Qarışqalar bir-birlərinə nə qədər bənzəsələr də, yaşayışları və fiziki özəllikləri baxımından müxtəlif növlərə ayrılırlar. Onların təxminən 8000-ə yaxın növü var. Hər növün də özünəxas, heyranedici cəhətləri mövcuddur. İndi o növlərin bir qismini, onların heyranedici yaşam tərzlərini incələyək.
Due to the symbiosis of leaf cutter ants and fungi, the ants obtain the protein they need for nutrition from the mushroom buds they grow on leaves. Above we see a mushroom garden tended by ants. |
Digər adı “atta” olan yarpaqkəsən qarışqaların əsas özəlliyi kəsdikləri yarpaqları başları üzərinə qaldıraraq, yuvalarına aparmalarıdır. Bu zaman qarışqalar çox qüvvətli çənələrilə tutduqları və özlərindən qat-qat böyük olan yarpağın altında görünməz olurlar. Buna görə də, gün boyunca çalışan işçi qarışqaların yuvaya dönüşləri çox maraqlı mənzərə yaradır. Bu mənzərəni görəndə adama elə gəlir ki, meşədəki yarpaqlar sanki canlanaraq, ayaq açıblar. Yarpaqkəsən qarışqalar yağış zamanı yerə tökülən yarpaqların təxminən 15 faizini yuvalarına daşıya bilirlər.19 Həmin yarpaqları daşımalarının səbəbisə, əlbəttə ki, günəşdən qorunmaq deyil. Qarışqalar kəsdikləri bu yarpaq parçalarından heç qida kimi də istifadə etmirlər. Yaxşı, bəs bu qədər yarpaq onların nəyinə gərəkdir?
Bioloqlar çox heyrətlə aşkarlayıblar ki, “atta”lar bu yarpaqlardan mantar (söhbət xüsusi bir göbələk növündən gedir - tərc. qeydi) istehsalında istifadə edirlər. Qarışqalar yarpaq yeyə bil-mirlər, çünki vücudlarında bitkilərin tərkibindəki sellülozanı həzm edəcək enzimlər yoxdur. İşçi qarışqalar həmin yarpaq parçalarını çeynəyib əzərək bir yığın halına gətirir və yuvanın yeraltı otaqlarında saxlayırlar. Bu otaqlarda isə yarpaqların üzərində mantar yetişdirirlər. Bu yolla böyüyən mantarların tumurcuqlarından özləri üçün gərəkli olan zülalları əldə edirlər.20
Məsələ ondadır ki, attalar yuvadan ayrılanda yetişdirdikləri “mantar bağça”sı dağıla və ya zərərli mantarlara yenilə bilər. Bəs “bağça”larını ancan “əkin”dən qabaq təmizləyən attalar zərərli mantarlardan necə qorunurlar? Bunun sirri yarpaqları çeynəyərkən buraxdıqları tüpürcəkdə gizlənib. Həmin tüpürcəkdə arzuolunmaz mantarların əmələ gəlməsini əngəlləyən, “əkilən” man-tarın isə əksinə, tez yetişməsini təmin edən maddələr var.21
Leaf cutter ant on duty |
İndi bunu düşünmək gərəkdir: Qarışqalar mantar yetişdirməyi haradan öyrənə bilərdi? Ola bilərmi ki, günlərin birində hansısa qarışqa təsadüfən ağzına yarpaq alaraq çeynəyib, sonra yenə təsadüfən əmələ gələn horranı tamamilə uyğun yer olan quru yarpaqların üzərinə töküb, ardınca isə başqa bir təsadüf üzündən digər qarışqalar bura mantar parçaları gətirib əkib, sonda da burada özləri üçün qida yetişdirə biləcəklərini başa düşən attalar bağçanı təmizləyib, məhsulu yığmağa başlayıblar?.. Daha sonra da bütün bunları koloniyanın bütün üzvlərinə öyrədiblər?.. Belə düşünmək nə dərəcədə ağlabatandır? Üstəlik, yeyə bilmədikləri halda, oqədər yarpağı yuvalarına daşımaq zəhmətinə niyə qatlaşıblar?22
Başqa tərəfdən, qarışqalar mantarın yetişməsini təmin etmək üçün yarpaqları çeynəyərkən onlara qatdıqları tüpürcəyi necə “təşkil edə” bilərlər? Bu tüpürcəyin tərkibinə gərəkli mantarın yetişməsinə yardım edən, zərərli mantarları isə əngəlləyən maddələri necə qata bilərlər? Bütün bunları həyata keçirmək üçün dərin kimyəvi biliklər lazım deyilmi? Hətta bu kimyəvi biliyə sahib olsalar belə (hərçənd, heç sözsüz ki, bu da mümkünsüzdür) həmin biliyi reallaşdarmaq üçün tüpürcəklərinə antibiotik özəlliyini necə verə bilərlər? Qarışqaların belə möcüzəli bir olayı necə gerçəkləşdirə bildiyini düşünəndə insanın qarşısına yuxarıdakılara bənzər yüzlərlə dolaşıq və yorucu suallar çıxacaq. və bu sualların da hamısı cavabsızdır.
Amma tək bir cavab var ki, bütün sualların izahını verir: qarışqalar gördükləri işi bacara biləcək şəkildə qurulub, proqramlaşdırılıblar. Gözlə görünənlər belə bir nəticə çıxarmaq üçün yetərlidir ki, qarışqalar “əkinçiliyi” bilərək dünyaya gəliblər, daha doğrusu, gətiriliblər. Bu qədər mürəkkəb davranışlar zamanla öz-özünə öyrənilə bilməz. Çünki dediklərimiz əhatəli bir biliyin və iti ağlın əsəridir. Dolayısıyla, təkamül təlimini müdafiə edənlərin zaman keçdikcə faydalı davraşınların seçilib qalması, gərəkli orqanların mutasiya yoluyla inkişaf etməsi haqda iddiaları tamamilə mən-tiqsiz görünür. Bütün bu bilgiləri yarandıqları ilk gündən qarışqalara verən, onları heyrətverici özəl-likdə yaradan şübhəsiz ki, “Sani” (sənətçi) olan Allahdır. Atta qarışqalarının yuxarıda anlatdığımız xüsusiyyətləri qarşımıza bu kitab boyunca tez-tez rastlaşacağımız bir tablo çıxarmaqdadır. Düşünmə qabiliyyətindən məhrum olan bu canlılar düşünən insanın belə çətinliklə bacaracağı işi görməklə müdhiş bir ağıl göstərisi sərgiləyirlər. Bəs bu tablodan nə çıxır?
