Peyğəmbərimizin (s) ən böyük möcüzəsi Qurani-Kərimdir. Allah 14 əsr bundan əvvəl insanlara yolgöstərən bir kitab olan Qurani-Kərimi göndərmiş və bütün bəşəri ona tabe olaraq xilas olmağa dəvət etmişdir. Rəbbimiz Quran haqqında: “Halbuki bu Quran aləmlərə ancaq bir öyüd-nəsihətdir!” (“Qələm” surəsi, 52), - deyə buyurmuşdur.
Quran göndərildiyi gündən bu günə kimi hər dövrdə yaşayan hər bir insan qrupunun başa düşə biləcəyi asan və anlaşıqlı bir dilə malikdir. Allah Quranın bu üslubunu “And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq...” (“Qəmər” surəsi, 22) ayəsi ilə xəbər vermişdir. Həmçinin Quranın ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və özündə ehtiva etdiyi üstün hikmət də onun Allahın sözü olmasının dəlillərindəndir.
Quranın bu xüsusiyyətləri ilə yanaşı, onun Allahın sözü olduğunu təsdiq edən çoxsaylı möcüzəvi tərəfləri də var. Bu xüsusiyyətlərdən biri bizim ancaq XX və XXI əsrlərin texnologiyası ilə çatdığımız bəzi elmi həqiqətlərin təxminən 1400 il əvvəl Quranda bildirilməsidir. Quranın müxtəlif ayələrində çox aydın və hikmətli üslubla qeyd edilən bəzi elmi həqiqətlər ancaq son dövrlərin texnologiyası ilə kəşf edilmişdir. Quranın göndərildiyi dövrdə elmi şəkildə əldə edilməsi mümkün olmayan bu bilgilər Quranın Allahın sözü olduğunu bir daha təsdiq edir.
"Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən." |
Quranın nazil edildiyi VII əsrdə ərəb cəmiyyəti elmi məsələlər barədə saysız xurafata və batil etiqada malik idi. Kainatı və təbiəti tədqiq edəcək texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. Məsələn, onlar göyün dağların sayəsində dayandığını güman edirdilər. Bu inanca görə, dünya düzdür və hər iki tərəfdəki hündür dağlar sütun kimi göy qübbəsini saxlayır. Ancaq ərəb cəmiyyətinin bütün bu batil inancları Quranın gücü ilə aradan qaldırıldı. Məsələn, “Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən məhz Allahdır...” (“Rəd” surəsi, 2) ayəsi göyün dağların sayəsində yüksəldiyi inancını alt-üst etdi. Bunun kimi daha bir çox məsələdə həmin dövrdə bilinməyən mühüm məlumatlar Quranda insanlara xəbər verildi. İnsanların astronomiya, fizika, biologiya və s. elmlər haqqında çox az məlumatlarının olduğu bir dövrdə göndərilən Quran özündə kainatın yaradılışından insanın yaradılmasına, atmosferin quruluşundan yer üzündəki sistemlərə qədər bir çox məsələlər barədə çox vacib məlumatları ehtiva edir.
"Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. O, ucadır, hikmətlə doludur." (Zuxruf surəsi: 4) |
Quran bütün kainatı yoxdan yaradan, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür. O, hər bir insanın başa düşəcəyi, sadə və anlaşıqlı bir üsluba və bənzərsiz hikmətə malikdir. Allah Quranı insanların oxuyub başa düşmələri, orada yazılanları öyrənmələri, bütün kainatı yoxdan yaradan Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərmiş, fərqli misallarla ayələrini bir-bir və müxtəlif şəkillərdə açıqlamışdır. Allahın “...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq...” (“Ənam” surəsi, 38) ayəsində də bildirdiyi kimi, Quran qüsursuzdur. Həm dünya həyatı, həm də axirət həyatı ilə bağlı bir çox təfərrüatlar Quranda çox hikmətli şəkildə açıqlanmışdır. Allah “Həqiqətən sizə elə bir kitab nazil etdik ki, o, sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi?” (“Ənbiya” surəsi, 10) ayəsi ilə də bu həqiqəti bildirir.
