Quranın əmrlərini ən mükəmməl şəkildə həyata keçirən Peyğəmbərimizdir. Peyğəmbərimiz (səv) bütün həyatı boyu Qurana uyğun yaşamışdır və müsəlmanlar üçün ən mükəmməl nümunə olmuşdur. Bütün əməlləri və sözləri Qurana uyğundur və bunların bir qismi dövrümüzə qədər gəlib çatmışdır. Hədis adı verilən bu sözlərin bir qismi Quranın göstərişlərini əks etdirir. Buna görə də onların Peyğəmbərimizə (səv) aid olduğu məlumdur və səhihdir. Xüsusilə axırzamana işarə edən bir çox hədis heç dəyişmədən qalmış, həmin hədislərdə gələcəkdə baş verəcək fövqəladə hadisələrdən bəhs edilmişdir. Bu hədislər dövrümüzdə bir-bir gerçəkləşməyə davam edir. 1400 il əvvəl bildirilən Lulin quyruqlu ulduzunun keçməsi, Əfqanıstanın işğalı, İraq müharibəsi, 11 sentyabr kimi bəşər tarixində bir dəfə olan hadisələr baş vermişdir. (Ətraflı məlumat üçün baxın: "Hz.İsa və hz.Mehdi bu əsrdə gələcək", H.Yəhya, "Global" Nəşriyyatı). Beləliklə, Peyğəmbərimizin müjdələri bizim üçün çox qiymətlidir. Bu da öz növbəsində onu göstərir ki, hədislərin hamısını rədd etməməliyik, səhih olanlarını müjdə və nemət olaraq görməliyik.
Ancaq bu, bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən, Peyğəmbərimizin (səv) sözlərinə və əməllərinə heç uyğun gəlməyən bir qisim açıqlamalar dövrümüzdə hədis kitablarında yer alır. Bu sözlərin səhih hədislərdən ayırd edən xüsusiyyəti Qurana tamamilə zidd olmasıdır. Qurana zidd olan söz və əməllərin Peyğəmbərimizə (səv) aid olması mümkün deyil.
Belə ki, İslam dinindən tam fərqli olan xurafatçıların dinini araşdırdıqda hədislər mövzusunda bəzi həqiqətləri bilməliyik. Çünki xurafatçıların dini İslamın yeganə kitabı olan Quranda yoxdur. Bəs bu batil din haradan gəlir? Bu din adət-ənənələrdən, ağızdan-ağıza yayılan xurafatlardan, ən çoxu isə guya Peyğəmbərimizə (səv) aid olan uydurma hədislərdən gəlir.
Quranın nazil olmasından sonrakı əsrlərdə Peyğəmbərimizin (səv) bəzi əməlləri və sözləri hədis olaraq bir yerə toplanmışdır. Hədislərin hicri 2-ci əsrdən etibarən yazılmağa başlandığı zənn edilir. Həmin hədislərin bir qismi qorunmuşdur. Bir qismi isə uydurulmuş və sonrakı dövrlərə tamamilə yanlış ötürülmüşdür. Daha əvvəl də açıqladığımız kimi, bir hədisin, həqiqətən, Peyğəmbərimizin (səv) sözü və ya əməli olub-olmadığını bilmək üçün Qurana baxmalıyıq. Əgər bir hədis Qurana uyğun gəlirsə, deməli, doğrudur. Əgər gələcəyə işarə edən bir hədis gerçəkləşərsə, yenə də doğrudur. Lakin həmin hədis Qurana ziddirsə, tərəddüd etməyə gərək yoxdur və hədis heç cür doğru qəbul edilə bilməz.
Bəs yaxşı, hədislər müsəlmana lazımdırmı? İlk öncə, müsəlmanların əvəzolunmaz yeganə qaynağı Qurandır və Quran bir müsəlman üçün təkbaşına kifayətdir. Uca Rəbbimizin hökmünə əsasən, müsəlman yalnız Qurandan hesaba çəkiləcək. Bununla belə, Peyğəmbərimizin (səv) Qurana əsaslanan əməllərini və ya möcüzələrini bilmək böyük nemətdir. Hədislərə tabe olmaq müsəlmana fərz deyil, lakin Peyğəmbərimizin (səv) söz və əməlləri, gələcəyə dair verdiyi müjdələr əhəmiyyətli yol göstəricidir. Elə buna görə də doğru sözü səhv olandan ayırmaq və dövrümüzə qədər gəlib çatan hədisləri aydınlaşdırmaq çox əhəmiyyətlidir. İslam cəmiyyətlərinin bir çoxunun problemi isə budur ki, Quranı tamamilə tərk edib yerinə uydurma hədisləri yol göstərici kimi qəbul edirlər. Həmin hədisləri "saxta hədislər" adı altında nəzərdən keçirəcəyik.
Saxta hədislər dini qaynaqlarda "məvzu" hədislər kimi də adlandırılır və bu terminin mənası budur: hz.Muhəmmədin demədiyi sözü yalan və iftira yolu ilə ona aid etmək. Yəni saxta hədis hz.Muhəmmədə aid olmadığı halda, qəsdən onun hədisi kimi qələmə verilir.
Saxta hədislər kitabın bundan sonrakı hissəsinin əsas mövzusu olacaq. Çünki bu hədislər hal-hazırda bir çox İslam cəmiyyətlərində Quranı əvəz edən və yeni saxta dinin formalaşmasına səbəb olan əsas qaynaqlardır. Həmin saxta, yəni iftira xüsusiyyəti daşıyan hədislərin ən diqqəti cəlb edənlərini bir-bir izah edib gözlər önünə sərəcəyik. Səbəbi isə budur ki, hər kəsə sözügedən batil İslam anlayışının hansı xurafatlardan qaynaqlandığı məlum olsun və bunun yanlış olduğu Qurandan dəlilləri ilə göstərilsin. Ümid edirik ki, beləliklə, İslamı yanlış anlayanlar xurafatçıların dininin təkcə yanlış anlaşılmadan ibarət olmadığını, tamamilə saxta sistem üzərinə qurulduğunu başa düşərlər. Eyni zamanda İslamı və Quranı tənqid etməyə çalışanlar da yanıldıqlarını görər və müsəlman adını daşıyan bir çoxları gerçək İslam və Quranla heç bir əlaqələrinin olmadığının şahidi olarlar. Yenə ümid edirik ki, buradakı açıqlamalar xurafatçı zehniyyət içində yaşamağa məcbur qalan, yeganə sistem kimi onu doğru zənn edən səmimi insanların Quranın doğru yolunu görmələrinə vəsilə olacaq.
Peyğəmbərimizdən (səv) nəql edildiyi iddia edilən hədislər və Peyğəmbərimizin (səv) əməlləri olaraq qəbul edilən rəvayətlər ilk dəfə onun vəfatından bir neçə əsr sonra qələmə alınmışdır. Məşhur altı hədis kitabından ibarət Kutubi-sittənin müəlliflərindən Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbn Macə isə 273-cü ildə vəfat etmişdir. Şiələrin hədis kitabları isə fərqlidir. Sünni və şiələrin bir çoxu bir-birilərinin hədis kitablarını qəbul etmirlər. Şiələrin hədis kitablarının yaranması daha irəli tarixlərlə üst-üstə düşür. Məşhur şiə hədisçilərindən Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, əl-Mürtəza isə 436-cı ildə vəfat etmişdir.
Tarixi qaynaqlardan və bizə çatan ilk hədislərdən məlum olur ki, Peyğəmbərimizin (səv) və dörd xəlifənin dövründə heç bir yazılı hədis olmayıb. Xarəvi mövzu ilə bağlı belə deyir: "Nə səhabələr (Peyğəmbəri görənlər), nə də tabiyyun (Peyğəmbəri görməyən, lakin səhabə görən) hədisləri yazırdılar. Lakin söz kimi rəvayət edirdilər. Bəsit yazılı bir neçə mətndən başqa bunun istisnası yoxdur. Bu mövzuda nəql edilənlərin itməməsi üçün Ömər bin Əbdüləziz, Əbu Bəkr əl-Xəzmə bir məktubda əmr etdi ki, hədisləri araşdırıb yazsın". Yezid bin Əbdülməlik isə Ömər bin Əbdüləziz öləndən sonra Əbu Bəkr əl-Xəzmi bu vəzifədən uzaqlaşdırdı. Sonra gələn Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin (səv) şəhadətindən 2-3 əsr sonraya düşür.
Buxaridən əvvəl hədislərin nə qədər doğru olub-olmadığını heç kim araşdırmamışdır. Hədisləri səhih və ya zəif olaraq adlandırmaq Buxari ilə başlayır. Hədislər araşdırılanda isə bundan bir nəticə almaq mümkün olmur. Zəif olmaq bir tərəfə, tamamilə uydurma olan hədislər İslam adından yayılmış və sayı getdikcə çoxalmağa başlamışdır.
O dövrdə bunun qabağını almaq mümkün olmamışdı. Çünki Peyğəmbərimizin (səv) vəfatından hədis kitablarının yazılmasına qədər 6-7 nəsil keçmişdi. Bu hədislərin yazıldığı məşhur hədis kitablarında qeyd olunur ki, bunları 6-7 nəfər bir-birilərinə deyərək növbəti nəslə ötürmüşdür. Həmin hədislər nəql ediləndə Peyğəmbərimizdən (səv) sonrakı halqadan bir sonrakı halqa belə vəfat etmişdi. Yəni hədisçilərin hədis nəql edən şəxslərin doğru danışıb-danışmadıqlarını tədqiq edəcəkləri şəxslər həyatda deyildi. Hədis alimləri də bunun fərqində idilər. Müslim səhih olan, yəni qəti doğru olduğu qənaətinə gəldiyi hər hədisi kitabına yazmadığını deyir (Müslim, 1-ci cild). Hədislərin dinin qaynağı olduğunu deyən Buxari 600 min hədisdən 6-7 minini, yəni 1%-ini kitabına yazmışdır. Yerdə qalan 99%-inin isə əsaslı olmadığını düşünüb qeyd etməmişdir. Buradan belə nəticəyə gəlirik ki, İslam aləmi üçün hədislər bir neçə şəxsin qənaətinə görə müəyyən olunur ki, bu da hədisləri dinin qaynağı olaraq görənlər üçün çox dəhşətli vəziyyətdir. Çünki başqaları üçün səhih hökmündə olan, lakin Müslimin lazım bilmədiyi üçün kitabına yazmadığı digər hədislərdəki məlumatı heç bir zaman əldə etmək mümkün olmayacaq. Bu arada xatırladaq ki, bütün bunlar nəzərdən keçirildiyi halda, İslamın səhih, qorunan və heç dəyişməyən kitabı¬– Qurani-Kərim bir kənara qoyulmuşdur.
Misirli mütəfəkkir Əhməd Əmin uydurma hədislər barəsində belə bir ağıllı təsbit irəli sürür:
"Maraqlıdır ki, əgər hədisləri açıqlayıcı formada nəzərdən keçirsək, piramida formasında olduğunu görərik. Piramidanın təpəsi Allahın elçisinin dövrüdür, aşağı endikcə piramidanın eni çoxalır. Piramidanın təməlinə çatanda görürük ki, Peyğəmbərimizin (səv) dövründən çox genişdir. Halbuki bunun əksi doğru olmalıdır. Çünki Peyğəmbərin (səv) yanında olanlar hədisləri ən çox bilənlərdir. Sonra onların ölümü ilə hədisləri bilənlərin sayı azalır, bu minvalla yuxarıda misal verdiyimiz piramida tərsinə formalaşır. Lakin biz Əməvi dövründəki hədislərin bu dövrdəkilərdən daha qabarıq olduğunu görürük". (Əhməd Əmin, Dühaül-İslam)
Belə olduğu halda, bir-birindən fərqli, hətta bəziləri bir-birinə zidd olan yüz minlərlə hədisin varlığı və səhihliyi bir çox hədis alimləri arasında da müxalifətə səbəb olmuşdur. Məsələn, İkrimə Buxari və bir çox məşhur hədisçiyə görə, mötəbər ravi ikən, Müslim onu yalan danışmaqda günahlandırmışdır. Belə nümunələr çoxdur. Bunlardan ən maraqlısı İslamın məşhur hədis kitabının müəllifi Buxarinin Hənəfi məzhəbinin banisi Əbu Hənifəni etibarsız elan edib ondan tək bir hədis belə nəql etməməsidir. Ən məşhur hədisçiyə görə, ən məşhur məzhəbin qurucusu etibarsız adamdır. Lakin müsəlman aləminin böyük qismi onları ən etibarlı iki hədis alimi kimi qəbul edir. Bu, həqiqətdir ki, hədis nəql edənlərin etibarlılığı haqqında müzakirələrdə ziddiyyətli izahlar hədislərdəki ziddiyyətlər qədər çoxdur.
Peyğəmbərimizdən (səv) nəql edilən və Quranın ruhunu əks etdirən hədislərə uydurma hədislərin qarışmasından savayı başqa bir problem isə hədislərin rəvayət şəkilləridir. Bir çoxları elə zənn edir ki, hədislər birbaşa Peyğəmbərimizin (səv) ağzından çıxan sözlərdir. Halbuki bu, doğru deyil. Bunların birbaşa rəvayət edilən sözlər olduğunu hədis alimləri belə iddia edə bilməzlər. Buxari başda olmaqla, bir çox hədis ravisi belə qəbul ediblər ki, hədisin təkcə mənasının nəql edilməsi kifayətdir və mətnin özünü əzbərləmək şərt deyil. Bu da rəvayət edilən sözlərə çoxlu izahın əlavə olunmasına, yanlış anlaşılan məlumatların doğru kimi ötürülməsinə və mövzunu tam başa düşməyənlərin də nəql etməsinə səbəb olmuşdur.
Məna ilə hədis nəqli normal qəbul edildikdə bəzən hədisin əvvəlini və sonunu eşitməmək əhəmiyyətli dərəcədə məna itkisinə gətirib çıxarmışdır. Məsələn, Əbu Hüreyrənin "Uğursuzluq üç şeydə olur: ev, qadın və at", -deyərək bunu Peyğəmbərimizin söylədiyini iddia etdiyini eşidən hz.Aişə buna cavab olaraq demişdir ki, Allaha and içirəm ki, Allahın Elçisi qətiyyən belə söz deməyib. O, deyib ki, cahil camaat belə deyirdi ki, uğursuzluq üç şeydə olur: ev, qadın və at.
