Risalə-i Nur Külliyyatinda Mehdi

Hər Əsrin Əvvəllində Mücəddid Göndərilməsi

Mücəddid: Yeniləyən, yeniləyici. Səhih hədislərlə bildirilən, hər əsrin əvvəllində dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlayan böyük alim və Peyğəmbərimiz (s.ə.v)-in varisi olan şəxs.

Əshabı-Kütubi Sittədən İmamı Hakim, "Müstədrək"ində və Əbu Davud "Kitabi-Sünən"ində Bəyhaki, "Suabı Iman"-da rəvayət etdilər: "Hər yüz ildə Cənab Haqq bir din mücəddidi göndərir". Hədisi-şərifinə məzhər (bir şeyin zühur etdiyi yer) və masadak (təsdiq edilən, qəbul edilən) və müzhiri tam olan Mövlana əssəhir kutbül-arifin (övliya), qavsül-vasilin (həqiqətə çatanların başçısı) varisi Məhəmmədi, kamilüt-təriqətül-aliyyə (tam olaraq Allaha qovuşmaq üçün yol tutan) vəl mücəddidiyyə Xalidi Zülcenaheyn Kuddisə sirruhu (dünyaya və axirətə aid sirrləri bilən)... və il. ... (Barla Lahikası , 119)

Hər əsrin əvvəlində bir mücəddid (dini canlandıran, yeniləyən) göndəriləcəyini Rəsulullah (s.ə.v) hədisləriylə müjdələmişdir. Küfrün, fahişəliyin, azğınlığın və dəlalətin həddi aşdığı, hicri 1400-cü ildə (1979-1980), yəni XIV əsrin əvvəlində hədisin xəbər verdiyi kimi bir mücəddidin göndərilməsi lazımdır. Bu da hədislərin və alimlərin izahlarına görə, İslam aləminin 1400-cü ildə gözlədiyi Mehdidir.

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Həqiqətən, Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən (xurafatlardan) təmizləyən, ayıran, yeniləyən (elm sahibi) bir şəxsi göndərər". (Sünen-i Ebu Davud, 5/100)

Hər əsrin əvvəlində bu ümmətin üləması (alimləri) arasından bir mücəddid çıxacaq və şəriəti canlandıracaq. Xüsusilə, aradan min il keçdikdən sonra. Buna görə, aradan min ilin keçdiyi vaxt keçən ümmətlərdə ulül-əzm (Allahın əmrlərinə olduqca tabe olan) bir peyğəmbərin gəldiyi vaxtdır. (Mektubat-i Rabbani, 1/520)

Bədiüzzaman Səid Nursi Hicri XIII Əsrin Mücəddididir

Şamlı Hafiz Tefik Əfəndi bir risaləsində Mövlana Xalid Bağdadi ilə Bədiüzzaman Səid Nursi həzrətlərinin həyatlarını müqayisə etdiyini və 4 əsas uyğunluqla qarşılaşdığını belə bildirir:

Birincisi: Həzrəti Mövlana 1193-cü ildə dünyaya gəlmişdir. Ustadım isə Ərəbi 1293-cü ildə. Tam Mövlana Xalidin yüz ili bitdikdən sonra dünyaya gəlmişdir.

İkincisi: Həzrəti Mövlananın təcdidi-din (dini xurafatlardan təmizləmə) mübarizəsinə və müqəddiməsinə (bir hadisənin başlanğıcı), Hindistanın paytaxtında 1224-cü ildə başlamışdır. Ustadım isə yüz il sonra 1324-cü ildə mənəvi təbliğinə və mübarizəsinə Osmanlı Səltənətinin paytaxtında başlamışdır.

Üçüncüsü: Siyasət əhli həzrəti Mövlananın fövqəladə şöhrətindən (təvəhhüm edərək) düşərək Şam diyarına 1238-ci ildə nəqli məkan etdirilmişdir (köçürülmüşdür). Ustadım isə eynilə yüz il sonra 1338-ci ildə Ankaraya gedib, onlarla uyğunlaşa bilməyib, onları rədd edərək, küsərək, təkrar Vana qayıdıb, bir dağda inziva edərkən (dünya işlərindən əlaqəsini kəsərək) 1338-ci ilin ardınca, Şeyx Səid hadisəsi ilə qarşılaşaraq hadisə ilə əlaqədar əhli-siyasətin vəhminə toxunmuşdur. Ondan qorxaraq, Burdur və Sparta vilayətlərində 9 il yaşamağa məcbur etdirilmişdir.

Dördüncüsü: Həzrəti Mövlana Xalid iyirmi yaşına çatmamışdan əvvəl əllaməsi (çox bilikli) zaman hökmündə (Allahın hökmü ilə), fuhulu üləmadan üstün görünmüş (alimlərin ən üstünü olan), dərs oxutmuşdur. Ustadım isə həyatının tarixçəsini görənlərə və bilənlərə də məlumdur ki, on dörd yaşında icazə alıb, aləmi üləması zamanla muarazaya girişmiş (yəni on dörd yaşında ikən, icazet (diplom) almağa yaxın tələbələri tədris etmişdir).