Quranın ən mühüm xüsusiyyətlərindən biri də onun günümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan, Peyğəmbərimizə (s) vəhy edildiyi şəkildə bizə gəlib çatmasıdır. Allah bu həqiqəti Quranda “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (“Hicr” surəsi, 9) ayəsi ilə xəbər vermişdir.
Məlum olduğu kimi, Qurandan əvvəlki haqq kitablar göndərildiyi vəziyyətdə qalmamış, qorunmamış və təhrif edilmişdir. Bu kitablara insanlar tərəfindən müxtəlif əlavələr edilmiş, bəzi yerləri ya dəyişdirilmiş, ya da tamamilə çıxarılmışdır. Peyğəmbərimizə (s) isə hər dəfə vəhy gələndə həmin vəhylər Rəbbimizin bir möcüzəsi şəklində ona əzbərlədilmişdir. Peyğəmbərimiz (s) isə vəhydən dərhal sonra səhabələrin arasında “vəhy katibləri” deyilən şəxslərə Quranı yazdırmışdır. Beləliklə, Quran yazılı surətdə qorunub-saxlanmışdır. Hz.Əbu Bəkirin dövründə Quran tək bir nüsxə halına salınmış, Hz.Osmanın dövründə isə Quran nüsxələri çoxaldılaraq mühüm İslam şəhərlərinə göndərilmişdir.
Qurani-Kərim Allahın bütün aləmlərə bir nəsihət kimi göndərdiyi və hökmü qiyamətə qədər etibarlı olacaq axırıncı haqq kitabdır. Quranın hökmləri göndərildiyi gündən etibarən bütün dövrlər və bütün insanlar üçün etibarlıdır və bu hökmlərin təsiri, gücü və etibarı qiyamətədək davam edəcəkdir. Quran insanlara bir nəsihət olaraq verilən, sonsuz həyatları üçün onlara xəbərdarlıq edildiyi və yenə onlara doğru yolun göstərildiyi bir zikrdir. Allahın Quranda “Şübhəsiz ki, Quran sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!” (“Zuxruf” surəsi, 44) ayəsində bildirdiyi kimi, insanlar axirətdə Quranda yazılmış bütün hökmlərlə bağlı qüsursuz şəkildə mühakimə ediləcəklər.
Quran özündə ehtiva etdiyi üstün hikməti ilə, keçmişdən və gələcəkdən verdiyi həqiqi məlumatlarla, qəfləti dağıdan, insanlardakı vərdiş pərdəsini qaldıran üslubu ilə bənzərsizdir. Quranın bu möcüzəvi təsiri onun vəhy edildiyi gündən qiyamətə kimi bütün insanlar üçün etibarlıdır.
Dünyadakı hər bir insanın məsuliyyəti onun Allah qarşısında olan qulluq vəzifəsini tam şəkildə yerinə yetirməkdir. Bu isə ancaq Allaha səmimi şəkildə iman gətirib Quranı və Peyğəmbərimizin (s) sünnəsini əldə rəhbər tutmaqla mümkündür. Hər bir insan bu məsuliyyətli vəzifəni yerinə yetirməli və qiyamətə kimi etibarlılığını qoruyacaq olan Qurana möhkəm sarılmalıdır. Allah “Həşr” surəsində Quranın nə qədər üstün bir Kitab olmasını və onu əldə rəhbər tutmağın böyük məsuliyyət olduğunu bu misalla bildirir:
“Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr” (“Həşr” surəsi, 21).
"Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! |
Allah Quranda doğru olanlarla səhvləri, haram və halalları çox açıq şəkildə bildirmişdir. Buna görə də vicdanlarının səsinə qulaq asıb, nəfslərinin eqoist arzularından uzaq dayanan, Allahın hökmlərini tətbiq etməkdə qətiyyət göstərən hidayət əhli olan adamlar üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər təhsil səviyyəsindən olanlar tərəfindən asanlıqla başa düşülən, nəsihətləri dərk edilən hikmətlə dolu bir kitabdır. Quranın özündə ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq çox aydın, başadüşülən və asandır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər bir adam Quranı asanlıqla başa düşə və başa düşdüklərini özünün bütün davranış və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər. Allah Quranın bu xüsusiyyətini “Bəqərə” surəsində “...insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran...” (“Bəqərə” surəsi, 185) ayəsi ilə bildirir. Yalnız təkcə Allahdan qorxub çəkinənlər, Ona könüldən təslim olanlar, axirət həyatını dünya həyatından üstün tutanlar Qurandan nəsihət alıb düşünərlər. Allah başqa ayələrdə də belə buyurur:
“Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Biz onu qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik” (“Taha” surəsi, 2-3).
Bu məsələ eyni zamanda Quranın mühüm bir sirridir. Quranı başa düşmək üçün üstün bir zəkaya, dərin bir mədəniyyətə və ya qabiliyyətə malik olmaq deyil, səmimi olmaq lazımdır. Çünki Allah səmimi bəndələrinə düz olanı göstərir, onların xilas olmalarını təmin edir. Quran bütün insanlara göndərilən bir kitabdır, ancaq Allahdan qorxan və axirət gününə iman gətirən möminlər üçün bir hidayət vəsiləsidir. Bu məsələ ilə bağlı ayələrdən bəziləri belədir:
“Bunlar hikmətli kitabın ayələridir. Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir” (“Loğman” surəsi, 2-3).
“Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəldi” (“Yunus” surəsi, 57).
Ayələrdə də bildirildiyi kimi, Quran bütün bəşəriyyət üçün bir öyüd-nəsihət, qorxub çəkinən və səmimi olan müsəlmanlar üçün də bir hidayət rəhbəridir. Böyük İslam mütəfəkkirlərindən biri “Qurani-Hakim şüurlu insanlara imamdır, cin və insanlara yol göstərəndir, kamil insanlara rəhbərdir, düz yolda olanlara müəllimdir...”10 - sözləri ilə Quranın saleh bəndələr üçün bir dürüstlük rəhbəri olduğunu ifadə etmişdir. Allah bütün insanların qaranlıqlardan nura çıxmaları üçün vicdanlı şəkildə cavabını axtardıqları hər məsələnin izahını və həllini Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurmuşdur:
“...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (“Nəhl” surəsi, 89).
“Ənam” surəsində isə bu həqiqət “...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir” (“Ənam” surəsi, 38) şəklində bildirmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli və ən gözəl şəkildə açıqlanmışdır. Bu, Allahın bəndələrinə olan mərhəmətinin bir təcəssümüdür.
Həmçinin Allah Quran vasitəsilə bizə Özünü tanıdır, Özünü bütün kainatı yoxdan yaradan, aləmlərdən üstün olan, bütün qüsurlardan uzaq, hər şeydən xəbərdar olan, gizlinin gizlisini görən, eşidən olduğunu bildirir.
Bunlarla yanaşı, Quranda insanların nəyə görə və necə yaradıldıqları, necə bir həyat yaşayarlarsa, Allahın razılığını qazana biləcəkləri, qiyamət günü, cənnət, cəhənnəm, ibadət formaları, gözəl əxlaqın tərifi, bədən və ruh olaraq sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz vəziyyətlərdə görülməli olan tədbirlər, müxtəlif insan xarakterləri ətraflı şəkildə açıqlanmışdır. Quranda həmçinin elmi həqiqətlərə işarə edən ayələr, gündəlik həyata və ictimai məsələlərin həlli yollarına dair bilgilər və bir çox məsələlər haqqında məlumatlar verilmişdir. Yəni Quranda bir insanın həyatının hər anında ehtiyac hiss edəcəyi əsas məsələlərin hamısı mövcuddur. Ayələrdə belə bildirilir:
“Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə onlar pis əməllərdən çəkinsinlər, yaxud ibrət alsınlar!” (“Taha” surəsi, 113).
“Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı” (“İsra” surəsi, 89).
“Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik...” (“Kəhf” surəsi, 54).
