Giriş

Dünyanın harasına getsəniz də, gənc-yaşlı, kişi-qadın fərqi olmadan qarşınıza çıxan demək olar ki, hər insanın çox bildiyi ümumi bir dilin olduğunu görərsiniz. Bəlkə də həyatları boyu bir-birlərini bir dəfə belə görməyən bu insanlar, bir-birlərindən kilometrlər lə uzaqda, fərqli mədəniyyətlərin və fərqli inancların təsiri altında fərqli həyat sürür və fərqli dillərdə danışırlar. Buna baxmayaraq, hamısının çox yaxşı bildiyi, bəzilərinin isə ehtiyac duyduğu zaman, istifadə etdiyi ortaq bir dil var: bu dil “pisliyin səssiz dili”dir...

Bu, insanlara, açıq şəkildə edə bilmədikləri çirkin rəftarları, açıq şəkildə deyə bilmədikləri pis sözləri gizli yollarla bir-birlərinə ifadə etmələrini təmin edən hiyləgər bir dildir. Bəzi insanlar çox vaxt içlərindəki pisliyi açıqca göstərməkdən çəkinərlər. Çünki belə rəftarların açıqca edilməsi, ətraflarındakı insanların reaksiyasına və mənfəətlərinin zərər gəlməsinə səbəb olar. Gizli edildiyində isə çox incə və təfsilatlı üsullardan istifadə edilməsinə görə sübut edilmə riskinin böyük ölçüdə ortadan qalxdığına inanarlar. Həqiqətən də bu səssiz dillə deyilmək istənilən şeylər çox açıq şəkildə aydın olar, lakin daşıdıqları pisliklərə dair dəlil buraxmaz və buna görə də, sübutu elə də mümkün olmaz.

Bütün bunların ağla gətirdiyi əsil mühüm sual isə, bu qədər təfsilatlı qanunlara əsaslanan bir dili dünyanın hər yerindəki müxtəlif insanların haradan və necə öyrəndikləridir. Şübhəsiz ki, onlara pisliyin səssiz dilini öyrədən, onları bu gizli dili işlətməyə təşviq edən biri var; pisliyə liderlik edən bu varlıq insanlara qarşı amansız mübarizə aparan “şeytan”dır.

Şeytan, insanlara bu dili öyrətmək və onları gizlicə pisliyə sürükləmək üçün Allaha and içmişdir. Açıqca qəbul etdirə bilməyəcəyi hərəkətləri bu gizli dillə etdirər və açıqca dedirdə bilməyəcəyi pis sözləri də yenə bu gizli dillə dedirdər. İnsanları, içlərindəki pislikləri yox etmək əvəzinə, bunları gizlincə yaşamağa yönləndirər. Halbuki Allah; "...çirkin əməllərin açıq və gizli olanına yaxınlaşmayın..." (Ənam surəsi, 151) ayəsi ilə insanlara hər cür pisliyi qadağan etmişdir.

Şeytanın bu tələsinə düşən bəzi insanlar bəlkə bir çox məsələdə açıq şəkildə pislik etməkdən çəkinərlər, lakin digər tərəfdən də şeytanın əxlaqını mənimsəyər, onun dili ilə danışar və onun istədiyi kimi həyat sürərlər. İstək və məqsədlərinə, bu gizli dilin qanunlarını tətbiq edərək nail olmağa çalışarlar. Gözəl həyatı, xoşbəxtliyi, müvəffəqiyyəti, üstünlüyü, həmişə bu qaranlıq dilin üsullarını işlətməklə əldə edə biləcəklərinə inanarlar. Halbuki bu, şeytanın bir oyunudur; dolayısilə, insanlara xoşbəxtlik və hüzur bəxş etməsi qeyri-mümkündür. O, insanları təkcə ziyana sürükləyər. Allah; "ey insanlar! Yer üzündəki qidaları təmiz və halal şəkildə yeyin, şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizin açıq-aydın düşməninizdir. O, sizə təkcə pisliyi, çirkin əməlləri və Allaha qarşı bilmədiklərinizi söyləməyinizi əmr edər" (Bəqərə surəsi, 168-169) ayələri ilə bu təhlükəyə qarşı insanları xəbərdar etmişdir.