Dörd məzhəbin qurucuları, şübhəsiz, olduqca dəyərli müsəlmanlardır və qiymətli İslam alimləridir. Lakin bunu bilmək lazımdır ki, dörd məzhəbin qurulmasında əsas rolu həmin hədislər oynayıb. Dörd məzhəbin qurucuları da öz seçdikləri hədisləri öz məzhəbləri üçün əsas qəbul ediblər. Dörd imam Kutubi-sittəni, yəni altı məşhur hədis kitabını yazan hədis imamlarının ölçülərindən kənara çıxaraq öz məzhəblərini qurublar. Daha əvvəl də qeyd etdiyimiz kimi, bunların ən böyüyü olan Hənəfi məzhəbinin qurucusu Əbu Hənifə hədis bilgisi zəifliyi və öz düşüncələrini önə sürməsi iddiası ilə başda Buxari olmaqla, digər hədis imamları tərəfindən tənqid olunmuşdur.
Hədis alimləri və məzhəblərin səhih saydığı hədislər arasında bu qədər ziddiyyət var ikən, hədislərin rədd edilməz olduğunu iddia edənlər də ortaya çıxmışdır. Həmin adamların dəstəyi ilə, məsələn, Buxarı və Müslimdəki tək bir hədisi inkar edənin kafir olduğu qəbul edilmişdir. Kitabın növbəti səhifələrində ətraflı bəhs edəcəyimiz kimi, hələ hədislərin Quran ayələrinin hökmünü qaldırdığını belə iddia edənlər olmuşdur. Bax belə, xurafatçıların meydana gətirdiyi cahil cəmiyyətlərin formalaşmasının əsil səbəbi bu qorxunc məntiqlərdir.
Fərqli saxta hədislərin İslam dini içərisində bir-birindən fərqli hökmləri olan məzhəbləri necə ortaya çıxardığına birlikdə nəzər salaq:
Osman Hamdi Bey’in “Theologist” adlı yağlı boya tablosu, 1907 | Osman Hamdi Bey’in “Girl Reciting Qu'ran” adlı yağlı boya tablosu, 1880 |
Dört mezhebin kurucuları tabi ki değerli İslam alimleridir. Ancak, dört mezhebin kuruluşu temelde birbiriyle çelişen hadisler ile olmuştur. Her mezhep kendi seçtiği hadisleri temel kabul etmiştir. |
| MÖVZULAR | HƏNƏFİ | MALİKİ | ŞƏFİİ | HƏNBƏLİ |
1 | Ölü heyvanın dərisi | Haram | Halal | Haram | Halal |
2 | İlan balığı yemək | Halal | - | - | Haram |
3 | Kişinin qırmızı paltar geyinməsi | Mekruh | Halal | Haram | Mekruh |
4 | Kişinin sarı paltar geyinməsi | Haram | Halal | Haram | Haram |
5 | Ud, zurna, təbil, baraban çalmaq | Mekruh | Halal | Halal | Haram |
6 | Qarğa əti yemək | Haram | Halal | Haram | Haram |
7 | At əti yemək | Haram | Helal | - | - |
8 | Midyə yemək | Haram | Halal | - | - |
9 | Dəniz ilbizi yemək | Haram | Halal | - | - |
10 | Qaranquş əti yemək | Halal | Halal | Haram | Haram |
11 | Qartal əti yemək | Haram | Halal | Haram | Haram |
12 | Namaz qılanın önündən keçəndə haram olan məsafə nə qədərdir? | 40 kulaç | 1 kulaç | 3 kulaç | 3 kulaç |
13 | Namazda unudaraq danışmaq namazı pozurmu? | Bəli | Xeyr | Xeyr | Bəli |
14 | Namazda "ah" və "uf" demək namazı pozurmu? | Bəli | Xeyr | Bəli | Bəli |
15 | Dəstəmazın neçə fərzi var? | 4 | 7 | 6 | 7 |
16 | Dəstəmazı müəyyən ardıcıllıqla almaq fərzdirmi? | Hayır | Hayır | Bəli | Bəli |
17 | Dəstəmazı ara vermədən almaq fərzdirmi? | Xeyr | Bəli | Xeyr | Bəli |
18 | Dəstəmazı pozan şeylərin sayı | 12 | 3 | 5 | 8 |
19 | Namazda qəhqəhə ilə gülmək namazı pozurmu? | Bəli | Xeyr | Xeyr | Xeyr |
20 | Dəvə əti yemək və cənazə yumaq dəstəmazı pozurmu? | Hayır | Hayır | Hayır | Bəli |
21 | Dəstəmaz şübhə ilə pozulurmu? | Xeyr | Xeyr | Xeyr | Bəli |
22 | Bədənin bir yerinin qanaması dəstəmazı pozurmu? | Bəli | Xeyr | Xeyr | Xeyr |
23 | Cənabət qüslünə səbəb olan şeylərin sayı | 7 | 4 | 5 | 6 |
24 | Cənabət qüslünün fərzlərinin sayı | 11 | 5 | 3 | - |
25 | Əhəmiyyət verməməkdən və ya tənbəllikdən dolayı namaz qılmayanın hökmü nədir? | Həbs edilir, qan çıxana qədər döyülür,öldürülür | Tövbə etməsə, öldürülür | Üç gün içində tövbə etməsə, öldürülür | Üç gün içində tövbə etməsə, öldürülür |
26 | Namaz bitəndə neçə tərəfə salam vermək fərzdir? | Fərz deyil | 1 tərəfə vermək fərzdir | 1 tərəfə vermək fərzdir | 2 tərəfə vermək fərzdir |
27 | Ramazanda hər günün orucu üçün ayrıca niyyət etmək şərtdirmi? | Bəli | Xeyr | Bəli | Bəli |
28 | Qan aldırmaq orucu pozurmu? | Xeyr | Xeyr | Xeyr | Bəli |
29 | Kişi və qadının zinət əşyalarından zəkat vermələri fərzdirmi? | Bəli | Xeyr | Xeyr | Xeyr |
30 | Qadın yanında əri olmadan həccə gedə bilərmi? | Xeyr | Bəli | Bəli | Xeyr |
31 | Həccin neçə şərti var? | 2 | 4 | 5 | 4 |
32 | İİpəyin üzərində oturmaq, söykənmək, yastıq kimi istifadə etmək, divar örtüyü düzəltmək haramdırmı? | Xeyr | Bəli | Bəli | Bəli |
33 | Saqqalı kəsmək haramdırmı? | Bəli | Bəli | Xeyr | Bəli |
34 | Nərd oynamaq haramdırmı? | Xeyr | Bəli | Bəli | Bəli |
35 | Şahmat oynamaq haramdırmı? | Bəli | Bəli | Xeyr | Evet |
36 | Cinsi təcavüz edilən heyvanın hökmü nədir? | Öldürülər, əti də yeyilməz | Öldürülər, əti yeyilər | Öldürülməz, əti də yeyilər | Öldürmək lazımdır |
37 | Şərab və digər sərxoşedici içkiləri içənə neçə dəyənək vurulur? | 80 | 80 | 40 | 80 |
38 | Dindən döndüyü üçün öldürülən adamın malı varislərə verilə bilərmi? | Bəli | Xeyr | Xeyr | Xeyr |
39 | Dindən dönən qadın öldürülərmi? | Xeyr | Bəli | Bəli | Bəli |
40 | Bir qadının hakimlik etməsi caizdirmi? | Bəli | Xeyr | Xeyr | Xeyr |
41 | İt murdar heyvandır? | Xeyr | Xeyr | Bəli | Bəli |
Ludwig Deutsch'un "At Prayer" adlı yağlı boya tablosu, 1923 |
Uydurulan, səhv nəql edilən və şəxsi istəklərə görə açıqlanan minlərlə hədis hal-hazırda İslam dininin ən əhəmiyyətli qaynağı kimi qəbul edilməkdədir. İslam dinini dörd yerə bölüb dörd ayrı məzhəb, daha doğrusu bir-birinə zidd olan dörd ayrı din meydana gətiriblər.
Bir çox müsəlman qardaşımız bunun əsil din olduğunu zənn edib qaydalarına əməl edir, səhih olmayan bir çox hədisi gerçək zənn edirlər. Bu gün bir çox müharibənin əsas səbəbini meydana gətirən həmin xurafatlar hədislər mövzusunda ortaq məxrəcə gələ bilməyən zehniyyətin məhsuludur. Daha əvvəl müəyyən etdiyimiz və kitabda tez-tez təkrarlayacağımız əhəmiyyətli həqiqəti bir daha xatırladaq: Quranda xəbər verilir ki, Peyğəmbərimizin (səv) Rəbbimizə bircə şikayəti olacaq, bu şikayət də Quranın tərk edilməsi ilə bağlıdır:
Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!"– deyəcək. (Furqan surəsi, 30)
Əgər Rəbbimiz istəsə idi, Peyğəmbərimizin (səv) bütün sözlərini qoruyar və 1400 illik bu sözlər –eynilə Quran ayələri kimi– heç bir dəyişikliyə məruz qalmadan bu günə kimi gəlib çatardı. Lakin Quran təkbaşına İslam dininin mükəmməl şəkildə tətbiq olunması üçün kifayətdir. Onsuz da Peyğəmbərimizin etdiklərinin hamısı Quranda vardır.
Buna görə də Rəbbimiz Quranı qorumuşdur və bu, müsəlmanlar üçün kifayətdir. Quran qorunub dəyişmədiyi üçün xurafatçılar çətinləşdirməyə çalışdıqları İslam dininə Qurandan heç bir dəlil gətirə bilməyiblər. Odur ki, xurafatlarına dəlil kimi saxta hədisləri əsas kimi göstərməyə çalışıblar. Çünki Quranda bütün müsəlmanların birləşəcəyi tək yol, tək təsvir və tək ağıl vardır.
Quran müsəlmanlara həm bələdçi, həm də rəhmət olaraq endirilmişdir:
(Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Quranda Allahın ayələrini kifayət hesab etməyib uydurma sözlərə inananlardan da bəhs edilmişdir:
Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra hansı sözə daha inanacaqlar?! (Casiyə surəsi, 6)
Allah ziddiyyətlərlə dolu olan izahlara qarşı Allahın dəyişməyən hökmü və İslam dininin haqq kitabı olan Quran üzərində düşünməyə dəvət edir:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsa idi, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Quranın tərk edilməsi, Qurandakı İslamın kafi görülməməsi və yeni din axtarışının başlanması bərabərində qarışıqlığı, anlaşılmazlığı və ədavəti də gətirir. Quranı tənqid edib uydurduqları dini yaymaq istəyənlər yenə xurafatdan istifadə edərək gələcək nəsilləri Qurandan uzaqlaşdırmaq üçün müəyyən tədbir alıblar.
Müsəlmanların bir qismi illər boyu saxta hədislərə və bir çox din adamlarının dinə əlavə etdikləri xurafatlara əsaslanaraq Qurandan sistemli şəkildə uzaqlaşıblar. Həmin saxta hədis və icmalara (bəzi din adamlarının ortaq şəriət hökmləri) əsasən, Quranda olmayan bir çox əməl din adından yayılmışdır. Həmin əməllər o qədər çətindir ki, bir çoxları Quranı toxunulmaz hala gətirmişdir. Məsələn:
◉ "Qurana dəstəmazsız toxunmaq olmaz" xurafatı Quran oxumağı çətinləşdirib.
◉ Dəstəmazın Quranda təkcə bir ayədə olduqca açıq şəkildə açıqlanmasına və çox asan olduğuna baxmayaraq, xurafatçılara görə, dəstəmazı pozan (cildlərlə kitaba sığan) minlərlə səbəb var. Buna görə də Qurana toxunmaq, demək olar ki, imkansız hala gətirilib.
◉ Quranı, ümumiyyətlə, oxumaq lazım deyil. Quranı qabın içində yüksək yerdən asıb aşağı endirmək olmaz.
◉ Quran müsəlmanın həyatının ən əhəmiyyətli hissəsi olduğu halda, xurafata görə, təkcə Ramazan ayında, qəndil gecələrində və bir də yaslarda ancaq ərəbcə oxuna bilər. Bir insanın Quranı öz dilində oxuması qəti qadağan edilmişdir. Xurafat inancında bir çoxları elə düşünür ki, Quranı öz dillərində oxusalar, günaha girəcəklər. Buna görə də ərəbcə bilməyən cəmiyyətlərin böyük qisminin Quranın içindəkilərdən xəbəri yoxdur.
Söz konusu uydurma hadis ve icmalara göre, Kuran genellikle okunmaz, sadece bir koruma içinde yüksekçe bir yere asılır ve asla indirilmez. |
◉ Xurafatçı zehniyyətin ucbatından dünyada milyonlarla müsəlmanın Quranda nə yazıldığından xəbəri yoxdur.
◉ Quranda baş örtüyünə dair hər hansı bir məlumat verilməsə də, (bu barədə növbəti səhifələrdə geniş məlumat veriləcək) və Qurana dəstəmazlı toxunmaq kimi müəyyən şərt olmasa da, xurafat dinində qadının baş örtüyü olmadan və dəstəmazsız Qurana toxunması qadağan edilmişdir. Eyni şəkildə, kişilərin də Qurana toxunmasında bir çox süni çətinliklər yaradılıb.
◉ Quran oxumağı əngəlləmək üçün ortaya atılan məşhur hekayələrdən biri də budur ki, guya, Quranı təkbaşına oxumaqla başa düşmək mümkün deyil və mütləq alimlərin izah və təfsirlərinə ehtiyac var. Bu təlimi alan müsəlmanların bir qismi Allahın "...Biz hər şeyi təfsilatı ilə izah etdik" (İsra surəsi, 12) ayəsinə baxmayaraq, elə inanıblar ki, Quranda təfsilatlı açıqlama tapa bilməyəcəklər. Buna görə də beyinlərinə yeridilən saxta hədisləri gerçək yol kimi qəbul ediblər.
KUR’AN-I KERİM |
Quran həyatın hər anında və hər yerdə oxunmalıdır. Lakin mövcud qanunlara görə, bir müsəlmanın Qurana toxunması belə mümkün deyil.
Halbuki "Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın..." (Əhzab surəsi, 34) ayəsi ilə daima oxunan və hikməti yadda saxlanılan Quran təsvir edilir. Yenə başqa bir Quran ayəsində buyurulur ki, "Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır" (Bəqərə surəsi, 2). Bir kitabın yol göstərici olması üçün içindəki yol göstərən hikmətlər bilinməlidir. Eyni zamanda ayələrdə Quran barəsində aşağıdakı xüsusiyyətlər sadalanır:
Quran:
◉ yolu aydınladan işıqdır,
◉ doğrunu yanlışdan ayıran ölçüdür,
◉ ixtilaf içində olanlara dəlil və möcüzədir,
◉ qəlblərində mənəvi mənada xəstəlik olanlara dərmandır,
◉ sıxıntı içində olan inanc sahiblərinə müjdədir,
◉ bütün insanlar üçün nəsihət və xatırlatmadır,
◉ hər mövzunu ətraflı açıqlayan qanundur,
◉ düşünməyi dərinləşdirən yol göstəricidir,
◉ hər şeyi müxtəlif formalarda açıqlayandır,
◉ Ağıllı davrananlar üçün xəbərdarlıqdır,
◉ Anlaşılmazlıq içində olan insanları bir araya gətirəndir.
