Qızıl dövr məhsullarda və mallarda çox böyük bolluq və bərəkətin yaşandığı bir dövrdür. Bu dövrdə ehtiyacı olana istədiyindən qat-qat daha çoxu veriləcək, ən kiçik bir çətinlik, yoxluq, aclıq yaşanmayacaq. Yer üzündəki bütün zənginliklər ortaya çıxacaq, inkişaf etdirilən yeni əkinçilik texnologiyaları sayəsində torpaqdan hər zamankından olduqca daha çox məhsul əldə ediləcək. İman edən, Allah yolunda xidmət edən kəslərin bu yolda etdikləri hər cür gözəlliyin qarşılığı həm dünyada, həm də axirətdə qat-qat veriləcək. Həyatın hər anında yaşanan bolluq və bərəkət, İslam əxlaqını yaşayan möminlərə Allahın verdiyi bir gözəllik olacaq. Hər etdikləri iş onlara böyük bir zənginlik olaraq geri dönəcək. Allah bir ayəsində müsəlmanların mallarından Öz razılığı üçün infaq etdiklərində qarşılıq olaraq tapacaqları bərəkəti bu şəkildə ifadə edər:
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 261)
Bu dövrdə məhsullarda və mallarda o zamana qədər görülməmiş bir bolluq olacağı, bu məhsulların sayılıb, ölçülmədən hər istəyənə paylanacağı bir çox hədisi-şərifdə də bildirilir:
Mənim ümmətim o dövrdə elə bir rifah tapacaq ki, o günə qədər onun mislini qətiyyən tapmamışdır. Yer yemişini (qida məhsullarını) verəcək və insanlardan heç bir şey saxlamayacaq (verməməzlik etməyəcək)dir. Mal da o gün çox yığılmış olacaqdır. (2)
Rəsulullah buyurdu ki: "Ümmətimin sonunda bir xəlifə gələcək, malı ədədlə saymayacaq, ovucla ovuclayacaqdır."(3)
O zaman ümmətim, yaxşısı, pisi, hamısı da mislini görmədikləri nemətlərlə nemətlənər. Allah onlara, bol yağış göndərər. Ərz bitkidən bir şey saxlamaz. Mal yox olar. (4)
…Səma yağışından heç bir şeyi əsirgəməyəcək və comərdcə bol yağdıracaq. Yer üzü və bitkilərindən heç birini əskik buraxmayacaq və şübhəsiz, onları kamalı ilə bitirib ortaya çıxaracaq. Hətta, yaşayanlar (özlərində olan nemətləri görmələri üçün) ölülərin də həyatda olmalarını istəyəcəklər. (5)
…Ümmətin istər yaxşıları və istərsə də pisləri, misli əsla görülməmiş şəkildə, xeyli çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək, torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (6)
Peyğəmbərimiz belə buyurdu: "Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul yığacaq və bu malı ədəd olaraq əhatə edib saymayacaq." (7)
Mehdi insanlara malı və əşyanı paylayarkən, saymadan bol-bol verəcək. (8)
…Yer üzü içindəki xəzinələri çölə atacaq. (9)
… Ərz, içərisində gizlədiyi bütün zənginliklərini, qızıldan və gümüşdən sütunlar halında çölə atacaqdır. (10)
İnsanlar bir qab buğda əkdiklərində qarşılığında yeddi yüz qab əldə edəcəklər... İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc əldə edəcək... Çox yağış yağmasına baxmayaraq, bir damlası belə boşa getməyəcəkdir. (11)
Bu rəvayətdə Axırzamanda müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum islahı işləri və yağış sularının yeni anbarlar, gölməçələr edilərək qiymətləndirilməsi nəticəsində meydana gələcək istehsal artımına diqqət çəkilir.
Necə ki, indiki vaxtda texnologiya çox böyük bir sürətlə inkişaf edir, məhsulların həm keyfiyyətində, həm də istehsal miqdarında çox-çox artıma gedilə bilir. Xüsusilə də, genetika elmində yaşanan çox sürətli inkişaf, texnologiyanın hər növündə olduğu kimi əkinçilik texnologiyasında da böyük bir inqilab yaşadır. Şübhəsiz, gün keçdikcə bu məhsuldarlıq da gedərək daha çox artacaq və Qızıl dövrdə ən üst nöqtəsinə çatacaqdır.
