İslam toplumlarının Peygamberimiz (sav)'in döneminden kısa bir zaman sonra bozulmaya doğru gitmesinin en temel sebebi söz konusu toplulukların Kuran' dan uzaklaşmalarıdır. |
Əvvəlki hissədə gördüyümüz kimi, dinin əsası olan Quranı deyil, yalnız öz qaranlıq düşüncə və məntiqlərini qəbul edən xurafatçılar xüsusilə qadınları Qurandan, ibadətdən, fikri mübarizədən və təbliğdən uzaq tutmaq üçün minlərlə yalan uydurublar. İslam cəmiyyətlərinin Peyğəmbərimizin (səv) dövründən qısa zaman sonra pozulmağa başlamağının ən əsas səbəblərindən biri odur ki, həmin cəmiyyətlər Qurandan uzaqlaşdılar və bunun təzahürü olaraq da qadına qarşı müxtəlif həqarətlər formalaşdırdılar. Bu yanlış düşüncə üzündən İslam topluluqları geriləməyə başladı. Buna ikinci bir təsir daim iş başında olmuşdur: xurafatçıların sənətdən nifrət etməsi.
Xurafatçıların sənət nifrətindən bəhs etməzdən əvvəl xurafatçı düşüncənin əsasını əmələ gətirən həqiqəti təkrar xatırladaq. Ayədə Rəbbimiz halalları haram edənlərin mövcudluğundan bəhs edir:
Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)
Əlbəttə, dövrümüzdə haramlara əhəmiyyət verməyib Allahdan qorxmayan insanlar vardır. Lakin ayədə bildirilən və Allahın halal etdiklərini din adından haram edənlər başqa kateqoriyanın mənsubudurlar. Bu adamlar Quranın izin verdiyi şeyləri qadağan edir, insanların əllərindən azadlığını almağa çalışırlar. Kitabın əvvəlindən bəri dəlilləri ilə qeyd etdiyimiz kimi, əslində, Qurandakı dini bəyənməyib yeni din yaratmaq niyyətindədirlər.
Bu adamlar Quranda təriflənən və bəyənilən sənət, sevinc və yumor kimi anlayışları da haram ediblər:
Uydurma hadisler, bağnaz zihniyetteki insanların, mutluluktan, insanın en tabi özelliği ve en büyük ihtiyaçlarından biri olan gülmekten, mizah gibi güzel nimelerden nasıl da uzak kaldıklarını açıkça ifade etmektedir. |
Əbu Abdulla belə buyurub: "Qəhqəhə şeytandandır". (İman və küfr kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh.1068)
Əbu Abdulla belə buyurub: "Həddindən artıq zarafatdan və məzhəkədən çəkinin; çünki bunlar insanın üzünün suyunu aparır". (İman və küfr kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh.1068)
İmam belə deyərdi: "Elə gülün ki, dişləriniz görünməsin". (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh.1067)
Əbu Abdulla belə buyurub: "Çox gülmək qəlbi öldürür". (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh.1067)
İbrahim bin Mihzəm ona danışan birinin vasitəsilə rəvayət edir. Əbül-Həsən əl-Əvvəl (Musa bin Cəfər) belə buyurub: "Yəhya bin Zəkəriyyə (əs) ağlayardı, amma gülməzdi. Məryəm oğlu İsa (əs) isə bəzən gülər, bəzən isə ağlayardı. İsanın (əs) etdiyi Yəhyanın (əs) etdiyindən daha üstündür. (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh.1070)
Həsən bin Kuleyb rəvayət edir: Əbu Abdulla belə buyurub: "Möminin gülməyi təbəssümdən ibarətdir". (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh.1067)
Bu saxta hədislər xurafatçıların nə qədər qorxunc və soyuq bir dünyaya malik olduqlarını göstərir. Yadınızdadırsa, kitabın əvvəlində xurafatçıların qaranlıq dünyasının hər yerdə büruzə verməyindən, həmçinin qadına, çiçəyə, hətta pişiyə baxışlarında belə özünü göstərməyindən bəhs etmişdik. Yuxarıdakı saxta hədislər xurafatçıların xoşbəxtlikdən və insanın ən təbii və ən böyük ehtiyaclarından biri olan gülüş və yumor kimi nemətdən nə qədər uzaq olduqlarını açıq şəkildə ifadə edir. Həyatda gülməyi qadağan edən sistem mövcud ikən və saxta hədislərdən peyğəmbərlərin belə gülmədiyini öyrəndiyi halda, xurafatın içində yaşayan insanların hansı hala düşdüyünü düşünmək çətin deyil.
Halbuki Qurandakı din müsəlmanlara hüznü qadağan edir. Müsəlman dünyanın ən xoşbəxt adamıdır. Çünki müsəlman səbirli olmaqla və təvəkkül etməklə Allaha itaət edir. Gələcəkdə baş verəcək şeylərə görə narahat olmaz və başına gələn çətinliklərin xeyirlə yaradıldığını bilir. Belə ki, hər şeyin qədərdə olduğunun fərqindədir və ölüm onun üçün son deyil, Allaha və sonsuz həyata qovuşmaq anıdır. Quranda Allah iman edənlərə cənnətlə müjdə verir. Bütün bunlar onsuz da möminlərin sevinci üçündür. Allah bizim dünyada da cənnət əxlaqı göstərməyimizi istəyir. Çünki bəyəndiyi əxlaq budur.
Hüznün yaygınlaştırılması ve makul gösterilmesi için günümüzde yoğun bir çaba varken iman edenlere düşen huzur ve barışla birlikte neşeyi, sevinci hakim kılmaktır. |
Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar! (Tövbə surəsi, 82)
Onlar deyəcəklər: "Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq". (Muminun surəsi, 106)
Göründüyü kimi, Quranda bədbəxtlik inkarçılara yaraşdırılır. Ayəyə əsasən, bu adamlar axirətdə azğınlıqlarının səbəbi kimi bədbəxtliyə yenildiklərini deyirlər. Dolayısilə, bədbəxtlik Allahın istədiyi şey deyil. Quranda bədbəxtlik inkarçılar, xoşbəxtlik isə iman edənlərə layiq görülür.
Yenə ayələrdə Allah bədbəxtlikləri üzündən Quranın verdiyi nəsihətlərdən qaçanlar haqqında xəbər verir:
(Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurar. (Əla surəsi, 10-11)
Uca Allah qəm-kədəri bütün müsəlmanlara qadağan edir:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali-İmran surəsi, 139)
Xurafatçılar Allahın bu ayələrini saxta hədisləri bəhanə gətirərək hökmdən qaldırmağa çalışırlar. Müsəlmanlara Allahın inkarçılara layiq gördüyü hüznü uyğun görürlər. Ruhun və bədənin ən böyük ehtiyacı olan sevinci yox etmək istəyirlər. Halbuki Allah bunu istəmir. Allah cənnəti sevinc yurdu olaraq yaratmışdır.
Allah bəyəndiyi və sevdiyi həyat formasını sonsuz yurdumuz olan cənnətdə yaratmışdır. Dolayısilə, cənnətdə Rəbbimizin təriflədiyi və bəyəndiyi həyat bizim üçün ideal həyatdır. Allah cənnətdəki insanların sevinc içində olduqlarını bildirir:
İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)
Xurafatçılar saxta hədislər vasitəsilə cənnətdə sevinc içində olan müsəlmanları dünyada həmin sevinci yaşamaqdan məhrum etmək istəyirlər. Hüznlü olmağın həqiqi mənasını bilmirlər. Baş verən hər hansı hadisəyə görə üzülmək "kaş, olmasa idi" deməklə eyni şeydir. Bu isə öz növbəsində (insan bunu qəbul edib-etməsə də) qədərə qarşı üsyandır. Xurafatçılar başa düşməlidirlər ki, qəm-kədəri halala çevirməklə Allahın hökmünə və Allahın yaratdığı qədərə qarşı çıxırlar.
