Xurafatçı zehniyyətin sevgisiz və kobud olduğunu göstərən xüsusiyyətlərdən biri də onların qadınlara baxış formalarıdır. Qadına dəyərsiz varlıq kimi yanaşan xurafatçılar müxtəlif xurafatlarla onları cəmiyyətdən uzaqlaşdırır, hətta küçədə görməyə belə təhəmmül edə bilmirlər. Növbəti səhifələrdə bu barədə uydurma hədislərdən nümunələr verməklə xurafatçıların qadına qarşı münasibətlərinin Qurana və Peyğəmbərimizin (səv) buyurduqlarına tamamilə zidd olduğunu göstərəcəyik. Həmin saxta hədislər bir çox müsəlman ölkədə qadınların niyə hələ də əxlaqsız şəkildə əzildiyinin daha yaxşı başa düşülməsinə vəsilə olacaq.
Xurafatçılar qadınların iman və ağlının naqis olduğuna inanırlar və bu, onların qadına münasibətlərinin əsasını təşkil edir. Buna görə də qadınların yarım görülməsində və onların idarə olunmasında israrlıdırlar. Xurafatçılar üçün qadının varlığı belə təhlükə və qəzəbə bir səbəbdir. Bu səbəbə görə mümkün qədər onu qapalı şəraitdə saxlamaqla, cəmiyyətdən soyutmaqla və bütün haqlarını əlindən almaqla sanki yox kimi elan etməyə çalışırlar. Qadını ikinci sinif varlığa çevirib onun qərar verməsini əngəlləməklə və sosial məsələlərdə rolunu azaltmaqla özlərinin hakim olduğu cəmiyyət meydana gətirməyi hədəfə alıblar. Çünki yaxşı bilirlər ki, qadınlar, ümumiyyətlə, hər şeyi detallı düşünürlər və hadisələrin incə məqamlarına diqqət yetirməklə qəti nəticələr çıxara bilirlər. Onları müəyyən qərarlar verməkdən saxta üsullarla kənarlaşdırmaq xurafatçıların saxtakarlıqlarını rahat yaymaqlarına şərait yaratmışdır.
Halbuki Allah təqvada qadın və kişini ayırmır. Rəbbimiz saleh əməllərin və gözəl əxlaqın yayılması üçün aparılan fikri mübarizədə qadına da, kişiyə də eyni vəzifə vermişdir. Qadın və kişi Qurana əsasən, məsuliyyət baxımından bərabərdirlər. Lakin diqqət, qayğı və dəyər baxımından qadın Quranda kişidən üstün tutulur. İndiyə kimi bir qisim xurafatçılar və İslam düşmənləri tərəfindən qadınların əleyhində dəlil kimi göstərilən ayələr, əslində, qadının üstünlüyünü və Allahın qadına verdiyi dəyəri göstərir. Bunu növbəti sətirlərdə ətraflı şəkildə izah edəcəyik.
Quranda Rəbbimizin qadın üçün təsvir etdiyi bənzətmə onun dəyərini də göstərir. Quranda qadın zərif bitkiyə bənzədilir. Hz.Məryəm üçün verilən bu təsvir qadına verilən dəyərin açıq izahıdır:
Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi... (Ali-İmran surəsi, 37)
Gözəl bir bitki xüsusi qayğı tələb edir, buna görə də çox dəyərlidir və gərək ona qarşı diqqətli olasan. Çiçəyin gözəlliyi, həssaslığı, xüsusi diqqət tələb etməsi və əhəmiyyəti qadının İslamdakı yerini mükəmməl şəkildə izah edir. Bu, bir həqiqətdir ki, Allah yer üzündəki bütün çiçəkləri və bitkiləri gözəllik ünsürü olaraq təmizlik simvolu kimi və möhtəşəm yaradılış həqiqəti kimi yaratmışdır. Gözəlliyin ifadəsi olan bu yaradılışın qadına ithaf edilərək istifadə olunması, Allahın gözəllik simvolunu qadına bənzətməsi qadına verilən dəyəri çox gözəl izah edir.
Quranda qadından bəhs olunan ayələrdə qadına böyük dəyər verilir, qadın bütün çətin şərtlərdə xüsusi himayə altına alınır. Lakin digər tərəfdən də məsuliyyət baxımından kişi ilə eyni tutulur. Odur ki, qadının qorunması ehtiyacdan dolayı deyil, xüsusi dəyərə malik olduğu üçündür.
Qurana əsasən, qadın istədiyi yerdə işləyə bilər, lakin belə bir məcburiyyəti yoxdur. Quranda Səba məlikəsinin qadın olaraq dövlət başçısı olduğunu görürük. Eyni zamanda hz.Məryəm nümunəsində görürük ki, qadın çətinlik anlarında daha səbirli və qərarlılıqda daha üstündür. Hz.Məryəm bu xüsusiyyətləri ilə aləmlərin qadınlarına nümunə təşkil edir. Qurana əsasən, qadın sultandır və hər zaman əl üstündə saxlanmalıdır. Buna görə də, bütün dünya qadına münasibətdə Qurana əsaslanaraq davranmalıdır.
Peyğəmbərimizin dövründə qadınlar kişilərlə birlikdə həyatın hər sahəsində yer tutmuşdular. Peyğəmbərimizin xanımı hz.Xədicənin bölgənin ən əhəmiyyətli iş adamlarından biri olması qadının sosial həyatdakı aktivliyini göstərən önəmli ünsürdür. Bundan başqa, Peyğəmbərimizin (səv) dövründə istər İslamla yeni tanış olanların təlim almasında, istərsə də cəmiyyətin formalaşmasında, hətta müharibələrdə belə qadın və kişi səhabələr bərabər vəzifə daşımışdılar. Peyğəmbərimizin xanımlarına göstərdiyi nəzakət və sevgi isə bütün dünya üçün ən gözəl nümunə təşkil etmişdir. Xanımları ilə qaçış yarışına girən, xanımının dəvəyə minməyi üçün əyilib yardımçı olan, hər fürsətdə qadınların üstünlüklərini tərifləyən və təşkil olunan əyləncələrdə başını xanımının çiyninə qoyan gözəl Peyğəmbərimizin xurafatçıların qorxunc əməllərinə əsla izin vermədiyi açıq-aşkardır. Xurafatçılar Rəsulullahın adından belə hədislər uyduraraq səhabələri töhmət altında buraxırlar. Belə ki, həm Peyğəmbərimizə, həm də səhabələrə iftira atmaqla böyük məsuliyyət daşıyırlar. Xurafat dinindəki qadının Quranda açıqlanan qadından niyə bu qədər fərqli olduğu bəzi uydurma hədislər araşdırıldıqda o dəqiqə müəyyənləşir. Həmin uydurma hədislərin hamısına Qurandan qəti cavablar verilmişdir.
John William Godward’ın “Rich Gifts Wax Poor When Lovers Prove Unkind” adlı yağlı boya tablosu, 1916 |
Çox lənət edir və ərinizə qarşı nankorluq edirsiniz. Ağlı başında olan bir kişinin ağlını sizin qədər alan və dini qüsurlu olan bir varlıq görmədim. (Müslim, İman, 34/132, İbni Macə, Fitən 19/4003)
Allah: "...Mən onu mükəmməl və ağıllı olaraq yaratmışdım. İndi isə ağıllarını azaldacağam, o, iyrənərək və istəməyərək yüklü olacaq, övladını çətinliklə dünyaya gətirəcək", –dedi. (Təbəri, Təfsir I 235 vd; İbnül-əsir əl-Kamil 34)
Quranın heç bir ayəsində qadınların ağıl baxımından kişilərdən daha zəif olduğu barədə məlumat yoxdur. Əksinə olaraq, bir çox ayədə "mömin qadınlar və mömin kişilər" ifadəsi ilə Allah qatında bərabər məsuliyyət daşıdıqları, yəni eyni ağıl və vicdana sahib olduqları xəbər verilir. Bundan başqa, Səba məlikəsi nümunəsində olduğu kimi, qadın əhəmiyyətli məsələlərdə qərar verən dövlət başçısı ola bilər. Üstəlik, bir insanı ağıllı edən fərqli fiziki quruluşa malik olması deyil, sahib olduğu Allah qorxusu, Allah sevgisi, iman dərinliyi və vicdanıdır. Allah qadın və kişi olmasından asılı olmayaraq, hər insanın vicdanına doğru və yanlışı mütləq ilham edir. Belə ki, insanın ağıllı və dindar olması onun cinsiyyətindən asılı deyil. Onun vicdanına vəhy edilənə ən mükəmməl şəkildə tabe olmasından və "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər..." (Ənfal surəsi, 29) ayəsində bildirildiyi kimi, Allahdan qorxmasından asılıdır. Ağıl üçün Qurandakı yeganə ölçü budur. Odur ki, insan kişi olduğu üçün üstün olmadığı kimi, qadın olduğu üçün də iman və ağıl baxımından zəif olmaz. Lakin hər dəfə xatırlatdığımız kimi, xurafatçıların dini Qurandan tamamilə fərqlidir və iftiralarla doludur.
Həmin saxta hədislərlə Allaha qarşı iftira atmaqları onların nə qədər həddi aşdıqlarını göstərir. Quranın heç bir yerində "indi isə ağıllarını azaldacağam, o, iyrənərək və istəməyərək yüklü olacaq, övladını çətinliklə dünyaya gətirəcək" ifadəsi yoxdur. Allahın sözü olaraq iddia edilən bu ifadə Quranda yoxdursa, bəs haradadır? Yalan danışmaq xurafatçıların ən böyük fitnələrindən biri olduğuna görə belə bir iftira ata bilirlər.
Qadın hamiləliyi Quranda müqəddəs sayılır və buna görə də Quranda ana da müqəddəs sayılmışdır. Uca Rəbbimiz ayədə belə buyurur:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14)
Sassoferrato’nun “The Virgin in Prayer” adlı yağlı boya tablosu |
Hz. Meryem (as), Allah’ın dilemesiyle mucizevi şekilde hamile kalmış, hamileliği boyunca tüm zorluklara sabretmiş ve gösterdiği bu sabır ve Allah’a bağlılığı nedeniyle tüm alemlerin kadınlarına üstün kılınmıştır. |
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: "Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!" (Əhqaf surəsi, 15)
Hz.Məryəm Allahın istəyi ilə hamilə qalmış, hamiləliyi boyu bütün çətinliklərə səbir etmiş, göstərdiyi səbir və Allaha bağlılığına görə bütün aləmlərin qadınlarından üstün edilmişdir.
Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi". (Ali-İmran surəsi, 42)
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə sidq ürəkdən inanan bir qadın idi... (Maidə surəsi, 75)
Xurafatçılar qadınlar haqqındakı çirkin sözlərlə öz qorxunc düşüncələrini nümayiş etdirirlər, eyni zamanda hz.Məryəmə, səhabələrə və üstünlükləri ilə təriflənən bütün imanlı qadınlara həqarət edirlər.
William-Adolphe Bouguereau’nun “Mother and children” adlı yağlı boya tablosu, 1879 |
Kadınlara yönelik,“aklı ve imanı eksik” benzetmesi, bağnazların dinine ait bir iftiradır. Allah, sorumluluk bakımından erkek ve kadına eşit şekilde hitap eder. Pek çok ayette aynı anda “mümin erkek ve mümin kadınlara” hitap ediliyor olmasının nedenlerinden biri de budur. |
Hamiləliyin ağır keçməsi və uşağın əziyyətlə doğulması dünya həyatının çətinliklərindən biridir və səbir, güc, iradə tələb edir. Allah böyük çətinliyə səbir edən ananın Öz qatında çox dəyərli olduğunu xəbər verir. Buna görə də Allaha təvəkkül edərək Ona sevgisi çox olduğuna görə çətinliklərə səbir edən ana üstün varlıqdır. Anaya verilən bu dəyər Qurandakı əxlaq xüsusiyyətlərindən biridir.
Göründüyü kimi, Quranda qadının kişiyə görə üstünlükləri də vardır və belə ki, ağlının və imanının az olması ilə bağlı bənzətmə xurafatçıların dininə aiddir. Allah məsuliyyət baxımından kişi və qadına bərabər şəkildə xitab edir. Bir çox ayədə eyni anda mömin kişi və mömin qadınlara xitab edilməsinin səbəblərindən biri də budur. Bu barədəki ayələrdən biri belədir:
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)
Ayədə göründüyü kimi, Allahdan qorxmaq, Allahı zikr etmək, Allaha sadiq olmaq, səbirli olmaq və sədəqə vermək kimi müsəlmanların əsas vəsflərinin heç birində qadın-kişi ayrı-seçkiliyi yoxdur. Quranda qadınların möminlik vəsflərindən hər hansı birinə daha az sahib olduğuna dair ən kiçik işarə belə mövcud deyil. Bir insan qadın və ya kişi olmasından asılı olmayaraq, gücünün yetdiyi qədər Allahdan qorxmalı, dərin məhəbbətlə Allahı sevməli və Allahın rizasının ən çoxunu qazanmağa çalışmalıdır.
Frederic Leighton’nun “Light of the Harem” adlı yağlı boya tablosu, 1880 |
Kuran’a göre insanların yanlışları güzel ve nezaketli bir dille öğüt verilerek, yanlış ve doğru gösterilerek, kişinin vicdanına hitap ederek düzeltilir. |
"Qadın qabırğa sümüyü kimidir. Qadın qabırğa sümüyündən, əyri sümükdən yaradılıb. Onu düzəltməyə çalışsan, qırarsan. Qırılması da boşanmasıdır". (Müslim, Rəda 64; Nəsai, Nikah 15; Əhməd bin Hənbəl, II 168)
Quranda insanın yaradılışı detallı şəkildə açıqlanır və belə təsvir olunur:
Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)
Quranın heç bir yerində qadının qabırğa sümüyündən yaradıldığını və əyri olduğunu bildirən ifadə mövcud deyil. Xurafatçılarının dediklərinin əksinə olaraq, uca Rəbbimiz kişi və qadını ən gözəl surətdə yaratdığını bildirir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Ğafir surəsi, 64)
Bəhs etdiyimiz saxta hədisdə işlənən "düzəltməyə çalışsan, qırarsan" ifadəsində qadının həm görünüş, həm də düşüncə yönü ilə əyri olduğuna və əsla düzəlməyəcəyinə işarə edilir. Quranda belə bir ifadə yoxdur. Bu ifadə xurafatçıların qadına nifrətini göstərir.
Qurandan isə öyrəndiyimiz bunlardır: qadın və ya kişi olmasından asılı olmayaraq, hər kəsin çatışmaz xüsusiyyətləri ola bilər. Qurana əsasən, həmin çatışmazlıqlar mülayim üslubla düzəldilir. Heç kimin başqa birinin düzəlməyəcəyini deyib onu kənara atmaq haqqı yoxdur. Bunu edib özünü üstün görənlər axirətdə həmin "düzəlməz" adamın yüksək məqamda olduğunu görə bilərlər. Kimin doğru yolda olduğunu yalnız Allah bilir.
Xurafatçıların batil inanclarına görə, guya qadınlar əvvəldən naqisdirlər və sonradan dəyişə bilməzlər. Buna görə də saxta hədislərin çoxunda qadınların arasında yaxşılarının az olduğuna və çoxunun cənnətə layiq olmadığına dair məlumatlar var.
Qadınların arasında yaxşı qadın yüz dənə qarğa arasında alaqarğa kimidir. (Səhih Buxari)
Doxsan doqquz qadından biri cənnətdə, digərləri cəhənnəmdədir. (Səhih Buxari)
Ey qadın topluluğu! Sədəqə verin və çox istiğfar edin. Çünki mən cəhənnəm xalqının çoxunun sizlər olduğunu gördüm. (Müslim, İman 34/132; İbni Macə, Fitən 19/4003)
Xurafatçılardan ibarət cəmiyyətlərdə qadının alçaldılmasının və ikinci dərəcəli insan kimi qəbul edilməsinin səbəbini saxta hədislər çox açıq şəkildə göstərir. Belə hədislərin uydurulmasından sonra bir çox İslam cəmiyyətləri qadınları evə qatmağa və onlara dəyər verməməyə başladılar. Qadınların ikinci dərəcəli varlıq kimi görülməsi cəmiyyətləri müdhiş mədəniyyətsizliyə, zövqsüzlüyə və boşluğa sürüklədi. Həmin xurafatçı zehniyyəti təmsil edənlər əsla inkişaf edə bilmədilər. Hal-hazırda Yaxın Şərqdəki ölkələrin çoxu bu qorxunc zehniyyətin səbəb olduğu keyfiyyətsizliyin mərkəzi halına gəlmişdir. Halbuki Qurandakı din son dərəcə gözəl, sadə və keyfiyyətlidir.
Xurafatçılar cənnətin gözəl süsü olan qadınlara dünyada da, axirətdə də Allahın çox dəyər verdiyini düşünə bilməyiblər. Ən əhəmiyyətlisi isə Qurana heç baxmayıblar. Məlum olduğu kimi, saxta hədislərdə işlənən ifadələrin heç biri Quranda yoxdur. Əxlaqı pozulan, pislik edən və harama girən insanları Allah Quranda ətraflı şəkildə təsvir etmişdir və bu təsvirlərin heç birində bu insanların xüsusilə qadınlar olduğuna dair açıqlama yoxdur.
Məsələn, Allah Quranda insanların böyük qisminin iman etməyəcəyini, iman etdiklərini deyənlərin çoxunun da şərik qoşduqlarını bildirmişdir:
Əlif, Lam, Mim, Ra! Bunlar kitabın ayələridir. Rəbbindən sənə nazil olan haqdır, lakin insanların əksəriyyəti inanmaz. (Rəd surəsi, 1)
Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 106)
Başqa bir ayədə isə xəbər verilir ki, Allah insanlara öyüd almaq üçün lazımi imkanı versə də, insanların çoxu ibrət almayıb əxlaqsızlığa davam edirlər:
Biz düşünüb ibrət alsınlar deyə, bunu onların arasında müxtəlif formalarda açıqladıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər. (Furqan surəsi, 50)
Göründüyü kimi, yuxarıdakı ayələrdə və Quranın digər ayələrində əxlaqsızlığa və yanlışlığa yol verən insanların çoxunun qadınlar olduğuna dair heç bir ifadə yoxdur. Heç bir ayədə əxlaqsızlıq edənlər cinsiyyətinə görə ayırd edilməmişdir. Eyni zamanda heç bir ayədə qadınların daha əxlaqsız olduğu və cənnətə daha az qadın girəcəyi barədə hər hansı bir məlumat yoxdur. Uydurulmuş hədislərdəki məlumatlar xüsusilə qadın düşmənliyini yaymaq üçün ortaya atılan saxtakarlıqlardan biridir. Quran ayələri həmin saxta hədisləri qəti şəkildə təkzib edir.
Qadınlar olmasa idi, Allaha haqqı ilə ibadət edilərdi. (Suyuti, Buxarı, İbn Ədiy, Əbu Xətim, İbn Cəvzi, Muhəmməd Nasuriddin, İbn Hibban hədisi saxta qəbul edirlər) (Silsilətül-əhadisüz-zəif: 74, Tənzihüş-şəriə: 1/62, Əl-ləali: 2/59)
Qadınlar olmasa idi, kişilər cənnətə girərdi. (İbni-Ərrak, əs-Səqafi hədisi qəbul etmirlər)(Camiüs-səqir: 2/113)
İlk növbədə təkrar qeyd edək ki, saxta hədislərdə verilən məlumatlar Quranda qətiyyən yoxdur.
Yuxarıda göstərdiyimiz saxta hədislərdəki deyilənlərə gəldikdə isə imanı zəif və ya inancsız insanları din əxlaqını yaşamaqdan uzaq tutan qadınlar və ya dünyanın başqa bir neməti deyil. Onları dindən öz vicdanları, ağıl və iradə zəiflikləri uzaq tutur. Allah bu dünyanı imtahan olaraq yaratmışdır. İnsan həyatı boyu çətinlik, xəstəlik və ya hər hansı bir acizliklə imtahan olunduğu kimi, nemət və gözəlliklə də imtahan oluna bilər.
Qadın da bu dünyanın nemət və bəzəklərindən biridir. Neməti dəyərləndirmək ona sahib olan insanın əxlaqından asılıdır. Allah Quranda dünya nemətlərinin insanlar üçün imtahan olaraq yaradıldığını belə bildirir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Qadın kimi, övlad, qızıl, gümüş, ehtişamlı heyvanlar, əkin yerləri, yəni zənginlik də dünya nemətidir və insana bəzək olaraq göstərilmişdir. Lakin imanlı insan bütün bu nemətlərin əsl sahibinin Allah olduğunu bilir. Eyni zamanda dünyadakı hər nemətin keçici olduğunun və bütün nemətlərin ən gözəl şəklinin və daha çoxunun cənnətdə olacağının fərqindədir. Buna görə də bu nemətlərin heç biri onu Allahdan və Allah yolunda cəhd etməkdən uzaqlaşdıra bilməz. Əgər bir insan bu nemətlərin hər hansı birindən dolayı qəflətə düşüb Allah rizasının ən çoxunu axtarmaqdan uzaq durursa, bu, onun iman zəifliyindən qaynaqlanır. Bunun səbəbkarı nemətlər deyil, onun özüdür. Odur ki, –özünü dəyişmədiyi təqdirdə– qarşılığını yenə də özü alacaq. Bu məsələdə başqasını günahlandırmaq axirətdə ona heç bir fayda verməz.