Nəticə etibarı ilə: Başdakı hədisi-şərifin "hər yüz ilin əvvəllində dini yeniləyən bir mücəddidi göndərir" müjdəsi ilə yanaşı həzrəti Mövlana Xalid -əksər həqiqət əhlinin təsdiqi ilə -1200-cü ilin, yəni on ikinci əsrin mücəddididir. Tam yüz il sonra eynilə bu 4 xüsusiyyətə uyğun olaraq Risalə-i Nur əczaları (qisimləri) eyni vəzifəni yerinə yetirmişdir. Belə qənaətə gəlinir ki, nassı (açıq) hədislə - Risalə-i Nur təcdidi (yenilənən) din barəsində bir mücəddid hökmündədir. (Barla Lahikası 119-121)

Yuxarıdakı izahlarda Mövlana Xalidin XII əsrin, Bədiüzzaman Səid Nursinin isə XIII əsrin mücəddidi olduğu aydın olur. Mehdinin isə XIV əsrin mücəddidi olaraq hicri 1400-cü ilin əvvəllərində çıxması gözlənilir.

Bədiüzzaman həzrətləri həm özündən sonra gələcək mücəddid olması, həm də ümmətin 1400 ildir ki, şövq və həyəcan qaynağı olduğuna görə, hz. Mehdidən çox açıq şəkildə, dəqiqliklə bəhs etmişdir.

Mehdi Hicri XIV Əsrdə Gələcəkdir

Axırzamanda həyatın geniş dairəsində əsl sahibləri, yəni Mehdi və şagirdləri, Cənab Haqqın icazəsiylə gələr, o dairəni genişləndirər və o toxumlar sünbüllənər. Bizlər də qəbrimizdə seyr edib Allaha şükür edərik. (Sikke-i Tasdik-i Gaybi, 138-Kastamonu Lahikası, 72)

Qədim dövrlərdə bir əhli-vəlayətdən (vəlilik mərtəbəsinə yüksələn şəxsdən) eşitdim ki, o şəxs, keçmiş vəlilərin qeybi işarələrindən istihrac etmiş (aydınlıq gətirmiş) və belə qənaətə gəlmişdir ki, "Şərq tərəfdən bir nur zühur edəcək, bidətlər (xurafatlar) zülmətini dağıdacaq." Mən belə bir nurun zühurunun çox intizarında olmuşam və olacam. Lakin çiçəklər baharda gələr. Belə müqəddəs çiçəklərə zəmin hazırlamaq lazım olur və anladıq ki, bu xidmətimizlə o nurani şəxslərə zəmin hazırlayırıq. (Sikke-i Tasdik-i Gaybi- 189 Mektubat, 345)

O, sonra gələcək olan heyrətamiz şəxsin bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (ordunun arxasındakı qüvvət) və o böyük komandirin pisar (xidmətçisi) olduğunu zənn edirəm. (Barla Lahikası, 162)

Bədiüzzaman həzrətləri yuxarıda izah etdiyi işlərlə Mehdiyə uyğun mühit hazırladığını və Mehdi gələndə özünün vəfat etmiş olacağını, Mehdinin xidmətlərini öz qəbrindən seyr edəcəyini ifadə etmişdir.

Risaləi-Nur külliyyatında Mehdinin mübarizə və hakimiyyət dövrələri ilə əlaqədar verilən əbcədlər (hesablamalar):

Onlar Allahın nurunu (dəlillərini, İslam dinini, Quran) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istəyər. (Tövbə surəsi, 32)

Ayədəki .... "Allah öz nurunu tamamlamaq istəyər" cümləsi haqqında Bədiüzzaman həzrətləri belə demişdir:

İndi xatirladım ki, əgər şəddəli "lam"lar və "mim"lər iki sayla bundan bir əsr sonra zülməti dağıdacaq şəxslər isə həzrəti Mehdinin şagirdləri ola bilər. (Sualar / 605)

Bu ayənin əbcəd hesabı hicri -1424, miladi- 2004-cü ili verir, bu da Mehdi öndərliyində İslamın dünya hakimiyyəti dövrlərinə işarə edir.

...Kafirlərin dostu isə Tağutdur... (Bəqərə surəsi, 257) ayəsindəki "tağut" (küfrün fikir sistemi) sözünün öz daxilində çökmə və dağılma tarixini də Bədiüzzaman əbcəd hesabı olaraq hicri 1417-ci (miladi 1995) ili vermişdir.

Bu zamanda elə fövqəladə cərəyanlar var ki, hər şeyi öz hesabına götürdüyü üçün, fərz olan, həqiqi gözlənilən və bir əsr sonra gələcək o şəxs, bu zamanda gəlsəydi, hərəkatını o cərəyanlara görə dəyişdirəcəkdi deyə təxmin edirəm. (Kastamonu Lahikası, 57)

Bədiüzzaman Səid Nursi "həqiqi gözlənilən və bir əsr sonra gələcək o şəxs" deyərək, Mehdinin hələ gəlmədiyini, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirmişdir. Bədiüzzaman həzrətləri hicri XIII əsrdə yaşamışdır. Özündən sonra gələcək əsr hicri XIV əsrdir. Bu əsr Mehdinin çıxış dövrüdür.