Allahın insana verdiyi ən böyük nemətlərdən biri imandır. İmanlı insan dünyanın bütün nemətlərindən uzaq olsa da, ən böyük çətinliklərlə imtahan olunsa da və baş verənlər əleyhində imiş kimi görünsə də, imanın qəlbində yaratdığı xoşbəxtlik hissi bütün bunların hamısından üstündür. Allah Ona üz tutan insanların qəlbinə rahatlıq, ruhuna da xoşbəxtlik verir. Allaha yönəlməyən insan -bunu təkzib etsə də- həqiqi mənada xoşbəxt ola bilməz. Allah imtahandan dolayı ona dünya nemətlərindən verə bilər. Həmin adamın kənardan nemət və gözəllik içində olduğu görünə bilər. Keçici həvəs və xoşbəxtlik yaşaya bilər. Lakin ruhu daimi xoşbəxtliyi, yəni daxili rahatlığı yaşamaz. Allah Quranın "Rəd" surəsinin 28-ci ayəsində: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır", –buyurur. Qəlbin rahatlığı yalnız Allahı yada salmaqla mümkündür.
Dolayısilə, Allaha, həqiqətən, iman edən insan gerçək mənada xoşbəxtdir. Onsuz da xoşbəxt olmaq insanın fitrətinə ən uyğun olan, insanı sağlam və zində tutan gizli sirdir. Hüceyrələr xoşbəxt olmaqla sağlam qalır. Bu müsbət təsirin səbəbi fitrətə uyğun olan şeylərin Allahın insanlara nəsihət etdiyi gözəlliklər olmasıdır. Allah gülməyi və sevinməyi gözəllik üçün yaratmışdır. Hüznün isə psixoloji və fiziki yöndən insanı ölümə qədər sürükləyən mənfi təsirləri vardır.
Məzhəkə mövzusundakı qadağalar haqqında ayrıca danışmaq lazımdır. Müvəffəqiyyətli yumor bir sənətdir. Bu işi mükəmməl görən insanlar, ümumiyyətlə, ağıl ilə sənəti birləşdirib möhtəşəm əsərlər ərsəyə gətirirlər. Məzhəkə bəzən mühitə xoş ab-hava gətirir, bəzən də açıq deyilə bilinməyən mövzuların üstü örtülü şəkildə zarafatyana ifadə olunmasına yardımçı olur. İnsanlara onları güldürməklə nəsihət verməsi, eyni zamanda qəlbə xitab edəcək şəkildə istifadə olunması məzhəkəni böyük nemətə çevirir. Sənətin hər növü kimi, məzhəkə də cəmiyyətlərə zəriflik gətirir və insanların dünya görüşlərini artırır. Məzhəkə həm də demokratiyanın gözəl tərəfidir. Xurafatçılar özlərini bu cür gözəl nemətdən uzaqlaşdırıb ruhsuz həyatın dərinliyinə sürüklənirlər.
Onların sevinc, qəhqəhə və yumora dair olumsuz düşüncələri yuxarıda qeyd etdiyimiz kimi, Quran tərəfindən təkzib olunur. Peyğəmbərimiz (səv) və səhabələri Quranın bu ruhuna uyğun hərəkət etmiş və imanın gətirdiyi sevinci yaşamışdılar:
Hz.Aişə rəvayət edir: "Səfərlərindən birinə Rəsulullahla çıxdım. Rəsulullah səhabələrə: "İrəliləyin", –dedi. Onlar da irəlilədilər. Daha sonra: "Gəl səninlə yarışaq", –dedi. Onunla qaçış yarışına çıxdım və onu keçdim. Mənə bu barədə heç nə demədi... Bir gün yenə onunla səfərə çıxdım. O, səhabələrə yenə: "İrəliləyin", –deyə buyurdu. Onlar da irəlilədilər. Mənə: "Di gəl, yarışaq", –dedi. Yarışdıq, amma bu dəfə o məni keçdi. Gülməyə başladı və dedi ki, elə uduzmalı idin". (Beyhəki, Sünənül-Kübra, X/18; İmam Əhməd, Müsnəd, VI/264)
Əbu Üsamə: "Onunla zarafatlaşırdı", –demişdi. (Əbu Davud, Sünən, Kitabülədəb, bab 91; Tirmizi, Sünən, 192, 1992, 3828; İmam Əhməd, Təbərani, Tirmizi, İbn Əsakir)
Əbu Hüreyrə deyir ki, Rəsulullah (səv) hz.Əlinin oğlu Hüseynə dil çıxarır, uşaq da bunu görüb sevincdən çırpınırdı.
Abdullah ibnül-Haris bin Cəz (rə) belə buyurub: "Rəsulullahdan daha zaraftcıl birini görmədim".
Hz.Aişədən (rə): Rəsulullah (səv): "Mən zarafat edirəm, amma ancaq haqqı deyirəm", –buyurub. (Təbərani, Mücəmül-kəbir, XII-391; Heysəmi, Məcmaüz-zəvaid, IX-17; Əcluni, Kəşfül-xəfa, I/572)
İbn Abbas belə buyurub: "Peyğəmbərin (səv) zarafatı var idi".
Ənəs (rə): "Peyğəmbər (səv) insanların ən zarafatcılı və gözəl sözlüsü idi".
Bağnazların neşe, kahkaha ve mizah konusundaki bütün olumsuz iddiaları Kuran ile yalanlanmaktadır. Peygamberimiz (sav) ve sahabe de Kuran'ın ruhuna uygun olarak mutluluk içinde yaşamışlardır. |
Qadi Əbu Bəkir ibnül-Ərəbi "Əhkamil-Quran"ında Abdullah bin Mübarək və İmam Malikin hz.Ənəsdən rəvayət etdiyi bir hədisi nəql edir: "Hər kim musiqi məclisində bir müğənni qızın söylədiyi mahnıya qulaq asarsa, axirət günü onun qulaqlarına ərimiş qurğuşun töküləcək".
Sizd-ən birinizin içinizin qusacağı şeylə və qanla dolu olması şeirlə dolu olmasından daha xeyirlidir. (M.Məsabih, 4/4809)
Musiqi dinləyən bir adama cənnətdə ruhaniləri dinləmək izni verilməz. (Qurtubi, 14/53)
Mahnı qəlbə nifaq salır. (Əbu Davud)
Allah mahnını, onun alış-verişini, pulunu, öyrətməyi və dinləməyi haram edib. (Muhəmməd Qəzali, Nəbəvi sünnə)
Bütün bu saxta hədislərin əksinə olaraq, Quranda musiqinin, rəqs və əyləncənin qadağan olunmasına dair bircə hökm belə yoxdur. Allah xoşbəxtliyi, zövqü və sevinci müsəlmanlara halal edib. Rəqs ritm və ahəngdir. Allah bütün kainatı ritmlə yaradıb. Quşlar, böcəklər, kəpənəklər belə rəqs edirlər. Quşlar inanılmaz səs və ritmlə zümzümə edirlər. Onları dinləmək insana zövq verir. Dənizin səsi, təbiətin xışıltısı və ağac budaqlarının dalğalanması ritmdən ibarətdir. Allah ritmi, rəqsi, musiqini və gözəl səsi sevir. Cənnət də ritmlə yaradılıb. Cənnətdə bütün ağaclar, çiçəklər və heyvanlar rəqs edəcəklər. Bu barədəki hədislərdən biri belədir:
Əbu Musa əl-Əşaridən (rə) nəql edilən rəvayət belədir: O, Bəsrə minbərində belə deyib: "Allah cənnət əhlinə xəbər göndərib soruşacaq ki, Allah sizə verdiyi sözü yerinə yetirdimi? Onlar özlərinə verilən zinətlərə, geyimlərə, tərtəmiz zövcələrə, meyvələrə və çaylara nəzər salacaq, sonra özlərini saxlaya bilməyib belə deyəcəklər: "Allah bizə verdiyi sözü yerinə yetirib". Mələk üç dəfə: "Allah sizə verdiyi sözü yerinə yetirdimi", –deyə soruşacaq. Onlar da vəd edilən hər şeyin qüsursuz olaraq yerinə yetirildiyini görüncə: "Bəli", –deyə cavab verəcəklər. Mələk qarşılıq verərək deyəcək ki, bir şey də qalıb. Çünki Allah-Taala qullarına təcəlli edib gözlərindən pərdəni qaldıranda və onlar da Allahı görəndə bütün çaylar coşacaq, ağaclar yellənib səslər çıxaracaq, bütün köşklər od qığılcımları avaz edəcək. Bulaqlar şırıl-şırıl daha da sürətli axacaq, gözəl qoxular saray və köşkləri bürüyəcək. Hər tərəfdə gözəl ətirli müşk və kafur hiss ediləcək. Quşlar ötüşəcək, hurilər bütün gözəllikləri ilə göz qamaşdıracaq. (Ölüm, Qiyamət, diriliş, İmam Şarani, səh.370)
Allah cənnətin gözəlliyini və cənnətdəki ahəngli musiqinin coşqusunu Peyğəmbərimizə belə ilham etmişdir. Allahın cənnətdə yaratdığı və təriflədiyi gözəllik insanlara necə haram ola bilər? Əlbəttə ki, haram deyildir.
