Qarışqa koloniyalarının böyük bir qismi dişi qarışqalardan ibarətdir. Erkək qarışqaların ömrü onlara nisbətən, çox qısa olur. Belə ki, erkəklərin yeganə vəzifəsi yetkinləşəndən sonra gənc kraliçayla cütləşməkdir. Onlar cütləşmədən az sonra ölürlər. Bütün işçi qarışqalar dişidir. Qısası, bütün qarışqa toplumları əslində bir növ ana-qız dünyası kimidir.
Quranda qarışqaların əsasən dişi olmaları və bir toplum halında yaşamalarına insanların bu gerçəyi kəşf etməsindən minlərlə il öncə diqqət çəkilib. Bir ayədə Hz.Süleymanın ordusu tərəfindən əzilməmək üçün bir-birinə xəbərdarlıq edən qarışqalardan belə söz açılır:
“Nəhayət, onlar gəlib qarışqa vadisinə çatanda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər” («Nəml» surəsi, / 18)
Qarışqaların sayı nə qədər çox olursa-olsun, onlar uyumlu bir toplumdurlar. Qarışqa koloniyalarında bu toplum yaşamının bütün mərhələlərini görmək mümkündür. Onlar son dərəcə böyük fədakarlıqla öz koloniyalarına bağlıdırlar. Hamısı bir orqanizm kimidirlər və tək məqsədləri də bu orqanizmi yaşatmaqdır. Koloniyanın uğrunda lazım olarsa, ölümə də gedirlər. Bununla bağlı ən gözəl örnəklərdən biri də cütləşmə uçuşundan sonra erkək qarışqaların başına gələnlərdir.
Qarışqaların cütləşməsi əməlli-başlı bir mərasimə bənzəyir. Onların çoxu havada cütləşirlər. Erkəklər öncədən mərasim yerinə gələrək, gənc kraliçanı gözləyir. Bir dişi yerə qonar-qonmaz (cütləşmədən öncə dişi də qanadlanır), 5-6 erkək qarışqa kraliçanın ətrafında yarışa başlayırlar. Dişi yetərincə sperma alanda titrəyiş vasitəsilə xüsusi siqnallar verir. Bunun sayəsində erkək onun ayrılmağa hazır olduğunu anlayır. Cütləşmədən bir müddət sonra erkək qarışqa ölür.78
Bu fədakarlığı izah etmək doğrudan da, çox çətindir. Erkək qarışqaların ölümü gözə alaraq, nəslin davamı üçün cütləşmə uçuşuna çıxması təkamül nəzəriyyəsilə heç cür izah oluna bilməz. Çünki təkamül təliminin təməl məntiqinə görə, hər canlı yalnız öz həyatı uğrunda çarpışır. Halbuki, milyonlarla ildir, sonucda ölüm qaçılmaz olduğu halda, erkək qarışqalar yenə də dişiləri dölləndirməkdədirlər.
Bu fədakarlığı ancaq erkək qarışqaların onları yaradan ilahi təlqinlə hərəkət etmələrilə izah etmək mümkündür. Təkamül təliminin əsas prinsiplərinə görə, tam tərsinə, erkək qarışqalar bu sistemi dəyişmək üçün milyon illər boyunca çalışmalıydılar. Bu isə qarışqa nəslinin tükənməsi demək olardı. Amma göründüyü kimi, günümüzdə də yüz minlərlə üzvü olan koloniyalarda minlərlə qarışqa növü yaşayır. və heç vaxt heç bir erkək qarışqa özü üçün ölüm demək olan cütləşmədən qaçmayıb, qaçmır, qaçmayacaq da.
Above are ants during nuptial flight. On the left are seen female ants before the nuptial flight. |
Dişi qarışqa cütləşmədən sonra uyğun bir yuva arayır və tapanda ora girərək, qanadlarını salır. Daha sonra girişi qapadaraq həftələrlə, bəzənsə aylarla təkbaşına orada qalır, ilk yumurtalarını qoyur (Bu müddət ərzində qanadlarını yeyərək yaşayır). İlk yumurtalardan çıxan sürfələri isə öz orqanizminin ehtiyatlarıyla bəsləyir. Bu uzun və ağır zəhmət əsil fədakarlıq örnəyidir. və bunun qarşılığında kraliça həyatının sonrakı qismində işçi qarışqalar tərəfindən bəslənilir.
