Axırzaman anlayışı bir çox insan üçün tanış bir anlayış olmaya bilər. Bu səbəblə, əvvəlcə bu anlayışı qısaca açıqlamaqda fayda vardır. Axırzaman "son dövr" mənasını verir və İslama görə qiyamətə yaxın bir zamanda Quran əxlaqının hakim olacağı və dinin insanlar arasında geniş şəkildə yaşanacağı bir dövrü ifadə edir.
Bu dövrdə insanların dinclik və arxayınlıq içində yaşaya bilmələri üçün lazım olan hər cür şərt mövcud olacaqdır. Əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin yerini bolluq, bərəkət və ədalət alacaqdır. Əxlaqsızlıqlar, saxtakarlıqlar, degenerasiyanın hər növü ortadan ləğv ediləcəkdir. Bu dövr bütün inanan insanların əsrlərdir həsrətini çəkdiyi, İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.
Peyğəmbərimizin hədislərində Axırzamanı açıqlayan ətraflı izahatlar yer alır. Onun ardınca bir çox İslam öncülləri də axırzaman haqqında çox əhəmiyyətli şərhlər etmişlər. Bu izahatlara baxdıqda axırzamanın dünyanın əvvəl böyük bir pozulma və qarışıqlıq yaşadığı, ancaq sonradan həqiqi dinin yaşanmasıyla qurtuluşa çatdığı, çox böyük bir bolluq və bərəkətin yaşandığı, texnologiyanın bütün nemətlərinin insanların xidmətinə təqdim edildiyi, elmdə, tibbdə çox böyük irəliləyişlərin yazıldığı və çox üstün bir sənət anlayışının yaşandığı bir dövr olduğu görünür.
Axırzamanın ilk dövrlərində dünya Allahı inkar edən bir sıra fəlsəfi sistemlər səbəbiylə degenerasiya olacaqdır. İnsanlıq yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma yaşanacaqdır. Böyük fəlakətlər bir-birini izləyəcək, döyüşlər, ağrılar yaşanacaq və insanlıq "necə xilas olacağıq" sualının cavabını axtaracaqdır. Ancaq Allah Axırzamanın bu böyük qarışıqlığı içindəki insanları qurtaracaq və onları mübarək bir dövrə çatdıracaq. Əslində belə bərəkətli bir dövr Quran əxlaqını yaşayan hər birlik və hər dövr üçün etibarlıdır. Allah qorxub çəkinən və Quranda bildirdiyi əmrlərinə tam dəqiq əməl edən qullarına hər vaxt çox böyük nemətlərlə cavab vermiş, onları bolluq içində yaşatmışdır.
Bu izah etdiklərimiz Peyğəmbərimiz tərəfindən 14 əsr əvvəl deyilən sözlərdə və bir çox İslam alimlərinin yazılarında ətraflı olaraq izah edilir. Bu qaynaqların bizə doğru olaraq çatıb-çatmadıqlarından, məsələn, Peyğəmbərimizin bu mövzudakı hədislərinin həqiqətdə onun tərəfindən deyilmiş sözlər olduğundan şübhə etməyə gərək yoxdur. Çünki bizə bu mövzuda yol göstərən əhəmiyyətli bir həqiqət vardır. Hədislərdə axırzaman haqqında ətraflı təsvirlər edilir, hər mövzu çox geniş izah edilir. Bu təfərrüatların bundan 14 əsr əvvəl bu qədər əhatəli bir şəkildə açıqlanması və müəyyən bir dövr içində ard-arda bunların reallaşması son dərəcə möcüzəvi bir vəziyyətdir. Və bu sözlərin qaynağının doğruluğu mövzusundakı bütün şübhələri ortadan qaldırar.
Qaldı ki, İslam əxlaqının dünyada suveren olması, ya da hz. İsanın yenidən yer üzünə dönüşü kimi Axırzamanla əlaqədar bəzi məlumatlar, doğrudan Quranda xəbər verilir və bu səbəbdən düzgünlükləri qətidir. Allah ayələrində inanan qullarına İslam əxlaqının yer üzündə hakim olacağını müjdələyir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)