Quranda insana Allahın hökmlərini qeyd-şərtsiz qəbul etməsi, yalnız Allahı özünə dost və vəkil tutması, həyatdakı yeganə məqsədinin Allahın razılığı, mərhəməti və cənnəti olmasının lazım olduğu bildirilir. Quran ayələrində bildirildiyi kimi, bir həyat yaşayan insan üçün əsas meyar Quran, gediləcək yol da Peyğəmbərimiz Hz.Muhəmmədin (s) yoludur.
Allah Ona qulluq edənlərə din kimi İslamı seçib bəyənmiş, müraciət edəcəkləri rəhbər olaraq Quranı göndərmiş, Peyğəmbərimizin (s) həyatını da nümunə olaraq göstərmişdir. Yeganə doğru və haqq yol Allahın yoludur. Allahın Quranda bildirdiyi yollardan başqa bütün digər yollar batildir, səhvdir. Belə yollar yalnız xurafatlara, bidətlərə (dinə sonradan əlavə edilən hökm və inanclara) və zənnlərə söykənir. Dolayısı ilə insan ancaq Quran ayələrini və Peyğəmbərimizin (s) sünnəsini özünə tək meyar olaraq götürdüyü, Allahın buyruqlarını həssaslıqla yerinə yetirdiyi, həmişə Onun razılığını qazandıracaq yaxşı əməllər etdiyi və özü üçün Peyğəmbərimizin (s) əxlaqını nümunə götürdüyü təqdirdə Allah dərgahından gözəl bir mükafat uma bilər.
Quranda bildirildiyi kimi, Allahın sözləri “tamamlanmışdır” və ancaq Quranı və Peyğəmbərimizin (s) sünnəsini özünə rəhbər seçən bir insanın ən doğru və ən həqiqi bilgilərə çatması mümkündür. Allahdan başqa heç bir “hakim“in olmadığı Quranda belə xəbər verilir:
“Allah sizə Kitabı müfəssəl surətdə nazil etdiyi halda mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!” (“Ənam” surəsi, 114-115).
"Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.""Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız." |
Allah bir ayədə Quran haqqında belə buyurur:
“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq...” (“Qəmər” surəsi, 22).
Bu qədər asan başa düşülən bir üsluba malik olmasına baxmayaraq Rəbbimizin böyük möcüzələrindən biri kimi Quranın təqlidi heç bir cəhətdən mümkün olmayıb. Açıq-aşkar dəlillərə baxmayaraq şübhəyə düşüb Peyğəmbərimizə (s) böhtan atanlara Allah “əgər doğru deyirsinizsə, Peyğəmbərimizə (s) gələn ayələrin oxşarını gətirmələrini” buyurmuşdur:
“Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da köməyə çağırın!"“ (“Yunus” surəsi, 38).
Bu qətiyyən mümkün olmasa da, iman gətirməyənlər öz zəif ağılları ucbatından bunun asan olduğunu fikirləşə bilərdilər. Çünki Ərəbistanda şeir və ədəbiyyat çox inkişaf etmişdi. Xalqın arasında şairlər və ərəb dilini çox gözəl bilib ondan yaxşı istifadə edən fasih (yaxşı söz demək qabiliyyəti olan, natiq) və bəliğ (öz məqsədini düzgün və məharətlə ifadə edən) insanlar vardı. İslam alimlərindən birinin də qeyd etdiyi kimi, qəbilənin ədibi (gözəl sənətli söz söyləyən) onların nəzərində ən böyük milli qəhrəman kimi qəbul edilirdi. Ədəbiyyata və bəlağətə (gözəl sözə) verdikləri əhəmiyyətə görə “Muallaqatı-Səba” (Yeddi asılan) adı ilə yeddi ədibin yeddi qəsidəsini qızıl hərflərlə yazıb Kəbənin divarına asırdılar.11 Bəziləri də Ukazdakı yarmarka kimi böyük yığıncaqlarda camaat qarşısında çıxışlar edirdilər. “Bədəvi” adlandırılan kəndlilər də şəhərdəki şairlərin səviyyəsində şeirlər deyir və xütbələr söyləyirdilər. Qafiyəli, qafiyəsiz söylədikləri şeir və çıxışlar ilə insanlara təsir edə bilirdilər.12
Belə fəsahətin (bir dilin doğru şəkildə, asan və düz söylənməsi və yazılması, əcnəbi və az işlədilən sözlərin olmaması) və bəlağətin (fikrin düzgün şəkildə və təmtəraqlı sözlərlə bəzədilərək söylənməsi) inkişaf etdiyi bir dövrdə Allah Quranı Peyğəmbərin (s) qəlbinə göndərdi. Ədəbi cəhətdən inkişaf edən bu insanların Qurandakı ədəbi möcüzəni dərk etmələri -daxillərindəki təkəbbür və əzəmətləri səbəbi ilə inkar etməkdə israr edənlər olsa da- əlbəttə ki, çox qısa müddətdə baş verdi.
