Pisliyin Səssiz Dilini Danişanlar

Şeytanın təsiri altında hərəkət edən insanları və danışdıqları səssiz dili müəyyənləşdirə bilmək, təkcə imanın insana qazandırdığı ağıl sayəsində mümkün ola bilər. Bu insanları digər insanlardan ayırd edən diqqətçəkən fərq yoxdur. Çünki bu kitabda ələ alınan şeytanın təsiri altında düşən həmin bu insanlar, bəzi cərəyanların təsiri altında qalaraq “şeytana tapındığını” (Allah'ı tənzih edirik) söyləyən, şeytanı simvolizə etdiyini düşündükləri bəzi xüsusi paltarlar geyən insanlar deyil. Buna görə də, bəzi simvolik xüsusiyyətlər əsasında bu insanlar barədə belə mühakimə sahibi ola bilmək qeyri-mümkündür.

Quran'da verilən məlumatlar əsasında belə insanların davranışlarında şeytanın təsiri ilə hərəkət etdiklərini göstərən bir çox dəlil olduğu görünər. Bunlar insanlardan, şərtlərdən və ya hadisələrdən asılı olaraq dəyişə bilər. Dəyişməyən ortaq yönləri isə, pisliyin səssiz dilini danışanlarda görünən bütün bu xüsusiyyətlərin ifrat dərəcədə mənfi olması və həmin bu insanlarda maddi-mənəvi böyük pozuntulara səbəb olmasıdır.

Şeytanın təsiri ilə meydana gələn və insanları həm yanlış əxlaq anlayışına, həm də bədbəxt həyata sürükləyən gizli pisliklərdən bəzilərini, insanların xarakterini formalaşdıran ən əsas xüsusiyyətlər əsasında belə təsnif edə bilərik:

Gizli Pislikləri Günahsızlığın və Saflığın Arxasına Sığınaraq Edənlər

İnsanların etdiyi pislikləri ört-basdır edə bilmək üçün, günahsızlığın arxasına gizlənmələri şeytanın hiyləli üsullarından biridir. Şeytan, təsiri altına aldığı insanlara etdikləri pislikləri nə cür gizləyəcəkləri məsələsində də yol göstərər.

Günahsızlıq, ümumiyyətlə, insanların gündəlik həyatlarında tez-tez vurğulamağa çalışdıqları bir xüsusiyyət deyil. Həmişə gözəl davranışlar göstərən, gizli işi olmayan yaxşı insanın hər şeyi açıq və ortadadır. Buna görə də, özünün nə qədər xoşniyyətli və günahsız insan olduğunu sübut etmək üçün xüsusi səy göstərməyə ehtiyac duymaz. Pislik edənlər isə gizli etdikləri pislikləri bildiklərinə görə, həmişə bunun narahatlığı ilə yaşayarlar. Gizlətdikləri pisliklərin hər an ortaya çıxma təhlükəsi var. Belə ehtimalla qarşılaşdıqları zaman, özlərini təmizə çıxarda bilmək üçün, əvvəlcə xoşniyyətli və günahsız olduqları təəssüratını mümkün qədər çox vurğulayarlar. Eynilə pislikləri ortaya çıxarıldığı zaman da, yenə günahsızlığın ardına sığınaraq qarşı tərəfi yanıltmağa və özlərini qurtarmağa çalışarlar.

Günahsızlığın ardına sığınmaları eyni zamanda etdikləri gizli pislikləri, ehtiyac duyduqları zaman, təkrarlaya bilmək məqsədini də daşıyır. Etdiklərinin üzərini nə qədər yaxşı örtə bilsələr, sonrakıları da ətraflarındakı insanlara o qədər asan qəbul etdirə biləcəklərini düşünərlər. Əgər günahsız təqlidi etmələri bir dəfə nəticə versə, bu üsulla həmişə müvəffəqiyyət qazanacaqlarını düşünərlər.

Günahsızlıqlarına dair göstərdikləri dəlillərlə, etdikləri pislikləri ört-basdır edib qarşı tərəfin gözündə təmizə çıxmaqla yanaşı, öz vicdanlarını rahatlaşdırmağı da qarşılarına məqsəd qoyarlar. Çünki edilən hər pislik, insanın vicdani sıxıntı çəkməsinə səbəb olar. İnsan pisliyi bunun vicdanına zidd hərəkət olduğunu bilərək edər. Bu vicdan əzabından xilas ola bilmək üçün də, özünü rahatlaşdıracaq, etdiyi pisliyi üzrlü göstərəcək bəhanələr tapmağa çalışar. Halbuki vicdanın bu təzyiqini ortadan qaldıracaq tək həll Quran'a uyğun əxlaq göstərməkdir. Allah Quran'da insanlara pislik işlədikləri zaman tövbə etmələrini, etdikləri pislikləri saleh əməllər işləyərək yaxşılıqlara çevirmələrini bildirmişdir. Bu əxlaq göstərilmədiyi müddətcə insanın etdiyi pisliyi günahsızlıq görünüşü kimi saxta pərdə ilə örtməyə çalışması, insanı başqa pis əmələ sürükləməkdən başqa işə yaramayacaq. Bununla yanaşı, Allah'ın; "kim izzəti istəyirsə, artıq bütün izzət Allah'a məxsusdur. Gözəl söz Ona tərəf yüksələr və saleh əməl də onu yüksəldər. Pislikləri təşkil edənlər isə; onlar üçün şiddətli əzab var. Onların təşkil etdikləri “puç olub pozular”” (Fatir surəsi, 10) ayəsiylə, bildirdiyi kimi hər pislik mütləq puç olub pozulacaq.

