Quranda Hz. Süleymanın ordusu haqqında verilən bilgidə qarışqaların çox mükəmməl “xəbərləşmə sistemi”nin olduğuna işarə edilir. Həmin ayə belədir:
“Nəhayət, onlar [Taifdəki, yaxud, Şamdakı] qarışqa vadisinə gəlib çatanda bir dişi qarışqa [qarışqaların padşahı] dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi [ayaqları altında] basıb əzməsinlər!” («Nəml» surəsi, 18).
Son onilliklər ərzində qarışqalar üzərində aparılan elmi araşdırmalar bu kiçik heyvanlar arasında inanılmaz bir xəbərləşmə (ünsiyyət) sisteminin oldğunu ortaya qoyub. National Geograr-hic dərgisində yayımlanan bir məqalədə bu haqda deyilir:
“Böyük-kiçikliyindən fərqli olmayaraq, hər bir qarışqa başındakı duyğu orqanları va-sitəsilə milyonlarca siqnal ala bilir. Qarışqanın beyni 500.000 sinir hüceyrəsindən ibarətdir; gözləri bitişikdir; başındakı antennalar insandakı burun və barmaq ucları kimi hərəkət edir. Ağzının altındakı reseptorlar dadı, tüklər isə təması hiss edir”.7
Bizlər fərqinə varmasaq da, qarışqalar həssas duyğu orqanları sayəsində müxtəlif xəbərləşmə (ünsiyyət) yollarından istifadə edirlər. Ov tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan savaşmağa qədər hər bir işdə bu duyğu orqanlarından yararlanırlar. 2-3 millimetrlik vücudlarının içinə sığışdırılmış 500.000 sinir hüceyrəsilə şaşırdıcı bir əlaqə sistemi qura biliblər. Diqqət yetirin ki, haqqında bəhs edilən yarım milyon sinir hüceyrəsi və qarışıq əlaqə sistemi haradasa insandan minlərlə dəfə kiçik olan bir qarışqaya aiddir.
Qarışqalar, arılar və termitlər kimi “sosial” yaşam tərzi keçirən, koloniyalar halında yaşayan canlıların əlaqə növləri (əlaqə qurmanın səbəbləri) kateqoriyalara ayrılır; həmin kateqori-yalar bunlardır: həyəcan siqnalı vermə, toplanma, təmizlənmə, maye qida mübadiləsi, qruplaşma, tanıma, kastaları bəlirləmə.8
Bu yollarla intizamlı bir toplum əmələ gətirən qarışqaların qarşılıqlı xəbər mübadiləsinə dayanan bir həyat tərzləri var və onlar bu xəbər mübadiləsində heç bir çətinlik çəkmirlər. İnsanların çox vaxt danışıqlar yoluyla həll edə bilmədiyi məsələlərdə (toplanma, paylaşma, təmizləmə, qorunma və sair) qarışqaların ünsiyyət sistemi yüzdə yüz başarılı olur.
Yeni kəşf edilən qida qaynağına hamıdan öncə ovçu qarışqalar gedirlər. Daha sonra feromen (*) adlanan və və daxili vəzilərdən ifraz olunan bir maye sayəsində digər qarışqalar da çağırılırlar. Qidanın yanına yığışan qarışqaların sayı artdıqca işçilərə yenə də həmin feromen va-sitəsilə təsir edilir. Tapılan qidanın böyük-kiçikliyindən və yaxın-uzaqlığından asılı olaraq, ovçular siqnal verib, onun yanına çağırılan qarışqaların sayını tənzimləyirlər. Əgər çox gözəl bir qida tapılıbsa, qarışqalar daha çox iz buraxmağa çalışırlar və beləliklə də, ovçulara daha çox işçi yardıma gəlir. Heç bir halda tapılan qidanın yuvaya çatdırılmasında problem çıxmır, bu iş necə lazımdırsa, görülür. Çünki ortada tam bir “komanda çalışması” var.