Cavab bəsit və təkdir: madam ki, bu heyvanın gerçəkdə bacardığı bir işi görməsini təmin edəcək düşünmə qabiliyyəti yoxdur, demək, biz əslində bir başqasının ağlının göstərisini seyr edirik. Qarışqanı var edən Yaradan öz varlığını və yaratmağındakı üstünlüyü göstərmək üçün bu heyvana onun qabiliyyətinə görə olmayan işlər gördürməkdədir. Qarışqa yaradıcısının ilhamıyla (təqlidilə) hərəkət etməkdədir, dolayısıyla, sərgilədiyi ağıl da, əslində onu yaradanın ağlıdır.
1. Inside the nest, slightly smaller workerschop leaves into bits. |
Əslində, bütün heyvanlar aləmində durum belədir: qarşımızda müstəqil bir ağıla və mühakimə yürütmək qabiliyyətinə sahib olmadıqları halda, çox üstün ağıl nümayiş etdirən varlıqlar dayanıblar. Qarışqa da onların ən təəccüblülərindən biridir. və o da, digər heyvanlar kimi, özünə verilən proqrama (təlqinə) uyğun hərəkət edir. Qarışqalar da bütün varlıqlar kimi Allaha boyun əyi-blər.
Gəlin, qarışqaların üstün qabiliyyətlərini incələməyə davam edək.
In the picture on the above, we see the food exchange between a bug and an ant. Above, the bug touches the ant with its antennae. In the middle, the bud taps the ant's mouth with its forelegs. At the bottom, the ant presents a drop of liquid food to the imitating bug. |
Above we see an Atta, along with its smallsized guard, carrying a leaf. |
Yarpaqkəsən qarışqalar koloniyasının orta boylu işçiləri bütün günlərini yarpaq daşımaqla keçirirlər. Bu daşınma əsnasında özlərini qorumaları çətinləşir, çünki əsas “silah”ları olan çənələrilə yarpağı tuturlar. Bəs özlərini qoruya bilmədikləri halda onları kim qorumalıdır?
Yarpaq daşıyan işçi qarışqaların daim yanlarında kiçik boylu qarışqalarla gəzdikləri müşahidə olunub. Əvvəlcə bunun təsadüf olduğu zənn edilmişdi, amma sonra alimlər gördüklərin-in səbəbini araşdırmağa başladılar. Uzun incələmələrdən sonra bəlli oldu ki, ortada şaşırdıcı bir işbirliyi var. Yarpaq daşıyan orta boylu qarışqalar onlara düşmən olan bir milçək növünə qarşı mar-aqlı müdafiə tədbirinə əl atırlar. Məsələ ondadır ki, düşmən milçək yumurta qoymaq üçün son dərəcə qəribə yer seçib - hər qarışqanın baş qisminə bir dənə yumurta qoyur. Zaman keçdikcə qarışqanın başındakı yumurtadan çıxıb, inkişaf edən bala milçək onun beyninə qədər irəliləyərək, heyvanın ölümünə səbəb olur. Buna görə də, yanlarında yardımçıları olmasa, işçi qarışqalar hər an hücuma hazır olan milçəklərin qarşısında müdafiəsiz qalarlar. Adi hallarda üzərlərinə qonmaq istəyən milçəkləri maqqaşa bənzəyən çənələrilə dərhal uzaqlaşdırmağı bacaran işçi qarışqalar yarpaq daşıyarkən bnu edə bilmirlər. Bu səbəbdən də, onları müdafiə edəcək bir başqa qarışqanı daşıdıqları yarpağın üzərində yerləşdirirlər. Milçək hücum edərsə, bu kiçik qoruyucular yarpağın üzərində düşmənlə mübarizə aparır.23
Attalar kəsdikləri yarpaqları yuvalarına daşıyarkən getdikləri yol miniatür bir əsas yolu - magistralı xatırladır. Bu yolla yavaş-yavaş irəliləyən qarışqalar bütün xırda çalı-çırpını, budaq par-çalarını, kiçik daş qırıntılarını, otları toplayır və getdikləri yolun yanlarına yığırlar. Beləcə, özləri üçün tərtəmiz bir yol yaratmış olurlar. Uzun çalışmadan sonra bu əsas yol xüsusi alətlərlə hazırlanmış kimi düzgün və maneəsiz olur.
The ant in the picture carries an extra small ant over the leaf it carries. The reason for this is to be able to be protected againt potential enemies that may attack it. |
Attaların koloniyası qum dənəsi boyda işçilərdən, onlardan qat-qat böyük olan əsgərlərdən və orta boylu “marafon qaçışçıları”ndan ibarətdir. Marafon qaçışçıları yuvanın ətrafındakı yarpaq parçalarını tapmaq üçün ora-bura qaçırlar. Bu qarışqalar o qədər çalışqandırlar ki, hər “qaçıcı”nın yarpaq daşıya-daşıya 4 dəqiqə irəliləməsi bir insanın çiynində 227 kq. ağırlığında yüklə 48 kilometr (30 mil) getməsinə bərabərdir.24
Attaların yuvasında 6 metr dərinliyə qədər enən, yumruq enində dəhlizlər olur. Qum dənəsi boyda olan işçilər bu labirintləri inşa edərkən yerin altından 40 tona qədər (!) torpaq çıxarırlar.25 Qarışqaların bir neçə ilə tikdiyi bu yuvalar insanların Çin səddini qurmasıyla müqayisə ediləcək ustalıq və zəhmət hesabına başa gəlir.
When carrying the leaves they cut, Attas clear the road they use of all kinds of twig bits, gravel and grass remnants. Thus they prepare what amounts to a "highway" for themselves. |
Attalar haqqında verilən bu bilgilərdən sonra şübhəsiz ki, onlar adi, bəsit varlıqlar kimi görünməyəcəklər. Son dərəcə çalışqan olan bu qarışqalar insanların çətinliklə görə biləcəyi mürəkkəb işlərin öhdəsindən bacarıqla gəlirlər. və şübhəsiz, onlara bu qabiliyyəti verə biləcək tək qüvvə Allahdır. Qarışqaların bu məharətləri özbaşına və öz təşəbbüslərilə öyrəndiklərini söyləmək tamamilə məntiqə zidd olardı.
Qarışqalar çənə sümüklərilə yarpağı parçalayarkən bütün vücudları titrəyir. Alimlərin dediyinə görə, bu titrəmə yarpağın sabit tutulmasını və beləliklə də, daha asan kəsilməsini təmin edir. Eyni zamanda qarışqa bu titrəyişlə yoldaşlarına yaxşı bir işlə məşğul olduğu haqda mesaj verir.26
İnsanların çox zəif səs halında duya bildiyi bu titrəyişi əmələ gətirmək üçün qarışqa qarın nahiyəsindəki iki kiçik orqanı bir-birinə sürtür. Yaranan titrəyiş qarışqanın oraq şəkilli çənəsinə çatanacan bütün vücudu boyunca yayılır. Qarışqa arxa ayaqlarını və çənəsini eyni şəkildə aşağı-yuxarı hərəkət etdirərək, yarpağı ay şəkilndə kəsir. Bu metod elektrik kəsicilərinin ərzağı dilimləmə metoduna çox bənzəyir.
