Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin Qızıl dövrü təsvir edən xəbərləriylə çox böyük uyğunluq təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin Peyğəmbərimizin xəbər verdiyi Axırzamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qulların güc və iqtidar sahibi qılınmasıyla əlaqədar ayələrdən bəziləri bunlardır:
Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf surəsi, 8-9)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcəkdir. (Yunus surəsi, 82)
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rad surəsi, 42)
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus surəsi, 13-14)
Allaha heç bir şeyi ortaq qoşmadan, şübhəsiz olaraq iman edənlərin yer üzünə varis qılınacaqları da Quranın bir çox ayəsində vurğulanan ilahi bir qanundur:
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)
və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”. Onlar dedilər: “Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. Musa dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”. (Əraf surəsi, 128-129)
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus surəsi, 13-14)
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)