Bütün bunların gerçəkləşməsi üçün ancaq Quranı oxuyub içindəki öyüdləri anlamaq lazımdır. Lakin xurafatı yaymağa çalışanlar ilk növbədə Quran oxumağın qarşısını alıblar. Quran oxumaq əngəlləndikdə müsəlman doğrunu yanlışdan ayıra bilmir. Bununla yanaşı, hədislərin doğru olub-olmadığını da Qurana görə anlamaq mümkün olmur. Bunun yerinə saxta hədislər qoyulanda isə Qurandan ayrı yeni din ortaya çıxır. Xurafat dini bu minvalla İslam dünyasına hakim edilmişdir.
KENDİLERİNE OKUNAN BU KİTABI SANA GÖNDERMİŞ OLMAMIZ ONLARA YETMİYOR MU? Elbette inanan bir topluluk için onda rahmet ve ibret vardır. | "EY İMAN EDENLER, ALLAH'IN SİZİN İÇİN HELAL KILDIĞI GÜZEL ŞEYLERİ HARAM KILMAYIN VE HADDİ AŞMAYIN. Şüphesiz Allah, haddi aşanları sevmez." |
Nəsh haqqında əvvəlki bölmələrdə məlumat vermişdik. Bir ayənin başqa bir ayənin hökmünü ortadan qaldırması iddiasının məntiqsiz olduğunu bütün dəlilləri ilə açıqlamışdıq. Buradakı əsas problem isə odur ki, bir neçə din adamı və alimlər hədislərin bir qisminin ayələrin hökmünü qaldırdığını deyəcək qədər irəli gedirlər.
Belə bir iddia ilə çıxış edənlər, əslində, Peyğəmbərimizə (səv) iftira atırlar. İnsanları aldadaraq inandırmağa çalışırlar ki, Peyğəmbərimiz (səv) söz və əməlləri ilə Qurandan kənara çıxmışdır və Quranda olmayan şeyləri etmişdir. (Peyğəmbərimizi tənzih edirik)
Peyğəmbərimiz Qurana görə hökm etmiş və yalnız Quran əsasında yaşamışdır. Peyğəmbərimizin (səv) Qurandan kənar halal və ya haram gətirmək səlahiyyəti qətiyyən yoxdur. Onsuz da həm peyğəmbər olduğuna, həm də Allahdan çox qorxduğuna görə əsla belə bir şey etməz. Uca Allah bunun qəzəbə səbəb olduğunu ayələrdə belə xəbər verir:
Bu, möhtərəm bir Elçinin sözüdür. O, şair sözü deyildir! Necə də az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir! Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsə idi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi. (Haqqə surəsi, 40-47)
Quran ayədə müəyyən edildiyi şəkildə hər şeyin müxtəlif formalarda açıqlamasıdır. Allah ayədə belə buyurur:
... (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Quranın "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir" (Təhrim surəsi, 1) ayəsində açıq şəkildə göründüyü kimi, Peyğəmbər öz şəxsi həyatında belə halal olan şeyləri haram edə bilmir. Bundan başqa, Allah ayələrdə "Hökm yalnız Allaha məxsusdur" (Ənam surəsi, 57) və "O, heç kəsi öz hökmünə şərik etməz!" (Kəhf surəsi, 26) kimi buyurur və hökm edənin yalnız Özü olduğunu xəbər verir. Allahın hökmləri isə Qurandadır.
Beləliklə də, Allahın vermədiyi hökmü Peyğəmbərimiz (səv) verə bilməz.
Quran oxumaq əngəllənəndə və hədislərin Quran hökmlərini nəsh etdiyi cürət edilib deyiləndə yeni din ortaya çıxarmaq və kütlələri həmin dinə sürükləmək çox asan olmuşdur. İslamdan tamamilə fərqli olan bu dini anlamaq üçün saxta hədislərin bəzilərini araşdıraq.
Adnan Oktar: (Hadislerin ayetleri neshettiği iddiasıyla ilgili) Adamlar Kuran'ı başka şekle sokmaya kalkmışlar. Allah'ın ayetleri için "bunların hükmü kalktı" diyor.
Neye göre? "Bana göre" diyor. Bu alenen küfür. Bu nasıl bir laf? Bir ayeti reddedince, bütün Kuran'ı reddetmiş olursun. "Bunun hükmü kalktı, bunun da kalktı, bunun da kalktı", diyor. Bu nasıl bir Müslümanlık anlayışı? Ne kadar sevgiyi, şefkati, merhameti anlatan ayet varsa, "hükmü kalktı" diyor. Ondan sonra Hristiyanlara, Musevilere saldırmaya sıra geliyor. Musevilere ve Hristiyanlara şefkatli davrananları kafirlikle itham ediyorlar. Kaynak ne diyoruz? "Kuran" diyor. Peki Kuran'da “Allah'ın hükmü var onlara karşı müşfik, şefkatli olmamızla ilgili, bu ayetler var” diyoruz. "Onun hükmü kalktı" diyor. Neye göre? "Bana öyle geliyor" diyor. Allah'ın hükmü nasıl sana göre kalkar? Allah'ın ayetleri kıyamete kadar geçerli...
"Kur'andaki ayetler neshedildi" diye Hristiyan alemiyle, Musevilerle ve diğer Müslümanlarla bağımızı koparacak şeytani bir sistem kurmuşlar. Böyle birşey yok. Neshedilen Kuran ayeti yok. Kuran'ın tamamı geçerlidir. Bir oyun oynuyor şeytan, bu oyuna kimse gelmesin. Cenabı Allah, Kuran'da, Hıristiyanlarla ve Musevilerle evlenebilirsiniz diyor. Düşmanlık için neden yok. (Sn. Adnan Oktar'ın 27 Ocak 2017 tarihli A9 TV canlı yayınından)
KURAN MÜSLÜMANLIĞI YAŞANDIĞINDA BÖYLE KORKUNÇ VE SEVGİSİZ GÖRÜNTÜLER ORTAYA ÇIKMAZ... |
İslam adına vahşetin kaynağı bir kısım mevzu, yani uydurma hadislerdir. Bu hadis ve uygulamalar Kuran'ın içeriğine ve ruhuna tamamen terstir. İşte bu nedenle hurafelerin kaynağı olan bu hadisler deşifre edilmeli ve alınacak tedbirler akılcı şekilde belirlenmelidir. |
Xurafatçı düşüncəni tənqid edən qərblilər, əslində, bu zehniyyətin sərhədlərini çox yaxşı bilmirlər. Saxta sözlər, saxta din adamları və xurafatlarla inkişaf etdirilən bu dinin qanunları onların bildiklərindən daha betərdir. Bir radikalın ifratçılığı belinə bomba bağlamaqla bitmir, qorxunc zehniyyət həyatının hər anında özünü büruzə verir. Yaşadığı mühitdən tutmuş ailə həyatına, qadından tutmuş bütün canlılara baxış formasına və təmizlikdən tutmuş ta xoşbəxtlik anlayışına qədər hər şeyi zülmət qaranlıq içindədir.
Burada radikalların baxış formasından bəhs edərkən onların qaynaq kimi istifadə etdikləri saxta hədisləri nəzərdən keçirəcəyik və bunlara Quran ayələri ilə cavab verəcəyik. Bunun səbəbi odur ki, radikalizmin qaynağını göstərib bunun İslam dini ilə heç bir əlaqəsinin olmadığını göstərmək lazımdır. Hər mərhələdə etdiyimiz xəbərdarlığı başdan müəyyən edək:
Burada bəhs edəcəyimiz xurafatların heç biri Quranda yoxdur. Həmin hədis və əməllər Quranın içindəkilərə və Quranın ruhuna tamamilə ziddir. Belə ki, heç biri İslam dininə aid deyil. Bu uydurma əməllər müsəlmanlara daima zərər vermişdir. Elə buna görə də xurafatlar ifşa edilməli və beləliklə, bu təhlükəyə qarşı necə tədbir alacağımız müəyyən edilməlidir.
İçki içməkdə beşinci dəfə israr edənləri öldürün. (1643-Əbu Davud-Tirmizi)
Quranda əsla olmayan bu hökm yuxarıdakı xurafatla İslama daxil edilmişdir. Halbuki Quran ayələrində içki içsə də, müsəlman olan, hətta ibadətləri yerinə yetirən şəxslərin varlığından bəhs edilir. Ayədə belə bildirilir:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və (cinsi əlaqədən sonra) natəmiz olduğunuz halda, – yolda olan istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın... (Nisa surəsi, 43)
Bu ayədə əhəmiyyətli hökm mövcuddur. Bir müsəlman içki içərək günaha girir, amma İslamdan çıxıb kafir olmur. Ayədəki aydın bildirilən ifadəyə əsasən, müsəlmanların arasında kimsə xəta edib içki içə bilər, lakin onlara tövsiyə edilir ki, namaz qılarkən ayıq olsunlar. Namaz kimi diqqət tələb edən bir ibadətdə sərxoş birinin diqqəti dağınıq olduğu üçün Allah onun həmin vaxt namaz qılmağını qadağan etmişdir. Lakin ayənin bildirdiyinə görə, sərxoşluq halı keçəndən sonra, yəni adam ayılanda təkrar namaz ibadətini yerini yetirə bilər. Belə ki, hər vəziyyətdə həmin adam müsəlmandır.
Quranın bu açıq hökmlə insanlara xəta edəndə də dindən çıxmadıqları mesajı verdiyi halda, uydurma hədisin saxta hökmü bir cinayəti təsvir edir. Problem budur ki, radikal aləmin nümayəndələri bu hədisi əzbər bilsələr də, onların Qurandakı gerçək hökmdən heç xəbərləri də yoxdur.
A 1. İçki İçenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI |
B 2. Kuran'a göre, bir Müslüman içki içerek günaha girmiş olur ama İslam'dan çıkmaz, kafir olmaz. Günahından dolayı tevbe eder. Allah insanları her zaman kurtuluş yolu göstermiştir. Kuran dışı İslam anlayışında ise insanları kazanmak değil cezalandırıp ezmek esastır. 3. KURAN İSLAMI'NDA İÇKİ İÇENİN ÖLDÜRÜLMESİ HÜKMÜ YOKTUR. |
C 4. İçki İçenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI 5. KURAN İSLAMI'NDA İÇKİ İÇENİN ÖLDÜRÜLMESİ HÜKMÜ YOKTUR. |
D 6. İçki içenlerin öldürülmesiyle ilgili sözde hadisler ve rivayetler Kuran'ın içeriğine ve ruhuna tamamen terstir. Hepsi Kuran'la çelişir, dolayısıyla İslam dinine ait değildir. |
"Quran oxuduqları halda, taraş olanları öldürün". (4816- Buxari Müslim- Müvətta-Nəsai-Əbu Davud)
Bu hədislərin Buxari və Müslim kimi etibar qazanmış və səhih hədislərin də mövcud olduğu qaynaqlarda olması saxta hədisləri xurafatçıların dünyasında daha təsirli etmişdir. İlk öncə, Quran təmiz və baxımlı olmağı tərifləyir. Odur ki, saqqalın -uzun və ya qısa- müxtəlif formalarda taraş edilməsi Qurana tamamilə uyğun təmizlik anlayışıdır. Lakin bununla yanaşı, saqqalın taraş edilməsi mövzusunda Quranda tək bir hökm keçmədiyi halda, uydurma hədis yolu ilə belə bir hökm çıxarmaq çox təəccüblüdür.
"...Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür..." (Maidə surəsi, 32) –deyən gözəl dinimizdə saqqalını kəsdiyi üçün bir insanın öldürülməsi mümkün deyil. Bu mövzuda Quranda bircə ayə belə olmadığı halda, adam öldürməyi haqlı göstərmək necə mümkün ola bilər?
Əlbəttə, gerçək İslam anlayışında belə bir şey mümkün deyil. Burada bunu da qeyd etmək lazımdır ki, müsəlman dünyasının böyük qismi saqqalını taraş edir və ya baxımlı saxlayır. Bu hökmə görə, müsəlman kişilərin haradasa 80%-indən çoxunu öldürmək lazımdır. Problem burasındadır ki, bu hökmə inanan çoxlu radikal müsəlman var və onlar taraş olunanların öldürülməsinin vacib olduğunu deyirlər. Belə şəxslər Qurana baxmayaraq, qorxulu fikirlərə sahibdirlər.
