5-ci Hissə: Xurafatçıların Dinində Musəvilər və Xristianlar

Xurafatçıların savaş və qadın barəsində gördüyümüz qorxunc məntiqlərini kitab əhlinə, yəni musəvi və xristianlara qarşı baxışlarında da görmək mümkündür. İllər boyu kitab əhlinə qarşı şiddətlə düşmənlik bəsləyən müsəlman cəmiyyətləri yenə saxta hədislərdən təsirləniblər. Peyğəmbərimizin adından rəvayət edilən bu saxta hədislər üzündən müsəlmanlar Quranda təriflənən kitab əhlini görməzlikdən gəliblər. Onların müsəlmanların himayəsi altında yaşamalı olduqları həqiqətindən demək olar ki, bixəbər olublar. Bu yanlış düşüncəyə görə səmimi xristian və musəvilərdən bəhs edilən Quran ayələrini belə inkar ediblər. Quran ayələrini inkar etmək isə İslama görə dindən çıxmaq mənasına gəlir ki, buna belə əhəmiyyət verməyiblər.

ağlama duvarı
museviler

Bu hissədə xurafatçıların və bir çox İslam əleyhdarlarının kitab əhli düşmənliyinə dəlil kimi göstərməyə çalışdıqları Quran ayələrinin mənaları açıqlanacaq və tarix boyu təşviq edilən kitab əhli əleyhdarlığının əsil səbəbi olan saxta hədislərin yanlışlığından bəhs ediləcək. Əvvəlcə, bu əhəmiyyətli həqiqəti xatırladaq ki, xristianlıq və musəvilik İslamdan əvvəl göndərilən haqq dinlərdir və müsəlmanlar Qurana görə, bütün haqq dinləri və haqq peyğəmbərləri qəbul etməklə məsuliyyət daşıyırlar. Ayədə belə vurğulanır:

Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!" (Bəqərə surəsi, 136)

Şübhə yoxdur ki, bu haqq dinlər belə öz içlərindəki xurafatçılar tərəfindən zamanla yanlış şərh olunmuş, bu iş kitablarına əks olunmağa qədər gedib çıxmışdır. Lakin biz Qiyamətə qədər pozulmayacaq Qurana baxanda anlayırıq ki, xristianlıq və musəvilik dinlərinin ilkin və orijinal variantlarına iman etməliyik və buna görə davranmalıyıq.

Quranda kitab əhli bir çox ayədə təriflənsə də, onlara qarşı həddən artıq düşmənlik siyasəti yürüdən bəzi müsəlman cəmiyyətləri Quran müsəlmanlığının deyil, uydurulan xurafat dininin təmsilçiləridir. Bəziləri bu xətaya bilərək düşür, bəziləri də bilmədən. Bu kitabın məqsədi bu xətaya düşənləri xəbərdar etməkdir. Eyni zamanda bir qisim İslam əleyhdarlarına da qarşı olduqları dinin İslam olmadığını göstərməkdir.

Xurafatçıların bütün iddialarının əksinə olaraq Quran kitab əhlinə düşmənliyi lənətləyir və onlara sevgi göstərməyi nəsihət edir. İndi isə bunun dəlillərinə baxaq:

Musəvi Əleyhdarlığına Qurandan Dəlil Gətirməyə Çalışanlara Qurandan Cavablar

Musəvilər illər boyu müsəlmanların onlara düşmənlik bəsləmələrini anlaya bilmədilər. Ümumiyyətlə, Quranda belə bir hökmün mövcud olduğunu və müsəlmanların buna görə hərəkət etdiklərini zənn etdilər. Elə buna görə də bir çoxu daima Quranı günahlandırıb. Quranın musəviləri düşmən hesab edənləri lənətlədiyindən xəbərləri belə olmadı.

Musəvilərə qarşı iki əsas iddia vardır: onların lənətlənmiş olması, onların meymun və donuzlara bənzədilməsi (musəviləri tənzih edirik). Xurafatçılar bu iddialarını Qurana əsaslandırırlar. İndi bu iddiaların əsassızlığını və əsas mahiyyətini Quran ayələri ilə açıqlayaq:

Meymun və Donuz Bənzətməsi və Quranda Kitab Əhlinin Gerçək Hökmü

Quranda kitab əhlinin xüsusi yeri vardır. Allah səmimi musəvi və xristianları tərifləmiş, onları axirətdə mükafatlandıracağını bildirmişdir. Kitab əhlinin hamısı müsəlmanlara əmanət edilmişdir. Bu əmanət müsəlmanların şəfqət və sevgi duyğularını ifadə edir, yoxsa kitab əhlinin qorunmağa möhtac olduğunu göstərmir.

Bir qisim xurafatçılar xüsusilə musəvilərə qarşı kin bəsləyib buna dəlil kimi Quran ayələrini göstərməyə çalışırlar. Bunu bir çox qərbli İslam əleyhdarları əllərində dəlil kimi saxlayırlar. Onlar Qurandan ayələr göstərib musəvilərin lənətli olduqlarını və meymunlara, donuzlara bənzədildiklərini deyib hər yana musəvi düşmənliyini yayıblar. Halbuki Qurana baxanda görürük ki, lənətli olanlar və heyvanlara bənzədilənlər musəvilərin arasından çıxan münafiq və təcavüzkar müşriklərdir. Bu barədə Quran ayələrinə nəzər salaq: "Maidə" surəsinin 60-cı ayəsində Allahın meymun və donuzlar etdiyi topluluqdan bəhs olunur. Əvvəlki ayələrə baxanda məlum olur ki, bu adamlar özlərinə kitab verilənlərin, yəni xristian və musəvilərin arasından çıxan topluluqdur:

"Maidə" surəsinin 60-cı ayəsinin açıqlaması

Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. (Maidə surəsi, 57)

Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə surəsi, 58)

De: "Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!" (Maidə surəsi, 60)

Bu ayələrdəki xitab kitab əhlinin arasından çıxan camaatadır. Lakin onların xüsusiyyəti odur ki, onlar qadağan olunan şeyləri etmək üçün israr edən və dinə rişxəndlə yanaşan fasiq inkarçılardır. "Kitab əhli" kəlməsindən yalnız bu iki üzlü insanların hansı topluluğun içindən çıxdığını müəyyən etmək üçün istifadə olunmuşdur.

Kizil Sacli Kadin

"Maidə" surəsinin 60-cı ayəsindən əvvəlki ayələrə baxanda bu təsvirlərin hamısını görə bilərik. 57-ci ayədə "Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri dost tutmayın" ifadəsi ilə müsəlmanlardan öncə kitab verilənlərin, yəni musəvi və xristianların arasından çıxmış dini ələ salıb oyun-oyuncaq hesab edənlərdən və kafirlərdən bəhs edilir. Təkrar qeyd edək ki, burada musəvi və xristianlardan bəhs edilmir, onların arasından çıxan dinsiz, yəni inkarçı və eyni zamanda təcavüzkar və rişxəndçi münafiq topluluqdan bəhs edilir. Belə bir topluluq təkcə müsəlmanlar üçün deyil, musəvi və xristianlar üçün də böyük təhdid və bəladır.

Burada və aşağıda açıqladığımız məalda bütün ayələrdə işlənən "inkarçı" kəlməsinin yanlış anlaşılmamağı üçün bunu qeyd etmək lazımdır: bir insan hər hansı bir dinə inanıb-inanmaya bilər. Bu barədə sərbəstdir və öz vicdanı ilə qərar verməlidir. Bir dindar əsla dini qəbul etməyən birinə öz fikirlərini zorla qəbul etdirə bilməz. Bu, Quranda qadağan edilib. Hətta əvvəlki hissələrdə gördüyümüz kimi, bir müsəlman inkar edən bir adamı belə canı bahasına qorumalıdır.

Lakin o inkarçı əgər dinə rişxəndlə yanaşıb dindarlara və onların dəyərlərinə zərər verməyə çalışarsa, hörmət və şəfqətdən üz döndərib düşmən kimi davranarsa, hətta hücum çəkərsə, bu zaman Allaha qarşı təqsirkarlıq etmiş olar. Diqqət ediləndə görünür ki, burdakı ayələrdə bəhs edilən inkarçılar həmin xüsusiyyətləri üzərində daşıyan və həddi aşan adamlardır. Dindarları çətin vəziyyətə salıb münafiqlik etdiklərinə görə Allah onları meymun və donuzlara bənzədərək alçaldır.

Təriflənən Musəvilər

Göründüyü kimi, "Maidə" surəsinin 60-cı ayəsindən əvvəlki ayələr bu topluluğun hansı xüsusiyyətlərə malik olduğunu göstərir. Sonrakı ayələrə nəzər salanda həqiqi musəvi və xristianların Qurana görə xüsusiyyətləri ortaya çıxır:

İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allaha və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69)

Bu ayədə müjdə verilir. Bu müjdə Allaha inanan və gözəl işlər görən musəvilərə və eyni zamanda xristianlara aiddir. Allah musəvi və xristianlardan Ona ürəkdən inananlara və səmimi olanlara qorxu verməyəcəyini müjdələyir. Bu, onlara verilən cənnət müjdəsidir. Çünki onların əsla qəm-qüssə görməyəcəklərinə dair Allahın sözü vardır. Allah onların yerini üstün tutmuşdur. Allah onlara sevgisini ifadə edir.

