Qurandan Mehdi və Axirzamana Aid İşarələr

Tarix boyu bir çox İslam alimi Axırzaman, Mehdi və hz. İsanın yenidən yer üzünə gəlişinə dair mövzuların üzərində dayanmış, bu mövzularla əlaqədar çox dəyərli işlər görmüşdür. Axırzamanda bir-birinin ardınca reallaşan əlamətlər, pisliklərin nümayəndəsi olaraq zikr edilən Dəccalın çıxışı və insanları bu qaranlıq dövrdən qurtaracaq hz. Mehdinin gəlişi, bu işlərin əsas məğzi (mövzusu) olmuşdur.

Mehdinin gəlişi, xüsusiyyətləri və dünyada qaldığı müddət ərzində edəcəkləri peyğəmbərimizin hədislərində çox dəqiq bildirilmişdir. Hədislərdə bildirildiyinə görə, Axırzaman - döyüşlərin, ixtişaşların, cinayətlərin, əxlaqi degenerasiyanın, zülmün, qıtlıq və səfalətin çox böyük bir artacağı dövr olacaq. Dünyanın dörd bir tərəfi fəlakətlərə bürünəcək, əxlaqi və ictimai çöküş qarşısında çarəsiz qalan insanlar düşdükləri vəziyyətdən xilas olmaq üçün Allahdan bir yardım edən, bir qurtarıcı istəyəcəklər.

Qurana baxdıqda tarix boyu bir çox qövmün Axırzamandakı insanlarla eyni vəziyyətə düşdüyünü və "...Rəbbimiz, bizi xalqı zalım olan bu ölkədən çıxar, bizə qatından bir vəli (qoruyucu sahib) göndər, bizə qatından bir kömək edən göndər..." (Nisa surəsi, 75) ayəsində də bildirildiyi kimi bir qurtarıcı istədiklərini görərik. Allah köməkçi istəyən bu qövmlərə elçilərini, xəbərdar edən və qorxuducu olaraq göndərmiş, onları hidayət yoluna dəvət etmişdir. Bu qurtarıcı onların yaşadıqları mövcud sistemin bütün mənfi istiqamətlərini düzəltmiş, ədaləti, sülhü və təhlükəsizliyi təmin etmişdir.

Qurandakı hekayələrdən anladığımıza görə, hər qövmün başına gələn hadisələrin əksəriyyətinin oxşar olmasıdır. İnsanların yaşadıqları ictimai çöküş, sonra Allahın xəbərdaredici olaraq elçilərini göndərməsi və elçinin gəlişiylə birlikdə yaşanan ədalətli, dinc həyat... Tarix boyu hər qövmün oxşar prosesləri yaşaması, Allahın bir ilahi qanunudur. Necə ki, Allah ayələrində bu haqda belə xəbər verir.

(Bu,) Daha əvvəldən gəlib-keçənlər haqqında (tətbiq olunan) Allahın qanunudur (sünnəsidir). Allahın qanununda (sünnəsində) qəti olaraq heç bir dəyişiklik tapa bilməzsiniz. (Əhzab surəsi, 62)

Allahın qanunlarında heç bir dəyişiklik olmadığı haqqında başqa ayələrdə isə belə xəbər verilir:

Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən! (Fatir surəsi, 42-43)

...Onlara xəbərdar edən-qorxuducu gəldiyində, nifrətlərindən başqa heç nəyi artırmadı. (Həm də) Yer üzündə böyüklük göstərərək və pisliyi düzüb-qoşaraq. Halbuki hiyləli tələ, öz sahibindən başqasını bürüyüb-əhatə etməz. Artıq onlar əvvəlkilərin qanunundan (sünnəsindən) başqasınamı əməl edirlər? Sən, Allahın qanununda (sünnəsində) qəti olaraq bir dəyişiklik tapa bilməzsin və sən, Allahın qanununda (sünnəsində) qətiliklə bir çevrilmə də tapa bilməzsən. (Fatır Surəsi, 42-43)

Axırzamanda da döyüş və iğtişaşlar bütün dünyanı bürüyəcək, əxlaqi çöküş kiçikdən böyüyə kimi bütün insanları öz təsiri altına salacaq, istər zəngin olsun, istərsə də kasıb olsun, hər ölkənin insanları iqtisadi cəhətdən çətinliyə düşəcəklər. Allah Axırzamanda baş verən bu böyük zülm qarşısında çarəsiz qalan insanların xilaskar tələblərinə görə hz. Mehdini göndərərərək cavab verəcək. O, insanları zülmdən qurtaracaq, bütün yer üzünü sülhlə dolduracaq. Mehdi ilə birlikdə kasıblığın yerini zənginlik, qıtlığın yerini bolluq, döyüşlərin yerini sülh, zülmün yerini sevgi və ədalət dolu bir həyat alacaq. İslam əxlaqının bütün batil dinlər üzərində hakim olacağı dövrün adı isə "Qızıl dövr" olaraq tanınır.