Başqa bir örnək isə bir yuvadan digərinə köçən “kəşfiyyatçı” qarışqalarla ilgilidir. Bu qarışqalar köhnə yuvadan yenisinə doğru arxalarınca iz buraxaraq gedirlər. Digər işçilər yeni yuvanın yerini beləcə tapır və əgər gərəkirsə, öz feromenlərilə köhnə “iz”in üzərinə yenisini də əlavə edirlər. Beləcə, iki yuva arasında gedib-gələn qarışqaların sayı artır və onlar yeni yuvanı qurub başa çatdırırlar. Bu proses zamanı işçi qarışqaların da arasında bir iş bölümü gedir. Yeni yuvanı müəyyənləşdirən qarışqalar vəzifələri bu cür paylaşırlar:
Şübhəsiz ki, bu qüsursuz hərəkat planı qarışqalar ilk yaradıldıqları gündən bəri tətbiq edirlər. Çünki ancaq öz yaşamını və mənfəətini düşünən fərdlərin belə bir iş bölümü sistemi qura bilməsi imkansızdır. Elə isə, belə bir sual ortaya çıxır: Milyonlarla ildən bəri bu planı qarışqalara kim təlqinləyir və yerinə yetirilməsini təmin edir? Bu hərəkət planının gərəkdirdiyi son dərəcə üstün qrup ünsiyyətinin işləyə bilməsi üçün əlbəttə ki, böyük bir ağıl və qüvvət sahibinə ehtiyac var. Bütün məsələ də elə bundadır: cəmi canlıların yaradıcısı, sonsuz ağıl sahibi olan Allah onun qüvvəsini anlaya bilməmiz üçün hətta qarışqaların bu sistemli dünyasında da bizə yol göstərir.
Communication between ants may be established by transmission of chemical signals by way of scent or taste. |
Yuxarıda sadalanan bütün ünsiyyət növlərini bir ümumi kateqoriyada birləşdirmək lazım gələrsə, onların hamısının kimyəvi siqnallarla yönləndirildiyini deyə bilərik. Qarışqaların ün-siyyət qurmaq məqsədilə işlətdikləri maddələrin ümumi adı “yarımkimyəvi maddələr”dir (semio-chemicals). Ümumiyyətlə, iki növ yarımkimyəvi maddə var - feromenlər və alomenlər.
Alomen - cinslərarası ünsiyyət qurmağa yardım edən bir maddədir. Feromen isə bir qədər öncə açıqladığımız kimi, əsasən eyni cinsin daxilində işlədilən və bir qarışqa tərəfindən bu-raxılanda, digər qarışqaların qoxusunu hiss etdiyi maddədir ki, kimyəvi siqnal rolunu oynayır. Bu siqnallar qarışqa toplumlarıın təşkilatlanmasında ən önəmli rolu oynayır. Bu maddəni daxili vəzilər hazırlayır. Bir qarışqa siqnal olaraq bu maddəni buraxanda, digərləri qoxu, yaxud, dad şəklində mesaj alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar göstərib ki, bütün siqnallar ancaq koloniyanın ehtiyaclarıyla bağlı verilir. Qarışqaların buraxdığı feromenin miqdarı isə düşdükləri durumun gərginliyinə görə müəyyənləşir.9
Göründüyü kimi, qarışqaların bacardığı bu işlərin öhdəsindən gəlmək üçün kimyanı dərindən bilmək tələb olunur.
Qarışqaların hazırladığı kimyəvi maddələri biz insanlar ancaq labaratoriyada apardığımız analizlərin köməyilə araşdıra bilirik. Üstəlik, həmin maddələri istehsal etməyi öyrənməyimiz üçün illərlə çalışmaq lazımdır. Qarışqalar isə dünyaya gəldikləri andan bu işləri çox gözəl bacarır və hamısını da yerli-yerində tətbiq edirlər. Dünyaya gəldikləri ilk andan kimyəvi mad-dələri gözəl tanımaları ona dəlalət edir ki, qarışqalara hələ doğulmazdan öncə kimya dərsi keçən bir “müəllim” var. Bunun əksini söyləmək qarışqaların özləri-özlərinə kimya öyrətdiklərini iddia etmək anlamına gəlir ki, bu da məntiqə ziddir. Qarışqalar, əlbəttə ki, heç bir təhsil görmədən, doğulur-doğulmaz bu kimyəvi maddələrdən çox gözəl baş çıxarırlar. Heç bir həşərat və ya digər canlı - insan da daxil olmaqla,- qarışqaya nəsə öyrədə bilməz, o ki qalsın kimya ola! Üstəlik, söhbət hələ dünyaya gəlməyən bir qarışqanı öyrətməkdən gedirsə, bunu kim bacara bilər? Təbii ki, bu işi görə bilən tək iradə bütün canlıları yaradan, “göylərin və yerin Rəbbi” olan Allahdır. Düşünün ki, insanların çoxu qarışqaların gündəlik həyatları zamanı işlətdikləri feromenin heç nə olduğunu da bilmirlər. Amma dünyaya gələn hər qarışqa bu kimyəvi maddənin sayəsində mükəmməl bir sosial ünsiyyət sisteminə qatılır. Bu sistem isə sonsuz qüdrət sahibi olan Allahın varlığının açıq dəlilərindən yalnızca biridir.