Kuranda museviler

Allah ayetlerinde, Musevi ve Hristiyanlardan bir olan Allah'a kalpten inanan ve samimi olanlara hiçbir zaman korku tattırmayacağını müjdelemektedir.

"Əraf" Surəsinin 166-Cı Ayəsinin Şərhi

Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. (Əraf surəsi, 163)

O zaman onlardan bir dəstə dedi: "Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?" Onlar dedilər: "(Bu,) Rəbbinizin yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar çəkinsinlər!" (Əraf surəsi, 164)

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq. (Əraf surəsi, 165)

Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: "Mənfur meymunlar olun!"– dedik. (Əraf surəsi, 166)

"Əraf" surəsinin 166-cı ayəsindən əvvəlki ayələrə baxanda birbaşa İsrail oğullarına xitab etdiyini görürük. İsrail oğullarının, yəni musəvilərin arasından çıxan bir topluluq şənbə günü qadağasına əməl etmir, dinin hökmlərinə əhəmiyyət vermir və çəkinməli olduqları şeyi etməkdə israr edib qarşı çıxırlar. Dolayısilə, bu adamlar birbaşa öz "din"lərinə məxsus bir inkar içindədirlər. Musəvi topluluğunun arasından çıxan və söz dinləməyən topluluqdur.

Bu ayələrə diqqət ediləndə görünür ki, bir tərəfdə səmimi musəvilər var, o biri tərəfdə də musəvilərin arasında olub söz dinləməyən inkarçı topluluq var. Məsələn, 164-cü ayədə söz dinləməyən bu topluluğu israrla xəbərdar edən və doğru olana çağıran musəvilərdən bəhs edilir. Məqsədləri isə onları çəkindirib doğru yola çatdırmaqdır. 165-ci ayədə isə pislikdən çəkindirən bu səmimi topluluğun xilas olduqlarından söz edilir. Alçaldılanlar söz dinləməyən və səmimi musəvilərə çətinlik çıxaran inkarçılar olmuşdur.

Bu ayələrdən əvvəlki ayələrdə Allah düz yolda olan musəviləri belə tərifləmişdir:

Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159)

Musanın qövmündən, yəni musəvilərdən haqqa çatdıran və ədalətli olan topluluğu Allah gözəl əməllərinə görə tərifləyir. Allahın bu ayəni nazil etməsində böyük hikmətlər vardır.

Bu və digər ayələr müsəlmanların səmimi musəvilərə münasibətini mükəmməl şəkildə açıqlayır.

tevrat, musevi

"Bəqərə" Surəsinin 65-Ci Ayəsinin Şərhi

Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq (və buyurduq): "Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə, qorxasınız!" (Bəqərə surəsi, 63)

Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasa idi, əlbəttə, ziyana uğrayanlardan olardınız. (Bəqərə surəsi, 64)

Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: "Mənfur meymunlar olun!"– dedik. (Bəqərə surəsi, 65)

Bilindiyi kimi, şənbə günü qadağası (şabat) musəvilər üçün xüsusi qadağadır. Bundan dolayı, belə başa düşülür ki, ayədəki topluluq musəvilərin arasından çıxan insanlardır. Bu ayədən əvvəlki ayələrdə çöllük ərazidə qaldıqları müddət boyu hz.Musaya çətinlik çıxaranlardan bəhs edilir. Buradakı təsvir Tövratdakı təsvirlə bənzərlik təşkil edir. Hz.Musaya çətinlik çıxaran bu topluluğun etdiklərindən bəhs ediləndən sonra qeyd olunur ki, onlardan Tövratın hökmlərini sürəkli xatırlayıb ona uyğun davranacaqlarına dair söz alınır. Lakin buna baxmayaraq, bu topluluq üz çevirir. Şənbə qadağasına tabe olmayan, yəni Tövrata qarşı çıxan bu topluluq Allah tərəfindən alçaldılır.

Məlum olduğu kimi, bu adamlar onlardan söz alındığına baxmayaraq, Tövrata tabe olmayan insanlardır. Yəni musəvi deyil, inkarçılardır. Yenə şənbə qadağasına əməl etməmələri bunu müəyyən edə bilir. Onların xüsusiyyəti inkarçı olmaqla yanaşı, davamlı hz.Musaya və səmimi musəvilərə çətinlik çıxarmalarıdır. Buna görə də alçaldılmağa layiq olublar.

Burada diqqəti cəlb edən başqa bir əhəmiyyətli həqiqət odur ki, yenə səmimi musəvi və xristianlar təriflənir və axirət üçün müjdələnirlər:

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

Göründüyü kimi, səmimi musəvi və xristianlar Quranda təriflənməyə layiq görülüblər. Allahın sevdiyini müsəlmanlar da sevər. Bu, məsuliyyət olduğu kimi, eyni zamanda qəlbdə yaranan təbii və vicdani hissdir. Buna görə də Allahın Quranda dəfələrlə təkrarlanan bu ayələrinə əsasən, müsəlmanlar kitab əhlini sevib qorumalı, onlara şəfqətlə yanaşmalıdırlar. Açıq şəkildə görünür ki, Allah bu ayələrdə səmimi xristian və müsəviləri səmimi müsəlmanlardan ayırd etmir. Bu ayə kitab əhlinə qarşı bütün düşmənlikləri tamamilə ortadan qaldırır.

"Lənətli Musəvilər" İfadəsinin Yanlışlığı

İlk öncə, bütün musəvilərin lənətli olduğunu demək Allahın ədalətinə və yaratdığı dinə uyğun deyil. Birincisi, musəvilik haqq dindir və müsəlmanların da peyğəmbəri olan hz.Musaya nazil olub. Allah Quranda musəviliyin və musəvilərin var olduqlarını bildirir və səmimi musəviləri tərifləyir. Eyni zamanda Quranda müsəlmanların kitab əhlini sevib onları qorumağa görə məsuliyyət daşıdıqları qeyd olunur. Bəzi Quran ayələrində İsrail oğullarına və kitab əhlinə birbaşa xitab edilir. Buna görə musəvilərdən və xristianlardan da Quran oxuyanlar və Qurandan nəsihət alanlar ola bilər. Halbuki bir xurafatçıya görə, musəvinin əlində Quran tutması belə mümkün deyil.

İkincisi, bütün insanlar bu dünyaya imtahan üçün gəliblər. İmtahanın nəticəsinə görə axirətdəki yerləri bəlli olacaq. Allah dünya həyatının imtahan olduğunu aşağıdakı ayədə xəbər verir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

Beləliklə, müsəlman da, musəvi də eyni imtahandan keçir. Musəvi ailəsində doğulan və dünyadan xəbərsiz olan bir uşağın lənətli olduğunu iddia etmək Allahın ədalətinə tamamilə ziddir. Hələ imtahan olunmayan uşağın nə olursa olsun, lənətli olduğunu düşünmək, belə bir ədalətsizliyi Allahdan ummaq (Allahı tənzih edirik) Allahın ədalətini, şəfqət və mərhəmətini anlamamaq deməkdir. Musəvilərin lənətli olduğu iddiası ilə ortaya çıxanlar böyük-kiçik ayırd etmədən bu azğın düşüncədən bütün musəvilərə qarşı istifadə edirlər. Bəs xurafatçılar belə bir iddiaya Qurandan necə dəlil gətirməyə çalışırlar?

"Bəqərə" Surəsinin 88-ci Ayəsinin Açıqlaması

Onlar dedilər: "Qəlblərimiz qapalıdır!" Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar. (Bəqərə surəsi, 88)

Əvvəlki ayələrə baxanda başa düşülür ki, burada hz.Musa qövmünün, yəni musəvilərin arasından çıxan bir topluluğa xitab edilir. Həmin topluluğun lənətlənməsi isə ayədə açıq şəkildə bildirilir: inkarlarından dolayı.

Onlar hz.Musaya xəyanət edən, əvvəlki ayələrdən anlaşıldığı üzrə, peyğəmbərləri belə öldürəcək qədər azğınlaşan inkarçı topluluqdur. Quranda müsəlmanların arasından çıxan təcavüzkar inkarçılar lənətləndiyi kimi, eyni şəkildə, musəvilərin arasından çıxan təcavüzkar inkarçılar da lənətlənir. Odur ki, ayəyə əsasən, lənətli olanlar üsyankar inkarçılardır, musəvilər və ya müsəlmanlar yox.

Nisa" Surəsinin 155-ci Ayəsinin Açıqlaması

Biz əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: "Qapıdan səcdə edərək daxil olun!"– dedik. Biz onlara: "Şənbə günü (qadağanı) pozmayın!"– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. (Nisa surəsi, 154)

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: "Qəlblərimiz qapalıdır!"– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar. (Nisa surəsi, 155)

Əvvəlki ayələrdə kitab əhlinin arasından çıxan inkarçı qövmdən bəhs olunur. Belə ki, həddi aşdıqlarına baxmayaraq, "Nisa" surəsinin 154-cü ayəsində Allahın onları bağışladığı və onlardan əhd aldığı açıqlanır. "Nisa" surəsinin 155-ci ayəsində isə həmin topluluğun verdikləri sözə əməl etməyib inkara sürükləndiyi və peyğəmbərləri haqsız yerə öldürdüyü bildirilir. Başlarına gələn sıxıntı və bəlaların səbəbi də budur.

