Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allah'ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. ("Tövbə" surəsi, 72)
On dörd əsr əvvəl Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) qiyamətlə əlaqəli bəzi qeybi məlumatları və bunlarla bağlı fikirlərini yanındakı müsəlmanlara xəbər vermişdi. Bu dəyərli sözlər nəsillərdən-nəsillərə ötürülmüş, hədis kitabları və İslam alimlərinin əsərləri ilə günümüzə qədər gəlib çatmışdır. Əlinizdəki kitabın sonrakı səhifələrində qeyd edilən hədislər də Peyğəmbərimiz (s.ə.v) tərəfindən bu mənada deyilmiş xəbərləri ehtiva edir. Bu hədislərin səhih, yəni etibarlı və doğru olduğunun ən əhəmiyyətli isbatlarından biri həmin hədislərdə xəbər verilən bütün əlamətlərin hicri 1400-cü ilin əvvəlindən etibarən son 30 ilin içində ard-arda gerçəkləşməsidir. Hədislərdəki hadisələrin baş verməsi bu hədislərin doğru olduğunu göstərir.
Hədislərdə bildirilən əlamətlərdən bəziləri 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində, müəyyən bir ölçüdə görülə bilər. Belə bir vəziyyət həmin dövrün axırzaman olduğunu göstərməz. Çünki bir dövrün axırzaman adlandırılması üçün qiyamət əlamətlərinin hər birinin eyni əsrdə, bir-birini ardınca həyata keçməsi lazımdır. Bu vəziyyət bir hədisdə belə bildirilir:
"Qiyamət əlamətləri bir cizgidəki muncuqların arxa-arxaya qoşulduğu kimi bir-birinin arxası ilə meydana gələr". ("Ramuz əl-əhadis", 277/6; "Camius-səğir", 3/167)
Yuxarıdakı məlumatın aydınlığında axırzaman hədisləri incələnəndə heyrətləndirici bir nəticə ortaya çıxır. Peyğəmbərimizin (s.ə.v) əsrlərlə əvvəl təfərrüatı ilə açıqladığı əlamətlər demək olar ki, dünyanın hər yerində bir-birinin ardınca və bildirildiyi kimi hazırda yaşadığımız əsrdə baş verir. Sanki hədislər bu dövrün portretini çəkir. Bu isə əlbəttə ki, çox möcüzəli bir hadisədir. Ortaya çıxan hər qiyamət əlaməti insanlara Allah`ın qarşısında hesab verəcəkləri qiyamət gününün çox yaxınlaşdığını və Quran əxlaqını həyat tərzi halına gətirməsinin əhəmiyyətini bir dəfə də xatırladır.
Bu açıq həqiqətə baxmayaraq, hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) bu əsrdə zühur etməyəcəyini, İslamın bu əsrdə yer üzünə hakim olmayacağını deyənlər çox yanılırlar. Belə adamların bu səhv inancına görə, 30 il içində gerçəkləşən və gerçəkləşməyə davam edən 200-dən çox əlamət eyni şəkildə, təkrar və ard-arda yenidən gerçəkləşməlidir. Şübhəsiz ki, bu, səmimi və həqiqi bir iddia deyil. Ağıllı və səmimi olan isə bu iki mübarək şəxsin zühurunun, yəni qiyamətin yaxınlaşdığının əlaməti olan yüzlərlə hadisənin bu əsrdə gerçəkləşdiyini görmək və bu gözəl dövrdə olmağın sevincini yaşamaqdır.
Kitabın bu hissəsində Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi qiyamət əlamətlərindən sadəcə bir qisminə yer verilmişdir. (Mövzu ilə əlaqədar daha ətraflı məlumat əldə etmək istəyənlərwww.hazretimehdi.com saytına baş vura bilərlər)
Peyğəmbərimiz (s.ə.v) axırzamanın xüsusiyyətlərindən bəhs etdiyi bir hədisində bunları xəbər vermişdir:
"Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə..." ("Qiyamət və axirət və axırzaman əlamətləri", səh. 454)
"Hərc-mərclik" kəlməsinin lüğəvi mənası "darmadağınlıq", "qarmaqarışıqlıq"dır. Hədisdə bu vəziyyətin müəyyən bir bölgə ilə məhdudlaşmayacağı, dünyanın hər tərəfinə yayılacağı bildirilir. Yolların kəsilməsi və bəzi insanların digərlərinə hücum etməsi də hədisdə işarə edilən dövrün əlamətləri arasındadır. Başqa bir hədisdə də yuxarıdakı hadisə oxşar bir şəkildə ifadə edilir: "Qiyamət yaxınlaşır... hərc çoxalır", - deyən Peyğəmbərimizdən (s.ə.v) "hərc"in nə olduğunu soruşmuşlar. Peyğəmbərimiz (s.ə.v) də "hərc"in cavabının "öldürmək" olduğunu bildirmişdir ("Quran və sünnədə qiyamət və axirət", səh. 172).
Peyğəmbərimizin (s.ə.v) bu məsələ ilə bağlı bizə çatan digər hədislərindən bəziləri də bunlardır:
"Qiyamətə yaxın vaxtlarda anarxiya və qarışıqlıq günləri var". (Suyuti, "Camius-səğir", 3/211; Əhməd bin Hənbəl, "Müsnəd", 2/492)
"Bu hadisələr meydana gəlməyənə qədər qiyamət qopmayacaq: ölüm hadisələri və qətliamlar geniş yayılacaq..." ("Camius-səğir", 3/211; "Müsnəd", 2/492, 4/391, 392)
Yuxarıdakı hədislərin tədqiq edilməsi bizi çox mühüm nəticələrə gətirib çıxarır. Peyğəmbərimiz (s.ə.v) bəhs etdiyi döyüşlər, qarışıqlıq, xaos və qətliamlarla bütün yer üzünü bürüyən müharibələri və terror hadisələrini təsvir edir, bu hadisələrin də qiyamətin əlamətlərindən olduğunu bildirir.
Arxada qalan 14 əsrlik dövrə baxanda görürük ki, XX əsrdən əvvəlki müharibələr bölgələrə məxsus olmuşdur. Dünyadakı bütün xalqları, siyasi mexanizmləri, iqtisadiyyatı, sosial həyatı öz təsiri altına salan müharibələr isə yaxın tarixdə yaşanan iki dünya müharibəsi olmuşdur. I Dünya Müharibəsində 20 milyondan, II Dünya Müharibəsində isə 50 milyondan çox insan ölmüşdür. II Dünya Müharibəsinin tarixin ən qanlı, ən böyük və ən dağıdıcı müharibəsi olduğu bəlli həqiqətdir.
Dövrümüzün müasir döyüş texnikası, nüvə, bioloji və kimyəvi silahları müharibələrin təsirini tarixdə görünməyən ölçülərə gətirib çıxarmışdır. Hətta kütləvi qırğın silahlarına görə dünyanın III Dünya Müharibəsinə tab gətirə bilməyəcəyi qəbul edilmişdir.
1- Milli Gazete, 28 Mayıs 2001 2- Aksiyon, 6 Mayıs 2001 3- Gözcü, 12 Mart 2001 4- Radikal, 29 Mart 2001 5- Yeni Şafak, 15 Ağustos 2001 6- Gerçek Hayat 2-8 Şubat 2001 7- Akit, 2 Mart 2001 8- Mag, Ocak 2001 9- Cumhuriyet, 27 Ocak 2001
Peyğəmbərimiz (s.ə.v) hədislərində yer üzünü əhatə edən müharibələri və terror hadisələrini təsvir edir və bu hadisələrin qiyamət əlaməti olduğunu bildirir. Belə ki, dünyanın dörd tərəfində toqquşmalar, ölkə daxili müharibələr fasiləsiz davam edir.
II Dünya Müharibəsindən sonra soyuq müharibə, Koreya, Vyetnam, ərəb-İsrail, İran-İraq və Körfəz müharibələri əsrimizin ən mühüm hadisələridir. Regional müharibələr, vuruşmalar və vətəndaş müharibələri eyni anda dünyanın əksər bölgələrində dağıdıcı nəticələrə gətirib çıxarır. Bosniya, Fələstin, Əfqanıstan, Kəşmir və dünyanın adını çəkmədiyimiz müxtəlif yerlərində baş verən hadisələr bəşəriyyəti öz təsiri altına almaqda davam edir.
Bir tərəfdə dünyanın bir çox ölkəsi öz vətəndaşlarının səbəb olduğu terror ilə mübarizə aparır, digər tərəfdə Çeçenistanda olduğu kimi, kütləvi məzarlar tapılır, yaşlılar, körpələr, uşaqlar, qadınlar əziyyət görürlər. Bütün dünyanı maraqlandıran terror və qarışıqlıq mühiti hər insanın düşünməsi lazım olan və yaşadığımız əsrdə tam mənası ilə yaşanan qiyamət işarələrindəndir. Hədislərdə xəbər verilən bu hadisələr bütün insanların düşünməsi və ibrət alması üçün bir vəsilədir.
Peyğəmbərimizin (s.ə.v) hədislərindəki dövrümüzə işarə edən xəbərlərin gerçəkləşməsi, bütün dünyada yaşanan belə görüntülər insanların bir an əvvəl Quran əxlaqını yaşamaları üçün əhəmiyyətli bir xəbərdarlıqdır.
Müharibələr qədər dünyanın bütün insanlarını maraqlandıran başqa bir xaos isə beynəlxalq və təşkilatlanmış terror hadisələridir. Boston Universitetindən professor Voytiç Mestninin bildirdiyi kimi, terror hadisələri XX əsrin ortalarından sonra həddindən artıq çoxalmışdır.4 Həqiqətdə isə terrorizmin XX əsrə məxsus olduğunu söyləmək də mümkündür. İrqçilik, kommunizm və bunlara bənzər ideoloji məqsədlərlə və yaxud da etnik iddialarla ortaya çıxan təşkilatlar inkişaf edən texnologiyanın köməyi ilə qanlı əməliyyatlar törətmişlər.
Dünyada yaxın dövrlərdə baş verən terror hadisələri böyük qarışıqlığa səbəb olmuşdur. Bu kədərləndirici hadisələrdə çox qanlar tökülmüş, saysız insanlar ölmüş və ya şikəst olmuşdur. Ancaq bəşəriyyət hələ də faciələrdən özünə düşən payı almamışdır. Terror dünyanın əksər ölkələrində öldürücü anarxiya hadisələrinə səbəb olmaqda davam edir.
Mövzu ilə bağlı ayələrdən də bəzi dərslər çıxara bilərik. "Rum" surəsində insanların etdiyi əməllər səbəbi ilə yer üzündə qarışıqlıqların ortaya çıxdığı belə xəbər verilir:
"İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar" ("Rum", 30/41).
1- Cumhuriyet 16 Temmuz 2001, 2- Milli Gazete 14 Temmuz 2001, 3- Cumhuriyet 9 Temmuz 2001, 4- Cumhuriyet 16 Temmuz 2001, 5- 20. yüzyılda görülen terörist olaylar, 6- Marksist terör, 7- Marksist-terörist ayaklanmalar, 8- Diğer terörist gruplar
Allah ayələrində insanların öz əllərinin öndən təqdim etdiklərinə görə pisliklərin olduğunu xəbər vermişdir. Bu gün dünyadakı vəziyyət ayənin təcəllisidir.
Bunu da əlavə etmək lazımdır ki, ayədə vacib bir məsələ xatırladılır. İnsanların səhvləri ucbatından baş verən faciə və kədərlər onları bu səhvlərindən dönməsi üçün bir fürsət anlamına gəlir.
Qısası, dünyanın hərc-mərclik içində qaldığı dövr hazırda yaşadığımız əsrdə bütün yönləri ilə yaşanmış və nəticə qiyamətin bir əlaməti olaraq bu cür təcəlli etmişdir. Eyni zamanda, bu əlamət insanlara Quran əxlaqını yaşamaq üçün çox mühüm bir xəbərdarlıq olmuşdur.
İnsanların hal-hazırda bütün dünyada baş verən qarışıqlıqları düşünməsi və ibrət alması xətalardan uzaqlaşmaq üçün əhəmiyyətli bir mərhələ olacaq.
Peyğəmbərimizin (s.ə.v) axırzamanla bağlı verdiyi xəbərlərdən biri də bu cürdür:
"Böyük şəhərlər dünən sanki yox imiş kimi məhv olar". ("Kitabül-bürhan fi əlamətil Mehdiyyil-axırzaman", səh. 38)
Hədisdə qeyd edilən böyük şəhərlərin məhvi müharibələr və başqa təbii fəlakətlər nəticəsində meydana gələn dağıntıları göz önünə gətirir. Yaxın keçmişdə hazırlanan nüvə silahları, təyyarələr, bombalar, raketlər və buna oxşar müasir silahların müharibələrdə istifadə edilməsi böyük dağıntılara səbəb olmuşdur. Bu qorxulu silahlar tarixdəki silahlarla müqayisə edilməyəcək səviyyədə dağıntılar törətmişdir. Əlbəttə, hədəf seçilən böyük şəhərlər də bu dağıntılardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur. II Dünya Müharibəsinin tarixdə görünməyən nəticələri buna misal olaraq göstərilə bilər. Dünya tarixinin ən böyük müharibəsində atom bombasından istifadə edilməklə Xirosima və Naqasaki tamamilə yerlə-yeksan olmuşdur. Avropa ölkələrinin paytaxtları və əsas şəhərləri də ağır bombardmanlar nəticəsində çox böyük miqyasda dağıntılara məruz qalmışdır. "Britannika" ensiklopediyasında II Dünya Müharibəsinin Avropanın şəhərlərindəki dağıntılara səbəb olduğunu belə qeyd edir:
Hədislərdə axırzamanda böyük şəhərlərin dünən yox imiş kimi olacaqları xəbər verilir. Keçən əsr yox olan şəhərlərlə doludur. Atom bombasından sonra Xirosima və Çeçen şəhərləri buna sadəcə iki örnəkdir.