Təsvir etdiyimiz texnologiya yarpağın kəsilməsini xeyli asanlaşdırır. Amma bəlli olub ki, həmin titrəyişlər başqa bir məqsədə də xidmət edir. Bu isə odur ki, belə hallarda digər qarışqalar yarpaq kəsən yoldaşlarını daha asan görərək, onun ətrafına yığışırlar. Qeyd edək ki, attaların yaşadığı iqlim qurşaqlarında əksər bitkilər zəhərlidir. Qarışqalar hər yeni yarpağı kəsməyə başlayarkən sağlamlıqlarını ciddi risqə atmış olurlar. Buna görə də həmin işi ilk başlayan qarışqa öz həyatını təhlükəyə atmaqla, eyni zamanda başqaları üçün yarpağı bir növ sınaqdan keçirir.
Toxucu qarışqalar ağaclarda yarpaqlardan yuva quraraq, yaşayırlar. Onlar yarpaqları bir-birinə calaşdıraraq, xeyli miqdarda qarışqanın yaşaya biləcəyi bir neçə ağacda məskən sala bilirlər.
Yuvaların qurulması prosesi çox maraqlı mərhələlərdən ibarətdir. Öncə işçilər tək-tək axtarışa çıxaraq, koloniyanı genişləndirmək üçün əlverişli yerlər axtarırlar. Uyğun bir ağac tapanda onun budaqlarındakı yarpaqların kənarlarından tutub dartışdıraraq, bir-birlərinə yaxınlaşdırmağa çalışırlar. Gücləri çatmayanda qarışqalar bir-birlərinə yardım edirlər. Bəzən isə hətta birləşdirilməsi gərəkən nöqtələrin arasında canlı körpü rolunu da oynayırlar. Daha sonra zəncirdəki qarışqaların bəziləri yanlarındakıların belinə çıxaraq, zənciri qısaldır, beləliklə də, yarpaqların uclarını birləşdirirlər. Yarpaqlar çadıra bənzər bir şəkil alanda bəzi qarışqalar ayaq və çənələrilə onları saxlamağa davam edir, qalanları isə köhnə yuvaya gedib, oradan özəl yetişdirilmiş baramaları gətirirlər. Həmin baramaları yarpaqların bağlantı yerində irəli-geri hərəkət etdirərək, bir ipək qaynağı kimi işlədirlər. Baramalardakı sürfələrin buraxdığı ipəklə yarpaqlar istənilən yerdən yapışır. Qısası, qarışqalar baramalardan bir növ tikiş maşını kimi istifadə edirlər.27
Phases of nest building by weaver ants... In the first phase, ants pick the right leaves on the tree they plan to settle in, and combine them by pulling from two sides. Later on, they bring their silk producing larvae, as shown at the bottom, and sew the leaves together by using them as sewing machines. |
Qeyd edək ki, qarışqaların özəl olaraq bu məqsədlə yetişdirdikləri həmin baramalar digərlərin fərqli olaraq, böyük ipək ehtiyatına sahibdirlər, üstəlik, həcmcə kiçik olduqlarına görə, rahatca daşına bilirlər. Onlardakı sürfələr bütün ipəklərini özlərinin yox, kolniyanın ehtiyaclarını təmin etmək üçün xərcləyirlər. Onlar yavaş-yavaş ipək istehsal etmək əvəzinə, genişlənmiş ipək vəzilərindən birdəfəyə xeyli miqdarda ipək buraxır, nəticədə sonradan öz ehtiyaclarını düz-əməlli ödəyə bilmirlər. Ən maraqlısı odur ki, həyatlarının qalan hissəsində həmin sürfələrin bütün ehtiyaclarını işçi qarışqalar qarşılayırlar. Yəni həmin ipək qurdlarının tək vəzifəsi qarışqalar üçün ipək istehsal etməkdir.28
A leaf nest prepared to meet all requirements |
Qarışqalar arasında bu cür işbirliyinin necə əmələ gəlməsini elm adamları tam izah edə bilmirlər. Məsələnin başqa tərəfi isə odur ki, bu davranışlar təkamül təlimilə heç izah oluna bilməz. Həşəratların və böcəklərin qanadlarında, gözlərində və digər orqanlarındakı bioloji möcəzülər kimi, belə mürəkkəb hərəkətlərin zamanla necə ortaya çıxdığı, formalaşdığı haqda suallar təkamülçü al-imləri dalana dirəyir. Əgər durub desək ki, ipəkqurdları günlərin birində yığışaraq, “gəlin, qarışqaların ehtiyacını ödəmək üçün ipək istehsal edək, iş ritmimizi və ağırlığımızı da onlara uyğun-laşdıraq” şəklində ortaq qərar qəbul ediblər, bu, əlbəttə ki, ağılsızlıq olar. Demək, həmin ipəkqurdları dünyaya nə edəcəklərini bilərək gəliblər. Başqa sözlə, onları var edən Allah görəcəkləri işə uyğun yaradıb.
Öncə də söylədiyimiz kimi, qarışqaların bəziləri çox bacarıqlı əkinçidirlər. Ama məsələ təkcə bununla bitmir, hələ “çörəkçi” qarışqalar da var.
Onların bəslənmə metodları digər qarışqa növlərilə müqayisədə xeyli çətin və mürəkkəbdir. Bu qarışqalar toxumları toplayaraq, özəl olaraq hazırlanmış otaqlarda saxlayırlar. Nişastalı maddələrdən ibarət bu toxumlar ipək qurdlarını və digər işçi qarışqaları doyuracaq şəkərin istehsalı üçün işlədilir. Bir çox qarışqalar eləcə toxum və çəyirdəklərlə qidalandıqları halda, “çörəkçi” qarışqalar toxumları toplayaraq, tamam fərqli şəkildə emal edirlər. Belə ki, bu qarışqalar inkişaf dövründə toxumları toplayaraq, quraq mövsümlərdə işlətmək üçün ambara yığırlar. Yuvadakı xüsusi otaqlarda toxumlar səhvən gətirilən digər maddələrdən fərqlənirlər. Bu arada qarışqaların bir qrupu da yuvada qalır, toxumları çeynəyərək, “qarışqa çörəyi” yapırlar. Sonra tox-umdakı nişastanı yeyə biləcəkləri şəkərə çevirirlər. Bu dönüşmə onların çeynəmə zamanı ifraz etdi-kləri tüpürcəyin təsiri sayəsində mümkün olur.29
In the chambers we see, seeds to be used in the arid season are stored by harvester ants. | Harvester ants carry starchy seeds to special chambers and convert them into a form to be used in the nourishment of workers. |
Sözsüz ki, haqqında danışdığımız qarışqaların heç bir kimyəvi təhsili yoxdur. Onlar heç tüpürcəklərinin çeynədikləri toxumlardakı maddələri şəkərə döndərdiyini də bilmirlər. Amma bu qarışqaların bütün həyatları bilmədikləri və bilməyəcəkləri kimyəvi çevrilmələrə bağlıdır. Hətta in-sanlar belə bu prosesləri təzə-təzə dərk etməyə başladıqları halda, necə olur ki, qarışqalar minillərdir bu metodla qidalanırlar?
