Qeybi ancaq üstün gücə malik olan Allah bilir. Keçmiş və gələcək olan hər hadisənin bilgisi bütün təfərrüatı ilə Allahın dərgahındadır. Bu həqiqət Quranda belə xəbər verilir:
“Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (“Ənam” surəsi, 59).
Zamanı yaradan və insanlara bu qavrayışı öyrədən Allahdır. Allahın Uca Zatı zamandan kənardır. Dünyadakı canlı və ya cansız varlıqlara aid bütün məlumatlar keçmişləri və gələcəkləri ilə birgə Rəbbimizin yanında mövcuddur. Kainatda və bütün başqa aləmlərdə baş verən hər bir hadisə Allahın elmi daxilində və Onun nəzarətindədir. O, gizli olanın gizlinini də bilir. Peyğəmbərimiz (s) də qeybə ancaq Rəbbimizin istədiyi qədər yiyələnə bilib, əlbəttə, bu da onun möcüzələrindən biri olub. Allah Quranda elçilərindən seçdiklərinə Öz dərgahında olan qeyb bilgisindən verdiyini belə bildirir:
“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! Çünki Allah onların önündə və arxasında gözətçilər qoyar” (“Cinn” surəsi, 26-27).
Peyğəmbərimiz Hz.Muhəmməd (s) də Allahın ona qeybdən xəbərlər verdiyi, Rəbbimizin yanında çox seçilmiş bir elçidir. Quranda bildirildiyi kimi, bu cür elçilərdən biri də Hz.Yusifdur. Hz.Yusif zindanda ikən Allahın varlığının dəlillərini iki yoldaşına belə söyləmişdir:
“Dedi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!” (“Yusuf” surəsi, 37).
Bu, Allahın Hz.Yusifə verdiyi bir elm və möcüzədir. Allah Hz.Yusifə yuxuları izah edə bilmək, yuxu yozmaq elmini də vermişdi. Hz.Yusif -Allahın istəyi ilə- gələcəkdə olacaq bəzi hadisələri əvvəlcədən bilib. Hz.Yusifə verilən elmin bir oxşarı başqa peyğəmbərlərə də verilib. Quranda Hz.İsanın da Rəbbimizin köməyi və izni ilə bu elmə yiyələndiyi xəbər verilib. Ayədə belə buyrulur:
“Və onu İsrail övladına peyğəmbər göndərəcək. O, İsrail oğullarına deyəcək: "Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə ilə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər inanmışsınızsa, bunda sizin üçün bir dəlil vardır” (“Ali-İmran” surəsi, 49).
Ayədə də qeyd edildiyi kimi, Hz.İsa da insanların nələr yediklərini, yaxud da nələri yığıb gizlətdiklərini bilməyə imkan verən bir elmlə nemətləndirilmişdi. Hz.İsanın özündən sonra gələcək və adı “Əhməd” olan bir peyğəmbəri müjdələməsi də Quranda xəbər verilir (bax: “Səff” surəsi, 6). Rəbbimiz Peyğəmbərimizə (s) də qeybə dair bir çox xəbərlər vermişdi. Peyğəmbərimiz (s) həm keçmişdə baş verən və heç kimin bilmədiyi hadisələri, həm də gələcəkdə baş verəcək bir çox olayları Allahın ona bildirməsi ilə öyrənmişdi. Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:
“Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin!” (“Yusuf” surəsi, 102).
Peyğəmbərimiz (s) qeyb məlumatlarını öz qabiliyyəti ilə və özünəxas özəlliklə əldə etməmişdi. O, yalnız Allahın istədiyi qədər qeybdən ona verdiyi xəbərləri ətrafındakılara təbliğ etmişdi. Hər şeyi bilən Allahın Öz elçisinə verdiyi məlumatlar isə keçmişdə baş vermiş, yaxud da gələcəkdə mütləq baş verəcək hadisələrə işarə edir. Bu da Peyğəmbərimizin (s) bildirdiyi bu məlumatların hər birinin möcüzə mahiyyətində olduğunu göstərir. Ancaq Allahın bildirməsi ilə bəlli ola biləcək xəbərləri Peyğəmbərimiz (s) həyatı boyunca dəfələrlə insanlara çatdırıb. Hz.Muhəmmədin (s) həm keçmişlə, həm içində yaşadığı dövrlə, həm də gələcəklə bağlı xəbərlərə vaqif olması, Rəbbimizdən qeyblə bağlı bilgilər alması da peyğəmbərliyinin dəlillərindəndir. Allahın ona verdiyi bir çox elmlə birlikdə Peyğəmbərimizin (s) göstərdiyi təvazökarlıq və itaət isə Quranda belə bildirilir:
“De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!"“ (“Əraf” surəsi, 188).
Allahın müqəddəs peyğəmbəri Hz.Muhəmməd (s) həm Quran ayələri ilə, həm də özəl olaraq ona gələn vəhy nəticəsində keçmişlə, yaşadığı dövrlə və gələcəklə bağlı bilgilər almış, Allahın istəyi ilə bir çox məsələlərdə heç kimin bilməyəcəyi qeyb bilgisinə malik olmuşdu. Çətin anlarda bu elm sayəsində müsəlmanları qələbə ilə müjdələmişdir. Bundan başqa da çoxlu müjdələr verərək onların şövqünü artırmışdır. Peyğəmbərimizin (s) müsəlmanlara əvvəlcədən müjdəsini verdiyi bu hadisələr bir möcüzə olaraq, ardıcıllıqla gerçəkləşmişdir.
Peyğəmbərimizin (s) 1400 il əvvəl xəbər verdiyi və içində yaşadığımız dövrdə də baş vermiş bir çox hadisələr var. “Kütubi-Sittə” hədisçiləri Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, İbni Macə və bir çox digər hədisçi Peyğəmbərimizdən (s) nəql edilən hədislərdəki qeyb xəbərlərinin doğru olması məsələsində həmfikirdirlər. Həmçinin Peyğəmbərimizin (s) xəbər verdiyi qeyb bilgilərinin hər biri həyata keçib və gerçəkləşməkdə də davam edir, insanlar isə bu möcüzələrə şahid olurlar.
İman gətirməyənlər Peyğəmbərimizin (s) ona vəhy edilən Quranı insanlara təbliğ etməyə başlamasından etibarən bu müqəddəs insanı düz danışmamaqda ittiham ediblər. Onun verdiyi hər məlumata şübhə ilə yanaşıblar. Ona inanmaq istəməyiblər. Halbuki Peyğəmbərimizin (s) dürüst və etibarlı insan olması onun üzündən və yaşadığı həyat tərzindən asanlıqla duyulurdu. Həyatı boyunca hər kəsin bir ağızdan “əl-Əmin” (etibarlı) adlandırdığı və bu cür çağırılan bir insan olmasına baxmayaraq kafirlər onun dəvət etdiyi haqq yola tabe olmamaq üçün yalanlarına davam etmişlər.
Peyğəmbərimizə (s) bir-birindən pis və amansız böhtanlar atan inkarçılar bir insanın həyatı boyunca hər an düz danışmamasının qeyri-mümkün olduğunu nəzərdən qaçırıblar. Bir adamın ömrünün axırına kimi fasiləsiz şəkildə doğru danışmaması və buna uyğun yaşaması mümkün deyil. Bundan başqa, Peyğəmbərimiz (s) gecə-gündüz ibadət edən, çox böyük fədakarlıqlar göstərən, çox səbirli, üstün əxlaqlı, aləmlərə mərhəmət olan bir insan olmuşdur. Ətrafındakı insanlardan daha az yatan, böyük cəsarətlə hər döyüşə gedən, ön sıralarda savaşan Peyğəmbərimiz (s) ölüm təhdidi altında olarkən də insanlara haqq olan həqiqətləri çatdırmağa davam etmişdir.