Bu ayələrin davamında yenə musəvi topluluğundan bəhs olunur və Allah musəvilərdən kafir olanlarla dərin imana sahib olanları ayrı tutur:

Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)

museviler, tevrat

Allah, ayette açıkça samimi olan Musevileri ayrı tutmuştur ve onlara "büyük bir ecir vereceğini" bildirmiştir. Allah'ın mükafatlandıracağını belirttiği ve övdüğü bir Musevi topluluğu, kim, nasıl lanetli kılabilir?

Musəvilərdən kafir olub azğınlıq edənlərin hökmü başqadır. Eynilə müsəlmanların arasındakı kafir və azğınların hökmünün başqa cür olduğu kimi. Lakin Allah ayədə açıq şəkildə səmimi olan musəviləri ayrı tutmuşdur və onlara böyük əcr verəcəyini bildirmişdir. Allahın mükafat verəcəyini bildirdiyi, cənnətlə müjdələdiyi və təriflədiyi musəvi topluluğunu kim və necə lənətli edə bilər ki? Allah onları təriflədiyi halda, bir adam necə çıxıb deyə bilər ki, bütün musəvilər lənətlidir və onların hamısını öldürmək lazımdır? Gördüyünüz kimi, xurafatçıların problemi odur ki, onlar Allahı haqqı ilə təqdir etmir, Quranı anlamır və növbəti sətirlərdə qeyd edəcəyimiz kimi, saxta hədislərin tələsinə düşürlər.

Burada əhəmiyyətli mövzuya diqqət yetirək: bir insan inkarçı ola bilər, lakin münafiq olub dindar insanlara problem yaratmadığı, hörmətcil və dürüst həyat sürdüyü müddət boyu daima müsəlmanların qoruması altındadır. Bu da Quranda müsəlmanların öhdəsinə verilən məsuliyyətdir. Lakin həmin ayələrdə lənətlənənlər o şəxslərdir ki, onlar birgə yaşadığı dindar topluluğa xəyanət edir, yəni münafiqlik edir, hətta peyğəmbərləri belə öldürəcək qədər azğın davranırlar. Allah peyğəmbərləri öldürməyi lənətlənmə səbəbi kimi görmüşdür. Eyni zamanda onlar əhdlərini pozan, yəni ikiüzlü şəkildə münafiqlik edib iman edənlərə arxadan zərbə vuran topluluq kimi təsvir olunmuşdur. Bu insanlar hz.Musa və dindar musəvilər üçün də təhdid ünsürü idilər. Yəni həmin inkarçı şəxslər musəvi topluluğun arasından çıxıb inkar etdikləri üçün deyil, Allaha qarşı təqsirkarlığa yol verdiklərinə görə Onun qatında lənətlidirlər. Aradakı fərq çox yaxşı başa düşülməlidir.

Musəvi və Xristianlarla Dost Olmamaq Yanlışlığı

köpek

Ümumiyyətlə, xurafatçılar və qərbdəki İslam əleyhdarlarının musəvi və xristianların əleyhinə dəlil kimi göstərdikləri Quran ayələrindən biri "Maidə" surəsindədir:

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dostlar (vəli) tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz. (Maidə surəsi, 51)

Ayədə "dost" sözü iki dəfə işlənir. "Yəhudi və xaçpərəstləri dostlar (vəli) tutmayın!" ifadəsində işlənən və "dostlar" şəklində tərcümə olunan kəlmənin ərəbcəsi "evliyau" sözüdür. Bu kəlmənin həqiqi mənası "qoruyucular, qanuni yöndən vəzifəsi olanlar, övliyalar, sahiblər, maliklər" şəklindədir. "Sizlərdən kim onları dost tutarsa" ifadəsində işlənən və yenə "dost" şəklində tərcümə olunan kəlmənin ərəbcəsi isə "yətəvəlləhum" sözüdür. Bu sözün mənası isə "idarəni ələ keçirən, hakim vəziyyətə gələn, nəzarəti öz üzərinə götürən" şəklindədir. Ərəbcə mənasına baxanda bu ayədə işlənən "dost" kəlmələrinin həqiqətdə idarəçi mənasına gəldiyi asan şəkildə başa düşülür. Burada müsəlmanların musəvi və xristianların idarəsi altına girməyi qadağan olunur. (Prof. Dr. Bayraktar Bayraklı, Quran məali)

Burdakı hikməti anlamaq isə çox çətin deyil. Eyni tövhid inancı və eyni təməllər üzərinə qurulu olsalar da, hər dinin özünə aid ibadət formaları və hökmləri vardır. Dolayısilə, musəvi və ya xristianın idarəsində olan bir müsəlmanın ibadətlərini yerinə yetirməsinin çətin olması ehtimalı çox yüksəkdir. Belə çətinliyin olmaması üçün ayədə bu cür hökm verilir.

Cizyə və Müharibəyə Dair Yanlış Bilinənlər

Kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi dinə etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun. (Tövbə surəsi, 29)

Həqiqi İslamı səhv tanıyanlar, ümumiyyətlə, yuxarıdakı ayədə bəhs edilən cizyə vergisinin yalnız kitab əhlindən alındığını və müsəlman olmayanlara qarşı haqsızlıq edildiyini irəli sürürlər. Ayədə işlənən "öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun" hökmünə əsasən, iddia edirlər ki, kitab əhli İslama dönmədikdə guya dinimiz onlara qarşı savaş açmağı əmr edir. Halbuki burada ciddi yanlışlıq var.

İlk öncə bunu qeyd etmək lazımdır ki, cizyə bir vergi növüdür. Vergi ödəmək hər ölkə vətəndaşının vəzifə borcudur. Yəni müsəlman ölkəsində yaşayan hər kəs müsəlman olub-olmamağından asılı olmayaraq, vergi ödəməlidir. Müsəlman ölkəsində müsəlmandan vergi alınmayıb kitab əhlindən alınması kimi bir ayrı-seçkilik yoxdur. Vergi vermək hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.

Cizyə ilə bağlı mövzuda bizim üçün həmin hökmün tarixdə müsəlman dövlətlərinin necə həyata keçirdiyi əsas deyil. Bizim üçün bu barədə Quranın əmri əsasdır. Yəni müsəlman ölkəsində yaşayan hər hansı bir şəxs dinindən asılı olmayaraq, vergi ödəməlidir. "Tövbə" surəsinin 29-cu ayəsindəki hökmə nəzər salanda qarşımıza bu həqiqət çıxır:

432_SarmasikKapliKemer_KoyManzarasi

Ayədə bəhs edilən o şəxslər kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi dinə etiqad etməyənlər, yəni xristian və musəvilərin arasından çıxıb Allaha və axirət gününə inanmayan, dini və peyğəmbərləri tanımayan inkarçılardır. Daha əvvəl də qeyd etdiyimiz kimi, hər insan iman edib-etməməkdə azaddır. Quran dində məcburiyyəti qadağan etmişdir. Bir müsəlman hər kəsə olduğu kimi, inkarçıya da hörmət etməli, onu qorumalıdır (Tövbə surəsi, 6). Qurana görə, inkarçı birini təqsirkar edən ünsür onun təcavüzkar olması, dindarlara qarşı mübarizə aparması və fitnə çıxarmasıdır. Elə "Tövbə" surəsinin 29-cu ayəsindən bəhs etdiyimiz bu hissədə həmin inkarçıların bu xüsusiyyətinə diqqət çəkilir. Bu adamlar ayəyə əsasən, Allahın və Rəsulunun haram buyurduğunu haram tanımayan şəxslərdir. Dolayısilə, heç bir qadağanı dinləmir, fitnə çıxarır və təcavüzkarlıq edirlər.

İndi bir az düşünək: müsəlmanların idarə etdiyi bir dövlətdə müsəlman və müsəlman olmayanlar, hətta bütpərəstlər belə bir arada asayiş içində yaşayırlar. (Peyğəmbərimizə tabe olan (səv) bütün şəhər dövlət quruluşlarında belə olmuşdur. Mədinə müqaviləsi daxil olmaqla, Peyğəmbərimizin müəyyən etdiyi bütün sazişlər dövlətin hər fərdinə bərabərlik hüququ verən, onların bütün haqlarını qoruyan mükəmməl demokratik qanunlar olmuşdur). Lakin o dövlətin sakinləri arasında inkarçı olmaqla yanaşı, qanunlara riayət etməyən, haram olanı haram saymayan, buna görə də topluluqlarda pozuntu çıxarmağa çalışan və dövlətin onlara verdiyi yardımlardan və bütün imkanlardan faydalanmalarına baxmayaraq, dövlətin qanunlarına qarşı çıxan topluluq vardır. Müsəlman bir dövlətdə rahatlıqları qaydasında olub hər yöndən qorunsalar da, həm fitnə çıxarıb cinayət törədir, həm də heç yöndən faydalı olmayıb vergi də ödəmirlər. Cəmiyyətin arasında anarxiya yaradır, terror əməlləri törədir və eyni topluluqda yaşayan digər insanların və xüsusilə də dindarların canlarına qəsd edirlər. Bu şərtlər əsasında etdiklərindən dolayı peşman olub boyun əymədikləri müddət boyu onlarla savaşmaq qaçılmazdır.