Oxuduğunuz bu işin bir məqsədi, Allahın insanlara bir rəhmət, hidayət rəhbəri və yol göstərici olaraq endirdiyi Qurani-Kərimdə Axırzamana və Mehdinin gəlişinə işarə edən ayələr üzərində dərindən düşünməkdir.

Quran - hökmü qiyamətə qədər etibarlı olan, möminlərin həyatının bütün sahələrini əhatə edən, hər hökmün qüsursuz olaraq bildirilən Allahın bənzərsiz kitabıdır. Quranın ən böyük möcüzələrindən biri ilk vəhyin gəlməsindən bu yana, hər əsrdə yaşayan bütün müsəlmanların onda öz dövrlərinə aid bir yol, bir işarə tapa bilmələridir. Quranda Axırzamana aid də işarələr mövcuddur. Xüsusilə, peyğəmbərlərin hekayələrində Axırzamana aid işarəli mənada ayələr var. Bu hekayələr üzərində düşünüləndə günümüzdəki hadisələrə işarə edən çox mühüm olan sirləri tapmaq mümkündür. Allah möminləri hekayələr üzərində düşünməyə təşviq edir:

Onların (Peyğəmbərlərin) rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir, iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.. (Yusif surəsi, 111)

Ayələrdəki işarələr Quranın hər əsrə aid və çox mənalı bir kitab olmasının nəticəsidir. Quran peyğəmbərimizin dövründə yaşanan hadisələrə, müxtəlif proseslərə aid olduğu kimi, Axırzamandakı hadisələrə də aiddir. Ayələrdə peyğəmbərimizin dövründə möminlərin apardıqları mübarizələri, ədalətli tətbiqləri və həyatları haqqındakı hekayələrdə, eyni zamanda bütün əsrlərə aid öyüdlər də verilmişdir. Hər bir ayə diqqətlə oxuyanlar üçün çox mənalar kəsb etmişdir, ayələrdə insanların ehtiyac duyduqları hər şey açıqlanmışdır. Bir ayədə Quranın bu xüsusiyyəti belə bildirilir:

"Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik". (Nəhl surəsi, 89). Bədiüzzaman Səid Nursinin "Qurani-hakim həqiqi elmləri havi (ehtiva edən, açıqlayan) bir müqəddəs kitabdır və bütün əsrlərdə insanların ümumi təbəqələrinə xitab edən, əzəli bir xütbədir (insanlara verilən öyüddür)". (Konfrans, 11) kimi sözlərində də Quranın hər əsrdəki insanlara xitab etdiyinə diqqət çəkilmişdir.

Bu dünyaya baxış cəhətdən araşdırılanda Quranda İslam əxlaqının yer üzünə hakim olacağı bir dövrün varlığına işarə edən bir çox ayələrin olduğu görünür. Allah Tövbə surəsində iman edən qullarını belə müjdələmişdir:

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)

Allah ayələrində İslam dinini bütün digər dinlərə üstün edəcəyini də xəbər vermişdir. İnkar edənlərin, insanları İslam əxlaqından uzaqlaşdırmaq üçün göstərəcəkləri hər cür səy və cəhd, Allahın köməyi ilə nəticəsiz qalacaq, Allahın bu vədi reallaşacaq. Quranda da bildirildiyi kimi "...Allahdan daha çox əhdinə vəfa göstərəcək olan kimdir?.. (Tövbə surəsi, 111) Peyğəmbərimizin bir çox hədisində xəbər verdiyi "Qızıl dövr" hz. Mehdinin və hz. İsanın yer üzünə gəlişləri ilə yaşanacaq və dünyanı İslam əxlaqının gətirəcəyi gözəllikləri ilə dolduracaq.