Quran əxlaqını özündə ən gözəl şəkildə yaşadan və möminlərə nümunə olan həmişə Peyğəmbərimiz (s) olmuşdur. Allah Rəsulu (s) insanlara sədəqəni başa salmış, özü hər şeyini sədəqə kimi paylamış, canını və malını Allahın razılığını qazanmaq üçün ortaya qoymuşdur. Səbri, fədakarlığı, həqiqi sevgi və dostluğu insanlara anlatmaqla bu gözəl əxlaq xüsusiyyətlərini mümkün ola biləcək ən ideal formada özündə yaşatmışdır. Yenə insanlara mərhəmətli olmağı, bağışlamağı tövsiyə etmiş, həyatı boyunca bunların da ən ardıcıl təbliğatçısı və müdafiəçisi olmuşdur. İman gətirməyənlərin belə bir müqəddəs peyğəmbərə böhtan atarkən bunlar barədə fikirləşməsi lazım idi.
Bir yalanı ömür boyu büruzə vermədən davam etdirmək insan təbiətinin gücünün çatacağı bir şey deyil. Bir-biri ilə harmoniya içində minlərlə ayə ilə ziddiyyət təşkil etməyəcək şəkildə yaşamaq və bütün ömrü boyunca bu ayələrə bağlı olaraq yalan danışmaq da bir insan üçün əsla mümkün deyil. Həmçinin yalan danışan adam bunları niyə davamlı şəkildə ömrünün axırına kimi etsin? İnsanların axirətlərinə, hidayətlərinə səbəb ola bilmək üçün öz həyatını nəyə görə təhlükəyə atsın? Bundan başqa, yalan danışan bir adamın dediyi hər şeyin belə böyük bir hikmət daşıması mümkündürmü? Yenə hər dediyinin ədəbi yöndən də mükəmməl olub, özündə bəzi rəqəmli şifrələri ehtiva etməsi və 23 il boyunca dediklərinin hamısının bir-biri ilə ədəbi, riyazi, elmi uyğunluğu, hər birinin hikmətli olub insanın vicdanən cavabını axtardığı bütün suallara cavab verməsi, özündə sosial həyata dair hökmlərin ehtiva etməsi və qüsursuz olması mümkündürmü? Həmçinin düz danışmayan adamın bir gün mütləq bir-birinə uyğun gəlməyən ziddiyyətli fikirlər söyləməsi qaçılmazdır. Halbuki Peyğəmbərimizin (s) hər dediyi düz çıxmış, bunlara müsəlmanlardan və inkarçılardan da bir çox insanlar şahid olmuşlar.
Şübhəsiz ki, bütün peyğəmbərlərə verilən möcüzələrin hər biri çox əhəmiyyətlidir. Lakin Peyğəmbərimizin (s) bəzi möcüzələrinə böyük kütlələrin şahid olması onu bu cəhəti ilə başqa peyğəmbərlərdən fərqləndirir. Məsələn, Hz.İsa ölən bir insanı dirildəndə və ya bir xəstəni sağaldanda yalnız orada olanlar bu möcüzələrə şahid ola bilərdi. Və ya Hz.Musanın möcüzələrinə də yalnız Firon, onun xalqı və İsrail oğulları şahid ola bilərdi (Ən doğrusunu Allah bilir). Peyğəmbərimiz (s) isə müharibə olacağını, bundan sonra qələbə əldə ediləcəyini söyləyəndə buna və sonra da bəhs edilən döyüşə şahid olanlar bütün tayfa idi. Bu möcüzələrə on minlərlə, hətta yüz minlərlə insan şahid olmuşdur.
MÖ 3.-5. yüzyıllara ait olan bu altın kabartma, Pers Krallarından Oxus'un hazinesinden bir parçadır. |
Quranda gələcək haqqında verilən xəbərlərdən biri “Rum” surəsinin əvvəlindəki ayələrdə yer alır. Bu ayələrdə Bizans imperatorluğunun bir məğlubiyyətə məruz qaldığı, amma çox qısa bir müddətdən sonra onun yenidən qalib gələcəyi belə bildirilib:
“Əlif, Lam, Mim! Rumlular (bizanslılar) məğlub oldular. Dünyanın ən aşağı yerində. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Üç-doqquz il arasında... Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər” (“Rum” surəsi, 1-4).
Bu ayələr xristian rumların 613-614-cü illərdə bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra - 620-ci illərdə göndərilmişdi.
Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün hətta ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. İranlılar bizanslıları 613-ci ildə Antakyada məğlub edərək qələbələrini Şam, Kilikiya, Tarsus, Ermənistan və Qüdsü ələ keçirməklə davam etdirmişdilər. Xüsusilə 614-cü ildə Qüdsün əldən çıxması, Müqəddəs Məzar Kilsəsinin dağıdılması bizanslılara ağır zərbə olmuşdu.65
O dövrdə təkcə iranlılar deyil, həm də avarlar, slavyanlar və lombardlar Bizans imperatorluğu üçün böyük təhlükə idi. Avarlar İstanbul qapılarına qədər gedib çıxmışdılar. Bizans kralı Herakl ordunun xərcini ödəyə bilmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarını əridib pula çevirməyi əmr etmişdi. Hətta bunlar da kifayət etmədiyindən pul əldə etmək üçün bürünc heykəllər də əridilmişdi. Valilərin əksəriyyəti Herakla qarşı üsyan qaldırmış, imperatorluq parçalanmaq həddinə gəlib çatmışdı. Əvvəllər Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir və Ermənistan bütpərəst iranlıların işğalı altına düşmüşdü.66
Qısası, hamı Bizansın məhv olmasını gözləyirdi. Lakin bu dövrdə "Rum" surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər. Ancaq Quranın bütün xəbərləri kimi bu da şübhəsiz ki, baş verdi. 622-ci ildə Herakl Ermənistanı işğal edib iranlıları məğlub edərək müxtəlif qələbələr qazandı.67 627-ci ilin dekabr ayında Bağdadın yaxınlığında, Dəclə çayının 50 km şərqində yerləşən Ninova xarabalıqlarından azca aralıda Bizans və Sasani imperatorluqları arasında böyük müharibə oldu. Bu dəfə rumlular iranlıları məğlub etdilər. Bir neçə aydan sonra isə iranlılar işğal etdikləri yerlərin Bizansa qaytarılması barədə bağlanmış müqaviləyə qol çəkmək məcburiyyətində qaldılar.68
Rumluların qələbəsi 630-cu ildə imperator Heraklın Sasani hökmdarı II Xosrovu məğlub edərək Qüdsü geri qaytarması və Məzar Kilsəsinin yenidən xristianların nəzarəti altına keçməsi ilə nəticələndi.69
"... Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər." |
Lut Gölü ya da diğer adıyla Ölü Deniz olarak bilinen bölge dünyanın en alçak noktasıdır. Bu, Kuran-ı Kerim'de asırlar öncesinden bildirilmiş bir bilgidir. İnsanlar bu bilgiyi ancak günümüz teknolojisinin sunduğu imkanları kullanarak öğrenebilmişlerdir. Rumların Kuran'da haber verilen galibiyeti 630 yılında İmparator Heraklius'un Pers hükümdarı II. Khosrow'u yenilgiye uğratarak, Kudüs'ü geri alması ve Mezar Kilisesi'nin yeniden Hristiyanların kontrolüne girmesiyle tamamlanmış oldu. |
Beləliklə, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s) insanlara təbliğ etdiyi "rumluların qalibiyyəti" ayədəki “üç-doqquz il arasında” ifadəsi ilə diqqət çəkilən vaxt aralığında və möcüzəvi bir şəkildə baş verdi.
Bu ayələrdə yer alan başqa bir möcüzə isə coğrafiya ilə bağlı olan və həmin dövrdə heç kimin bilə bilməyəcəyi bir həqiqətin xəbər verilməsidir.