"Məhz bu həqiqəti bilməyən insafsızlar deyərlər ki, "axirətin təfsilatını dərs alan müteyakkiz (gözüaçıq), ürəkli, iti nəzərli səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq düşmüşdür və gələcəkdə min dörd yüz il sonra gələcək bir həqiqəti öz əsrlərində qəribə saymışlar?". (Sözlər, 318)

"1400 il sonra gələcək bir həqiqəti"

Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmişdir, dəqiq olaraq 1400 deyilmişdir. Yəni hicri XIV əsr, hicri 1400-cü il ümmətin başsız qaldığı, fahişəliyin azğınlığın, küfrün yüksək dərəcəyə çatdığı, müsəlmanların maddi və mənəvi böyük itkilərə uğradığı bir əsrin başlanğıcıdır. Necə ki, hər əsrin əvəlində bir mücəddid (dini yeniləyən, dini bidətlərdən (xurafatlardan) təmizləyən, azğınlıqların qarşısını alan) göndərilmiş, bu ümmətin fəsadlı dövründə də bunu dağıdacaq, küfrü məhv edəcək, müsəlmanların birləşməsinə səbəb olacaq bir mücəddidin gəlməsi lazımdır. Bu da müsəlmanların 1400 ildir gözlədiyi hz. Mehdidir.

Bədiüzzaman Həzrətlərinin Şam Xütbəsi

Bədiüzzaman həzrətləri (hicri) 1327-ci ildə Şamda Əməvi məscidində 10 min nəfərlik bir camaata verdiyi xütbəsində, 1371-ci ildən sonrakı İslam aləminin gələcəyinə istiqamətli izahlar etmiş, Axırzamanla əlaqədar müxtəlif tarixlər verərək, gözlənilən Mehdinin mübarizə zamanlarına və sonunda onları məğlub edəcəyi tarixə diqqət çəkmişdir.

1371-ci ilindən sonrakı İslam aləminin müqəddəratına (taleyinə) nəzər salan xütbeyi-Samiyədəki həqiqətlər...

Bəli, indi olmasa da otuz-qırx il sonra fənn və həqiqi bacarıq, mədəniyyətin mehasını o üç qüvvəti tam təchiz edib (tamamlayıb), cihazatını (alətlərini) verib o doqquz maneələri məğlub edib dağıtmaq üçün taharrii-həqiqət meyelanını (həqiqətləri araşdırmaq niyyəti), məhəbbəti-insaniyəni o 9 düşmən sinfinin (tayfasının) cəbhəsinə göndərmiş, İnşaAllah yarım əsr (əlli il) sonra onları darmadağın edəcək. (Hutbe-i Samiye, 25)

Bəli indi (1371-ci ildə) olmasa da otuz -qırx (30-40) il sonra...

1.Fənn: Müsbət elmlər, biologiya, fizika, kimya və s.
2. Həqiqi bacarıq: hünər, sənət, elm və fənlərlə öyrənilən məlumatlar.
3.Mədəniyətin mehasını: mədəniyyətin yaxşılıqlarını o üç qüvvətlə təchiz edib, lazımlı ehtiyacını qarşılayıb o doqquz maneəni dəf edib, dağıtmaq üçün,

1. Taharrii həqiqət meyelani: Həqiqəti araşdırma meyli
2.İnsaf
3. Muhabbəti insaniyeyi: İnsan sevgisini.

O doqquz düşmən sinfinin (tayfası) cəbhəsinə göndərmiş inşAllah yarım əsr sonra (50 il) onları darmadağın edər.

1371 + 30 = 1401 (miladi 1981)
1371 + 40 = 1411 (miladi 1991)
1371 + 50 = 1421 (miladi 2001)

Bədiüzzaman həzrətləri hicri 1400-cü ilin əvvəllərində böyük Mehdi (ə.s.)-ın inkarçılarla qarşı mübarizə dövrünə 1401-1411 = 1981 -1991 illəri arası - fənn, hünər, sənət və mədəniyyətin yaxşılıqlarını birləşdirib bunları məğlub ediləcəyi, darmadağın edəcəyi tarixə 1421=2001–ci illərə diqqət çəkir.

Yetmiş birdə, fəcri sadiq (aydınlıq, şəfəq) başladı və ya başlayacaq. Əgər bu, fəcri qazıb (yalançı şəfəq, birinci şəfəq) olsa, otuz-qırx il sonra fəcri sadiq (şəfəq, yəni qurtarıcı) çıxacaq. (Xütbəi Samiyə, 23)

Şəfəq: Dan yerinin ağarması, günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı
Fəcri-Qazıb: Səhərə qarşı şərq üfüqündə yayılmağa başlayan birinci qırmızılıq.
Fəcri-Sadiq: Fəcri Qazıbdan sonra yayılmağa başlayan ikinci işıqlanma,

1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991

Bədiüzzaman İslamın dünyaya təkrar hakim olmasını günəşin doğuşuna oxşadır. Bu bənzətməklə günəşin batdıqdan sonra, sabahı gün yenidən doğulması kimi, İslamın da dünyaya təkrar doğulub parlayacağına işarə edir. Fəcri-qazıb və fəcri-sadiq ifadələriylə bu doğuşun başlanğıc illərinə diqqət çəkilmişdir. Buna görə zülmün, qaranlığın dağılmağa başlaması 1981-1991-ci illəri, tamamilə susdurulub dağılması isə 2001-ci ildə tamamlanacaq.

Diqqət və heyrətə gətirən nöqtə budur ki, 3 fikrə əsaslanaraq min beş yüz (1500) tarixini göstərmələri ilə yanaşı, eyni zamanda, məqbul və hikmətli bir surətdə min beş yüz altıdan (1506) da qırx ikiyə, qırx beşə (1542, 1545) qədər 3 inqilabın müxtəlif dövrlərinə uyğun gəlir.

