Peyğəmbərimiz Hz.Muhəmməd (s) Rəbbimizin yanında şərəfli və böyük məqamı olan mübarək bir insandır. Allahın aləmlərdən üstün tutaraq ona itaət edilməsi üçün göndərdiyi Peyğəmbərimiz (s) insanların ən etibarlısı, dürüstlük nümunəsi olub, çox üstün bir əxlaqın sahibidir. O, öz təqvası, üstün əxlaqı, gözəl xüsusiyyəti ilə Allahın bütün insanlara nümunə göstərdiyi müqəddəs elçisidir. İnsanların mürşidi və yolgöstərənidir. O, həyatı boyunca öz şəfqəti, nəzakəti, incə düşüncəsi, anlayışlı, təvəkküllü, qərarlı və səbirli davranışı ilə bütün müsəlmanlara yol göstərmişdir. Peyğəmbərimiz (s) özündən sonrakı bütün müsəlman aləminə nümunə olan çox xeyirli bir insandır.
Hz.Əlinin nəvələrindən İbrahim ibn Muhəmməd Peyğəmbərimiz (s) haqqında bunları söyləmişdir:
“Babam Hz.Əli Peyğəmbərimizdən (s) bəhs edərkən Onu belə xarakterizə edərdi:
...O, insanların ən comərd könüllüsu, ən düzdanışanı, ən mülayim əxlaqlısı və ən dostcanlısı idi. Onu qəfildən görənlər heybəti qarşısında çox həyəcanlanırdılar, üstün xüsusiyyətlərini bilərək söhbət edənlər isə Onu hər şeydən çox sevirdilər. Onun üstün cəhətlərini və gözəlliklərini təsvir etməyə çalışan adam “Mən ondan əvvəl də, ondan sonra da onun kimi bir adam görmədim” deyərək Onu tanıtmaq məsələsində söz tapa bilmədiyini etiraf edərdi. Ona Allahın salah (Peyğəmbərimizə (s) edilən dua, istiğfar, rəhmət, namaz) və salamı olsun”.16
"Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir." |
Peyğəmbərimiz (s) yaşadığı cəmiyyətin arasında “əl-əmin” (etibarlı, güvənilən) ləqəbi ilə məşhurlaşmışdı və onun dürüstlüyü və etibarlı olması məsələsində hamı həmfikir idi. Əslində Peyğəmbərimizin (s) üzü hər görən adamın onun dürüstlüyünə dair qəti qənaət yaradacağı qədər nurlu idi. Vicdanının səsinə qulaq asaraq onunla söhbət edən, onun söhbətlərində iştirak edən kim olursa olsun, ondakı xariqüladəliyi başa düşür, peyğəmbərliyi ilə bağlı çox aydın dəlil görürdü. Ağlı, fərasəti, malik olduğu yüksək xarakteri qövmündəki müşriklərin də öz aralarındakı məsələləri həll etmək üçün ona müraciət etmələrinə səbəb olurdu.