"Rum" surəsinin 3-cü ayəsində rumluların "dünyanın ən aşağı yerində" məğlub edildikləri bildirilir. Ərəb dilində "ədna əl-ard" olan bu ifadə Quranın bəzi tərcümələrində "ən yaxın bir yer" kimi də verilir. Ancaq bu tərcümə əsl ifadənin tam əvəzi deyil, onun məcazi bir şərhidir. "Ədna" kəlməsi ərəb dilində "aşağı" demək olan "dəni" kəlməsindən törəyib və "ən aşağı" mənasını daşıyır. "Ard" isə "yer üzü, dünya" deməkdir. Dolayısı ilə "ədna əl-ard" ifadəsi "dünyanın ən aşağı yeri" mənasını verir.
Bəzi təfsirçilər sözügedən ərazinin ərəblərə yaxınlığını nəzərə alaraq kəlmənin "ən yaxın" mənasını qəbul ediblər. Ancaq kəlmənin əsl mənası Quranın göndərildiyi dövrdə heç kimin bilmədiyi və bilməsi də mümkün olmayan çox mühüm bir geoloji reallığa işarə edir. Çünki dünyanın ən aşağı yerini müəyyən etməyə çalışanda görəcəyik ki, bu nöqtə məhz rumluların 613-614-cü illərdə məğlub olduqları yerlərdən biri olan Ölü Dənizin (Dead Sea, Lut gölü) sahilləridir. Bu məğlubiyyətin ən ağır zərbəsi isə əvvəl də qeyd etdiyimiz kimi, xristianlığın rəmzi sayılan Ölü Dənizin yaxınlığındakı Qüdsün itirilməsidir.
Ölü Dəniz isə dəniz səviyyəsindən 399 metr aşağıda yerləşir və yer üzünün lən aşağı” bölgəsidir.70
Burada ayrıca diqqət yetirilməli olan digər mühüm məsələ Ölü Dənizin ölçülərinin və fiziki-coğrafi parametrlərinin, yəni onun dərinliyinin, dəniz səviyyəsindən aşağı-yuxarı olmasının yalnız müasir dövrdəki texniki vasitələrin köməyi ilə dəqiqləşdirilməsidir. Əvvəllər heç kim Ölü Dənizin dünyanın ən aşağı yeri olduğunu bilmirdi və bunu bilməsi də mümkün deyildi. Lakin bu bölgə Quranda "dünyanın ən aşağı yeri" kimi təqdim edilir. Bu məlumat Quranın Allahın sözü olmasının başqa bir dəlilidir və Allahın Peyğəmbərimiz Hz.Muhəmmədə (s) nəsib etdiyi çox böyük bir möcüzədir.
"And olsun ki, Uca Allah öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Əgər Allah istəsə, siz əmin-amanlıqla, saçlarınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir" ("Fəth" surəsi, 27).
Peyğəmbərimiz (s) Mədinədə gördüyü yuxusunda möminlərin əmin-amanlıqla Məscidül-hərama daxil olmalarını və Kəbəni təvaf etmələrini görmüş və möminləri bu xəbərlə müjdələmişdi. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o gündən bəri Məkkəyə gedə bilmirdilər.
"Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. ..." |
Allah Peyğəmbərimizə (s) Öz dərgahından bir kömək və yardım olaraq "Fəth" surəsinin 27-ci ayəsini vəhy edib və onun röyasının həqiqət olduğunu, əgər Allah istəsə, möminlərin Məkkəyə daxil olacaqlarını bildirmişdir. Həqiqətən də bir müddət sonra, əvvəlcə Hudeybiyyə müqaviləsi, onun ardınca isə Məkkənin fəthi ilə müsəlmanlar, eynilə ayədə bildirildiyi kimi, əmin-amanlıqla Məscidül-hərama daxil olublar. Beləliklə, Allah Peyğəmbərimizə (s) ilham etdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.
Buxari Məkkənin fəth edilməsi haqqında İbni Abbasın belə dediyini rəvayət edir:
İbni Abbas: “Quranı (oxumağı və təbliğ etməyi yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran Allah qayıdacağın yerə səni yenə də qaytaracaqdır..." (“Qəsəs” surəsi, 85) mənasındakı ayədə ifadə edilən qaytarılacaq yerin Məkkə olduğunu söyləyərdi”.71
Ancaq burada diqqəti çəkən başqa bir mühüm cəhət də var. "Fəth" surəsinin 27-ci ayəsinə diqqət yetirsək, Məkkənin fəth edilməsindən əvvəl gerçəkləşəcək başqa bir fəthdən də bəhs edildiyi məlum olacaq. Həmçinin ayədə xəbər verildiyi kimi, müsəlmanlar əvvəlcə yəhudilərin əlində olan Xeybər qalasını fəth edib, sonra da Məkkəyə daxil olublar.72 "Fəth" surəsinin 27-ci ayəsi məşhur “Cəlaleyin” təfsirində belə izah edilir:
And olsun ki, Allah Peyğəmbərinə(s) həmin yuxunu doğru göstərdi. Rəsulullah (s) Hudeybiyyə müqaviləsi bağlanan il səfərə çıxmamışdan əvvəl yuxusunda özünün də, səhabələrinin də əmin-amanlıq içində, saçlarını kəsdirərək Məkkəyə girdiklərini görmüş və bunu da səhabələrinə xəbər vermişdi. Onlar da sevinmişdilər. Yanındakı səhabələrlə birlikdə çıxdılar. Kafirlər Hudeybiyyə adlanan yerdə qarşılarına çıxıb onları Məkkəyə getməyə qoymayanda bu, müsəlmanlara çox ağır gəldi. Bəzi münafiqlər isə şübhələnməyə başladılar. Bu ayə həmin vaxt nazil oldu. “And olsun ki, Uca Allah öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Əgər Allah istəsə, siz əmin-amanlıqla, saçlarınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir”. Bu da Xeybərin fəth edilməsi idi. Və yuxu ertəsi il reallaşdı.73
De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”."De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”." |
Peyğəmbərimiz (s) hicrətin 8-ci ilində Məkkəyə daxil olaraq bu şəhəri fəth edib. Peyğəmbərimiz (s) möminlərə bu müjdələri verəndə mövcud vəziyyət heç də istənilən səviyyədə deyildi. Hətta mövcud şərait deyilənlərin tam əksini göstərirdi, müşriklər möminləri Məkkəyə girməyə əsla qoymayacaqlarında israr edirdilər. Bu isə qəlbində xəstəlik olanların Peyğəmbərimizin (s) dediklərinə şübhə ilə yanaşmasına səbəb olmuşdu. Ancaq Peyğəmbərimiz (s) Allaha etibar edərək və insanların nə deyəcəyinə əhəmiyyət verməyərək Allahın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Rəbbimizin Peyğəmbərimizə (s) verdiyi bu qeyb xəbərinin həyata keçməsi isə milyonlarla insanın şahid olduğu çox böyük bir möcüzədir.
“Siz Misiri fəth edəcəksiniz. Ora (pula) “kirat” deyilən yerdir. Həmin yerin xalqına xeyir tövsiyə edin. Onların bir zimmilik, bir də rəhim haqqı var”.74
Peyğəmbərimiz (s) bu hədislərində Misirin fəth ediləcəyini müjdələyir. Allah Rəsulu (s) bu müjdəni verəndə Misir romalıların hakimiyyəti altında idi. Heç müsəlmanların da çox böyük gücləri yox idi. Ancaq Peyğəmbərimizin (s) bu sözləri öz təsdiqini tapdı. Onun vəfatından bir müddət sonra, Hz.Ömərin (r.a.) xəlifəliyi dövründə, 641-ci ildə Amr ibn Asın rəhbərliyi altında hərəkət edən müsəlman ordusu Misiri fəth etdi.75 Bu hadisə Peyğəmbərimizin (s) söylədiyi və deyildiyi şəkildə də baş verən qeyb xəbərlərindən biridir.