Quran insanlara hidayət vəsiləsi olacaq bütün hadisələri əhatə edən, onlara özlərini və öz nəfslərini tanıdan, keçmişə və gələcəyə dair heç bir insanın və ya cinin bilə bilməyəcəyi məlumatları verən, içində qeyd edilən sayların, tarixlərin hamısının doğru olduğu Uca Allahın vəhyidir. Quran tayı-bərabəri olmayan ədəbi zənginliyə malikdir. Quranın möcüzəsi o qədər böyükdür ki, Allah Peyğəmbərimizə (s) Qurana qulaq asmayanlara və lovğalananlara belə deməsini əmr edib:
“De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı” (“İsra” surəsi, 88-89).
“Yoxsa; "Onu özündən uydurdu!" deyirlər. De: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Yox, əgər sizə cavab verməsələr, bilin ki, o, ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! Bütün bunlardan sonra İslamı qəbul etməzmisiniz?"“ (“Hud” surəsi, 13-14).
“Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa kimə gücünüz çatırsa, onu da çağırın!" Xeyr, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!” (“Yunus” surəsi, 38-39).
İman gətirməyənlər Quranın mükəmməlliyi qarşısında həmişə aciz və çarəsiz qalmağa məhkumdurlar. Heç bir insan Quranın oxşarını gətirə bilməyib və qiyamətə kimi də bunun olması mümkün deyil. Peyğəmbərimizin (s) öz aləmlərində haqlı olmadığını göstərməyə çalışanların və Quranın təbliğ edilməsinin qarşısını almaq üçün hiylələrə əl atanların məkrli planları Rəbbimizin bir neməti kimi puça çıxarılmışdır.
Peyğəmbərimiz (s) ərəblərin ədəbi yöndən dili ən gözəl və dəbdəbəli şəkildə işlədən güclü natiqlərinə, ən məşhur şairlərinə, ən yaxşı danışanlarına Qurani-Kərimlə ən hikmətli cavablar vermişdir. Həm də təkbaşına çoxlu sayda ədibə, natiqə Rəbbimizin mərhəməti ilə üstün gəlmişdir. Heç şübhəsiz ki, bu, Rəbbimizin Qurani-Kərimdə təcəssüm etdirdiyi bənzərsiz ədəbi gözəllikdən, hikmətdən, təsirli olmaqdandır və Uca Allahın möminlərə bir köməyidir. Məkkəli müşriklər Peyğəmbərimizin (s) onlara oxuduğu Quran ayələri qarşısında böyük heyranlıq yaşayıblar, ancaq onların bəziləri vicdanları qəbul etdiyi halda qürurlarına üstün gələ bilməyərək, inkarçılıq yolunu seçiblər. “Bəqərə” surəsinin 23 və 24-cü ayələrində belə buyurulur:
“Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan çəkinin!” (“Bəqərə” surəsi, 23-24).