Anadolunun hər yerində folklor var, rəqs var. Horon, halay, zeybək oyunları var. Dünyanın hər yerində insanlar rəqs edirlər. Musiqinin və rəqsin qadağan olduğu bir dünya insan fitrətinə uyğun deyil. Bu, böyük boşluq və nemət çatışmazlığıdır. Uca Rəbbimizin təriflədiyi və gözəl gördüyü neməti haram etməyə çalışmaq Allahı və uca sənətini anlamamaq deməkdir.
Bütün bunlardan bəhs edərkən xurafatçıların gerçək dünyasını araşdırmaq lazımdır. Özlərindən Quranda olmayan saxta haramlar çıxardıqlarına görə onların böyük əksəriyyəti gündəlik həyatda davamlı ziddiyyət və saxtakarlıqla iç-içədirlər. (Səmimi olanları tənzih edirik). Belə ki:
–Musiqinin haram olduğunu deyənlər, ümumiyyətlə, musiqi kanallarına baxan, hətta musiqi ilə əylənən adamlardır.
◉ Həmin adamlar gerçək həyatda toylara gedir, halay çəkir, xına gecələrində mahnı oxuyurlar.
–Bu adamların avtomobillərində, adətən, musiqi kanalları qurulmuş durumdadır.
Sürəkli olaraq musiqi dinləmək, toylara gedib halay çəkmək zərərli vərdiş deyil, əksinə, bunlar onsuz da gözəl şeylərdir və nemətdir. Burada onların qeyri-səmimi olduqlarını tənqid etməklə bildiririk ki, bu adamların dindən istifadə edib musiqini qadağan etmələri yalnız nümayiş xarakterlidir. Din adından qadağa qoyanların gerçək simasını tanımaq əhəmiyyətlidir. Onların vəziyyəti haqqında Quranda xəbər verilir. Özləri üçün Qurandan kənar din çıxaranlar haqqında Rəbbimiz belə buyurur:
...Rahibliyi isə onlar özlərindən (bidət olaraq) icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Allah bu ayədə bidət kimi ortaya çıxarılan saxta dinin Allahın kitabında olmadığını və bu dini çıxaranların özlərinin də həmin dinə riayət etmədiklərini xəbər verir. Bu ayələr vasitəsilə həmin insanların ikiüzlü olduqlarını Qurandan öyrənirik. Şəxsi həyatları isə Qurandakı həqiqəti təsdiq edir. Bir çoxları elə zənn edə bilər ki, həmin şəxslər bu məhdudiyyətlər içində çox təqvalı həyat yaşayırlar. Aralarında səmimi şəkildə buna inananlar olsa da, həqiqətdə belə deyildir. Onsuz da səmimi olanlar gec-tez doğrunu görüb Quran müsəlmanlığını yaşamağa başlayırlar. Bir insanın səmimi olub saxta dini yaşaması mümkün deyil. Çünki Allahın vədi vardır:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Ayədə deyildiyi kimi, səmimi olan hər kəs doğrunu yanlışdan ayırd edəcək anlayışa mütləq yiyələnir.
Anadolu'nun her yerinde horon, halay, zeybek oyunu, folklor vardır, dans vardır. Dans, dünyanın her yerinde ihtiyaç duyulan bir eğlence şeklidir. Müziğin ve dansın yasak olduğu bir dünya insanın fıtratına uygun değildir. |
Musiqi və rəqs İslamda halal edilən cənnət nemətlərindəndir. Musiqini, mahnıları, musiqi alətlərini, gözəl geyimləri, zinət əşyalarını, rəqsi və gözəl olan hər şeyi Allah yaradır. Allah bunların hamısını insanlara sevdirmişdir və ruhu bu gözəlliklərdən zövq alacaq şəkildə yaratmışdır.
Tövratda hz.Davudun lir, dəf, zil və zəng bərabərində mahnı oxuyub Allahın hüzurunda rəqs etdiyindən bəhs olunur. Hətta hz.Davudun rəqs etməsinə həsəd aparanların olduğu da deyilir. Eynilə bu gün müsəlman cəmiyyətlərində halalı haram edənlərin olduğu kimi, o dövrdə də musəvilərin arasında rəqs və musiqini haram etməyə çalışanların varlığını Tövratdan öyrənirik. Bu adamlar hz.Davud kimi bir peyğəmbərin hərəkətlərini tənqid edirdilər.
... Bu arada Davudla bütün İsrail xalqı Rəbbin önündə lira, çəng, qaval, zınqırov və sinc sədaları altında mahnı oxuyub bu hadisəni var gücləri ilə qeyd edirdilər... (Tövrat, II Samuel, 6:5)
Kətan efod geyinən Davud Rəbbin önündə var gücü ilə oynayırdı. Davudla bütün İsrail xalqı sevinc və boru sədaları altında Rəbbin sandığını gətirirdilər. Rəbbin sandığı Davud şəhərinə çatanda Saulun qızı Mikal pəncərədən baxdı. Rəbbin önündə RƏQS EDƏN Kral Davudu görüncə ona əhəmiyyət vermədi. (Tövrat, II Samuel, 6:14-16)
*Saulun qızı Mikal hz.Davudun zövcələrindəndir.
