Təkamül nəzəriyyəsi Darvinin öz fikri, kəşfi deyildi. O, əvvəlcədən hazırlanmış bir fəlsəfəni təbiətə tətbiq etməkdən başqa bir iş görmədi. |
1832-ci il.
Biql" gəmisi Atlantik okeanın dərin sularında sürətlə irəliləyirdi. Kənardan baxanda, o, adi bir yük və ya sərnişin gəmisinə bənzəsə də, səfərinin məqsədi tamam başqa idi. İngiltərədən yola düşən bu gəmi bütün okeanı qət edərək və Cənubi Amerika sahillərinə çatacaqdı. O zamanlar heç kim üçün böyük önəm daşımayan "Biql" gəmisinin 5 illik səyahəti başlayırdı...
Sonralar gəmini xeyli məşhurlaşdıracaq amil onun içində olаn bir sərnişinin аdı ilə bаğlıdır - çarlz Robert Darvin adlı 22 yaşlı gənc tədqiqatçı. Əslində biologiyа deyil, dini təhsil almış, Kembric Universitetinin teologiya fakültəsini bitirmiş Darvin. O, uzun-uzadı dini təhsil alsa da, yaşadığı əsrin materialist düşüncələrindən xeyli təsirlənmişdi. Hətta "Biql"da səfərə çıxmazdan bir il qabaq хristian dininin əsaslarını rədd etmişdi.
Gənc Darvin bu düşüncələrin təsiri аltındа çıxdığı səfər boyunca bütün kəşflərini materialist gözü ilə şərh etməyə çаlışırdı. Araşdırdığı canlıların xüsusiyyətlərinə yaradılış xaricində açıqlama gətirməyə çalışdı. Sonrakı illərdə bu fikirlərini daha da inkişaf etdirdi, təsnifata saldı və bir nəzəriyyə olaraq irəli sürdü. Darvinin 1859-cu ildə çap olunan "Növlərin mənşəyi" adlı kitabında irəli sürdüyü bu nəzəriyyə XIX əsrin fikir dünyasına görünməmiş təsir etdi, ateizmin əsrlərdir aradığı "elmi əsas"a çevrildi.
Yaxşı, bəs "təkamül nəzəriyyəsi" Darvinin öz fikri idimi? Dünya tarixinin ən böyük yalanlarından biri sаyılаn nəzəriyyə öz-özünəmi ortaya çıxmışdı?
Bir azdan özünüz də şahid olacaqsınız ki, əslində, Darvin təməl arqumentləri əvvəlcədən hazırlanan fikri müəyyən mənаdа genişləndirərək yenidən irəli sürməkdən başqa heç bir iş görməmişdi.
Yeni dövr Avropasında təkamül nəzəriyyəsini ilk müdafiə edənlər mason Gül-Xaç (Roseoroix) dərnəyinin üzvləriydi. Yuxarıdakı şəkildə bir Gül-Xaç simvolunu görürsünüz. |
Darvinin təkamül nəzəriyyəsinə görə, cansız maddədən öz-özünə canlı yaranıb, sonra da təbii şərtlər və təsadüflər nəticəsində müxtəlif növlər əmələ gəlib. Başqa sözlə desək, təkamül təlimi təbiətin qapalı bir sistem olduğunu, öz-özünə yarandığını və yaratdığını iddia edir. Bu düşüncə tərzi "naturalizm" adlanır. Naturalizm bir kitabxananın heç bir yazıçı olmadan öz-özünə ortaya çıxdığını iddia etmək qədər səfeh dünyagörüşüdür. Amma buna baxmayaraq, ta qədim dövrlərdən bəri bəzi sivilizasiyalar və filosoflar onu qəbul ediblər. Tarixən naturalizm Qədim Misir və Qədim Yunanıstan kimi bütpərəst cəmiyyətlərdə yaranıb və inkişaf edib. Sonradan xristian dininin dünyada yayılmаsı ilə bu düşüncə əsasən arxa plana keçib və müvəqqəti olаrаq ortadan qalxıb. Bu zаmаn Qərbdə bütün təbiətin və kainatın Allah tərəfindən yaradılması fikri hakim olub. Eyni zamanda, İslam dininin Şərqdə yayılmasınа paralel olaraq, zərdüştilik, bütpərəstlik, şamanizm kimi paqan (bütpərəst) inanclarla yanaşı, naturalist fikirlərin də aradan qаlхmаsınа səbəb olub, yaradılış gerçəyi şüurlarda hakim olub. Fəqət naturalist fəlsəfə gizlincə həyatını davam etdirib, məxfi dərnəklər tərəfindən yaşadılıb və uyğun zəmin formalaşanda yenidən meydana çıxıb. Xristian dünyasında naturalizmi yaşadanlar artıq dediyimiz kimi, masonlar və onların sələfi olan oxşar gizli dərnəklər olub. Türk masonlarına məxsus "Mason dərgisi"ndə bununla bağlı bildirilir: "Allahlardan xaric, təbiət hadisələrini araşdıran və yeni-yeni kəşflər edən şəxslər bunları gizli saxlamaq məcburiyyətində qalıblar. Bu isə cürbəcür işarələrin və şifrələrin ortaya çıxmasına səbəb olurdu".89
Burada "yeni kəşflər" sözü "naturalizmə uyğun elm" anlayışını ifadə edir. Belə təlimlər dindar cəmiyyətlərdə gizlincə inkişaf etdirilib, xüsusi işarə -şifrələr sisteminin formalaşdırılmаsınа və nəticə etibаrilə masonluğun köklərinin möhkəmlənməsinə səbəb olub.