Mehdi və Axirzamana İşarə Edən Ayələr

Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsas surəsi, 5)

Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə yalvarıb-yaxarsınlar (Əraf surəsi, 94).

Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə (Allaha) yalvarsınlar. (Ənam surəsi, 42)

Sizə nə olub ki, Allah yolunda : "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən vəli göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

"Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (halal işlərdən olan qazanc) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm".." (Hud surəsi, 86)

İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırır ki, bəlkə onlar (tövbə edib pis yoldan) qayıtsınlar. (Rum surəsi, 41)

Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı (Nəhl surəsi, 112)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsıtmışdı ki, hətta, Peyğəmbər və iman gətirənlərlə birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə surəsi, 214)

Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar. (Məryəm surəsi, 59)

Kim Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar... (Taha surəsi, 124)

Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq.) görə məhv etdik. (Əraf surəsi, 96)

Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular. (Hud surəsi, 116)

O ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205)

Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) elçilərdənsən! Düz yoldasan! (Yasin surəsi, 3-4)

Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Məhəmməd əleyhissəlamdır).O səhifələrdə doğru-dürüst hökmlər vardır. (Bəyyinə surəsi, 1-3)

İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər. (Yunis surəsi, 2)

Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz! (Yunis surəsi, 47)

Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün, Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 33)

Onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər! (Fəth surəsi, 28)

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (rəhmətiylə) geniş olandır, Biləndir. (Maidə surəsi, 54)

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)

(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün, Biz, onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik. (Səcdə surəsi, 24)

Belə buyurdu: "Bir-birinizə düşmən kəsilərək hamınız oradan enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər gəldiyi zaman kim Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar (Taha surəsi, 123)

Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. (Zümər surəsi, 33)

Sənə də beləcə əmrimizdən olan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin Biz, onu, bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən. (Şura surəsi, 52)

Ümmilər (yazmağı-oxumağı bilməyənlər) arasında ,özlərindən peyğəmbər göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan) təmizləyər, onlara Kitabı və hikməti öyrədər. (Cümə surəsi, 2)

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün, O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda olanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər. (Bəqərə surəsi, 213)

Fitnə (şirk) qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir. (Ənfal surəsi, 39)

Kafirlərə de: "Siz tezliklə məğlub olacaq və Cəhənnəmə atılacaqsınız! Ora nə pis yataqdır (Ali İmran surəsi,12)

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir (Ənkəbut surəsi, 69)

Musa öz tayfasına: "Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!" - dedi. (Musaya iman gətirənlər) dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!" (Musa onlara belə) cavab verdi: "Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!" (Əraf surəsi, 128-129)

(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (İslamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi. (Ənfal sursəsi, 8)

Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik (haqqı batilin üstünə atarıq) və o da onun beynini darmadağın edər. Bir də baxıb görərsiniz ki, o yox olub getmişdir. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza (Ənbiya surəsi, 18)

De: "Rəbbim haqqı nazil edər. O, qeybi ən yaxşı biləndir!" De: "Haqq gəldi. Batil (küfr, şirk) yox oldu, bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar" (Səba surəsi, 48-49)

De: "Haqq (İslam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!" (İsra surəsi, 81)

Onlar Allahın nurunu) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu (dinini) tamamlamaq istəyər. (Tövbə surəsi, 32)

O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi peyğəmbərə tabe olurlar. O, onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları (zincirləri) açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!" (Əraf surəsi, 157)

Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. (Saff surəsi, 8)

Sonra elçilərimizi və iman gətirənləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir. (Yunis surəsi, 103)

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb nura yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar (Bəqərə surəsi, 257)

Kafirlər dedilər: "Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq". Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir (Qəsas surəsi, 57)

Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!"– dedilər. (Peyğəmbər) dedi: "Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?" Onlar dedilər: "Biz sizinlə göndərilənləri inkar edirik". (Zuxruf surəsi, 23-24)

Peyğəmbərlərə salam olsun (Saffat surəsi, 181)

Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən. (Bəqərə surəsi, 252)

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir (Bəqərə surəsi, 148)

Və deyirdilər: "Məgər biz divanə bir şairə görə məbudlarımızı tərk edəcəyik?" Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.. (Saffat surəsi, 36-37)

And olsun ki, göndərilən bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: "Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!" (Saffat surəsi, 171-173)

Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbr etdilər. Heç kim Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı. (Ənam surəsi, 34)