"Tövbə" surəsinin 29-cu ayəsi topluluq içindəki həmin təxribatçılara işarə edir. Bu insanlar təkcə müsəlmanlar üçün deyil, o topluluqdakı xristian və musəvilər üçün də böyük təhlükə sayılır. Bundan ötrü də, onlara qarşı gücdən istifadə edib fitnələri sona çatdırmaq o topluluqda yaşayan musəvi və xristianların rahat yaşamağı üçün lazımlıdır. Həmin inkarçı və fitnəkarların kitab əhlinin və ya müsəlmanların arasından çıxması ölçü deyil. İnkarçı onsuz da dini tərk edən insandır. Buna görə müsəlmanlarla və ya kitab əhli ilə eyni tutula bilməz. Burada həmin fitnəkarlarla onlar cizyə verənədək savaşmaq onların dövlət hakimiyyətini qəbul etdiklərinin əlaməti olduğu üçündür. Məlum məsələdir ki, bundan sonra dövlətin qanunlarına qarşı çıxmazlar və təxribat törətməzlər.

432_SarmasikKapliKemer_KoyManzarasi

Yanlış Bilinən Başqa Bir Anlayış: Təqiyyə

kafeste-kus

"Təqiyyə" kəlməsi qorunmaq, gizlənmək mənalarını ifadə edir. Quranda bu ifadə belə işlənir:

Qəlbi imanla sabit qaldığı halda, (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. (Nəhl surəsi, 106

Ayədə müstəsna vəziyyətdən bəhs olunur: şəxs iman etsə də, təzyiq altındadır və çətin vəziyyətdən xilas olmaq üçün keçici olaraq Allahı inkar etdiyini deməsi və ya imanını gizlətməsi söz mövzusudur. Qurana əsasən, təqiyyənin bundan başqa mənası yoxdur.

Halbuki təqiyyə bir çox xurafatçı din anlayışına sahib şəxslər tərəfindən fərqli şəkildə tətbiq olunur. Bir qisim İslam əleyhdarları isə bunu yanlış anlayırlar. Xurafatçı İslam anlayışına sahib şəxslər çalışırlar ki, təqiyyəni ikiüzlülük metodu kimi bütün həyatlarına hakim etsinlər. Beləliklə, heç bir həyati təhlükə olmadıqda belə saxta hədislərə əsaslanaraq İslama zidd işlər görür, özlərinə düşmən bildikləri insanlarla rol gərəyi dost kimi davranırlar.

Bir çox İslam əleyhdarları və radikallar ucbatından İslama şübhə ilə yanaşanlar bunu hamıya aid edib heç bir müsəlmanın sülh və sevgi sözlərinə inanmırlar. Elə düşünürlər ki, Quranda bəhs edilən təqiyyə elə bu şəkildə tətbiq olunur və müsəlmanlar sülh və barışıq sözlərindən istifadə etməklə böyük müharibəni səbirsizliklə gözləyirlər. Belə ki, bu şəxslərə görə, sevgi və sülhdən bəhs edən hər müsəlman yalan danışır. Burada hər iki tərəfin problemi odur ki, onlar Qurandan xəbərsizdirlər.

İlk öncə, Quranda işlənən təqiyyə kəlməsində xüsusi şərt var: qəlbi imanla sabit qaldığı halda, (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla... Ayədə müəyyən edilən şərt insanın təzyiq və ya təhdid altında, yəni çətin vəziyyətdə olmağıdır. Buna görə də vəziyyətdən çıxış yolu kimi imanını gizlədir, düşmənliyini deyil. Uca Allah Quranda Fironun ailəsindən olan və imanını gizlədən şəxsdən bəhs edir:

Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: "Siz bir adamı: "Rəbbim Allahdır!"– dediyinə görə öldürəcəksinizmi? ... (Ğafir surəsi, 28) İmanını gizlədən bu şəxs açıq-aşkar təhlükə altındadır. Firon kimi dövrün ən zalım hökmdarının yanında yaşayır və ölüm təhdidi altında olduğuna görə imanını gizlədir, yəni təqiyyə edir. Bu vəziyyət tam olaraq Qurandakı təqiyyə şərtinin yerinə yetirildiyi vəziyyətdir. Həmin şəxs ciddi şəkildə təhdid altında olduğuna görə iman etsə də, bunu gizlədir. Təqiyyənin Qurana görə tətbiq olunması yalnız bu formadadır.

Hal-hazırda xurafatçıların təqiyyə adı verdikləri əməlləri və bunun İslama uyğun olduğunu düşünən bir qisim din əleyhdarları Qurandan uzaq olduqları üçün bu minvalla sülh və sevginin də önünü kəsirlər. Təqiyyənin Qurandakından fərqli şəkildə başa düşülüb tətbiq olunması hazırda dünyada böyük bir müharibə mühitinə zəmin yaradır. Buna yol verilməklə bəşəriyyətə əsla sülhün olmayacağı təlqini verilir; kütləvi və dəhşətli qırğınların davam edəcəyi bəyan edilir.

Bu anlayış Qurana zidd olduğu üçün məntiqə də ziddir. Təsəvvür edin ki, bir müsəlman Allah rizası üçün bütün həyatını sülhə, qardaşlığa və insanları dost etməyə həsr edir; bu yolda radikallardan, müharibə tərəfdarlarından təhdid alıb həyatını təhlükəyə atır; kitab əhlini dost olmağa çağırır və bunun üçün bütün zamanından, imkanlarından və maddi durumundan keçir... Sonra da min bir əziyyətlə aralarında sevgi bağı qurduğu insanları anidən qətlə yetirməyə qərar verir!

Bu, olduqca təhlükəli düşüncədir. Bir insan əgər şeytani fikirlərə sahibdirsə və insanları qətlə yetirməyə qərar veribsə, bunu etməyə mühit və imkan qazanmaq üçün heç də əziyyət çəkmir. Bu şeytani fikrini onsuz da bütün şərtlərdə tətbiq edə bilir. Əgər bunu din adından etməyi düşünürsə, dindən istifadə edib qətliamlar törədənlər heç də az deyildir.

Müsəlman həyatını yalan üzərində qurmaz, bu, haramdır. Həqiqi müsəlman daima Quran əsasında yaşayar. Müsəlmanlar dünyaya Quran ayələri işığında sevgi gətirməklə məsuliyyət daşıyırlar (Məryəm surəsi, 96). Eyni zamanda bütün dünyada sülhü bərqərar etmək (Bəqərə surəsi, 208), birlik və bərabərliyi təmin etmək müsəlmanların vəzifə borcudur. Müsəlmanlara inkar edənləri belə qorumaq, lazım gəldikdə bunun üçün özlərini riskə atmaq əmr olunmuşdur (Tövbə surəsi, 6). Quranda xüsusi yeri olan kitab əhli ilə isə qardaş və yaxın dost olmalıdırlar. Onları qətlə yetirmək və ya zorla öz dinlərinə döndərmək üçün deyil, Allahın əmri olduğuna və hər iki tərəfin Allahın bir olduğuna inandığına görə sevməlidirlər. Təqiyyə anlayışından saxtakarlıqla istifadə edib müsəlmanlığı savaş dini kimi göstərməyə çalışanlar hiyləli planlarında müvəffəqiyyətli olmayacaqlar. Çünki hiyləli plan daima pozulmuş olaraq qurulur. Bütün müharibə planlarına baxmayaraq, üç dinin təmsilçiləri bu dünyaya sülhü hakim edəcəklər. Çünki Allah haqqın hakim olmağını, sülhün yayılmağını istəyir. Allah bəşəriyyəti və bütün kainatı sevgi üzərinə yaratmışdır.

Xurafatçıların və İslam əleyhdarlarının musəvilərə qarşı istifadə etdikləri Quran ayələrinin həqiqi mənalarını gördük. İndi isə xurafatçıların musəvi əleyhdarlığını aşılamaq üçün istifadə etdikləri və qeydsiz-şərtsiz inandıqları saxta hədislərdən bəhs edək:

Xristian və Musəvilərlə Bağlı Saxta Hədislər və Qurana Görə Açıqlamaları

Yetkinlik Çağına Çatan Musəvilərin Öldürülməsi İddiası

Atiyət əl-Kurazi dedi ki, Qureyza savaşı günü Rəsulullah (səv) tənasül yerindən istifadə edən hər yəhudilərin öldürülməsini əmr etdi. Mən o zaman hələ istifadə etməmişdim. Mənim vəziyyətimi Rəsulullaha danışdılar. O, məni buraxdı. (Əbu Davdu, Tirmizi, Nəsai, İbn Macə, İbn Hibban)

Bu saxta hədisə əsasən, yetkinlik yaşına çatan hər musəvi qətlə yetirilməlidir. İslam dini sevgi və mərhəməti nəsihət edir, haqsız yerə can almağı ən böyük günah sayır və səmimi musəviləri böyük əcrlə müjdələyir. Bir insanın heç bir günahı yox ikən –günahkar olsa belə, həmin adamı bağışlamaq əsasdır– onu sırf musəvi olduğuna görə yetkinlik çağına çatanda öldürmək əsla dinimizin qərarı ola bilməz. Quranda, əlbəttə, belə bir hökm yoxdur. Bu açıqlama Qurana və uca Rəbbimizin gözəl dininə iftira atmaqdır. Bu, Qurana görə, cinayət və qətliamdır. Səmimi olub cəhalət üzündən inanmadığı müddət boyu həmin saxta hədisi hökm olaraq tətbiq edən insan müsəlman deyil, qatildir. Allah səmimi musəviləri tərifləyərkən onların qeydsiz-şərtsiz qətlə yetirilməsini əmr edən hökmə inanmaq xurafatçılarda cəhalətin ölçüsünü göstərir.

musevi çocuklar

Allah samimi Musevileri Kuran'da överken, bağnazlar, Musevilerin kayıtsız şartsız katledilmesini emreden bir hükme inanırlar.

