Mehdi Dövründəki Həyat: Qizil Dövr

İslamın dünya hakimiyyəti dövrü, başqa sözlə desək "Qızıl dövr", hz. Mehdi (ə.s)-ın və hz. İsa (ə.s)-ın başçılığı ilə reallaşacaq, hədislərdən də aydın olduğu kimi bu dövr yarım əsrdən çox davam edəcək və Peyğəmbərimiz dövrünə, yəni Əsri-Səadətə bənzəyən bir dövr olacaq. Peyğəmbərimiz (s.ə.v) bu dövrü cənnətə bənzər olan xüsusiyyətlərlə təsvir etdiyinə görə, İslam alimləri bu dövrə "Qızıl dövr" adını vermişlər.

Mövzuya işarə edən ayə:

Sizə vəd edilən şübhəsiz ki, gələcəkdir...(Ənam surəsi, 134)

Hər növ məhsul və mal bolluğu, əmin-amanlıq və etibar, ictimai ədalətin təmini, rifah, hüzur və səadət bu dövrün müəyyən əsas olan xüsusiyyətləridir. Hədisi-şəriflərdə "silahların susacağı"nın bildirilməsi ilə bu dövrdə yer üzünün sülh içində olacağı müjdələnmişdir. Texnologiya Axırzamanın bu dövründə inkişaf edəcək, insanlar texnologiyanın bütün nemətlərindən olduqca çox faydalanacaqlar. İnsanlar Qızıl dövrdə həyatlarından o qədər məmnun qalacaqlar ki, hədislərin ifadələrinə görə, zamanın necə keçdiyini hiss etməyəcəklər, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər.

Mehdinin dövründə; kiçiklər "kaş ki, mən böyük olaydım", böyüklər də "kaş ki ,mən kiçik olaydım" deyə Allaha dua edərlər.
Naim Tavusdan belə rəvayət etdi:
Mən Mehdiyə yetişənə qədər ölməməyimi dilədim. Çünki onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər. (Kitab-üll Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman , 17 )

O Dövrdə Görünməmiş Bir Bolluq Olacaq

"...Cabir ibn Abdullahdan belə rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki, ümmətimin sonunda bir xəlifə gələcək, malı ədədlə saymayacaq, ovucla ovuclayacaqdır". (Sahih-i Müslim 11/351)

Əbu Səid Hudridən belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v) buyurdu ki, ümmətimdə Mehdi vardır, insanlar onun yanına gələcək və "ey Mehdi, mənə də ver, mənə də ver!" deyəcək, Mehdi də, onun əsvabını (ətəyinin) daşıya bildiyi qədər dolduracaq". (Sünen-i Tirmizi, 4/93 )

Əbu Səid əl- Hudridən rəvayət edildiyinə görə, Peyğəmbərimiz belə buyurdu:
"Ümmətim içində əl-Mehdi olacaqdır. Mənim ümmətim o dövrdə elə bir rifaha qovuşacaqdır ki, o günə qədər onun mislini belə görməmişdir. Yer məhsulunu (bol) verəcək və insanlardan heç bir şey saxlamayacaq, verməmək deyə bir şey olmayacaq. Mal da o gün çox yığılacaq. İnsanlar gəlib: "Ya Mehdi! Mənə (mal) ver", deyəcək. Mehdi də: "Götür ", deyəcək". (Sünen-i İbni Mace 10/347) (Ramuz El -Ahadis 508 (İbni Mace-Tabaranai'nin Kebiri)

Darəkutni "İfrad", Təbərani "Əvşad" adlı əsərlərində Əbu Hüreyrədən belə rəvayət ediblər:
"O zaman ümmətim yaxşısı, pisi, hər biri mislini görmədikləri nemətlərlə nemətlənərlər. Allah onlara bol yağış yağdırar. Naz-nemətlərdən (ərz bitkidən) bir şey saxlamaz. Mal adi olar. Bir adam qalxar belə deyər: "Ey Mehdi, mənə də ver". O da: "götür" deyər." (Kitab-ül Burhan Fi Alamet-il Mihdiyy-il Ahir Zaman, 16)

(Mehdinin zamanında) səma yağışından heç bir şeyi əsirgəməyəcək və səxavətlə bol yağış yağdıracaq. Yer üzü bitkilərindən heç birini əskik etməyəcək və şübhəsiz, onları kamalı ilə bitirib ortaya çıxaracaq. Hətta yaşayanlar (onlarda olan nemətləri görmələri üçün) ölülərin də həyatda olmalarını diləyəcəklər. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametler, 437)

Onun dövründə, ümmətin istər yaxşıları, istərsə də pisləri, misli əsla görünməmiş xeyli nemətlərə sahib olacaqlar. Yağışın çox yağmasına baxmayaraq bir damlası belə boşa çıxmayacaq, torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 23)

Bolluq Necə Təmin Edilə Bilər?