John William Waterhouse'un "Thisbe" adlı yağlı boya tablosu, 1909 |
Recm ile ilgili sahte hadisler, Tevrat'ta geçen zina edenin taşlanarak öldürülmesi hükmünü Müslümanlığa dahil etmek ve recm (taşlama) gibi bir vahşeti makul göstermeye çalışmak adına uydurulmuştur. |
Zina edənləri öldürün. (1623-Tirmizi 1601)
Evli olduğu halda, zina edənləri daşlayaraq (rəcm edərək) öldürün. (1111 Buxari) (1606-Buxari-Müslim-Tirmizi-Əbu Davud-Nəsai-İbn Macə)
Bu saxta hədislər Tövratdakı zina edənlərin daşlanaraq öldürülməsi hökmünü müsəlmanlığa daxil etmək və rəcm (daşlamaq) kimi vəhşiliyi məqbul göstərməyə çalışmaq üçün uydurulmuşdur. Həmin bu saxta hökmü hədis ədəbiyyatına daxil etmək üçün bir qisim din adamları başqa yalan hədisləri uydurmaqdan geri qalmamışdır. Aşağıda bir neçə nümunəsini göstərdiyimiz həmin hədislər rəcm cəzasını məqbul göstərmək üçün Peyğəmbərimizə (səv), xəlifələrə və səhabələrə atılan iftiralarla doludur:
"Zina edən evlilərin daşlanaraq öldürülmələrini əmr edən ayənin yazıldığı səhifə hz.Aişənin döşəyinin altında idi. Peyğəmbər vəfat edəndə hz.Aişə onun dəfn işləri ilə məşğul idi. Bu əsnada evin açıq qapısından içəri girən bir keçi həmin səhifəni yedi. Beləliklə, daşlanaraq öldürmə cəzası Qurandan çıxdı. Lakin hökmü davam edir". (İbni-Macə 36/194; Hənbəl 3/61, 5/131)
"Keçi yediyinə görə Qurandan çıxan daşlamaq ayəsini Ömər Qurana təkrar əlavə etmək istədi, amma camaatın dedi-qodusundan çəkindiyi üçün buna cəsarət etmədi". (Buxari, 53/5; 54/9; 83/3; 93/21; Müslim, Hüdud 8/1431; Əbu Davud 41/1; İtqan 2/34)
"Cənabi-Allah Muhəmmədi (səv) haqq ilə göndərmiş və ona kitabı endirmişdir. Rəcm ayəsi də ona endirilən ayələrdən biri idi. Biz bu ayəni oxuyub əzbərlədik və anladıq. Rəsulullah (səv) rəcm hökmünü tətbiq etdi, ondan sonra biz də etdik. Qorxuram ki, zaman keçincə birisi çıxıb desin ki, biz Allahın kitabında rəcmi tapa bilmirik. Beləcə, Allahın endirdiyi fərzi tərk edib sapqınlığa düşərlər. Şübhəsiz ki, rəcm Allahın kitabında evli olmaq, şahidin olması, hamilə qalmaq və ya etiraf etmək şərtləri daxilində zina edənin əleyhinə haqdır". (Müslim, Hüdud, 15)
Xəlifə Ömərin rəcmi Mədinə minbərindən elan etməsi və aralarında səhabələrin də olduğu camaatdan heç birinin buna qarşı çıxmaması rəcmin sabit olduğunu göstərir. (Səhihi-Müslim tərcümə və şərhi, Əhməd Davudoğlu, İstanbul 1978, VIII, 350; Sərahsi 490/1097)
İslama, Qurana, Peyğəmbərimizə (səv) və səhabələrə qarşı iftiralarla dolu olan yuxarıdakı uydurma hədisləri ətraflı araşdıraq:
İlk öncə, Allah ayələrdə Quranın İlahi qoruma altında olduğunu açıq şəkildə ifadə etmişdir:
Şübhəsiz ki, zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan yazıdadır. (Vaqiə surəsi, 77-78)
Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və onun oxunması Bizə aiddir. (Qiyamət surəsi, 17)
Allah açıq şəkildə Quranı qoruduğunu, ayələri bir araya gətirib onları mühafizə etdiyini ayələrdə bildirmişdir. Son endirilmiş vəhy olan Quranın İlahi qoruma altında olduğunu yenə Qurandan öyrənirik. Çünki Quran son kitab olduğu üçün Qiyamətə qədər insanların hidayət tapmasına vəsilə olacaq. Buna görə də son vəhy Allah tərəfindən qoruma altına alınmışdır. Necə ki, bunu uca Rəbbimiz Peyğəmbərimizə (səv) "Biz sənə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq" (Əla surəsi, 6) ayəsi ilə vəhy etmişdir. Bu ayənin xəbər verdiyi kimi, Allah Peyğəmbərimizə (səv) oxudulan heç bir ayəni unutdurmamışdır.
Zina ilə əlaqədar ayəni keçinin yediyi mövzusunda iddia edirlər ki, Allah ayədə qorunan kitabdan bəhs etsə də, Qurandan bir ayə çıxmışdır, yəni (haşa) Allah ayəni qoruya bilməmişdir.
Bundan başqa, uydurma hədislərdə hz.Ömərə açıq-aşkar iftira yaxırlar. Bu iftiraya görə, hz.Ömər Quranda olmayan bir hökmü bilir; Quranda olmadığına baxmayaraq, Mədinə minbərində bunu bir ayə olaraq açıqlayır; buna heç bir səhabə qarşı çıxmır; hz.Ömər də dedi-qodudan qorxduğu üçün bunu Qurana daxil edə bilmir...
Şübhəsiz ki, Peyğəmbərimizin (səv) xəlifəsi Quranda olmayan bir hökmü, əslində, Quranda olduğunu deyə bilməz. Bu, o mənaya gəlir ki, hz.Ömər Quranın qorunan kitab olduğunu rədd edir və Allahın hökmünə qarşı çıxır (hz.Öməri tənzih edirik). Əlbəttə, bu da saxta hədislərlə hz.Ömərə atılan çox çirkin iftiradır.
Bununla yanaşı, minbərdə Quranın bir ayəsinin qorunmadığına dair açıqlamaya heç bir səhabənin səs çıxarmadığı deyilməklə onlara da də eyni iftira atılır. Məlum məsələdir ki, səhabələr belə sapqın açıqlama qarşısında həmin an Qurandan dəlil göstərərək şiddətlə qarşı çıxardılar. Hz.Ömərə atılan çirkin iftiralardan biri də budur ki, guya o, Quranda olduğunu bildiyi bir hökmü dedi-qodudan çəkinib açıqlamamışdır. Bu, həmin hədisi uyduran saxta alimlərin Allaha Peyğəmbərimizə (səv), xəlifələrə və səhabələrə münasibətinin nə qədər qorxunc olduğunu göstərir. Hz.Ömər Peyğəmbərimizi (səv) nümunə götürməklə bütün həyatını Allah üçün yaşamışdır və bu yolda çoxlu çətinliklərlə qarşılaşmışdır. Bununla belə, Allaha, Peyğəmbərə (səv) və Qurana iman barəsində ölümü gözə alan saleh müsəlmandır. Həyatı boyu qınayanın qınamasından qorxmayan üstün və mübarək insanın dedi-qodudan qorxduğu üçün Qurandan çıxarılan ayəni açıqlamaqdan çəkindiyini demək İslamla əlaqəsi olmayan xəstə beyinin məhsuludur.
Bütün bunlarla yanaşı, zina mövzusunun hökmü Quranda olduqca açıq şəkildə açıqlanmışdır. Rəcm adı verilən vəhşilik isə Quranda, ümumiyyətlə, yoxdur. Əgər rəcm həmin saxta alimlərə görə Quranda vardırsa, zina mövzusunda iki fərqli hökm necə mümkün olmuşdur? Əlbəttə, belə bir şey ola bilməz. Bu da saxtakarlığın başqa bir sübutudur. İndi isə zina barəsində Quranda bildirilən yeganə hökmü aşıqlayaq:
Bağnazların mevzu hadislerle uydurduğu, zina ile ilgili ayeti keçinin yemesi iddiasında -Haşa- Allah'ın ayeti koruyamadığı iddia edilmektedir (Allah'ı tenzih ederiz). Bu, söz konusu ayetleri reddetmek, Allah'ın sözünden şüphe etmek ve dinden çıkmak anlamlarına gelir. |
KURAN'DA ZİNA EDENİN ÖLDÜRÜLMESİNE YA DA RECM EDİLMESİNE (TAŞLANARAK ÖLDÜRÜLMESİNE) DAİR HÜKÜM YOKTUR. |
Zina ilə əlaqədar Quranda verilən hökm budur:
Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun... (Nur surəsi, 2)
Ayədə istifadə olunana "cəldə" qalın dəyənək deyil, incə çubuqdur. Peyğəmbərimizin (səv) dövründə həmin hökm yüz çubuğun bağlanıb bir yerdə bir dəfə vurulması ilə həyata keçirilmişdir. Bundan başqa, əhəmiyyətli bir həqiqəti qeyd etmək lazımdır ki, Quranda mövzu ilə əlaqədar digər açıqlamalara nəzər saldıqda məlum olur ki, həmin cəza yayındırma məqsədi daşıyır və onu praktik yöndən tətbiq etmək mümkün deyildir:
İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsil fasiqlərdir. (Nur surəsi, 4)
Vasily Polenov'un "Zina ile suçlanan kadın ve Hz. İsa verdiği karar" adlı yağlı boya tablosu, 1888 |
Ayədən aydın olduğu kimi, bir qadını zinada günahlandırmaq üçün onu zina edərkən dörd nəfər eyni anda görməlidir. Bu dörd nəfər zinanın əvvəlini və ya sonrasını deyil, tam olaraq zina anını görməlidir. Çünki əvvəl və ya sonra belə bir iddia etmək yenə zənn sayılır. Təcrübədə zinaya şahid olan dörd nəfərin varlığı mümkün olmadığından bunun sadəcə yayındırıcı cəza olduğu asanlıqla başa düşülür.
Ayədə bundan başqa, birisini zinada günahlandırıb dörd şahid gətirməyənlərə səksən dəyənəyin vurulması cəzası bu mövzuda iftiranı əngəlləyən yayındırıcı hökmdür. Yenə başqa bir ayədə qadını zinada günahlandıran, lakin şahid gətirməyən şəxslərin Allah qatında yalançı sayıldığı müəyyən edilir:
Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar. (Nur surəsi, 13)
RECM, KURAN'DA OLMAYAN, İSLAM DIŞI, PUTPEREST BİR UYGULAMADIR. |
Göründüyü kimi, şahid gətirməyən bu adam iftira atmaqla və yalan danışmaqla günahlandırılır. Belə ki, həmin adamın doğru danışıb-danışmadığını anlamaq üçün onunla birlikdə zinaya şahid olan 4 nəfərin varlığına ehtiyac var. Bunun xaricində onun sözünə etibar edilməməlidir.
Qurana görə, zinanın hökmü bu formadadır. Bu hökm son dərəcə detallı və açıqdır. Bundan başqa, rəcmdən tamamilə fərqli üsuldan bəhs edilir. Ayənin açıq hökmünə baxmayaraq, İslama müxtəlif saxtakarlıqlarla rəcm vəhşiliyini əlavə etmək istəyənlər böyük məsuliyyət daşıyırlar. Hal-hazırda İslam şəriəti adı altında İran, Əfqanıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrdə tətbiq olunan rəcm cəzası həm İslam və Qurana ziddir, həm də cinayətdir. Bu ölkələrdə həmin cəza ilə açıq şəkildə İslamın adından istifadə olunaraq cinayət işlənilir.
A 1. Zina Edenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI 2. KURAN'DA ZİNA EDENİN ÖLDÜRÜLMESİNE DAİR HİÇBİR HÜKÜM YOKTUR. RECM HADİSLERİ UYDURMADIR. |
B 3. Allah'ın sözü olan Kuran yerine uydurma hadislerle hüküm verildiğinde dehşet verici bir anlayış ortaya çıkmaktadır. Zina edenin taşlayarak öldürülmesini öne süren uydurma hadisler de bu ürkütücü sistemin örneklerinden biridir. |
C 4. Peygamberimiz (sav)'in Allah'ın indirdiğiyle hükmetmiştir ve zina edenin taşlanarak öldürülmesine dair hiçbir uygulama yapmamıştır. Bu hadisler doğru değildir. |
D. 5. Zina Edenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI 6. KURAN'DA ZİNA EDENİN ÖLDÜRÜLMESİNE DAİR HİÇBİR HÜKÜM YOKTUR. RECM HADİSLERİ UYDURMADIR. |
E 7. Kuran'a göre kadın veya erkeğin zina yaptığına hüküm verilebilmesi için dört şahidin olay anında orada bulunması ve dördünün aynı anda eyleme tanıklık etmesi gerekir. Pratikte bu mümkün olmadığından Kuran'daki seksen değnek cezası sadece caydırıcı niteliktedir. |
F 8. Zina Edenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI 9. KURAN'DA ZİNA EDENİN ÖLDÜRÜLMESİNE DAİR HİÇBİR HÜKÜM YOKTUR. RECM HADİSLERİ UYDURMADIR. |
G. 10. Kuran'da zina edenin öldürülmesine dair hüküm yoktur. Buna dair sözde hadisler Peygamberimiz (sav)'e iftiradır. Resulullah Kuran'a aykırı hüküm vermez. |
H 11. Zina Edenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI 12. KURAN'DA ZİNA EDENİN ÖLDÜRÜLMESİNE DAİR HİÇBİR HÜKÜM YOKTUR. RECM HADİSLERİ UYDURMADIR. |
Albert Samuel Anker'in "Old age" adlı yağlı boya tablosu, 1885 |
Hırsızlıkta ısrar edenlerin öldürülmesi hükmü, Kuran'da asla mevcut olmayan bir başka uydurma hadis ürünüdür ve yine, korkunç bir cinayettir. |
Oğurluqda israr edənləri öldürün. (1631-Əbu Davud-Nəsai)
Oğurluqda israr edənlərin öldürülməsi hökmü Quranda qətiyyən mövcud deyil və başqa bir uydurma hədisdən irəli gələn qorxunc cinayətdir. Quranda oğurluq edənlərlə bağlı hökm belədir:
Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin! Allah qüdrətlidir, müdrikdir. (Maidə surəsi, 38)
Bu ayədəki kəsmək feili üçün istifadə olunan terminin ərəbcəsi "iqtauu" kəlməsidir. Bu kəlmə "qətəa", yəni kəsmək feilinin cəm halıdır. Quranda "qətəa" feilinin hansı kəsmək formasını təsvir etdiyini bu feilin işləndiyi aşağıdakı ayədən anlamaq mümkündür:
Qadın onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı, onların hər birinə bir bıçaq verdi və (Yusifə): "Onların qarşısına çıx!"– dedi. (Qadınlar Yusifi) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: "Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!" (Yusif surəsi, 31)
Burada xəbər verilir ki, qadınlar təəccübdən meyvə soymağın yerinə öz əllərini kəsib qoparmırlar. Məlum məsələdir ki, təsvir edilən mühitdə bıçaq sürüşüb əlin dərisini cızır. Odur ki, kəlmənin mənasına diqqət etdikdə aydın olur ki, "kəsmək" feili kəsib qoparmaq mənasını ifadə etmir. Sadəcə yayındırmaq məqsədi daşıyır və o adamın oğurluq etdiyini göstərən və beləliklə, əməlin təkrar olunmasının qarşısını alan cızığı ifadə edir.