Fatihədə doğru yolda olanlar əshabının taifei-kübrasını (böyük tayfanı) təsvir edən fikrası (üslubu), sözsüz min beş yüz altı (1506) və ya yeddi (1507)-yə işarə edərək bütünlüklə mövzunun mövqeyinə bir-biri ilə uyğunluğuna şübhə yaratsa, üç fərqli nöqtədən tam uyğun gələrək və mənaca müvafiq olan bu hədisin işarəsini dəstəkləyərək (qüvvətləndirərək) işarə edir. (Kastamonu Lahikası, 23)

Suyuti həzrətləri ümmətin ömrünün hicri 1500-cü ili keçməyəcəyini bildirir. Bədiüzzaman həzrətləri də, ümmətin qalib surətində mübarizəsinin 1500-1506-cı illərdə bitəcəyini, bundan sonra zəifləmələr başlayıb, qiyamətin gözləniləcəyini ifadə edir. Ümmətin qalib olaraq ömrü 1500-1506 illərində bitəcəksə, o zaman 1400-1500-cü illər arasında Mehdi və İsa (ə.s)-ın gəlməsi, həm də hz. Mehdinin də 1400-cü ilin əvvəllərində vəzifəyə başlaması lazımdır. Çünki 1500-cü ilə bundan başqa bir əsr qalmamışdır.

Mehdi Liderliyində İslamiyyət Dünyaya Hakim Olacaq

Cavab: Cənab Haqq, kamalından, rəhmətindən, İslam şəriətinin ədəbiyyatına bir əsəri qoruyaraq, hər bir fəsadı ümmət zamanında bir muslih (islah edən, düzəldən), bir mücəddid (dini yeniləyən, əvvəlki hala gətirən), bir xəlifə, bir qütbü-əzəm (ən böyük öndər), bir mürşidi-əkməl (ən mükəmməl birisini) və yaxud bir cür Mehdi hökmündə mübarək şəxsləri göndərmiş. Fəsadı aradan qaldırıb, milləti islah etmiş, Dini-Əhmədiyə (s.ə.v) mühafizə etmiş. Necə ki, adət elə cərəyan edir ki, Axırzamanın ən böyük fəsadı (qarışıqlıq) zamanında, əlbəttə, ən böyük bir müctəhid (ayə və hədislərdən hökm çıxarda bilən, düzgün təsfir edən), həm ən böyük bir mücəddid (dini xurafatlardan təmizləyən), həm hakim, həm Mehdi, həm mürşid, həm qütbü-əzəm (öndər, başçı) olaraq bir nurani şəxsi göndərəcək və o şəxs də, Əhli-Beyti nəbəvidən olacaq.

Cənab Haqq, bir dəqiqə ərzində beyn-əssəmə vəl-ərz (yerlə göy arasını) aləmini buludlarla doldurub boşaltdığı kimi, bir saniyədə dənizin fırtınalarını yatızdırar və bahar içində bir saatda yay mövsümünün nümunəsini və yayda da, bir saatda, qış fırtınasını icad edən Qədri-Zülcəlaldır (Güclü olan uca Allahdır). Mehdi ilə də aləmi İslamın zülmətini dağıda bilər və bunu vəd etmişdir, vədini də əlbəttə ki, yerinə yetirəcək. Allahın qüdrətiylə baxılsa, çox asandır. Əgər Rəbbimizin hikmətiylə düsünülsə, yenə o qədər məqbul və yerinə layiqdir ki, əgər müxbiri-Sadiqdən rəvayət olmasa da, hər halda elə olmaq lazımdır və olacaqdır deyə əhli-təfəkkür hökm edər. (Mektubat, 411-412)

Axırzamanın ən böyük fəsadı: Qarışıqlıq, zülm.
Ən böyük bir müctəhid: Ehtiyac hasil olanda ayə və hədislərdən hökm çıxaran böyük İslam alimi və öndər.
Həm ən böyük bir mücəddid: Dini həqiqətləri dövrün ehtiyaclarına görə izah etmək üçün göndərilən böyük alim və Peyğəmbərimiz (s.ə.v)-in varisi olan şəxs.
Həm Hakim: Haqlı və haqsızı ayırıb ədalətlə hökm edən, dövləti idarə edən.
Həm Mehdi: Hidayətə vəsilə olan.
Həm Mürşid: Doğru yolu göstərən, qəflətdən oyandıran.
Həm Qütbü-Əzəm olan: Bir çox müsəlmanın bağlandığı, dövrün ən böyük yol göstəricisi bir nurani şəxs göndərəcək.
O şəxs Əhli-Beyti nəbəvidən: Peyğəmbərimiz (s.ə.v)-in soyundan olacaq.

Bədiüzzaman həzrətləri, Axırzamanın ən böyük qarışıqlıq dövründə hz. Peyğəmbərimiz (s.ə.v)-in soyundan bu qarışıqlığı dağıda bilən yeganə bir şəxsin, bir nurani şəxsin vəsiləsi ilə İslam aləmindəki zülməti (qaranlığı) dağıdacağını bildirir və bunun qışdan sonra baharın gəlməsi kimi adətullaha uyğun olduğunu, buna da Allahın gücü çatdığını ifadə edir.

Rəvayətlərdə Axırzamanın əlamətlərindən olan və ali-beyti nəbəvidən həzrəti Mehdi haqqında müxtəlif xəbərlər var. Hətta bir qisim elm əhli və əhli vəlayət onun çıxacağını bildirmişlər.