Davud ailəsinə xeyir-dua vermək üçün evə qayıtdıqda Saulun qızı Mikal onu qarşılamağa çıxdı. Davuda belə dedi: "İsrail kralı bu gün özünə necə də gözəl ad-san qazandırdı! Dəyərsiz biri kimi qullarının cariyələri qarşısında soyundun". Davud ona: "Atan və bütün nəslinin yerinə məni seçən və İsrail xalqına başçı təyin edən Rəbbin qarşısında oynadım!" –deyə cavab verdi: "Bəli, Rəbbin qarşısında oynayacağam. Üstəlik, özümü bundan daha da biabır edəcəyəm, heçə sayacağım. Amma dediyin o cariyələr məni şərəfləndirəcəklər". (Tövrat, 2. II Samuel, 6:20-22)
Tanrının sandığını Avinadavın evindən götürüb yeni bir arabaya qoydular. Arabanı Uzza ilə Ahyo sürürdü. Bu zaman Davud və bütün İsrail xalqı Allahın qarşısında lira, çəng, qaval, zil və şeypurun sədaları altında nəğmələr oxuyaraq, var gücləri ilə bu hadisəni qeyd edirdilər. (Tövrat, I tarixlər 13:7-8)
Beləliklə, israillilər sevinc səsləri ilə boru, şeypur, zil, çəng və liralar çalaraq Rəbbin Əhd sandığını gətirirdilər. Rəbbin Əhd sandığı Davud şəhərinə çatanda Saulun qızı Mikal pəncərədən baxdı. Oynayıb tullanan kral Davudu görəndə ona içində xor baxdı. (Tövrat, I tarixlər 15:28-29)
Göründüyü kimi, o dövrdə hz.Davudun zövcəsi belə onun insanların arasında rəqs edib sevinc içində əylənməsinə qarşı çıxmış, bu hərəkətini bəyənməmişdir. Halbuki Allah bu əyləncəli mühiti Tövratda tərifləmişdir. Şübhəsiz, hz.Davud da Allahın musiqi və rəqsə dair hökmlərinə tabe olaraq ən gözəl şəkildə davranmışdır. Lakin kənardan baxanlar, hz.Davudun peyğəmbərliyinə güvənməyənlər və öz-özlərinə təəssüb dini yaratmağa çalışanlar onu mühakimə edirlər.
Peyğəmbərlərə qarşı irəli sürülən bu mühakimələr hazırda dövrümüzdə gerçək Quran müsəlmanlarına qarşı irəli sürülür. Qurandakı dinin yerinə təəssübü seçmək onsuz da tarix boyu ən böyük bəlalardan biri olmuşdur. Qadın, musiqi və rəqs bunun ən bariz nümunələrindən biridir.
Halbuki hz.Davud misalında olduğu kimi, Peyğəmbərimizin də Allahın neməti olan musiqi və rəqsdən çox xoşu gəlirdi. Belə ki, Peyğəmbərimizin hədislərində rəqs edən səhabələrdən bəhs edilir, hətta Peyğəmbərimizin (səv) oynayıb əylənən insanları təşviq edən sözləri vardır. Qurana uyğun olduqlarına görə aşağıda bir neçə nümunəsi verilən hədislər böyük ehtimalla səhihdir:
A mir bin Səddən nəql edilib:
Bir gün düyün münasibətilə Karaza bin Kab və Əbu Məsud əl-Ənsarinin yanına getdim. Kiçik bir qız uşağı mahnı oxuyurdu. Mən: "Siz Rəsulullahın dostları və Bədir əshabından olduğunuz halda, yanınızda necə belə şeylər edə bilirlər?" –deyə soruşdum. Onlar: "İstəyirsən bizimlə qal, istəyirsənsə də get. Bizə düyündə əylənməyə izin verilib", –dedilər. (İbn Həcər, Mətalib, II, 54; Cüdey, Əhadisi-zəmmil-qina, səh.50)
Sələmə bin Əqvadan rəvayət edilib:
Peyğəmbərlə birlikdə Xeybərə yola çıxmışdıq. Gecə vaxtı idi. Karvandan bir nəfər Amir bin Əqvaya: (şairliyi ilə tanınan adam idi) "Bizə bildiyin şeylərdən oxu, dinləyək", –dedi. Amir dəvədən enib bu türkünü oxumağa başladı: "Ey Allahım, Sən olmasa idin, biz hidayət tapmazdıq; sədəqə verib namaz qılmazdıq; hər şeyimiz Sənə fəda olsun, bizi bağışla; düşmənlə qarşılaşanda bizi sabitqədəm eylə; bizə təskinlik və güvən hissi ver; biz çağırılanda gedərik; səslənəndə yardıma çatarıq". Peyğəmbərimiz soruşdu ki, bu adam kimdir? Dedilər ki, Amir bin Əqvadır. Peyğəmbərimiz buyurdu ki, Allah onu əsirgəsin. (Beyhəki, Şuab, 5112)
Aişə (rə) rəvayət edir: Rəsulullah (səv) bir düyündə ənsarın xanımlarına baş çəkdi. Onlar mahnı oxuyurdular... (İbn Macə, Nikah: 21; Buxari, Nikah: 48; Məqazi: 12)
...Müəvviz bin Əfranın qızı ər-Rubey gəlin olanda düyün məclisinə Peyğəmbərimiz də getmişdi və yanında oturmuşdu. Bu zaman bəzi qızlar dəf çalıb Bədir günü şəhid olanların dastanını mahnı kimi oxumağa başladılar... (Buxari, Nikah, 49/1, VII/25, Tirmizi, Nikah, III-399)
Yenə hz.Aişə (rə) bir qadını ənsardan birisi ilə evləndirmişdi. Peyğəmbərimiz (səv): "Ey Aişə, yanınızda dəf çalan, mahnı oxuyan yoxdurmu? Çünki ənsarın oyun və əyləncədən xoşu gəlir", –dedi. (Buxari, Nikah 64/1, VII/28)
Rəsulullah (səv) Mədinədə bir yerə getmişdi. Gördü ki, gənc qızlar dəf çalıb mahnı oxuyurlar: "Biz Bəni-Nəccar qızlarıyıq; Muhəmməd nə sevimli qonşudur". Rəsulullah bunu eşidib: "Allah şahiddir ki, mən də sizi sevirəm", –buyurdu. (İbn Macə, Nikah, 21/1899, I/612)
Cəhənnəmdə ən şiddətli əzaba düçar olanlar rəssamlardır. (Buxari, Təsavir, 89)
Rəsulullah (səv) buyurub ki, kim şəkil çəkərsə, Allah onu Qiyamət günü çəkdiyi rəsmdən ötrü, ruh üfləyənə qədər əzab verər. Heç bir zaman da ruh üfürən deyil. (Buxari, Təbir)
Allahın yanında əzabı ən şiddətli əzaba düçar olacaq insanlar rəssamlardır.(Müslim, 6:369)
Bu surətləri çəkənlər qiyamət günündə əzaba düçar olarlar və onlara deyiləcək ki, çəkdiyiniz üzlərə can verin. (Müslim, 6:368)
İçində surətlər olan evə mələklər girməz.(Buxari, Libas 91)
Bütün müsəvvirlər cəhənnəmdədir. Musəvvirin təsvir etdiyi hər surətə Qiyamət günündə Allah həyat verər; o canlı surət cəhənnəmdə onu çəkənə əzab verər. (Müslim, 6:370)
Bu saxta hədislər vasitəsilə xurafatçılar müsəlmanlara rəsm və heykəl sənətini də haram etmişdir. Hətta uydurulan bəzi hədislərə görə, rəssamlar axirətdə ən böyük əzab görən insanlardan sayılırlar. Bu anlayışa əsasən, həmin şəxslər Allahın yaratdıqlarını təqlid edərək (haşa) ilahlıq iddiasına girirlər. Çox maraqlıdır, bir rəssamın və ya heykəltəraşın sənət əsəri meydana gətirməsinin ilahlıq iddiası ilə nə cür əlaqəsi ola bilər? Bir rəssam və ya heykəltəraş əgər belə bir iddia ilə ortaya çıxırsa, bu, onun əsəri üzündən deyildir. Ancaq əqli və ruhi problemi üzündən ola bilər. Bu isə hər məslək sahibi üçün əsaslı ehtimaldır.