"Meydana gələn dağıntılar Avropanın çox böyük hissəsini Ayın səthinə çevirmişdi: şəhərlər bombardmanlar nəticəsində xaraba qaldı, istirahət zonaları yanıb kül oldu, yollar bombardmanların açdığı çuxurlarla doldu, dəmir yolları istifadə edilməyəcək vəziyyətə düşdü, körpülər dağıldı, limanlar batmış gəmilərlə doldu. Müharibədən sonra Almaniyanın ABŞ nüfuz dairəsinin hərbi komendantı general Lukyis D.Kleyin dediyi kimi, Berlin sanki ölülərin şəhəri kimi idi".5
Qısası, II Dünya Müharibəsinin tarixdə bənzəri görülməyən ölçülərdəki dağıntıları hədisin işarə etdiyi hadisə ilə üst-üstə düşür.
Cumhuriyet 1 Şubat 2001 (Üstteki), Akşam 11 Eylül 2001 (Alttaki)
20-ci əsr üçün ən çox istifadə olunan təsvirlər fəlakətlər əsridir. İstər zəlzələlər, qasırğalar və ya sellər kimi təbii hadisələr, istər daxili müharibələr, istərsə də böyük dəniz və ya təyyarə qəzaları çox saylı insanın ölümünə səbəb olmuşdur. Yox olan şəhərlər, tarixdən silinən xalqlar qiyamətin hədislərdə xəbər verilən əlamətlərindəndir.
Texnoloji imkanlara və ya alınan tədbirlərə baxmayaraq, qarşısı alınmayan təbii fəlakətlər insanın nə qədər aciz olduğunu göstərir. Zəlzələlər, palçıq selləri, yanardağ partlamaları, sel fəlakətləri kimi bəlaların xüsusilə böyük şəhərlərdəki dağıntıları mühüm bir işarədir.
Mütəxəssislər 1998-ci ildəki "Mitch" qasırğasının Orta Amerikada indiyə qədər yaşanan ən dəhşətli fəlakət olduğunu bildiriblər.
Şəhərlərin yox olmasına səbəb olan başqa bir təsir də təbii fəlakətlərdir. Statistik məlumatlar da göstərir ki, hazırda yaşadığımız dövrdə baş verən təbii fəlakətlər həm rəqəm baxımından, həm də böyüklüyünə görə daha da çoxalmışdır. Axırıncı 10 ildə baş verən iqlim dəyişikliklərinin yol açdığı fəlakətlər də bir dönüş nöqtəsi olaraq qəbul edilir. Sənaye zərərli və arzuedilməz bir məhsul olan qlobal istiləşməyə səbəb olur. Dünyanın atmosferindəki tarazlıq getdikcə pozulur və bununla da iqlim dəyişiklikləri meydana gəlir. 1998-ci il indiyə qədər qeyd edilən ən isti il olmuşdur.6ABŞ-ın yerli iqlim idarəsinin məlumatlarına görə, iqlimin səbəb olduğu ən çox fəlakət 1998-ci ildə meydana gəlmişdir.7Məsələn, müşahidəçilər 1998-ci ildəki Mitç qasırğasının Orta Amerikanın tarixində meydana gələn ən pis fəlakət olduğunu bildirmişlər.8 2006-cı ildə meydana gələn Katrina qasırğası Nyu-Orleans şəhərini, demək olar ki, tamamilə suya batırmışdır.
Son illərdəki qasırğa, fırtına, tufan və burulğan kimi fəlakətlər başda Amerika qitəsi olmaqla, dünyanın əksər yerində dağıntı və zərərlərə səbəb olmuşdur. Bunlara əlavə olaraq, sellər də bəzi yaşayış mərkəzlərinin su və palçıq altında qalmasına yol açmışdır. Bundan başqa, zəlzələlər, vulkanlar və sunami dalğalarının vurduğu böyük dağıntılar da yaddan çıxarılmamalıdır. Nəticə olaraq, bütün bu fəlakətlərin böyük şəhərlərdə səbəb olduğu dağıntıların hamısı qiyamətin çox mühüm əlamətlərindən birini təşkil edir
2- 27 Aralık 2004 Sabah Gazetesi, 3- 30 Ağustos 2005 Hürriyet Gazetesi, 5- 6 Mayıs 2008 Sabah Gazetesi,
Ötən əsr dünyaya saysız-hesabsız fəlakətlər gətirmişdir. Bir çox ölkədə dağıdıcı fəlakətlər baş vermiş, milyonlarla insan bu fəlakətlərdə həyatını itirmişdir. Bu hadisələr hədislərdə diqqət çəkilən axırzaman hadisələri ilə üst-üstə düşür. İnsanların artıq bu vəziyyətdən ibrət alaraq Quran əxlaqına yönəlmələri şərtdir.
Şübhəsiz ki, tarix boyu bəşəriyyətə zəlzələlər qədər təsir edən çox az təbii fəlakətlər olmuşdur. Hər an, hər yerdə meydana gələn zəlzələlər əsrlər boyu çoxlu insanların ölümünə və astronomik ölçülərdə maddi zərərə yol açmış, bu xüsusiyyətinə görə də insanlar üçün qorxu mənbəyi olmuşdur. XX və XXI əsrin texnologiyaları da zəlzələlərin səbəb olduğu zərərlərin ancaq bir qisminə mane ola bilmişdir. Texnologiyanın təbiət üzərində hakimiyyət qurmaq üçün vasitə olacağı xəyalına düşən bəzi insanlara isə 1995-ci ilin Kobe zəlzələsi çox ciddi bir dərs vermişdir. Xatırlandığı kimi, Yaponiyanın böyük sənaye və nəqliyyat mərkəzində baş verən zəlzələ heç gözlənilməyən bir anda meydana gəlmişdir. Adıçəkilən zəlzələ 20 saniyə davam etsə də, "Time" jurnalının məlumatlarına görə, 100 milyard ABŞ dollarına yaxın zərər vurmuşdur.9
ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) hesabatına görə, 1556-1975-ci illərdə 5 və daha böyük şiddətdə baş verən zəlzələlərin sayı cəmi 110 olmuşdur. 1980-2003-cü illərdə (sadəcə 23 ildə) meydana gələn böyük şiddətdəki zəlzələlərin sayı isə 1685 olmuşdur. Göründüyü kimi, keçmiş illərdəki zəlzələlərin sayı çox az olduğu halda, hicri 1400-cü ilin əvvəlindən zəlzələlər artmışdır.
Son bir neçə il ərzində meydana gələn böyük və uzunmüddətli zəlzələlər həmişə dünyanın aktual maddəsi olaraq qalır. Amerikanın yerli zəlzələ informasiya mərkəzinin məlumatlarına nəzər salsaq, 1999-cu ildə yer üzündə 20832 zəlzələ meydana gəlmişdir. Bu zəlzələlərdə təxminən 22711 insan həlak olmuşdur.10
Peyğəmbərimizin (s.ə.v) hədislərində axırzamanda baş verəcək zəlzələlərin çoxluğuna da diqqət çəkilmişdir. Son illərdə sıx-sıx meydana gələn zəlzələlər dünya ictimaiyyətinin gündəmində ilk sıralarda yer alır.
Son otuz ildə dünyada baş verən zəlzələlərdən bir neçəsi bunlardır:
Bütün bu hadisələr Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl dediyi bu sözləri gözümüzün önünə gətirir:
"Bu hadisələr olmayana qədər qiyamət qopmayacaqdır... zəlzələlər çoxalacaq..." ("Ramuz əl-əhadis", 476/11)
"Qiyamətdən əvvəl iki böyük hadisə var... və sonra da zəlzələli illər". ("Ramuz əl-əhadis", 187/2)
1- Sabah 25 Haziran 2001, 2- Haiti depremi, 3 - Pakistan depremi
Zəlzələlər hədislərdə xəbər verildiyi kimi, mühüm qiyamət əlamətlərindəndir. 2011-ci ilin ilk aylarında ard-arda meydana gələn 7 bal gücündəki Haiti zəlzələsi və 8.8 şiddətindəki Şili zəlzələsi.
Quranda da zəlzələ ilə qiyamət arasındakı əlaqəyə işarə edən ayələr var. Quranın 99-cu surəsinin adı "Zəlzələ" surəsidir. Səkkiz ayədən ibarət olan bu surədə yerin şiddətli sarsılması təsvir edilir, bundan sonra da qiyamət günü insanların dirildiləcəkləri və Allah`ın hüzurunda hesab verəcəkləri, zərrə ağırlığında da olsa etdikləri işlərinin əvəzini alacaqları bildirilir:
"Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman, yer öz yükünü çıxardıb atacağı zaman, insan: "Bu yerə nə olub?" - deyəcəyi zaman- məhz o gün yer öz hekayətini söyləyəcəkdir- Allah`ın ona etdiyi vəhy ilə! O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar!" Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir" ("Zəlzələ", 1-8).
Bəlli olduğu kimi, kasıblıq az qazanca görə insanın qidalanmaq, məskunlaşmaq, geyinmək, səhiyyə xidmətləri kimi əsas ehtiyaclardan yoxsul olmasıdır. İnkişaf etmiş texnologiyaya baxmayaraq, kasıblıq hazırkı dünyanın qarşısında dayanan ən böyük problemlərdən biridir. Afrika, Asiya, Cənubi Amerika və Şərqi Avropadakı insanların çoxu aclıq içində yaşayır. Müstəmləkəçilik və vəhşi kapitalizm dünyadakı gəlir nisbətinin geri qalmış və inkişaf etməkdə olan ölkələrin əleyhinə pozulmağına səbəb olmuşdur. Dünyadakı az saydakı xoşbəxt azlıq ehtiyaclarına artıqlaması ilə sahib olduğu halda, kasıblıq və yoxsulluğun gətirdiyi problemlərlə mübarizə aparan çoxlu sayda insan var.
Günümüzdə kasıblıq bütün dünyada çox ciddi ölçülərə gəlib çatmışdır. UNICEF-in son məlumatları da nəzərə alınsa, dünya əhalisinin dörddə biri təsəvvür edilməz sıxıntı və yoxsulluq şəraitində yaşayır.111 milyard 300 milyon adam gündə 1 dollar, 3 milyard adam isə gündəlik 2 dollarla keçinir.12 Təxminən 1 milyard 300 milyon insan təmiz sudan, 2 milyard 600 milyon insan əsas səhiyyə xidmətlərindən yoxsuldur.13
Dövrümüzün üstün texnoloji imkanlarına baxmayaraq, yoxsulluq hələ də dünyanın ən böyük problemlərindən biridir. Birləşmiş Millətlər Qida və Əkinçilik Sənayesinin 2000-ci il hesabatına görə 826 milyon insan yaxşı qidalanmır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2000-ci ildəki məlumatlarına görə, 826 milyon insan kifayət qədər qidalanmır. Başqa bir ifadə ilə desək, hər 6 nəfərdən 1-i aclıq çəkir.14
Qazanc paylanmasındakı ədalətsizlik də son bir neçə onillikdə həddin artıq dərəcədə, nəzərdə tutulandan da çox səviyyədə böyümüşdür. Birləşmiş Millətlər Təşkilatının mənbələri göstərir ki, 1960-cı ildə dünya əhalisinin ən kasıb 20 faizi ilə ən varlı 20 faizi arasındakı qazanc nisbəti 30 faiz olduğu halda, bu rəqəm 1995-ci ildə 82 faiz olmuşdur.15Sosial ədalətdəki tənəzzülə bir misal da dünyanın ən varlı 225 şəxsinin sərvətinin dünya əhalisinin 47 faizinin illik qazancına bərabər hala gəlməsidir.16
Statistik məlumatların göstərdiyi bu rəqəmlər həm də Peyğəmbərimizin (s.ə.v) bəhs etdiyi kasıblığın artacağı ilə bağlı xəbərinin də bir təzahürüdür. Axırzamanın ilk dövrünün əlamətləri olan kasıblıq və aclıq hədislərdə belə xəbər verilmişdir:
1- Akit 22 Şubat 2000, 2- 3- Yeni Mesaj 10 Kasım 2000, 4- Yeni Binyıl 24 Temmuz 2000 5- Yeni Binyıl 23 Haziran 2000 6- Hürses Sayı:7810
Yoxsul-varlı ayrı-seçkiliyinə yol açan sosial ədalətsizliyin əsas səbəbi Quran əxlaqının yaşanmamasıdır.
"Kasıblar çoxalacaq". ("Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri", səh. 455)
"Aclıq və həyatın bahalılığı çox yayılacaq". ("Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri", səh. 440)
H - Zengin-Fakir Kişi başına düşen gelir miktarı
1 - 1.250 $'dan az
2 - 1.250-5.500 $
3 - 5.500-22.000 $
4 - 22.000-35.500 $
5 - 35.500 $ üstü
6 - Bilgi yok
Yoxsul-varlı Adam başına düşən gəlir miqdarı məlumat yoxdur Yoxsulluğun artması və insanlar arasındakı sosial uçurumun getdikcə böyüməsi axırzamanın ilk dövrünün əlamətlərindəndir.
Peyğəmbərimizin (s.ə.v) işarə etdiyi dövrün günümüzün şərtlərini təsvir etməsi aşkardır. Keçmiş əsrlərə nəzər salanda quraqlıq, müharibələr və ya fəlakətlər kimi səbəblərə görə çətinlik və sıxıntılar yaşandığı, lakin bunların keçici və bölgələrə xas səviyyədə qaldığı görünür. Halbuki, içində yaşadığımız əsrdə yaşanan kasıblıq və dolanışıq çətinlikləri qalıcı, sistemli və böyük ölçülü bir quruluşa malikdir.
