Giriş

Bəşər tarixi boyunca Allah bütün cəmiyyətlərə seçib-bəyəndiyi bir elçi göndərmiş, insanlara dünyada və axirətdə gözəl həyat yaşamağın yollarını göstərmişdir. Bunun iman gətirən insanlar üçün böyük mərhəmət və lütf olması Quranda belə bildirilir:

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə Onun ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” (“Ali-İmran” surəsi, 164).

kaplan

"Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik."
(Ğafir Surəsi: 51)

“Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” (“Ənbiya” surəsi, 107).

Göndərildikləri cəmiyyətlər və xalqlar üçün bir lütf olan elçilər insanlara doğru yolu göstərmiş, onların qaranlıqlardan aydınlığa çıxmalarına vasitəçi olmuş, bütün kainatı yoxdan yaradan Rəbbimizin əmrlərini insanlara çatdırmışlar. Onlar xoşbəxtlik, əmin-amanlıq, sülh və ədalətlə dolu həyatın yalnız din əxlaqının qüsursuz yaşanması ilə mümkün ola biləcəyini insanlara başa salmışlar. Ancaq Quranda bildirilən “...Lakin insanların əksəriyyəti inanmaz” (“Rəd” surəsi, 1) ayəsində qeyd edildiyi kimi, tarix boyunca elçilərin göndərildikləri insanlar üçün nə qədər böyük nemət olduğunu dərk edərək onlara iman gətirənlərin sayı az olmuşdur.

"Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir."
(Mucadilə Surəsi: 21)

Allahın seçdiyi elçilər, Quranda Hz.Muhəmməd (s) üçün işlədilən “Sən çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir” (“Yusuf” surəsi, 103) ayəsində də bildirildiyi kimi, insanların iman gətirmələrini ürəkdən arzu etmişlər. Dünyada və axirətdə nemətə qovuşmaları, ən gözəl və ən xoşbəxt bir həyat yaşamaları üçün onları düz yola çağırmışlar. Bunun əvəzində insanlardan heç bir ödənc tələb etməmiş, onların yalnız iman gətirmələrini və gözəl əxlaqlı olmalarını istəmişlər. Elçilər Allahdan səmimi şəkildə qorxmalarına və üstün əxlaqlarına görə həyatlarını bunun naminə şərəflə yaşamışlar. Heç bir mənfəətləri olmadığı halda insanlara imanı və gözəl əxlaqı sevdirə bilmək üçün çox əziyyətlərə qatlaşmış, müxtəlif sınaq və işgəncələrə məruz qalmışlar. Ancaq çətinlik kimi görünən bütün bu hadisələr onların imanlarını və həvəsini daha da artırmışdır. Elçilər Allahın köməyi və dəstəyi ilə böyük cəsarət nümunələri göstərmiş və nəticədə Allahın yardımı və izni ilə qalib gələn də həmişə onlar olmuşlar. Rəbbimiz Quranda belə buyurmuşdur:

“Allah: "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən Allah yenilməz qüdrət, qüvvət sahibidir!” (“Mucadələ” surəsi, 21).

Allah səmimiyyətlərinə, sədaqətlərinə, səbirlərinə və təvəkküllə hərəkət etmələrinə görə bu müqəddəs şəxslərin ürəklərinə əmin-amanlıq və səadət hissi verərək onları maddi və mənəvi cəhətdən güclü etmiş, inkarçıların onların əleyhinə qurduqları tələləri puça çıxarmışdır. Allahın öz peyğəmbərlərinə olan köməyi və onları qoruması Quranda belə bildirilir:

“Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik!” (“Mumin” surəsi, 51).

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, Onun elçiliyini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (“Maidə” surəsi, 67).

İnkarçıların Peyğəmbərimiz Hz.Muhəmmədin (s) həyatına son qoymaq məqsədilə hazırladıqları tələnin qarşısında isə Allah Peyğəmbərimizə (s) olan köməyini belə xəbər verir:

“Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da yurdundan çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da onların bu hiyləsinə qarşı tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!” (“Ənfal” surəsi, 30).

Quranın bir çox ayələrində də bildirildiyi kimi, Allah elçilərini məruz qaldıqları hər cür çətinlikdən, hiylədən, sıxıntılardan qorumuş, bu müqəddəs şəxslərin üzərindəki nemət və bərəkətini artırmış, hər çətinlikdən sonra bir çıxış yolu göstərməklə düşdükləri çətin şəraitlərdə onların cəsarətini və güclərini artırmış, çiyinlərinə düşən yükü yüngülləşdirmiş və mərhəmətini xatırladaraq ürəklərini gücləndirmişdir.

Rəbbimiz bəzi elçilərinə də möcüzələr bəxş edərək onlara yardımçı olmuşdur. Rəbbimizin böyük neməti olan bu möcüzələr insanlara çox böyük təsir göstərmişdir. Həmin möcüzələr inananların hidayətini və həvəsini artırmaqla bərabər bir çox insanların da iman gətirməsinə səbəb olmuşdur.