Şeytanın təlqini ilə hərəkət edən insanlar da, eynilə onun kimi özlərini günahsız tanıda bilmək üçün, xüsusi üsullar tapar və qarşılarındakı insanlara təsir edə biləcəyini düşündükləri bəzi üslub, davranış və danışıq tərzinə yiyələnərlər.

Bu üsullardan bəzilərini belə sadalaya bilərik:

Allah'ın Adından İstifadə Edib Özlərini Günahsız Göstərməyə Çalışmaları

Bəzi insanların, ətraflarındakı insanları xoşniyyətli və günahsız olduqlarına inandıra bilmək üçün əl atdıqları səmimiyyətsiz üsullardan biri, mənəvi dəyərlərdən istifadə etməkdir. Quran əxlaqına heç uyğun gəlməyən həyat tərzi yaşayanlar belə, özlərini xoşniyyətli və təmiz qəlbli insanlar kimi tanıtmaq üçün, lazım gəldikdə Allah'ın adını zikr edər; dindar olmağın, Allah'dan qorxmağın, vicdanlı davranmağın əhəmiyyətindən bəhs edə bilərlər. Lakin Allah'ın adını zikr edərkən Allah'ın böyüklüyünü, etdikləri səmimiyyətsizlikləri bildiyini və bundan ötrü özlərini əzablandıra biləcəyini düşünməzlər.

Cəmiyyətdə bu səmimiyyətsiz davranışın bir çox nümunəsinə rast gəlinir. Bunlardan ən çox rast gəlinənlərdən biri, bu cür insanların hər dəfə çətin vəziyyətdə qaldıqda, dərhal “Allah'ın adını çəkərək yalandan and içmələri”dir. Bu yolla, ortada günahsız olduqlarına dair inandırıcı heç bir dəlil olmasa və hətta haqsız olduqları çox açıq olsa da, qarşı tərəfi asanlıqla razı salmağı bacara biləcəklərini zənn edərlər. Çünki Allah'ın adını dilə gətirib and içməklə insanların vicdanlarında dərin təsir qoyacaqlarını düşünərlər. Xüsusilə də, dindar insanlar arasında bu üsulun olduqca təsirli olacağına inanarlar.

Bu insanların özlərinə günahsız görünüşü verə bilmək üçün etdikləri, təkcə Allah'ın adından istifadə edərək and içmək deyil. Özlərini təmizə çıxarda bilmək üçün mümkün olan bütün imani ünsürlərdən bu istiqamətdə istifadə etməyə çalışarlar. Məsələn, göstərdikləri davranış pozuntularını məqbul zəminə oturda bilmək üçün, uzun-uzadı imani söhbətlər edərlər. Gözəl əxlaqa nə qədər əhəmiyyət verdiklərindən, pislikdən necə diqqətlə çəkindiklərindən və bu mövzuda nə qədər həssas davrandıqlarından danışarlar. Yanlış hərəkətin axirətdəki qarşılığından çəkindikləri üçün, bu cür davranışlardan həmişə uzaq dayandıqlarını deyərlər. Lakin mənfəətlərinə zidd olan hər hansı vəziyyətlə qarşılaşdıqları zaman, bu dediklərinə tam zidd davranmaları səmimiyyətsizliklərini göstərir.

Yenə bu yöndə əl atdıqları digər səmimiyyətsiz üsul isə, etdikləri pislikləri ört-basdır edib bunlara məqbul izahlar gətirə bilmək üçün Quran ayələrini öz yanlış məntiqləri ilə şərh etməyə çalışmalarıdır. Allah Quran'da bütün ayələrin açıq-aydın dillə endirildiyini bildirmişdir. Dolayısilə, Quran'da işlənən bütün ayələrdə ifadə edilən məna çox aydındır. Lakin şeytanın təsiri altına düşən insanlar özlərini haqlı çıxarda bilmək üçün, çirkin cəsarət göstərib etdikləri vicdansızlıqlarını, yanlış şərhlər əlavə edərək söylədikləri ayələrə əsaslandırmağa çalışarlar.

Bu cür şeytani üsullar, hadisələri Quran'a əsaslanan ağılla qiymətləndirməyən insanlarda bəzən həqiqətən də təsirli ola bilər. Lakin müsəlmanlar insanların davranışını Allah'ın Quran'da bildirdiyi meyarlara əsasən qiymətləndirərlər. Bir insanın təkcə dili ilə Allah'ın adını zikr etməsi və ya Allah'ın adına and içməsi, söhbətlərində dini ünsürlərə yer verməsi, qəlbinin nə qədər təmiz olduğunu dilə gətirməsi, həmin insanın səmimiyyətinə qənaət gətirmək üçün kifayət deyil. Çünki bütün bunlar qəlbində xəstəlik olanların iman gətirənləri yanıltmaq üçün, təqlid edə biləcəkləri davranışlardır. Əsil səmimiyyətin göstəricisi, insanın sözləri ilə dilə gətirdiklərini davranışlarında da göstərməsi və pisliyin gizlisindən də, aşkarından da diqqətlə çəkinməsidir.