Bir çox qarışqa növləri bəzi bitkilərin “bal” adlandırılan xüsusi şirəsilə dolanırlar. Bu maddənin əslində, gerçək balla heç bir əlaqəsi yoxdur. Ancaq bitki şirələrilə qidalanan bir yarpaq bitinin həzm artığı böyük miqdarda şəkərli maddələrlə zəngin olduğu üçün, belə adlandırılıb. “Bal qarışqaları” adıyla tanınan növün işçiləri də yarpaq bitlərindən, qabıqlı bitlərdən və çiçəklərdən bal alırlar.
Qarışqaların yarpaq bitlərindən bal alma proseduru son dərəcə maraqlıdır. Qarışqa yarpaq bitinə yaxınlaşaraq, onun qarnını dürtmələməyə başlayır. Yarpaq biti də həzm artığından bir damlasını qarışqaya verir. Qarışqalar yarpaq bitinin qarnını daha çox dürtmələyərək, daha çox bal almağa çalışır və verilən mayeni sorurlar. Bəs sorduqları bu maye nə işə yarayır və ondan necə faydalanırlar?
Bu sahədə bal qarışqalarının çox mükəmməl əmək bölgüsü var: digər işçilər tərəfindən toplanan balı saxlamaq üçün bəzi qarışqalar “canlı küpə” vəzifəsini yerinə yetirirlər.
Hər yuvada bir kraliça, işçilər və ayrıca bal daşıyıxılar var. Bu qarışqaların koloniyaları adətən, işçilərin nektar toplaya bildikləri meşələrdə, ağaclıqların yanında yerləşir. İşçilər nektar yığıb yuvaya döndükdən sonra, burada onu qarınlarından geri qaytararaq, gənc işçilərin ağızlarına boşaldırlar. Bal daşıyıcı qarışqalar vücudlarının aşağı qismini şişirdərək, ondan bir növ bal kisəsi kimi istifadə edirlər. Onların böyükləri bəzən hətta kiçik üzü giləsi boyda olur. Balın sabit qala bilməsi üçün hər otaqda 25-30 belə qarışqa bir yerə yığışaraq, ayaqlarıyla tavana yapışır və yer-lərindən tərpənmirlər.30 Tavana yapışmış vəziyyətdə bu qarışqalar kiçik bir üzüm salxımı kimi görünürlər. Əgər hansısa biri yıxılarsa, işçilər tərəfindən dərhal əvvəlki yerinə qaytarılır. Onların içlərində saxladıqları bal özlərindən təxminən 8 dəfə ağır olur.
Qışda və ya quraq mövsümlərdə adi işçilər “canlı bal küpləri”ni ziyarət edərək, qida ehtiyaclarını ödəyirlər. İşçi qarışqa ağzını “küp”ün ağzına yapışdırır, o da “bal kisəsi”nin əzələlərini yığaraq, bir damcı bal buraxır. İşçilər də qida dəyəri yüksək olan bu balla dolanırlar.
As shown in the picture above, honey pots that have been inflated by storing food look like grapes. |
Bir canlının öz ağırlığından 8 dəfə çox olan yükə dözərək, bal küpəsi rolunu yerinə yetirməyə razılaşması və ayaqlarından asılı qalaraq, heç bir zərər görmədən yaşaya bilməsi heyrətli və maraqlı bir məsələdir. Onlar niyə belə çətin və təhlükəli duruma düşməyə ehtiyac duyublar? Bu bənzərsiz konservləşdirmə üsulunu kim düşünüb tapıb, ona uyğun vücud quruluşunu kim ərsəyə gətirib, inkişaf etdirib? Düşünün ki, bir insan öz orqanizmindəki ən bəsit bir dəyişikliyi də idarə edə bilmirsə, gerçək mənada şüura sahib olmayan qarışqalar özləri həmin işin öhdəsindən necə gələ bilərlər? Beləcə, bal qarışqaları təkamül nəzəriyyəsinin izah edə bilmədiyi bir qabiliyyət sər-giləyirlər. Onların balı saxlama metodunu və bunun üçün gərəkli olan orqanları təsadüfən inkişaf etdirdiklərini demək, təbii ki, son dərəcə məntiqsiz olardı. Hərçənd, elmi mənbələrdə bu tip məsələlərlə bağlı həqiqi fikirlərə də ras gəlmək olur. Məsələn, Paris Universitetinin Biologiya İnsti-tutunun direktoru prof. Etinne Rabaud-un açıqlaması belədir: “Bu misal (yəni bal qarışqaları) açıqca göstərir ki, müxtəlif orqanlar canlıların hansısa funksiyanın öhdəsindən gələ bilməsi üçün formalaşmayıb, əksinə, onların öncədən var olması müəyyən hərəkətlərin və işlərin görülməsinə gətirib çıxarıb. Bu, onu göstərir ki, orqanlar canlıların həyat şəraitinə uyğunlaşmaq üçün yaranmayıb, tam tərsinə, sanki həyat şəraitləri bu orqanlra uyğun formalaşdırılıb. Darvin kimi, biz də soruşa bilərik: bu təkamüldə, bu dəyişmədə yaşamaq qabiliyyətini itirənlərin təmizlənməsi, ələnməsi və ya orqanlarının yeni şəraitə uyğunlaşması prosesi getməyibmi? Soruşur və deyirik ki, faktlar belə bir təkamülün, dəyişmənin getmədiyini, əksinə, bütünlükdə hər şeyin bunun tam əksinə olduğunu isbat edir”.31
Professor Rabaud-un bu açıqlamaları hər insanın heç olamasa bircə anlıq vicdanla düşünərək, gələ biləcəyi nəticəni açıqca göstərir: bütün canlılar qüsursuz orqan və mükəmməl dav-ranışlarıyla bilginin və ağlın gerçək qaynağı olan tək bir Yaradıcı tərəfindən xəlq ediliblər. Quranda həmin gerçək bu cür ifadə olunub:
“O, [hər şeyi] yaradan, yoxdan var edən və [hər şeyə] surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!” («Həşr» surəsi, / 24)
In the picture, a wood ant nest is shown. The height of these nests built by wood ants from pine needles and twigs may reach approximately 2 metres. |
Odun qarışqaları yer alıtındakı yuvalarının üzərində torpaq və kiçik budaqlardan tikdi-kləri təpəciklərlə məşhurdurlar. Yuva adətən, ağac kötüklərinin ətrafında qurulur. Onun yerin üs-tündəki hissəsi kiçik və xırda budaqlardan, yarpaq saplaqlarından yapılaraq, bir növ çatı rolunu oynayır. Həmin çatı hətta 2 metr hündürlüyə çata bilir. Çatı eyni zamanda yuvanı yağışdan, isti və soyuqdan qoruyur, orada sabit temperaturun qalmasını təmin edir.32
Odun qarışqaları da digərləri kimi çox çalışqandırlar, müntəzəm olaraq yuvalarında dəyişiklik edirlər. Yuvanın quruluşu və işin təşkili də da çox orijinaldır: qarışqalar alt qatlardan ma-terial daşıyaraq, üst qatı qururlar. Onların yuvada etdikləri dəyişikliklərlə bağlı belə bir maraqlı təcrübə aparılıb: qarışqa yuvasının təpəsinə mavi rəng çəkilib, dörd gündən sonra isə bəlli olub ki, ora yenidən qəhvəyidir. Mavi rəngin parçaları isə yuvadan 8-10 sm. kənarda tapılıb. Yaxşı bəs qarışqalar bu işləri sadəcə elə-belə, “iş olsun” deyəmi görürlər? Xeyr... Araşdırmaçılar odun qarışqalarının nədən daim hərəkətdə olmalarını bu cür izah edirlər: daimi dövri hərəkətlər içridəki rütubətli maddələrin havada qurumasına səbəb olur və beləliklə də, yuvada göbələklərin əmələ gəlməsini əngəlləyir. Əks təqdirdə, qarışqalar zərərli göbələklər tərəfindən “işğal edilmiş” bir yuvaya sahib olardılar.
