Peyğəmbərimizin hədislərində bildirildiyinə görə Qızıl dövrün əvvəlində cəmiyyətdə çox böyük bir pozulma və ədalətsizlik hökm sürəcəkdir. Oğurluq, saxtakarlıq, fırıldaqçılıq çox artacaq, ehtiyac içində olan güdülməyəcək, yalnız çox kiçik bir zümrə bolluq içində yaşayacaqdır. Quran əxlaqının hakim olduğu dövrdə, yəni Qızıl dövrdə isə cəmiyyətin hər seqmentində həqiqi mənada ədalət, dinclik və mühafizə dolu bir mühit olacaqdır. Yaşanan bu ədalət dolu mühitin bir nəticəsi olaraq insanlar heç bir saxtakarlığa, pisliyə, haram hərəkətlərə də yanaşmayacaqlar. Çox böyük bir dinclik və güvən təmin ediləcəkdir. Axırzamanda yaşanacaq ədalət dolu mühitdən hədislərdə bu şəkildə bəhs edilir:
"… Yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu düzgünlük və ədalətlə doldurar. "18
Yer üzü, zülm və işgəncə yerinə ədalətlə dolacaqdır. 19
… Dünya ədalət və haqqın yerini tapması ilə dolar...20
Ədalət o qədər bol olacaq ki, zorla mal alınan hər mal sahibinə geri verildiyi kimi, bir insanın başqasına aid olub, dişində qalmış bir şey belə sahibinə qaytarılacaqdır... Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın, yanlarında heç kişi olmadan, rahatlıqla, həccə gedəcəkdir. 21
Malı bərabər bir şəkildə insanlara paylayacaqdır. Onun ədaləti hər yeri örtəcəkdir. Zülmlə dolan dünya o gəldikdən sonra ədalətlə dolub daşacaqdır... Hz. Mehdinin dövründə ədalət o qədər bol olacaq ki, zorla alınan hər mal sahibinə geri verildiyi kimi, bir insanın başqasına aid olub, dişində qalmış bir şey belə sahibinə qaytarılacaqdır... Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın, yanlarında heç kişi olmadan, rahatlıqla, həccə gedəcəkdir. 22
Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Yuxarıdakı ayədə bildirildiyi kimi Allah möminlərə həmişə ədalətli olmalarını əmr etmişdir. Quran əxlaqının hakim olduğu bir dövrdə də bu səbəblə ədalət, inananlar tərəfindən tam mənasıyla yaşanacaqdır. Bütün insanların hər cür imkandan faydalanması təmin ediləcək, istəyənə istədikləri misliylə veriləcək, ehtiyac içində olan qorunub, mühafizə ediləcəkdir. Buna görə də insanlar Quran əxlaqına uyğun gəlməyən heç bir davranışda olmayacaq, haqsızlıq, zülm tamamilə ortadan qalxacaqdır.
Qızıl dövrdə Qurandakı hər ayə çox dəqiqliklə tətbiq olunacaq, bunun nəticəsində də cənnət bənzəri, dinclik, sülh və gözəllik dolu bir mühit meydana gələcəkdir. Bu mühitdə yaşayan bir müsəlmanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə hər vəziyyət və şərtdə ədaləti dəstək olması, insanların ədalət içində yaşamaları üçün səy sərf etməsi və özünün də bu mövzuda heç bir zaman vaz keçməməyidir. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə həyatın hər anında ədalət bərpa olunacaqdır. Heç bir insanın haqsızlığa uğramasına, əməyinin qarşılığını almamasına, səfalət içində yaşamasına, maddi çətinlik çəkməsinə icazə verilməyəcəkdir. Heç bir insandan edə biləcəyindən çoxu istənməyəcək, bununla yanaşı hər cür asanlıq və imkan da təmin ediləcəkdir. Quranda iman edən qulların insanlar arasında hər vaxt üçün haqq və ədalətlə hökm etmələrini əmr edən ayələrdən bəziləri bu şəkildədir:
Şübhəsiz Allah, ədaləti, lütfkarlığı, yaxınlara verməyi əmr edər; çirkin utanmazlıqlardan, pisliklərdən və zorbalıqlardan çəkindirər. Sizə öyüd verilməkdədir, ümid edilər ki öyüd alıb düşünərsiniz. (Nəhl surəsi, 90)
Şübhəsiz Allah, sizə əmanətləri əhlinə (sahiblərinə) təslim etmənizi və insanlar arasında hökm etdiyinizdə ədalətlə hökm etmənizi əmr edir... (Nisa surəsi, 58)
Yaratdıqlarımızdan, haqqa yönələn və onunla ədaləti edən (tətbiq edən) bir ümmət vardır. (Əraf surəsi, 181)
Ey iman edənlər, ədalətli şahidlər olaraq, Allah üçün, haqqa dəstək olun. Bir birliyə olan kininiz, sizi ədalətdən saxlamasın. Ədalətli olun. O, təqvaya daha yaxındır... (Maidə surəsi, 8)
İndiki vaxtda dünya üzərində çox böyük bir ədalətsizlik və insanlar arasında bərabər olmayan bir sıra problem yaşanır. Aclıqdan ölən uşaqlar, ya da tək bir çörək üçün bir-birlərini öldürməyə çalışan insanların görünüşü ağla dərhal ictimai ədaləti gətirər. Dünyanın ən zəngin 200 adamının sərvətlərinin 2.5 milyard insanın sərvətinə bərabər gəlməsi, dünya üzərində yaşanan ədalətsiz sistemin ən açıq göstəricisidir. Bu insanlar hələ sərvətlərinə sərvət qatmaqla məşğul olarlarkən, ağıllarından bir an belə bu insanlara kömək etmək keçməməkdədir. Sırf zövq və pozğunluq üçün xərclənən ya da məqsədsiz olaraq yığılıb yığılan pullar, bəlkə də aclıqdan ölən yüz minlər üçün bir çıxış yolu, qurtuluş ümidi ola biləcəkkən, bu insanlardan üz çevrilmişdir. Allah ayələrində yoxsullara, ehtiyac içində olanlara kömək etməyən bu insan xarakterini bu şəkildə izah edər:
Xeyr; əksinə, siz yetimə ikram etmirsiniz. Yoxsula yedirmək üçün bir-birinizi təşviq etmirsiniz. Mirası, sərhəd tanımaz (halal, haram aldırmaz) bir tərzdə yeyirsiniz. Malı bir yığma ehtirası və ehtirasıyla sevirsiniz. (Fəcr surəsi, 17-20)
Bunlar eqoizm, öz mənfəətlərini düşünmə, köməkləşmə və həmrəylik duyğularının yox olması kimi əxlaqi pozulmaların nəticələridir. Bu vəziyyətdə də yenə tək həll Quran əxlaqının cəmiyyətlərdə məşhur şəkildə yaşanması olacaq. Çünki Quranda təsvir edilən əxlaqa sahib insanlar, ədalətli, şəfqətli, mərhəmətli, ehtiyac içində olana kömək edən kəslərdir və ancaq belə bir əxlaqa sahib olan insanların varlığıyla yer üzündə ədalət, bolluq və bərəkətli bir həyat reallaşa bilər.