Təbiətdəki bütün gözəlliklər uca Rəbbimizin sənət əsəridir. Biz sənətin möhtəşəmliyini Rəbbimizin əsərlərinə baxmaqla anlaya bilərik. Belə ki, yer üzündə haradasa bütün texnoloji alətlər Allahın yaratdıqlarının təqlid edilməsi ilə inkişaf etdirilmişdir. Texnologiya üçün yaradılan gözəlliklərin varlığı bir nemətdir. Məsələn, təyyarə istehsalı7nda insanlar Allahın yaratdığı quşları və bəzi milçək növlərini təqlid edirlər. Bu təyyarələr canlılardan ilham alınmaqla inkişaf etdirildiyi üçün mükəmməl uçuş və manevr qabiliyyətinə malikdir. Bu, üstünlükdür; çünki təbiətdə onsuz da yaradılan və mükəmməl işləyən nümunə vardır. Bu nümunə Allahın bütün mühəndislərə model olaraq verdiyi hədiyyədir. Hazırkı texnoloji dünya, həyatımızı asanlaşdıran və rahatlığımızı artıran hər cür elmi inkişaf təbiətdəki sənət əsərlərinin nüsxəsindən ibarətdir. Allah təbiətdəkiləri də, texnoloji təqlidlərini də bizim üçün nemət olaraq yaradır.
Heykəl sənəti xurafatçılar tərəfindən, əslində, keçmişdən gələn adət-ənənə üzündən hədəf alınıb. Keçmişdə bütpərəstliyin yayıldığı dövrlərdə bir çox hökmdarlar bəzi şəxslərin büt düzəltməyinin qarşısını almaq üçün heykəltəraşlığa qarşı xüsusi tədbir almışdılar. Qədim zamanlarda cəmiyyətlərdəki ehtimal təhlükələrin qarşısını almaq məqsədilə görülən bu tədbirlər Quranda hər hansı hökm olmadığına baxmayaraq, dinin bir qadağası kimi yayılmışdır. Bu da bəzi insanların Quranın yerinə adət-ənənələri mənimsəmələrinin gətirdiyi ən böyük təxribatlardan biridir.
Məcusilər atəşə, hindular inəyə, bəzi topluluqlar da günəşə sitayiş edir deyə inəkləri öldürüb od və günəşdən uzaq bir həyat sürə bilməyəcəyimiz üçün bütə təzim edən bütpərəstlərə görə də bütün heykəlləri qadağan etməyin bəsit düşüncə şəkli olduğu açıq-aydındır. Burada anormallıq nəsnə və varlıqları ilahiləşdirməkdədir və harama girənlər bunları edən insanlardır, nəsnələrin özü deyil.
Xurafatçıların müsəlmanlara haram etməyə çalışdıqları rəsm və heykəl sənəti Qurana əsasən, qətiyyən haram deyil. Allah sənəti sevir və qullarına da sevdirmişdir. Allah bütün kainatı sənətlə yaratmışdır. Quranda rəsm və heykəl kimi gözəl sənətləri haram edən ayə yoxdur. Tam əksinə, Quranda sənət əsərlərindən təriflə bəhs edilir.
Şu anki teknolojik dünya, hayatımızı kolaylaştıran ve konforumuzu artıran her türlü bilimsel gelişme, doğadaki bu sanat eserlerinin birer kopyasıdır. |
Allah doğadakileri de, teknolojik taklitlerini de bize birer nimet olarak yaratır. |
Hz.Süleymanın sarayında mövcud olan və səltənətinin ehtişamı kimi təriflənən heykəl və digər sənət əsərlərindən Quranda bu şəkildə bəhs olunur:
Onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)
Bu Quran ayəsinə baxmayaraq, sənətə qadağa gətirən xurafatçılar sarayında möhtəşəm gözəllikdə heykəllər mövcud olan hz.Süleyman haqqında nə düşündüklərini açıqlamalıdırlar.
Xurafatçıların İslam cəmiyyətlərinə zərərləri çox böyük olub. İslam dünyasında heykəl və rəsm sənəti xurafatların yayıldığı dövrlərdən sonra heç bir zaman inkişaf etməmişdir. İncəsənəti inkişaf etdirə bilməyən cəmiyyətlər cansız və köhnə qalırlar. Yeniliklərə qapalı olurlar. Yaradıcılıq və incəlik görmək qabiliyyətlərini də itirirlər. Zövqsüzlük və donuqluq əhval-ruhiyyələrinə, bir-birilərinə qarşı davranış formalarına da əks olunur. Xurafatçıların qaranlıq dünyasına incəsənətdən uzaqlaşmağın nəticəsi kimi qorxunc bir zövqsüzlük və monotonluq hakimdir.
Rəsulullah (səv) bir ovcuna bir az ipək, o biri ovcuna da bir az qızıl götürüb buyurdu ki, bu iki şey ümmətimin kişilərinə haramdır. (Tirmizi; Nəsaidə Əbu Musadan gələn digər bir rəvayətdə deyilir ki, ümmətimin kişilərinə ipək paltar və qızıl haram, qadınlarına isə halal edildi )
Xurafatçılar kişilərə qızıl və ipəyi qadağan ediblər, buna görə də yuxarıdakına bənzər bir çox hədis uydurublar. Halbuki Quranda qızıl və ipəyin qadağan olunduğuna dair heç bir ayə yoxdur. Əksinə olaraq, qızıl da, ipək də bir çox ayədə cənnət neməti olaraq tanıdılır:
Məhz onlar üçün altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, ipək və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir! (Kəhf surəsi, 31)
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)
Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatir surəsi, 33)
Peyğəmbərimiz hz.Muhəmməd (səv) dövründə ipək qumaşların istifadəsinə dair hədislər mövcuddur:
Əbu Davud deyir ki, Rəsulullahın (səv) səhabələrindən iyirmi nəfər, yaxud daha çoxu ipək geyinib.Ənəs və Bəra bin Əzib bunlardan idi. (Buxari, Əşribə 6; Sünəni-Əbu Davud tərcümə və şərhi, Şamil Nəşriyyatı: 14/112-113)
Müsəlmanların gözəl geyimi və gözəlliyə layiq olduğu həqiqəti, göründüyü kimi, Peyğəmbərimizin (səv) sünnəsində də var.
Peyğəmbərimizin (səv) sünnəsində, əlbəttə, vardır. Çünki Quranda təriflənən bir neməti Peyğəmbərimiz sevib təşviq etmişdir. Yuxarıda verdiyimiz saxta hədisin uydurma olduğunun ən böyük sübutu odur ki, Quranda heç bir şəkildə keçməyən bir əməli Peyğəmbərimizin izahı kimi verməyə çalışıblar. Belə bir şeyin olması qətiyyən mümkün deyil.
Qızıl zinətdir. Daha əvvəl də açıqladığımız kimi, Allah Quranda zinətlərin gözəlliyini tərifləmişdir. "Ey Adəm oğulları! Məscidlərə (gedərkən) zinətlərinizi taxın" (Əraf surəsi, 31) ayəsində olduğu kimi, müsəlmanları gözəl zinətlər üçün təşviq etmişdir.