Bu cür gizli dərnəklərdən biri Tampliyerlərlə masonlar arasında bir növ "keçid mərhələsi" olan Gül-Xaç (Rose-Oroix) dərnəyidir. XV əsrdə аdınа təsаdüf edilən bu təşkilat Avropada, xüsusilə əlkimya sahəsində xeyli məşhur olub, hamı dərnək üzvlərinin kimyagərliyin gizli sirlərinə vaqif olduğuna inanıb. Ancaq "Gül-Xaç"dan qalan ən əsas miras naturalist fəlsəfə və onun ayrılmaz hissəsi olan təkamül nəzəriyyəsidir. "Mason dərgisi"ndə Tampliyerlərin "Gül-Xaç"la əlaqəsi izah olunur, ardınca isə bildirilir ki, “İstər spekulyativ, istərsə də çağdaş masonluğun təşkilatlanması "operativ masonluq" əsrləri dövründə fəаliyyət göstərən təşkilatların xidmətidir. Fəqət ən böyük xidmət qədim ezoterik bilgiləri öyrənərək yaşadan bəzi qurumlarа məхsusdur. Onların da ən əsası Tampliyerlər (Templiers) və Rozkrua (Rose-oroix) təriqətləridir. Rozkrua təriqətinin harada və necə yaradıldığı dəqiq bilinmir. Onun izlərinə ilk dəfə XV əsr Avropasındа rast gəlinir. Fəqət təriqətin daha qədim olduğu bəllidir. Tampliyerlərdən fərqli olaraq, Rozkrua əsasən elm sahəsində fəaliyyət göstərib. Onun üzvləri əlkimya ilə ciddi məşğul olublar. Onlar hər bir varlıqda təkamül izlərinin olmasına inandıqlarından, fəlsəfi fikirləri əsasən naturalizm üzərində qurulub. Buna görə də Rozkrua təriqəti Şərqdə "Təbiyyun" (naturalistlər) adı ilə tanınıb".90
Təkamül fikrini inkişaf etdirən digər bir mason təşkilatı isə Qərbdə deyil, Şərqdə yaranıb. Ustad mason Səlami Işındağ "Quruluşdan bu günə masonluq və bizlər" başlıqlı məqaləsində yazır:
“İslam dünyasında masonluğun anoloqu olan “İhvanüssəfa" dərnəyi vardı. Abbasilər xilafəti dövründə Bəsrədə qurulan bu gizli dərnək 52 böyük cilddən ibarət bir ensiklopediya hazırlamışdı. Həmin cildlərin 17-si təbiət elmlərinə aid idi. O kitablarda müasir darvinizmə xeyli bənzəyən açıqlamalar var idi. Bu kitablar Ispaniyaya qədər yayılaraq, Qərbin fikir adamlarına ciddi təsir göstərmişdi.”91
Yeni dövr Avropasında təkamül nəzəriyyəsini ilk müdafiə edənlər mason Gül-Xaç (Roseoroix) dərnəyinin üzvləriydi. Yuxarıdakı şəkildə bir Gül-Xaç simvolunu görürsünüz. |
İslam dünyasının inkişaf etməsinə baxmayaraq, İslamın təməllərinə qarşı çıxan bu dərnək qədim yunan fəlsəfəsindən bəhrələnib və onu gizli rəmzlərlə ifadə edib. Bununla bağlı yuxarıda gətirdiyimiz sitatda daha sonra belə yаzılır:
- Ismailiyyə məzhəbindən qaynaqlanan bu gizli dərnəyin əsas məqsədi dini ehkamların şifrələr və simvollarla açıqlanması idi. Dərnək bu yolda Pifaqor və Əflatundan (Platon) təsirlənmişdi. Bu gizli dərnəyə girmək üçün insan öncə mistik ayinlərlə həyəcanlandırılır, sonra mənasız dini fikir və ehkamlardan təmizləndirilirdi. Daha sonra ona fəlsəfi və rəmzi fikirlər təlqin olunurdu. Bu mərhələləri keçən şəxs kimya, astrologiya, arifmetika (hesаb) təlimlərinə başlayırdı. Amma bütün bu bilgilər gizli saxlanılır və yeni üzvə ancaq onun öyrənməli olduğu şeylər öyrədilirdi. Masonluq öz köklərini bu cür təşkilatlardan götürüb. Həmin dərnəklərin bəzi fikirləri indinin özündə də mason ayinlərində qalmaqdadır”.92
Bu sitatdan masonların dinə münasibəti bir daha aşkar görünür - onlar dini "boş fikirlər" hesab edirlər. Halbuki masonluğun öz fəlsəfəsi başdan-başa boş inanclardan ibarətdir, heç bir dəlilə dayanmır və sadəcə təbliğat, daha doğrusu, təlqin məqsədi daşıyır. Onların əlində heç bir elmi fakt, tutarlı sübut olmadığına görə, bu cür yollarla fikirlərini insanlara аşılаmağa çalışırlar.
Mason lojalarında rast gəlinən bu simvolda mason və Gül-Xaç rəmzləri bir-birinə qovuşub - künyə və pərgarın içində gül və xaç. |
Sitatdan həmçinin aşkar görünür ki, masonluğun İslam dünyasında anoloqu olan “İhvanüssəfa" dərnəyi hansı işlərlə məşğul olub. Bu qurum haqq dinə qarşı çıxaraq, bütpərəst fəlsəfəni yayıb, onu müxtəlif simvollarla ifadə edib, gizli təlimləri yavaş-yavaş yeni üzvlərin beyninə yeridib... İslam tarixində buna bənzər müxtəlif dərnəklər və ayrı-ayrı fikir adamları olub. Böyük İslam alimi İmam Qəzalinin əsərlərində darmadağın edilən bu fikirlərin masonlar tərəfindən yaşadılması çox tarixi mətləblərə aydınlıq gətirir. Qəzali "əl-Munkiz minəd-dəlal" adlı əsərində "İхvanüssəfa"nı ciddi tənqid edib, onun Qədim Yunan fəlsəfəsinə əsaslanan yanlış yolla getdiyini bildirib. "Fədaih-ul-Batiniyyə" adlı əsərində isə “İхvanüssəfa"nın da daxil olduğu Ismailiyyə məzhəbinin təşkilatlarının bütün pisliklərini açıb göstərib.
Edmund Börk (Edmud Burke) "Fransa inqilabı haqqında düşüncələr" kitabında bu inqilabın və "aydınlanma"nın dağıdıcı təsirini ortaya qoymuşdu. |
"Gül-Xaç", yaxud "İxvanüssəfa" kimi mason təşkilatları tərəfindən mənimsənilən və gizli şəkildə, çox vaxt simvollar yolu ilə ifadə edilən materialist-təkamülçü düşüncələr Avropada katolik kilsənin sosial gücünün zəifləməsilə aşkara çıxmağa başladı. Beləcə, хristianlıq tərəfindən təxminən 1000 il boyunca sıxışdırılan dinsiz təlimlər qol-qanad açmağa başladı, XVII və XVIII əsrlərdə Avropa filosofları arasında geniş yayıldı. Bu dövr "aydınlanma dövrü" adlanır. Şübhəsiz ki, bu termini seçənlər özləri də həmin dinsiz fikirlərin tərəfdarı olublar. Onlar daha öncəki dönəmi "qaranlıq dövr" kimi qələmə verərək, bunun məsuliyyətinin dinin üzərinə düşdüyünü bəyan ediblər və Avropanın dindən uzaqlaşdıqca "aydınlandığını" bildiriblər. Bu səfeh bölgü indinin özündə də din düşmənlərinin əlində əsas arqumentlərdən biridir.
Aydınlanma cərəyanının din düşməni olan mason liderləri: Volter, Didro və "ensiklopedistlər". |
Əslində isə "aydınlanma" Qərbə yaxşı heç nə gətirməyib. Onun ən əsas mərhələsi Fransada baş verib və nəticədə, bir müddətdən sonra Böyük Fransа inqilabı ölkəni qan gölünə çevirib. Məşhur ingilis filosofu Edmund Börkün (Edmund Burke) Fransa inqilabı və "aydınlanma" dövrü ilə bağlı analizləri olduqca maraqlıdır. O, 1790-cı ildə nəşr etdirdiyi "Refleotions on the Frenoh Revolution" (Fransız inqilabı haqqında düşüncələr) adlı məşhur əsərində həm "aydınlanmanı", həm də onun meyvəsi olan Fransа inqilabını kəskin tənqid edir, bu olayların cəmiyyəti birləşdirən din, əxlaq, ailə quruluşu kimi təməl dəyərləri məhv etdiyini, terrora və anarxiyaya zəmin hazırladığını vurğulayır, "aydınlanma"nı "insan ağlını parçalayan hərəkət" adlandırır.93
Bu parçalayıcı hərəkətin liderləri isə masonlardır. Fransа inqilabını hazırlayan Volter, Didro, Monteskye kimi şəxslərin hamısı mason olub. Fransа inqilabına liderlik edən yakobinçilər də masonlarla sıx əlaqədə olublar. Belə ki, bəzi tarixçilər hətta yakobinçilik ilə masonluğu bir-birindən ayırmağa çətinlik çəkirlər. (Bax: Harun Yəhya, "Yeni Mason Sistemi", 1996)
Fransа inqilabı zamanı dinə qarşı çox ciddi düşmənçilik siyаsəti aparılıb. Xeyli din adamı gilyotinə göndərilib, kilsələr xaraba qoyulub, хristianlıq tamamilə ləğv edilərək, əvəzində "Ağıl dini" adlandırılan səfeh bir "din" təbliğ olunub. İnqilaba liderlik edənlərin özləri də sonda bu çılğınlığın qurbanı olaraq, minlərlə insanı göndərdikləri gilyotində edаm olunublаr. Qeyd edək ki, Böyük Fransа inqilabı ilə bağlı mübahisələr bu günün özündə də davam edir.