Bu saxta hədislərə əsaslanıb xətalarına və gördüyü pis işlərə görə qadınları günahlandıran kişi ancaq özünü aldadır. Qurana əsasən, iman etmək şərtlərdən asılı olmayaraq, Allah qarşısındakı vəzifəni tam yerinə yetirməkdir. Heç bir insan axirətdə Allaha qadınlar üzündən ibadət edə bilmədiyini deyə bilməyəcək. Ayədə bu həqiqət belə bildirilir:Doğrusu, insan özü-özünə şahiddir! Üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamət surəsi, 14-15) Yəni insanlar nə qədər bəhanə gətirsələr də, doğru olanı mütləq görürlər. Həmin saxta hədislərdən yapışıb öz zəifliyi üzündən qadınları günahlandıranlar ikiüzlü olduqlarını çox gözəl bilirlər. Dünyada bunu görməzlikdən gəlmək heç bir şeyi dəyişdirməyəcək. Allahın hüzurunda hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman necə olacaq? (Ali-İmran surəsi, 25)
John William Godward'nun "The Peacock Fan" adlı yağlı boya tablosu, 1912 |
Bir qadını özlərinə rəhbər seçən qövmün vəziyyəti qətiyyən yaxşı olmaz. (İbn Hənbəl, Müsnəd 5/43, 50; Tirmizi, Fitən 75; Nəsai, Xudat 8; Buxari, Fitən 18)
Qadınlara itaət peşmanlıqdır. (Təzkirətül-məvzuat 128, Kitabül-məvzuat 2, 272)
Qadınlarla müzakirə edib məsləhətləşin və dediklərinin əksini edin.(Əl-məqasidül-həsənə 248; Təzkirətül-məvzuat 128; Tənzihüs-şəriə 2-204; Silsilətül-əhadis 432)
Qadınlarla məsləhətləşməyin, onlara müxalif olun. Qadınlara qarşı müxalif olun, çünki onlara müxalifət bərəkətdir. (Qadınlara dini bilgilər 44-45; Suyuti, Ləali II, 147; İbn Ərrak, Tənzihüs-şəriə II, 210)
Allah zövcəsinə itaət edəni üzü üstə cəhənnəmə atar.(İbn Ərrak II, 215)
Göründüyü kimi, xurafatçılar qadınları əhəmiyyətli mövqelərdə görmək istəmirlər və bu da onların qadınları dəyərsiz gördüklərinin əsas dəlillərindən biridir. Buna görə də qadınların rəhbər olmasına əsla razı olmazlar, hətta onlarla məsləhətləşməyi belə qəbul etmirlər. Qadınların düşündükləri hər şeyin yanlış olduğunu, gördükləri hər işin xətalı olduğunu güman edirlər. Bu, qadınları cəmiyyətdən tamamilə təcrid etmək üçün qurulan oyunlardan biridir. Yuxarıdakı saxta hədislər həmin oyuna xidmət etmiş, nəticədə, bir çox ölkədə azğın fikirlərin hakim olduğu xurafatçı cəmiyyətlər meydana gəlmişdir. Halbuki bu məntiq Qurana və Peyğəmbərimizin (səv) əməllərinə tamamilə ziddir və İslamda qətiyyən belə bir şey yoxdur.
Örneğin sahte hurafeciler “Başlarına bir kadını geçiren bir kavim asla iflah olmaz” uydurmasını kendilerince yaymaya çalışırlarken, Allah Kuran’da devlet yöneticisi olan bir kadını örnek verir: Sebe Melikesi...
“Kadınlara danışmayın” diyen hurafelere rağmen Sebe Melikesi, iş konusunda tüm kararları veren tek lider konumundadır. Ayetlerde Sebe melikesinin liderlik vasfı şu şekilde belirtilir:
Çox keçmədən gəlib dedi: "Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm". (Nəml surəsi, 22-23)
Qövmünə hökm edən Səba məlikəsi hz.Süleymana belə tanıdılmışdır. Hz.Süleyman Səba məlikəsinə İslama dəvət məktubu göndərəndən sonra o, qövmün irəli gələnləri ilə məsləhət etmişdir. Onlar Səba məlikəsinə belə cavab vermişdir:
Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!" (Nəml surəsi, 33)
Göründüyü kimi, Qurandakı qadın dövlət başçısı, yəni hökmdar olur və iş məsələsində özü qərar alıb əmr verir. Xurafat dinindəki qadın ilə Qurandakı qadının xüsusiyyətləri tamamilə fərqlidir
John William Godward’nun “The Bouquet” adlı yağlı boya tablosu, 1899 |
Kuran’daki kadın, devletlerin başına geçmekte, hükümdar olmakta ve iş konusunda karar verip emrini uygulatmaktadır. Bağnazların dinindeki kadın ile Kuran’daki kadının vasfı tam anlamıyla zıttır. |
Ve Kur'an'ı okumakla da (emrolundum). Artık kim hidayete gelirse, kendi nefsi için hidayete gelmiştir; kim sapacak olursa, de ki: "Ben yalnızca uyarıcılardanım." |
Xurafatçılar sözügedən saxta hədislərdə qadınları təhqir etməklə, əslində, hz.Məryəmi, Quranda bəhs edilən mömin qadınları, Peyğəmbərimizin (səv) zövcələrini və s. hədəf aldıqlarını düşünmürlər. Qadını bu qədər alçaldan qəribə zehniyyətin bütün qadınlara qarşı çıxdığını unutmaq olmaz. Xurafatçıların Qurandan nə qədər uzaq olduqlarını Peyğəmbərimizin dövrünə nəzər salmaqla açıq şəkildə görə bilərik:
Məsələn, Peyğəmbərimizin zövcəsi hz.Xədicə Məkkənin ən imkanlı tacirlərindən biri idi. Şama ticarət karvanları göndərirdi. Buna görə yanında bir çox işçisi vardı. Mədinə dövründə də qadınlar dəri, ip, dərman istehsalında, toxuculuq və dərzilikdə, həmçinin ətir satışında alış-veriş işləri görür, bütün sahələrdə aktiv davranırdılar. Müharibələrdə qadın səhabələr kişilərlə birlikdə savaşa qatılır, lazım gəldikdə ön cəbhəyə belə keçirdilər.
John William Godward'nun "Autumn" adlı yağlı boya tablosu, 1900 |
Peygamberimiz (sav) dönemi kadınları evlerini geçindiren, aile hayatında sözü geçen kadınlardır; Peygamberimiz (sav) de bu gayreti övmektedir. |
Bir gün Reyta binti Abdullah Peyğəmbərimizə (səv): "Ya Rəsulullah, mən sənətkaram, ərimin (Abdulla bin Məsud) və uşağımın heç nəyi yoxdur. Sənətimlə düzəltdiyim məhsulları satıram", –deyir və ailəsi üçün xərclədiyi şeylərin savabının olub-olmadığını soruşur. Peyğəmbərimiz (səv) ona: "Onlar üçün xərclədiyin şeylərdə, əlbəttə, sənə savab vardır", –deyə cavab verir. (İbn Sad, ət-Təbəqat, VIII, 290; Nuaym, Hilyə, II, 69; İbnül-Əsir, Üsdul-Qabə, VII, 121) 1
Göründüyü kimi, Peyğəmbərimizin dövründə qadınlar ailələrini dolandırırdılar və ailə daxilində söz sahibi idilər. Peyğəmbərimiz (səv) də onların bu çalışqanlıqlarını tərifləyirdi.
Peyğəmbərimizin (səv) dövründə Əşləm qəbiləsindən Queybə binti Sadın xəstə və yaralıları müalicə etdiyi barədə məlumat vardır. Yəni qadınlar o dövrdə həkimlik edirdilər. Belə ki, Həbəşistana hicrət edən, zəkalı və təcrübəli bir qadın olan Əsma binti Ümeysin də yaxşı həkim olduğu məlumdur. Ümmü Sələmə, Əsma binti Ümeysin Peyğəmbərimizə Hindistan və Yəməndən gətirilən bitkilərlə və zeytun yağı ilə dərman hazırladığını deyir. Bir rəvayətdə Əsmanın bu dərmanı düzəltməyi Həbəşistanda öyrəndiyi deyilir.(İbn Sad II, 236) 2
Peyğəmbərimizin dövründə Mədinədə ətir ticarəti ilə məşğul olan qadınlardan bəzilərinin adları çəkilir. Bunlardan biri Müleykə Ümmus-Səib əl-Səqafiyyə ətir satmaq üçün Peyğəmbərimizin yanına gəlirdi. Yəni o dövrün qadınları satış işi ilə də məşğul olurdular.
Başqa müsəlmanlarla birlikdə savaşa qatılan qadın səhabələrdən ən mükəmməl bəhs edən rəvayətlərdən birində belə deyilir:
"Möminlərin qəflətindən sui-istifadə edən müşriklər savaş meydanına elə girdilər ki, Rəsulun ətrafında onu qoruyan 10-12 nəfərlik qrup da savaşa girməyə məcbur oldu. Bir anda tək qalan Peyğəmbərimizin yanında təkcə hz.Nəsibə var idi. Bu durum 40-50 saniyə davam etdi. Müşriklərdən biri fürsət bilib Peyğəmbərimizə hücum çəksə də, Nəsibə onu qılıncla vurub öldürdü. Ardınca ikinci müşrik də Rəsulullaha hücum çəkdi. İkiqat zireh geyinmişdi əyninə. Nə qədər vursa da, öldürə bilmirdi. Öz çiynindən belinə qədər ağır qılınc zərbəsi aldı. O əsnada möminlər yetişib kafiri zərərsizləşdirdilər. Bu bir neçə saniyə o qədər vacib idi ki!.. Ühüd döyüşündə Nəsibə on bir yara almışdı. Buna baxmayaraq, sona qədər savaşdı.
Göründüyü kimi, saxta hədislərin əksinə olaraq, Peyğəmbərimizin (səv) dövründə qadınlar savaş meydanına belə çıxırdılar. Savaşda Peyğəmbərimizin mühafizəsində qadın səhabələr də yer tuturdular. Belə təhlükəli vəziyyətlərdə Peyğəmbərimizin qadınların onu qorumasına izin verməsi qadın səhabələrə nə qədər güvəndiyini göstərir.
Quranda "Ey iman gətirənlər! "Bizə qayğı göstər!"– deməyin; "Bizə nəzər yetir!"– deyin..." (Bəqərə suəsi, 104) ayəsində təkcə iman edən kişilərə deyil, eyni zamanda qadınlara da xitab edilir. Ayədə qadınlara da nəsihət edilir ki, "bizə qayğı göstər" deməsinlər. Deməli, Quranda qadına qayğı göstərilən, ağlı az olduğu üçün kişi tərəfindən idarə olunan varlıq kimi baxılmır. Bunun əksinə olaraq, ağıllı, güclü, etibar edilən, zəkalı varlıq kimi baxılır. Lakin əsrlər boyu saxta hədislərə inandırılan bəzi İslam ölkələrində bu anlayışdan xəbərsiz olan insanların sayı çoxdur. Buna görə də Quranda qadının kişilərlə eyni hüquqlara malik olduğunu deyəndə buna şiddətlə qarşı çıxan kişilər bilib-bilmədən Allahın ayələrinə qarşı çıxmış olurlar.
Kuran'da kadın, kişilikli, güçlü, akıllı, vicdanına tam güvenilen, zeki bir varlık olarak tarif edilmektedir. |
John William Godward'nun "The Belvedere" adlı yağlı boya tablosu, 1913 |
Qadınları Allah geridə qoyduğu kimi, siz də geridə qoyun.(Təbərani)
Əgər bir adamın başqasına səcdə etməyini əmr etsə idim, kişilərin qadınlar üzərindəki haqlarından dolayı, qadınların kişilərə səcdə etmələrini əmr edərdim. (Səhihi-Buxari)
Xurafatçı zehniyyətin əsrlər boyu davam edən qadın düşmənliyi böyük bir kütlənin Allaha və Peyğəmbərimizə (səv) iftira atmasına şərait yaratmışdır. Saxta hədislərdə Quranda bildirildiyi kimi, qadınlarla kişilərin eyni hüquqlara malik olduğuna, üstünlüyün ancaq ağıl, vicdan və Allah qorxusundan qaynaqlandığına dair heç bir məlumat yoxdur. Saxta hədislərdə Quranda qadın haqlarının qorunduğuna dair ayələrin mövcudluğundan da bəhs edilmir.
Bu hökm və izahlardan xüsusi şəkildə yan keçib qadınların Quranda tərifləndiyinə dair heç bir açıqlama verilməmişdir. Bu minvalla, əsrlər boyu müsəlmanları İslam dini adı altında batil inanclarla aldadıb Peyğəmbərimizə və dinimizə iftira atıblar. Halbuki qadınların Allah tərəfindən geridə qoyulduğu anlayışı Quranın bir ayəsində belə yoxdur. Əksinə, Quranda qadın-kişi fərqi olmadan "möminlər", "iman edənlər", "qadın və ya kişi olsun" kimi xitablardan istifadə olunur və hər ikisinin eyni məsuliyyəti daşıdığı qeyd olunur. Məsələn, Allah bir ayədə belə buyurur:
Möminlərdən –üzürlülər istisna olmaqla– oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarilə üstün etdi. Allah hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95)
Göründüyü kimi, ayədə müsəlmanların həyatı boyu Allah yolunda fikri mübarizə aparmaqla məsuliyyət daşıdıqları ifadə edilir. Özü də bu məsuliyyət kişilərə də, qadınlara da bərabər verilmişdir. Allah "möminlər" xitabı ilə həm qadın, həm də kişi müsəlmanlara bu ibadəti yerinə yetirmək vəzifəsi vermişdir. Əgər müsəlman bir qadın müsəlman kişilərə nisbətdə bu vəzifənin öhdəsindən layiqincə gələrsə, o, Allah qatında kişilərdən daha üstün mövqedə olar. Əgər müsəlman kişi layiqincə gələrsə, bu dəfə o Allah qatında digərlərinə görə daha üstün duruma gələr. Göründüyü kimi, burada heç bir cinsi ayrı-seçkilik yoxdur. Əksinə, vicdan, ağıl və səmimiyyət əsas alınır.
Beləliklə, qadın mövzusundakı saxta hədislər digərləri kimi Quran hökmləri ilə və Quranda qadına verilən dəyərlə tamamilə ziddiyyət təşkil edir. Birincisi, müsəlmanlar Allahdan başqa heç kimə səcdə etməzlər. Müsəlman yalnız Allaha boyun əyər və yalnız Allahın və Elçisinin əmrinə tabe olar.
Müsəlman bir qadın həyat yoldaşını Allah rizası üçün sevir və müsəlmanlığı nisbətində ona hörmət və mərhəmət göstərir. Yoxsa xurafatçıların yanlış düşüncəsində olduğu kimi, ərinə sırf kişi olduğu üçün kor-koranə hörmət bəsləmir. Çünki müsəlman qadın və kişi üçün evlilik eyni zamanda axirət üçün atılan addımdır. Müsəlman qadın ancaq axirətdə Allahın razı olacağını umduğu insana sevgi və şəfqət göstərə bilər. Əksinə olduqda isə o sevgi və hörməti əsla hiss etməz. Belə bir şeyi təxəyyül etmək, yaxud bənzətmə olaraq cümlədə istifadə etmək müsəlmanlar üçün uyğun deyil.
Döymədən istifadə edənə və etdirənə, üzündəki tükləri aldıran və dişlərini estetik əməliyyat etdirən qadınlara Allah lənət etsin. (Səhihi-Buxari)
Parik saç taxan, taxdıran, qaşlarını alan və aldıran, döymə vuran və vurduran lənətlənmişdir.(Əbu Davud, Tərəccül, 5)
Xurafatçı zehniyyətin müsəlman qadınları çirkin və baxımsız kimi göstərməyə çalışmasının əsas səbəbi bu cür saxta hədislərdir. Bütün dünyada müsəlman qadınların ümumi mənada təmizlik və gözəllikdən uzaq baxımsız varlıq kimi tanınmasına xurafatçıların yanlış düşüncələri səbəb olmuşdur
Yuxarıdakı saxta hədislərin formalaşdırdığı müsəlman qadın görüntüsü qadının sosial həyatda fəallığını imkansız hala gətirir. Belə bir modeldə bir qadın əgər müsəlmandırsa, gözəl, təmiz və baxımlı ola bilməz və bu, qətiyyən qəbul edilməz. Beləliklə, bu modeli təqva əlaməti kimi göstərən xurafatçı zehniyyət qadını xarici görünüşündən dolayı həm cəmiyyətin içinə çıxmasına mane olmuş, həm də eyni səbəblərə görə dindən bəhs etməyə izin verməmişdir.
Bir az düşünün: özünə baxmayan, təmizliyə əhəmiyyət verməyən, üzündəki tükləri belə almayan müsəlman qadın modelini yaşamağa kim razı olar? Yaxud da kim razı olar ki, ona belə bir qadın dindən danışsın? Dinin gözəlliyi, baxımlı və cazibədar olmağı qadağan etdiyinə inanan, əksinə olduqda isə Allahın lənətinə düçar olacağını düşünən bir qadın belə bir dinə necə yanaşa bilər?
Belə ki, xüsusilə qərb cəmiyyətlərində İslamın uzaq durulmalı qaranlıq din kimi qəbul edilməsinin əsas səbəblərindən biri budur. Xurafatçılar bəzi müsəlman qadınları Quranda qəti olmayan, tamamilə uydurma modelə həbs ediblər. Beləcə, gerçək İslamı yaşayıb təbliğ etməklərinə əngəl olublar. Halbuki müsəlman qadın Qurandakı gözəl əxlaqı, sülhü və sevgini sözlə anlatmalı olduğu kimi, bunu hal və hərəkətlə də göstərməlidir. İslamın gözəllik dini olduğundan bəhs edərkən gözəl görünməli, müsəlmanlığın sevgi olduğundan danışarkən sevgini həqiqətən yaşamalıdır. Beləliklə, həqiqətən, dinin gözəlliklərini anlamağa ehtiyacı olan adam bu dinin insana bütün gözəllikləri bəxş edəcəyini bilməli, öz gözləri ilə bunu görməlidir. Onsuz da Qurandakı təsvir bu şəkildədir. Quranda müsəlmanların geyiminin təmiz olduğundan, bir yerə yığışanda gözəl şəkildə geyinib zinətlərdən istifadə etdiklərindən bəhs edilir:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik... (Əraf surəsi, 26)
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) zinətlərinizi taxın... (Əraf surəsi, 31)
Bundan başqa, Quranda cənnət əhalisinin, xüsusilə cənnət qadınlarının təmizliyi, baxımlı olması və gözəlliyi ayələrdə ətraflı olaraq izah olunur:
Özü də qorunub saxlanılmış yumurta kimi (hurilər). (Saffat surəsi, 49)
...Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər... (Kəhf surəsi, 31)
...Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. (İnsan surəsi, 21)
Yuxarıdakı ayələrdən başa düşüldüyü kimi, Allah "saxlanılmış yumurta kimi" ifadəsi ilə qadının təmiz və tüksüz cildinə diqqət çəkmiş, cənnət qadınlarının belə olacaqlarını buyurmuşdur. Deməli, Allah təmiz cildi gözəl görür. Allah gözəlliyi, bəzəyi və gözəl geyimi sevir və qullarını da belə görmək istəyir. Allahın gözəl gördüyü şeyləri Peyğəmbərimizin (səv) də gözəl görüb müsəlman qadınları bu istiqamətdə təşviq etdiyi qətiyyən şübhə doğurmaz.
Estetik görünüşdən başqa, qadınlar zərurətdən dolayı da bir çox üsullardan istifadə edə bilərlər. Məsələn, bəzən kimyaterapiya kimi ağır müalicədən sonra parik qoya bilərlər. Bu, çox normal, hətta lazımlıdır. Lakin xurafatçılar bu asanlıq və gözəlliyi sözügedən saxta hədislərlə aradan götürməyə çalışırlar.
Eyni şəkildə, Quranın heç bir ayəsində tatudan istifadə etmək, döymə qaş və üzdəki tüklərin təmizlənməsi qadağan olunmur. Belə bir qadağa Qurana onsuz da uyğun gəlmir. Gözəl və gənc bir qızı üzündəki tüklərlə çölə çıxmağa məcbur edən, onu insanların arasında utandıran və çirkinləşdirən xurafatçılar bu səbəbdən dolayı gözəlliyi təmsil edə bilmirlər. Halbuki Allah ayələrdə inananların baxımlı, gözəl və təmiz olmasına diqqət çəkib müsəlmanları bu yöndə təşviq edir.