Yenə xatırladaq ki, "Əraf" surəsində dünyada zinətlərin qadın və ya kişi ayrı-seçkiliyi olmadan hər kəsə halal olduğu bildirilir:
De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar dünya həyatında iman edənlərə, Qiyamət günü isə yalnız möminlərə məxsusdur". Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)
Məscidə gələndə ətir vuran qadın evə qayıdıb cənabət qüslü alırmış kimi yuyunmadıqca, Allah qatında namazı qəbul olmaz. (Əvnül-məbul, 11/230)
İmam Cəfəri-Sadiq (rə) buyurub ki, heç bir qadın evdən çölə çıxanda paltarına ətir vurmamalıdır.(Əl-Kafi, cild 5, 519)
Rəsuli-Əkrəm (səv) buyurub ki, bir qadın ərindən başqası üçün ətir vurarsa, cənabət qüslü alırmış kimi, yuyunub o qoxudan təmizlənmədikcə namazı qəbul olmaz. (Mən la yəxzurxül-fəqih, cild 3, səh.440)
Rəsuli-Əkrəm (səv) buyurub ki, qadının ərindən başqası üçün ətir vurması od və zilləti satın alması deməkdir. (Nəhcül-fəsahə, cild 1, səh.36)
Döymə vuran və vurduran, üzünün tükünü aldıran və dişlərini gözəllik üçün seyrəltdirən qadınlara Allah lənət etsin. (Səhihi-Buxari)
Parik taxan və taxdıran, qaşını incəldən və incəltdirən, döymə vuran və vurduran lənətlənmişdir. (Əbu Davud, Tərəccül, 5)
Rəsuli-Əkrəm (səv) qızı hz.Fatiməyə xitabən belə buyurub: "Ey Fatma, hər hansı bir qadın gözəl şəkildə bəzənib və gözəl paltarda evdən çıxıb insanların diqqətini üzərinə toplayarsa, yeddi göyün və yerlərin mələkləri ona lənət edər və ölüb cəhənnəmə gedənə qədər Allahın qəzəbinə tuş gələr. (Əlbəttə, tövbə edib dönsə, başqa məsələ). (Şəhabül-əxbar)
İmam Sadiq (rə) buyurub ki, Bir insanın alçalıb rəzil olması üçün onu məşhur edən (yəni başqalarının barmaqla göstərdiyi) bir paltar geyinməsi kifayətdir. (Bixarül-ənvar, cild 78, səh.252)
Hz.Əli belə buyurub ki, qalın (vücudu göstərməyən) paltarlar geyinin; çünki paltarı incə olanın dini də incə (zəif) olar. (Bixarül-ənvar, cild 79, səh.298)
Bir hədisdə belə deyilir ki, Allah Rəsulu (səv) qadınları çölə çıxarkən başqalarının diqqətini üzərində toplayacaq paltarlar geyinməyini və səs çıxaran zinət əşyaları taxmağını qadağan etmişdir. (Müstədrəkül-vəsail, cild 14, səh.280)
Cənnətə baxıb gördüm ki, cənnət əhalisinin ən azını qadınlar təşkil edirlər. Vəziyyəti belə görüb soruşdum ki, qadınlar haradadır? Cənnət gözətçiləri belə cavab verdilər: "Onları iki qırmızı, yəni qızıl və rəngli paltarlar cənnətdən uzaqlaşdırdı".
“Qadınlara onları yaxşı geyindirməməklə yaxşılıq edin.”
Burada qadınların baxımlılığına dair saxta hədisləri ardıcıl yazmağımızın səbəbi xurafatçıların dinində qadınların necə alçaldığını və əhəmiyyətsiz varlıq olaraq görüldüyünü göstərməkdir. Quranın heç bir yerində olmayan hökmlər saxta hədislər vasitəsilə dinin bir parçası kimi göstərilmişdir. Beləliklə də, həm qadının gözəlliyi ortadan qaldırılmış, həm də qadının şəxsiyyətini və ağlını yox edən cəmiyyət modeli ortaya çıxarılmışdır. Bundan sonra onsuz da sevgi və gözəlliklərdən uzaq həyat sürənlərin yaşayışı get-gedə daha da korlanmışdır. Dünyanın ən böyük nemətlərindən biri olan qadın gözəlliyi ortadan qaldırıldıqda isə həm öz ruhları, həm də cəmiyyət anlayışları getdikcə çökmüşdür. Əvvəlki hissələrdə ətraflı şəkildə bəhs etdiyimiz kimi, kəskin və detallı düşünən, tədbirli davranan və bir çox yöndən kişilərdən daha iti anlayış gücünə sahib olan qadın ağlının və fikrinin önü kəsilməklə sözügedən cəmiyyətlər inkişafdan məhrum qalmışdır. Maraqlıdır ki, qadınlar saxta dinə inanmaqla özlərini ikinci plana salmağı problem kimi görməyiblər. Baxımsızlıq onları kişilərdən fərqsiz hala gətirmişdir. Bu qadınlar eyni zamanda heç bir mövzuda fikir irəli sürməyən və kişilərin boyunduruğu altına girən hörmətsiz varlıqlara dönüblər.
Halbuki əvvəl də xatırlatdığımız kimi, Allah ayədə zinət və gözəl ruziləri haram edənlərdən bəhs edir. Onlar Qurana zidd davranırlar:
De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur". Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)
Təkrar qeyd edək ki, qadın Qurana görə bəzəkdir. Qadın dəyərlidir və qadın gözəlliyi bir nemətdir. Qadının ağlı cəmiyyətləri geniş üfüqlərə yönləndirir. Allah həm bu gözəl xüsusiyyətləri qadına vermiş, həm də onu hörmətlə qoruyub tərifləmişdir. Yuxarıdakı saxta hədislərdə işlənən ifadələri Quran rədd edir.
Bunu unutmaq olmaz ki, gözəllikləri və Allahın sevib bəyəndiyi nemətləri qadağan etməyə çalışan xurafatçılardır. Dolayısilə, xurafatçıların dünyasını gerçək zənn edib məlumatsız şəkildə müsəlmanlığa qarşı çıxanlara reaksiya vermək çox səhv hərəkətdir. Qurana tabe olanlar zinət və gözəllikləri qadağan edənlər deyil, bunların Allahın bir neməti olaraq bilənlərdir.
Hurafecilerin resim ve heykel yasaklamaları eğer günlük hayatta uygulansaydı dünyanın hiçbir yerinde tablo, resim ya da reklam-ilan-duyuru panoları olmayacak, saray sanatı, resimli ve görsel medya ortadan kalkacaktı. |
YASAK LİSTESİ |
İndi isə xurafatçıların qadağalarına görə, onları həqiqətdə hansı dünyanın gözlədiyinə nəzər salaq. Əgər xurafatçıların rəsm və heykəl qadağaları gündəlik həyatda tətbiq olunsa idi, dünyanın heç bir yerində rəsm və reklam lövhələri olmazdı. Beləliklə:
◉ Yazılı təbliğ zamanı şəkilli izahlardan istifadə olunmazdı
◉ Dərsliklərdə şəkilli izahlar olmazdı
◉ Pul əskinazlarında şəkildən istifadə olunmazdı
◉ Saraylardakı ehtişamlı şəkillər, tablolar, divar sistemləri olmazdı
◉ Anatomiyada insana faydalı olan, insan vücudunu tanıdan təsvirlərdən istifadə olunmazdı
◉ İncəsənətə aid məktəblər olmazdı
◉ Şəkilli qəzet, jurnal, kitab və internet olmazdı. Televiziya kanalları, ümumiyyətlə, şəkildən ibarət olduğu üçün baxmaq qadağan olardı
◉ Media qurumlarının qadağan edilməsi ilə minlərlə faydalı məlumatdan məhrum qalardıq. Bununla belə, gözəl əxlaqı təbliğ etmək, Quranın şərti olan yaxşı və gözəl olan şeyləri insanlara anlatmaq imkanı da ortadan qalxardı.
Müsəlman baxımlı, təmiz və gözəl olmalıdır. Çünki gözəllik, baxımlılıq, estetika və incəsənət Allahın bəyəndiyi xüsusiyyətlərdir. Yuxarıda verdiyimiz bir ayədə deyildiyi kimi, iman edənlərə xüsusi verilmiş nemətdir. Quranda müsəlman qadınların makiyaj etməsinin və baxımlı olmasının haram olduğuna dair tək bir hökm belə yoxdur. Peyğəmbərimizin dövründə xanımlar daima ən gözəl və baxımlı formada cəmiyyətin içinə çıxırdılar. Qadınlar o dövrdə də makijaydan istifadə edirdilər. Hətta Peyğəmbərimiz başda olmaqla, o dövrün kişiləri də gözlərinə sürmə çəkirdilər. Bir hədisdə belə deyilir:
Aişə (rə) rəvayət edir: Rəsulullah oruclu ikən gözünə sürmə çəkmişdi. (İbni Macə, Siyam 17)
O dövrdə müsəlman xanımlar sürmə, pomada və ənlikdən istifadə edir, əl və dırnaqlarını xına ilə boyayırdılar. qadınlar da, kişilər də saçlarına xüsusi rənglərdə boya vururdular. Peyğəmbərimiz (səv) saç boyamağı təşviq edir, hətta özü də boyayırdı.