Belə bir durumda iki ehtimaldan danışıla bilər. Birinci ehtimal odur ki, insanların uzun-uzadı elmi araşdırmalardan sonra kəşf etdiyi qanunauyğunluq - göbələklərin rütubətdə əmələ gəlməsi faktı qarışqalara bəllidir və onlar da çox ağıllı şəkildə bunu praktikada tətbiq edirlər. İkinci ehtimal isə budur ki, bu mükəmməl işlər ancaq və ancaq üstün bir ağılın təlqinilə mümkün ola bilər.
Birinci ehtimalın mümkünsüzlüyü göz önündədir. Qarışqalara zərərli göbələklərdən necə qoruna biləcəklərini təlqin edən əlbəttə, sonsuz qüdrət sahibi Allahdır.
Odun qarışqalarının erkəkləri və kraliçaları qanadlıdır, fəqət digər kiçik qarışqa növlərində olduğu kimi, cütləşmə zamanı uçmurlar. Cütləşmə yuvanın üzərində, ya da ona yaxın bir yerdə gerçəkləşir. Cütləşmədən sonra kraliça qanadlarını salır və bu 3 hərəkətdən birini edir:
1. Daha öncə yaşadığı yuvaya geri dönür və orada yumurta qoyur;
2. Ətrafındakı işçilərlə birgə yuvadan ayrılaraq, yeni bir yuvanın əsasını qoyur.
3. Əgər yuvadan təkbaşına ayrılırsa, qohum növlərdən birinin, amma daha kiçik qarışqaların - məsələn, qara Formica Fusca qarışqalarının yuvasına girib, onların kraliçasını “tax-tdan salır”. və Fusca işçilərinin baxacağı yumurtaları burada yumurtlayır. Bir müddət yuvada həm qonaq işçilər, həm də ev sahibləri yanaşı yaşayırlar. Ancaq ev sahiblərinin kraliçası olmadığı üçün bir müddət sonra işçiləri də ölür və beləcə, odunçu qarışqalar heç bir şey yapmadan, hazır qurulu odun evə sahib çıxırlar.33
Bu qarışqaların sonuncu taktikasında açıq-aşkar bir şüur görünməkdədir. və bu şüurun qarışqanın özünə aid olmayacağı da aydındır. Çünki öz yuvasının içindəki bir neçə kvadratmetrlik sahədən başqa heç bir yeri görməyən kraliça qarışqa heç vaxt görmədiyi, quruluşunu, düzənini bilmədiyi bambaşqa bir koloniyanın içinə girib, orada kimi məhv edəcəyini anlayıb, bütün əngəlləri aşaraq, bu işin öhdəsindən gəlir... Bütün bunlar kraliça qarışqanın təlqinlə hərəkət etdiyini açıq-aşkar ortaya qoyur. Bəhs edilən olay Allahın bütün canlılar üzərindəki qüdrət və hakimiyyətini göstərən çox aşkar bir dəlildir.
Chemical Weapon Production of Wood AntsWood ants are very well armed for war. When faced with danger, the wood ant bends the lower part of its abdomen from between its legs and squirts formic acid on its enemy. Or, during fighting, it bites the enemy with its pointed chin and injects acid in the wound. With these features, the animal acts like a chemical weapon. Its producing formic acid in its body without giving any harm to itself and its managing to use it in the best way are, no doubt, indications of a flawless design. |
Legionary ants who have formed a temporary nest by hanging on to each other with their feet. |
Meşələrin ən qorxulu heyvanlarından biri də legioner qarışqalardır. Bu qarışqa toplu-muna ordu ləqəbinin verilməsinin səbəbi onların yüz minlərcə əsgəri olan gerçək bir ordu inti-zamıyla hərəkət etmələridir. Bu zaman onlar önlərindəki hər şeyi silib-süpürürlər. Legioner qarışqaların hər biri 6-12 millimetr uzunluqdadır. Fəqət inanılmaz sayları və nizam-intizamları, düzülüşləri kiçik boyun yaratdığı çatışmazlığı artıqlamasıyla kompensasiya edir.