Müslümanların her zaman bakımlı, güzel, şık ve temiz olmaları ayetlerde özellikle dikkat çekilen konulardandır. |
Kişi qadınını yatağa dəvət etdikdə, o gəlmədiyinə görə gecəni əsəbi halda keçirərsə, mələklər o qadına səhərə kimi lənət edər. (Səhihi-Buxari, 9/36)
Bir qadın ərinin yatağını (haqlı səbəb olmadan) tərk edib (başqa yerdə) yatarsa, mələklər səhərə qədər ona lənət edər. (Nəhcül-Fəsahə, səh.36, hədis: 187)
Ey qadınlar! Əgər ərlərinizin sizə olan haqlarını bilsə idiniz, ayaqlarının tozunu üzünüzlə silərdiniz. (Hafiz Zəhəbi, Böyük günahlar, səh.187)
Ərin vücudu irinlə dolu olsa və zövcəsi onu yalayaraq təmizləsə, yenə də ərinin haqqını ödəmiş olmaz. (İbni Həcər əl-Hiytəmi 2/121, Əhməd bin Hənbəl, Müsnəd, V, 239)
Bir qadın ərindən boşanarsa, o qadına cənnət qoxusu haram olar. (Qadınlar üçün dini məlumatlar, səh.61)
Bir qadın dili ilə ərinə əziyyət verərsə, onu özündən razı edənədək Allah onun heç bir tövbəsini, kəffarəsini və yaxşı əməlini qəbul etməz, hətta gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olsa belə. (Bixarül-ənvar, cild 103, səh.244)
Bir qadın ərinin haqqını ödəmədiyi müddət boyu Allahın da haqqını ödəmiş olmaz. (Məkarimül-əxlaq, səh.247)
İmam Musa Kazıma (əs) ərini hirsləndirən qadından danışdılar. O da belə buyurdu: "Əri ondan razı olana qədər günahkar sayılır". (Qisarül-Cüməl, cild 2, səh.258)
John William Godward'nun "A Souvenir" adlı yağlı boya tablosu, 1920 |
Bağnaz zihniyette kadınlar; kendilerine olan davranış ve ahlaklarından razı olmasalar da kocalarına karşı "kadınlık görevi" denen cahilce mantığı yerine getirmeye mecbur tutulmuşlardır. |
Bu hədisləri ayrı-ayrı araşdıraq:
Ey qadınlar! Əgər ərlərinizin sizə olan haqlarını bilsə idiniz, ayaqlarının tozunu üzünüzlə silərdiniz. (Hafiz Zəhəbi, Böyük günahlar, səh.187)
Ərin vücudu irinlə dolu olsa və zövcəsi onu yalayaraq təmizləsə, yenə də ərinin haqqını ödəmiş olmaz. (İbni Həcər əl-Hiytəmi 2/121, Əhməd bin Hənbəl, Müsnəd, V, 239)
John William Godward'nun "A Tryst" adlı yağlı boya tablosu, 1912 |
Yuxarıdakı bu iki saxta hədisdə –uca Allahı, Quranı, və İslam dinini tənzih edirik– dinimizin qadını guya ikinci dərəcəli və ərinin boyunduruğu altında yaşayan varlıq kimi gördüyü vurğulanır. Bu şeytani məntiqə əsasən, ərinin qadın üzərində haqqı o qədərdir ki, qadın ərinin ayaqlarının tozunu üzünə çəkib irinli dərisini yalasa da, borcunu ödəyə bilməz. Bu qəribə məntiqə baxmayaraq, heç kim kişinin xanımı üzərində niyə bu qədər böyük haqq sahibi olduğunu əsrlər boyu araşdırmamış, bu batil inancın kor-koranə kök salmasına vəsilə olmuşdur. Belə ki, bir çox müsəlman bu yanlış məntiqi normal qəbul etmişdir.
Bu axmaq zehniyyətin hakim olduğu cəmiyyətlərdə qadınlar onlara qarşı hərəkət və davranışlardan razı olmasalar da, ərlərinə qarşı "qadınlıq vəzifəsi" deyilən cəhalət dolu bir məntiqi yerinə yetirməyə məcbur ediliblər. Bunu yerinə yetirməyənlərlə pis davranıb olan-qalan haqlarını da əllərindən alıblar. Bu minvalla qadınları gücsüz və əzilməyə məhkum varlıq kimi qələmə verib, bu zehniyyəti bütün İslam cəmiyyətlərinə köklü şəkildə hakim ediblər.
Yüz illər boyu bir adam çıxıb Quranda belə bir anlayışın olmadığını, qadın və kişinin bərabər hüquqa malik olduğunu və Allahın qadınlara istənilən azadlığı verdiyini deyə bilməmişdir. Bunun əksinə olaraq xurafatçı düşüncə "din belə əmr edir, bunu etməyənə Allah və mələkləri lənət edər, Allahın rizasını qazanıb cənnətə girə bilməz" kimi yalanlarla bəzi cahil müsəlmanları Qurana uyğun gəlməyən hərəkətlərə yönəldiblər. Müsəlman qadınların çoxunun şəxsiyyəti xurafat təlimi almış ərləri tərəfindən yox edilmişdir. Çünki xurafatçıların dinində qadın ərinin istəklərini mütləq yerinə yetirməlidir. Qadınların böyük qisminin oxumağına, işləməyinə, sosial həyatda iştirakına, hətta pəncərədən belə baxmağına icazə verilmir. Beləliklə, maddi və mənəvi baxımdan ərlərinə bağlı hala gətirildiklərinə görə (eyni zamanda cəmiyyətin adət-ənənələri də xurafata təsir etdiyinə görə) qadınlar bu təzyiqdən demək olar ki, xilas ola bilməmişdir.
Burada belə bir sual ortaya çıxır: xurafatçı cəmiyyətlərdə kişi hansı xüsusiyyətinə görə bu qədər üstündür ki, qadın onun haqqını heç ödəyə bilmir? Qurana görə, üstünlük yalnız təqvaya görədir və bunun qarşılığını ancaq Allah verir. Bir kişi qadın üzərində hansı haqqa sahibdir ki, qadın onun üzərindəki murdar irini yalasa belə, o haqqı ödəyə bilməz? Onu bu qədər haqqı ödənilməz edən nədir və ya kimdir? Ona bu üstünlüyü təqvasından başqa nə verə bilər? Allah ona belə bir özəllik verməyib, yəni Quranda belə bir şey yoxdur. Bu halda, bu haqq üstünlüyünü haradan əldə edib? Dindar və ya dinsiz, müşrik və ya münafiq, günahkar, yaxud da zalım olmasına baxmayaraq, istisnasız bütün ərlər nəyə əsasən bu mərtəbəyə çatıblar?
Onları belə bir saxta dərəcəyə yüksəldən xurafatın İslama əlavə etdiyi saxta hədislərdir. Xurafatçılar Quranda olmayan, Allahın lənət etdiyi bu düşüncəni din adından uydurub cəmiyyətlərə hakim ediblər. Hal-hazırda İslam cəmiyyətlərinin böyük qismi, hətta bu cəmiyyətlərin eyni təlqinlə böyümüş zərif nümayəndələri belə bundan fərqli düşüncə tərzi tanımırlar. Xurafatın dünyaya gətirdiyi ən böyük bəlalardan biri də budur.
Quranda qadınlara verilən haqlar xurafatçı cəmiyyətlərdə qətiyyən yoxdur. Hətta belə cəmiyyətlərdə yaşayan qadınların bu haqq və azadlıqların mövcudluğundan belə xəbərləri yoxdur. Onlar Quran əxlaqından tamamilə uzaq şəkildə tərbiyə edilirlər. Bunun nəticəsində də bir çoxu yazıb-oxumağı bacarmır. Bundan dolayı, xurafat dinində yaşadıqlarının fərqində belə deyillər. Təkcə bu zavallı qadınlar deyil, dünya ölkələri də əsrlər boyu davam edən xurafatın qaynağının Quran olduğunu zənn edir. Quranın (haşa) qadını dəyərsiz görən, onları ərinin köləsi olduğunu deyən və bütün haqlarını əlindən alan dindən bəhs etdiyini güman edirlər. Halbuki bu iftiraların heç biri Quranda yoxdur.
İslam dininin bir hissəsi kimi qəbul edilən, lakin Quranda olmayan iftiralara saxta hədislərdən misal gətirməklə cavab verməyə davam edək:
Frederic Leighton'nun "Wedded" adlı yağlı boya tablosu, 1882 |
Bir qadın ərindən boşanarsa, cənnət qoxusu ona haram olar. (Qadınlar üçün dini məlumatlar, səh.61)
İlk öncə, cütlərin bir-birilərindən boşanması və boşanmanın bütün şərtləri Quranda açıq şəkildə izah olunur. (Növbəti səhifələrdə bu barədə daha geniş məlumat var). Allah boşanmağı hər iki tərəfə haqq olaraq tanımışdır. Halbuki yuxarıdakı hədisdə boşanan qadının cənnətə girə bilməyəcəyinə dair konkret açıqlama verilir. Belə ki, bu açıqlama hədisin tamamilə uydurma olduğunu göstərir. Peyğəmbərimiz (səv) qətiyyən Allahın halal buyurduğu bir şeyi haram etməz və Allahın hökmünə zidd olan hökm çıxarmaz. Odur ki, Allah Quranda qadına boşanmaq hüququ tanımışdır. Boşanmadan əvvəl və sonra qadının maddi-mənəvi qorunmasından bəhs edən ayələrdə boşanmanın şərtləri bildirilir. Buna görə də saxta hədisdə boşanmaq istəyən qadın üçün deyilən "qadına cənnət qoxusu haram olar" ifadəsi tamamilə yalan və iftiradır. Bu söz İslam dini ilə heç bir əlaqəsi olmayan şeytani məntiqin məhsuludur.
Bunu qeyd etmək çox əhəmiyyətlidir ki, İslam dini insanın fitrətinə və ruhuna tam xitab edən İlahi hökmlərdən ibarətdir. Allahın Qurandakı hökmləri insanları çətinliklərdən qurtarır və onlara azad iradə və ağıl qazandırır. Allahın hökmləri qadın və kişiləri çətinliyə salmaz. Əksinə, insanların arasındakı anlaşılmazlıq və ədalətsizliyi ortadan qaldırmaqla onlara rahatlıq verər. Tərəflər arasında düşmənlik və nifrət deyil, dostluq və sevgi bağı qurar. Bütün bunlarla yanaşı, Allaha qarşı itaətkar, gözəl əxlaqlı və dərin imanlı insan modeli yaradar.
Halbuki saxta hədislərdə bəhs edilən evlilik modeli Quran əxlaqından tamamilə uzaq anlayışı əks etdirir. Qurana əsasən, evli cütlüklər arasında heç bir zaman məcbur etmə və təzyiq ola bilməz. Əgər hər hansı bir uyğunsuzluq və anlaşılmazlıq varsa, bu, yenə Quran hökmləri əsasında həll olunur. Hər şeydən əvvəl, evlilikdə hər iki tərəf mömin olaraq Qurandakı əxlaqı tam mənimsəməli, mümkün qədər aranı düzəltməyə çalışmalıdırlar. Amma buna baxmayaraq, anlaşılmazlıq davam edirsə, boşanmaq iki tərəfin də haqqıdır.
Ayrılanda hər iki tərəfin Allahın qoruması altında olacaqları ayədə belə bildirilir:
Əgər (ər-arvad) ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah (hər şeyi) əhatə edəndir, müdrikdir. (Nisa surəsi, 130)
Göründüyü kimi, Quranda qadın və kişi boşanmju8ağa özləri qərar verir, daha sonra azad şəkildə yaşamağa davam edirlər. Quranda qadının boşandığı təqdirdə cənnətə girə bilməyəcəyi barədə heç bir məlumat yoxdur.
İmam Museyi-Kazıma (əs) ərini hirsləndirən qadından danışdılar. O da belə buyurdu: "Əri ondan razı olana qədər günahkar sayılır". (Qisarül-cüməl, cild 2, səh.258)
Rəsulullah belə buyurub: "Bir qadın ərinin haqqını ödəmədiyi müddət boyu, Allahın da haqqını ödəmiş olmaz". (Məkarimül-əxlaq, səh.247)
Bir qadın ərinə dili ilə əziyyət verərsə, onu özündən razı edənə qədər Allah onun heç bir tövbəsini, kəffarəsini və yaxşı əməlini qəbul etməz. Hətta gündüzlər oruc tutub, gecələri ibadətlə keçirsə belə.(Bixarül-ənvar, cild 103, səh.244)
Yuxarıda verilən ərini razı etməməsi və ya haqqını ödəməməsi kimi şeylər Quran ayələrinə tamamilə ziddir. Müsəlman qadın ərinə qarşı Quran əxlaqına uyğun olmayan formada davranırsa, ərinin deyil, Allahın rizasını itirir. Bir müsəlman üçün Allahın rizasını qazanmaq əsasdır. Buna görə də ərinin razı olması deyil, Allahın razılığı əhəmiyyətlidir. Bu səbəbdən də, Qurana əsasən, müsəlman qadın səhvini düzəldib Allahın razılığını qazandıqdan sonra nə ərinin, nə də başqa insanların ondan razı olub-olmaması əhəmiyyətli deyil. Onsuz da əri mömindirsə, Allahı razı edən nəticədən o da razı qalar.
Göründüyü kimi, saxta hədislərin ümumi məntiqi Allahı və Quran hökmlərini əsas almayan və tamamilə şirkin üzərinə qurulan cahiliyyə evliliklərini xatırladır. Halbuki Qurana əsasən, evlilikdə qadın və kişinin hər ikisi Allahdan qorxan üstün əxlaqlı şəxslər olmalıdır. Qurandakı evlilik buna əsaslanır. Evli olduqları müddət boyu bir-birilərinə qarşı hörmət, mərhəmət, sədaqət və vəfa hissləri daha da güclənir.
Allah Quranda evliliyin sevgi, mərhəmət və mülayimliyə əsaslandığını belə buyurur:
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21)
Beləliklə, yuxarıdakı saxta hədislərdə haqqında bəhs edilən dava-dalaşın və anlaşılmazlığın baş alıb getdiyi evlilik modeli ilə Qurandakı evlilik modeli arasında böyük fərqlər var. Bunu unutmaq olmaz ki, İslam dinində yaxşılıq insanlardan qarşılıq görmək üçün deyil, Allah rizası üçün edilir. Müsəlman gördüyü xeyirli işlərin qarşılığını ancaq Allahdan umar. Ayədə Allah bu barədə belə buyurur:
Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. (O bunu) ancaq ən uca Rəbbinin üzünü dilədiyindən (edər). O, mütləq razı qalacaqdır! (Leyl surəsi, 19-21)
Belə ki, Qurana görə, qadın yalnız Allahın razılığını qazanıb Ona şükür etməlidir. Onun tək sahibi uca Rəbbimizdir, əri deyil. Buna görə də qadının ərinin haqqını ödəmədiyi üçün iyrənc hərəkətlərə yol verməli olduğunu deyən bu məntiq Qurana tamamilə müxalifdir.
Rəsuli-Əkrəmdən (səv) belə rəvayət edilir ki, qadın zərər görməyə açıq varlıqdır; şeytan onun başının üstünü kəsər. (Buna görə də çölə çıxmamalı, yaxud da çıxanda diqqətli olmalıdır). (Mizanül-hikmə, cild 2, səh.259)
Qadın cəmiyyətin dayağı, süsü və gözəlliyidir. Qadının varlığı, cəmiyyətdə söz və fikir sahibi olması böyük nemətdir. Buna görə də Allahın ağıllı yaratdığı qadın hər şeyi təfərrüatlı şəkildə görə bilir, mükəmməl qərarlar verir və hər cür tədbiri öncədən almağı bacarır. Belə ki, İslam dinində qadına verilən dəyər çox yüksəkdir. Bu, tam başa düşüləndə İslam dini dünyada haqqı ilə anlaşılacaq.
Bütün bu səbəblərdən dolayı İslam düşmənləri əsrlər əvvəl xüsusilə qadın mövzusu üzərindən dinimizdə təxribat törətməyə çalışıblar. Bunun üçün istər uydurma hədis və batil inanclardan, istərsə də cəmiyyətin (Qurana tamamilə zidd) adət-ənənlərindən qalxan kimi istifadə ediblər. İslamda qadının hər cür günaha açıq, dəyər verilməyən və ikinci dərəcəli varlıq kimi tanınmasına çalışıblar.
Məsələn, yuxarıda verilən hədisdə qadının iradəsinin zəifliyindən, həmçinin əxlaqsızlığa və şeytanın vəsvəsəsinə açıq olduğundan bəhs edilir. Eyni zamanda kişilərə tövsiyə edilir ki, qadından göz-qulaq olub əxlaqsızlıq etmə ehtimalının çox olduğuna görə onu mümkün qədər çölə çıxmağa qoymasınlar.
Halbuki açıq-aydındır ki, bu sözləri Peyğəmbərimiz (səv) deməyib. Qadınlarla məsləhətləşən, savaşlarda onlara qoruma vəzifəsi verən, məclislərdə geniş yer ayıran, vaxtının çox hissəsini onlarla söhbət edərək keçirən, qadınlara dərin hörmət bəsləyən Peyğəmbərimizin adından yalan uyduranlar qadın düşməni olan xurafatçılardır.
Peyğəmbərimizin (səv) dövründə daha əvvəl də ətraflı bəhs etdiyimiz kimi, qadınlar müharibələrə və hər cür ictimai mühitə qatılır, ticarətlə məşğul olur və dini təbliğ edirdilər. Quran ayələrində qadının evdən çölə çıxarılmayacaq qədər təhlükəli və zəif varlıq olduğunu ifadə edən bir işarə belə yoxdur. Əksinə, Quranda xurafatçıların qadınlar haqqındakı anormal düşüncələrindən və onların Peyğəmbərimizin dövründə də şeytani fəaliyyətlər apardığından bəhs olunur:
Onlardan birinə, mərhəmətli (Allaha) aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar. (Züxruf surəsi, 17)
Diri-diri torpağa gömülən körpə qızdan: "Axı o hansı günaha görə öldürüldü?" soruşulacağı zaman. (Təkvir surəsi, 8-9)
Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir! (Nəhl surəsi, 58-59)
Həmin ayələr xurafatçıların qadına müdhiş baxışını təsvir edir və Allahın bu zehniyyətə nə qədər lənət etdiyini bizə göstərir. Uşağı qız olacaq deyə qəzəbdən üzü qaralan, qadına bu qədər nifrət edən və daha da irəli gedib onu diri-diri torpağa basdıran zehniyyət tarixdə mövcud olub. Onların hamısı yuxarıdakı "Təkvir" surəsinin 8 və 9-cu ayələrində bildirildiyi kimi, axirətdə etdiklərinin hesabını verəcəklər. Qadına düşmənlik hissi Allah qatında qəzəbə səbəb olur.
KADINA ZULÜM KURAN'DA YOKTUR. BU DEHŞET VERİCİ GÖRÜNTÜLER KURAN'A UYULMADIĞINDA ORTAYA |
Kadın düşmanlığı ve nefretiyle dolup taşan bağnaz zihniyet yüzyıllardır kadınlara yönelik şeytani yaklaşımlarını hiç değiştirmemiştir. |
Göründüyü kimi, qadına nifrət bəsləyən xurafatçılar bu düşüncələrini əsrlər boyu davam etdiriblər. Quranın onların yanlış məntiqini əsla dəstəkləmədiyini bildiklərinə görə pis niyyətlərini saxta hədislər yolu ilə həyata keçiriblər. Xüsusilə qadınlara qarşı qorxunc hədislərin çoxluq təşkil etməsinin əsas səbəbi elə budur.
Başqa bir saxta hədisə əsasən, xurafatçılar qadınları ölməyəcək dərəcədə ac qoyub onlara gözəl geyimləri qadağan etməklə tərbiyə etməyi düşünürlər. Onlara görə, qadını ac saxladıqda və ona pis geyimlər verdikdə onun çölə çıxmağa da həvəsi olmayacaq. Həmin hədis belədir
Qadınları zərər verməyəcək qədər ac saxlayın və çılpaq qalmayacaqları qədər də paltarsız buraxın. Çünki qadınlar doyunca yesələr və gözəl geyinsələr, çölə çıxıb gəzməkdən çox həzz alarlar. Fəqət onlar bir az ac, bir az da çılpaq qalsalar, onlar üçün evdə oturmaqdan yaxşı şey yoxdur. (İbnül-Cəvzi, Məvzuat, II/282283; Suyuti, Ləali, II/154 İbn Ərrak, Tənzihüş-şəriə, II/212213)
Evin qabağında oturmasınlar deyə qadınlarınıza yeni paltar almayın, çünki geyimləri təzə və qəşəng olsa, çölə çıxıb gəzmək arzusuna düşərlər. (İmam Qəzali, Kimyayi-səadət, səh.178; İbn Əbi Şeybə, Müsənnəf, IV/II, 420)
Sizdən biri yaşlı, dişləri tökülmüş və çirkin ola bilər. Eyni zamanda xanımı da cavan və gözəl ola bilər. Bu cavan və gözəl qadın bazara çıxanda və ya toyda gedəndə gördüyü yaraşıqlı kişilərlə ərini müqayisə edib ərinin üzünə belə baxmaq istəməz. Bəlkə də, ərinin onu öpməyini və cinsi əlaqədə olmağını belə istəməz. Belə ki, qadının kişilərin çox olduğu yerlərə getməsi ona ən azından belə təsir edəcək. (İmam Şarani, Uhudül-kübra)
Sözügedən saxta hədislərdə getdiyi yerlərdə özünə hakim ola bilməyən, Allah qorxusu və imanı ilə deyil, instinktləri ilə hərəkət edən, buna görə də qapalı yerdə saxlanmalı olan məxluqdan bəhs olunur. Belə bir təsvir tam olaraq xurafatın qadına baxış formasıdır.
Bizi isə xurafatın deyil, Quranın baxış forması maraqlandırır. Quranda təsvir edilən müsəlman qadın Allahdan qorxur. Buna görə də, harada necə geyinəcəyini, iffətini necə qoruyacağını və ictimai yerlərdə özünü necə aparacağını çox yaxşı bilir. Bunları bilmək üçün ona Quran kifayət edir və bunun üçün bir kişinin ona yol göstərməsinə ehtiyacı yoxdur. Qadının hərəkətlərinə qərar verən kişi deyil, Allahdır. Quranın heç bir yerində kişiyə belə bir hüquq verilməyib.
