Dünyanın harasına getsəniz də, gənc-yaşlı, kişi-qadın fərqi olmadan qarşınıza çıxan demək olar ki, hər insanın çox bildiyi ümumi bir dilin olduğunu görərsiniz. Bəlkə də həyatları boyu bir-birlərini bir dəfə belə görməyən bu insanlar, bir-birlərindən kilometrlərlə uzaqda, fərqli mədəniyyətlərin və fərqli inancların təsiri altında fərqli həyat sürür və fərqli dillərdə danışırlar. Buna baxmayaraq, hamısının çox yaxşı bildiyi, bəzilərinin isə ehtiyac duyduğu zaman, istifadə etdiyi ortaq bir dil var: bu dil “pisliyin səssiz dili”dir...
Bu, insanlara, açıq şəkildə edə bilmədikləri çirkin rəftarları, açıq şəkildə deyə bilmədikləri pis sözləri gizli yollarla bir-birlərinə ifadə etmələrini təmin edən hiyləgər bir dildir. Bəzi insanlar çox vaxt içlərindəki pisliyi açıqca göstərməkdən çəkinərlər. Çünki belə rəftarların açıqca edilməsi, ətraflarındakı insanların reaksiyasına və mənfəətlərinin zərər gəlməsinə səbəb olar. Gizli edildiyində isə çox incə və təfsilatlı üsullardan istifadə edilməsinə görə sübut edilmə riskinin böyük ölçüdə ortadan qalxdığına inanarlar. Həqiqətən də bu səssiz dillə deyilmək istənilən şeylər çox açıq şəkildə aydın olar, lakin daşıdıqları pisliklərə dair dəlil buraxmaz və buna görə də, sübutu elə də mümkün olmaz.