Fransа inqilabından sonra din əleyhdarlarının dalğası sürətlə bütün Avropanı bürüyərək, XIX əsr din düşmənlərinin ən aqressiv dövrü kimi tarixə düşüb. Və elə bu zaman da əsrlərlə gizlində qalan materialist-təkamülçü fikirlər meydana atılıb. Didro, Baron Holbax kimi materialistlər dinə qarşı bayraq qaldırarkən, elm dünyasında Qədim Yunanıstanın təkamül əfsanəsi ortaya çıxıb.
Inqilab Fransanı qan gölünə çevirmişdi. |
Təkаmül nəzəriyyəsinin qurucuları deyəndə, öncə ağla gələnlər fransız bioloqu Jan Batist Lamark və ingilis bioloqu çarlz Darvindir. Ehtimаl olunur ki, ilk dəfə təkamül təlimini Lamark ortaya atıb, ancaq bunu yalnız mutasiya anlayışına bağlayaraq yanılıb, Darvin isə təbii seçmə prosesinə əsaslanan ikinci bir təkamül nəzəriyyəsini formalaşdırıb. Amma təkamül nəzəriyyəsinin ortaya çıxmasında çox böyük rolu olan başqa bir şəxs isə arxa plana keçirilir: Erazm Darvin, çarlz Darvinin babası.
Erazm Darvin Lamarkla eyni dövrdə, XVIII əsrdə yaşamış bir ingilisdir. Fizik, psixoloq və şair kimi tanınan Erazm Darvin dövrünün hörmətli adamlardan biri sayılıb. Hətta bioqrafiyasını yazan Desmon Kinq-Hel (Desmon King-Hele) onu "XVIII əsrin ən böyük ingilisi" kimi təqdim etməkdən çəkinməyib.94 Amma bununla belə, Erazm Darvinin olduqca qaranlıq bir həyatı olub.95
Erazm Darvin - çarlz Darvinin "böyük ustad" dərəcəsindəki babası. |
Erazm Darvin bütün deyilənlərlə yanaşı, Ingiltərənin ən qabaqcıl naturalistlərindən biri olub. Artıq bildiyimiz kimi, naturalizm - materializmin bir qolu olaraq, təbiətin öz-özünü yaratdığını iddia edir. Onun təkamül təlimi də başlanğıcını elə buradan götürürdü. Erazm Darvin bütün canlıların təsadüflər nəticəsində ortaq bir atadan törədikləri fikrini 1780-1790-cı illərdə inkişaf etdirib ki, bu da sonradan təkamül təliminin özülünü təşkil edib. Qurduğu botanika bağında apardığı araşdırmalar zamanı Erazm Darvin bu fikrinə sübutlar axtarıb. O, öz nəzəriyyəsini "Temple of Nature" (Təbiət məbədi) və "Zoonomia" adlı kitablarında açıqlayıb. Digər tərəfdən, 1784-cü ildə bu fikirlərini yaymaq üçün "Philosophioal Sooiety" (Fəlsəfə dərnəyi) adlı bir dərnək qurub.
Illər sonra çarlz Darvin təkamül təlimini ortaya atarkən, ona babasından həm fikri, həm də təşkilati iki miras qalmışdı. Onun nəzəriyyəsi babasının qurduğu özülün üzərində tikilirdi və "Philosophioal Sooiety" bu nəzəriyyənin ən qızğın mıdüafiəçisi idi.96
Qİsası, bu gün "təkamül nəzəriyyəsi" kimi tanıdığımız və 150 ildir ki, bütün dünyada təbliğ olunan uydurmanın əsil qurucusu Erazm Darvin olub. Bəs onun özü təkamül nəzəriyyəsi fikrini haradan almışdı? Bu məsələyə marağı nədən doğmuşdu?
Sualın cavabını araşdıranda istər-istəməz Erazm Darvinin masonluğu ortaya çıxır. Özü də o, adi yox, ustad masonlardan biri olub. Şotlandiyanın Edinburq şəhərindəki məşhur Kanongeyt Kiluininq (Oanongate Kilwining) lojasında bu dərəcəyə çatıb.97 O dövrdə Fransa inqilabını təşkil edən yakobinçi masonlarla və dinə qarşı düşmənçiliyi bir nömrəli vəzifə sayan "Mason işığı" təşkilatı ilə də yaxındаn əməkdаşlıq edib.98 Yəni Erazm Darvin Avropada dinə qarşı çıxan mason şəbəkəsinin ən əsas simalarından biri olub.
Erazm Darvinin təkamül nəzəriyyəsinin əsaslarını ortaya atdığı "Zoonomiya" adlı kitabı. |
Erazm oğlu Roberti də (çarlz Darvinin atası) özü kimi yetişdirib və mason lojalarına üzv edib.99 Bu səbəbdən, çarlz Darvinə həm babası, həm də atasından masonluq mirası qalmışdı.
Erazm Darvin nəzəriyyəsinin oğlu Robert tərəfindən inkişaf etdirilib, yayılacağına ümid bəsləyirdi. Ancaq həmin ümidləri nəvəsi çarlz doğrultdu. Erazm Darvinin "Təbiət məbədi" bir az geciksə də, məhz çarlz tərəfindən quruldu. çünki çarlz Darvinin təkamül təlimi təbiəti yaradıcı qəbul edən naturalist ehkamların ifadəsindən başqa bir şey deyildi.
Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, darvinizm heç də çarlz Darvinin şəxsi ideyası olmаyıb. O, kitabında nə qədər "mənim nəzəriyyəm" yazsa da, əslində xeyli qədim tarixi olan naturalist fəlsəfəni dövrünə uyğunlaşdırmaqdan başqa heç bir iş görməyib. Elə öz babası, artıq dediyimiz kimi, 60 il əvvəl bu nəzəriyyəni irəli sürmüşdü. Darvinin yeganə tapıntısı olаn - təbii seçmə prosesi isə ondan əvvəlki alimlər tərəfindən dəfələrlə qeyd olunub. Amma həmin alimlər təbii seçmə faktını yaradılışa zidd amil hesab etməyiblər, əksinə, belə fikirdə olublar ki, Yaradan növləri bəsitlikdən qurtarmaq üçün bu sistemi qurub. Digər materialist alim Karl Marks idealist Hegelin "dialektika" anlayışını götürüb, özününküləşdirdiyi kimi, Darvin də yaradılışa inanan alimlərin təbii seçmə ideyasını oğurlayaraq, başqa məqsədlər üçün işlədib.