Müsəlmanların Günahlarının Musəvilərə Yüklənməsi İddiası

Qiyamət günü müsəlmanlar dağlar boyda günahlarla gələcəklər, Allah bunların hamısını onlardan alıb yəhudilərə yükləyəcək. (Ramuz əl-əhadis)

Bu sahte hadise Kuran ile cevap verelim:

Dağlar qədər günahlarla gələn bütün müsəlmanlar öz günahları ilə, musəvilər də öz günahları ilə hesaba çəkiləcək. Heç kim öz günahını bir başqasına yükləyə bilməz. Yalnız öz günahlarından sorğu-sual ediləcək. Allah Quranda bunu açıq şəkildə bildirmişdir:

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz... (İsra surəsi, 15)

Allah başqa bir Quran ayəsində öz günahını günahsız birinə yükləməyə çalışanın hökmünü açıq şəkildə bildirmişdir:

Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar. (Nisa surəsi, 112)

Hər insan axirətdə öz əməlinə görə sorğu-sual ediləcək. Allahın bildirdiyi kimi, "Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır" (Bəqərə surəsi, 281) ayəsinə əsasən, axirətdə heç kimə haqsızlıq edilməyəcək. Heç kim Rəbbimizin qatında deyə bilməyəcək ki, o, mənim günahlarımı üzərinə götürdü, ona görə də mənim günahım yoxdur. Dünyadakı yanlış düşüncəsini orada davam etdirə bilməyəcək. Çünki hamı bunun saxtakarlıq olduğunu vicdanən bilir.

 aglama Duvari onunde Yahudi

Yeməklərin Musəvilərin Üzündən Xarab Olduğu İddiası

Əgər İsrail oğulları olmasa idi, yeməklər köhnəlib, ətlər xarab olmazdı. (Camiüs-səğir)

Saxta hədislərin hansı düşüncənin məhsulu və uydurma olduğunu sübut etmək üçün bu saxta hədis olduqca əhəmiyyətli dəlildir. Kitabın əvvəlindən bəri bəhs etdiyimiz saxta hədislər bu düşüncənin məhsuludur. Əgər musəvilər yer üzündə olmasa, yeməklərin xarab olmayacağını iddia edən zehniyyətdən qadınlara, heyvanlara, incəsənətə və bütün sosial həyata dair qorxunc açıqlamaların gələcəyi, əlbəttə, sürpriz deyil. Bu saxta hədis eyni zamanda musəvilərlə bağlı alçaldıcı hədislərin də saxta olduğunun önəmli dəlilidir. Quranda adı çəkilən, təriflənən və hz.Musanın soyu olan bir topluluğun yeməklərin köhnəlməsinə və ətlərin xarab olmasına səbəb olduğunu deyən sistem, şübhəsiz ki, haqq dinə aid ola bilməz. Bundan başqa, Rəbbimizin Quranın "Maidə" surəsinin 5-ci ayəsində müsəlmanlara musəvi və xristianların yeməklərini halal etdiyini xatırlatmaq lazımdır. Burada qarşımıza Qurandan tamamilə fərqli xurafatçı baxış forması çıxır. Həmin bu məntiq pozğunluğu xurafatçıların məntiqini bir bütün olaraq izah etmək üçün kifayət edir.

yiyecekler

Kuran'da adı geçen, övülen ve Hz. Musa (as)'nın soyu olan bir topluluğun varlığının, yemeklerin ekşimesine ve etlerin kokmasına neden olduğunu iddia eden bir inanç sistemi, kuşkusuz ki kesin olarak bir hak dine ait olamaz.

"Ərəb Torpaqlarında İki Din Qalmasın" İddiası

Rəsulullahın son sözlərindən biri bu idi: Allah yəhudi və xristianları həlak etsin. Ərəb torpaqlarında iki din qalmasın. (Beyhəki)

Bu saxta hədis yenə Peyğəmbərimizə qarşı atılan böyük iftiradır. Uca Allah Quranda xristianlıq və musəvilik dinlərinin varlığını bildirmiş, Quranın bu iki haqq dinin təsdiqləyicisi kimi göndərildiyini xəbər vermişdir. Quran bu iki dinin hökmlərini rədd etmir, o dinləri təsdiqləyir. Quranda bir çox ayədə bu barədə məlumat verilmişdir, bunlardan biri bu şəkildədir:

O, sənə kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi. (Ali-İmran surəsi, 3)

 aglama Duvari onunde Yahudi

Yenə Quran yer üzündə musəvi və xristianların mövcud olacağını və yuxarıda qeyd etdiyimiz kimi, bunlardan bir qisminin səmimi və Allahın seçdiyi topluluq olacağını bəyan edir. Allah Quranda müsəlmanlara xristian və musəvilərlə evlənməyi, onların süfrəsində yemək yeməyi halal etmişdir (bu mövzu barədə ətraflı məlumat veriləcək). Bundan başqa, uca Rəbbimiz müsəlmanlara sevgi baxımından xristianların ən yaxın olduğunu buyurur. Allahın təriflədiyi, mükafatlandırdığı və varlığından xəbər verdiyi bu topluluqlar var ikən, "Allah yəhudi və xristianları həlak etsin" ifadəsinin Peyğəmbərimizin sözü olmadığı açıq-aşkardır. Bunu Peyğəmbərimizin sözü olaraq yayanlar bu böyük iftiranın vəbalını öz boyunlarına götürürlər. Quranda kitab əhlini tərifləyən hökmlər və Peyğəmbərimizin (səv) kitab əhlinə qarşı rəftarı bu saxta hədisi tamamilə təkzib edir. Mövzu ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərimizin (səv) münasibətinə bir azdan nəzər salacağıq.

iki din yoktur

Arap toprakları üç dinin birlikte yaşandığı, üç dinin Peygamberimiz (sav) tarafından korunduğu mübarek topraklardır. Allah'ın varlığından haber verdiği ve övdüğü Hristiyanlar ve Museviler varken, Peygamberimiz (sav)'in "Allah onları helak etsin" gibi bir söz söylemeyeceği açıktır. Mevzu hadisler, Peygamberimiz (sav)'e birer iftiradır.

Həqarət Olaraq "Ey Yəhudi", Savab Olaraq "Yəhudiyə Lənət"

Bir adam başqa birinə: "Ey yəhudi", –deyərsə, ona 20 dəyənək vurun. (Tirmizi)

Kimin kasıba verməyə pulu yoxdursa, yəhudiyə lənət etsin, beləliklə, eyni savabı qazanar. (Deyləmi, İbni Ədiyy)

Yenə bu saxta hədislərdə "yəhudi" ifadəsi həqarət nümunəsi kimi göstərilmişdir. Musəvilərə lənət oxumağı savab kimi qəbul edib onlara nifrəti bu yolla yaymağa çalışıblar. Xurafatçıların niyə bu qədər fərqli din yaşadıqları məlumdur. Səmimi musəvilərin axirətdə mükafat alacaqlarını bildirən və səmimi olduqlarını tərifləyən Quran bu insanların dünyasından tamamilə uzaqdır.

Musəvi və xristian nifrəti bu cür cəfəng iddialardan qaynaqlanır. Xurafata dair şikayətlərini İslam əleyhdarlığına çevirənlər bunu mütləq bilməlidirlər. Həqiqi İslama və səmimi müsəlmanlara cəbhə açarkən xurafatı ortadan qaldıracaq yeganə vasitəni yox edir, beləliklə, özlərinə qayıdan böyük bir fəlakəti hazırlayırlar.

"Yolun Dar Hissəsinə Sıxışdırın"

yahudi ağacı, gargat ağacı

Kendisini Müslüman olarak gören bir kişi, bir hadisten yola çıkarak "ağaç bana emir verdi" deyip ağacın arkasındaki Museviyi vuruyorsa, öldürülen Musevi cennete gidebilir ama kendisi tevbe etmediği sürece ahirette cinayet işlemiş olmanın günahıyla cezalandırılır.

Əbu Hüreyrə (rə) rəvayət edir ki, Peyğəmbərimizdən (səv) belə eşidib: "Yəhudi və xristianlarla qarşılaşanda salamı birinci siz verməyin. Yolda onlardan birinə rast gələndə onu yolun bir tərəfinə sıxışdırın". (Müslim, Büluğul-məram, cild 4, Cihad bəhsi, Cizyə və hüdnə babı, 1335/1125- (246))

Sevgini, nəzakəti və ən başda kitab əhlinə qarşı mərhəməti öyrədən haqq bir dinin hökmlərinə qarşı uydurulan bu hədis ciddi vəhşilikdir və Peyğəmbərimizə qarşı böyük iftiradır. Bu sözlər Qurana uyğun olaraq kitab əhlinə şəfqət və sevgi göstərən Peyğəmbərimizin adından uydurulub və onun musəvi və xristianlara qarşı münasibətinə tamamilə zidd məntiqdir.