Səhabələrin həmişə şahidi olduqları Peyğəmbərimizin (s) üstün əxlaq və məziyyətləri haqqında İbni Sad İbni Əsakir Davud ibn Husayndan bu məlumatları nəql etmişdir:
Hacer-i Esved taşı
“Allah Rəsulu xalqı arasında dürüstlük baxımından ən üstün, əxlaq cəhətdən ən gözəl, sosiallıq yönündən ən mükəmməl, qonşuluq baxımından ən comərd, yumşaqlıq və əmanətə sədaqət yönündən ən qabaqcıl, ən doğru danışan, həyaya və tərbiyəyə ən çox əhəmiyyət verən insan kimi yetişmişdi. Hamı ilə çox yaxşı rəftar edirdi. Buna görə də ona “əl-Əmin = Çox doğru və etibarlı” demişdilər”.17
İbni Sad Rabi b. Hasyemdən də belə söyləmişdir:
“İslamdan əvvəlki cahiliyyə dövründə hamı öz problemlərini həll etmək üçün Allah Rəsuluna müraciət edərdi”.18
Yaqub ibn Süfyan və Beyhaqi İbni Şihabdan bunları bildirmişlər:
Qureyşlilər Kəbəni təkrar tikəndə Hacəri-Əsvədi yerinə qoymaq məsələsində ixtilaf yarandı. Hər qəbilə özü bu daşı yerinə qoymaq istəyirdi. Sonra belə qərara gəldilər ki, bu yoldan kim birinci keçsə, onu aramızda hakim təyin edək. Birinci gələn adam həmin vaxtlar hələ gənc olan Hz.Muhəmməd (s) oldu. Peyğəmbərimizin (s) əxlaqından və həyatından bəhs edən mötəbər mənbələrə görə, onda onun 35 yaşı vardı. Onu hakim təyin etdilər. O da “Bir parça gətirin” dedi. Parça gətirildi. “İndi daşı birlikdə ora qoyun”. Daş parçanın üzərinə qoyulanda “İndi hər qəbilənin böyüyü gəlsin və hərə parçanın bir tərəfindən tutsun”, - dedi. Bundan sonra hər qəbilədən bir nəfər gəlib parçanın uclarından tutdular. Daşı bu şəkildə də yerinə qoydular. O da yuxarı çıxıb onlardan aldığı daşı yerinə yerləşdirdi. Böyüdükcə hər kəsin sevgisini və hörmətini qazandı. Dürüstlüyü ilə də tanındığı üçün ona “əl-Əmin = çox etibarlı şəxs” adını qoydular. Bunlar hələ ona vəhy gəlməmişdən əvvəl idi”.19
"Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır."" |
Peyğəmbərimiz (s) həyatı boyunca insanlara yolgöstərən olmuş, səhabələri maarifləndirmiş, müşriklərlə də davamlı danışaraq onları düz yola istiqamətləndirmək üçün çalışmışdır. Səhra şəraitində yaşayan cahil insanlar Peyğəmbərimizin (s) təlimi nəticəsində imanın nuru ilə parlayan, gözəl əxlaqlı insanlara çevrilmişdilər. Bu, böyük bir möcüzədir. Peyğəmbərimizin (s) yüksək əxlaqı ilə yanaşı, həyatında da bu cür bir çox möcüzəvi xüsusiyyətlər öz əksini tapmışdır. Bu möcüzələrə həm səhabələr, həm də iman gətirməyənlər arasından bir çox insanlar şahid olub. Peyğəmbərimizin (s) biri digərindən əhəmiyyətli olan möcüzələri vicdan sahibi olan bütün insanlar üçün haqq dəlil xüsusiyyətindədir, iman və hidayət vəsiləsidir.
və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”"Xeyr! |
23 il aktiv mübarizə aparmasına, çətin müharibələrdə iştirakına, qarşısında küfrün ən azğın, qəddar insanlarının durmasına və həmişə ön cərgələrdə mücadiləsinə baxmayaraq onun xətasız ötüşməsi və öldürülə bilməməsi də Peyğəmbərimizin (s) möcüzələrindəndir. Çox igid bir insan olan Peyğəmbərimizin (s) fövqəladə qətiyyəti də onunla birlikdə olan hər bir müsəlmanın şövqü"nü artırmışdır. Düşmənlərinin ürəklərinə Allahın qorxu salması və hər məsələdə onu iman gətirməyənlərə qarşı qalib etməsi də Peyğəmbərimizin (s) möcüzələrindəndir. Allahın döyüşlərdə mələkləri və görünməz orduları ilə ona köməkliyi nəticəsində Hz.Muhəmməd (s) onun ordusundan sayca daha çox və güclü olan düşmən ordularını darmadağın etmişdir. Bu möcüzəvi məsələ ayələrdə belə xəbər verilir:
“Bəli, əgər səbir edib qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə və qəlbləriniz rahat olsun deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır” (“Ali-İmran” surəsi, 125-126).