Şübhəsiz, Rəbbimiz sonsuz şəfqət və mərhəmət sahibidir, insanlara zülm edən deyil. Ancaq insanlar etdikləri pislik və nankorluqlara görə yoxsulluq və sıxıntılara şərait hazırlayırlar. Əlbəttə, bu cür haqsız və kədərləndirici vəziyyət dini, əxlaqi və vicdani dəyərlərdən yoxsul, təkəbbürlülük və mənfəət əlaqələri üzərində qurulan bir dünya sisteminin qaçılmaz nəticəsidir.
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah'ın sizi bağışlamasını istəmirsinizmi?
("Nur" surəsi, 22)
2007-ci ildə başlayan, 2008 və 2009-cu ildə şiddətini artıran və 2014-cü ilə qədər davam etməsi gözlənilən iqtisadi böhran Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi əlamətlərdən biridir. Yüz minlərlə insanın işsiz qalmasına, yoxsulluğun ən yüksək həddə çatmasına, yüzlərlə şirkətin, hətta ölkələrin iflas etməsinə səbəb olan bu böhranla bağlı hədislərdən bəziləri bunlardır:
1- Yeni Şafak 25 Nisan 2009 2- Milli Gazete 7 Ekim 2008
3- Milli Gazete 26 Haziran 2009 4- Milli Gazete 7 Mayıs 2009
Bazarların təqarübü qiyamət əlamətlərindəndir. Dedim ki, "Bazarların təqarübü nə deməkdir?" Bunlardır: "Hər kəsin az qazancdan şikayət etməsi". (İbni Mərduveyh əbu Hüreyrədən (r.ə) (Qiyamət əlamətləri, "Pamuk" nəşriyyatı, səh. 146)
Nuaym bin Həmmad ibni Məsuddan rəvayət edilən bir hədisdə hz. Mehdinin (ə.s) ortaya çıxmasından əvvəlki dövr ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman şəklində təsvir edilir. Hədisin davamında isə hz. Mehdi (ə.s) dövründə bu fitnələrin sona çatacağı xəbər verilir: "...Biz o (hz. Mehdi (ə.s)) şəxsi axtarmaq üçün gəldik ki, fitnələr onun əli ilə sönəcək. Konstantiniyyə (İstanbul) onunla fəth ediləcək. (Yəni hz. Mehdi (ə.s) mənən könülləri fəth edəcək, böyük mədəni və elmi təsir yaradacaq) Biz onu adı ilə, anasının, atasının adı ilə və ordusu ilə tanıyarıq..." (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 52)
Hz. Mehdinin (ə.s) zühurundan (ortaya çıxmasından) əvvəl bazar durğun olacaq, qazanclar azalacaq. (Qiyamət əlamətləri, səh. 148)
Hər kəs az qazancdan şikayət edəcək, pulları və var-dövlətləri üçün zənginlər hörmət görəcəklər. (Qiyamət əlamətləri, səh. 146)
Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman... (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 39-40)
ƏXLAQİ TƏNƏZZÜL
Hazırda, yaşadığımız dövrdə dünyadakı xalqların sosial quruluşlarını təhdid edən çox böyük təhlükə var. Bu təhlükə insan bədəninin ölümə sürükləyən viruslara oxşar bir şəkildə gizli fəaliyyət göstərərək cəmiyyətləri dağılmağa məhkum edir. Bu təhlükə bir insan cəmiyyətini ayaqda saxlayan əxlaq dəyərlərinin pozulmasıdır. Eyni cinsdən olanların əlaqələrinin, pozğunluğun ticarətinin, evlilikdən kənar əlaqələrin, təcavüzlərin, pornoqrafiyanın, cinsi xəstəliklərin artması əxlaqi süqutun bəzi mühüm nişanələridir.
Qeyd edilən bu məsələlər həmişə dünya ictimaiyyətinin gündəmindədir. İnsanların çoxu ətrafında baş verən təhlükəni dərk etmir və ya bunları sosial həyatın bir hissəsi kimi dəyərləndirərək bu qəflətin içinə düşür. Ancaq statistika təhlükənin ölçülərinin görünməmiş bir artımla hər gün daha da böyüdüyünü göstərir.
1- Hürriyet 26 Haziran 2001, 2- Akit 2 Mart 2001, 3- Akit 1 Aralık 2000, 4- Hürriyet 26 Haziran 2001
Dini və əxlaqi dəyərlərdən yoxsul olan cəmiyyətlərdə QİÇS sürətlə yayılan və həll olunmaz problemə çevrilmişdir.
Cinsi xəstəliklərin artması bəşəriyyətin qarşısındakı problemlərin böyüklüyünü göstərən əsas meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qeydlərinə görə, cinsi yollarla keçən xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini təşkil edir. Əldə edilən məlumatlar hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərir.17 Bunlara əlavə olaraq QIÇS (AIDS) böyük bir problem olmaq xüsusiyyətini hələ də qoruyur. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarında bu günə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi bildirilir.18 Adıçəkilən təşkilatın QIÇS-lə bağlı 2000-ci ilə aid raportundakı bu ifadələr məsələni çox yaxşı xülasə edir: "QIÇS sosial, iqtisadi və demoqrafik quruluşlar üzərindəki dağıdıcı təsiri ilə bənzərsiz bir bəladır".19
Qorxuducu inkişaf arasında homoseksualizmin yayılması da çox diqqətçəkəndir. Eyni cinsdən olan insanların bəzi ölkələrdə rəsmi olaraq evlənə bilməsi, evliliyin səbəb olduğu sosial haqlardan istifadə edə bilməsi, dərnək və partiyalar qurması, dünya səviyyəsində yayılmaları, müqəddəs inanclara qarşı gəlmələri, dini dəyərlərə qarşı savaş elan etmələri Peyğəmbərimizin (s.ə.v) dövründən bu günə qədər keçən 14 əsrlik müddət ərzində ancaq dövrümüzə məxsus olan hadisələrdir.
Günümüzdəki eynicinslilərin bu cürətliliyi və cəsarəti Lut xalqının başına gələnləri yada salır. Quranda bəhs edildiyi kimi, Allah hz. Lutun doğru yola dəvətinə azğınlıqla cavab verən Lut şəhərini və xalqını böyük bir fəlakətlə məhv etmişdir. Bu azğın cəmiyyətdən arxada qalanlar hələ də bir ibrət nümunəsi olaraq Lut gölünün sularının altında qalır.
Axırzaman cəmiyyətlərindəki əxlaqi pozuntuları təsvir edən hədislərin bugünkü dünyada tam mənası ilə aşkara çıxdığı açıq bir həqiqətdir.
1- Hürriyet 13 Ekim 2009, 2- Sabah 10 Ekim 2009, 3- Hürriyet 3 Ekim 2002, 4- Gözcü 28 Mart 2006
Son illərdə homoseksuallığın sürətli şəkildə artması ürküdücü yeniliklərdən biridir. Bu yeniliklər 14 əsr əvvəl Peyğəmbərimizin (s.ə.v) hədislərində göstərilmişdir.
Pozğunluğun utanmağa və gizlənməyə ehtiyac qalmadan, açıq-aşkar edilməsinin qiyamətin bir əlaməti olduğu hədisdə belə bildirilmişdir:
"Pozğunluq aşkar edilmədən... qiyamət qopmaz". ("Ramuz əl-əhadis", 91/7)
Cəmiyyətlərdə evlilikdən kənar cinsi əlaqələrin yayılmasının bir işarə olduğu da Peyğəmbərimiz (s.ə.v) tərəfindən bu cür qeyd edilmişdir:
"Zinanın çoxalması qiyamətin əlamətlərindəndir".(Buxari, "Təcridi" 1/16)
Əxlaq dəyərlərinin, utancaqlıq duyğusunun zəifləməsi belə təsvir edilmişdir:
"Qiyamət yaxınlaşanda... həya kişinin qadınla yolun ortasında cinsi əlaqədə olacaq qədər aradan qalxar". ("Son zamanlarla bağlı hədislər", səh. 97)
Çox qəribədir ki, son dövrlərdə televiziya kanallarında gizli kamera ilə çəkilmiş pozğun görüntülər nümayiş etdirilir. Yollarda insanlarla qiymət danışan küçə qadınları hamının gözləri qarşısında, yolun ortasındaca, açıq-aşkar pozğunluq edirlər.
Burada hədisdə qiyamət əlaməti olaraq qeyd edilən bir hadisə də qeyd edildiyi kimi zühur etmiş və milyonlarla insana bu hadisə göstərilmişdir. Hadisələr göstərir ki, eyni cinsdən olan insanların adi bir həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün əsas əlamətlərinin bir işarəsidir:
1- Hürriyet 27 Temmuz 2001, 2- Milliyet 14 Eylül 2000, 3- Yeni Binyıl 22 Ocak 2000, 4- Milliyet 13 Mayıs 2001, 5- Milliyet 16 Ekim 2000, 6- Sabah 30 Ocak 2001
Cəmiyyətlərdəki əxlaqi çöküntünün bir dəlili olan oxşar xəbərlər hər gün qəzet saytlarında yerləşdirilir və bir çox insan tərəfindən normal qarşılanır.
"Kişilər qadınlara bənzəyəcək, qadınlar kişilərə oxşayacaq". ("Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri", səh. 451)
"Kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənəndə... qiyamət yaxınlaşacaqdır". ("Ramuz əl-əhadis", 448/8; "Ölüm, qiyamət və diriliş, səh. 480)
Qiyamət əlamətləri ilə əlaqəli hədislər bizə bəhs edilən işarələrin baş verəcəyi dövrün müfəssəl şəkildə təsvirini təqdim edir. Peyğəmbərimizin (s.ə.v) sözlərindən aydın olur ki, axırzamanın birinci mərhələsi görünüşdə dinin prinsiplərinin yerinə yetirildiyi, ancaq həqiqətdə Allah`ın dininin və Quran əxlaqının haradasa tamamilə tərk edildiyi bir dövrdür. Aydın olan Quran ayələrinin görməzlikdən gəlindiyi, Allah`ın adından hökmlər verilən, dində ayrı-seçkiliyin baş alıb getdiyi, ibadətlərin başqalarına göstərmək üçün yerinə yetirildiyi, dinin mənfəət, qazanc məqsədi üçün və alət olaraq istifadə edildiyi bir dövrdür. İmanın elmə və tədqiqatlara deyil, təqlidçiliyə əsaslanması da bu dövrün bir xüsusiyyətidir. Bu dövrdə yalançı müsəlmanlar çoxluqda, həqiqi alimlər və səmimi müsəlmanlar isə azlıqdadır.
Peyğəmbərimiz (s.ə.v) tərəfindən günümüzdən 14 əsr əvvəl xəbər verilən və hamısı içində olduğumuz əsr də nöqsansız olaraq yaşanan əlamətlər bunlardır:
Quranda bildirildiyinə görə, Peyğəmbərimiz (s.ə.v) axirət günü öz xalqının Quranı tərk edilmiş (bir kitab) kimi tərk etdiyini ("Furqan", 25/30) ifadə edəcəkdir. Hədislərdə və axırzamanda insanların Quranın rəhbər olduğu xüsusiyyətini unudacaqları və Qurandan uzaqlaşacaqları belə bildirilmişdir:
"İnsanlara bir vaxt gələcək ki, Qurani-kərim bir vadidə, insanlar başqa bir vadidə olacaqlar". ("Son zamanlarla bağlı hədislər", səh. 23)
"İnsanlara elə bir dövr gələcək ki, Qurani-kərimin ancaq rəsmi, İslamın ancaq adı qalacaqdır. Onlar İslamdan çox uzaq insanlar olduqları halda, islami adlarla adlandırılacaq, məscidlər gözəl göründüyü halda, hidayət yönündən xarab olacaqdır". ("Son zamanlarla bağlı hədislər", səh. 24)
"Cümə" surəsinin 5-ci ayəsində "Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər" təşbehi edilmişdir. Şübhəsiz ki, bu ayədə müsəlmanlar tənbeh edilir, eyni pis səhvə yol verməmələri üçün diqqətli olmalarının lazımlılığı xatırladılır. Çünki Quran nəsihət almaq və üzərində fikirləşmək üçün göndərilmiş bir kitabdır.
1- Star 20 Ağustos 1999, 2- Ortadoğu 21 Temmuz 2001, 3- Yeni Mesaj 1 Kasım 1999, 4- Yeni Şafak 3 Aralık 1999
Allah'ın ayələrdə qəti şəkildə haram etdiyi faiz gündəlik həyatın bir hissəsinə çevrilmişdir.
Ulduzlarla gələcəyə dair xəbərlər almağa çalışmaq da qiyamət əlaməti olaraq hədislərdə xəbər verilmişdir.
Peyğəmbər (s.ə.v) belə buyurdu: "Elm insanlardan alınacaq". Ziyad soruşdu: "Ey Allah`ın Rəsulu, biz Quranı oxuduq və oxuyuruq, xanımlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?" Peyğəmbər (s.ə.v) belə cavab verdi: "Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdurmu? Onlar da çox Tövrat və İncil oxumuşdular. Hanı, onlarda bundan bir şey qaldımı"Ölüm, qiyamət və diriliş, səh. 483)
"Bundan sonra bəzi Quran oxuyan, lakin oxuduqları dillərində qalan, ürəklərinə gedib çatmayan insanların törəyəcəyi bir zaman gələcəkdir". ("Son zamanlarla bağlı hədislər", səh. 61) ("Son zamanlarla bağlı hədislər", səh. 61)
"Ənam" surəsinin 26-cı ayəsində insanları Qurandan uzaqlaşdıranlara diqqət çəkilir. Hədislərdən də azğın mütəfəkkirlərin, haqq və həqiqətdən uzaq sistemlərin qiyamətdən əvvəl insanları Allah`ın yolundan azdıracaq böyük fitnələr meydana gətirəcəyi aydın olur.