Quranda insanlar arasındakı ictimai ədalətin təmin edilməsinə istiqamətli tövsiyələrin olduğu ayələrdən bəziləri bunlardır:
Sevdiyiniz şeylərdən sədəqə verənə qədər əsla yaxşılığa çata bilməzsiniz. Hər nəyi sədəqə versəniz, şübhəsiz Allah onu bilər. (Ali-İmran surəsi, 92)
Qızılı və gümüşü yığıb da Allah yolunda xərcləməyənlər... Onlara ağrılı bir əzabı müjdələ. (Tövbə surəsi, 34)
Ey iman edənlər, qazandıqlarınızın yaxşı olanından və sizin üçün yerdən bitirdiklərimizdən sədəqə verin. Özünüzün göz yummadan ala bilməyəcəyiniz xeyli şeyləri verməyə cəhd etməyin və bilin ki, şübhəsiz Allah, heç bir şeyə ehtiyacı olmayandır, təriflənməyə layiq olandır. (Bəqərə surəsi, 267)
Sədəqələri açıqda versəniz nə yaxşı; lakin gizləyib kasıblara versəniz bu, sizin üçün daha xeyirlidir. O, günahlarınızdan bir qisimini bağışlayar. Allah, etdiklərinizdən xəbəri olandır. (Bəqərə surəsi, 271)
Və onlar-Rəblərinin yüzünü (məmnuniyyətini) istəyərək səbr edərlər, namazı dümdüz edərlər, özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq şəkildə sədəqə verərlər və pisliyi yaxşılıqla dəf edərlər. Onlar, bu yurdun (dünyanın gözəl) nəticəsi (axirət xoşbəxtliyi) onlar üçündür. (Rəd surəsi, 22)
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)
(Sədəqələr) Özlərini Allah yolunda həsr edən kasıblar üçündür ki, onlar, yer üzündə gəzməyə güc çatdıra bilməzlər. İffətlərindən ötəri bilməyən onları zəngin sanar. (Amma) Sən onları üzlərindən tanıyarsan. Üzsüzlük edərək insanlardan istəməzlər. Xeyrdən hər nəyi sədəqə versəniz, şübhəsiz Allah onu bilər. (Bəqərə surəsi, 273)
Əgər (borclu) çətinlik içindədirsə, ona əlverişli bir zamana qədər müddət (verin). (Borcu) Sədəqə olaraq bağışlamanız isə, sizin üçün daha xeyirlidir; əgər bilsəniz. (Bəqərə surəsi, 280)
Özləri, ona duyduqları sevgiyə baxmayaraq yeməyi, yoxsula, yetimə və əsirə yedirərlər. "Biz sizə, ancaq Allahın üzü (razılığı) üçün yediririk; sizdən nə bir qarşılıq istəyirik, nə bir təşəkkür." (İnsan surəsi, 8-9)
"Yetimi itələyib-qaxan, yoxsulu doyurmağı təşviq etməyən odur." (Maun surəsi, 2-3)
Sizə nə olur ki, Allah yolunda infak etmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. İçinizdən, fəthdən əvvəl infak edən və döyüşənlər (başqasıyla) bir olmaz. İşdə onlar, dərəcə olaraq sonradan infaq edən və döyüşənlərdən daha böyükdür. Allah, hər birinə ən gözəl olanı vəd etmişdir. Allah, etdiklərinizdən xəbərdardır. (Hədid surəsi, 10)
Qızıl dövr Allahın bütün bu əmrlərinin əskiksiz olaraq yerinə yetirildiyi, ədalətin, fədakarlığın, köməksevərliyin ən sıx olaraq yaşandığı, müqəddəs bir dövr olacaq. Bu müqəddəs dövrdə malı olan asanlıqla ehtiyacı olana verəcək, hər kəs bir-birinin rahatlığını, rifahını və rahatlığını düşünəcəkdir. Bu paylaşmanın sonunda hər kəs bərabər rifah səviyyəsinə çatacaq, aclıq, səfalət kimi bir çox problem özbaşına həll ediləcəkdir.
18.Süneni-i Ebu Davut, 5/93
19.Kıyamet Alametleri, s. 163
20. Mektubat-ı Rabbani 1/251
21. El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23
22.El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23