Peyğəmbərimiz (s) İslam dinini ən mükəmməl tərzdə təbliğ etmiş və bu məsələdə çox qətiyyətli olmuşdur. Böyük əziyyətlərə məruz qalmasına, din əxlaqını yaymaqdan əl çəkməsinin əvəzində ona çox gözəl imkanlar təklif edilməsinə baxmayaraq, bütün təklifləri rədd etmişdir. Allahın razılığını, İslamın və müsəlmanların mənfəətini həmişə qətiyyətlə üstün tutmuşdur. Ən çətin anlarda da Allahın köməyinə nail olacağına ümid etmiş, Allahın onu və möminləri həmişə qalib edəcəyinə inanmışdır. Hər zaman Allahın himayəsində olub, iman gətirməyənlərin azğınlıqlarına və təcavüzkarlığına baxmayaraq heç bir ziyana məruz qalmadan yaşamışdır. Allah Peyğəmbərimiz Hz.Muhəmmədin (s) fəzilətlərini Quranda insanlara belə bildirir:
“Həqiqətən, səni tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da sən böyük bir əxlaq üzərindəsən!” (“Qələm” surəsi, 3-4).
“Bu Quran çox möhtərəm olan bir elçinin Allahdan gətirdiyi kəlamdır. Bu elçi çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətlidir. İtaət ediləndir, həm də etibarlı müvəkkildir. Həqiqətən, sizin dostunuz divanə deyildir! And olsun ki, (peyğəmbər) onu açıq ən uca üfüqdə görmüşdü. O, qeyb xəbərləri barəsində xəsis deyildir” (“Təkvir” surəsi, 19-24).
"Bu, möhtərəm bir Elçinin sözüdür." "O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!" |
Böyük İslam alimi İmam Qəzzali Peyğəmbərimizin (s) yüksək əxlaqını Tirmizi, Təbərani, Buxari, Müslim, İmam Əhməd, Əbu Davud, İbni Macə kimi böyük hədis alimlərindən topladığı məlumatlarla belə təsvir etmişdir:
“Rəsulullah insanların ən mülayim əxlaqlısı, ən igidi, ən ədalətlisi və namuslu olanı idi. O, insanların ən comərdi idi. Allahın ona verdiklərindən xurma, arpa, nə olursa-olsun yalnız illik ruzisini ayırırdı, yerdə qalanını isə Allah yolunda xərcləyərdi. Ondan bir şey istəyəndə verərdi.
O, həya baxımından da insanların ən mükəmməli idi. Rəbbi üçün hirslənər, özü üçün əsəbiləşməzdi. Özü və ya səhabələri bundan zərər görsə də yalnız haqqı tətbiq edərdi.
Allah Rəsulu insanların ən təvazökarı, ən aydın, natiq, səlis və rəvan danışanı, ən gülərüzlüsü idi. Dünya işlərindən heç bir şey onu təşvişə salmazdı.
Mədinənin o biri tərəfində də olsa, xəstələrə baş çəkər, gözəl ətirdən xoşu gələrdi. Kasıblarla oturub-durar, yoxsullarla yemək yeyərdi. Hamı ilə nəzakətlə danışardı. Ondan üzr istəyənin üzrünü qəbul edərdi. Yeri gələndə zarafat edər, amma haqqı danışardı.
Halal oyunları görəndə onları qadağan etməzdi, hətta həyat yoldaşları ilə yarışardı. İmkansızlara yoxsul olduqları üçün xor baxmaz, imkanlılara da varlı olduqları üçün hörmət etməzdi, onu da, bunu da bərabər tutardı. Uca Allah onda üstün əxlaqı və mükəmməl siyasəti birləşdirmişdi...
Allah-Təala əxlaqın bütün gözəlliklərini, yaxşı yolları, əvvəlkilərin və sonrakıların başlarına gəlmiş və gələcək hadisələrin xəbərlərini, axirətdə qurtuluşa və səadətə çatdıracaq məsələləri, dünyada qibtə edilib ardınca gediləcək və gedilməyəcək hər şeyi ona öyrətmişdi.