Legionerlərin üzərinə birbaşa gün işığının düşməsi onları qısa zamanda öldürə bilər. Bu səbəbdən, adətən ya gecələr, ya da kölgədə səfərə çıxırlar. İşığa həssas olmaları səbəbindən, irəliləyərkən, uzun tunellər inşa edirlər. Qarışqaların böyük qismi bu tunellərdən bayıra çıxmadan hərəkət edir. Bu, onların sürətini azaltmır, çünki güclü çənələri sayəsində tunelləri çox cəld qaza bilirlər. Beləcə, yürüş həm sürətli, həm də gizli şəkildə davam edir. Legionerlər tamam kor olma-larına rəğmən, çox böyük ordu halında od və su istisna olmaqla, bütün əngəlləri aşaraq, irəliləyirlər.34
Legioner qarışqalar ovlarını tapdıqları yerdəcə parçalayır və bu parçaları müvəqqəti yuvalarına daşıyırlar. Bir qarışqa legionunun xeyli qidaya ehtiyacı var. Təxminlərə görə, 80.000-ə qədər yetkin qarışqa və 30.000 sürfədən ibarət olan orta ölçülü koloniyanın günlük ehtiyacı yarım qalon (2.27 litr) heyvani qidadır.35
Chained together, army ants create a living nest. On the move at all times, a colony of army ants can make no permanent home on the grounds or in trees. But each night the workers join together to create shelters out of their own bodies. First, several ants choose an object near the ground, like a log, and dangle from it with their claws interlocked. Other ants arrive, run down the strands, and fasten on until strands become ropes that fuse into a mass a meter across called a bivouac; home is the entire colony of 200,000 to 750,000 individuals. At the center rests the queen and her brood. In the morning ants begin to disentangle to go out and raid. |
Legioner qarışqaların daimi yuvaları olmadığı üçün, onlar həmişə hərəkətdədirlər. Ko-loniyaların hərəkətləri və köçləri çoxalma dövrüylə bağlıdır. Kraliça hər ay iki gün ərzində təxminən 25-35 min yumurta qoyur. Yumurtlamadan bir neçə gün öncə koloniya hərəkətini durdurur və geniş bir sahədə toplanır. Qarışqalar çəngələbənzər ayaqlarıyla bir-birindən tutaraq, şəkildə görüldüyü kimi, müvəqqəti yuva əmələ gətirirlər. Ortadakı boş sahə kraliça və yeni nəsil üçün hazır otaq rolunu oynayır. Burada, təbii olaraq, ən yuxarıdakı qarışqanın ayaqlarına daha çox yük düşür. Amma onlar öz ağırlıqlarından bir neçə yüz dəfə artıq yükə davam gətirə biləcək şəkildə yaradılmış olduqları üçün, çətinlik çəkmədən bütün koloniyanı tuta bilirlər.36
Legioner qarışqalar inkişaf etməkdə olan körpələrin ehtiyacına uyğun şəkildə gərəkəndə durur, gərəkəndə də köç həyatına davam edirlər. 20 günə yaxın sürən dincəlmə dö-vründə hərəkətsiz kraliça 50.000-100.000 yumurta qoyur. Bu zaman digər yeni qarışqa nəsli artıq pup mərhələsindədir. Özləri və kraliçaları üçün yemək arayan işçilər çox vaxt yuva mərkəz olaq şərtilə çevrə üzrə hücumlara keçir və ov edirlər. Hər hücumda çox şaşırdıcı bir şəkildə yönlərini ortalama 123 dərəcə dəyişdirərək, daha geniş sahəni əhatə edirlər.37
Maraqlısı odur ki, qarışqalar insanların uyğun bir alət olmadan hesablaya bilməyəcəkləri 123 dərəcəni təkbaşına, heç xəta yapmadan ölçməyi bacarırlar. Bu, onların ciddi “riyazi biliyinə” işarə edir. Halbuki, qarışqalar nəinki riyaziyyatı, heç saymağı belə bacarmırlar. Bu ona dəlalət edir ki, onlar gördükləri işi ağılla deyil, ilahi təlqinlə həyata keçirirlər.
İlk sürfələr yumurtadan çıxandan sonra işçilər yemək toplamağa başlayırlar və bu ara-da ordu bir yerdə durur. Tapılan qida birbaşa sürfələr verilir. Kraliçanın təkrar yumurtlamağa hazır olması öncəki sürfələrin pup dövrünə keçməsilə eyni vaxtı düşür. Bu dönəmdə koloniya yenə də dayanır.
Kraliçanın yumurtlamasıyla sürfələrin pup dövrünə girmələrinin eyni vaxta düşməsi ordunun durduğu müddəti azaltmaq baxımından əla ölçülüb-biçilmiş bir planı xatırladır. Sürfələrin inkişafı yaşlı qarışqaları yeni bir köç başlatmağa təşviq edir. Bu da belə olur: sürfələr işçilər tərəfindən yalanıb təmizlənəndə xüsusi maye sızdırırlar. Aparılan araşdırmalar həmin maddənin köç qərarının verilməsinə təsir göstərdiyini ortaya qoyub.38
Hələ düz-əməlli bir qarışqaya belə dönməmiş bu sürfələrin belə maye ifraz etməyi qəsdən düşünərək, bütün koloniyanı öz ehtiyaclarına uyğun şəkildə yönləndirdiklərini iddia etmək, təbii ki, son dərəcə məntiqsiz olacaq. Məntiq isə ondadır ki, üstün bir yaradıcı olan Rəbbimizin varlığı və hər şeyi əhatəyə alan biliyi, hakimiyyəti qarışqaları da istiqamətləndirir.
Həyatlarını səhrada keçirən sarvan qarışqaların bədənləri son dərəcə tüklü olur. Onların “əynindəki” təbii “palto” istini izoləedici bir təbəqə rolunu oynayır: səhranın şaxtalı gecələrində hərarəti daxildə saxlayır, qaynar gündüzlərdə isə orqanizmi yüksək istilikdən qoruyur. Digər bir çox qarışqa növlərində olduğu kimi, “sarvan”ların da erkək fərdləri qanadları sayəsində havada uçaraq, yandırıcı qumdan qoruna bilirlər. Amma dişilərin qanadları olmadığı üçün, həmişə qumun içində dolaşmaq zorundadırlar. Ona görə də, əyinlərindəki “palto”ya təkcə Günəşdən yox, həm də yerdən gələn istidən qorunmaq üçün ehtiyacları var.
Yaxşı, bəs heyvanların əlverişsiz hava şərtlərindən qorunmaq üçün belə bir “palto”ya sahib olmalarının izahı necədir? Qarışqaların bunu bir “təkamül dövrü”ndə təbiətə adaptasiya olunaraq qazandığını bildirmək mümkün deyil. Çünki bu zaman xeyli sual cavabsız qalır: Belə bir “geyim”ə sahib olmazdan öncə, dişi qarışqalar yüksək istiyə necə tab gətirirdilər? Necə olub ki, təsadüfən bir “palto geyinmək” üçün nəsillər boyu gözləyiblər? Hansı “təsadüf” nəticəsində bu vücuda sahib olublar?
Bu suallar əlbəttə, cavabsızdır. Çünki bu heyvanların istidən qorunmaq üçün geydikləri “palto”ların təkamülçülərin iddia etdiyi kimi, təkamül mexanizmləri nəticəsində ortaya çıxması imkansızdır. Ona görə ki, bu qarışqalar həmin “palto” olmadan ümumiyyətlə, yaşaya bilməzdilər, kobud desək, oturub haçansa baş verəcək mutasiyanı minillərlə gözləməyə vaxtları yox idi. Bu heyvanların yaşadıqların iqlimin şərtlərinə uyğun yaradıldıqları göz önündədir.