İndiyə qədər haqqında söz açdığımız kimyəvi reaksiyaların gerçəkləşdirilməsi üçün qarışqaların orqanizmində xüsusi ifraz vəziləri var. Daha dəqiq desək, qarışqaların arasındakı kimyəvi ünsiyyət 6 ədəd vəzinin ifraz etdiyi maddələrin hesabına mümkün olur. Amma ayrı-ayrı qarışqa növlərində həmin vəzilərin hər birinin fərqli funksiyaları var. İndi həmin vəzilərlə yaxından tanış olaq:
Müdafiə vəziləri: Bu vəzilərin buraxdığı maddələr xarici təhlükə zamanı toplaşmaq, həyəcan siqnalı vermək, hücuma hazırlaşmaqla bağlı siqnalların yayılmasını təmin edir;
Zəhər tuluğu: Burada geniş təsirli kimyəvi turşular yığılır. Hücum və müdafiə zamanı işlədilən maddələr də burada yaranır. “Atəş qarışqaları” bu zəhəri püskürməklə hətta kiçik onurğalıları iflic edir, insanın dərisini yandırırlar. Formik turşular sintez edən qarışqaların yaşadığı meşədə araşdırmaçılar xeyli miqdarda formik turşunun olduğunu müşahidə ediblər. Onun qədərin-in çoxluğu heç nə ilə izah edilə bilmirdi. İrəli sürülən versiyalardan heç hansı doğrulmurdu. Sonda alimlər belə bir ortaq qənaətə gəldilər ki, meşədə yaşayan qarışqaların ifraz etdiyi formik turşular buxarlanaraq havaya qarışır və ekoloji sistemdə bir sıra dəyişikliklərə səbəb olur. Yəni bu kiçik canlılar özlərinə heç bir ziyan vermədən hətta bölgənin atmosferinə belə təsir göstərəcək miqdar-da turşu ifraz edə, ondan gərək olan şəkildə yararlana bilirlər. Bu fakt araşdırmaçılarda xeyli heyrət doğurub.10
On the above, we see the anatomical diagram of the Formica species ant. The brain and nervous system are shown in blue, the digestive system in pink, the heart in red and the endocrine glands and related structures in yellow: | ||
1. Mandibular gland. | 7. Esophagus | 13. Malpighian sacks |
Xəbərdarlıq vəziləri (Pygidial): Bu vəzinin ifraz etdiyi maddələrdən üç ayrı-ayrı qarışqa növü düşmənə xəbərdarlıq etmək üçün faydalanır. Böyük səhra qarışqası bu maddəni buraxaraq, onun yaratdığı qoxu ilə düşmənini qorxuya salır; Güney Amerikada yaşayan Pheidole biconstricta adlı qarışqa isə bu maddədən hətta hücum zamanı da istifadə edir.
Sternal vəzilər: Buradakı maddələrdən koloniyanın köçü zamanı və ovu təqib edərkən qarışqaları bir yerə toplamaq üçün istifadə edilir. Bu maddənin ən orijinal funksiyası isə qarışqanın zəhər püskürdərkən tez-tez hərəkət etdirdiyini yeddinci qarın bölümünü yağlamaqdır. Bunun sayəsində qarışqanın bədəni zəhəri daha asan püskürdə bilir. Mikroskopik bir “yağ istehsalı mərkəzi”ni xatırladan bu vəzi olmasaydı, qarışqanın bütün müdafiə sistemi sıradan çıxardı. Amma belə olmur, çünki ortada qüsursuz bir planlaşdırma var: hətta kiçik bir qarışqanın zəhər püskürtmək üçün gövdəsini necə döndərəcəyi də nəzərə alınıb, həmin gövdənin asanlıqla dönməsi üçün gərəkən yağın harada yerləşməsi də öncədən müəyyənləşdirilib.