Allah-Təala bizləri Onun buyruqlarına itaətdə və hərəkətlərində onun yolu ilə getməyə müvəffəq etsin”.20
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. |
Peyğəmbərimiz Hz.Muhəmməd (s) Tövratda və İncildə də gələcəyi bildirilən ümmi peyğəmbərdir. Allah Peyğəmbərimizə (s) Quranı vəhy edəndə o, oxumağı və yazmağı bilmirdi, yəni ümmi idi. Hz.Muhəmmədin (s) bu xüsusiyyəti onun peyğəmbərliyinin ən mühüm dəlillərindən biridir.
İman gətirməyənlər Peyğəmbərimizin (s) ümmiliyini bildikləri halda ona göndərilən Quranı qəbul etməmiş və haqq kitabı onun yazdığını söyləyərək böhtan atmışdılar. Halbuki iman gətirməyənlər Peyğəmbərimizi (s) ona elçilik vəzifəsi verilməmişdən əvvəl də tanıyır və onun belə bir elmə malik olmadığını çox yaxşı bilirdilər. Həmçinin Allah: “Sənə də beləcə əmrimizdən olan bir vəhy göndərdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən düz yola yönəldirsən” (“Şura” surəsi, 52) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Başqa bir ayədə isə belə buyurulur:
“...Allah sənə Kitabı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (“Nisa” surəsi, 113).
Peyğəmbərimiz (s) Quran ayələrini insanlara “Allahdan aldığı vəhylə” bildirmişdir. O, təbliğlərində bu həqiqəti dilə gətirmiş və onlara peyğəmbərlikdən əvvəlki həyatına illərlə şahidlik etdiklərini xatırlatmışdır:
“De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?"“ (“Yunus” surəsi, 16).
Peyğəmbərimizin (s) ümmi olmasına baxmayaraq o, dini ən mükəmməl şəkildə təbliğ etmiş, Tövratın və İncilin elminə də vaqif olmuşdur. Uca Allahın Quranı vəhy etməsi ilə digər müqəddəs kitablardan və keçmiş xalqların vəziyyətlərindən də xəbər vermişdir.
"Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək." |
Peyğəmbərimizin (s) həyatı boyunca xeyli möcüzəvi hadisələr olmuşdur. İmam Qəzzali onun ümmi olması ilə bağlı möcüzəvi dəlillərdən belə bəhs etmişdir:
“Məktəb və mədrəsə təhsili almadığı, hər hansı bir elmə yiyələnmədiyi və elmlə heç bir əlaqəsinin olmadığı, kitab mütaliə etmədiyi, elm əldə etmək üçün heç bir səyahətə çıxmadığı, yetim, zəif sayıldığı və cahil ərəblərin arasında olduğu halda Uca Allah bütün bunları ona bəxş etdi. Onun vəziyyəti belə olarkən, onun üçün əxlaqların ən gözəlləri, ədəblərin ən ucaları, məsələn, (əgər peyğəmbər olmasa...) təkcə fiqh elmi (İslam hüququ) ona necə verildi? Bəli, -başqa elmlər istisna olmaqla- təkcə fiqh elminin faydalarının bilinməsi mədrəsəsiz və məktəbsiz, elmlə məşğul olmadan və alimlərlə görüşmədən əldə edilə bilməz. Əgər ilahi bir yardım olmasa, bu, haradan gəlir?