Rəbbimizin Peyğəmbərlərə Bəxş Etdiyi Möcüzələr

Rəbbimiz bəzən elçilərini inkarçıların və müşriklərin hiylələrindən qorumaq, bəzən də insanların iman gətirməsinə vasitəçi olması üçün bəzi peyğəmbərlərinə möcüzələr bəxş etmişdir. Qurani-Kərimdə Uca Allahın möcüzələrlə dəstəklədiyi peyğəmbərlərin təbliği, həyatları və inkarçılara qarşı apardıqları mübarizə müfəssəl şəkildə bildirilmişdir. Sevimli Peyğəmbərimiz Hz.Muhəmməd (s), Hz.Musa (ə), Hz.İbrahim (ə) və Hz.İsa (ə) Rəbbimizin möcüzələr bəxş etdiyi mübarək elçilərdəndir.

kaplan

"Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!” – deyirik, o da olur."
(Nəhl Surəsi: 40)

Məsələn, Hz.İbrahimi oda atmaq istəyən inkarçıların hiylələri Rəbbimizin möcüzəsi ilə puça çıxmışdır. Allah: “Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq” (“Ənbiya” surəsi, 69) ayəsində də xəbər verdiyi kimi, atəşə Hz.İbrahimə sərin olmasını əmr edib. Beləliklə, Rəbbimizin möcüzəsi ilə inkarçıların Hz.İbrahimə qarşı qurduqları tələ alt-üst olmuşdur. Allahın elçilərindən bəzilərinə bəxş etdiyi digər möcüzələr Quranda belə xəbər verilir:

Hz.İsanın Öz Xalqına Göstərdiyi Möcüzələr

“Xatırla ki, o gün Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"“ (“Maidə” surəsi, 110).

“Onu İsrail övladlarına peyğəmbər göndərəcək. O, onlara deyəcək: "Mən həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır” (“Ali-İmran” surəsi, 49).

Hz.Musanın Əsasının Əjdahaya Çevrilməsi Və Qarşısındakıların Hiylələrini Udması

“Firon dedi: "Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!" Musa əsasını atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu” (“Əraf” surəsi, 106-107).

“Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” (“Taha” surəsi, 69).

Hz.Musanın Əlinin Ağappaq Olması

“Əlini qoltuğunun altına qoy ki, əlin başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın. Biz də sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək” (“Taha” surəsi, 22-23).

Hz.Musanın Əsası İlə Vuraraq Dənizdə Yol Açması

“İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "Artıq yaxalandıq!" Musa dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" Vurdu və dəniz dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu. O biriləri də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri isə suya qərq etdik” (“Şuəra” surəsi, 61-66).

Hz.İbrahimin Parçaladığı Quşların Ona Diri Qayıtmaları

Peynir&MeyveliSofra

Floris Van Dijck (1575-1651)'in "Peynir ve meyveli sofra" isimli tablosu, Amsterdam, Rijksmuseum.

“Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!" - dedikdə Allah ona: "Məgər inanmırsan?" -buyurdu. İbrahim: "Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum", - deyə cavab vermişdi. Bu zaman Allah ona buyurdu: "Dörd quş götürüb onları özünə öyrəşdir, sonra parçalayaraq hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!"“ (“Bəqərə” surəsi, 260).

Hz.Məryəmin Yanında Həmişə Hazır Yeməyin Olması

“....Zəkəriyyə hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi: "Ey Məryəm, bunlar sənin üçün haradandır?"- dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” (“Ali-İmran” surəsi, 37).

Hz.Yunusun Balıq Tərəfindən Udulandan Sonra Möcüzəvi Şəkildə Xilas Olması

“Həqiqətən, Yunus da göndərilmiş peyğəmbərlərdəndir! Yadına sal ki, bir zaman o, dolu bir gəmiyə qaçmışdı. Gəmidə olanlar püşk atmış və püşk ona düşdüyü üçün məğlub edilənlərdən olmuşdu. Özünü qınayarkən balıq onu udmuşdu. Əgər o, Allahı çox təqdis edənlərdən olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq” (“Saffat” surəsi, 139-145).

Hz.Zəkəriyyənin Yaşlı Olduğu Halda Uşaqla Müjdələnməsi

“Zəkəriyyə Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" Zəkəriyyə mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni təsdiq edən, alicənab, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın dünyaya gələcəyi xəbərini müjdə verir". Zəkəriyyə: "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda mənim necə oğlum ola bilər?" - söylədi. Allah isə: "Dediyin kimidir, lakin Allah nə istəsə, onu da edər", - deyə buyurdu” (“Ali-İmran” surəsi, 38-40).