Allah Quranda mömin kişilərə xitab etdiyi kimi, mömin qadınlara da xitab edir. Buna görə qadın Allahın ona xitabını gözəl görür və bunu ən mükəmməl şəkildə yerinə yetirmək üçün çalışır. Qurandakı əxlaqı mənimsəmək üçün qadının Allahdan qorxması yetərlidir. Kişinin ona göz qoyması ilə bunun baş tutacağını zənn edənlər sadəcə saxta hədislərin əsirinə çevrilən xurafatçılardır.
Bundan başqa, Allah Quranda müsəlmanların kişi və ya qadın olmasından asılı olmayaraq, israf etmədən halal nemətlərdən yeyib-içmələrini, məscidlərə gözəl geyinmələrini, zinət əşyalarından istifadə etmələrini və baxımlı olmalarını buyurur:
Ey Adəm oğulları! Məscidlərə (gedəndə) zinətlərinizi taxın. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. (Əraf surəsi, 31)
Qadınlara küçəyə çıxmağı qadağan edən heç bir ayə yoxdur. Tam əksinə, ayələrdən açıq şəkildə başa düşülür ki, Allahın əmrinə əsasən, aktiv sosial həyata malikdirlər. Bundan dolayı, həmin saxta hədislərdəki ifadələr Quran ayələri ilə ziddiyyət təşkil edirlər.
John William Godward’nun “On the Balcony” adlı yağlı boya tablosu, 1911 |
Bir kadın nasıl yaşaması, nasıl giyinmesi gerektiğini Kuran’dan öğrenir; bir erkekten değil. |
John William Godward’nun “Nerissa” adlı yağlı boya tablosu, 1906 |
Allah’ın “en güzel surette yarattım” dediği kadınları kara köpek, eşek, domuz, gibi benzetmelerle aşağılamak, uğursuz diye nitelendirmek Kuran ahlakıyla asla bağdaşmaz. Müslüman kadınlar Kuran’da övülen, örnek gösterilen, saygı ve sevgi duyulan, nimet konumunda olan son derece mübarek insanlardır. |
Rəsulullah buyurdu ki, sizdən biriniz sütrəsiz (səccadənin önünə qoyulan maneə) namaz qılarsa, (önündən keçdiyi təqdirdə) bunlar namazını pozar: eşşək, donuz, yəhudi, məcusi və qadın... (Buxari, Salat 90, Elm 18, Azan 161, Cəzaüs-Sayd 25; Müslim, Salat 254 (504); Müvətta, Qəsrüs-Sala)
Namazı qara it, eşşək, donuz və qadın pozur. (Səhihi-Müslim, Salat 265; Tirmizi, Salat 253/338; Əbu Davud, Salat, 110/720)
Üç şeydə uğursuzluq var: qadında, evdə və atda. (Əbu Davud, Tibb 24/3922; Müslim, Salam 34/115; Buxari, Nikah 17/4805)
Bir şeydə (uğursuzluq) olsa idi, qadın və məskəndə olardı. (Buxari, Cihad 47, Nikah 1, Tibb 43, 54; Müslim, Salam 119, Müslim, Tibb 117-120, (2226); Müvətta, İstizan 21)
Bu hədisləri də yuxarıdakı açıqlamalara uyğun dəyərləndirmək lazımdır. Allahın gözəl surətdə yaratdığı dediyi qadınları qara it, eşşək, donuz kimi bənzətmələrlə alçaltmaq, uğursuz adlandırmaq Quran əxlaqına əsla uyğun gəlmir. Müsəlman qadınlar Quranda təriflənən, nümunə göstərilən, hörmət və sevgi bəslənən mübarək insanlardır.
Eyni zamanda çox sevimli və insanlar üçün faydalı olan canlıların uğursuz varlıq kimi ibadəti pozduğunun deyilməsi bu qorxunc məntiqin təzahürüdür.
Ümumiyyətlə, İslamda uğurluluq və ya uğursuzluq anlayışı yoxdur. Bu sözlər tamamilə şirkə əsaslanır. Xeyir də, şər də Allahdandır. Yaradılmış heç bir şeyin insana uğur və ya uğursuzluq gətirməsi mümkün deyil və müstəqil gücü də yoxdur. Uğursuzluğa inanmaq müşrik xüsusiyyətidir və Allah, əslində, onların uğursuz olduğunu bildirir:
... Agah olun ki, Allah qatında uğursuz olanlar özləridir, lakin onların əksəriyyəti bilməz! (Əraf surəsi, 131)
Bu hədislər əvvəlki bölmələrdə ətraflı şəkildə bəhs edilən sözdən fərqli mənaların çıxarılmasına nümunə təşkil edir. Bundan başqa, əvvəl də qeyd etdiyimiz kimi, əvvəlini və sonun eşitməmək sözün müxtəlif mənalarda yozulmasına səbəb olmuşdur. Əbu Hüreyrədən rəvayət edilən bu hədisi təkrar yazırıq:
"Üç şeydə uğursuzluq var: qadında, evdə və atda" sözünün peyğəmbərimizə aid edildiyini eşidən hz.Aişə belə demişdir: "Allaha and içirəm ki, Allahın elçisi əsla belə bir söz deməyib. O ancaq belə deyib: "Cahiliyyə əhli belə deyərdi: üç şeydə uğursuzluq var: qadında, evdə və atda".
Bu məsələdə hz.Aişədən rəvayət edilən Buxariyə aid başqa səhih hədis isə belədir:
"Yanımda namazı pozan şeyləri saydılar. Dedilər ki, it, eşşək və qadın namaz qılanın önündən keçərsə, namaz pozulur. Mən də dedim ki, bizi (qadınları) niyə itin yerinə qoyursunuz? Halbuki mən onun yatağında onunla qiblə arasında yatarkən namaz qılardı".
Göründüyü kimi, Peyğəmbərimiz (səv) önündə hz.Aişə var ikən namaz qılır. Burdan da başa düşürük ki, həmin xurafat Peyğəmbərimizə atılan böyük iftiradır və onun vəfatından sonra bu, hz.Aişə tərəfindən rədd edilmişdir.
John William Godward’nun “Idlenessfont_resimalti” adlı yağlı boya tablosu, 1900 |
Bağnaz zihniyeti yaşayan bir insan, mevzu hadislerin etkisiyle, dünyada en yakın olması gereken varlığa, eşine karşı kuşkusuz nefret duygusu dışında bir his duymayacaktır. Bağnazlığın getirdiği büyük tahribatlardan biri budur. |
Qadının yeddi sifəti var: üst-baş həvəsinə görə meymun kimi, kasıb olmağa razı olmadığına görə köpək kimi, ərinə və digərlərinə qarşı kibrindən yana ilan kimi, gecə-gündüz dedi-qodu etdiyinə görə əqrəb kimi, evindən əşya satdığına görə siçan kimi, kişilərə hiylə qurduğuna görə tülkü kimi və ərinə itaət etdiyinə görə qoyun kimidir.(İmam Qəzali, İhyayi-ülumud-din)
Bu yerdə belə sual yaranır: yuxarıdakı iyrənc ifadələrə inanan bir kişi qadına hansı gözlə baxar? Xanımını necə sevə bilər? Belə bir adam dünyada ən yaxın olmalı olduğu insana nifrət hissindən başqa nə duyar? Öz xanımını heyvan kimi gördüyü halda, Quranda üzərində çox durulan sevgi və məhəbbəti necə əldə edə bilər? Əlbəttə, əldə edə bilməz. Halbuki Allah Quranda cütlüklərin arasındakı xüsusi sevgi və mərhəmətdən bəhs edir:
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21)
Bunu nəzərdə saxlayıb mövzunu bir az ətraflı izah edək:
Ümumiyyətlə, qadına belə baxan adam öz anasına, bacısına və qızına da elə baxar. Onlara normal münasibət bəsləməyib alçaldıcı üslubda yanaşar.
Məlum məsələdir ki, saxta hədislər sevgini deyil, nifrəti təsvir edir. Həmin hədislərdəki təsvirə əsasən, bir qadını sevmək mümkün deyil. Onsuz da saxta hədislərdə sevgidən heç bəhs olunmur. Allahın Quranda əsas şərt olaraq buyurduğu möhtəşəm hiss və Allahın kainatı yaratma məqsədi olan sevgi sanki unudulmuşdur. Bu, necə dindir ki, bu qədər çox düşməni var və demək olar ki, bunların əksəriyyəti qadınlardır? Belə bir din qətiyyən Qurandakı din deyil.
Bundan başqa, bunu da qeyd etmək lazımdır ki, Quranda hüsnü-zənlə, yəni gözəl zənlə baxmaq əsasdır. Dəlil və şahidlər olmadan sui-zənn etmək haramdır. Odur ki, qarşı tərəf qadın olduğuna görə ona olumsuz düşüncə ilə yanaşmaq Qurana əsasən, sui-zənn, yəni pis zəndir. Bu da öz növbəsində yalan və haramdır. Bir adama hiyləgər deyə bilmək üçün onun saxtakar və səmimiyyətsiz olduğunun şahidi olmaq lazımdır. Bir adamı oğurluqda ittiham etmək üçün onun oğurluq etdiyini görmək lazımdır. Dəlil və şahidləri olmadan bir adama qarşı sırf qadın olduğu üçün belə ittihamlar irəli sürmək Qurana görə iftira sayılır. İftiranı atan da zalımlıq etmiş olur. Xurafatçılar batil dinin içində Quran hökmlərindən xəbərsiz halda yaşadıqlarına görə saxta hədislərdəki azğın düşüncələri görə bilmirlər. Sonrakı bölmədə qadınları alçaltmaq üçün Qurandan dəlillər gətirməyə çalışanların iddialarına cavab veriləcək.
John William Godward’nun “The Love Letter” adlı yağlı boya tablosu, 1913 |
Mevzu hadislerdeki tanımlarda sevgiye değil nefrete teşvik vardır. |
Bunu mütləq vurğulamaq lazımdır: Quranda Peyğəmbərimizin (səv) xanımlarına dair endirilən ayələr mövcuddur. Peyğəmbərimizin yaşadığı dövrdə fitnənin və ehtimal olunan yanlış anlaşılmaların qarşısını almaq üçün Allah Peyğəmbərimizin xanımlarını digər qadınlardan ayrı tutmuşdur. Quranda bu barədə belə buyurulur:
Ey peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab surəsi, 32-33)
Yuxarıdakı ayələrdə Peyğəmbərimizin (səv) xanımları həyat tərzi, danışıq və geyim şəkli kimi məsələlərdə ayrı vəzifələrə sahibdir. Quran ayələrini şərh edənlər bəzən bu ayələrin bütün müsəlman qadınlara xitab etdiyini qeyd edirlər. Halbuki həmin ayələr bütün müsəlman qadınlara deyil, yalnız Peyğəmbərimizin (səv) xanımlarına aiddir.
John William Godward’nun “Dolce Far Niente” adlı yağlı boya tablosu, 1889 |
Kuran’a göre evlilikte kadın ve erkeğin ikisi de Allah’tan korkan, seçkin, asil ve üstün ahlaklı insanlar olmalıdır. Kuran’daki evlilik bu esasa dayanır. |
Qadınlarla bağlı saxta hədislərdən bu bölmədə bəhs etməklə göstərmək istəyirik ki, bir çox İslam cəmiyyətlərində yanlış inanc şəkli formalaşıb, beləliklə, istədik ki, bu yanlışlığın mənbəyini göstərək. Bu minvalla, İslam adından belə şeylərə inananlar və ya bunlardan dolayı İslama cəbhə açanlar qadınlara zülm edən bu sistemin həqiqətdə Quranda qətiyyən olmadığını görə bilərlər.
Lakin bəzi insanlar qadınların alçaldılmasına Qurandan dəlil göstərməyə çalışırlar. Bu isə müxtəlif Quran ayələrinin yanlış təfsir olunmasından, mötərizələrdə şəxsi fikirlərin verilməsindən və bəzən də ayələrin saxta hədislər əsasında şərh olunmasından qaynaqlanır. Halbuki yalnız Qurana nəzər yetirdikdə görürük ki, xurafatçıların şəxsi açıqlamalarının heç birini Quranda tapmaq mümkün deyil.
Bunu daha yaxşı başa düşmək üçün illərlə qadınların evdən çölə buraxılmaması, döyülməsi, yarım varlıq kimi sayılması kimi məsələlərdə dəlil gətirməyə çalışdıqları ayələri araşdıracağıq. Ayələr bir xurafatçının deyil, dindar bir müsəlmanın baxışı ilə açıqlananda, yəni xurafatçıların saxta dini işə qarışmayanda açıq şəkildə görünür ki, qadına yer üzündə ən çox dəyər verən elə Qurandakı sistemin özüdür.
Məlum olduğu üzrə, xurafat dininin ən çox gündəliyə gətirdiyi mövzunun başında qadınların örtünməsi gəlir. Dinin bir çox hökmünə ciddi yanaşmayan, amma sünnə (hədislərin icrası) mövzusunda çox ciddi olduğunu iddia edənlərin din anlayışı, ümumiyyətlə, "baş örtüyü=din" şəklindədir. Bəs yaxşı, bu adamların dinin simvolu kimi gördükləri baş örtüyü Quranda, həqiqətən, varmı?
Bir çox alim baş örtüyü və örtünmə barədə açıqlamalarını Qurandan götürdüklərini deyirlər. Bəzi ayələri də iddialarına dəlil kimi göstərirlər. Halbuki Quranda baş örtüyü haqqında bir ayə olsun belə yoxdur. Beləliklə, əvvəlcə, Quranın təfsir və məallarda necə şərh olunduğunu bilmək lazımdır.
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinətlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Nur surəsi, 31)
Bu ayədə məallarda "baş örtüklərini yaxalarının üstünə çəksinlər" şəklində tərcümə olunan cümlənin ərəbcəsində, əslində, "baş örtüyü" kəlməsi işlənmir. Burada "örtük" kəlməsi işlənir. Ayədəki sözlərin ərəbcə mənalarını araşdıranda bunu açıq şəkildə görürük:
...Baş örtüklərini yaxalarının üstünə çəksinlər... (Nur surəsi, 31)
Vəqul lilmuminati yəğdudnə min ibsarihinnə və yəhfəznə furucəhunnə və la yubdinə zinətəhunnə illa ma zəhəra minha vel yadribne bi humurihinne alâ cuyûbihinne, və la yubdinə zinətəhunnə illa li buulətihinnə əv abaihinnə əv abai buulətihinnə əv əbnaihinnə əv əbnai buulətihinnə əv ixvanihinnə əv bəni ixvanihinnə əv bəni əxəvatihinnə əv nisaihinnə əv ma mələkət əymanuhunnə əv ittabiinə ğəyri ulil-irbəti minər-ricali əvit tiflil-ləzinə ləm yəzhəru əla əvratin nisai və la yədribnə bi ərculihinnə li yuləmə ma yuxfinə min zinətihinnə və tubu ilallahi cəmiən muminunə ləəlləkum tuflihunə.
Yadribne: "darabə" feilindən törəyib "vurmaq", "döymək", "buraxmaq", "örtmək", "bağlamaq" kimi mənalar ifadə edir.
Xumurihinnə: "Xamara" sözündən törəyib. "Xamru" "şərab", "sərxoşluq verən" mənasındadır. Kəlmə bu ayədə örtük mənasını verir. Ümumiyyətlə, hər cür örtük, pərdə, sipər kimi mənaları var.
Cuyubihinnə: Cuyub kəlməsinin cəmidir. Döş, yaxa, cib, sinə, bağır, oyuq kimi mənalar daşıyır.
İndi ayənin "baş örtüklərini yaxalarının üstünə çəksinlər" şəklində tərcümə edilən "vəl yədribnə bi xumurihinnə əla cuyubihinnəB " hissəsini kəlmə-kəlmə araşdıraq:
Baş örtüyünə dəlil kimi göstərilən "xumur" sözü çox geniş məna ifadə edir və ümumiyyətlə, örtük mənasına gələn "ximar" kəlməsinin cəmidir. Bu kəlmə "örtmək" mənasını daşıyan "xamr" sözünün kökündən törəyib.
Lüğətlərdə "ximar" sözü ümumi mənada örtük kimi tərcümə olunur. Kəlmə hər hansı bir şeyi örtmək mənasını ifadə edir. Buna görə də ayədə "baş örtüklərini" şəklində tərcümə olunan sözün həqiqətdə yalnız örtük olduğu və "baş" kəlməsinin ayənin heç bir yerində işlənmədiyi görünür.
Ayədə işlənən bu feil baş örtüyünü Quranın hökmü kimi göstərməyə çalışanlar tərəfindən "endirsinlər, salsınlar" şəklində tərcümə edilir. Bunun səbəbi odur ki, başda onsuz da bir baş örtüyünün olduğunu sübut etmək üçün "baş örtüyünü sinələrinin üstünə çəksinlər" ifadəsindən istifadə edə bilməkdir. Halbuki feilin belə bir mənası yoxdur və ondan belə istifadə olunur:
"Yədribnə" feili "darabə" kökündən əmələ gəlib. "Darabə" vurmaq, döymək, buraxmaq, örtmək və bağlamaq mənalarında işlənir. Ayədəki mənası, yəni "örtüklərini (bi xumurihinnə) sinələrinə (əla cuyubihinnə) vursunlar (liyədribnə)" ifadəsi sinə bölgəsinin örtülməsini bildirir. Quranda "salsınlar, endirsinlər" mənasında "fəlyudninə" kəlməsindən istifadə olunur. Bu feil isə ayənin heç bir yerində işlənmir.
"Cuyub" sözü bizə məlum olan "cib" kəlməsinin cəm formasıdır. (Köynəkdə cib açmaq, cibinə qoymaq, cibindən çıxarmaq kimi mənalarda işlənir). Bundan başqa, döş, yaxa, qoyun, sinə, bağır, oyuq, xırda pul qabı, yarıq, boyun kimi mənaları var. Bu söz Quranda üç yerdə işlənir. "Cuyub" sözündən "Nur" surəsinin 31-ci ayəsində istifadə olunur; kəlmənin tək halı, yəni "ceyb" sözü isə hz.Musa qissəsində bildirilən iki ayədə işlənir. Kəlmədən bu iki ayədə belə istifadə olunur:
Əlini qoynuna (fi ceybikə) sal ki, ləkəsiz, ağappaq çıxsın... (Nəml surəsi, 12)
Əlini qoynuna (fi ceybikə) sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın... (Qəsəs surəsi, 32)
Göründüyü kimi, yuxarıdakı iki ayədə də "cuyub" kəlməsi hz.Musanın sinəsi və ya qoynu mənasında işlənmişdir. Bütün bunlar onu göstərir ki, "cuyub" kəlməsi "ximar", yəni örtmək sözü ilə birlikdə istifadə olunanda sinənin örtünməsi mənasına gəlir. Başı örtmək deyə bir söz ayənin heç bir yerində yoxdur.
Nur Suresi 31. ayette geçen cuyub kelimesi göğüs, humur kelimesi ise örtmek anlamındadır. Ayette göğsün örtülmesi tarif edilmektedir. Başın örtülmesine dair ise ayette hiçbir ifade geçmemektedir. |
Quranda baş örtüyünün olduğunu müdafiə etmək istəyən bəzi təfsirçilər "Nur" surəsinin 31-ci ayəsini tərcümə edərkən köməkçi izahlardan istifadə ediblər. Buradakı məqsəd ayəni bir azdan haqqında danışacağımız baş örtüyünə dair saxta hədislərə uyğunlaşdırmağa çalışmaqdır (ayəni tənzih edirik). Bu isə "baş örtüklərini çəksinlər" yanlış tərcüməsi ilə həyata keçirilir.
Kuran‘ın hiçbir yerinde başörtüsü ifadesi geçmemektedir. Buna rağmen bazı tefsirciler, bir kısım mevzu hadislere uyum gösterebilmek için Kuran‘dan zorlama bir şekilde başörtüsü hükmü çıkarmaya çalışmışlardır. |
Bəzi məallarda ayənin "baş örtüklərini yaxalarının üstünə çəksinlər" şəklində təfsir edilən hissəsində yuxarıda izahını verdiyimiz kimi, nə "baş örtüyü", nə də "çəksinlər" ifadəsi keçir. Buna baxmayaraq, ayəni belə təfsir etmək istəyənlər Qurana zidd düşündükləri üçün ciddi şəkildə təzada düşürlər. Bir çoxu "onsuz da başlarında var olan baş örtüyünü yaxalarının üstünə saldılar" kimi təəccüblü izah verərək iddia edirlər ki, qadınların başlarında ayə nazil olanda örtük var idi. Dövrün müsəlman qadınlarının başlarında onsuz da örtüyün ola bilməsi üçün bu barədə Quranla gəlmiş olan şərt və hökm lazımdır. Halbuki Quranın heç bir yerində baş örtüyü ilə bağlı açıqlama keçmir. Belə ki, o dövrün qadınlarının dini hökm olaraq başlarını örtmələri mümkün deyil. Buna görə də bəzi təfsirlərdəki "zatən var olan baş örtüyü" izahı ciddi şəkildə məntiq pozuntusudur. İndi də bu məntiq yanlışlığını açıqlayaq:
1- Bəzi təfsirçilər onsuz da başda var olan örtük iddiasına açıqlama gətirmək üçün "Əhzab" surəsinin 59-cu ayəsində işlənən "cilbab", yəni çarşab ilə əlaqəli ayənin "Nur" surəsinin 31-ci ayəsindən əvvəl endirildiyini və belə ki, müsəlman qadınların başlarında onsuz da örtük olduğunu iddia edirlər. Məntiq boşluğunun biri elə burda ortaya çıxır. Cilbab bir azdan ətraflı izah edəcəyimiz kimi, bütün vücudu başdan ayağa örtən bir geyim, yəni çarşabdır. İstifadə etməkdə məqsəd bütün bədəni örtməkdir. "Nur" surəsinin 31-ci ayəsinin qadınların sinələrinin örtmələri barədə hökm olduğunu xatırlasaq, cilbab, yəni çarşabla gəzən qadının sinəsinin açıq olmaq ehtimalının olmadığını, buna görə də ayənin bütün vücudunu və başını çarşabla örtən qadınlara xitab etmədiyini başa düşürük. Belə görünür ki, həmin iddianı ortaya atanlar bu əhəmiyyətli və əsas məsələni unudurlar.