Bir çox hədis kitablarında verilən rəvayətə görə, Ümmi Həbibənin atası Əbu Süfyan öləndə üç gün yas tutandan sonra yanaqlarına həluk (çəhrayı sarı rənginə görə ənliyə bənzəyir) çəkdiyi ifadə edilir. (Bəlazuri, 1987:184185)
Bu barədə bəzi hədislər bunlardır:
Təbəraninin bir rəvayətində deyilir ki, saçın rənginin dəyişdirilməsi ilə əcnəbilərə müxalif davranmaq əmr edilir. (2111)
Əbu Hüreyrə (rə) rəvayət edir: "Rəsulullah (səv) buyurub ki, yəhudi və xristianlar saçlarını boyamazlar. Siz onlara müxalif davranın." (Buxari, Libas 67, Ənbiya 50; Müslim, Libas 80 (2103); Əbu Davud, Tərəccül 18, (4203); Nəsai, Nizət 14, (8, 137); Tirmizi, Libas 20, (1752))
Buxari və Müslimdə hz.Ənəsdən gələn bir rəvayətdə belə deyilir:"Hz. Əbu Bəkir və hz. Ömər (r.ə) (saçlarını) xına və kətan bitkisiylə boyayardılar".
Sühəyb əl-Xeyr (rə) rəvayət edir: "Rəsulullah (səv) buyurub ki, (ağaran saç və saqqalınızı boyamaq üçün) ən yaxşı rəng, əlbəttə, qaradır. (Çünki qara rəng) elədir ki, qadınlarınızın sizdən daha çox xoşu gəlir, müxalifləriniz içində də barənizdə daha çox çəkinməyə vəsilədir". (Əbu Davud, Libas 18, (4064), Tərəccül 19, (4210); Nəsai, Zinət 17, (8, 140); Buxari, Libas 66, Mənakib 23; Müslim, Fədail 100-105, (2341); Əbu Davud, Tərəccül 18, (4209); Nəsai, Zinət 17, (8, 140, 141)
Peyğəmbərimizin ən çox sarı rəngdən xoşlandığını yenə hədislərdən başa düşürük:
İbn Abbas (rə) rəvayət edir: "(Saçına xına vuran biri gəlmişdi. Hz.Peyğəmbər: "Bu, nə gözəldir", -deyərək təqdir etdi. Bir az sonra xına və kətəm ilə boyanmış biri gəldi. Buyurdu ki, bu, əvvəlkindən də gözəldir. Sonra (saçını) sarıya boyayan biri yenə gəldi. Buyurdu ki, "Bu o birilərindən də gözəldir!" (Əbu Davud, Tərəccül 19 (4211); İbni Macə, Libas 34 (3627)
Kadınlar çok güzel ve bakımlı olmalı, tavırları da her zaman çok asil olmalıdır. Bu kalite anlamına gelir ki, kalite insanların o kişiye saygı duymasına, hürmet göstermesine vesile olur. |
Əhməd bin Hənbəlin bir rəvayətində yazılır ki, ənsardan yaşlı və saqqalları ağarmış qoca kişilərlə rastlaşanda buyurdu ki, ey ənsar camaatı, (saçınızı) qırmızıya, sarı rəngə boyayın!"
İbn Ömərin (rə) rəvayət etdiyinə görə, saqqalını sufra adlanan, sarı boya ilə boyayar və belə deyərdi: "Mən, Rəsulullah (əleyhissalatu vəssalam)ı gördüm, saqqalını bununla boyamışdı, ən çox sevdiyi boya da bu idi. Bəzən bununla paltarını da boyayırdı. (Əbu Davud, Libas 18 (4064), Tərəccül 19 (4210); Nəsai, Zinət 17 (8, 140)
Əbu Qətadə (rə) rəvayət edir: "O, Peyğəmbərə dedi ki, saçım çiyinlərimə düşür, daraya bilərəm? "Bəli, ona yaxşı bax", –deyə cavab verdi. Əbu Qətadə Peyğəmbərin bu sözündən sonra saçına gündə ən azı iki dəfə yağ vururdu. (Böyük hədis külliyyatı, Cəmül-Fəaid ər-Rudani, II nəşr, İstanbul 2009)
Əbu Zərdən (rə): Allah Rəsulu buyurdu ki, ağ saçı ən yaxşı xına və kətəm boyayır.
Peyğəmbərimiz (səv) dövründə xanımların əl və dırnaqlarını lakın əvəzinə xına ilə boyadıqları və Peyğəmbərimizin xanımları buna təşviq etdiyi bir çox rəvayətdə mövcuddur:
Əlində məktub olan bir qadın pərdənin arxasından əlini Rəsulullaha uzatdı. Rəsulullah əlini tutub: "Bilmirəm, bu, kişi əlidir, yoxsa qadın?" –deyə soruşdu. Qadın: "Qadın əlidir", –deyə cavab verdi. Rəsulullah (səv): "Əgər sən qadın olsaydın dırnaqlarının (rəngini) xına ilə dəyişdirərdin", –deyə buyurdu.
Aişədən (rə) rəvayət edildiyinə görə, Hind binti Utbə: "Ya Rəsulullah, mənimlə beyət elə", –dedi. Rəsulullah (səv): "əllərinin (rəngini) dəyişdirənə qədər mənə beyət edə bilmərsən..." , –deyə buyurdu. (Əbu Davud, 4165)
Qadınlar çox gözəl və baxımlı, hərəkətləri isə çox əsil olmalıdır. Bu, keyfiyyət deməkdir və keyfiyyət insanların ona hörmət etməsinə vəsilə olur. Bunun üçün çox gözəl və zəngin olmaq lazım deyil, Qurandakı təmizlik və gözəllik anlayışını qavramaq lazımdır. Müsəlman baxımlı və gözəl görünərək nurunu tamamlamalı və beləliklə, görünüş cəhətdən etibarını və hörmətini artırmalıdır. Dünyada hamı hörmətcil, mədəniyyətli və etibarlı müsəlman qadın görməkdən çox təsirlənir. Bu, Allahın bəyənib istədiyi şeydir.
Makiyaj baxımlı və gözəl görünməyin yollarından biridir və Allahın nemətidir. Allah gözəlliyin hər növünü sevir. Buna görə də qadınlar, çiçəklər, ağaclar, kəpənəklər və quşlar gözəl yaradılıblar. Kəpənəyə baxanda üzərindəki simmetriya, bir-birini izləyən rənglər bizi heyran edir. Allah bu gözəlliyi sevir, buna görə də onu bəzəkli yaradıb. Qadınlar da dünyadakı bəzəyin bir parçası, hətta ən gözəlidirlər. Kəpənək Rəbbimiz tərəfindən zərif yaradıldığı kimi, qadın da elə yaradılıb. Ona nemət kimi verilən gözəllik baxımlı olmaqla ortaya çıxır və dəyərli hala gəlir. Özünə diqqət göstərməyən, dəyər verməyən qadının gözəlliyinin də dəyəri qalmır.