Bu müxtəlif rəvayətlərin bir şərhi də belədir:
Böyük Mehdinin çox vəzifələri var və siyasət aləmində, diyanət (din) aləmində, səltənət aləmində, cihad aləmindəki çox dairələrdə işləri olduğu kimi, hər bir əsr məyusiyət (ümidsizlik) vaxtında, mənəvi qüvvəsini sağlamlaşdıracaq bir yeni Mehdiyə və yaxud Mehdinin onların imdadına o vaxtda gəlmək ehtimalına möhtac olduğundan İlahinin rəhməti ilə hər dövrdə bəlkə hər əsrdə yeni Mehdi ali-beytdən çıxmış, cəddinin (ulu babasının-Məhəmməd s.ə.v-in) şəriətini mühafizə və sünnəsini canlandırmışdır. Məsələn: Nəqşibənd və aktabı ərbaa (yüksək dərəcəyə çatmış dörd alim, əhli sünnət alimləri ) və 12 imam kimi böyük Mehdinin bir qisim vəzifələrini icra edən şəxslər də daxil olmaqla, Mehdi haqqında olan rəvayətlərin Məhəmməd əleyhissalatu vəssələmdən olduğuna görə mənasına nəzərən rəvayətlər arasında uyğunsuzluq var və bir qisim əhli həqiqət belə demişdir: "Əvvələr çıxmışdır. Hər nə isə...

Bəli, yüzlərlə müqəddəs qəhrəmanlar yetişdirən və minlərlə mənəvi başçıları ümmətin başına keçirən və həqiqəti Quranın mayasıyla, imanın nuruyla, İslamiyyətin şərəfiylə bəslənən, təkəmmül edən (kamala çatmış), ali-beyt, əlbəttə, Axırzamanda şəriəti-Məhəmmədiyəni və həqiqəti-Furqaniyəni və sünnəti-Əhmədiyəni (s.ə.v) əhya ilə, elan və icra ilə, başçıları olan "Böyük Mehdi" nin kamalı ədalətini, haqq və ədalətini dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə, çox lazım, zəruri və ictimai həyatı insaniyətdəki düsturların lazımlısıdır..." (Suyalar, 456 )

Şəriəti-Məhəmmədiyyə: Peyğəmbər (s.ə.v)-in şəriəti, xəlifəlik
Şəriət: Qurani-Kərimin göstərdiyi və bildirdiyi yol
Həqiqəti-Furqaniyə: Qurani Kərimin əsası və mahiyyəti
Əhya: Yenidən canlandırma
Elan: Hər kəsə eşitdirmə
İcra: Tətbiq etmə

Bədiüzzaman həzrətləri hər əsrdə müsəlmanların ümidsizliyə qapıldıqları vaxtda, mənəvi güclərini dəstəkləmək, şövqlərini, mübarizədə güclərini artırmaq üçün bir yeni Mehdi mənasında (mücəddid) göndərildiyini və bu şəxslərin Axırzamanda gəlməsi gözlənilən böyük Mehdinin vəzifələrindən yalnız bir qismini yerinə yetirdiklərini ifadə edir.

Axırzamanda gözlənilən böyük Mehdi (ə.s)-ın da çıxdığı zaman Peyğəmbərimiz (s.ə.v)-in şəriətini xəlifə olaraq tətbiq edəcəyini, Qurani-Kərimin imanın əsası olduğunu və mahiyyətini izah edib ümmətin imanını gücləndirəcəyini, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini canlandıracağını, bunları açıq-aşkar bütün dünyaya göstərəcəyini və hər kəsə eşitdirəcəyini bildirir.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində işarə edilən əlamətlərin böyük əksəriyyətinin reallaşdığını, bir çox alimin və Bədiüzzamanın izahlarında da ifadə edildiyini göstərir, inşAllah, hicri XIV əsrdə, yəni hal-hazırda yaşadığımız əsrdə hz. Mehdi (ə.s)-ın başçılığı ilə İslam dünyaya hakim olacaq və bütün dünya bunu təsdiq edəcək. (Allahu aləm)

Mehdinin Üç Böyük Vəzifəsi

...Çox vaxt məktublarımda işarə etdiyim kimi, Mehdi Ali-Rəsulun təmsil etdiyi qüdsi camaatının şəxsi-mənəvi olan üç vəzifəsi var. Əgər qiyamət tez qopmazsa və bəşər tamamilə yoldan çıxmazsa, o vəzifələri onun cəmiyyəti və seyidlər camaatının edəcəyini, rəhməti-ilahiyyədən (Allahın rəhmətindən) gözləyirik. və onun üç böyük vəzifəsi olacaq:
Birincisi : Fənn və fəlsəfənin əsiriylə və madiyun (materializmin) və tabiyyun taunu (darvinizm, təbiətçilik inancının ), bəşər içinə intisar etməsiylə (yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni və materializm fikrini tamamilə susduracaq bir tərzdə imanı xilas edəcək. Əhli-imanı (imanlıları) dəlalətdən mühafizə etmək və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla, çox zaman tədqiqatla (araşdırmalarla) məşğuliyyəti iktiza etdiyindən (lazım bildiyinə görə), hz. Mehdinin o vəzifəsini şəxsən özü yerinə yetirməyə vaxtı çatmaz və halı buna icazə verməz. Çünki Məhəmmədiyə (s.ə.v) xəlifəliyi cəhətindəki səltənətə görə, onunla məşğul olmağa vaxtı qalmır. Hər halda o vəzifəni ondan əvvəl bir tayfa yerinə yetirəcək. O şəxs, o tayfanın uzun təsdiq etdiyi və yazdıqları əsəri özünə hazır proqram edəcək, onun ilə o birinci vəzifəni tam yerinə yetirmiş olacaq. Bu vəzifənin istinad etdiyi güc və mənəvi ordusu tək ixlas, sədaqət və qarşılıqlı sifətlərinə tam sahib olan bir qisim şagirdlərdir. Nə qədər az da olsalar, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətli sayılarlar. (Emirdağ Lahikası, 259)

Bədiüzzaman həzrətləri, Mehdinin 3 vəzifəsi olacağını bildirir.