Quran ayələrində yuxarıda qeyd edilənlərdən başqa bir çox möcüzələr haqqında da xəbər verilir. Rəbbimizin bizə xəbər verdiyi bu möcüzələr bütün kainatın yiyəsi, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin istəyi ilə baş verir. Hər möcüzə Allahın “Ol!” əmri ilə və Allahın istəyi ilə həyata keçir. Allah bir Quran ayəsində belə buyurur:

“Biz səndən əvvəl də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər əcəl üçün bir kitab (yazı, hökm, son) var” (“Rəd” surəsi, 38).

“Maidə” surəsində də Hz.İsanın öz möcüzələrini “Allahın icazəsi ilə” həyata keçirdiyi xəbər verilir:

“O gün Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq aşkar möcüzələrlə gəldiyin zaman Mən onların bəlasını səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"“ (“Maidə” surəsi, 110).

Peyğəmbərlərin hamısı Rəbbimizə təslim olmuş, yüksək əxlaqlı, aləmlərdən üstün hesab edilən və onlara nümunə olan müqəddəs insanlardır. Bütün insanlar kimi onlar da Rəbbimizin qarşısında aciz və möhtacdırlar. Allah bütün kainatı yoxdan yaradan, bütün varlıqların üzərində mütləq güc və hakimiyyət sahibidir. Canlı-cansız hər şeyin nəzarəti Allaha məxsusdur. Bütün kainat, göylərdə və yerdə olan canlı-cansız hər şey: bütün insanlar, bitkilər, əşyalar Allaha məxsusdur. Hamısını yaradan aləmlərin Rəbbi olan Allahdır. Hər şey Onun əmriylə hərəkət edir, O, istədiyi vaxta kimi, öz varlıqlarını davam etdirə bilirlər.

Bütün canlı varlıqları bəsləyən, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni qaraldan, Günəşi parlaq bir işıq edən, mövsümləri yaradan qüvvə Uca Allahdır. Dünyanın xəlq edilməsindən bu günə qədər yer üzərində yaşamış və hazırda da yaşamaqda olan bütün insanları yaradan Allahdır. Canlı-cansız hər şey öz mövcudluğuna görə Allaha borcludur və bütün varlığı ilə Ona möhtacdır. Rəbbimizin insanlar arasından seçib elçilik vəzifəsi ilə şərəfləndirdiyi peyğəmbərlər də Allahın yaratdığı və Onun əmriylə hərəkət edən Allaha möhtac insanlardır. Onların göstərdikləri möcüzələr də ancaq Allahın istəyi ilə meydana gəlmişdir.

Rəbbimizin sonsuz gücü “Ənbiya” surəsində belə xəbər verilir:

“Göylərdə və yerdə olan butün məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər. Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər. Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: "Dəlilinizi gətirin. Bu mənimlə olanların Kitabı, bu da məndən əvvəlkilərin zikri! Xeyr, onların əksəriyyəti haqqı bilmir və buna görə də ondan üz döndərirlər!"“ (“Ənbiya” surəsi, 19-24).

Bizim bu kitabdakı məqsədimiz də Allahın öz üstün əxlaqı, dərin imanı, hər bir davranışı və sözü ilə insanlara nümunə kimi göndərdiyi Peyğəmbərimiz Hz.Muhəmmədin (s) möcüzələrindən bəzilərini xatırlatmaqdır. Peyğəmbərimiz (s) Allahın izni ilə, həyatı boyunca insanlara bir çox möcüzələr göstərmişdir. Bu möcüzələrdən bəzilərinə ancaq səhabələr şahid olmuş, digər bir qismi isə inkarçıların çoxu tərəfindən müşahidə edilmişdir.

Peyğəmbərimizin (s) möcüzələrinin bir qismi bizə Quran ayələrində, digər bir hissəsi də hədislərdə çatdırılıb. Məqsədimiz aləmlərə mərhəmət kimi göndərilən bu müqəddəs insanın möcüzəvi yönlərini insanlara göstərmək və onları Qurani-Kərimi və Peyğəmbərimizin (s) sünnəsini özlərinə rəhbər saymağa dəvət etməkdir.

kaplan

"Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”"
(Ənam Surəsi : 109)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahin Peyğəmbərimizə (s.a.v.) Bəxş Etdiyi Möcüzələr
  • Peyğəmbərimizin (s.a.v.) Ən Böyük Möcüzəsi: Qurani-Kərim
  • Peyğəmbərimizin (s.a.v.) Ali Şəxsiyyəti Allahin Bir Möcüzəsidir
  • Peyğəmbərimizin (s.a.v.) Həyatindaki Bəzi Möcüzələr
  • Peyğəmbərimizin (s.a.v.) Dualarinin Qəbul Olunmasi
  • Allahin Peyğəmbərimizi (s.a.v.) Möcüzəvi Şəkildə Qorumasi
  • Peyğəmbərimizə (s.ə.v.) Verilən Qeyb Xəbərləri
  • Nəticə