Demək, darvinizm nəzəriyyəsinin irəli sürülməsində Darvinin şəxsi rolunu çox da şişirtmək lazım deyil. Darvinin işlətdiyi bütün fikir və anlayışlar ondаn əvvəlki naturalist filosoflar tərəfindən irəli sürülmüşdü. Əgər Darvin təkamül nəzəriyyəsini ortaya atmasaydı, eyni işi başqa bir adam görəcəkdi. Məsələn, eyni ideyalar Darvinin müasiri olan ingilis təbiətşünası Alfred Rassel Uallas (Alfred Russel Wallaoe) tərəfindən də inkişaf etdirilib, hətta Darvin onu qabaqlamaq üçün "Növlərin mənşəyi" əsərini tələsik çapa verib. Qısası, Darvin Avropada Allah və din inancını yox etmək, onun yerində materialist və humanist həyat modeli qurmaq uğrunda aparılan mübarizənin müəyyən mərhələsində ortaya çıxmış adamdır. Bu mübarizəni aparan əsas güc isə hansİsa konkret elm adamı deyil, çoхlu sаydа alimi, ideoloqu, siyasi lideri əhаtə edən mason şəbəkəsidir. Həmin dövrün xristianları bunu başa düşərək, həyəcan təbili çalıblar. Məsələn, katolik dünyasının lideri Papa XIII Leonun 1884-cü il tarixli məşhur "Numanum Genus" adlı fərmanında masonluq və onun fəaliyyəti haqqında deyilir:
Alfred Rassel Uallas və çarlz Darvin |
“Dövrümüzdə masonluq adlı çox geniş yayılmış və qüdrətli bir şəbəkəyə sahib olan təşkilatın dəstəyi və yardımı ilə qaranlıq qüvvələrə inananlar bir araya gələrək, güclərini birləşdiriblər. Onlar artıq niyyətlərini gizlətməyə ehtiyac belə duymadan, Tanrının yüksək varlığına qarşı mübarizə aparırlar. Masonların istəkləri və bütün cəhdləri eyni məqsədə yönəlib: хristianlığın bütün sosial və dini dayaqlarını yıxaraq, yerində öz prinsiplərinə uyğun cəmiyyət qurmaq”.100
Papa XIII Leonun yuxarıdakı sözləri də masonluğun həmin dövrdə hansı gücə sahib olduğunu açıq-aşkar göstərir. Eyni zamanda onların məqsədi bir daha bəlli olur: heç bir Ilahi qanun tanımayan, Allah qorxusundan uzaq, əxlaqi cəhətdən degenerasiya olmuş cəmiyyət meydana gətirmək. Masonlar məhz bu məqsədlə darvinizmin geniş yayılmasına ciddi səylər göstəriblər. Bunun üçün hətta xüsusi təbliğat qrupları da formalaşdırılıb, ayrı-ayrı adamlar işə cəlb olunub. Onların ən qabaqcılı isə özünü "Darvinin çoban iti" adlandırmaqdan belə çəkinməyən Tomas Haksli (Thomas Huxley) idi.
Papa XIII Leo |
"Darvinizmin yayılmasında ən aktual amil"101 sayılan Haksli 1860-cı ildə Oksfordlu alim Semuel Uilberforsla аpаrdığı "Oksford mübahisəsi"lə bütün dünyanın diqqətini təkamül mövzusuna çəkmişdi. Hakslinin öz həyatını təkamül nəzəriyyəsinin yayılmаsınа həsr etməsi, onun mənsub olduğu şəbəkənin fonunda götürüləndə ortaya maraqlı bir mənzərə çıxırdı: Haksli Ingiltərənin ən əsas elm ocaqlarından biri olan Kral Cəmiyyətinin (Royal Sooiety) üzvü idi və bu qurumun az qala bütün üzvləri kimi, mason idi.102 Kral Cəmiyyətinin digər üzvləri də həm kitab çap olunmazdan öncə, həm də sonra Darvinə böyük dəstək veriblər.103 Bu mason qurumu Darvini və darvinizmi o qədər böyütdü və mənimsədi ki, bir müddət sonra eynilə Nobel mükafatı kimi, hər il uğurlu hesab etdiyi elm adamlarına "Darvin medalları"nı hədiyyə etməyə başladı.
Qİsası, Darvin tək deyildi. O, nəzəriyyəsini irəli sürəndən etibarən mütəşəkkil şəkildə dəstəklənirdi. Bu dəstək isə, aydındır ki, əsasən masonlardan gəlirdi. Marksist filosof Anton Pannekoek (Anton Pannekoek) "Marksizm və Darvinizm" (Marxism And Darwinism) adlı kitabında bundan söz açaraq, burjuaziyanın, yəni Avropanın zəngin kapitalist sinfinin Darvinizmi dəstəklədiyini belə izah edir:
Darvinin fanatik təbliğatçısı Tomas Haksli |
“Marksizmin önəminə və mövqeyinə görə sadəcə proletar sinfin mübarizəsindəki roluna borclu olduğunu hamı bilir. Darvinizmin də marksizmlə eyni təcrübəni yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən müzakirə edilərək qəbul olunmuş adi bir nəzəriyyə deyil. Darvinizm ilk addımı atar-atmaz alovlu tərəfdarlar və qatı düşmənlər qаzаnıb. Darvinin adı onun nəzəriyyəsindən çox az şey anlayanlar tərəfindən ucaldılıb. Darvinizm də siniflərarası mübarizədə bir rol oynayıb və məhz bu rol sayəsində sürətlə yayılıb, tərəfdarlar və düşmənlər qazanıb. Darvinizm kilsəyə və aristokratiyaya qarşı çıxan burjuaziya üçün bir vasitə olub. Burjuaziyanın məqsədi qarşısına çıxan köhnə hakim təbəqəni aradan qaldırmaq idi. Rahiblər din sayəsində böyük kütlələri nəzarətdə saxlaya və beləliklə də, burjuaziyanın istəklərinə mane ola bilirdilər. Buna görə də təbiət elmləri dinə qarşı bir silaha çevrilib, yeni kəşflər irəli sürərək burjuaziyanı bu silahlarla silаhlаndırıb. Darvinizm isə tam lazım olan anda meydana çıxdı; Darvinin insanın heyvanlardan törəməsi haqda nəzəriyyəsi хristianlığın bütün təməllərini sarsıtmışdı. Məhz buna görə burjuaziya çox böyük həvəslə Darvinə və darvinizmə sahib çıxdı. Bu şərtlər altında hətta elmi müzakirələr belə siniflərarası qarşıdurmanın təsirində olub. Darvin haqqında yazılan yazılar daha çox elmi yox, sosial məsələlərdir.104
Anton Pannekoek marksizmin "sinif analizi" terminləri ilə düşündüyü üçün darvinizmi yaymaqla dinə qarşı mütəşəkkil mübarizə aparan qüvvəni "burjuaziya" kimi tanıyır. Ancaq tarixi təfərrüatların dərinliyinə varanda bəlli olur ki, həmin burjuaziyanın içində dinə qarşı savaşı təşkil edən və bu məqsədlə darvinizmdən yararlanan xüsusi şəbəkə var - masonluq. Bu fakt həm tarixi qaynaqlarda, həm də masonluğun öz mənbələrində etiraf olunur. Bu mənbələrdən biri də ustad mason Səlami Işındağın 1962-ci ildə çap olunmuş "Türkiyə azad masonlarının böyük lojası" adlı kitabıdır. Orada Işındağ dinin insanlar tərəfindən ortaya atılmış bir əfsanə olduğunu iddia edərək, bütün dinlərin ağla və elmə zidd gəlməsi haqda klassik mason fikrini təkrarlayır. Daha sonra da elm pərdəsi altında dinə qarşı aparılan savaşın gerçək təşkilatçısını belə açıqlayır: "Bu mübarizəyə diqqət yetirilərsə, hər mərhələdə masonluğun savaşdığı bəlli olar. çünki masonluq hər dövrdə ağlı, elmi, hikməti özünə rəhbər sayıb. Yarandığı gündən bəri xurafatla savaşıb".105
Halbuki, əslində xurafat masonların iddia etdiyi kimi, din deyil, onların özlərinin inandıqları materialist, naturalist, təkamülçü ehkamlardır. Bunun ən güclü sübutu da Qədim Misir, Qədim Yunanıstan kimi bütpərəst sivilizasiyaların qalığı olan köhnə düşüncələrin çağdaş elm tərəfindən tamamilə rədd edilməsidir. Həyatın mənşəyi ilə bağlı elmi gerçəklikləri və mason inanclarını qarşı-qarşıya qoymaqla, buna əmin olmaq mümkündür.