...Qida ehtiyatı məhdud olduğundan, qarışqaların yeni koloniyası sayca çox kiçikdir. Onun üzvləri əsasən koloniyanın ilk işçiləri olur və özlərindən sonra gələn nəslə də eyni fədakarlıqla baxırlar. Nəticədə yeni nəsil qarışqaları sürətlə artıb-çoxalmağa və qüvvətlənməyə başlayır.
After the nuptial flight, the queen looks for a suitable place to found her colony. When she finds a place like she wants, she first tears off her wings and starts forming her own colony by reproducing. |
Bir qədər öncə dediyimiz kimi, erkək qarışqaların ömrü elə də uzun deyil. Onlar cütləşmə uçuşundan bir neçə saat (bəzi hallarda bu müddət bir neçə günə qədər də uzana bilir) ölürlər. Ancaq son dərəcə maraqlıdır ki, ölümü gözə alaraq cütləşmə uçuşuna çıxan hər bir erkək özündən illər sonra doğulacaq balaları üçün də sperma ehtiyatı qoyub gedir. Bəs bu spermalar nəyin sayəsində canlı qalır və uzun illər boyunca yumurtaları dölləyərək, yeni qarışqalar dünyaya gətirir? Qarışqalar üstün texnologiyları tətbiq edərək, “sperma bankı” qurmayıblar ki?
Bəli, qurublar! Belə ki, hər bir kraliça öz vücudu daxilində bir “sperma bankı” gəzdirir. O, erkək qarışqanın spermalarının bir hissəsini bədəninin orta hissəsinin kənarında yerləşən xüsusi kisəcikdə saxlayır. “Spermateka” adlanan bu orqanda spermalar hərəkətsiz hala gəlir və illərlə belə qala bilirlər. Nə vaxt kraliça həmin spermaları dölə tərəf buraxsa, onlar yenidən bir-bir və ya qruplarla hərəkətə gələrək, kraliçanın yumurtalıqlarından aşağıya doğru getməkdə olan yumurtahüceyrəni dölləyirlər.79
Demək, insanların yalnız son onillərdə kəşf etdiyi “sperma bankları”nı qarışqalar artıq milyonlarla ildir ki, işlədirlər. Halbuki, cəmi 50 il öncə insanların heç ağlına da gəlməzdi ki, spermanı hansısa yollarla konservləşdirib, gələcəyə saxlamaq mümkündür. Əlbəttə ki, qarışqalar laboratoriyada eksperiment apararaq, sonra onun nəticələrini öz orqanizmlərində tətbiq etməyiblər, onlar elə yarandıqları andan bu mexanizmə sahibdirlər. Əgər bunun əksini iddia etsək, onda aşağıdakı sualları cavablandırmaq lazım gələcək:
1. Qarışqalar ilk dəfə yarananda erkək fərdlər cütləşmə uçuşundan sonra ölmürdülərmi? Əgər o vaxt ölmürdülərsə, bu gün niyə ölürlər? Təbii seçim zamanı cütləşmədən sonra ölməyin daha düzgün olması fikrinəmi gəliblər?
2. Erkək fərdlər cütləşmə uçuşundan sonra öldüklərinə görə, qarışqaların kökü hələ milyonlarla il öncə kəsilməli deyildimi?
3. Dişi qarışqalar yaranandan onların bədənində spermoteka mövcud olubsa, bunu ora kim yerləşdirib?
Bunlar, tək bir Yaradanın varlığını qəbul etmək istəməyən insanların üzləşdikləri sualların sadəcə, bir neçəsidir. Təkcə qarışqa nəslinin necə davam etməsilə bağlı minlərlə sual ortaya çıxa bilər. və onların hamısı təkamül təlimini solduraraq, İlahi qüvvənin varlığı haqda fikirləri çiçəkləndirir.