"Qiyamətdən əvvəl qaranlıq gecələr kimi fitnələr var". ("Ramuz əl-əhadis", 121/5)
"Qiyamətə yaxın dövrdə qaranlıq gecələrin hissələri kimi qarışıqlıqlar olacaq. Bu qarışıqlıqlar içində adam səhər mömin olub axşam kafir olacaq, axşam mömin olub səhər kafir olacaq". ("Quran və sünnədə qiyamət və axirət", səh. 155)
"Haram olan şeylərin halal hesab edilməsi... qiyamət əlamətlərindəndir". ("Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, səh. 454)
"Axırzamanda qurd oxuyanlar olacaqdır. Kim həmin dövrə yetişərsə, şərlərindən Allah`a sığınsın. Onlar çox iylənmiş insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya və təkəbbürdən utanmayacaqlar" ("Ölüm, qiyamət və diriliş, səh. 470)
"Alimlər elmi ancaq pul qazanmaq üçün öyrənəndə... dini dünya mənfəəti əvəzində satanda... hökmü satanda... qiyamət yaxınlaşacaqdır". ("Ölüm, qiyamət və diriliş, səh. 480)
"Axırzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətləri əvəzində satacaqlar. Bunlar yumşaq görünmək üçün qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi qatı olacaqdır". (Tirmizi, "Zühd ", 60)
"Ümmətimin axır dövrlərində məscidlərini bəzəyib ürəklərini xarab saxlayan, paltarını qoruduğu qədər dinini qorumayan, dünya işlərinin yolunda getmək uğrunda dinini vasitə etməyə fikir verməyən bəzi insanlar törəyəcək". ("Son zamanlarla bağlı hədislər", səh. 25)
"Yaxşılıq tərk edilib əmr edilməyəndə, pislik edilib qarşısı alınmayanda... qiyamət yaxınlaşacaqdır". ("Ölüm, qiyamət və diriliş, səh. 480)
"Qiyamət yaxınlaşır, xeyirli işlər azalır". ("Qiyamət əlamətləri, səh. 264)
"(Qiyamətin bir əlaməti) məscidlərin içində günahkarların səslərinin yüksəlməsi və günahkarların əmr etdiklərini yerinə yetirən səmimi möminlərin üzərində qalib gəlib onlara hökm etmələridir". ("Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri", səh. 450)
"İnsanlara elə bir zaman gələcək ki, məscidlərdə yığışıb namaz qılarlar. Ancaq aralarında mömin olmaz". ("Son zamanlarla bağlı hədislər", səh. 17)
Səmimi möminlərin inancını gizlətməsinin və ibadətlərini gizli davam etdirməsinin hədisdəki təsviri belədir:
"Bu gün sizin aranızda münafiqlərin gizli yaşadıqları kimi bir dövr gələcək ki, mömin olanlar da digərlərinin arasında gizli olaraq dini həyatlarını davam etdirməyə çalışarlar". ("Son zamanlarla bağlı hədislər", səh. 9)
"Məscidlər namaz qılınmayıb gəlib-gedilən bir yol halına gəldiyi... bir zaman gəlməyənə qədər qiyamət qopmaz". ("Son zamanlarla bağlı hədislər", səh. 87)
Axırzamanda Quranı Allah`ın razılığını qazanmaq üçün deyil, qazanc əldə etmək üçün oxuyan insanların da ortaya çıxacağı hədisdə belə qeyd edilmişdir:
"Kim Quran oxuyarsa, (mükafatını) Allah`dan istəsin. Çünki son dövrlərdə Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar törəyəcək". ("Son zamanlarla bağlı hədislər", səh. 9)
Quranın ancaq həzz almaq üçün, adətən, bir mahnı kimi oxunmasına da bir işarə edilib:
"Qurani-kərimin mahnı oxunduğu kimi oxunub həzz alındığı, hətta insan alim olmadığı halda, bu cur oxuduğuna görə etibar gördüyü vaxt..." ("Son zamanlarla bağlı hədislər", səh. 31)
"Axırzamanda ümmətim haqqında ən çox qorxduğum... ulduzlara (inanmaq), qədəri yalan saymaq..." ("Ramuz əl-əhadis", 1/1540)
"Qiyamətin əlamətlərindəndir... faizin aşkar olması". ("Ramuz əl-əhadis", 448/8)
"İnsanlara elə bir dövr gələr ki, faiz yeməyən adam qalmaz. Onu yeməsə də, tozu mütləq bulaşar". ("Ramuz əl-əhadis", 360/8; 503/7)
"İnsanlara elə bir dövr gələcək ki, zənginlər səyahət üçün, orta səviyyəli insanlar ticarət üçün, onların alimləri riya və göstəriş üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər". ("Ramuz əl-əhadis", 503/8)
Hazırkı insanların qarşılaşdığı əsas problemlərdən biri də cəmiyyətin əsasını təşkil edən sosial quruluşlarındakı pozulmalardır. Cəmiyyətdəki zəiflik özünü müxtəlif şəkillərdə büruzə verir. Ailələrin dağılması, boşanmaların sayının artması və kəbinsiz körpələr ailə quruluşundakı zəifliyin təbii nəticəsidir. Problemlər, narazılıq, narahatçılıq, qorxu və xaos insanların çoxunun həyatını sanki darmadağın edir. Mənəvi boşluq içində olan insanlar bunların səbəblərini axtararkən spirtli içki və narkotik maddələr bataqlığına düşür və ya qaranlıq yollara gedir. Bunun həlli yolunun olmadığını düşünən bəzi insanlar da intiharı axırıncı çarə olaraq qəbul edirlər. Cəmiyyətdəki əxlaq normativlərinin zəifləməsinin mühüm göstəricilərindən biri də qanunlara qarşı çıxma hallarının çoxalmasıdır. Cinayətlərin nisbətindəki artım da mütəxəssisləri çaş-baş salmışdır. Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Cinayətlərin Qarşısını Almaq Mərkəzinin hazırladığı "Universal cinayət və ədalət raportu"nda bütün dünya ölkələrinə şamil olan bu məlumatlar mövcuddur: cinayətlərin nisbətindəki artım 1980-ci illərdə olduğu kimi, 1990-cı illərdə də böyük olmuşdur. Dünyanın harasında olursa-olsun, beş illik bir mərhələdə böyük şəhərlərin əhalisinin 2/3 hissəsi cinayət sayılan davranışlara ildə ən azı bir dəfə hədəf olur.
Cahanşümul olaraq ciddi cinayətlərə (soyğunçuluq, cinsi təcavüz zəminindəki cinayətlər, hücum) hədəf olmaq nisbəti 1/5-dir. Bölgə fərqi olmadığı halda, gənclərin kateqoriyasındakı mülkiyyətə qarşı olan cinayətlər və terror cinayətlərinin hər ikisi iqtisadi çətinliklərlə əlaqəlidir. Son illərdə qeyri-qanuni narkotik maddə növlərinin sayı çoxalmış və növləri da artmışdır.20
Axırzaman olaraq adlandırılan dövrün sosial quruluşunda mənfi dəyişikliklər müşahidə olunur. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu gün yaşanan sosial böhranla bağlı çox açıq işarələr vardır.
Qeyd edilən bu hadisələrdə, əslində, təəccüblü bir şey də yoxdur. Belə bir sosioloji vəziyyətin səbəbləri Quranda keçmiş millətlərlə bağlı hekayətlərdə açıq şəkildə bəhs edilir. Sosial əxlaq pozuntuları və buna bağlı olaraq ortaya çıxan hər cür problemlər insanların Allah`ı və yaradılışlarının məqsədini yaddan çıxarmasının, haqq dindən və mənəvi dəyərlərdən uzaqlaşmasının nəticələridir.
Cəmiyyətdəki dağıntının ünsürləri həmçinin Peyğəmbərimizin (s.ə.v) 14 əsr əvvəl xəbər verdiyi, günümüzdə də nöqsansız olaraq ortaya çıxan inkişafdır. Hz. Muhəmmədin (s.ə.v) "insanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman" ("Ramuz əl-əhadis", 7/7) olaraq bizə tərif etdiyi axırzamanın ilk dövrü ilə əlaqəli hədislər bu cürdür.
1- Asabi 10 Ocak 2000, 2- Akşam 22 Ocak 2001, 3- Akit 4 Nisan 2001, 4- Milli Gazete 13 Haziran 2000, 5- Yeni Yüzyıl 17 Haziran 1997, 6- Akit 17 Mart 2001, 7- Radikal 21 Şubat 2001, 8- Akit, 19 Ekim 2000, 9- Yeni Mesaj 30 Nisan 2000
Qəzetlərdə cəmiyyətlərdəki əxlaqsızlıqlar səbəbindən pis insanların sayının artdığını sübut edən belə xəbərlər axırzamanın da xəbərçisidirlər.
"İnsanların üzərində aldadıcı illər gələcək. O illərdə xainə etimad ediləcək, dürüst adam xain sayılacaq". ("Ölüm-qiyamət və diriliş", səh. 476)
"Pislərin çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilib doğruların yalançı sayılması, xainlərin etibarlı, etibarlı insanların xain sayılması... qiyamətin əlamətlərindəndir". ("Son zamanlarla bağlı hədislər", səh. 92)
"Dünyada alçaq oğlu alçaqlar insanların ən bəxtəvəri olana qədər qiyamət qopmayacaqdır". (Tirmizi, "Fitən", 37)
"Axırzamanda ümmətim arasında ən az olacaq şey halal pul və etibar edilən yoldaşdır". (Suyuti, "Camius-səğir", 2/71)
"Qiyamətdən əvvəl... yalançı şahidlik yayılar, haqqa şahidlik isə gizlənər". ("Ramuz əl-əhadis", 1/121)
"Böhtanın yayılması qiyamətin əlamətlərindəndir". ("Ölüm-qiyamət və axırzaman əlamətləri", səh. 450)
"Zənginə etibar edilib özündən daha üstün insanlar onun üçün ayağa qalxanda və ona salam verəndə... demək ki, qiyamət yaxınlaşmışdır". ("Ölüm-qiyamət və diriliş", səh. 480-481)
"Salam xalqa deyil, xüsusi adamlara verilənə... qədər qiyamət qopmaz". (Ölüm-qiyamət və axırzaman əlamətləri", səh. 470)
"İnsanın ancaq tanıdığı adamlara salam verməsi... qiyamətin əlamətlərindədir". ("Ramuz əl-əhadis", 121/4)
"İş əhli olmayana veriləndə artıq qiyaməti gözlə!" (Zəbidi, "Təcridi-sərih", 12/201)
1- Posta 16 Şubat 2001, 2- Türkiye 24 Mayıs 2001
Axırzamanın ən mühüm xüsusiyyətlərindən biri də insanlar arasında sevgi və hörmətin qalmamasıdır. Küçədə yerə yıxılmış xəstə bir insana heç kimin kömək etməməsi dövrümüzdə tez-tez rast gəlinən bir vəziyyətdir.
"İnsanın anasına üsyan etməsi, atasına əziyyət etməsi..." (Tirmizi, "Fitən ", 38)
1- Akit 19 Ekim 2000, 2- Akşam 26 Haziran 1999, 3- Milli Gazete 5 Ocak 2001, 4- Sabah 23 Mart 2001
Son dövrdəki əxlaqi çöküntünü əks etdirən sənədlər
"Böyüklər kiçiklərə mərhəmət göstərməyəndə, kiçiklər də böyüklərinə hörmət etməyəndə... uşaqlar hirsli olanda... qiyamət yaxınlaşacaqdır". ("Ölüm, qiyamət və diriliş", səh. 480)
1- Akit 1 Şubat 2001
Ailə quruluşundakı pozulma, insanlar arasındakı anlaşmazlıq, münasibətlərin sevgi və hörmətə deyil, mənfəətə bağlı olması, tənha insanların artması kimi problemlər axırzaman cəmiyyətlərinin ortaq xüsusiyyətləridir. Hədislərdə xəbər verilən bu əlamətlər qiyamətin yaxınlaşdığının anlaşılması və Allah'a yönəlməsi üçün bir ibrət vəsiləsidir.
"Boşanmaların çoxalması... qiyamət əlamətlərindəndir". ("Ölüm-qiyamət və diriliş", səh. 455)
"Qiyamət yaxınlaşanda... qanunsuz əlaqələrdən doğulan uşaqlar çoxalar". ("Ramuz əl-əhadis", 33/7)
"İnsanlarda xəsislik və tamah çoxalacaqdır". (Muslim, "İmarə", 176; İbni Macə, "Fitən", 24)
"Qiyamət yaxınlaşdı. Halbuki, insanlar dünyaya qarşı ancaq həvəslərini artırır, Allah`dan da uzaqlaşırlar". (Suyuti, "Camius-səğir", 2/57)
"Son dövrlərdə törəyən, bir-biri ilə qarşılaşanda salamlaşmaları lənətləşməkdən ibarət olan sərxoş və asi bir nəsil (ortaya çıxmayana qədər)..." ("Son zamanlarla bağlı hədislər", səh. 54)
Bəzi dedi-qodu jurnalları
"Dedi-qoduçuların, qeybətçilərin və lağ edənlərin çoxalması qiyamətin əlamətlərindəndir". ("Son zamanlarla bağlı hədislər", səh. 93)
"Qiyamət yaxınlaşanda... həmin dövrün ən etibarlıları yaltaqlıq və ikiüzlülük edənlərdir". ("Son zamanlarla bağlı hədislər", səh. 97)
"Mal-qaranın dilləri ilə yalayaraq yedikləri kimi dolanışıqlarını dilləri ilə təmin edən bəzi insanlar ortaya çıxmayana qədər qiyamət qopmaz". ("Son zamanlarla bağlı hədislər", səh. 101)
1- Güneş 22 Ocak 2000, 2- Milli Gazete 30 Temmuz 2001, 3- Gözcü 19 Mayıs 2001, 4- Hürriyet 4 kasım 1999, 5- Radikal 1 Eylül 2000
"Qiyamət yaxınlaşanda... ölçü və tərəzilərdə hiylə edilər". ("Ramuz əl-əhadis", 33/7)
"Rüşvətlərin alınması... qiyamətin əlamətlərindəndir". ("Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri", səh. 454)
1- Hürriyet 27 Mart 2001, 2- Yeni Mesaj 17 Haziran 2001,
"Cinayətlər artmadıqca... qiyamət qopmaz". ("Ölüm-qiyamət və diriliş", səh. 468)
Bəlli olduğu kimi, hz. Muhəmməd (s.ə.v) günümüzdən 14 əsr əvvəl yaşamışdır. Tarixi mənbələr ərəb cəmiyyətinin Quranın təbliğ edildiyi dövrdə kainat və təbiət üzərində hər hansı bir araşdırma apara biləcək texnologiyaya sahib olmadığını göstərir. Qeyd etdiyimiz bu ifadələrin mənası budur ki, Peyğəmbərimizin (s.ə.v) yaşadığı dövrlə əsrimizin elm və texnologiya səviyyəsi arasında müqayisə edilə bilməyəcək bir fərq var. Əslində, bu fərqlər XX əsrin əvvəli ilə XXI əsrin başlanğıcı arasında da böyükdür. Bundan bir neçə on il əvvəl adları da tələffüz edilməyən texnologiya sahəsindəki bəzi yeniliklərin bu günümüzün əvəzedilməz ünsürləri olması buna canlı dəlildir. Bu möhtəşəm fərqlərə baxmayaraq, Peyğəmbərimiz (s.ə.v) VII əsrdə gələcəklə bağlı bəzi xəbərlər vermişdir. Sonrakı səhifələrdə də axırzamandakı elm və texnologiya şəraitini təsvir edən hədislər qeyd ediləcək, Peyğəmbərimizin (s.ə.v) 14 əsr əvvəl verdiyi xəbərlərin günümüzdə eynilə gerçəkləşdiyi göstəriləcəkdir.