Bundan da savayı, belə pis davranış pozuntusu göstərən insanın əsla unutmaması lazım olan, insanlardan gizlənməyi hər nə qədər bacarsa da, etdiyi pisliklərin hamısına Allah şahid olmasıdır. "...Onların heç nəyi Allah'dan gizli qalmaz..." (Mümin surəsi, 16) ayəsiylə bildirildiyi kimi, Allah edilən hər pisliyi və bunları ört-basdır edə bilmək üçün irəli sürülən hər səmimiyyətsiz bəhanəni bütün təfsilatları ilə bilir. Buna görə də, insan bütün bunların hesab günündə qarşısına çıxacağını bilib davranmalı, Allah'ın rizasına uyğun əxlaq göstərməyi hədəfləməlidir.

Günahsızlıqlarını Sübut Edə Bilmək Üçün Ardıcıl Yalanlar Danışmaları

Şeytanın təsiri ilə hərəkət edən insanların, özlərini günahsız göstərə bilmək üçün əl atdıqları üsullardan biri də yalan danışmaqdır. Lakin yalan danışmaq deyildikdə, ağla təkcə çox açıq və dəqiq ortada olan bir məsələnin tam əksinin deyilərək gizlənməsi gəlməməlidir. Şeytan pisliyin səssiz dilini öyrətdiyi insanlara, yalanı da sübutu çox çətin olacaq şəkildə hiyləgərliklə söyləməyin yollarını göstərər. Əgər sübut edilə bilmirsə, ortada həqiqi mənada bir yalan da olmadığına inanmalarını təmin edər. Həmçinin bu yolla, yalanın adı qoyulmamış şəkildə gizlincə insanlar arasında yayılmasını istəyər.

Dolayısilə, bu insanlar əslində tez-tez yalan danışdıqları halda, özlərini bu davranış pozuntusundan uzaq hesab edərlər. Şeytanın bu yolla söylədikləri yalanlara isə müxtəlif adlar qoyaraq bunlara günahsızlıq qazandırmağa çalışarlar. Məsələn, "ağzımdan belə çıxdı", "yanlış ifadə etdim", "tam deyə bilməmişəm", "yanlış xatırlamışam", "o hissəni deməyi unutmuşam", "başqa mövzu ilə qarışdırmışam" kimi açıqlamalarla söylədikləri yalanı xoşniyyətli və zərərsiz hərəkət kimi göstərməyə çalışar, özlərini də bu açıqlamalar inandırarlar. Söylədikləri sözlərin dinləyənlər tərəfindən "yalan" olduğu qəbul edilsə də, onların bunları dilə gətirməkdəki məqsədlərinin yalan danışmaq olmadığını irəli sürərlər. Mühüm məsələnin bunları söyləyərkən qəlblərində daşıdıqları "niyyət" olduğunu və özlərinin də bu yaxşı niyyətlərindən əmin olduqlarını iddia edərlər. Halbuki bu da yenə başqa yalandır və qəlblərindəkinə Allah'ı şahid tutduqları halda, Allah yalan danışdıqlarını bilir.

Şeytan açıq-aydın şəkildə yalana təşviq edə bilmədiyi insanları, məhz belə hiyləgər üsullarla dürüstlükdən uzaqlaşdırar. Bəzən bir mövzunu olduğundan fərqli, əskik və ya artıqlamasıyla danışdırıb, bəzən deyilən sözü daha sonra dəyişdirib sözlərin mənasını sapdırmağa təşviq edər. Quran'ın; "həqiqəti həmişə tərs deyib, günaha düşkün hər kəsin vay halına!" (Casiyə surəsi, 7) ayəsi ilə bu kəslərin "həqiqəti həmişə tərs deyib" söylədikləri yalanlara diqqət çəkilmişdir.

Şeytanın təsiri ilə hərəkət edən bu insanlar, məqbul olmayan davranışlara yol verərkən, bunlara sonra necə izah gətirəcəklərini, bəzən hələ o hərəkəti edərkən ağıllarından keçirib müəyyənləşdirərlər. Bəzən də bunun nəticəsini heç düşünməz; etdikləri pis hərəkətlər ortaya çıxdığı zaman, özlərini təmizə çıxarda bilmək üçün bir anda refleks olaraq yalana əl atarlar. Həmin bu insanların bu reflekslərini hərəkətə keçirən isə, əlbəttə ki, yenə şeytandır. Onlara bir mövzuya ən yaxşı hansı şəkildə izah gətirə biləcəklərini, əksinin sübut edilməsini necə ən yaxşı şəkildə çətinləşdirib özlərini günahsız göstərə biləcəklərini ilham edər.

Lakin bir yalan, ümumiyyətlə, ardından bir çox yalanı da özü ilə gətirər. Buna görə də, şeytanın təsirinə düşənlər özlərini təmizə çıxarda bilmək üçün ardıcıl yalanlar danışmağa başlayarlar. Təkcə bir mövzudakı səmimiyyətsizliklərini ört-basdır edə bilmək üçün, təlaş içində düşünmədən çoxlu yanlış məlumat verib yanlış məntiqlər irəli sürərlər. Söylədikləri yalanlar qarşılarındakı insanlar tərəfindən sübut edildiyi zaman isə, nə edəcəklərini heç bilməz və bu dəfə də yanlış başa düşüldüklərini, haqsızlığa uğradıqlarını iddia edib özlərinə bəraət qazandırmağa və mövzunu bağlamağa çalışarlar. Hətta belə vəziyyətdə özlərini təmizə çıxartmaq üçün, əvvəlki hissə toxunduğumuz kimi yalan yerə and içməkdən də çəkinməzlər.