Həmçinin Allahla bağlı məlumatları, Allahın mələkləri haqqındakı bilgiləri, kitabları və peyğəmbərliyin digər xüsusiyyətləri haqqında xəbərlər əgər vəhy olmasa, haradan öyrənə bilər? Bəşərin (insanın) qüdrəti bunları özbaşına necə əldə edə bilər? Hz.Muhəmmədin (s) əlamət və möcüzələrinin elələri meydana gəlib ki, heç bir alim həmin meydana gələn möcüzənin möcüzəliyinə şəkk-şübhə etməz”.21
Peyğəmbərimizin (s) ümmi olması onun peyğəmbərliyinin ən böyük dəlillərindəndir. Kitab əhlinin qəti olaraq bildiyi kimi, Tövratda və İncildə gələcəyi vəd edilən elçi oxumağı və yazmağı bilmirdi. Ancaq iman gətirməyənlər Peyğəmbərimizin (s) Quranı özünün yazdığı yalanını iddia edirdilər. Halbuki əsl yalan danışanın iman gətirməyənlər və müşriklər olduğu məlum məsələdir. Düz danışmayan bir adamın sözlərində əlbəttə ki, bir ziddiyyət olacaqdır. Bir-birinə uyğun gəlməyən tarixlər və izah formaları, danışığında əlbəttə ki, ortaya çıxacaqdı. Peyğəmbərimiz (s) isə yaşadığı cəmiyyətdə ən dürüst, ən gözəl danışan, ən hikmətli sözə malik olan, ən mədəni, ən mötədil, ən mülayim və ən bilikli insan idi. O, ağlı və fərasəti ilə hər insanın heyranlığını və etibarını qazanacaq qədər üstün bir insandır.
Peyğəmbərimiz (s) Tövratı və İncili oxumadığı halda, bu kitablardakı hökmləri, orada haqqında bəhs edilənləri bilirdi. Keçmiş xalqların tarixinə də vaqif idi. Əlbəttə, bu, Allahın vəhyinin xaricində qətiyyən mümkün ola bilməyəcək bir vəziyyət idi. Onu tanıyanların hamısı bunu bilirdilər. Peyğəmbərimizin (s) əvvəllər heç bir məktəbdə təhsil almamasına baxmayaraq onun malik olduğu elm və biliklər bu böyük insanın möcüzəvi xüsusiyyətlərindən ancaq biridir. Allah “Ənkəbut” surəsində belə buyurur:
“Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər” (“Ənkəbut” surəsi, 48).
Məşhur təfsirlərdən biri olan “Cəlaleyn” təfsirində bu ayə belə izah edilmişdir:
“Sən bundan, yəni Qurandan əvvəl kitab oxuyan deyildin. Onu əlinlə də yazmadın. Belə olsaydı, yəni oxumağı-yazmağı bacarsaydın, batili müdafiə edənlər sənin haqqında şübhəyə düşər və zənnə qapılardılar. Və “Tövratda haqqında bizə bəhs edilən Peyğəmbər ümmi olmalıdır, oxumağı-yazmağı da bilməməlidir” deyərdilər”.22
Ancaq hər şey bu qədər açıq olduğu halda iman gətirməyənlər Peyğəmbərimizə (s) hücum etmək üçün ona hər cür böhtanlar atmışdılar. Peyğəmbərimizin (s) onlar kimi bir bəşər olduğunu iddia edərək onu düz danışmamaqda günahlandırmışdılar:
“Qəlbləri qəflət içində olaraq ona qulaq asmasınlar. Zalımlar öz aralarında gizli pıçıldadılar: "Bu, sizin kimi ancaq adi bir insandır. Gözünüz görə-görə sehrəmi uyursunuz?" - dedilər. Belə dedi: "Rəbbim göydə və yerdə hər sözü bilir. O, eşidəndir, biləndir!" Onlar belə dedilər: "Xeyr, bunlar qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir..."“ (“Ənbiya” surəsi, 3-5).
Peyğəmbərimiz (s) Allahdan kömək diləyən, Ondan hidayət tələb edən, Ondan bağışlanmağını istəyən, Onun əmrini yerinə yetirən bir insandır. Həmçinin özü də bu həqiqəti təbliğlərində açıq-aşkar qeyd etmişdir. Allah Quranda belə buyurur:
“Onlara ayələrimiz açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram"“ (“Yunus” surəsi, 15).