İnsanlar bir ölçü qab buğda əkəcəklər, qarşılığında isə yeddi ölçülük məhsul alacaqlar.
Onun zamanında insan bir neçə ovuc toxum atacaq, əvəzində 700 ovuc alacaq.
Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa çıxmayacaq. (Kıyamet Alametleri, 164)(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 24)

Bu rəvayətlərdə də aydın olduğu kimi, Mehdi dövründə texnologiyanın və elmin sirlərinin, insanların xidmətinə təqdim edilərək hər sahədə olduğu kimi əkinçilikdə də yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum islahı işləri və yağış sularının anbarlara, gölməçələrə yığılaraq qiymətləndirilməsi nəticəsində istehsal artımına diqqət çəkilmişdir.

Müxtəlif Bioloji və Dünya Qida Qaynaqlari

Əkinçilik üzrə alimlərin fikrinə görə, dünyada insan qidasına uyğun 80 minə qədər bitki növü vardır. Tarix boyu bunlardan yalnız 3 minə yaxın növü qida olaraq istifadə edilmişdir, lakin 150 növü geniş miqyasda yetişdirilmişdir. İndiki zamanda isə bütün dünyada yalnız 15 növ bitki əhalinin 90%-ni doyuzdurur. Yalnız 3 növ (buğda, düyü, qarğıdalı) dünya taxıl istehsalının 2/3 hissəsini təşkil edir. Deməli, yer üzündə qida olaraq istifadəyə uyğun bitki növlərinin çox kiçik bir hissəsindən faydalanılır, həm də geniş miqyasda yetişdirilən növ sayı da get-gedə azalır.

Çöllərin yaşıllaşması (ölüm -Kıyamet -Ahiret ve Ahirzaman Alametleri )

İnkişaf edən texnologiya sayəsində və suyun səmərəsiz çöl torpaqlarına çatdırılmasıyla yanaşı buralarda da normal əkinçilik aparılacaq vəziyyətə gəlmişdir. Bütün çöllərdə bu sistemlər tətbiq olunduqda bütün dünyada böyük miqdarda istehsal artımı təmin ediləcək.

Həyat Böhrani və Darliq İlləri Bitər

"Qızıl dövr" olaraq adlandırılan bu dövrdə, indiyə qədər bənzəri görünməmiş bir bolluq və bərəkət yaşanacağını qeyd etmişdik.

Qızıl dövrdən əvvəlki dövrün xüsusiyyətləri isə böhran və çətinliyinin artması, döyüşlərin çoxalması, xalqın qorxu içində yaşaması, qarışıqlıq və fitnələrin yayılması, etibarsızlığın hakim olmasıdır.

Mehdi çıxmazdan əvvəl məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və böhran, çətinliklər olduqca yayılacaq. (Ölüm -Kıyamet -Ahiret ve Ahirzaman Alametleri, 440)

İşarə edən ayələr:

Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar". (Yusif surəsi, 49)

Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi, 112)

Mehdinin Səxavəti

Ümmətimdən Mehdi çıxacaq. Allah Təala həzrətləri insanları zəngin etmək üçün onu göndərəcək. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərşin nəbatı çoxalacaq. Hz. Mehdi insanlara bərabər şəkildə bol-bol mal paylayacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 26)

Mehdi ədalətli bir hakim olaraq çıxacaq, əşyanı, malı paylayacaq, lakin bolluqdan qəbul edən olmayacaq.

İbni Əbi Seybə, Matardan belə rəvayət etdi:

"... Bir gün Matarın yanında Ömər ibn Əbdüləzizdən bəhs edildikdə o belə cavab verdi: "Bizə çatan məlumata görə, Mehdi elə bir şey edəcək ki, Ömər ibn Əbdüləziz onu etməmişdir". Bunun nə olduğu soruşulduqda isə Matar belə cavab verdi: "Biri Mehdiyə gəlib ondan bir şey istədiyi zaman ona belə deyər: "Beytülmala gir istədiyin qədər götür", o adam girər və çıxar. "(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyye-il Ahir Zaman, 16)

Rəsulu Əkrəm (s.ə.v) belə buyurdu:

Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul ovuclayacaq və bu malı səhv edib saymayacaq. (El-Kavlu Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 24)

Mehdi insanlara malı və əşyanı paylayarkən saymadan, bol-bol verəcək. (El-Kavlu Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 24)

İşarə edən ayə:

"Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır". (Sad surəsi, 39)

Texnologiyada Böyük İrəliləyişlər Olacaq

İnkişaf edən elm və texnologiya ilə yanaşı getdikcə sürətlənən və asanlaşan ünsiyyət və nəqliyyat sayəsində bir vaxtlar ucsuz-bucaqsız dünya balacalaşaraq, elə bil, cibdə gəzdirilən kiçik mikro kompyuterlərlə bir olar.

