Hz. Loğman

"Həqiqətən, Loğmana: "Allaha şükr et!" - deyə hikmət verdik. Kim şükr etsə, özü üçün şükr edər. Kim nankor olsa, bilsin ki Allah onun şükrünə möhtac deyildir. Şükrə layiqdir!" ("Loğman" surəsi, 12).

Quranda Hz.Loğmanın ona hikmət verilmiş bir peyğəmbər olduğu bildirilir. Onun oğluna verdiyi öyüdlərin bir hissəsi Quranda da xəbər verilmişdir. Bu öyüdlər möminlərin diqqət verməsi vacib olan əsas məsələləri əhatə edir. Buna görə də bizim üçün çox əhəmiyyətlidir.

Hz.Loğman Allaha Şərik Qoşmaqdan Çəkinməyi Tövsiyə Etmişdir

Allah Ona şərik qoşmağın əsla bağışlamayacağı bir günah olduğunu "Nisa" surəsinin 48-ci və 116-cı ayələrində bildirmişdir. Hz.Loğman da oğluna öyüd verərkən öncə şirkdən çəkinməsini, şirkin çox böyük zülm olduğunu söyləmişdir:

"Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!"" ("Loğman" surəsi, 13).

Hz.Loğman Allahın Hər Şeydən Xəbərdar Olduğunu, Ən Kiçik Bir Əməlin Belə Əvvəl-Axır İnsanın Qarşısına Çıxarılacağını Bildirmişdir

"Dedi: "Oğlum bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah bütün incə işləri biləndir, xəbərdardır!" ("Loğman" surəsi, 16).

Hz.Loğman Allahın Əmrlərini Yerinə Yetirməyi, Səbrli Və Bunlarda Qərarlı Olmağı Tövsiyə Etmişdir

"Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir!" ("Loğman" surəsi, 17).

Hz.Loğman Hər Davranışda Təkəbbürlənməkdən Çəkinməyi Tövsiyə Etmişdir

"Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə və səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!" ("Loğman" surəsi, 18-19).

Hz.Loğman oğluna öyüd verərkən ona təkəbbürə qapılmamaq barədə xəbərdarlıq etmişdir. Çünki bütün güc və qüvvət Allaha məxsusdur. Ağlın, elmin həqiqi sahibi də Odur. Hər şeydə Allaha möhtac olan insan kimi aciz bir varlığın - özündə bir güc və üstünlük varmış kimi - təkəbbür göstərməsi, yerişi ilə, danışığı ilə təkəbbürlü bir davranış sərgiləməsi son dərəcə pis bir əxlaqi xüsusiyyətdir. Belə edən bir adam təkəbbür göstərdikcə Allah qarşısında daha da günahkar olacaq və aşağıdakı ayənin əhatə dairəsinə girəcəkdir:

"Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" ("Əraf" surəsi, 146).

Təkəbbür göstərən və lovğalanan insanlar hər bir şeydə öz ağlına güvənirlər. Bu adamların öz prinsip və rəyləri hər şeyin önündə gəlir. Onlara təbliğ edən adam bir peyğəmbər belə olsa ona qarşı çıxır, hörmətsizlik edirlər. Həmçinin Quranda qövmlərin peyğəmbərlərlə danışan başbilənlərinin ortaq xüsusiyyətinin təkəbbürlülük olduğu bildirilmişdir.

Hz.Loğman insanlara və ya oğluna təkəbbürlülük barədə öyüd verərkən bu iki cəhəti xüsusilə vurğulamışdır: səs tonu və yeriş forması. Burada diqqəti cəlb edən məqam Allahın Hz.Loğmanın ağzından bir hökmünü bildirməsidir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hz. Nuh
  • Hz. Hud
  • Hz. Saleh
  • Hz. İbrahim
  • Hz. Lut
  • Hz. Yəqub
  • Hz. Yusif
  • Hz. Şueyb
  • Hz. Loğman
  • Hz. Musa
  • Hz. Harun
  • Hz. Davud
  • Hz. Süleyman
  • Hz. İsa
  • Hz. Muhəmməd
  • Nəticə