“Sirət” ensiklopediyasında Allahın Hz.Muhəmmədə (s) verdiyi böyük elmin onun elçiliyinə necə dəlil olmasından belə bəhs edilir:
“Hz.Muhəmməd (s) ümmi bir peyğəmbər idi. Oxumağı və yazmağı bacarmırdı. Aralarında doğulub böyüdüyü ailə üzvləri, yaxınları və məkkəlilər bütün həyatı boyunca nə bir kitaba əl uzatdığını, nə də əlinə qələm götürdüyünü görmüşdülər. Məsələ bu cür olduğu halda ona vəhy edilən Quran özlüyündə ayrı bir möcüzədir. Çünki bu kitabda keçmişdəki bütün ilahi kitabların əsas mövzuları, keçmiş peyğəmbərlərin hekayətləri, dinlər və bunların gətirdiyi inanclar, qədim tarix, mədəniyyət və kültür, iqtisadiyyat, siyasət və əxlaq məsələlərində bilik xəzinələri vardı. Halbuki Hz.Muhəmməd (s) bunlardan tamamilə xəbərsiz idi. Onun ümmi olmasına baxmayaraq belə bir Kitabla iman gətirməyənlərin qarşısına çıxması peyğəmbərliyinin ən böyük dəlili idi...”23
Quranda kitab əhli kimi təqdim edilən yəhudilər və xristianlar təhrif edilərək dəyişdirilmiş bəzi inanclara və əməllərə malik olmaqla yanaşı, Allah dərgahından göndərilən haqq dinə tabe olan insanlardır. Allah Quranın başqa ilahi kitabları təsdiq edən axırıncı haqq kitab kimi göndərildiyini bildirmişdir:
“Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!” (“Bəqərə” surəsi, 41).
Quranın başqa ayələrində isə İsrail oğullarından bəzi məlumatlı və elmli insanların Quranı bildikləri xəbər verilmişdir:
“Həqiqətən, o Quran əvvəlkilərin kitablarında da mövcuddur. Məgər İsrail övladı alimlərinin bunu bilmələri onlar üçün bir dəlil deyilmi?” (“Şuəra” surəsi, 196-197).
Məşhur təfsirçi alimlərdən İmam Səid Həvva “əl-Əsas fit-Təfsiri”ndə “Şuəra” surəsinin bu ayələrini belə izah etmişdir:
"Həqiqətən, o Qurani-Kərim əvvəlkilərin kitablarında mövcuddur". Yəni əvvəlki kitablarda ondan bəhs edilir və ya onun özündə ehtiva etdiyi mənalar əvvəlki xalqların peyğəmbərlərindən nəql etdiklərində və Uca Allahın əsas kitablarında da vardır. İlahi kitablarda olduğu kimi... Yaxud Uca Allahın mənalarını vəhy şəklində bildirib ilahi bir kitab kimi deyil, Allahdan gələn bir vəhy olaraq yazılan kitablarda da bu mənalara yer verilir.
...İsrail oğullarının insaflı və ədalətli alimləri bu Qurani-Kərimin içində Tövratın, Zəburun və İncilin yer aldığını, orada olan hər bir məsələnin Allahdan gələn bir haqq olduğunu, əvvəlki kitabların müjdələdiyi kitabın və son peyğəmbərin olduğunu bilirlər”.24
"Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür." |
Tövratda gələcəyi bildirilən ümmi peyğəmbərin xüsusiyyətlərini bilən yəhudi alimləri və onlarla yanaşı, xristianlar arasında bu açıq həqiqəti qəbul etməmək məsələsində israr edənlər nə qədər olsa da- Hz.Muhəmmədi (s) dərhal tanımışdılar. Quranda da kitab əhlinin Peyğəmbərimizi (s) uşaqlarını tanıdıqları kimi tanıyacaqları, aralarından bəzilərinin buna baxmayaraq inkar edəcəkləri və ona inanmayanların rəzil-rüsvay olacaqları bildirilir:
“Kitab verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna baxmayaraq onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir” (“Bəqərə” surəsi, 146).
“Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!” (“Ənam” surəsi, 20).
Allah “Bəqərə” surəsində İsrail oğullarına xəbərdarlıq edərək, onlara Qurana iman gətirmələrini, haqq olanı bildikləri halda bu həqiqəti gizlətməmələrini əmr etmişdir:
“Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun! Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun! Siz bilə-bilə haqqa yalan donu geyindirib onu gizlətməyin!” (“Bəqərə” surəsi, 40-42).