2- Dövrün ərəb cəmiyyətlərində qadınlar çılpaq dolaşırdılar. Ayə bunun üzərinə nazil olmuşdur. Bu ayədən sonra müsəlman qadınlar açıqda olan sinələrini örtməyə başlamışdılar. Ayədə işlənən "cuyub" kəlməsinin sinə mənasını ifadə etdiyini və bu ayədəki həmin cümlənin həqiqi mənasının "örtüklərini sinələrinin üzərinə vursunlar" şəklində olduğunu təkrar xatırladaq.
3- "Onsuz da var olan baş örtüyü" iddiasını israrla müdafiə edən təfsirçilərə görə, həmin qadınların başları baş örtüyü ilə onsuz da bağlı idi, fəqət bu məntiqə görə, hər necə isə sinələri açıq gəzirdilər! Belə ki, qadınlar başlarını örtməyi düşünmüş, lakin sinələrini unutmuşdular (müsəlmanları tənzih edirik). Başlarını örtməyə ciddi yanaşmış, amma vücudlarını açıqda saxlayırdılar. Həmin təfsirçilərin "onsuz da var olan baş örtüyü" iddiası bu nəticəni ortaya çıxarır. Bu adamlar öz izahları ilə iddia edirlər ki, sinələri açıq, ancaq başları örtülü olan qadınlara öyüd verilirdi ki, başlarındakı örtüyü sinələrinə çəksinlər. Belə bir yanlış məntiq baş örtüyü hökmünü zorla Qurana daxil etməyə çalışmağın vahiməli nəticəsidir.
4- Bu qəribə izaha görə, başda var olan baş örtüyü o qədər uzundur ki, sinəni iki tərəfdən tamamilə örtəcək qədər aşağı enə bilir. Belə ki, bu məntiqə görə, çılpaq gəzən dövrün qadınlarının hər birinin başında onsuz da bir baş örtüyü var və o da çarşab kimi uzundur. Odur ki, ayəni yanlışlıqla "baş örtüklərini çəksinlər" şəklində təfsir etmək bunu müdafiə edənləri məntiq boşluğuna sürükləyir. Bu vəziyyət mənası olduqca açıq olan bu ayəyə başqa məna verməyə çalışmağın gətirdiyi nəticədir.
Ayəyə baş örtüyü izahı əlavə etmək üçün uydurulan saxta hədislər isə daha böyük xətalar ehtiva edir. Bu barədə növbəti səhifələrdə məlumat veriləcək.
Ərəbcə bir mətnin tam başa düşülməsi üçün, yəni tərcüməsinin doğru edilməsi üçün bəzi şeylərə diqqət etmək lazımdır:
Xanımlara aid təsəttür meyarlarının tam müəyyən olunması üçün "örtük" kəlməsinin ərəbcə necə istifadə olunmasına diqqət edilməlidir. Ümumiyyətlə, ərəbcədə "örtük" kəlməsi örtüləcək əşya ilə birlikdə vurğulanaraq işlənilir. Məsələn, bu kəlmənin yanına "masa" sözü yazdıqda "masa örtüyü" olur. Bunun kimi, "örtmək (ximar)" kəlməsinin yanına "baş (rəs)" kəlməsi əlavə olunmaqla "ximaru-rəs", yəni "baş örtüyü" kəlməsi əmələ gəlir. Əgər Quranda qadınların başlarını örtməyi əmr olunsa idi, "ximaru-rəs" kəlməsindən istifadə olunardı. Lakin Quranda belə bir ifadə yoxdur.
Belə ki, Quranda dəstəmazla bağlı "Maidə" surəsinin 6-cı ayəsində başın məsh edilməsi məsələsində "baş" kəlməsi "rəs" ilə vurğulanmışdır.
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza da... (Maidə surəsi, 6)
Ərəbcə oxunuşu: Ya əyyuha əlləziynə amənu iza qumtum ila əssəlati fə iğsiluu vucuhəkum və əydiyəkum ila əlmərafiqi və imsəhuu bi ruusikum.
Aydın görünür ki, Quranda Allah qadınlar üçün baş örtüyü əmrini versə idi, bu, Quranda açıq şəkildə müəyyən edilərdi. Lakin qadınların geyimi ilə əlaqəli ayələrə nəzər saldıqda Quranda baş ilə bağlı belə bir vurğunun olmadığını görürük.
Quranda tərcümə ilə bağlı araşdırma aparan zaman müəyyən sözün ayədəki digər kəlmələrlə necə istifadə olunmasına və başqa ayələrdə bu kəlmənin necə işləndiyinə baxmaq lazımdır.
"Nur" surəsinin 31-ci ayəsində "ximar" (örtük) kəlməsinin yanında "cuyub" kəlməsi işlədilir və mövzu bu sözlə vurğulanır ki, yuxarıda da bəhs etdiyimiz kimi, kəlmənin işləndiyi bütün başqa ayələrdə də bu sözdən sinə üçün istifadə olunur. Beləliklə, ayəyə əsasən, örtünməli olan yerə baş deyil, sinədir
Başqa dillərə nisbətən ərəb dilində daha çox söz ehtiyatı vardır və bu dildə cümlələr daha zəngin mənalar ehtiva edə bilir. Çox az sözlə çox şey demək mümkündür. Bir sözün fərqli istifadəsi və bundan dolayı, fərqli mənaları ola bilər. Elə buna görə də ayədəki məna çox açıq olsa da, bir çox təfsirdə mötərizədə əlavələrdən istifadə olunur və tərcüməçinin şəxsi izahlarına yer verilir.
Burada xatırladaq ki, Quran tərcüməçilərinin çoxu, ümumiyyətlə, hədisləri dinin təməli kimi görən ənənəvi İslam anlayışına malik şəxslərdir. Eyni zamanda bu şəxslərin tərcümələrinə çox etibar edirlər və tərcümələrdəki şəxsi fikirlər çox vaxt həmin adamların klassik düşüncələrinə və saxta hədislərə əsaslanır. Həmin tərcüməçilər mötərizələrdə (bilərək və ya bilməyərək) saxta hədislərin mənalarına uyğun şəkildə ayənin mənasını dəyişdirməyə meyil göstərirlər.
Məallarda "Nur" surəsinin 31-ci ayəsini araşdırdıqda görürük ki, ayənin heç bir yerində "baş örtüyü" kəlməsi keçməsə də, təfsirçilər mötərizə daxilində və ya birbaşa mətnin özündə "baş örtüyü" sözündən istifadə etmişdir. Ayədə "baş", yəni "rəs" kəlməsi qəti şəkildə olmamasına, həmçinin "örtük" kəlməsi sinə kəlməsi ilə birlikdə işlənməsinə, yəni örtülməli olan yer açıq şəkildə göstərilməsinə baxmayaraq, hər hansısa bir örtük mənasını ifadə edən "ximar" kəlməsi sanki yanında "baş" kəlməsi işlənibmiş kimi "baş örtüyü" kimi tərcümə olunur. Buna görə də ayədəki hökm dəyişdirilmişdir. Bu hökm öz növbəsində ənənə halını almış və qadınların baş örtüyündən istifadə etməli olduqları inancını ortaya çıxarmışdır.
Halbuki təfsirçilər tərəfindən sonradan əlavə edilən bu izah məaldan çıxarılanda açıq-aydın görünür ki, ayə sinənin örtülməsini əmr edir. Ayəni birbaşa belə oxuyan hər kəs yalnız bu məna ilə rastlaşar.
Mömin qadınlara da de ki, gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız. (Nur surəsi, 31)
"Nur" surəsinin 31-ci ayəsində Allahın diqqət çəkdiyi başqa bir məsələ qadınların zinətləridir. Ayədə işlənən həmçinin "gizlətdikləri zinətləri bilinsin deyə" ifadəsi ilə qadının baş hissəsinin deyil, sinəsinin gizlənməli olduğu başa düşülür.
Lakin bəzi hədis və Quran təfsirlərində yenə mötərizə daxilindəki əlavələrlə və ya sözlərdəki məna dəyişikliyi ilə bu həqiqət fərqli şəkildə göstərilir. Bunları araşdıraq:
Bu ayədə istifadə olunan "ziynətəhunnə" kəlməsinin gerçək mənası azərbaycanca işlətdiyimiz kimi, zinət, yəni süs deməkdir. Kəlmənin sonundakı "hunnə" əvəzliyi sözün xanımlara xitab etdiyini göstərir.
Bəzi alimlərin öz qənaətlərinə görə, qadın vücudu süslü və cəlbedicidir, buna görə də ayədə bütün vücud nəzərdə tutulur. Buradan yola çıxaraq iddia edirlər ki, qadınlar bütün vücudlarını örtməlidirlər. Halbuki ayədə qətiyyən belə bir məna yoxdur.
Bəziləri isə yenə Qurandan tam fərqli şərh irəli sürür və iddia edirlər ki, zinətlər dedikdə boyunbağı yeri nəzərdə tutulur, buna görə də zinətlərin taxıldığı yerə baxmaq haramdır. Bir qismi isə daha da irəli gedib iddia edir ki, qadının kəsilmiş saçına və dırnağına baxmaq haramdır. Beləliklə, bəziləri bunu diqqətdə saxlayıb çox qəribə bir məntiq ortaya atırlar ki, bəs bir qisminə baxmaq adamı hamısına baxmağa sürükləyir. (İbn Həcər, Zəvacir)
Bazı kişiler ayette geçen ziynet kelimesininin boncuk ve takı gibi süs eşyaları olduğunu iddia edecek kadar ileri giderler. Bu izah, sözde hadislere dayanılarak yapılan tevillerin yanlışlığının ve garipliğinin anlaşılması bakımından manidardır. Ayette geçen "gizlenen süsler" açık bir şekilde cinsel organ ve göğüslere hitap etmektedir. |
Diqqət edildikdə görünür ki, bunların hamısı ayə son dərəcə açıq olsa da, "gizlətdikləri zinətləri bilinsin deyə" ifadəsinin fərqli və qəribə izahlarıdır. İzahlar həmişə şərhçinin qadına baxışını büruzə verən şəxsi düşüncələrdən ibarət olur. Qadını örtməyə, passivləşdirməyə və çirkinləşdirib cəmiyyət və insanlardan uzaqlaşdırmağa, həmçinin onu ikinci sinif vətəndaş kimi göstərib (haşa) Allah üçün deyil, kişi üçün yaşamağa layiq varlıq halına gətirməyə çalışan zehniyyətlər ayədəki bir tək zinət sözü ilə qadını tamamilə yox etməyə çalışıblar. Beləliklə, bir çoxları Quran ayələrini yanlış şərh etməklə Qurandan ayrılmış, Quranı anlaşılmaz kitab kimi qələmə vermiş və edilən əlavələr də saxta hədislərlə birlikdə şərh olunanda ortaya Qurandan fərqli din anlayışı çıxmışdır.
Halbuki ayədə işlənən "gizlənən zinətlər" ifadəsinin mənası açıq-aşkardır və gizlənən iki yerə– cinsi orqan və döşlərə xitab edir.
Bəzi insanlar isə ayədə işlənən "zinət" kəlməsinin muncuq, boyunbağı kimi bəzək əşyaları olduğunu iddia edirlər. Belə bir yanaşma tərzi hədislərə əsaslanan izahların yanlış və qəribə olduğunu göstərir. Bu təəccüblü iddiaya görə, kişilər elə bir vəhşi instinktə malikdirlər ki, bir muncuğa baxanda belə özlərini idarə edə bilmirlər. Ona görə də muncuqları tələm-tələsik qadağan edirlər ki, vəhşi varlıq olan "kişi" özünə gələ bilsin!
Bu qorxunc məntiq xurafatçıların müsəlman kişiyə nə cür baxdığını göstərir. Halbuki müsəlman kişi Allahdan qorxan varlıqdır. Haram olan hərəkətləri ətrafda qadağan edildiyi üçün deyil, Allah istəmədiyi üçün etməz. Müsəlman kişi açıq qadın, yaxud bir ovuc muncuq gördüyü üçün özünü itirən, nəzarətdən çıxan və ya heyvani instinktlərlə yaşayan varlıq deyil. Bunu iddia etmək müsəlman kişilərə qarşı təhqirdir.
Bu izahlar xurafatçıların yanlış düşüncələrinin başa düşülməsi baxımından zəruridir. Xurafatçıların izahlarını bir kənara qoyub yalnız Qurana nəzər yetirdikdə isə "zinət" kəlməsinin nə məna daşıdığını açıq şəkildə görə bilərik.
Xurafatçıların boyunbağı və sırğa kimi bəzək əşyalarını qadağan etmələrinin əksinə olaraq, Allah Quranda buyurur ki, zinət əşyaları iman edənlər üçündür, hətta məscidlərə baxımlı və gözəl geyimdə getmək lazımdır:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) zinətlərinizi taxın... (Əraf surəsi, 31)
Allah bir ayədə "De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?"" (Əraf surəsi, 32) –deyə buyuraraq halal edilən zinətləri belə haram edəcək zehniyyətin ortaya çıxacağını xəbər verir. Ayənin davamında "De: "Bunlar dünya həyatında iman edənlərə, Qiyamət günü isə yalnız möminlərə məxsusdur"" (Əraf surəsi, 32) ifadəsi ilə zinətlərin müsəlmanlara dünyada verilən gözəl nemət olduğu qeyd olunur. Bununla yanaşı, axirətdə yalnız onlara aid olacağı deyilərək bu gözəlliklərə ən çox iman edənlərin layiq olduğu vurğulanır. Allah iman sahiblərinə bu gözəllikləri layiq görmüşkən xurafatçıların müsəlmanlara bunu qadağan etməyə çalışması Qurana nə qədər zidd davrandıqlarının başqa bir dəlilidir.
"Zinət" kəlməsindən süs kimi istifadə edilən başqa bir ayə isə belədir
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə, düşünüb ibrət alasınız. (Əraf surəsi, 26)
Yuxarıda süs ifadəsindən istifadə edilən həmin ayələrdə Allah zinət əşyalarını nəzərdə tutur. Lakin ətraflı şəkildə açıqlandığı kimi, "Nur" surəsinin 31-ci ayəsində bəhs edilən "zinətlər" kəlməsinin boyunbağı, muncuq və sırğa kimi şeylərlə heç bir əlaqəsi yoxdur. Burada qadınların ailədaxili yaşayışlarından söz edilir və qadınlara necə azadlıq verildiyini göstərir. İndi ayənin zinətlərə aid olan hissəsini kəlmə-kəlmə araşdıraq:
... Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız. (Nur surəsi, 31)
Ayənin bəhsindən görünür ki, burada işlənən "zinət" kəlməsi boyunbağı və ya muncuğa deyil, açıq şəkildə naməhrəm yerlərə işarə edir. Ayədə zinətlərin göstərilə biləcəyi şəxslər sayılmışdır. Bu şəxslərin arasında qadına ehtiyacı olmayan (arzusuz və ya ehtiyacsız) xidmətçilər və qadınların məhrəm yerlərini hələ tanımayan uşaqlar da vardır. Xüsusilə, qadınların məhrəm yerlərini tanımayan uşaqlardan söz edilməsinin özü tək başına "zinət" kəlməsinin məhrəm yerləri olduğunu göstərir.
Quranın üslubu çox mükəmməldir. Buna görə də kəlmələr çox tərtibli və səlisdir. Ətraflı şəkildə araşdırıldıqda bunu o dəqiqə başa düşmək olur. Məhrəm yerləri Qurandakı möhtəşəm nəzakət və ədəbi sənətə uyğun şəkildə təsvir edilmiş və zinət olaraq ifadə edilmişdir.
Bir çox təfsirçilər "Nur" surəsinin 31-ci ayəsindən zorla baş örtüyü mənası çıxarmaq üçün buna dair saxta hədislərə baş vururlar. Həmin saxta hədislər ayə ilə o qədər ziddiyyətlər təşkil edir ki, azacıq diqqət etdikdə bu, o dəqiqə anlaşılır. İndi isə həmin saxta hədislərin Quranla necə ziddiyyət təşkil etdiyini, İslam cəmiyyətlərini baş örtüyü mövzusunda necə yanlış yönləndirdiyini və hansı məntiqsizliyə malik olduğunu araşdıraq:
Kuran tercümelerini yapan geleneksel islam anlayışına sahip bir kısım kişiler, parantez yoluyla veya doğrudan metnin kendisinde anlam değişikliğine meyletmektedirler. Nur Suresi 31. ayette hiçbir şekilde başörtüsü kelimesi geçmemesine rağmen parantez içinde veya doğrudan metnin kendisinde başörtüsü kelimesini kullanmaktan çekinmemişlerdir. Oysa bu yorum kaldırıldığında ayetin, göğüs bölgesinin örtülmesine işaret ettiği açıktır. |
Bütün dəlilləri ilə göründüyü kimi, Quranda baş örtüyü mövzusuna sübut kimi göstərilən "Nur" surəsinin 31-ci ayəsində qəti şəkildə "baş örtüyü" kəlməsi işlənmir. Lakin bu yanlışlıq bir çox saxta hədislərin İslam ədəbiyyatına daxil edilməsi ilə yayılmış və bu günə kimi gəlib çıxmışdır. Xurafatçıların ortaya atdıqları saxta hədislərdə çoxlu məntiqsizliklər var. İndi bunlardan bəzi nümunələr göstərək:
Hz.Aişə deyir ki, Allah ilk mühacir qadınlara rəhmət eləsin, uca Allah "Mömin qadınlar baş örtüklərini yaxalarının üstünə çəksinlər" ayəsini nazil edəndə onlar ətəklərindən bir parça kəsib onunla başlarını örtdülər. (Buxari, Təfsir, Təfsiri-surətin-Nur, 13 (V, 13); Əbu Davud, Libas, 33(IV, 3577; Beyhəki, VII, 88)
Hz.Aişə validəmiz buyurub ki, ilk mühacir qadınlara Allah rəhmət eləsin! Təsəttür ayəsi enincə, dərhal bel örtüklərini yırtıb başlarını örtdülər. (Buxari, Nəsai)
Səfiyyə binti Şeybə rəvayət edir: "Aişə ilə birlikdə idik. Qüreyş qadınlarından və onların üstünlüklərindən danışırdıq. Hz.Aişə dedi ki, şübhəsiz, Qüreyş qadınlarının bir çox üstünlükləri var. Ancaq mən Allaha and olsun ki, Allahın kitabını daha çox təsdiq edən və bu kitaba daha çox inanan ənsar qadınlarından daha fəzilətlisini görmədim. Belə ki, "Nur" surəsindəki "qadınlar baş örtüklərini yaxalarının üstünə çəksinlər" əmri nazil olanda onların ərləri bu ayəni oxuyub evlərinə qayıtdılar. Onlar bunu zövcələrinə, qızlarına, bacılarına və qohumlarına oxudular. O qadınlardan hər biri ətək parçalarından, Allahın kitabını təsdiqləyib, ona iman edərək baş örtüyü hazırladılar. Ertəsi gün hz.Peyğəmbərin arxasında baş örtükləri ilə sübh namazı qıldılar.Onların başında sanki qarğa var idi. (Buxari, Təfsiri-surə 24/12; Əbu Davud, Libas 29; Əhməd bin Hənbəl VI 188) (İbni Kəsir, Hədislərlə Quran təfsiri, cild 11, səh.5880)
Göründüyü kimi, bu hədislərin hamısında iddia edilir ki, "Nur" surəsinin 31-ci ayəsinin nazil olması ilə qadınlar dərhal öz ətəklərindən bir parça kəsib başlarına sarımışdır. Elə ən çox məntiqsizlik burada başlayır. Saxta hədislərdəki məntiq boşluqlarını və Quranla necə ziddiyyət təşkil etdiklərini araşdıraq:
-Ayədə "örtüklərini yaxalarının üstünə vursunlar" ifadəsi ilə daha əvvəl ətraflı qeyd etdiyimiz kimi, qadınların sinələrinin örtülməsi əmr edilir. Ancaq həmin hədislərdə deyilir ki, bu ayə nazil olandan sonra müsəlman qadınlar paltarlarını kəsib sinələrini deyil, başlarını örtdülər. Halbuki ayədə başın örtülməsinə dair heç bir ifadə yoxdur. Həmin hədislərdə qadınların ayənin hökmünü yerinə yetirmələrinə, yəni sinələrini örtmələrinə dair açıqlama yoxdur.
Buradaki izaha göre, kadınlar kendi eteklerinden parçalar kesmişler bununla ayetin hükmü olan göğüslerini örteceklerine başörtüsü olarak başlarına koymuşlardır. Daha önce açıkladığımız “başörtülerini salsınlar” şeklindeki hatalı tefsiri haklı çıkarmak için hadise eklenen bu uygulamaya göre etekten kesilen parça o kadar büyük olmalıdır ki, hem kafayı hem de göğsü örtebilecek kadar aşağı inebilmelidir.