“Kisranın ölümündən sonra başqa Kisra olmayacaq. Qeysər də öləndən sonra başqa Qeysər yoxdur. Nəfsim əlində olan Allaha and olsun ki, siz hər ikisinin də xəzinələrini Allah yolunda xərcləyəcəksiniz”.76
Hədisdə qeyd edilən “kisra” sözü keçmişdə İran hökmdarları üçün işlədilən bir isimdir. Qeysər sifətindən isə Roma imperatorları üçün istifadə edilirdi. Peyğəmbərimiz (s) hədislərində hər iki hökmdarın malik olduğu xəzinənin müsəlmanlara qalacağını müjdələyib.
Burada diqqəti cəlb etməli olan məsələ Peyğəmbərimizin (s) bu xəbəri müjdələdiyi dövrdə müsəlmanların hərbi, iqtisadi və siyasi cəhətdən bu cür böyük bir fəthi həyata keçirməyə hələ güclərinin olmaması idi. Həm də bu dövrdə İran və Bizans imperatorluqları da ən güclü dövlətlər idi. Dolayısı ilə Peyğəmbərimiz (s) bu iki fəthi xəbər verəndə siyasi və hərbi imkanlar buna uyğun səviyyədə deyildi. Ancaq Peyğəmbərimizin (s) xəbər verdiyi bu hadisələr deyilən şəkildə və tam dəqiqliyi ilə baş verdi. Hz.Ömərin dövründə İran fəth edildi və bu fəthlə də Kisraların səltənəti tarix səhnəsindən silindi.77
Qeysərin ölümü və onun xəzinələrinin müsəlmanlara qalması isə müsəlmanların Rəşidi xəlifələr dövründə Roma imperatorluğuna məxsus strateji mərkəzləri fəth etmələri ilə başlayıb. Hz.Əbu Bəkirin dövründən başlayaraq Qeysərin hakimiyyəti altında olan Iordaniya, Fələstin, Şam, Qüds, Suriya, Misir kimi mühüm mərkəzlərin hər biri fəth edilmişdi. İstanbulun 1453-cü ildə Osmanlı hökmdarı Fateh Sultan Mehmet tərəfindən fəth edilməsi və Roma imperatorluğunun dağılması ilə birlikdə Qeysər adı da tarixə qovuşdı.78 Beləliklə, Peyğəmbərimizin (s) dövründə siyasi və iqtisadi cəhətdən imkan xaricində görünən bu mühüm fəthlər Allahın Hz.Muhəmmədə (s) bəxş etdiyi bir möcüzə olaraq baş vermişdir.
Peyğəmbərimiz (s) həyatı boyunca bir çox hökmdar və rəhbərlərə elçilər və məktublar göndərərək təbliğini onlara da çatdırmış, onları haqq və doğru olana tabe olmağa dəvət etmişdir. Tarixi mənbələrdə qeyd edildiyi kimi, bəziləri Peyğəmbərimizin (s) bu dəvətini qəbul etmiş, digərləri isə inkar etməklə müşriklərlə, münafiqlərlə və başqa kafirlərlə işbirliyi qurmuşlar. Peyğəmbərimizin (s) İslama dəvət etdiyi hökmdarlardan biri də o dövrün İran Kisrası Pərviz İbni Hörmüz olmuşdur. Hz.Muhəmməd (s) Abdullah ibn Huzeyfəni ona elçi göndərmişdi. Ancaq İbni Hörmüz Peyğəmbərimizin (s) təbliğindən üz döndərmiş və müsləmanlara qarşı düşmən kimi davranmışdı. İbni Hörmüz Allah Rəsuluna (s) iki elçi göndərib müsəlmanların ona təslim olmalarını tələb etmişdi. Peyğəmbərimiz (s) isə əvvəlcə bu iki elçini İslama dəvət etmiş, sonra isə hər ikisinə səhərisi gün qərarını bildirəcəyini söyləmişdir.79 Səhərisi gün Peyğəmbərimiz (s) elçilərə Allahın ona bildirdiyi bu xəbəri çatdırmışdır:
“Uca Allah Kisranın oğlu Şirəveyhi onun başına bəla etdi. Şirəveyh onu bu ayda, filan gecədə və gecənin də bu vaxtında öldürdü”.80
Peyğəmbərimiz (s) onlara həmçinin belə demişdir:
Bazana (Kisranın vasitəçi kimi elçi göndərməsini əmr etdiyi vali) deyin ki: “Mənim dinim və hakimiyyətim Kisranın mülkünün və səltənətinin gedib çıxdığı yerə qədər çatacaqdır”. Yenə ona deyin: “Əgər sən müsəlman olsan, hazırda idarə etdiyin yerləri sənə verəcəyəm, səni əbnalardan (Cənubi Ərəbistanda məskunlaşan iranlılar) ibarət olacaq xalqa hökmdar edəcəyəm”.81
Bundan sonra elçilər Yəmənə qayıdaraq Peyğəmbərimizin (s) təbliğini vali Bazana çatdırdılar. Eşitdiklərindən çox təsirlənən Bazan bunu “Bu, hökmdar sözü deyil. Elə güman edirəm ki, bu şəxs dediyi kimi bir peyğəmbərdir”82 sözləri ilə ifadə etdi. Sonra da adamlarından onun necə bir şəxsiyyət olduğunu soruşdu. Peyğəmbərimizin (s) əzəmətindən çox təsirlənən elçilər: “Biz ondan daha əzəmətli və heybətli, heç bir şeydən qorxmayaraq mühafizəsiz gəzən bir hökmdar görmədik. O, xalq arasında təvazökaranə və piyada gəzib-dolaşırdı” dedilər.
Bazan bir müddət gözləyib Peyğəmbərimizin (s) Kisra haqqında dediklərinin düz çıxıb-çıxmayacağını görmək istədi. Beləliklə, Peyğəmbərimizin (s) Allahın elçisi olduğuna tam əmin olacağını bildirdi. Hədislərə və tarixi mənbələrə görə, aradan bir müddət ötəndən sonra Kisranın oğlu Şirəveyhdən Bazana belə bir məktub gəldi:
“Mən Kisranı öldürdüm. Bu məktubum sənə gələndə mənim adımdan xalqın biətini al. Kisranın sənə yazdığı şəxs haqqında da yeni bir əmrim gələnə kimi gözlə və heç bir təşəbbüs göstərmə”.83
Bazan və adamları Kisranın öldürüldüyü günü hesablayandan sonra bu olayın Peyğəmbərimizin (s) bildirdiyi vaxtda gerçəkləşdiyini gördülər.84 Bazan bu böyük möcüzəni görəndən sonra iman gətirdi və müsəlman oldu. Bundan sonra Yəməndə məskunlaşan əbnalar da müsəlman oldu.85 Bazan Peyğəmbərimizə (s) İran valilərindən iman gətirən ilk insan oldu.86
Allahın Quranda bildirdiyi möcüzə mahiyyətli bir hadisə də Peyğəmbərimizin (s) xanımlarından bəzilərinə söylədiyi bir sirr ilə bağlıdır. Peyğəmbərimiz (s) zövcələrindən bəzilərinə gizli bir söz demişdi. Lakin aralarından biri bu sirri saxlamayıb başqasına xəbər verəndə Allah onun bu hərəkətini Öz Rəsuluna (s) çatdırmışdı. Peyğəmbərimiz (s) sirr saxlamayan xanımına bunu bildiyini açıqlayanda xanımı ondan bunu kimdən öyrəndiyini soruşmuşdu. Peyğəmbərimiz (s) isə bunu ona Allahın xəbər verdiyini açıqlamışdı. Allah bu hadisəni Quranda belə bildirir:
“Bir zaman Peyğəmbər öz zövcələrindən bəzilərinə gizli bir söz demişdi. Xanımlarından biri bu sözü xəbər verdikdə və Allah bunu ona əyan etdikdə (Peyğəmbər) bunun bir qismini bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. Peyğəmbər əhvalatı xanımına bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu mənə hər şeyi bilən, hər şeydən agah olan Allah xəbər verdi!" - deyə cavab vermişdi” (“Təhrim” surəsi, 3).
