizmi oldu. (Uşaqlarda dad hüceyrələrinin sayı yetkinlərə nisbətən daha çoxdur.) Uşaqlarda dad hüceyrələri dilin xaricində, üst damaq, yanaqlar və boğazda da mövcuddur.(151) Qısacası, daha bir çox maddəni tanımadığınız və zərərli maddələri faydalılardan ayırd etməyi bacarmadığınız illərdə, dadbilmə hissiyatınız böyük köməkçiniz oldu.

Yetkinlik dövründə də dadbilmə sisteminiz hər an xidmətinizdə oldu. Bir an olsun vəzifəsini axsatmadı, dayanıb dincəlmədən sizin əvəzinizə yediklərinizi və içdiklərinizi səhv etmədən təhlil etdi. Acıya qarşı həssas hissiyatınız ilə zəhərli və ya zərərli ola biləcək maddələri ağzınıza alan kimi təyin etdiniz. (Dadlar arasında ən aşağı "aşkarlama həddi" acıdadır.(152) Dad hüceyrələri şirinliyi 200-də, duzluluğu 400-də, turşluğu 130.000-də, acılığı isə 2.000.000-da 1-də hiss edə bilirlər.(153) Beləcə, öldürücü doza udmadan ehtimalla zəhərli bir maddəni ağzınızdan atdınız. Dadbilmə sisteminiz olmasaydı, nələr ola biləcəyini zehninizdə canlandırın. Həyatınızı davam etdirə bilmək üçün bir kimya laboratoriyasında yaşamanız və portativ bir analiz qurğusu ilə gəzməniz zəruri olacaqdı. Məsələn, dolabınızdaki kiçik ağ dənəciklərlə dolu bir qabın içindəkinin duz, şəkər, yuyucu toz və ya zəhərli bir kimyəvi maddə olduğunu anlamanız üçün kimyəvi testlər etmək məcburiyyətində qalacaqdıq. Bütün vaxtınızı gündəlik yeməklərinizi yemək və içmək üçün lazım olan qidaları təsbit etməyə ayırsanız belə, bəlkə də kafi olmayacaqdı.

electronic nose, nose

Göklerde ve yerde bulunanlar O'nundur; hepsi O'na 'gönülden boyun eğmiş' bulunuyorlar.(Rum Suresi: 26)

Düşünün ki, dadbilmə hissiyatınız olmasaydı, bəlkə də yemək yemək ağlınıza belə gəlməyəcəkdi. Hər gün iki və ya üç dəfə etmək məcburiyyətində olduğunuz bu əməliyyat əziyyət halını alacaqdı. Buna laqeyd yanaşmanız nəticəsində də qeyri-kafi bəslənmə əlamətləri və xəstəliklər ortaya çıxacaqdı. Bu həqiqətləri unutmadan bir də mövcud şərtlərə baxaq: Yediyiniz və içdiklərinizi gözünüzün önünə gətirin. Sağlamlığınız üçün lazımlı olan qidaların eyni zamanda ləzzətli də olduqlarını dərhal fərq edərsiniz. Məsələn, yay aylarında susuzluğunuzu aradan qaldıran qovun, qarpız; qış aylarında vitamin ehtiyacınızı qarşılayan portağal, naringi kimi meyvələrin dadlarının nə qədər xoş olduğu açıqdır. Bu yaşınıza gələnə qədər qarşılaşdığınız quru və maye qidaları, dadlarıyla birlikdə yadınıza salın: Banan, çiyələk, şaftalı, albalı, əncir, ərik, tut kimi meyvələr; ispanaq, kök, pomidor, kartof, noxud kimi tərəvəzlər; noxud, mərci, paxla kimi paxlalılar; pudinq, paxlava, halva kimi şirinlər; fərqli üsullarla bişirilmiş ət yeməkləri, növbənöv pendirlər, şorbalar, kekslər, tortlar, biskvitlər, bulkalar, meyvə suları, şirniyyatlar, dondurmalar, mürəbbələr və daha saysız dadlar... Əgər dadbilmə sistemiylə təchiz olmasaydınız, bunların heç birinin bir mənası qalmayacaqdı. Yenə düşünün ki, bunların dadları vərdiş etdiyimiz kimi ləzzətli olmaya bilərdi; dadsız, yavan, naxoş, mədə bulandırıcı, iyrənc və ya diksindirici ola bilərdi. Aydındır ki, hər dad insan üçün xüsusi olaraq yaradılmışdır. Aydındır ki, vərdişin gətirdiyi bir laqeydliklə bu həqiqəti gözardı etmək böyük bir səhv olacaq. Gözəl və təmiz qidaları insanlar üçün Allahın yaratdığı Quranda belə bildirilir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mümin surəsi, 64)

