Hz. İsa

"Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik" ("Maidə" surəsi, 46).

Hz.İsa Allahın kitab verdiyi peyğəmbərlərdən biridir. Hz.İsa atasız dünyaya gəlmişdir. Bu, onun həyatındakı möcüzələrdən biridir. Doğumundan etibarən bütün həyatı boyu bir çox möcüzələr verilən Hz.İsanın yaradılışı Quranda bu şəkildə bildirilir:

"Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: "Ol!" - dedi, o da oldu. Şübhəsiz ki, sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!" ("Ali-İmran" surəsi, 59-60).

Hz.İsa Hələ Beşikdə İkən Allahın Qulu Və Elçisi Olduğunu Bildirmiş Və İnsanlara Allahın Ona Verdiyi Nemətləri Saymışdır

Hz.İsa hələ beşikdə ikən Allahın təqdiri ilə böyük bir möcüzə göstərmiş və danışmağa başlamışdır. Hz.İsa peyğəmbərlik vəzifəsini insanlara bu şəkildə təbliğ etmişdir:

"Dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! Doğulduğum gün də, öləçəyim gün də, diriləcəyim gün də mənə salam olsun!" Bu, ixtilafda olduqları Məryəm oğlu İsa haqqında haqq sözdür!" ("Məryəm" surəsi, 30-34).

Hz.İsa Gəlişinin Məqsədini Də Qövmünə Xəbər Vermişdir

Allahdan uzaq yaşayan cəmiyyətlərin mühüm bir xüsusiyyəti də onların bir-biri ilə yola getməməsi, ortaq bir nöqtədə birləşməməsi və tez-tez ixtilaf etməsidir. Yaşadıqları əxlaqın təməli Allah qorxusuna əsaslanmadığı üçün bu ziddiyyət hər mövzuya aiddir. Allah elçilərini bu qövmlərə aralarındakı ixtilafı həll etmək və onları alternativsiz və yeganə doğru olan haqq dinə çağırmaq üçün göndərmişdir. Hz.İsa da qövmünə gəlişinin məqsədinin aralarındakı ixtilafı aradan qaldırmaq olduğunu belə bildirmişdir:

"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!" ("Zuxruf" surəsi, 63).

Hz.İsa Yanında Olan Həvarilərinə Allahdan Qorxub Çəkinməyi Tövsiyə Etmişdir

Hz.İsanın həvariləri Allaha iman gətirdiklərini söyləyən, peyğəmbərlərinin yanında olan adamlar idi. Ancaq daha sonra Hz.İsadan onlara bir möcüzə göstərməsini istəmişdilər. Və "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə göndərə bilərmi?" ("Maidə" surəsi, 112) demişdilər. Əlbəttə, bir insanın Allaha iman etməsi üçün möcüzə görməsinə lüzum yoxdur. Çünki Onun varlığı açıq-aydın olan bir həqiqətdir. Buna görə də Hz.İsa həvarilərin bu istəyinə belə cavab vermişdir:

"...O: "Əgər möminsinizsə, Allahdan qorxun!" - demişdi" ("Maidə" surəsi, 112).

Ancaq həvarilər Allahdan gələcək bu möcüzəni qəlblərinin əmin olması üçün istədiklərini söyləyincə Hz.İsa da Allaha dua etmək onlara göydən bir süfrə endirilməsini istəmişdi. Bu barədə olan ayələr bu şəkildədir:

"Həvarilər demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi: "Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"" ("Maidə" surəsi, 113-114).

Məryəm Oğlu İsa Özündən Sonra Gələcək Elçini Qövmünə Müjdələmişdir

Bildiyimiz kimi, Hz.İsadan sonra gələn peyğəmbər Hz.Muhəmməddir (s.ə.v.). Hz.Muhəmmədin (s.ə.v.) digər adı Əhməddir. Hz.İsa İsrailoğullarına özündən sonra gələcək peyğəmbəri belə xəbər vermişdir:

"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm!" Sonra onlara aşkar möcüzələrlə gəldikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər" ("Saf" surəsi, 6).

Hz.İsa Qövmünü Allahdan Qorxub Çəkinməyə Və Ona Qulluq Etməyə Çağırmışdır

Hz.İsa da Allahın bütün peyğəmbərləri kimi qövmünə Allahın varlığını, Onun hər şeyin Yaradıcısı olduğunu, hər növ qüsurdan münəzzəh (xali) və ən gözəl sifətlərin sahibi olduğunu, sonsuz qüdrət və ədalət sahibi olduğunu təbliğ etmişdir. Və digər peyğəmbərlər kimi qövmünü Allahdan qorxub çəkinməyə, Ona ibadət etməyə dəvət etmişdir:

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! "Budur doğru yol!"" ("Ali-İmran" surəsi, 50-51).

"Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur"" ("Zuxruf" surəsi, 64).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hz. Nuh
  • Hz. Hud
  • Hz. Saleh
  • Hz. İbrahim
  • Hz. Lut
  • Hz. Yəqub
  • Hz. Yusif
  • Hz. Şueyb
  • Hz. Loğman
  • Hz. Musa
  • Hz. Harun
  • Hz. Davud
  • Hz. Süleyman
  • Hz. İsa
  • Hz. Muhəmməd
  • Nəticə