Peyğəmbərimiz (s) Allahın ona bəxş etdiyi lütfü sayəsində elm sahibi olan bir insan idi. Allah ona kimsənin bilməsinin mümkün olmadığı xəbərləri bildirirdi. Xanımının səhvini ona bildirməsi də bu möcüzələrdən ancaq biridir. Digər tərəfdən, Allah bəzi Quran ayələrində də Peyğəmbərimizə (s) insanların gizli tərəfləri, fikirləri və əməlləri ilə bağlı onun bilməsinin mümkün olmadığı bir çox məlumatlar vermişdir. Bu məlumatlarla yanaşı, Peyğəmbərimizə (s) insanlarla necə davranacağını və onlara nələr deyəcəyini də bildirmişdir. Bu ayələrdən bəziləri belədir:
“Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir mürgü göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının hayına qalaraq: "Bu işdə bizim üçün bir şey varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur". Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik", - deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir!"“ (“Ali-İmran” surəsi, 154).
“Onlar: "Itaət edirik!" - deyirlər, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!” (“Nisa” surəsi, 81).
“Səfərdən geri qalan bədəvi ərəblər sənə deyəcəklər: "Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim bağışlanmağımızı dilə!" Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. Onlara de: "Əgər Allah sizə bir zərər yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!” (“Fəth” surəsi, 11).
“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz yaxşılıqdan başqa bir şey istəmədik", -deyə and içənlərin həqiqətən yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!
Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!” (“Tövbə” surəsi, 107-108).
Ayələrdə Allahın Peyğəmbərimizə (s) vəhy etdiyi çoxlu sayda qeyb xəbəri bildirilir. Münafiqlərin yalanları, hiylələri, niyyətləri, qəlblərində gizlətdikləri fikirləri Allahın bir möcüzəsi kimi Peyğəmbərimizə (s) xəbər verilmişdir. Peyğəmbərimizin (s) Allahın istədiyi təqdirdə özlərini olduqlarından fərqli göstərən münafiqləri də üzlərindən tanıya bilməsi, şübhəsiz ki, böyük möcüzə idi. Heç kim bir çox ibadətləri yerinə yetirən, müsəlmanların davranışlarını və sözlərini eynilə təqlid edən, özünü müsəlman kimi tanıdan, hətta Peyğəmbərimizlə (s) birlikdə döyüşə gedən bir adamın əslində ikiüzlü bir din düşməni olduğunu başa düşə bilməzdi. Peyğəmbərimizin (s) isə Allahın bildirməsi ilə bu adamları tanıdığına dair bir çox hədislər səhabələrdən rəvayət edilmişdir. Allah Peyğəmbərimizin (s) malik olduğu bu elmi Quranda belə bildirir:
“Əgər biz istəsəydik, onları mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir!” (“Muhəmməd” surəsi, 30).
Quranda Hz.İsanın Allahın icazəsi ilə insanların “yediklərini və yığıb gizlətdiklərini” xəbər verdiyi (“Ali-İmran” surəsi, 49), Hz.Yusifin isə lbir yemək gəlməmişdən əvvəl onu xəbər verəcəyi” (“Yusuf” surəsi, 37) bildirilmişdir. Bu möcüzələr Allahın Öz peyğəmbərlərinə olan bir lütfü və nemətidir. Hədislərdə xəbər verildiyinə görə, Peyğəmbərimiz (s) də Allahın ona verdiyi bir möcüzə kimi ondan bir şey soruşulmamışdan əvvəl bu suala cavab vermiş və insanların ürəyindən keçirdiklərini bilmişdir. Məsələn, hədislərdə bildirildiyinə görə, Peyğəmbərimiz (s) nə vaxt və hansı yerlərin fəth ediləcəyini səhabələrə xəbər verirdi.87 Yenə hədislərdən öyrəndiyimizə görə, Peyğəmbərimiz (s) evə gələcək adamları onlar gəlməmişdən əvvəl, otağa daxil olacaq adamları da girməmişdən əvvəl bilirdi. Bir adam göndərildiyi yerdən gec gələndə onun gecikməyinin səbəblərini həmin adama dərhal bildirirdi.88 Peyğəmbərimiz (s) həmçinin münafiq zehniyyətli insanları, müsəlmanlara pislik etmək istəyən insanları, içindən pis fikirlər keçirənləri dərhal tanıyırdı.89
Hədislərdə bu möcüzələrlə bağlı yüzlərlə misal verilir. Bir hədisdə Peyğəmbərimiz (s) Əbu Süfyanın ürəyindən keçirdiklərinə belə bir cavab vermiş və Əbu Süfyan da bu vəziyyət qarşısında bu mübarək insanın peyğəmbərliyinə şahidlik etdiyini söyləmişdir:
Əbu Süfyan məscidin bir tərəfində oturmuşdu. Bir gün Rəsulullah (s) paltarına bürünərək evindən çıxdı. Əbu Süfyan oturduğu yerdə: “Qəribədir, bu, nə ilə bizi məğlub etdi” deyə ürəyindən keçirdi. Allah Rəsulu (s) Əbu Süfyanın yanına gəlib əliylə onun kürəyinə vurdu və: “Səni Allahla məğlub etdim”, - dedi. Əbu Süfyan: “Sənin Allahın Rəsulu olduğuna şahidlik edirəm”, - dedi.90
Peyğəmbərimizin (s) insanların ürəyindən keçənləri bilib buna uyğun cavablar verməsinə daha bir misal isə Vabısa ilə bağlı olan hədisdir:
Rəsulullahın (s) yanına getdim. Niyyətim yaxşılıq və günahla bağlı ondan hər şeyi soruşmaq idi. Onu müsəlmanlar əhatələmişdi. Elə hey suallar verir və cavab verməyini istəyirdilər. Onları yara-yara qabağa keçmək istədim.
- “Allah Rəsulundan uzaq dayan, ey Vabısa”, - dedilər. Onlara belə dedim:
- “İmkan verin, mən ona əməllicə yaxınlaşım. Yaxın olmaq istədiyim insanların ən sevimlisi odur!”
- “Buraxın Vabısa gəlsin”, - deyə buyurdu. İki və ya üç dəfə də mənə xitabən:
- “Yaxınlaş, ey Vabısa”, - dedi. Nəhayət, yaxınlaşıb qarşısında oturdum. Mənə belə buyurdu:
- “Ey Vabısa, sənə mən xəbər verim, yoxsa sən məndən soruşursan”?
- “Sən mənə xəbər ver”, dedim.
Belə buyurdu:
- “Yaxşılıq və günah haqqında soruşmaq üçün gəldin, elə deyilmi?”
- “Bəli”, - dedim. Bundan sonra barmaqlarının uclarını birləşdirib sinəmə vuraraq belə buyurdu:
- “Ey Vabısa, ürəyinlə məsləhətləş, özünlə danış! - insanlar sənin barəndə bir qərar versələr də, verməsələr də yaxşılıq öz ürəyinin yatdığı şeydir, günah isə ürəyi narahat edən, sinədə gəzib dolaşan şeydir”.91
Hədisdə də bildirildiyi kimi, Rəbbimizin bir neməti olaraq Peyğəmbərimizin (s) hələ sual verilməmişdən əvvəl ondan soruşulacaq sualları bilməsi və buna uyğun cavablar verməsi idi. Peyğəmbərimizin (s) qarşısındakı adamın niyyətini, fikirlərini başa düşdüyünə dair başqa bir misal isə Əbud Dərdanın müsəlman olması ilə bağlı hədisdir:
Əbud Dərda bir bütə sitayiş edirdi. Abdullah ibn Rəvaha ilə Əbu Sələmə gedib həmin bütü sındırdılar. Əbud Dərda gəlib bütü bu vəziyyətdə görəndə özünü belə deməkdən saxlaya bilmədi: “Yazıq, özünü də müdafiə edə bilmədinmi?”
