NƏTİCƏ:

Şübhə yoxdur ki, Allah zamandan və məkandan uzaqdır. İnsan isə zamana və məkana tabedir. Bu aydın olan həqiqət belə bir mənaya gəlir ki, bizim üçün keçmiş, indi və gələcək olanlar Allah dərgahında ancaq bir andır. Hər şey Onun dərgahında bircə anda olub qurtarmışdır. Allah dünyanın yaradılmasından qiyamətə qədər hər şeyi çox incə detallarına qədər nizamlamış, ən kiçiyindən ən böyüyünə qədər hər hadisə "Lövhi-məhfuz" adlı kitabda qeyd edilmişdir. Allah`ın yaratdığını qədər çərçivəsində hər hadisənin yeri və zamanı bütün təfərrüatı ilə müəyyən edilmişdir. Bu həqiqət ayədə ""Hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz biləcəksiniz" ("Ənam", 6/67) şəklində ifadə edilir. Bu müddət elə qəti ölçülərlə müəyyən edilmişdir ki, nə bircə an gecikdirilə bilər, nə də bircə an qabağa salına bilər.

Əlbəttə, qiyamət əlamətləri və axırzamanla bağlı hadisələrin gerçəkləşəcəyi zamanlar da saniyəsinə qədər Allah`ın dərgahında qeyd edilmişdir. Səmimi olaraq Allah`a iman gətirən möminlər qədəri (taleyi) təqib etmələrinin fərqində olaraq əsrlər boyu qiyamət əlamətlərinin çıxışını böyük maraq və həyəcanla gözləmişlər. Ayə və hədislərdəki işarələrin üstündə dərin-dərin düşünmüşlər, axırzamanın ilk dövründəki fitnə və bəlalara qarşı hazır olmağa səy göstərmişlər. Bununla yanaşı, müjdələndikləri Qızıl Əsrdə yaşamağı da ürəkdən arzu etmişlər.

pembe güller

Əlinizdəki kitab boyu incələnən ayə və hədislər də bəhs edilən Allah`ın vədləri ilə əlaqəli bəzi həqiqətləri aydın şəkildə ortaya qoyur. İçində yaşadığımız əsr qiyamət əlamətlərinin böyük hissəsinin tam mənası ilə meydana gəldiyi bir dövrdür. Hazırkı dövr qeyd edilən işarələrin ardıcıllıqla və tam təsvir edildiyi şəkildə ortaya çıxmağa başlamasına, dünya tarixində oxşarı görünməyən inkişafın ilk dəfə yaşandığına şahid olur. Heç bir şübhə yoxdur ki, bunlar Peyğəmbərimizin (s.ə.v) dövründən sonra baş verən çox əhəmiyyətli hadisələrdir. İlahinin bu işarələrini əvvəlcədən qəbul edilmiş mənfi fikirlər əsasında dəyərləndirilməsi, qulaqardına vurulması və ya yalan hesab edilməsi isə bu cür düşünənlər üçün çox böyük itkidir.

Belə aydın olur ki, XXI əsr dünya tarixində yeni bir dövrün başlanğıcıdır.

Allah`ın vədi mütləq həqiqətdir. Onun vədlərini dəyişdirə biləcək və ya buna mane ola biləcək heç kim yoxdur.

Hər mövzuda olduğu kimi, bu məsələdə də ən hikmətli və ən gözəl söz Qurandadır. Allah belə buyurur:

"Və de ki: "Həmd olsun Allah`a! O, öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!"" ("Nəml", 27/93)

Onlar dedilər:
“Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
("Bəqərə", 2/32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda qiyamət əlamətləri
  • Hədislərdə qiyamət əlamətləri
  • Nəticə
  • Təkamül yalanı