Peygamberimizin Altınçağ ile ilgili bir hadisi şöyledir: "O zaman ümmetim, iyisi kötüsü hepsi de mislini görmedikleri nimetlerle nimetlenir. Allah onlara, bol yağmur gönderir. Arz nebattan bir şey saklamaz. Mal hakir olur." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 16) Altınçağ mallarda ve ürünlerde çok büyük bir bolluğun yaşanacağı bir dönemdir. Bu dönemde teknolojide ve bilim alanında yaşanacak olan gelişmeler sonucunda ürünlerde üstün bir kalite, dayanıklılık ve bereket sağlanacaktır. |
Axırzamanda texnologiya sahəsindəki hər inkişaf heç bir ayrı-seçkilik güdülmədən bütün insanların faydasına istifadə ediləcək. İndi yalnız müəyyən zümrələr, ya da cəmiyyətlər texnologiyanın təmin etdiyi asanlıqlardan, gözəlliklərdən və imkanlardan faydalana bilərkən, Qızıl dövrdə bütün dünya xalqları, irq, yaş, cinsiyyət, dil fərqi güdülmədən, bərabər bir şəkildə texnologiyadan istifadə edə biləcəklər. Zəngin də, kasıb da bu nemətlərdən eyni nisbətdə faydalana biləcək, heç kim imtiyazlı olmayacaq. Heç bir insan aclıq, səfalət çəkməyəcək, çox böyük bir bolluq və bərəkət içində yaşayacaq. Bu bolluğun təmin edilməsi üçün də, əldəki bütün texnoloji imkanlar istifadə ediləcək, sağlam, ləzzətli, dayanıqlı, ucuz və çox bol məhsul verən bir əkinçilik sisteminə keçiləcək. Bu mövzudakı texnoloji nailiyyətlərin nələr ola biləcəyi günümüzün elmi inkişaflarıyla da yavaş-yavaş ortaya çıxır. Xüsusilə də, genetika sahəsində edilən işlər Qızıl dövrdə yaşanacaq olan bolluq və bərəkətin bir xəbərçisidir.
Genetika elmi bitki mənşəli və heyvani qida istehsal sahələrində çox geniş bir tətbiq sahəsinə malikdir. Bitkilərin genetik şifrələrində, yəni DNT-lərində, xəstəliyə səbəb olan xüsusiyyətlərin yaxşılaşdırılması, keyfiyyətin və möhkəmliyinin artırılması yavaş-yavaş mümkün ola bilir. Sağlam bir məhsulun yaxşı və keyfiyyətli xammallardan əldə edilə biləcəyi düşünülsə, bu üsullarla soyuğa, istiyə və çox şoranlığa davamlı bitkilərin çıxarılması təmin edilib, əkinçilik sahəsində çox köklü bir yenilik olacaq. Bu şəkildə hər hansı bir məhsuldakı zülal ya da vitamin nisbətlərinin artırılması, DNT hissələri köçürülərək təmin edilə biləcək. Eyni üsul istifadə edilərək xəstəliklərə, çətin iqlim şərtlərinə və zərərli həşəratlara dözümlü bitkilər əldə etmək üzrə işlər davam edilir və çox sürətli nəticələr alınır. Toxumlar üzərində edilən bu genetik işlərlə hər cür zərərli təsir azaldılır, əvvəldən yalnız müəyyən mövsümlərdə yetişən bitkilərin, dörd mövsümdə də yetişdirilə bilməsinə çalışılır. Bütün bu işlərin nəticələnməsi əkinçilik sahəsində çox böyük bir bolluğun və bərəkətin xəbərçisi olacaq. Axırzamanda İslam əxlaqını hakim edəcək səmimi müsəlmanlar, məhsullarda yaşanan bu bolluğu insanlar arasında ədalətlə paylayacaqlar, hər istəyənə istədiyindən saymadan