Lakin bəzi insanlar Quranı özlərinə rəhbər etmədiyinə görə əsrlərdir ki, şeytanın bu tələsinə düşür, bədbəxtliyə sürükləndikləri halda bu sistemi yaşamaqdan və pisliyin dilini danışmaqdan imtina etmirlər. Bunun ən mühüm səbəblərindən biri isə, bu günə qədər bu dilin hiyləgər üsullarının üzə çıxardılmamış olmasıdır. Dünyada bu dili danışan minlərlə insan olduğu halda, heç biri bundan danışmır, pisliyi üzə çıxarmırlar. Çünki üzə çıxarılmaması da bu dilin ən mühüm prinsiplərindən biridir. Şeytan təkcə bu yolla öz hiyləgər sistemini davam etdirə bilir, insanlar da hiyləgərliyə əsaslanan gizli pislikləri etməyi təkcə bu şəkildə davam etdirə bilirlər. Bu ümumi dilin gizli qalması şeytanın arxasınca gedən bir çox insanın pislikdən çəkinməməsinə səbəb olur.

Dolayısilə, şeytanın sisteminin və pisliyin gizli dilinin bütün təfsilatları ilə açıqca göstərilməsi olduqca əhəmiyyətlidir. Bu vəziyyətdə bütün mübarizəsi gizlilik və hiyləgərlik əsasında qurulan şeytan, üzə çıxarılmış üsulları ilə insanlara təsir edə bilməyəcək. O, insanları təkcə hiyləgər üsulları ilə aldada bilir; onlara gözləmədikləri yerlərdən, heç gözləmədikləri mövzulardan yanaşır. İşlətdiyi üsulların bu şəkildə bütün insanlar tərəfindən bilinməsi (Allahın diləməsi ilə) onun oyunlarını zərərsizləşdirəcək.

Bununla yanaşı, "aranızda yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Nicat tapmış şəxslər məhz bunlardır" (Ali İmran surəsi, 104) ayəsi ilə bildirildiyi kimi, pisliyin qarşısını almaq, pisliyi dəstəkləyən əxlaqı ortadan qaldırmaq möminlərə düşən məsuliyyətdir. Allah Quranda insanlara nəfslərini pisliklərdən necə təmizləyəcəklərini və şeytanın pisliyi müdafiə edən əxlaqına necə qarşı çıxılacağını bildirmişdir. Yer üzündəki bütün pislikləri ortadan qaldıracaq çıxış yolu Quran əxlaqının yaşanmasıdır.

Bu kitabın məqsədi, şeytanın pisliyə çağıran və pisliyi gizlicə yaşadan sistemini, pisliyin səssiz dilini bütün təfsilatları ilə açıqlamaq, onun tələlərini puç edəcək yolları insanlara göstərməkdir. Digər bir məqsəd də; "günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə qarşılıq alacaqlar!" (Ənam surəsi, 120) ayəsi ilə bildirildiyi kimi, pisliyin gizlisinin də, aşkarının da Allah dərgahında insanı məsul edəcəyini xatırladaraq bütün insanları Quran əxlaqını yaşamağa dəvət etməkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qurana Görə Yaxşılıq və Pislik
  • Pisliyin Mənbəyi; Nəfs və Şeytan
  • Şeytanın Dini və Gizli Üsulları
  • Pisliyin Səssiz Dilini Danışanlar
  • Neqativliklərini və Narazılıqlarını Pisliyin Gizli Dili ilə Ifadə Edənlər
  • Donuq və Passiv Xarakterlə Etiraz Edənlər
  • Ümidsizlik və Təvəkkülsüzlüyə Qapılanların Gizli Səmimiyyətsizlikləri
  • Emosionallıqdan Istifadə Edərək Səssiz Dillə Mübarizə Aparanlar
  • Haqsızlığa Uğradıqları Iddiası ilə Ortaya Çıxanlar
  • Şeytanın Məcburedici Heç Bir Gücü Yoxdur; Insan Axirətdə Etdiyi Pisliklərdən Təkbaşına Məsul Olacaq
  • Nəticə