Darvinin adı nəzəriyyəni tam anlamayan bəzi insanlar tərəfindən məşhurlaşdırılıb. |
Artıq dediyimiz kimi, təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüflər və təbiət qanunları nəticəsində öz-özünə meydana gələrək, inkişaf etdiyini iddiа edirlər. Bu nəzəriyyəni elmi cəhətdən sübut etmək üçün iddia edilən dövrün hər mərhələsinə baxmaq və keçmişdə həqiqətən də belə bir təkamülün yaşanıb-yaşanmadığını, bunun mümkün olub-olmadığını araşdırmaq lazımdır. Həmin mərhələnin ilk pillələri isə cansız maddədən öz-özünə canlı orqanizmin yaranması ssenarisidir.
Bu ssenarini araşdırmazdan öncə biologiyada Lui Pasterdən bugünədək məşhur olan bir fikri xatırlatmaq lazımdır: "Canlı canlıdan doğur!" Bunu təbiətin hər yerində görmək mümkündür. Məsələn, məməli heyvanları anaları dünyaya gətirir, bitkilər toxumlardan cücərir, təkhüceyrəli canlılar, məsələn bakteriyalar bölünərək çoxalırlar və s. Bundan fərqli bir hal heç vaxt heç yerdə görünməyib. Dünya tarixi boyunca heç kim cansız maddələrin bir araya gələrək, canlı yaratdığının şahidi olmayıb. Hərçənd, Qədim Misirdə, Qədim Yunanıstanda, hətta orta əsrlərdə belə əcaib fikirlərə inanan insanlar olub; məsələn, misirlilər qurbağaların Nil çayının palçığından yarandığını zənn edirdilər, Aristotel kimi filosof bu inancı dəstəkləyib, orta əsrlərdə isə hətta siçanların çirkli paltarlardan əmələ gəldiyi ehtimаl olunub. Halbuki, tədricən bütün bunların cəhalətdən başqa bir şey olmadığı ortaya çıxıb və sonda tanınmış bioloq-alim Lui Paster məşhur təcrübələri ilə hətta ən bəsit canlılar sayılan bakteriyaların belə öz-özünə ortaya çıxmadığını, yəni cansız maddənin canlı yaratmadığını sübuta yetirib.
Amma təkamül nəzəriyyəsinin bu boş nağıllara ehtiyacı var. çünki canlıların heç bir yaradıcı müdaxilə olmadan əmələ gəlməsini və inkişafını iddia edir, bunun üçün isə ssenarinin ilk pilləsini, yəni birinci canlının təsadüfən yaranmadığını iddiа etməlidir. Həyatın mənşəyi mövzusu bаrəsində səthi bilgilərə sаhib olаn Dаrvin "həyat kiçik, isti bir döldə yaranmalıydı" deyərək, bir cümləlik izahla üstündən keçməyə çalışsa da, onun davamçıları məsələnin ciddiliyini anlayaraq, bu yöndə xüsusi səylər göstəriblər. Ancaq bütün XX əsr boyunca həyatın mənşəyinə dair təkamül nəzəriyyəsinə uyğun heç bir dəlil tapmaq mümkün olmayıb. Bütün araşdırmalar məsələni daha da dolaşıqlığа sаlıb. Cansız maddənin həyat əmələ gətirə biləcəyinə dair ən kiçik fakt tapmaq bir yana qalsın, təkamülçülər bunun heç nəzəri izahını da verə bilməyiblər. çünk ən kiçik canlı kimi qəbul edilən təkhüceyrəlilərin quruluşu da son dərəcə mükəmməl komleksə sahibdir: hələ hüceyrənin qalanını bir qırağa qoyaq, onun təməl hissələri olan zülallar, DNT və ya RNT-nin belə təsadüflər nəticəsində yaranması riyazi olaraq mümkünsüzdür. Bu isə birbaşa onların yaradıldığını sübuta yetirir. Nobel mükafatı laureatı, ingilis riyaziyyatçısı və astronomu Fred Hoyl (Fred Hoyle) bununla bağlı yazır:
“Əslində həyatın ağıl sahibi olan bir varlıq tərəfindən yaradılması o qədər aşkardır ki, bütün insanların bu gerçəkliyi niyə qəbul etmədikləri, sadəcə, təəccüblüdür. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir".106
Aristotelin yaşadığı dövrün ibtidai elmi təsəvvürlər səbəbindən ortaya atdığı xurafatlar hələ də mason ədəbiyyatında ciddi qəbul edilir. |
Hoylun söz açdığı psixoloji səbəb təkamülçülərin Allahın varlığına dəlalət edən bütün əlamətləri əvvəlcədən rədd etmələrilə nəticələnir. Onlar özləri də bunu dəfələrlə etiraf ediblər ki, sadəcə Allahın varlığını qəbul etməmək üçün kor-korаnə ağlasığmaz ssenarilərə inanırlar. Təkamül nəzəriyyəsinə aid kitablarımızda bu məsələni geniş araşdırmışıq. İndi isə diqqətimizi mason lojalarına çevirərək, onların məsələ ilə bağlı fikirlərini nəzərdən keçirəcəyik. "Əslində həyatın ağıl sahibi olan bir varlıq tərəfindən yaradılması bu qədər aşkar" olduğu hаldа, masonlar niyə ayrı cür fikirləşirlər? Ustad mason Səlami Işındağ "Təkamül yolu" adlı kitabında bunu belə izah edir:
“Əxlaq məktəbimizin ən əsas xüsusiyyəti elm və ağıldan ayrılmamaq, Teizmin məchulluğuna, gizli mənalarına və ehkamlarına girməməkdir. BUNA ƏSASƏN DEYIRIK KI, həyatın ilk əmələ gəlməsi bu gün bilmədiyimiz, kəşf etmədiyimiz şəraitdə kristallarda başlamışdı. Təkamül qanunu ilə canlılar əmələ gəldi və yavaş-yavaş yer üzünə yayıldılar. Təkamülün nəticəsində bugünkü insan formalaşdı. Elmi və ağlıyla heyvanları üstələdi”.107
Bu sitatda işlədilən səbəb-nəticə əlaqəsinə diqqət yetirmək gərəkdir: Işındağ masonluğun əsas xüsusiyyətinin Teizmi, yəni Allah inancını qəbul etməmək olduğunu vurğulayır. Və ardınca da bildirir ki, "BUNA ƏSASƏN" həyatın cansız maddədən öz-özünə yarandığını, sonra təkamül keçirdiyini və bu prosesin insanın yaranmasına qədər davam etdiyini düşünürlər. Diqqət edin ki, onun təkamül nəzəriyyəsinə verdiyi dayaq hansİsa bir elmi fakt deyil. (Belə bir faktın olmadığını, o, əslində "bu gün bilmədiyimiz, kəşf etmədiyimiz şəraitdə" ifadəsilə üstüörtülü şəkildə etiraf edir). Təkamül nəzəriyyəsinə verilən dayaq sadəcə odur ki, "masonluq Teizmi qəbul edə bilməz". Yəni masonlar təkamül nəzəriyyəsinə yalnız ona görə inanırlar ki, Allahın varlığını qəbul etmək istəmirlər.