The sole task of one group of worker ants in ant colonies is to look after the eggs and larvae. These workers are generous with their time. They spend every moment of their lives guaranteeing the survival of their species. |
Kraliça qarışqanın yumurtaları və körpə qarışqalar yuvanın onlar üçün ayrılmış xüsusi qulluq otağında qalırlar. Əgər yuvanın hərarəti və rütubəti onlara zərər verə biləcək həddə çatarsa, işçi qarışqalar yumurtaları və körpələri daha uyğun bir yerə daşıyırlar. Yumurtaların istidən faydalana bilməsi üçün gündüz onları torpağın səthinə daha yaxın bir yerə daşıyır, gecə və ya yağışlı havalarda isə alt qatdakı otaqlara aparırlar.
Göründüyü kimi, işçi qarışqalar böyük bir qayğıkeşliklə yumurtaları və körpələri qorumağa çalışırlar. Onları isitmək üçün günə çıxarır, sərinlətmək məqsədilə yuvanın ətrafında gəzdirir, rütubətdən qorunsun deyə xüsusi otaqlarda yerləşdirirlər. Bu hərəkətlərdən hər biri qarışqaların nə qədər incə düşüncə nəticəsində qərar verdiyini göstərir. Ancaq unutmayın ki, bu balaca canlıların nəinki incə, hətta ümumiyyətlə yerli-dibli düşüncəsi yoxdur. Texnologiya nə qədər irəliləyirsə-irəliləsin, elm təfərrüatlara nə qədər enə bilirsə-ensin, amma kiçik bir həşəratın göstərdiyi fədakarlığın səbəbini aça bilməyəcək. Başqa tərəfdən, bu fədakarlıq təkamül nəzəriyyəsilə də daban-dabana ziddir.
Bütün bunlar isə həmin canlıların da ancaq Allahın təlqinilə hərəkət edib, həmişə ona itaətdə olduqlarını göstərir. Bu sirr Quranda belə açıqlanır:
“Göylərdə və yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər. Onlar öz fövqlərində olan Allahdan qorxar və buyrulanı edərlər” («Nəhl» surəsi, \ 49-50).
For worker ants, the maintenance of the eggs are very important. Above, workerants that look after the queenÕs eggs are seen. |
Qarışqa koloniyasının bütün fəaliyyətinin mərkəzidə kraliça və onun yumurtalar durur. Onlar koloniyanın artıb-çoxalmasını təmin edən kraliçanı hər şeydən üstün tuturlar. Kraliçanın bütün ehtiyacları işçi qarışqalar tərəfindən ödənilir. Həyatları boyunca gördükləri ən əsas iş kraliçaya qulluq etmək, onun və yumurtaların qayğısına qalmaqdır. Kraliçanın yumurtaları qarışqa koloniyasının ən dəyərli xəzinəsidir. Qarışqalar təhlükə hiss edən kimi, hər şeydən öncə yumurtaları və sürfələri təhlükəsiz bir yerə daşıyırlar. Əgər körpə qarışqalar hansısa əlverişsiz şəraitə düşər, məsələn, quru havaya məruz qalarlarsa, işçilər bunu aradan qaldırmağa, konkret olaraq, həmin yerin havasını nəmləndirməyə çalışırlar. Bunun müxtəlif yollar var. Öncə onu qeyd edək ki, qarışqalar yuvanı tikərkən hərarət, rütubət və s. bu kimi faktorları nəzərə alırlar. Buna baxmayaraq, əgər körpələr əlverişsiz şəraitə düşərsə, onları yuvanın içində ora-bura daşıyır, ən uyğun mühiti tapmağa çalışırlar. Qeyd edək ki, körpə qarışqaların ehtiyacları yaşlarına görə dəyişir. Məsələn, yumurta və sürfələr rütubətə ehtiyac duyduqları halda, pupların mütləq quru şəraitdə yaşaması gərəkdir. Onların bu ehtiyaclarını təmin etmək üçün işçilər 24 saat ərzində durmadan çalışırlar.80
Bir nöqtənin də üzərində dayanmaq lazımdır ki, yuvanın rütubətli yerlərində bakteriya və göbələklərin yetişməsi ehtimalı da güclü olduğundan, qarışqaların orada işləməsi çox təhlükəlidir. Dolayısıyla, onlar özlərini xəstələnib ölmək riskilə üz-üzə qoyurlar.