Oğurluq hökmü ilə əlaqədar Qurana baxanda görürük ki, hər günah işdə olduğu kimi, burada da bağışlamaq ön plana çıxır. Quranda oğurluq hökmünün təsvir edildiyi "Maidə" surəsinin 38-ci ayəsindən bir sonrakı ayə göstərir ki, bu əməli işləyən adam, əsasən, əfv edilir. Əlbəttə, bunun üçün əsas şərt odur ki, bu əmələ yol verən adam tövbə etməli və davranışını düzəltməlidir. Bu, ayədə açıq şəkildə belə ifadə olunur:
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 39)
Burada bunu qeyd etməliyik ki, oğurluğun hər hansı bir səbəbi olmalıdır. Oğurluq hökmünün tətbiq olunduğu topluluqlar, əlbəttə, Quran şəriətinə bağlı olan İslam cəmiyyətləridir. Quran şəriətinə bağlı olan İslam cəmiyyətlərində bir tərəfdə zənginlərin, digər tərəfdə isə yoxsulların mövcud olması mümkün deyil. Çünki Quranı əsas götürən topluluqlarda infaq (nəfəqə, maddi köməklik) sistemi mükəmməl şəkildə tətbiq olunur. Yəni maddi imkanı yaxşı olanlar yoxsulları daim qoruyub malı onlara verməklə məsuliyyət daşıyırlar. Bu barədə Quranda belə bildirilir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Kuran'ın gerçek şeriatına bağlı bir İslam toplumunda bir yanda zenginlerin, diğer yanda fakirlerin olduğu bir yapı bulunması mümkün değildir. Zenginler, muhtaç durumdakilerin daima koruyucusudur ve malı daima yoksullara vermekle yükümlüdürler. |
Səndən nə verəcəklərini soruşurlar. De: "Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir". (Bəqərə surəsi, 215)
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (və deyərlər): "Biz sizi yalnız Allahın üzü xətrinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!" (İnsan surəsi, 8-9)
Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə. (İsra surəsi, 26)
Bu ümumi məlumatdan sonra belə bir sual verək: oğurluğun səbəbi nədir? Başlıca səbəb ehtiyacdır. Bir adam çətin vəziyyətdə qalanda, borcu olanda və ya yoxsullaşanda yanlış yol kimi oğurluq edə bilər. Halbuki Quranın himayəsindəki cəmiyyətlərdə belə çətin vəziyyət təsəvvür edilə bilinməz. İlk növbədə yoxsullar maddi vəziyyəti yaxşı olanlar tərəfindən qorunurlar. Çətin vəziyyətdə olanların borcları barədə isə Quranda belə deyilir:
... Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir. (Bəqərə surəsi, 280)
Oğurluğun başqa səbəbi psixoloji problemlər də ola bilər. Belə vəziyyətdə onsuz da həmin adam müalicə olunmalıdır, yəni həmin adam artıq cinayətkar deyil, ruhi xəstə sayılır. Bu ikisindən başqa, insanları oğurluğa vadar edən hər hansı bir səbəb yoxdur. Beləliklə də, bu səbəblər aradan qaldırıldıqda İslam cəmiyyətlərində oğurluq cinayəti tamamilə ortadan qalxar.
Bütün bunları görməzlikdən gələn xurafatçılar İslamı ölüm və vəhşilik dini kimi tanıtmağa çalışdıqlarına görə bu mövzuda da Qurana tamamilə zidd hökm çıxarıblar. Oğurluq etmək haramdır, amma buna yol verən adamın ehtiyac içində və ya xəstə olub-olmadığı onları qətiyyən maraqlandırmır. Halbuki ehtiyacı və ruhi problemləri olanlardan müsəlmanlar məsuliyyət daşıyırlar. Bu məsuliyyəti hiss etmədiklərinə görə təqsirkarlığa yol vermiş olurlar. Həmin saxta hökmü çıxaranlar Quranı (haşa) bəyənməyib özlərinə uyğun görmürlər. Quranın ədalət anlayışının əvəzinə öz bildiklərini ölçü olaraq qəbul edirlər. Qurana nəzər saldıqda isə vəhşiliyi deyil, sevgi və bağışlayıcılıq kimi məziyyətləri görürük.
Dindən dönənləri öldürün. (1585-Müvətta; 1558-Əbu Davud-Nəsai; 676-Nəsai; 1586-Əbu Davud-Nəsai)
İslamı kim tərk etsə, onu dinə təkrar dəvət elə. Dönməsə, boynunu vur. (Təərani)
Bax budur, Qurandan kənar saxta şəriət sistemi ilə idarə olunan ölkələrin qəzəb və kinlərinin əsas qaynaqlarından biri həmin bu uydurma hədislərdir. İslamın hökmü kimi ortaya atılan belə bir qayda Quranda qətiyyən mövcud deyildir və Quran bu cür düşüncəni tamamilə qadağan edir. Quranda fikir və inanc azadlığını ifadə edən ayələrdən bəziləri belədir:
Dində məcburiyyət yoxdur... (Bəbqərə surəsi, 256)
Sizin dininiz sizə, mənim dinim də mənədir! (Kafirun surəsi, 6)
... Sən onları məcbur edən deyilsən... (Qaf surəsi, 45)
De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir inkar etsin”. (Kəhf surəsi, 29)
Əgər Rəbbin istəsə idi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)
(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 21-22)
Quranda təsvir edilən İslam dinində hər kəs istədiyi inancı qəbul etmək azadlığına malikdir. Qurandakı dində müsəlman yalnız gözəl əxlaqı təbliğ etməklə məsuliyyət daşıyır. Hidayət Allahın əlindədir. Müsəlmanın vəzifəsi odur ki, insanlar inanıb-inanmasalar da, onlara qarşı şəfqətlə yanaşmalıdır. Müsəlmanı bir qatil kimi göstərməyə çalışanlar Qurandakı bu həqiqətin üstünü örtməyə çalışırlar.
Kuran’da tarif edilen İslam dininde herkes dilediği gibi inanma ve inanmama özgürlüğüne sahiptir. Ancak bağnazlığın yansıttığı yanlış İslam anlayışından dolayı Batılı dergiler sıklıkla İslamofobi ile ilgili haberler yayınlarlar. |
Bundan başqa, Quranda təsvir edilən dində bir müsəlman özünün, ata-anasının və yaxınlarının əleyhinə olsa da, ədaləti ayaqda tutmalıdır (Nisa surəsi, 135). Bu ayəyə əsasən, dinindən asılı olmayaraq, hamının hüququnu müdafiə etməli, hər kəsə qarşı ədalətli davranmalıdır. Bu kitabda əvvəl də xatırlatdığımız kimi, bir ayədə Allah müsəlmanlara özlərini sipər edib bir müşriki, yəni iman etməyən insanı qorumağı əmr edir:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)
Bir inkarçını qorumaq məsuliyyəti daşıyan müsəlmanların mənimsəməli olduqları din anlayışı açıq-aydındır. Belə ki, Allah Peyğəmbərimizə kafirlərə belə bir xitabı Quranda xəbər vermiş və açıq demokratik sistemi təsvir etmişdir:
De: "Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!" (Kafirun surəsi, 6)
"De" əmri ilə başlayan bu ayələr Peyğəmbərimizə (səv) ən mükəmməl demokratik sistemi və bu demokratik sistemin üsulunu təsvir edir. Surə "Sizin dininiz sizə, mənim dinim də mənədir!" hökmü ilə bitir. Yəni müsəlman başqalarının inancına qarışmamalı, təzyiq göstərməməli və müsəlman olmadığı üçün birinə zülm etməməlidir. Təzyiq və şiddəti qəti qadağan edən, müşrikləri can bahasına qoruyan, inkarçılar haqqında ədalətlə hökm verən və demokratiyanı tam və mükəmməl şəkildə təsvir edən Quran həqiqi müsəlmanların yol göstəricisidir.
A. 1. KURAN'DA İNANÇ ÖZGÜRLÜĞÜ VARDIR. DİNDEN ÇIKANLARIN ÖLDÜRÜLMESİNE DAİR BU HADİSLER UYDURMADIR. 2. İslam, aklın tasdiğine ve gönül rızasıyla kabule dayanır. Dayatma, insanları mümin değil münafık yapar. Dinden döneni öldürmek Kuran'da olmayan bir hükümdür. |
B. 3. Dinden Dönenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI |
C. 4. Dinden Dönenin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI |
D. 5. KURAN'DA İNANÇ ÖZGÜRLÜĞÜ VARDIR. DİNDEN ÇIKANLARIN ÖLDÜRÜLMESİNE DAİR BU HADİSLER UYDURMADIR. 6. Kuran'da tarif edilen İslam dininde herkes dilediği gibi inanma ve inanmama özgürlüğüne sahiptir. Müslüman sadece güzel ahlakı anlatmakla yükümlü bir tebliğcidir. Hidayet Allah'ın elindedir. |
Namazı tərk edənlər öldürülür. (2117-Əbu Davud)
İslamı tərk edənlərin qətlə yetirilməsini hökm edən uydurma hədisin başqa bir bənzəri də bu hədisdir. İbadətlərdə və ümumiyyətlə, heç bir mövzuda məcburiyyətin olmadığını açıq şəkildə ifadə edən bir dində insan namaz qılmağa məcbur edilə bilməz. "Sən onları məcbur edən deyilsən" (Qaf surəsi, 45) –deyə əmr edən dində hansı hökmə əsasən belə təzyiq ola bilər? Əlbəttə, edilə bilməz. Qurana baxdıqda açıq-aşkar görürük ki, müsəlman namaz qılıb-qılmayan hər kəsə hörmətlə yanaşmalıdır.
Kitabın əvvəlində qeyd etdiyimiz bir mövzunu təkrar xatırladaq: zorla edilən ibadətin heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda bu, nifrət və qəzəbin qaynağını təşkil edir. Namazı tərk edincə öldürüləcəyini düşünən insan ölüm riskini gözə almaqdansa, dindar təqlidi ilə ikiüzlü davranar və daima yaşadığı həyatdan, yəni məcbur edildiyi dindən nifrət edər. Münafiq yetişdirmək İslam üçün ən böyük zərərdir. Odur ki, şiddət, zülm və ölüm təhdidi ilə ayaqda tutulan dindarlıq heç bir zaman gerçək dindarlıq ola bilməz. Bu, İslama yalnız zərər verər.
Alphons Leopold Mielich’in “Prayer at the Muhammad Ali Mosque” adlı tablosu |
Hiçbir konuda zorlama olmayacağının açıkça belirtildiği bir dinde bir insanın baskıyla namaz kılmaya zorlanmayacağı çok açıktır. |
Əgər bir insan hər hansı səbəbə görə namazı tərk edirsə, bunun müxtəlif səbəbləri ola bilər. Həmin adam kifayət qədər dindar olmaya bilər, bununla yanaşı, Allah ona güclü iman verməyə bilər, yaxud o adam Allahdan daha çox qorxmaya bilər. Hidayət Allahın əlindədir və insan heç bir zaman hidayəti təmin edə bilməz. Bir insan namaz qılmadığına görə dindən çıxmaz. Namazı tərk edən adam bir gün yenə namaz qılmağa başlaya bilər. Bu, onun üçün böyük qazancdır. Yaxud da namaz qılmağa başlamaz, amma yaxşı və faydalı insan olar. Bunların heç biri olmasa da, yəni o adam dini tam tərk etsə belə, müsəlmanlar onunla şəfqətli davranmalıdır. Qurana uyğun olan budur. Hər kəsin hökmü Allah qatındadır. Bu səbəblərdən dolayı bir insanı öldürmək tam mənada cinayətdir və bunun qətiyyən Quranda yeri yoxdur.
A. 1. Namazı Terk Edenlerin Öldürülmesi ile ilgili HADİS KAYNAKLARI 2. DİNDE ZORLAMA YOKTUR. NAMAZ KILMAYANIN ÖLDÜRÜLMESİ HÜKMÜ KURAN'DA YOKTUR. |
B. 3 .Bu hadisler uydurmadır. Kuran'a baktığımızda bir Müslümanın, namaz kılan veya kılmayan her insana saygı ve şefkat duyması gerektiğini açıkça görebiliriz. |
Zaman ərzində hədislərə və müxtəlif etiqadlara görə ortaya çıxarılan və İslam dininə daxil edilən dörd məzhəb bir çox şeydə bir-birinə zidd olan dörd ayrı din kimidir. (Dörd məzhəb arasındakı fərqliliklər əvvəlki səhifələrdə maddələr şəklində göstərilmişdir). Dörd məzhəb tənbəllik üzündən namazı tərk edənlərə müxtəlif cəzalar təyin etsə də, həmin hökmün özündə belə bir-biriləri ilə ixtilaf içindədirlər. Məsələn, hənbəli məzhəbinə görə, namazı tənbəllik üzündən tərk edənin hökmü ölümdür. Hənəfilərə görə, həmin adam küfrə girməz və öldürülməz. Fəqət namaz qılana qədər həbs edilər və qan axanadək döyülər (Rəddül-Muxtar haşiyəsi 1/62). Halbuki bunların heç biri Quranda yoxdur.
Qurandan başqa din axtaranda ortalığa belə ziddiyyətlər, dəhşətli hökmlər və dindən kənar əməllər çıxır. Eyni zamanda insanlar qəzəb və nifrətə meyilli olurlar. Xurafatçıların dini Quranın hökmlərini rədd edən və kafi görməyən insanların dinidir (Quranı tənzih edirik).
Növbəti səhifələrdə xurafat dinində mövcud olan namaz qılmayan uşaqların döyülməsi, zəkat verməyənin və ya sərxoşun öldürülməsi kimi dəhşətli hökmlərdən bəhs edəcəyik. İslam adından tətbiq edilən bu vəhşilikləri araşdıranda bir həqiqətin şahidi oluruq: Quranda bunların heç biri yoxdur. Xurafatçıların dini uydurma dindir.
10 yaşında namazı tərk edən uşaqlarınızı döyün. (2336-Əbu Davud, Tirmizi)
İbadət Allaha olan sevginin təzahürü kimi istəyərək və şövqlə edilir. Zorla və məcburən edilməz. Bu saxta hədisdən isə belə başa düşürük ki, bir uşaq hələ on yaşına çatmamış namaza məcbur edilir. Hələ Allahı tanımayan, dünyaya niyə gəldiyini bilməyən, Yaradıcının və yaradılışın sirlərinin fərqində olmayan bir uşağın fərz olduğunu bilmədiyi bir hökmə məcbur etmək necə faydalı ola bilər? Bir uşağın dindar olması üçün onu ibadətə məcbur etmək doğru yol deyil. Ona Allahın varlığını və birliyini göstərən dəlillərdən danışmaq, onun Allahı anlayıb sevməsinə və dinə məhəbbət bəsləməsinə çalışmaq lazımdır. Uşaq bunları anladıqca onsuz da Allaha qarşı məsuliyyət daşıdığını hiss edər, şükür etməyə başlayar və Allaha ibadəti də zövqlə yerinə yetirər. O zaman ibadət həm qəlbdən, həm də şövq və sevgi ilə edilmiş olar.
Lakin hələ Allahı tanımayan uşaq tanımadığı bir dinin hikmətini bilmədiyi ibadətlərini yerinə yetirməyə məcbur edilib sonra da bunu etmədiyi üçün döyülərsə, çox güman, həmin uşaq həyatının geridə qalan hissəsində də o dinə və ibadətlərə gizli nifrət duyar. Bəlkə də, ömrünü bu qorxunc ön mühakimə ilə keçirəcəyi üçün Allahı da yanlış tanıyar və doğru hökmləri görüb anlamağa çalışmaz. Hələ bir çox şeydən ağlı kəsməyən uşağı Allaha sevgi və gözəlliklə yaxınlaşdırmağın yerinə döyərək ibadət etməyə məcbur etmək İslam dünyasına zərərdən başqa bir şey gətirməz. Lakin Qurandan uzaqlaşan xurafatçılar bunu başa düşmürlər.