Buradakı izaha görə, qadınlar öz ətəklərindən bir parça kəsib ayənin hökmü olan sinələrini örtməyin yerinə başlarına bağlayıblar. Daha əvvəl də açıqladığımız kimi, "baş örtüklərini çəksinlər" şəklindəki səhv təfsiri haqlı çıxarmaq üçün hədisə əlavə edilən bu əmələ görə ətəkdən kəsilən parça o qədər böyük olmalıdır ki, həm başı, həm də sinəni örtəcək qədər aşağı enməlidir.
Burada ağıla, əlbəttə, kəsilən ətəyin vəziyyəti gəlir. Ətəkdən başı və sinəni örtəcək qədər böyük parçanın kəsilməsi ətəyi mini yubkaya çevirəcək və bundan dolayı, qadının ayaqları açıq qalacaq. Bu izaha görə, həmin qadının sinəsi və ayaqları açıqdır, fəqət başı örtülüdür. Halbuki bu hissənin əvvəlindən bəri dəlillərlə anlatdığımız kimi, "Nur" surəsinin 31-ci ayəsi qadınların yalnız sinələrini örtmələri üçün endirilmişdir.
"Baş örtüklərini çəksinlər" izahının tərəfdarları öz iddialarını haqlı çıxarmaq üçün "başda onsuz da var olan bir baş örtüyü" düşüncəsindən yola çıxdıqlarını qeyd etmişdik. Onlar ayədə "baş örtüyü" ifadəsinin işləndiyini sübut etmək üçün ortaya belə bir iddia ilə çıxırlar və deyirlər ki, ayənin xitab etdiyi qadınların onsuz da baş örtükləri var idi. Halbuki həmin saxta hədislərdə bu ayə nazil olanda qadınların öz ətəklərini kəsib baş örtüyü düzəltdikləri iddiası var. Həmin təfsirçilərin ən böyük dayaq qəbul etdikləri saxta hədislər necə olur ki, onların bu iddiası ilə ziddiyyət təşkil edir?
1 Hadislerin 3’ünde de “Mümin kadınlar başörtülerini yakalarının üzerine salsınlar” âyetini indirince... “ şeklinde ayetin indirildiği anlatılıyor. Bu uydurma hadislerdeki izaha göre, kadınların başında başörtüsü olduğu ve başörtüsünün başlarından aşağı sarktığı ancak göğüslerinin açık olduğu söyleniyor. a. UYDURMA HADİSLERDEKİ İZAHA GÖRE 2 Uydurma hadiste, ayete eklenen ifadeye göre, kadınların başlarında örtü varken göğüslerinin üstüne de başlarından arta kalan o büyükçe olan örtüyü örtecekleri ve göğüslerinin de böylece kapanacağı söyleniyor. d. UYDURMA HADİSTE AYETE EKLENEN İFADEYE GÖRE 3 Ancak buna rağmen 3 hadiste de başlarındaki uzun örtü ile göğüsler kapanmıyor. Ancak bakın bu uydurma hadislerle ne yapıldığı iddia ediliyor. f. UYDURMA HADİSTE AYETE EKLENEN İFADEYE GÖRE 4 Uydurma hadislere göre, ayet inince kadınların eteklerinden veya elbiselerinden bir parça kestikleri ve zaten örtülü olan başlarına bir örtü daha ekledikleri söyleniyor. 5 Uydurma hadislerde geçen “ONLAR ETEKLERİNDEN BİR PARÇA KESTİLER ONUNLA BAŞLARINI ÖRTTÜLER......” ifadesi ile kadınların, başlarında olan örtülerle göğüslerini kapamadıkları, eteklerinden, elbiselerinden parçalar kesip bunlarla bir kere daha başlarını kapadıkları iddia ediliyor. Ve bu şekilde Allah’ın emri olduğunu söyledikleri “başınızdan sarkan örtüyle örtün” hükmüne de uymamış oluyorlar. i. ETEKLERİNİ KESİP BAŞLARINI İKİNCİ BAŞÖRTÜ İLE ÖRTTÜLER 6 Bu uydurma hadisler kadınların, örtülü başlarını bir kere daha örttüklerini söylüyor. Ancak bu izahlara göre göğüsleri hala açıkta. Yani bu hadislerle hem Allah’ın ayetine olmayan bir hükmü ekliyorlar. Hem de ekledikleri bu hükmü de yerine getirmiyorlar. Görüldüğü gibi bu bozuk mantık, Allah’ın hurafe uyduranların tuzağını ayaklarına doladığının ispatıdır. l. UYDURMA HADİSLERİN İDDİASINA GÖRE |
Ziddiyyət təşkil edir, çünki İslama Qurandan başqa saxta hökmlər gətirməyə çalışanların dinləri belə məntiq boşluqları ilə doludur. Hər batil izah və açıqlama məntiqsizliklərlə doludur və Quranla ziddiyyət təşkil edir. "Nur" surəsinin 31-ci ayəsi asan başa düşülən və açıq ayə olsa da, bu ayədən sırf baş örtüyü mənası çıxarmaq üçün verilən aldadıcı izahlar məsələnin ciddiliyini ortaya qoyur. Saxta hədislər əsasındakı açıqlamalar və bunların nəticəsi isə dəhşət doğurur.
Şəfii və Hənbəli məzhəblərində qadının bütün vücudu istisnasız hər zaman örtülməlidir (üz və əllər də daxil). Hənəfi və Maliki məzhəblərində əllər və üz fitnə olmayan şərtlərdə açıq ola bilər. (Səbuni, Təfsirül-ayətil-əhkam 2/154, 155). Əs Suddi: "Qadın gözlərindən birini və üzünün açıq qalan göz qismindəki tərəfini örtməlidir, yalnız bir gözü açıq qala bilər". Əbu Həyyan: "Əndəlusda adət belə idi. Qadının bir gözündən başqa heç bir yeri görünməzdi". (Əbu Həyyan, Əl-bəhrül-mühit). Şəfii imamları qadının kəsilən dırnaqlarına belə baxmağı qadağan ediblər (İbn Həcər əl-Hiytəmi, İslamda halal və haramlar 2). Yayılmış izahlardan birinə görə, İslamın qadına fərz etdiyi örtünmək qadının üzünə də aiddir (Fiqhüs-Siyrə). Başqa bir qaynaqda qadının kişiyə necə baxmalı olduğu belə açıqlanmışdır: "Qadının yad kişinin sinəsinə, kürəyinə, ayağına şəhvət qorxusu olmasa belə, baxmağı caiz deyil. Üz isə fitnə baxımından saç və ayaqlardan daha öndədir. Bu yerlərə baxmaq ittifaqla haram olduğuna görə üzə baxmaq da öncədən haram olması lazım olan feildir". (Səbuni, Rəvai 2/156).
Qorxunc səviyyəyə çatan xurafatçı düşüncə ancaq qadını tamamilə örtəndə rahat ola bilir. Bəziləri üçün isə bu belə kifayət etmir. Onlara görə, qadın həm hər yerini örtməli, həm də evdə oturmalıdır. Quranda qadına azadlıq verib onun kimlərin yanında rahat gəzə biləcəyini və kimlərin yanında məhrəm yerlərini örtməli olduğunu izah edən açıq ayədən xurafatçı və qorxunc izahların çıxarılması həqiqətdə mümkün deyil. Lakin nümunələrini verdiyimiz saxta hədislər onlara bu yolu açmışdır. Xurafatçılar ayəyə öz izahlarını əlavə edəcək qədər irəli gedib qadını başdan ayağa örtünən, kəsilən dırnaqları belə haram olan kabusa döndərə biliblər. Xurafatın dərəcəsini görmək üçün bu, son dərəcə açıq nümunədir.
Burada əlavə olaraq xatırladaq ki, hədis külliyyatında Peyğəmbərimizin dövründə qadın və kişilərin eyni qabdan dəstəmaz aldıqları da yazılır. (Buxari, Vüdu 42; Əbu Davud, Təharət 39; İbni Macə, Təharət 36; Nəsai, Təharət 56). Ayaqlar, dirsəklərə qədər qollar, üz və baş dəstəmaza aid olan yerlər olduğuna görə hədis qadınların kişilərin yanında başları açıq gəzdiyini göstərir. Lakin işlərinə yaramayan hədisləri diqqətə almamaq xurafatçıların xüsusiyyətidir.
Bizim ölçümüz Qurandır, Qurandakı izahlar isə çox açıqdır və buna görə də qadınların kişilərin yanında başı açıq dolaşmağı Qurana uyğun davranışdır.
"Qadının kəsilən tükləri belə haramdır" hökmünü çıxaran xurafatçı düşüncədən bəhs edərkən bunu mütləq qeyd etmək lazımdır ki, Allah Quranda haram və halalları qəti və dəqiq izahlarla bildirib. Müsəlmanlar, məsələn, donuz əti yeməyin haram olduğunu "O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir..." (Bəqərə surəsi, 173) ayəsi ilə öyrəniblər. "Haram etmişdir" hökmünə əsasən, müsəlman tərəddüd edə bilməz, izah və təfsirlərə ehtiyac duymaz. Məsələn, başqa bir nümunə olaraq faizdən bəhs edək. "...Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir..." (Bəqərə surəsi, 275) ayəsi ilə faiz açıq və qəti olaraq müsəlmanlara qadağan edilmişdir. Bu ayəyə görə heç kim bunu müzakirə edib faizin alverdən fərqli olmadığını deyə bilməz.
Beləliklə, biz haramları bir qisim təfsirçilərin izahlarından, ayələrə əlavə etdikləri mötərizə daxili açıqlamalardan və ya saxta hədislərdən deyil, birbaşa ayənin özündən öyrənməliyik. "Nur" surəsinin 31-ci ayəsində də bu mənada yuxarıda dediyimiz kimi, dəqiq izah vardır. Lakin bir çox təfsirçilərin ayələrin içinə mötərizədə öz izahlarını əlavə etmələri bu ayədən də yan keçməmişdir. Məsələn, təfsirçilər məzhəb imamlarının təsiri ilə bu ayəyə mötərizə daxilində "üz və əl kimi görünən qisimlər xaric" şəklində əlavə veriblər. Halbuki İslama görə, qadınlar əl və üzündən başqa hər yerlərini örtməli olsaydılar, şübhəsiz ki, belə bir əhəmiyyətli mövzu bütün detalları ilə Quranda verilərdi. Donuz əti, faiz və zinanın haram olduğunu qəti bildiyimiz kimi, bu mövzunu da Quranda açıq şəkildə görərdik. Lakin Quranda belə bir geyim təsvir edilməmişdir. Bu, ancaq bəzi təfsirçilərin izahlarında verilmişdir.
Kuran'a göre kadın, gerekli gördüğü durumlarda, kendisini korumak için geçici olarak çarşafla dekoltesini tamamen kapar. Buna ise kendi aklı, imanı ve vicdanıyla karar verir. |
Çox maraqlıdır, nədənsə xurafatçılar Quranı daima saxta hədislərin də təsiri ilə qadını evə qatmaq və ya vücudunu tam örtmək üzərindən şərh etməyə çalışırlar. Təhrik etmək ünsürünü isə ən böyük əsas kimi göstərirlər. Halbuki qadın vücudu kişilər üçün nə qədər çəkicidirsə, kişi vücudu da qadın üçün o qədər çəkicidir. Qurana əsasən, iki cinsin arasında ayrı-seçkilik olmadığına görə kişilərin təhrik olmaq qorxusu üzündən qadınları örtməyə və ya yox etməyə çalışmağın mənası yoxdur. Əgər problem kişilərin təhrik olmasıdırsa, onda kişilərin ya evdə oturmağı, ya da çöldə üzlərini örtüb gəzməyi daha məntiqlidir. Özlərinin təhrik olması ehtimalı ilə qadınları örtməyin yerinə, bu riski kökündən həll etməyi seçməlidirlər.
Bu vəziyyət məsələ ilə bağlı hər şeydə tətbiq oluna bilər. Məsələn, qadının səsini bəziləri təhrikedici kimi görə bilər, buna görə də qadına danışmaq qadağan edilirsə, eyni şey kişilərə də aid olmalıdır. Əgər qadının danışığına və oxuduğu mahnılara qulaq asmağa izin yoxdursa, eyni zamanda qadınların da kişi səsindən təhrik olacağı diqqətə alınmalı və bu qadağa kişilərə də şamil edilməlidir. Əgər xurafatçı məntiqin saxta qanunlarını əsaslı göstərmək istəyirlərsə, eyni şeyi kişilərə qarşı da etməlidirlər.
Lakin İslamda Quranın məntiqi əsaslıdır və Quranda belə bir qadağa yoxdur. Xurafatçıların özlərindən çıxardığı bu qadağalar insanların əlindən azadlığı alır, cəmiyyətləri içindən çıxılmaz vəziyyətə salır və özləri kimi başqalarına da fəlakət gətirir.
Qadın və kişi hər məsələdə olduğu kimi, iffət məsələsində də bərabərdir. Zina qadın və kişinin hər ikisinə haramdır. "Əhzab" surəsinin 35-ci ayəsində "ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar" ifadəsi ilə açıq şəkildə bildirildiyi üzrə, qadın əxlaqlı və iffətli olub ismətini qorumalı olduğu kimi, kişi də eyni məsuliyyəti daşıyır. Yəni o da ismətini qorumalıdır. Lakin bunun çarəsi insanları örtmək, çölə çıxmağa qoymamaq, görüşdürməmək və s. deyil. Bunun yolu Quran əxlaqını əxlaq ölçüsü olaraq mənimsətməkdir. İnsan instinktlə hərəkət edən, hisslərinə tabe olan vəhşi varlıq deyil. İnsan ağıllı və şüurlu şəkildə, ən əhəmiyyətlisi isə Allahın ona öyrətdiyi əxlaq və Allah qorxusu ilə doğrunu yanlışdan ayıran varlıqdır.
Beləliklə, bir insanın iffətli davranmasını qarşı tərəfin açıq-saçıq geyinməsi və ya saç telinin çöldə qalması müəyyən etmir, bunu müəyyən edən onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə "...Allah gizlində kimin Ondan qorxduğunu üzə çıxarsın..." (Maidə surəsi, 94) –deyə buyuraraq insanları heç kimin görmədiyi yerlərdə imtahan edəcəyini bildirir. Buna görə də insanların zorakılıqla və ya evə həbs etməklə dini yaşamaqları və halal-harama diqqət etməkləri təmin edilə bilinməz. İman, əxlaq və ibadət yalnız könüllü surətdə yerinə yetirilir.
Yuxarıdakı bütün izahlardan anlaşıldığı kimi, "Nur" surəsinin 31-ci ayəsi müxtəlif təfsirçilərin yanlış izahları və saxta hədislərin təsiri ilə haradasa toxunulmaz hala gətirilən baş örtüyü mövzusu üçün dəlil kimi istifadə olunur. İçində "baş örtüyü" kəlməsi işlənməyən, başla əlaqədar heç bir məlumat verilməyən və açıq şəkildə sinənin örtülməsindən bəhs edilən ayənin bu qədər fərqli şərh olunması çox təəccüblüdür. Başqa bir təəccüb doğuran şey isə Quranda baş örtüyünü sanki dinin tək şərti kimi görən bir çoxlarının "Əhzab" surəsinin 59-cu ayəsində bəhs edilən çarşabdan heç bəhs etməməsidir. Quranda olmayan baş örtüyünü hökm halına çevirib, Quranda mövcud olan çarşabı görməzlikdən gəliblər.
İndi isə "Əhzab" surəsində çarşab hökmünün necə verildiyini və baş örtüyünü müdafiə edənlərin ayəni niyə görməzlikdən gəldiyini araşdıraq:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, cilbabları ilə (çöl geyimləri ilə) örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 59)
"Cilbab" kəlməsinin mənası başdan ayağa qədər örtən hər cür örtük, paltar deməkdir. Belə ki, "Əhzab" surəsinin bu ayəsində açıq şəkildə başı və vücudu örtən çarşabdan bəhs olunur. Belə paltarı geyinmək üçün ayədə mühüm şərt qoyulur: müsəlman qadınların azad və iffətli tanınmaları.
Bunun mənası belədir: bəzi mühitlər qadınların rahat davranmağı və rahat geyinməyi üçün uyğun olmur. Ümumi cəmiyyət quruluşu və oradakı insanların əxlaq anlayışı bəzən mədəni səviyyədən geri qalır. Bir çox cəmiyyətlər hər açıq qadına müəyyən baxışla bir növ damğa vurur və onlara qarşı söz, yaxud fiziki baxımdan təcavüz edəcək qədər irəli gedirlər. Normal şərtlərdə müsəlman qadınlar məcbur olmadıqca onsuz da belə yerlərə getməzlər. Fəqət getmək lazım gəldikdə tədbir almalı, ətrafdakı insanlara müsəlman və iffətli qadın olduğunu göstərərək ehtimal əziyyətdən çəkinməlidir. Belə yerlərdə müsəlman qadınlar çarşab vasitəsilə tədbir almış olurlar.
Bu vəziyyət qadının öz qənaətinə qalır. Ümumiyyətlə, dövrümüzdə demokratik və modern cəmiyyətlər təhlükəli mühit təsvirinə uyğun gəlmir. Qərb cəmiyyətlərində qadınlar özlərini güvənlikdə görür, çarşab geyinməyə ehtiyac hiss etmirlər. Lakin bəzi qadınlar üçün bu cəmiyyətlərdə də təhlükəli şəxslər ola bilər. Belə ki, müsəlman qadın özünü güvənlikdə görmürsə, qərb ölkələrində də çarşab geyinər. Çünki ayədəki şərt müsəlman qadının geyimi üzündən yanlış yerə əziyyət görməyinin qarşısını almaqdır.
Bir qadın istədikdə: "Baş örtüyü əmri Quranda var və mən bunu "Əhzab" surəsinin 59-cu ayəsində görürəm", –deyərək baş örtüyü taxa bilər. Belə ki, çarşabın yerinə baş örtüyü tərcih edib, örtünməni bu şəkildə başa düşmüş ola bilər. Lakin bir insan: "Baş örtüyü əmri Quranda var və mən bunu "Nur" surəsinin 31-ci ayəsində görürəm" –deyirsə, o zaman doğru danışmır və bu özü təhlükəlidir. Çünki Rəbbimiz halalları haram sayan və ya Quran ayələrinə qarşı dillərini əyib bükənlərin hökmünü açıqlamışdır. Quran ayəsində olmayan bir hökmün (doğrunu bildiyinə baxmayaraq) mövcudluğunu iddia etmək Allah qatında günahdır.
Təəccüblüsü odur ki, bəzi şəxslər baş örtüyünü qətiyyətlə müdafiə etməklə bunu sanki dinin əsas simvolu kimi qələmə verirlər, eyni zamanda isə Qurandakı cilbab hökmündən heç bəhs etmirlər. Həqiqətən də, Rəbbimizin təqvanı üstün tutduğu halda, dindarlığın ölçüsünü baş örtüyündə görüb üstünlüyü bunda axtaranlar nədənsə Qurandakı cilbab mövzusundan heç bəhs etmirlər. Quranda baş örtüyünə dair heç bir hökm olmadığına və cilbab barədə açıq hökm olduğuna baxmayaraq, Quranda olmayan hökmü müdafiə etməyə çalışırlar. Baş örtüyünün gündəmdə saxlanılması və dünya miqyasında, ümumiyyətlə, cilbabdan heç bəhs edilməməsi doğurdan da təəccüb doğurur.
Dilerse bir kadın, "başörtüsü uygulaması Kuran‘da var ve ben bunu Ahzab Suresi‘nin 59. ayetinde görüyorum" diyerek başörtüsü takabilir. Çarşaf yerine başörtüsü tercih etmiştir ve kapanmayı bu şekilde algılamıştır. Fakat "bu, Nur Suresi 31. ayetin hükmü" derse doğru söylememiş olur. Çünkü Kuran‘da açıkça başörtüsü hükmü geçmemektedir. Ahzab Suresinin 59. ayetinde geçen cilbabın giyilmesiyle ilgili hüküm tümüyle Müslüman kadının kendi kanaatine bırakılmıştır. Demokratik ve medeni toplumlarda kadınlar kendilerini tehlikede hissetmediklerinden çoğunlukla cilbab giymeyi tercih etmezler. Fakat bazı kadınlar bu toplumlarda da kendilerini güvencede hissetmeyebilir ve çarşafı tercih edebilirler. Ölçü, kadının giyim şekli yüzünden yanlış değerlendirilip eziyet görmesinin engellenmesidir. |
Bir kadın çarşaf da giyebilir, dekolte de olabilir. "Ben Müslümanım" dediğinde hiç kimsenin onu yargılama hakkı yoktur. Kuran‘a göre üstünlük kıyafete göre değil sadece takvaya göredir. |
Burada bir şeyi qeyd etmək lazımdır ki, müsəlman qadın Qurana görə necə geyinməli olduğunu çox yaxşı bilir. Bunun üçün kişinin qadına nəyi necə geyinəcəyini deməyinə ehtiyac yoxdur. Bir kişinin qadının geyiminə qarışmaq və onu yönləndirmək haqqı da yoxdur. Allah ona belə bir haqq verməmişdir. Bu gün müsəlman cəmiyyətlərində bu əhəmiyyətli həqiqət dilə gətirilməlidir.
Bir qadın baş örtüyü də taxa bilər, çarşab da geyinə bilər. Yaxud da açıq və ya dekolte də ola bilər. Müsəlman olduğunu dedikdən sonra heç kimin onu mühakimə etmək hüququ yoxdur. Hansının daha təqvalı olduğu ancaq Allah qatında bəllidir. Dində ölçü geyim deyil, səmimiyyətdir. Çarşablı bir adam səmimiyyətsiz olub cəhənnəmə gedə bilər, eyni zamanda dekolteli bir qadın da cənnətə layiq ola bilər. Bunun hökmünü ancaq Allah verir.