Sonra Peyğəmbərin (s) yanına gəldi. İbni Rəvaha yolda onu gördü və belə dedi: “Budur, Əbud Dərda bizi axtarmaq üçün gəlib”. Allah Rəsulu (s) da belə buyurdu: “Xeyr, müsəlman olmaq üçün gəlir. Rəbbim Əbud Dərdanın müsəlman olacağını vəd etdi”.92
Yuxarıda qeyd etdiyimiz bütün misallar Peyğəmbərimiz Hz.Muhəmmədin (s) bizə Allahın izni və istəyi ilə bir çox möcüzələr göstərdiyini sübut edir. Peyğəmbərimiz (s) özünün üstün əxlaqı, Allah qorxusu, dərin imanı, təvəkkülü və səmimiyyəti ilə müsəlmanlara çox gözəl bir nümunə olub, möcüzələri ilə də iman gətirənlərin şövqünün və duyğularının daha da güclənməsində bir səbəb olmuşdur.
Peyğəmbərimiz Hz.Muhəmmədin (s) qeyblə bağlı verdiyi xəbərlərin hər biri zaman ötdükcə gerçəyə çevrilmiş və öz təsdiqini tapmışdır. Həqiqətə çevrilən hər qeyb xəbəri bu mübarək insanın bir möcüzəsidir. Bu xəbərlərdən biri də Peyğəmbərimizin (s) öz vəfatını xəbər verməsidir. Peyğəmbərimiz (s) hədislərində səhabələr arasından əvvəlcə özünün vəfat edəcəyini xəbər vermişdir.
Allah Rəsulu (s) bizə baxıb belə dedi:
“Ən axırda mənim öləcəyimi iddia edirsiniz. Diqqət edin! Mən hamınızdan əvvəl öləcəyəm. Siz məndən sonra öləcəksiniz. Həm də bir-birinizi öldürərək camaatlar halında məni izləyəcəksiniz”.93
Peyğəmbərimiz (s) bir gün birinə ölüyə dua edirmiş kimi dua etdi. Sonra dönüb minbərə çıxdı və belə buyurdu:
- “Şübhəsiz -axirətə- sizdən əvvəl gedəcəyəm. Mən sizə şahidlik edəcəyəm. Vallahi, hazırda hovuzumu sanki görürəm. Yer üzünün bütün açarları mənə verildi. Vallahi, məndən sonra yolunuzu azıb şirkə düşməyinizdən qorxmuram -çünki azmazsınız! Amma -dünya malı üçün- bir-birinizlə yarışmağınızdan qorxuram!”94
Peyğəmbərimiz (s) başqa hədislərində ona vəfat edəcəyinin vəhy olunduğunu bildirmişdir:
“Allah Rəsulu (s) gecə vaxtı məni oyadıb belə buyurdu: “Ey Əbi Müveyhibə! Baqi əhli üçün Allahdan bağışlanmalarını istəmək əmri aldım”. Bundan sonra onunla birlikdə çıxdım. Baqi qəbristanlığına getdik. Orada əllərini qaldırıb qəbir əhlinin bağışlanmasını istədi. Sonra belə buyurdu: “Sizin yaşadıqlarınız sonrakılarla müqayisədə çox yüngüldür. Fitnələr onlara qaranlıq gecənin hissələri kimi gələcək. Axırı əvvəlindən daha pis olacaq. Ey Əbu Müveyhibə, mənə yer üzünün xəzinələri və orada əbədi qalmaq imkanı verildi. Sonra da cənnət verildi. Bunlarla Allaha qovuşmaq arasında seçim etmək üçün sərbəst buraxıldım. Mən də Allaha qovuşmağı üstün tutdum”. Sonra oradan ayrıldı”.95
Peyğəmbərimiz (s) özünün vəfatı ilə bağlı bir çox səhih və müfəssəl xəbərlər verib. Bu hədislərin hər birinin Peyğəmbərimizin (s) söylədiyi şəkildə də həyata keçməsi Allahın böyük bir möcüzəsidir. Bu vəziyyət möminlərin də imanını dəfələrlə artırmış, Allahın izni ilə onların imanda daha da zənginləşib dərinləşməsinə səbəb olmuşdur. Hədislərdə Peyğəmbərimiz (s) hansı gün vəfat edəcəyini də xəbər vermişdir:
“...Mən bazar ertəsi günü anadan oldum. Vəhy bazar ertəsi günü gəldi. Bazar ertəsi günü hicrət etdim və eyni gündə də öləcəyəm”.96
İbni Hənbəl və Beyhaqi İbni Abbasdan nəql edərək belə söyləmişdir:
“Peyğəmbərimiz (s) bazar ertəsi günü anadan oldu. Bazar ertəsi günü peyğəmbər oldu. Məkkədən mühacir kimi bazar ertəsi günü çıxdı. Mədinəyə bazar ertəsi günü daxil oldu, Məkkə bazar ertəsi günü fəth edildi və bazar ertəsi günü vəfat etdi”.97
Peyğəmbərimiz (s) bəzi hədislərində də vəfat edəcəyi yeri bildirib:
“Hicrət edəcəyim yer -öldüyüm zaman basdırılıb- yatacağım yer Mədinədir”.98
“Mədinə hicrət edəcəyim yerdir. Orada öləcəyəm və orada diriləcəyəm”.99
Peyğəmbərimizin (s) bildirdiklərinin olduğu kimi də gerçəkləşməsi Allahın böyük bir möcüzəsidir.
Peyğəmbərimiz (s) Allahın bir möcüzəsi olaraq, özünün vəfatı kimi, səhabələrin öləcəyini də xeyli əvvəl xəbər vermişdir. Bu hədislərdə bir çox səhabənin ölümləri ilə bağlı məlumatlar bildirilir. Bəzi səhabələrə şəhid olacaqları, və harada öləcəkləri də xəbər verilmişdi. Peyğəmbərimizin (s) bu qeyb xəbərlərinin onun söylədiyi şəkildə də gerçəkləşməsinə şahid olan möminlər üçün bu, çox böyük müjdə olmuşdur. Bu hədislərin hər biri Allahın seçib aləmlərə üstün etdiyi Peyğəmbərimizə (s) Rəbbimizin nəsib etdiyi möcüzədir.
Əbu Yalə səhih bir sənədlə Səhl ibn Səddən bunları nəql etmişdir:
“Üstündə Allah Rəsulu (s), Əbu Bəkir, Ömər və Osmanın olduğu Uhud dağı tərpəndi və Rəsulullah (s) belə buyurdu:
Tərpənmə, sabit və sakit ol, ey Uhud! Üstündə bir peyğəmbər, bir Sıddıq və iki şəhid var!”100
Təbərani İbni Ömərdən (r.a.) bunları rəvayət etmişdir:
Allah Rəsulu (s) bir bağçada idi. Əbu Bəkir ora girmək üçün icazə istəyəndə belə buyurdu: “Ona icazə verin, onu cənnətlə müjdələyin!” Sonra Ömər icazə istədi. Bundan sonra belə buyurdu: “Ona da icazə verin, onu cənnətlə və şəhidliklə müjdələyin!” Sonra Osman icazə istədi. Rəsulullah (s) belə buyurdu: “Ona icazə verin. Həm cənnətlə, həm də şəhidliklə müjdələyin”.101
Əbu Yalə möminlərin anası Həfsadan nəql edərək belə demişdir:
“Allah Rəsulu (s) Osmana xəbər göndərib onu yanına çağırtdırdı. Və ona belə buyurdu:
“Öldürülüb şəhid olacaqsan! Səbir et, Allah sənə səbir versin.