Uzun müddət yaşamaq əsrlər boyu insanların əsas hədəflərindən biri olmuşdur. Bu yolda böyük əmək sərf edilmişdir. Mövzu ilə bağlı olaraq hz. Muhəmməd (s.ə.v) də axırzamandakı inkişafı xəbər verdiyi bir hədisində bunları söyləmişdir:
1- Radikal 3 Mayıs 2000, 2- Sabah 10 Şubat 2001, 3- Gözcü 19 Mayıs 2001,
4- Hürriyet 4 kasım 1999, 5- Radikal 1 Eylül 2000
Bu qeydlərdəki elmi yenilikləri Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl axırzaman əlaməti olaraq xəbər vermişdir.
"Onun dövründə... ömürlər uzanacaqdır". ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 43)
Peyğəmbərimizin (s.ə.v) verdiyi bu xəbərin üstündən 14 əsr keçmişdir. Araşdırmalar ötən bu dövrlər arasında ortalama yaş həddinin digər bütün dövrlərdən çox olduğunu açıq-aydın ortaya qoyur.
Hətta XX əsrin ortaları ilə axırları arasında da böyük fərqlər var. Məsələn, 1995-ci ildə anadan olmuş bir uşağın 1900-cü illərdə anadan olan başqa bir uşağa görə təxminən 35 il daha uzun yaşayacağı təxmin edilir.21 Bu mövzudakı başqa mühüm bir misal da keçmişdə 100 ildən artıq yaşayan insanların çox nadir hallarda, günümüzdə isə çox olmasıdır.
BMT-nin Əhali Departamentinin mənbələrinə görə, son bir neçə ildə dünya əhalisi yüksək ölüm nisbətlərindən aşağı ölüm nisbətlərinə tərəf diqqətəlayiq bir keçid dövründədir. "Demoqrafik inqilab" adlandırılan bu inkişafın mərkəzində də yaşlıların say etibarı ilə və nisbətən artımı yer alır. Belə sürətli və irimiqyaslı bir inkişafın sivilizasiya tarixinin heç bir dövründə görünmədiyi də eyni mənbədə vurğulanır.22
Şübhəsiz ki, həyatdakı bu artım da səbəbsiz deyil. Tibb texnologiyasının inkişafı ilə bağlı olaraq səhiyyə xidmətlərindəki inkişaf insanların belə bir nemətə qovuşmasına imkan yaradır. Bundan əlavə, genetika elmindəki inkişaf və hələ də böyük sürətlə inkişaf edən Genom (DNT) proyekti tibb sahəsində yeni bir dövrü başladır. Bu inkişaf keçmiş dövrlərdə yaşayan insanların xəyallarına da gətirə bilməyəcəyi bir ölçüdədir. Bütün bunlara əsaslanaraq bunu söyləmək mümkündür: yaşadığımız əsrin insanları yuxarıdakı hədisin xəbər verdiyi uzun və sağlam həyat standartlarını əldə etmişlər.
XX və XXI əsri keçmiş əsrlərdən ayıran mühüm bir xüsusiyyət də oxumaq və yazmaq nisbətlərində qeyd edilən inkişafdır. Keçmiş dövrlərdə oxumaq və yazmaq cəmiyyətin müəyyən bir hissəsinin sahib olduğu bir imtiyaz statusunda idi. XX əsrin sonlarına yaxınlaşanda isə başda UNESCO olmaq üzrə hökumət və təşkilatlar dünya miqyasında kampaniyalar başlatmışdı. Bu təhsil səfərbərliyi texnologiya yeniliklərinin də insanların xidmətinə verilməyə başlaması ilə birlikdə günümüzdə öz nəticələrini verir. UNESCO-nun 1997-ci ildə nəşr edilən raportuna görə, dünya əhalisinin 77,4 faizi oxuma və yazmağı bacarır.23
Texnoloji imkanlardan faydalanmaqla görülən işlər ilə oxucu-yazıçı nisbəti günümüzdə 80%-ə çatmışdır. |
Şübhəsiz ki, bu rəqəm geridə qalan 14 əsrdəki ən yüksək nisbətdir. Həmçinin Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verdiyi axırzaman cəmiyyətlərinin bir xüsusiyyətidir:
"Qiyamət yaxınlaşanda... oxuma və yazmağı bacaranlar çoxalar". ("Son zamanlarla bağlı hədislər", səh. 93; "Ramuz əl-əhadis", 1/121)
Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi və içində yaşadığımız dövrün inkişaf etmiş texniki səviyyəsini təsvir edən bir işarə də yüksək binaların inşa edilməsidir.
"Hündür-hündür binalar inşa edilməyənə qədər... qiyamət qopmaz". ("Ölüm-qiyamət və diriliş", səh. 468)
Yüksək binalar və inşaat texnologiyasındakı yarış yaşadığımız dövrü təsvir edən hədislərdə 14 əsr əvvəl xəbər verilmişdir.
"Bu hadisələr meydana gəlməyənə qədər qiyamət qopmayacaqdır: hündür binalar tikməkdə insanlar bir-biri ilə yarışacaq". (Buxari, "Fitən", 25; Əhməd bin Hənbəl, "Müsnəd", 2/313)
Memarlıq və mühəndislik tarixinə nəzər salanda görürük ki, hündür binalar XIX əsrin axırlarında tikilməyə başlamışdır. Texnologiyanın inkişaf etməsi, poladın geniş yayılması və elektrikli liftlərin istifadə edilməsi ilə göydələn adlandırılan tikililərin inşaatı da sürətlə artmışdır. Göydələnlər XX və XXI əsrin memarlığının mühüm bir hissəsi olmuş, günümüzdə də bir prestij simvolu halına gəlmişdir. Hədisdə bildirilən insanların yüksək binalar tikmək yarışı da ölkələrin daha hündür göydələnlər tikdirə bilmək üçün çox böyük bir rəqabət və yarış içinə daxil olması ilə tam şəkildə gerçəkləşmişdir.
Tarix boyu xalqların zənginliyi və gücü onların malik olduğu nəqliyyat texnikaları ilə birbaşa əlaqəli olmuşdur. Təsirli nəqliyyat sistemlərini quran cəmiyyətlər inkişaf mərhələlərini gerçəkləşdirmişlər.
Peyğəmbərimiz (s.ə.v) də axırzamanın xüsusiyyətlərindən bəhs edərkən nəqliyyatın inkişaf edəcəyini belə ifadə etmişdir:
Səsdən 7 dəfə sürətli gedə bilən reaktiv təyyarələr
"Bu hadisələr meydana gəlməyənə qədər qiyamət qopmayacaqdır: zaman qısalacaq və vasitələrlə məsafələr azalacaq". (Buxari, "Fitən", 25; Əhməd bin Hənbəl, "Müsnəd", 2/313)
Yuxarıdakı hədisin son hissəsindəki mesaj olduqca aydındır. Axırzamanda yeni nəqliyyat vasitələri ilə uzaq məsafələrin qısalacağı xəbər verilmişdir. Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və digər inkişaf etmiş nəqliyyat vasitələri ilə keçmiş dövrlərdə aylarla davam edən səyahətlər indi bir neçə saat ərzində, həm də daha etibarlı, rahat və komfortlu şəkildə həyata keçirilir. Hədisin işarəsi də bu cür həyata keçmişdir.
20-21-ci əsrdə texnologiya olduqca yüksək bir səviyyəyə çatmışdır. Xüsusilə rabitə texnologiyası, memarlıq və digər mühəndislik sahələrində mükəmməl nəticələr əldə edilmişdir.
Günümüzün inkişaf edən texnologiya vasitələrinə Quranda bu cür işarə edilir:
"Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır". ("Nəhl", 16/8)
Yuxarıda qeyd etdiyimiz hədisin birinci hissəsindəki "zaman qısalacaq" ifadəsinə də bu yöndən baxmaq daha uyğundur. Aydındır ki, Peyğəmbərimiz (s.ə.v) axırzamanda işlərin başqa dövrlərə nisbətən daha tez müddətdə tamamlanacağını bu cür ifadə etmişdir. Həqiqətən də elmin inkişaf etməsi hər işin daha qısa müddət ərzində tamamlanacağına və çox daha mükəmməl nəticələr əldə edilməsinə imkan yaradır. Buna oxşar başqa bir hədis də bu fikrimizi təsdiq edir:
"Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da alovu yandıracaq qədər az bir zaman olmayana qədər qiyamət qopmaz". ("Son zamanlarla bağlı hədislər", səh. 95)
1-Hürriyet, 9 Ekim 1999, 2- Hürriyet, 3 Mayıs 2001
Hər işin daha qısa müddətdə görülməsini təmin edən bəzi texnoloji cihazlar.
Məsələn, əsrlərdən əvvəl qitələr arasındakı xəbərləşmələr hazırda internet və nəqliyyat vasitələri ilə saniyələr içində tamamlanacaqdır. Keçmiş dövrlərin karvanları ilə aylarla davam edən səyahətlər nəticəsində əldə edilən şeyləri günümüzdə bir anda təmin etmək mümkündür. Çox deyil, daha bir neçə əsr əvvəl bircə ədəd kitabın yazılması üçün lazım olan müddət ərzində bu gün milyardlarla kitablar nəşr edilir. Təmizlik, yemək bişirmək, uşağa baxmaq kimi gündəlik işlər möcüzəvi texnoloji alətlərin yardımı ilə artıq çox vaxt aparmır. Bu misallar daha da çoxala bilər. Əlbəttə, burada üstündə dayanmaq lazım olan məsələ Peyğəmbərimizin (s.ə.v) VII əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin günümüzdə eyni ilə gerçəkləşməsidir.
Hədislərdə bildirilən başqa bir əlamət olan axırzamanda ticarətin yayılması ("Ölüm-qiyamət və diriliş", səh. 473) da nəqliyyatdakı, kommunikasiyadakı inkişafa paralel olaraq tam mənası ilə həyata keçmişdir. İnkişaf etmiş kommunikasiya vasitələri dünyadakı bütün ölkələrin öz aralarında böyük ticarət əlaqələri təşkil etməsi üçün lazımi şəraiti daha sürətləndirmişdir.
Peyğəmbərimizin (s.ə.v) verdiyi xəbərlər arasında diqqəti çox çəkən bir məlumat da günümüzün xəbər ötürmək texnologiyalarına işarə edən hədislərdir. Möcüzə xüsusiyyətinə malik olan bu xəbərlərdən biri bu cürdür:
"İnsana qamçısının ucu danışmayana qədər... qiyamət qopmaz". ("Ölüm-qiyamət və diriliş", səh. 471)
Tək bir düymə ilə minlərlə kilometr irəliyə səsi və görüntünü daşıyan texnologiya rəvayətlərlə heyrətamiz bir şəkildə uyğun gəlir.
Son illərdə kəşf edilən bütün rabitə vasitələri axırzamanda yaşadığımız həqiqətini bir daha sübut edir.
Bu hədis diqqətlə incələnəndə içində gizlənən həqiqətlər başa düşülə bilər. Bilindiyi kimi, qamçı qədim dövrlərdə xüsusilə at, dəvə kimi minik heyvanlarına minərkən geniş istifadə olunan bir vasitədir. Hədisə diqqətlə baxanda Peyğəmbərimizin (s.ə.v) bir təşbehdən istifadə etdiyi ortaya çıxır. Günümüzdə yaşayan insanlara belə bir sual hazırlayaq: "Qamçıya oxşada biləcəyimiz və danışan nəsnə nədir?"
Bu sualın ən məntiqli cavabı ratsiya, mobil telefon və ya buna oxşar alətlər olacaqdır. Cib telefonu və ya peyk telefonu kimi simsiz (kabelsiz) danışıq alətlərinin çox az bir keçmişinin olduğunu nəzər alsaq, Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl verdiyi təsvirin də nə qədər hikmətli olması aydın olacaqdır.
Qiyamətdən əvvəlki dövrün bir hissəsində olduğumuza dair bir xəbər də beləliklə təcəlla etmişdir.