İslam alimlərindən biri bu ayələri belə izah edir:
“...O bəlağət və fəsahətin (gözəl söz söyləmək sənətinin) imamları olan ərəb ədibləri bir kəlmə də olsa çıxıb söz söyləyə bilmədilər. Halbuki təkəbbür və qürurlarının, özünəvurğunluq və lovğalıqlarının ucbatından gecə-gündüz çalışıb Qurana cavab verməliydilər ki, aləmdə rüsvay olmasınlar. Quranın bir oxşarını gətirməkdə aciz olduqları üçün susmağa məcbur oldular. Əgər mübarizə aparmaq mümkün olsaydı, bir-iki sətirlə Quranın mübarizəsini ləğv etmək kimi asan bir çarə olduğu halda, ən çətin və ən təhlükəli döyüş yolunu seçərdilərmi? Cahızın ifadəsi ilə desək, hərflə mübarizə aparmaq mümkün olmadığı üçün qılıncla mübarizə aparmağa məcbur oldular və qılınca sarıldılar. Digər insaflı qismi isə Quranın qarşısında hörmətlə əyilərək iman gətirdilər. Bəlağətlə məşğul olan bu insaflı ədiblər diz çöküb heyrət içində Qurana qulaq asdılar. Şair və natiqlər Qurana heyran qalıb qızıl xətlə yazılaraq Kəbənin divarlarına asılan şeirlərini oradan götürdülər. Quran qeybdən xəbər verdiklərini iddia edən kahinləri və sehrbazları da susdurdu. Onların qeyblə bağlı xəbərlərini onlara unutdurdu, cinlərini qovdu. Keçmiş tayfa və ümmətlərin xəbərlərini bilənləri xurafatlardan və yalanlardan xilas edib onlara həqiqi xəbər və hadisələri və dünyaya aid bilgiləri öyrətdi. Bu dörd təbəqə Quran qarşısında heyrət və hörmətlə diz çökərək ona tələbə oldular. Heç biri, heç vaxt bircə surə ilə mübahisəyə girişmədi”.13
Those are Allah's Signs We recite to you with truth. In what discourse, then, after Allah and His Signs, will they believe? |
Özlərindən olan, illərlə birlikdə yaşadıqları Peyğəmbərimizə (s) möhtəşəm bir kitabın göndərilməsi təkəbbürlü inkarçıları heyrətə salmış, sonra da haqsız yerə nifrət bəsləmələrinə səbəb olmuşdu. Buna görə də onlar zalımcasına və ağılsızcasına Peyğəmbərimizə (s) maddi-mənəvi zərər vermək üçün mübarizəyə başlamışdılar. Peyğəmbərimizin (s) bütün həyatına, gözəl əxlaqına şahid olduqları halda, onun əleyhinə birləşmişdilər. Allah onların bu zalım davranışlarını Quranda belə xəbər vermişdir:
“Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!” (“Sad” surəsi, 4).
“İçərilərindən bir adama: "Insanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, aşkar bir sehrbazdır!" - dedilər” (“Yunus” surəsi, 2).
"Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. |
Peyğəmbərimiz (s) kimi mübarək, Allahın yanında seçilən və gözəl əxlaqlı bir insana müxtəlif böhtanlar atanlar həqiqətdə onun üstün əxlaqına şəxsən şahid idilər. Hz.Muhəmmədin (s) verdiyi sözlərə sədaqəti, vəfası, dürüstlüyü, doğruculluğu, imkansıza və yetimlərə yaxşılıq etməsi, yardımsevər olması, qayğıkeşliyi, xeyirxahlığı, insanlara münasibəti həmişə bu böhtançıların gözlərinin qabağında olmuşdu. Onun şəxsiyyətinin üstün cəhətləri və əxlaqi gözəllikləri tayfasının diqqətini həmişə çəkmiş, hər kəsin ən etibar etdiyi, ən çox sevdiyi və çox hörmət göstərdiyi insan olmuşdu. İmam Qəzzali Peyğəmbərimizi (s) görənlərin onun əsil, saf və üstün əxlaqına, dərin imanına necə şahid olduqlarını belə bildirib:
“Bil ki, Rəsulullahın (s) vəziyyətini görən, onun əxlaqını, davranışını, hal və hərəkətlərini bildirən xəbərlərə qulaq asan, adətlərini, xüsusiyyətini, bütün insanlara qarşı olan doğru siyasətini, insanların xeyrinə olan hidayətini, xalq təbəqələrini bir yerə yığmasını və nəhayət hamısını birdən öz itaətinə ram etməsini (təslim olmaq, itaət etmək) dinləyən bir şəxs, bəli, bunlarla birlikdə sualların məhdudluğuna baxmayaraq verdiyi heyrətamiz cavablara, xalqın məsləhətində işlədilmiş tədbir və üsullara, faqih (dərin və incə anlayış) və ağıllıların uzun yaşamalarına rəğmən başlanğıcının incəlikləri qarşısında aciz qaldıqları, ilahi nizam-intizamın zahiri təfsirindəki (Allahın nizamında, xaricdən görünən mənalarını anladan) gözəl işarələrini hekayə edən dəlillərə baxan bir adamın zənni və şübhəsi qalmaz ki, bütün bunlar bəşəri qüvvənin gücü ilə meydana gəlmiş şeylər deyil. Bəlkə bunlar ancaq Ilahi bir güc və səmavi bir dəstəyin (Allahdan gələn dəstəyin) yardımı ilə təsəvvür ediləcək məsələlərdir.