..Fənn və fəlsəfənin təsiriylə və madiyyun (materializm) və tabiyyun (darvinizmin, təbiətçilik inancının) bəşər içində intisar etməsiylə (yayılmasıyla) hər şeydən əvvəl fəlsəfəni və maddiyun fikrini (materialist düşüncəsini) tam susduracaq.

Bədiüzzaman burada Mehdinin birinci və ən mühüm olan vəzifəsinin fəlsəfəni və materializm fikrini, yəni Allahı inkar etmək üçün qurulmuş materialist fəlsəfəni bütünlüklə susdurmaq olduğunu bildirir.

.... Mehdinin o vəzifəsini şəxsən özü yerinə yetirməyə vaxtı olmayacaq və halı da buna icazə verməz. Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (qrup) bir cəhətdə (bir istiqamətdə) yerinə yetirəcək. O şəxs (Mehdi), o qrupun uzun araşdırmaları ilə yazdıqları əsərləri özünə hazır bir proqram edəcək. Onun ilə o birinci vəzifəsini tam yerinə yetirmiş olacaq.

Bədiüzzaman həzrətləri burada Mehdinin ən əsas vəzifəsi olan fəlsəfəni və materializm fikrini, yəni materialist fəlsəfəni susdurduğu üçün, vaxtının olmayacağına görə, tələbələrinin geniş araşdırmalar nəticəsində hazırladıqları əsərləri özünə proqram olaraq seçəcəyini, onlardan faydalanacağını bildirir.

Bu vəzifənin istinad etdiyi güc və mənəvi ordusu, tək ixlas, sədaqət və təsanüd (qarşılıqlı yardımlaşma) sifətlərinə tam sahib olan bir qisim şagirdləridir (tələbələridir). Nə qədər az olsalar da, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətli sayılarlar.

Bədiüzzaman həzrətləri hz. Mehdi (ə.s)-a birinci vəzifəsinin yerinə yetirilməsində kömək edən tələbələrinin ixlas, sədaqət və təsanüd sifətlərinə (qarşılıqlı yardımlaşma) tam sahib olduqlarını, saylarının çox az olmasına baxmayaraq, etdiyi işlərə görə bir ordu qədər qüvvətli və qiymətli olduqlarını bildirir.

İkinci vəzifəsi: Xilafəti-Məhəmmədiyə (s.ə.v) (peyğəmbərimizin yerinə xəlifə) ünvanı ilə seairi-İslamiyəni (İslamın adətlərini) canlandırmaqdır. İslam aləminin vəhdətini (BİRLİK) nöqtəsini istinad edib (əsaslanıb) bəşəriyyəti maddi və mənəvi təhlükələrdən və qadabi İlahidən (Allahın qəzəbindən) qurtarmaqdır. Bu vəzifənin, istinad nöqtəsi və xidməti üçün milyonlarla fərdi ordular lazımdır. (Emirdag Lahikası, 259)

Hz. Mehdi (ə.s)-ın ikinci vəzifəsi isə xilafəti-Məhəmmədiyyə (peyğəmbərimizin yerinə xəlifə) ünvanı ilə seairi-İslamiyəni (İslamın adətlərini) yenidən canlandırmaqdır. (Emirdağ Lahikası, 259)

Hz. Mehdi (ə.s) bu anda müxtəlif qruplar halında dağınıq olan müsəlmanları birləşdirib, xəlifə olaraq başlarına keçəcək, İslamın əmrlərini, adətlərini, peyğəmbərimizin sünnələrini canlandıracaq, bidətləri (dinimizdə olmayan adətləri) aradan qaldıracaq.

Üçüncü vəzifəsi: İnqilab zamanıyla çox (inqilabın uzun müddətli olduğuna görə) ehkamı Quraniyənin (Qurani-Kərimin qəti əmirlərini) zədələnməsi ilə və şəriəti-Məhəmmədiyənin (s.ə.v) qanunları bir dərəcə boşluğa uğradığına görə (müəyyən müddət dayanmasıyla, yerinə yetirilməməsiylə) O şəxs, bütün əhli-imanın mənəvi köməkləriylə, İslam Birliyinin muavinətiylə (köməyi ilə), bütün alimlərin, övliyaların və xüsusilə Ali-Beytin nəslindən hər əsrdə qüvvətli və milyonlarla fədakar seyidlərin iltihaklarıyla (qatılmalarıyla, iştirakıyla) o vəzifəni yerinə yetirməyə çalışacaq. (Emirdağ Lahikası, 260)

Hz. Mehdi (ə.s)-ın üçüncü vəzifəsinin dövrün dəyişib və küfrün hakim olmasıyla zədələnilən bir çox Qurani-Kərim ehkamını (əmirlərini, hökmlərini) və müəyyən bir müddət təxirə salınan Peyğəmbərimiz (s.ə.v)-in şəriətini bütün müsəlmanların və Peyğəmbərimizin soyundan gələn seyidlər camaatının köməyi ilə yenidən canlandırmaq və tətbiq etmək olduğu bildirilir.