Şübhəsiz ki, bu onların Allah'ı lazımınca tanımamalarından, Allah adına içilən andın nə qədər böyük məsuliyyət olduğunun dərk etməmələrindən qaynaqlanır. Allahdan lazımınca qorxmamalarından ötrü bu mövzuda çirkin cəsarət göstərirlər. Yalan yerə and içib Allah'ı şahid gətirərkən ən gizlini bilən Allah'ın özlərini eşitdiyini ağıllarına belə gətirmirlər. Üstəlik, özlərinə bildirildiyi zaman, şeytanın təsiri altında olduqları üçün bu həqiqətə göz yuma bilirlər. Halbuki bəlkə dərk etmirlər, lakin əslində bu yalanları insanlara deyil, Allah'a qarşı söyləmiş olarlar. Quran'da; "...özləri də bildikləri halda Allah'a qarşı (belə) yalan danışarlar" (Ali İmran surəsi, 78) ayəsi ilə bu həqiqətə diqqət çəkilir. Quran'ın; "bunların heç birinə itaət etmə: tez-tez and içən alçağa" (Qələm surəsi, 10) ayəsiylə, Allah belə insanlara etimad edilməməsinin lazım olduğuna işarə edir.

Quran'da Hz. Yusifin qardaşlarının ona qarşı hazırladıqları "pisliyi" ört-basdır edə bilmək üçün yenə eyni usula, yalana əl atdıqları bildirilir. Öz aralarında qardaşları Hz. Yusifi öldürə bilmək üçün plan qurmuş, ardından da onun "yaxşılığını" istədiklərini söyləyib atalarından hz. Yusifi özləri ilə birlikdə göndərməsi üçün icazə istəyiblər:

(Bu qərara gəldikdən sonra) "ey atamız!" dedilər. "Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Halbuki əslində biz onun yaxşılığını istəyənlərik. Sən onu sabah bizimlə göndər, doyunca gəzsin, oynasın. Əlbəttə ki, biz onu qoruyub himayə edərik". (Yusif surəsi, 11-12)

Daha sonra Hz. Yusifi bir quyunun dibinə salmış, atalarına isə başqa yalanla gəlib onu canavarın tutduğunu söyləyiblər. Eyni zamanda da; “biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən” deyib özlərini günahsız göstərməyə çalışıblar:

"Axşamüstü atalarının yanına ağlayan vəziyyətdə gəldilər. Dedilər: "ey atamız! Həqiqət budur ki, biz getdik, yarışırdıq. Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq. Lakin onu canavar yeyib. Onsuz da, biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən". (Yusif surəsi, 16-17)

Ataları Hz. Yaqub isə onların yalan danışdıqlarını görərək, sözlərinə güvənməmiş və onların pis hiylələrinə qarşı Allah'a sığındığını bildirmişdir:

Həmçinin üstünə yalandan qan (yaxılmış) köynəyini gətirdilər. "Xeyr" dedi. Nəfsiniz sizi yanıldaraq (belə) bir işə sövq edib. Bundan sonra (mənə düşən) gözəl səbir etməkdir. Sizin bu uydurduqlarınıza qarşı (Özündən) kömək istəniləcək olan Allah'dır". (Yusif surəsi, 18)

Etdikləri Pisliklərin Məsuliyyətini Başqalarının Üstünə Atmağa Çalışmaları

Allah Quran'ın; "...o, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. O zaman özünüzü təmizə çıxartmayın! O, çəkinəni daha yaxşı tanıyandır" (Nəcm surəsi, 32) ayəsiylə, insanları nəfslərindəki "özlərini təmizə çıxartma" istəyinə qarşı xəbərdar etmişdir. Lakin davranışlarını Quran əxlaqının tələb etdiyi şəkildə tənzimləməyən bəzi insanlar, nəfslərini pisliklərdən təmizləmək əvəzinə, bunları ört-basdır etməyi seçərlər. Bəzən bu məqsədlə sırf özlərini qurtarmaq üçün etdikləri səmimiyyətsiz davranışın məsuliyyətini başqasına yükləməyə çalışarlar. Lakin bu məqamda ağla təkcə, işlənmiş günahı açıq şəkildə başqasının üstünə atmaq gəlməməlidir. Məsələn, bir insana müəyyən əşya barədə; "bunu sən götürdün?" deyildiyi zaman, həmin insan; "xeyr, mən deyil, filankəs götürdü" deyə yalan danışsa, digərindən soruşduqda yalanın dərhal ortaya çıxacağı bəllidir. Üstəlik, də yalanın, Allahın insanlara qadağan etdiyi davranış forması olduğunu bilənlər bilə-bilə belə hərəkət etməyə vicdanən yanaşmazlar. Dolayısilə, şeytan açıq şəkildə pislik etməkdən çəkinən belə insanlara, ümumiyyətlə, bu cür açıq yalanlar dedirtməkdə müvəffəqiyyət qazanması qeyri-mümkün ola bilər. Bu təqdirdə, onları öz incə üsullarına əsaslanan hərəkətləri etməyə təşviq edə bilər. Bunun üçün işlətdiyi üsul isə, müəyyən pisliyi edərkən bundan duyacaqları vicdan narahatlığını ört-basdır edə bilmək üçün, bu davranışlarının məsuliyyətini başqasına yükləməyə təşviq etmək olar.