Bu bəhs etdiyimiz nifrət, əslində, praktikada da yaşanır. Bir çox qatı xurafatçı ailələrin uşaqları irəli yaşlarda ya din əleyhdarına çevrilir, ya da cəmiyyətdə az rast gəlinən degenerasiya bataqlığına düşürlər. Bununla belə, dindən ya lətifə kimi bəhs edirlər, ya da nifrətlə danışırlar. Hətta bir çox dinsiz dinə hörmətlə yanaşdığı halda, onlar hörmət etməyib kin bəsləyirlər. Bunun əsas səbəbi Quranda olmayan ibadətə məcbur etmə hökmünün uşaqlara qarşı tətbiq olunmasıdır.
Zəkat verməyəndən zorla almaq, qarşı çıxdıqda savaş açmaq və öldürmək: Əbu Bəkr (rə) buyurdu ki, Vallahi hər kim namazla zəkatı eyni görməzsə, onunla savaşaram. Çünki zəkat malın haqqıdır. Allaha and içirəm ki, onlar Rəsulullaha verdikləri bir keçi balasını mənə çox görsələr, onların boyunlarını vuraram. (Buxari, Müslim)
Zəkat Quranda xəbər verilən bir ibadətdir. Hər ibadət kimi müsəlmanlara zəkat da fərz edilib və bu ibadət Allaha olan sevgidən dolayı ürəkdən edilir. Buna görə də bir müsəlman başqa birisinin çətin vəziyyətdə qalmasına izin verməyərək öz malından ona da verir. Bu, onsuz da könül xoşluğu ilə edilir.
İbadəti ibadət edən onun istək və şövqlə edilməsidir. Allah bütün insanları dilədiyi kimi varlandırmağa, onlara istədiyi zaman ruzi verməyə qadirdir, lakin zəngin olanları imtahan etmək üçün bəzi adamlara kasıblıq verir. Yoxsul öz vəziyyətinə səbir etməklə və istənilən halda Allaha yönəlib şükür etməklə, zəngin isə verilən nemət üçün yoxsulun ehtiyaclarını ödəməklə məsuliyyət daşıyır.
Allah Quranda Allaha və axirət gününə inananların zəkat verdiyindən bəhs edir. Belə ki, zəkat bütün ibadətlər kimi Allaha qarşı könül xoşluğu edilir, ölüm təhdidi ilə deyil:
... Namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)
Yoxsulu doydurmaq Quranda müsəlmanın ən böyük vəzifələrindən biridir. Lakin bunu yerinə yetirməyən barədə verilən hökm uydurma hədisdəki kimi deyil:
Hədisdəki ifadəyə görə, hər hansı səbəbdən zəkat vermək istəməyən bir adama bu ibadət məcbur etdirilir və malının yarısı əlindən zorla alınır. İlk öncə malı əlindən zorla alınan adam ibadət etmiş sayılmır. İnsanın vicdanla yerinə yetirmədiyi əməl ibadət deyil. Ondan bir ibadəti etməyi məcbur istəmək Qurana tamamilə ziddir. Bu hərəkət eyni zamanda onun dinə və dindarlara nifrət bəsləməsinə vəsilə olur və dindar cəmiyyətlərə zərər verir.
Lakin əsil vəhşilik zəkat verməməkdə israr edən adamın öldürülməsidir. Quranda qətiyyən olmayan bu hökm yenə bir cinayətdir. Quran dində gücdən istifadə etməyi qadağan etmişdir. Bundan başqa, Quran bir insanı öldürməyi də –müdafiə məqsədi istisna olmaqla– qadağan etmişdir. Quranda bu barədə belə bildirilir:
...Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür... (Maidə surəsi, 32)
Göründüyü kimi, cinayət İslama görə, böyük günahdır. Belə bir vəziyyətdə cinayət kimi bir günahı dinin hökmünə çevirmək həm İslama, həm də Peyğəmbərimizə (səv) qarşı böyük iftira atmaqdır. Bunu edənlər böyük harama girirlər. Beləliklə, bu saxta hədis xurafatlarla Qurandakı gerçək hökmlərin nə qədər ziddiyyət təşkil etdiyinin əhəmiyyətli sübutudur.
Orucu qəsdən tərk edən adam kafir olmaz, lakin həbs edilər, yemək və su verilməz. (Əş-şərhis-Səğir 1/239) (Kifəyətit-Tafib 2/252) (Əl-Müğni 2/408)
Bu saxta hədis də yuxarıda anlatdığımız məntiqlər səbəbindən din və vicdana tamam ziddir:
1. Könül xoşluğu ilə yerinə yetirilməli olan ibadət zorla etdirilir.
2. "Dində məcburiyyət yoxdur" ayəsinə qarşı çıxılır.
3. Dinin şəfqət və mərhəmət əsasının tam əksinə olaraq vəhşilik tətbiq olunur.
4. Dinin əsas məqsədi olan Allahı və ibadəti sevdirməyin yerinə dinə qəzəb və nifrət oyadır.
Bütün bunlarla yanaşı, oruc bəzi insanların çətinliklə yerinə yetirdiyi və xəstə insanların isə məsuliyyət daşımadığı ibadətdir. Allah Quranda oruc hökmü ilə əlaqədar əhəmiyyətli bir şərt müəyyən edir:
Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.) Buna taqəti olmayanlar isə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. (Bəqərə surəsi, 184)
...Sizlərdən bu aya çatan şəxslər oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir... (Bəqərə surəsi, 185)
Bu iki ayədə oruc hökmü açıq şəkildə izah olunur və deyilir ki, Ramazan ayında xəstə və ya səfərdə olanlar tuta bilmədikləri günlərin sayı qədər başqa günlərdə oruc tuta bilərlər. Əgər xəstəlik üzündən və ya çox çətin olduğuna görə oruc ibadətini heç yerinə yetirə bilmirlərsə, əvəzində bir yoxsulu doydursunlar. Allah ayədə: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir", –deyə buyurur.
Xəstə və çətin dözənlər üçün asan hökm var ikən, bu adamlar oruc tutmağa israr etməklə öz nəfslərinə zülm edirlər. Qurana görə, müsəlmanların bədənə zərərli olan şeyləri etmələri qadağan edilmişdir. Qurandakı açıq bir hökmün tam dəyişdirilib saxta hədislərlə zülm sisteminin qurulması xurafatçı zehniyyətin ifşa edilməsi baxımından əhəmiyyətlidir. Həmin adamlar Quranın şəfqətli üslubunu bəyənmirlər (Allahı və Quranı tənzih edirik). Buna görə də öz qaranlıq dünyalarında bir din formalaşdırmağa çalışırlar. Həmin xurafatları dinə əlavə etmələrinin səbəbi də budur.
İnsan xəstələnə də bilər, dözümsüz də ola bilər. Əlbəttə, heç kimin vücudu eyni ola bilməz. İnsanların çoxu dünya həyatında müxtəlif xəstəliklərlə imtahan olunur. Allah üstün şəfqəti ilə xəstə və çətin dayana bilənləri ayrı tutduğu halda, hal-hazırda hələ də bəzi ölkələrdə saxta hədislərə əsaslanıb insanları oruc tutmağa məcbur edirlər. Xəstə olduğuna görə oruc tutmayan adamın həbs edilib su və yemək verilmədən saxlanıldığı mühiti təsəvvür etmək çətin deyil. Belə vəziyyətdə o adamın xəstəliyi şiddətlənə və qısa müddət içində ölə bilər. Diqqət edin, xurafat düşüncəsi insanlara belə zülm edir və cana qıymaqdan belə çəkinmir.
"Sərxoşun mürtəd olması (dini tərk etməsi) əsaslı sayılır. Fəqət sərxoş özünə gəlmədən və tövbəyə çağırılmadan öldürülməz". (İmam Şəfii əl-Um cild 6, səh.148, ən-İnsaf, cild 10, səh 331-332; Muğni, Möhtac 4/137 – Haşiyətül-Desuki 4/363 – İbn Qudamə əl-Muğni 9/25-26)
Bu hədisə görə, içki içib sərxoş olan adam dindən çıxdığını deyərsə, dini tərk etmiş sayılır. Bu, çox qorxuludur. Məlum məsələdir ki, sərxoş olan adam nə dediyini bilmir və şüuru da yerində olmur. Bu adam dediklərinə görə məsuliyyət daşıya bilməz. Lakin xurafatçılar həmin bu uydurma hədisi əsas götürüb sərxoşun öldürülməsinə hökm çıxarır. Yenə də Quranda qəti olmayan əməli hökmə çevirməklə cinayətə əl atmış olur.
Bu saxta və qorxulu fikir Quranda təkzib olunmuşdur. Allah "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cünub olduğunuz halda, – yolda olan (müsafirlər) istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın" (Nisa surəsi, 43) ayəsində iman edənlərə səslənir. Məlumdur ki, həmin adamların arasında içki içib sərxoş olan da olmuşdur. Bu adamlar namaz qılan insanlar olub. Bütün bunlar ayədən açıq şəkildə başa düşülür. Namazda insanın şüuru açıq olmalıdır, nə dediyini anlamalıdır və Allah ilə dərin əlaqədə olmalıdır. Sərxoş olan adam isə diqqətini toplaya bilmir. Belə bir adam etdiklərinə və dediklərinə görə məsuliyyət daşımır, buna görə də Allah sərxoş olduğu müddət ərzində bir insana namaz qılmağı qadağan etmişdir. Ayədə işlənən "nə dediyinizi anlayana qədər" ifadəsi ilə insanın şüursuz olduğunun və nə dediyinin fərqində olmadığına diqqət çəkilir. Buradan da başa düşülür ki, ancaq şüursuzluq bitəndə namaz qılına bilər.
Sərxoş durumda insan dindən çıxdığını iddia edə bilər və çox məntiqsiz sözlər də işlədə bilər. İnsanın ayılanda etdikləri və dedikləri əsas götürülməlidir. Bundan başqa, bir adam, həqiqətən də, dindən çıxıb bunu açıq şəkildə ifadə edə bilər. Yenə də bu adamı din adından öldürmək Qurana böyük iftira atmaq sayılır və adından da məlum olduğu kimi xurafatdır. Quran belə bir vəhşiliyi lənətləyir. Uca Allah Quranda sərxoşluqla əlaqədar belə hökm verməklə müəyyən edir ki, bir insanın haram işləməsi onun müsəlman olaraq Allahı sevib ibadət etməsinə mane olmur. Bu ayə İslamın hər insana şəfqətlə yanaşdığının ayrı göstəricisidir. Fəqət hər fürsətdə ölüm axtaran zehniyyət Qurandakı hökmə baxmayaraq, özündən saxta hökmlər çıxarmışdır.
Peyğəmbərə söyən adam tövbəyə çağırılmadan öldürülür. (İbn Teymiyyə)
İbn Münzir dedi ki, elm əhlinin hamısı Rəsulullaha (səv) söyən adamın öldürülməsi mövzusunda ittifaq ediblər. (Ənvərşah, əl-Kəşmiri, "İqfarül-Mülhidin, səh.64. "Tənbihül-Ğafilin ila Hukmi-Şatimillahi vəd-din" adlı əsərdən nəql edilir. Baxın: səh.14)
Abdullahın rəvayətində belə deyilir: "Tövbəyə çağırılmadan öldürülür. Xalid bin Vəlid, Nəbiyə (səv) söyən bir adamı öldürdü və tövbəyə çağırmadı". (İbn Teymiyyə)
Bir adamın Allaha, peyğəmbərlərə və mənəvi dəyərlərə qarşı nalayiq sözlər işlətməsi təqdir oluna bilməz. Lakin bütün insanlar eyni deyil. Bir çoxu imansızdır, bir çoxu müəyyən səbəblərdən dolayı ön mühakiməlidir və bir çoxu da dinə nifrət bəsləyir. Bununla belə, bəziləri də cahildir və Quran haqqında heç bir şey bilmirlər. Odur ki, müxtəlif səbəblərə görə insanlar dinə qarşı ön mühakiməli davrana bilirlər. Xüsusilə dövrümüzdə belə insanların sayı daha çoxdur.
İmtahana gəldiyimiz bu dünyada hər düşüncə və hər fikirdə olan insanlar vardır. İmtahanımız da elə bunlarla birlikdə davam edəcək. İnsanlar nə qədər ön mühakiməli və qəzəbli olursa olsunlar, müsəlmanlar onlara Quran əxlaqını gözəl üslubda anlatmalı, qərarı onların özünə buraxmalıdırlar. Bəzən bu gözəl davranış insanlara təsir edir və onlar xətalarını görüb dəyişilirlər. Belə ki, bu barədə Quranda belə buyurulur:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Ayədə müsəlmanlara əmr edilir ki, pis davranan insanlara gözəl qarşılıq versinlər. Bunun nəticəsinin belə olacağı xəbər verilir: o zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar...
Bunlara baxmayaraq, həmin adam eyni hərəkətlərə davam edərsə, bu vəziyyətdə yenə Quranda nə etməli olduğumuz barədə belə buyurulur:
Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: "Salam!" –deyərlər. (Furqan surəsi, 63)
(Allah) kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. (Nisa surəsi, 140)
Göründüyü kimi, Quranda hökm olaraq bildirilir ki, belə cahillərlə birlikdə oturmamaq və onlara sadəcə salam verib ayrılmaq lazımdır. Yəni onlara sülhü xatırlatmaq lazımdır.
Ayələrdə iki xüsusiyyətə diqqət çəkilir. Həmin adamlar ünsiyyət qurulmayacaq qədər cahildirlər və bəlkə də, onlara dəfələrlə xəbərdarlıq edilib. Onlar isə doğrunu qəbul etməyiblər. Çünki vəzifəsi təbliğ olan və davamlı doğru olanı xatırladan müsəlman bu dəfə həmin insanlarla ünsiyyət qurmayıb onlardan ayrılır.
Ayədə diqqət çəkilən başqa bir cəhət budur ki, onlar başqa sözə keçənə qədər onlarla oturmaq olmaz. Yəni həmin adamlar daim müsəlmanın ətrafında olub onunla münasibət qura bilərlər. Belə ki, başqa sözə keçəndən sonra onlarla ünsiyyət davam edə bilər.
Bütün bunlar onu göstərir ki, müsəlman yuxarıda qeyd etdiyimiz uydurma hədisdəki vəhşiliyə əl atmamalıdır. Bəzi adamlar nalayiq sözlər işlədəndə onlardan uzaqlaşmaq, lakin öyüd aldıqları müddət boyu onlara doğru olanları anlatmaq lazımdır.