Metapleral vəzilər: bu vəzilərin ifraz etdiyi mayelərin qarışqanın bədənini və yuvasını mikroorqanizmlərdən qoruyan antiseptik maddələr olduğu anlaşılıb. Məsələn, bəzi qarışqaların bədənində həmişə 1,4 mikroqram həcmində müəyyən turşu olur. İşçi qarışqalar zaman-zaman bu antiseptik maddədən yararlanırlar. Əgər hücuma məruz qalsalar, düşməni uzaqlaşdırmaq üçün də həmin maddədən istifadə edirlər.11
Bunu unutmaq olmaz ki, bir qarışqa nəinki özünü mikroblardan qorumağı düşünmür, hətta dünyada onların varlığından belə xəbərsizdir. Amma bununla belə, qarışqa heç fərqində də olmadan vücudu düşmənlərilə mübarizə aparmaq üçün xüsusi maddələr istehsal edir. Qarışqanın bədənində özünü qorumaq üçün 1,4 mikroqramlıq antiseptik maddənin olması çox incə düşünül-müş detaldır. Çünki qarışqanı yaradan Allah yaratdığı bütün canlıların ehtiyaclarını ən incə detal-larına qədər düşünür, yəni Lətifdir.
Göründüyü kimi, bu bölümdə haqqında bəhs edilən bütün vəzilər qarışqalar üçün həyati funksiyalar daşıyan orqanlardır. Onların hansısa birinin olmaması və ya yetərsiz işləməsi qarışqanın sosial-fiziki mövcudluğunu şübhə altına salar, ya da ümumiyyətlə, mümkünsüz edər. Bu isə qəti olaraq təkamül nəzəriyyəsinin iddialarını çürüdür. Çünki həmin nəzəriyyə canlıların pillə-pillə inkişaf etdiklərini, ibtidai formadan başlayaraq, bir sıra təsadüflər sonucunda daha mükəmməl hala düşdüklərini bəyan edir. Bizim örnəyə tətbiq edəndə bu, o deməkdir ki, qarışqalar sahib oldu-qları fizioloji özəllikləri tədricən, hissə-hissə əldə ediblər; halbuki, dediyimiz kimi, qarışqaların bütün vəziləri və onların ifraz etdiyi maddələr son dərəcə həyatidir və bunlardan hansısa biri ol-masa, qarışqa nəslinin davam etməsi imkansızdır. Demək, qarışqalar bütün vəziləri və çeşidli mad-dələr ifraz edən orqanlarıyla birgə, tam olaraq yaradılıblar. Müdafiə və xəbərləşmə sistemlərini formalaşdırmaq üçün yüzminlərlə il ərzində gözləməyiblər. Yoxsa, dediyimiz kimi, qarışa nəslinin davam etməsi imkansız olardı. Yeganə izah budur ki, dünyaya gələn ilk qarışqa elə bu günkü kimi qüsursuz və mükəmməl şəkildə yaradılıb. Qüsursuz bir sistem isə ancaq ağıllı mühəndisin layihəsi ola bilər. Bu gün yer üzündə milyardlarla fərdlərdən ibarət qarışqa topluluqları var. və onların hər birini tamamilə əksiksiz yaradan Uca Allahdır.
Qarışqaların bir-birlərini tanıya bildiklərini, əqrabalarını, yəni öz koloniyalarının üzvlərini ayırd etdiklərini artıq söyləmişik. Zooloqlar qarışqaların bu işi necə bacardığını hələ də araşdırırlar. İnsan qarşısına çıxan bir neçə qarışqanı belə bir-birindən ayırd edə bilmədiyi halda, hər cəhətdən oxşar olan bu varlıqlar həmcinlərini necə seçib fərqləndirirlər? İndi bunu birlikdə görəcəyik.
Bir qarışqa digər qarışqanın öz koloniyasından olub-olmadığını çox asanca anlaya bilir. İşçi qarışqa yuvasına girən qarışqanı tanımaq üçün antennalarıyla onun bədəninə toxunur. və an-caq öz koloniyasının üzvlərinə xas olan özəl qoxunun sayəsində onun kimliyini dərhal ayırd edə bilir. Əgər yuvaya girən qarışqa “özgə”lərdəndirsə, ev sahibləri bu çağırılmamış qonağa qəddarlıqla hücum çəkirlər. Yuvanın sakinləri güclü çənə sümüklərini yabançının bədəninə keçirib onu dişləyir, düşmənin bədəninə zəhərli turşular buraxaraq, onu məhv edirlər.