Şeytanın bu yolla aldatdığı insanlar özlərini təmizə çıxarda bilmək üçün, ətraflarındakı insanların xoşniyyətli sözlərini və ya hərəkətlərini təhrif edər və bunları bəhanə göstərərək pis davranışlarını qanuniləşdirməyə çalışarlar. Öz davranışlarının məsuliyyətini yükləyəcəkləri bu insanların, xüsusilə səmimiyyətləri, dürüstlükləri, etibarlılıqları və gözəl əxlaqları ilə tanınan insanlardan olmasına böyük diqqət göstərərlər. Bu yolla özlərinin xoşniyyətlə, təkcə bu insanların sözünə tabe olduğunu söyləyər; əgər ortada yanlış hərəkət varsa, buna görə, əsil onların məsuliyyət daşıdığını iləri sürər. Müdafiə etdikləri bu yanlış məntiqə görə özlərinin heç bir günahı yoxdur; onlar təkcə "dürüst, səmimi və etibarlı" bildikləri insanların sözünə tabe olmuş, dolayısilə ortaya çıxan yanlış davranışa da həmin şəxslər səbəb olmuşdur.

Bu insanlar, bəzən də pis davranışlarını təmizə çıxarda bilmək üçün, eyni üsulu, sözlərin kəlmə mənalarını təhrif etməklə tətbiq edərlər. Bir sözün eyni anda bir neçə məna verdiyi müddəasından istifadə edərək qarşı tərəfin əslində nəzərdə tutduğunu fərqli şəkildə qəbul etdiyi üçün, belə hərəkət etdiklərini irəli sürərlər. Quran'da bu cür insanların səmimiyyətsiz davranışlarına; "lakin zülm edənlər, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər..." (Bəqərə surəsi, 59) ayəsiylə diqqət çəkilmişdir. Şeytan təsiri altına saldığı insanları belə hiyləgər üsullarla pisliyə sürükləyir.

Əksəriyyətin Eyni Xətanı Etdiyini Söyləyərək, Hərəkətlərini Məqbul Hala Gətirməyə Çalışmaları

Şeytanın təsiri ilə hərəkət edənlərin işlətdiyi səmimiyyətsiz üsullardan digəri də, özləri kimi eyni yanlış davranışı göstərən insanların olduğunu irəli sürərək xətalarını məqbul göstərməyə çalışmalarıdır. Bu, əslində şeytanın ən məlum üsullarından biridir; insanları pisliyə sövq edərkən, ətraflarındakı pis insanlardan nümunələr göstərərək onları cəsarətləndirər. Bu insanların da eyni davranışı göstərdiyini irəli sürərək, insanı bu cür davranışın yanlış olmadığına inandırmağa çalışar. Əlbəttə ki, vicdanları bu insanlara həqiqətdə doğru olanı göstərir, lakin nəfslərini təmizə çıxartmağı qarşılarına məqsəd qoyan insanlar, şeytanın təlqin etdiklərini bilə-bilə özləri üçün bəhanə qəbul edərlər.

Onlara hər hansı səhvləri bildirildiyi zaman, dərhal bu bəhanəni irəli sürüb özlərini haqlı çıxartmağa çalışarlar. Bu davranışın ətraflarındakı insanların əksəriyyətində geniş yayılmış olması, həmin bu insanların müdafiəsinin təməlini təşkil edir. Lakin əslində bu vəziyyətin yanlış davranışlarını qanuniləşdirməyəcəyini çox yaxşı bilərlər. Buna baxmayaraq; "bunu edən təkcə mən deyiləm, bu insanlar da eyni hərəkətləri edir" və ya "bunu hər kəs edir" kimi sözlərlə özlərinə yönəldilən tənqidi əsassız edə biləcəklərini düşünərlər. Bu yolla qarışıqlıq yaradıb diqqəti özlərindən uzaqlaşdırmaq istəyərlər.

Halbuki Qurana görə bu məntiqin heç bir əsası yoxdur. Başqalarının da eyni günahı işləməsi insanı məsuliyyətdən qurtarmaz; qurtarmadığı kimi yüngülləşdirici səbəb də sayılmaz. Çünki Allah Quran'ın; "yer üzündə olanların əksəriyyətinə itaət etsən, səni Allah'ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq “zənn və təxminlə” yalan danışarlar!" (Ənam surəsi, 116) ayəsiylə, insanları əksəriyyətə tabe olmamaları məsələsində xəbərdar etmişdir. Bir çox insan eyni anda eyni xətaya yol verə bilər; lakin insan təkbaşına vicdanının səsinə tabe olmaqla və Quran əxlaqını yaşamaqla məsuldur. Hər insan axirətdə Allah'a təkbaşına hesab verəcək. Eyni xətanı bir insan cahilliyindən, digəri yanıldığından və digəri isə qəsdən pisniyyətlə edə bilər. Heç bir insan başqasının həqiqi niyyətini bilə bilməz. Lakin Allah bütün insanların niyyətlərini, “kökslərində” gizlətdiklərini bilər və onları buna görə sorğu-sual edəcək.

"Ey iman gətirənlər! Üzərinizdəki (məsuliyyət) öz nəfslərinizdir. Siz doğru yola çatsanız, azan sizə zərər verə bilməz. Hamınızın qayıdışı Allah'adır. O sizə etdiklərinizi xəbər verəcək!" (Maidə surəsi, 105) ayəsiylə bildirildiyi kimi, hər insan özündən məsuldur. Üstəlik, qeyd olunan insanlar "hamı edir" bəhanəsindən, əksəriyyətə aldandıqları üçün deyil, doğrunu bildikləri halda özlərini qurtarmaq üçün istifadə edirlər.