Bu barədə uydurma hədislərin Quranla ziddiyyət təşkil etdiyini görməyin əsas dəlili tövbəyə mane olmasıdır. Quranda insanlar tövbəyə çağırıldığı və ayələrdə Rəbbimizin bağışlayıcı olduğu xəbər verildiyi halda, həmçinin tövbə edənlər təriflənərkən bir adamın tövbə etməsinə necə mane olmaq olar? Bir insanın Allahdan bağışlanma diləməsinə necə əngəl olmaq olar? Allahın "...tövbələri qəbul edəndir, Rəhmlidir" (Bəqərə surəsi, 37) ayəsini görməzlikdən gələrək bir adamın peşmanlıq duyub Allahdan əfv diləmək haqqı necə əlindən ala bilər? Əlbəttə, heç kimin belə bir haqqı qətiyyən ola bilməz.
Rəbbimiz başqa bir ayədə belə xəbər verir:
Yalnız tövbə edənlər (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! (Bəqərə surəsi, 160)
Allahın "...tövbələri qəbul edəndir, rəhmlidir" hökmünü heçə sayıb yanlış əməllərini uydurma hədislərə əsaslandırmağa çalışanlar Qurana açıq şəkildə müxalif davranırlar.
Ov, qoyun və çoban itindən savayı digər itləri öldürün. (4949-Buxari-Müslim-Müvətta-Tirmizi-Nəsai)
Qara itlərin hamısını öldürün. Çünki onlar şeytandır. (Hənbəli 4/85, 5/54)
Deyirlər ki, eşşək şeytan gördüyü üçün anqırır. (Müslim)
Siçanın, əslində, yəhudi olduğu, buna görə də dəvə südü içmədiyi başqa bir hədisdir. (Müslim, Zöhd)
Qarğanın azğın (fasiq) olduğu hədisdir. (Buxari, 59/16; Hənbəli, Müsnəd 2/52)
Göyərçin şeytandır. (5331-Əbu Davud, İbni Macə)
Kərtənkələ fasiqdir (günahkardır). (Müslim 2239-145, İbni Macə 3230, Əbu Davud 5262)
Kərtənkələni ilk vuruşda öldürən adama yüz savab yazılır. (Əbu Davud 5264, Müslim 2240/147)
"Zina" edən meymunların daşlanıb öldürülməsi... (Buxari 63/27)
(Zina edən bir meymunun daşlanması və səhabələrdən birinin meymunu rəcm etmə mərasiminə qatılması başqa bir hədisdir)
Şeytan görən eşşək, yəhudi siçan, azğın qarğa, şeytan göyərçin, zina edən meymun, öldürülməli olan zavallı qara itlər və kərtənkələlər...
Yuxarıda qeyd olunanlar xurafatçı zehniyyətin insanlara Qurandan nə qədər uzaq və qorxunc həyat verdiyinin xülasəsidir. Bu qəribə zehniyyət ov və çoban itlərindən başqa itləri öldürməyi əmr edən dinə aiddir. Bu din Allahın möhtəşəm sevimli yaratdığı ev itlərinin, süslü itlərin, qoruyucu itlərin hamısının öldürülməsini əmr edir. Halbuki Quranda "Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, həlimdir, bağışlayandır." (İsra surəsi, 44) ayəsində bildirildiyi kimi, bizim başa düşmədiyimiz şəkildə Allahı təsbih edən və cənnət üçün xüsusi yaradılan bu sevimli canlılar necə şeytan və ya fasiq ola bilər? Bir siçan necə yəhudi ola bilər? Yaxud da yəhudi olmaq niyə günah sayılır?
Bundan başqa, bir meymun necə zina edə bilər? Bəyəm bir meymunun əxlaqi dəyərləri, sadiq olmalı olduğu evlilik anlayışı var? Yaxud da bunları dərk edəcək şüuru var ki, zina ilə günahlandırılsın? Bu, tamamilə cəhalət dolu iddiadır. Lakin xurafatçılar belə bir yalanı səhabələrə də aid edib onlara iftira atırlar.
Əlbəttə, bu hədislərin hamısı uydurmadır və Quranda belə hökmlər ola bilməz. Quranda Allahın təriflədiyi Kəhf və Rəqim əhlinin itlərindən bəhs edilir:
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı)... (Kəhf surəsi, 18)
(Bəziləri:) "(Onlar) üçdür, dördüncüsü köpəkləridir!"– deyəcəklər. (Digərləri isə:) "(Onlar) beşdir, altıncısı köpəkləridir!"– deyəcəklər. Qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) "Onlar yeddidir, səkkizincisi köpəkləridir!"– deyəcəklər. De: "Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!"... (Kəhf surəsi, 22)
Ayələrdə açıq şəkildə göründüyü kimi, müsəlmanların yanında qorumaq üçün və ya dost olaraq it ola bilər. İtlərlə yanaşı, Quranda başqa heyvanlardan da bəhs olunur:
O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Süleyman dedi:) "Onları mənə qaytarın!" (Sonra) onların ayaqlarını və boyunlarını sığallamağa başladı. (Sad surəsi, 32-33)
Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər". (Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!" (Nəml surəsi, 18-19)
Bakmıyorlar mı o deveye; nasıl yaratıldı? (Ğaşiye Suresi, 17)
Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? (Ğaşiyə surəsi, 17)
Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: "Allah bu məsəllə nə demək istəyir?" -deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir. (Bəqərə surəsi, 26)
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)
Kuran’da Allah çeşit çeşit hayvanları, Kendisini tespih eden, akıllı, muhteşem birer yaratılış örneği olarak örnek vermiş ve peygamberlerin hayvanlara olan sevgi ve şefkatle yaklaşımlarını överek açıklamıştır. |
Allah yeri eşələyən bir qarğa göndərdi ki, ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: "Vay halıma! Doğrudanmı, mən qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?" Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu. (Həcc surəsi, 73)
Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)
İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 28)
Məgər onlar görmürlər ki, onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq? (Yasin surəsi, 71)
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər. (Həcc surəsi, 18)
Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)
Göründüyü kimi, Quranda Allah müxtəlif heyvanları yaradılış nümunəsi kimi göstərmiş, onların Özünü təsbih edən, ağıllı və möhtəşəm canlılar olduğunu bildirmişdir. Eyni zamanda Quranda peyğəmbərlərin heyvanlara sevgi və şəfqətlə yanaşdıqlarından bəhs olunur. Xurafatçıların heyvan nifrətini üzə çıxaran azğın din anlayışı Quranın heç bir yerində yoxdur.
Quranın tətbiqçisi olan Peyğəmbərimizin (səv) həyatında heyvana dəyərin və sevginin nümunələrini görürük. Peyğəmbərimiz (səv) heyvanlara qarşı xurafatçı zehniyyətin iftiralarını alt-üst edəcək şəkildə şəfqətli olmuşdur. Bu dərin şəfqətin bir neçə nümunəsinə nəzər salaq:
Peyğəmbərimizin (səv) təbliğə başladığı dövrlərdə cəmiyyətin cahilliyi heyvanlara qarşı rəftara da təsir edirdi. Ox atmaq üçün hədəf kimi heyvanları qoyurdular. Bundan başqa, öz heyvanlarını digərlərindən ayırmaq üçün onların quyruq və qulaqlarını kəsirdilər, hətta onları dağlayırdılar. Səhrada acanda canlı dəvənin hörgücünü yarıb bir az yağ çıxarır, sonra həmin yeri tikirdilər. Peyğəmbərimiz (səv) cahil cəmiyyətin həmin adətlərini tamamilə ortadan qaldırdı. Heyvanlara qarşı zülmü ortadan qaldırmaqla insanlara onların da mərhəmətə möhtac olduqlarını öyrətdi.
Peyğəmbərimiz (səv) heyvanların həddən artıq işlədilməsinə izin vermirdi. Heyvanların belində oturub qarşılıqlı şəkildə şeir məclisi qurmaq qadağan edilmişdi, hansı ki bu, əsrlərlə davam edirdi. Heyvanların belində getmək sahiblərinə ancaq ehtiyac olan müddət qədər izin verilirdi. Peyğəmbərimiz (səv) bu barədə belə buyurub:
"Heyvanlarınızın belini minbərə çevirməyin. Bu, bir həqiqətdir ki, Allah onları sizə yalnız getməyə çətinlik çəkdiyiniz yerə qədər aparmaq üçün xidmətçi etmişdir..." (Əbu Davud, cihad 61, (2667))
Başqa bir hədisdə belə deyilir:
"Heyvanlarınıza gözəl şəkildə və onları yormadan minin. (Sizə lazım olmayanda isə) gözəl şəkildə ötürün ki, istirahət etsinlər! Onlardan yolda, küçədə dayanıb danışmaq üçün kürsü kimi istifadə etməyin". (Əhməd III, 439)
Peyğəmbərimiz (səv) işlədilən heyvanlara insanlar kimi istirahət haqqı vermiş, səfər müddətində heyvanların ehtiyac və istirahətlərini diqqətdə saxlamağı buyurmuşdur.
Peyğəmbərimiz (səv) Rəbbimizin haqsız yerə sərçəni öldürəni hesaba çəkəcəyini bildirmiş (Əbu Davud, 2/11), quşların yuvalarının dağıdılmamağını əmr etmişdir. (Buxari, Ədəbül-müfrəd, 139)
Peyğəmbərimiz bir dəfə mindiyi heyvanın üzünə möhkəm vuran birini saxlayıb ona dedi ki, onun bu hərəkəti Allahın qanunlarını heçə saymaqdır. Sonra qeyd etdi ki, Allah heyvanları onlara bunu etmək üçün yaratmayıb. (Əhməd, Müsnəd, 4/131)
Peyğəmbərimiz savaş vaxtı on min nəfərlik ordu ilə gedirdi. Yolun üstündə yeni doğmuş bir it gördü. İtin balaları da yanında idi. Peyğəmbərimiz (səv) Süraqənin oğlu Cueyli çağırıb tapşırdı ki, ordu tam keçib gedənə qədər itlərin yanında dayansın və onları əzilməkdən qorusun. (Əş-Şami, Sübulül-xüda vər-rəşad, VII, 51) Peyğəmbərimizin göstərişi ilə itlər narahat olmasın deyə, on min nəfərlik ordu istiqamətini dəyişmişdi.
Təkcə faydalı olan itlər deyil, zərər verməyən və hücum etməyən bütün itlərin canı möhtərəmdir, onlara toxunmaq olmaz. (Haşyətül-Beycərmi, ələl-mənhəcəl-məktəbətüş-şamilə, I/474)
Peyğəmbərimizin Müəzza adlı pişiyi var idi və onu çox sevirdi. Bir gün Peyğəmbərimiz divanda oturmuşdu. Müəzza da Peyğəmbərimizin paltarının ucunda yatmışdı. Peyğəmbərimiz ayağa qalxanda pişiyə qıymamışdı, paltarını kəsib qalxmışdı.
Əlavə məlumat: Peyğəmbərimizdən hədislər rəvayət edən Əbu Hüreyrənin mənası pişik balasıdır.
Allahın Rəsulu ilə birlikdə idik. Yanında iki balası olan sərçəyə bənzər quşa rast gəldik. Balalarını tutduq. Anaları bunu görüb fəryadla qanadlarını çırpmağa başladı. Bunu görən Rəsulullah: "Bunu balalarından kim ayırdı? Balalarını yerinə qoyun", –dedi. Biz də onları sərbəst buraxdıq. (Əbu Davud, Ədəb, 163-164)
Peyğəmbərimiz bir dəfə keçi sağan birisinə belə demişdi: "Sağanda balası üçün süd saxla". (Məcmüaz-zəvaid, 8:196)
Peyğəmbərimiz (səv) mədinəli müsəlmanlardan birinin bağında dəvənin acından bağırdığını görüb narahat olmuşdu. Dəvənin yanına gəlib, onu sığallayaraq sahibinin kim olduğunu soruşmuşdu. Sonra: "Heyvanlara qarşı belə davranmaqla Allahdan qorxmursunuz?" –deyərək dəvənin sahibinə xəbərdarlıq etmişdi. Başqa bir hədisdə isə Peyğəmbərimiz: "Danışa bilməyən bu heyvanlara görə Allahdan qorxun!" –buyurmuşdur. (Əbu Davud, Cihad, 44/2548)
Peyğəmbərimiz bir dəfə səfər zamanı istidən kölgədə qıvrılıb yatan ceyran gördü. Səhabələrindən birinə tapşırdı ki, hamı keçib gedənə qədər ceyranın yanında dursun və heç kimin heyvanı narahat etməyinə imkan verməsin. (Müvətta, Həcc 79; Nəsai, Həcc, 78)
Peyğəmbərimiz (səv) bir gün yolda üzü dağlanan ulaq gördü və belə dedi: "Allahın lənəti onu dağlayanların üzərinə olsun!" Tövsiyə etdi ki, işarə qoymaq üçün heyvanın acı verməyən yerini dağlasınlar. (Müslim, Libas, 107)
Bir nəfər səfər vaxtı susadı və tapdığı bir quyuya enib su içdi. Çıxanda gördü ki, bir it susuzluqdan dilini çıxarıb ləhləyir. Həmin adam: "Bu it də mənim kimi möhkəm susayıb", –deyərək təkrar quyuya endi və it üçün ordan su çıxardı. Buna görə Allah onu bağışladı. Səhabələr: "Ey Allahın Rəsulu, heyvanlara görə bizə savab yazılırmı?" –deyə soruşdular. Rəsulullah: "Hər canlıya edilən yaxşılığın savabı mütləq var", –deyə cavab verdi. (Buxari, Şürb, 9; Məzalim, 23, Salam, 153)
Dostları: "Heyvanlara su verəndə də savab yazılır?", – deyə soruşanda Rəsulullah belə cavab verdi: "Yaşayan hər canlıya su vermək savabdır". (Təcrid, cild vii, səh.223)
Yuxarıdakı hədislər Qurana uyğun olduqları üçün səhih sayılır və buna görə də dəlil kimi veririk. Peyğəmbərimizin heyvanlara qarşı bu cür şəfqətli davranmağının səbəbi Quranın verdiyi təlim-tərbiyədir. Peyğəmbərimiz Allahın bir-birindən gözəl və bir-birindən bacarıqlı canlıları rəhmət olaraq yaratmasını ən yaxşı təqdir edən şəxsdir. Eyni zamanda Allahın Rəhman və Rəhim isimlərinin, Allahın munis sənətinin canlılarda təzahür etdiyini də açıq şəkildə görmüşdür. Bunu Peyğəmbərimizin mərhəmət barədə nəsihətlərində də görmək mümkündür:
Yer üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizlərə mərhəmət etsin! (Tirmizi, Birr, 16/1924)
Rifqdən (yaxşı rəftardan) məhrum olan bütün xeyirlərdən məhrum qalar. (Müslim, Birr, 76)
Beləliklə, xurafatçılar boş yerə İslam dinində və ya Peyğəmbərimizin əməllərində heyvanlara qarşı şiddət axtarmaqla saxtakarlıq edirlər. Quran insana, heyvana və bitkiyə qarşı sevginin ən mükəmməl təsvir edildiyi kitabdır. Peyğəmbərimiz də həyatı boyu Qurana tabe olmuşdur.