Yəhudi Ağacı Qarqad

Ta ki, yəhudilər daş və ağacların arxasında gizlənəcək, lakin ağac və daş dilə gəlib deyəcək ki, ey Allahın qulu, gəl bax, mənim arxamda yəhudi var; burda gizlənib, mənim arxamdadır, gəl onu cəzalandır. Təkcə qarqad ağacı bunu deməyəcək. Çünki o, yəhudi ağacıdır. (Fitən, hədis: 2239)

Musəvi əleyhdarlığı mövzusunda, bəlkə də, ən çox istifadə olunan hədis qarqad ağacı ilə bağlı olan bu hədisdir. Bu hədisə əsasən, bir musəvi daşın və ağacın arxasında gizləndiyi təqdirdə öldürülməlidir. Bu yanlış düşüncəyə görə, həmin musəvi günahsız biri və ya dindar ola bilər, musəvi bir uşaq da ola bilər. Bu saxta hədisə əsasən, ağacın arxasında xüsusiyyətindən asılı olmayaraq, bir musəvi gizlənərsə, ağac və daş hər hansı bir yolla bunu müsəlmana xəbər verir və həmin musəvi də mütləq öldürülür. Kiçik uşaq olsa da...

musevi çocuk

Halbuki bu, Qurana görə cinayətdir. Özünü müsəlman olaraq görən insan saxta hədislərə inanaraq ağacın ona əmr etdiyini deyib ağacın arxasındakı musəvini vurarsa, ölən musəvi cənnətə gedə bilər. Özü də tövbə etmədiyi müddət boyu axirətdə yol verdiyi cinayətə görə cəzalandırılar. Bundan başqa, bu, elə bir dəhşətli sistemdir ki, bu yalanlara inananlar "daş mənə əmr etdi" və ya "ağac mənə xəbər verdi" kimi saxtakarlıqlarla ortaya çıxıb asan şəkildə qətliam törədə bilərlər. Səbəbini soruşanda daşdan gələn əmri sübut kimi göstərə bilərlər. Belə bir saxtakar sistemdə onları hesaba çəkən də olmaz. Onsuz da qurduqları sistem Qrana görə işləmir və bu sistemdə öldürmək, alçaltmaq, bir kənara sıxışdırmaq və s. günah sayılmır. Halbuki Allah Quranda onların saxtakar sistemlərini alçaldır:

Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin! (Saffat surəsi, 154-157)

İndi də baxıb görək ki, musəvi və xristianlarla bağlı uydurulan hədisləri Quran və Peyğəmbərimizin əməlləri necə təkzib edir:

Quranda Kitab Əhlinə Verilən Dəyər

Kuran'da kitap ehli

Müslümanlar Kitap Ehli ile evlenebilirler, onların yemekleri Müslümanlara, Müslümanların yemeği onlara helaldir.

Müsəlmanlar kitab əhli ilə evlənə bilər, onların yeməkləri müsəlmanlara, müsəlmanların yeməyi onlara halaldır:

Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)

Bu ayə çox müxtəlif və əhəmiyyətli detallarla kitab əhlinin müsəlmanlar üçün dəyərindən bəhs edir. Bu ayənin hökmünə əsasən, bir müsəlman kişiyə kitab əhlinin qadınları ilə evlənmək icazəsi verilmişdir. Buradakı icazə çox əhəmiyyətlidir, çünki "Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər…" (Nur surəsi, 26) əmrinə əsasən, müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməlidirlər. Bu hökmlə əhəmiyyətli dərəcədə musəvi və xristianların təmiz və yaxşı insanlar olduqlarına işarə edilir.

Bununla yanaşı, bu ayə önəmli ölçünü müəyyənləşdirir. Bir müsəlman musəvi və ya xristian qadınla evlənir, ona: "Canım, xanımım, sevgilim", –deyə xitab edir, bütün ömrünü onunla birlikdə keçirir, hətta axirətdə də sonsuz həyatını onunla birlikdə davam etdirməyə niyyət edir. Bu insan bütün dünya həyatı boyu bütün çətinlikləri və gözəllikləri bölüşdüyü yeganə insandır. Xəstələnəndə bir-birinin yanında olub qulluq edirlər. Xurafatçıların düşüncəsinə görə, bir insan həyatı boyu birlikdə olduğu, canını əmanət etdiyi və uşaqlarının anası olan sevgilisinə xristian və ya musəvi olduğu üçün anidən düşmən kəsilib onu lənətli elan edəcək? Bütün həyatını onunla keçirəndən sonra bir gün: "Bu ağac mənə xəbər verdi ki, xanımım musəvidir və onun arxasında gizlənib", –deyib onu qətlə yetirməyə qərar verəcək? Bir insan bunu ancaq psixoloji problemləri olarsa, edə bilər. Bu ayə Qurana tabe olan ağıllı müsəlmana kitab əhlini sevməyi öyrədir.

Bundan başqa, ayədə müsəlmanlar üçün əhəmiyyətli izin qeyd olunur: kitab əhlinin yeməyindən yemək. Bu, çox əhəmiyyətli mövzudur. Çünki məlum olduğu kimi, müsəlmanlar yemək barədə müəyyən haramlara diqqət etməlidirlər. Donuz əti və Allahın adından kəsilməyən bir heyvanın əti müsəlmanlara haramdır. Musəvi və xristianların yeməklərinin müsəlmanlara halal edilməsi onların etibarlı olduqlarını göstərir. Eyni ölçü kitab əhli üçün də əsaslıdır və ayənin hökmünə görə, müsəlmanların yeməkləri də onlara halal edilmişdir.

Burada eyni zamanda başqa bir dostluq ifadəsinə də diqqət çəkmək lazımdır. Kitab əhli və müsəlmanlar eyni süfrədə oturur, bir-birilərinin evinə qonaq gedirlər. Burada dostluq əlaqəsinin təsviri verilir. Belə ki, kin-küdurətə və öldürməyə əsaslanan nifrət mühiti deyil, dostluq və qardaşlıq mühiti təsvir olunur.

Bu ayədə verilən hökmlər bir xurafatçının əsla yanaşmadığı və qəti qəbul etmədiyi hökmlərdir. Quranın verdiyi bu haqlar xurafatçılara görə həm haram, həm də dəhşətli əməldir. Xurafatçılar kitab əhlindən bir qadınla evlənməyi və ya onların süfrəsində oturmağı qəzəblə rədd edər. Məlum məsələdir ki, xurafatçıların hökmləri Qurana əsaslanmır, çünki Quranın hökmlərini qəbul etmirlər. Kitab əhlinin mövqeyindən təkcə bu ayə bəhs etmir.

ehli kitabın yemeği

Musevi ve Hristiyanların yemeklerinin Müslümanlara helal kılınması, bu kişilerin güvenilir olduğunun bir güvencesidir. Aynı ölçü Musevi ve Hristiyanlar için de geçerlidir ve ayetin hükmüne göre Müslümanların yemekleri de onlara helal kılınmıştır

Allah Quranda bir qisim kitab əhlini tərifləyir. Mövzu ilə əlaqədar ayələr belədir:

Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159)

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

(Qurandan) əvvəl özlərinə kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara (Quran) oxunduğu zaman: "Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!" – deyirlər. (Qəsəs surəsi, 52-53)

Lakin onlardan (yəhudilərdən) elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allaha və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69)

"Biz xaçpərəstik!"– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (cənnətə) daxil edəcəyinə ümid edirik". Belə dediklərinə görə də Allah onları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 82-85)

Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi altından çaylar axan cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, artıq o, doğru yoldan azmışdır". (Maidə surəsi, 12)

Ayələrdə açıq şəkildə başa düşüldüyü kimi, saleh və səmimi olan musəvi və xristianlar Quranda gözəl sözlərlə təriflənir və Allahdan bir mükafatla müjdələnirlər. Allah onları cənnətə göndərəcəyini bildirir. Bu, Allahın onlara sevgi ifadəsidir. Allahın sevdiyi, razı olub cənnətinə göndərdiyi bir insana müsəlman necə düşmən ola bilər? Qurana görə, ola bilməz. Qurana əsasən, belə bir düşmənlik təqsirdir. Xurafatçılar Quran ayələrinə baxmayaraq, saxta hədisləri özlərinə yol göstərici kimi götürüb kitab əhli düşmənliyini yayır, beləliklə, İslama görə xətalı iş görürlər.

kitap ehli

Müsəlmanların Kitab Əhlini Dəvət Etməsi

İçərilərindən zülm edənlər istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: "Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik". (Ənkəbut surəsi, 46)

De: "Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək". Əgər onlar üz döndərsələr, deyin: "Şahid olun ki, biz müsəlmanlarıq!" (Ali-İmran surəsi, 64)

Bu ayələrdə göründüyü kimi, müsəlmanların vəzifəsi kitab əhlini pisləmək, küncə sıxışdırmaq, onlara kin bəsləmək, hətta onları öldürmək deyil; onları yalnız gözəl üslubda Allahın birliyinə çağırmaqdır. Tövhid inancı hər üç dində də təməl inancdır. Müsəlmanlar kitab əhli ilə görüşüb söhbətləşir, onlara təbliğ edir və onları Allahın birliyinə və endirilən haqq kitabların hamısına inanmağa çağırırlar. Aralarında dostluq münasibəti və təbliğ mövcuddur. Qurana əsasən, bir müsəlman kitab əhlindən birini görəndə onu küncə sıxışdırmamalıdır, onunla ən gözəl şəkildə danışmalı və ən gözəl tərzdə Allahın birliyinə çağırmalıdır.