Halbuki bu vəziyyəti Quran'la qiymətləndirsələr, edilən hər xatırlatmanın özlərinə mütləq xeyir gətirəcəyini görərlər. Çünki yanlış bir davranış eyni anda bir çox insan tərəfindən tətbiq olunsa belə, Allah'ın bunun yanlış olduğunu həmin insana eşitdirmiş olması onun üçün böyük rəhmətdir. Hadisəni bu cür qiymətləndirmək əvəzinə, əksəriyyəti dəlil göstərərək, bu xətalı davranışı gizlətməyə çalışmaq, insana dünya və axirətdə ancaq itki gətirər.

Yanlış Hərəkətlərini Düşünmədən Etdiklərini İddia Etmələri

Şeytanın təlqinlərinə uyan bəzi insanlar da etdikləri səhvlərə bəhanə olaraq "bilmədiklərini" bəhanəsini irəli sürərlər. Halbuki bu da şeytanın insanlara öyrətdiyi özlərini günahsız göstərmək üsullarından biridir. Çox vaxt əslində yanlış olduğunu yaxşı bildikləri pislikləri sanki heç bilmədən və düşünmədən etmişlər kimi özlərini müdafiə etməyə çalışarlar. "Bilsəydim, edərdim?", "cahilliyimdən, düşünə bilmədiyimdən etdim" kimi ifadələrlə özlərini təmizə çıxartmaq istəyərlər. Əlbəttə ki, insan bilmədiyindən və ya cahilliyindən bəzi xətalar edə bilər. Lakin bu vəziyyət şeytanın təsiri ilə yaranan davranış pozuntularından olduqca fərqlidir. İnsanın baxışlarına, səs tonuna, üslubuna, danışıqlarına əks olunan səmimiyyəti, bu mövzudakı dürüstlüyünün başa düşülməsini təmin edər. Şeytanın təsirinə düşənlər isə həqiqətən bilmədiklərindən deyil, səmimiyyətsiz olduqlarına görə bu bəhanənin arxasına sığınırlar. Həqiqətdə Allah'ın Quran'da bildirdiyi gözəl əxlaqın tələb etdiyi davranışlardan xəbərdardırlar. Bununla yanaşı, vicdanları hansı əxlaqı göstərməyin və hansı davranış pozuntularından çəkinməyin lazım olduğunu hər an onlara bildirir. İnsanın buna baxmayaraq, davranış pozuntularına yol verməsi, bu əxlaqı özünə bildirildiyində isə bunun məlumatsızlığından qaynaqlandığını söyləməsi dürüst davranış deyil. Həmin bu insanlar bundan pisliyin səssiz üsullarından biri kimi istifadə edirlər.

Quran əxlaqına uyğun olmayan davranışı, bilmədikləri üçün etdiklərini söyləyən kəslər, bu səmimiyyətsizliklərini dəstəkləmək üçün; "qəlbindəkini Allah'dan və özlərindən başqa heç kimin bilməyəcəyi" həqiqətindən də istifadə etməyə çalışarlar. Əlbəttə ki, insanların qəlblərində olanı təkcə Allah bilər. İnsanlar isə başqasının həqiqi niyyətini bilməzlər. Lakin bu da vardır ki, Allah insanların niyyətlərini xaricə əks etdirən bəzi əlamətləri Quranla bildirmiş və möminlərin vicdanlarına bir kimsənin hiyləgərliyini və ya pis niyyətini anlaya biləcəkləri həssaslıq vermişdir. İman gətirənlər şeytanın təsirinə düşənləri Quranda bildirilən bu əlamətlər sayəsində görə bilərlər. Lakin bu insanlar ortada etdikləri gizli pislikləri sübut edən konkret dəlillərin olmamasından, səmimiyyətsiz əməllərinin üstünü bilərək örtmək üçün istifadə edərlər. Bu yolla özlərini gözəl əxlaqa çağıranların önünü kəsib, özlərinə yönəldilən tənqidin etibarsız olduğunu sübut edə biləcəklərini düşünərlər. Halbuki bu düşüncə onları daha da böyük səmimiyyətsiz əməllərə sürükləyər. Bu yolla etdikləri səmimiyyətsizliyin ətrafdakı insanlar tərəfindən başa düşülmədiyinə inansalar, daha sonra hər dəfə belə vəziyyətlərlə qarşılaşdıqda eyni üsula əl atarlar.

Şeytan nəfslərini təmizə çıxarda bilmək üçün insanlara pisliyin səssiz dilinin bunun kimi daha bir çox incə üsulunu öyrədər. İnsanın bütün bunlardan çəkinə bilməsi üçün, heç unutmaması lazım olan mühüm bir həqiqət var. Allah Quran'ın; "...onlar təkcə öz nəfslərini azdırarlar və sənə heç nə ilə zərər verə bilməzlər. Allah sənə Kitabı və hikməti nazil etdi və bilmədiklərini öyrətdi..." (Nisa surəsi, 113) ayəsiylə, insanların etdikləri pisliklərlə təkcə özlərinə zərər verdiklərini xatırlatmışdır. Böyük və ya kiçik olsun, gizli və ya açıq olsun Allah insanlara pisliyin hər növündən çəkinmələrini bildirmişdir. Səhv bir hərəkəti sübut edilə bilməyəcək hala gətirib gizlətmək insan üçün qazanc deyil, böyük itkidir. Quran əxlaqına ən uyğun davranış belə vəziyyətdə edilən səhvi səmimiyyətlə qəbul edib, bunu Allah'ın bəyənəcəyi əxlaqla əvəz etməkdir.