Allahın sənə on il altı ay geyindirəcəyi -xəlifəlik- köynəyini qətiyyən çıxarma!” Dönüb gedərkən Allah Rəsulu (s) arxasınca belə buyurdu: “Allah sənə səbir versin. Oruclu olduğun halda şəhid edilib öləcəksən. Orucunu mənimlə açacaqsan”.102
Təbərani “əl-Əvsat” əsərində və Beyhaqi Zeyd ibn Ərkamdan nəql edərək belə deyiblər:
“Allah Rəsulu (s) məni göndərərkən belə buyurdu:
“İndi Əbu Bəkirin yanına get, onu evində paltarını geyinmiş bir vəziyyətdə görəcəksən. Onu cənnətlə müjdələ! Sonra Ömərin yanına get. Onu da Səniyyə təpəsində, bir uzunqulağa minmiş halda görəcəksən. Onu da cənnətlə müjdələ! Sonra Osmanın yanına get! Onu da bazarda alış-veriş edərkən tapacaqsan. Onu çətin bir imtahandan keçəndən sonra cənnət qazanacağı ilə müjdələ!” Gedib hər üçünü Allah Rəsulunun (s) buyurduğu şəkildə tapdım.103
Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim:
“Yanımda mələklərdən biri olarkən Osman yanıma gəlmişdi. Mələk belə dedi:
“Budur, xalqının öldürəcəyi bir şəhid. Ondan hətta biz də həya edirik.”104
Hakim “səhihdir” deyərək Hz.Əlinin bunları nəql etdiyini bildirmişdir:
Allah Rəsulu (s) Əliyə yanaqlarını göstərərək belə buyurdu:
“Buradan və buradan zərbə alacaqsan. Qanın saqqalını bulayana kimi axacaq”.105
Rəsulullah (s) Əliyə belə buyurdu: “İnsanların ən pisi -başını göstərərək- buradan vuracaq, -saqqalını göstərərək- bu da qana bulanacaq”.106
Peyğəmbərlə (s) Əlinin yanına girdik. Xəstə idi. Əbu Bəkir və Ömər də orada idi. Biri yanındakına belə dedi: “Deyəsən, öləcək”.
Allah Rəsulu (s) də belə buyurdu: “O, qətiyyən öz əcəli ilə ölməyəcək. Öldürüləcək və içi qəzəblə dolmayana kimi də öldürülməyəcək”.107
Allah Rəsulu (s) bir gün yatırdı. Əlində bir ovuc qırmızı rəngdə torpaq var idi.
“Ey Allahın Rəsulu, bu torpaq nədir?” - deyə soruşdum.
Buyurdu ki, “Cəbrail -Hüseyni nəzərdə tutaraq- onun İraq torpaqlarında öldürüləcəyini söylədi. Bu torpaq həmin yerin torpağıdır”.108
“Hüseyni nəzərdə tutaraq- bu oğlum Kərbəla adlandırılan yerdə öldürüləcək. Onu orada görən ona kömək etsin!” Bundan sonra Ənəs ibn əl-Haris Kərbəlaya getdi. Hüseynlə birlikdə həmin yerdə öldürüldü.109
Peyğəmbərimizin (s) Hz.Ömər, Hz.Osman, Hz.Əli və Hz.Hüseynin şəhid olacaqları ilə bağlı dedikləri həyata keçib. Peyğəmbərimizdən (s) sonra İslam dininin yayılmasında öz üzərinə çox böyük bir məsuliyyət götürən bu səmimi müsəlmanlar şəhid olublar. Bu mübarək müsəlmanların şəhadəti ilə Peyğəmbərimizin (s) verdiyi qeyb xəbərlərinin bir hissəsi də gerçəkləşib. Bunların hər biri Allahın Öz mübarək elçisi Hz.Muhəmmədə (s) nəsib etdiyi bir möcüzəsidir.
Axırzaman qiyamətdən əvvəl dünyada yaşanacaq bir dövrdür. Peyğəmbərimizin (s) axırzamanda baş verəcək hadisələrlə bağlı verdiyi bir çox xəbərlər günümüzə kimi gəlib çatıb. Bu hadisələrin hazırda yaşadığımız dövrdə bir-birinin ardınca gerçəkləşməsi Peyğəmbərimizin (s) möcüzələrindən biridir. Hz.Muhəmməd (s) özünün yaşadığı dövrdən 1400 il sonra da baş verəcək hadisələri sanki həmin dövrü görübmüş kimi müfəssəl şəkildə anladıb. Peyğəmbərimizin (s) gerçəkləşəcəyini bildirdiyi axırzaman əlamətlərindən bəziləri aşağıda xülasə edilib:
Axırzamanda baş verəcək mühüm bir müharibə hədisdə belə xəbər verilir:
“Şəvval ayında üsyan, zilqədə ayında hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək”.110
1. Turkiye Gazetesi, 22. 01. 1987, 2. Turkiye Gazetesi, 22. 01. 1987, |
Hədisdə bildirilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin inkişaf mərhələləri ilə eyni tarixlərə uyğun gəlir:
Şəvval ayında üsyan...
İran şahına qarşı olan ilk üsyan məlum olduğu kimi, hədisdə bildirilən 1398-ci ildə şəvval ayının 5-də (1976-cı il sentyabrın 8-də) baş verib.
Zilqədə ayında hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək...
Hicri təqvimlə 1400-cü ilin zilhiccə ayında (1980-ci ilin oktyabrında) İran-İraq müharibəsi özünün tam mənasında başlamışdı.
Başqa bir hədisdə bu müharibənin təfərrüatları belə bildirilir:
“Faris tərəfindən gələcək bir qövmdür ki, belə deyəcəklər: “Ey ərəblər! Siz çox təəssübkeşlik etdiniz. Siz bunların haqqını lazım olduğu kimi tanımasanız, sizinlə heç kim birlik qurmayacaq... Bir gün onlara və bir gün də sizə verilsin və qarşılıqlı vədlərə əməl olunsun...” Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı enəcəklər... Müşriklər o biri tərəfdəki (Rəqabə) deyilən qapqara bir çayın kənarında dayanacaqlar... Aralarında müharibə olacaq. Allah hər iki ordudan qələbəni əsirgəyəcək...” (“Qiyamətin əlamətləri”, səh. 179).
- Faris tərəfindən gələcək: İran tərəfindən gələcək
- Faris: İran, iranlı, fars
- Yazıya enəcəklər: Düzənliyə enəcəklər (İraq düz-i)
- Mutık: Bölgədəki bir dağın adıdır
- Rəqabə: Neft quyularının çox olduğu bölgədir.
“Ey ərəblər! Siz çox təəssübkeşlik etdiniz. Siz bunların haqqını lazım olduğu kimi tanımasanız, sizinlə heç kim birlik qurmayacaq...”
Hədisin bu hissəsində hər iki tərəf arasında irqçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilə bilər. Bu anlaşılmazlıq səbəbilə “Yazı”ya (yəni İraq düzənliyinə) eniləcəyi və müharibənin başlayacağı anlaşılır.
Allah hər iki ordunu qələbədən məhrum edəcək...
Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etdi və minlərlə itki verilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadı. Tərəflərin heç biri mütləq üstünlük qazana bilmədi.
“Taliqan (Əfqanıstan) yazıq oldu. Şübhəsiz ki, Uca Allahın orada qızıl və gümüş olmayan xəzinələri var”.111
1. Newsweek, 11.02.1980 |
Hədisdə Əfqanıstanın axırzamanda işğal ediləcəyinə işarə var. Həqiqətən də rusların Əfqanıstanı işğal etməsi ili olan 1979-cu il hicrətin 1400-cü ilinə, başqa sözlə hicri XIV əsrin əvvəllərinə uyğun gəlir.
Orada qızıl və gümüş olmayan xəzinələr var...
Hədisin bu hissəsində Əfqanıstanın maddi sərvət və zənginliklərinə diqqət çəkilib. Bu gün Əfqanıstanda müxtəlif səbəblər üzündən istismar üçün açılmamış böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri var.