Bu gün elm adamları yeni bir əsrə, 2000-ci illə başlayan XXI əsrə hazırlanır və 2000-ci il ilə birlikdə dünyanı bürüyən telekommunikasiya şəbəkəsini, həyatı necə rahat bir hala gətirəcəyini müzakirə edir və yeni layihələr üzərində işlər aparırlar.

Mehdi Dövründə Ədalət

Əli (r. ə)-dən Rəsulullah (s.ə.v)-in belə buyurduğu nəql olunur: "Qiyamətin qopması üçün zamanda yalnız bir gün qalsa belə, Allah (c. c) mənim Əhli-Beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi o, yer üzünü ədalətlə dolduracaq". (Sünen-i Ebu Davud, 5/92)

Əbu Səid əl-Hudridən edilən rəvayətlərə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdu: "Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu haqq və ədalətlə doldurar". (Süneni-i Ebu Davut, 5/93)

İmam Mehdinin dövründə yer üzündə əmin-amanlıq, təhlükəsizlik olub, hər kəs onun ədaləti ilə dünyanın zövqünü yaşadıqca zaman qısalar. Çünki insanlar uzun olsa belə, zövqlə keçən günlərini qısa hesab edər, çətin keçən az günlərini də uzun sayar. (Ölüm -Kiyamet -Ahiret ve Ahirzaman Alametleri)

Yer üzü zülm və işgəncə yerinə ədalətlə dolacaq.

Abdullah Məsudun rəvayətində Rəsulullah (s.ə.v) belə buyurur:
Bu əmir (hökmdar) də insanlar yer üzünü əvvəllər zülm ilə doldurduqları kimi yer üzünü ədalətlə dolduracaq. (Sünəni İbni Macə, 10/348)

Rəsulullah (s.ə.v) bir başqa hədisində belə buyurur:
"Allah Təala Əhli-Beytimdən birini göndərmədikcə dünya çökməyəcək. Əvvəllər dünya, zülm və ədalətsizliklə dolduğu kimi onun gəlişi ilə haqq və ədalət öz yerini tutaraq dolar". (Mektubat-i Rabbani, 1/251)

Malı bərabər şəkildə insanlar arasında böləcək və paylayacaq. Onun ədaləti hər yeri bürüyəcək. Zülm və günah dolu olan dünya, o gəldikdən sonra ədalətlə dolub daşacaq.

Hz. Mehdinin dövründə ədalət o qədər bol olacaq ki, məcburi alınan hər mal sahibinə geri qaytarılacaq, bir insanın başqasına aid olan bir şeyi dişində qalmış olsa da, geri alınıb öz sahibinə qaytarılacaq.

Yer üzü əmin-amanlıqla dolacaq və hətta bir neçə qadın yanlarında heç bir kişi olmadan rahatlıqla həccə gedəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 23)

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)

Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər. (Əraf surəsi, 181)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə Işarə Edən Ayələr
  • Qızıl Dövr
  • Qızıl Dövrdə Görülməmiş Bir Bolluq Olacaq
  • Texnologiyada Böyük Irəliləyişlər Olacaq
  • Elmdə Yaşanacaq Uğurlar
  • Qızıl Dövrdə Sənət
  • Cənnətdə Sənət
  • Quran Əxlaqında Yaşanacaq Gözəlliklər
  • Qızıl Dövrdə Ədalət
  • Qızıl Dövrdə Cəmiyyət Həyatı və Dövlətə Hörmət
  • Axırzamanda Din Əslinə Dönəcəkdir
  • Nəticə
  • Təkamül Yalanı
  • Qurani-Kərim və Hədislərdə Axirzaman
  • Mehdinin Çixiş Əlamətləri
  • Mehdinin Müxtəlif Xüsusiyyətləri
  • Mehdinin Fiziki Görünüşü (Xüsusiyyətləri)
  • Mehdinin Çixiş Zamani
  • Mehdinin Çixiş Yeri
  • Mehdi Dövründəki Həyat: Qizil Dövr
  • Şairlərin Şeirlərində Mehdi
  • Axirzamanla Əlaqədar Müxtəlif Mövzular
  • Mehdi Haqqinda Müxtəlif Mövzular
  • Qurandaki Hekayələr və Mehdiyyət
  • Risalə-i Nur Külliyyatinda Mehdi
  • Hz. İsa Əleyhissalam və Mehdi
  • Qurandan Mehdi və Axirzamana Aid İşarələr
  • Müxtəlif Qaynaqlarda Mehdi İlə Əlaqədar Rəvayətlər
  • Əlavə 1. Hissə - Hz. Mehdinin Çixişindan Əvvəl Meydana Gələcək Əlamətlər (Axirzaman Əlamətləri)
  • Əlavə 2. Hissə - Axirzamanin Hidayət Öndəri: Hz. Mehdi