Makiyajı haram etməyə çalışanlar, ümumiyyətlə, gözəlliklərdən zövq almağı unudan insanlardır. Onların köhnə dünyasında incəsənət, zövq, sevinc və xoşbəxtlik deyə bir şey yoxdur, eyni zamanda qadınları evə həbs edilib yox edilməli bir varlıq kimi görürlər. Elə buna görə də onun gözəlləşməyinin əvəzinə çirkinləşməyini tərcih edirlər. Bu zaman ortaya belə bir sual çıxır: dünyada hansı modern və mədəniyyətli insan və ya cəmiyyət qadını dəyərsiz və baxımsız edən bir dini qəbul edər? Hansı belə bir dini müdafiə edər və ya təmsil etmək istər?
Bir çox qərb cəmiyyətləri buna görə xurafata qarşıdırlar. Lakin yanlışlıqla bunu İslam kimi tanıyırlar.
Peyğəmbərimiz (səv) və onunla birlikdə olan səhabələr dövrün ən keyfiyyətli, modern və təmiz insanları idi. Peyğəmbərimiz indi yaşasa idi, şübhəsiz ki, bu dövrün ən keyfiyyətli insanı olardı. Yaşadığımız dövrün ən modern və qəşəng geyimlərini geyinər, ən gözəl evlərdə oturar və ən müasir avtomobillərdən istifadə edərdi. Bütün insanların arasında o dəqiqə seçilərdi. Necə ki hədislərdə Peyğəmbərimizin o dövrün ən seçilən və fərqlənən geyimi olan qızıl işləməli kaftan geyindiyi belə bildirilmişdir:
"Əynində qızıl kaftanla ortaya çıxdı dedi ki, ey Məhrəmə, bax, bunu sənin üçün saxlamışam... (Böyük hədis külliyyatı, cəmül-fəvaid, min camiül-üsul və məcmaiz-zəvaid, İmam Muhəmməd bin Muhəmməd bin Süleyman, ər-Rudani, "İz" Nəşriyyatı, II nəşr, İstanbul 2009, səh. 257-261-262-265-271-272-273)
Xurafatlardan ibarət adət-ənənələri dinə çevirməyə çalışanlar, ümumiyyətlə, gözəllikləri özlərinə layiq görmədiklərinə və çox vaxt əzik əhval-ruhiyyə içində olduqlarına görə marka geyimləri, gözəl evləri və müasir avtomobilləri özlərinə və müsəlmanlara yaraşdırmırlar. Hər hansı bir insanın lüks evdə yaşayıb bahalı avtomobildə gəzməyinə və gözəl paltarlar geyinməyinə etiraz etməzlər. Lakin bunu müsəlman edəndə dəliyə dönürlər. Bu vəziyyət onların qəzəbini daha da artırır. Belə adamlar təkcə dünyaya deyil, müsəlmanlara da nifrət etməyə başlayırlar.
Hurafelerden oluşan geleneklerini din haline getirmeye çalışanlar genellikle kendilerine güzellikleri layık görmezler ve çoğu zaman aşağılanma duygusu içinde hareket ederler. Güzel, kaliteli, marka kıyafetleri, güzel evleri ve arabaları da kendilerine ve Müslümanlara yakıştırmazlar. |
Müsəlmanlar, əlbəttə, çətin vəziyyətdə olan bütün müsəlmanları qorumalı, bu yolda Allah rizası üçün çox cəhd göstərməlidirlər. Lakin bu vəziyyət onların baxımsız və kirli yaşamağını labüd etmir. Müsəlman təkcə görünüşü ilə belə böyük təbliğ gücünə malikdir. Görünüşü nə qədər təmiz və müasirdirsə, həmçinin nə qədər sevimli, xoş üzlü və açıq fikirlidirsə, gerçək İslamın təbliğini o qədər mükəmməl etmiş olur. Əlbəttə, bu üstün keyfiyyətlər yalnız təbliğ zamanlarını deyil, bütün həyatını əhatə edir. Müsəlmanlar Qurana əsasən, bu şəkildə yaşamalıdırlar və onsuz da bundan zövq alırlar.
İnsanlar pərişanlığın bürüdüyü qorxunc həyat tərzinin yerinə keyfiyyətin hakim olduğu sülhsevər İslam anlayışından təsirlənirlər. Bunu görəndə artıq qorxmurlar və sevgi duymağa başlayırlar. Qurana uyğun olan da budur. Belə ki, Peyğəmbərimizin (səv) dövründə onun üstün və müasir hərəkətləri görənlərə daima təsir etmişdir. Bu, hamıya məlumdur ki, Peyğəmbərimiz əcnəbilərlə görüşəndə əynində həmişə ən keyfiyyətli geyimlər və Bizans cübbələri olurdu. İslamın xalqlara tanıdılması üçün müxtəlif ziyarətlərə hz.Dihyəni göndərirdi. Dihyə çox yaraşıqlı idi və İslamı təbliğ etmək üçün getdiyi yerlərə həmişə çox bahalı və keyfiyyətli paltarlar geyinirdi. Onun getdiyi yerlərdə görünüşü və keyfiyyətinə görə insanlar küçələrə çıxıb heyran qalırdılar. Burada məqsəd İslamın gözəlliyə və keyfiyyətə əhəmiyyət verən bir din olduğunun insanlara göstərilməsi idi.
Peyğəmbərimizin (səv) müsəlmanların gözəl geyinib keyfiyyətli görünmələri ilə əlaqədar hədisləri bunlardır:
İnsanlar, pejmürdeliğin hakim olduğu o korkunç hayat tarzı yerine, kalitenin hakim olduğu barışçıl bir Müslüman görüntüsünden etkilenirler. Bunu gördüklerinde artık korku değil sevgi duymaya başlarlar. Kuran'a uygun olan da zaten budur. |
Əbül Əhvasdan, o da atasından: "Əynimdə tör-töküntü paltarla Peyğəmbərin yanına getdim. Belə buyurdu: "Malın varmı?" "Bəli", –dedim. "Necə bir mal?" –deyə soruşdu. Dedim ki, Allahın mənə lütf etdiyi dəvə, inək, qoyun, at kimi hər cür malım var. Buyurdu ki, Allah sənə mal veribsə, Onun əsəri və comərdliyi üzərində görünsün". (Böyük hədis külliyyatı, cəmül-fəvaid, min camiül-üsul və məcmaiz-zəvaid, İmam Muhəmməd bin Muhəmməd bin Süleyman, ər-Rudani, "İz" Nəşriyyatı, II nəşr, İstanbul 2009, səh. 257-261-262-265-271-272-273)
Cabirdən (rə): "Ənmar savaşına Peyğəmbərlə (səv) birlikdə çıxdıq. " ... Ey Allahın Rəsulu, Mədinədən bir dostumuz var. Onu da hazır elədik, arxamızdan gəlib bizi qoruyur", –demişdim ki, adam əynində iki cırıq paltarla gəldi. Peyğəmbərimiz onu görüb soruşdu: "Bu iki cırıq paltardan başqa paltarı yoxdur?" Dedim ki, geyinmək üçün verdiyim iki paltarı torbasına qoyub. Dedi ki, çağır o paltarı geyindir. Onu çağırdım, verdiyim paltarları geyindi. O çıxıb gedəndə Rəsulullah belə buyurdu: "Nə olub ki, (yeni paltarları var ikən köhnələri geyinir), bu, onun üçün daha xeyirli deyil?" Adam bunu eşidib: "Ey Allahın Rəsulu, Allah yolunda cihad edəndə də yeni paltar geyinim?" "Bəli, Allah yolunda cihad edəndə də", –buyurdu. (Böyük hədis külliyyatı, cəmül-fəvaid, min camiül-üsul və məcmaiz-zəvaid, İmam Muhəmməd bin Muhəmməd bin Süleyman, ər-Rudani, "İz" Nəşriyyatı, II nəşr, İstanbul 2009, səh. 257-261-262-265-271-272-273)