Peyğəmbərimizə (s.ə.v) aid başqa bir rəvayətdə də xəbərləşmə texnologiyasının inkişaf edəcəyinə belə işarə edilir:
"İnsana (öz) səsi danışmayana qədər... qiyamət qopmaz". ("Ölüm-qiyamət və diriliş", səh. 471)
Hədisdəki mesaj çox aydındır: insanın öz səsini eşitməyinin axırzamanın bir xüsusiyyəti olduğu bildirilir. Şübhəsiz ki, insan öz səsini eşidə bilməsi üçün xüsusilə səsini qeyd etməli və sonra da qulaq asmalıdır. Səsin qeyd edilməsi və reproduksiya texnologiyası da XX əsrin istehsalıdır. Bu inkişaf elmdə bir dönüş mərhələsi olmuş, xəbərləşmə və kütləvi informasiya vasitələrinin təşəkkülünə səbəb olmuşdur. Səsin qeyd edilməsi xüsusilə də kompyuter və lazer texnologiyalarındakı son inkişafla mükəmməl səviyyəyə çatmışdır.
Qısası, günümüzün elektrik alətləri, mikrofonları və səsucaldan cihazlar səsin qeyd edilməsinə və onun başqaları tərəfindən eşidilməsinə imkan yaradır və bizə yuxarıdakı hədisin verdiyi xəbərin ortaya çıxdığını göstərir.
Axırzamanı təsvir edən hədislərdəki xəbərləşmə texnologiyasına işarə edən xəbərlər yuxarıdakılarla məhdudlaşmır. Mövzu ilə bağlı digər hədislərdə də olduqca böyük marağa səbəb olan işarələr var:
14 əsr əvvəl "şəxsə öz səsinin danışması" olaraq təsvir edilən səs qeydi və səsin eşidilməsinə imkan yaradan texnologiya hədislərdə xəbər verilən əlamətlərdən biridir.
"O günün əlaməti: səmadan (göy üzündən) bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər". ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 53)
"O günün əlaməti səmada (göy üzündə) uzadılmış və insanların ona baxıb dayandığı bir əldir". ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 69)
Yuxarıdakı hədislərdə bildirilən "əl"in bir məcazi mənasının olması aydın məsələdir. İnsanların baxanda görə biləcəyi bir nəsnənin keçmiş dövrlərdə elə də bir mənası olmamışdır. Ancaq bu günün dünyasının bir hissəsi olan televizor, kamera və kompyuter kimi cihazlar hədislərdə tərif edilən hadisəyə tam aydınlıq gətirir. Yəni hədisdə qeyd edilən "əl" ifadəsi "güc" mənasında işlədilmişdir. Göydən də dalğalar halında gələn görüntülərə, yəni televizora işarə edildiyi aydın olur.
Mövzu ilə bağlı digər rəvayətlər də çox maraqlıdır:
"Səmadan (göy üzündən) bir səs onu adı ilə çağıracaq və şərqdə, qərbdə... olan da bu səsi eşidəcəkdir..." ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 54-55)
"Bu səs bütün yer üzünə yayılacaqdır. Hər xalq öz dilindən eşidəcəkdir". ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 51)
"Səmadan (göy üzündən) bir səs gələcək ki, hamı bunu öz dilində eşidəcəkdir". ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 37)
Bu hədislər bütün yer üzündə eşidiləcək və hər xalqın öz dillərində eşidəcəkləri bir səsdən bəhs edir. Bununla isə radio, televizor və buna oxşar xəbərləşmə vasitələrinə işarə edildiyi aşkar məsələdir. Hələ yüz il əvvəl insanların təsəvvür edə bilmədiyi bir inkişafı Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl xəbər verməsi də bir möcüzədir.
Bədiüzzaman Səid Nursi də bəhs edilən hədisləri izah etmiş, onların radio, telefon kimi xəbərləşmə cihazlarını möcüzəli şəkildə xəbər verdiyini bildirmişdir.24
Video görüntülü telefonlar, televizorlar, peyk və internet texnologiyaları kimi inkişaflar haqqındakı hədislərdən digəri isə belədir:
Peyklər ilə hər cür yayım dərhal istənilən yerə çata bilər. Bu qeyri-adi hadisə də Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl xəbər verdiyi əlamətlərdəndir.
"Hz. Mehdi dövründə şərqdəki bir müsəlman qərbdəki müsəlman qardaşını görə biləcək, qərbdəki isə şərqdəkini görəcək". (Bixarül-ənvar, cild 52, səh. 391)
"İşlər əhlinə (hz. Mehdiyə) əmanət edildiyində uca Allah onun üçün dünyanın ən alçaq yerini yüksəldəcək, ən yüksək yerləri də alçaldacaq. Belə ki, bütün dünyanı ovcunun içini gördüyü kimi görəcək. Sizdən kim ovcunda saç teli olsa onu görməz?" (Bixarül-ənvar, 5-ci cild, səh. 328)
Hədisdə axırzamanda yaşanacaq texnoloji inkişafa və görüntü köçürmə sistemlərinə diqqət çəkilmişdir. Video görüntülü telefonlar, televizorlar, peyk və digər xəbərləşmə sistemləri vasitəsilə insanlar artıq dünyanın hər hansı bir yerində olan dostları ilə rahat şəkildə görüşə bilirlər. Peyğəmbərimiz (s.ə.v) bu texnoloji inkişafı 1400 il öncə bizlərə xəbər vermişdir.
Bu dövrdə idarəçi mövqedə olan şəxslər xəbərləşməni və bilmədikləri mövzuları araşdırıb öyrənməyi əllərindəki ovuc içi kompyuterlər və kompyuterli telefonlarla reallaşdıracaqlar:
"İmam Cəfəri-Sadiqin (ə.s) oğlu Muhəmmədin nəqlinə görə, İmam əleyhissəlam belə buyurdu: "Qaim (ə.s) (hz. Mehdi) qiyam etdiyində hər ölkəyə bir səfir göndərəcək və hər bir səfirə belə buyuracaq: "Sənin əhdin əlindədir. Anlamadığın bir durumla qarşılaşsan və ya hökm etməkdə çətinlik çəksən, əlində yazılana əməl et..." (Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 381)
Hədisdə hz. Mehdi (ə.s) dövründə idarəçi mövqeyində olan insanların xəbərləşmək, məlumat əldə etmək və ya bilmədikləri mövzuları araşdırıb öyrənmək məqsədilə ovuc içi kompyuterlərdən və kompyuterli telefonlardan yararlanacaqlarına diqqət verilmişdir. Bu gözəl dövrdə texnologiyanın üstün səviyyəyə çatacağı, insanların xəbərləri və öyrənmək istədikləri mövzuları əllərindəki ovuc içi kompyuterlərin, ya da kompyuterli telefonların köməyi ilə əldə edəcəkləri hədisdən aydın olur.
Müslimin Nüvvas bin Səmandan nəql etdiyi bir hədisdə belə deyilir:
"Göyə əmr edib yağış yağdıracaq..." (Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219)
Üstdə soldakı şəkildə təyyarə qanadına taxılmış bulud mayalandırma raketləri, altda isə 50 qr gümüş yodlu bulud mayalandırma raketləri görünür. Sağdakı şəkildə Kanzasda təyyarədən gümüş yodu dumanı püskürdərək gerçəkləşdirilən bir bulud mayalandırma əməliyyatı görünür.
(Mənbə: National Geographic saytı)
Hədisdə axırzamanda istənilən vaxt yağış yağdıran üsulların inkişaf etdiriləcəyi bildirilmişdir. Belə ki, dövrümüzdə bu üsullardan istifadə edilir. Yağış bombası bu cür tətbiq olunur:
Yağış bombası çox soyuq buludlara buz kristalları səpələyib yağış və qar şəklində yağıntının təmin edilməsidir. Soyuq buludlar tez-tez görünür. Bunlar 0°C-dən, hətta -40°C-dən aşağı olan çox kiçik su damcılarından ibarətdir. Belə bir buluda buz kristallarının atılması şərtləri dəyişdirir. Kristallar suya görə daha aşağı buxar təzyiqinə sahib olduqları üçün su damcılarının buxarlanmasına səbəb olur. Daha sonra bu nəmişlik buz kristallarının üzərində sıxlaşır. Beləliklə, buz kristallarının ölçüsü kiçilərkən davamlı artır. Bu şəkildə, bulud toxumlanması yüksək səviyyələrdə buz kristallarının əmələ gəlməsi ilə təbii şəkildə meydana gəlir. Buz kristallarının buluda düşməsi və ya atmosferdəki buzlaşmış tozların olması hadisəni tamamlayır. Süni bulud toxumlanması havadan və ya yerdən edilə bilər. Təyyarədən istifadə edib buludlara qatı karbondioksid (quru buz) dənələri səpələnir. İstiliyi çox aşağı olduğu üçün bu dənəciklərdə çoxlu miqdarda buz kristalları olur.
Yağış bombası son 60 il ərzində inkişaf etdirilmiş texnologiyadır. Dövrümüzdə ABŞ, İsrail, Kanada, Rusiya, Tailand, Fas, Avstraliya kimi ölkələrin də daxil olduğu 24 ölkə daha çox yağış əldə etmək üçün bu üsuldan istifadə edir.
Peyğəmbərimizin (s.ə.v) axırzamanla bağlı hədislərində dəccalın çıxış əlamətlərindən biri olduğu bildirilən hadisələrdən biri də süd istehsalında artımdır. Yaşadığımız bu dövrdə heyvandarlıq sahəsindəki əldə olunan inkişaflar hədislərdə işarə olunan bu gəlir artımına səbəb olmuşdur. (Doğrusunu Allah bilir)
Bu hədis İbnil-Münadi Əlidən rəvayət etmişdir. Müslimin Nüvvas bin Səmandan nəql etdiyi bir hədisdə belə deyilir:
"Gəlib bir çox insanları dəvət edəcək, onlar da ona inanacaqlar... Göyə əmr edib yağış yağdıracaq... Yerə əmr edib əkin bitirəcək... Heyvanlarını da artıracaq... Və onların südünü çoxaldacaq". (Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219)
Dövrümüzdə yaxınlarda istifadə edilməyə başlanılan heyvan populyasiyasına süni toxumlama tətbiq edilməsi, embrion nəqli və heyvan keyfiyyətinin artırılması Hollandiya və Belçika başda olmaqla, bütün ölkələrdə süd istehsalında böyük artıma səbəb olmuşdur. Məsələn, Hollandiyada bir inəkdən alınan südün miqdarı orta hesabla 35 litrə çatıb. Hətta gündəlik 53 litr süd verən inəklər də vardır.
Axırzamanı, dəccalın çıxışını və xüsusiyyətlərini izah edən hədisi-şərifdə də dəccalın bir binanın yanından keçərkən bu binanın altında gizli olan xəzinəni xəbər verdiyi bəhs edilir:
"(Dəccal) dağılmaqda olan xarabalığın yanından keçərkən: "Altındakı xəzinəni çıxart!" –deyə əmr edəcək, həmin an dəfinə meydana çıxacaq..." (Qiyamət əlamətləri, səh. 219)
Bildiyimiz kimi, dövrümüzdə yerin altındakı metalları müəyyən edən, dəyərli və dəyərli olmayan metalları və metal ərintilərini bir-birindən ayıran detektorlardan geniş istifadə edilir. Bu detektorlar sayəsində bir binanın, dağıntının və ya torpağın altında basdırılmış metal olub-olmadığı dərhal aydın olur. Basdırılmış qızıl, gümüş, mis, bürünc kimi metalların yerlərini asanlıqla müəyyən edilməsini təmin edən bu detektorlar mühəndislikdə, tikintidə, hərbdə tez-tez istifadə edildiyi kimi, bəzi insanlar tərəfindən xəzinə detektoru kimi də istifadə edilir.
Yuxarıdakı hədisdə xəzinə detektoru kimi bir alətin istifadəsinə işarə edilmiş ola bilər. Bu yolla, çökməkdə olan bir binanın altında xəzinə olduğu müəyyən edilmiş və bu xəzinə yer üzünə çıxarılmış ola bilər. (Doğrusunu Allah bilir)
"Onun (dəccalın) heyrətləndirən işlərindən biri də budur: gündə üç dəfə dənizə girəcək. Əllərinin biri uzundur. Həmin əlini dənizin dibinə dayayacaq. Digər əli ilə istədiyi balıqları tutub çıxardacaq..." (Əbu Nuaym Hüzeyfədən (r.ə) nəql edilmişdir)
Tral şəbəkələri çox çeşidli dəniz məhsulları ovlaya bilir.
Peyğəmbərimizin (s.ə.v) hədislərində axırzamanda dəccalın dənizin dibinə uzanıb dərinliklərdəki balıqları tutub çıxaracağına işarə edilmişdir. Dövrümüzdə su məhsulları ovçuluğunda istifadə edilən tral torları hədisin işarəsinə tam olaraq uyğun gəlir (ən doğrusunu Allah bilir). Tral torları ilə ovçuluq bir çox növün eyni anda ovlandığından multi ovçuluq kimi də adlanır.
Tral toru papaq formasında böyük bir torbaya bənzəyir və ağzı təxminən 30 metr genişliyindədir. Tor atılarkən ağzını açıq tutmaq üçün hər iki yanına taxta lövhələr yerləşdirilir. Qapı deyilən bu taxta lövhələr polad məftillərlə tral qayığına bağlanır. Dənizin dibinin kələ-kötür olmadığı yerlərdə dib balıqlarını ovlamaq üçün, adətən, dib tralından istifadə edilir. Tral gəmisindən dənizə atılan tral toru gəmi ilə sürüklənir və tor dənizin dibindəki balıqları toplayır. Bu, 1,5-3 saata qədər çəkir. Sonra tor kranla yuxarı çəkilir və içindəki balıqlar gəmiyə boşaldılır. Balıqlar təmizlənib yuyulduqdan sonra, gəminin anbarında buzların arasına basdırılaraq saxlanılır. Bəzi böyük və inkişaf etmiş tral gəmilərində balıqlar təmizləndikdən sonra dondurulur. Bu cür gəmilər daha uzun müddət ov edə bilir.