Bəs qarışqalar bu təhlükəli mühitdə necə qorunurlar? Qarışqaları qüsursuz və möhtəşəm sistemlərilə yaradan Allah bu baxımdan da onları gərəkli vasitələrlə təchiz edib. Yetkin qarışqaların boğazlarında yerləşən metaploral vəzilərdə yaranıb ətrafa püskürdülən xüsusi maddələr bakteriyaları yox edir və inkişafını əngəlləyir.81
Təkamül nəzəriyyəsinin müəllifi olan ingilis alimi Çarlz Darvinin yikirlərinə görə, təkamül prosesinin əsas hərəkətverici qüvvəsi yaşamaq instinktidir. Darvinə görə, konkret növə aid fərdlər yaşamaq imkanlarını artıran hansısa bir özəllik qazanda, növün üstünlüyü çoxalırdı. Onlar bu üstünlükdən yararlanaraq yaşamaq mübarizəsindən qalib çıxır, daha çox artıb-törəyir və nəticədə özlərinin güclü cəhətlərini başqa növlərə də keçirirdilər. Buna görə də, təkamül özünü fəda etməyi deyil, özünü qorumağı öyrətməliydi.82
Ancaq qarışqaların özlərini fəda etməsi faktı aşkarlananda Darvinin təbii seçim nəzəriyyəsinə böyük zərbə dəydi. Bu faktlardan bəziləri hələ Darvinin sağlığında bəlli olmuş və izahını tapa bilməmişdi. Darvin məşhur “Origin of Srecies” (Növlərin mənşəyi) kitabında bununla bağlı yazır:
“...Bu instinktlərin bəziləri elə şaşırdıcıdır ki, onlardan bəziləri oxucuya bəlkə də, bütün nəzəriyyəni heçə çıxarmaq gücündə görünəcək”.83
Darvinin bu qədər açıq bir etirafdan sonra nəzəriyyəsini qurtarmaq üçün ortaya atdığı tezis məsələni daha da qəlizləşdirirdi. Onun ziddiyyətli bir açıqlamasına görə, bəzi qruplarda təbii seçim fərdlər səviyyəsində deyil, birbaşa qrup səviyyəsində gedir. Amma isbatı mümkün olmayan bu tezis də çox uzağa gedə bilmədi. Çünki o, heç bir fakta əsaslanmırdı və sadəcə nəzəriyyəni iflasdan qurtarmaq üçün ortaya atılmış bir versiya idi.
Darvində sonra gələn təkamülçülər də heyvanlardakı fədakarlıq örnəklərini izah edə bilmədilər. Ümumiyyətlə, təkmül təliminin heç bir tezisi qarışqa, arı, termit kimi toplumsal (sosial) canlılaran belə üstün davranışlarını şərh etmək gücündə deyil. Bir canlının öz təhlükəsizliyini, rahatlığını kənara ataraq, içində yaşadığı qrupun üzvlərinin mənayefini təmin etməyə çalışması ancaq və ancaq bununla izahlana bilər ki, onların riayət etdiyi sosial düzən üstün bir ağıl tərəfindən planlaşdırılıb, tənzimlənib və qrupun hər üzvünə bu düzəndə konkret vəzifə verilib. və həmin üzvlər özlərinə ayrılan vəzifəyə uyğun davranır, lazım gələrsə, bu yolda canlarını fəda etməkdən də çəkinmirlər.
78 National Geographic, June 1984, p. 790-791
79 Bert Hölldobler-Edward O.Wilson, Journey to The Ants, Harvard University Press, Cambridge, 1994, p. 30
80 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 374
81 Bert Hölldobler-Edward O.Wilson, Journey to The Ants, Harvard University Press, Cambridge, 1994, p. 195
82 The Insects, by Peter Farb and the Editors of Time-Life Books, p. 170
83 The Origin of Species, Charles Darwin, London: Senate Press, 1995, p. 273