İsrail oğullarına verilən nemətlərdən və onların Allaha verdikləri əhdlərdən ümmi olan Peyğəmbərimizin (s) xəbərinin olması şübhəsiz ki, Rəbbimizin ona bunları bildirməsi ilə mümkündür. Hz.Muhəmməd (s) bu ayələri onlara oxuyanda yəhudi alimləri də Peyğəmbərimizin (s) gələcəyi gözlənən müqəddəs elçi olduğunu görmüşdülər. Peyğəmbərimizin (s) Allahın peyğəmbəri olduğuna və düz danışdığına kitab əhli olanlar da şahid olmuşdular. O, hər xüsusiyyəti ilə, yaşantısı və əxlaqı ilə Allahın Tövrat və İncildə də gələcəyini xəbər verdiyi müqəddəs elçisidir. Qurani-Kərimin bir ayəsində belə buyurulur:
“O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula - ümmi peyğəmbərə tabe olurlar. O, onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun ardınca gedənlər - məhz onlar nicat tapanlardır!"“ (“Əraf” surəsi, 157).
"Bu, aləmlərə yalnız bir nəsihətdir" |
Məşhur İslam alimlərindən biri olan Ömər Nasuhi Bilmən bu ayəni belə təfsir etmişdir:
“Bu ayə dünyada və axirətdə də gözəlliklərə, savablara nail olacaq insanların ən gözəl xüsusiyyətlərə malik peyğəmbərlərin sonuncusu olan Peyğəmbərimizə tabe olan şəxslərdən ibarət olduğunu belə bildirir: “O kəslər ki, ilahi vəhylə kitab verilən, oxumağı-yazmağı bacarmadığı halda özündən əvvəlkilərin və sonra gələcəklərin elminə bələd olan Hz.Muhəmmədin (s) ümmətindən olmaq şərəfini əldə edirlər. Həmin peyğəmbəri yanlarında mövcud olan Tövratda və İncildə adları, xüsusiyyətləri ilə yazıldığını görürlər. Onun kitablarda yazılan şəxs olduğuna qətiyyən şübhə ilə yanaşmazlar. Əgər həmin kitablarda bunlar yazılmasaydı, Həzrəti Muhəmməd (s) bunu iddia edərək onun təkzib edilməsinə imkan verərdimi? O, elə bir Peyğəmbərdir (s) ki, imana dəvət etdiyi tayfalara, bütün bəşərə Allahın əmrlərinə hörmət edilməsini, gözəl etiqad və əxlaqa yiyələnməyi, məxluqata şəfqət göstərilməsini əmr və tövsiyə edərək onları mənfiliklərdən çəkindirir”.25
Göründüyü kimi, Peyğəmbərimizin (s) gələcəyinin və xüsusiyyətlərinin kitab əhli olanların kitablarında bildirilməsi də aləmlərə üstün olan mübarək bir şəxsin başqa möcüzələridir. Gördüklərini vicdanları ilə dəyərləndirən vicdanlı, iman sahibi olan kitab əhli isə bu açıq həqiqəti təsdiq etmişdir.
"Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, |
www.islam.com.az
16. Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 18-19
17. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, 237
18. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, 238
19. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 237
20. İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 795-796
21. İmam-ı Gazali, İhya-ı Ulum'id-din, Tercüme eden: Ali Arslan, Arslan Yayınları, İst cilt: 5, s. 565
22. Celaleyn Tefsiri Tercümesi, Tercüme İbrahim Serdar, Yusuf Şensoy, Fatih Enes Yayınevi, İstanbul, 1997, 3. cilt, s. 1432-1433
23. Siret Ansiklopedisi, Hazırlayan: Afzalur Rahman- Londra Siret Vakfı Başkanı, s.162
24. Said Havva, El-Esas Fi't-Tefsir, Şamil Yayınevi, İst., 1991, 10. cilt, s. 332
25. Ömer Nasuhi Bilmen, Kur'an-ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 2. Cilt, s. 1101, 1102