Əgər çağırılmamış qonaq eyni cinsdən, fəqət ayrı koloniyadan olan bir qarışqadırsa, ev sahibləri bunu da anlaya bilirlər. Bu halda o, yuvaya qəbul edilir, fəqət koloniyanın qoxusunu qəbul edənə qədər müsafir qarışqaya nisbətən az yemək verilir.12
Eyni koloniyaya aid qarışqaların bir-birlərini tanımalarını təmin edən qoxunun qaynağı hələ də tam bəlli deyil. Fəqət orası məlumdur ki, qarışqalar öz aralarında hidrokarbonatları qox-uları ayırd etmək məqsədilə işlədirlər. Aparılan təcrübələr göstərib ki, eyni cinsdən, fəqət ayrı ko-loniyalardan olan qarışqalar bir-birlərini hidrokarbonat fərqlərinə görə tanıyırlar. Bunu anlamaq üçün maraqlı bir eksperiment keçirilib. Öncə bir koloniyadakı işçilərin üzərinə eyni cinsdən, fəqət ayrı koloniyadan olan qarışqaların qoxusunu daşıyan mayelər püskürdülüb. Nəticədə yuvadakı digər qarışqalar onlara aqressiv münasibət göstərsələr də, eksperiment zamanı qoxusu istifadə edilən qarışqalar özlərininki kimi qəbul ediblər.13
Koloniya qoxusundan danışarkən üzərində durulması gərəkli olan çox önəmli məsələlərdən biri də təkamül nəzəriyyəsilə bağlıdır. Qarışqa, yaxud digər sosial böcək koloniya-larının (arılar, termitlər) özlərinə məxsus feromenlərlə yoldaşlarını tanıya bilməsi təkamül mex-anizmləri tərəfindən necə izah olunur?
Bütün çatışmazlıqlarına rəğmən, təkamül nəzəriyyəsini müdafiə etməyə çalışanlar feromenlərin təbii seçmə nəticəsində (canlılarda əmələ gələn faydalı dəyişikliklərin saxlanılıb, zərərlilərin çıxdaş edilməsi) yaradığını deyirlər. Halbuki, qarışqalar da daxil olmaqla, heç bir böcək cinsi üçün bu, keçərli ola bilməz. Bu baxımdan ən kəsərli misal bal arılarıdır. Belə ki, düşmən hücum edərərkən bir bal arası digərlərinə xəbər vermək üçün xüsusi feromen ifraz edir. və bunun ardınca dərhal ölür. Çünki bal arısının orqanizmi həmin feromeni ancaq bircə dəfə ifraz etməyə qadirdir. Bu halda, belə bir “faydalı dəyişikliyin” təbii seçim yoluyla sonrakı nəsillərə ötürülməsi necə mümkün ola bilər?
Bu açıqlamadan da göründüyü kimi, kasta sisteminə aid həşərat cinsləri arasındakı kimyəvi xəbərləşmənin təbii seçim yoluyla yaranması imkansızdır. Bu, eyni zamanda göstərir ki, həmin xəbərləşmə şəbəkəsini quran elə həşəratların özünü yaradan qüvvədir.
Ants establishing communication with each other by touch. |
Qarışqalar çox yüksək səviyyədə fədakarlıq hissinə sahibdirlər və buna görə də haradasa bir qida qaynağı tapan kimi, mütləq digər yoldaşlarını da dəvət edərək, tapdıqlarını paylaşırlar. Bunun üçün qidanı hamıdan əvvəl tapan qarışqa yükünü götürərək, yuvaya dönür. Dö-nərkən qarnının ucunu qısa fasilələrlə yerə sürtür və kimyəvi izlər buraxır. Amma dəvət bununla bitmir; qarışqa yuvaya çatanda xüsusi işarələr verir və yoldaşlarıyla əlaqə qurur. Daha sonra o, tapdığı qida mənbəyinə dönmək istəyəndə bütün yoldaşları ona qoşulmaq istəyirlər. Amma yalnız ən yaxın “antenna təmasında” olanlar bu “kampaniya”ya qatıla bilir. Həmin qarışqalar duyğu si-qnalları və vücudları üzərindəki feromenlər vasitəsilə sürəkli şəkildə bir-birlərilə ünsiyyət saxlayırlar.