 Dinning Table_Ayet_030026

Allah'ın ipine hepiniz sımsıkı sarılın. Dağılıp ayrılmayın. Ve Allah'ın sizin üzerinizdeki nimetini hatırlayın.(Ali İmran Suresi: 103)

Şübhəsiz, düşünən və ağıllı insanlar üçün hər dad, Allahı gərəyi kimi təqdir etməyə, Onu minnətdarlıqla xatırlamağa, Onu ucaltmağa və Ona şükür etməyə bir vəsilədir.

dinnertable, bread, flower, candils

"Geceyi gündüze bağlayıp-katarsın, gündüzü de geceye bağlayıp-katarsın; diriyi ölüden çıkarırsın, ölüyü de diriden çıkarırsın. Sen, dilediğine hesapsız rızık verirsin." (Ali İmran Suresi: 27)

Hər kəs bilir ki, ən dəbdəbəli, ən ləzzətli yemək belə otaq şəraitində qısa müddətdə xarab olub yeyilməz hala gəlir. Mövcud olan bu vəziyyətin bir çox yaradılış hikməti vardır. Bunlardan biri dünya həyatının müvəqqəti olduğunu və axirəti unudub dünyaya həddindən artıq bir ehtirasla bağlanmağın böyük bir səhv olduğunu xatırlatmaqdır. Haqqında danışdığımız dadların əsillərinin sonsuza qədər olacağı məkan cənnətdir. Cənnətin bu xüsusiyyəti bir ayədə belə ifadə edilər:

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Məhəmməd surəsi, 15)

dinnertable, bread, flower, candils

... Allah'ın size rızık olarak verdiklerinden yiyin ve şeytanın adımlarına uymayın. Çünkü o, sizin için apaçık bir düşmandır.(En'am Suresi: 142)

Bəzi insanlar da var ki, ac ikən özlərinə yemək verənə necə təşəkkür edəcəklərini bilə bilməz; digər tərəfdən heyrətamiz dadları və dadbilmə hissiyatlarını onlar üçün yaradan Rəbbimizi tamamilə unudarlar. Sonsuz nemətləri var edən Allaha qarşı nankorluq edənlərin cəhənnəmdəki qidaları Quranda belə bildirilir:

İçində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır! Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Sad surəsi, 56-57)

Qaynar çeşmədən içirdiləcəkdir. Onlara daridən başqa bir yemək verilməyəcəkdir. O onları nə doydurar, nə də aclıqdan xilas edər.(Ğaşiyə surəsi, 5-7)

Qeydlər

118- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 133.

119- Harold Mc Gee, "Taking Stock of New Flavours", Nature 400, 1 iyul 1999, s. 17-18.

120- Ayten Görgün, "Tek başına ne tadın ne kokunun anlamı var", 2000, http://www.hurriyetim.com.tr/tatilpazar/turk/00/03/17/eklhab/08ekl.htm.

121- Selçuk Alsan, "Yemeklerin Tadı, Kokusu", Bilim ve Teknik, Fevral 1999, s. 98-99.

122- Eric CHUD, "That s Tasty", 2001, http://faculty.washington.edu/chudler/tasty.html.

123- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

124- Stuart Firestein, "Neurobiology: The Good Taste of Genomics", Nature 404, 6 aprel 2000, s. 552-553.

125- Charles Zuker, "A Matter of Taste", HHMI Bulletin, iyun 1999, vol. 12, no. 2, s. 10-13.

126- Stephen D. Roper, "Taste: Cellular Basis", Encyclopedia of Life Sciences, May 1999, http://www.els.net.

127- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

128- D.V. Smith, R.F. Margolskee, "Making Sense of Taste", Scientific American, Mart 2001, s. 33.

129- D.V. Smith, R.F. Margolskee, "Making Sense of Taste", Scientific American, Mart 2001, s. 33.

130- The International Food Information Council Foundation, "Experiments in Good Taste", Food Insight, Mart-Aprel 1995, http://ificinfo.health.org/insight/exper.htm.

131- Stephen D. Roper, "Taste: Cellular Basis", Encyclopedia of Life Sciences, May 1999, http://www.els.net.

132- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

133- Stephen D. Roper, "Taste: Cellular Basis", Encyclopedia of Life Sciences, May 1999, http://www.els.net.

134- Stephen D. Roper, "Taste: Cellular Basis", Encyclopedia of Life Sciences, May 1999, http://www.els.net.

135- D.V. Smith, R.F. Margolskee, "Making Sense of Taste", Scientific American, Mart 2001, s. 26-33.

136- H. Matsunami, J.P. Montmayeur, L. Buck, "A family of candidate taste receptors in human and mouse", Nature 404, 6 Aprel 2000, s. 601-604; E. Adler, M.A. Hoon, K.L. Mueller, J. Chandrashekar, N.J. Rybak, C.S. Zuker, "A novel family of Mammalia taste receptors", Cell 100, 17 Mart 2000, s. 693-702.

137- Linda Buck, "Search for Taste Receptors yields Sweet Success", Howard Hughes Medical Institute News, 6 Aprel 2000, http://www.hhmi.org/news/buck2.html.

138- Charles Zuker, "A Matter of Taste", HHMI Bulletin, İyun 1999, vol. 12, no. 2, s. 10-13.

139- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

140- M. Encarta Encyclopedia 2000, "Brain (medicine)".

141- Eric CHUD, "Brain Facts and Figures", 2001, http://faculty.washington.edu/chudler/facts.html.

142- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

143- D.V. Smith, R.F. Margolskee, "Making Sense of Taste", Scientific American, Mart 2001, s. 26-33.

144- Tim Jacob, "Taste", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/taste.html.

145- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

146- Charles Zuker, "A Matter of Taste", HHMI Bulletin, İyun 1999, vol. 12, no. 2, s. 10-13.

147- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 21.

148- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 130.

149- Gina Smith, "High-Tech Taste Tests", ABCNews, 1999, http://more.abcnews.go.com/sections/tech/cuttingedge/gina990304.html.

150- The International Food Information Council Foundation, "Taste Matters", Food Insight, İyul-Avqust 1999, http://ificinfo.health.org/insight/julaug99/tastematters.htm.

151- Milliyet Resimli Vücut ve Sağlık Ansiklopedisi İşte İnsan, Milliyet nəşrləri, s. 13.

152- A.İ. Spielman, J.G. Brand, W. Yan, "Chemosensory Systems", Encyclopedia of Life Sciences, İyun 2000, http://www.els.net.

153- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 139.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İybilmə Sistemindəki Dizayn
  • Sistemin İçindəki Mexanizmlər
  • Qoxu və İybilmə Duyğusunun Düşündürdükləri
  • Heyvanlardakı Qoxu Hissiyatları
  • Təkamülçülər İybilmənin Mənşəyini Açıqlaya Bilməzlər
  • İybilmə Texnologiyası
  • Dadbilmə Sistemindəki Möhtəşəm Dizayn
  • Nəticə
  • Təkamül Yalanı