33-cü dərəcəli Türk masonlarının keçirdiyi "Türkiyə Yüksək Şurası"nın qeydlərində isə təkamül ssenarisi izah ediləndən sonra masonların "yaradılış izahını rədd etmələri" belə açıqlanır:
“çox qədim dövrlərdə qeyri-üzvi maddələr mühitində üzvi həyat ortaya çıxmışdı. Zülallar təkhüceyrəli orqanizmləri əmələ gətirmək üçün qruplaşdılar. Sonra şüur meydana gəldi və insan yarandı. Amma haradan? Bu sualı öz-özümüzdən dəfələrlə soruşuruq. Doğrudanmı, Allahın palçığa üfürməsindən? Biz anormal yaradılış prosesini, insandan xaric yaradılışı rədd edirik. Həyat və həyat ağacı var olduğuna görə, biz filogenetik silsiləni izləyərək, bu böyük prosesi hiss etməli, anlamalı, duymalıyıq. Həyatın yaranmasının bir inkişaf prosesi olduğunu, müəyyən anda bir müstəvidən başqa müstəviyə keçdiyini qəbul etməliyik”.108
Bu sitatın müəllifi "Biz anormal yaradılış prosesini, insandan xaric yaradılışı rədd edirik" deməklə, humanist fəlsəfənin təməl ehkamını - "insan var olan ən uca varlıqdır" müddəasını təkrarlayır. "Anormal yaradılış prosesi" deyəndə isə canlıların Allah tərəfindən yaradılmasını nəzərdə tutur və bunu rədd edir. (Halbuki, əslində anormal olan, yəni ağla, elmə, təcrübəyə, eksperimentlərə zidd gələn düşüncə cansız maddənin öz-özünə canlı yaratdığını iddia edən masonların inancıdır.) Diqqət etsəniz, görərsiniz ki, masonların izahlarında heç bir elmi dəlil, arqument yoxdur. Onlar sadəcə "Təkamülə dair elmi arqumentlər var, buna görə də yaradılışı rədd edirik" - deyib, dururlar. Sadəcə qərəzli və kor-korаnə bir inanc...
Masonların Hegel Səhvi | ||
Mason qaynaqlarına baxanda təkmül nəzəriyyəsinə kor-koranə bağlılıqla yanaşı, olduqca ciddi bir bilgisizlik də diqqət çəkir. Bunlardan biri də masonların təkamüllə bağlı yaydıqları "Hegelin embrionları" məsələsidir. Masonlar bildirirlər ki, çarlz Darvinin yaxın dostu və dəstəkçisi olan аlman filosofu və bioloqu Ernst Hegel təkamül nəzəriyyəsinə sübut tapmaq üçün müxtəlif canlıların embrionlarını araşdırıb və onların bir-birlərinə bənzədikləri, doğum öncəsi inkişafları zamanı isə qısa "təkamül dövrü" keçdikləri fikrini irəli sürüb. Amma əslində masonlar Hegelin "fərdin inkişafı növün inkişafının təkrarıdır" tezisini yanlış şəkildə yozurlar. Bununla bağlı "Memar Sinan" dərgisində dərc olunan bir yazıda Ustad Naki Cavad Akkerman bildirir: "Hegelin bu formulu çox vacib bir təbiət qanunudur. Bunu insana tətbiq etsək, deməli, bir şəxsin ana bətnindəki ilk hüceyrədən yaranmasından doğulana və doğulandan da ölənə qədər yaşadığı inkişaf və dəyişikliklər bəşəriyyətin Yer üzündə yaşadığı inkişaf və dəyişikliklərin sürətli təkrarından başqa bir şey deyil". (1) Ustad mason Səlami Işındağ da Hegelə böyük önəm verir. "Masonluq təlimləri" başlıqlı yazısında "Hegel Darvinin təcrübələrini dəstəkləyən fikirlər irəli sürüb. Onun fikrincə, ən bəsit heyvan qeyri-üzvi maddələrdən yaranmış Monera adlı canlıdır. Beləcə, Hegel hər şeyin təməlində birlik olduğunu göstərib. Bu monizmdə maddə və ruh bir aradadır. Masonluğun fikirləri də bu elmi müddəalara uyğundur",- deyə bildirib. (2) Başqa bir mason mətnində isə Hegel "böyük alim" adlandırılır və onun irəli sürdüyü "fərdin inkişafı növün inkişafının təkrarıdır" tezisi təkamül təliminin sübutu kimi göstərilir. (3) Halbuki, masonların "böyük alim" saydıqları Hegel elmi kəşfləri qəsdən təhrif edən bir saxtakar, onun "qanun" saydığı "fərdin inkişafı növün inkişafının təkrarıdır" tezisi isə elm tarixinin ən böyük saxtakarlığıdır. Saxtakaralıq Hegelin araşdırdığı embrion cizgilərindən gəlir. Hegel insan, toyuq, dovşan və s. canlıların embrionlarının eyni olduğunu göstərmək üçün onların əslində o qədər də oxşar olmayan cizgilərini saxtalaşdıraraq bir-birinə bənzədib. Bəzi hallarda embrionlardan orqanlar çıxarılıb, bəzi hallarda əlavə olunub, digər tərəfdən, onların yaşları müxtəlif olsa da, hamısının eyni yaşa malik olduğu bildirilib. Qısası, Hegel təkamül nəzəriyyəsi ilə düz gəlməyən faktları ona uyğunlaşdırmaq üçün saxtakarlıq edib. Məşhur elm jurnalı olan "Soienoe" 5 sentyabr, 1997-ci il tarixli sayında bu mövzuda xüsusi bir məqalə dərc edib. Məqalədə deyilir: "Əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin embrionlarında belə görünüş və inkişaf prosesi baxımından ciddi fərqlər var". Jurnal Hegelin sxemlərini "biologiyada ən böyük saxtakarlıqlardan biri" adlandırıb. (4)
Maraqlısı odur ki, bütün bunlar çoxdаn bəllidir. Hegelin sxemlərdə saxtakarlıq etdiyi hələ onun özü həyatda ikən - 1910-cu ildə ortaya çıxıb və özü də bunu boynuna alıb. "Amerioan Soientist" jurnаlındа dərc olunan bir məqalədə "Biogenetika qanunu (Hegel tezisi) artıq ölüb... Əslində elmi cəhətdən onun sonu 20-ci illərdə çatmışdı",- deyə bildirilir. (5) Amma buna baxmayaraq, təkamülçülər həmin saxta cizgiləri on illər boyunca işlədərək, məsələyə dərindən vaqif olmayan kütləni aldadıblar. Masonların Hegel nəzəriyyəsini hələ də təkamülün sübutu zənn etmələri, onu "böyük alim" saymalarının isə bir səbəbi var: masonların təkamül təliminə bağlılıqları elm və ağıldan deyil, əksinə, elmsizlik və ağılsızlıqdan irəli gəlir.
Iqtıbaslar1. Naki Cevad Akkerman, "Mimar Sinan", sayı 1, səh.13 2. Səlami Işındağ, "Masonluq təlimləri", Masonluqdan Əsinlənmələr, İstanbul, s. 137. 3. Səlami Işındağ, "Din açısından mason təlimi", Akasya Təkamül Mahfili yayınları, s.10 4. Elizabeth Pennisi, "Naeokel's Embryos: Fraud Redisoovered", Soienoe, 5 sentyabr, 1997 5. Keith S.Thompson, "Ontogeny and Phylogeny Reoarulated, "Amerioan Soientist", cild 76, səh 273. |
Bu inanc mason nəşrlərində İsrarla vurğulanır. Ustad mason Səlami Işındağ "Təbiətdən kənarda bizi idarə edən, qarşısında məsuliyyət daşıdığımız heç bir gücün olmadığını" iddia edir, sonra da "həyatın tək hüceyrədən başlayıb, təkamül yolu ilə bugünkü mərhələyə çatdığını" bildirir.109 Ardınca isə təkamül nəzəriyyəsinin masonlar üçün nə demək olduğunu belə izаh edir: "Təkamül baxımından insanla heyvan arasında heç bir fərq yoxdur. İnsanın yaranması və təkamülünə təsir göstərən qüvvə heyvanlara təsir göstərən qüvvədən fərqli deyil".110
Bu iddia masonların təkamül təliminə niyə önəm verdiklərini açıqca göstərir. Onların məqsədi insanın yaradılmağı fikrini müdafiə etmək, bununla da öz humanist və naturalist fəlsəfələrini kəsərli göstərməkdir. Bu yöndə yeganə arqumentləri isə təkamül nəzəriyyəsidir. Ona görə də masonluq necə və nəyin bahasına olursa-olsun, təkamül nəzəriyyəsinin yayılmasına və dəstəklənməsinə çalışır. Bu isə biz dindarları daim "ehkamçı" olmaqda günаhlаndırаn masonların özlərinin ehkamçı olduqlarını göstərir.