Müsəlmanların Kitab Əhlinə Ədalətli Davranışı

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mumtəhinə surəsi, 8)

Daha əvvəl də açıqladığımız kimi, kitab əhlinin, müsəlmanların və ya hansı topluluğun içindən çıxırsa çıxsın, din mövzusunda iman edənlərə qarşı savaşan, çətinlik törədən, iman edənləri yaşadıqları yerlərdən sürgün etməyə, həmçinin öldürməyə çalışan azğın insanlar Quranda alçaldılır. Fəqət bunun xaricində, yəni zülm etməyən topluluğa qarşı müsəlmanlar mütləq ədalətli davranmalıdırlar. Bəzən ədalət insanın öz əleyhinə hərəkət etməsini lazımlı edə bilər. Öz əleyhinə belə olsa, ədaləti ayaqda tutmaq üstün xüsusiyyətdir. Müsəlmanlar bunu Allahın əmri olaraq yerinə yetirirlər. Bu davranış haqqında ayədə belə buyurulur:

Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Nisa surəsi, 135)

Bu hökmə əsasən, müsəlmanlar bəzən öz haqlarını bir kənara qoyub musəvi və xristianların, hətta dinsizlərin haqqını müdafiə etməlidirlər. Dolayısilə, Qurandakı ədalət sistemi musəviyə lənət edənin savab alacağını iddia edən azğın xurafatçı anlayışına tamamilə ziddir.

Quranda kitab əhlini durumu açıq-aşkardır. Bu hissədə nümunəsini verdiyimiz saxta hədislər Qurana birbaşa müxalifdir. Bunu Peyğəmbərimizin əməllərində və onu nümunə götürən bütün müsəlmanlarda açıq şəkildə görmək mümkündür:

adalet

Peyğəmbərimizin Kitab Əhli İlə Əlaqələri

◉ Peyğəmbərimizin kitab əhlinin bütün toy süfrələrində iştirak etdiyinə, xəstələrinə baş çəkdiyinə və onlara hədiyyə aldıqlarına dair rəvayətlər vardır.

◉ Nəcran xristianları ziyarətə gələndə hz.Muhəmməd onlar üçün əbasını yerə sərmişdir

Peyğəmbərimizin xanımlarından biri Misirdən gələn xristianlardan Mariya binti Şəmun (rə) idi

◉ Peyğəmbərimizin xanımlarından Səfiyyə anamız isə Hüyəyy binti Əxtab adında Mədinədəki musəvilərdən Madıroğulları qəbiləsinin başçısının qızı idi.

Hz.Muhəmməd Əvs və Həzrəc qəbilələri ilə birlikdə bağladığı Mədinə müqaviləsinə musəvilərin də qatılmasına izin vermiş və beləliklə, musəvilərin müsəlmanların içində ayrı dini qrup olaraq varlıqlarını davam etdirmələrini təmin etmişdir

◉ Mədinə müqaviləsinin "Bəni Əvf musəviləri inananlarla birlikdə bir camaat formalaşdırdılar. Musəvilərin dini özlərinə, müsəlmanların da dini özlərinədir" hökmü ilə müsəlmanların musəvilərin ənənələrinə və inanclarına göstərdikləri anlayışın əsası Peyğəmbərimizin dövründə qoyulmuşdur. Yenə eyni mətnin 26-33-cü maddələrində kitab əhlinə mənsub vətəndaşların müsəlmanlarla eyni haqlara sahib olduqları, 16-cı maddədə isə onlara qarşı haqsızlıq edilməyəcəyi müəyyən edilir.

◉ Peyğəmbərimiz 630-cu ildə müsəlman olduqlarını bildirmək üçün Mədinəyə gələn Ximyər hökmdarının elçilərinə belə bir təlimat verir: "Bir musəvi və ya xristian müsəlman olduğu təqdirdə möminlərdən olurlar (onlarla hüquqi yöndən bərabərdirlər). Kim musəviliyində və ya xristianlığında qalmaq istəsə, ona müdaxilə oluna bilməz". (İbn Hişam, əs-Sirə, II, 586)

◉ Nəcran xristianları Mədinəyə altmış nəfərlik heyət göndərdilər. Mədinəyə çatan Nəcran heyəti Məsciddə Peyğəmbərimizin hüzuruna çıxdılar. İbadət vaxtı çatanda Məsciddə ibadət etmək istədilər. Səhabələr buna etiraz etsələr də, Allah Rəsulu məscidi onlara verdi. Onlar da şərqə tərəf dönüb ibadətlərini yerinə yetirdilər. (İbn Hişam, əs-Sirə, Beyrut ts, I, 573-574; Həmidullah, İslam peyğəmbəri, I, 619-620)

◉ Peyğəmbərimizin (səv) dövründə musəvi və xristianlara verilən amannamələrlə kitab əhlinin haqları qoruma altına alınmışdır. Sonrakı dövrlərdə hər hansı bir anlaşılmazlıq olanda kitab əhli həmin amannamələri göstərmişdir. Məsələn, dəməşqli xristianların problem qarşısında onlara verilən amannaməni dövrün xəlifəsi Ömərə (rə) təqdim edərək problemin həll olunmasını istədikləri tarix kitablarında mövcuddur.

◉ Peyğəmbərimiz hz.Muhəmmədin xristian İbn Harris bin Kab və qövmünə yazdırdığı müqavilə mətnində: "Şərqdə və qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, namusları və malları Allahın, Peyğəmbərinin və bütün möminlərin himayəsindədir. Xristianlıq dinini yaşayanlardan heç kim istəmədən İslamı seçmək üçün məcbur edilməyəcək. Xristianlardan biri hər hansı cinayətə və haqsızlığa məruz qalarsa, müsəlmanlar ona yardım etməlidirlər" maddələrini yazdırmışdır.

◉ Peyğəmbərimiz tərəfindən Ədruh, Maqna, Xeybər, Nəcran və Aqabədən olan kitab əhlinə verilən bəratlar müsəlmanların kitab əhlinin can və mal güvənliyini təminat altına aldıqlarını və onlara inanc və ibadət azadlığı verdiklərini göstərir.

◉ Peyğəmbərimiz təbliğə başlayanda ilk dəfə Məkkədə bəzi xristianlarla qarşılaşmışdı. Hətta ona vəhyin gəldiyi ilk günlərdə hz.Xədicə və Peyğəmbərimizlə ilk dəfə danışanlardan biri Varaqa bin Nofəl İncilin əl yazmalarına sahib olan xristian idi. (Buxari, Bədül-vəhy 3)

◉ Xəlifələr dövründə dağıdılan kilsələr müsəlmanlar tərəfindən bərpa olunurdu. Yeni sinaqoq və monastırların inşa edilməsinə icazə verilirdi. Məsələn, Mədain xaricində olan və Patriarx Mar Ammə tərəfindən daha öncə yandırılan Müqəddəs Sercius monastırı hz.Osmanın dövründə yenidən inşa edilmişdir.

◉ Suriyanın fəthindən sonra Şamda Müqəddəs Con kilsəsində müsəlmanlar cümə namazını qılırdılar, xristianlar da bazar günü öz dini ibadətlərini azad şəkildə yerinə yetirirdilər.

◉ Səhabələr səfərə çıxanda və ya səfər vaxtı yolüstü monastırlarda qalırdılar. Kitab əhli ilə olan müqavilədə bu barədə maddələr vardır.

Quranda İncil və Tövrat

tevrat okumak

Bir müsəlman göndərilən peyğəmbərlərin və haqq kitabların hamısına inanmaq məcburiyyətindədir. Peyğəmbərlərdən birini digərindən ayırd etməmək müsəlmanlığın Quranda verilən hökmüdür. Bu hökmə tabe olmayan, ayəyə tabe olmamış olur və dindən çıxmış sayılır. Buna görə də müsəlmanlar olaraq hz.Muhəmməd necə bizim peyğəmbərimizdirsə, hz.İsa və hz.Musa da bizim peyğəmbərlərimizdir. Biz necə Muhəmmədiyiksə, eyni zamanda İsəvi və Musəvilərik. Bu, İslamın ən əhəmiyyətli şərtlərindən biridir.

Buna görə də biz müsəlmanlar Quranı rəhbər tutaraq bu haqq kitabların Allahın qatından olduğuna inanmalıyıq. Quranın təsdiq etdiyi hər bir hökm, əməl və söz müsəlmanlar üçün hidayət rəhbəridir.