misliylə verəcəklər. Allah bu üstün əxlaqı göstərən bütün qullarını hər dövrdə çox böyük bir bolluq içində yaşatmışdır, onları dünyada və axirətdə çox böyük nemətlərlə müjdələmişdir. Bu müjdə Nəhl surəsində bildirilir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Genetika elmi kimi digər elmi işlər də meyvə, tərəvəz kimi hər cür yeməyin xarab olub çürümədən daha uzun müddət qala bilməsi üzərində cəmləşmişdir. Axırzamanda yaşanacaq olan bolluğun bir işarəsi də məhsulların uzun müddət xarab olmadan qala bilməsi, saxlana bilməsi, içlərindəki hər cür zərərli maddələrdən təmizlənilməsi olacaq. Bu mövzuda, texnologiya sahəsində çox böyük nailiyyətlər yaşanıb, yeni üsullar ortaya çıxır. Şüalanma, yüksək istilik, yüksək təzyiq və genetik işlər bu məhsulların xarab olmalarına gətirib çıxaran bakteriyaların təsirsiz hala gətirilməsini və beləcə aylarla xarab olmadan saxlanmasını təmin edə bilir. Məsələn, yeməklərin qamma ya da elektron şüalanmasıyla, xarab olmasına və çürüməsinə gətirib çıxaran bir sıra mikrobların, bakteriyaların, böcək yumurta və qurdlarının azaldılması ya da tamamilə yox edilməsi mümkün olur. Şüa dozasına görə əldə edilən nəticə də dəyişir. Davamlılığın təmin edilməsi ilə yanaşı qida zəhərlənmələrinin də qarşısını almaq bu şəkildə mümkün ola bilir. Bu əməliyyata tabe olunmuş yeməklər təbii quruluşundakı dadını, təzəliyini, ləzzətini və rəngini əslinə çox yaxın bir şəkildə qoruya bilir, təbii mayelərini də itirmir. Şüalanan bir çiyələk aylarla xarab olmadan soyuducunda qalır, bir kartof cücərmədən aylarla qala bilir. Bu yolla israfın maneə törədilməsi, əldəki bütün zənginliyin ən yaxşı şəkildə istifadə edilməsi mümkün ola biləcək, çürümələrin, xarab olmaların qarşısı alınacaqdır.
Hələ sınanma mərhələsində olan və çox məhdud sahələrdə tətbiqə keçən bütün bu texnoloji nailiyyətlər Axırzamanda yaşanacaq bolluq və bərəkətin təmin edilməsində, şübhəsiz, çox təsirli olacaq. Bunun sayəsində əldəki imkanlar ən yaxşı şəkildə istifadə ediləcək, israf və iş qüvvəsi minimuma endiriləcək, insanlar çox davamlı, keyfiyyətli və bolluqla istehsal edə biləcəklər. Qızıl dövrdə bütün bu texnologiya yer üzündəki insanların faydasına istifadə ediləcək, nemətlər insanlar arasında ədalətli bir şəkildə paylaşdırılacaq. Ölkələr, irqlər, birliklər arasında heç bir ayrı-seçkilik güdülməyəcək. Bir-birindən kilometrlərlə uzaqda yaşayan, ya da mədəni baxımdan aralarında heç bir bənzərlik olmayan xalqlarda da eyni bərabər paylanma və ədalətli rəhbərlik hakim olacaq. Yer üzündəki bu cənnətə bənzər mühiti təmin edən də Quran əxlaqının həqiqi mənada yaşanması olacaqdır. Allahdan qorxub çəkinən, hər etdiyi işdə Allaha yönəlib dönən səmimi müsəlmanların ədalətli rəhbərliyi dünya üzərində çox böyük bir etibar, dinclik və bərəkət meydana gətirəcəkdir.