Qeyd edək ki, hətta dəvətedici qarışqalar olmayanda belə, digər qarışqalar kimyəvi izlərə düşərək, gedib qida mənbəyini tapa bilirlər. və yaxud, qidanı kəşf edən qarışqa yuvaya gedib “rəqs” edincə, yoldaşları başqa heç bir kömək olmadan gedib yemək mənbəyinə çata bilirlər.
Qarışqaların digər bir maraqlı cəhəti isə “dəvətnamə” qismində çeşidli kimyəvi mad-dələr ifraz etmələridir. Onların sadəcə qida qaynağına toplaşmaq üçün nəyə görə bu qədər çox müxtəlif kimyəvi maddələr buraxdıqları bəlli deyil. Fəqət bəzi versiyalar görə, bu maddələrin çeşidliyi izlərin bir-birinə qarışmaması üçündür. Bundan başqa, qarışqalar mesaj göndərərkən də fərqli siqnallar verirlər, onların hər birinin gücü digərlərindən fərqlənir. Koloniya aclıq keçirəndə və ya yuvanı genişləndirməyə ehtiyac duyulanda siqnalların gücü artırılır.
Qarışqa toplumlarının bu dərəcədə sistemli olması insanlar üçün çox ibrətamiz örnəkdir. Özü də elə hər mənada. Sadəcə öz mənfəətlərini düşünən və bunun uğrunda başqalarının haqlarını rahatca tapdalayan insanlardan ibarət cəmiyyətlərə baxanda, qarışqaların son dərəcə fədakar yaşamları daha “əxlaqlı”lır. Başqa yandan, təkmülçülərin nəzəriyyəsilə qarışqaların bu cür davranışlarını izah etmək təbii ki, mümkün deyil. Çünki təkamül təlimi təbiətdəki tək qanunun yaşam mücadiləsi və çarpışma olduğunu iddia edir. Halbuki, qarışqaların (və başqa xeyli heyvan növlərinin) davranışı bunu yalanlayaraq, fədakarlıq gerçəyini göz önünə sərir.
Koloniya daxilindəki intizamın saxlanması zamanı qarışqaların “antenna”larıyla bir-birlərinə toxunaraq anlaşmaları onların arasında sözün həqiqi mənasında bir “antenna dili”nin mövcudluğunu göstərir. Qarışqalar toxunma yoluyla verilən antenna siqnallarından yemək za-manın gəldiyini, dəvəti, yuva yoldaşını tanıdığını və s. bildirmək üçün istifadə edirlər. Məsələn, Af-rikada yaşayan bir qarışqa növünün işçiləri qarşılaşarkən antennalarını bir-birinə sürtürlər. Bu “an-tennalaşma” yalnız salam və yuvaya dəvət mənalarını daşıyır. Bu dəvət növü bəzi qarışqa növlərində (məsələn, Nyroronera) çox qabarıq nəzərə çarpır. Onlarda iki işçi üz-üzə gələndə dəvət edən qarışqa başını 90 dərəcə yana əyərək, antennasıyla yoldaşının qafasının altına və üstünə toxunur. Dəvəti alan qarışqa da oxşar şəkildə cavab verir.14
Qarışqalar antennalarıyla yuva yoldaşlarının vücudlarına toxunduqları zaman məqsəd onlara bilgi vermək deyil, əksinə, o birinin ifraz etdiyi kimyəvi maddələri duyaraq, bilgi almaqdır. Özü də qarışqalar əldə etdikləri informasiyaları yuva yoldaşlarına da ötürürlər.
Toxunma yoluyla ünsiyyətə aid ən gözəl örnək qarışqanın bir toxunuşla qurşağında saxladığı yemi çıxarıb, digər bir qarışqanı bəsləməsidir. Bununla bağlı aparılan maraqı bir təcrübədə araşdırmaçılar Myrmica və Formica cinsindən olan işçi qarışqaların vücudlarının çeşidli hissələrinə insan tüküylə toxunaraq, onların maye qidalarını ağızlarından çıxarmağa çalışıblar və bunu bacarıblar. Ən həssas qarışqa isə yeməyini yenicə bitirmiş və yediklərini paylaşmaq üçün yuva yoldaşlarını arayan qarışqa olmaşdu.