Uşaq Xarakteri Göstərərək Özlərini Günahsız Göstərməyə Çalışmaları

Hər insan yetkin yaşlara kimi, uşaqlıq dövrü yaşamış və bu yaşlarda göstərdiyi xarakterin ətrafındakı insanlar üzərində yaratdığı təsirə şahid olmuşdur. Uşaq olmağın insana təbii olaraq təmin etdiyi bəzi üstünlükləri olduğunu görmüş, insanların uşaqlara daxilən simpatiya və anlayışla yanaşdıqlarını təcrübə etmişdir. Bütün bu təcrübələr insanların ağlına yerləşmiş və hansı davranışın hansı reaksiyaya səbəb olacağı mövzusunda məlumat sahibi olmalarını təmin etmişdir. Bəzi insanlar irəli yaşlarda da, çıxılmaz vəziyyətdə qaldıqlarını düşündükləri bəzi anlarda, keçmişdəki bu təcrübələrinə əsaslanaraq uşaq xarakterinə bağlı bəzi xüsusiyyətləri özlərində əks etdirərlər. Lakin bunları hələ uşaqlıqdan xilas ola bilmədikləri üçün deyil, bu şəkildə davrandıqları zaman, ətrafdakı insanlarda uşaq yaşlarındakı kimi yenə simpatiya, mərhəmət, acıma kimi təsirlər yarada biləcəklərinə inandıqları üçün edərlər. Xüsusilə də, səhv etdikləri zaman, bu hərəkətlərinin qarşılarındakı insanlar tərəfindən məqbul görülə bilməsi üçün bu üsula əl atarlar. Çünki uşaqlar hələ inkişaf və təhsil dövrü içərisində olduqlarından bir çox mövzudakı səhvlərini şüurlu şəkildə etməzlər. Buna görə də, uşaqlara səhv hərəkətlərinə görə heç kim hirslənməz; əksinə anlayış, mərhəmət və şəfqətlə cavab verərlər. Demək olar ki, etdikləri hər şey məqbul qarşılanar; "uşaqdır, nə etsə yeridir", "uşaq ağlıdır neyləyəsən", "uşaqdır, ağlı kəsmir" kimi qiymətləndirmələrlə yanaşılar. Lakin, əlbəttə ki, müəyyən təhsil dövründən sonra hər insan yetkin və ağıllı şəxsiyyət ola biləcək səviyyəyə çatar.

Şeytanın insanlara öyrətdiyi mühüm səmimiyyətsiz əməllərdən biri olan bu məqsədli uşaq davranışı, Quran əxlaqını yaşamayan insanlar arasında bəlkə gözlənilən qarşılığı ala bilər. Lakin iman gətirən insanlar Allah'a iman gətirən, axirətə inanan insanların imani yetkinlik, qətiyyətli və dirayətli şəxsiyyət göstərə biləcək ağla sahib olduqlarını bilərlər. Buna görə də, nəfslərinə zidd olan anlarda əgər uşaq xarakterinə bənzər hərəkətlər göstərilərsə, bunların şeytanın təsirindən qaynaqlandığını başa düşərlər. Çünki Allah'ın insanlara bildirdiyi məsuliyyətlərin yerinə yetirilməsi və Quran əxlaqının yaşana bilməsi üçün, ağıl və şüur açıqlığının lazım olduğunu bilərlər. Eyni zamanda Allah'ın gücünü, hesab gününün varlığını, cəhənnəm əzabının çətinliyini bilərək, asanlıqla başa düşülüb üstəsindən gəlinə biləcək mövzuları bilə-bilə anlamazlıqdan gəlib uşaqlıq etməyin, insana necə məsuliyyət yükləyəcəyindən də xəbərdardırlar.

Şeytan bəzi insanlara bütün bu həqiqətləri unutdurar və özlərini günahsız göstərə bilmələri üçün onları bu gizli üsulun arxasında gizlənməyə təşviq edər. Bəzən təkcə bir səhv etdikləri zaman, səmimiyyətsiz olduqlarını gizlətmək üçün bu yola müraciət edərlər. Şəxsiyyətli və ağıllı insana məxsus səs tonu əvəzinə, acizliklərini və günahsızlıqlarını ifadə edəcəyini düşündükləri uşaq səsi ilə danışarlar. Bəzən danışa bilməmək təqlidi edər, söyləyəcəkləri sözü tapa bilmirmiş, nə demək istədiklərini ifadə edə bilmirmiş, hətta cümlə belə qura bilmirmiş kimi davranarlar. Özlərini çox həyəcanlanmış, ağlı qarışmış və fikrini cəmləyə bilmirmiş kimi göstərib, qarşı tərəfə günahsız olduqları yönündə təsir etməyə və özlərini acındırmağa çalışarlar. Eyni zamanda bu şəkildə vaxt qazanaraq, özlərini necə təmizə çıxarda biləcəkləri mövzusunda yeni üsullar axtararlar. Halbuki danışa bilməmək kimi problemləri olmaz.

Eynilə baxışlarında da heç bir problem olmaz. Lakin bu yöndə də səmimiyyətsiz üsula müraciət edər, hiyləgərlik və saxtakarlıqlarını gizlətmək üçün mümkün qədər saf baxışlarla baxarlar. Bununla da sanki heç nəyi anlamayan, hiyləgərliyin və pisliyin nə olduğunu bilməyən təəssüratını yaratmağa çalışarlar. İti, diqqətli və ağıllı baxışlarla baxa bilən insanlar olduqları halda, bilərək bu baxışları gizlədib ətraflarındakı insanları aldatmağı hədəfləyərlər.