Qurandan başqa yol göstəricilərə tabe olduqda bunlar insanı maddi-mənəvi yöndən çətinliklərə salır və insan fitrətinə uyğun olmayan müxtəlif problemlər ortaya çıxarır. Üstəlik, bu şeylər fərdilikdən çıxıb sosial problemlərə çevrilə bilir. Kitabın bu hissəsinin əsas mövzusu olan, həmçinin açıq-saçıq və ya örtülü kimi müqayisə edilən geyim ayrı-seçkiliyi Quranda olmayan yanlış düşüncədir və cəmiyyətlərdə narahatlıqlara yol açır.
Allah Qurana görə üstünlüyün xarici görünüş və ya geyimdə deyil, təqvada (Allah qorxusu ilə davranmaqda) olduğunu ayədə belə bildirir:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə, düşünüb ibrət alasınız. (Əraf surəsi, 26)
İman qəlbən yaşanır. İman bir insanın gözəl əxlaqı, mədəniyyəti, keyfiyyəti, elm və incəsənət anlayışı, bir sözlə, hər şeyi ilə özünü göstərir. Buna görə də insanları xarici görünüşü ilə deyil, əxlaqı ilə dəyərləndirmək əsasdır.
Xarici görünüşün heç bir fərqi yoxdur, müsəlman olduğunu deyənlərin hamısı nur kimi dəyərli müsəlmandır. Heç birinin arasında ayrı-seçkilik etmək doğru deyil. Heç kimin ayrı-seçkilik etməyə haqqı yoxdur.
Bir qisim insanlar tərəfindən İslama qarşı dəlil kimi istifadə edilən və yanlış bilinən mövzulardan biri də qadının kişiyə görə yarım haqqının olduğu iddiasıdır. Bir kişinin şahidliyinin və haqqının iki qadına bərabər olduğunu İslam əleyhdarları ortaya atmışdır. Xurafatçılar da fürsətdən istifadə edib qadına "yarım" damğası vurublar. Halbuki İslam əleyhdarları da, xurafatçılar da başqa mövzularda olduğu kimi, bunda da yanılırlar.
Allah Quranda kişi və qadının şahidliyindən bəhs edir. Quranın heç bir yerində bir kişinin şahidliyinin iki qadına bərabər olduğu barədə ifadə yoxdur. Məsələn, zinanın təsbit edilməsində dörd şahidə ehtiyac vardır. Quranda bu şahidlər dörd qadın və ya iki kişi, dörd kişi və ya səkkiz qadın kimi ifadələrdən istifadə edilmədən dörd şahid kimi müəyyən edilir. Yəni qadın və ya kişidən hər hansı dörd nəfər kifayət edir, kişi və qadın ayrı-seçkiliyi edilmir.
Şahidliyin zidd olduğu durumlarda hər şeydə olduğu kimi, yenə Quranda qadın üstün tutulur, onun sözünə etibar edilir. Məsələn, qadınlara qarşı zina iddiasında qadınla kişinin şahidliyi bir-birinə zidd olarsa, qadının şahidliyinə üstünlük verilir. Belə ki, qadın öz şahidliyinə uyğun olaraq günahsız qəbul edilir. Məsələ ilə bağlı ayələr belədir: Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir. Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!" (–deməlidir). Qadının da ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. (Nur surəsi, 6-8)
Qadının Quranda şahidlik baxımından kişidən üstün tutulması çox az bilinən həqiqətdir. Bu, Quranın mahiyyətini və qadına baxışını göstərir. Lakin İslam əleyhdarları və xurafatçılar bundan fərqli şəkildə düşünürlər. Qadının şahidliyi və miras hüququ mövzusunda qadını yarım görən xurafatçıların dəlil kimi istifadə etdikləri ayələri araşdırıb bu hökmlərin həqiqi mənalarına diqqət yetirək:
Bir qisim insanlar tərəfindən İslama qarşı dəlil kimi istifadə edilən və yanlış bilinən mövzulardan biri də qadının kişiyə görə yarım haqqının olduğu iddiasıdır. Bir kişinin şahidliyinin və haqqının iki qadına bərabər olduğunu İslam əleyhdarları ortaya atmışdır. Xurafatçılar da fürsətdən istifadə edib qadına "yarım" damğası vurublar. Halbuki İslam əleyhdarları da, xurafatçılar da başqa mövzularda olduğu kimi, bunda da yanılırlar.
Allah Quranda kişi və qadının şahidliyindən bəhs edir. Quranın heç bir yerində bir kişinin şahidliyinin iki qadına bərabər olduğu barədə ifadə yoxdur. Məsələn, zinanın təsbit edilməsində dörd şahidə ehtiyac vardır. Quranda bu şahidlər dörd qadın və ya iki kişi, dörd kişi və ya səkkiz qadın kimi ifadələrdən istifadə edilmədən dörd şahid kimi müəyyən edilir. Yəni qadın və ya kişidən hər hansı dörd nəfər kifayət edir, kişi və qadın ayrı-seçkiliyi edilmir.
Şahidliyin zidd olduğu durumlarda hər şeydə olduğu kimi, yenə Quranda qadın üstün tutulur, onun sözünə etibar edilir. Məsələn, qadınlara qarşı zina iddiasında qadınla kişinin şahidliyi bir-birinə zidd olarsa, qadının şahidliyinə üstünlük verilir. Belə ki, qadın öz şahidliyinə uyğun olaraq günahsız qəbul edilir. Məsələ ilə bağlı ayələr belədir:
Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir. Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!" (–deməlidir). Qadının da ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.(Nur surəsi, 6-8)
Qadının Quranda şahidlik baxımından kişidən üstün tutulması çox az bilinən həqiqətdir. Bu, Quranın mahiyyətini və qadına baxışını göstərir. Lakin İslam əleyhdarları və xurafatçılar bundan fərqli şəkildə düşünürlər. Qadının şahidliyi və miras hüququ mövzusunda qadını yarım görən xurafatçıların dəlil kimi istifadə etdikləri ayələri araşdırıb bu hökmlərin həqiqi mənalarına diqqət yetirək:
John William Godward'nun "Endymion" adlı yağlı boya tablosu, 1893 |
Qadının şahidliyində Quranda istisna edilən yeganə mövzu müvəqqəti borc məsələsidir. Buradakı istisna vəziyyəti başa düşmək üçün borcdan bəhs edilən "Bəqərə" surəsinin 282-ci ayəsinə nəzər yetirək:
Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun yaxın adamı ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, (həmin məbləği və) onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər (zərər) yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir. (Bəqərə surəsi, 282)
Borc hökmünü təsvir edən bu ayədə borcların yazılmağından və katiblə şahidlərin bu vəzifədən boyun qaçırmamağından danışılır. Bundan başqa, ayənin sonunda qeyd olunur ki, katibə və şahidlərə zərər verilməməlidir. Göründüyü kimi, maddi mənfəətlərə aid olan şeylərdə insanlar şahidlik etməkdən çəkinirlər. Allah isə bu məsuliyyəti tamamilə kişilərə yükləyir və bu işdə iki kişinin şahid olmağını istəyir. Diqqət edildikdə görünür ki, ayədə "iki kişi və ya dörd qadın şahid tapın" ifadəsi işlənmir, birbaşa iki kişi şahid istənilir. Hamının çəkindiyi bu məsuliyyət birbaşa kişilərə verilmişdir. Beləliklə, təzyiqlərə daha həssas olan qadın bu riskli işdən qorunmuşdur.
Ayənin hökmünə görə, iki kişi deyil, bir kişi tapılarsa, o zaman bir kişi və iki qadın şərti var. Beləliklə, borc kimi riskli hesablaşmada qadın yalnız buraxılmır. Olumsuz vəziyyətin yaranması ehtimalında bir kişi ilə bir qadının üz-üzə gəlməsinin qarşısı əvvəldən alınır və qadın qorunur.
Parayla ilgili yükümlülükler, özellikle günümüz toplumlarında, bir insanın diğerine kolaylıkla iftira atabileceği, karşı tarafı umarsızca suçlayabileceği, zan altında bırakabileceği oldukça riskli konulardır. |
Məsələn, fərz edək ki, borcun miqdarı və ya ödəmə forması ilə bağlı anlaşılmazlıq yaranıb. Belə olduqda iki nəfərin fərqli şahidliyi qarşısında qadın kişi ilə üz-üzə gələ bilər. Bu vəziyyətdə iki tərəfdən biri yalançı çıxarsa, qadın stress keçirə bilər. Allah Quranda hər vəziyyətdə qoruduğu qadının belə bir duruma düşməyinin qarşısını almışdır. Belə ki, qadının yanında ikinci şahidin varlığı ona dəstək vermiş olur. Bir kişi və iki qadın şahid olanda şahidlərin sayı üçə çatır. Bu minvalla, məsuliyyət bir nəfərin deyil, üç nəfərin üzərinə paylanılır. Beləliklə, pis niyyətli insanlar üç nəfərdən ikisini aldatmalı olduqlarına görə işləri çətinə düşür.
Məlum məsələdir ki, pul ilə bağlı şeylər iftira atmağa, başqa birini günahlandırmağa və şübhə yaratmağa səbəb ola bilir. Dolayısilə, burada qadını qorumaq üçün görülən tədbir qadını bir çox yöndən qoruyur. Bəzi insanlara görə, qadınları gücsüz görüb onlara iftira atmaq çox asandır. İşə pulun qarışdığı vəziyyətlər həmin insanların qadına iftira atıb onu günahlandırmaq üçün istifadə edəcəyi mühitlərdən biridir. Lakin verilən borca iki qadının şahidlik etməsi bu iftira riskini aradan qaldırır.
Bu, eyni zamanda qadın üçün psixoloji yöndən də rahatlıq deməkdir. Borc məsələsində pulun miqdarı, işin digər xırda detalları unutmaq baxımından həssas məsələdir. Müsəlmanlar ədalətli olmaq üçün borcla bağlı hər şeyi bilməyə və bu işdə nəyi isə unutmamağa görə məsuliyyət daşıyırlar. Belə ki, bu zaman qadına düşən məsuliyyət iki yerə bölünür. Qadın güclü yaddaşa malik olsa da və unutmamaq üçün lazımi tədbirləri alsa da, (hansı ki, bu işdə qadınlar kişilərdən həmişə dəqiq və ehtiyatlıdırlar) başqa bir qadının varlığı ona psixoloji yöndən dəstək verir.
Bunlar, əlbəttə, kişilər üçün də əsaslıdır. Lakin Quran belə mövzularda daima qadına üstünlük verir. Rəbbimiz qadınları xırdalıqlara əhəmiyyət verən, ən adi vəzifəyə belə ciddi yanaşan, ehtiyatkar və məsuliyyətli varlıq olaraq yaratmışdır. Buna görə də borc məsələsində qadının üzərində hiss etdiyi yük yaradılışı etibarilə çox böyük olur. Odur ki, bu yükü azaltmaq və onu psixoloji təsirdən qorumaq üçün uca Allah belə bir tədbir almışdır. Bu həm də Rəbbimizin qadına verdiyi üstün dəyərin təzahürüdür.
Bunu unutmaq olmaz ki, Quranda qadın dövlət başçısı (Səba məlikəsi) kimi nümunə verilir və onun qərarları alan güclü şəxs olduğu vurğulanır. Bunun mənası odur ki, Qurana görə, qadınlar dövləti idarə edə biləcək qədər ağıllı və güclü şəxsiyyətə sahibdirlər. Buna görə də borc məsələsində qadınları açıq şəkildə qoruyan ayəni qadınların əskik olduqları şəklində şərh edənlər Quran hökmünü görməzlikdən gəlirlər. Bizim ölçümüz isə yalnız Qurandır.
Allah Kuran'da, kadın ile erkeğin şahitliğini bir tutar. Kuran'ın hiçbir yerinde "bir erkeğin şahitliği iki kadına eşittir" diye bir ifade yoktur. |
Miras məsələsində qadının kişinin yarısı qədər pay alması da bir çoxlarının yanlış başa düşdüyü mövzudur. Quranın ruhunu, İslamın təməl əsaslarını və Rəbbimizin qadınlara şəfqətini qavramayan bəzi insanlar mirasın bölünməyindən bəhs edən ayəni Quranın bütünü ilə deyil, tək olaraq şərh etməklə öz iddialarını əsaslandırmağa çalışırlar. Halbuki miras hüququ yenə Quranda qadının qorunduğunu göstərən mövzulardan biridir.
Quranda qadının miras payından bəhs edən ayələr belədir:
Valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) qadınlara da pay düşür. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır. (Nisa surəsi, 7)
Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, yarısı ona çatır. Əgər (ölənin) bir övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də valideynləridirsə, onun anasına üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaş-bacıları varsa, onun anasına altıda bir hissəsi düşür. (Bu bölgü) ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah biləndir, müdrikdir. (Nisa surəsi, 11)
İlk ayədə göründüyü kimi, İslamda miras həm kişinin, həm də qadının haqqıdır. İkinci ayədə isə mirasın şəkli açıqlanır. Buradakı tərifə görə, miras şəxslərin ehtiyacına və daşıdıqları məsuliyyətə görə bölünür.
Ümumi Qurana nəzər saldıqda görürük ki, həyat yoldaşı, ana, bacı və qızın dolanışığı oğul, ər, ata və qardaşa həvalə edilir. Bu qadının bütün həyatı boyu əsaslı olan hökmdür. Yəni oğul, ər, ata və ya qardaş himayəsindəki qadına ömrünün sonuna kimi baxmalıdır.
Məsələn, kişi evlənəndə qadına mehr verir. Qurana əsasən, mehr qadının ailəsinə deyil, birbaşa qadının özünə verilir. Evlənəndən sonra qadının və uşaqların bütün maddi ehtiyaclarını kişi ödəyir. Növbəti səhifələrdə ətraflı şəkildə izahını verəcəyimiz kimi, boşandıqda belə bu qayğı və dəstək davam edir. Dolayısilə, qadının bütün xərclərini kişi ödəyir.
Qadının maddi xərclərinin kişiyə həvalə edilməsi qadını sıxışdırmaq anlamında deyil. Bu, qadının möhtac olduğunu da göstərmir. Burada görülən tədbir qadına dəyərin simvoludur və qadının həyatı boyu hər hansı bir şəkildə zərər görməsinin qarşısını almaq üçündür. Qadın istədiyi kimi yaşamaqda, çalışmaq və ya çalışmamaqda, pul qazanmaq və ya qazanmamaqda, iş qurmaqda, şirkət və hətta dövlət idarə etməkdə azaddır. Qadının maddi baxımdan bir kişinin himayəsində olması onu sosial həyatdan təcrid etmək və ya evə qatmaq demək deyil. Bu, eyni zamanda kişinin qadın üzərində söz haqqı olduğunu da göstərmir. Quranın heç bir yerində kişinin qadına hökm edəcəyinə dair məlumat yoxdur. Maddi məsuliyyətin kişiyə verilməsi Quranda xüsusi qorunan qadının həyatı boyu zərər görməməsi üçündür.
Lakin Qurana görə, qadının heç kimə qarşı belə bir məsuliyyəti yoxdur. Başqalarının dolanışığını təmin etmək kimi vəzifəsi yoxdur və eyni zamanda öz ehtiyaclarını belə ödəmək məcburiyyətində deyil. Əgər istəməzsə, işləməz; qadın buna məcbur deyil.
Bundan başqa, qadın öz malını istədiyi kimi xərcləmək haqqına sahibdir. Qadın zəngin olsa da, ailəsinin xərclərinə qatılmağa məcbur deyil. Həmçinin uşaqların tələbatını üzərinə götürməyə borclu da deyil. Qadın kişidən varlı olsa da, kişinin maddi məsuliyyəti davam edər.
Qadın mirasdan aldığı payı istərsə, xərcləyər; istərsə də özü üçün saxlayar. Lakin kişi mirasdan aldığı payı qadının dolanışığı üçün xərcləmək məcburiyyətindədir. Həm həyat yoldaşının, həm uşaqlarının, həm də bacılarının dolanışığı və rahat yaşamağı onun üzərinə düşür. Təkrar qeyd edək ki, bu, qadının ehtiyacı üzündən deyil, onun həyatı boyu zərər görməyini əngəlləmək üçündür.
Qurandakı gerçəklərə əsaslandıqda açıq həqiqətlə üzləşirik: əgər miras hüququnda qadınla kişiyə eyni pay verilsə idi, o zaman hissələri eyni olduğu halda, kişi ailəni dolandırdığı və qadının belə məsuliyyəti olmadığı üçün ölçü kişinin əleyhində pozulmuş olacaqdı. Ayədə həmçinin vurğulanır ki, bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Əgər ölən şəxs miras qoyub gedibsə, ilk öncə, mirasa görə hərəkət etmək lazımdır. Bu mirasda ölən adam bütün malını qadına vəsiyyət edə bilər və ailənin oğlanlarına pay ayırmaya bilər. Belə vəziyyətdə ayənin hökmünə görə, vəsiyyət əsaslı sayılır və bütün miras qadına qalır.
Allahın kişiyə qadının maddi xərcləri ilə bağlı məsuliyyət verməsinin müəyyən hikmətləri var. Əgər Allah istəsə idi, kişiyə belə məsuliyyət verməzdi və qadın heç bir maddi güvənliyi olmadan özünün, hətta uşaqlarının dolanışığını təmin etməli olardı. Lakin bu, bir qadın üçün böyük bir yük, psixoloji təzyiq və ağır bir məsuliyyətdir. Maddi mənada belə bir yük Quranda heç bir şəkildə qadının üzərinə yüklənməmişdir.
Kadının maddi anlamda bakımının erkeğe yüklenmiş olmasının anlamı kadını kısıtlamak değildir. Burada alınan tedbir, kadına verilen değerin bir simgesidir. |
Boşanma ilə əlaqədar ilk bunu qeyd etmək lazımdır ki, bir qisim xurafatçılar böyük yanlışlıqla qadına boşanma haqqı vermirlər. Bu zehniyyətə əsasən, qadın nə qədər bədbəxt olub əziyyət çəksə də, kişidən boşanma ehtimalı yoxdur. Qadınları əzməyə, kişiləri üstün görməyə çalışan xurafatçı zehniyyətin bu qorxunc əməli İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə faktiki olaraq yaşanır.
Halbuki belə bir düşüncə Quranda olmamaqla yanaşı, eyni zamanda Qurana ziddir. Quranın heç bir yerində yalnız kişinin qadını boşaya biləcəyi hökmü yoxdur. "Bəqərə" surəsinin 228 və 241-ci ayəsində boşanmış qadınlardan bəhs olunur. Boşanmaq kişilər kimi qadınların da haqqıdır.
Çox maraqlıdır ki, bəzi Quran təfsirlərinə və məallarına baxanda görürük ki, "boşanmış qadınlar" ifadəsindən əvvəl mötərizədə "əri tərəfindən" sözü əlavə olunub. Bax bu xəta təfsirçilərin xurafatdan asılılığın nəticəsində Quranın açıqlamasını kifayət hesab etməyib ayələri xurafatçı zehniyyətə uyğunlaşdırmağa çalışmağından qaynaqlanır. Əvvəlki qisimlərdə mötərizə daxilində verilən şərhlərin Quranı xurafata uyğunlaşdırmanın bir hissəsi olduğundan bəhs etmişdik. Belə hallarda ayəni öz istəklərinə uyğun dəyişə bilməyəcəklərini bilən bəzi şəxslər bunu mötərizə daxilində etməyə çalışıblar. Halbuki mötərizələri bir kənara qoyanda görürük ki, Quran ayələri çox açıq mesajlar ehtiva edir.
Bağnaz zihniyete göre kadın; kapatılması, hapsedilmesi gereken ikinci sınıf bir varlık olarak değerlendirilir. Kadınları ezmeye, erkekleri de üstün göstermeye çalışan bağnaz zihniyetin ürkütücü uygulamaları şu an bir çok İslam ülkesinde fiili olarak yaşatılmaktadır. Oysa bu korkunç zihniyet Kuran'a tamamen zıttır, gerçek İslam ile asla bağdaşmaz. |
Quranda qadın üstünlüyünün başqa bir nümunəsi qadının boşanmağından sonra onun himayə olunmasıdır. Uca Allah qadının boşanandan sonra zərər görməməyi üçün haqlarını qorumuş, həyatı boyu onu güvənliyə almışdır. Kişi boşansa da, qadını həyatının sonuna qədər qorumalı və ona baxmalıdır; qadının buna ehtiyacı olmasa da.
Boşanma bəzi nəfsi istəklərinə tabe olanlar üçün cütlərin bir-biri ilə bütün maddi əlaqələrinin kəsilməsi mənasına gəlir. Onlara elə gəlir ki, maddi əlaqələr kəsiləndən sonra artıq qarşı tərəfi qoruyub qayğı göstərmək üçün heç bir səbəb qalmır. Əksər hallarda ayrılandan sonra sevgi və hörmət hissini itirdiklərinə görə yalnız öz mənfəətlərini düşünür, qarşı tərəfin düşəcəyi çətinliyi və sıxıntını görməzlikdən gəlirlər. Bu, əlbəttə ki, Quran əxlaqını yaşamayan insanlarda görünən anormal xarakterdir. Uca Rəbbimiz Quranda boşanandan sonra qadınlara şəfqət və mərhəmət göstərilməli olduğunu belə buyurur:
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın... (Bəqərə surəsi, 231)
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara haqlarını verin və gözəl tərzdə sərbəst buraxın. (Əhzab surəsi, 49)
Diqqət edildikdə görünür ki, hər iki ayədə yaxşı münasibətdən bəhs edilir. Bundan başqa, boşanandan sonra belə əgər lazımdırsa, qadını xoşluqla saxlamaq yenə kişiyə aid məsuliyyətdir. Qadın işləməyə bilər və maddi imkanı, qalacaq yeri olmaya bilər. Bu durumda ayədə iki ehtimal göstərilir; ya kişi qadını himayəsində saxlayacaq, ya da qadın özü getmək istədikdə kişi ondan gözəl tərzdə ayrılacaq. Hər iki vəziyyətdə kişinin vəzifəsi qadına yaxşı davranmaqdır.