Araşdırmaçılar onu da kəşf ediblər ki, bəzi böcək, həşarat və parazitlər də bu taktika-dan xəbərdardırlar və həmin yolla qarışqaların yeməyinə şərik çıxaraq, bəslənirlər. Məsələn, bir böcək qarışqanın diqqətini çəkmək üçün sadəcə antennası və ya ön ayağıyla qarışqanın vücuduna xəfifcə toxunur, bunun ardınca qarışqa qarşısındakının tamam başqa bir canlı olmasına baxmayar-aq, qarnındakı yeməyi onunla paylaşır.15
Sadəcə qısa bir antenna toxunmasıyla qarşısındakının nə istədiyini anlaya bilmələri qarışqaların öz aralarında müəyyən yollarla “danışdıqlarından” xəbər verir. Qarışqaların işlətdiyi bu “antenna dili”nin bütün qarışqalar tərəfindən necə öyrənildiyi isə düşünüləsi məsələdir. Onlar bununla bağlı xüsusi təlimmi keçiblər? Əgər belə bir təlimin olmasını qəbul ediriksə, onda qarışqalara doğuşdan bu təlimi verən üstün bir Güc Sahibinin varlığını da qəbul etməliyik. Təbii ki, həmin “Üstün Güc Sahibi” qarışqalardan olmadığına görə, onlara bir-birlərilə xəbərləşə bilmələri üçün bir dili təlqin edən də Allahdır.
Qarışqaların bir-birlərilə paylaşmaları isə təkamül nəzəriyyəsilə izah edilə bilməyən bir davranışdır. “Böyük balıq kiçik balığı udar” formulunu Yer üzündəki yaşamın qaydası kimi görən bəzi təkamülçülər qarışqaların göstərdiyi fədakarlıq qarşısında fikirlərini geri götürmək zorunda qalırlar. Qarışqa koloniyasında böyük qarışqa kiçiyi yeyərək inkişaf etmək əvəzinə, öz qidasıyla onu da bəsləyərək, güclənməsinə səy göstərir. Bütün qarışqalar özlərinə verilən yeməklə - yəni “Ruzi” ilə,- razı olaraq, onu koloniyadakı başqa yoldaşlarıyla da paylaşırlar.
Bütün deyilənlərdən çıxan nəticə budur ki, qarışqalar sadəcə, onları yaradana boyun əyərək, Onun verdiyi ilhamla (təlqinlə) yaşayan canlılardır. Dolayısıyla, onları tamamilə şüursuz bir orqanizm saymaq olmaz, çünki Yaradanın iradəsini əks etdirən bir şüura sahibdirlər. Elə Allah da Quranda bu ilginc gerçəkliyə diqqət çəkərək, bizə bütün canlıların əslində bir “ümmət” olduqlarını, yəni İlahi düzənə və vəhyə uyğun yaşadıqlarını xəbər verir:
“Yerdə gəzən elə bir heyvan, göydə iki qanadıyla uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda [Quranda] heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar [bütün canlılar] Rəbbinin hüzuruna cəm ediləcəklər” («Ənam» surəsi, / 38).
Səslə ünsiyyət də qarışqaların çox işlətdiyi bir vasitədir. Qarışqaların çıxardığı iki cür səs bəlirlənib: biri bədənini hansısa bir maneəyə və ya yerə çırparaq çıxarılan “vuruş səsləri”, digəri isə bədənin bəzi orqanlarını bir-birinə sürtərək çıxalıran “sürtünmə səsləri”dir.16
Vücudu harasa çırpmaqla çıxarılan səs siqnallarından adətən ağac yuvalarda yaşayan koloniyalarda istifadə olunur. Məsələn, “dülgər” qarışqalar “təbil” çalaraq, xəbərləşirlər. Onlar yuvaya qarşı hər cür təhlükədən “təbil” çalmaqla xəbər verirlər. Bu “təhlükə” onların duyduqları təşvişli səs, toxunma və ya qəfil hava axını da ola bilər. “Təbil” çalan qarışqa çənəsi və qarnıyla vücudunu irəli-geri yelləyərək, yerə vurur. Bu yollar yaranan siqnallar incə oduncaqla çox uzaqlara yayıla bilir.17
Avropada yaşayan “dülgər” qarışqalar isə çənələri və qarınlarıyla taxta otaqlara və dəhlizlərə vurararq, 20 sm., hətta daha uzaqda olan yoldaşlarına titrəyişlə mesaj yollaya bilirlər. Nəzər alın ki, qarışqa üçün 20 sm. insan üçün 60-70 metrlə ifadə edilə biləcək bir uzaqlıqdır.