And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə). (Mursəlat surəsi, 1)

Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün edəcək. Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur (Saff surəsi, 9)

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir (Nur surəsi, 55)

(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman. İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir (Nəsr surəsi, 1-3)

Biz Zikrdən sonra Zəburda da, Ərzə (yer üzünə) və yalnız Mənim saleh bəndələrimin Varisçi olacağını yazmışdıq. (Ənbiya surəsi, 105)

(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir (Əhzab surəsi, 27)

... Sonra onların ardınca yer üzünün varisləri etmək üçün sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız. (Yunis surəsi, 13-14)

...(Sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edənmi? Məgər Allahla yanaşı başqa bir İlah var? Siz nə az düşünüb danışırsınız? (Nəml surəsi, 62)

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Ruhdan düşməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız (Ali-İmran surəsi, 139)

Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra zəfər qazananlar (intiqamını alanlar) başqa! Zülm edənlər isə hansı inqilaba uğradıqlarını çox yaxın bir vaxtda mütləq biləcəklər (Şüəra surəsi, 227)

...Zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz Şərqinə və Qərbinə varislər təyin etdik... (Əraf surəsi, 137)

Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir (Mücadələ surəsi-21)

Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir (İbrahim surəsi, 47)

Onlardan sonra da mütləq yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan və əzabımdan qorxanlara aiddir! Kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı. (İbrahim surəsi, 14-15)

Allahın köməyi və zəfər gəldiyi zaman. İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman. Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil)) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir (Nəsr surəsi, 1-3)

Sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın bir fəth, qələbə gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver (Saff surəsi, 13)

Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamamlayıb və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir (Fəth surəsi,1-3)

Allah sizin bilmədiklərinizi bilir. O, həm də (sizə) tezliklə bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)

Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur) (Yunis surəsi, 64)

De: "Hamı gözləyir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yola yönəldiyini (hidayətə yetişdiyini) biləcəksiniz" (Taha surəsi, 135)

...Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir (Həcc surəsi, 40)

Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edə bilərlər... (Fatir surəsi, 29)

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü böyükdür (ehsanı bol olandır). (Bəqərə surəsi, 261)

..."Rəbbinizin verdiyi ruzidən yeyin və ONA şükr edin. Gözəl bir diyar, bağışlayan bir Rəbbiniz var" (Səba surəsi, 15)

Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar (Yunis surəsi, 25-26)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə Işarə Edən Ayələr
  • Qızıl Dövr
  • Qızıl Dövrdə Görülməmiş Bir Bolluq Olacaq
  • Texnologiyada Böyük Irəliləyişlər Olacaq
  • Elmdə Yaşanacaq Uğurlar
  • Qızıl Dövrdə Sənət
  • Cənnətdə Sənət
  • Quran Əxlaqında Yaşanacaq Gözəlliklər
  • Qızıl Dövrdə Ədalət
  • Qızıl Dövrdə Cəmiyyət Həyatı və Dövlətə Hörmət
  • Axırzamanda Din Əslinə Dönəcəkdir
  • Nəticə
  • Təkamül Yalanı
  • Qurani-Kərim və Hədislərdə Axirzaman
  • Mehdinin Çixiş Əlamətləri
  • Mehdinin Müxtəlif Xüsusiyyətləri
  • Mehdinin Fiziki Görünüşü (Xüsusiyyətləri)
  • Mehdinin Çixiş Zamani
  • Mehdinin Çixiş Yeri
  • Mehdi Dövründəki Həyat: Qizil Dövr
  • Şairlərin Şeirlərində Mehdi
  • Axirzamanla Əlaqədar Müxtəlif Mövzular
  • Mehdi Haqqinda Müxtəlif Mövzular
  • Qurandaki Hekayələr və Mehdiyyət
  • Risalə-i Nur Külliyyatinda Mehdi
  • Hz. İsa Əleyhissalam və Mehdi
  • Qurandan Mehdi və Axirzamana Aid İşarələr
  • Müxtəlif Qaynaqlarda Mehdi İlə Əlaqədar Rəvayətlər
  • Əlavə 1. Hissə - Hz. Mehdinin Çixişindan Əvvəl Meydana Gələcək Əlamətlər (Axirzaman Əlamətləri)
  • Əlavə 2. Hissə - Axirzamanin Hidayət Öndəri: Hz. Mehdi