Uşaq səsləri, qırıq-qırıq danışıqlar və saf baxışlarla yanaşı (yenə heç belə olmadıqları halda) bacarıqsızlıq nümayiş etdirərək, vermək istədikləri uşaq görünüşünü gücləndirməyə çalışarlar. Ən bəsit şeyləri bilmirmiş və bacara bilmirmiş kimi hərəkətlər nümayiş etdirərlər. Bununla da, digərlərinin, “eynilə bir uşaq kimi” məsul tutula bilməyəcək kəslər olduqları barəsində qənaət gətirmələrinə çalışarlar. Beləliklə də, özləri barəsində; "o, saf niyyətlidir, pislik edə bilməz; istəsə də bilməz, bacarmaz" dedirdərək şəfqət duyulması lazım olan, zərərsiz və günahsız insan görünüşü yaratmağa çalışarlar. Diqqətçəkən digər mühüm xüsusiyyətləri isə, işlərinə yaradıqda uşaq təqlidi edib ətrafındakıları həqiqi hallarının belə olduğuna inandırmağa çalışan bu insanların, mənfəətləri ilə zidd düşdükləri anlarda birdən-birə xarakter dəyişdirmələridir. Bir anda uşaq kimi davranan, ətrafına saf baxışlarla baxan, dərdini başa salmaqda aciz olan, bacarıqsız insan yox olar, olduqca diqqətli və şəxsiyyətli insan olar.

Bəzən də dalğın olduqları anda həqiqi üzləri ortaya çıxar və şeytanın təsiri altında olduqlarına dair əlamətlər açıq şəkildə görünər. Lakin bunun göründüyünü bildikləri anda, özlərini dərhal yığışdırar və ətraflarına vermək istədikləri görünüşə uyğun olaraq, yenidən uşaq təqlidini etməyə başlayarlar. Bütün bu səmimiyyətsiz üsullar bu insanların uşaq xarakterini, şeytanın bir oyunu kimi məqsədli davranış olaraq tətbiq etdiklərini göstərər.

Göründüyü kimi, şeytan bu insanları təlqinləri ilə arxasınca aparır və istədiyini etdirir. Halbuki Allah bir ayəsində; "ey iman gətirənlər, şeytanın yolunu tutub getməyin. Kim şeytanın yolu ilə getsə, (bilsin ki,) həqiqətən o (şeytan) çirkin və pis əməlləri əmr edər..." (Nur surəsi, 21) sözləri ilə, özlərini təmizə çıxartmaq üçün şeytanın arxasınca gedən insanları belə pis əxlaqa qarşı xəbərdar edir.

Şübhəsiz ki, bir insanın, ağıllı, şəxsiyyətli, gözəl baxan, gözəl danışan, qabiliyyətli, normal və səmimi insan olması var ikən, uşaq əxlaqını seçib özünü bunların tam əksi şəklində tanıtmağa çalışması, ağlın qəbul edə biləcəyi seçim deyil. Bu insanların şeytanın təsiri ilə bu cür xarakter göstərdikləri çox aydındır. Şeytan bu insanları səmimiyyətsizliyə təşviq etmiş, sonra da onlara bunu gizlətməyin yollarını göstərmiş və uşaq kimi davrandıqları təqdirdə günahsız görünəcəklərinə inandırmışdır. İman gətirən bir insanın, Allah'ın gücünü, Quran ayələrini bildiyi halda, səmimiyyətsizliyə yanaşması axirətdə onu böyük əzaba sürükləyə bilər. Quran'ın; "...Allah'ın ayələrini oyun (mövzusu) qəbul etməyin. Allah'ın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı və hikməti xatırlayın! Allah'dan qorxub çəkinin və bilin ki, Allah hər şeyi Biləndir!" (Bəqərə surəsi, 231) ayəsiylə, Allah insanları "ayələri oyun mövzusu etməmələri" mövzusunda xəbərdar etmişdir. Bir insanın şüuru açıq və ağlı yerində olarkən, Allah'ın ayələrini açıq şəkildə qavraya bilərkən bilərək uşaq görünüşünə bürünməyə çalışması, bu ayənin hökmünə girə bilər (doğrusunu Allah bilər).

Belə vəziyyətdə, ağıl və iman sahibi bir insan, insanların gözündə təmizə çıxa bilmək üçün səmimiyyətsiz üsullara əl atmamalı, təkcə Allah'ın rizasını qazanmağı hədəfləməlidir. Bunun üçün səmimi olmalı və səhv hərəkətə yol versə belə, bunu gizlətməyib Allah'ın məğfirətinə sığınaraq tövbə etməlidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qurana Görə Yaxşılıq və Pislik
  • Pisliyin Mənbəyi; Nəfs və Şeytan
  • Şeytanın Dini və Gizli Üsulları
  • Pisliyin Səssiz Dilini Danışanlar
  • Neqativliklərini və Narazılıqlarını Pisliyin Gizli Dili ilə Ifadə Edənlər
  • Donuq və Passiv Xarakterlə Etiraz Edənlər
  • Ümidsizlik və Təvəkkülsüzlüyə Qapılanların Gizli Səmimiyyətsizlikləri
  • Emosionallıqdan Istifadə Edərək Səssiz Dillə Mübarizə Aparanlar
  • Haqsızlığa Uğradıqları Iddiası ilə Ortaya Çıxanlar
  • Şeytanın Məcburedici Heç Bir Gücü Yoxdur; Insan Axirətdə Etdiyi Pisliklərdən Təkbaşına Məsul Olacaq
  • Nəticə