"Havada uçan quşu tutub həmin an günəşin altında qızardacaq". (Qiyamət əlamətləri, 8-ci nəşr, türkcəyə tərcümə: Naim Ərdoğan, Pamuk nəşriyyat, səh. 216)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bu hədisdə dəccalın dövrü ilə bağlı ovlanan canlının olduğu yerdə dərhal bişirilib yeyilməsinə diqqət çəkilmişdir. Təsvirdəki digər xüsusiyyət isə bu hadisənin günəşli yerdə olmasıdır. Bu açıqlamada dövrümüzün texnologiyası ilə istifadə edilən günəş ocaqlarına diqqət çəkilir. (Doğrusunu Allah bilir)
Dövrümüzdə LPG, təbii qaz, elektrik, odun və kömürün yerinə alternativ olaraq istehsal edilən günəş ocaqları sayəsində günəşin altında ət məhsullarının bişirilməsi mümkündür.
Günəşdən gələn istilik, şəkildə gördüyümüz kimi, iç üzü parlaq olan plitələr sayəsində ocağa yönəlmişdir. Ocağın ortasına yerləşdirilən yemək əks etdirilən günəş şüalarından gələn yüksək temperatur sayəsində bişir. (Emily Krone, "Elburn-made solar ovens give hope to many Third World", Daily Herald, 26 Sentyabr 2004, ss. 1, 3)
Axırzamanla əlaqəli bu təriflər dövrümüzə baxan yönləri ilə çox düşündürücüdür.
"Dəccal: "Mən aləmlərin Rəbbiyəm... Bax, bu günəş mənim iznimlə seyr edir, istəyirsinizsə, onu həbs edim", -deyəcək. "Yaxşı, həbs et görək", -deyə söhbət olacaq. Bundan sonra, günəşi həbs edəcək, bir günü bir ay kimi, bir həftəni də bir il kimi edəcək". (Nuaym bin Həmmad və Hakim bin Məsuddan (r.ə) rəvayət edilmişdir. Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219-220)
Peyğəmbərimizin (s.ə.v) hədislərindən birində dəccalın günəşi həbs edəcəyinə işarə edilmişdir. Dövrümüzdə müxtəlif texniki üsullarla duman buludları əmələ gətirmək və bu buludlar vasitəsilə günəş işığını əngəlləmək mümkündür. Duman buludlarının əmələ gəlməsini təmin edən duman bombalarından 1-ci və 2-ci dünya müharibələrində istifadə edilmiş, bunun sayəsində bütün göy üzünü duman bürümüş, bu, görməni bütünlüklə əngəlləmiş və səmadakı təyyarələrin və paraşütlü əsgərlərin müəyyən edilməsinə mane olmuşdur. Bu, hədisdə işarə edilən günəşin həbs edilməsi, yəni günəşin işığının əngəllənməsi üçün istifadə edilən bir üsuldur və hədisə uyğun görünür. (Doğrusunu Allah bilir)
"Ərəb torpaqlarında çay və dərələr axmadıqca qiyamət qopmaz". (Ölüm, qiyamət və diriliş, İmam Şarani, səh. 471)
Səudiyyə Ərəbistanı və İordaniyadakı əkinçilik sahəsinə çevrilmiş çöllər.
Bu hədisi-şərif bu gün Ərəbistan yarımadasında xüsusilə də İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdə suyun bolluca istifadə edilərək səhrada əkinçilik edilməsinə işarə edir.
Tarix boyu bəzi yalançıların və saxtakarların peyğəmbərlik iddiası ilə ortaya çıxdığı məlum bir məsələdir. Bu cür saxtakarlar mənfəət əldə etmək üçün insanların təmiz inancından sui-istifadə etmiş və hər cür hiyləgərliyə əl atmışlar. Hədislərdə qiyamətdən əvvəl yalançı peyğəmbərlərin ortaya çıxacağına diqqət çəkilir.
"Hamısı da Allah`ın elçisi olduğunu iddia edən otuza yaxın yalançı gəlməyənə qədər qiyamət qopmayacaqdır". (Tirmizi, "Fitən", 43; Əbu Davud, "Məlahim", 16)
Yuxarıdakı hədis bizə günümüzdəki vəziyyəti bildirir. Bəzi saxtakarlar müsəlmanların və xristianların inancından sui-istifadə edərək peyğəmbərlik iddiaları ilə ortaya çıxır və bəzən də böyük fəlakətlərə səbəb olurlar.
Mütəxəssislər məsih cərəyanlarının 1970-ci illərdən sonra ortaya çıxmağa başladığını və həmin illərdən sonra da sürətlə çoxaldığını ifadə edirlər.
Mövzu ilə əlaqəli aşağıdakı qeydlər yaddaşlarımızı canlandırmağa kömək üçün seçilmiş bir neçə nümunədir:
Britaniya Ensiklopediyasından: "Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı təsisatları tamamilə yandı. 33 yaşı olan "Branch Davidians" hərəkatının lideri və Məsihi David Koreş də digər 74 nəfərlə birlikdə öldü".25
"Time"dan: "Keçən həftə İsveçrədə və Kanadada Məsih adlandırılan Luis Couretin tərəfdarlarından və uşaqlarından ibarət 53 nəfər öldü. Bu iki ölkənin polisləri ölümlərin səbəbinin toplu intihar, qətliam və ya ikisinin bir qarışığı olub-olmadığını araşdırır".26
Enkarta Ensiklopediyasından: "San Mun "Moon Unification" ("Birləşdirmə") kilsəsinin qurucusudur. 16 yaşında ikən yuxuda İsa Məsihin Tanrının yer üzündəki krallığını qurmaq üçün Munun tanrı tərəfindən seçildiyini elan etdiyini iddia etmişdir. Bu kilsə 1990-cı illərin ortalarında 2 milyondan çox üzvünün olduğunu və 100-dən çox ölkədə təşkilatlandığını iddia etmişdir. Bu kilsənin üzvləri Munu İsanın xələfi olaraq qəbul edirlər".27
"The Guardian"dan: "Ən pis məzhəb qətliamının qorxulu dəlili: Uqandada təzə qəbirlər tapıldıqca liderləri tərəfindən aldadılan fanatik bir məzhəbin 1000-ə yaxın tərəfdarının öldüyündən narahatlıq duyulur..."28
CNN-dən: "Elə bir hadisə idi ki, səbəb olduğu dəhşətli dalğaları dünyanın hər tərəfinə yayıldı... Ən yeni tarixin ən pis kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən çox insan ölmüş halda Cənubi Amerika meşələrindən tapıldı. Ölənlər Cim Consun tərəfdarları idi".29
Gündəmdən düşməyən saxta peyğəmbərlərə Quran ayələrində diqqət çəkilmişdir. Bu mövzudakı bir ayədə belə buyurulur:
"Allah`a iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə vəhy olunmuşdur, mən də Allah`ın nazil etdiyi kimi bir kitab endirəcəyəm", -deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allah`a qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" -deyəndə görəydin!" ("Ənam", 6/93)
Ayənin davamında da bildirildiyi kimi, bu insanlar uydurduqları yalanın əvəzini mütləq görəcəklər.
Şübhəsiz, bu yalançı peyğəmbərlərin yalanlarının tamamilə aydın olacağı günlər yaxındır. Çünki Peyğəmbərimiz (s.ə.v) yalançılardan sonra hz. İsanın geri qayıdacağını da müjdələmişdir.
Hz. İsanın yer üzünə qayıtmasının Quranda xəbər verilməsindən, bunun həm müsəlmanlar, həm də xristianlar tərəfindən həsrətlə gözlənilməsindən əvvəlki səhifələrdə bəhs etmişdik. Hz. İsanın yenidən dünyaya gəlişi ilə əlaqəli Peyğəmbərimizin (s.ə.v) də çoxlu hədisi var. İslam alimlərindən Şövqani hz. İsanın qayıtması ilə bağlı 29 hədisin olduğunu, bu hədislərdəki məlumatların da səhv olmaq ehtimallarının olmadığını bildirmişdir. (Sünəni-İbni Macə, 10/338) (Mövzu ilə əlaqədar daha ətraflı məlumat üçün baxın: "Hz. İsa ölmədi", Harun Yəhya)
Qeyd edilən hədislərlə bizə çatan çox mühüm bir xəbər də var. Hz. İsanın qayıtması axırzamanın ikinci mərhələsi və qiyamətin böyük bir əlaməti olacaqdır. Bu mövzuda bəzi hədislərdə belə buyurulur:
Saxta Məsih David Koreş və yanan evi (yanda)
"Moon" təriqətinin qurucusu Sun Myunq ayin əsnasında (yuxarıda)
Özlərini Məsih elan edən şəxslərin ardınca minlərlə insan ölümə gedir.
Üstdə Uqandadakı kütləvi məzar və sağda Cim Cons tərəfdarlarının intiharı görünür.
Yaşadığımız dövrdə ard-arda bir çox saxta peyğəmbər ortaya çıxmış, hər biri özünü Məsih elan etmişdir. Axırzaman əlamətlərinin ard-arda gerçəkləşməsi hər insanın mütləq düşünməsi lazım olan qeyri-adi vəziyyətdir.
"On böyük əlamət baş verməyənə qədər qiyamət qopmayacaqdır... İsa bin Məryəmin çıxması..." (Sünəni-İbni Macə, 10/293)
"Həyatım əlində olan Allah`a and olsun ki, Məryəmin oğlunun (İsa əleyhissalam) sizin içinizə ədalətli hakim olaraq enməsi, şübhəsiz ki, yaxındır". (Səhihi-Müslim, 6/532)
"İsa bin Məryəm adil bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq gəlməyənə qədər qiyamət qopmayacaqdır". (Sünəni-İbni Macə, 10/340)
Peyğəmbərimiz (s.ə.v) hz. İsanın gəlişindəki icraatlarını da belə ifadə etmişdir:
"İsa adil bir imam və hakim olaraq yer üzündə qırx il qalacaqdır". ("Quran və sünnədə qiyamət və axirət", səh. 134)
"İsa bin Məryəm gələr, qırx il Allah`ın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər". ("Axırzaman Mehdisinin əlamətləri", səh. 92)
"İsa bin Məryəm mənim ümmətimin içində ədalətli bir hakim və (idarəçilikdə) adil bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcəkdir... Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaqdır. Din birliyi də olacaq, artıq Allah`dan başqasına ibadət edilməyəcəkdir". (Sünəni-İbni Macə, 10/334)
"O, (Hz.İsa) xaçı qıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək. Mal (o qədər) çoxalacaq ki, heç kim onu qəbul etməyəcəkdir". (Sünəni-Tirmizi, 4/93; "Quran və sünnədə qiyamət və axirət", səh. 133)
Belə aydın olur ki, hz. İsa qayıtmağı ilə yanaşı, təslis (üçləmə) kimi bütpərəst etiqadları, xaç, ruhbanlıq kimi batil davranışları, donuz əti yemək kimi haram feilləri aradan qaldıracaq, xristian dünyasını səhv yoldan qurtaracaq, bütün insanları Quranda bildirilən haqq dini və üstün əxlaq modelini yaşamağa çağıracaqdır. Bu mərhələdə üzərində durmağın lazım olduğu bir nöqtə var. Ayə və hədislərdə hz. İsanın axırzamanda yer üzünə qayıdacağı heç bir şübhəyə yer verilməyəcək şəkildə müjdələnmişdir. Digər tərəfdən, günümüzdəki bəzi müsəlmanlar mövzu ilə bağlı açıq-aşkar olan dəlillərə əhəmiyyət vermir, bəziləri də hz. İsanın hz. Muhəmməddən (s.ə.v) sonra gəlməsinin mümkün olmadığını iddia edirlər. Bu cür fikirdə olan müsəlmanların mövzu ilə bağlı ayə və hədisləri səmimi və əvvəlcədən qəbul edilmiş heç bir mənfi düşüncəyə sahib olmadığı halda, tədqiq etmələri gərəkir. İkincisi, hz. Muhəmmədin (s.ə.v) son peyğəmbər olmaq həqiqəti ilə hz. İsanın yer üzünə qayıtmağı arasında heç bir ziddiyyət yoxdur. Çünki hz. İsa ikinci dəfə yer üzünə gələndə yeni bir din gətirməyəcək, Quranın və peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) təbliğ etdiyi haqq dinin hökmlərinə tabe olacaqdır. Böyük İslam alimlərindən biri olan İmam Rəbbani hz. İsanın Peyğəmbərimizin (s.ə.v) yoluna tabe olacağını (Məktubati-Rəbbani, 2/1309) bildirmişdir. İmam Nəvəvi hz. Muhəmmədin (s.ə.v) yolunu tətbiq etmək üçün gələcəyini (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 64) ifadə etmişdir.