Fərat çayının suyunun kəsilib saxlanması da Peyğəmbərimizin (s) xəbər verdiyi axırzaman əlamətlərindəndir:
“Fərat çayının suyunun çəkilərək qızıl xəzinəsinin üstünün açılması vaxtı yaxınlaşır. Hər kim həmin vaxt orada olsa, həmin xəzinədən heç nə götürməsin”.112
Başqa hədislərdə də bu hadisənin incəlikləri ilə bağlı mühüm məlumatlar verilir:
Rəsulullah (s): “Fərat çayı qızıl bir dağ üzərindən açılmayana kimi qiyamət qopmayacaqdır. İnsanlar onun üçün müharibə edəcək. Və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər biri “kaş xilas olan mən olaydım” deyəcəkdir”, - buyurub.113
Rəsulullah (s) belə buyurdu: “Yaxın vaxtlarda Fərat çayı qızıl xəzinəsini açığa çıxarar, kim buna hazır olarsa, ondan heç nə götürməsin”.114
Göründüyü kimi, axırzamanın mühüm bir əlaməti olan Fərat çayının suyunun kəsilməsi və qızıl xəzinəsinin ortaya çıxması bir çox böyük hədis kitablarında mövcuddur.
1. Hürriyet Daily, 04.11.1973, The Great Euphrates Came to a Halt Where it was Born |
İndi yuxarıda təqdim etdiyimiz hədislərdə qeyd olunan bu məsələ ilə bağlı mühüm ifadələri bir-bir nəzərdən keçirək:
Rəsulullah (s) buyurdu ki, (1) “Fərat çayının suyu çəkilərək (2) qızıldan bir dağ meydana çıxmayana kimi qiyamət qopmaz... (“Riyazus Salihin”, 3/332).
Suyutinin kitabında bu hədis “suyun dayandırılması” şəklində qeyd edilib. Həqiqətən də Kəban su anbarı Fərat çayının suyunun qarşısını saxlayaraq onu kəsib.
Tikilən su anbarı sayəsində elektrik enerjisi istehsalı, yığılan suyun ərazidə istifadə edilməsi səbəbi ilə torpağın məhsuldarlığının artması və nəqliyyat məsələlərinin həlli kimi səbəblərə görə buradakı torpaqlar həqiqətən də “qızıl” kimi qiymətli olub.
Kəban su anbarı və Fərat çayı üzərində sonradan qurulan digər su anbarları betondan düzəldilən nəhəng dağları xatırladır. Bu su anbarlarından (hədisdəki bənzətməyə görə, dağdan) qızıl dəyərində sərvət tökülür. Dolayısı ilə bu su anbarları “qızıl bir dağ” mahiyyətini daşıyır (ən doğrusunu Allah bilir).
Peyğəmbərimizin (s) axırzamanda baş verəcək hadisələrlə bağlı xəbər verdiyi başqa məlumatlar da var. Bununla bağlı daha müfəssəl məlumatlar almaq üçün (“Hz. İsanın zühuru əlamətləri”, “Axırzaman və Dəbbətül-Ərz”, “Qiyamətin əlamətləri” adlı kitablarımıza müraciət edə bilərsiniz). Bu əlamətlər aşağıdakı başlıqlar altında qeyd edilib:
- Ramazan ayında Ay və Günəş tutulmaları
- Quyruqlu ulduzun doğması
- Kəbə basqını və Kəbədə qan tökülməsi
- Şərq tərəfdən bir alovun görünməsi
- Günəşdən bir əlamətin ortaya çıxması
- Qətliamların və kütləvi qətillərin geniş yayılması
- Şam və Misir məliklərinin öldürülməsi
- Misirlilərin əsir götürülməsi
- Şəhərlərin yox olması
- Xaraba qalmış yerlərin abadlaşdırılması
- Dördüncü sülh və ərəb - İsrail sülhü
- İraqlıların mal-mülkünün qalmaması
- Bağdadın alovlarla yox edilməsi
- İraqa və Şama embarqo qoyulması
- İraqın yenidən qurulması
- Şamda (Dəməşqdə) fitnələr
- Şam, İraq və Ərəbistanda qarışıqlıqlar
- Müsəlmanlarla yəhudilərin döyüşməsi
- Günahsız uşaqların öldürülməsi
- Fitnələrin çoxalması
- Haramların halal sayılması
- Allahın açıq-aşkar inkar edilməsi
- Zəlzələlərin çoxalması
- Əxlaqi tənəzzül
- Yayılan xəstəliklər
- Səhraların yaşıllaşdırılması
- Saxta Məsihlərin ortaya çıxması
Yuxarıda yalnız bəzilərini maddələr halında qeyd etdiyimiz və Peyğəmbərimizin (s) bütün bu hədislərdə göstərdiyi əlamətlər özünü 1400 il içində müxtəlif dövrlərdə və dünyanın fərqli bölgələrində ayrı-ayrılıqda da göstərə bilər. Lakin hicri 1400-cü ildən etibarən onların hamısı eyni dövrdə, bir-birinin ardınca baş verib. Bu da Peyğəmbərimizin (s) başqa bir hədisindəki xəbərin gerçəkləşməsi deməkdir:
“Qiyamətin əlamətləri bir-birinin ardınca meydana gəlir. Bir ipdəki muncuqların ardıcıllıqla qopması kimi...”115
65. http://en.wikipedia.org/wiki/Heraclius
66. Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, ss. 287-299.
67. http://fstav.freeservers.com/emperors/heraclius.html
68. Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, ss. 287-299.
69. http://web.genie.it/utenti/i/inanna/livello2-i/mediterraneo-1-i.htm; http://impearls.blogspot.com/2003_12_07_impearls_archive.html; http://en.wikipedia.org/wiki/Heraclius
70. World Book Encyclopedia, 2003, Contributor: Bernard Reich, Ph.D., Professor of Political Science and International Affairs, George Washington University.
71. Buhârî, Tefsir, Kasas Suresi 2, Kütüb-i Sitte- 729
72. İmam Taberi, Taberi Tefsiri, Cilt 5, Ümit Yayıncılık, İstanbul, s. 2276
73. Celâleyn Tefsiri Tercümesi, Tercüme: İbrahim Serdar, Yusuf Şensoy, Faith Enes Yayınevi, İstanbul, 1997, 3. Cilt, s. 1843
74. Prof. Dr. İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 420
75. H.U. Rahman, İslam Tarihi Kronolojisi, Birleşik Yayıncılık, İstanbul 1995, s. 70-71
76. Prof. Dr. İbrahim Canan, Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 416
77. http://www.mustakiim.de/İslam/İslam%20Tarihi/bilgi5.htm
78. http://www.mustakiim.de/İslam/İslam%20Tarihi/bilgi5.htm
79. İbn'i Sad, Tabakat, 1:260; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s. 223
80. Taberi, 1:260; Taberi, 3:91, İnsanü'l-Uyun, 3:292; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s. 223
81. Taberi, 3/91; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.223-224
82. Taberi, 3/91; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.224
83. Taberi, 3/91; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.224
84. İbni Sa'd, Tabakat, 1:260; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.225
85. Taberi, 3/91; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.225
86. Cevdet Paşa, Kısas-ı Enbiya ve Tevanih-i Hülefa, 1:182; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998,s.225
87. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 696-700)
88. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 688-689
89. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 689-691
90. Haris; İbn Hacer Askalani, Metalib-u Aliye 4, Tevhid Yayınları, 1996, 3839, s. 17)
91. İbn-i Kesir, Peygamberimiz (sav)'in Şemaili, Mucizeleri, Çelik Yayınevi, s. 361
92. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 680
93. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 1115
94. Buhari, Cenaiz/72, Menakıb/25; İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 1119
95. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 1118
96. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 1120
97. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 1120
98. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s.1120
99. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 1121
100. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 726
101. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 726
102. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 729
103. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 728
104. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 728
105. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 734
106. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 734
107. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 734
108. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 736
109. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 737
110. Kıyamet Alametleri, s. 166
111. Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 59
112. Riyazü's Salihin, 3/332
113. Sahih-i Müslim, 11/320
114.Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 28
115. G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 277/6