Səhrada yaşayan və onu tanımayan ərəblər də onun ancaq üzündəki nura baxaraq onun şərəfli əxlaqına, onun doğruluğuna şahidlik edərdi. Madam ki, onu tanımayan və onunla görüşməyən bir adam ancaq onun zahiri görünüşünə baxaraq bu cür şahidlik edir, əcəba, özünü və mübarək əxlaqını görən, çıxış və girişlərində onun bütün vəziyyətlərini izləyən bir adamın ona qarşı halı necə ola bilər?”14
"Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!" |
Peyğəmbərimizin (s) gözəl əxlaqı heç bir insanın inkar edə bilməyəcəyi, görməzliyə vura bilməyəcəyi qədər üstündür. O, Quranda bildirilən və Allahın bəyəndiyi əxlaqa tam malikdir. Bütün alimlərə nümunə və rəhbərdir. İslami mənbələrə görə, Peyğəmbərimizə (s) öz aləmində dili ilə əziyyət verməyə çalışan insanlardan biri olan Nadr b. əl-Haris daha sonra müşriklərin tanınmış adamlarını bir gün bir yerə yığaraq Allahın bu mübarək elçisini onlara belə tanıtmışdı:
“Ey Qureyş camaatı. And olsun ki, bu günə kimi başınıza gəlməyən bir işlə qarşılaşdınız. Muhəmməd (s.ə.v) aranızda balaca bir uşaq olarkən də ən çox sevdiyiniz, ən düz danışanınız və əmanətə ən çox riayət edəniz idi. Saçlarına ağ düşüb (Allahın) Kitabını gətirəndən sonra ona “sehrbaz” dediniz. And olsun ki, o, sehrbaz deyil. Biz çox sehrbazlar görmüşük. Onların düyünlərə necə üfürdüyünün də şahidi olmuşuq. Sonra ona “kahin” dediniz. And olsun ki, o, kahin də deyil. Çoxlu kahinlər görmüşük və onların vəziyyətlərinə də vaqif olub sözlərini eşitmişik. Sonra ona “şair” dediniz. And olsun ki, o, şair də deyildi. Neçə-neçə şeirlər əzbərlədik. Şeirin həzəcini (əruz vəznində bir ölçü), rəcəzini (əruz vəznində bir bölüm), qısası, hər cürünü də görmüşük.” “Məcnun” dediniz. And olsun ki, o, dəli də deyil. Onda heç ürəkgetmə, ağlına nə gəldi danışma və dəlilik etmək əlaməti varmı? Ey Qureyş camaatı, bunu yaxşı fikirləşin və belə qərar verin...”15
"İçərilərindən bir adama: |
12. Ahmet Cevdet Paşa, Muallim Mahir iz, Peygamber Efendimiz (sav), Hediye Kitaplar, s. 55-56
13. Said Nursi, Mektubat, s: 166-169
14. İmam-ı Gazali, İhya-ı Ulum'id-din, Tercüme eden: Ali Arslan, Arslan Yayınları, İstanbul, cilt: 5, s:564
15. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s:286)