In these pictures two velvet ants of different species are seen. The common feature of velvet ants is their having a "coat" that would isolate them from the heat of the environment they inhabit. |
Dişi “sarvan” qarışqaları isə cütləşmədən sonra olduqları yerdən uzaqlaşaraq, faydalana biləcəkləri hansısa bir böcək və ya arı yuvası axtarırlar. Tapanda yuvanın içinə girirlər. Bayıra atılma risqlərinə qarşı öncədən hər cür tədbir görərək, sonucda yuvada qalırlar. Çünki bu qarışqalar hətta arı pətəyinə girə biləcək qədər güclü silah və zirehə sahibdirlər. Xarici qabıqları son dərəcə qalın və sərtdir. Zooloqların dediyinə görə, hətta polad iynəni belə onların sinəsinə batırmaq olduqca çətindir.39
Arı yuvasına girmək üçün hər cür vasitəyə sahib olan kraliça həmin yuvada qalaraq, arıların balıyla bəslənir. və hər hücrədə biri olmaq şərtilə yumurtalarını arıların pup hücrələrinə qoyur. Bu yuvalardan çıxan qarışqa sürfələri ev sahibi olan puplarla bəslənir və bir müddət sonra özləri də pup mərhələsinə keçirlər.
Arıların yayın sonunda yuvalarını tərk edirlər. Sarvan qarışqalar isə qışı bu yuvada pup olaraq keçirir. Bir müşahidə zamanı arı yuvasında 76 sarvan qarışqa və sadəcə iki arı tapılıb.\40 Bu örnək dişi sarvan qarışqanın dişi arıyla müqayisədə nə qədər bacarıqlı olduğunu göstərir. Kraliça burada incə bir taktika apararaq, yuvanı daxildən fəth edir və orada öz hakimiyyətini qurur.
Burada diqqəti çəkən həm də odur ki, qarışqalar arıları çox yaxşı tanıyır və onlarla necə davranacaqlarını gözəl bilirlər. Əlbəttə ki, bunu qarışqalar özləri kəşf etməyiblər. Bütün bunları ona təlqin edən arının fiziki özəlliklərini, yuva quruluşunu bilən, yəni arını da yaradan Allahdır. Arını da, qarışqaları da Allah yaradıb, Allah hər şeyin Rəbbidir.
Atəş qarışqaları kiçik, qırmızı həşəratlardır. Amma kiçikliklərinə rəğmən, çox böyük işlər bacara bilirlər. Sadəcə Amerikada 20 növü yaşayan bu qarışqaların kraliçaları gündə 5000 yumurta qoya bilir. Əksər qarışqa növlərində kaloniyaların bir neçə yüz işçisi olduğu halda, bu qarışqaların kaloniyalarında təkcə işçilərin sayı yarım milyona qədərdir. Atəş qarışqalarının təkcə bir cütləşmiş kraliçası 240.000 işçilik kaloniya yarada bilir.41
Çox aqressiv olan atəş qarışqalarının işçiləri ovlarına zəhərli iynələrlə hücum çəkirlər. Gənc atəş qarışqalarının hətta sürünənləri və keyik balalarını belə öldürdükləri və ya şikəst etdikləri faktları bəllidir. Bundan başqa, həmin qarışqalar bəzən elektrik kabellərini parçalayaraq, cərəyanın kəsilməsinə də səəb olurlar. Bir ara onlar bütün Güney Amerikaya yayılaraq, insanlara böyük zərər vurmuş, çoxlarını dəhşətə gətirmişdilər. O ilin bütün qəzet və jurnalları elektrik kabellərini kəsərək cərəyanın dayanmasına səbəb olan, əkinlərə milyardlarca dollar ziyan vuran, asfaltları çökdürən, insanları sancaraq allergiya şoklarına səbəb olan bu qarışqaların adamları aciz vəziyyətə saldıqlarından yazırdı. Güclü çənələri sayəsində açdıqları tunellərlə asfalt yolların çökməsinə səbəb olan atəş qarışqaları ətrafda hamını zinhara gətirirdilər.
Amerikalı ekspertlər atəş qarışqalarının bu “təxribat”larının qarşısını almaq üçün çox vasitələr əl atmışdılar. Bu məqsədlə hətta qarışqaların yedikləri milçəklərə xüsusi mikroblar yeridərək, koloniya daxilində keçici xəstəliklərin yayılmasına və beləcə, qarışqaları məhv etməyə çalışmışdılar. Amma onların heyrətinə rəğmən, mikrobların qarışqalara heç bir zərər vermədikləri aşkar oldu. Aparılan incələmələr isə göstərdi ki, qarışqalar canlılar aləmindəki çox maraqlı müdafiə sistemlərindən birinə sahibdirlər. Onların boğazlarında mikroblardan qoruyan bir filtr var. Bu filtr qarışqaların yediyi maddələrdəki mikrobları orqanizmə keçməyə qoymayaraq, tutub boğazda saxlayır. Atəş qarışqalarının üstün bir ağılın əsəri olan qorunma sistemləri bununla da bitmir. Onlar yuvanın ətrafına və sürfələrinin üstünə zəhər kisələrində hasil etdikləri xüsusi bir antibiotik maye püskürdürlər. Bunun sayəsində də həm yuvaları, həm də sürfələri tamamilə dezinfeksiya olunur.42
Təbii ki, qarışqaların özləri son dərəcə mükəmməl bir müdafiə sistemilə qorunduqlarının heç fərqində də deyillər. Vicdanı olan adam belə bir sistemin təsadüfən yarandığını iddia edərmi? Qarışqaların belə bir sistemi özbaşına qurduqları da söylənə bilməz. Elə isə, bu filtri qarışqaların boğazına yerləşdirən və onlara antibiotik maye hasil etməyi başa salan kimdir? Şübhəsiz ki, insanların, qarışqaların və kor təsadüflərin yarada bilməyəcəyi bu özəlliklərin müəllifi sonsuz elm sahibi olan Alahdır.
Qorunma ustası olan atəş qarışqaları eyni zamanda çox bacarıqlı və çalışqandırlar. Onlar 30 sm. hündürlüyü, 60 sm. eni olan təpəciklər inşa edib, yerin altında 1,5 m. dərinliyə enə bilən labirint tunellər qura bilirlər. Bəzi yerlərdə atəş qarışqaları 350-dən çox təpəcik qura biliblər. Bu qədər kiçik canlıların belə böyük yuvalar qura bilməsi, əlbəttə, çalışqanlıqları sayəsindədir. Yaxşı, qarışqaları dünyanın ən çalışqan canlılarından biri edən güc nədir? Onların gün boyunca heç durmadan, dincəlmədən çalışmaları və son dərəcə geniş sahəyə yayılmış yuvalar qurmaları gerçəkdən də, şaşırdıcıdır. Onların hətta bir dənəsi belə “mən bu gün çox çalışdım, bir az dincəlim” və ya “bu gün işləməyə heç həvəsim yoxdur, sabah işləyərəm” deməz. Bu, həqiqətən düşünülməsi gərəkən bir məsələdir. Yaddan çıxarmayaq ki, insanlar hətta bir işi başa çatdırmaları zəruri olan hallarda belə yorular və ya usanarlarsa, iradələrini toplayıb, çalışmalarına davam edi bilmirlər. Qarışqalarsa son dərəcə böyük səy və iradə ortaya qoyaraq, başladıqları işi mütləq sona çatdırırlar. Onlara bu güclü iradəni və əzmi verən şübhəsiz ki, bütün varlıqların tək sahibi olan Allahdır.