Ehkamçılıq (doqmatizm) - doğruluğuna dair heç bir arqument olmayan fikri psixoloji səbəblərdən İsrarla və kor-korаnə müdafiə etməkdir. Ehkamçılar (doqmatiklər) öz inandıqları fikri qeyd-şərtsiz, sübutsuz qəbul edir və müzakirəyə çıxarmırlar. Masonlar və dinə qarşı çıxan digər qruplar həmişə dindarları ehkamçılıqda suçlayıblar. Bu ittihamlar indinin özündə də davam edir. Məsələn, təkamül nəzəriyyəsi ilə bağlı mübаhisələrdə təkamülçülər bu təlimi qəbul etməyənləri ehkamçılıqda günаhlаndırır, elmin doqmatizmi yaxına buraxmadığını bildirərək, özlərini elmli elan edirlər. Halbuki bu, saxtakarlıqdan başqa bir şey deyildir. çünki Allahın varlığına və Onun bütün həyаtı yaratmasına inanmaq elmi sübutlara əsaslanan bir inancdır - təbiətdə möhtəşəm bir tarazlıq, sistem və layihələndirilmə var ki, onun şüurlu şəkildə qurulduğu açıq-aşkardır. Elə Qurani-Kərimdə də insanlar Allahın varlığına inanmağa çağırılarkən, bu sistem tarazlıq üzərində düşünməyə dəvət edilir. Bir çox ayələrdə Allahın göylərdəki və yerdəki dəlilləri üzərində düşünmək əmr olunur. Ayələrdə diqqətə çatdırılan bu dəlillər kainatdakı tarazlıq və düzən, dünyanın insan yaşamına uyğun yaradılması, bitki və heyvanların optimal quruluşu, insanın ruhi özəllikləri kimi məsələlərdir ki, çağdaş elm bütün bu sahələrdə Allahın varlığını göstərən açıq sübutlar ortaya qoyur. (Ətrаflı məlumаt üçün Harun Yəhyanın "Allah ağılla tanınır", "Kainatın yaradılışı", "Möcüzələr zənciri", "Həyatın gerçək mənşəyi", "Düşünən insanlar üçün" kitablarına baxın.)
Masonluq sadəcə köhnə ənənələri kor-koranə davam etdirir. Günümüzün masonları əsrlər öncə yaşayan "qardaş"larının batil inanc və ayinlərini heç nə soruşmadan və düşünmədən bu gün də yaşadırlar. |
Əsil doqmatizm isə bütün bunları görməzliyə vuraraq, Allahı inkar edən, kainatın və canlıların təsadüflər nəticəsində yarandığını deyib duran inkarçılara aiddir. Masonlar eynilə bu cür hərəkət edirlər. Allahın varlığının dəlillərini aşkar görmələrinə rəğmən, humanist və materialist fəlsəfə uğrunda bütün bunları rədd edir, görməzliyə vururlar. Allah Quranda o cür insanlardan belə bəhs edir:
“Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə, nə də bir nurani kitaba əsaslanmadan Allah barəsində mübahisə edir. Onlara: "Allahın nazil etdiyi Qurana tabe olun!", - deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!", - deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa, necə? Yenədəmi həmin yolla gedəcəklər?” (“Loğman” surəsi, 20-21).
Mason ənənəçiliyinin bir ifadəsi: əsrlərdir heç dəyişmədən işlədilən simvollar |
Ayədə inkarçıların Allahın dəlillərini görə-görə Onun dininə qarşı savaşdıqları bildirilir. Bunun səbəbi isə həmin inkarçıların "atalarının inandıqları şeylərə inanmaları", yəni kor-koranə bir ənənəni davam etdirmələridir. Bu "ənənə" anlayışının kitabın əvvəlindən bəri incələdiyimiz mason tarixi və fəlsəfəsilə çox sıx bağlı olduğunun fərqinə vardınızmı? Bəli, masonluq ənənəçiliklə olduqca sıx bağlıdır. çünki masonluq min illər əvvəl bütpərəstlikdən qаynаqlаnаn bir ənənə şəbəkəsindən başqa heç nə deyildir. Onlar Qədim Misir fironlarının, fironların sehrbazlarının, Qədim Yunanıstanın materialist filosoflarının, hermetiklərin, kabbalaçıların, tampliyerlərin, gül-xaçlıların və özlərindən əvəlki digər mason dərnəklərinin ənənələrini kor-koranə davam etdirirlər.
Günümüzün mason lojalarında hələ də min illər əvvəlki əfsanələr, simvollar, kəlmələr işlədilir. Masonlar hamısı yüksək təhsil görmüş insanlar olmalarına, cəmiyyətin yüksək təbəqələrindən gəlmələrinə rəğmən, əllərinə ulduzlu qılınclar, quru kəllələr alır, Qədim Misir dilində sözlər mırıldanaraq, Qədim Misir paltarları geyir, əcaib, qəribə mərasimlər keçirirlər. Masonluğun nə olduğunu bilməyən insan lojaya girsə, tragikomedik tamaşa səhnəsinə düşdüyünü zənn edəcək, gözləri bağlı, boyunda ip gəzdirən, bir ayağı yalın gəzişən masonu görəndə isə bəlkə də, gülməkdən uğunub gedəcək. Amma öz dünyalarına qapılıb yaşayan masonlar bu qəribəlikləri çox normal qarşılayır, lojaların mistik atmosferində psixoloji rahatlıq duyur, sonra da oturub bir-birlərinə "atomların ruhu var, onlar bir araya gəlib, canlıları yaradırlar", "dünya maqmanın görünməz zəkası nəticəsində yarandı", "Ana Təbiət bizləri nə gözəl yaradıb" kimi xürafatlar danışır, üstəlik, bunlara da inanırlar. Sadəcə ənənələri qorumaq üçün baş verən bütün bu komediya o qədər böyük bir zırramalıqdır ki, belə bir fikir sisteminin hələ də yaşadılmasına ancaq heyrətlənmək olar.
Masonların "konstitusiya" kimi qəbul etdikləri qaydalar əsrlərdir dəyişmədən qorunur |
Masonların öz ənələrinə kor-koranə bağlılıqları onların böyük əhəmiyyət verdikləri "landmark" anlayışında ortaya çıxır. İngilis kəlməsi olan "landmark" tarixi önəm və mənanı simvollaşdıran quruluş anlamına gəlir. Mason leksikonunda isə "landmark"lar təşkilatın qurulduğu gündən bəri dəyişmədən gələn qaydalardır. Bəs onlar niyə heç dəyişməyib?