Boşanan qadını atıb getməklə onu himayəsiz və köməksiz buraxmaq Quranda qadağan edilmişdir. Boşanandan sonra qadın istər varlı olsun, istər olmasın, mütləq maddi yöndən qorunmalıdır. Bunu təmin etmək boşandığı ərinin vəzifəsidir.
Quranda boşanan qadının maddi yöndən qorunmalı olduğunu göstərən ayələr bunlardır:
Boşanmış qadınlara müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır (Bu,) müttəqilər üçün bir borcdur. (Bəqərə surəsi, 241)
... Onlara müvafiq qayda üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində . (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur. (Bəqərə surəsi, 236)
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)
Ayələrdə göründüyü kimi, varlı olan da, olmayan da boşandığı qadını qorumalıdır. Həyatı boyu o adamı heç görməsə də və maddi-mənəvi heç bir mənfəət əldə etməsə də, boşandığı həyat yoldaşını maddi mənada qorumalı, ona nəzakətlə davranmalıdır. Uca Rəbbimiz qadınlara maddi güvənliyin mütləq könül xoşluğu ilə və istəyərək edilməli olduğunu ayələrdə belə xəbər verir:
Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin! (Nisa surəsi, 4)
Parayla ilgili yükümlülükler, özellikle günümüz toplumlarında, bir insanın diğerine kolaylıkla iftira atabileceği, karşı tarafı umarsızca suçlayabileceği, zan altında bırakabileceği oldukça riskli konulardır. |
Uca Rəbbimiz ayələrdə buyurur ki, kişi boşanarkən evli olduğu müddət boyu həyat yoldaşına verdiyi heç bir şeyi geri almamalıdır:
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər (verdiyinizi) böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız? Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar? (Nisa surəsi, 20-21)
....Onlara verdiklərinizdən bir şeyi geri götürmək sizə halal olmaz... (Bəqərə surəsi, 229)
Allah ayələrdə kişiyə evlilik bağı ilə qadına söz və güvənlik verdiyini xatırladır. Bu sözə görə, qadına yığın-yığın mal və ya pul vermiş olsa da, bunları geri almamalıdır. Qurana tabe olan müsəlman bu sözünü Allaha vermiş olduğunu bilir. Buna görə də verdiyi sözə gözəl şəkildə əməl edər. "Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz" ayəsinə əsasən, fərqli davranmağın Allah tərəfindən haram edildiyi isə açıq-aşkardır.
Uca Allah qadının boşanandan sonra çətin vəziyyətə düşməməsi və himayə olunması üçün kişiyə onu özünə yaxın yerdə saxlamağını əmr edir. Hətta o qədər yaxın olmalıdır ki, təhlükə zamanı ondan göz-qulaq ola bilsin. Boşanandan sonra qadının özünə uyğun yer tapana qədər ona şərait yaratmaq və zərər görməsinə izin verməmək mömin üçün vicdani məsuliyyətdir:
Onlara imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla görüşüb danışın. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin. (Talaq surəsi, 6)
Burada əhəmiyyətli olduğuna görə təkrar qeyd edək ki, ayələrdə müəyyən edilən qadını qoruma tədbirləri qadının özünə baxa bilmədiyindən irəli gəlmir. Bu, bəzi ön mühakiməli şəxslərin İslama iftira atmaq üçün ortaya çıxardığı hədyandır.
Ayələrdə nəzakətdən, üstün əxlaqdan və dəyər verməkdən söhbət gedir. Qadına sahib çıxmaq ona çox dəyərli və hörmətli varlıq olduğunu hiss etdirməkdir. Allahın qadına verdiyi əhəmiyyətin təzahürüdür. "Öz aranızda xoşluqla görüşüb danışın." ayəsində müəyyən edildiyi kimi, Allah boşanan cütlüklərin arasında gözəl münasibəti əsas alır. Bu gün ümumi mənada bütün cəmiyyətlərdə qadının sosial həyatda və daha sonra düşdüyü çətinliklər nəzərə alınarsa, Qurandakı nəsihətlərin nə qədər vacib və əhəmiyyətli olduğu daha yaxşı görünür.
Quranda qadının qorunması ilə bağlı məsələlərdən biri onlara zorla varis olmamaqdır. Allah ayədə belə buyurur:
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun. (Nisa surəsi, 19)
Allah bu ayədə də qadına təzyiq göstərib onu maddi yöndən sıxışdırmağı qadağan edir.
Quranda analıq məqamı təriflənir. Ata-anaya hörmət etmək, onlarla yaxşı davranmaq və onları hər zaman olduğu kimi, qocalanda da qorumaq Quranda saleh möminlərin vəzifəsi kimi göstərilmişdir və bununla bağlı çoxlu ayə var. Bu ayələrdən bəziləri bunlardır:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq... (Ənkəbut surəsi, 8)
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" ¬–belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! (İsra surəsi, 23)
Quranda müsəlmanlara ata-anaya hörmət və yaxşılıq etmək tövsiyə edilir. Lakin anaya xüsusi bir dəyər verilir. Allah ayələrdə belə buyurur:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14)
Həqiqətən də, hər ana uşağını dünyaya gətirməmişdən qabaq aylarla fədakarlıq göstərir. Allahın ayədə bildirdiyi kimi, bətnində uşağını günü-gündən zəiflədiyinə baxmayaraq daşıyır və daha sonra onu çox çətinliklə dünyaya gətirir. Dünyaya gətirəndən sonra da onu qorumağa davam edir və uşağın rahatlığı üçün ona bütünlüklə sahib çıxır. Üstəlik, bunları edərkən heç bir qarşılıq gözləmir, hətta öz ehtiyaclarını belə ikinci plana salır. Allah bu həqiqətləri bizə xatırladır və analarımızın dəyərli varlıq olduğuna diqqət çəkir.
Bir çoxları kişilərin qadınlardan üstün olduğuna və qadınların döyülməsinə Qurandan dəlil gətirməyə çalışır və bu ayələri nümunə göstərirlər:
Allahın onlardan bəzilərini bəzilərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Nisa surəsi, 34-35)
Nisa" surəsinin 34-cü ayəsində "Allahın onlardan bəzilərini bəzilərindən üstün etdiyinə" ifadəsində işlənən "bəədhum" kəlməsini araşdıranda görünür ki, burada kişi və qadınlardan ibarət qarışıq topluluğa xitab edilir. Belə ki, buradakı məna "Allah kişi və qadınların bəzilərini bəzilərinə üstün etmişdir" şəklindədir. Buradan belə bir məna çıxır ki, Allah onların hər birinə fərqli bacarıq və xüsusiyyətlər vermişdir. "Allahın onlardan bəzilərini bəzilərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər" şəklində tərcümə edilən hissədə isə kişilərin qadınlardan üstünlüyü deyil, yalnız fiziki fərqlilikləri vurğulanır və "öz mallarından xərclədiklərinə görə" ifadəsi ilə daha əvvəl detallı şəkildə anlatdığımız kimi, maddi mənada qadına baxmaq vəzifəsi xatırladılır. "Kişilər qadınlar üzərində himayəçidirlər" kimi tərcümə edilən hissənin ərəbcəsi "ərricalu qəvvamunə ələnnisai" şəklindədir.
“Allah'ın, bazısını bazısına üstün kılması ve onların kendi mallarından harcaması nedeniyle erkekler, kadınlar üzerinde 'sorumlu gözeticidir.'” şeklinde tercüme edilmiş olan bölümde ise erkeklerin kadınlardan üstünlüklerine değil, sadece “fiziki farklılıklarına” vurgu yapılmakta ve “onların kendi mallarından harcaması nedeniyle” ifadesiyle –daha önce detaylı anlatmış olduğumuz gibi- maddi anlamda kadına bakma yükümlülükleri hatırlatılmaktadır. “Erkekler, kadınlar üzerinde 'sorumlu gözeticidir’” (veya bazı meallerde geçtiği şekliyle ‘gözeticidir’) olarak çevrilen kısmın Arapçası ise “erricalü kavvamune alennisai”‘dir.
Bu ərəbcə ifadənin həqiqi tərcüməsi belədir: "kişilər qadınlardan muğayat olur" və ya "kişilər qadınların dolanışığından məsuliyyət daşıyır".
Ayədə verilən "qəvvam" kəlməsi tərcüməçilər tərəfindən "idarə edici", "hakim" olaraq çevrilir. Halbuki bu kəlmənin işləndiyi digər bütün ayələrdə "qəvvam" kəlməsinin tək bir mənası var, o da muğayat olmaq, qorumaqdır. Yadınızdadırsa, əvvəlki hissələrdə qeyd etmişdik ki, olduqca zəngin dil olan ərəb dilinin ayələrdə işlənmə formasını və mənalarını anlamaq üçün o kəlmənin ümumi şəkildə digər ayələrdəki istifadəsinə baxmaq lazımdır. Bu, "qəvvam" kəlməsinə də aiddir.
"Qəvvam" sözü "qvm" kökündən törəyib. Bu kökün törəmələrinin işləndiyi bütün ayələrə baxdıqda görürük ki, heç birində "idarəçi", "hakim" mənaları yoxdur. Belə ki, Quranda idarəçi və hakimlər üçün "hükkam" sözündən istifadə olunur. Buradan yola çıxıb rahat şəkildə deyə bilərik ki, sözün həmin ayədəki mənası "muğayat olmaq", "qorumaq" deməkdir.
Qurana ümumi şəkildə baxanda bunu daha yaxşı başa düşə bilərik. Əvvəl də qeyd etdiyimiz kimi, Quranda, ümumiyyətlə, qadınlar azad olmaqla yanaşı, həm də üstün tutulurlar. Lakin eyni zamanda hər hansı çətinlik ehtimalına qarşı qorunurlar. Qadınları qorumaq, maddi mənada himayə etmək və çətinliyə düşməmələri üçün tədbir almaq vəzifəsi isə kişilərə həvalə olunur (bundan əvvəlki hissələrdə ətraflı bəhs olunub). Dolayısilə, həmin ayədə "qəvvam" kəlməsi ilə açıq şəkildə ifadə edildiyi kimi, kişilər qadınları daima və bütün şərtlər daxilində qorumaqla vəzifəlidirlər. Bir çox xurafatçılar tərəfindən kişilərin üstünlüyünə dəlil olaraq gətirilməyə çalışılan bu ayə, əslində, qadınların üstünlüyünü açıqlayır.
"Nisa" surəsinin 34-cü ayəsində "onları döyün" şəklində tərcümə olunan ifadənin ərəbcə qarşılığı "idribuhunnə" kəlməsidir. Kökü isə "darabə" feilidir.
"Darabə" kəlməsi ərəb dilində, bəlkə də, ən çox məna ifadə edən sözdür. "Darabə" döymək mənasında işləndiyi kimi, eyni zamanda "pul kəsmək" mənasına da gəlir. "Tətilə çıxmaq" ifadəsi də ərəb dilinə "darabə" feili ilə tərcümə olunur. Bunu azərbaycanca, məsələn, "döymək" sözü ilə müqayisə edə bilərik. Bir nəfər bizə desə ki, qapı döyülür, bir oğrunun qapını söküb apardığını heç vaxt düşünmərik. Bu, bir qonağın qapını açmağımızı gözlədiyi mənasına gəlir. Dolayısilə, çoxmənalı sözlərin işləndiyi cümlələrdə mənaya və sözün istifadə şəklinə diqqətli yanaşmaq lazımdır.
Her ne kadar basın ve yayın organlarında kadınlara uygulanan şiddet konularında bilinçlendirme kampanyaları yapılıyor olsa da bugün kadına şiddet dünya çapında engellenememiştir. Bunun nedeni, kadına şiddetin asıl altyapısını oluşturan zihniyete karşı Kuran ile ilmi bir çalışma yapılmamış olmasıdır. |
"Darabə" kəlməsinin geniş yayılmış mənalarından biri isə səyahət etmək və çölə çıxmaqdır. Necə ki Quranda səyahətdən, səfərə çıxmaqdan, bir yerdən müvəqqəti ayrılmaqdan bəhs edən ayələrdə "darabə" feilindən istifadə olunmuşdur. Məsələn:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz... (Nisa surəsi, 101)
Taliban'ın halkına yaptığı zulmü anlattığı blogu nedeniyle hedef haline gelen 16 yaşındaki Malala Yousafzai okuldan dönerken başından ve boynundan vuruldu. Uzun süren tedavi sonucu hayata dönen Pakistan'lı Malala halen genç kızların eğitim hakları için mücadelesine devam etmektedir. 2014 yılı Nobel Barış Ödülü'ne layık görülmüştür. |
Biz Musaya: "Qullarımla birlikdə gecə yola çıx, onlar üçün dənizdə quru yol aç". (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!" (– deyə) vəhy etdik. (Taha surəsi, 77)
Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür... (Bəqərə surəsi, 273)
Ey iman gətirənlər! Səfərə çıxmış.. və ya müharibəyə getmiş qardaşları barəsində... (Ali-İmran surəsi, 156)
Yer üzündə səfərə çıxdığınız zaman... (Nisa surəsi, 101)
Yuxarıdakı ayələrdə "darabə" heç bir şəkildə döymək mənasında istifadə olunmamışdır. Eyni şey bəhs etdiyimiz "Nisa" surəsinin 34-cü ayəsi üçün də əsaslıdır. "Darabə" kəlməsini bu ayəyə əsasən dəyərləndirdikdə kəlmənin üç fərqli mənası üzərində durmaq lazımdır:
1- Onları evdən çıxarın,
2- Onları olduqları yerdən kənara getməyə vadar edin,
3- Onları döyün
Bu kəlmənin "Nisa" surəsinin 34-cü ayəsindəki mənasını anlamaq üçün ayənin əvvəlindəki "Özbaşınalıq etmələrindən (nüşuzundan) qorxduğunuz qadınlara" ifadəsinə nəzər salmaq lazımdır. "Nüşuz" kəlməsi məallarda "özbaşınalıq" olaraq tərcümə edilmişdir. Qadını alçaltmağı hər fürsətdə ayələrə əlavə etmək istəyən xurafatçılar kişiyə itaəti ya mötərizə daxilində, ya da tərcümənin özündə verməyə çalışıblar. Halbuki "nüşuz" kəlməsi bir qadının öz ərindən başqası ilə yaxın münasibət qurub qeyri-qanuni cinsi əlaqəyə qədər davam edən sədaqətsizliyi mənasını ifadə edir. Dolayısilə, ayənin davamında ərinə sədaqətsizlik edən qadına ərinin necə davranmalı olduğu təsvir edilir.
Kişiyə əvvəlcə deyilir ki, qadına bu sədaqətsizliyə davam etməməsi üçün nəsihət versin. Bunun nəticəsi olmayanda kişi qadından yatağını ayırsın. Lakin qadın buna baxmayaraq, qeyri-qanuni münasibətə davam edib zinaya qədər gedib çıxarsa, bu vəziyyətdə ən yaxşı tədbir onu evdən uzaqlaşdırmağı yoxlamaqdır.
Kuran'da kadının dövülmesine dair bir hüküm yoktur. Peygamberimiz (sav) döneminde de kadınlara karşı asla şiddet uygulanmamıştır. |
Heç şübhə yoxdur ki, qadının qayğı ilə qorunduğu Quranda onun döyülməsinə qəti izin verilmir. Məntiqlə baxanda görərik ki, bütün xəbərdarlıqlara baxmayaraq, ərini aldadan qadını döymək onsuz da artıq sədaqət göstərməyən qadını qəzəbləndirməkdən başqa işə yaramaz və işi həll etməkdən çox çətinlik yaradar. Lakin uzaqlaşdırmaq həll yoludur. Qadın uzaq qaldığı müddət ərzində məntiqli düşünə bilər. Belə ki, peşman olub baş verənlərə daha ağıllı yanaşa bilər. Bundan başqa, xətalarından vaz keçdikləri təqdirdə ərinin artıq onların əleyhində yol axtarmamağı ayədə müəyyən edilən gözəllikdir.
"Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın" şəklində tərcümə edilən ifadədə yenə də kişiyə itaət edən qadın düşüncəsindən yola çıxaraq bir növ yönləndirici üsluba əl atılır. Halbuki həqiqi tərcüməyə görə, "verdiyiniz öyüdü dinləyib sədaqətli davransalar" şəklində açıqlama mövcuddur. Burada söhbət qadının kişiyə itaət etməyindən getmir. Əsas məsələ evlilikdə hər iki tərəfin məsuliyyət daşıdığı sədaqətdir.
Adnan Oktar: Kadın dövmek haramdır. Kadını dövün demiyor Cenab-ı Allah. Diyor ki "Önce uyarın. Olmazsa yataklarınızı ayırın." Bunu kadın da yapabilir. "Yataklarını ayırdığı halde yine olmuyorsa evden uzaklaştırın." Mesela annesinin evine götürün, yahut babasının evine götürün. "Yine olmuyorsa hakem oluşturun; iki taraftan hakem insanlar getirin. Sizi bir araya getirip konuştursunlar, aranızı bulmaya çalışsınlar. Yine olmuyorsa boşanırsınız." diyor Allah. Dövme diye bir şey yok. İslam'ı karmakarışık yapmışlar. Başörtüsü diye bir şey yok, kadın dövme diye bir şey yok. Kuran'da böyle bir şey bulamazsın, yok. İslam'a iftira var, Kuran'a iftira var. Şeytan oyun oynuyor. İslam'ı çökertmek için oyun oynuyor. Allah'ın tek dinini, hak dini ortadan kaldırmaya uğraşıyor şeytan. Buna müsaade etmeyeceğiz.
(Sn. Adnan Oktar'ın 7 Ocak 2017 tarihli A9 TV canlı yayınından)
Quranda qadınlar haqqında bilinən başqa yanlış məlumatlardan biri də hz.Adəm və onun zövcəsi barəsindəki məlumatlardır. Quranda zövcəsinin hz.Adəmi aldadıb günaha sürüklədiyi barədə heç bir açıqlama yoxdur. "Əraf" surəsini 11-ci ayədən 28-ci ayəyə qədər oxuyanda görürük ki, hz.Adəmi və zövcəsini birlikdə aldadan şeytandır.
Eyni şəkildə, Quranda qadının kişinin qabırğa sümüyündən yaradıldığına da dair hər hansı məlumat yoxdur. Bu iftiranın qaynağı olan saxta hədisdən əvvəlki qisimlərdə bəhs etmişdik.
Yanlış bilinən mövzulardan bir başqası isə Quranın yalnız kişilərə xitab etməsi barədədir. Halbuki Quranın 90 faizindən çoxunda kişi və qadınlara birlikdə xitab edilir. Belə ki, "Adəm oğulları" ifadəsi ilə bütün insanlara və "iman edənlər" ifadəsi ilə inananlara xitab edilir. Tək kişilərə xitab edən ayələr kimi, yalnız qadınlara xitab edən ayələr də vardır. Quranda bəzi ayələr isə birbaşa Peyğəmbərimizə xitab edir.
KUR’AN-I KERİM VE TÜRKÇE ANLAMI |
Əlbəttə, bir qadının İslamdakı dəyərini anlamağımız üçün bizim rəhbərimiz Qurandır. Peyğəmbərimiz (səv) yalnız Quranın tətbiqçisi olduğuna görə Qurana uyğun əməllərindən bəhs edən hədislərin doğru olduğundan əminik. Belə ki, həmin səhih hədislər qadınlara qarşı qorxunc fikirlər əks etdirən və Qurandan tamamilə uzaq olan saxta hədislərlə zidd mənalar ehtiva edir. Qurana uyğun gəldiyi üçün tam səhih olduğu ehtimal olunan hədislərdən bəziləri belədir:
Dünyanızdan mənə üç şey sevdirildi: gözəl qoxu, salehə qadın, gözümün nuru namaz. (Nəsai, İşrətül-Nisa 1, (7,61))
Qadınlara ancaq ləyaqətli və şərəfli adamlar dəyər verər. Onları ancaq pis və alçaq adamlar xor görər... (İbn Əsakir)
Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı davrananlarınızdır. (İbn Əsakir)
Xanımlarınızı üzməyin. Onlar Allah-Taalanın sizə əmanətidir. Onlara xoş davranın yaxşılıq edin! (Müslim)
Xanımı ilə yaxşı keçinib zarafat edəni Allah sevər, ruzisini artırar. (İ.Lal)
Ən üstün mömin xanımına qarşı ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı kimsədir. (Tirmizi)
Ən yaxşı müsəlman xanımına qarşı ən yaxşı davranandır. Aranızda xanımına ən yaxşı davranan mənəm. (Nəsai)
Xanımına gülər üzlə baxan kişinin dəftərinə bir kölə azad etmiş savabı yazılar. (R.Nasihin)
Xanımını döyən Allaha və Rəsuluna asi olar. Qiyamətdə o adama qarşı çıxaram. (R.Nasihin)