Teknolojide yaşanan gelişmeler tohumkalitesinde ve sulama teknolojilerinde çok etkili olacaktır. Böylece pek çok kurak arazi verimli hale gelecek, mahsulde artış yaşanacaktır. Teknolojinin tarım alanında yapacağı katkılardan biri de uyduların yardımı olacaktır. Uydular aracılığıyla anı anına izlenebilen tarımsal alanlarda, her türlü zarara karşı çok önceden önlem alma imkanı doğacaktır. Hem iklim şartları, hem yeraltındaki mineral ve su kaynakları, hem de zararlı bitki ve haşareler uydu aracılığıyla çok yakından izlenecek, mahsule zarar vermeden önce gereken tedbirler alınacaktır. (Yanda) Uydudan alınan bu resimde zararlı böcekler tarafından işgal edilen bölgeler kırmızı olarak gösterilmiştir. Günümüzde uydu teknolojileriyle tarım alanlarının kontrolü Amerika'nın bazı eyaletlerinde uygulamaya geçmiş ve çok olumlu sonuçlar alınmıştır. Genetik çalışmalar sonucunda vitamin oranı yüksek, uzun süre dayanan ve daha gelişmiş ürünler elde edilecektir. |
Axırzamanda məhsullarda yaşanacaq bolluğa işarə edən bir başqa texnoloji nailiyyət də çöllərin yaşıllaşdırılmasıdır. Dünyada quru sahəsinin 43%-ni çöllərin meydana gətirdiyi düşünülsə, bu mövzunun əkinçilik texnologiyası üçün nə qədər böyük bir əhəmiyyət daşıdığı daha asan aydın olar. İndiki vaxtda suyun səmərəsiz çöl torpaqlarına qədər çatdırılmasıyla ən quraq torpaqlarda belə istehsal mümkün olur. Əgər bu yüksək texnologiya bütün çöllərə tətbiq olunsa, qıtlığın kənarında olan bir çox ölkə çox məhsuldar əkin sahələrinə qovuşacaq. Təbii ki, bunun üçün çox böyük bir texnologiya lazımdır.
Çöl bölgələrində əkinçilik edilməsi üçün suvarma mövzusunun həll edilməli və əkin edilə bilən torpaqların təmin edilməlidir. Bunun üçün üzərində işlənilən texnologiyalardan biri kompyuter idarəsində edilən suvarmadır. Bu texnologiyayla su axını bitkilərin kök bölgələrinə istiqamətləndirilir, tək bir damla suyun belə israf edilməsinə maneə törədilir. Hər cür suyun arıdılaraq istifadə olunması da çöl əkinçiliyində çox əhəmiyyətli bir yer tutur. Bunun üçün sel və dəniz sularının çox sürətli bir şəkildə istifadəsi də əkinçilik texnologiyasının təməlini meydana gətirir. Bu şəkildə çox geniş bir su qaynağı təmin ediləcək və ölkə iqtisadiyyatlarına çox böyük bir dəstək təmin ediləcək. Peyğəmbərimiz hədislərində suyun çox məhsuldar şəkildə istifadə edilməsinə də işarə etmişdir:
"…ümmətin istər yaxşıları və istərsə də pisləri, misli əsla görülməmiş şəkildə xeyli çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək, torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq." (12)
Daha əvvəl də dediyimiz kimi "Qızıl dövr" olaraq da adlandırılan bu dövrdə çox böyük bir zənginlik və rifah yaşanacaq. Ehtiyac içində olana istədiyindən qat-qat çoxu veriləcək, heç bir şey sayılıb-ölçülməyəcək. Bundan əvvəlki dövrün xüsusiyyəti isə böhran, dolanışıq çətinliyi və darlıq illəri olmasıdır. Bu dövrdə kasıblar daha da kasıblaşarkən, zənginlərin malı, mülkü qat-qat artır. Hədislərdə də Axırzamanın bu xüsusiyyəti vurğulanır.