Xurafatçıların Quranın təriflədiyi haqq kitabları hədisdən dəlil gətirib əsassız hesab etməsi İslamda qəbul edilə bilməz. Həqiqi müsəlmanların rəhbəri Qurandır və Quranda Tövrat və İncilin hökmü belə açıqlanır:

Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!" (Bəqərə surəsi, 136)

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. (Maidə surəsi, 44)

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, (əvvəlkiləri) təsdiq edən bir kitabdır. (Əhqaf surəsi, 12)

papaz, rahip

Müslümanlar, Kuran'ı rehber alarak tüm Hak Kitapların Allah'ın Katından olduğuna inanırlar. Müslümanlar için Kuran ile doğrulanmış her hüküm, uygulama ve söz; birer hidayet rehberidir.

O, sənə kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi– daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi... (Ali-İmran surəsi, 3-4)

Qoy İncil əhli Allahın onda nazil etdiyi əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir. (Maidə surəsi, 47)

Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar. (Ənam surəsi, 92)

Onlar: "Allah insana heç bir şey nazil etməmişdir", – deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir". Sən: "Allah!"– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər. (Ənam surəsi, 91)

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın nazil etdiyi (kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsə idi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)

Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsə idilər, onlar başları üstündə və ayaqları altında (olan nemətlərdən) yeyərdilər. Onların arasında haqqı etiraf edən bir camaat vardır. Lakin onların çoxunun etdiyi əməllər necə də pisdir. (Maidə surəsi, 66)

Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstəricisi və rəhmət olaraq kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar. (Qəsəs surəsi, 43)

Onlar dedilər: "Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir kitab dinlədik". (Əhqaf surəsi, 30)

469_IbraniceKitap_DuaOrtusu

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin. (Ali-İmran surəsi, 50)

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Allah Quranda Tövratı nur və hidayət olaraq, həmçinin bəsirət və rəhmətə aparan yol göstərici kimi təsvir edir. Eyni zamanda İncili də içində hidayət və nur olan, əvvəl nazil olmuş Tövratı təsdiq edən və müttəqilər üçün yol göstərici kitab olaraq təsvir edir. Səhih Tövrat və İncil nur və hidayət rəhbəri kimi təriflənir. Bu, Quranın hökmüdür. Bundan başqa hökm çıxaranlar və bu haqq kitabı əsassız sayanlar açıq şəkildə göründüyü kimi yalan danışırlar.

Bunu Peyğəmbərimizin əməllərindən də anlamaq mümkündür.

470_KutsalKitap

Peyğəmbərimizin (Səv) Tövrat və İncilə Münasibəti

Müslim belə nəql edir: "Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbərimiz lap əvvəldən deyib ki, kitab əhlindən olanlar Tövratı ibranicə oxuyub müsəlmanlar üçün ərəb dilinə tərcümə edirdilər". (Mişkatül-məsabih, I kitab, 6-cı hissə, səh.42)

Əl-Hafiz əl-Zəhəbi yazır ki, yəhudilikdən İslama dönən Abdullah bin Səlam hz.Peyğəmbərin yanına gəldi və ona dedi ki, dünən gecə Quranı və Tövratı oxudum. O da cavab verdi ki, birini bir gecə oxu, o birini də başqa gecə. (al-Thalabi, Al-İman al-Thalabi Tathkarar al-Huffadh, 1 cild, səh. 27)

Hz.Peyğəmbərin yaxın çevrəsindən olan Abdullah bin Amr tez-tez Tövrat oxuyurmuş. Bir gün gecə yuxusunda görür ki, bir əlində bal, o birində də yağ tutub. Görür ki, bir az baldan yeyir, bir az da yağdan. O, yuxusunu hz.Muhəmmədə danışır. Hz.Muhəmməd Abdullahın gördüyü yuxunu iki kitabı, yəni bəzən Tövratı, bəzən də Quranı oxuması ilə şərh edir. (Buxari, Səhih, VI cild, 987-ci hədis, səh.439)

Əbu Səid əl-Hudridən rəvayət olunur: "Peyğəmbərimizə (səv) dedik ki, ey Allahın Rəsulu, İsrail oğullarından nəql edə bilərik? Belə buyurdu: "Bəli, İsrail oğullarından nəql edə bilərsiniz, yanlış heç nə yoxdur bunda. Onlardan bir şey rəvayət etsəniz, bilin ki, onlarda çox maraqlı məlumatlar var". (Hənbəl, Müsnəd, 111/12, hədis no: 11034)

Yolda Yuruyen Gencler

Qurana Görə, Musəvilərin Müqəddəs Torpaqlarda Yaşamaq Hüququ

Genelde bir kısım Müslüman toplulukları, Kuran ayetlerini bilmediklerinden ve İslam konusunda ciddi şekilde cahil olduklarından Musevileri Kutsal Topraklardan uzaklaştırma veya oradaki İsrail devletini haritadan silme gibi tehditlerle ortaya çıkarlar. Oysa söz konusu kişiler bunu yaparken, Kuran’a muhalefet ettiklerinin farkında bile değildirler.

Kuran’a göre, Kutsal Topraklarda yaşamak Musevilerin hakkıdır. Bu konudaki Kuran ayetleri şöyledir:

Hani, Musa kavmine (şöyle) demişti: “Ey kavmim, Allah’ın üzerinizdeki nimetini anın; içinizden peygamberler çıkardı, sizden yöneticiler kıldı ve alemlerden hiç kimseye vermediğini size verdi.” “Ey kavmim, Allah’ın sizin için yazdığı (girmenizi emrettiği) kutsal yere girin ve gerisin geri arkanıza dönmeyin; yoksa kayba uğrayanlar olarak çevrilirsiniz. (Maide Suresi, 20-21)

Ve onun ardından İsrailoğulları’na söyledik: “O toprak (yurt)ta oturun, ahiret va’di geldiğinde hepinizi derleyip-toplayacağız.” (İsra Suresi, 104)

Kuran ayetlerinde açıkça görüldüğü gibi, Musevilerin Tevrat’a göre olduğu gibi Kuran’a göre de Kutsal Topraklarda bulunması gerekir. Zaten Musevilerin Kutsal Topraklardaki varlıkları bir güzelliktir, gerçek Müslümanlar için sevinç vesilesidir. Allah’ın 3000 yıllık vaadinin gerçekleştiğini görmek, Hz. İbrahim (as)’in, Hz. Musa (as)’ın bildirdiklerinin olduğuna şahitlik etmek, çok büyük bir müjdedir. Allah “Museviler o topraklarda olacaklar” diye binlerce yıl öncesinden bildirmiştir ve bizler bu mucizenin şu an gerçekleştiğini görmekteyiz. Bu, heyecanla izlenmesi ve coşku duyulması gereken çok müthiş bir güzelliktir.

Burada şunun belirtilmesi çok büyük bir önem taşıyor. Allah Kuran’da da Tevrat’ta da gerçek iman sahiplerine bir şart koşmuştur: “Barış”. Kutsal Topraklarda Museviler bulunacaklar, Müslümanlar ve Hristiyanlar da bulunacaklar ve o bölgede hep birlikte barışı ve sevgiyi hakim kılacaklardır. Kardeşlik içinde yaşayacaklardır. Bölgedeki topraklar herkese bol bol yeter. Kimse bir yerden sürülmeyecek, evini yurdunu terk etmeyecek, böyle bir şey yaşanmayacaktır. Allah hepimiz için daima barış ister.

Barışın gerçekleşmesi için de toprak hırslarının bitmesi, düşmanlıkların ortadan kalkması ve bağnazlığın sahte zihniyetinin kesin olarak yok edilmesi gerekir. Bütün bunlar için hak dinlere, din ahlakına, dindarlara ve Kuran’a ihtiyaç vardır. Bir toprak ya da ideoloji hırsıyla gerçekleşen çatışmalar daima büyüyüp korkunç bir hal almaya mahkumdur. Bunu ortadan kaldıracak olan ise, gerçek din anlayışının Kuran kaynak alınarak gösterildiği doğru bir eğitimdir. Böyle bir eğitim tüm yanlışları ortadan kaldırır, tüm düşmanlıkları sindirir. Zihniyet değişimi yaşayan bir insan düşmanlık veya savaş için asla gerekçe bulamayacaktır. Bunun ise tek yolu eğitimdir.

kutsal topraklar, museviler, hristiyanlar, müslümanlar

Kutsal Topraklarda Museviler bulunacaklar, Müslümanlar ve Hristiyanlar da bulunacaklar ve o bölgede hep birlikte barışı ve sevgiyi hakim kılacaklardır. Allah'ın bizden istediği ve bizim çaba göstermemiz gereken budur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz: Yanlış Bilinən İslam Anlayışı
  • 1-ci Hissə: İslamı Vəhşilik Dini Kimi Göstərənlərin Yanlış Istifadə Etdikləri Iki Əsas Anlayış: Şəriət və Cihad
  • 2-ci Hissə: Xurafatçıların Saxta Dini
  • 3-cü Hissə: Xurafatçıların Qadın Nifrəti
  • 4-cü Hissə: Xurafatçıların Sənətdən Nifrət Etməsi
  • 5-ci Hissə: Xurafatçıların Dinində Musəvilər və Xristianlar
  • Son Söz
  • Təkamül Yalanı