Üreynə və Üqeylə qəbilələrindən bir qrup şəxs Mədinəyə gələrək müsəlman oldular. Mədinənin havası onlara pis təsir edəndə Peyğəmbərimiz onlara dəvə sidiyi içməyi məsləhət gördü. (Buxari, Tibb 5/1; Hənbəl 3/107, 163)
Sizdən birinizin yeməyinin və ya suyunun içində milçək düşəndə, onun hər tərəfini batırıb çıxarsın. Çünki milçəyin bir qanadında xəstəlik, o birində isə şəfa var... ("Diyanet" nəşrləri, cild 9, səh.70 və d. Hədis no: 1365)
İbn Abbas (rə) rəvayət edir: Rəsulullah buyurdu ki, biriniz yemək yeyəndə yalamadıqca və ya yalatmadıqca əlini silməsin. (Buxari, Ətimə 52, Müslim, Əşribə 129, (2031); Əbu Davud, Ətimə, 52, (3847))
Rəsulullahdan yağa düşən siçan haqqında soruşdular.
O buyurdu: "Onu və ətrafındakı qismi atın, yağı yeyin!" (Buxari, Vüdu, 67, Zəbaih, 34; Müvətta, İstizan 20, (2, 971, 972); Əbu Davud, Ətimə 48, (3841, 3843))
Burada yalnız bir neçə nümunəsi verilən saxta hədislər xurafatçı zehniyyətin insanlara nə qədər rəzalətli həyat verdiyinin əhəmiyyətli dəlillərindəndir. Xurafatçılar bu cür uydurma hədislərlə Peyğəmbərimizə belə iftira atacaq qədər cəsarət ediblər. Bu və buna bənzər uydurma hədislər eyni zamanda xurafatçıların təmizlik anlayışlarının necə olduğundan xəbər verir. Allah belə bir iyrəncliyə əsla izin verməmişdir. Qurana əsasən, müsəlmanlar təmizkar olmalı, evlərini səliqəli saxlamalı, gözəl geyinməli və təmiz yeməklər yeməlidirlər. Qurana əsasən, müsəlmanlar təmiz, müşriklər isə murdardırlar. Qurandan xaric həyat sürən, Allahın nazil etdiyindən fərqli din uyduran və buna görə də şirk içində olan xurafatçılar bu təsvirə tam uyğundurlar. Allah belə xəbər verir:
Kuran’a göre Müslümanlar temiz olmakla, evlerini temiz tutmakla, temiz giyinmekle ve temiz yiyecekler yemekle yükümlüdürler. Kuran’a göre Müslümanlar temizdirler fakat müşrikler pistirler. Kuran’ın dışında bir hayat yaşayan, Allah’ın indirdiğinin dışında bir din getiren ve bu sebeple de şirk içinde olan bağnazlar da kuşkusuz bu tanıma dahil olurlar. |
Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar... (Tövbə surəsi, 28)
... Allah anlamayanları kəsafətə düçar edər. (Yunis surəsi, 100)
Göründüyü kimi, Allah ayələrdə anlamayan topluluqdan bəhs edir. Bu ifadə xurafatçıları çox yaxşı təsvir edir. Quran kitabı əllərində olduğu halda, ortaya başqa din çıxaran və bunun saxta olduğunu bilərək ağıllı davranmayanlara Allah iyrənclik nəsib edir. Bu, doğrudan da, belədir; xurafatçılar ağılsızlıqları ucbatından yuxarıda verdiyimiz hədislərə inanır və beləcə, murdar həyat yaşayırlar.
Əlbəttə, aralarında məlumatsızlıqdan dolayı buna inanan adamlar da vardır, hansı ki onlar çoxluq təşkil edirlər. Onları həmin ağılsız xurafatçılarla eyni tutmaq olmaz. Onların doğru olanları öyrənmələri üçün bu kitabda ətraflı şəkildə izah olunan məlumatlara, yəni Qurandan gətirilən dəlillərə daim ehtiyac vardır.
Qurana əsasən, Allah müsəlmanlardan qüsursuz şəkildə təmizlik anlayışına malik olmalarını istəyir. Quranda müsəlmanları təmizliyə çağıran ayələrdən bir neçəsini qeyd edirik:
Geyimini təmiz saxla! Pis şeyləri tərk et! (Müddəssir surəsi, 4-5)
Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)
... İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir. (Tövbə surəsi, 108)
Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin! (Bəqərə surəsi, 172)
İman gətirib saleh əməllər işləyənləri isə altından çaylar axan, içində əbədi məskunlaşacaqları cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır… (Nisa surəsi, 57)
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: "Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi"… (Maidə surəsi, 4)
Bu gün pak nemətlər sizə halal edildi… (Maidə surəsi, 5)
De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur". Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər… (Əraf surəsi, 157)
Bir zaman Biz İbrahimə evin yerini nişan verib: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!" (– demişdik.) (Həcc surəsi, 26)
Quranda çox yerdə müsəlmanlara təmiz olmaq əmr edilir. Burada yalnız bir neçə ayə yazdıq. "Əraf" surəsinin 32-ci ayəsində xüsusi diqqət çəkilən məqam var. Yəni müsəlmanlara zinətləri haram edənlər kimi, təmiz ruziləri də haram edənlərin olması. Həqiqətən də, xurafatçıların həyat tərzinə diqqətlə baxdıqda görürük ki, təmizliyi müsəlmanlara yenə də onlar haram edir.
Qurana əsasən, müsəlman ən təmiz, ən baxımlı və ən modern şəkildə geyinməli, təmiz yeməklər yeməli və yaşadığı yeri təmiz saxlamalıdır. Yəni hər yerdə və hər zaman təmiz olmalıdır. Peyğəmbərimiz (səv) bu barədə çox ciddi idi. Təmizliyə belə ciddi yanaşan peyğəmbərə yuxarıda bəhs edilən formada uydurma hədislərlə iftira atmaq Allah qatında böyük günahdır. Fəqət xurafatçılar bu həqiqətdən tamamilə xəbərsizdirlər.
Saxta hədislərin yanlış olduğunu göstərmək üçün Peyğəmbərimizin sözlərinə nəzər salaq. Peyğəmbərimizin təmizlik barədə bəzi səhih hədisləri aşağıdakılardır: (Bu hədislər Quran ilə uyğun gəldiyi üçün səhih qəbul edilir)
Müsəlmanlıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin. Çünki cənnətə təmizlər girər. (Əhməd Ziyaüddin, Ramuz əl-əhadis, I cild; Deyləmi)
Mömin pis olmaz. (Buxari, Qüsl, 276)
Hər şeyi yaxşı təmizləyin! Təmizlik imana, iman da cənnətə aparır. (Təbərani)
Təmizlik imanın yarısıdır. (Müslim)
Salman (rə) rəvayət edir: "Tövratda oxudum ki, yeməyin bərəkəti yeməkdən sonra əl-ağızı yumaqdadır. Bunu Rəsulullahdan soruşdum. Buyurdu ki, yeməyin bərəkəti yeməkdən əvvəl və sonra əl-ağızı yumaqdadır". (Əbu Davud, Ətimə 12, (3761); Tirmizi, Ətimə 39, 1847)
Sarımsaq yeyən qoxusu getmədən məscidə yaxın durmasın. Adamın narahat olduğu şeylərdən mələklər də narahat olur. (Təbərani)
Paltarlarınızı yuyun. Tüklərinizi təmizləyin, dişlərinizi yuyun; təmiz və gözəl geyinin! Nəzafət sahibi olun! (İbn Əsakir)
Sarımsaq və ya soğan yeyən adam bizdən və məscidlərimizdən uzaq dursun! (Buxari, Ədəb, 76)
Namazın açarı təmizlikdir. (Tirmizi)
Gözəl geyinin ki, Allahın verdiyi nemətlərin əsəri üzərinizdə görünsün! (Təbərani)
"Bəhrül-raiq"də buyurulur ki, camal çirkinliyi aparıb vüqarlı olmaq və şükür etmək üçün neməti göstərmək deməkdir. Allah-Təala camal sahibi olmağı tərifləyir. Camal üçün təmiz və gözəl geyinmək mübahdır. (Oruc mövzusu)
Allah bir quluna nemət verdikdə o nemətin əsərinin qulunun üzərində görünməsini sevər. (Təbərani)
Əbu Süfyan (rə) rəvayət edir: "Mənə Əbu Əyyub əl-Ənsari, Cabir ibn Abdullah və Ənəs bin Malik xəbər verdi ki, "Tövbə" surəsinin 108-ci ayəsi (Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!) nazil olanda Rəsulullah: "Ey ənsar camaatı, Allah sizi təmizlik barəsində tərifləyir, (buna) səbəb olan təmizliyiniz nədir?" –deyə soruşdu. Onlar da dedilər ki, biz namaz üçün dəstəmaz alırıq, cünub olanda yuyunuruq. Rəsulullah: "Tərif elə buna görədir, davam edin buna!" –buyurdu. (Kutubi-sittə, 6066)
Ənəs bin Malik rəvayət edir: "Mənə qadın və gözəl qoxu sevdirildi, namaz gözümün nuru edildi". (Nəsai, İşrətün-Nisa 1, (7, 61))
Kuran'da kalite, sanat ve temizlik övülmüştür. Peygamberimiz (sav), Kuran'ın mükemmel uygulayıcısı olarak döneminin en kaliteli ve modern insanıydı. Bakımsız, sanatsız, görgüsüz, kalitesiz bir hayat ise Kuran dışı İslam zihniyetinin sebep olduğu manevi bir beladır. |
Xurafatçıların müxtəlif uydurma hədislərin təsiri ilə hər növ iyrəncliyi mənimsəyən həyat tərzləri bərabərində keyfiyyətsizliyi də gətirir. Elə buna görə də, ümumiyyətlə, İslam cəmiyyətlərinin bir qisminə keyfiyyətsizlik anlayışı hakimdir. Bu keyfiyyətsizlik üzündən ortaya baxımsız, estetika anlayışı olmayan, nəzakətli olmağa əhəmiyyət verməyən və kobud bir müsəlman modeli çıxır. Diqqət yetirdikdə görünür ki, həmin cəmiyyətlərdə müsəlman dedikdə belə bir görünüşün hakim edilməsinə çalışılır.
Xurafatçıların keyfiyyətsiz və qorxunc həyat forması heç də sürpriz sayılmır. Qadınların qaş almağını qadağan edən (bu mövzu barədə ətraflı məlumat veriləcək), yeməkdən sonra əlini yumağın yerinə yalayan, içinə milçək düşən yeməyin şəfa olduğunu iddia edən insanlardan keyfiyyət gözləmək mümkün deyil. Saxta hədislərin formalaşdırdığı saxta din anlayışı o qədər geniş yayılıb ki, gözəl və kübar görünən bir müsəlman xurafatçılardan mənfi reaksiya görür.
İslam adından oynanılan bu oyun bütün İslam topluluqlarını əhatə edir və bu da öz növbəsində digər cəmiyyətlərin narahatlığına zəmin yaradır.
Halbuki Quranda möhtəşəm keyfiyyət anlayışı vardır. Peyğəmbərimiz (səv) Quranın mükəmməl tətbiqçisi kimi dövrünün ən keyfiyyətli və ağıllı adamı idi. Daim təmiz idi və geyimləri göz oxşayırdı. Eyni zamanda çox nəzakətli idi. Peyğəmbərimiz əgər bu gün yaşasa idi, sözsüz ki, yenə də dövrün ən keyfiyyətli insanı olardı. Çünki Peyğəmbərimizin (səv) rəhbəri Quran idi və Quran hər dövrdə ən üstün keyfiyyətə xitab edir.
Bunu xüsusi vurğulamaq lazımdır ki, keyfiyyət pul, mal-mülk və ya marka kimi şeylərlə ölçülmür. Keyfiyyət təmizlik, diqqət, gözəlliyə dəyər vermək, hörmət, gözəl əxlaq və s. kimi dəyərlərlə ölçülür.
İnsan hər gün eyni geyimdən istifadə edə bilər, lakin onu hər gün təmiz saxlayarsa, buna keyfiyyət deyilir. İnsan başqasının fikri ilə razılaşmaya bilər, amma onun düşüncələrinə hörmətlə yanaşarsa, o adam keyfiyyətli olar. İnsanın keyfiyyətli olduğunu göstərən ən əhəmiyyətli şeylərdən biri onun hərəkətləridir. Pisliyə, tamahkarlığa, düşüncəsiz hərəkətlərə yol verməyən adam onsuz da təbii olaraq keyfiyyətlidir.
Belə ki, keyfiyyəti zəruri edən bütün xüsusiyyətlər İslam cəmiyyətlərində əksərən unudulmuşdur. Bunun başlıca səbəbi İslam topluluqlarının Quranı tərk etməsidir ki, bu da ən böyük xətadır. Keyfiyyətə deyil, çoxalmağa, sevgiyə deyil, nifrətə, həmçinin təmizliyə deyil, kirlilik və diqqətsizliyə əhəmiyyət verən cəmiyyətlər meydan gəlmişdir. Bunun yeganə çarəsi Qurandır.
Müsəlmanın üstün keyfiyyətini Qurandan dəlillərlə həmin cəmiyyətlərə göstərmək hal-hazırda ən təcili ehtiyaclardan biridir. Qurandan dəlil göstərmədikcə həmin cəmiyyətlər demokratiyadan uzaqlaşıb qəzəb topluluqları meydana gətirməyə, keyfiyyətsizliyi yaymağa və sənətə, təmizliyə əhəmiyyət verməməyə davam edəcəklər. Bu isə hər keçən gün daha da şiddətlənən böyük bəladır.
Kalite; parayla, mal-mülkle veya marka giysilerle sağlanacak bir şart değildir. Kalite; temizlik, özen, güzelliğe ve estetiğe değer verme, tavır, davranış ve tutumda mükemmellik, şefkat ve akılcılık, saygı ve güzel ahlak ile sağlanabilecek bir özelliktir. Gerçek Kuran Müslümanlığı bu kalite anlayışını şart koşar. Bağnazların dünyası ise alabildiğine kirli ve kalitesizdir. Kuran'a muhalefet etmenin bir sonucudur bu. |