Birincisi: Axırdakı iki vəzifə, hərçənd, həqiqət nöqtəsində birinci vəzifə dərəcəsində deyildirlər, lakin xəlifeyi-Məhəmmədiyə (s.ə.v) və İslam Birliyi ordularıyla zəmin üzərində səltənəti, islamiyyəti davam etdirmək üçün hər kəs, xüsusilə, avam da, əhli-siyasət də, xüsusilə, bu əsrin fikirlərində o birinci vəzifədən min dəfə böyük görünür. Bu ad bir adama verildiyi vaxt bu iki vəzifə yada düşür. Siyasət mənasını hiss etdirər, bəlkə də özündən razılıq mənasını xatırladar, bəlkə bir şan, şərəf mövqepərəstlik və şöhrətpərəstlik arzularını göstərər və keçmişdən bəri çox safdil (axmaq) və mövqepərəst şəxslər "Mehdi olacağam" deyə iddia edərlər. Hərçənd hər əsrdə hidayətedici bir yeni Mehdi və mücəddid gəlir və gəlmiş, lakin hər biri üç vəzifədən yalnız birini bir cəhətdə yerinə yetirməsi etibarilə Axırzamanın Böyük Mehdi ünvanını almamışlar. (Emirdağ Lahikası, 260)

Bədiüzzaman həzrətləri keçmiş əsrlərdə gələn mücəddidlərin yuxarıda sayılan 3 vəzifədən (iman, həyat-şəriət) yalnız birini, bir cəhətdə yerinə yetirdiklərini və bu səbəblə Axırzamanın böyük Mehdisi ünvanını ala bilmədiklərini bildirir. Lakin Axırzamanda gələcək böyük Mehdi (ə.s) bu 3 vəzifənin hamısını qüsursuz olaraq yerinə yetirəcəyinə görə bu ünvanı alacağı bildirilir. Nəticə olaraq Axırzamanda gələcək Mehdi (ə.s) insanların imanının xilas olmasına vəsilə olacaq, materialist fəlsəfəni təmamilə məhv edəcək, xəlifə olaraq başa keçib, İslamın əmrlərini tətbiq edəcək, Quranın hökmlərini və peyğəmbərimizin şəriətini elan edəcək.

Ümmətin gözlədiyi Axırzamanda gələcək şəxsin üç vəzifəsindən ən mühümü, ən böyüyü və ən qiymətli olanı imanı təhqiqini (araşdırmaqla) əhli-imanı dəlalətdən qurtarmaqdır.

O şəxsin ikinci vəzifəsi şəriəti icra və tətbiq etməkdir. Birinci vəzifə maddi cəhətdən deyil, bəlkə, güclü etiqad, ixlas və sədaqətli olduğu halda bu ikinci vəzifə üçün çox böyük maddi bir qüvvət, bir hakimiyyət lazımdır ki, o ikinci vəzifə tətbiq edilsin.

O şəxsin üçüncü vəzifəsi, Xəlifeyi-İslamiyəti (İslam xəlifəliyini, hakimiyyətini) İslam Birliyinə bina edərək, İsəvi ruhaniləriylə ittifaq qurub İslam dininə xidmət etməkdir. Bu vəzifə çox böyük bir səltənət və qüvvət və milyonlarla fədakarların köməyi ilə tətbiq edilə bilər. Birinci vəzifə, o iki vəzifədən 3-4 dərəcə daha çox qiymətlidir, lakin o ikinci, üçüncü vəzifələr çox parlaq və çox geniş bir dairədə və parlaq bir tərzdə olduğuna görə, ümumi olaraq, hər kəsin və avamın nəzərində belə daha əhəmiyyətli görünər. (Sikke-i Tasdik-i Gaybi, 9)

Bədiüzzaman həzrətləri burada da Axırzamanda gələcək Mehdi (ə.s)-ın üç böyük vəzifəsinin olacağını bildirir. Bunlardan ən əhəmiyyətlisinin imana aid bütün məsələləri ixlasla, sədaqətlə yaymaq, əhli imanı dəlalətdən, İslamdan çıxmalardan, uzaqlaşmalardan qurtarmaq, ikinci vəzifəsinin şəriəti tətbiq etmək, üçüncü vəzifəsinin də xəlifə olaraq bütün İslami gücləri birləşdirib, bütün dünyanı fəsaddan, küfrdən, təmizləmək olduğunu bildirir.

Lakin ən əhəmiyyətli, ən müqəddəs, ən böyük vəzifəsi həqiqi imanı mühafizə nöqtəsində təcdid (yeniləmə, əvvəlki hala gətirmək) etməkdir. Şəriət ictimai həyat və siyasi dairələri ona nisbətən ikinci, üçüncü, dördüncü dərəcədə qalır. Hədisdəki rəvayətdə, dinin təcdidinin (dini yeniləmə) çox əhəmiyyətli olması isə, iman həqiqətlərinin təcdid etibarıyladır. Lakin, əfkarı-ammədə (ümumi düşüncələr), həyatpərəst insanların nəzərində zahirən geniş və hakimiyyət nöqtəsində cazibədar olan həyatı, ictimai İslami və dinin siyasi cəhətləri daha çox əhəmiyyətli göründüyü üçün, o nöqteyi-nəzərdən baxılar, məna verilər.