Qarışqalar havayla yayılan titrəyişlərə qarşı haradasa kar kimidirlər. Fəqət, bərk cisim-lərlə yayılan səsləri çox gözəl duyurlar. Bu səs onlar üçün təsirli həyəcan siqnallarıdır. Onu eşidəndə sürətlərini artırır, titrəyişin gəldiyi yerə tərəf hərəkət edir və ətrafda gördükləri bütün canlılara hücum çəkirlər.
Koloniya üzvlərindən heç birinin bu siqnalları cavabsız buraxmaması qarışqa toplu-luğunun bacarıqlı təşkilatlanma qabiliyyətinin bir göstəricisidir. Etiraf etmək lazımdır ki, insanların hətta çox kiçik bir qrupunun belə hansısa həyəcan siqnalına praktik olaraq istisnasız, nizamlı şəkil-də, qarışıqlıq salmadan reaksiya verməsi oduqca çətindir. Qarışqalar isə özlərinə əmr edilən işi vaxt itirmədən yerinə yetirir, özü də bu zaman koloniya daxilindəki intizamı heç bircə anlığa da pozmur-lar.
Sürtünmə səsi çıxarma isə “təbil” çalmağa nisbətən, daha mürəkəb sistemdir. Bu za-man, dediyimiz kimi, qarışqa səs çıxarmaq üçün vücudunun bəzi hissələrini bir-birinə sürtür. Bu proses adətən gövdənin arxa tərəfində yerləşən orqanlarda baş verir. Bəzi qarışqa növlərinin çıxardığı bu səsləri hətta insan qulağı da eşidə bilir.
Müxtəlif növlərdə səslə ünsiyyətin 3 əsas funksiyası aşkarlanıb:
Müxtəlif ünsiyyət metodları olan qarışqaları bir neçə xarici dil bilən insanalara bənzətmək olar. Onlar problemlərini və demək istədiklərini müxtəlif dillərdə izah etməklə daha asan əlaqələr qura, həyatlarını daha rahat keçirə bilirlər. Qarışqalar da həmçinin yaşamları boyunca heç bir qarışıqlığa əsas vermədən yüzminlərlə, bəzən hətta milyonlarla əhalisi olan koloniyalarına xidmət edirlər. Halbuki, bura qədər izah etdiyimiz ünsiyyət sistemi dünyadakı möcüzələrdən sadəcə biridir. İstər insanları, istərsə də başqa bütün canlıları (təkhüceyrəlilərdən çoxhüceyrəlilərə qədər) incələyəndə bəlli olur ki, onların yaşamında minlərlə çeşidli möcüzə sayıla biləcək özəlliklər var. Ətrafındakı bütün bu möcüzələrin fərqinə vara bilən bir göz və duyan qəlb üçün bütün canlıların tək sahibi və hakimi olan Allahın sonsuz gücünü, elmini təqdir etməkdən ötrü sadəcə, millimetrlik bir qarışqanın mükəmməl ünsiyyət sisteminə baxmaq da yetirlidir. Allah Quranda bu qabiliyyətə sahib olmayan və Onun gücünü təqdir etməyən insanlardan belə bəhs edir:
“Məgər onlar [peyğəmbələri yalançı hesab edən kafirlər] yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri [bəsirət gözləri], eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər [qəlb gözü] kor olar” («Həcc» surəsi, / 46).
7 National Geographic, vol.165, no.6, p. 777.
8 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 227.
9 Ibid, p. 244.
10 Ibid, p. 2.
11 Ibid, p. 244.
12 Ibid, p. 197.
13 Ibid, p. 204.
14 Ibid, p. 293.
15 Ibid, p. 258.
16 Ibid, p. 255.
17 Ibid, p. 256.
18 Ibid, p. 257.