Atəş qarışqalarının ən qorxunc düşmənləri Solenorsis davgeri adlanan bir qarışqa cinsidir. Bu qarışqalar insanların belə çətinliklə dərk və izah edə bildiyi çoxtərəfli müdafiə sistemini yara bilirlər. Onların atəş qarışqalarının yuvasına necə girdikləri tam bilinmir. Amma bir dəfə yuvaya girən kimi dərhal kraliçaya hücum edərək, onun antennasından, ayağından və ya boğazından yapışırlar. İşçi qarışqaların bu hücumun qarşısını almaq üçün niyə heç bir addım atmadıqlarını izah etmək çətindir. Amma zooloqların dediyinə görə, parazit qarışqa kraliçanın boğazını dişləyərək, onan feromenlərini təqlid edir. Bundan sonra işçilər fərqinə varmadan həmin paraziti bəsləməyə başlayırlar. Çünki feromenlərini təqlid etdiyinə görə, onu öz kraliçaları bilirlər. İşçilərin bəslədiklərini zənn etdikləri kraliça isə artıq ölmüş olur.43
150 Faranheyt istilikdə qovurucu qumda yaşamaq başda insanlar olmaqla, əksər canlılar üçün mümkünsüzdür. Amma bu istilikdə yaşaya bilən qarışqalar var. Yaxşı, bəs orta boylu, uzun ayaqlı qara səhra qarışqası olan Namib Ocymyrmex bu şiddətli istilərdə necə yaşayır?
Namib qarışqaları üçün səhradakı bir gün konkret hansısa saatda başlamır. Günü başladan qum səthinin standart hərarətə - 30 dərəcəyə çatmasıdır. Bu zaman qarışqalar yeraltı yuvalarından çıxaraq, qida aramağa başlayırlar. Vücudları çox soyuq olduğu üçün müntəzəm hərəkət etmir və səndələyərək yeriyirlər. Fəqət istilik artdıqca daha çox qarışqa ortaya çıxır və düzgün, sürətli hərəkət etməyə başlayırlar.
Yuvanın daxili və xarici tərəflərinin ən intensiv temperaturu 52,2 dərəcədir. Hərarət bu nöqtəni aşanda hərəkət davam edir, fəqət istilik 67,8 dərəcəyə çatanda qarışqalar dururlar. Bu istilik günortadan təxminən bir saat öncə bərqərar olur. Günortadan sonra temperatur düşməyə başlayanda qida axtarışları yenidən başlayır və torpağın hərarəti 30 dərəcəyə enənə qədər davam edir.
Bu qarışqalar təxminən 6 gün boyunca yuvadan uzaq bir şəkildə heç bir heyvana yem olmadan qida araya bilirlər. Bu müddət ərzində evə öz ağırlıqlarından 15-20 dəfə çox yemək daşıyırlar.
Səhranın istiliyi onların dözə bilməyəcəyi həddə çatanda yuvaya dönmək imkanı tapa bilməyən qarışqalar hərarətdən qorunmaq üçün qəribə bir metoddan istifadə edirlər. Belə ki, qumdan yuxarı qalxdıqca havanın istiliyi azalır. Məsələn, qumun istiliyi 67,8 dərəcəykən, bir az yuxarıda havanın temperaturu 55 dərəcəyə düşür. Buna görə də, qumun səthindəki temperatur 52,2 dərəcəni keçəndə qarışqalar bitki gövdəsi kimi şeylərə dırmaşaraq, sərinləmək üçün bir müddət orada qalırlar. Onların kiçik vücudunun hərarəti çox tezliklə ətrafdakı temperaturla bərabərləşir. Ağac gövdələrində isə temperatur 30 - 38,3 dərəcə arasında dəyişir. Bu sərinləmə araları qarışqaların qovurucu istidə fasilələrlə də olsa, qida axtarmasını təmin edir.
Əgər yüksək temperaturda qarışqalar nisbətən sərin bir yer tapmasalar, istidən ölərlər. Əslində qumun 52,2 dərəcədən yüksək istiliyində hər dəfə yuvadan çıxarkən səhra qarışqaları ölüm risqiylə üzləşirlər. Yaxşı, bəs ilk səhra qarışqaları bu sonluqdan necə qurtulublar? Açıq-aşkar göz qabağındadır ki, onlar hərarəti termometrlə ölçmədən də, ta əvvəldən hansı istilikdə nə etmək lazım gəldiyini bilərək var olublar. Bəli, səhra qarışqası səhrada yaşaya biləcək şəkildə yaradılıb və bunun üçün gərəkli özəlliklərlə təmin olunub. Yarpaq kəsən qarışqanı güclü kəsici bir çənəylə yaradan Allah səhra qarışqasına da istidə özünü necə qorumağı təlqin edib.
19 National Geographic, July 1995, p. 100.
20 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 597-598.
21 The Insects, Peter Farb and the Editors of Time-Life Books, p. 164.
22 National Geographic, July 1995, p. 104.
23 National Geographic, July 1995, p. 100.
24 National Geographic, July 1995, p. 104.
25 National Geographic, July 1995, p. 100.
26 National Geographic, July 1995, p. 104.
27 Harun Yahya, For Men of Understanding, Ta-Ha Publishers, 1999, p. 148-149
28 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 626.
29 The Insects, Peter Farb and the Editors of Time-Life Books, p. 163.
30 National Geographic, June 1984, p. 803.
31 Bilim ve Teknik Dergisi (Journal of Science and Technics), June 1978, no: 127, p.44.
32 National Geographic, June 1984, p. 813.
33 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 176-177, 450.
34 The Insects, Peter Farb and the Editors of Time-Life Books, p. 164.
35 Encyclopaedia of Animals, Maurice-Robert Burton, C.P.B.C Publishing Ltd., p. 14.
36 National Geographic, June 1984, p. 797.
37 National Geographic, June 1984, p. 801.
38 Encyclopaedia of Animals, Maurice-Robert Burton, C.P.B.C Publishing Ltd., p. 15.
39 Encyclopaedia of Animals, Maurice-Robert Burton, C.P.B.C Publishing Ltd., p. 199.
40 Encyclopaedia of Animals, Maurice-Robert Burton, C.P.B.C Publishing Ltd.
41 New Scientist, November 4, 1995, p. 29.
42 Bert Hölldobler-Edward O.Wilson, Journey to The Ants, Harvard University Press, Cambridge, 1994, p. 6.
43 Science, Vol.263, 18 March 1994.