Bu mövzuda Qazi İyaz da hz. İsanın İslamın hökmləri ilə hökm verəcəyini və xalqın tərk etdiyi dini tətbiqatları ilə yenidən canlandıracağını (Sünəni-İbni Macə, 10/338) söyləmişdir. Bərzəncinin kitabında isə bu həqiqət belə xəbər verilir: "Hz. Muhəmmədin (s.ə.v) şəriəti üzərinə hökm verəcək, özü peyğəmbər olduğu halda, peyğəmbərə tabe olacaq və Muhəmmədin (ə.s) ümmətindən olacaq..." (Qiyamət əlamətləri, səh. 243)
Keçən əsrin ən böyük alimlərindən olan Bədiüzzaman Səid Nursi də "Risaleyi-Nur" külliyatında bu mövzu ilə bağlı çox maraqlı açıqlamalar gətirmişdir. Bədiüzzamanın təhlillərinə görə, hz. İsa axırzamanda cismani olaraq yer üzünə qayıdacaq, maddiyyatçı və təbiətçi fəlsəfə cərəyanlarından törəyən inkarçılarla mübarizə aparacaq. Onun rəhbərliyində xristianlıq və müsəlmançılıq birləşərək güclü dinsizlik cərəyanını tamamilə aradan qaldıracaq. Xristianlığı boş inanclardan, azğınlıqlardan, xurafatlardan təmizləyəcəkdir. Xristianların Qurana tabe olmalarını təmin edəcəkdir. Bədiüzzaman Peyğəmbərimizin (s.ə.v) bu müjdələri hər şeyə gücü çatan Allah`ın sözünə əsaslanaraq verdiyini, buna görə də gerçəkləşəcəyinin mütləq olduğunu bildirmişdir.30
Bu yerdə ağlımıza gələn çox mühüm bir sual da hz. İsanı necə tanıyacağımızdır. Əlbəttə, Quranda bəhs edilən peyğəmbərlərin müştərək xüsusiyyətlərinə sahib olması onun ən aydın əlaməti olacaqdır. Bununla yanaşı, onun həqiqi İsa Məsih olduğunun mühüm bir fiziki əlaməti də var. Hz. İsa ikinci dəfə gələndə onu əvvəllər gördüyünü, tanıdığını, keçmişini bildiyini söyləyə biləcək heç kim ortaya çıxmayacaqdır. Onun fiziki xüsusiyyətlərini, simasını, ya da səs tonunu bilən bircə nəfər də olmayacaqdır. Dünyada bircə adam da "mən onu əvvəlcədən tanıyıram, filan vaxtı görmüşdüm, onun ailəsi və yaxınları filankəslərdir" kimi bir iddiada ola bilməyəcəkdir. Çünki onu tanıyan bütün insanlar bundan təxminən 2000 il əvvəl yaşamış və ölmüşdür. Anası hz. Məryəm, hz. Zəkəriyyə, onunla illərini keçirmiş həvariləri, dövrün yəhudi rəhbərləri və şəxsən hz. İsadan təbliğ alan insanların hamısı vəfat etmişdir. Dolayısilə, ikinci dəfə yer üzünə gələndə onun doğulmasına, uşaqlığına, gənclik illərinə və yetkinliyinə şahid olan bir insan da olmayacaqdır. Onun haqqında heç kim heç nə bilməyəcəkdir.
Kitabın əvvəlki hissələrində qeyd etdiyimiz kimi, hz. İsa Allah`ın "Ol!" əmri ilə atasız olaraq dünyaya gəlmişdir. Aradan əsrlər keçəndən sonra da onun bilinən heç bir qohumunun olmaması çox təbiidir. Allah hz. İsanın bu vəziyyətini Quranda hz. Adəmin yaradılışına oxşatmış və belə demişdir:
"Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: "Ol!" -dedi, o da oldu". ("Ali-İmran", 3/59)
Ayədə də bildirildiyi kimi, Allah hz. Adəmə: "Ol!" -demişdir və hz. Adəm yaradılmışdır. Hz. İsanın ilk yaradılışı da Allah`ın: "Ol!" -deməsi ilə baş vermişdir. Hz. Adəmin anası və atası yoxdur; hz. İsanın birinci dəfə dünyaya gəlməyində isə təkcə anası hz. Məryəm var. İkinci dəfə dünyaya gələndə isə onun anası da olmayacaqdır.
Şübhəsiz ki, bu vəziyyət tez-tez ortaya çıxan "saxta Məsih" təhlükəsini də tamamilə aradan qaldırır. Hz. İsanın yer üzünə yenidən gəlişində onun hz. İsa olduğuna şübhə ediləcək heç bir vəziyyət olmayacaqdır. Heç kim: "Bu adam hz. İsa ola bilməz", -deyə bilməyəcək və buna da heç bir səbəb tapmayacaqdır. Çünki hz. İsa dünyadakı bütün digər insanlardan seçilə biləcək bu çox mühüm xüsusiyyətlə, yəni yer üzündə onu tanıyan bircə adamın da olmaması ilə dərhal tanınacaq. Nəticə olaraq, bura qədər qeyd edilən məlumatlar hz. İsanın gəlişinə və edəcəkləri ilə əlaqəli Allah`ın vədlərinin çox yaxın olduğunu düşündürür. Şübhəsiz ki, bizim üzərimizə düşən vəzifə əsrlərdir həsrətlə gözlənən bu mübarək insanı ən gözəl şəkildə qarşılamağa hazırlaşmaqdır.
Hz. Muhəmmədin (s.ə.v) müfəssəl şəkildə təsvir etdiyi Qızıl Əsr və bu dövrün xüsusiyyətləri də qiyamətin mühüm əlamətlərindəndir. İslam alimləri bu dövrə cənnətə oxşayan xüsusiyyətlərinə görə Qızıl Əsr adını vermişlər. Hədislərdən aydın olduğuna görə, Qızıl Əsr axırzamanın ikinci dövründə yaşanacaqdır.
Bu müjdələnmiş xəbərin gerçəkləşəcəyi dövrün mühüm xüsusiyyətlərindən biri bolluq və zənginlikdir. Qeyd edilən bolluğun tarixdə bir bənzərinin olmadığı da hədislərdə xüsusilə qeyd edilmişdir:
Peyğəmbərimiz (s.ə.v) hədislərində axırzamanın ikinci mərhələsinin olacağından və bu dövrdə tarixdə misli görünməyən bir zənginliyin yaşanacağından bəhs etmişdir. İslam alimləri bu dövrü cənnətə bənzər xüsusiyyətlərinə görə "Qızıl Əsr" adlandırıblar.
"Mənim ümmətim həmin dövrdə elə bir rifaha qovuşacaq ki, o günə qədər onun oxşarını qətiyyən görməmişdir..." (Sünəni-İbni Macə, 10/347)
"O vaxt ümmətimin yaxşısı, pisi, hamısı da bənzərini görmədikləri nemətlərlə nemətlənər". ("Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman", səh.16)
Qeyd edilən dövrdəki zənginlik başqa bir hədisdə də belə təsvir edilmişdir:
"Onun dövründə yer üzü içindəki xəzinələri xaric edəcək". ("Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər", səh. 43)
Bu mövzuda digər hədislərdə də sıxıntı və darlıq illərinin qurtaracağı, ehtiyac içində olan insanların qalmayacağı, hətta insanların sədəqə verməyə kasıb adam tapa bilməyəcəkləri xəbər verilmişdir:
"Elə bir dövr gələcək ki, insan (ayırdığı) qızıl sədəqəsi ilə hər tərəfi gəzsə də, əlindəki sədəqəsini alacaq heç bir kasıb tapa bilməyəcək". (Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, səh. 462)
"Şübhəsiz, o dövrdə mal çoxalıb su kimi axacaq. Heç kim özünə sığışdırıb onu qəbul etməyəcəkdir". (Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, səh. 464)
"Qızıl əsr"in maraqlı bir xüsusiyyəti də dürüstlüyün və ədalətin yayılması olacaqdır. Sıxıntı, haqsızlıq və zülmlər yerini ədalətin, hüququn keçdiyi günlərə verəcəkdir. Hədislərdəki ifadə ilə desək, yer üzündə zülm və işgəncənin yerinə ədalət dolacaqdır ("Ramuz əl-əhadis", 7/7).
Silahların susması, düşmənçiliyin, dava-dalaşların, sosial tənəzzülün qurtarması, insanlar arasında dostluq və sevgi bağının qurulması da bu dövrün bəzi xüsusiyyətlərindəndir. Müharibə sənayesinə xərclənən dəhşətli miqdardakı pul qida, səhiyyə, abadlıq, mədəniyyət sahələrinə və bütün insanların səadətini təmin etməyə istiqamətlənəcək və bu sahələrə sərmayə qoyulacaqdır.
Bu müjdələnmiş dövrün əsas xüsusiyyətlərindən biri də dinin özünə qayıtması və Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi yaşanması olacaqdır. Əslində, İslam dinində olmayan, sonradan uydurulmuş adətlər, hökmlər, xurafatlar aradan qaldırılacaqdır. Həqiqi dinin tətbiq edilməsi ilə müsəlmanların arasındakı ayrılıqlar bitəcəkdir.
Xülasə, Qızıl Əsr bolluq, xoşbəxtlik, əmin-amanlıq, sülh, səadət, zənginlik və rahatlıq şəraitinin hökm sürəcəyi, sənət, tibb, kommunikasiya, istehsal, nəqliyyat və həyatın bütün sahələrində dünya tarixində görünməmiş və yaşanmamış inkişafın olacağı, Quran əxlaqının yaşanacağı bir əsr olacaqdır.
(Mövzu ilə bağlı müfəssəl məlumatlar "Qızıl Əsr" adlı kitabımızda var)
Quran əxlaqının yaşanacağı bir dövr olan Qızıl Əsrdə bütün dünyaya ayələrdəki cənnət təsvirlərinə bənzəyən bir bolluq, bərəkət, zənginlik və ehtişam hakim olacaq. Belə ki, bu dövr hədislərdə sədəqə veriləcək kasıbın tapılmayacağı bir dövr olaraq təsvir edilmişdir.
Qurandakı hekayətləri oxuyarkən mühüm bir İlahi hökmün hər dövrdə qüvvədə qaldığını görürük. Allah`ın göndərdiyi elçini yalan sayan və ona qarşı müharibə elan edən cəmiyyətlər məhv edilmiş, elçiyə tabe olan insanlar isə haqq dinin gətirdiyi maddi bolluğu və mənəvi səadəti yaşamışlar.
Elçidən sonra gələn dövrdə isə bəzi cəmiyyətlər onlara aşkar təbliğ edilmiş olan haqq dini tez tərk edərək şirkə və inkara düşmüşlər, fitnə və fəsad çıxararaq, adətən, öz əlləri ilə öz aqibətlərini hazırlamışlar.
Qeyd edilən qayda, əlbəttə ki, axırzaman üçün də öz qüvvəsində qalacaqdır. Peyğəmbərimiz (s.ə.v) hz. İsanın ölümü və Qızıl Əsrdən sonra qiyamət saatının gələcəyini belə bildirmişdir:
"Ondan (hz. İsadan) sonra qiyamətin qopması an məsələsi olacaqdır". ("Ramuz əl-əhadis", 1/1336)
"Ondan (hz. İsadan) sonra qiyamət qopacaq". ("Ramuz əl-əhadis", 28/5948)
Şübhəsiz, axırzaman və Qızıl Əsr bəşəriyyətə axırıncı xəbərdarlığın tam mənası ilə olacağı dövrdür. Bəzi hədislərdə bu dövrdən sonra artıq dünyada xeyirli bir şey qalmayacağı vurğulanır. Belə aydın olur ki, hz. İsanın ölümündən çox qısa bir müddət sonra dünyanın bütün xalqları Qızıl Əsrin gətirdiyi maddi rifah şəraitində azğınlaşacaq, haqq dini tamamilə tərk edəcəklər. Qiyamət saatı da belə bir şəraitdə, qəfildən gələ bilər. Əlbəttə, ən doğrusunu Allah bilir.
3. Bediüzzaman Said Nursi, Şualar, s. 360, Şaban Döğen, Mehdi ve Deccal, Gençlik Yayınları, İstanbul, 1998, s.15
4. M. Encarta Encyclopedia 2000, "Terrorism"
5. Britannica Encyclopedia 2000, "The blast of World War II"
6. BBC News Online, "The first horseman: Environmental disaster", Aralık 1999, http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_563000/563127.stm
7. National Climatic Data Center, "Billion Dollar U.S. Weather Disasters", Ekim 2000, http://www.ncdc.noaa.gov/ol/reports/billionz.html
8. M. Encarta Encyclopedia 2000, "Central America"
9. Time, 6 Şubat 1995, "Economic Aftershock"
10. US Geological Survey National Earthquake Information Center, “Earthquake Facts and Statistics”, 2000, http://wwwneic.cr.usgs.gov/neis/eqlists/eqstats.html http://wwwneic.cr.usgs.gov/neis/bulletin/1999_stats.html
11. UNICEF, "Children and Poverty: Key Facts", 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm
12. Manufacturing Dissent, “World Statistics – The Rich and the Poor”, 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html
13. UNICEF, "Children and Poverty: Key Facts", 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm
14. FAO, "The state of food insecurity in the world", 2000, http://www.fao.org/FOCUS/E/SOFI00/sofi001-e.htm
15. Human Development Report 1998, United Nations Development Programme, New York, Eylül 1998- www.oneworld.org/ni/issue310/facts.htm
16. Manufacturing Dissent, “World Statistics – The Rich and the Poor”, 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html
17. WHO, “Young People and Sexually Transmitted Diseases”, Fact sheet no: 186, Aralık 1997, http://www.who.int/inf-fs/en/fact186.html
18. WHO, "Report on the Global HIV/AIDS Epidemic", Haziran 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids
19. WHO, "Report on the Global HIV/AIDS Epidemic", Haziran 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report. htm#aids
20 United Nations Office for Drug Control and Crime Prevention, Global Report on Crime and Justice, 1999, http://www.uncjin.org/Special/GlobalReport.html
21. M. Encarta Encyclopedia 2000, "Aging"
22. United Nations Population Division, Department of Economic and Social Affairs, The Ageing of the World's Population, 2000,
http://www.un.org/esa/socdev/ageing/agewpop.htm
23 UNESCO Statistical Yearbook, 1997- ekle- http://www.education.nic.in/htmlweb/arhrne.htm
24. Bediüzzaman Said Nursi, Şualar, 5. Şua, 17. Mesele; İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.214
25. Britannica CD 2000, "From Year in Review 1993: Chronology"
26. Time, 17 Ekim 1994, "In The Reign Of Fire"
27. M. Encarta Encyclopedia 2000, "Moon, Sun Myung", "Unification Church"
28. The Guardian, 29 Mart 2000, "Grim evidence of worst cult slaughter"
29. CNN, "Jonestown, 1978", http://www.cnn.com/SPECIALS/1999/century/episodes/08/timelines/headlines/infoboxes/jonestown.html
30. Bediüzzaman Said Nursi, Mektubat, Enver Neşriyat, İstanbul, 1996, s.57-58