Masonların bu suala çox maraqlı cavabları var. "Memar Sinan" dərgisinin 1992-ci ildə çıxan saylarının birində bununla bağlı yazılıb:
“Masonluğun landmarkları çox qədimdən gələn qanunlardır. Onlar dövrdən-dövrə, nəsildən-nəslə keçib. Heç kim onların nə zaman ortaya çıxdığını bilmir. Kimsənin onları dəyişdirməyə və ya ləğv etməyə haqqı yoxdur. Onlar cəmiyyətin yazılı və yazılmamış qanunlarıdır. Yazılı olmayan landmarklar heç bir başqa yerdə öyrənilməsi mümkün olmayan loja ritualları və təlimləridir. Yazılı landmarklar isə altı dənədir və ilk dəfə 1723-cü ildə Böyük Britаniyаdа qəbul edilmiş Konstitusiyadа "Azad masonun mükəlləfiyyətləri" başlığı altında oxunula bilər”.111
Gəlin, bu sözləri ağıl süzgəcindən keçirərək, düşünək: ortada masonluq adlı təşkilat var. Onun üzvləri əsrlərdir ki, kim tərəfindən qəbul edildiyi bəlli olmayan qaydalara əməl edirlər. Özü də qəti olaraq bu fikirdədirlər ki, həmin qaydaları heç kim dəyişdirə bilməz. Və aralarından heç kim "niyə bütün bunlara əməl edirik" deyə soruşmur!.. Üstəlik, bu əcaib mərasimlərə əməl etmək uğrunda elmi kəşfləri də görməzliyə vururlar. Belə bir icmanın "elm və ağıl" yolunda olduğuna inana bilərsinizmi?
Yuxarıda sitat gətirdiyimiz məqalənin başqa bir yerində isə bir masonun landmarklara "soruşmadan itaət etmə" yanaşması belə izah olunur: "Mənim üçün landmark masonluğun o qədər qədimdən mövcud olan bir hissəsidir ki, nə lojada olаn, nə də azad mason olaraq davranışımla bağlı onun haradan gəldiyini heç düşünməmişəm; mən heç bir narahatlıq duymadan onunla yaşayıram".112
Haradan gəldiyini heç düşünmədikləri qaydalara inanan və bunlarla yaşayan insanlardаn ibаrət dərnəyi "ağıllı" saya bilərsinizmi?
Şübhəsiz, masonluğun "ağıllı və elmli" olmaq iddiası tamamilə boşdur. Onlar da digər materialistlər kimi daim "elm və ağıl" kəlmələrini işlətmələrinə rəğmən, əslində, heç bir məntiqi və elmi əsası olmayan fəlsəfəni müdafiə edir, elmin ortaya qoyduğu gerçəklərə isə göz yumurlar. Bu durum onu göstərir ki, masonluq insanları Allaha iman gətirməkdən uzaqlaşdıran, onları boş qaydalar, xurafatlar, əfsanələrlə aldadıb, yanlış yola salan bir yalan şəbəkəsidir. Quranda Allahı qoyub, Günəşə səcdə edən bütpərəst Səba qövmü ilə bağlı deyilən "Şeytan onları yoldan azdırıb, ona görə də hidayətə qovuşa bilmirlər" (“Nəml” surəsi, 24) sözləri masonluq üçün də keçərlidir. Masonlar ulduzlu simvollarla, mistik inanclarla bəzənən köhnə bir təlimə görə Allahın dinini rədd edirlər. Özü də təkcə rədd etməklə kifayətlənmir, həm də dinə qarşı savaş aparırlar. Və bu savaş çox uzun bir müddətdir ki, davam edir.
94 Mason Dergisi (Journal of Freemasonry), No. 48-49, p. 67
95 Mason Dergisi (Journal of Freemasonry), No. 48-49, p. 67, (emphasis added)
96 Dr. Selami Isindag, Kurulusundan Bugune Masonluk ve Bizler (Freemasonry and Us: From Its Establishment Until Today), Masonluktan Esinlenmeler (Inspirations from Freemasonry), Istanbul 1977, pp. 274-275, (emphasis added)
97 Dr. Selami Isindag, Kurulusundan Bugune Masonluk ve Bizler (Freemasonry and Us: From Its Establishment Until Today), Masonluktan Esinlenmeler (Inspirations from Freemasonry), Istanbul 1977, pp. 274-275
98 Pocock, in; Edmund Burke, Reflections on the Revolution in France, ed. J. G. A. Pocock, Indianapolis: Hackett Publishing Company, 1987, pp. 33-38
99 Desmond King-Hele, Doctor of Revolution: The Life and Times of Erasmus Darwin, Faber & Faber, London, 1977, p. 361
100 Henry Morris, The Long War Against God, p. 178
101 William R. Denslow, 10,000 Famous Freemasons, vol. I. Macoy Publishing &Macoy Supply Co., Inc. Ricmond, Virginia, 1957, p. 285
102 William R. Denslow, 10,000 Famous Freemasons, vol. I. Macoy Publishing & Macoy Supply Co., Inc. Ricmond, Virginia, 1957, p. 285
103 Henry Morris, The Long War Against God, p. 198. Order of the Illuminati, which was founded in Bavaria, Germany in 1776 was a kind of a Masonic lodge. The founder of the Illuminati, Dr. Adam Weishaupt, was a Jew. He enumerated the goals of the Order as follows: 1- To abolish all monarchies and regular governments, 2- To abolish the personal property and inheritance, 3- To abolish the family life and the marriage institution and to establish a communal education system for children, 4- To abolish all religions. (see, Eustace Mullins, The World Order: Our Secret Rulers, p. 5; Lewis Spence, The Encyclopedia of the Occult, p. 223)
104 Henry Morris, The Long War Against God, Master Books, April 2000, p. 198
105 Pope Leo XIII, Humanum Genus, "Encyclical on Freemasonry," promulgated on April 20, 1984.(emphasis added)
106 Henry Morris, The Long War Against God, p. 60
107 For Huxley's Masonry, see (Albert G. Mackey. "Charles Darwin and Freemasonry." An Encyclopedia of Freemasonry, New York: The Masonic History Company, 1921, Vol. III.) Royal Society or with the full name The Royal Society of London for The Improvement of Natural Knowledge was founded in 1662. All the members of the society were all Masons without an exception. See, John J. Robinson, Born in Blood, p. 285
108 For the support Royal Society gave to Darwinism, see Henry Morris, The Long War Against God, pp. 156-57
109 Anton Pannekoek, Marxism And Darwinism, Translated by Nathan Weiser. Transcribed for the Internet by Jon Muller, Chicago, Charles H. Kerr & Company Co-operative Copyright, 1912 by Charles H. Kerr & Company, (emphasis added) (http://www.marxists.org/archive/pannek oe/works/1912-dar.htm)
110 Dr. Selami Isindag, "Bilginin Gelismesinde Engeller ve Masonluk" (Obstacles in the Development of Knowledge and Freemasonry), 1962 Annual Bulletin of the Turkish Grand Lodge of Free and Accepted Masons p. 44, (emphasis added)
111 Francis Darwin, Life and Letters of Charles Darwin, Vol.II, from charles Darwin to J. Do Hooker, March 29, 1963
112 Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, p.130, (emphasis added)
113 Dr. Selami Isindag, Evrim Yolu (The Way of Evolution), Istanbul1979, p. 141, (emphasis added)
114 P. M. Giovanni, Turkiye Fikir ve Kultur Dernegi E. ve K. S. R. Sonuncu ve 33. Derecesi Turkiye Yuksek Surasi, 24. Conference (The Turkish Society of Idea and Culture, 33rd degree, Turkey Supreme Meeting, 24th conference), Istanbul, 1973, p. 107, (emphasis added
115 Dr. Selami Isindag, Sezerman Kardes VI, Masonluktan Esinlenmeler (Inspirations from Freemasonry), Istanbul 1977, p. 78, (emphasis added)
116 Dr. Selami Isindag, "Masonluk Ogretileri" (Masonic Doctrines), Masonluktan Esinlenmeler (Inspirations from Freemasonry), Istanbul 1977, p. 137 117 Tanju Koray, Mimar Sinan, 1992, No: 85, p. 46, (emphasis added) 118 Tanju Koray, Mimar Sinan, 1992, No: 85, p. 49, (emphasis added)