Kasıblar Çoxalacaq. (13)
Allah dindən uzaqlaşan insanlara aclıq və səfalət kimi bəlaları bir xəbərdarlıq olaraq verir. Halbuki, böyük çətinlik içində yaşayan bu insanlar əgər iman etsələr, çətinliklər ardınca bir asanlıq tapacaqlar. Həqiqətən də, Allah iman edən və öz yolunda çalışan, şövqlə xidmət edən müsəlmanlara çox böyük bir zənginlik, rifah və xoşbəxtlik yaşadarkən, inkar edənlərə də bu inkarlarına görə çox böyük bir çətinlik yaşadır. Allah insanların nankorluq etdikləri dövrlərdə, onlara lütf olaraq verdiyi nemətləri əllərindən alır, onları aclıq və qorxuyla sınayır. Bu İlahi ədalət, bir ayədə belə xəbər verilir:
İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. (Rum surəsi, 41)
Quranda nankorluqları nəticəsində Allahdan quraqlıq və məhsul qıtlığına uğradılan Firon və ətrafı nümunə olaraq verilər. Firon çox böyük bir zənginlik və mülk içindəykən Allah tərəfindən bir xatırlatma olaraq məhsul qıtlığıyla sınanmışdır:
Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. (Əraf surəsi, 130)
Quranda bəhs olunan digər bir çox hekayədə inkarçı qövmlərin bu xüsusiyyətləri üzərində dayanılır:
Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi, 112)
Allah inkarçılara yaşatdığı böhranın həqiqi səbəbini bir ayədə belə bildirir:
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Taha surəsi, 124)
Elçilərin sözlərinə qulaq asmayan və inkarda inad edən birliklər hər dövrdə çox böyük bir çətinliklə qarşılıq görmüşlər. Halbuki, hədislərdə bildirildiyi və Quran ayələrində xəbər verildiyi kimi müsəlmanlar imanlarının qarşılığı olaraq böyük nemətlərlə mükafatlandırılarlar. Bundan başqa Peyğəmbərimiz də xüsusilə ümmətinin son dövründə, yəni Axırzamanda müsəlmanların böyük bir bolluq içində yaşayacaqlarını xəbər vermişdir:
"…Elə bir zaman gələcək ki, o zamanda adam (ayırdığı) qızıl sədəqəsiylə (tərəf-tərəf) gəzəcək də, sonra əlindən sədəqəsini alacaq heç bir (kasıb) kimsə tapa bilməyəcəkdir." (14)
"…O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərzin nəbatatı çox-çox olacaqdır."(15)
"…Şübhəsiz ki o zamanda mal çoxalıb su kimi axacaq da, onu heç bir kimsə (tənəzzül edib) qəbul etməyəcəkdir." (16)
Çöllerin yeşertilmesine bir işaret de, Peygamberimizin "...yer namına ne varsa hepsi ekilecek" şeklindeki hadisidir. (Kıyamet Alametleri, s.255) Dünyadaki kara parçalarının %43'ünü çöllerin oluşturduğu düşünülürse, çöllerin yeşertilmesinin kıtlık çeken ülkeler için ne kadar büyük önem taşıdığı daha iyi anlaşılır. Çöllerin yeşertilmesi konusunda başka bir araştırma konusu ise topraksız tarımdır. Altınçağ'da hiç toprak olmadan yapılacak olan tarım, özellikle de iklim koşullarının elverişsiz olduğu düşük gelirli bölgeler için çok büyük bir önem teşkil edecektir. Üstelik bunun için bölgedeki su koşulları da önemli değildir. Şu an dünyanın çok kısıtlı bölgelerinde uygulamaya geçirilen "Hydroponics" ismini taşıyan bu teknoloji ile çok verimsiz çöl ortamlarında dahi sebze üretimi yapılabilecek, kuraklık ve sefalet yaşayan bölgeler bolluk ve bereketle dolacaktır. Su içinde meyve ve sebze üretimi yapılmasının pek çok avantajları arasında bitkinin ihtiyaç duyduğu mineralin istendiğinde üretici tarafından eklenebilmesi, suda ve toprakta bulunan mikropların olmaması sayılabilir. Çöl bölgelerinde tarım yapılabilmesi için sulama konusunun çözülmesi gerekir. Bunun için üzerinde çalışılan teknolojilerden biri bilgisayar kontrolünde yapılan sulamadır. Bu teknolojiyle su akışı yönlendirilmekte ve suyun israf edilmesi engellenmektedir. Altınçağ'da tüm bu teknolojiler insanların hizmetine verilecektir. |
2. Sünen-i İbni Mace, 10-347/ Ramuz el Ahadis, s. 508/ İbni Mace-Tabaranai'nin Kebiri
3. Sahih-i Müslim, 11/351
4. Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 16
5. Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 437
6. El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
7.Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 433
8. El-Kavlu Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24
9. El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 45)
10.Ölüm-Kıyamet-Ahiret ve Ahir zaman Alametleri, s.464
11.Kıyamet Alametleri, s. 164/ El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24
12.El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23
13. Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.457
14.Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.462
15. El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 26
16. Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.464