Həm bu üç xüsusiyyətin hamısının bir şəxsdə, yaxud camaatda bu dövrdə olması, mükəmməl olması və bir-birinə zərər verməməsi çox uzaq, sanki məqbul görünmür. Axırzamanda ali-beyt nəbəvinin (s.ə.v) camaatı nuraniliyi təmsil edən həzrəti Mehdi və camaatındakı şəxsi-mənəvidə ictimai (bir yerdə, cəmiyyətdə) edə bilər. (Kastamonu Lahikası, 139) (Sikke-i Tasdik-i Gaybi, 156)

Bədiüzzaman həzrətləri öz yaşadığı dövrdə bütün bu vəzifənin icrasının bir şəxsdə və ya bir camaatda olmasının qeyri-mümkün olduğunu, bunların hamısını ancaq Axırzamanda gələcək Mehdi və onun camaatının edəcəyini bildirir.

Bu zamanda elə fövqəladə cərəyanlar var ki, hər şeyi öz hesabına götürdüyü üçün, fərz olan, həqiqi gözlənilən və bir əsr sonra gələcək o şəxs, bu zamanda gəlsəydi, hərəkatını o cərəyanlara görə dəyişdirəcəkdi deyə təxmin edirəm. Həm də üç məsələ var: Biri həyat, biri şəriət, biri imandır. Həqiqət nöqtəsində ən mühüm və ən maksimum dərəcədə əsas olan iman məsələsidir. Lakin indi ümumi insanların nəzərində və halı aləm ilcaatında (məcbur edən) ən mühüm məsələ həyat və şəriət göründüyünə görə, o şəxs indi olsa da, 3 məsələni birdən ümumi rüyi-zəmində (dünyada) vəziyyətlərini dəyişdirməyin bəşərdəki cari olan adətullaha müvafiq olmadığından iman xidməti, safvetini (təmizliyini, paklığını) insanların ümumi nəzərində pozmasın deyə və avamın tez aldandığına görə, ağıllarında o xidmət başqa məqsədlərə alət olmadığı təsdiqlənənə kimi hər halda ən əsas məsələni vacib edib, digər dərəcəli məsələləri əsas görməyəcək. (Kastamonu Lahikası, 57 Sikke-i Tasdik-i Gaybı, 43)

"Fərz edək ki, həqiqi gözlənilən o şəxs" bu zamanda gəlsə...

Bədiüzzaman həzrətləri burada Mehdinin hələ gəlmədiyini ifadə edərək, öz yaşadığı dövrdə müsəlmanların imani məsələlərinin hələ həll edilmədiyini, Mehdinin gəlməsi üçün mühitin uyğun olmadığını və gözlənilən şəxsin o zaman da gəlsə, imani məsələlərin həll edilməsi üçün çalışacağını, özünün bu məsələlər üzərində işləyərək Mehdiyə mühit hazırladığını ifadə edir.

Bədiüzzaman Səid Nursi Həzrətlərinin daha əvvəlki izahlarında da ifadə etdiyi kimi hz. Mehdi (ə.s) əvvəl ən əzmli (qəti olan) və ən böyük məsələ olan iman mövzusunu həll edib, xüsusilə, aydın təbəqənin imanının xilas olmasına vəsilə olacaq. Birinci məsələ həll olduqdan sonra digər iki vəzifəsini də yerinə yetirib, bu üç əhəmiyyətli vəzifəni bitirəcək.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə Işarə Edən Ayələr
  • Qızıl Dövr
  • Qızıl Dövrdə Görülməmiş Bir Bolluq Olacaq
  • Texnologiyada Böyük Irəliləyişlər Olacaq
  • Elmdə Yaşanacaq Uğurlar
  • Qızıl Dövrdə Sənət
  • Cənnətdə Sənət
  • Quran Əxlaqında Yaşanacaq Gözəlliklər
  • Qızıl Dövrdə Ədalət
  • Qızıl Dövrdə Cəmiyyət Həyatı və Dövlətə Hörmət
  • Axırzamanda Din Əslinə Dönəcəkdir
  • Nəticə
  • Təkamül Yalanı
  • Qurani-Kərim və Hədislərdə Axirzaman
  • Mehdinin Çixiş Əlamətləri
  • Mehdinin Müxtəlif Xüsusiyyətləri
  • Mehdinin Fiziki Görünüşü (Xüsusiyyətləri)
  • Mehdinin Çixiş Zamani
  • Mehdinin Çixiş Yeri
  • Mehdi Dövründəki Həyat: Qizil Dövr
  • Şairlərin Şeirlərində Mehdi
  • Axirzamanla Əlaqədar Müxtəlif Mövzular
  • Mehdi Haqqinda Müxtəlif Mövzular
  • Qurandaki Hekayələr və Mehdiyyət
  • Risalə-i Nur Külliyyatinda Mehdi
  • Hz. İsa Əleyhissalam və Mehdi
  • Qurandan Mehdi və Axirzamana Aid İşarələr
  • Müxtəlif Qaynaqlarda Mehdi İlə Əlaqədar Rəvayətlər
  • Əlavə 1. Hissə - Hz. Mehdinin Çixişindan Əvvəl Meydana Gələcək Əlamətlər (Axirzaman Əlamətləri)
  • Əlavə 2. Hissə - Axirzamanin Hidayət Öndəri: Hz. Mehdi